Məhkəmə qərarları › İş №1(099)-48/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-48/2024

06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-48/2024 06.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət X7 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2, onun müdafiəçiləri Bakı şəhərində yerləşən “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi - Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Qazıməmməd (indiki- Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşayan, 10 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə, xx xxxx 1984-cü il tarixdə Qazıməmməd (indiki-Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 2 ünvanda yaşayan, 10 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, xx xxxx 1984-cü il tarixdə Qazıməmməd (indiki-Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 3 ünvanda yaşayan, 10 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan 08 noyabr 2022-ci il tarixdə Hacıqabul şəhəri, Ə.Vahid küçəsində tanışı Hacıqabul rayon sakini Təqsirləndirilən şəxs2 qabaqcadan aralarında olan danışıq əsasında 30 manat pul müqabilində 6,87 qram narkotik vasitə qurudulmuş marixuananı alaraq, qanunsuz olaraq üzərində saxlamaqla daşımış, 10 noyabr 2022-ci il tarixdə saat 03:50-də Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd kibrit qutusunda təmiz çəkisi- 6,87 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 516,09 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuananı tanışı Təqsirləndirilən şəxs3 qanunsuz olaraq əldə edib, idarə etdiyi “Opel” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşıyıb, 08 noyabr 2022-ci il tarixdə həmin narkotik vasitə qurudulmuş marixuananın 6,87 qramını bir ədəd kibrit qutusunda tanışı Təqsirləndirilən şəxs1 sonuncunun yaşadığı Hacıqabul şəhəri, H.Həmidov küçəsi ev 209 ünvanında 30 manata satmış, qalan narkotik vasitə qurudulmuş marixuananın 502 qramını idarə etdiyi “Opel” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobildə bir ədəd sellofanda, 7,22 qramını isə bir ədəd kibrit qutusunda satış məqsədi ilə üzərində daşımaqla saxlamış, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 10 noyabr 2022-ci il tarixdə, saat 16:50-də Hacıqabul rayonu, Qarasu kəndində küçədə saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində satış məqsədi ilə qanunsuz saxladığı 7,22 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunda, 502 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana isə həmin tarixdə idarə etdiyi “Opel” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobildən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 1028,58 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, həmin narkotik vasitənin 516,09 qramını 2022-ci ilin sentyabr ayında tanışı Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan şəraitdə 20 manata satmış, qalan 512,49 qram narkotik vasitə qurudulmuş marixuananın 505 qramını bir ədəd sellofanda idarə etdiyi “Daevo Nexia” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobildə, 7,49 qram narkotik vasitə qurudulmuş marixuananı isə bir ədəd kibrit qutusunda satış məqsədi ilə üzərində daşımaqla saxlamış, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 10 noyabr 2022-ci il tarixdə, saat 19:05 radələrində Hacıqabul şəhəri Əliağa Vahid küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində satış məqsədi ilə qanunsuz saxladığı 7,49 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda, 505 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana isə həmin tarixdə idarə etdiyi “Daevo Nexia” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış aparılan zaman həmin avtomobildən aşkar olunaraq götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək onlara həmin maddələr ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə tərkibi təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirlilikləri təsdiq olunmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 9 noyabr 2022-ci il tarixdən 10 noyabr 2022-ci il tarixə keçən gecə içkili vəziyyətdə yoldaşları ilə birlikdə Şirvan şəhərinə getmişlər. Həmin vaxtı 3 nəfər olmuşlar, yəni onu yanında İsmayıl və Taryel olmuşlar. Hacıqabul rayonu ərazisində kafedə spirtli içki qəbul etmişlər, Şirvan şəhərinə isə siqaret almaq üçün getmişdir. Həmin vaxtı saat 24 radələri olduğu üçün Hacıqabul rayonu ərazisində marketlər bağlı olmuşdur. Şirvan şəhəri ərazisində Şirvan ŞPŞ-nin post-patrul avtomobili onları saxlatmışdır. Polis əməkdaşları onlara şübhəli şəxs olduqlarını bildirmişlər. Onları Şirvan ŞPŞ-nə aparmışlar və üzərlərini axtarmışlar, ancaq üzərlərindən heç nə aşkar olunmamışdır. Avtomobilidə axtarmışlar, oradan da heç nə aşkar olunmamışdır. Ancaq polis əməkdaşları sonradan onların yanına gələrək avtomobildən narkotik vasitə aşkar olunduğunu, kimə məxsus olduğunu demişlər. O, İsmayıl və Taryel narkotik vasitələrin onlara məxsus olmadığını demişlər. Bundan sonra post-patrul xidməti əməkdaşları onları polis şöbəsinin inzibati binasının yuxarı mərtəbəsində oturan əməliyyatçıların otağına aparmışlar. Orda əməliyyatçılar üçünü də döyməyə başlamışlar. Həmin vaxtı əməliyyatçılar yeddi nəfər olmuşlar, əlləri arxadan bağı olmuşdur. Səhər saat 7-dək əməliyyatçılar onları döymüşlər. Sonradan polis əməkdaşları İsmayıl və Taryeli buraxmışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, polis əməkdaşları onu şübhəli şəxs qismində tutduqdan sonra MSY-nə aparmışlar. İki gün sonra onu polis əməkdaşları MSY-dən buraxmışlar, onu İstintaq Təcridxanasına aparmamışlar. Səhər saat 7-dək onları döydükdən sonra onları Növbətçi hissənin yanında olan dejurkaya atmışlar. Orada polis əməkdaşı İsmayıl “whatsapp”la görüntülü olaraq Hacıqabul RPŞ-nin əməkdaşı olan dəqiq xatırlamır ya Mürsəl ya da Eldar zəng vurmuşdur ki, Vüsalı tutmuşuq. Hacıqabul RPŞ-nin əməkdaşı onu saxlamağını və gəldiklərini demişdir. Hacıqabul RPŞ-nin əməkdaşları gəldikdən sonra nə danışdıqlarından xəbəri olmamışdır. Sonra Əli və Kamalı Şirvan ŞPŞ-nə gətirmişlər. Onu isə döyərək və üzərinə külli miqdarda narkotik vasitə qoyacaqları ilə hədələyərək Əlinin üzünə durmağını demişlər. Onun qarşısına külli miqdarda narkotik vasitə qoymamışlar, ancaq hədələmişlər. Polis əməkdaşları həmçinin ona döymələri barədə kiməsə desə və kiməsə müraciət etsə başına oyun açacaqlarını və rahat yaşamağa imkan verməyəcəklərini demişlər. Polis şöbəsində onu həmçinin rəis müavini Faridin yanına aparmışlar, Farid də onun üzünə qarşı söyüş söymüş, onu təhqir etmişdir. Polis əməkdaşlarının onu döyməsi nəticəsində hər yanı göm göy olmuşdur. Bütün bədəni ilə yanaşı gözünün altı göy olmuş, Kamal da gözünün altının göy olduğunu görmüşdür. Həmçinin şəxsi axtarış zamanı çəkilən vidoçəklişdə də gözlərinin altında göy rəngli xəsarətlərin olduğu açıq şəkildə müşahidə olunur. Polis şöbəsində olan zaman üzərinə təcili yardım çağırılmamışdır. Kamaldan heç vaxt narkotik vasitə almamışdır. Saxlanılan zaman üzərində heç bir növ narkotik vasitə, o cümlədən də narkotik vasitə marixuana olmamışdır. Saxlanılan zaman narkotik vasitə çəkməmişdir, Əli və Kamalla da heç vaxt bir yerdə narkotik vasitə çəkməmişdir. Onları 09 noyabr 2022-ci il tarixdən 10 noyabr 2022-ci il tarixə keçən gecə saat 1-2 radələrində saxlamışlar. Onların Şirvan şəhərinə gəldikləri avtomobil 09 markalı avtomobil olmuş, avtomilə Rusiya nömrəsi taxılmışdır. Avtomobil Şamxala məxsus olsa da İsmayıl idarə etmişdir. İsmayıl avtomobildən yerə düşmüş, sonra digər polis əməkdaşları avtomobildən yerə düşmüşlər. Onları avtomobildən düşürərək post-patrul avtomobilinə mindirmişlər. Yol-patrul xidmətinin əməkdaşını çağırıb onların olduqları avtomobili də polis şöbəsinə aparmışlar. Onları da post-patrul xidmətinin avtomobilində polis şöbəsinə aparmışlar. İsmayılla Taryeli məhkəməyə aparmışlar, onlara cərimə yazaraq onları polis şöbəsindən buraxmışlar. Heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Polis şöbəsində onu döyən polis əməkdaşlarından ikisinin adı İsmayıl olmuş, digərlərinin adlarını bilməmiş, onu döyən polis əməkdaşları ümumilikdə 7 nəfər olmuşlar. Polis şöbəsinə gətirdikdən sonra birinci onları növbətçi hissəyə aparmışlar, növbətçi hissədə üzərlərini yoxlamışlar, üzərlərindən qanunsuz heç nə aşkar olunmamışdır. Bundan sonra iki polis əməkdaşı və Taryel avtomobilin yanına getmişlər. Avtomobili axtarmışlar, heç nə olmadığı halda gəlib avtomobildə narkotik vasitə olduğunu demişlər. O polis əməkdaşları tərəfindən Əli və Kamaldan əvvəl tutulmuşdur. Əli və Kamalın saxlanılmalarını 10 noyabr 2022-ci il tarixdə saat 17-18 radələrində bilmişdir. Nümayiş etdirilən videoçəkiliş 10 noyabr 2022-ci il tarixdə səhər vaxtı çəkilmişdir, təqdim etdiyi narkotik vasitə marixuananı Fərman üzərinə qoymuşdur. Döyüldüyü, işgəncələrə məruz qaldığı və hədələndiyi üçün üzərinə qoyulmuş narkotik vasitə marixuananı təqdim edərək özünə məxsus olduğunu və Əli adlı şəxsdən aldığını demişdir. Fərmanın üzərinə narkotik vasitə marixuana qoyduğunu vəkil Ulduzə xanımda görmüşdür. Polis əməkdaşları onları saxlayan zaman İsmayıl avtomobili idarə etmiş, Taryel qabaq oturacaqda, o isə arxa oturacaqda əyləşmişdir. Polis şöbəsində əməliyyatçılar arxada kimin oturduğunu demişlər, o da avtomobilin arxa oturacağında özünün oturduğunu demişdir. Polis əməkdaşları narkotik vasitə marixuananın avtomobilin arxa oturacağının altından aşkar olunduğunu, demək ona məxsus olduğunu demişlər, o isə polis əməkdaşlarına narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Əlini tanımışdır, Əli köhnə tikilisini sökmüş, oradan çıxan taxtaları sexdə yandırmaq üçün ona vermiş o da həmin taxtaları aparmışdır. Videoçəklişdə demişdir ki, Əlini tanımır. Əli və Kamalı 10 noyabr 2022-ci il tarixdə polis şöbəsində görmüşdür. Əlini görən zamanı onun sifəti yaman gündə idi, polis əməkdaşları Əlini çox möhkəm döymüşlər. Əlinin sifəti göyərmiş, ağzı-burnu qanın içərisində idi. Əlinin polis şöbəsində yerdə uzanmış vəziyyətdə polis əməkdaşları tərəfindən döyüldüyünü görmüşdür. Onu da Əlinin yanına aparmışlar, Farid onlara nə deyirsə elə də olmalı olduğunu bildirmişdir. Onu Əlinin yanına Əlinin üzünə durmaq üçün aparmışlar. Həmin vaxtı ondan Əlidən narkotik vasitəni aldığını soruşmuşlar, o da qorxusundən “bundan aldım” demiş, sonra başını aşağı salaraq heç bir söz deməmişdir. Onu Əlinin üzünə durquzan əməliyyatçılar idilər, bununla bağlı heç bir sənədləşmə aparılmamışdır, ancaq təhqiqatçı da orada olmuşdur. Həmin vaxtı orada Farid, Fərman və 5-6 nəfər polis əməkdaşları var idilər, Əli yerdə idi, Əlini döyürdülər. Həmin vaxtı polis şöbəsinin inzibati binasının ikinci mərtəbəsində Faridin otağında olmuşlar. Onun barəsində sənədləşmə işləri polis şöbəsinin inzibati binasının birinci mərtəbəsində təhqiqatçı Xalid tərəfindən aparılmışdır. Avtomobildə axtarış aparılan zaman o orada olmamış, Taryel orada olmuşdur. Saxlanılan zaman avtomobilin içərisinə baxış keçirməmişlər. O saxlanılandan sonra İsmayıl Hacıqabul RPŞ-nin əməkdaşına görüntülü zəng vurmuş və onun tutulduğunu demiş, Hacıqabul RPŞ-nin əməkdaşı isə gəldiyini demişdir. Bundan bir necə saat sonra İsmayıl ona Kamal ilə Əlinin üzünə durmağını demişdir. Sonra isə yalnız Əlidən aldığını deməyini bildirmişlər, buna görə də Əlidən narkotik vasitə marixuana aldığını demişdir. Nə Kamaldan nə də Əlidən narkotik vasitə almamışdır. Əli sinif yoldaşıdır, hər gün bir yerdə olmuşlar. İşlətdiyi sex Əligilin evindən təxminən 100 metr kənarda yerləşir. Polis şöbəsinə gətirildikdən sonra üzərində axtarış aparılsa da heç nə aşkar olunmamışdır. Üzərində videoçəklişlə şəxsi axtarış isə 10 noyabr 2022-ci il tarixdə saat 16 radələrindən sonra aparılmışdır. Üzərində videoçəklişlə şəxsi axtarış aparılan zaman Kamal və Əli artıq polis şöbəsində olmuşlar. Polis şöbəsinə gəldikdən sonra heç bir vəkil seçməmiş, ona dövlət hesabına Ulduzə adlı vəkil verilmiş, həmin vəkili də özü seçməmiş, onu polis əməkdaşları təyin etmişlər. Vəkil Ulduzə onun hüquqlarını müdafiə etməmiş, onunla heç bir fərdi söhbət aparmamışdır. Şahid2 yalan ifadə vermişdir. Təbriz onun döyülməsində fəal iştirak etmiş və onu döymüşdür. Onu döyən polis əməkdaşları 7 nəfər olmuşlar, onlardan biri də Təbriz olmuş, Təbriz ayağının altına vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Hacıqabul rayonu, Qarasu kəndində dəmir yolunda işləyir, 10 noyabr 2022-ci il tarixdə işdə olan zaman 4 nəfər olmaqla 2 nəfər Şirvan ŞPŞ-nin 2 nəfər isə Hacıqabul RPŞ-nin əməkdaşları otağa daxil olmuşlar. Gündəlik işi dəmiryolda dayanmış qatarlara baxmaqdan ibarət olmuşdur. Həmin vaxtı otağa yenicə daxil olmuşdur ki, əməliyyatçılar da otağa daxil olmuşlar. Əməliyyatçılar otağa daxil olan kimi ona qalx ayağa göstərişini vermişlər. O da ayağa qalxan zaman qoluna arxa tərəfdən qandal vurmuşlar. Əməliyyatçılara neynəyirsiniz, kimsiniz siz demiş, həmin vaxtı iş yoldaşı Ağamuradda bunları görmüş, polis əməkdaşlarına neynəyirsiniz siz, iş yoldaşımı hara aparırsınız demişdir. Polis əməkdaşları Ağamurada sənlik deyil demişlər. Həmin vaxtı Ağamuradın yanında üstünü, otağı yoxlamışlar, ancaq heç bir qanunsuz əşya və ya narkotik vasitə aşkar etməmişlər. Olduqları otaqda pəncərənin qarşısına qoyulmuş bacanağı İlkinə məxsus avtomobilin acarlarını götürmüşlər. İlkin avtomobili Hacıqabul rayonu ərazisində işləyən avtomobilin oturacaqlarına üzlük tikən usta Hacı Mahir adı ilə tanıdıqları şəxsin gəlib götürməsi üçün səhər vaxtı onların yanına qoymuşdur. İlkin məhkəmədə işlədiyi üçün vaxtının olmadığı üçün Mahir işə gedən zaman gəlib götürəcəyini demişdir. Polis əməkdaşları açarı götürüb avtomobilin yanına gəlmişlər, avtomobilə baxış keçirmişlər, ancaq avtmobildən də qanunsuz heç nə aşkar olunmamışdır. Avtomobilin axtarışını da iş yoldaşı Ağamurad görmüşdür. Həmin vaxtı saat 14:05 və ya 14:20 radələri olardı. Həmin vaxtı onu İlkinə məxsus avtomobilə mindirmişlər, qollarıda qandallı vəziyyətdə olmuşdur. Polis əməkdaşları avtomobili sürmüşlər, polis əməkdaşlarına “hara aparırsınız, sizi tanımıram” demişdir. Bir nəfər avtomobili sürmüş, sonradan adlarını bildiyi Hacıqabul RPŞnin əməkdaşı Şamxal qabaq oturacaqda, sonradan adını bildiyi Fərman adlı əməliyyatçı isə arxada onun yanında oturmuşdur. Onu Şirvan ŞPŞ-nə aparmışlar və onu polis şöbəsinin ikinci mərtəbəsinə çıxarmışlar. Otaqda başqa şəxslər də olmuşdur, durduğu yerdə bir nəfər əlini onun cibinə salmış, sonra əlini cibindən çıxararaq bükülünü stolun üstünə qoyub bu nədir demişdir. O, da polis əməkdaşına “əlini cibimə salıb çıxarıb bu nədir deyirsiniz”, elə bu sözü demişdir ki, polis əməkdaşı cənəsinə bir yumruq vurmuşdur. Cənəsində ağrılar yaranmış, dişinin dibi şişmişdir. Hələdə cənəsində ağırılar qalmışdır. İstintaq təcridxanasına daxil olan zaman həmin xəsarətlər yazılmış, döyülməsi barədə həkimə məlumat vemişdir. Döyülməsi barədə bütün orqanlara, o cümlədən İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyevaya yazmış, Səbinə Əliyeva gələrək onu qəbul etmiş, bədəni üzərində olan xəsarətləri özü görmüşdür. Ombudsman özü xəsarətlərini yazmış, şəklini çəkmişlər. Döyülməsi barədə prokurorluq tərəfindən araşdırma aparılmış, onu prokurorluğa da aparmışlar, izahatda vermiş, barmağı sınmışdır. Lakin prokurorluq tərəfindən cinayət işinin başlanması rədd edilmişdir, həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət etməmişlər. İstintaq təcridxanasına daxil olan zaman barmağının sınıq olduğu da qeyd edilmişdir. Barmağında sınıq olması bu gündə aydın şəkildə görünür və tibbi sənədlərlə tam təsdiq olunur. Ombudsman tərəfindən qəbul olunmasının nəticəsinə dair ona heç bir cavab verilməmişdir. Polis şöbəsində qızılı rəngdə bükülünün özünə məxsus olmadığını, içərisindəkinin nə olduğunu bilmədiyini dedikdən sonra onu yerə yıxmışlar, əlləri arxadan qandallı vəziyyətdə olmuş, onu təkiblə vurmuşlar. Polis əməkdaşları onun ölə biləcəyini, uşaqlarının olmasını, ata, anasının, bacı qardaşının olmasını fikirləşməmişlər, onu dayanmadan döymüşlər. Rəis müavini Farid əllərini salaraq onun ağzını cırmağa çalışmış və onun dediklərini etməyini, narkotik vasitənin özünə məxsus olmasını deməyini tələb etmişdir. Stolu sinəsinin üstünə qoyaraq ayaqlarını göyə qaldırıb ayaqlarının altına təxminən 2 saat ərzində vurmuşlar, hazırda da ayaqlarının altında hissiyat olmamışdır. Polis əməkdaşları narkotik vasitəni üzərinə götürməyini, narkotik vasitəni Kamaldan almağını deməyini ayaqlarının altına vura-vura təkidlə tələb etmişlər. Ev dustaqlığına çıxdıqdan sonra polis əməkdaşlarından qorxduğu üçün xəstəxanaya müraciət etməmişdir. Döyülməsi ilə bağlı İstintaq Təcridxanasında olan zaman demişdir, 2-3 dəfə tibb məntəqəsinə getmişdir. Döyülməsi ilə bağlı barəsində həbs qətimkan tədbiri seçən Şirvan Şəhər Məhkəməsinin hakiminə də məlumat vermişdir. Məhkəməyə aparılmamışdan əvvəl onu Şirvan şəhər prokurorunun yanına aparmışlar, həmin vaxtı barmağı sınıq olduğu üçün şişmiş vəziyyətdə olmuşdur. Polis əməkdaşları tərəfindən döyülməsi, barmağının sınması barədə prokurora da demişdir. Barəsində seçilmiş həbs qətimkan tədbirindən Şirvan Apellyasiya Məhkəməsinə də vəkili tərəfindən şikayət olunmuş, həmin məhkəmədə də hakim onun bədəni üzərində xəsarətlərin olmasını görmüşdür və döyülməsi barədə həmin hakimə də məlumat vermişdir. Buna baxamayaraq barəsində seçilmiş həbs qətimkan dətbiri ləğv edilməmiş və müdafiəçisinin şikayət təmin olunmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ekspertizadan keçirilməsi üçün onu Şirvan şəhərinə etap etmişlər, “Şirvan Şəhər Mərkəzi Xəstxanası” PHŞ-də polis nəfərləri onu rentgen etdirmişlər, onu kənara çəkərək gözünün qabağında polis serjantının barmağını qoyaraq həmin polis əməkdaşının barmağını silimka (rentgen şəkili) etmişlər. Barmağının rentgen şəklini ona təqdim etməmişlər. Barmağı hal-hazırda da sınıqdı və barmağını polis əməkdaşları sındırmışlar. Barmağı rentgen olunan zaman barmağı şişmiş vəziyyətdə olmuş, rentgen edən həkim isə polis əməkdaşlarının qanunsuz hərəkətlərinə göz yummuşdur. İş yoldaşının yanında polis əməkdaşları üzərini yoxlamışlar, iş yoldaşı da üzərindən heç nə aşkar olunmadığını görmüşdür. Polis əməkdaşları iş yerində onu saxlayan zaman otaqda gödəkçəsini çıxarmış, cibində siqareti və 10-15 manat pulu olmuşdur. Avtomobilə baxış keçirən zaman da iş yoldaşı görmüş və avtomobildən də qanunsuz heç nə aşkar olunmamışdır. Heç vaxt narkotik vasitədən istifadə etməmişdir, polis əməkdaşları onu Kamala görə həbs etmişlər. 10 noyabr 2022-cil il tarixdə saat 14:05-də Hacıqabul RPŞ-nin əməliyyatçıları Şamxal və Sahil gələrək avtomobilə baxış keçirmişlər, avtomobilin qapıları bağlı olmuş, açarlar isə onda olmuş, polis əməkdaşlarının həmin hərəkətləri avtomobildə quraşdırılmış aparatla video çəkilmişdir. Polis əməkdaşları yalandan onu başqa vaxtda və başqa ərazidə saxladıqlarını yazmışlar. Həmin videoçəklişə baxıldıqda da dediklərinin həqiqət olduğu açıq aydın görünür. Onu polis əməkdaşları otaqda saxladıqdan sonra açarı ondan almışlar, həmin avtomobilə otuzdurmuşlar və onu Şirvan ŞPŞ-yə aparmışlar. Avtomobilə oturan kimi əməliyyatçı aparatı ayırdığı üçün polis əməkdaşlarının onu gətirərək avtomobilə əyləşdirməkləri çəkilişə düşməmişdir. Hacıqabul RPŞ-nin və Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən Şirvan ŞPŞ-nə gətirildikdən sonra bir nəfər əməliyyatçı əlini onun cibinə salaraq nəsə qoymuş, nə olduğunu soruşduqda “kakos” kimi tanınan narkotik vasitə olduğunu demişdir. Polis şöbəsində həbsdə saxlanılan zaman həmin əməliyyatçının DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olduğunu öyrənmişdir. Polis əməkdaşlarına narkotik vasitə istifadə etmədiyini, heç vaxt narkotik vasitə görmədiyini demişdir. Polis əməkdaşları onun həbs olunmalı olduğunu, üzərinə nə istəsə qoya biləcəklərini demişlər. Onu polis şöbəsində döyəndən sonra Kamalı polis şöbəsinə gətirmişlər. Kamaldan sonra isə otağa Vüsalı gətirmişlər. Bundan sonra Farid otağa gələrək prosesin belə olacağını, yəni Vüsalın narkotik vasitəni ondan, onun isə narkotik vasitəni Kamaldan aldığını demişdir. Vüsala narkotik vasitə satmadığını və Kamaldan narkotik vasitə almadığını bildirmişdir. Bu sözü deyən zaman Farid çənəsindən bir yumruq vurmuş, qoyulma dişi ağzından yerə düşmüşdür. Sonra isə ikinci zərbəni vurmuş, nəticədə yerə yıxılmışdır. Vüsal və Kamalı bu vaxtı otaqdan çölə çıxarmışlar. Sonra onu döymüşlər, ona Kamalın ona narkotik vasitə satdığını dediyini, Vüsalın isə ondan narkotik vasitə aldığını dediyini bildirmişlər. Onun kim olduğunu, Kamaldan narkotik vasitə aldığını və Vüsala narkotik vasitə satdığını etiraf edəcəyini ona bildirmişlər. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları gələrək onun hər şeyi etiraf edəcəyini, “Qoca, Etibar” kimi adamları vurduqlarını demişlər. Kamal və Vüsalla sinif yoldaşı olduğunu, heç birinin üzünə yalandan dura bilməyəcəyini demişdir. Fərman ona onların başına oyun açmamağını, avtomobilə 100 qram narkotik vasitə qoyacaqlarını və istifadəçi kimi sənədləşdirəcəklərini demişdir. Bu vaxtı vəkil Müdafiəçi2 görmüş, onun hüquqlarını müdafiə etmək üçün Müdafiəçi2 vəkil kimi təyin edilmiş və polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunmuşdur. Müdafiəçi2 ondan “sənin sifətin nə gündədi” deyə soruşmuş, o da Müdafiəçi2 onu polis əməkdaşları döydüklərini, ona narkotik vasitə yükləmək istədiklərini demişdir. Polis əməkdaşları ona iki dəqiqə Müdafiəçi2 ilə təklikdə görüşməyə imkan verməmişlər, Fərman, Namaz və Təbriz otağın qapısını aralı saxlamışlar ki, vəkilə nə dediklərini eşitsinlər. Ağabba müəllim çəkilişin bir dəfə olacağını bildirmişdir. Onları düşürmüşlər polis şöbəsinin həyətinə, həmin vaxtı İlkinin avtomobilinin dayandığı yer başqa istiqamətdə idi, polis əməkdaşları saxlayanda narkotik vasitəni gətirərək avtomobilə qoymuşlar. “Opel Astara” markalı avtomobilin oturacağının altına yarımkilo narkotik vasitənin yerləşməsi mümkün deyildir. Narkotik vasitəni avtomobildə ayaq altına qoymuşlar. Çəkiliş zamanı cibində narkotik vasitə olubolmamasını soruşmuşlar, o isə üzərində narkotik vasitə olmadığını demiş, bu vaxt Fərman əlini ataraq cibinə qoyduları narkotik vasitəni çıxararaq avtomobilin üzərinə qoymuş, o isə həmin narkotik vasitənin özünə məxsus olmadığını, Fərman tərəfindən cibinə qoyulmuş narkotik vasitə olduğunu, həmin narkotik vasitəyə əlini belə vurmadığını bildirmişdir. Həmin narkotik vasitəni Fərman özü cibinə qoymuşdur. Videoçəkiliş polis əməkdaşları tərəfindən dayandırılmış, onun üstünə qışqırmışlar, “sən kimsənki bizi oynadasan demişlər”, Ağabba müəllimi polis şöbəsindən uzaqlaşdırmışlar. Onu polis şöbəsinin inzibati binasına aparmışlar, polis rəisinin müavini Farid gələrək onu çox şiddətli şəkildə döymüşdür. Onu yerə yıxaraq sinəsinin üstünə stol qoyub, ayağını qaldıraraq ayağının altına dubinka (dəyənək) ilə vurmuşlar. Farid əlini salaraq ağzını çırmışdır. Müdafiəçi2 imtina etmədiyini, hüquqlarının Müdafiəçi2 tərəfindən müdafiə olunmasını istədiyini bildirsə də Müdafiəçi2 uzaqlaşdırmışlar, onun hüquqlarını müdafiə etmək üçün İlqar Tapdıqov adında birini vəkil kimi təyin etmişlər. İlqar Tapdıqov gələnə kimi onu polis şöbəsində döyərək razı olmağını tələb etmişlər. Bədəninin hər yeri ağrımışdır, polis əməkdaşları ona 100 qram narkotik vasitə qoyacaqlarını sonra isə onu buraxacaqlarını demişlər. İlqar Tapdıqov gələndən sonra ona döyüldüyünü, üzərinə narkotik vasitə qoyulduğunu demiş, İlqar Tapdıqov ona kişi döyülərdə demişdir. Həmin vaxtı gözlərinin altının qara olduğunu İlqar Tapdıqov görmüşdür. Polis əməkdaşları tərəfindən “youtube.com” sayıtına yerləşdirilmiş videoçəklişdə gözünün alt nahiyəsində göyərmiş xəsarətlərin olması açıq aydın görünür. İlqar Tapdıqov özü ona qorxmamağını üzərinə cəmi 100 qram narkotik vasitə qoyacaqlarını, istifadəçi kimi onu sənədləşdirərək buraxacaqlarını demişdir. Həmin vaxtı döyülməkdən onun halı qalmamışdır. Onu gündüz saat 14:05 radələrində aparmışlar, gecə saat 04-ə kimi polis şöbəsində döymüşlər. Həmin işgəncələrə heç kimi dözə bilməzdi. Polis əməkdaşları ona “səni öldürmək iki vur ikidi, sənin beş manatlıq xərcin var” demişlər. Onu iş yerindən Şamxal, Sahil, Namaz və Fərman aparmışlar. Avtomobil bacanağı İlkinə məxsusdur, İlkin məhkəmədə işləyir, İlkin işə gedən zaman avtomobili sürərək onun iş yerinə gətirib qoymuşdur. Avtomobilin oturacaqlarının örtükləri dəyişməli idi, örtükləri tikən usta Hacı Mahir işə gedən zaman gələrək avtomobili onun iş yerindən sürüb aparacaqdı. İş yerində üzərinə və avtomobilə baxış keçirilən zaman heç bir çəkiliş və sənədləşmə aparılmamışdır. Hətta iş yoldaşı da onu aparmaqları barədə sənədləşmə edilməsini tələb etsə də polis əməkdaşları hər hansı sənədləşmə aparmamışlar. Polis əməkdaşlarından biri avtomobili sürmüş, digəri qabaq oturacaqda oturmuş, onu arxa oturacaqda ortada otuzdurmuşlar, hər tərəfindən isə bir polis əməkdaşı oturmuşlar. Polis əməkdaşlarını gətirən avtomobil isə getmişdir. İlk əvvəl onu Hacıqabul RPŞ-nə gətirəcəklərini düşünmüş, lakin sonradan görmüşdür ki, onu Şirvan ŞPŞ-nə aparmışlar. Onun saxladığı yerlə Hacıqabul RPŞ-nin arasında məsafə təxminən 30 km, Şirvan ŞPŞ-i ilə arası təxminən 50 km olar. Onu saxlayan polis əməkdaşlarından ikisi Hacıqabul RPŞ-nin ikisi isə Şirvan ŞPŞ-nin əməkdaşları olmuşlar. Onu saxlayan zaman Bakı şəhərindən gələn polis əməkdaşları olmamışlar, həmin polis əməkdaşları onu Şirvan ŞPŞ-də gözləmişlər, onu otağa salan kimi həmin polis əməkdaşlarını görmüşlər. Həmin polis əməkdaşlarından biri əlini onun cibinə salaraq büküm çıxararaq stolun üstünə qoymuş, ona məxsus olduğunu demişlər. O isə həmin bükümün ona məxsus olmadığını, özləri tərəfindən cibinə qoyulduğunu demişdir. Onu polis şöbəsinə gətirdikdən sonra İlkinə məxsus avtomobilin açarları polis əməkdaşlarında qalmışdır. Konkert olaraq onu polis şöbəsində döyən, ona işgəncə verən Farid, Namaz və Fərman olmuşlar. Polis əməkdaşlarının onu döymələrinin və ona işgəncə vermələrinin səbəbi təqdim olunan narkotik vasitəni boynuna almağını və həmin narkotik vasitəni Kamaldan almağını deməsi olmuşdur. Barmağını polis rəisinin müavini Farid sındırmışdır. Barmağını sındırdıqdan sonra yerə yıxmış, biri başından basaraq stulu qarnının üstünə qoymuş, digər isə ayağının altına dubinka (dəyənək) ilə vurmuşdur. Bir kişi kimi onun bütün hissiyatı ölmuşdur. Müdafiəçi2 polis şöbəsinə gələn zaman təxminən saat 22-23 radələri olardı, polis şöbəsinə gətirildikdən sonra Müdafiəçi2 gələnə kimi müdafiəçisiz qalmış, həmin vaxtı döyülmüş və şiddətli işgəncələrə məruz qalmışdır. Qolları arxadan qandallı vəziyyətdə olmuşdur. Polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində ən çox ayağının altından, boğaz nahiyəsindən xəsarətlər almış, barmağı sınmışdır. Döyülmə nəticəsində bütün hissiyatı olmuş, bayıra getmək üçün bəzən beyninə siqnal belə gəlməmişdir. Polis əməkdaşları 6 saat onun ayağının altına vurmuşlar. Barmağının silimkasını (rentgen şəklini) çıxararaq təqdim etmişdir, ekspert rəyinin verilməsinə əsas olmuş silimka (rentgen şəkli) isə onun barmağının silimkası (rentgen şəkli) olmamışdır. Həmin silimka (rentgen şəkli) polis əməkdaşının barmağının silimkası (rentgen şəkli) olmuşdur. Ekspertiza təyin olunaraq müqayisə olunsa bu aydın şəkildə görünər. Ekspert rəyinin verilməsinə əsas olmuş barmağının silimkasını (rentgen şəklini) tələb etmişdir. Döyülməsi barədə qəbul olmuş prokurorluğun qərarı ona verilmədiyindən şikayət etməmişdir. Ev dustaqlığına buraxıldıqdan sonra X48un yanına getmiş, Eldar Məmmədov polis əməkdaşları ona təzyiqlər etdiyi üçün xəsarətləri tam yaza bilmədiyini demişdir. Əgər məhkəmə şahid qismində onu ifadə verməyə çağırarsa xəsarətləri barədə məhkəməyə ifadə verə biləcəyini demişdir. Onun sol əlinin ikinci barmağı sınmışdır. Müdafiəçi2 gələndən sonra xəsarətlərini görmüş, order təqdim edərək, onunla iki dəqiqə görüşməyinə şərait yaradılmasını tələb etmişdir. Lakin polis əməkdaşları buna imkan verməmişlər və şərait yaratmamışlar. Kamal əvvəllər də 5 nəfər polis əməkdaşından, yəni Mürsəl, Fariz, Vasif, Sahil və digərindən şikayət etmişdir. Fariz dəfələrlə onunla görüşmüşdür, Fariz ona demişdir ki, Kamal onların barəsində etdiyi şikayəti geri götürsün. Kamal ona görə polis əməkdaşlarından şikayət etmişdir ki, qonşuları olan polis mayoru Vasif Kamala narkotik satmağı təklif etmişdir. Vasif həmin məsələyə görə sərəncama çıxarılmışdır. Polis əməkdaşları həmin məsələyə görə onu dəfələrlə yanına çağırmışlar, anten dairələri çıxarılsa aydın şəkildə görünər ki, polis əməkdaşları ilə görüşmüşdür. Farizgildə, Vasifgildə və “Dostluq” kafesində polis əməkdaşları ilə görüşmüşdür. Hər dəfə Fariz, Vasif və digər polis əməkdaşları ona Kamala şikayətini geri götürməsini demiş, o da gedib Kamala şikayətini geri götürməyini demiş, lakin Kamal ona qulaq asmayaraq şikayətini geri götürməyəcəyini demişdir. Kamal onun sinif yoldaşı olduğunu və Kamalla yaxşı münasibəti olduğu üçün Fariz, Vasif və digər polis əməkdaşları ona Kamaldan şikayətini geri çəkməsini deməyini bildirmişlər. Bütün bunlar həbs edilməmişdən əvvəllər olmuş, Farizgillə görüşməsi dəfələrlə olmuşdur. Kamal şikayət etdiyi üçün onu da Kamalı da şərləyərək həbs etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, bu hadisədən əvvəl polislər Mürsəl və Fariz ona yaxınlaşaraq “bizim üçün marixuana sat” demişlər, polis əməkdaşlarına bu işin onluq olmadığını demişdir. Bu barədə anasına deyəndə anası DİN-nin “102” xidmətinə zəng edərək, bu barədə şikayət etmişdir. Bu hadisə baş verən günü evdən çıxıb “Elektro” mağazasına getmişdir. Mağazadan qayıdıb evdə uzanmış, bir az sonra həyətdə səs-küy eşitmiş, çölə çıxmaq istəmişdir ki, görsün nə səs gəlir, bu vaxt polis əməkdaşları evə doluşmuşlar. Onu tutub polis şöbəsinə aparmışlar və üzərinə narkotik vasitə qoymuşlar. 7,5 qram olan narkotik vasitə olan qurudulmuş marixuananı və 1 ədəd kibrit qutusunda müdafiəçisi Ulduzə Əhmədovanın yanında üzərinə qoymuşlar və üzərinə baxış keçirərək çıxarmışlar. Polis şöbəsində polis əməkdaşları ona işgəncə verərək, sağ ayağına, çiyninə, ayağının bud hissəsinə və qarın boşluğuna təpiklə vurmuşlar. Sonra isə onu atasıyla hədələmişlər ki, ondan etirafedici ifadələr alsınlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun orta məktəbdə sinif yoldaşı olmuşlar. Heç vaxt narkotik vasitə istifadə etməmişdir. Vasif Kərimov atasının əmisi oğludur və bu iş Vasif Kərimov tərəfindən qurulmuşdur. Vasif də Fariz və Mürsəl kimi ona narkotik vasitə satmağı təklif etmişdir, o, razı olmamışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitə satmamışdır. Hadisə günü polislər onu evdən götürəndə, atasını da özünə məxsus “Daewoo Nexia” markalı **- SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirib Hacıqabul RPŞ-nə aparmışlar, onu isə Şirvan ŞPŞ-nə aparmışlar. Polislər onu ŞPŞ-yə apararkən yolda atasını Hacıqabul RPŞ-nə apardıqlaqını görmüşdür. Üzərində və avtomobilində heç bir narkotik vasitə olmamışdır. Vasif Kərimov ona avtomobil sürməməyini və çölə çıxmamağını, polislərin onu tutacaqlarını demişdir. Polis əməkdaşları onu 10 noyabr 2022-ci il tarixdə saat 15:50-də saxlamışlar. Polis əməkdaşları onu saxlayanda həyətlərində də 5-6 nəfər polis işçisi olmuşdur. Polis əməkdaşları onu saxlayan vaxt evlərində atası, anası, əmisı arvadı, əmisi və özü olmuşdur. Polis əməkdaşları onu şöbəyə rəis müavinin yanına aparmışlar rəis müavini üstünə cumub onu danlamışdır. Polis şöbəsində Fariz, Sahil və Şamxal adlı polis əməkdaşları onu bir otağa salıb çox döymüşlər. Fərman və Təbriz adlı polis işçiləri narkotik vasitəni onun üzərinə qoymuşlar. Polis şöbəsində Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən işgəncə verilməsini görmüşdür. Şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmiş, vəkil Ulduzə Əhmədovanı tanımışdır. Məhkəmədə vəkili dəyişmişdir. Vəkilinin dəyişməsi barədə müstəntiqə müraciət etməmişdir. Polis əməkdaşları onu başqa avtomobillə aparmışlar. Polis əməkdaşları atasını da vurmuşlar, atasının qollarını burub cibindən avtomobilin açarın çıxarmışlar və özləri atasının “Daewoo Nexia” markalı avtomobilin sürərək atasını Hacıqabul RPŞ-nə aparmışlar. Saxlanılan zaman üzərində siqaret və alışqan olmuşdur. Təqsirləndirilən şəxs2 polis əməkdaşları onu tutmamışdan 1 ay əvvəl bazara gedəndə görmüşdür. Polis əməkdaşları onu polis şöbəsinə gətirdikləri gün, Təqsirləndirilən şəxs2 məxsus olan kimi sənədləşdirilmiş avtomobilin polis şöbəsində olduğunu, Təqsirləndirilən şəxs2 özünün isə döyüldüyünü görmüşdür. Tutulmağını Hacıqabul RPŞ-də təşkil etmişlər. Təhqiqatçının otağında Eldar Soltanov təhqiqatçıya zəng edib “onların torbasını tik, sənədləşdir getsinlər” demişdir. Şirvan ŞPŞ-də olanda, Hacıqabul RPŞ-nin əməliyyatçıları Sahil, Şamxal, Fariz və Mürsəl də orada olmuşlar. Şirvan ŞPŞ-nin əməliyyatçıları onu döymüşlər, sonra onu başqa otağa aparmışlar orada onu Hacıqabul RPŞ-nin əməliyyatçıları Sahil və Şamxal da vurmuşlar. Polis əməkdaşları onu polis şöbəsinə başqa avtomobildə, atasını isə özünə məxsus avtomobildə aparmışlar. Atasının avtomobili “Daewoo Nexia” markalı avtomobildir. Polis əməkdaşlarından Fərman və digərləri də orada olmuşdur. Üzərinə narkotik vasitəni polis əməkdaşlarından Fərman və Təbriz qoymuşlar. Bu hadisələr vəkilinin yanında baş vermişdir. Polis əməkdaşları avtomobilinə də narkotik vasitə qoyub demişlər ki, “avtomobildə balaca bir şey var, onu əlinlə göstər, şəklini çəkək”. Polis əməkdaşları avtomobilinə baxış keçirəndə vəkili Ulduzə Əhmədova da orada olmuşdur. İbtidai istintaq vaxtı vəkil seçməmişdir. Şirvan Şəhər Məhkəməsində barəsində həbs seçiləndə onu heç kim dindirməmişdir. Şirvan Şəhər Məhkəməsində “sənin vəkilin Emil müəllimdir” demişlər. Şirvan Şəhər Məhkəməsində vəkil Emil Quliyev onun adından məhkəmədə demişdir ki, “Təqsirləndirilən şəxs3 özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir”. Məhkəmədə həbs qətimkan tədbiri seçənə qədər onu, otaqda, koridorda, orda-burda saxlamışlar. Hacıqabul RPŞ-dən polis əməkdaşları Sahil və qeyriləri Şirvan ŞPŞ-nə gəlib, onu döymüşlər, onlar evinə də gəlmişdilər. Polis əməkdaşları onu döydükləri üçün, narkotik vasitə istifadə etdiyini demiş, ancaq heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Saxlanılan zaman avtomobilləri çöldə, həyət qapılarının yanında olmuşdur. Polis əməkdaşları avtomobilin açarını atasının cibindən götürmüşlər. Polis əməkdaşları 10 noyabr 2022-ci il tarixdə saat 5 radələrində evlərinə gəlib onu aparmışlar. Narkotik vasitələr onların üzərilərinə qoyulduğundan, narkotik vasitələrin eyni tərkibli olacağın bilmişlər. Üzərində şəxsi axtarış keçirən təhqiqatçı Xalid Bünyadov olmuşdur. Polis əməkdaşlarından DİN-nin “102” xidmətinə şikayət etdiyi üçün, polislər onu həbs etmişlər, onunla şəxsi qərəzlik etmişlər. Təqsirləndirilən şəxs2la sinif yoldaşı olduğundan, polis əməkdaşları onu döyüb demişlər ki, “de ki, narkotik vasitəni Əliyə mən vermişəm”. Evdən çıxan zaman Şamxal və Mürsəli həyətdə görmüşdür, Mürsəl polis geyim formasında olmuşdur. Şamxal qolunu qandallamış, Mürsəl isə kənarda durmuşdur. Fariz isə həyətlərinə giriş qapısından çöldə dayanmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Şirvan ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Vüsal, Əli və Kamalın saxlanılmasında iştirak etmişdir. Birinci Vüsalı daxil olmuş məlumat əsasında 10 noyabr 2022-ci il tarixdə təxminən saat 03 radələrində saxlamışlar. ŞPŞ-də Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman üzərindən bir ədəd kibrit qutusunda qurudulmuş narkotik vasitə marixuanaya bənzər maddə aşkar olunmuşdur. Vüsal həmin narkotik vasitəni Hacıqabul rayonu, Qarasu kəndində yaşayan Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs2 həmin gün təxminən saat 16 radələrində Hacıqabul rayonu, Qarasu kəndində saxlanılaraq polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs2 üzərindən bir ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər narkotik vasitə aşkar olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2 avtomobilindən də narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 verilən suala cavab olaraq aşkar olunmuş narkotik vasitələri bir ay əvvəl Kamaldan aldığını demişdir. Təqsirləndirilən şəxs2 üzəridə şəxsi axtarış keçirildikdən bir necə saat sonra “Daewoo Nexia” markalı avtomobildə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs3 Hacıqabul rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs3 üzərində polis şöbəsində axtarış aparılmış, üzərindən narkotik vasitə aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, 10 noyabr 2022-ci il tarixdə gecə saat 03 radələrində Vüsalı, saat 16 radələrində Əlini saxlamışlar. Vüsalı Şirvan şəhərində Rəsulzadə küçəsində saxlamışlar. Vüsal narkotik vasitəni Əlidən aldığını bildirmişdir. Əlini Hacıqabul rayonu, Qarasu kəndində saxlamışlar. Əli də narkotik vasitəni Kamaldan aldığını bildirmişdir. Kamalı 10 noyabr 2022-ci il tarixdə Hacıqabul şəhəri, Əliağa Vahid küçəsində saxlamışlar, Kamalı saxladıqları saat yadında qalmamışdır. Təqsirləndirilən şəxslərin üzərinə narkotik vasitələr qoymamışlar. Kamalın saxlanılması barədə Hacıqabul RPŞ-də hər hansı bir məlumatın olmasını bilməmişdir. Vüsalı, Əlini və Kamalı saxlayana qədər tanımamış, Kamalın anasının Hacıqabul RPŞ-nin əməkdaşları barədə şikayət etməsindən məlumatı olmamışdır. Təxirəsalınmaz əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərarın kim tərəfindən, o cümlədən özü tərəfindən qəbul olunub-olunmamasını xatırlamamışdır. Əməliyyat məlumatı Vüsalın barəsində olmuş, əməliyyat tədbrinin davamı kimi Əli və Kamalı saxlamışlar. Əməliyyat qrupuna kimin rəhbərlik etməsi yadında deyil, ancaq əməliyyat qrupuna Şahid1 daxil idi. Hər üç təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etmişdir. Vüsalın saxlanılmasında Fərman və adını xatırlamadığı təhqiqatçı iştirak etmişlər. Vüsalı 10 noyabr 2022-ci il tarixdə gecə saat 03 radələrində Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində saxlamışlar. Vusalı saxlayan zaman hansı telefon nömrəsini işlətdiyi yadında qalmamış, çünki tez-tez telefon nömrəsini dəyişmişdir. Saxlanılan zaman Vüsalın tək olmasını, piyada və ya avtomobillə olmasını xatırlamamışdır. Vüsalı saxlayan zaman İsmayıl və Taryel adlı şəxslər orada olmamışlar. Ancaq ola bilsin ki, həmin vaxtı ətrafda adamlar olsun. Həmin vaxtı Vüsaldan başqa digər şəxsi saxlamamışlar və hər hansı digər şəxsi Vüsalla birlikdə Şirvan ŞPŞ-yə aparmamışlar. Vüsalı polis şöbəsində ilk olaraq təhqiqatçının otağına aparmışlar. Nə onun nə də digər polis əməkdaşı tərəfindən Vüsala və digər təqsirləndirilən şəxslərə fiziki zorakılıq edilməmişdir. Təqsirləndirilən şəxslərlə hər hansı bir ədavətləri və onların saxlanılmalarında hər hansı maraqları olmamışdır. Vüsalın üzərində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Vüsalın üzərindən bir ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya oxşar maddə aşkar olunmuş, Vüsal narkotik vasitə istifadəçisi olduğunu demişdir. Səhv etmirsə Vüsalın üzərindən bir ədəd kibrit qutusunda narkotik vasitə heroinə mənzər kütlə aşkar olunmuşdur. Vüsal həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 adlı şəxsdən 20-30 manata aldığını demişdir. Vüsalın üzərində şəxsi axtarışın nə vaxt keçirilməsini dəqiq xatırlamamışdır. Yadında qalmamışdır ki, Vüsalın üzərində şəxsi axtarış Vüsal polis şöbəsinə gətirildikdən sonra keçirildi, ya səhər açılandan sonra keçirildi. Vüsal saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs2 Hacıqabul rayonu, Qarasu kəndində yaşadığını müəyyən etmişlər. Əlinin saxlanılması üçün Şahid1 və adını xatırlamadığı əməliyyat qrupunun digər üzvü olan Şirvan ŞPŞ-nin digər bir əməkdaşı olmuşdur. Əlini saxlayan zaman orada Hacıqabul RPŞ-nin əməkdaşları olmamışdır. Əlini saxlayan zaman Sahil və Şamxal adlı əməliyyat müvəkkilləri orada olmamışdır. Həmin Sahil və Şamxal adlı polis əməkdaşlarını tanımamışdır. Şirvan ŞPŞ-dən Hacıqabul rayonu, Qarasu kəndində qədər məsafənin nə qədər olmasını, həmin məsafəni hansı saat ərzində gedilə bilməsini deyə bilməmişdir. Əlini Qarasu kəndində nəyin yanında saxladıqlarını xatırlaya bilməmişdir. Əlini saxlayan zaman təxminən günorta radələri, təxminən saat 16 radələri olardı. Əlini otaqda və ya küçədə saxladıqlarını da xatırlaya bilməmişdir. Əlini saxlayan zaman orada digər şəxsin olmamısını xatırlamamışdır. Əlini saxladıqdan sonra hansı avtomobilə mindirmələri yadında qalmamışdır. Vəkil Müdafiəçi2 Şirvan ŞPŞ-də Əlinin müdafiəçisi kimi dəvət olunmasını da xatırlamamışdır. Əlinin üzərində şəxsi axtarış keçirilməsində iştirak etmişdir. Vəkil İlqarı qiyabi olaraq tanımışdır. Əli saxlanılan zaman “Opel” markalı avtomobili o idarə edərək Şirvan ŞPŞ-nə gətirməmişdir. Vüsal narkotik vasitəni Əlidən adlığını dedikdən dərhal sonra digər xidməti işlər olduğu üçün Əlini saxlamaq üçün getməmişlər. Əli saxlanılmamışdan əvvəl olduğu yer əməliyyat yolu ilə müəyyən edilmişdir. Əli saxlanılan zaman yanında qara rəngli “Opel” markalı avtomobil olmuşdur. Əli saxlanılan yerdə üzərində və avtomobildə axtarış aparılmamışdır. Əli saxlanıldıqdan sonra avtomobili kimin idarə edib polis şöbəsinə gətirməsini, Əlinin hansı avtomobillə polis şöbəsinə gətirmələrini xatırlamamışdır. Əlinin avtomobilinə baxış zamanı iştirak etmiş, narkotik vasitə avtomobilin oturacağının alt hissəsindən aşkar olunmuş, ancaq narkotik vasitənin çəkisi yadında qalmamışdır. Əlinin üzərində şəxsi axtarış aparılan zaman vəkil Müdafiəçi2 görməmişdir. Əlinin öz müdafiəçisindən imtina etməsindən məlumatı olmamışdır. Əlini heç kim döyməmişdir və ona işgəncə verməmişdir. Özünün Qarasu kəndinə hansı avtomobillə getməsini və Əli saxlanıldıqdan sonra özünün hansı avtomobillə Şirvan ŞPŞ-nə qayıtmasını xatırlamamışdır. Təqsirləndirilən şəxs3 saxlamamışdan əvvəl tanımamışdır. Kamalın narkotik vasitələrin satışı ilə mşğul olması barədə onda məlumat olmamışdır. Əli narkotik vasitəni Kamaldan aldığını bildirmişdir. Kamalı Hacıqabul şəhəri, Əliağa Vahid küçəsində saxlamışlar. Kamalın yanında kimlərin olmasını xatırlamamışdır. Kamalı saxlayan zaman Şahid1 və adını xatırlamadığı əməliyyat qrupunun digər üzvü iştırak etmişdir. Kamalı salxayan zaman Hacıqabul RPŞ-nin əməkdaşları iştirak etməmişlər. Kamalın üzərində şəxsi və avtomobilində axtarış aparılmasında iştirak etmişdir. Kamalı axşam tərəfi saxlamışlar, saat dəqiq yadında qalmamışdır. Kamal polis şöbəsinə gətirildikdən dərhal sonra onun üzərində şəxsi axtarış keçirilmişdir. Kamalın olduğu yer əməliyyat yolu ilə müəyyən olunmuşdur. Kamalın saxlanılması üçün təxirəsalınmaz əməliyyat axtarış tədbiri keçirilməsinə dair qərar qəbul olunmuşdur. Həmin qərarın kim tərəfindən qəbul olunması yadında qalmamışdır. Kamalın yaşadığı mənzilə baxış keçirilibkeçirilməməsini xatırlamamışdır. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hazırda Sabirabad RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləsə də əvvəllər Şirvan ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 2022-ci ilin noyabr ayının əvvəllərində Hacıqabul rayon sakini Vüsalın Şirvan şəhəri ərazisində narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Vüsalı saxlayaraq Şirvan ŞPŞ-nə gətirmişlər. Vüsalın üzərində şəxsi axtarış aparılan zaman üzərindən bir ədəd kibrit qutusu aşkar olunmuş, kibrit qutusunun içərisində qurdulmuş marixuana olmuşdur. Şəxsi axtarış videoçəklişlə və müdafiəçinin iştirakı ilə aparılmışdır. Vüsal narkotik vasitəni Hacıqabul rayon sakini Əlidən aldığını bildirmişdir. Bundan sonra Şahid2 ilə Hacıqabul rayonu, Qarasu kəndinin ərazisinə getmişlər, dəmiryola yaxın ərazidə Təqsirləndirilən şəxs2 görmüşlər. Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə birlikdə polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı videoçəklişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs2 polis şöbəsinə gətirilməsi və üzərində şəxsi axtarış keçirilməsini xatırlamamışdır. Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 avtomobilinə baxış keçirilmiş, baxış zamanı salafan torbada narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 da narkotik vasitələri Kamal adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 arxasınca getmişlər, Kamalı polis şöbəsinə dəvət etmişlər. Kamal polis şöbəsinə gəlmişdir. Kamalın da üzərinə şəxsi axtarış keçirilən zaman onunda üzərindən marixuana aşkar olunmuşdur. Kamalın avtomobilinə baxış zamanı da səhv etmirsə narkotik vasitə aşkar olunmuşdur. Kamalın da saxlanma və üzərində şəxsi axtarış aparılması saatlarını xatırlamamışdır. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, üzərindən xeyli vaxt keçdiyi üçün Vüsalın saxlanma saatı yadında qalmamışdır. Vüsalın saxlanılmasında şəxsən iştirak etmişdir. Əməliyyata özü rəhbərlik etmişdir. Əməliyyat qrupuna Şahid2 daxil edilmişdir. Vüsalı M.Ə.Rəsulzadə küçəsində saxlamışlar. Saxlanılan zaman Vüsal tək olmuşdur. Vüsal yalan ifadə vermişdir, saxlanılan zaman orada olmuş və Vüsalın yanında iki nəfər olmamış, həmin vaxtı Vüsaldan başqa heç kim saxlanılmamışdır. Vüsal polis şöbəsinə gətirildikdən sonra Növbətçi hissədə saxlanılaraq vəkil təyin olunmuş, vəkil gəldikdən sonra təhqiqatçının otağına aparılmış və Vüsalın üzərində şəxsi axtarış aparılmışdır. Vüsalı döyməmişlər, fiziki və ya psixi təsir, hədəqorxu gəlməmişlər. Əli və Kamal adlı şəxsləri tanımamış, Vüsal dediyi üçün onları tanımışdır. Şəxsi axtarış zamanı Vüsal narkotik vasitəni Əlidən aldığını demişdir. Vüsal barəsində əməliyyat məlumatı özünə daxil olmuş, Əlinin adını Vüsal, Kamalın adını isə Əli onlara bildirmişdir. Əlinin saxlanmasında onunla birlikdə Şahid2 də iştirak etmişdir. Əlinin saxlanılmasında Təbiz Adilzadədən başqa digər polis əməkdaşları olmamışlar. Əlini Hacıqabul rayonunda Qarasu kəndi ərazisində saxlamışlar. Dəmir yoluna, yəni Əlinin iş yerinə yaxın ərazidə saxlamışlar. Əlini saxladıqları saatı xatırlamamışdır. Əlinin saxlanılması zamanı Sahil və Şamxal adlı polis əməkdaşları orada olmamış, Sahil və Şamxal adlı polis əməkdaşlarını tanımamışdır. Saxlanılan zaman Əli tək olmuş, yanında heç kim olmamışdır. Əlini saxlamaq üçün öz idarə etdiyi avtomobillə Şahid2 ilə birlikdə getmişdir. Geri qayıdan zaman öz avtomobilini Qarasu kəndi ərazidən saxlamışdır. Əlinin avtomobilinin kimin tərəfindən idarə olunub Şirvan ŞPŞ-nə gətirməsini xatırlamamışdır. Səhv etmirsə Əlinin avtomobilində arxa oturacaqda oturmuşdur. Tam xatırlamır, ancaq ola bilsin ki, Əli özü avtomobildə ola-ola Şahid2 avtomobili idarə etmişdir. Əlinin avtomobilinin qabaq oturacağında kimin oturmasını xatırlamamışdır. Təhqiqatçı tərəfindən Əlinin vəkili kimi kimin dəvət olunmasını xatırlamamışdır. Əlinin vəkilinin kim olması şəxsi axtarış zamanı aparılmış videoçəklişdə düşmüşdür. Əlinin vəkilinin kim olması yadında deyildir. Saxladıqları yerdə Əlinin üzərində və avtomobilində axtarış aparmamışlar. Əlinin üzərində şəxsi axtarış, avtomobilində baxış polis şöbəsində aparılmışdır. Əli polis şöbəsinə gətirildikdən hansı müddət sonra üzərində şəxsi axtarış, avtomobilində baxış aparılmasını xatırlamamışdır. Əliyə ilk əvvəl başqa vəkilin təyin edilməsi, sonradan həmin vəkilin dəyişdirilməsinin şahidi olmamışdır. Əlinin avtomobilinə baxış keçirilən zaman iştirak etmişdir, narkotik vasitə səhv etmirsə avtomobilin salonundan aşkar olunmuşdur. Əli narkotik vasitəni Kamaldan aldığını demişdir. Kamalı Hacıqabul rayonu, Vidadi küçəsində saxlamışlar. Saxlanılan zaman Kamalın yanında heç kim olmamışdır. Kamalı saxlayan zaman ondan başqa Təbriz iştirak etmişdir. Kamal barəsində onlara əməliyyat məlumatı daxil olmamışdır. Kamalı saxlayan zaman küçədə üzərinə baxış keçirməmişlər. Kamalın üzərində şəxsi axtarış, avtomobilinə baxış polis şöbəsində icra edilmişdir. Əməliyyatqeydiyyat işi açılmamışdır. Kamal saxlanılan zaman Hacıqabul RPŞ-nin əməkdaşları və ya digər hər hansı polis şöbəsinin əməkdaşları iştirak etməmişlər. Kamalı Şahid2 ilə birlikdə saxlamışlar. Əli və Kamal polis şöbəsində döyülməmişlər, onlara hər hansı formada təzyiq olunmamışdır. Əlinin barmağını sındırmamışlar. Kamal yalan ifadə vermişdir, Kamalın cibinə narkotik vasitə qoymamışdır. Vüsal yalan ifadə vermişdir, Vüsalın üzərinə narkotik vasitə qoymamışdır. Əlinin avtomobildə narkotik vasitə salondan aşkar olunmuş, ancaq salonun hansı hissəsində aşkar olunmasını xatırlamamışdır. Kamalın avtomobildə narkotik vasitənin haradan aşkar olunmasını xatırlamamışdır. Kamalın avtomobilin açarının hardan və necə aşkar olunmasını xatırlamamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X55 həkim-rentgenoloq işləyir. Təqsirləndirilən şəxs2 barəsində məlumatları dəqiq xatırlamır, ancaq qeydiyyat kitabına əsasən deyə bilmişdir ki, Təqsirləndirilən şəxs2 10 noyabr 2022-ci il tarixdə müraciət etmişdir. X48 tərəfindən göndərilmişdir, sol əlinin ikinci barmağı rentgen olunmuşdur. Sümüklərində sınıqları olmadığından qeydiyyat kitabında normal yazmışdır. Dəqiq xatırlaya bilməmiş, həmin günü 54 xəstəni rentgen etmişdir. Ayda 1500-1800 xəstəyə baxmışdır. Təqsirləndirilən şəxs2 barmağının rentgen edilməsi nəticəsində fotoşəkil (silimka) bir ədəd olmuş, ancaq həmin silimkanın kimə təqdim olunmasını xatırlamamışdır. Təqsirləndirilən şəxs2 kimlə xəstəxanaya gəlməsini xatırlamamışdır. Polis əməkdaşları rentgen olunması üçün xəstə gətirən zaman adətən silimkanıda özləri ilə aparırlar. Bəzən isə ekspert xəstə göndərdikdə sonradan silimkanı tələb edərək onlardan götürür. Təqsirləndirilən şəxs2 barmağının silimkasını kimin aparmasını dəqiq xatırlamamışdır, ancaq güman edir ki, Təqsirləndirilən şəxs2 barmağının silimkasını onu gətirən polis əməkdaşları aparmışlar. Onlarda heç vaxt rentgen silimkası qalmır. Çəkiliş rentgenin nəticəsi rentgen aparatının yaddaşında qalmır. Ekspertin göndərdiyi göndəriş qalmamışdır, jurnalda bu barədə yazmışlar. Polisin barmağını silimka edərək nəticəsini ekspertə təqdim etməmişlər. Təqsirləndirilən şəxs2 gətirilən zaman qolunda qandal olmasını xatırlamamışdır. ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Onun tərəfindən saxta arayışın verilməsi mümkün deyildir. Qeydiyyat jurnalında xəstə haqqında məlumat, o cümlədən rentgenin nəticəsi qeyd olunur. Rentgen zamanı barmağın əziyi, damar zədələnməsini müəyyən etmək mümkün deyil, bunu rentgen göstərmir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Goranboy RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxslərdən Əli və Kamalı tanımış, ancaq Vüsalı tanımamışdır. Hacıqabul RPŞ-də işlədiyi zaman, dəqiq tarixi yadında qalmamışdır Baş Narkotiklər Mübarizə İdarəsinin keçirdiyi əməliyyat tədbirində iştirak etmişdir. Onları kömək olaraq çağırmışlar. Həmin vaxt Kamalgilin evinə tərəf yaxınlaşmışlar. Baş Narkotiklər Mübarizə İdarəsinin əməkdaşları Kamalın özünü aparmışlar, Kamalın atası isə həmin vaxtı polisin tələblərinə tabe olmadığından Hacıqabul RPŞ-nə dəvət etmişlər və polis şöbəsinə aparmışlar. Kamal saxlanılan zaman 2022-ci ilin qış ayları idi, dəqiq ay yadında qalmamışdır. Sonradan Kamalın atasının polis şöbəsinə gətirilməsi ilə bağlı izahat vermişdir, ancaq hansı istintaq orqanında izahat verməsini xatırlamamışdır. Verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, günün hansı hissəsində Kamalgilin evlərinə getdiklərini xatırlamamışlar. Kamalgilin evlərinə onunla birlikdə polis serjantı Mürsəl olmuş, digər polis əməkdaşının kim olmasını xatırlamamışdır. Kamalgilin evlərinə və ya həyətlərinə daxil olmamışdır. Saxlayan zamana kimi Kamalın atasını tanımamışdır. Kamalın atası səs-küy saldığından, polisin qanuni tələblərinə əməl etmədiyindən saxlamışlar. Kamal Baş Narkotiklər Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Kamalın saxlanılmasında Şirvan ŞPŞ-nin əməkdaşlarının iştirak etməsi dəqiq yadında qalmamışdır, ancaq var idi deyəsən. Kamalın atasını polis serjantı Mürsəl və xatırlamadığı digər polis əməkdaşı ilə birlikdə Hacıqabul RPŞ-nə aparmışlar. Kamalın atasını RPŞ-nə apardıqları nəqliyyat vasitəsi yadında qalmamışdır. Kamalın atasına məxsus avtomobilin RPŞ-nə aparmalarını xatırlamamışdır. Kamal saxlanılan gün Şirvan ŞPŞ-də olmamışdır. Kamalın atasının cibindən avtomobilin acarlarını götürməmişdir. Əlini də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxlamışlar. Bir-başa iştirak etməsə də Əlinin saxlanılmasını görmüşdür, Əlini Baş Narkotiklərə Mübarizə İdarəsinin əməkdaşları dəmir yolda saxlamışlar. Əlinin saxlanma prosesinin mexanizmi konkret olaraq yadında qalmamışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Əli ilə bağlı əməliyyat tədbiri keçirmələri barədə RPŞ-nin rəhbərliyini məlumatlandırmışlar, buna görə onlarda Əlinin saxlanması yerə gəlmişlər. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə ayrı-ayrılıqda Əlinin saxlandığı yerə gəlmişlər. Əli və Kamalın saxlanıldığı tarix 10 noyabr 2022-ci il tarix olardı, günün hansı hissəsi olması yadında qalmamışdır. BNMİ-nin əməkdaşları Əlini Şirvan ŞPŞnə aparmışlar. Əlini öz avtomobili ilə Şirvan ŞPŞ-nə aparmışlar. Saxlanılan zaman Əlinin üzərində axtarış aparılması və avtomobilinə baxış keçirilməsinin şahidi olmamışdır. BNMİnin əməkdaşlarının Əlini otaqda çıxarmalı yadında deyil, ancaq səhv etmirsə Əlini Dəmiryolu idarəsinin qarşısında saxlamışlar. BNMİ-nin əməkdaşları Əlini Şirvan ŞPŞ-nə aparan zaman o, Şirvan ŞPŞ-nə getməmişdir, ancaq həmin gün başqa bir işlə bağlı Şirvan ŞPŞ-nə getmişdir. Əlinin saxlanıldığı, yəni dəmiryolu idarəsinin yerləşdiyi küçəni xatırlamamışdır. Ancaq həmin yer Hacıqabul şəhərinin ərazisindən kənarda yerləşir. Əli Hacıqabul rayonu, Qarasu kəndi ərazisində deyil Hacıqabul şəhəri ərazisində dəmir yolunun yaxınlığında saxlamışlar. Şirvan ŞPŞ-nin əməkdaşları Şahid1 və Şahid2 tanımışdır, ancaq Kamal və Əlinin saxlanılması zamanı Fərman və Təbrizin orada iştirak etmələrini xatırlamamışdır. Şahid5 Haciqabul RPŞ-nin əməkdaşı olmuşdur, səhv etmirsə Sahil Kamal və Əlinin saxlanılması zamanı orada olmuşdur. Əlinin avtomobili “Lada-012” markalı avtomobil olmuşdur. Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etməmişdir. Hacıqabul rayon prokurorluğuna verdiyi izahatını təsdiq etmişdir. Kamal və Əlinin saxlanılması izahatında göstərdiyi kimi baş vermişdir. Diskdə nümayiş etdirilən videodakı şəxs özüdür, videodakı ərazi Hacıqabul rayonu, Qarasu kəndində dəmir yolunun kənarıdır. Həmin videoçəklişin necə çəkilməsini, həmin əraziyə nə üçün getdiklərini xatırlamamışdır. Videoda göstərilən 10 noyabr 2022-ci il tarixdə saat 14:06-da ola bilsin ki, Təqsirləndirilən şəxs2 axtarmışlar, buna görə həmin əraziyə getmişlər. Əli BNMİ-nin əməkdaşları ilə birlikdə axtarmışlar, çünki Əlini BNMİ-nin əməkdaşları saxlamışlar. Həmin vaxtı ola bilsin ki, avtomobilin içərisinə təsadüfən baxmışlar. Videodakı digər şəxs iş yoldaşı Şahid5 olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 Asim oğlu ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslər Vüsal, Əli və Kamalı Hacıqabul rayon sakinləri kimi tanımışdır. Onlarla qohumluğu və düşmənçiliyi olmamışdır. Hacıqabul RPŞ-də sahə polis nəfəri işləyir. 10 noyabr 2022-ci il tarixdə polis şöbəsindən ona Baş Narkotiklərlə Mübarizə İdarəsinin Hacıqabul rayonu ərazində əməliyyat keçirəcəkləri barədə telefonla məlumat vermişlər və dedikləri əraziyə getməsini bildirmişlər. Kamalın yaşadığı evə getmiş və Kamalın BNMİ-nin əməkdaşları tərəfindən saxlanılmasında iştirak etmişdir. X44 RPŞ-nin əməliyyat işləri üzrə müavini Firuz müəllim göndərmişdir. Kamalı BNMİ-nin əməkdaşları saxlamışlar, onlar isə Kamalın atasını Hacıqabul RPŞ-nə aparmışlar. Kamalın atasının saxlanılmasında səbəb BNMİ-nin əməkdaşlarının Kamalı saxlayan zaman səs-küy salması olmuşdur. Kamalın saxlanılması saatı yadında qalmamışdır, ancaq təxminən Kamal saxlanılan zaman günorta radələri olmuşdur. Kamalın yaşadığı küçənin konkret hansı küçə olmasını bilməmiş, çünki orada üç küçə kəsişmişdir. Kamalın konkret olaraq hansı formada BNMİ-nin əməkdaşları tərəfindən saxlanılmasını görməmişdir. Kamalın saxlanılmasında Şirvan ŞPŞ-nin əməkdaşlarının iştirak edib-etməsini bilmir, ancaq ona BNMİ-nin əməkdaşlarının əməliyyat keçirdiyini bildirmişlər. Kamalı saxlayan polis əməkdaşlarını da tanımamışdır. Kamalın yaşadığı küçəyə gələndə onun BNMİ-nin əməkdaşları tərəfindən aparılıb-aparılmamasına fikir verməmişdir. Kamalın atasını polis şöbəsinə dəvət etmişlər, həmin vaxtı əməliyyatçı işləmiş Şamxalda orada olmuşdur. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Kamalı kimin avtomobili ilə Hacıqabul RPŞ-nə apardıqları yadından çıxmışdır. Kamalın atasının avtomobilini görməmişdir, kim tərəfindən hara aparılmasını bilməmişdir. Şamxalın Kamalın əllərini qandallamasını görməmişdir. Kamalın evinin həyətinin qapısını bağlamamışdır. Kamalla heç bir qərəzi olmamışdır. Kamal saxlanılmamışdan əvvəl onlar barəsində şikayət etmişdir, lakin bunun səbəbini bilməmişdir. Kamalın şikayətləri əsasında bir neçə orqana, o cümlədən DİNnin daxili Təhiqiqatlar İdarəsində izahat vermişdir. Kamal saxlanıldıqdan sonra da Hacıqabul rayon prokurorluğuna izahat vermişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X30 ifadəsində bildirmişdir ki, Hacıqabul RPŞ-nin PPXB-də manqa komandiri işləyir. Kamal 10 noyabr 2022-ci il tarixdə axşam tərəfi yaşadığı küçədə saxlanılmışdır. Kamalın saxlanılması zamanı zərurət yarandığı üçün polis şöbəsinin rəhbərliyi tərəfindən həmin yerə göndərilmişlər. Kamalın saxlanıldığı yerdə Baş Narkotiklər Mübarizə İdarəsinin adlarını bilmədiyi əməkdaşları, Hacıqabul RPŞ-dən Şamxal, Mürsəl və adlarını bilmədiyi digər polis əməkdaşları olmuşlar. Kamalın qoluna kim tərəfindən qandal vurulması, kim tərəfindən saxlanılması yadında qalmamışdır. Kamal saxlanılan zaman Şirvan ŞPŞ-nin əməkdaşlarının iştirak etməsi yadında deyildir. Verilən suallara cavab olaraq şahid Fariz Qoçəliyev bildirmişdir ki, Kamalı Şirvan ŞPŞnin əməkdaşları deyil BNMİ-nin əməkdaşları saxlamışlar. Şirvan ŞPŞ-nin əməkdaşları Fərman Məmədli və Şahid2 tanımamışdır. Kamalın yaşadığı həyətə daxil olmamışdır. Kamalın yaşadığı evin yanına gəlsə də qıraqda tində dayanmışdır. Kamalın evindən çıxarılmasını görməmişdir. Kamalın BNMİ-nin əməkdaşları tərəfindən avtomobilə mindirilən zaman görmüşdür. Kamalı “Daewoo Nexia” markalı, qırmızı zəngli avtomobilə mindirmişlər. Kamalı avtomobilə mindirdikdən sonra Şirvan ŞPŞ-nə aparmışlar. Kamalın atasının saxlanılmasında iştirak etməmişdir. Kamalın atasının avtomobilinin aparılmasında iştirak etməmişdir, sadəcə həmin tədbirdə zərurət olduğu üçün polis əməkdaşı kimi iştirak etmişdir. Kamalla və Kamalın atası ilə bağlı Hacıqabul rayon prokurorluğunda izahat verməsi yadında qalmamışdır. Kamal barəsində tədbir keçirən BNMİ-nin bir neçə əməkdaşı gəlmişdir. Həmin əməkdaşların saylarını xatırlamamış, adlarını isə bilməmişdir. Əli və Kamal saxlanılmamışdan əvvəl Hacıqabul rayon sakini ilə görüşmüşdür. Kamal əvvəllər onunla bağlı heç vaxt şikayət etməmişdir. Əli saxlanılmamışdan əvvəl telefonla əlaqəsi olmuş, danışmış və görüşmüdür, ancaq heç bir problemi olmamışdır. Əli yalan ifadə verir, Əli ilə görüşərək Kamalın şikayətini geri götürməsini, bu bardə Kamala söz deməsini bildirməmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Şirvan ŞPŞ-nin İB-nin müstəntiqi vəzifəsində işləyir. Vüsal, Əli və Kamalın hər üçünü tanımış, hər üçünü özü sənədləşdirmişdir. 10 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılaraq polis şöbəsinə gətirilmiş, bu barədə raport yazılmış və şəxsi axtarış keçirilməsi ona həvalə edilmişdir. Şəxsi axtarış zamanı Vüsalın üzərindən narkotik vasitə aşkar olunmuş, Vüsal həmin narkotik vasitəni 30 manat pulun müqabilində Təqsirləndirilən şəxs2 aldığını demişdir. Raportu əsasında ŞPŞnin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 saxlanılaraq ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə aşkar olunmuş, Vüsala narkotik vasitə satdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs2 avtomobilinə baxış keçirmiş, avtomobilin ön oturacağının alt hissəsindən selofon torbada narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 da narkotik vasitələri tanıdığı Kamal adlı şəxsdən aldığını demişdir. Raportu əsasında Kamal adlı şəxs ŞPŞ-nin əmkdaşları tərəfindən saxlanılaraq təqdim olunmuşdur. Kamalın avtomobilinə baxış keçirilən zaman avtomobilin yük yerindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Tərəfindən cinayət işi başlanaraq materiallar aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. Verilən suallara cavab olaraq şahid Xalid Bünyadov bildirmişdir ki, Vüsal, Əli və Kamalı Şirvan ŞPŞ-nin əməkdaşları saxlamışlar. Əlinin hüquqlarını müdafiə etmək üçün qərarı əsasında Şirvan Regional Vəkil Bürosundan vəkil Müdafiəçi2 dəvət olunmuşdur. Bununla bağlı qərar yazmışdır. Müdafiəçi2 Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman işirak etməmişdir. Müdafiəçi2 vəkil orderini və şəxsiyyət vəsiqəsini təqdim etmədiyi üçün onu istintaq hərəkətlərinin aparılmasında iştirak etməsi üçün buraxmamışdır. Buna görə Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmək üçün vəkil İlqar Tapdıqovu dəvət etmişdir. Ancaq Müdafiəçi2 kənarlaşdırması ilə bağlı qərar qəbul edib-etməməsini xatirlamamışdır. X60 Alcanov vəkillər siyahısından özü seçmişdir. O da vəkil bürosunun rəhbərli Ruslan müəllimlə əlaqə saxlamış, sonuncu isə İlqar Tapdıqovu polis şöbəsinə göndərmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirən zaman təxminən saat 16-17 radələri olmuşdur. Təqsirləndirilən şəxs2 sonra Kamal təxminən saat 21 radələrində gətirilmiş, saat 17 radələrindən sonra onun vəkil Müdafiəçi2 zəng etməsi mümkün ola bilməz. İlqar Tapdıqovun iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçiriləndən sonra Müdafiəçi2 bir neçə dəfə onunla telefon zəngi vasitəsi ilə əlaqə saxlamış, Müdafiəçi2 saat 21 radələrində belə polis şöbəsinin daxilində olmuşdur. Müdafiəçi2 ona nə üçün onu kənarlaşdırıb başqasını təyin etmələrini ondan soruşmuş, bununla bağlı onunla telefonda danışıqları olmuşdur. Ən sonuncu onun raportu əsasında Kamal gətirilmiş, Kamal təxminən saat 20-21 radələrində sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışı təxminən saat 17 radələrində aparmışdır. Müdafiəçi2 saat 21 radələrinə kimi onun yanında olmamışdır. Ancaq bildiyinə görə Müdafiəçi2 saat 21 radələrinə kimi polis şöbəsinin qarşısında və həyətində olmuşdur. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman qoluna taxdığı saat işləməyən saat olmuşdur, buna görə həmin saatın əqrəbləri gecə saat 02 radələrini göstərmişdir. Həmin saat hazırda da avtomobilindədir, hazırkı vaxtda da həmin saat işləmir. Saatı qoluna bəzək üçün taxmışdır. Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarət görməmiş, Təqsirləndirilən şəxs2 barmağının sındığını müşahidə etməmiş, Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarətlər olması barədə ona heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs3 polis şöbəsinə gətirildikdən hansı müddət sonra onun üzərində şəxsi aparış aparılması yadında qalmamışdır. Təqsirləndirilən şəxs3 üzərindən narkotik vasitə marixuana aşkar olunmuşdur, Kamalın üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Kamalın avtomobilində də narkotik vasitə olduğunu və təqdim edə bildiyini demiş, buna görə avtomobilədə baxış keçirmişdir. Avtomobilə baxış keçirilən zaman avtomobilin qapıları açıq olmuşdur. Kamal avtomobilin yük yerini özü açmış, sonra narkotik vasitə qurudulmuş marixuananı götürərək təqdim etmişdir. Avtomobili yəqin ki, Kamal özü sürərək polis şöbəsinə gətirmişdir. Əlinin bədəni üzərində xəsarət olmadığını görmüşdür. Əlinin özünə də sual vermiş, Əli xəsarəti olmadığını demişdir. Əlinin boyun nahiyəsində xəsarət görməmişdir. Vüsal ona tək təqdim olunmuşdur. Həmin vaxtı Vüsalla birlikdə ona heç kim təqdim edilməmişdir. Əli ona təqdim olduğu saatı xatırlamamış, həmin vaxtı təxminən saat 16-17 radələri olmuşdur. Vüsalın üzərində şəxsi axtarış keçirilən zaman Əli və Kamal polis şöbəsində olmamışlar, Əli və Kamal onun raportu əsasında polis şöbəsinə gətirilmişlər. Vüsalın üzərində şəxsi axtarış keçiriləndən neçə saat sonra Əli və Kamalın gətirilməsini bilməmişdir. Vüsala heç bir fiziki və ya psixi təsir olunmamışdır. BNMİ-nin əməkdaşlarını görməmişdir, Əli və Kamalı BNMİ-nin əməkdaşları polis şöbəsinə gətirməmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X39 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 qardaşıdır. 10 noyabr 2022-ci il tarixdə evdə olan zaman ona zəng etmişlər ki, Əli işdə olan zaman onu Şirvan ŞPŞ-nə aparmışlar. Şirvan ŞPŞ-nə gəlmiş, polis şöbəsində Əlinin oraya gətirilməsini təsdiq etmişlər. Əlini nə üçün polis şöbəsinə gətirdiklərini öyrənməyə çalışmışdır. Polis şöbəsində onu qapının ağzında gözlətmişlər, həmin vaxtı təxminən saat 22 radələri olmuşdur. Əlinin döyülmək səslərini eşitmişdir. Vəkil Müdafiəçi2 polis şöbəsindən çıxdığını görmüş, Müdafiəçi2 Əlinin yanından çıxdığını, otaqda Əlinin polis əməkdaşları tərəfindən döyüldüyünü demişdir. Təxminən saat 00 radələrindən sonra ora bir nəfər sacı seyrək vəkil gəlmişdir. Sonradan bilmişdir ki, Müdafiəçi2 kənarlaşdırıldıqdan sonra həmin şəxs müdafiəçi kimi Əlinin hüquqlarını müdafiə etmək üçün təyin olunmuşdur. Gecə saat 03 radələrində Əlini həmin vəkilin iştirakı ilə avtomobin yanına aparmışlar, orada çəkliş aparılmışdır. Bütün bunları kənardan görmüşdür. Sonra Əlini polis şöbəsinin inzibati binasına aparmışlar. Bundan sonra da Əlinin səsləri gəlmişdir. O “102” və “169” qaynar xətlərinə zəng vuraraq Əlinin polis şöbəsində polis əməkdaşları tərəfindən döyülməsi barədə məlumat vermişdir. Səhəri günü gedərək Müdafiəçi2 ilə müqavilə bağlamışdır. Polis şöbəsinə yaxınlaşan zaman ona şikayətlər etdiyi üçün Əlini buraxacaqlarını demişlər. Həmin günü axşam saat 19 radələrində öyrənmişlər ki, Əlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edərək məhkəməyə aparmışlar. Məhkəmə də Əlinin barəsində həbs qətimkan tədbiri seçmişdir. Əlinin döyülməsi ilə bağlı Ombudsmanda, Baş Prokurorluqda qəbullarda olmuş, Hacıqabul rayon prokurorluğuna çağırılaraq ondan izahat alınmış, ancaq heç kim ona cavab verməmişdir ki, Əli nə üçün döyülmüşdür. Verilən suallara cavab olaraq şahid Qasım Alcanov bildirmişdir ki, Şirvan ŞPŞ-nə gələn zaman saat 16 radələri olmuşdur. Müdafiəçi2 ilə təxminən saat 23:30 radələrindən sonra polis şöbəsinin inzibati binasından çıxan zaman rastlaşmışdır. Müdafiəçi2 polis şöbəsinə girən zaman görmüşdür, həmin vaxtı təxminən saat 22 radələri olardı. Müdafiəçi2 həmin vaxtı polis şöbəsinə nə üçün çağırıldığını bilməmişdir. Qapıda duran polislərə yaxınlaşaraq Əlinin nə üçün polis şöbəsinə gətirildiyi soruşsa da ona məlumat verə bilmədiklərini demişlər. Əlinin barmağının sındırılması barədə də şikayətlər etmişdir. Müdafiəçi2 Əlinin narkotik görə gətirildiyini və döyüldüyünü demişdir. Özüdə Əlinin polis şöbəsində “bəsdirin, öldüm, vurmayın” sözlərini dediyini eşitmişdir. Şirvan ŞPŞ-nin qarşısında İsmayıl və Taryeli görmüşdür. Onların gözlərinin içinə belə qan sızmışdır. Həmin vaxtı Şamxal adlı oğlan hərbi geyim formasında və əlində kağız gələrək avtomobilini götürmək üçün gəldiyini demişdir. Eşitdiyimə görə Şamxalın avtomobili olmuş, həmin avtomobili Vüsal idarə etmişdir. İsmayıl və Taryelin bədənləri gömgöy idi, onlar polis şöbəsində səhərə kimi döyüldüklərini və işgəncə verildiyini demişlər. Əlini avtomobilin yanına gətirən zaman gecə saat 03 radələri olmuşdur. Əli orada nə dedisə onu yenidən polis şöbəsinin inzibati binasına aparmışlar, orada yenidən qışqırıq səsləri gəlməyə başlamışdır. Səhər açılana kimi polis şöbəsinin qarşısında dayanmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, Vüsal ona zəng vuraraq “Qarabağ” kafesində olduğunu, onu götürməyini demiş, Vüsalın yanına getmiş, Vüsal Şirvan şəhərinə getmələrini demiş, o da Vüsala özünündə getdiyini demişdir. Şirvan şəhərinə getmişlər və orada çaxır içmişlər. Şirvan şəhərində binanın həyətində setka deyilən yerdə dostları olmuş, orada oturmuşlar. Həmin yerdən çıxan zaman post-patrul əməkdaşları onlara yaxınlaşmışlar. Post-patrul əməkdaşları içkili olduqlarını, orada nə etdiklərini soruşmuşlar, onlar da qonaq gəldiklərini demişlər. Postpatrul əməkdaşları ona içkili olduğu halda maşın sürdüyünü demişlər, o da içkili vəziyyətdə maşın sürürsə yol-patrul xidmətinin əməkdaşlarını çağırmalarını, onların gələrək cərimə yazmalarını demişdir. Polis əməkdaşlarının zəng etmələri nəticəsində yol-patrul xidmətinin əməkdaşları gəlmiş, onu, Taryel və Vüsalı post-patrul avtomobilinə mindirmişlər və onları birlikdə Şirvan ŞPŞ-nə aparmışlar. Üzərlərinə baxış keçirmişlər, üzərilərindən heç nə aşkar olunmamış, sonra onları nəzarətxanaya salmışlar. Bundan sonra bir nəfər polis əməkdaşı gəlmişdir ki, biriniz gəlin, avtomobilə baxış keçiriləcək, buna şahid olmalısınız. Polis əməkdaşı özü ilə Taryeli aparmışdır. Avtomobilə narkotik vasitə qurudulmuş marixuana qoyduqdan sonra onları çölə çıxararaq avtomobilin arxa oturacağının üstündən aşkar olunduğunu demişlər. Həmin vaxtı o, Taryel və Vüsal da həmin narkotik vasitə qurudulmuş marixuananın özlərinə məxsus olmadığını demişlər. Polis əməkdaşları onlardan arxa oturacaqda kimin oturduğunu soruşmuşlar, Vüsal arxa oturacaqda özünün oturduğunu demişdir. Avtomobildən narkotik vasitə qurudulmuş marixuananın çıxarılma anını görməmiş, həmin vaxtı Taryel orada olmuşdur. Taryel qurudulmuş marixuananı avtomobildən çıxardıqlarını demişdir. Onları polis şöbəsinin inzibati binasının yuxarı mərtəbəsinə aparmışlar, yenidən qurudulmuş marixuananın kimin olduğunu onlardan soruşmağa başlamışlar. Yenə hər üçü qurudulmuş marixuananın onlara məxsus olmadığını demişlər. Arxa oturacaqda Vüsal oturduğu üçün Vüsalı orada saxlamışlar, onları isə nəzarətxanaya düşürmüşlər. Təxminən bir saat yarımdan sonra Vüsalı gətirmişlər, həmin vaxtı gecə təxminən saat 3 olardı. Həmin vaxtı saatları, telefonları polis şöbəsində alınmışdır. Vüsal onlara heç nə deməmişdir. Səhər açılandan sonra isə Vüsalı aparmışlar. Vüsal gedəndən təxminən 40-45 dəqiqədən sonra onları inzibati binanın yuxarı mərtəbəsinə çıxarmışlar. Orada onları qəbul edən şəxsin vəzifəsini bilməmişdir, həmin şəxs onlara sual etmişdir ki, narkotik vasitə qurudulmuş marixuana kimə məxsusdur, həmin vaxtı Vüsal qurudulmuş marixuananın özünə məxsus olduğunu demişdir. Bundan sonra Taryellə onu aşağı düşürdərək məhkəməyə aparmışlar, ictimai asayışı pozduqları üçün onları 130 manat cərimə etmişlər. Verilən suallara cavab olaraq şahid İsmayıl Mürsəlov bildirmişdir ki, avtomobili polis şöbəsinə post-patrul əməkdaşı sürüb aparmışdır, onlar isə post-patrul avtomobilinə minmişlər. Polis şöbəsinə aparılan zaman onlarda narkotik vasitə olmamışdır. Vüsal, Taryel və o birlikdə çaxır içmişlər, hər hansı narkotik vasitəni qəbul etmələri üçün aralarında hər hansı bir danışıq olmamışdır. Post-patrul xidmətinin əməkdaşı onlara yaxınlaşaraq içkili avtomobil sürəcəyini soruşmuş, o da avtomobili sürmədiyini, avtomobilin yerində dayandığını demişdir. Sonra polis əməkdaşlarının çağırması nəticəsində yol-patrul inspektoru onların yanına gəlmişdir. Polis əməkdaşları səs-küy saldıqlarını deyərək, onları içkili adı ilə Şirvan ŞPŞ-nə aparmışlar. Birinci üçünü də bir otağa salmışlar, sonra Taryeli avtomobilə baxmaq üçün aparmışlar. Onların hər üçü səhəri günə kimi polis şöbəsində qalmışlar. Avtomobili isə mülkiyyətçisi gələrək aparmışdır. Ona qarşı polis şöbəsində qanunsuz hərəkətlərə yol verilməmişdir. Avtomobil Şahid9 məxsus olmuşdur. Vüsal əzilmiş avtomobilinə baxmaq üçün onun yanında olmuş, Taryel ilə isə uşaqlıqdan dost olmuşdur. Polis şöbəsində avtomobilin arxa oturacağında nə olmasını görməmişdir. Polis əməkdaşları avtomobildən çıxan predmeti ona göstərməmişlər. Baxış keçirilən zaman nəzarətxanada olmuşdur. Vüsal onlara heç nə deməmişdir, Vüsaldan bu narkotik vasitədir deyə soruşsa da Vüsal dillənməmişdir, onlara cavab verməmişdir, Vüsalın danışa bilməməsinin səbəbini bilməmişdir. Şahid1 və Şahid2 adlı polis əməkdaşlarını tanımamışdır. Onları polis şöbəsinə aparan polis əməkdaşları polis geyim formasında və polis serjantı rütbəsində olmuşlar. Həmin post-patrul əməkdaşı kök hündür oğlan idi. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid7 Oqtay oğlu ifadəsində bildirmişdir ki, 09 noyabr 2022-ci il tarixdə evdə olan zaman İsmayıl avtomobillə gələrək onu evdən götürmüşdür. Həmin vaxtı Şirvan şəhərinə orada olan dostları ilə yeyibiçmək üçün getmək istəmişlər. Yolda olan zaman Vüsal İsmayıla zəng vurmuşdur. Avtomobillə gedərək Vüsalı da götürmüşlər. Vüsal da onlarla Şirvan şəhərinə getmək istədiyini demişdir. Vüsal da onlarla birlikdə Şirvan şəhərinə getmişdir. Dəmir yolun kənarında bina var orada besetkada oturub çaxırlarını içmişlər. Onlar durub sağollaşıb avtomobilin yanına gəlmişlər. Avtomobilin yanına gələndə post-patrul əməkdaşı ora gəlmişdir. Orada siqaret çəkmişlər, polis əməkdaşı gecə saat 1-də orada nə işlərinin olduğunu onlardan soruşmuşdur. Polis əməkdaşı şübhəli şəxs kimi onları polis şöbəsinə dəvət etdiyini bildirmişdir. İsmayıl avtomobil sürmədiyini demiş, həmin vaxtı içkili olmuşlar. Əvvəllərdə həmin yerə gedərək yeyib içmişlər. Orada dostları yaşamışdır. Polis əməkdaşları ora gələndə dostları orada olmamışdır, çünki polis əməkdaşları gəlməmişdən əvvəl dostları ilə sağollaşmışlar. Onlar narkotik vasitə çəkməmişlər. İsmayıl polis əməkdaşına avtomobillə onları apara bilməyəcəyini, yol-patrul xidməti inspektorunun gəlməsini demişdir. Yol-patrul inspektoru ora gəlmiş, üçünü də post-patrul avtomobilinə mindirmişlər. Onları Şirvan ŞPŞnə aparmışlar, avtomobili isə polis əməkdaşları sürərək polis şöbəsinə aparmışlar. Polis şöbəsində hər üçünü Növbətçi hissəyə salmışlar, üstlərinə orada baxış keçirtmişlər. Onların üstlərindən heç nə aşkar olunmamışdır. Avtomobilə baxış keçirilməsini onlara demişlər və onu avtomobilə baxış keçirilməsində iştirak etməsi üçün aparmışlar. Avtomobilin arxa oturacaqlarının arasından polis əməkdaşları bır karopka çıxarmışlar, ona da tam şəkildə həmin karopkanı göstərməmişlər. Polis əməkdaşları onlara bəs deyirsiniz heç nə yoxdu, bu sizin deyil demişlər. Sonra onları yuxarı aparmışlar. Üçünü bir otağa salaraq narkotik vasitənin kimin olduğunu onlardan soruşmuşlar. O, İsmayıl və Vüsal narkotik vasitənin onlara aid olmadığını demişlər. Sonra polis əməkdaşları arxa oturacaqda kimin oturduğunu soruşmuşlar, Vüsal arxa oturacaqda özünün oturduğunu demişdir. Sonra onları yenidən aşağı düşürmüşlər. Onları Növbətçi hissəsinin arxasında olan saxlama yerində saxlamışlar. Təxminən bir saat yarımdan sonra Vüsalı onların yanına düşürmüşlər. Səhər açılmış, təxminən saat 10-11 radələri olardı ki, onları həmin otaqdan çıxararaq yuxarı qaldırmışlar, onları polis şöbəsinin rəis müavinin yanına apardıqlarını demişlər. Polis şöbəsinin rəis müavini narkotik vasitənin kimə məxsus olmasını soruşmuş, o və İsmayıl narkotik vasitənin onlara məxsus olmadığını desə də Vüsal narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. İsmayılla onu aşağı düşürmüşlər, sonra onların işlərini Şirvan Şəhər Məhkəməsinə vermişlər. Şirvan Şəhər Məhkəməsində onu 150 manat, ismayılı isə 130 manat cərimə etmişlər, sonra isə onları buraxmışlar. Verilən suallara cavab olaraq Şahid7 bildirmişdir ki, Vüsalı görəndə xəsarəti olmamışdır, polis əməkdaşları onlardan sonra Vüsalı döymüşlər. Avtomobili polis şöbəsinə polis əməkdaşları aparmışlar. Üçünü də polis şöbəsinə post-patrul avtomobili ilə aparmışlar. Onların üstlərində narkotik vasitə olmamışdır. Onlar arasında narkotik vasitə istifadə etmələri ilə bağlı hər hansı söhbət olmamışdır. Üstlərində hər hansı qanunsuz əşya olmadığı üçün polis əməkdaşları ilə rahat danışmışlar. Avtomobili İsmayıl idarə etmişdir. Polis əməkdaşı narkotik vasitə olan qutunu avtomobilin arxa oturacağının arasından çıxardığını görmüşdür. Ancaq həmin narkotik vasitə olan qutunun oturacağın arasında olubolmamasını bilməmişdir. Avtomobilin açarı polis əməkdaşlarında olmuşdur. Polis həyətində baxış keçirilən zaman avtomobilin qapısı açıq olmuşdur. Polis şöbəsinə daxil olduqdan sonra bir saat ərzində hər üçünün üstünə baxış keçirmişlər, üstlərindən heç nə aşkar olunmamışdır. Sonra isə avtomobilə baxış keçirmişlər. Onları saxlayan zaman polis əməkdaşları üç nəfər olmuşlar. Onları polis şöbəsindən 10 noyabr 2022-ci il tarixdə təxminən saat 12-13 radələrində məhkəmə olduqdan sonra buraxmışlar. Birinci hər üçündən narkotik vasitənin kimə məxsus olduğunu soruşduqdan sonra onlar inkar edən zaman onları yüngül şəkildə döymüşlər. Polis əməkdaşları onu və İsmayılıda qorxuzmuşlar ki, narkotik vasitəni boyunlarına alsınlar. Ancaq onlar narkotik vasitəni qəbul etməmişlər. Vüsal arxa oturacaqda oturduğunu üçün narkotik vasitənin ona məxsus olmasını yazmışlar, Vüsalı da narkotik vasitənin özünə məxsus olmasını deməyi üçün etiraf etdirmişlər. Hansıkı, onların yanında polis şöbəsinə daxil olan zaman Vüsalın üstünü yoxlamışlar, Vüsalın üstündən heç nə aşakr olunmamışdır. Əməliyyatçı Şahid1 tanımamışdır, ancaq polis şöbəsində Şahid1 adını eşitmişdir. Onları post-patrul xidmətinin əməkdaşları saxlamışlar. Onları polis əməkdaşları saxlayan zaman Şahid1 və Şahid2 orada olmamışlar. Onları saxlayan zaman polis əməkdaşları post-patrul xidməti geyimində olmuşlar. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, Əli ilə birlikdə Şirvan ŞPŞ-nə aparılan “Opel” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Əli ilə əvvəlcədən danışmışdır ki, avtomobilin oturacaqlarına üzlük yığdırsın. Avtomobilin oturacaqlarını Əlinin tanışı Mahir yığacaqdır, Mahir 2022-ci ilin oktyabr ayından başlayaraq avtomobildə işlər görmüşdür. Mahir avtomobil qabaq oturacaqlarını yığmışdı, ancaq arxa oturacaqlar qalmışdı. 09 noyabr 2022-ci il tarixdə Əli zəng vuraraq səhər avtomobili gətirib qoymağını, oturacaqların yığılacağını bildirmişdir. Hacıqabul Rayon Məhkəməsində işləmişdir. 10 noyabr 2022-ci il tarixdə səhər saat 08 radələrində evdən çıxmış, təxminən saat 08:30 radələrində Əlinin işlədiyi yerə, yəni Qarasu kəndində yerləşən stansiyaya çatmışdır. Avtomobilin qapılarını bağlayaraq açarı Əliyə vermiş, yol avtomobili ilə işinə getmişdir. Həmin günü axşam saat 18 radələrində Əlinin arvadı ona zəng vuraraq Əlinin tutulduğunu demişdir. Verilən suallara cavab olaraq Şahid10 bildirmişdir ki, avtomobilin qapısını bağlayaraq açarlarını Əliyə vermişdir. Həmin vaxta kimi avtomobildə işlər görülmüşdür. Avtomobil özünə məxsus olmuş, avtomobili hər gün özü idarə etmişdir. Hacıqabul Rayon Məhkəməsinin sədrinin sürücüsü işləmişdir. Əli tutulan zaman da həmin işdə işləmişdir. Mahir adlı ustanı tanımamış və görməmişdir. Mahir Əlinin tanışı olmuşdur, avtomobildə də işləri Əlinin vasitəsi ilə gördürmüşdür. Çünki işdən çıxa bilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid12 ifadəsində bildirmişdir ki, 2022-ci ilin oktyabr ayında Əli ona bacanağının avtomobili olduğunu, onun oturacaqlarına çexol çəkmək lazım olduğunu demişdir. Əlinin bacağı 2022ci ilin okyabr ayının 16-da avtomobili gətirib Əlinin iş yerinə qoymuşdu, o da avtomobili götürərək gətirib işləmiş, noyabr ayının 4-nə kimi avtomobil onun iş yerində qalmışdır. Sonra isə xəstələndiyi üçün avtomobili yığıb qurtara bilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid11 ifadəsində bidirmişdir ki, "xxxx" QSC-nin Qərb sahəsi üzrə yük daşımalar departamentinin Qarasu stansiyasında növbətçi işləyir. 10 noyabr 2022-ci ildə saat 14:15-də qatarı qarşılayan zaman mülki geyimdə olan bir neçə vətəndaş ona yaxınlaşmışlar və ondan soruşmuşlar ki, burda işləyirsiniz, o da bəli burda işlədiyini demişdir. Bundan sonra ondan burada başqa işləyən şəxs olub-olmamasını soruşmuşlar, o da işləyən şəxsin olduğunu demişdir. Onunla birlikdə işləyən şəxsin Təqsirləndirilən şəxs2 olduğunu demişdir. Həmin şəxslər onunla birlikdə içəri daxil olmuşlar. Həmin şəxslər Təqsirləndirilən şəxs2 adını soruşmuşlar, o Təqsirləndirilən şəxs2 olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 ayağa qalxmağını demişlər, bundan sonra Təqsirləndirilən şəxs2 ayağa qalxmışdır. Təqsirləndirilən şəxs2 üstündə axtarış aparmışlar, lakin Təqsirləndirilən şəxs2 üstündən heç nə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 qolunu qandallamışlar və onu götürüb aparmışlar. Verilən suallara cavab olaraq Şahid11 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 üzərində polis əməkdaşları onun yanında axtarış aparmışlar, Təqsirləndirilən şəxs2 üstündən heç nə aşkar olunmamışdır. Avtomobilin açarı Təqsirləndirilən şəxs2 oturduğu stulun yanında olan stolun üstündə olmuş, açarı Təqsirləndirilən şəxs2 özü ora qoymuşdur. Avtomobili iş yerinə Təqsirləndirilən şəxs2 bacanağı gətirmişdi, həmin vaxtı Təqsirləndirilən şəxs2 da iş yerinə gətirmişdir. Təqsirləndirilən şəxs2 bacanağı açarı stolun üstünə qoymuşdur ki, avtomobilin oturacaqlarına üzlük çəkən usta gəlib avtomobili aparsın. Avtomobilin açarını stolun üstündən gələn mülki geyimdə olan polis əməkdaşları götürmüşlər. Həmin şəxslər ilk əvvəl özlərinin polis əməkdaşları olmaqlarını təqdim etməmişlər, onlardan kim və nəçi olduqlarını soruşduqdan sonra həmin şəxslərdən biri polis vəsiqəsini çıxarıb tədim edərək adının Şamxal olduğunu və Hacıqabul RPŞ-nin Cinayət Axtarış Bölməsində işlədiyini demişdir. Qalan polis əməkdaşları özlərini təqdim etməmişlər, həmin şəxslərin adlarını bilməmişdir. Təqsirləndirilən şəxs2 əllərini otaqda dərhal qandallamışlar. Təqsirləndirilən şəxs2 əllərini polis əməkdaşları arxadan qandallamışlar. Polis əməkdaşları avtomobilin yanına gedəndə orada iştirak etməmişdir. Təqsirləndirilən şəxs2 polis əməkdaşları aparmışlar, qatara baxan şəxs olmadığından, tək qaldığından dərhal Bakı və Gəncəyə, o cümlədən rəhbərliyə Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən aparılması barədə məlumat vermişdir. Həmin vaxtı onların rəisi Kamran Nəcəfov olmuşdur. Həmçinin Gəncənin rəisi işləyən Qurban müəllimə də məlumat verərək demişdir ki, vaqon baxışıcı Təqsirləndirilən şəxs2 polis əməkdaşları qandallayıb apardılar, burada vaqona baxan şəxs qalmamışdır. Təqsirləndirilən şəxs2 Qarasu kəndində onun yanında iş yerində olan otaqdan polis əməkdaşları aparmışlar, polis əməkdaşları Təqsirləndirilən şəxs2 küçədən apardıqlarını yalan yazmışlar. Təqsirləndirilən şəxs2 fakt onun yanından polis əməkdaşları tutub əllərini qandallayıb aparmışlar, necə ola bilər ki, polis əməkdaşları Təqsirləndirilən şəxs2 küçədə tutduqlarını yazmışlar. İş yerləri Hacıqabul rayonu, Qarasu kəndində yerləşir. Təqsirləndirilən şəxs2 aparmaq üçün gələn polis əməkdaşları 4 nəfər olmuşlar, həmin polis əməkdaşlarından 3 nəfəri onunla birlikdə Təqsirləndirilən şəxs2 olan otağa daxil olmuşdur. Bir nəfər polis əməkdaşı isə çöldə qalmışdır. Stansiya yolu yan tərəfdən olduğu üçün yolu rahat görə bilməmiş, düşüb baxmamışdır ki, polis əməkdaşları neçə avtomobillə Təqsirləndirilən şəxs2 tutmaq üçün gəlmişlər. Gələn polis əməkdaşları mülki geyimdə olmuşlar, polis geyimində olan polis əməkdaşı olmamışdır. Fərman və Təbriz adlı şəxslər özlərini polis əməkdaşı kimi təqdim etməmişlər, həmin adlarda polis əməkdaşlarının orada olmasını bilməmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs2 qolları qandallı vəziyyətdə aparmışlar. Təqsirləndirilən şəxs2 bacanağına məxsus avtomobilə minməmişdir, avtomobilin içərisində nəyin olub-olmamasını bilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X40 ifadəsində bidirmişdir ki, 10 noyabr 2022-ci il tarixdə saat 16 radələrində həyətdə səs gəldiyini eşitmiş, həyətə çıxanda polis əməkdaşlarını görmüşdür. Polis əməkdaşları mülki geyim formasında olmuşdur. Polis əməkdaşlarından biri Fəxrəddini saxlamışdır. Kamal da qolları qandanlı vəziyyətdə polis əməkdaşlarının arasında dayanmışdır. Kamalı oradan götürüb qabağa aparmışlar, polis əməkdaşları Fəxrəddinə avtomobilini onlara verməyini demişlər. Fəxrəddin isə etiraz edərək avtomobili onlara verməyəcəyini demişdir. Polis əməkdaşları isə avtomobilin onlarla getməli olduğunu demişlər. Fəxrəddin onda avtomobili özünün idarə edəcəyini demişdir. Polis əməkdaşı isə buna etiraz edərək avtomobili özlərinin aparacağını demişdir. Şamxal adlı polis əməkdaşı Fəxrəddinin sol tərəfdən boynundan yapışmış, sağ tərəfdən açarı Fəxrəddinin əlindən almışdır. Şamxal açarı Sahil adlı polis əməkdaşına vermiş, Fəxrəddini isə avtomobilinə salmışdır. Sahil Fəxrəddinin avtomobilini sürmüş, Şamxal və Mürsəl isə avtomobildə oturmuşlar. Sonradan Fəxrəddin ona demişdir ki, Hacıqabul RPŞ-nin qarşısından keçən zaman Fəxrəddini avtomobildən düşürərək polis rəisinin müavininə təhvil vermişlər, polis əməkdaşı özləri avtomobili sürərək çıxıb getmişlər. Verilən suallara cavab olaraq şahid Kərim Kərimov bildirmişdir ki, polis əməkdaşları Kamalı başqa avtomobilə mindirmişlər. Polis əməkdaşlarının Kamalı vurduqlarını görməmişdir. Həyətdə 5-6 nəfər polis əməkdaşı olmuşdur. Digər polis əməkdaşlarının adlarını bilməmişdir. Şamxal, Sahil və Mürsəlin adlarını bilmişdir. Adlarını bilmədiyi polis əməkdaşları çıxıb getmişlər, Şamxal, Sahil və Mürsəl Fəxrəddinin yanında qalmışlar. Kamalı adlarını bilmədiyi polis əməkdaşları öz avtomobilləri ilə aparmışlar. Polis əməkdaşları Fəxrəddin və Kamalı aparan zaman təxminən saat 16 radələri olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X23 ifadəsində bidirmişdir ki, 10 noyabr 2022-ci ildə saat 15:50-də arvadını xəstəxanadan gətirmək üçün həyətin qapısından çıxan zaman polis əməkdaşları həyətinə daxil olmuşlar. Polis əməkdaşları mülki geyim formasında olmuşlar. Həmin vaxtı polis əməkdaşları Kamalı çağırmışlar. Kamal aşağı evdə olmuşdur. Kamal çölə çıxanda polis əməkdaşları Kamalın arvadının, uşaqlarının yanında qollarını qandallamışlar. Kamalı sürüyərək küçəyə çıxarmışlar. Kamalı küçədə olan “Mercedes” markalı avtomobilə mindirmişlər. Arvadı Səidəyə zəng vuraraq məlumat vermişdir və “102” xidmətinə zəng vuraraq polislərin həyətlərinə basqın edərək Kamalı aparmaları barədə məlumat verməsini demişdir. Bu vaxtı tanıdığı Hacıqablu RPŞ-nin əməkdaşları Şamxal, Sahil və Mürsəl onun üstünə gələrək zəng etməməsini demişdir. Polis əməkdaşları telefonu əlindən almışlar və zəngi yarımcıq qalmışdır. Polis əməkdaşları onunla aqressiv danışdıqları üçün o da polis əməkdaşları ilə aqressiv danışmışdır. Polis əməkdaşları ondan avtomobilinin açarını istəmişlər. O da avtomobilin açarlarını verməyərək etiraz etmişdir. Polis əməkdaşları məcburi şəkildə qolunu qatlayaraq cibinə girib avtomobil açarını əlindən almışlar. Sahil açarı götürərək avtomobilə oturmuş, Şamxalla Mürsəl qollarını buraraq onu avtomobilin arxa oturacağına salmışlar. Şamxalla Mürsəl avtomobildə hərəsi bir tərəfində oturmuşlar. Avtomobili Sahil sürərək onu Hacıqabul RPŞ-nə aparmışlar, orada avtomobili saxlayaraq onu avtomobildən düşürmüşlər. Onu RPŞ-nin Növbətçi hissəsinə təhvil vermişlər, özləri isə avtomobili sürüb çıxıb getmişlər. RPŞ-nin Növbətçi hissəsində təxminən 20 dəqiqə oturmuşdur ki, rəis müavini onu çağırdığını demişlər. O, getdikdə rəis müavini ona cinayət törətdiyini, polis əməkdaşlarına əl qaldırdığını demişlər. Polis əməkdaşlarına əl qaldırmadığını, polis əməkdaşlarının hər hansı məhkəmə qərarı olmadan qanunsuz olaraq onun evinə soxulduğunu demişdir. Verilən suallara cavab olaraq şahid Fəxrəddin Kərimov bildirmişdir ki, polis əməkdaşları gələn zaman Kamal evdə yatılı olmuşdur. İstifadəsində olan telefon nömrəsi ***-***-**-** olmuşdur. Təqsirləndirilən şəxs2 tanımışdır. Təqsirləndirilən şəxs2la telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs2 Qarasu stansiyasında işləyir, o da dəmir yolda işləyir. Təqsirləndirilən şəxs2 və digər vaqon baxıcıları ondan dəfələrələ zəng edərək işlə bağlı məsləhətlər almışlar. Hacıqabul RPŞ-də o düşdükdən sonra Sahilgil avtomobili sürərək çıxıb getmişlər. Hacıqabul RPŞ-dən buraxıldıqdan sonra Şirvan ŞPŞ-yə getmiş və avtomobilini polis şöbəsinin həyətində görmüşdür. Şirvan ŞPŞ-yə arvadı Səidə ilə birlikdə gəlmişdir. Şirvan ŞPŞ-nin qapısının ağzında Taryeli və İsmayılı görmüşdür, onların üstləri pis gündə olmuşlar. Avtomobili Şirvan ŞPŞ-nin həyətindən 5-6 gündən sonra götürmüşdür. Kamal saxlanılmamışdan əvvəl Hacıqabul RPŞ-nin əməkdaşlarından Daxili İşlər Nazirliyinə müraciətlər etmişlər. Şikayət etmələrinin səbəbi polis əməkdaşlarının Kamalı yaşamağa imkan verməmələri olmuşdur. Polis əməkdaşları Kamalı narkotik satmağa məcbur etmişlər, Kamaldan pul tələb etmişlər. Kamal arada avtomobil düşdükdə avtomobil alıb dəyişmiş, polis əməkdaşları elə bilmişlər ki, Kamalın çox pulu vardır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində bidirmişdir ki, Hacıqabul RMX-də tibb bacısı işləyir. 10 noyabr 2022-ci il tarixdə saat 15:45də toya getmək üçün evinə gəlməsindən ötrü əri Fəxrəddinə zəng vurmuşdur. Danışıqlarından bir neçə dəqiqə sonra Fəxrəddin ona zəng vuraraq Kamalı bir neçə polis əməkdaşı apardı, ancaq danışıq kəsildi danışmaq mümkün olmadı. Fəxrəddinin nömrəsinə zəng vursa da Fəxrəddinin telefonuna zəng catmamışdır. Həmin vaxtı Fəxrəddinin telefonunu polis əməkdaşları əlindən almışlarmış. Xəstəxanadan dərhal düşmüş, yolda “102” qaynar xəttinə zəng vuraraq məlumat vermişdir. Həmin günü axşam Kamal mal bazarında olmuş, saat 12 radələrində isə Şirvan şəhərində yerləşən Respublika Bankına getmişdir. Sonra isə evə gələrək yatmışdır. Polis əməkdaşları saat 16 radələrində Kamalı aparan zaman Kamal yatılı olmuşdur. Evlərinə gələn zaman yolda avtomobillərinin harasa getdiyini, ancaq avtomobili idarə edən nə Fəxrəddin nə də Kamal olmuşdur. Sonradan bilmişdir ki, həmin vaxtı avtomobili idarə edən Hacıqabul RPŞ-nin əməkdaşı Sahil olmuşdur. Verilən suallara cavab olaraq Şahid8 bildirmişdir ki, “102” xidmətinə iki dəfə zəng vurmuşdur və 10-12 nəfər polis əməkdaşının həyətinə baqsın edərək Kamalın qoluna qandal vurması barədə məlumat vermişdir. “102” xidmətindən müraciətinin qeydə alındığını demişlər. Həyətlərinə gələndə orada qayını Kərim və ailəsinin olduğunu görmüşdür. Sonra taksi ilə Hacıqabul RPŞ-yə getmişdir. RPŞ-nin Növbətçi hissəsində Kamal və Fəxrəddini soruşmuş, polis əməkdaşı Kamalı Şirvan ŞPŞ-nin əməkdaşlarının tutduqlarını, Fəxrəddini isə Hacıqabul RPŞ-də yuxarı mərtəbədə olduğunu demişdir. Onu rəis müavinin otağına çıxararaq oturtmuşlar. Sonra RPŞ-dən Fəxrəddinlə birlikdə çıxaraq Şirvan ŞPŞ-yə getmişlər. İsmayıl və Taryeli orada görmüş, Şamxal adlı olan polis əməkdaşı isə əlində kağız avtomobili götürmək üçün getmişdir. İsmayıl və Taryel yaman gündə, iki qat formada olmuşlar. Avtomobilləri polisin həyətində üzü RPŞ-nin inzibati binasına tərəf saxlamışdılar, həmin vaxtı avtomobillərinin yanında digər bir avtomobildə olmuşdur. Kamal həbs olunmamışdan əvvəl Hacıqabul RPŞ-nin əməkdaşlarından X54 3 dəfə məktub yazmışdır. Həmin ərizələri 16 sentyabr 2022-ci il tarixdə, 24 oktyabr 2022-ci il tarixdə yazmış, 28 oktyabr 2022-ci il tarixdə Kamal X54 məktub yazmışdır. Bundan sonra onlara şikayət ərizələrini geri götürmək üçün minətçilər olmuşdur. Şikayət ərizələri ilə bağlı Hacıqabul RPŞ-dən ondan izahat istəmişlər, o isə izahatlarını X54 yazıb göndərdiyini bildirmişdir. İstifadəsində ***-***-**-** saylı telefon nömrəsi olmuşdur. Təqsirləndirilən şəxs2 tanımışdır. Təqsirləndirilən şəxs2la telefon danışığı olmuşdur. Beləliklə, ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutların məhkəmə tərkibi tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirinin sübuta yetmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ətrafinda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir.(cild 1,i.v.5-6) -Şirvan ŞPŞ-nin rəisinin 10 noyabr 2022-ci il tarixli, 305-33545-1221 nömrəli əmrindən görünür ki, ŞPŞ-nin ƏİÜ rəis müavini, polis polkovnik-leytenantı X31, NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, TB-nin təhqiqatçısı, polis baş leytenantı X18 ibarət əməliyyat qrupu yaradılmışdır.(cild 1,i.v.9) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 10 noyabr 2022-ci il tarixdə saat 04:05-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 1,i.v.25-26) -“şəxsi axtarış və götürmə aparılması haqqında” 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər maddəsi təqdim etmiş, Təqsirləndirilən şəxs1 həmin 1 (bir) ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı 08 noyabr 2022-ci il tarixdə əvvəllər tanıdığı Hacıqabul şəhər sakini Əli adlı şəxsdən aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən 1 (bir) ədəd qara rəngli “Samsung A23” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür.(cild 1,i.v.29-31) -Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Şahid4 tərəfindən ŞPŞ-nin rəisinə yazılmış 10 noyabr 2022-ci il tarixli “Raport” da göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələr saxlamaqda şübhəli olduğu üçün ŞPŞ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı 1 (bir) ədəd kibrit qutusunda marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs1 izahatında həmin kütləni tanışı Əli adlı şəxsdən aldığını bildirdiyindən Əli adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq izahatının alınması üçün ŞPŞ-yə gətirilməsi xahiş olunmuşdur.(cild 1,i.v.34) -“Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ətrafinda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir.(cild 1,i.v.36-37) -Şirvan ŞPŞ-nin rəisinin 10 noyabr 2022-ci il tarixli, Ə707-305-22 nömrəli əmrindən görünür ki, ŞPŞ-nin ƏİÜ rəis müavini, polis polkovnik-leytenantı X31, NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, TB-nin təhqiqatçısı, polis baş leytenantı X18 ibarət əməliyyat qrupu yaradılmışdır.(cild 1,i.v.40) -ŞPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən ŞPŞ-nin rəisinə yazılmış 10 noyabr 2022-ci il tarixli “raport” da göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 özünü şübhəli apardığından, üzərində və idarəetdiyi qara rəngli “Opel” markalı **-EC- *** qeydiyyat nişanlı avtomobildə qanunsuz yolla əldə etdiyi narkotik vasitə olduğundan, narkotik vasitə gəzdirməyə kifayət qədər əsaslar olduğundan 10 noyabr 2022-ci il tarixdə saat 16:50-də Hacıqabul rayonu, Qarasu kəndində “Opel” markalı **-EC-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman saxlanılaraq, “Opel” markalı, **-EC-*** qeydiyyat nişanlı avtomobil ilə birlikdə ŞPŞ-yə gətirilmişdir.(cild 1,i.v.41) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 10 noyabr 2022-ci il tarixdə saat 17:45-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 1,i.v.60-61) -“şəxsi axtarış və götürmə aparılması haqqında” 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər maddəsi təqdim etmiş, Təqsirləndirilən şəxs2 həmin 1 (bir) ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı təxminən bir ay bundan əvvəl Hacıqabul şəhər sakini olan sinif yoldaşı Kamal adlı şəxsdən yaşadığı küçədə 20 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən 1 (bir) ədəd qara rəngli “X66 9” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür.(cild 1,i.v.64-65) -“baxış keçirmə və götürmə haqqında” 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 avtomobilinin ön sol oturacağının alt hissəsindən bir ədəd sellofan torbada narkotik vasitə marixuanaya bənzər kütləni təqdim etmişdir.(cild 1,i.v.70-71) -Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Şahid4 tərəfindən ŞPŞ-nin rəisinə yazılmış 10 noyabr 2022-ci il tarixli “raport” da göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələr saxlamaqda və satmaqda şübhəli olduğu üçün ŞPŞ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs2 izahatında həmin kütləni tanışı Kamal adlı şəxsdən aldığını bildirdiyindən Kamal adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq izahatının alınması üçün ŞPŞ-yə gətirilməsi xahiş olunmuşdur.(cild 1,i.v.73) -“təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 ətrafinda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir.(cild 1,i.v.75-76) -Şirvan ŞPŞ-nin rəisinin 10 noyabr 2022-ci il tarixli, Ə706-305-22 nömrəli əmrindən görünür ki, ŞPŞ-nin ƏİÜ rəis müavini, polis polkovnik-leytenantı X31, NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, TB-nin təhqiqatçısı, polis baş leytenantı X18 ibarət əməliyyat qrupu yaradılmışdır.(cild 1,i.v.79) -ŞPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən ŞPŞ-nin rəisinə yazılmış 10 noyabr 2022-ci il tarixli “raport” da göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 özünü şübhəli apardığından, üzərində və idarəetdiyi qırmızı rəngli “Daevo” markalı **- SS-*** qeydiyyat nişanlı avtomobildə qanunsuz yolla əldə etdiyi narkotik vasitə olduğundan, narkotik vasitə gəzdirməyə kifayət qədər əsaslar olduğundan 10 noyabr 2022-ci il tarixdə saat 19:50-də Hacıqabul rayonu, Ə.Vahid küçəsində “Daevo” markalı **-SS-*** qeydiyyat nişanlı avtomobil ilə birlikdə ŞPŞ-yə gətirilmişdir.(cild 1,i.v.80) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 10 noyabr 2022-ci il tarixdə saat 19:40-da şübhəli şəxs qismində tutulmuşdur.(cild 1,i.v.110-111) -“şəxsi axtarış və götürmə aparılması haqqında” 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 əynində olan tünd göy rəngli parça şalvarın sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər maddəsi təqdim etmiş, Təqsirləndirilən şəxs3 həmin 1 (bir) ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı təxminən bir ay bundan əvvəl yaşadığı Hacıqabul rayonu, Əliağa Vahid küçəsindən yerdən tapdığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 onun idarə etdiyi “Daewoo Nexia” markalı, **-SS-*** dövlət qeydiyyat nişnalı avtomobildə də narkotik vasitə marixuana olduğunu bildirmişdir.(cild 1,i.v.114-115) -“baxış keçirmə və götürmə haqqında” 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 avtomobilin arxasında yerləşən baqajı açaraq oradan bir ədəd sellofan torbada narkotik vasitə marixuanaya bənzər kütləni təqdim etmişdir.(cild 1,i.v.120- 121) -“məhkəmə-bioloji ekspertizası”nın 11 noyabr 2022-ci il tarixli 18/1210 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs1 üzərində... ” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi-6,87 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf olundu-0,02 qr, qalıq-6,85 qr.(cild 1,i.v.139-142) -“məhkəmə-bioloji ekspertizası”nın 11 noyabr 2022-ci il tarixli 18/1211 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs2 üzərindən... ” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi-7,22 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: “... Təqsirləndirilən şəxs2 özünə məxsus avtomobildən... ” sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi-502,0 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.(cild 1,i.v.143-147) “məhkəmə-bioloji ekspertizası”nın 11 noyabr 2022-ci il tarixli 18/1212 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs3 üzərindən... ” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi-7,49 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: “... Təqsirləndirilən şəxs3 avtomobildə... ” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi-505,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs3 üzərindən və avtomobildən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın ümumi çəkisi 512,49 qramdır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs3 üzərindən və avtomobilindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 üzərindən və avtomobildən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana eyni tərkiblidir. Tədqiqata sərf olundu-0,04 qr, qalıq-512,45 qr.(cild 1,i.v.148-151) -“cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.4.3-cü maddəsinə tövsif edilmişdir.(cild 1,i.v.165-166) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir.(cild 1,i.v.168-169) -“təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(cild 1,i.v.184) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir.(cild 1,i.v.209-210) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir.(cild 1,i.v.223-224) -“təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” Şirvan Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 4(032)-360/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 izahat verərək bildirmişdir ki, o narkotik vasitələrin satışı ilə məşğul deyil, ona görə də ona qarşı irəli sürülmüş ittihamla razı deyil. Belə ki, onun üzərində və avtomobilində şəxsi istifadə üçün narkotik vasitə qurudulmuş marixuana olmuşdur. O, həmin narkotik vasitə qurudulmuş marixuananı sinif yoldaşı və eyni zamanda dostu olan Əli adlı şəxsə vermişdir. Onun satmaq niyyəti olmamışdır. Əli ona əvəzində 20 manat vermişdir. Vəsatətin təmin edilməməsini xahiş etmişdir.(cild 1,i.v.249-250) -“təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” Şirvan Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 4(032)-361/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 izahat verərək bildirmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cənub vaqon deposunda vaqon baxıcısı işləyir. İşdə olan zaman əməliyyatçılar gələrək onu avtomobilə əyləşdirərək onu polis şöbəsinə aparmışlar. Həmin avtomobil ona məxsus olmamış, bacanağı İlkinə məxsus olmuşdur. Avtomobildə heç bir narkotik vasitə olmamışdır. Şirvan şəhər polis şöbəsində olarkən müavin, əməliyyatçılar ona qarşı zor tətbiq edərək onu döymüşlər. Ondan sinif yoldaşı Kamalın narkotik satması barəsində ifadə verməsini tələb etmişlər. Kamaldan narkotik vasitə almamışdır. Kamal polis əməkdaşlarından dəfələrlə şikayət etdiyindən onların üstünə böhtan atmışlar. Bu hərəkətlər müdafiəçinin iştirakı olmadan edilmişdir. Döyülməsi barədə vəkilə demişdir. Vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Azərbaycan Respublikası Vəkillər X28 Vəkil Bürosunun vəkili Müdafiəçi2 bildirmişdir ki, 10 noyabr 2022-cı il tarixdə saat 22 radələrində o, həmin polis şöbəsinin təhqiqat bölməsində, inzibati otaqda şübhəli şəxs Təqsirləndirilən şəxs2 müdafiəçi qismində təqdim edilmiş, həmin vaxt ona şübhəli şəxs Təqsirləndirilən şəxs2 ilə konfidensial görüşün verilməsini xahiş etdikdən sonra görüşü baş tutmuşdur. Söhbət əsnasında şübhəli şəxs ona bildirmişdir ki, o iş yerindən, yəni Hacıqabul rayonunun Qarasu kəndində tutularaq Şirvan şəhər polis şöbəsinə gətirilmiş, həmin vaxt onun üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmayıb, o buna etiraz edəndə onu əməliyyat müvəkkilləri döyərək bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirmişlər. Odur ki, ona kömək etməsini xahiş etmişdir. O, müdafiəçi olaraq ona hüquq və vəzifələrinin onun yadına salmış və təkrarən ona izah etmişdir. Beləliklə, təhqiqatçı Şahid4 və digər adını bilmədiyi 2 nəfər əməliyyat müvəkkilinin iştirakı ilə video çəkiliş başlamış, şübhəli şəxs Təqsirləndirilən şəxs2 heç bir etirazının olmadığını bildirmiş və ona üzərində hər hansı bir qanunsuz əşya və digər vasitənin olub-olmadığı soruşulmuş, o isə üzərində heç bir qanunsuz əşya və ya predmetin olmadığını bildirib, üzərində 2 ədəd siqaret qutusu və avtomobil açarını təqdim etmişdir. Təhqiqatçı ona yaxınlaşaraq onun əynində olan şalvarının sol cibinə bir başa əlin salaraq 1 ədəd kibrit qutusunu çıxaraq stolun üstünə qoymuş və içərisini dərhal açmış və içərsində isə qurudulmuş mariuxunaya bənzər kütlə olduğunu bildirmişdir. Sonra onun üzərində heç bir əlavə axtarış aparılmamışdır. Şübhəli şəxs buna etiraz etdiyi, onun cibinə əməliyyat müvəkkiləri tərəfindən qoyulduğunu və döyüldüyünü bildirmişdir. Daha sonra isə ona suallar vermək üçün vaxtının çatdığını bildirmişlər, o isə şübhəli şəxsin üzərində əlavə axtarış aparılmasına şübhəli şəxsin etirazı olub-olmadığını soruşmuşdur. O, isə buna heç bir etirazı olmadığı bildirmiş və yenidən axtarış davam etmiş, həmin vaxt onun sonra ayaqqabılarını çıxardaraq özü çevirmişdir ki, baxın heç nə yoxdu. Adını bilmədiyi əməliyyat müvəkkili onun suallarını kəsərək videoçəkilişin dayandırılmasını tələb etmişdir. Daha sonra şübhəli şəxs ona yalvararaq ona kömək etməyini xahiş etmiş və onu döyəcəklərini bildirmişdir. O isə ona heç nədən qorxmamağı və prosesin sənədləşməsini tələb etmişdir. Bu zaman şübhəli şəxsi başqa otağa çağırmışlar və onu bir daha görə bilməmişdir. Bir neçə dəqiqədən sonra isə, onun qışqırıq səsləri gəlməyə başlamış və o buna qəti şəkildə etirazını bildirmiş və təxminən gecə artıq saat 03 radələrində ona bildirilmişdir ki, siz gedin, onların öz vəkilləri var, o gələcək. O onlara orderinin iş materillarına əlavə edilməsi üçün vermək istəsə də bunu ondan almamışlar və cavabında bildirmişlər ki, o sizdən imtina edir. Vəsatətlə hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulmuş şəxs Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməməsini, daimi yaşayış yerinin olmasını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və istintaqın gedişinə mane olmaq niyyətində olmamasını nəzərə alıb vəsatətin təmin edilməməsini xahiş etmişdir.(cild 1,i.v.251-253) -“telefona baxış keçirilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus mobil telefonun zənglər olan bölməsinə baxdıqda, telefonun “kontakt məlumatları” hissəsində Təqsirləndirilən şəxs2 adı “X65” adı ilə qeydə alınmışdır. Bundan sonra həmin nömrəyə daxil olan və çıxan zənglərə baxıldıqda, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr aylarında telefon danışıqları olması müəyyən edilmişdir.(cild 2,i.v.1-5) -Şirvan Apellyasiya Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 4(106)-99/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 müdaifəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Şirvan Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 4(032)-361/2022 saylı qərar dəyişdirilmədən saxlanılmışdır.(cild 2,i.v.60-65) -“ambulator məcburi narkoloji tibbi yoxlama”nın 02 dekabr 2022-cü il tarixli, 7315 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.(cild 2,i.v.249-250) -“ambulator məcburi narkoloji tibbi yoxlama”nın 04 fevral 2023-cü il tarixli, 618 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.(cild 2,i.v.251-252) -“ambulator məcburi narkoloji tibbi yoxlama”nın 12 yanvar 2023-cü il tarixli, 133 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 2,i.v.253-254) -Şirvan Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 4(032)-98/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 3 (üç) ay müddətinə uzadılmışdır. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona qarşı irəli sürülən ittihamla razı deyil, avtomobildə heç bir narkotik vasitə olmamış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. (cild 3,i.v.6-8) -Şirvan Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 4(032)-99/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlama müddəti 3 (üç) ay müddətinə uzadılmışdır. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs3 irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyərək, vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmişdir.(cild 3,i.v.17-23) -Şirvan Apellyasiya Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 4 (106)-29/2023 nömrəli qərarından görünür ki, Müdafiəçi3 apellyasiya şikayəti təmin edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 4 (032)-99/2023 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilmişdir. Şirvan ŞPŞ-nin müstəntiqinin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şirvan şəhər prokurorunun təqdimatı təmin edilməmiş, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmiş, Təqsirləndirilən şəxs3 barəsində 10 iyun 2023cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs3 apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, əslində onun ittihamda göstərilən narkotik vasitəyə heç bır aidiyyəti yoxdur. Belə ki, 2022-ci ilin avqust ayında Hacıqabul RPŞ-nin əməkdaşı olan şəxslər ona narkotik vasitə satmağı özləri təklif etmişlər. O isə bundan imtina etmişdir. Polis əməkdaşları təkid etdikdə isə o, bu məsələni anasına demiş, eyni zamanda özü Azərbaycan Respublikasının X54 teleqram vuraraq onu şəxsən qəbul etməsini xahiş etmişdir. Anası da müxtəlif orqanlara şikayət edərək polis əməkdaşlarının ona qarşı qanunsuzluğunu bildirmişdir. Bu hadisədən bir müddət sonra 2022-ci ilin noyabr ayının 11-də axşam saatlarında evdə olan vaxt qapı döyülmüş, atası qapını döyən şəxsin kim olmasına baxarkən onun Şirvan RPŞ-nin əməkdaşları olduğunu, Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına görə gəldiklərini bildirmişdir. Özü və ailə üzvləri polis əməkdaşlarına onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasının əsassız ittiham olmasını bildirmiş, lakin buna baxmayaraq, polislər onu Şirvan ŞPŞ-yə aparmışlar. Sonradan isə bilmişdir ki, atasını isə Hacıqabul RPŞ-nin əməkdaşları həmin rayonun polis şöbəsinə aparmışlar. Şirvan ŞPŞ-də saxlanılarkən polislər onun qurudulmuş marixuana saxladığını bildirmiş, guya üstündən 7 qram avtomobilində isə 500 qramdan çox narkotik vasitə aşkar etmişlər. Bildirmək istəyir ki, hamin narkotik vasitə ona məxsus olmamışdır, o, ümumiyyətlə narkotikdən istifadə etmir, normal vətəndaşdır. Əvvəllər Hacıqabul dəmiryol stansiyasında qatar qəbulçusu işləmiş, bu hadisələrlə əlaqədar işdən çıxarılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs3 bildirdi ki, o, Təqsirləndirilən şəxs2la sinif yoldaşıdır, münasibətləri var və onu tanıyır. Əli də Şirvan ŞPŞ tərəfindən tutulmuş, guya əvvəlcə 500 qram narkotik vasitəni ondan (Təqsirləndirilən şəxs3) aldığını bildirsə də, sonradan narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Vüsal adlı şəxsi isə ümumiyyətlə tanımamışdır. Odur ki, məhkəmə kollegiyasından barəsində seçilmiş həbsin başqa qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmişdir. Belə ki, onun həyat yoldaşı ürək əməliyyatı keçirmiş xəstədir, himayəsində azyaşlı uşağı var. Xəstə atası onunla yaşayır. Apellyasiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, beləliklə, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 23 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının X54 “102” xidməti vasitəsi ilə müraciət edərək Hacıqabul RPŞnin əməkdaşlarının ona qarşı qanunsuzluqlara yol verdiyini bildirmiş və şəxsən qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iş materiallarında olan, Təqsirləndirilən şəxs3 anası Şahid8 Azərbaycan Respublikasının X54 ünvanladığı 16 sentyabr 2022-ci il tarixli və 14 oktyabr 2022-ci il tarixli şikayət xarakterli teleqramlarından görünür ki, şikayətçi Hacıqabul RPŞ-nin Vasif Kərimov, Eldar Soltanov, Sahil, Fariz Qocalıyev və Mürsəl adlı əməkdaşlarının oğlu Kamalı təkrar-təkrar narahat etdiklərini, oğluna polisin adına ləkə gətirən işlər təklif etdiklərini, hansına narkamanı tutub həmin narkamana oğlunun adını çəkdirdiklərini, heç bir sübut olmadan oğlunu iki dəfə aparıb 3000 və 5000 manat aldıqlarını bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs və anası 11 noyabr 2022-ci il tarixədək Hacıqabul RPŞ-nin əməkdaşlarının qanunsuzluqları ilə bağlı yuxarı rəhbər orqana şikayətlər etmişlər. 10 noyabr 2022-ci il tarixdə, yəni onların müraciətindən 27 gün sonra isə Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək tutulmuş, daha sonra isə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa müdafiə tərəfi iddia etmişdir ki, Təqsirləndirilən şəxs3 10 noyabr 2022-ci il tarixdə axşam saatlarında evində ailə üzvləri ilə birlikdə olarkən polis tərəfindən saxlanılaraq aparılmış, istintaqın iddiasına görə isə təqsirləndirilən şəxs Hacıqabul şəhərində Ə.Vahid küçəsi ilə hərəkətdə olarkən saxlanılmışdır. Bundan başqa, işdə olan Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi dindirilməsi haqqında 11 noyabr 2022-ci il tarixli protokoldan qörünür ki, sonuncu ona polis şöbəsində ilkin olaraq müdafiəçi kimi Müdafiəçi2 təqdim edildiyini, sonra Müdafiəçi2 iştirakı ilə onun üzərində şəxsi axtarış və götürmə aparıldığını, həmin vaxtı o, üzərində olan siqaret qutusunu və bir ədəd avtomobil açarını təqdim etdiyini, çəkliş zamanı təhqiqatçının əynində olan şalvarın sol cibindən bir ədəd kibrit qutusunda olan narkotik vasitə manxuanaya bənzər kütləni aşkar edib stolun üstünə qoyduğunu, həmin vaxtı vəkilin təkidi ilə onun üzərində ətraflı axtarış aparıldığını, daha sonra müdafiəçinin ona verdiyi suallara cavab olaraq narkotik vasitənin onun olmadığını, fiziki və psixi təsir nəticəsində həmin narkotik vasitəni cibinə qoyub çəkilişə saldıqlarını bu sözü dedikdən sonra əməliyyat müvəkkilinin tələbi ilə videoçəkilişin dayandırıldığını, lakin müdafiəçisi buna etiraz edərək çəkilişin davam etdirilməsini tələb etdiyini, bundan sonra əməliyyatçıların onu Növbətçi hissədə yerləşən saxlama yerinə aparıb döydüklərini, daha sonra rəis muavini gəldikdən sonra onu ikinci mərtəbəyə aparıb orada bədəninin müxtəlif yerlərinə zərbələr endirib döyərək, həmçinin şərəf və ləyaqətini alçaldaraq onu hədələdiklərini, ona öz vəkillərinin olduğunu, yenidən çəkiliş aparılacağını, həmin çəkilişdə öz vəkillərinin iştirak edəcəyini bildirib həmin vəkilin yanında etiraf etməyini tələb etdiklərini, lakin Müdafiəçi2 imtina etmədiyini və bu barədə heç yerə imza atmadığını, sonra müdafiəçi X8 iştirakı ilə təkrar çəkiliş aparıldığını, fiziki və psixi təsirin nəticəsində qorxduğundan narkotik vasitənin ona məxsus olduğunu etiraf etdiyini, üzərində və avtomobilində narkotik vasitə olmadığını bildirmişdir. Kollegiya yuxarıda sadalanan halları müqayisəli şəkildə təhlil edərək qeyd etməyi zəruri hesab etmişdir ki, Təqsirləndirilən şəxs3 və anası Şahid8 Hacıqabul RPŞ-nin əməkdaşları barədə çoxsaylı şikayətlərinin olduğu, habelə bu şikayətlərin araşdırılması ilə əlaqədar təqsirləndirilən şəxsin və anasının tez-tez polis şöbəsinə çağırıldığı və bununla əlaqədar təqsirləndirilən şəxsin öz üzərində polis nəzarətini hiss etməsi şəraitində sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ittihamın əsaslarında ziddiyyətin olmasına dəlalət edir. Bu isə öz növbəsində həbsin maddi əsaslarını təşkil edən sübutların birmənalılığına və qətiliyinə dair müəyyən şübhələrə yol açır. Odur ki, belə vəziyyətdə kollegiya həbsin maddi əsasları baxımından həbsdə saxlama müddətinin uzadılmasını məqsədəuyğun hesab etməmişdir. Kollegiya Təqsirləndirilən şəxs3 həbsdə saxlama müddətinin uzadılmasının maddi əsasları ilə yanaşı prosessual əsaslarının da yetərincə olmadığı qənaətindədir. Belə ki, cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 barəsində 11 noyabr 2022-ci il tarixdə ilkin olaraq 4 ay müddətinə həbs qətimkan tədbiri seçildikdən sonra iş üzrə istintaq və prosessual hərəkətlərin intensivliyi olmamış, istintaq orqanı yalnız bir neçə polis əməkdaşını dindirmiş, məhkəmə-bioloji ekspertizasının rəyini əldə etmiş və bir sıra prosessual hərəkətləri yerinə yetirmiş, istintaq orqanının qeyd olunan prosessual və istintaq hərəkətlərinə əsasən 18 yanvar 2023-cü ildə başa çatmış, 18 yanvar 2023-cü ildən uzatma ilə bağlı təqdimatın verildiyi günədək isə ümumiyyətlə istintaq hərəkətləri aparılmamış, ciddi prosessual hərəkətlər yerinə yetirilməmişdir. Halbuki, işin istintaqını aparan müstəntiq və təqdimat vermiş prokuror iş üzrə zəruri istintaq hərəkətlərinin aparılmalı olduğunu, o cümlədən cinayət işi üzrə adları keçən bir neçə şəxsin şahid qismində dindirilməli, bəzi mobil nömrələrlə bağlı "xxxx" MMC-dən və “Bakcell" MMC-dən anten dairələrinin götürülməli və bundan sonra alınmış ifadələr arasında olan ziddiyyətlərlə bağlı üzləşmələr keçirilməli, iş uzrə verilmiş sorğuların cavabları əldə olunaraq iş materiallarına əlavə edilməli, təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilən vəsatətlərlə bağlı müvafiq qərarlar qəbul edilməli olduğunu iddia edərək həbsin uzadılmasını xahiş etmişlər. Lakin qeyd olunan subyektlər nəzərə almamışlar ki, onların qarşıda həyata keçirilməsini planlaşdırdıqları istintaq hərəkətləri və prosessual hərəkətlər ilkin həbs müddətində-4 ay ərzində də asanlıqla yerinə yetirilə bilərdi. Məsələn iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzləşdirilməsi üçün hansısa gələcək müddəti gözləməyə ehtiyac yox idi və bu hərəkətlər həbsdə olan təqsirləndirilən şəxslər barəsində həbsin ilk günlərindəcə yerinə yetirilə bilər. Habelə, təqsirləndirilən şəxslərin istifadəsində olan mobil telefon məlumatlarının mobil operatorlarından götürülməsi üçün ilk gündən əsaslar mövcud idi, bunun üçün 4 ay həbs müddətinin keçməsini gözləməyə ehtiyac yox idi.(cild 3,i.v.122-132) -Şirvan Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 4(032)-110/2023 nömrəli qərarından görünür ki, Müdafiəçi2 vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir.(cild 3,i.v.167-174) -“telefona baxış keçirilməsi haqqında” 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə 11:49:08-də 146 saniyə, xx.xx.2022-ci il tarixdə saat 18:00:37-də 277 saniyə, xx.xx.2022-ci il tarixdə saat 15:15:36-da 40 saniyə, xx.xx.2022-ci il tarixdə saat 15:23:46-da 17 saniyə, xx.xx.2022-ci il tarixdə saat 15:53:22-də 9 saniyə, xx.xx.2022-ci il tarixdə saat 15:54:37-də 31 saniyə telefon danışığı olmuşdur. SMS mətni qeydə alınmamışdır. Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 17:19:14-də 22 saniyə, xx.xx.2022-ci il tarixdə saat 20:36:03-də 16 saniyə telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs3 məxsus ***- ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 12:42:26-da 61 saniyə, saat 14:04:48-də 24 saniyə və 23:57:52-də 1219 saniyə, xx.xx.2022-ci il tarixdə saat 13:59:36-da 935 saniyə telefon danışığı olmuşdur. SMS mətni qeydə alınmamışdır. Təqsirləndirilən şəxs2 məxsus ***-***- **-** saylı mobil nömrə 16:47:36-da Şirvan şəhəri, T.Ələkbərov küçəsi 1/39, Əkbər İnşaatın yanında qeydə alınmışdır. Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə saat 19:38:16-da 66 saniyə, saat 19:58:09-da 10 saniyə, saat 22:40:25-də 97 saniyə, xx.xx.2022-ci il tarixdə saat 09:34:12-də 34 saniyə, saat 15:55:43-də 82 saniyə, xx.xx.2022ci il tarixdə saat 16:43:27-də 45 saniyə, saat 17:28:36-da 524 saniyə, xx.xx.2022-ci il tarixdə saat 08:59:20-də 89 saniyə telefon danışığı olmuşdur. SMS mətni qeydə alınmamışdır. Vəkil X12 məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin anten dairələri xx.xx.2022-ci il tarixdə 16:50-dən 22:01:00-dək Şirvan şəhərində qeydə alınmışdır. Vəkil Müdafiəçi2 məxsus ***-***-**-** saylı mobil nömrənin anten dairəsi xx.xx.2022-ci il tarixdə saat 13:11:01 saatda Hacıqabul şəhərində, xx.xx.2022-ci il tarixdə saat 14:18:21-dən 16:01:35-dək Şirvan şəhərində, 16:16:49-dan 17:10:33-dək Hacıqabul şəhərində və xx.xx.2022-ci il tarixdə saat 23:30:03-dan xx.xx.2022-ci il tarixədək saat 01:02:12-dək Şirvan şəhərində qeydə alınmışdır. Vəkil X24 məxsus ***-***-**-** saylı mobil nömrə xx.xx.2022-ci il tarixdə saat 19:26:29-da Şirvan şəhəri, Şirvan Şəhər Polis Şöbəsinin yanında qeydə alınmışdır.(cild 3,i.v.365) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 27 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Qərarla tanış olan Təqsirləndirilən şəxs3 verilmiş ittihamla razı olmadığını, evdə yatdığı yerdə polis əməkdaşları tərəfindən təxminən saat 16 radələrində tutulduğunu, tutulan vaxtı onun üzərində və atasına məxsus avtomobildə narkotik vasitə olmadığını, onları polis şöbəsinə gəldikdən sonra şöbədə Fərman adlı polis əməkdaşı qoyduğunu, özünü təqsirli bilmədiyini, narkotiklə tutulmağına əsas səbəb onun və anasının polis əməkdaşlarından X54 etdiyi şikayətlər olmuş, buna görə hazırkı cinayət işinin ona aid hissədə bəraətverici əsasla xitam verilməsini xahiş etmişdir.(cild 4,i.v.1-2) -“sübutların qiymətləndirilməsi haqqında” 27 aprel 2023-cü il tarixli qərardan görünür ki, 10 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixunananın ekspertiza tədqiqatından sonrakı 6,85 qram qalığı, Təqsirləndirilən şəxs2 üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixunananın ekspertiza tədqiqatından sonrakı 509,02 qram qalığı və Təqsirləndirilən şəxs3 üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixunananın ekspertiza tədqiqatından sonrakı 512,45 qram qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan ŞPŞ-nin saxlanc anbarına verilmişdir.(cild 4,i.v.15-32) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsiyyətləri ilə bağlı olan ilkin araşdırma materiallarında, yəni; -“Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X51 daxil olmuş 28 noyabr 2022-ci il tarixli, PHŞ/641-2-2022-212 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 PHŞ-in konsultativ poliklinika şöbəsinin narkoloji və ruhiəsəb kabinetlərində qeydiyyatda deyillər.(cild 2,i.v.52) -Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İƏD-i üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamələrdə görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 4 ünvanda yaşayır, himayəsində 2009-cu il təvəllüdlü Şahid8 adlı qızı, 2016-cı il təvəllüdlü İsmayıl Kərimov adlı oğlu vardır. Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanda yaşayır, himayəsində 2010-cu il təvəllüdlü Naibə Alcanova adlı qızı, 2012-ci il təvəllüdlü Fatimə Alcanova adlı qızı və 2014-cü il təvəllüdlü Nigar Alcanova adlı qızı, Hacıqabul şəhəri, H.Həmidov küçəsi 209-da yaşayır, himayəsində 2007-ci il təvəllüdlü Tofiq Məmmədov adlı, 2012-ci il təvəllüdlü Sənan Məmmədov adlı, 2021-ci il təvəllüdlü Cəmil Məmmədli adlı oğlanları vardır. Barələrində nümayəndəliyə müsbət rəylər daxil olmamışdır.(cild 2,i.v.53-59) -02 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(cild 2,i.v.69) -02 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(cild 2,i.v.70) -06 fevral 2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(cild 2,i.v.217-218) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş istintaq materiallarından, yəni; -Şirvan ŞPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Şahid4 tərəfindən qəbul olunmuş “müdafiəçi təyin edilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, HK-1/2729 nömrəli material üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün dövlət vəsaiti hesabına vəkil Müdafiəçi2 müdafiəçi qismində dəvət olunmuşdur. Qərarın surəti icra olunması üçün Şirvan Regional Vəkil Bürosuna göndərilmişdir. -Şirvan Regional Vəkil Bürosunun rəhbəri X3 möhürü ilə təsdiq olunmuş 10 noyabr 2022-ci il tarixli, 005886 nömrəli vəkil orderinin surətindən görünür ki, həmin order Şirvan ŞPŞ-nin TB-nin 10 noyabr 2022-ci il tarixli, HK-1/2729 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə hüquqi yardım göstərilməsi üçün Müdafiəçi2 verilmişdir. -Hacıqabul RPŞ-dən Şahid8 ünvanlanmış 13 noyabr 2022-ci il tarixli, 15921832-1222 nömrəli məktubda göstərilmişdir ki, 10 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminə telefonla etdiyiniz təkrar müraciətiniz materiala əlavə edilmişdir. -Şirvan Şəhər Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, xx-xx/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 ətrafında “əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsi” barədə qərarın məhkəmə nəzarəti qaydasında qanuniliyinin yoxlanılması üzrə icraat açılmamışdır. -Şirvan Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 1-6075/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 ətrafında “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi” barədə 10 noyabr 2022-ci il tarixdə Şirvan Şəhər Məhkəməsinə daxil olmuş, məhkəmə nəzarəti qaydasında qanuniliyinin yoxlanılması ilə bağlı göndərilməmişdir. -Hacıqabul Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 150/2023 nömrəli məktubdan görünür ki, əməliyyat müvəkkili Şahid1 10 noyabr 2022-ci il tarixli “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarının qanuniliyinin məhkəmə nəzarəti qaydasında yoxlanılması barədə işə baxılmamışdır. -Hacıqabul rayon prokurorluğunun 12 dekabr 2023-cü il tarixli, 212m-23 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 və qeyrilərinin barəsində 10 noyabr 2022ci il tarixdə keçirilmiş əməliyyat-axtarış fəaliyyətinin qanuniliyinin yoxlanılması üçün Şirvan ŞPŞ-dən Hacıqabul rayon prokurorluğuna müraciət olunmamışdır. -Şirvan ŞPŞ-nin 14 dekabr 2023-cü il tarixli, 3-13-111/2-33813/23 nömərli məktubdan görünür ki, əməliyyat müvəkkili Şahid1 10 noyabr 2022-ci il tarixli qərarı əsasında əməliyyat-axtarış fəaliyyətinin keçirilməsi ilə bağlı əməliyyat qeydiyyat işi açılmamışdır. -Şirvan ŞPŞ-dən daxil olmuş 25 iyul 2023-cü il tarixli, 3-13-111/2-20136/2023 nömrəli məktubdan görünür ki, X13 və Şahid7 Oqtay oğlu barəsində ŞPŞ-də cinayət təqibi və ya inzibati hüquqpozmaya dair bir material və ya cinayət işi olmamışdır. -Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 31 iyul 2024-cü il tarixli, 3-16-20-10/60 nömrəli məktubdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 12 noyabr 2022-ci il tarixdə 3 saylı X15 Sanitar Hissəsində təlimata uyğun olaraq həkim baxışından keçirilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs2 xəsarət aldığını bildirmiş, bədən səthinin müayinəsi zamanı boynun hər iki tərəfində və sol dirsək nahiyəsində qərtməkli yara aşkar edilmişdir. Təqsirləndirilən şəxs3 xəsarət almadığını bildirmiş, bədən səthinin müayinəsi zamanı yeni xəsarət izləri aşkar edilməmişdir. -"xxxx" MMC-dən 24 noyabr 2023-cü il tarixli mətubla daxil olmuş məlumatlardan görünür ki, baş müstəntiq Əhməd Baloğlanov istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə vəkil Emil Quliyevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 10 noyabr 2022-ci il tarixdə saat 18:22:16-da zəng vurmuş, aralarında 15 saniyə danışıq olmuş, anten məlumatı isə Şirvan şəhəri, H.Əliyev prospekti 8a ünvanını göstərmişdir. Baş müstəntiq Əhməd Baloğlanov istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə vəkil Emil Quliyevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 11 noyabr 2022-ci il tarixdə saat 12:36:40-da zəng vurmuş, aralarında 20 saniyə danışıq olmuş, anten məlumatı isə Şirvan rayonu göstərmişdir. Baş müstəntiq Əhməd Baloğlanov istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsi ilə vəkil Emil Quliyevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 11 noyabr 2022-ci il tarixdə saat 15:08:00-da zəng vurmuş, aralarında 5 saniyə danışıq olmuş, anten məlumatı isə Şirvan şəhəri, H.Əliyev prospekti 8a ünvanını göstərmişdir. Vəkil Emil Quliyev istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən baş müstəntiq Əhməd Baloğlanovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 11 noyabr 2022-ci il tarixdə saat 15:08:10-da zəng vurmuş, aralarında 69 saniyə danışıq olmuş, baş müstəntiq Əhməd Baloğlanovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin anten məlumatı isə Şirvan şəhəri, H.Əliyev prospekti 8a ünvanını göstərmişdir. Baş müstəntiq Əhməd Baloğlanov istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə vəkil Emil Quliyevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 11 noyabr 2022-ci il tarixdə saat 17:06:05-da zəng vurmuş, aralarında 22 saniyə danışıq olmuş, anten məlumatı isə Şirvan şəhəri, H.Əliyev prospekti 8a ünvanını göstərmişdir. Baş müstəntiq Əhməd Baloğlanov istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə vəkil Emil Quliyevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 11 noyabr 2022-ci il tarixdə saat 17:54:02-da zəng vurmuş, aralarında 69 saniyə danışıq olmuş, anten məlumatı isə Şirvan şəhəri, H.Əliyev prospekti 8a ünvanını göstərmişdir. Baş müstəntiq Əhməd Baloğlanov istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə vəkil Emil Quliyevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 11 noyabr 2022-ci il tarixdə saat 18:53:09-da zəng vurmuş, aralarında 7 saniyə danışıq olmuş, anten məlumatı isə Şirvan şəhəri, H.Əliyev prospekti 8a ünvanını göstərmişdir. Vəkil Emil Quliyev istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən baş müstəntiq Əhməd Baloğlanovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 11 noyabr 2022-ci il tarixdə saat 20:07:26-da zəng vurmuş, aralarında 8 saniyə danışıq olmuş, baş müstəntiq Əhməd Baloğlanovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin anten məlumatı isə Şirvan şəhərini göstərmişdir. Baş müstəntiq Əhməd Baloğlanov istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə vəkil Emil Quliyevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 11 noyabr 2022-ci il tarixdə saat 26:16:28-də zəng vurmuş, aralarında 6 saniyə danışıq olmuş, anten məlumatı isə Şirvan rayonu göstərmişdir. -"xxxx" MMC-dən 23 noyabr 2023-cü il tarixli mətubla daxil olmuş məlumatlardan görünür ki, şahid X5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 10 noyabr 2022-ci il tarixdə saat 04:17:26-da Şirvan şəhəri, H.Z.Tağıyev ev 58 mənzil 1, Şirvan şəhər polis şöbəsinin yanı göstərir. Şahid7 Oqtay oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 10 noyabr 2022-ci il tarixdə saat 04:08:48-də Şirvan şəhəri, H.Z.Tağıyev ev 58 mənzil 1, Şirvan şəhər polis şöbəsinin yanı göstərir. -"xxxx" MMC-dən 17 may 2024-cü il tarixli, BKC/LGL-5590/24 nömrəli məktubla daxil olmuş məlumatlardan görünür ki, vəkil Emil Quliyevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 10 noyabr 2022-ci il tarixdə saat 10:00-dan 12 noyabr 2022-ci il tarixə saat 10:00-dək intervalında anten məlumatları “Şirvan şəhər polis şöbəsinin yanı” nı göstərməmişdir. -“Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X51 daxil olmuş 10 may 2024-cü il tarixli, 18-1- 35/2-754/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 18 noyabr 2022-ci il tarixli həkim-radioloqun müayinəsinin nəticəsini özündə əks etdirən rentgen şəkli vətəndaşın özünə təqdim edildiyindən göndərilə bilməmişdir. -“Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya” X52 Şəxsin Şirvan şəhər şöbəsindən verilmiş 13 may 2024-cü il tarixli, 03 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 barəsində verilmiş canlı şəxsin ekspertizasına dair 09 dekabr 2022-ci il tarixli, 637 nömrəli rəy şəxsin obyektiv vizual müayinəsi və əlavə rentqenoloji rəy əsasında verilmişdir. Rentgenoloji rəyin nəticəsi ekspertizaya yazılı şəkildə bildirilmiş, nə müayinə olunan şəxs, nədə ki, ekspertiza təyin edən orqan ekspertizaya rentqenplyonka (rentgen şəkli) təqdim etməmişdir. -“Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X57 18 noyabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 sol əlin 2 proyeksiyalı rengendə aydın izlənən sümükdestruktiv dəyişiklik qeyd edilmir. -“cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və cinayət haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” Hacıqabul rayon prokurorluğunun 20 dekabr 2022-ci il tarixli, 77 C-22 nömrəli qərarından görünür ki, 14 dekabr 2022-ci il tarixdə ünvan 8 ünvanında yaşayan X23 rayon prokurorluğuna ərizə ilə müraciət edərək, 10 noyabr 2022-ci il tarixdə Hacıqabul RPŞ-nin və Şirvan ŞPŞ-nin əməkdaşlarının yaşadığı evə basqın etdiklərini, polis əməkdaşlarının ona qarşı fiziki zor tətbiq edərək onu RPŞ-nin inzibati binasına apardıqlarını, oğlu Təqsirləndirilən şəxs3 döyməklə, işgəncə verməklə narkotik vasitə satmasını boynuna almasına məcbur etdiklərini bildirmişdir. Həmin məlumat əsasında Hacıqabul rayon prokurorluğunda araşdırma aparılaraq toplanmış 77C-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs3 Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı xüsusatlar araşdırılması və hüquqi qiymət verilməsi üçün materialdan müvafiq sənədlər ayrılaraq ərazi aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Şirvan şəhər prokurorluğuna göndərilmişdir. Qərardan görünür ki, araşdırma zamanı X23 izahatında bildirmişdir ki, 10 noyabr 2022-ci il tarixdə təxminən saat 15:45 radələrində 10-12 nəfər Hacıqabul RPŞ-nin və Şirvan ŞPŞ-nin əməkdaşları onun yaşadığı fərdi yaşayış evinə daxil olub oğlu Kamalı axtarmağa başlamış, 3-4 nəfər polis əməkdaşı ona məxsus qırmızı rəngli, “Daewoo Nexia” markalı, **-SS-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin açarını ondan istəmiş, o, açarı verməkdən imtina etdikdə isə Hacıqabul RPŞ-nin əməkdaşı Şamxal adlı şəxs onun gödəkçəsinin cibindən açarı götürərək polis əməkdaşı Sahil adlı şəxsə vermiş, sonuncu avtomobili idarə etməyə başlamış, Şamxal isə onun qolunu burmuş, həmin vaxt Mürsəl adlı polis əməkdaşı bir neçə dəfə yumruqla onun sinəsinə vuraraq Şamxalla birlikdə onu avtomobilinə əyləşdirmiş və Hacıqabul RPŞ-in Növbətçi hissəsinə gətirmişdir. O, həmçinin Növbətçi hissədə 15-20 dəqiqə saxlanıldıqdan sonra Hacıqabul RPŞ-nin rəis müavini Firuz adlı şəxsin onu xidməti otağında qəbul etdiyini, ona oğlu Kamalın Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən yox, Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən tutulduğunu, sonuncunun Şirvan ŞPŞ-də olduğunu dediyini, bundan sonra otaqdan çıxıb PŞ-nin inzibati binasını tərk etdiyini, arvadı Şahid8 ilə birlikdə Şirvan ŞPŞ-yə getdiyini, orada olarkən avtomobilinin Şirvan ŞPŞ-nin həyətində saxlanıldığını gördüyünü, növbəti gün oğlu Kamalın müdafiəçisi Ağabba adlı şəxslə əlaqə saxladığını, sonuncunun ona Kamalın Şirvan ŞPŞ-də polis əməkdaşları tərəfindən döyüldüyünü, qanunsuz olaraq Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edildiyini, Kamalın fiziki təzyiqlərə məruz qalaraq qorxduğu üçün həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətdiyini etiraf etdiyini dediyini, Şirvan ŞPŞ-yə gedib müstəntiq Əhməd Baloğlanovun qəbulunda olduğunu, sonuncunun ona məxsus avtomobildə 505 qr çəkidə narkotik vasitə olan marixuana tapıldığını, bu səbəbdən Kamalın cinayət məsuliyyətinə cəlb olunduğunu dediyini bildirmişdir. O, əlavə olaraq oğlu Kamalın tutulduğu vaxtdan onun və digər ailə üzvlərinin onunla görüş və telefonla danışmaq hüququnun əsassız olaraq məhdudlaşdırıldığını da bildirmişdir. Verilən suallara cavab olaraq F.Kərimov izahatında ona qarşı fiziki zor tətbiq edərək Hacıqabul RPŞ-yə gətirdiyi üçün Hacıqabul RPŞ-nin əməkdaşları Şamxal və Mürsəldən, bununla yanaşı, oğlu Təqsirləndirilən şəxs3 döyüldüyü və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edildiyi üçün Şirvan ŞPŞ-nin əməkdaşlarından şikayətçi olduğunu, oğlu Təqsirləndirilən şəxs3 tutulduğu üçün başının qarışıq olduğunu, ona görə də vaxtında şikayət edə bilmədiyini, 10 noyabr 2022-ci il tarixdə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığını gəlini Aysel Kərimova və qardaşı Kərim Kərimovun gördüyünü bildirmişdir. Araşdırma zamanı X40 izahatında göstərmişdir ki, Fəxrəddin Kərimov onun qardaşıdır və onların yaşadıqları fərdi yaşayış evləri yanaşı yerləşir. Bununla yanaşı, o, qardaşı Fəxrəddinin oğlu olan Təqsirləndirilən şəxs3 avtomobilindən narkotik vasitə aşkar olunduğu üçün cinayət məsuliyyətinə cəlb olunduğunu, Bakı şəhərində, Kürdəxanı qəsəbəsində yerləşən İstintaq Təcridxanasına göndərildiyini bildirmişdir. O, həmçinin 10 noyabr 2022-ci il tarixdə saat təxminən 16:00 radələrində qardaşı F.Kərimovun evinin həyətində səs- küy eşitdiyini, onların həyətinə daxil olduqda təxminən 10 nəfər polis əməkdaşının orada olduğunu gördüyünü, orada olduqda 2-3 nəfər polis əməkdaşının Fəxrəddinin oğlu Kamalın qolunu qandallayıb maşına mindirib apardıqlarını, bir neçə polis əməkdaşının isə Fəxrəddindən avtomobilinin açarını istədiyini, sonuncu açarı verməkdən imtina etsə də, polis əməkdaşlarının məcbur şəkildə açarı ondan aldığını və onlardan birinin onun qollarını arxa tərəfə buraraq saxladığını, digər polis əməkdaşının isə onun boyun nahiyəsinə vuraraq onu maşına mindirdiyini, sonra onu Hacıqabul RPŞ-yə apardıqlarını, həmin polis əməkdaşını tanımadığı üçün adlarını qeyd edə bilmədiyini, polis əməkdaşının Fəxrəddinin sinə nahiyəsinə vurmasının şahidi olmadığını, sadəcə olaraq polis əməkdaşının Fəxrəddinin boynuna bir neçə dəfə vuraraq maşına məcburi şəkildə mindirməsinin şahidi olduğunu, hadisə bir anda baş verdiyi üçün polis əməkdaşının Fəxrəddinin sinəsinə vurmasını görmədiyini bildirmişdir. Araşdırma zamanı X36 izahatında bildirmişdir ki, əri Təqsirləndirilən şəxs3 2022-ci ilin noyabr ayında qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olduğuna görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. O, həmçinin 10 noyabr 2022-ci il tarixdə əri Təqsirləndirilən şəxs3, qayınatası Fəxrəddin Kərimov və uşaqları ilə evdə olduğunu, təxminən saat 15:40 radələrində 10-12 nəfər polis əməkdaşlarının yaşadıqları evə basqın etdiyini, həmin vaxt əri Təqsirləndirilən şəxs3 evdə yatdığını, polis əməkdaşlarının isə evdə axtarış apardığını, bir neçə polis əməkdaşının Kamalı oyadıb, maşına mindirib Şirvan ŞPŞ-yə apardığını, digər polis əməkdaşlarının isə qayınatası Fəxrəddindən ona məxsus "Nexia Daewoo” markalı avtomobilin açarını istədiyini, sonuncunun açarı verməkdən imtina etdiyini, buna görə bir polis əməkdaşının Fəxrəddinin əllərini arxa tərəfə buraraq saxladığını, digər polis əməkdaşının isə onun baş nahiyəsinə bir dəfə yumruqla vurduğunu, məcburi avtomobilin açarını ondan aldığını və onu öz avtomobilinə mindirib Hacıqabul RPŞ-nin apardıqlarını, polis əməkdaşının Fəxrəddinin sinəsinə bir neçə dəfə vurmadığını, sadəcə olaraq Fəxrəddin Kərimovun başına bir dəfə yumruqla vurduğunu bildirmişdir. Araşdırma zamanı Hacıqabul RPŞ CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid6 izahatında bildirmişdir ki, 10 noyabr 2022-ci il tarixdə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi, Şirvan ŞPŞ və Hacıqabul RPŞ-nin əməkdaşları Hacıqabul rayonu ərazisində birgə əməliyyat-axtarış tədbiri keçirmişdir. Həmin əməliyyat tədbirində Hacıqabul RPŞ-nin əməkdaşları kimi o və Şahid5 də iştirak etmişdir. Həmin gün Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs2 üzərində və idarə etdiyi avtomobilində marixuana aşkar edilərək götürülmüş və o, həmin narkotik vasitəni Hacıqabul rayon sakini Təqsirləndirilən şəxs3 aldığını bildirmiş, əməliyyat axtarış tədbirinin davamı kimi həmin gün Təqsirləndirilən şəxs3 yaşadığı əraziyə getmişlər. Təqsirləndirilən şəxs3 narkotik vasitə satmaqda şübhəli olduğundan yaşadığı evin yaxınlığında BNMİ və Şirvan ŞPŞ əməkdaşları tərəfindən saxlanılaraq, idarə etdiyi “Nexia Daewoo” markalı avtomobil ilə birlikdə Şirvan ŞPŞ-yə aparılmışdır. O, həmçinin həmin vaxt Təqsirləndirilən şəxs3 atası Fəxrəddin Kərimovun oğlunun polis əməkdaşları tərəfindən aparılmasına maneçilik törətdiyini, səs-küy salmağa başladığını, X10 Kərimovun Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Hacıqabul RPŞ-yə gətirildiyini düşündüyünü, buna görə Hacıqabul şəhəri üzrə ictimai təhlükəsizliyini təmin etməklə bağlı səlahiyyətli olan polis nəfəri Şahid3 da sonradan həmin əraziyə cəlb olunduğunu, ətraflı məlumat alması üçün X19 RPŞ-yə dəvət etdiklərini, sonuncunun onunla birlikdə Hacıqabul RPŞ-yə gəldiyini, Hacıqabul RPŞ-nin inzibati binasında olarkən Hacıqabul RPŞ-nin rəis müavini Firuz Nuriyevin onu öz xidməti otağında qəbul edərək onunla profilaktik söhbət apardığını, oğlu Təqsirləndirilən şəxs3 Şirvan ŞPŞnin əməkdaşları tərəfindən tutularaq Şirvan ŞPŞ-yə aparıldığını, həmçinin ona məxsus olan “Nexia Daewoo" markalı avtomobilinin də Şirvan ŞPŞ-də olduğunu ona bildirdiyini, F.Kərimovun izahatında qeyd etdiklərinin doğru olmadığını, polis əməkdaşları tərəfindən onun evinə basqın edilmədiyini, sonuncuya qarşı onun və ya digər polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuz hərəkətə yol verilmədiyini onun avtomobilinin Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən həmin PŞ-nin inzibati binasına aparıldığını bildirmişdir. Araşdırma zamanı Hacıqabul RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid5 X41 ilə oxşar məzmunlu izahat vermişdir. Araşdırma zamanı Hacıqabul RPŞ İctimai Təhlükəsizlik bölməsi sahənin polis nəfəri, polis baş serjantı Şahid3 Şahid6 ilə oxşar məzmunlu izahat verərək, 10 noyabr 2022-ci il tarixdə X4 polis əməkdaşları tərəfindən aparılmasına maneçilik törətdiyini, Kamalın Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Hacıqabul RPŞ-yə gətirildiyini düşündüyünü, səs-küy saldığını, bu səbəbdən həmin ərazidə ictimai təhlükəsizliyini təmin etmək üçün polis əməkdaşı kimi Hacıqabul RPŞ tərəfindən həmin yerə cəlb olunduğunu, Fəxrəddin Kərimova qarşı o, Şahid6 və ya digər polis əməkdaşları tərəfindən heç bir qanunsuz hərəkətə yol verilmədiyini, ona fiziki təzyiq göstərilmədiyini, onunla qanunun tələblərinə uyğun rəftar edildiyini, X4 məsuliyyətdən azad olunmasını istədiyini, buna görə polis əməkdaşlarına böhtan atmaqla öz məqsədinə nail olacağını düşündüyünü bildirmişdir. -Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı X20 Alcanovun adına açılmış 10555/2022 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs2 3 saylı İstintaq Təcridxanasına 12 noyabr 2022-ci il tarixdə keçirilmiş, Təqsirləndirilən şəxs2 zədə aldığını bildirmiş, hər iki boyun səthinin, sol dirsəyində qərtməkli yarası aşkar edilmişdir. -Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı X11 Kərimovun adına açılmış 10569/2022 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs3 3 saylı İstintaq Təcridxanasına 12 noyabr 2022-ci il tarixdə keçirilmiş, Təqsirləndirilən şəxs3 zədə almadığını bildirmiş, bədəni üzərində xəsarət aşkar edilməmişdir. -“cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Şirvan şəhər prokurorluğunun 12 dekabr 2022-ci il tarixli qərarından görünür ki, 15 noyabr 2022-ci il tarixdə ünvan 9 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 Şirvan ŞPŞ-də fiziki zorakılığa məruz qalması barədə Şirvan Şəhər Məhkəməsindən Şirvan şəhər prokruroluğuna daxil olmuş məlumat əsasında araşdırma aparılmış, toplanmış 268 C-22 nömrəli material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. -“Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X57 1 dekabr 2023-cü il tarixli, 18-1-35/2- 1073/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Şirvan ŞPŞ-nin MSY-də saxlanıldığı vaxtdan, yəni 10 noyabr 2022-ci il tarixdən sonrakı dövrdə tibbi yardım göstərilməsi üçün Şirvan şəhər Təcili və X29 Stansiyasına heç bir müraciət olmamışdır. Eləcə də Şirvan Şəhər Mərkəzi Xəstəxanasına müayinə olunması üçün göndəriş verilməmişdir. -“məhkəmə-tibbi ekspertizası” nın 09 dekabr 2022-ci il tarixli, 637 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində heç bir xəsarət aşkar olunmadı. Tibbi sənədlərdə qeyd olunan “hər iki boyun səthinin, hər iki dirsəyin qərtməkli yarası” diaqnozuna gəlincə isə həmin xəsarətlər küt əşya təsirindən törənə bilərdi, müddəti və mexanizmi barədə dəqiq fikir bildirmək mümkün hesab edilmir. Həmin xüsusatların dəqiqləşdirilməsində araşdırma materialları əhəmiyyət kəsb edə bilər. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi ekspertinə bildirmişdir ki, 10 noyabr 2022-ci il tarixdə saat 16:45-dən saat 03:50-dək Şirvan ŞPŞ-nin inzibat binasında rəis müavini Fərid və başqa 6-7 nəfər əməliyyatçılar ona məxsus olmayan narkotik vasitəni boynuna zorla qoymaq məqsədilə ona fiziki ağrı və çoxsaylı xəsarətlər yetirmişlər. Şikayəti sol əlin İİ barmağında şişkinlik və ağrıdandır. -“təkrar məhkəmə-tibbi ekspertizası” nın 07 iyun 2022-ci il tarixli, T340/2024 nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs2 14 noyabr 2022-ci il tarixdə 3 saylı Bakı X15i sanitar hissəsində müayindən keçmiş və boyunun hər iki səthinin, hər iki dirsəyin qərtməkli yarasının olması qeyd edilmişdir. Qeyd edilən xəsarətlər, bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, təqdim edilən tibbi sənədlərdə xəsarətlər tam təsvir edilmədiyindən (xarakter və xüsusiyyətləri) onların yetirilmə müddəti haqqında dəqiq fikir söyləmək mümkün deyil, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Sol əlin İİ barmağının 08 dekabr 2023-cü il və 22 may 2024-cü il tarixli rentgenoqrammalarının müqayisəli tədqiqatı zamanı İ dırnaq falanqasında, İİ proksimal falanqanın distal ucunda izlənən destruktiv dəyişikliklər və osteoporotik əlamətlər fonunda 2022-ci ilin noyabr-dekabr aylarına uyğun sümük tamlığının pozulmasını obyektivləşdirən radioloji kölgəliklər aşkar edilmədi. Nəzərə almaq lazımdır ki, barmaqlar arxaya doğru gəriləndə (qavrılanda) postravmatik sümük patologiyası oynaqların arxa kənarında baş verir, konkret halda isə hətta patoloji kölgəlik oynaq kənarının ön kənarında yerləşir. Birliyə 18 noyabr 2022-ci il tarixli rentgenoqramma təqdim edilmədiyindən həmin rentgnoqramma ilə bağlı sualların cavablandırılması mümküm deyildir. -Şirvan ŞPŞ-nin 15 noyabr 2023-cü il tarixli, 3-13-111/2-30876/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Şirvan ŞPŞ-nin NMQ-nun sabiq əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən Şirvan ŞPŞ-yə gətirilmişdir. “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nda Təqsirləndirilən şəxs1 1310, Təqsirləndirilən şəxs2 1311, Təqsirləndirilən şəxs3 1312 nömrəsi ilə qeydə alınaraq yekundə PŞ-nin MSY-nə təhvil verilmişdir. -“cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Şirvan şəhər prokurorluğunun 27 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsindən daxil olmuş 07 noyabr 2023-cü il tarixli, 1/0991-467/2023 nömrəli məktubda göstərilmiş Təqsirləndirilən şəxs1 məhkəmə baxış iclasında ifadə verərək 10 noyabr 2022-ci il tarixdə Şirvan ŞPŞ-nin Namaz, Fərman və adlarını bilmədiyi 5 nəfər əməkdaşı tərəfindən fiziki zorakılığa məruz qaldığını, məcburiyyətdən narkotik vasitəni öz üzərinə götürdüyünü bildirməsi faktı ilə bağlı araşdırma aparılmış, toplanmış 290 C-23 nömrə material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs1 izahatında bildirmişdir ki, 09 noyabr 2022-ci il tarixdə, saat 00 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində dostları İsmayıl və Tariyel ilə birlikdə avtomobil ilə hərəkətdə olan zaman Şirvan ŞPŞ-nin PPX-nin avtomobili onların avtomobillərini saxlatdırmışdır. Tanımadığı polis nəfərləri onları PPX-nın avtomobilinə əyləşdirmiş və Şirvan ŞPŞ-yə gətirmişlər. Şirvan ŞPŞ-yə gətirildikdən sonra növbətçi hissədə üzərlərində axtarış aparılmış və daha sonra onları ikinci mərtəbədə Namaz adlı əməliyyatçının otağına aparmışlar. Namazın otağında İsmayıl adlı iki nəfər əməliyyatçı və Fərman adlı əməliyyatçı onu döyməyə başlamışlar. Polis əməkdaşları onun qarşısına bir bükümdə narkotik vasitə qoyaraq həmin narkotik vasitəni öz boynuna götürməyini bildirmişlər. Həmin şəxslər guya avtomobildə narkotik vasitə olduğunu, qarşına qoyulan bir bükümün avtomobilindən çıxdığını demişlər. Həmin gecədən səhərə qədər polis əməkdaşları onu döymüş və Hacıqabul rayon sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzünə durmağını, guya onlardan narkotik vasitə almağını deməyini bildirmişlər. O artıq o qədər döyülmüş ki, taqəti qalmamışdır. Səhər saatlarında döyülməkdən yorulmuş və narkotik vasitəni boynuna götürməyi və Əli ilə Kamalın üzünə durmağı qəbul etmişdir. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və ifadəsində narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, həmin videoçəkilişdə cibindən narkotik vasitəni çıxarıb masanın üzərinə qoymuşdur. Videoçəkilişdə vəkili də iştirak etmişdir. Bununla yanaşı şifahi olaraq videoçəkiliş zamanı narkotik vasitənin ona aid olduğunu etiraf etmişdir. Daha sonra üzləşmə və digər istintaq hərəkətləri həyata keçirilmişdir. Narkotik vasitə istifadəçisi olmamış, narkotik vasitə satışı ilə məşğul olmamışdır. Polis əməkdaşlarının təzyiqi və fiziki zorakılığı nəticəsində narkotik vasitəni öz üzərinə götürmüşdür. -Daxili İşlər Nazirliyi X21 Xidmətindən daxil olmuş 27 iyul 2024-cü il tarixli, 2/2/8063/24 nömrəli məktubdan görünür ki, arxivlərin saxlanma müddəti bitdiyindən 2022-ci il üzrə daxil olan məlumatların araşdırılması mümkün deyildir. Məhkəmə tərkibi cinayət işinin materiallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamların qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və təqsirləndirilən şəxslərin təqsirliliklərinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bəraət verilməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiə hüquqları səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiçinin köməyindən istifadə etmək hüququ vardır. Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istintad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirləri görməlidir. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" qərarında qeyd etmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından bırı olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. Həmin qərarda daha sonra göstərilmişdir ki. müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. “Vətəndaş və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktda hər bır şəxsin səmərəli hüquqi yardım hüququnun təmin olunması müəyyən edilmişdir. Paktın 14-cü maddəsinə görə, hər bir şəxs ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət mühakiməsinin maraqları bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququna malikdir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi “praktik və səmərəli” hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərə dövlət hesabına vəkillərin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkillər öz fəaliyyətlərini Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışlar. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, dövlət hesabına təyin edilmiş vəkillər təqsirləndirilən şəxslərlə gizli ünsiyyətləri olmamış, onların həmin hüququ məhdudlaşdırılmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Puatrimol Fransaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir. Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Salduz Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyytlərindən biridir. Həmin Məhkəmənin “Dayanan Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyədək həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmalıdır. Həmin Məhkəmənin “Lagerblom İsveçə qarşı” və “Qalstyan Ermənistana qarşı” qərarlarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Həmin Məhkəmənin “X32rşı” və “Pelladoa Niderlanda qarşı” qərarlarında göstərilmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 10 noyabr 2022-cü il tarixdə şübhəli şəxs qismində tutulan zaman dövlət hesabına müdafiəçi təyin olunmuş X33 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, döyülərək işgəncəyə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərə məruz qalması və başqa hallarla bağlı vəsatətləri olmamışdır), onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamaqdan ibarət olmuşdur. Dövlət hesabına təyin edilmiş müdafiəçi Ulduzə Əhmədova şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş vodeçəklişin 02:45-ci dəqiqəsindən 03:20-ci dəqiqəsinə kimi Təqsirləndirilən şəxs1 göz ətrafı nahiyələrində xəsarətləri görməsinə baxmayaraq ibtidai istintaq dövründə hər hansı tədbir görülməsi üçün təşəbbüs belə etməmiş, cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmaqla aparılan istintaq hərəkətlərinin sübut kimi qəbul edilməməsinə dair müraciətlər etməmişdir. Cinayət işinin materiallarının İ cildinin 15-ci səhifəsində olan 10 noyabr 2022-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 maddi imkanı çətin olduğundan ona təhqiqatda hüquqlarının müdafiəsini həyata keçirmək üçün dövlət hesabına Şirvan Regional Vəkil Bürosundan vəkil verilməsini xahiş etmişdir. Həmin ərizə vəkil Ulduzə Əhmədova tərəfindən də imzalanmışdır. Cinayət işinin materiallarının İ cildinin 16-cı səhifəsində olan “Şirvan regional vəkil bürosunda fəaliyyət göstərən vəkillərin siyahısının təqdim edilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli protokolda Şirvan Regional Vəkil Bürosunda fəaliyyət göstərən bütün vəkillər haqqında məlumatlar göstərilməmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tanışı X17 və Şahid7 Oqtay oğlu ilə birlikdə 10 noyabr 2022-ci il tarixdə gecə saat 01 radələrində Şirvan ŞPŞ-nin PPXB və DYPB-nin əməkdaşları tərəfindən Şirvan şəhəri ərazisində saxlanılaraq ŞPŞ-nə aparılmışlar, cinayət işininin materiallarının İ cildinin 25-26-cı səhifələrində olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 10 noyabr 2022-ci il tarixdə saat 04:05-də şübhəli şəxs qismində tutulmuş, tutulmanın müddəti 10 noyabr 2022-ci il tarixdə saat 03:50-dən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 2 saat 50 dəqiqə müddətində qanunsuz olaraq Şirvan ŞPŞ-nin əməkdaşlarının sərəncamında olmuş və həmin müddət ərzində onun müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Bundan əlavə "xxxx" MMC-dən alınmış müdafiəçi Ulduzə Əhmədova məxsus ***-***-**-** saylı mobil nömrənin anten məlumatından görünür ki, həmin nömrənin anten məlumatı 11 noyabr 2022-ci il tarixdə saat 12:20-dən saat 13:44-dək Şirvan şəhəri, Rəsulzadə küçəsi, Şirvan ATS, Azərpoçt regional şöbəsinin yanı göstərmiş, göründüyü kimi müdafiəçi Ulduzə Əhmədovanın telefon nömrəsinin anten məlumatı eyni antenin əhatə dairəsində sabit olaraq qalmışdır. Lakin cinayət işinin materiallarının İ cildinin 162-164-cü səhifələrində olan “şübhəli şəxsin dindirilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Ulduzə Əhmədovanın işitirakı ilə saat 12:55-dən saat 13:40-a kimi şübhəli şəxs qismində ifadəsi alınmış, həmin ifadə də Təqsirləndirilən şəxs1 etirafedici ifadə vermiş və narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 aldığını demiş, protokol müdafiəçi Ulduzə Əhmədova tərəfindən imzalanmışdır. Sözügedən protokolda dindirmənin başlanma və qurtarma saatları ağardıcı ilə ağardılaraq düzəldilmişdir. Bundan əlavə "xxxx" MMC-dən alınmış müdafiəçi Ulduzə Əhmədovaya məxsus ***- ***-**-** saylı mobil nömrənin anten məlumatından görünür ki, həmin nömrənin anten məlumatı 11 noyabr 2022-ci il tarixdə saat 14:31-də Şirvan şəhəri, Nəsimi küçəsi və M.Qasımov küçələrinin kəsişməsi, Hacıqabul, saat 14:37-də Şirvan şəhəri, Rəsulzadə küçəsi, Şirvan ATS, Azərpoçt regional şöbəsinin yanı, saat 15:10-da Salyan rayonu, Pambıqkənd kəndi, Salyan, saat 15:51-də Salyan rayonu Kürqaraqaşlı kəndi, Salyan, saat 17:51-dən saat 18:11-dək Neftçala rayonu, Mirzəqurbanlı kəndi, Neftçala göstərmişdir. Cinayət işinin materiallarının 168-169-cu səhifələrində olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, qərar ona 11 noyabr 2022-ci il tarixdə saat 14:15-də müdafiəçi Ulduzə Əhmədovanın iştirakı ilə elan olunmuş, müdafiəçi Ulduzə Əhmədova da qərarı imzalamışdır. Cinayət işinin materiallarının İ cildinin 171-ci səhifəsində olan “insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyada nəzərdə tutulan təqsirləndirilən şəxsin hüquqlarına dair 11 noyabr 2022-ci il tarixli bildirişdən, İ cildin 172-ci səhifədə olan “təqsirləndirilən şəxsin hüquq və vəzifələrinə dair” 11 noyabr 2022-ci il tarixli bildirişdən, İ cildin 173-cü səhifəsində olan “təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın surətinin, hüquq və vəzifələrinə dair yazılı bildirişin verilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli protokoldan, İ cildin 174-cü səhifəsində olan “cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin sənədlər müdafiəçi Ulduzə Əhmədova tərəfindən imzanmışdır. İ cildin 175-177-ci səhifələrində olan “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, saat 14:30-dan saat 15:10-dək Təqsirləndirilən şəxs1 müdafiəçi Ulduzə Əhmədovanın iştirakı ilə ifadəsi alınmışdır. Həmin ifadə də Təqsirləndirilən şəxs1 etirafedici ifadə vermiş və narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 aldığını demişdir. Cinayət işinin materiallarının İ cildinin 178-180-ci səhifələrində olan “təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli protokollardan, 181-183-cü səhifələrində olan “təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli protokollarda, 184-cü səhifəsində olan “təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin sənədlər müdafiəçi Ulduzə Əhmədova tərəfindən imzanmışdır. Şərh edilənlərdən göründüyü kimi istintaq hərəkətləri faktiki olaraq icra edilməmiş, müdaifəçi Ulduzə Əhmədova istintaq hərəkətlərində iştirak etməmiş, istintaq hərəkətləri icra edilən zaman Hacıqabul rayonu, Şirvan şəhəri, Salyan rayonu və Neftçala rayonları ərazisində olmuş, müstəntiq tərəfindən formal olaraq aparılaraq tərtib edilmiş istintaq sənədləri müdaifəçi Ulduzə Əhmədova tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 10 noyabr 2022-cü il tarixdə şübhəli şəxs qismində tutulan zaman dövlət hesabına müdafiəçi təyin olunmuş X25 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, döyülərək işgəncəyə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərə məruz qalması və başqa hallarla bağlı vəsatətləri olmamışdır), onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamaqdan ibarət olmuşdur. Dövlət hesabına təyin edilmiş müdafiəçi şəxsi axtarış və götürmə aparılmasının başqa saatda aparılmasını görməsinə baxmayaraq ibtidai istintaq dövründə hər hansı tədbir görülməsi üçün təşəbbüs belə etməmiş, cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmaqla aparılan istintaq hərəkətlərinin sübut kimi qəbul edilməməsinə dair də müraciətlər etməmişdir. Cinayət işinin materiallarının İ cildinin 50-ci səhifəsində olan 10 noyabr 2022-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 maddi imkanı çətin olduğundan ona təhqiqatda hüquqlarının müdafiəsini həyata keçirmək üçün dövlət hesabına Şirvan Regional Vəkil Bürosundan vəkil verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarının İ cildinin 50-cı səhifəsində olan “Şirvan regional vəkil bürosunda fəaliyyət göstərən vəkillərin siyahısının təqdim edilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli protokolda Şirvan Regional Vəkil Bürosunda fəaliyyət göstərən bütün vəkillər haqqında məlumatlar göstərilməmişdir. Təqsirləndirilən şəxs2 həmin protokolda yazılmış “mənə təqdim olunan vəkillər siyahısından hüquqlarımın müdafiəçisi üçün X1” yazısını özünün yazmadığını, İlqar Tapdıqovu müdafiəçi kimi seçmədiyini, ilk əvvəl onun hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi2 təyin edildiyini, döyülməsi və polis əməkdaşları tərəfindən üzərinə, avtomobilə narkotik vasitə qoyulması barədə Müdafiəçi2 məlumat verdiyi üçün polis əməkdaşları tərəfindən şəxsi axtarış zamanı aparılan videoçəklişin dayandırıldığını, vəkil Müdafiəçi2 prosesdən kənarlaşdırdıqlarını bildirmişdir. Bununla bağlı məhkəmə tərkibi tərəfindən araşdırma aparılan zaman müəyyən edilmişdir ki, Şirvan ŞPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Şahid4 tərəfindən qəbul olunmuş “müdafiəçi təyin edilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli qərarla HK- 1/2729 nömrəli material üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün dövlət vəsaiti hesabına vəkil Müdafiəçi2 müdafiəçi qismində dəvət olunmuş, qərarın surəti icra olunması üçün Şirvan Regional Vəkil Bürosuna göndərilmiş, Şirvan Regional Vəkil Bürosunun rəhbəri X3 möhürü ilə təsdiq olunmuş 10 noyabr 2022-ci il tarixli, 005886 nömrəli vəkil orderi Şirvan ŞPŞ-nin TB-nin 10 noyabr 2022-ci il tarixli, HK-1/2729 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə hüquqi yardım göstərilməsi üçün Müdafiəçi2 verilmişdir. Cinayət işinin materiallarının İ cildinin 251- 253-cü səhifələrində olan “təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” Şirvan Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 4(032)-361/2022 nömrəli qərarından görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 izahat verərək bildirmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cənub vaqon deposunda vaqon baxıcısı işləyir. İşdə olan zaman əməliyyatçılar gələrək onu atomobilə əyləşdirərək onu polis şöbəsinə aparmışlar. Həmin avtomobil ona məxsus olmamış, bacanağı İlkinə məxsus olmuşdur. Avtomobildə heç bir narkotik vasitə olmamışdır. Şirvan şəhər polis şöbəsində olarkən müavin, əməliyyatçılar ona qarşı zor tətbiq edərək onu döymüşlər. Ondan sinif yoldaşı Kamalın narkotik satması barəsində ifadə verməsini tələb etmişlər. Kamaldan narkotik vasitə almamışdır. Kamal polis əməkdaşlarından dəfələrlə şikayət etdiyindən onların üstünə böhtan atmışlar. Bu hərəkətlər müdafiəçinin iştirakı olmadan edilmişdir. Döyülməsi barədə vəkilə demişdir. Məhkəmə iclasında Müdafiəçi2 bildirmişdir ki, 10 noyabr 2022-cı il tarixdə saat 22 radələrində o, həmin polis şöbəsinin təhqiqat bölməsində, inzibati otaqda şübhəli şəxs Təqsirləndirilən şəxs2 müdafiəçi qismində təqdim edilmiş, həmin vaxt ona şübhəli şəxs Təqsirləndirilən şəxs2 ilə konfidensial görüşün verilməsini xahiş etdikdən sonra görüşü baş tutmuşdur. Söhbət əsnasında şübhəli şəxs ona bildirmişdir ki, o iş yerindən, yəni Hacıqabul rayonu, Qarasu kəndində tutularaq Şirvan ŞPŞ-nə gətirilmiş, həmin vaxt onun üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmayıb, o buna etiraz edəndə onu əməliyyat müvəkkilləri döyərək bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirmişlər. Odur ki, ona kömək etməsini xahiş etmişdir. O, müdafiəçi olaraq ona hüquq və vəzifələrinin onun yadına salmış və təkrarən ona izah etmişdir. Beləliklə, təhqiqatçı Şahid4 və digər adını bilmədiyi 2 nəfər əməliyyat müvəkkilinin iştirakı ilə video çəkiliş başlamış, şübhəli şəxs Təqsirləndirilən şəxs2 heç bir etirazının olmadığını bildirmiş və ona üzərində hər hansı bir qanunsuz əşya və digər vasitənin olub-olmadığı soruşulmuş, o isə üzərində heç bir qanunsuz əşya və ya predmetin olmadığını bidirib, üzərindən 2 ədəd siqaret qutusu və avtomobil açarını çıxarıb təqdim etmişdir. Təhqiqatçı ona yaxınlaşaraq onun əynində olan şalvarının sol cibinə birbaşa əlin salaraq 1 ədəd kibrit qutusunu çıxaraq stolun üstünə qoymuş və içərisini dərhal açmış və içərsində isə qurudulmuş mariuxunaya bənzər kütlə olduğunu bildirmişdir. Sonra onun üzərində heç bir əlavə axtarış aparılmamışdır. Şübhəli şəxs buna etiraz etdiyi, onun cibinə əməliyyat müvəkkiləri tərəfindən qoyulduğunu və döyüldüyünü bildirmişdir. Daha sonra isə ona suallar vermək üçün vaxtının çatdığını bildirmişlər, o isə şübhəli şəxsin üzərində əlavə axtarış aparılmasına şübhəli şəxsin etirazı olub-olmadığını soruşmuşdur. O, isə buna heç bir etirazı olmadığı bildirmiş və yenidən axtarış davam etmiş, həmin vaxt o, onun ayaqqabılarını çıxardaraq özü çevirmişdir ki, baxın heç nə yoxdu. Adını bilmədiyi əməliyyat müvəkkili onun suallarını kəsərək videoçəkilişin dayandırılmasını tələb etmişdir. Daha sonra şübhəli şəxs ona yalvararaq ona kömək etməyini xahiş etmiş və onu döyəcəklərini bildirmişdir. O isə ona heç nədən qorxmamağı və prosesin sənədləşməsini tələb etmişdir. Bu zaman şübhəli şəxsi başqa otağa çağırmışlar və onu bir daha görə bilməmişdir. Bir neçə dəqiqədən sonra isə, onun qışqırıq səsləri gəlməyə başlamış və o buna qəti şəkildə etirazını bildirmiş və təxminən gecə artıq saat 03 radələrində ona bildirilmişdir ki, siz gedin, onların öz vəkilləri var, o gələcək. O onlara orderinin iş materillarına əlavə edilməsi üçün vermək istəsə də bunu ondan almamışlar və cavabında bildirmişlər ki, o sizdən imtina edir. Məhkəmə iclasında dindirilmiş Xalid Bünyadov verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmək üçün qərarı əsasında Şirvan Regional Vəkil Bürosundan vəkil Müdafiəçi2 dəvət olunmuşdur. Bununla bağlı qərar yazmışdır. Müdafiəçi2 Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman işirak etməmişdir. Müdafiəçi2 vəkil orderini və şəxsiyyət vəsiqəsini təqdim etmədiyi üçün onu istintaq hərəkətlərinin aparılmasında iştirak etməsi üçün buraxmamışdır. Buna görə Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmək üçün vəkil İlqar Tapdıqovu dəvət etmişdir. Ancaq Müdafiəçi2 kənarlaşdırması ilə bağlı qərar qəbul edib-etməməsini xatırlamamışdır. X60 Alcanov vəkillər siyahısından özü seçmişdir. O da vəkil bürosunun rəhbərli Ruslan müəllimlə əlaqə saxlamış, sonuncu isə İlqar Tapdıqovu polis şöbəsinə göndərimişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirən zaman təxminən saat 16-17 radələri olmuşdur. Saat 17 radələrindən sonra onun vəkil Müdafiəçi2 zəng etməsi mümkün ola bilməz. İlqar Tapdıqovun iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçiriləndən sonra Müdafiəçi2 bir neçə dəfə onunla telefon zəngi vasitəsi ilə əlaqə saxlamış, Müdafiəçi2 saat 21 radələrində belə polis şöbəsinin daxilində olmuşdur. Müdafiəçi2 ona nə üçün onu kənarlaşdırıb başqasını təyin etmələrini ondan soruşmuş, bununla bağlı onunla telefonda danışıqları olmuşdur. Ən sonuncu onun raportu əsasında Kamal gətirilmiş, Kamal təxminən saat 20-21 radələrində sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışı təxminən saat 17 radələrində aparmışdır. Müdafiəçi2 saat 21 radələrinə kimi onun yanında olmamışdır. Ancaq bildiyinə görə Müdafiəçi2 saat 21 radələrinə kimi polis şöbəsinin qarşısında və həyətində olmuşdur. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman qolunda taxdığı saat işləməyən saat olmuşdur, buna görə həmin saatın əqrəbləri gecə saat 02 radələrini göstərmişdir. Həmin saat hazırda da avtomobilindədir, hazırkı vaxtda da həmin saat işləmir. Saatı qoluna bəzək üçün taxmışdır. Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarət görməmiş, Təqsirləndirilən şəxs2 barmağının sındığını müşahidə etməmiş, Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarətlər olması barədə ona heç bir söz deməmişdir. Cinayət işinin materiallarının İ cildinin 190-191-ci səhifələrində olan “şübhəli şəxsin dindirilməsi haqqında”, 215-216-cı səhifələrində olan “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli dindirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan olunarkən özünü həmin ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, heç vaxt ruhi əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamış, əvvəllər heç vaxt məhkum olunmamışdır. Heç kimə narkotik vasitə, psixotrop maddə və ya başqa qanunsuz əşya, predmet satmamışdır. Ona polis şöbəsində olarkən Müdafiəçi2 təqdim edilmiş, sonra Müdafiəçi2 iştirakı ilə onun üzərində şəxsi axtarış və götürmə aparılmış, həmin vaxt o üzərindən 2 ədəd siqaret qutusu və 1 ədəd avtomobil açarını təqdim etmişdir. Çəkiliş zamanı təhqiqatçı onun əynində olan şalvarının sol cibindən 1 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuanaya bənzər kütləni aşkar edib, stolun üstünə qoymuşdur. Daha sonra vəkilə sual vermək üçün təklif edilmiş, həmin vaxt vəkilin təkidi ilə onun üzərində ətraflı axtarış aparılmış, daha sonra müdafiəçisinin ona verdiyi suallar əsasında o, demişdir ki, üzərindən çıxan narkotik vasitə onun deyildir, ona fiziki və psixi təsir nəticəsində həmin narkotik vasitəni cibinə qoyub, çəkilişə salmışlar. O, bu sözü dedikdən sonra orada olan əməliyyat müvəkkili videoçəkilişi saxlamağı bildirmiş, həmin vaxt çəkiliş dayandırılmışdır. Bu zaman müdafiəçisi etiraz bildirmiş və çəkilişin davam etdirilməsini demişdir. Bundan sonra həmin əməliyyatçılar Növbətçi hissədə yerləşən saxlama yerinə aparmışlar, orada onu döymüşlər. Daha sonra onu rəis müavini gəldikdən sonra onu ikinci mərtəbəyə aparıb, orada bədəninin müxtəlif yerlərinə zərbələr endirib onu döyərək, həmçinin şərəf və ləyaqətini alçaldıb, dəyənəyi arxa nahiyəsinə salmaqla hədələmişlər və etiraf etməsə ailə üzvlərinidə işə cəlb edəcəklərini bildirmişlər. Daha sonra ona öz vəkillərinin olmasını bildirmişlər və yenidən çəkiliş aparılacağını, həmin çəkilişdə öz vəkillərinin iştirak edəcəyini və onun yanında etiraf etməyini tələb etmişlər. O, Müdafiəçi2 imtina etməmiş və bu barədə heç bir sənədə imza etməmişdir. Sonra onun, müdafiəçi X8 iştirakı ilə təkrar çəkiliş aparılmış, o, qorxduğundan fiziki və psixi təsirin nəticəsində narkotik vasitənin onun olmasını etiraf etmişdir. Onun üzərində və avtomobildə narkotik vasitə olmamışdır. Avtomobil onun olmamışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 10 noyabr 2022-ci il tarixdə təxminən saat 14 radələrində Hacıqabul rayonu, Qarasu kəndində yerləşən "xxxx" QSC-nin Cənub vaqon deposunda işdə olan zaman Hacıqabul RPŞ-nin və Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Şirvan ŞPŞ-nə gətirilmiş, cinayət işinin materiallarının İ cildinin 60-61-ci səhifələrində olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 10 noyabr 2022-ci il tarixdə saat 17:45-də şübhəli şəxs qismində tutulmuş, tutulmanın müddəti 10 noyabr 2022ci il tarixdə saat 16:50-dən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 3 saat 40 dəqiqə müddətində qanunsuz olaraq Şirvan ŞPŞ-nin əməkdaşlarının sərəncamında olmuş və həmin müddət ərzində onun müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2 müdafiəçiləri tərəfindən məhkəməyə təqdim olunmuş 01 ədəd diskdə olan videogörüntüdən görünür ki, 10 noyabr 2022-ci il tarixdə saat 14:05 radələrində Hacıqabul rayonu, Qarasu kəndi ərazisində yerləşən "xxxx" Qapalı Səhimdar Cəmiyyətinin cənub vaqon deposunda dayanmiş vəziyyətdə olan “Opel” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ətrafında Hacıqabul RPŞ-nin əməkdaşları Şahid5 və Şahid6 hərəkət edirlər. Bunu məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Şahid6 təsdiq etmişdir. Bu da onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən 10 noyabr 2022-ci il tarixdə saat 16:50 radələrində deyil, həmin tarixdə saat 14 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən iş yerində saxlanılaraq Şirvan ŞPŞ-nin əməkdaşlarına təhvil verilmişdir. Bundan əlavə "xxxx" MMC-dən alınmış müdafiəçi İlqar Tapdıqova məxsus ***-***-**-** saylı mobil nömrənin anten məlumatından görünür ki, həmin nömrənin anten məlumatı 10 noyabr 2022-ci il tarixdə saat 17:06-dan saat 19:38-dək Şirvan rayonu, Şirvan şəhəri göstərmiş, həmçinin "xxxx" MMC-dən alınmış müdafiəçi İlqar Tapdıqova məxuss ***-***-**-** saylı mobil nömrəsinin anten dairəsi 10 noyabr 2022-ci il tarixdə saat 16:32-dən saat 18:05dək Şirvan şəhəri Rəsulzadə küçəsi Şirvan ATS, Şirvan regional poçt şöbəsi göstərmiş, göründüyü kimi müdafiəçi İlqar Tapıdıqovun telefon nömrələrinin anten məlumatları eyni antenin əhatə dairəsində sabit olaraq qalmışlar, Şirvan şəhər polis şöbəsinin yanı anten dairəsinin əhatə dairəsinə düşməmişlər. Lakin cinayət işinin materiallarının İ cildinin 55-71-ci səhifələrində olan “vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli, “şübhəli şəxsə hüquq və vəzifələrinə dair” bildirişdə, “şübhəli şəxsə hüquq və vəzifələrinin izah olunması, hüquq və vəzifələri haqqında yazılı bildirişin və şübhəli şəxs qismində tutma qərarın surətinin təqdim edilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli protokol, “cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli protokol, “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 10 noyabr 2022-ci il tarixli protokol, “şəxsi axtarış aparılması haqqında” 10 noyabr 2022-ci il tarixli qərar, “şəxsi axtarış və götürmə aparılması haqqında” 10 noyabr 2022-ci il tarixli protokol, Təqsirləndirilən şəxs2 10 noyabr 2022-ci il tarixli izahatı, “baxış keçirmə və götürmə haqqında” 10 noyabr 2022-ci il tarixli protokol faktiki olaraq iştirak etmədiyi halda müdafiəçi İlqar Tapdıqov tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 10 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulan zaman dövlət hesabına müdafiəçi təyin olunmuş X33 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs3 xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, döyülərək işgəncəyə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərə məruz qalması və başqa hallarla bağlı vəsatətləri olmamışdır), onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamaqdan ibarət olmuşdur. Dövlət hesabına təyin edilmiş müdafiəçi Ulduzə Əhmədova şəxsi axtarış və götürmə, avtomobilə baxış istintaq hərəkətlərinin 11 noyabr 2022-ci il tarixdə aparılmasına baxmayaraq 10 noyabr 2022-ci il tarixə sənədləşdirilməsinə ibtidai istintaq dövründə hər hansı tədbir görülməsi üçün təşəbbüs belə etməmiş, cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmaqla aparılan istintaq hərəkətlərinin sübut kimi qəbul edilməməsinə dair müraciətlər etməmişdir. Cinayət işinin materiallarının İ cildinin 99-cü səhifəsində olan 10 noyabr 2022-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs3 maddi imkanı çətin olduğundan ona təhqiqatda hüquqlarının müdafiəsini həyata keçirmək üçün dövlət hesabına Şirvan Regional Vəkil Bürosundan vəkil verilməsini xahiş etmişdir. Həmin ərizə vəkil Ulduzə Əhmədova tərəfindən də imzalanmışdır. Cinayət işinin materiallarının İ cildinin 100-cü səhifəsində olan“ Şirvan regional vəkil bürosununda fəaliyyət göstərən vəkillərin siyahısının təqdim edilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli protokolda Şirvan Regional Vəkil Bürosundan fəaliyyət göstərən bütün vəkillər haqqında məlumatlar göstərilməmişdir. Bundan əlavə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 10 noyabr 2022-ci il tarixdə saat 15:45 radələrində yaşadığı Hacıqabul şəhəri, Ə.Vahid küçəsi ev 26 ünvanında yatılı olan zaman Hacıqabul RPŞ-nin, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Şirvan ŞPŞ-nə gətirilmiş, cinayət işininin materiallarının İ cildinin 100-111-ci səhifələrində olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 10 noyabr 2022-ci il tarixdə saat 19:40-da şübhəli şəxs qismində tutulmuş, tutulmanın müddəti 10 noyabr 2022-ci il tarixdə saat 19:05-dən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs3 4 saat müddətində qanunsuz olaraq Şirvan ŞPŞ-nin əməkdaşlarının sərəncamında olmuş və həmin müddət ərzində onun müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. "xxxx" MMC-dən alınmış anten məlumatlarından görünür ki, Ulduzə Əhmədovanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi 11 noyabr 2022-ci il tarixdə saat 02:51dən sonra Şirvan Şəhəri H.Z.Tağıyev ev 58, mənzil 1, Şirvan şəhər polis şöbəsinin yanını göstərmişdir. Bundan əlavə cinayət işinin materialarının İ cildinin 197-ci səhifəsində olan “müdafiəçinin cinayət işində iştirakına xitam verilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli qərarla vəkil Ulduzə Əhmədovanın istintaqda iştirakına xitam verilmiş, Təqsirləndirilən şəxs3 müdafiəçi X42 təyin edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı "xxxx" MMC-dən alınmış müdafiəçi Emil Quliyevə məxsus ***-***-**-** saylı mobil nömrənin anten məlumatından görünür ki, həmin nömrənin anten məlumatı 11 noyabr 2022-ci il tarixdə saat 16:43-dən saat 18:05-dək Şirvan ATC göstərmiş, göründüyü kimi müdafiəçi Emil Quliyevin telefon nömrəsinin anten məlumatı eyni antenin əhatə dairəsində sabit olaraq qalmışdır. Həmçinin məhkəmə istintaqı zamanı "xxxx" MMC-dən alınmış telefon danışıqlarına dair məlumatlardan görünür ki, cinayət işi üzrə ibtidai istintaqı aparan baş müstəntiq Əhməd Baloğlanov istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müdafiəçi Emil Quliyevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 11 noyabr 2022-ci il tarixdə saat 17:06-da zəng vuraraq 22 saniyə, saat 17:54-də zəng vuraraq 69 saniyyə danışmışdır. Lakin cinayət işinin materiallarının İ cildinin 206-208-ci səhifələrində olan “şübhəli şəxsin dindirilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi Emil Quliyevin işitirakı ilə saat 16:55-dən saat 17:30-a kimi şübhəli şəxs qismində ifadəsi alınmış, həmin ifadə də Təqsirləndirilən şəxs3 etirafedici ifadə vermiş və narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 satdığını demiş, protokol müdafiəçi Emil Quliyev tərəfindən imzalanmışdır. Sözügedən protokolda dindirmənin başlanma və qurtarma saatları ağardıcı ilə ağardılaraq düzəldilmişdir. Bundan əlavə "xxxx" MMC-dən alınmış müdafiəçi Emil Quliyevə məxsus ***-***-**-** saylı mobil nömrə anten məlumatından görünür ki, həmin nömrənin anten məlumatı 11 noyabr 2022-ci il tarixdə saat 16:43-dən saat 18:05-dək Şirvan ATC, saat 18:12-dən saat 18:17-dək İn-style Şirvan, saat 18:25-də Şirvan ATC, saat 18:33-də İn-style Şirvan, saat 18:38-dən saat 18:48-dək Şirvan ATC, saat 18:58-də Şirvan şəhəri, Nəsimi küçəsi və M.Qasımov küçəsinin kəsişməsi, Hacıqabul, saat 19:03-də Şirvan dəmir yol stansiyası, saat 19:03-dən saat 19:05-dək İn-style Şirvan, saat 19:32-də Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi “Tural” şadlıq sarayının yanı, saat 19:32-dən saat 19:35-dək İn-style Şirvan, saat 19:35-də Hacıqabul rayonu, Ziya Bunyadov küçəsi, Şəhər giriş tablosunun yanı, saat 19:38də İn-style Şirvan, saat 19:40-da Şirvan ATC, saat 19:43-də Hacıqabul rayonu, Ziya Bunyadov küçəsi, Şəhər giriş tablosunun yanı, saat 19:45-dən saat 19:47-dək Şirvan şəhəri İbarahimov küçəsi, saat 19:47-də Muğan/Hacıqabul, saat 19:50-dən saat 19:51-dək Şirvan ATC, saat 19:53-dən saat 19:57-dək Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, LC.Wakikinin yanı, saat 19:59-dan saat 20:02-dək Hacıqabul rayonu, Ziya Bunyadov küçəsi, Şəhər giriş tablosunun yanı göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı "xxxx" MMC-dən alınmış telefon danışıqlarına dair məlumatlardan görünür ki, cinayət işi üzrə ibtidai istintaqı aparan baş müstəntiq Əhməd Baloğlanov istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müdafiəçi Emil Quliyevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 11 noyabr 2022-ci il tarixdə saat 18:53-də zəng vuraraq 7 saniyə, saat 20:07-də müdafiəçi Emil Quliyev istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə baş müstəntiq Əhməd Baloğlanovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq 8 saniyə danışmışdır. Cinayət işinin materiallarının İ cildinin 223-224-cü səhifələrində olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, qərar ona 11 noyabr 2022-ci il tarixdə saat 18:55-də müdafiəçi Emil Quliyevin iştirakı ilə elan olunmuş, müdafiəçi Emil Quliyev da qərarı imzalamışdır. Cinayət işinin materiallarının İ cildinin 226-227-ci səhifələrində olan “təqsirləndirilən şəxsin hüquq və vəzifələrinə dair” bildirişdən, İ cildin 228-ci səhifəsində olan “təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın surətinin, hüquq və vəzifələrinə dair yazılı bildirişin verilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli protokoldan, İ cildin 229-cü səhifəsində olan “cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin sənədlər müdafiəçi Emil Quliyev tərəfindən imzanmışdır. İ cildin 230-232-ci səhifələrində olan “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, saat 19:20-dən saat 19:55-dək Təqsirləndirilən şəxs3 müdafiəçi Emil Quliyevin iştirakı ilə ifadəsi alınmışdır. Həmin ifadə də Təqsirləndirilən şəxs3 etirafedici ifadə vermiş və narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 satdığını demişdir. İ cildin 233-235-ci səhifələrində olan “təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında” 11 noyabr 2024-cü il tarixli protokollardan, 236-238-ci səhifələrdə olan “təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli protokollarda görünür ki, həmin sənədlər müdafiəçi Emil Quliyev tərəfindən imzanmışdır. Şərh edilənlərdən göründüyü kimi istintaq hərəkətləri faktiki olaraq icra edilməmiş, müdaifəçi Emil Quliyev istintaq hərəkətlərində iştirak etməmiş, istintaq hərəkətləri icra edilən zaman başqa ərazilərdə olmuş, müstəntiq tərəfindən formal olaraq aparılaraq tərtib edilmiş istintaq sənədləri müdaifəçi Emil Quliyev tərəfindən imzalanmışdır. Mübahisəsizdir ki, müdafiəçilər Ulduzə Əhmədova, İlqar Tapdıqov və Emil Quliyevin bu cür fəaliyyətləri səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Cinayət işinin materiallarında olan sənədlər ibtidai istintaqın sonrakı mərhələlərində də istintaq orqanının təqsirləndirilən şəxslərin “keyfiyyətli hüquqi yardım almaq hüququ”na hansı dərəcədə etinasız yanaşmasını bir daha təsdi edir. Formal olaraq istintaq hərəkətləri aparılarkən müdafiəçilərin iştirak etməsi və cinayət işinin materiallarında olan sənədlərin təqsirləndirilən şəxslərin müdafiəçilərinin iştirakları ilə təmin olunması müdafiəçi tərəfindən təqsirləndirilən şəxslərə yüksək keyfiyyətli hüquqi yardım göstərildiyini deməyə əsas vermir, əksinə ittiham və müdafiə tərəflərinin bərabərliyinin təmin edilməsi məqsədi ilə müdafiəçilərin prosesdə iştirakları açıq görülməli, müdaifəçilərin təqsirləndirilən şəxslərin mənafeyinə uyğun bir hərəkətlər etmələri, müdafiəni səylə və səmərli həyata keçirdikləri açıq-aydın görünməlidir. Lakin hazırkı işdə dövlət vəsaiti hesabına təyin edilmiş müdafiəçilərin passiv faəliyyətləri təqsirləndirilən şəxslərin müdafiə hüquqlarına ciddi zərbə vurmuşdur. Təqsirləndirilən şəxslər Vüsal Quliyev, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiə hüququnlarının formal həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Bundan əlavə cinayət işinin materiallarının İ cildinin 29-31-ci səhifələrində olan məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs1 barəsində olan “şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin videoçəkilişindən görünür ki, videogörüntü 4 dəqiqə 51 saniyə davam edir, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda isə şəxsi axtarışın başlanma vaxtı 04:30, bitmə vaxtı isə 04:55 olaraq göstərilmiş, faktiki olaraq 4 dəqiqə 51 saniyə davam edən istintaq hərəkətinin yuxarıda adı qeyd edilən protokolda 25 dəqiqə davam etdiyi göstərilmişdir. Videogörüntünün yaradılması tarixinə baxanda məlum olur ki, həmin video görüntü 10 noyabr 2022-ci il tarixində saat 15:33-də yaradılmışdır. Video çəkilişin 02:45-ci dəqiqəsindən 03:20-ci dəqiqəyə kimi Təqsirləndirilən şəxs1 göz ətrafı nahiyələrində xəsarətlərin olması aydın şəkildə vizual olaraq görünmüşdür. Məhkəmədə tədqiq edilmiş və işdə olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 10 noyabr 2022-cü il tarixli protokolun və videogörüntünün məzmununun tam olaraq eynilik təşkil etmədiyi müəyyən edilir. Bundan əlavə cinayət işinin materiallarının İ cildinin 64-65-ci səhifələrində olan məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs2 barəsində olan “şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin videoçəkilişdən görünür ki, videogörüntü 6 dəqiqə 44 saniyə davam edir, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda isə şəxsi axtarışın başlanma vaxtı 17:50, bitmə vaxtı isə 18:10 olaraq göstərilmiş, faktiki olaraq 6 dəqiqə 44 saniyə davam edən istintaq hərəkətinin yuxarıda adı qeyd edilən protokolda 20 dəqiqə davam etdiyi göstərilmişdir. Video görüntünün yaradılması tarixinə baxanda məlum olur ki, həmin video görüntü 11 noyabr 2022-ci il tarixində saat 01:45-də yaradılmışdır. Video çəkilişin 34-cü saniyəsindən 01:06-cı dəqiqəsinə kimi Təqsirləndirilən şəxs2 boğaz nahiyəsində xəsarətlərin olması aydın şəkildə vizual olaraq görünmüşdür. Həmçinin videoçəklişin 03:36 və 04:08-ci dəqiqlərində təhqiqatçı Şahid4 qolunda olan saatın əqrəblərinin 01:45-dəqiqədən sonra olması aydın şəkildə görünür. Məhkəmədə tədqiq edilmiş və işdə olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 10 noyabr 2022-cü il tarixli protokolun və videogörüntünün məzmununun tam olaraq eynilik təşkil etmədiyi müəyyən edilir. Bundan əlavə cinayət işinin materiallarının İ cildinin 70-71-ci səhifələrində olan məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd edilərək avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş “baxış keçirmə və götürmə haqqında” 10 noyabr 2022-ci il tarixli istintaq hərəkətinin videoçəkilişindən görünür ki, videogörüntü 7 dəqiqə 42 saniyə davam edir, “baxış keçirmə və götürmə haqqında” protokolda isə baxışın başlanma vaxtı 18:15, bitmə vaxtı isə 18:35 olaraq göstərilmiş, faktiki olaraq 7 dəqiqə 42 saniyə davam edən istintaq hərəkətinin yuxarıda adı qeyd edilən protokolda 20 dəqiqə davam etdiyi göstərilmişdir. Video görüntünün yaradılması tarixinə baxanda məlum olur ki, həmin video görüntü 11 noyabr 2022-ci il tarixində saat 02:01-də yaradılmışdır. Videogörüntüdən görünür ki, polis əməkdaşları tərəfindən avtomobilə baxış istintaq hərəkəti aparılmır, faktiki olaraq avtomobildə axtarış istintaq hərəkəti həyata keçirilir. Həmçinin cinayət işinin materiallarının İ cildinin 114-116-ci səhifələrində olan məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs3 barəsində olan “şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin videoçəkilişindən görünür ki, videogörüntü 7 dəqiqə 33 saniyə davam edir, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda isə şəxsi axtarışın başlanma vaxtı 19:55, bitmə vaxtı isə 20:20 olaraq göstərilmiş, faktiki olaraq 7 dəqiqə 33 saniyə davam edən istintaq hərəkətinin yuxarıda adı qeyd edilən protokolda 25 dəqiqə davam etdiyi göstərilmişdir. Video görüntünün yaradılması tarixinə baxanda məlum olur ki, həmin video görüntü 11 noyabr 2022-ci il tarixində saat 03:24-də yaradılmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 10 noyabr 2022-ci il tarixli protokolun və videogörüntünün məzmununun tam olaraq eynilik təşkil etmədiyi müəyyən edilir. Həmçinin cinayət işinin materiallarının İ cildinin 120-122-ci səhifələrində olan məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs3 məxsus olduğu qeyd edilərək avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş “baxış keçirmə və götürmə haqqında” 10 noyabr 2022-ci il tarixli istintaq hərəkətinin videoçəkilişindən görünür ki, videogörüntü 9 dəqiqə 22 saniyə davam edir, “baxış keçirmə və götürmə haqqında” protokolda isə baxışın başlanma vaxtı 20:35, bitmə vaxtı isə 21:05 olaraq göstərilmiş, faktiki olaraq 9 dəqiqə 22 saniyə davam edən istintaq hərəkətinin yuxarıda adı qeyd edilən protokolda 30 dəqiqə davam etdiyi göstərilmişdir. Video görüntünün yaradılması tarixinə baxanda məlum olur ki, həmin video görüntü 11 noyabr 2022-ci il tarixində saat 03:42-də yaradılmışdır. Videogörüntüdən görünür ki, polis əməkdaşları tərəfindən avtomobilə baxış istintaq hərəkəti aparılmır, faktiki olaraq avtomobildə axtarış istintaq hərəkəti həyata keçirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” işi üzrə qərarında məhkəmə dövlət orqanları tərəfindən vətəndaş Layıcovun işi üzrə ədalətli məhkəmə araşdırmasından bəhs edən Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquqlarının və əsas azadlıqlarının pozuntusuna yol verildiyini göstərmişdir. Göstərilmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Həmin qərarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Belə olan halda Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbədə, sübutun mötəbərliyini təkzib etmək və ölkə daxili proseslərdə ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilibverilmədiyini araşdıracaqdır. Göründüyü kimi “şəxsi axtarış və götürmə aparılması haqqında” və “baxış keçirmə və götürmə haqqında” istintaq hərəkətləri bir çox prosessual hüquq normalarının pozulması ilə yerinə yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsində göstərilmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı (124.1.1); hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir (124.1.2). Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri (124.2.1); ekspertin rəyi (124.2.2); maddi sübutlar (124.2.3); istintaq və məhkəmə hərəkətlərinin protokolları (124.2.4); digər sənədlər (124.2.5). Həmin Məcəllənin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3); cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə (125.2.4); cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə (125.2.5); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (125.2.6); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7); sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda (125.2.8); məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda (125.2.9); müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda (125.2.10). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərində şəxsi axtarış aparılarkən və avtomobillərə baxış keçirilərkən onların konstitusiyon hüquqlarının və azadlıqlarının, Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması hallarına yol verilmişdir ki, bu hallar da təqsirləndirilən şəxslərin qanunla təminat verilən hüquqlarından məhrum edilməsinə və ya onların məhdudlaşdırmasına səbəb olmuş, nəticədə isə həmin istintaq hərəkətləri zamanı əldə olunmuş sübutların həqiqiliyinə təsir göstərmiş, eləcə də həmin istintaq hərəkəti istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılmışdır. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş materiallar müvafiq pozuntu faktlarının və onlara yol vermiş şəxslərin təqsirliyinin sübut edilməsində istifadə oluna bilər. Həmin Məcəllənin 134.1-ci maddəsində göstərilmişdir ki, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Şəxsin vəzifəsinə və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası ilə təsdiq etdiyi və qanunvericiliyin müəyyən etdiyi formada tərtib edilmiş sənəd rəsmi sənəd hesab olunur. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Avşar Türkiyəyə qarşı” qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bıkov Rusiyaya qarşı” qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərinə şəxsi-axtarış və avtomobillərə baxış istintaq hərəkətlərinin hansı səbəbdən onların tutulduğu yerdə, tarixdə və vaxtda deyil, məhz Şirvan ŞPŞ-də aparıldığını, təqsirləndirilən şəxslər barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsini hansı konkret faktiki əsasların zəruri etdiyini, polis əməkdaşlarında təqsirləndirilən şəxslərin konkret yerdə, konkret tarixdə, vaxtda narkotik vasitə ilə olacağı barədə dəqiq məlumat olduğu halda hansı səbəbdən ittiham tərəfinin şahidlərinin təqsirləndirilən şəxslərin saxlanılmasını və narkotik vasitələrin onlardan götürülməsini müşahidə etmiş polis əməkdaşlarından ibarət olmasının müstəntiq tərəfindən izah edilməməsi də onu işarə edir ki, verilmiş ittihamlar polis əməkdaşlarının quraması olmuş və polis əməkdaşlarının özləri tərəfindən qoyulmuş sübuta əsaslanmışdır. Hansıkı, məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələrindən görünür Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanılan zaman polis əməkdaşları tərəfindən üzərlərində şəxsi axtarış aparılmış, ancaq onların üzərindən qanunsuz heç nə, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə tərkibi bildirir ki, ittiham hökmü yalnız maddi sübuta-narkotik maddəyə, xüsusilə də “qoyulma” sübuta əsasən çıxarıla bilməz. Bundan əlavə cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli məqam odur ki, təqsirləndirilən şəxslər özlərini təqsirli bilməmişlər, döyüldükləri, fiziki təsirlərə və işgəncələrə məruz qaldıqları üçün özlərinə qarşı etirafedici ifadələr, bir-birlərinə qarşı ifadələr verdiklərini demişlər. Təqsirləndirilən şəxs1 həmçinin demişdir ki, polis rəisinin müavini Farid onun üzünə qarşı söyüş söymüş, onu təhqir etmiş, polis əməkdaşlarının onu döyməsi nəticəsində hər yanı göm- göy olmuş, gözünün altı da göy olmuş, şəxsi axtarış zamanı çəkilən videoçəklişdə də gözlərinin altında göy rəngli xəsarətlərin olduğu açıq şəkildə müşahidə olunur, polis əməkdaşlarının hədələrindən qorxuduğu üçün hər hansı orqana müraciət etməmişdir. Təqsirləndirilən şəxs2 həmçinin demişdir ki, Şirvan ŞPŞ-də birinci dəfə polis əməkdaşı çənəsinə bir yumruq vurmuşdur. Cənəsində ağırlar yaranmış, dişinin dibi şişmişdir. Hələ də çənəsində ağrılar qalmışdır. Döyülən zaman polis əməkdaşları onun ölə biləcəyini, uşaqlarının olduğunu, ata, anasının, bacı qardaşının olmasını fikirləşməmişlər, onu dayanmadan döymüşlər. Rəis müavini Farid əllərini salaraq onun ağzını cırmağa çalışmış və onun dediklərini etməyini, narkotik vasitənin özünə məxsus olmasını deməyini tələb etmişdir. Stolu sinəsinin üstünə qoyaraq ayaqlarını göyə qaldıraraq ayaqlarının altına təxminən 2 saat ərzində vurmuşlar, hazırda da ayaqlarının altını hiss etməmişdir. Polis əməkdaşları narkotik vasitəni üzərinə götürməyini, narkotik vasitəni Kamaldan almağını deməyini ayaqlarının altına vura-vura təkidlə tələb etmişlər. Ev dustaqlığına çıxdıqdan sonra polis əməkdaşlarından qorxduğu üçün xəstəxanaya müraciət etməmişdir. Döyülməsi ilə bağlı İstintaq Təcridxanasında olan zaman demişdir, 2-3 dəfə tibb məntəqəsinə getmişdir. Döyülməsi ilə bağlı barəsində həbs qətimkan tədbiri seçilən zaman Şirvan Şəhər Məhkəməsinin hakiminə də məlumat vermişdir. Məhkəməyə aparılmamışdan əvvəl onu Şirvan şəhər prokurorunun yanına aparmışlar, həmin vaxtı barmağı sınıq olduğu üçün şişmiş vəziyyətdə olmuşdur. Polis əməkdaşları tərəfindən döyülməsi, barmağının sınması barədə prokurora da demişdir. Barəsində seçilmiş həbs qətimkan tədbirindən Şirvan Apellyasiya Məhkəməsinə də vəkili tərəfindən şikayət olunmuş, həmin məhkəmədə də hakim onun bədəni üzərində xəsarətlərin olmasını görmüşdür və döyülməsi barədə həmin hakimə də məlumat vermişdir. Həmçinin döyülməsi barədə bütün orqanlara, o cümlədən İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyevaya yazmış, Səbinə Əliyeva gələrək onu qəbul etmiş, bədəni üzərində olan xəsarətləri özü görmüşdür. Ombudsman özü xəsarətlərini yazmış, şəklini çəkmişlər. Barmağında sınıq olması bu gündə aydın şəkildə görünür və tibbi sənədlərlə tam təsdiq olunur. Təqsirləndirilən şəxs3 həmçinin bildirmişdir ki, polis əməkdaşları onu yaşadığı evdən apararaq döymüşlər, üzərinə və atasına məxsus avtomobilə narkotik vasitə qurudulmuş marixuana qoyaraq təqdim edib özünə məxsus olduğunu deməsini tələb etmişlər, o da döyüldüyü üçün etiraf etmiş, Təqsirləndirilən şəxs2 da qurudulmuş marixuana satdığını demişdir. Polis əməkdaşları ona narkotik vasitə satmağı təklif etmiş, o və ailə üzvləri polis əməkdaşlarının qanunsuz hərəkətlərindən X54 müraciətlər etdikləri üçün onu şərləyərək həbs etmişlər. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət oqranlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü ilin oktyabrın 22-də ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilməməsi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvüləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibbi ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Həmin Məhkəmənin “Tomasi Fransaya qarşı” qərarında qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Göründüyü kimi təqsirləndirilən şəxslərin vaxtında həkim müayinəsindən və məhkəmə-tibbi ekspertizasından keçirilməməsi polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərə yetirilmiş xəsarətlərin aşkarlanmasının qarşısının alınmasına xidmət etmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı qanunsuz hərəkətlərin edilməsi ilə bağlı Şirvan şəhər prokurorluğunda qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarları ilə bağlı qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Baxılan cinayət işi üzrə məhkəmə tərkibi tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirilmələrinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Məhkəmə tərkibi təqsirləndirilən şəxslərin ilkin ibtidai araşdırma zamanı verdikləri “etirafedici” izahat və ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, “Dikmə Türkiyəyə qarşı” məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub) Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaq vaxtı verdikləri etirafedici ifadələri bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Avşar Türkiyəyə qarşı” qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ birlər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bıkov Rusiyaya qarşı” qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Cinayət işinin materiallarından göründüyü kimi təqsirləndirilən şəxslərin, onların ailə üzvlərinin polis əməkdaşlarının qanunsuz hərəkətləri, döyülmələri barədə müraciətləri əsasında yerli prokurorluqda düzgün şəkildə araşdırmalar aparılmamışdır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Tomasi Fransaya qarşı” qərarında qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın 3-cü maddəsi dövlətlərin hərəkətlərinə (hərəkətsizliyinə) ciddi məhdudiyyətlər qoymaqla, eyni zamanda özündə dövlətin pozitiv öhdəliklərini ehtiva etməklə insanın ləyaqətini, fiziki və psixi toxunulmasızlığını qorumaq məqsədi daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı”, “Selmuni Fransaya qarşı” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə görə milli qanunvericlikdə azadlıqdan məhrum etmənin nə cür təsnif edilməsindən, yəni saxlanılma, tutulma, həbs etmə kimi göstərilməsindən asılı olmayaraq, polis tərəfindən azadlığı məhdudlaşdırılmış şəxslərin pis rəftardan müdafiəsi üçün onların Avropa Komissiyası tərəfindən müəyyən edilmiş öz seçiminə görə hər hansı şəxsi saxlanılması barədə məlumatlandırmaq, vəkillə təmin olunmaq, həkimlə təmin olunmaq, o cümlədən özünün seçdiyi həkim tərəfindən müayinə olmaq hüquqları təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarından görünür ki, məhkəmə bir qayda olaraq şəxsin pis rəftara məruz qalmasını təsdiq edən müvafiq sübutlar pis rəftarın baş verməsini iddia edən ərizəçi tərəfindən təqdim olunduqda, Konvensiyanın 3-cü maddəsinin maddi aspektdə pozuntusunu müəyyən edir. Bu o deməkdir ki, Avropa Məhkəməsi ümumi qayda kimi bü cür iddialar üzrə sübut etmə yükünün pis rəftarın baş verməsini iddia edən tərəfin üzərinə düşdüyünü qəbul edir. Qərarlardan aydın olur ki, işgəncə, pis rəftarın başqa formalarını təsdiq edə biləcək sübutlar sırasında Avropa Məhkəməsi tibbi ekspertin rəyinə, tibbi arayışa, müvəqqəti saxlama yerindən tibbi müayinənin nəticələrinə, təcili tibbi yardım çağırılması haqqında qeydə, hər hansı başqa tibbi sənədə xüsusi əhəmiyyət verir. Bundan başqa Avropa Məhkəməsi pis rəftar faktının araşdırılması zamanı şahid ifadələrinin, videogörüntülərin, fotoşəkillərin əhəmiyyətli olduğunu da vurğulayır. Lakin belə sübutlar olmadığı halda da iddiaçı pis rəftarın baş verməsinin detallı təsvirini verdikdə və onun gətirdiyi müfəssəl, bir-biri ilə uzlaşan dəlillər, baxılan şəraitdə ağlabatanlıqla pis rəftarın baş verməsini ehtimal etməyə əsas yaratdıqda, dövlət isə həmin iddianın təkzib edilməsi üçün əsaslı izah verə bilmədikdə, pis rəftar faktının müəyyən edilmiş sayılması istisna olunmur. Belə hallarda Avropa Məhkəməsi həbsdə olan, saxlanılan şəxslərin vəziyyətinin həssaslığını, onların acizliyini və iddialarını təsdiq edə biləcək sübutları əldə etməkdə imkanlarının məhdudluğunu, dövlətin isə əksinə hadisə barədə müvafiq məlumatlara və sübutlara malik olduğunu nəzərə alaraq, ümumi qaydadan istisna kimi sübut etmə yükünün iddiaçının deyil, dövlətin üzərinə düşdüyünü qeyd edir. Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusu işgəncə, qeyri-insani, alçaldıcı rəftara və ya cəzaya məruz qalma barədə iddiaların dövlət orqanları tərəfindən səmərəli araşdırılmamasını, yəni ümumiyyətlə araşdırmanın aparılmamasını və yaxud araşdırmanın tələb olunan keyfiyyət meyarı cavab verilməməsini ehtiva edir. Pis rəftara dair mübahisə edilən iddialar üzrə rəsmi araşdırma aparma-bu birlikdə götürülməklə Konvensiyanın 3-cü maddəsindən və Konvensiya iştirakçılarının onların yurisdiksiyası altında olan hər kəsin Konvensiya ilə müəyyən edilən hüquq və azadlıqlarını təmin etmək öhdəliyini nəzərdə tutan 1-ci maddəsindən irəli gələn vəzifədir. Şərh edilən hallardan göründüyü kimi Şirvan şəhər prokurorluğu tərəfindən beynəlxalq və milli qanunvericliyin tələbləri pozulmaqla təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı hər hansı yoxlama aparılmamışdır. Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusuna dair məsələlər üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini aşkarlayan president olaraq “Assenov və qeyriləri Bolqarıstana qarşı işi” üzrə qərarda Avropa Məhkəməsi bəyan etmişdir ki, zəruri araşdırma aparılmadıqda işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan davranışa qoyulan qadağa, fundamental mühümlüyünə baxmayaraq, təcrübədə səmərəsiz olacaq və bu hal bəzən vəzifəli şəxslər üçün onların nəzarəti altında olan şəxslərin hüquqlarından və cəzasızlığından sui-istifadə etmək imkanı yaradacaqdır. Avropa Məhkəməsi bu qərarı onunla səciyyəvidir ki, həmin işdə Məhkəmə pis rəftarı sübut olunmuş saymaq üçün kifayət qədər sübutlar təqdim olunmadığı vəziyyətdə beyə yalnız pis rəftar barədə iddianın milli orqanlar tərəfindən səmərəli araşdırılmamasına görə Konvensiyanın 3-cü maddəsinin pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, dövlət orqanlarının 3-cü maddəsinin əhəmiyyətli pozuntusuna yol verdiklərini “əsaslı şübhədən kənar” standartına uyğun olaraq sübut etmək mümkün olmadığı vəziyyətdə onların ərizədə göstərilən, həqiqiliyi ehtimal oluna bilən faktları müstəqil səmərəli, açıq araşdırmadan imtina etmələri Konvensiyanın 3-cü madəsinin prosedur, yəni prosessual aspektdə pozuntusunu təşkil edə bilər. Bu müddəada Avropa Məhkəməsi araşdırmanın keyfiyyət meyarını da göstərmişdir. Belə ki, keyfiyyətli, yəni qaneedici sayılması üçün araşdırma müstəqil, səmərəli və açıq olmalıdır. Araşdırmanın səmərəliliyi standartı dedikdə, araşdırmanın mütləq şəkildə pis rəftar faktının müəyyən edilməsi ilə nəticələnməsi deyil, hadisəni izah edə biləcək, məqsədyönlü, qoyulan məsələyə adekvat olan, iddianın xüsusiyyətlərini nəzərə alan tədbirlərin görülməsi başa düşülür, yəni Avropa Məhkəməsi nəticənin yox, prosesin, yəni araşdırma vasitələrinin tətbiqinin zəruri olduğunu vurğulayır. Belə tədbirlər işgəncənin, pis rəftarın digər formalarının baş verməsi haqqında iddianın tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməlidir. Bundan əlavə bir sıra işlərdə Avropa Məhkəməsi araşdırmanın formallığına, yəni dövlət orqanının araşdırmanı barələrində şikayət edilən şəxslərin dindirilməsi ilə məhdudlaşdırıb, hadisə barədə məlumat verə biləcək digər şahidləri dindirməkdən imtina etdiyinə, inandırıcı materiallarla, ərizəçinin ağlabatan səlist, detallı izahatı ilə uzlaşmayan, ziddiyyətli tibbi ekspertizasının rəylərinə əsaslandığına, tələm-tələsik qəbul edilmiş qərarlarla ərizəçinin iddiasını rədd etdiyinə görə belə araşdırmanı səmərəsiz hesab edib Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi Azərbaycana qarşı işlərdə Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu yaradan, səmərli araşdırmanın aparılmadığını göstərən hallar kimi araşdırmanın vaxtında başladılmamasına, iddiaçının müraciət etməsindən çox vaxt keçdikdən sonra dindirilməsinə və yaxud işgəncə barədə iddiaların yoxlanılması üçün tibbi ekspertizanın vaxtında təyin edilməməsinə, gec keçirilməsinə və bu səbəblərdən pis rəftar nəticəsində yetirilməsi ehtimal olunan xəsarətlərin izlərinin itirilməsinə istintad etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Aksoy Türkiyəyə qarşı” iş üzrə qərarında qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir. Konvensiyanın 13-ü maddəsində isə deyilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir. Avropa Məhkəməsi sözügedən qərarında qeyd edir ki, Konvensiyanın 3-cü maddəsi ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə Dövlətlərin üzərinə daxili qanunvericlikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Həmin Məhkəmənin “X6rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə verdikləri ifadələri həqiqəti əks etdirməsi öz təsdiqini tapmışdır. Məhkəmə tərkibi bununla bağlı belə qənaətə gəlir ki, onlar polis şöbəsinə gətirilənə qədər onların bədənində xəsarətlər olmamış, onlar həmin xəsarətləri azadlığı məhdudlaşdırılarkən məhz polis şöbəsinin inzibati binasında onlara verilmiş və üzərlərinə, avtomobilə qoyulmuş narkotik vasitələrin onlara məxsus olmasına və bir-birilərindən almalarına dair etirafedici izahat və ifadələri vermələri, həmin sözləri şəxsi axtarış və götürmə və avtomobilə baxış keçirilməsi istintaq hərəkətləri icra edilərkən videoçəkiliş zamanı demələrindən ötrü polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində alınmışdır. Bu hal isə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özlərinə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qəddar qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Qeyd edilən əsaslara görə də “şəxsi axtarış və götürmə aparılması haqqında”, “baxış keçirilmə və götürmə haqqında” protokolları, eləcə də təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdikləri izahat və ifadələrin mötəbərliliyi şübhə altına alındığından təqsirləndirilən şəxslərin təqsirliliklərini müəyyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Məhkəmə tərkibi cinayət işinin materiallarının İİ cildi səhifələrində 1-5-də olan “telefona baxış keçirilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli protokolda Təqsirləndirilən şəxs1 məxsus mobil telefonun zənglər olan bölməsinə baxdıqda, telefonun “kontakt məlumatları” hissəsində Təqsirləndirilən şəxs2 adı “X65” adı ilə qeydə alınması, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr aylarında telefon danışıqları olması müəyyən edilməsinə ibtidai istintaq orqanının ittiham sübutu kimi istintad etməsinə tənqidi yanaşır və qeyd edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bir-birlərini əvvəcədən tanımışlar, bir sinifdə oxumuşlar və daima münasibətləri olmuşdur. Bu səbəbdən bir-birlərində telefon nömrələrinin olması, telefon vasitəsi ilə danışmaları onların bir-birlərindən narkotik vasitə almaları anlamına gəlməsi demək deyildir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs3 valideynləri Şahid8 və Fəxrəddin Kərimovun ifadələrindən də görünür ki, onların belə Təqsirləndirilən şəxs2la əlaqələri olmuş, telefonla danışmışlar. Cinayət işinin materiallarının 26-27-ci səhifələrində olan “həbs edilmiş şəxsin görüşmək və telefon danışıqlarından istifadə etmək hüququnun məhdudlaşdırılması haqqında” 12 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 görüşmək, telefonla zəng etmək və telefon danışıqlarından istifadə etmək hüququ ibtidai istintaqın sonuna kimi məhdudlaşdırılmış, Təqsirləndirilən şəxs3 həmin hüquqlardan istifadə etməsinə yalnız qərar qəbul etmiş orqanın yazılı razılığı olduqda icazə verilmişdir. Həmçinin cinayət işinin materiallarının 29-30-cü səhifələrində olan “həbs edilmiş şəxsin görüşmək və telefon danışıqlarından istifadə etmək hüququnun məhdudlaşdırılması haqqında” 12 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 görüşmək, telefonla zəng etmək və telefon danışıqlarından istifadə etmək hüququ ibtidai istintaqın sonuna kimi məhdudlaşdırılmış, Təqsirləndirilən şəxs2 həmin hüquqlardan istifadə etməsinə yalnız qərar qəbul etmiş orqanın yazılı razılığı olduqda icazə verilmişdir. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 15.1.1-ci maddəsinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslər həbs yerinə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla bu barədə məlumat vermək imkanı ilə təmin olunmaq hüququna malikdir. Həmin qanunun 19.1-ci maddəsində göstərilmişdir ki, tutulmuş və ya həbs edilmiş şəxs tutulduğu və ya barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduğu andan görüşlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi və qanuni nümayəndəsi ilə təklikdə görüşə və konfidensial ünsiyyət saxlaya bilər. Həmin qanunun 19.7-ci maddəsinə əsasən tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə bu barədə məlumat vermək üçün bir dəfə telefonla zəng etmək hüququna malikdir. Həbs edilmiş şəxslər həftədə iki dəfə 15 dəqiqəyədək müddətdə telefonla danışmaq hüququna malikdirlər. Şəhərlərarası və mobil telefon danışıqlarının haqqı həbs edilmiş şəxsin, onun yaxın qohumlarının və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərin vəsaiti hesabına ödənilir. Həmin qanunun 19.8-ci maddəsinə əsasən tutulmuş şəxsin telefonla zəng etmək, həbs edilmiş şəxsin müdafiəçi istisna olmaqla, digər şəxslərlə görüşmək, telefonla zəng etmək və telefon danışıqlarından istifadə etmək hüququ hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya həbs yerində rejimi təmin etmək zərurəti yarandıqda həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla bilər. Belə qərar qəbul edildikdə tutulmuş və ya həbs edilmiş şəxs həmin hüquqlardan yalnız müvafiq qərarı qəbul etmiş orqanın yazılı razılığı olduqda istifadə edir. Bu maddədə nəzərdə tutulan hüquqların məhdudlaşdırılmasına dair qərardan qanunla müəyyən edilmiş qaydada məhkəməyə, həbs yerinin müdiriyyətinin qərarından isə habelə yuxarı vəzifəli şəxsə şikayət edilə bilər. Məhkəmə tərkibi sözügedən qərarlara tənqidi yanaşaraq qeyd edir ki, həmin qərarlar Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hüquqlarını və mənafeylərini məhdudlaşdırmış, onların ailə üzvülərinin köməkliyi ilə müdafiə hüquqlarını həyata keçirməsinin qarşısını almışdır. Qərarların surəti nə təqsirləndirilən şəxslərə nə də onların müdafiəçilərinə təqdim edilməmişdir. Təqsirləndirilən şəxs3 ailə üzvüləri-həyat yoldaşı, anası, atası və övladları ilə telefon danışığı və görüşmək hüququ yalnız Şirvan Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 6(032)-1/2023 nömrəli qərarı ilə bərpa edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs3 2 ay 6 gün müddətində ailə üzvüləri-həyat yoldaşı, anası, atası və övladları ilə telefon danışığı və görüşmək hüququ əsassız olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs2 isə görüşmək, telefonla zəng etmək və telefon danışıqlarından istifadə etmək hüququ ibtidai istintaqın sonuna kimi məhdudlaşdırılmasının aradan qaldırılmasına dair cinayət işinin materiallarında hər hansı bir qərar mövcud deyildir. Cinayət işinin materiallarının İİİ cildinin 366-cı səhifəsində olan Şirvan ŞPŞ-si tərəfindən verilmiş əməliyyat tapşırığına cavab olaraq daxil olmuş 24 aprel 2023-cü il tarixli, 3-13-111/2-11250/2023 nömrəli məktubda göstərilmiş Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə qurudulmuş marixuana satmasının, Təqsirləndirilən şəxs3 da Təqsirləndirilən şəxs2 narkotik vasitə qurudulmuş marixuana satmasını müəyyən edilməsi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, Cinayət- Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, əməliyyataxtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Həmçinin sözü gedən məktubdan görünür ki, əməliyyat-axtarış tədbirləri ilə bağlı verilmiş cavab məktubu Şirvan ŞPŞ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnikleytenantı Farid Vəliyev tərəfindən imzalanmış, Şirvan ŞPŞ-nin rəisinin müvafiq əmrləri ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanılmaları ilə bağlı yaradılmış əməliyyat qrupuna da məhz Farid Vəliyev rəhbərlik etmiş, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərə qarşı edilmiş qanunsuz hərəkətlərində Farid Vəliyevin göstərişi ilə icra edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibi bildirir ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və 24 aprel 2023-cü il tarixli, 3-13-111/2-11250/2023 nömrəli məktubla istintaqa təqdim edilmiş həmin məlumatlar Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə əldə edilmədiyindən, təqdim edilmədiyindən, məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından cinayət prosesində sübut kimi qəbul edilə bilməz. Bundan başqa, elan olunmuş ittihamın təsviri ilə şahidlərin ifadələri arasında da əhəmiyyətli ziddiyyətlər olmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Məhkəmə tərkibi təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı ilkin izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri mötəbər sübut kimi qəbul etməməklə yanaşı polis əməkdaşlarının şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. Mübahisəsizdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları təqsirləndirilən şəxslərin üzərində şəxsi axtarış və avtomobilə baxış aparılması istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vermişlər. Nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki təqsirləndirilən şəxslərə verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Eyni ilə polis əməkdaşları Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr də orfoqrafik və qramatik səhvlər də daxil olmaqla tamamilə eyni olmuşlar. Bu da bir daha baş müstəntiq tərəfindən ifadələrin bir-birindən köçürmə üsulu ilə yazılmasının, düzgün ifadə alınmaqla obyektiv həqiqətin müəyyən edilməsinə yönəlməyən fəaliyyətinin aşkar görüntüsüdür. Məhkəmə istintaqı zamanı polis əməkdaşları Şahid1 və Şahid2 cinayət prosesi tərəflərinin keçirilmiş əməliyyat axtarış tədbirləri ilə bağlı verilən suallara konkret cavablar verməməklə xatırlamadıqlarını bildirmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 saxlanılmasında ümumiyyətlə Şahid1 və Şahid2 iştirak etmədiklərini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanılmalarında isə Şahid1 və Şahid2 iştiraklarının şübhəli olduğunu, sonuncuların saxlanılmasında Hacıqabul RPŞ-nin əməkdaşları Şahid6, Şahid5 və Şahid3 aktiv iştirak etdikləri müəyyən edilir. Hər üç təqsirləndirlərə şəxsə qarşı Şirvan ŞPŞ-də işgəncələr verilərkən, onlar döyülərkən, ona qarşı pis rəftarlar edilərkən Şahid1 və Şahid2 aktiv iştirak etmişlər, nəticədə isə hər üç təqsirləndirilən şəxslərdən özlərinə və bir-birlərinə qarşı etiraf edici ifadələr almağa nail olmuşlar. Bu bir obyektiv həqiqətdir, bu faktın müəyyən edilməsi isitqamətində verilən suallara cavab olaraq polis əməkdaşları Şahid1 və Şahid2 qeyrisəmimilik nümayiş etdirərək xatırlamadıqlarını bildirmişlər. Həmçinin ibtidai istintaq tərəfindən toplanmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 saxlanılması ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanılması arasında (istintaq sənədlərinə inansaq əgər) 13 saatdan çox zaman kəsiyi olmuş, həmin vaxt ərzində polis əməkdaşları, eləcə müdafiəçi Ulduzə Əhmədova eyni geyim formasında, eyni aksesuarlarda olmuş, hətta şəxsi axtarışlar zamanı istintaq hərəkətlərinin iştirakçıları eyni düzülüş formasında olmuşlar. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə tərkibi hesab edir ki, polis əməkdaşları Şahid1 və Şahid2 həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr mötəbər olmadığından, təqsirləndirilən şəxslərin təqsirliliklərini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı”, “X9rşı” və bir sıra qərarlarında Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Muradov Azərbaycana qarşı” qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdikləri ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. “Ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliklərinin olmadığı, narkotik vasilərdən istifadə etmədikləri müəyyən olunur. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy bir daha onu təsdiq edir ki, təqsirləndirilən şəxslərin narkotik vasitələrlə əlaqələri olmamışdır. Məhkəmə tərkibi qeyd edir ki, yuxarıda da göstərildiyi kimi hazırkı işdə ibtidai istintaq orqanı cinayət prosesinin ədalətlilik tələblərinə cavab verməmişdir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxslərin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndirilən şəxslərin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onları döyüb zor tətbiq etməklə, işgəncə verilməklə, eləcə də müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan çoxsaylı ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinmələri cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən onların hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onların ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusiyon və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” qərarlarında “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirilmələrinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməli və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittihamlar üzrə təqsirlilikləri sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bəraət verildiyi üçün onların haqqında seçilmiş qətimkan tədbirləri ləğv olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxslərə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxslər cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində onlara ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişlər. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət almaları ilə əlaqədar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət təqibi zamanı qanunsuz tutulmaları, təqsirləndirilən şəxs qismində cəlb olunmaları və barələrində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüquqlarının olması izah olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs və şəxslər müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin və şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilməsi yazılmış narkotik vasitə qurudulmuş marixunananın ekspertiza tədqiqatından sonrakı 6,85 qram qalığı, Təqsirləndirilən şəxs2 üzərindən və avtomobilindən aşkar edilməsi yazılmış narkotik vasitə qurudulmuş marixunananın ekspertiza tədqiqatından sonrakı 509,02 qram qalığı və Təqsirləndirilən şəxs3 üzərindən və avtomobilindən aşkar edilməsi yazılmış narkotik vasitə qurudulmuş marixunananın ekspertiza tədqiqatından sonrakı 512,45 qram qalığı cinayət işinin materiallarına əlavə edilməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iş üzrə olan 131 (bir yüz otuz bir) manat 43 (qırx üç) qəpik ekspertiza xərcinin ödənilməsindən azad edilməlidirlər və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs1 cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs2 cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs3 cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iş üzrə olan 131 (bir yüz otuz bir) manat 43 (qırx üç) qəpik ekspertiza xərcinin ödənilməsindən azad edilsinlər və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin və ya şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilməsi yazılmış narkotik vasitə qurudulmuş marixunananın ekspertiza tədqiqatından sonrakı 6,85 qram qalığı, Təqsirləndirilən şəxs2 üzərindən və avtomobilindən aşkar edilməsi yazılmış narkotik vasitə qurudulmuş marixunananın ekspertiza tədqiqatından sonrakı 509,02 qram qalığı və Təqsirləndirilən şəxs3 üzərindən və avtomobilindən aşkar edilməsi yazılmış narkotik vasitə qurudulmuş marixunananın ekspertiza tədqiqatından sonrakı 512,45 qram qalığı cinayət işinin materiallarına əlavə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar