Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-48/2025 17.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5 və müdafiəçi-Bakı şəhəri, 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxx 1984-cü ildə Cəlilabad rayonun Mikayıllı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu olan, işləməyən, Cəlilabad rayonun Mikayıllı kəndində qeydiyyatda olmaqla ünvan 1 fərdi yaşayış evində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-7,809 qram narkotik vasitə olan heroin, külli miqdarda-20,963 qram psixotrop maddə olan metamfetamin və təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram olmaqla xeyli miqdarda- 10 ədəd narkotik vasitə olan metadon həblərini əldə edib, saxlayıb daşıyaraq yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə aparmış və bundan sonra həmin maddələrin satışını realizə etmək üçün heroini 4 ədəd bükümlərə, metamfetamini 5 ədəd bükümlərə qablaşdırıb onlardan heroinin 3 ədəd bükümünü və metamfetaminin 3 ədəd bükümü üzərində saxlayıb daşımaqla, heroinin 1 ədəd bükümü, metamfetaminin 2 ədəd bükümü və 10 ədəd metadon həblərini yaşadığı evdə yataq otağında döşəyin altında gizlədib saxlamışdır. Daxil olmuş məlumat əsasında Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 12 mart 2024-cü il tarixdə, saat 11 radələrində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, H.Əliyev prospekti saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda siqaretin gümüşü kağızında 0,996 qram, 0,907 qram və 0,882 qram metamfetamin kütlələri, 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda şəffaf rəngli sellofanda 1,323 qram, 1,355 qram və 1,411 qram heroin kütlələri aşkar edilib, habelə Cəlilabad Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, qərarına əsasən Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində axtarış zamanı evin yataq otağındakı döşəyin altından 2 ədəd bükümdə ayrı-ayrılıqda 10,274 qram və 7,904 qram metamfetamin kütlələri, 1 ədəd bükümdə 3,720 qram heroin kütləsi və 10 ədəd metadon həbləri aşkar edilib, cəmi külli miqdarda-7,809 qram narkotik vasitə olan heroin, külli miqdarda-20,963 qram psixotrop maddə olan metamfetamin və təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram olmaqla xeyli miqdarda-10 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində üç azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Cəlilabad rayonun Mikayıllı kəndində qeydiyyatda olmaqla ünvan 1 fərdi yaşayış evində yaşamış, heç bir yerdə işləməmişdir. Tutulmamışdan xeyli müddət əvvəl işləmək üçün Rusiyaya gedib orada yaşamış, tutulmamışdan təxminən iki ay əvvəl Rusiyadan evinə qayıtmışdır. Əvvəllər narkotik maddə olan “nəşə”dən (marixuanadan) istifadə etmiş, heroin və metamfetamindən istifadə etməmiş, sonralar isə ümumiyyətlə, təxminən 6-7 ildir ki, narkotiklərdən istifadə etməmişdir. 12 mart 2024-cü il tarixdə, saat 12-13 radələrində yaşadığı evdən çıxıb siqaret almaq üçün küçə ilə piyada mağazaya gedərkən yanında avtomobil dayanmş və avtomobildən mülki geyimli bir neçə polis əməkdaşı düşüb onu tutub avtomobilə oturdub Cəlilabad RPŞ-nə aparmışlar. Polis şöbəsinə aparılarkən üzərində və yaşadığı evdə narkotik maddələr olmamışdır. Polis şöbəsində polis əməkdaşları onu döyərək işgəncələr verib qarşısına qoyduqları narkotik maddənin üzərinə götürməsini tələb etmiş, o isə bundan imtina etmişdir. Polis əməkdaşları ona təqdim olunan narkotik maddəni üzərinə götürməsə evindən də narkotik maddə çıxacağını və atasının da məsuliyyətə cəlb olunacağını bildirmişlər. Sonra polis əməkdaşları atası İbadəti də tutub polis şöbəsinə gətirmişlər və ona narkotik maddəni üzərinə götürməsə onun atası ilə birlikdə cinayət məsuliyyətinə cəlb olunacağını bildirmişlər. O, polislərə atasını buraxmaları təqdirdə ona təqdim olunan narkotik maddənin özünə məxsus olmasını çəkilişdə bildirəcəyini bildirmiş, sonra polislər onunla razılaşıb atasını buraxdıqlarını demiş, o da tanıdığı bir nəfər polis əməkdaşından atasının buraxıldığını öyrənmişdir. Sonra Nəbi adlı polis əməkdaşı içərisində narkotik maddələr olan bükümü cibinə qoymuş, bundan sonra videoçəkilişlə üzərində axtarış olmuş, həmin vaxt o, içərisində narkotik maddələr olan bükümü cibindən çıxarıb polislərə təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində narkotik maddələr aşkar olunmuşdur. Orada sorğu zamanı o, aşkar olunan narkotik maddələrin özünə məxsus olmasını, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Polislərin ona qarşı fiziki təzyiqləri, həm də polislərin atasını polis şöbəsinə gətirilib onunla birlikdə məsuliyyətə cəlb olunacağı ilə təhdid edildiyindən o, atasının buraxılmasına razılaşıb üzərinə qoyulmuş narkotik maddələrin özünə məxsus olmasını bildirmişdir. Bundan sonra o, polis şöbəsində olduğu vaxt polis əməkdaşları yaşadığı evə gedib axtarış aparmışlar, evində ona məxsus narkotik maddələr olmasa da, evdə yatdığı otaqda döşəyin altından narkotik tapıb götürmüşlər. Evdə yataq otağında aşkar olunmuş narkotik maddələr də ona məxsus deyil. Sonradan atasının ona deməsindən məlum olmuşdur ki, Nəbi adlı polis əməkdaşı evə gedib onun yatdığı otaqda olan döşəyin altına narkotik maddə qoymuş, sonra digər polis əməkdaşları evə gəlib atasının iştirakı ilə və videoçəklişlə evdə axtarış aparmış və əvvəlcədən döşəyin altına qoyulmuş narkotik maddə aşkar edilib götürülmüşdür. Polis əməkdaşlarının ona qarşı belə hərəkət etmələrinin səbəbini bilməmişdir. O, üzərində və evində aşkar olunmuş narkotik maddələrlə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, narkotik maddə olan marixuanadan istifadə etmiş və bir dəfə X2 dövriyyəsində təqsirli bilinib məhkum olunmuşdur. 11 mart 2024-cü il tarixdə Cəlilabad şəhəri, Səttərxan küçəsində piyada hərəkət edərkən yerdən bir ədəd büküm və həmin bükümün içərisində üç ədəd bükümdə heroin və üç ədəd bükümdə metamfeatmin tapmışdır. O, həmin bükümləri əynindəki şalvarının cibinə qoymuş, sonra yaşadığı evə getmiş və evdə bir ədəd büküm metamfetaminin bir qismini istifadə etmiş, tapdığı narkotik və psixotrop maddələri əynindəki şalvarının cibində saxlamışdır. 12 mart 2024-cü il tarixdə, saat 11 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospekti ilə piyada hərəkətdə olarkən bir neçə polis əməkdaşı onu saxlayıb üzərində narkotik maddələr saxlamaqda şübhəli olduğunu bildirilmiş, həmin vaxt o, üzərində narkotik maddənin olduğunu demiş, sonra tutulub Cəlilabad RPŞ-nə aparılmışdır. Polis şöbəsində vəkilinin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışlar. Şəxsi axtarış zamanı özü əynindəki şalvarının cibindən üç ədəd bükümdə metamfetamini və üç ədəd bükümdə heroini çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümlərin içərisində heroin və metamfetamin kütlələri aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, üzərində aşkar olunan heroinin və metamfetaminin özünə məxsus olmasını, həmin maddələri 11 mart 2024-cü il tarixdə Cəlilabad şəhəri, Səttərxan küçəsində piyada hərəkət edərkən yerdən tapdığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən aşkar olunmuş kütlələr qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. O, polis şöbəsinə gətirilərkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq olunmamışdır. Həmçinin polis əməkdaşları tərəfindən yaşadığı evdə yataq otağında döşəyin altından aşkar olunmuş narkotik maddələr ona məxsus deyil, həmin maddələrin yaşadığı evdə yataq otağında döşəyin altına kimin tərəfindən qoyulmasından xəbəri yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarış və evdə axtarışla bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində, həmçinin yaşadığı evdə yataq otağında ona məxsus narkotik maddələr olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı fikizi təzyiqlər olduğu üçün, həm də atası polis şöbəsinə gətirilib tutulacağı ilə hədələndiyindən o, əvvəlcədən Nəbi adlı polis əməkaşı tərəfindən cibinə qoyulmuş, axtarış zamanı üzərində aşkar olunmuş narkotik maddələrin (heroinin və metamfetaminin) özünə məxsus olduğunu bildirmiş, sonradan da polislərin dediyi kimi izahat və ifadə vermişdir. Əslində isə üzərində aşkar olunmuş heroin və metamfetamin, həmçinin evində yataq otağında aşkar olunmuş narkotik maddələr (heroin, metadon və metamfetamin) ona məxsus deyil, həmin maddələri üzərinə və evinə polis əməkdaşları qoymuşdur. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, üzərində və evində yataq otağında aşkar olunmuş narkotik maddələrlə (heroin, metadon və metamfetaminlə) bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin əməkdaşıdır. 12 mart 2024-cü il tarixdə ona Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs X2 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və 12 mart 2024-cü il tarixdə, saat 11-12 radələrində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri zamanı əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, H.Əliyev prospektində, küçədə saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib üzərində narkotik vasitələr olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs da üzərində narkotik maddə olduğunu demiş, sonra o, Cəlilabad RPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Rəvan Əliyev tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd xırda bağlamanı çıxarıb təqdim etmiş, həmin bağlamanın içərisində ayrı-ayrı bükümlərdə heroinə və metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroin və metamfetamini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Bundan sonra həmin gün məhkəmənin qərarı əsasında işi aparan müstəntiq tərəfindən vəkilin (müdafiəçinin) və Təqsirləndirilən şəxs atası Şahid5 iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılmışdır. Axtarış zamanı evin otaqların birindəki yataq döşəyinin altından bir ədəd büküm və həmin bükümün içərisində ayrı-ayrı bükümlərdə heroin, metamfetamin və metadon həbləri aşkar edilmişdir. Axtarışda ev sahibi kimi iştirak edən Şahid5 evdən aşkar olunmuş narkotik maddələrdən məlumatının olmamasını, həmin maddələri evinə kimin gətirib otaqdakı yataq döşəyin altına qoyması barədə məlumatının olmadığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Əməliyyat qrupu tərəfindən keçirilmiş tədbirdə Nəbi adlı (Nəbi Cəfərov) polis əməkdaşı iştirak etməmiş, həmçinin Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış əməliyyat qrupu tərəfindən yox, işi aparan müstəntiq tərəfindən məhkəmənin qərarı ilə aparılmış, Cəlilabad RPŞ-nin CAB-nin rəisi Nəbi Cəfərov əməliyyət tədbirində və evdə axtarışda iştirak etməmiş, həmçinin evində narkotik maddələr aşkar olunduqdan sonra Təqsirləndirilən şəxs atası Şahid5 polis şöbəsinə aparılmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. Oğlu Rəşad evli olmaqla ailəsi ilə birlikdə onun evində yaşamışdır. Oğlu Rəşadın narkotik maddələrdən istifadə etməsi barədə məlumatı olmamışdır. 12 mart 2024-cü il tarixdə Rəşad evdən çıxıb getdikdən sonra onun həyət yoldaşı yataq otağında olan döşəməyə sərilmiş yataq döşəyi yığışdırıb əvvəlki yerinə qoyulmuşdur. Həmin gün saat 16 radələrində Cəlilabad RPŞ-nin əməkdaşı Nəbi (Nəbi Cəfərov) və bir nəfər də başqa polis əməkdaşı onun evinə gəlib Rəşadın işi ilə bağlı çəkiliş olacağını bildirib yataq otağında olan yataq döşəyi yenidən döşəməyə sərdirmişdir. Bir az sonra digər polis əməkdaşları da evinə gəlib çəkiliş aparmağa başlamışlar və yataq otağında döşəməyə sərilmiş yataq döşəyin altından narkotik maddə aşkar olunmuşdur. Həmin otaqda olan yataq döşəyi əvvəl yığılarkən, sonra yenidən sərilərkən döşəyin altında heç nə olmamıış, lakin polis əməkdaşları otaqda axtarış apararkən döşəyin altından narkotik maddə aşkar olunmuşdur. Polis əməkdaşları ondan aşkar olunan narkotik maddənin kimə məxsus olmasını soruşmuş, o da həmin narkotik maddənin yataq otağındakı döşəyin altına kimin qoymasını bilmədiyini demişdir. Hazırda isə hesab edir ki, həmin narkotik maddəni döşəyin altına Nəbi adlı polis əməkdaşı qoymuşdur. Yaşadığı evdə narkotik maddə aşkar olunandan sonra polis əməkdaşları tərəfindən o, polis şöbəsinə aparılmamış, oğlu Rəşad tutulandan sonra da onun işi ilə bağlı polis şöbəsinə aparılmamış və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq və təhdidlər olmamışdır. O, müstəntiqin çağırışı ilə polis şöbəsinə gedib ifadə vermiş, həmin vaxtı da polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təhdidlər olmamışdır. Polis əməkdaşları tərəfindən tutulub polis şöbəsinə aparılarkən oğlu Rəşadın üzərində narkotik vasitə olub-olmamasını bilməmiş, sonradan əlaqə saxlayarkən oğlu Rəşad tutulan vaxt üzərində narkotik maddə olmadığını, üzərində aşkar olunmuş narkotik maddələri üzərinə polis əməkdaşlarının qoyduğunu ona bildirmişdir. Ona görə də hazırda hesab edir ki, polis əməkdaşları tərəfindən tutulan vaxt üzərində oğlu Rəşadın üzərində narkotik maddələr olmamış, Rəşadın üzərində və yaşadığı evdə aşkar olunmuş narkotik maddələr (heroin, metamfetamin və metadonun) oğlu Rəşada məxsus deyil, həmin maddələrin polis əməkdaşları tərəfindən Rəşadın üzərinə və yaşadığı evin otağında olan yataq döşəyinin altına qoyulmuşdur. Müdafiə tərəfininin məhkəməyə təqdim etdiyi bir ədəd flaşkartda olan videogörüntülər, eləcə də evdə axtarış zamanı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra (tədqiqat zamanı müdafiə tərəfin təqdim etdiyi videoçəkililişin aparıldığı otaq və həmin otaqda olan yataq döşəyinin görünüşü ilə, evdə axtarış zamanı videoçəkilişin aparıldığı otaq və yataq döşəyinin görünüşünün fərqli olması, yəni həmin çəkilişlər ayrıayrı otaqlara aid olmaqla bu otaqlarda olan yataq döşəklərinin rənglərinin də biri-birindən tam fərli olması müəyyən edilmişdir) Şahid5 ifadəsinə əlavə olaraq bildirmişdir ki, müdafiəçinin məhkəməyə təqdim etdiyi videoçəkiliş onun tərəfindən aparılmış və həmin videoçəkilişdə olan videogörüntülərlə polislərin apardığı videoçəkilişdə olan videogörüntülərin biri-birindən fərqli olması ilə razılaşır və onun tərəfindən məhkəməyə təqdim edilən videoçəkiliş polislərin axtarış apardıqları otaqda deyil, başqa otaqda aparılmışdır. Həmçinin ibtidai istintaq zamanı Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. Oğlu Rəşad narkotik və psixotrop maddələr istifadəçisidir və o, əvvəllər X2 dövriyyəsinə görə məhkum olunmuşdur. 12 mart 2024-cü il tarixdə Cəlilabad şəhəri, Səttarxan küçəsində yerləşən fərdi yaşayış evinə polis əməkdaşları gəlib oğlunun müdafiəçinin və özünün iştirakı ilə evində axtarış aparmışlar. Axtarış zamanı oğlu Rəşadın yatdığı otaqdakı yataq döşəyinin altından sellofanın içərisində narkotik maddələr (metamfetamin, heroin və metodon) aşkar olunub götürülmüşdür. Həmin narkotik maddələrdən onun məlumatı yoxdur və bu maddələrin həmin yerə (yataq otağında olan yataq döşəyinin altına) necə qoyulması, habelə həmin narkotik və psixotrop maddələrin oğlu Təqsirləndirilən şəxs aid olması barədə heç nə deyə bilmir. İşdə olan, Cəlilabad RPŞ-nin əməkdaşının 12 mart 2024-cü il tarixli “Raport”ları və əməliyyət qrupunun rəhbəri tərəfindən tərtib edilmiş 12 mart 2024-cü il tarixli “Akt”la müəyyən olunur ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və psixotrop maddələr əldə edib satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında 12 mart 2024-cü il tarixdə, saat 11 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, H.Əliyev prospektində saxlanılıb Cəlilabad RPŞ-nə gətirilmişdir. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 12 mart 2024-cü il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs X2 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Cəlilabad Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 12 mart 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 12 mart 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Cəlilabad RPŞ-nin TB-nun təhqiqatçısı Rəvan Əliyev tərəfindən müdafiəçi Elşad Əmişovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir büküm çıxarıb təqdim etmiş, həmin bükümün içərisində üç ədəd siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə olan metamfetaminə və üç ədəd şəffaf rəngli sellofana bükülümüş narkotik vasitə olan heroinə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroin və metamfetmin kütlələri özünə məxsus olmaqla onları yolun qırağında yerdən tapdığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 12 mart 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3 ədəd bükümlərdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 3 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr şəffaf sellofanda 1 ədəd bükümdə ....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi-1,323 qram, 1,355 qram və 1,411 qram olmaqla ümumi təmiz çəkisi-4,089 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birilərinə eynidirlər. 3 ədəd bükümlərdə ayrı-ayrılqıda təmiz çəkisi-0,996 qram, 0,907 qramvə 0,882 qram olmaqla ümumi təmiz çəkis -2,785 qram olan ağ rəngli kristallardan ibarət olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbirilərinə eynidirlər. Ekspertiza tədqiqatından sonra qalıq heroin 3,939 qram, qalıq metamfetamin 2,635 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. İşdə olan, Cəlilabad Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli qərarı ilə müəyyən edilir ki, istintaq orqanın vəsatəti üzrə verilmiş təqdimat təmin edələrək şübhəli şəxs Təqsirləndirilən şəxs ünvan 2 ünvanında axtarış və götürmə aparılmasına icazə verilmiş və qərarın icrası Cəlilabad RPŞ-nə həvalə edilmişdir. İşdə olan, “Evə axtarış və maddi sübutun götürülməsi haqqında” 12 mart 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Cəlilabad RPŞ-nin İB-nun müstəntiqi Nahid Hüseynov tərəfindən polis əməkdaşları, müdafiəçi Elşad Əmişovun və şübhəli şəxs Şahid5 (Təqsirləndirilən şəxs atası) iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin otağında döşəməyə sərilmiş yataq döşəyinin altından bir ədəd sellofan büküm və həmin bükümün içərisində dan iki ədəd bükümdə metamfetaminə, bir ədəd bükümdə heroinə oxşar kütlələr və 10 ədəd metodon həbləri aşkar edilmişdir. Şifahi sorğu zamanı Şahid5 evində aşkar olunan narkotik və psixotrop maddələrindən məlumatın olmaması və həmin maddələrin aşkar olunduğu yerə necə qoyulmasının bilmədiyini bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. Axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəməi-kimyəvi ekspertizasının 13 mart 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşayış evindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi-3,720 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-10,274 qram və 7,904 qram olmaqla ümumilikdə təmiz çəkisi-18,178 qram olan ağ rəngli kristallardan ibarət olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Konvolyut kəsiklərində ümumi sayı 10 ədəd olan həblər metadon həbləridir, həblərin təsiredici miqdarına görə bir-biriləri ilə eynidirlər, həblərin təsiredici miqdarı-0,4 qramdır (bir həbdə 0,04 qr). Tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs yaşayış evindən aşkar edilib götürülmüş narkotik vasitə və psixotrop maddə ...” və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 3 büküm heroin və 3 büküm metamfetamin Rəy 19/245 nömrəli ...” sözlər və imzalar olan iki ədəd zərfdəki ümumilikdə 4 büküm heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs yaşayış evindən aşkar edilib götürülmüş narkotik vasitə və psixotrop maddə ...” və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 3 büküm heroin və 3 büküm metamfetamin Rəy 19/245 nömrəli ...” sözlər və imzalar olan iki ədəd zərfdəki ümumilikdə 5 büküm metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonra ayrı-ayrılıqda qalıq heroin 3,620 qram və 3,889 qram, qalıq metamfetamin 17,978 qram və 2,585 qram və qalıq 09 ədəd metadon həbləri. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. İşdə olan, “Əşayanın maddi sübut hesab edilməsi haqqında” 17 aprel 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra ayrı-ayrılıqda qalıq heroin 3,620 qram və 3,889 qram, qalıq metamfetamin 17,978 qram və 2,585 qram və qalıq 09 ədəd metadon həbləri iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Cəlilabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarış və evə axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 mart 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulunda nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2019-cu ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 29 may 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıbdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi yoxdur. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 may 2024-cü il tarixli qərarla müəyyən edilir ki, Bakı İstintaq Təcridxanasında həbs olan Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdə yaşadığı evin qarşısında Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən tutularaq fiziki zorakılıq hərəkətlərinə məruz qalmasına dair müraciəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmışdır. “Cəlilabad Rayon Polis Şöbəsinin MSY-də saxlanılan şəxslərin uçotu kitabı” və “Tibbi müayinədən keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”nda olan qeydlərə əsasən Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdə MSY-nə yerləşdirilərkən onun bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Habelə məhkəmə-tibbi ekspertizasının 06 may 2024-cü il tarixli rəyinə əsasən tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” 31 may 2024-cü il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından narkotik və psixotrop maddələrin əldə edilmə mənbəyi ilə bağlı CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, eləcə də Şahid5 məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələri (aşkar olunmuş narkotik maddələrin oğlu Rəşada məxsus olmaması, həmin maddələrin polis əməkdaşları tərəfindən Rəşadın üzərinə və yaşadığı evin otağında olan yataq döşəyinin altına qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən Rəşada ona qarşı fiziki zorakılıq hallarının olması, oğlu Rəşadın narkotik vasitələrdən istifadə etməməsi və narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik və psixotrop maddələrin (heroin, metamfetamin və metadonun) ona məxsus olmaması, həmin maddələrin polis əməkdaşları tərəfindən üzərinə və yaşadığı evə qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq hallarının olması, narkotik vasitələrdən istifadə etməməsi və narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, eləcə də Şahid5 məhkəmdə verdiyi əlavə və ibtidai istintaq zamanı verdiyi ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarış və evdə axtarışa dair protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik və psixotrop maddələrin (heroin, metamfetamin və metadonun) ona məxsus olmaması, həmin maddələrin polis əməkdaşları tərəfindən üzərinə və yaşadığı evə qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq hallarının olması, narkotik vasitələrdən istifadə etməməsi və narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, eləcə də Şahid5 məhkəmədə verdiyi əlavə və ibtidai istintaq zamanı verdiyi ifadələri (evindən aşkar olunmuş narkotik maddələrin (heroin, metamfetamin və metadonun) ona məxsus olmamasına aid hallar istisna olunmaqla), maddi sübutlar, ekspertiza rəyləri, o cümlədən narkoloji tibbi yoxlamanın 14 mart 2024-cü il tarixli rəyi ilə (həmin rəyə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və 2019-cu ildən “Opium narkomanlığı” diaqnozu ilə narkoloji dispanserdə qeydiyyatdadır),“Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın və evdə axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərindən aşkar olunmuş narkotik maddələrin (heroin və metamfetaminin) özünə məxsus olmasını və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir) tam təkzib olunur. Ona görə də Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Habelə Şahid5 ifadəsində göstərdiyi xüsusatlar, yəni yaşadığı evdə aşkar olunmuş narkotik və psixotrop maddələrin (aşkar olunmuş narkotik maddələrin oğlu Rəşada məxsus olmaması, həmin maddələrin polis əməkdaşları tərəfindən Rəşadın üzərinə və yaşadığı evin otağında olan yataq döşəyinin altına qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən Rəşada ona qarşı fiziki zorakılıq hallarının olması, oğlu Rəşadın narkotik vasitələrdən istifadə etməməsi və narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın və evdə axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərlə təkzib olunduğundan məhkəmə Şahid5 ifadəsini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsi oğlu Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə öz mülahizələrinə uyğun verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik və psixotrop maddələr əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ və İİ Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” və “Metadon” olan maddələr narkotik vasitələr, “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan, metadonun 0,02 qramdan artıq hissəsi xeyli miqdar, heroinin 2 qramdan 800 qramadək, metamfetaminin 2 qramdan 400 qramadək, metadonun 1,6 qramdan 160 qramadək hissəsi külli miqdir, heroinin 800 qramı, metamfetaminin 400 qramı, metadonun 160 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 7,809 qram narkotik vasitə olan heroin və 20,963 qram psixotrop maddə olan metamfetamin külli miqdar, habelə 10 ədəd narkotik vasitə olan metadon həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram olmaqla xeyli miqdar təşkil edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ayrı-ayrı növlərdən ibarət olmaqla külli miqdarda heroin və metamfetamin, eləcə də xeyli miqdarda metadon əldə edib, saxlaması, daşıması, bu maddələrdən-heroini 4 ədəd bükümlərə, metamfetamini 5 ədəd bükümlərə qablaşdırıb onlardan heroinin 3 ədəd bükümünü və metamfetaminin 3 ədəd bükümü üzərində saxlayıb daşıması, heroinin 1 ədəd bükümü, metamfetaminin 2 ədəd bükümü və 10 ədəd metadon həblərini yaşadığı evdə yataq otağında döşəyin altında gizlədib saxlaması halları onun bu maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin və metamfetamin, eləcə də xeyli miqdar metadon həbləri əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Cəlilabad Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 mart 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən edilir ki, Cəlilabad Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 29 sentyabr 2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 29 avqust 2019-cu il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi yaradır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən, onun bu əməli cinayətlərin residivini yaradır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətlərin residivini yaratdığından ona ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. İşdə olan, Cəlilabad rayon Mikayıllı kənd İƏD üzrə Nümayəndəliyindən tərəfindən verilmiş 06 may 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Cəlilabad rayon Mikayıllı kəndində qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (barəsində heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Cəlilabad rayon Mikayıllı kənd İƏD üzrə Nümayəndəliyindən tərəfindən verilmiş 06 may 2024-cü il tarixli arayışla və döğum haqqında şhadətnamələrin (AZ-İİİ 071525, AZ-İİİ 092491 və AZ-İİİ 269514 №-li) müəyyən olunur ki, Təqsirləndirilən şəxs evlidir və onun himayəsində 31 may 2010-cu il təvəllüdlü Ağaşov Mirəli rəşad oğlu, 21 oktyabr 2012-ci il təvəllüdlü X7 və 17 mart 2014-cü il təvəllüdlü X6 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Habelə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu CM-nin 234.4.3-cü maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadlıqdan məhrumetmə cəzasının son həddinin (on iki ilin) yarısından (altı ildən) az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 12 mart 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və DİN-nin BMCMİ-nin maddi sübutlar otağında saxlanılan ayrı-ayrılıqda 3,620 qram və 3,889 qram heroin, ayrı-ayrılıqda 17,978 qram və 2,585 qram metamfetamin və 09 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və evdə axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 12 mart 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. İş üzrə maddi sübutlar olan və Cəlilabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ayrı-ayrılıqda 3,620 qram və 3,889 qram narkotik vasitə olan heroin, ayrı-ayrılıqda 17,978 qram və 2,585 qram psixotrop maddə olan metamfetamin və 09 ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və evdə axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-120 (bir yüz iyirmi) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-48/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-48/2025
17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver