Məhkəmə qərarları › İş №1(099)-480/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-480/2022

28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-480/2022 28.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Cəlilabad rayon vəkil bürosunun vəkili Müdafiəçi və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iştirakı ilə, xx xxxx 1989-cu ildə İran İslam Respublikasının Biləsuvar rayonunun Qaraqasımlı kəndində doğulmuş, İİR-nın vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 10 aprel 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.7, 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3, 315 və 318.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs əvvəlcədən razılaşdıqları həmkəndliləri İran İslam Respublikasının vətəndaşları X15 və İsmayıl adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunmuş qəsdlə məlum olmayan tarixdə və mənbədən 2 ədəd çantanın içərisində külli miqdarda narkotik vasitələr hesab edilən ümumi təmiz çəkisi 10305 qram heroin, ümumi təmiz çəkisi 9270 qram qurudulmuş marixuana, ümumi təmiz çəkisi 78,351 qram tiryək, 30 ədəd konvalyutda ümumi sayı 300 ədəd olmaqla həblərin təsiredici maddəsinin ümumi miqdarı 12 qram olan metadon, habelə külli miqdarda psixotrop maddə olan, ümumi təmiz çəkisi 3990 qram metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, həmçinin cinayət əməllərini törədərkən qarşılaşacaqları maneələri aradan qaldırmaq məqsədilə X15 və digər şəxslə qabaqcadan əlbir olduğu qrup üzvlərinin ümumi vahid niyyəti ilə əhatə olunmuş qəsdlə bir qrup şəxs halında məlum olmayan tarixdə və mənbədən keçmiş SSRİ-nin İjevsk mexaniki zavodunda istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AKC-74” markalı, ******* nömrəli, saz vəziyyətdə, atəş açmaq üçün yararlı, avtomat silah- yivli odlu avtomatik döyüş silahını, onun komplekt hissəsi hesab edilən 1 ədəd sandıqçanı, zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 39 mm olan, “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AKC-74”, “AKC-74U”) markalı avtomat silahlarda, “RPK-74” (“RPKS-74”) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş, atəşə yararlı patronları - döyüş sursatını qanunsuz olaraq əldə edib daşımaqla gəzdirib üzərində saxlamaqla 07 aprel 2022-ci ildə saat 20:30 radələrində Azərbaycan Respublikası Cəlilabad rayonunun Sarxanlı kəndi ərazisində mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməklə həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə qeyd olunan külli miqdarda narkotik vasitələr və psixotrop maddəni, eləcə də odlu silah, onun komplekt hissələri və döyüş sursatını gömrük sərhədindən gömrük nəzarətindən kənarda keçirmiş, həmin gün saat 21:20 radələrində Azərbaycan Respublikası ərazisindəki əsas mühəndis texniki çəpərin yaxınlığında – 141 və 142 saylı dirəklərin qovşağında olarkən sərhəd xidməti əməkdaşlarının yaxınlaşdıqlarını görüb içərisində narkotik vasitə və psixotrop maddənin olduğu həmin çantaları yerə atıb gizlənmək məqsədilə qaçarkən köməkçi nəzarət iz zolağında xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələri -Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Sarxanlı kəndi ərazisində yerləşən 8-ci sərhəd zastavasının iki hərbi qulluqçusu tərəfindən aşkar edildikdə həmin zastavanın təminat qrupunun atıcısı, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs1 sərhəd pozucularına “Dayan-dur” çağırışı edərək, havaya atılan bir neçə dəfə xəbərdarlıq atəşinə məhəl qoymayıb qrup üzvlərinin ümumi niyyəti ilə əhatə olunan qəsdlə qabaqcadan əlbir olan bir qrup şəxs halında zastavanın müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, kiçik çavuş Zərərçəkmiş şəxs2 və əsgər Zərərçəkmiş şəxs1 həmin odlu silahdan atəş açmaqla hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq edərək müqavimət göstərib sonuncuların xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar iki şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, lakin zərər çəkmiş şəxslərin yerə uzanaraq müdafiə olunmaqlarına görə bilavasitə cinayət törətməyə yönəlmiş cinayətkar əməllərini öz iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməmiş, bu zaman kiçik çavuş Zərərçəkmiş şəxs2 xidməti istifadəsində olan odlu silahdan sərhəd pozucuları istiqamətində atəş açmaqla X13 zərərsizləşdirmiş, İsmayıl adlı şəxs İran İslam Respublikası istiqamətinə doğru qaçaraq hadisə yerindən uzaqlaşmış və o isə hərbi qulluqçular tərəfindən saxlanılmış, əraziyə baxış keçirilərkən Azərbaycan Respublikası ərazisindəki əsas mühəndis texniki çəpərin yaxınlığında – həmin çəpərin 141 və 142 saylı dirəklərinin qovşağında 2 ədəd çantanın içərisində külli miqdarda narkotik vasitələr hesab edilən ümumi təmiz çəkisi 10305 qram heroin, ümumi təmiz çəkisi 9270 qram qurudulmuş marixuana, ümumi təmiz çəkisi 78,351 qram tiryək, 30 ədəd konvalyutda ümumi sayı 300 ədəd olmaqla həblərin təsiredici maddəsinin ümumi miqdarı 12 qram olan metadon, habelə külli miqdarda psixotrop maddə olan, ümumi təmiz çəkisi 3990 qram metamfetamin və X12 meyitin yaxınlığında “Kalaşnikov” konstruksiyalı, “AKC- 74” markalı, ******* nömrəli odlu silah aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.3, 29,120.2.7, 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3, 315 və 318.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həmkəndlisi X15 ailəsini təhdid etməklə ailə üzvlərindən iki nəfəri yanında girov saxlayaraq onu bu cinayət əməlini törətməyə məcbur etmiş, ailə üzvləri təhlükədə olduğundan bu cinayət əməlini törətmiş, sərhədədək Pəhlivani Behrənglə gəlmiş, yolda uşağına görə geri qayıtmaq istəmiş, lakin sonuncu onu yumruqla vuraraq geri qayıtmasına mane olmuş, Behrəngin əlində narkotik vasitə və silah görməmiş, sonuncunun onu Azərbaycan sərhədinə hansı məqsədlə aparmasından məlumatı olmamış, sərhədə çatdıqda atəş səsi eşitmiş, atəşin Behrəngi və ya sərhədçilər tərəfindən atılmasını bilməmiş, özü könüllü olaraq təslim olmuşdur. Məcburiyyət qarşısında qalıb bu cinayətdə iştirak etməsini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq edilərkən müəyyən olunur ki, Piran Qaraqasımlıya heç bir təsirtəzyiq göstərilmədən tərcüməçinin və müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və ətraflı ifadələr verərək göstərmişdir ki, 07 aprel 2022-ci ildə saat 18-19 radələrində tanışı Behrəng Pəhlivani ona zəng edərək 2 ədəd çantasının olduğunu, onları Azərbaycan Respublikası ərazisinə keçirilməsində ona köməklik etməsini və bunun müqabilində ona pul verəcəyini demiş, maddi durumu pis olduğundan onun təklifi ilə razılaşmış, lakin sonuncu çantalardakı malların nədən ibarət olduğunu, həmin yükün çəpərin yanında kimə veriləcəyini ona deməmişdir. 07 aprel 2022-ci ildə saat 20:30 radələrində Behrəng Pəhlivani ilə razılaşdığı kimi birlikdə Bolqar çayını keçərək Azərbaycan ərazisinə daxil olmuş, Behrəng Pəhlivani çayın yaxınlığında ağaclıq tərəfə girərək oradan 2 ədəd biri göy, digəri isə qara rəngli olan çantaları götürüb daşımağa başlamış, onlar saat 21 radələrində təpəni keçərək çəpərə çatmış və Behrəng Pəhlivani ondan çantalardan birinin ağzını açmasını istəmiş, həmin vaxt onlar Azərbaycan ərazisində xidmət göstərən sərhədçilər tərəfindən aşkarlanmış, sərhədçilər onlara dayanmaq əmri vermiş, o, qorxduğundan yerə uzanıb əllərini yuxarı qaldırıb təslim olmuş, Behrəng isə dayanma əmrinə tabe olmadan qaçmağa davam edərkən çoxlu atəş səsləri eşitmiş, lakin Behrənginin sərhədçilərə qarşı atəş açıb-açmadığını dəqiq bilməmiş, bu zaman sərhədçilər tərəfindən sonuncunun vurularaq yerə yıxıldığını görmüş, sonra sərhədçilər onu saxlayaraq sərhəd zastavasına aparmışlar. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətməsini, həmçinin onun bu əməllərin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 07 aprel 2022-ci ildə saat 21:20-də Zərərçəkmiş şəxs2la birlikdə N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının 1 və 2-ci sahələrində xidmətdə olarkən zastavanın şəxsi heyətinə “Silaha” komandası verilmiş, 1-ci sahədə köməkçi nəzarət iz zolağından İran istiqamətində hərəkət edən 2 nəfər sərhəd pozucularını aşkar etmiş, əsgər yoldaşı Elnur dərhal rabitə vasitəsilə qrup başçısına məlumat verdikdən sonra dəstənin şəxsi heyəti onlarla birlikdə sərhəd pozucularının arxasınca qaçmağa başlamış, sərhəd pozucularına dayanmaları və təslim olmaları ilə bağlı xəbərdarlıq etmiş, onlar bu tələbə məhəl qoymayaraq üzü İran istiqamətində qaçmağa davam etmiş, istifadəsində olan AK- 74 markalı avtomat silahdan sərhəd pozucularının durmaları ilə bağlı havaya bir neçə dəfə xəbərdarlıq atəşi açmış, həmin vaxt qaçan sərhəd pozucuları onlara tərəf atəş açmasını görüb dərhal yerə yataraq müdafiə olunmuş, həmin vaxt avtomobilin işığında sərhəd pozucularının hər ikisinin qaçdığını müşahidə etmiş, o, yenidən havaya bir neçə dəfə xəbərdarlıq atəşi açmış, sərhəd pozucularının xəbərdarlıq atəşinə məhəl qoymayaraq dayanmadığını görən Elnur istifadəsində olan avtomat silahın qoruyucusunu açaraq təktək rejimdə pozucular istiqamətində bir neçə dəfə atəş açmış, onlar hər iki sərhəd pozucusunun yerə uzandığını müşahidə etmiş, qısa müddət sonra onların yanına yaxınlaşdıqda yerdə sərhəd pozucusu Behrəng Pəhlivaninin tərpənməz halda uzandığını, digər sərhəd pozucusu Behzad Piranın isə əllərini yuxarı qaldıraraq təslim olduğunu görmüş, sonra onlar sonuncunu zastavaya aparmışlar. Hadisə zamanı heç bir xəsarət almadığına görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinın olmadığını bildirmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsi elan olunmaqla tədqiq edilərkən onun ifadəsindən görünür ki, məhkəməyədək icraat zamanı o zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə vermiş, əlavə olaraq ifadəsində göstərmişdir ki, hadisə havanın qaranlıq vaxtı olduğundan konkret olaraq hansı sərhəd pozucusunun ona və Zərərçəkmiş şəxs1 atəş açdığını konkret olaraq bilməmiş, ancaq sərhəd pozucuları ona və Zərərçəkmiş şəxs1 qarşı təxminən 3-4 dəfə atəş açmış, onların müşahidə etdiyi sərhəd pozucularının sayı 2 nəfər olmuş, Behrəng Pəhlivani hadisə yerində ölmüş, Behzad Piran isə təslim olduqdan sonra onlar tərəfindən yaxalanmış, hadisə yerindən və zərərsizləşdirilmiş sərhəd pozucularının üzərindən hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkarlanmamışdır. Lakin sonradan müəyyən edilmişdir ki, həmin sərhəd pozucuları 2 ədəd iri həcmli içi dolu çantanı əsas mühəndis texniki çəpər boyunca 7-ci SZnın 20-ci sahəsində 141 və 142 saylı dirəklərin yanında yerə atmış və üzü İİR istiqamətində qaçmaq istəsələr də buna nail ola bilməmişlər. Hadisə zamanı heç bir xəsarət almadığına görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının rəisi, Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 07 aprel 2022-ci ildə saat 21:19-da zastavanın növbətçi operatoru xidmətini həyata keçirmiş, əsgər Şahid3 sahələrdə quraşdırılan termal kameralar vasitəsilə zastavanın 1-ci sahəsində 2 nəfər naməlum şəxsin müşahidə olunduğunu ona məruzə etmiş, o isə dərhal rabitə otağına gedərək monitorda müşahidəni davam etdirmiş, ağ fonda 2 nəfər naməlum şəxsin İİR-dan Azərbaycan Respublikası istiqamətində əsas mühəndis texniki çəpərə doğru əllərindəki yüklə birlikdə qaçdıqlarını müşahidə etmiş, sonra zastavaya “silaha” komandası vermiş, içərisində zastavanın həqiqi hərbi xidmət qulluqçuları kiçik çavuş Zərərçəkmiş şəxs2, əsgər Zərərçəkmiş şəxs1 da olduğu “pərdələyici dəstə” üzvləri xidməti istifadələrində olan silah-sursat, həmçinin “Kenwood” markalı rabitə qurğularını götürərək sahəyə doğru hərəkət etmiş, özü də zastavanın yerdə qalan şəxsi heyəti ilə birlikdə 1-ci sahə istiqamətinə yollanmış, həmin sahəyə çatdıqda ərazidə çoxsaylı atəş səsləri eşitmiş, saat 21:30 radələrində rabitə vasitəsilə “pərdələyici dəstə” başçısı, leytenant Şahid2 ona zastavanın 1-ci sahəsində müşahidə edilmiş sərhəd pozucularından birinin həmin sahədə xidmət aparan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən aşkar edilməklə zərərsizləşdirildiyi, digərinin isə saxlanıldığı barədə məruzə etmiş, az sonra özü də sərhəd pozucusunun zərərsizləşdirildiyi yerə gəldikdə meyitin yaxınlığında 1 ədəd “AKC-74” markalı qoruyucusu açıq vəziyyətdə olan odlu silah, həmçinin təslim olmuş vəziyyətdə digər sərhəd pozucusunu, hadisədən sonra isə ərazidə aparılan axtarış tədbirləri nəticəsində sərhəd pozucusunun meyitinin olduğu yerdən təxminən 650 metr məsafədə- Azərbaycan Respublikası istiqamətində əsas mühəndis texniki çəpərin dibində 141 və 142 saylı dirəklərin yanında içərisində narkotik vasitə olan 2 ədəd iri həcmli çanta aşkar olunaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da digər Şahid1 ifadəsini təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının 1-ci atıcı qrup komandirinin müavini vəzifəsində xidmət etmiş kiçik çavuş Şahid3 ifadəsində göstərmişdir ki, 07 aprel 2022-ci ildə axşam saat 20:00-dan 08 aprel tarixə keçən gecə saat 04:00-dək zastava üzrə növbətçi operator xidmətinə təyin olunmuş, həmin gün saat 21:19 radələrində sahələrdə quraşdırılmış termal stasionar video-müşahidə kamerası vasitəsilə İİR-dan Azərbaycan Respublikasına doğru zastavanın 1-ci sahəsi boyunca hərəkət edən 2 naməlum şəxsi müşahidə etmiş, bu barədə dərhal zastava rəisi Şahid1 məruzə etmşdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “hadisə yerinə baxış və əlavə baxış” keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri DSX-nın N nömrəli hərbi hissəsinin Cəlilabad rayonu, Sərxanlı kəndi ərazisində yerləşən 7-ci sərhəd zastavasından 8-ci sərhəd zastavasına doğru gedən torpaq yoldan 3400 metr məsafədə sol istiqamətdə, həmçinin torpaq yoldan İİR-ı istiqamətində 56 metr məsafədə yerləşir. Baxış zamanı hadisə yerində sərhəd pozucusu – İİR vətəndaşı X12 meyiti müəyyən edilmiş, meyitin yaxınlığında qoruyucusu açıq vəziyyətdə olan “3306287” №li “AKC-74” markalı odlu silah, (içərisindəki 22 ədəd döyüş patronu olan daraq və silahın lülə yatağındakı 01 ədəd 5.45 mm. kalibrli patronla birlikdə), 01 ədəd “KGTEL” markalı sadə funksiyalı telefon, “AK-74” markalı odlu silahlara aid olduğu ehtimal edilən 5.45 mm. kalibrli patronlara məxsus 07 ədəd gilizəbənzər metal predmet, B.Y.Pəhlivaninin meyitinin olduğu yerdən təxminən 650 metr məsafədə üzü Azərbaycan Respublikası istiqamətində - əsas mühəndis texniki çəpərin yaxınlığındakı 141 və 142 saylı dirəklərin qovşağında içərisində külli miqdarda narkotik vasitə və psixatrop maddə olan 02 ədəd iri həcmli idman tipli çanta, o cümlədən hərbi hissənin nümayəndələri tərəfindən hadisə yerində axtarış tədbirləri davam etdirilməklə, 12 ədəd əlavə 5.45 mm. kalibrli patronlara məxsus gilizəbənzər metal predmet aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmaqla ekspertizaya təqdim edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya birliyinin 08 aprel 2022-ci il tarixli 06 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində 3 ədəd güllə yarası vardır: a) qarının sol qalça çuxuru nahiyəsinin qarın və döş boşluğuna keçən dalaq, sol ağ ciyər, mədəaltı vəzi və diafraqmanı zədələyən sol körpücüküstü nahiyədən – bədəndən xaric olan güllə yarası; b) qarın və döş qəfəsinin sol yarısının (orta qoltuqaltı xətti üzrə) daxilə keçməyən güllə yarası; c) sol əlin İİİ barmağının distal falanqasının və distal falanqaarası oynağın qəlpəli sınması ilə nəticələnən güllə yarası. Daxili və xarici qanitirmə. X7 atəş anında ayaq üstdə olmuş, ölümü tibbi ekspertiza qərarının təsviri hissəsində göstərilmiş müddətdə və şəraitdə, yəni “AK-74” markalı 5.45 mm.kalibrli avtomat silahdan açılan atəş nəticəsində əmələ gələ bilərdi və bədəni üzərində xəsarətlərin istiqaməti aşağıdan yuxarıya doğrudur, bədənin gövdə hissəsinin sol tərəfindəndir Ölüm aktı hadisədən dərhal sonra qısa müddət ərzində baş vermiş, ölümünə səbəb daxili orqanların zədələnməsi nəticəsində baş vermiş daxili və xarici qanitirmə olmuşdur. X2 almış olduğu bədən xəsarətləri canlı şəxslərdə yetirildiyi anda həyat üçün təhlükəli AĞİR dərəcəli bədən xəsarəti kimi qiymətləndirilir. X1 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi müayinəsi nəticəsində qanda etil spirti aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 08 aprel 2022-ci il tarixli 19/431 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd tünd göy rəngli idman çantasındakı 12 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri – 980.0 qr; - 990.0 qr; 985.0 qr; 990.0 qr; -1260.0 qr; -1010.0 qr; -500.0 qr; -540.0 qr; -490.0 qr; -550.0 qr; -505.0 qr; -470.0 qr: ümumi təmiz çəkisi -9270.0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Bundan başqa, tədqiqata təqdim edilmiş 01 ədəd qara rəngli bel çantasındakı 11 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri – 990.0 qr; -980.0 qr; -975.0 qr; -985.0 qr; -995.0 qr; -1000.0 qr; -990.0 qr; -980.0 qr; -975.0 qr; - 990.0 qr; -445.0 qr: ümumi təmiz çəkisi -10305.0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Bundan başqa, 4 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri – 1000.0 qr; -995.0 qr; -1000.0 qr; -995.0 qr: ümumi təmiz çəkisi - 3990.0 qram olan ağ rəngli kristal formada olan maddələr – metamfetamindir. Bundan başqa, 1 ədəd bükümdə təmiz çəkisi -78.351 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. O cümlədən, 30 ədəd konvalyutda olmaqla ümumi sayı 300 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondur və həblərin təsiredici maddəsinin ümumi miqdarı -12.0 qramdır. Heroin və tiryək Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin, metamfetamin 2005-ci il 18 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin, metadon adlı dərman isə Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına daxil edilmişdir. İş materiallarında olan məhkəmə kompüter-texniki ekspertizasının 11 may 2022-ci il tarixli 5/456 nömrəli rəylərindən görünür ki, 1. Təqdim edilmiş bir ədəd “KGTEL” markalı “KG1280” modelli “**********17247, **********36957” “ımeı” kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdədir. 2.Təqdim edilmiş bir ədəd “KGTEL” markalı “KG1280” modelli mobil telefonun proqram təminatında olan “ımeı” kodla arxa tərəfindəki markalanma göstəricisində olan “ımeı” kod fərqlidir. 3. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “KGTEL” markalı “KG1280” modelli mobil telefonun “Kontaktı” bölməsindəki bir ədəd nömrəni, “Soobheniə” bölməsindəki müxtəlif məzmunlu qəbul (qırx iki ədəd) olunmuş “SMS” mesajları, “Jurnalı vızovov” bölməsindəki yığılmış (on ədəd) zəngləri, qəbul (yeddi ədəd) olunmuş zəngləri və buraxılmış (beş ədəd) zəngləri köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. 4. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “KGTEL” markalı “KG1280” modelli mobil telefonun yaddaşından hər hansı bir məlumatın pozulubpozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. 5. Təqdim edilmiş “KGTEL” markalı “KG1280” modelli mobil telefonun daxilindəki bir ədəd “SİM” danışıq kartı işlək vəziyyətdə və “İrancell” mobil operatoruna aid olaraq həmin “SİM” danışıq kartının yaddaşında məlumatlar müəyyən olundu. İş materiallarında olan məhkəmə kompüter-texniki ekspertizasının 12 may 2022-ci il tarixli 5/457 nömrəli rəylərindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 4.3” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy S İİİ Neo” markalı “GT-İ9300İ” modelli “**********25053, **********25051” ımeı kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir. 2. Təqdim edilmiş “Samsung Galaxy S İİİ Neo” markalı “GT- İ9300İ” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “WhatsApp proqram təminatı, “İnstagram” sosial şəbəkə vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və mobil smartfonun yaddaşından pozulmuş məlumatlar müəyyən olundu (bax rəyə əlavə xarici yaddaş qurğuya). 3. Tədqiq olunan “Samsung Galaxy S İİİ Neo” markalı “GT-İ9300İ” modelli mobil smartfonun daxilindəki iki ədəd “SİM” danişıq kartı və əlavə olaraq təqdim olunmuş dörd ədəd “SİM” danışıq kartları işlək vəziyyətdə və “İrancell” mobil operatoruna aid olaraq həmin “SİM” danışıq kartlarının yaddaşında məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş xarici yaddaş qurğuya). 4. Təqdim edilmiş “Samsung Galaxy S İİİ Neo” markalı “GT- İ9300İ” modelli mobil smartfonun daxilindəki üzərində “Apecer 8 GB” yazısı olan xarici yaddaş kartında müxtəlif xarakterli məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş xarici yaddaş qurğuya). 5. Tədqiq olunan “Samsung Galaxy S İİİ Neo” markalı “GT-İ9300İ” modelli mobil smartfonun daxilindəki üzərində “Apecer 8 GB” yazısı olan “micro SD” xarici yaddaş kartından müxtəlif xarakterli pozulmuş fayllar bərpa olundu (bax rəyə əlavə olunmuş xarici yaddaş qurğuya). İş materiallarında olan məhkəmə-ballistik və trasoloji ekspertizasının 18 may 2022-ci il tarixli 3/503; 504; 505 və 506 nömrəli rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş, üstündə “7070401” rəqəmləri həkk olunmuş silah–1990-cı ildə, keçmiş SSRİ-də, İjevsk mexaniki zavodunda istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 5.45 mm. kalibrli, “AK- 74” markalı, ******* №li avtomat silahdır – yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır, eləcə də qoruyucusu açılarkən və bağlanarkən hər hansı nasazlıq yaranmır. Konstruksiyasına uyğun olaraq, həmin silahdan atəş açılarkən patronların gilizləri təxminən 9-11 metr məsafəyə sağa, nisbətən yuxarıya önə doğru istiqamətdə atıla bilərlər. Tədqiqata təqdim edilmiş, üstündə “7062085” rəqəmləri həkk olunmuş silah – 1990-cı ildə, keçmiş SSRİ-də, İjevsk mexaniki zavodunda istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 5.45 mm. kalibrli, “AK-74” markalı, ******* №li avtomat silahdır – yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır, eləcə də qoruyucusu açılarkən və bağlanarkən hər hansı nasazlıq yaranmır. Konstruksiyasına uyğun olaraq, həmin silahdan atəş açılarkən patronların gilizləri təxminən 9-11 metr məsafəyə sağa, nisbətən yuxarıya önə doğru istiqamətdə atıla bilərlər; Tədqiqata təqdim edilmiş, üstündə “3306287” rəqəmləri həkk olunmuş silah – 1984-cü ildə, keçmiş SSRİ-də, İjevsk mexaniki zavodunda istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 5.45 mm. kalibrli, “AKC-74” markalı, ******* №li avtomat silahdır – yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır, eləcə də qoruyucusu açılarkən və bağlanarkən hər hansı nasazlıq yaranmır. Konstruksiyasına uyğun olaraq, həmin silahdan atəş açılarkən patronların gilizləri təxminən 9-11 metr məsafəyə sağa, nisbətən yuxarıya önə doğru istiqamətdə atıla bilərlər; - Tədqiqata təqdim edilmiş, bir ədəd sandıqça çantasına qoyulmuş 2 (iki) ədəd sandıqçanın birinə doldurulmuş 19 (on doqquz) ədəd, digərinə doldurulmuş 13 (on üç) ədəd, ayrıca paketdə qablaşdırılmış sandıqçaya doldurulmuş 22 (iyirmi iki) ədəd və ******* №li avtomat silahın patronluğundan çıxarılmış 1 (bir) ədəd, cəmi 55 (əlli beş) ədəd patron – zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 5.45 mm. kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 39 mm olan, “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AKC-74”, “AKC-74U”) markalı avtomat silahlarda, “PPK-74” (“PPKC-74”) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar – döyüş sursatıdırlar və atəşə (istifadəyə) yararlıdırlar; - Tədqiqata təqdim edilmiş, hadisə yerindən götürülərək şərti olaraq 1-dən 19-a qədər rəqəmlərlə işarələnmiş 19 (on doqquz) ədəd giliz – zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 5.45. mm.kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AKC-74”, “AKC-74U”) markalı avtomat silahlarda, “PPK-74” (“PPKC-74”) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridirlər – gilizləridirlər. Həmin 19 (on doqquz) ədəd gilizdən: “2”, “3”, “4”, “5”, “9”, “10”, “11”, “12”, “13”, “16” və “18” rəqəmləri ilə işarələnmiş 11 (on bir) ədəd giliz təqdim edilmiş 5.45 mm. kalibrli, “AK-74” markalı, ******* №li avtomat silahdan, “8”, “14” və “15” rəqəmləri ilə işarələnmiş 3 (üç) ədəd giliz təqdim edilmiş 5.45 mm. kalibrli, “AKC-74” markalı, ******* №li avtomat silahdan, “1” və “6” rəqəmləri ilə işarələnmiş 2 (iki) ədəd giliz təqdim edilmiş 5.45 mm. kalibrli, “AK-74” markalı, ******* №li avtomat silahdan atılmışlar. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd güllə - zavod üsulu ilə hazırlanmış, 5.45 mm. kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AKC-74”, “AKC-74U”) markalı avtomat silahlarda, “PPK-74” (“PPKC-74”) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidir – gülləsidir. Təyinatına və kalibrinə uyğun olaraq, həmin güllənin hissəsini təşkil etmiş olduğu 5.45 mm. kalibrli patrondan istifadə edilməklə, təqdim edilmiş 5.45 mm. kalibrli “AK-74” markalı ******* №li, “AK-74” markalı ******* №li, “AKC-74” markalı, ******* №li avtomat silahların hər hansı birindən də atəş açılması mümkündür, lakin güllənin üzərində atıldığı silahın lülə kanalından qalmış izlər az və zəif əks edildiklərindən, eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə həmin güllənin təqdim edilmiş 5.45 mm. kalibrli, “AK-74” markalı ******* №li, “AK-74” markalı ******* №li, “AKC-74” markalı ******* №li avtomat silahdan və eləcə də başqa hər hansısa konkret bir silahdan atılıbatılmadığını müəyyən etmək mümkün deyildir; - Tədqiqata təqdim edilmiş 5.45 mm. kalibrli, “AK-74” markalı ******* №li, “AK-74” markalı ******* №li, “AKC-74” markalı ******* №li 03 ədəd döyüş təyinatlı yivli-odlu avtomat silahların lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan sonuncu təmizləmədən sonra atəş (atəşlər) açılmışdır; - Tədqiqata təqdim edilmiş, X14 məxsus olduğu qeyd edilən 01 ədəd idman şalvarı və 01 ədəd köynəyin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və metal izinin aşkar edilməməsinə baxmayaraq, onların forması, morfoloji quruluşuna əsasən idman şalvarının arxa hissəsindəki zədə giriş, ön hissəsindəki zədə çıxış zədəsi, bir ədəd qısaqol köynəyin üzərindəki zədələr isə bir-birinin davamı olan güllənin sürtünməsi nəticəsində yaranan giriş, çıxış, giriş zədələri olmaqla, iki atəş nəticəsində diametri təxminən 5 mm olan güllənin təsirindən döyüş təyinatlı yivli odlu silahdan açılmış, 1.5 metrdən yuxarı olan məsafədən yetirilməyə xarakterikdir. İş materiallarında olan “meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 1 (bir) cüt ölçüsü 43 nömrəli olan qara-narıncı rəngli idman ayaqqabısı vardır. Kişi ayaqqabılarının üzəri toza bulaşmış vəziyyətdədir. Üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. 1 (bir) cüt ağımtıl-boz rəngli kişi corabları vardır. Toza bulaşmış vəziyyətdədirlər. 2. Kamufilə olunmuş sərhədçi tipli səhra gödəkçəsi-Qacıma inkişaf etdiyi üçün əynindəki gödəkcəni çıxarmaq məqsədilə qol hissədən qayçı ilə kəsilərək çıxarıldı. Gödəkcənin iki döş, iki yan cibləri vardır və cibləri boşdur. Gödəkcə ön hissədən, döş hissəsindən, kürək və bel hissələrindən qanabənzər maddələrlə bulaşmışdır. Gödəkcə üzərində tikilmiş sökük yerləri, eləcədə kənarları parça deffektli çoxlu sayda kiçiyinin ölçüsü 0,4 sm diametr olmaqla, böyüyünün ölçüsü 3x1.5 sm ölçüdə parça deffektləri vardır. Parça defektləri xüsusilə gödəkcənin arxa hissəsində, sol çiyin və kürək nahiyəsində yerləşir. 3. Boz rəngli qolsuz jilet-meyitin qacıması səbəbindən jileti bədənindən çıxarmaq məqsədi ilə sağ qol hissəsindən kəsilərək çıxarıldı. Jiletin iki döş, hər tərəfdən üç yan cibləri vardır. Ciblər plasmas zəncirbəndlə, eləcədə yapışdırıcı vasitəsilə bağlanır. Sol yan cibində bir ədəd saqqız vardır. Digər ciblər boşdur. Qeyd edilən jiletində arxa hissəsində, sol çiyin hissəsində döş, bel hissəsində çoxlu sayda müxtəlif ölçülü kiçiyi 0,7x0,5, böyüyü 6x3 sm ölçüdə çoxlu sayda parça deffektləri vardır. Jilet köhnədir, qanabənzər maddələrlə bulaşmış vəziyyətdədir. 4. Ağ göy, qarışıq rəngli uzunqol kişi köynəyi- Köynək yeddi ədəd düymə ilə bağlanır, düymələr yerindədir. Köynəyin bir sol döş cibi vardır, boşdur. Əzələ qacıması hesabına köynək sağ qol hissədən kəsilərək çıxarıldı. Həmçinin köynək ön hissəsi, arxa hissəsi qanabənzər maddə ilə bulaşmışdır. Köynək çəkilərkən paltarlar arasında ilişib qalmış bir ədəd güllə başlığı çıxarıldı və maddi sübut kimi müstəntiqə təhvil verildi. Köynəyin xüsusilə yuxarıda qeyd edilmiş paltarlarla üst-üstə düşən sol çiyin bel nahiyyəsində kiçiyinin ölçüsü 0,5 sm və böyüyünün ölçüsü 7x5 sm ölçüdə çoxlu sayda parça deffektləri vardır. 5. Yaşıl rəngli sintetik materialdan hazırlanmış uzunqol pencək- Əzələ qacıması hesabına sağ qol hissədən kəsilərək çıxarıldı. Bu geyimdə yuxarıda qeyd edilmiş paltarlarla üst-üstə düşən eyni xarakterli parça deffektləri vardır. Dartılmaya, süzülməyə cırılmaya xarakterik parça defektləridir. Parça defektinin kiçiyinin ölçüsü 0,7x0,5 və böyüyünün ölçüsü isə 9x5 sm ölçüdədir. Qanabənzər maddə ilə bulaşmışdır. 6. Ağ rəngli qısaqol alt köynək-Alt köynəyin ön, döş, ətək və arxa hissəsi geniş sahədə qanabənzər maddə ilə bulaşmışdır. Xarici müayinədə göstərilmiş xəsarətlərlə eyni xarakterli sol çiyin nahiyyəsində, döş nahiyyəsində çoxlu sayda müxtyəlif ölçülü parça defektləri vardır. Qeyd edilmiş parça defektləri kənarları lifli olub kiçiyinin ölçüsü 0,5 sm diametrində, böyüyünün ölçüsü 9x5 sm olmaqla çoxlu saydadır. 7. Yaşıl-qara rəngli düymə, dəmir zəncirdən bel hissəsində ip sıxacaqla bağlanan idman tipli şalvar- Ön, arxa hissəədə bud nahiyyələrinə qədər qanabənzər maddələr, yarpaq və torpaqla bulaşmış vəziyyətdədir. Şalvarın iki ədəd yan cibi vardır. Sol cibində klokda bir neçə qatlanmış iki ədəd salfetqa vardır. Şalvarı üzərində köhnə sökülmüş tikiş yerləri vardır. Kənarları parça lifli ölçüsü 0,5 sm diametrində və ən böyüyü 5x2 sm ölçüdə parça defekti vardır. 8. Tünd göy rəngli sintetik materialdan hazırlanmış idman şalvarı- qanabənzər maddə ilə bulaşmışdır, nəmdir. Üzərində köhnə sökük yerləri vardır. Kənarlarında Parça deffektləri vardır. Kiçiyi 0,4 sm diametrində, böyüyü isə 3x1,5 sm ölçüdədir. Şalvar köhnədir. 9. Sarı, yaşıl, qara və qırmızı qarışıq rəngli kişi tumanı- qanabənzər maddə ilə bulaşmışdır, nəmdir. Üzərində köhnə sökük yerləri vardır. 1x0,5 və 3x1 sm ölçülərdə, eləcədə tumanın altında bir ədəd salafanın içərisində salfet, 4-5 qat qatlanmış salfet parçası vardır. Əynindəki paltarlar çıxarıldıqda meyit düzgün bədən quruluşlu, kafi qidalı, kişi cinslidir. Pülük yoxdur, sünnət olunmuşdur, xayalar xayalıq kisəsində sərbəst yerləşmişdir. Bədənin uzunluğunu təxminən 181-185 sm aralığında olması ehtimal olunur. Əllə toxunduqda meyit tam soyumuşdur. Əzələ qacıması yaxşı inkişaf etmişdir. Aşağı ətraflar əlləndikdə pataloji hərəkətlilik aşkar edilmir. 1. Bədəni üzərində sol qalça nahiyəsində 0.5x0.6 sm ölçüdə yara vardır. 2. Sol körpücük üstü nahiyəsəı 1.8x5.8 sm ölçüdə yara vardır. 3. Döş qəfəsinin sol tərəfində orta qoltuqaltı xətt üzrə 13.5x4 sm ölçüdə yara vardır. 4. Sol əlin 3-cü barmağının distal və orta falanqalar səviyyəsində 2.1x1 sm ölçüdə yara vardır. Distal falanqa yerində yoxdur. Meyitin xarici müayinəsi zamanı digər xəsarət və xəsarət izi aşkar edilmədi. Meyitin üzərindən meyidin əl-barmaq izləri alındı, əl barmaqlarından isə dırnaq nümunələri götürmək mümkün olmadı. Meyitə baxış zamanı meyitin üzərində olan paltarları götürülərək qablaşdırıldı. Meyit daxili müayinə edilməsi üçün ekspertlərə həvalə edildi. İş materiallarında olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 12 büküm marixuanaya bənzər maddə 9915 qramdır. 11 büküm heroinə bənzər maddə 10650 qramdır. 4 büküm metamfetaminə bənzər maddə 4080 qramdır. 1 büküm tiryəkə bənzər maddə 85 qramdır. Psixotrop maddə olması ehtimal edilən 30 ədəd konvalyutda olmaqla ümumi sayı 300 ədəd metodon- 40 qəhvəyi rəngli, dairəvi formalı preparatlardır. Baxış keçirilən bükümlərdəki bağlama tərəzidə çəkilərək ümumi çəkiləri 23,5 kq olduğu müəyyən olundu. Bağlamaların əsasən alt hissəsi nəm haldadır. Açılıb içərisinə baxış keçirilmədi. Müşahidə etdikdə bağlamaların içərisi görünmür. İş materiallarında olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, N №li hərbi hissənin 8-ci sərhəd zastavasının hərbi qulluqçusu, kiçik çavuş Zərərçəkmiş şəxs2 təhkim olunmuş “7062085” №li «AK-74» markalı avtomat silah və həmin silaha məxsus üzərində 1 rəqəmi həkk edilmiş patron darağı: Silahın qundağı plastmas materialdan olmaqla uzunluğu 23 sm-dir. Üzərində 35 rəqəmi həkk olunmuşdur. Arxa qurtaracaq kənarından lüləsinin qurtaracaq hissəsinədək ölçüsü 70 sm, lüləsinin uzunluğu 28 sm-dir. Silahın üzərində patron darağı yoxdur. Lülənin ucu səsboğucu detalın birləşdirilməsi təyinatı ilə əlaqədar rezbalıdır. Silahın lülə kanalından barıt qoxusu hiss olunmur. Silahın qoruyucusu bağlı vəziyyətdədir. Patron yuvası yoxlanıldıqda heç-bir patron aşkar edilmədi. Silahın tətik hissəsi və üzəri yoxlanıldıqda hər hansı barmaq izi aşkar edilmədi. Əl-dəstək hissəsi tünd qəhvəyi rəngdə plastmas materialdandır, üzərində xırda ölçülü zədələr vardır. Silahın üzərində dəmir halqalar vasitəsilə silaha bərkidilmiş qalın parça materialdan hazırlanan kəmər vardır. Silahın sol tərəfində güllə yatağı hissəsindən sol istiqamətdə silahın istehsal tarixini bildirən “90” və nömrəsini bildirən «7062085» rəqəmləri həkk olunmuşdur. Silahın çaxmağı öz yerindədir. Silahın metal sümbəsi (şompulu) üzərindədir. Əsgər Zərərçəkmiş şəxs2 xidməti istifadəsində olan AK-74 markalı “7062085” №li avtomat silaha məxsus üzərində 1 rəqəmi həkk olunmuş patron darağı: Daraq qəhvəyi rənglidir, üzərində xırda ölçülü cızıqlar vardır. Patron darağının daxilinə nəzər saldıqda içərisində patronlar aşkar edildi və patron darağındakı patronlar çıxarılıb sayılarkən, daraqda 13 ədəd döyüş patronu olduğu müəyyən edildi. Patronlar zədəsiz, üzərində vurucu izi olmayan 5.45 mm kalibrli döyüş patronlarıdır. Patronların gilizləri butulka, güllələri sivri formada metaldan hazırlanmışdır. Patronların ümumi uzunluğu 0.5 sm-dir. Döyüş patronlarının flaneç hissəsində “050-16” rəqəmləri həkk edilib. Patron darağından çıxarılmış patronlar yenidən həmin darağlara dolduruldu. Patronların uc hissəsi girintili-çıxıntılı formadadır. 2. N №li hərbi hissənin 8-ci sərhəd zastavasının hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs1 təhkim olunmuş “7070401” №li «AK-74» markalı avtomat silah və həmin silaha məxsus üzərində 1 rəqəmi həkk edilmiş patron darağı: Silahın qundağı plastmas materialdan olmaqla uzunluğu 23 sm-dir. Üzərində 51 rəqəmi həkk edilmişdir. Arxa qurtaracaq kənarından lüləsinin qurtaracaq hissəsinədək ölçüsü 70 sm, lüləsinin uzunluğu 28 sm-dir. Silahın üzərində patron darağı yoxdur. Lülənin ucu səsboğucu detalın birləşdirilməsi təyinatı ilə əlaqədar rezbalıdır. Silahın lülə kanalından barıt qoxusu hiss olunmur. Silahın qoruyucusu bağlı vəziyyətdədir. Patron yuvası yoxlanıldıqda heç-bir patron aşkar edilmədi. Silahın tətik hissəsi və üzəri yoxlanıldıqda hər hansı barmaq izi aşkar edilmədi. Əl-dəstək hissəsi tünd qəhvəyi rəngdə plastmas materialdandır, üzərində xırda ölçülü zədələr vardır. Silahın üzərində dəmir halqalar vasitəsilə silaha bərkidilmiş qalın parça materialdan hazırlanan kəmər vardır. Silahın sol tərəfində güllə yatağı hissəsindən sol istiqamətdə silahın istehsal tarixini bildirən “90” və nömrəsini bildirən «7070401» rəqəmləri həkk olunmuşdur. Silahın çaxmağı öz yerindədir. Silahın metal sümbəsi (şompulu) üzərindədir. Əsgər Zərərçəkmiş şəxs1 xidməti istifadəsində olan AK-74 markalı “7070401” №li avtomat silaha məxsus üzərində 1 rəqəmi həkk edilmiş patron darağı: Üzərində 1 rəqəmi yazılmışdır, rəngi tünd qəhvəyi rənglidir. Patron darağının daxilinə nəzər saldıqda içərisində patronlar aşkar edildi və patron darağındakı patronlar çıxarılıb sayılarkən, daraqda 19 ədəd döyüş patronu olduğu müəyyən edildi. Patronlar zədəsiz, üzərində vurucu izi olmayan 5.45 mm kalibrli döyüş patronlarıdır. Patronların gilizləri butulka, güllələri sivri formada metaldan hazırlanmışdır. Patronların ümumi uzunluğu 0.5 sm-dir. Döyüş patronlarının flaneç hissəsində “050-16” rəqəmləri həkk edilib. Patron darağından çıxarılmış patronlar yenidən həmin darağlara dolduruldu. Patronların uc hissəsi girintili-çıxıntılı formadadır. 3. Sərhəd pozucusu – İİR vətəndaşı X12 meyitinin yaxınlığında aşkar edilmiş “3306287” №li «AKS-74» markalı avtomat silah və həmin silaha məxsus üzərində 2 rəqəmi həkk edilmiş patron darağı: Silahın qundağı dəmir materialdan olmaqla açılıb-bağlanandır. Uzunluğu 23 sm-dir. Arxa qurtaracaq kənarından lüləsinin qurtaracaq hissəsinədək ölçüsü 70 sm, lüləsinin uzunluğu 28 sm-dir. Silahın üzərində patron darağı yoxdur. Lülənin ucu səsboğucu detalın birləşdirilməsi təyinatı ilə əlaqədar rezbalıdır. Silahın lülə kanalından barıt qoxusu hiss olunmur. Silahın qoruyucusu bağlı vəziyyətdədir. Patron yuvası yoxlanıldıqda heç-bir patron aşkar edilmədi. Silahın tətik hissəsi və üzəri yoxlanıldıqda hər hansı barmaq izi aşkar edilmədi. Əl-dəstək hissəsi tünd qəhvəyi rəngdə plastmas materialdandır, üzərində xırda ölçülü zədələr vardır. Silahın üzərində dəmir halqalar vasitəsilə silaha bərkidilmiş qalın parça materialdan hazırlanan kəmər vardır. Silahın sol tərəfində güllə yatağı hissəsindən sol istiqamətdə silahın istehsal tarixini bildirən “84” və nömrəsini bildirən «3306287» rəqəmləri həkk olunmuşdur. Silahın çaxmağı öz yerindədir. 3306287” №li «AKS-74» markalı avtomat silaha məxsus üzərində 1 rəqəmi həkk edilmiş patron darağı: Üzərində 2 rəqəmi yazılmışdır, açıq qəhvəyi rənglidir. Patron darağının daxilinə nəzər saldıqda içərisində patronlar aşkar edildi və patron darağındakı patronlar çıxarılıb sayılarkən, daraqda 22 ədəd döyüş patronu olduğu müəyyən edildi. Patronlar zədəsiz, üzərində vurucu izi olmayan 5.45 mm kalibrli döyüş patronlarıdır. Patronların gilizləri butulka, güllələri sivri formada metaldan hazırlanmışdır. Patronların ümumi uzunluğu 0.5 sm-dir. Döyüş patronlarının flaneç hissəsində “270-81” rəqəmləri həkk edilib. Patron darağından çıxarılmış patronlar yenidən həmin daraqlara dolduruldu. Patronların uc hissəsi girintili-çıxıntılı formadadır. Bundan başqa, hadisə yerindən aşkar edilərək götürülmüş AK-74 markalı avtomat silaha məxsus 5.45 mm. kalibrli patrona aid olan 07 ədəd gilizi, həmçinin “3306287” №li «AKS-74» markalı avtomat silahın lülə yatağından çıxarılmış 01 ədəd 5.45 mm.kalibrli (arxa hissədə 539-82 rəqəmləri həkk edilmiş) patron fiksə edilərək qablaşdırıldı. İş materiallarında olan Azərbaycan Respublikası Baş prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin 19 aprel 2022-ci il tarixli, 16/1-43919 nömrəli sorğuya cavab məktubundan görünür ki, DİN-in Vahid məlumat axtarış sistemində ******* nömrəli, “AKS-74” markalı avtomat silah itmiş (oğurlanmış) silahların siyahısında müəyyən edilməmişdir. İş materiallarında olan əməliyyat tapşırığına Cəlilabad RPŞ-nin 14 iyun 2022-ci il tarixli, 142-20274-1122 nömrəli cavab məktubundan görünür ki, daxil olmuş əməliyyat tapşırığı əsasında bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, İİR vətəndaşlarının Azərbaycan Respublikası ərazisində əlaqədə olduqları şəxs və ya şəxslərin müəyyən edilməsi, ölkəyə gətirmək istədikləri narkotik vasitə kütlələri kim və ya kimlərlə realizə edəcəkləri və digər xüsusatlar üzrə həyata keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq hələ ki müsbət istiqamətdə nəticə əldə olunmamışdır. X4 İİR vətəndaşları ilə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə müvafiq sorğular göndərilmişdir. Əldə edilən ilkin cavablar aidiyyəti üzrə sizə təqdim edilmişdir. İş materiallarında olan əməliyyat tapşırığına Cəlilabad RPŞ-nin 30 may 2022-ci il tarixli, 142-18231-1122 nömrəli cavab məktubundan görünür ki, hər iki şəxs qabaqcadan hələ ki şəxsiyyəti müəyyən edilməyən şəxs və ya şəxslərlə cinayət əlaqəsinə girərək ölkə sərhədlərindən kənar qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə kütlələrini Azərbaycana keçirmək istəyərkən sərhəd xidməti əməkdaşlarının sayıqlığı nəticəsində onların cinayət əməllərinin qarşısı alınmışdır. Əməliyyat yolu ilə həmin şəxslərin əvvəllər də sərhəd pozuntusu edərək qaçaq yolla ölkəyə gəlməsi və narkotik vasitə kütlələri keçirməsi müəyyən olunmuşdur. Buna baxmayaraq onlarla cinayət əlaqəsində olan şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlərimizin davam etdirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. İş materiallarında olan 07 aprel 2022-ci ildə DSX-nin SQ-nin N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının 1-ci sahəsində dövlət sərhədini qanunsuz olaraq İİR-dən Azərbaycan Respublikasına keçmiş sərhəd pozucularından birinin zərərsizləşdirilməsi, digərinin isə saxlanılması ilə bağlı Mobil Müşahidə Sistemi vasitəsilə qeydə alınmış videogörüntünün əks olunduğu diskə keçirilmiş baxış protokolundan görünür ki, diski “HP” markalı kompüterin disk yuvasına saldıqda içərisində “8 SZ PTZ xx.xx.2022” adlı 150 MG ölçüdə bir ədəd video faylın olduğu aşkar edildi. Həmin videofaylı açan zaman 07:46 dəqiqəlik videogörüntünün olduğu müəyyən edildi. Təqdim edilmiş diskdəki videogörüntülər xx.xx.2022-ci il tarixdə, saat 21:20:17-dən etibarən başlayır. Videogörüntülər termal müşahidə kameraları vasitəsilə fiksə olunduğundan obyektlər ağ rəngdə əks olunmuşdur. Görüntüyə baxış zamanı həmin tarixdə saat 21:20:17-dən başlayaraq ağ fonda 2 nəfər naməlum şəxsin dövlət sərhəd rejimini pozaraq qanunsuz və bir-birinə paralel şəkildə İİR-dan üzü AR istiqamətində sürətlə hərəkət etmələri və AR ərazisində olan əsas mühəndis texniki çəpərə doğru irəlilədikləri, 1 nəfər şəxsin isə onlardan geridə dayanaraq gözlədiyi əks olunur. Həmin şəxslərin bir-birinə paralel şəkildə irəliləmələrinin görüntüsü saat 21:22-dək davam edir. Saat 21:28-dən başlayaraq ərazidə hərbiçilərə məxsus olduğu ehtimal edilən maşınların hərəkəti müşahidə olunur. Həmin vaxtdan onlardan geridə olan digər şəxs isə irəliyə-geriyə doğru hərəkət etməklə yenidən əvvəlcə dayandığı mövqeyə qayıdır. 21:31-dən başlayaraq zastavanın 1-ci sahəsində avtomobillərdən düşən şəxslərin İİR istiqamətində dövlət sərhəd xətti boyu və AR istiqamətində əsas mühəndis texniki çəpər boyu zəncirvari şəkildə düzülüşü və hərəkəti müşahidə olunur. 21:31:20-də AR istiqamətində əsas mühəndis texniki çəpərdən üzü İİR istiqamətində 2 nəfər şəxsin sürətlə qaçması qeydə alınır. 21:32:16-də həmin şəxslərlə avtombildən düşən və sərhəd xəttini qapatmağa çalışan sərhədçilərin üzbəüz gəlmələri müşahidə olunmuşdur. Qısa müddət sonra həmin şəxslərdən birinin yerə yıxıldığı və hadisə yerinə həm əsas mühəndis texniki çəpər, həm də dövlət sərhəd xətti istiqamətindən bir qrup şəxsin (sərhədçi olduğu ehtimal edilən) cəld şəkildə gəlməsi əks olunur. Şəxsiyyəti istintaqa məlum olmayan digər 3-cü şəxs isə İİR istiqamətinə doğru qaçaraq görüntüdən itir. Videogörüntü 21:35:39-da başa çatır. İş materiallarında olan X25 Behzad Mohammadə (Təqsirləndirilən şəxs) məxsus “Samsung Galaxy S İİİ Neo” markalı “GT-İ9300İ” modelli “**********25053, **********25051” “ımeı” kodlu mobil smartfona baxış protokolundan görünür ki, mobil telefonun ekran görüntüsündə azyaşlı uşağın foto-görüntüsü vardır. Telefonun mesaj bölməsində İİR-ə məxsus olan mobil telefon nömrələrindən daxil olan və çıxan fars qrafikası ilə yazılmış mesajlar vardır. Telefonun “Qalereya” bölməsində X25 Behzad Məhəmmədə məxsus və digər iş üçün əhəmiyyət kəsb etməyən foto və video-görüntülər vardır. Telefonun “ACR” səsyazısı proqram təminatına daxil olduqda X25 Behzad Məhəmmədin istifadəsində olan +**********62 mobil telefon nömrəsi ilə həmin proqram təminatında 27 mart 2022-ci il tarix olması göstərilən vaxtda +**********64 mobil telefon nömrəsi ilə 5 dəfə, hadisənin baş verdiyi 07 aprel 2022-ci il tarix 20:33 saatdan həmin gün 22:27 saatadək aralarında telefon danışığı olmuş və həmin danışığın səsyazıları proqramın yaddaşına köçürülmüşdür. 27 mart 2022-ci il tarixdəki uzunluğu 33 saniyə olan səsyazısında +**********64 mobil telefon nömrəsi ilə zəng edərək X25 Behzad Məhəmməd ilə danışan şəxsin İsmayıl adlı şəxs olması müəyyən olunur. 07 aprel 2022-ci il tarixli, uzunluğu 02 dəq.40 saniyə olan səsyazısında İsmayıl adlı şəxs X25 Behzad Məhəmmədi çağırır, sonuncu ona cavab verdikdən sonra “Sol tərəfinizdədi”, “Tez olun, mən öldüm daha” səs yazısının sonunda “Behzad, Behzad ayə qaçın, qaçın, tez gəlin, tez olun” ifadələri işlədir və bununla yanaşı həmin səs yazısında çantanın zəncirbəndinin açılması ehtimal edilən səslər vardır. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 19 oktyabr 2022-ci il tarixli, 1080 nömrəli rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə, tədqiq edilmiş sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanıb cinayətin yuxarıda təsvir edilən formada törədildiyi qənaətinə gələrək, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində göstərdiyi «həmkəndlisi X12 ailəsini təhdid etməklə ailə üzvlərindən iki nəfəri yanında girov saxlayaraq onu bu cinayət əməlin törətməyə məcbur etmiş, ailə üzvləri təhlükədə olduğundan bu cinayəti əməlini törətmiş kimi» xüsusatları onun cinayət məsuliyyətindən yayınmağa yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə, iş üzrə obyektiv həqiqəti müəyyən edərkən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri daha səmimi, düzgün, obyektiv, məntiqli ifadələr kimi qəbul edir və həmin ifadələrin işin faktiki halların uyğun gəldiyi qənaətinə gəlir. Məhkəmə gəldiyi nəticələri mövcud qanunvericiliyin və Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxs Piran Qaraqasımlının əldə etdiyi narkotik vasitə heroin, metamfetamin, tiryək, marixuana və metadon həbləri miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, qeyd edilən Plenumun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avandanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən həmin qərarının 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CMin 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.3, 29,120.2.7, 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3, 315 və 318.2-ci maddələri ilə düzgün tövsif edilmiş və o həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin tövsifi məsələsini müzakirə edərək Piran Qaraqasımlının hərəkətlərini Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.3, 29,120.2.7, 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3, 315 və 318.2-ci maddələrinin dispozisiyası şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.3, 29,120.2.7, 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3, 315 və 318.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmuyuona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, ona təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 08 aprel 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Cəlilabad rayon məhkəməsinin 10 aprel 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 08 aprel 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının Biləsuvar rayonu, Qaraqasımlı kəndində olmaqla himayəsində arvadı, 2 azyaşlı uşağı ilə birgə göstərilən ünvanda yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 2 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, heç bir yerdə işləməyən arvadının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qabaqcadan əlbir olmuş bir qrup şəxs halında hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərməsi cinayətini törətməsidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10304,56 qram olan heroin, qalıq çəkisi 3989,8 qram olan metamfetamin, qalıq çəkisi 9269 qram olan qurudulmuş marixuana, qalıq çəkisi 78,301 qram olan tiryək və 282 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eləcə də iş üzrə maddi sübut kimi tanınaraq DSX-nin SQ-nin N nömrəli hərbi hissəsində saxlanılan “AK-74” arkalı, ******* nömrəli, “AK-74” markalı ******* nömrəli, “AKC-74” markalı ******* nömrəli 03 ədəd avtomat silahı, 03 ədəd patron sandıqçası, 46 ədəd 5,45 mm. kalibrli patron, 19 ədəd giliz, 01 ədəd güllə, eksperimental atılmış 9 ədəd giliz hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in X26 Baş İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınan və X7na məxsus 01 (bir) ədəd kamufilə olunmuş gödəkçə, 01 (bir) ədəd səhra tipli haki rəngli köynək, 01 (bir) ədəd qara rəngli şalvar, 01 (bir) ədəd qara rəngli şort, 01 (bir) ədəd boz rəngli tuman, 01 (bir) cüt boz rəngli corab, 01 (bir) cüt üzərində “Nike” yazısı olan idman ayaqqabısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan və X7na məxsus “KGTEL” markalı “KG1280” modelli “**********17247, **********36957” “ımeı” kodlu mobil telefon içərisində “İrancell” mobil operatoruna aid 01 ədəd “SİM” danişıq kartı, 01 ədəd boz rəngli qulaqlıq və 01 ədəd xırda həcmli kitab şəklində olan dini dualar toplusu,ilə birlikdə onun ailəsinə qaytarılması üçün təqsirləndirilən şəxs X6 şəxsi əşyalarına qoyulmalı, 01 ədəd xırda həcmli kitab şəklində olan dini dualar toplusu, üzərində fars əlifbası ilə yazılar qeyd olunmuş kağız vərəqələr, 01 ədəd gümüşü-qızıl rəngli boyunbağı, 05 ədəd üzərində fars əlifbası ilə yazılar qeyd olunmuş kağız vərəqələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon prokurorluğunda saxlanılan və təqsirləndirilən şəxs X8 məxsus “Samsung Galaxy S İİİ Neo” markalı “GT-İ9300İ” modelli “**********25053, **********25051” “ımeı” kodlu mobil smartfon içərisində “İrancell” mobil operatoruna aid iki ədəd “SİM” danişıq kartı, əlavə olaraq dörd ədəd “SİM” danışıq kartları, mobil smartfonun daxilindəki üzərində “Apecer 8 GB” yazısı olan “micro SD” xarici yaddaş kartı hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qaytarılması üçün onun şəxsi əşyalarına əlavə edilməsindən ötrü Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Qeyd edilənlərlə yanaşı, Təqsirləndirilən şəxs 699 (altı yüz doxsan doqquz)manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.3, 29,120.2.7, 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3, 315 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 29,120.2.1, 29,120.2.3, 29,120.2.7-ci maddələri ilə 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 228.2.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 315-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 318.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza - 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu gündən, yəni 08 aprel 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı çəkdikdən sonra barəsində Azərbaycan Respublikası CM-in 52-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikası CM-in 52.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına gəlmək hüquqarı onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10304,56 qram narkotik vasitə heroin, qalıq çəkisi 3989,8 qram psixotrop maddə olan metamfetamin, qalıq çəkisi 9269 qram qurudulmuş marixuana, qalıq çəkisi 78,301 qram tiryək və 282 ədəd metadon həbləri, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq DSX-nin SQ-nin N nömrəli hərbi hissəsində saxlanılan “AK-74” markalı, ******* nömrəli, “AK-74” markalı, ******* nömrəli, “AKC-74” markalı, ******* nömrəli 03 ədəd avtomat silahı, 03 ədəd patron sandıqçası, 46 ədəd 5,45 mm. kalibrli patron, 19 ədəd giliz, 01 ədəd güllə, eksperimental atılmış 9 ədəd giliz hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in X26 Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınan və X7na məxsus 01 (bir) ədəd kamufilə olunmuş gödəkçə, 01 (bir) ədəd səhra tipli haki rəngli köynək, 01 (bir) ədəd qara rəngli şalvar, 01 (bir) ədəd qara rəngli şort, 01 (bir) ədəd boz rəngli tuman, 01 (bir) cüt boz rəngli corab, 01 (bir) cüt üzərində “Nike” yazısı olan idman ayaqqabısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan və X7na məxsus “KGTEL” markalı “KG1280” modelli “**********17247, **********36957” “ımeı” kodlu mobil telefon içərisində “İrancell” mobil operatoruna aid 01 ədəd “SİM” danişıq kartı və 01 ədəd boz rəngli qulaqlıq ilə birlikdə və 01 ədəd xırda həcmli kitab şəklində olan dini dualar toplusu, üzərində fars əlifbası ilə yazılar qeyd olunmuş kağız vərəqələr, 01 ədəd gümüşü-qızıl rəngli boyunbağı, 05 ədəd üzərində fars əlifbası ilə yazılar qeyd olunmuş kağız vərəqələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon prokurorluğunda saxlanılan və təqsirləndirilən şəxs X8 məxsus “Samsung Galaxy S İİİ Neo” markalı “GT-İ9300İ” modelli “**********25053, **********25051” “ımeı” kodlu mobil smartfon içərisində “İrancell” mobil operatoruna aid iki ədəd “SİM” danişıq kartı, əlavə olaraq dörd ədəd “SİM” danışıq kartları, mobil smartfonun daxilindəki üzərində “Apecer 8 GB” yazısı olan “micro SD” xarici yaddaş kartı hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qaytarılması üçün onun şəxsi əşyalarına əlavə edilməsindən ötrü Bakı İstintaq Təcridxanasına göndərilsin. İş üzrə 699 (altı yüz doxsan doqquz) manat məbləğində məhkəmə ekspertiza xərcləri Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar