Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-481/2024 09.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X21, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxx 1986-cı ildə Astara rayonunun Suparibağ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Astara rayonu, Suparibağ kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən külli miqdarda, yəni 15,148 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 21 fevral 2024-cü il tarixdə, saat 16:05-də Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı idarə etdiyi avtomobillə Astara şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman saxlanılaraq şöbənin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 15,148 qram olan narkotik vasitə heroin əynində olan qara rəngli gödəkçəsinin sağ içəri cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 21 fevral 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Astara Rayon Polis Şöbəsinə aparılmış, şöbədə polislər ona bir ədəd sellofan bükümdə narkotik vasitəni verib özünə məxsus olmasını boynuna götürməyi, əks halda yəni, narkotik vasitəni boynuna götürmədiyi təqdirdə narkotiki evinə qoyacaqlarını bildirmişlər. Ailəsini, yaşlı, xəstə ailə üzvlərinin olduğunu düşünüb, məcburiyyət qarşısında qalaraq polislərin dediyini etmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilməyə başlanmış, əynində olan gödəkçəsinin sağ yan cibindən özünə məxsus “Redmi” markalı mobil telefonu, sol yan cibindən avtomobilin açarını çıxarıb masanın üzərinə qoymuş, gödəkçənin sağ içəri cibindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, siqaret belə çəkməmiş, idmanla məşğul olmuş, voleybol idman növü üzrə müxtəlif yarışlarda iştirak etmiş, Astara rayonu üzrə ən yaxşı voleybolçu seçilmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Sadəcə ibtidai istintaq zamanı mənəvi-psixoloji təsir altında qalıb narkotik vasitə istifadə etdiyini boynuna götürmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı ona fiziki təsir göstərilməmişdir. Saxlanıldığı zaman üzərində şəxsi axtarış keçirilməmiş, şəxsi axtarışın keçirilməməsi barədə xahiş etməmişdir. İfadəsində formal olaraq şəxsi axtarışın saxlanıldığı yerdə keçirilməməsi barədə xahiş etdiyi yazılmışdır. Onu saxlayan şəxslər dörd nəfər olmuşlar. Həmin şəxslər ona heç bir təzyiq və ya təsir göstərməmişlər. Onu ailəsinin gözü qabağında saxlayıb polis maşınına mindirmişlər, avtomobilini isə polis əməkdaşı sürüb şöbəyə aparmışdır. Şöbəyə gətirildikdən sonra onu bir otağa salmışlar. Həmin otağa beş-altı nəfər daxil olub, ona narkotiki üzərinə götürməli olduğunu bildirmişlər. Ona konkret kimin təzyiq etdiyini bilmir, çünki, təzyiq edən polis əməkdaşlarının arasında mülki geyimli şəxslər də olmuşdur. Polislər ona İranda olduğunu, ibadətlə məşğul olmasını, aşura mərasimlərində iştirak etdiyini, dini ziyarətə getdiyini demişlər, o da həmin məlumatların doğruluğunu təsdiq etmişdir. Dövlətin ziyarətə getməyi qadağan etmədiyini, belə qadağa olsaydı, ziyarətə getməyəcəyini bildirmişdir. Qanuni şəkildə sərhəddi keçmiş, sərhəd pozuntusu etməmişdir. Azərbaycan Respublikasında aşura mərasimlərində iştirak etməyin qadağan olunmadığını, tolerant ölkə olduğunu və ölkədə vicdan azadlığının mövcudluğunu bildirmişdir. İrana sonuncu dəfə dörd-beş il əvvəl getmiş, ümumiyyətlə İranda dini ziyarət, alış-veriş, müalicə kimi məqsədlərlə olmuşdur. Üzərində şəxsi axtarış keçirilərkən videoçəkiliş aparılmış, bu zaman ona psixoloji təsir göstərilməsi barədə heç nə deməmişdir. Videoçəkiliş zamanı sənəddə göstərildiyi kimi danışmışdır. Avtomobili polislərin əlində olmuş, cinayət əməlini boynuna almadığı halda narkotik vasitənin evinə qoyulacağı üçün məcbur qalıb narkotik vasitənin ona məxsus olduğunu demişdir. Tutulduqdan bir gün sonra narkoloji ekspertizadan keçirilmiş, ondan analiz götürmüşlər, lakin analizin nəticələrindən məlumatsız olmuşdur. Ona psixoloji təsir göstərildikdən sonra narkotik vasitəni tanımadığı şəxsdən alması məzmunda ifadə vermişdir. Polislər ona narkotik vasitə istifadəçisi olduğunu etiraf etməsi, lakin satışla məşğul olmaması məzmununda ifadə verəcəyi halda daha yüngül cəza alacağını demişlər. Bundan başqa, polis əməkdaşları evində axtarış zamanı iştirak etməyinə ehtiyac olmadığını, onsuz da evindən qanunsuz heç nə çıxmayacağını bildirmişlər. Qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarıldığı zaman ona təzyiq olunduğunu deməmişdir. Həmin vaxt Astara Rayon Polis Şöbəsində saxlanıldığından polislərin nəzarəti altında olması səbəbilə heç nə deyə bilməmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunan “Redmi” markalı mobil telefon uzun müddət ailə üzvlərinə qaytarılmamış, yalnız məhkəmə istintaqı ərəfəsində qaytarılmışdır. Ağzında bir neçə dişinin olmamasının səbəbi tutulmamışdan bir gün qabaq stomatoloqa getməsi və müalicə məqsədilə dişlərini çıxartdırması olmuşdur. Tutulduğu üçün müalicəni davam etdirə bilməmişdir. Narkotikə görə deyil, İranda dini ziyarətdə olduğu üçün tutulduğunu düşündüyünü, göydə Allahın, yerdə məhkəmənin ədalətinə sığındığını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 20 fevral 2024-cü il tarixdə, günorta saatlarında özünə məxsus “VAZ-2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara şəhəri ərazisində hərəkətdə olmuş, gömrük terminalının yaxınlığında avtomobili dayandırıb, yerə düşmüş və bir nəfər tanımadığı şəxslə söhbət etməyə başlamışdır. Söhbət əsnasında həmin şəxsin narkotik satdığını bilmiş, ona 40 (qırx) manat pul verib, bir ədəd bükümdə narkotik vasitə olan heroin almış, həmin gün evinə getmiş və narkotik vasitədən istifadə etməmişdir. Mütəmadi olaraq narkotik vasitə istifadə etməmiş, il ərzində bir-iki dəfə əsəbi və ya problemləri olanda fikrini dağıtmaq məqsədi ilə narkotikdən istifadə etmişdir. 21 fevral 2024-cü il tarixdə, saat 16 radələrində idarə etdiyi “VAZ-2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən 20 fevral 2024-cü il tarixdə aldığı heroin əynində olan gödəkçənin cibində olmuşdur. Avtomobillə hərəkətdə olarkən arxası ilə avtomobil hərəkət etmiş, anidən həmin avtomobil idarə etdiyi avtomobili ötüb qarşıda dayanmış və yolunu kəsmişdir. Özündən asılı olmayaraq avtomobili dayandırmış, qarşıdakı avtomobildən dərhal bir neçə nəfər düşüb, qaçaraq onun avtomobilinə yaxınlaşmış, o da nə baş verdiyini bilmək məqsədi ilə avtomobildən düşmüşdür. Yaxınlaşan şəxslər özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmiş, artıq polislərin nəyə görə onu saxladığını başa düşmüşdür. Polislər ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib, üzərinə şəxsi axtarış keçirəcəklərini demiş, polislərdən küçədə üzərində axtarış aparmamalarını xahiş etmiş və polislər onu polis şöbəsinə gətirmişlər. Şöbəyə daxil olduqda şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış başlanan zaman polislər ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşyanın olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. Həmin təklifdən sonra ilk öncə əynində olan gödəkçənin sağ yan cibindən özünə məxsus “Redmi” markalı mobil telefonu, sol yan cibindən avtomobilin açarını çıxarıb masanın üzərinə qoymuş, sonra isə gödəkçənin sağ içəri cibindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroini çıxarıb, təqdim etmişdir. Üzərində axtarış aparılsa da, təqdim etdiyi əşyalardan başqa üzərindən hər hansı əşya aşkar edilməmişdir. Aparılan şifahi sorğu zamanı heroini 20 fevral 2024-cü il tarixdə terminalın yaxınlığında tanımadığı şəxsdən 40 (qırx) manata aldığını demiş, təqdim etdiyi büküm elektron tərəzidə çəkilərək 16 qram olması müəyyən edilmiş, büküm bir ədəd zərfdə qablaşdırılmış, zərf möhürlənmiş və digər iştirakçılarla birlikdə zərfi imzalamışdır. Şəxsi axtarış yekunlaşdıqdan sonra protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, müdafiəçisi və şəxsi axtarışda iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışdır. Bundan sonra avtomobilinə də baxış keçirilmiş, lakin avtomobilindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə narkotik vasitə olan heroini 20 fevral 2024-cü il tarixdə günorta saatlarında gömrük terminalının yaxınlığında tanımadığı şəxsdən istifadəsi üçün 40 (qırx) manata almış, il ərzində bir-iki dəfə heroindən istifadə etmiş, narkotik aludəçisi və narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç vaxt kiməsə narkotik vasitə satmamış və verməmişdir. Nə vaxtsa istifadə etmək üçün narkotiki üzərində saxlamış, satmaq kimi bir niyyəti olmamışdır. Narkotik vasitəni aldığı şəxs orta boylu, arıq, qaraşın biri olmuş, saqqal saxlamış, təxminən 30-35 yaşlarında olmuş, həmin şəxsdən adını soruşduqda adını və harada yaşadığını deməmiş, ondan ehtiyyat etdiyindən barəsində heç bir məlumat verməmişdir (iş vərəqi 66-68). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı ona göstərilmiş psixoloji təzyiqlə əlaqələndirmiş, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu, yəni narkotik vasitənin nəinki satışı ilə məşğul olmaq, hətta istifadəçisi belə olmadığını, üzərində aşkar olunun narkotikin ona məxsus olmamasını, valideynlərindən birinin ikinci, digərinin üçüncü qrup qrup əlil olmaqla, fiziki qabiliyyətlərinin aşağı səviyyədə olmasını, onlara kömək etmək üçün yanlarında ondan başqa heç bir kəsin olmamasını, bundan başqa himayəsində iki azyaşlı övladının olmasını, onların təhsil almalarının onun üçün önəmli olduğunu, Müstəqil Azərbaycan Respublikasının savadlı kadrlara ehtiyacı olduğundan övladlarını bu yöndə yetişdirmək arzusunda olmasını, bunun üçün də atalıq borcunu yerinə yetirmək istədiyini bildirərək məhkəmədən, barəsində olan cinayət işinə obyektiv baxılmaqla ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə cinayət işi üzrə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsini əsas götürərək, habelə şahidlərin ifadələrini dinləyərək, həmçinin iş materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara Rayon Polis Şöbəsi X3 sabiq baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat tədbiri ilə bağlı tanımış, aralarında ədavət və ya düşmənçilik, qohumluq münasibətləri yoxdur. Hazırda Hacıqabul Rayon X15 Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində işləyir. X3 baş əməliyyat müvəkkili işlədiyi dövrdə, yəni 21 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına daxil olmuş əməliyyat məlumatı şöbə rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində ondan başqa polis əməkdaşları Şahid3, Şahid2 və Şahid4 iştirak etmişlər. Əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müşahidəyə götürülmüş, onun 21 fevral 2024-cü il tarixdə, saat 16 radələrində idarə etdiyi “VAZ-2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara şəhəri istiqamətində hərəkətdə olduğunu görmüşlər. Avtomobillə Elvinin hərəkətdə olduğu avtomobilin qarşısını kəsmiş və dərhal avtomobildən yerə düşərək onun avtomobilinə yaxınlaşmışlar. Avtomobilə yaxınlaşdıqda Elvin də avtomobilindən yerə düşmüşdür. Özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair şübhələrinin olduğunu və üzərində şəxsi axtarış keçirilməli olmasını demişlər. Elvin yaxınlıqda olan insanların onu tanıyacağını, bu səbəbdən də utandığını bildirib, polis şöbəsində üzərində şəxsi axtarış aparılmasını xahiş etmiş, ona görə də Elvini avtomobili ilə birlikdə Astara Rayon Polis Şöbəsinə gətirmişlər. Elvin şöbənin inzibati binasına gətirildikdən sonra şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçi ilə təmin edilmişdir. Elvinin üzərində narkotik vasitə olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə, dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşyanın olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış zamanı Elvinin üzərindən bir ədəd mobil telefon, avtomobil açarı, bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroin aşkar olunmuşdur. Elvin həmin kütlənin özünə məxsus olduğunu, 20 fevral 2024-cü il tarixdə Astara gömrük terminalının yaxınlığında tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Şahid1 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs heroini narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün əldə etmişdir. Əməliyyat məlumatında Elvinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu bildirilmişdir ki, burada dövriyyə dedikdə satış da nəzərdə tutulur. Amma onun narkotik vasitələri kimə satması müəyyən olunmamışdır. Elvinə polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixi təsir göstərilməmiş, özü də saxlanılarkən qaçmağa cəhd göstərməmişdir. Elvin polisin xidməti avtomobilində şöbəyə aparılmış, şəxsi avtomobilini isə polis əməkdaşı sürərək şöbəyə gətirmişdir. Elvin şöbəyə aparılandan üzərində şəxsi axtarış keçirilənə kimi yanında olmuş, bu müddət ərzində o, başqa otağa salınmamışdır. Elvinin üzərində şəxsi axtarış keçirilməsində iştirak etmiş, həmin vaxt orada təhqiqatçı, müdafiəçi iştirak etmiş, kənar şəxslər olmamışdır. Elvin tutulduqdan bir saatdan çox vaxt keçdikdən sonra üzərində şəxsi axtarış keçirilməsinin səbəbini bilmir. Onun üzərindən çıxmış mobil telefonun aqibəti barədə məlumatı yoxdur. Məhkəmə iclasında dindirilmiş şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara Rayon Polis Şöbəsinin X3 əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3, Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis baş serjantı Şahid4 Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də mötəbər sübut kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara Rayon Polis X10 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (iş vərəqi 01). Astara Rayon Polis Şöbəsi X3 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində külli miqdarda narkotik vasitə daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 03). Astara Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı və eyni tarixli əmrindən görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanması məqsədi ilə həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 04-08). Astara Rayon Polis Şöbəsi X3 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində külli miqdarda narkotik vasitə daşımasında şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:05-də Astara şəhəri, H.Əliyev prospektində idarə etdiyi “VAZ-2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman tərəflərindən saxlanılaraq şöbəyə aparılmışdır (iş vərəqi 09). Təqsirləndirilən şəxs Astara Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, həmin tarixdə üzərinə və “VAZ-2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsinə etirazı olmamışdır (iş vərəqi 11). Astara Rayon Polis X9 xx.xx.2024-cü il tarixli qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:05-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 12-13). Astara Rayon Polis X9 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon, sol yan cibindən avtomobil açarı, sağ içəri cibindən şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, yumuşaq formada narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmiş, daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşya aşkar edilməmiş, üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlələrin çəkisi elektron tərəzidə çəkilərək çəkisinin 16,06 qram olması müəyyən edilmiş və müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu aparılarkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni öz istifadəsi üçün 20 fevral 2024-cü il tarixdə Astara şəhərində, terminal tərəfdə tanımadığı şəxsdən 40 (qırx) manata alaraq üzərində saxladığını, əsəblərini sakit etməkdən ötrü istifadə edəcəyini bildirmişdir. Şəxsi axtarışın videogörüntüsünü özündə əks etdirən bir ədəd DVD disk protokola əlavə edilmiş və həmin diskə məhkəmə iclasında baxış keçirilmişdir (iş vərəqi 28-30). Astara Rayon Polis X9 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “VAZ-2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və qanunsuz heç bir predmet və ya əşya aşkar olunmamışdır. Avtomobilə baxış istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən bir ədəd DVD disk protokola əlavə edilmiş və həmin diskə məhkəmə iclasında baxış keçirilmişdir (iş vərəqi 31-32). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 Bölməsinin 19/177 nömrəli, xx.xx.2024-cü il tarixli ekspertiza rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 15,148 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Narkotik vasitə heroinin ekspertizadan sonra qalıq qalmış 15,048 qramı geri qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir (iş vərəqi 38-41). Astara Rayon Polis X10 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 58-59). Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(018)-15/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 21 fevral 2024cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 77-81). Astara Rayon Polis X10 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi Not 12” markalı mobil telefona baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır (iş vərəqi 82). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər X1 X16 Yoxlamanın xx.xx.2024-cü il tarixli, 185 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan opioidlərdən istifadə halları istisna olunmur. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 84). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X19 “canlı şəxsin ekspertizasına dair” 79 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir (iş vərəqi 86-87). Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(018)-32/2024 nömrəli qərarından görünür ki, Astara Rayon Polis Şöbəsinin Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 21 fevral 2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir ( iş vərəqi 99-100). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 101). Astara Rayon İcra Hakimiyyəti Başçısının Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 299 nömrəli, xx.xx.2024-cü il tarixli arayışı və xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı, 10 avqust 2015-ci il və 02 yanvar 2017-ci il təvəllüdlü qızlarından (şəxsiyyətlərini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmuşdur) ibarətdir və nümayəndəliyə onun barəsində müsbət və ya mənfi məlumat daxil olmamışdır (iş vərəqi 111-112). Astara Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilsə də, onun konkret olaraq narkotik vasitəni kimlərə satmasını müəyyən etmək mümkün olmamış, kiminləsə əlbirliyi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini nə vaxt, harada, kimdən əldə etməsini müəyyən etmək məqsədilə əməliyyataxtarış tədbirləri keçirilmiş, şəbəkədə olan məxfi əməkdaşlar təlimatlandırılaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarına görə əvvəllər məhkum olunmuş, hazırda həbsdən qayıtmış şəxslərin ətrafında axtarış və profilaktiki tədbirlər aparılmış, lakin Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini nə vaxt, harada və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Müvafiq tədbirlər keçirilsə də, Astara şəhər gömrük terminalının yaxınlığında orta boylu, arıq, qaraşın, saqqallı 30-35 yaşlarında birinin narkotik vasitə satması, həmçinin elə bir şəxsin Təqsirləndirilən şəxs narkotik vasitə satması ilə bağlı hər hansı məlumat əldə edilməmişdir (iş vərəqi 116). xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, sürücülük vəsiqəsi, pul qabı və “VAZ-2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil içərisindəki əşyalarla birlikdə onun atası X12 təhvil verilmişdir (iş vərəqi 122). Astara Rayon Polis X10 05 aprel 2024-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMC-nin 01 aprel 2024-cü il tarixli məktubu ilə daxil olmuş CD diskə baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır (iş vərəqi 116-128). Təqsirləndirilən şəxs Astara Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Astara rayonunun Suparibağ kəndində yerləşən evində iştirakı olmadan axtarış keçirilməsinə etirazı olmamışdır (iş vərəqi 133). Astara Rayon Polis X10 xx.xx.2024-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Astara rayonunun Suparibağ kəndində yerləşən evində axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş və qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır (iş vərəqi 134-138). Astara Rayon Polis X10 xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmış və onun narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün cinayət işinin materiallarından həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi qərara alınmış; Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi 15,048 qram narkotik vasitə olan heroin, şəxsi axtarış, habelə dindirmə istintaq hərəkətləri aparılan zaman qeydə alınmış videoçəkilişləri özündə əks etdirən üç ədəd DVD disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, narkotik vasitə olan heroin məhkəməyədək saxlanılmasından ötrü şöbənin saxlama kamerasına təhvil verilmiş, üç ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (iş vərəqi 142-152). Məhkəməyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Astara Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktub və ona əlavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar olunmuş bir ədəd “Redmi” markalı mobil telefon onun atası X12 qaytarılmışdır. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin “Astara Rayon Mərkəzi Xəstəxanası” X19 xx.xx.2024-cü il tarixli arayışının məzmunundan Təqsirləndirilən şəxs atası X8 həmin xəstəxananın poliklinika şöbəsində “keçirilmiş sol bud-çanaq oynağının vərəmi, sol bud-çanaq oynağının koks-artozu İV mərhələ, fibroz ankiloz, ətrafın 9 sm. qısalığı, cərrahi əməliyyatdan sonrakı vəziyyət, yerişin tam pozulması” dioqnozu ilə dispanser qeydiyyatda olması; 102818 nömrəli vəsiqənin surətindən anası X4 ikinci qrup əlil olması; Astara Rayon Təhsil Şöbəsindən verilmiş diplomun surətindən Təqsirləndirilən şəxs “Yeniyetmələrin İİİ Respublika oyunlarına hazırlıqla əlaqədar voleybol üzrə məktəblilər arasında rayon birinciliyi”ndə İ (birinci) yer tutduğuna, fəxri fərmanın surətindən “Yeniyetmələrin İİİ Respublika oyunlarının voleybol /oğlanlar arasında/ yarışlarında İİİ yer tutduğuna, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Astara Rayon Gənclər və İdman İdarəsindən verilmiş diplomun surətindən “Ulu öndər Ümumilli Lider Heydər Əliyevin 91 illik yubileyi” münasibəti ilə Suparibağ komandasının futbolçusu kimi mini futbol üzrə rayon turnirində İ yeri tutduğuna, fəxri fərmanın surətindən 2022-ci ildə Astara rayonunda voleybol idman növü üzrə ən yaxşı idmançı kimi tanınmasına, Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyindən verilmiş diplomun surətindən “Azərbaycan Respublikası zəhmətkeşlərinin İİİ spartakiadanın voleybol üzrə” layiq görüldüyünə, Təhsil Nazirliyi Milli Olimpiya Komitəsi Həmkarlar İttifaqları Konfederasiyasından verilmiş diplomun surətindən “Yeniyetmələrin İİİ Respublika oyunlarının voleybol yarışları”nda İİİ yer tutduğuna, Respublika Bədən Tərbiyəsi Mərkəzindən verilmiş diplomun surətindən, Respublika Ümumtəhsil Məktəblərinin İİ spartakiada proqramına daxil olan voleybol /oğlanlar arasında/ yarışlarında İ yer tutduğuna görə təltif olunması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 10 (on) saat 30 (otuz) dəqiqə vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə heyəti məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə ilk növbədə onu qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ özündə tərəflərin bərabərliyi, çəkişməli məhkəmə prosesi və sair prinsiplərlə yanaşı, həmçinin məhkəmə qərarlarının əsaslandırılması prinsipini ehtiva edir. Bu prinsipə əsasən məhkəmələr qərarları əsaslandıqları səbəbləri adekvat şəkildə göstərməlidirlər (“Papon Fransaya qarşı iş”). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Plenum qeyd olunan qərarında daha sonra göstərmişdir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Konstitusiya Məhkəməsinin Plenumu başqa bir qərarında da eyni hüquqi mövqeyi məhkəmələrin diqqətinə çatdırmaqla əməlin düzgün tövsif edilməsinin əhəmiyyətini xüsusilə vurğulamışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərara əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən psixoloji təzyiq və təsirə məruz qalması, Astara Rayon Polis Şöbəsinə aparılarkən şöbədə beş-altı nəfər polisin ona bir ədəd sellofan bükümdə narkotik vasitə verib özünə məxsus olmasını boynuna götürməsi, əks halda yəni, narkotik vasitəni boynuna götürmədiyi təqdirdə narkotiki evinə qoyacaqlarını bildirmələri, ailəsini, yaşlı, xəstə ailə üzvlərinin olduğunu düşünüb, məcburiyyət qarşısında qalaraq polislərin dediyini etməsi, heç vaxt narkotik vasitələrdən istifadə etməməsi, siqaret belə çəkmədiyi, sadəcə ibtidai istintaq zamanı mənəvi-psixoloji təsir altında qalıb narkotik vasitə istifadə etdiyini boynuna götürməsi, tutulduqdan bir gün sonra narkoloji ekspertizadan keçirilməsi, lakin nəticədən məlumatsız olması, ona psixoloji təsir göstərildikdən sonra narkotik vasitəni tanımadığı şəxsdən alması məzmunda ifadə verməsi, polislərin ona narkotik vasitə istifadəçisi olduğunu etiraf etməsi, lakin satışla məşğul olmaması məzmununda ifadə verəcəyi halda daha yüngül cəza alacağını demələri, narkotikə görə deyil, İranda dini ziyarətdə olduğu üçün tutulduğunu düşündüyü barədə dedikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə etmək məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etməyərək, sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə imzaladığı ilkin izahatında, bundan sonra isə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi 22 və 23 fevral 2024-cü il tarixli ifadələrində üzərindən aşkarlanan narkotik vasitə olan heroini 20 fevral 2024-cü il tarixdə, günorta saatlarında Astara şəhəri ərazisində hərəkətdə olarkən gömrük terminalının yaxınlığında tanımadığı şəxsdən əsəblərini sakitləşdirməkdən ötrü şəxsi istifadəsi məqsədilə 40 (qırx) manat müqabilində alıb üzərində daşıdığını, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkət edilmədiyini, hansısa təsir göstərilmədiyini bildirmiş və həmin protokolları imzalamışdır (34; 47-49; 66-68-ci vərəqlər). Bundan başqa, Təqsirləndirilən şəxs Astara Rayon Polis Şöbəsinin inzibati binasında vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan iç cibindən şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, yumşaq formada narkotik vasitə olan heroinəbənzər kütləni təqdim edərək, həmin kütlənin narkotik vasitə heroin olduğunu, həmin kütləni öz istifadəsi üçün 20 fevral 2024-cü il tarixdə Astara şəhərində, terminal tərəfdə tanımadığı şəxsdən 40 (qırx) manata alaraq üzərində saxladığını, əsəblərini sakit etməkdən ötrü istifadə edəcəyini bildirmiş, büküm elektron tərəzidə çəkildikdən sonra ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərfə qoyulmuş və o, hər hansı hala etiraz etmədən bütün bunlar barədə tərtib olunmuş protokolu imzalamışdır. Göstərilənlər həmin vaxt qeydə alınmış video görüntüdə əks olunmuşdur (iş vərəqi 28-30). Həmçinin, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara Rayon Polis Şöbəsi əməkdaşlarının hər biri ayrıayrılıqda ifadələrində bildirmişlər ki, Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə şöbənin inzibati binasında dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış istintaq hərəkəti aparılarkən əynindəki gödəkçəsinin iç cibindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitəyə bənzər heroini çıxarıb təqdim edərək, şifahi sorğu zamanı həmin kütlənin özünə məxsus olduğunu, 20 fevral 2024-cü il tarixdə Astara gömrük terminalının yaxınlığında tanımadığı şəxsdən əldə etdiyini, əsəblərini sakit etməsinə görə istifadə edəcəyini demiş, ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Bundan əlavə, “şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” 22 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə məhkəmə-kimyəvi ekpertizasının 19/177 nömrəli, 22 fevral 2024-cü il tarixli rəyi ilə tanış olarkən üzərindən aşkar olunan narkotik vasitə ilə bağlı hər hansı etiraz etməmiş, şikayət və etirazının olmamasını, məhkəmədə isə üzərindən aşkarlanmış narkotikin polis əməkdaşları tərəfindən cibinə qoyulmasını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə, məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi təzyiq göstərilməsi barədə aparılan istintaq hərəkətləri zamanı heç bir söz deməmiş, hətta hüquq müdafiəçisinə belə bildirməmiş və ya hər hansı bir orqana rəsmi qaydada müraciət etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəmə nəzarəti qaydasında keçirilmiş məhkəmə iclasında belə ona qarşı bu və ya digər formada təsir və ya təzyiq göstərilməsinə dair heç bir söz deməmiş, əksinə törətdiyi əməldən peşiman olduğunu bildirmişdir (iş vərəqi 77-81). Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən psixi təzyiqə məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata onun tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən Qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla, yəni təsviri hissədə sadalanan ekpert rəyi və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis şöbəsinin inzibati binasında, videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılarkən narkotik vasitə olan heroini cibindən çıxarıb təhvil verməsini və bu barədə olan protokolu, bundan başqa onun ilkin izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrini inandırıcı hesab edir, məhkəmə istintaqı zamanı verdiyi ifadələrini (üzərində olan narkotik vasitəni polis əməkdaşlarının onun cibinə qoyması, psixi təzyiq nəticəsində ona verilən bükümdə olan narkotiki təqdim etməsi, narkotik istifadəçisi olmaması hissələrdə) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, ümumiyyətlə narkotikdən istifadə etməməsi barədə bildirsə də, ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində belə bir hal göstərməmiş, əksinə bildirmişdir ki, narkotiki əsəbləşəndə, problemi olanda fikrini dağıtmaq məqsədilə əldə etmişdir. Qeyd olunan səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz psixi təzyiq nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (“Əhmədov Azərbaycana qarşı” № 30364/09, §§ 42-43, 12 noyabr 2013; “Məmmədov Azərbaycana qarşı” № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; “Rizvanov Azərbaycana qarşı” № 31805/06, §§ 12- 20, 17 aprel 2012; “Nəcəfli Azərbaycana qarşı” № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən, habelə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, ibtidai istintaqın qurtarması, cinayət işinin materialları ilə tanış olması barədə protokolları da vəkilin iştirakı ilə təsdiq etdiyinə, həmin protokollarda narkotik vasitə istifadəçisi olsa da, satışı ilə məşğul olmaq istisna olmaqla qalan hər hansı bir hala etiraz bildirməməsinə, bütün bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitə istifadəçisi olmaması, ibtidai istintaq zamanı məcburiyyət qarşısında qalıb narkotik istifadəçisi olması məzmunda etirafedici ifadələr verməsi barədə dediklərini cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib, sübut kimi nəzərə almır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq, açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, açıq məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, habelə əleyhinə ifadə verən şahidlərə müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlil, yəni, narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ifadə verməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təqsirsizlik prezumpsiyası adlandırılan 21-ci maddəsinin 2 və 3-cü bəndlərinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittiham əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirlən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Hoanq Fransaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Məhkəmə həm milli cinayət-prosessual qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti yaranır. Bu Məcəllənin 234.1-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi və daşınmasının bu maddə ilə cinayət məsuliyyətinə səbəb olması göstərilir. Göstərilən hər iki maddədə narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak məqsədilə əldə edilməsinin cinayət məsuliyyətinə səbəb olması qeyd edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.1-1-ci maddələri ilə 234.4-cü maddəsi arasındakı fərq narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədilə əldə edilib-edilməməsi ilə bağlıdır. Birinci halda təqsirkar narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak, ikinci halda isə satış məqsədilə əldə etmiş olur. Hansı halların satış məqsədinə dəlalət etməsi cinayət qanunvericiliyində birbaşa müəyyən edilməsə də, belə məqsədin işin faktiki hallarına əsasən təsbit edilməsi mümkündür. Bu mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair qərarlarında daha aydın şəkildə ifadə edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, 1.0.11-ci maddəyə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. Sözügedən Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 83-cü bəndinə görə təmiz halda 2 qramdan 800 qramadək çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi məqsədə uyğun hesab edir ki, yuxarıda qeyd edilən cinayət əməlinin, o cümlədən onun ayrı-ayrı hallarının sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi hüquqi prosedurlar daxilində aparılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 15,148 qram olan heroini, yəni külli miqdar təşkil edən narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” qərar və “cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutlmuş əməli törətməkdə şübhəli şəxs kimi saxlanılması qərara alınmış və o, tutulmuş, “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarla isə cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlanılmış və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, yalnız onun üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 15,148 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2 qramdan çox olmasına istinad etməklə ona, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Halbuki, nə həmin aralıqda, nə də ibtidai istintaqın gedişində Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki, həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən yuxarıda göstərilmiş ilkin əlamətləri, həm də, onun üzərindən aşkar edilmiş heroinin bir ədəd bükümdə, təmiz çəkisi 15,148 qram, yəni külli miqdarının aşağı həddindən yalnız altı-yeddi dəfə çox olması, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində üzərindən aşkar edilmiş bükülünü satış məqsədi ilə deyil, sakitləşmək üçün əldə edib özündə saxlamasını göstərməsi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları, sms yazışmalar haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini əldə etməsi, üzərində saxlaması, daşımasından ibarət hərəkətlərin, həmin heroindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də, Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması, iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işi üzrə məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara Rayon Polis Şöbəsinin əməkdaşları onlara ünvanlanmış suallara cavab olaraq bildirmişlər ki, əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu bildirilsə də, ki, burda dövriyyə dedikdə həmçinin satış da nəzərdə tutulur, lakin onun narkotik vasitələri kimə satması müəyyən olunmamışdır. Habelə, əməliyyat məlumatı ilə əlaqədar əlavə tədbirlər keçirmələrinə baxmayaraq Təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitəni kimlərə satması ilə bağlı məlumatları əldə edə bilməmişlər, yəni satışla bağlı məlumatlar öz təsdiqini tapmamışdır. Bundan başqa, Astara Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin əməliyyat tapşırığına cavab məktubunda qeyd olunmuşdur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilsə də, onun konkret olaraq narkotik vasitəni kimlərə satmasını müəyyən etmək mümkün olmamış, kiminləsə əlbirliyi müəyyən edilməmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində üzərindən aşkar edilmiş heroini əsəblərini sakitləşdirmək, fikrini dağıtmaq üçün əldə edib üzərində saxlamaqla daşıması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili əsaslı hesab edir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində, habelə şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə cinayət prosesinin ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən, təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, bu Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, Elvinin üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, materialların məhkəmə ekspertizasının rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan heroinin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Bundan əlavə, məhkəmənin istinad etdiyi sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı”, “Fadin Rusiyaya qarşı”, “Lenskaya Rusiyaya qarşı” və “Radçikov Rusiyaya qarşı” işlər üzrə qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Əsaslandırılmış qərarlar tərəflərə eşitdiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meyilli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. Lakin, səbəblərin göstərilməsi öhdəliyinin həcmi qərarın xarakterindən asılı olaraq dəyişir və məhkəmə işinin halları nəzərə alınmaqla müəyyənləşdirilməlidir (X14rşı iş). “Van de Hurk Niderlanda qarşı”, “Boldea Rumınyaya qarşı” və “Hadjianastassiu Yunanıstana qarşı” işlər üzrə qərarlarda göstərilmişdir ki, məhkəmələr irəli sürülmüş hər bir arqumentə cavab vermək məcburiyyətində olmasalar da, qərardan aydın olmalıdır ki, məhkəmə işinin əsas məsələlərinə baxılıb. Milli məhkəmələr qərarlarının nəyə əsaslandığını kifayət qədər aydın göstərməlidirlər ki, məhkəmə işinin istənilən tərəfi mümkün apellyasiya hüququndan effektiv istifadə edə bilsinlər. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, valideynlərinin xəstə olmaqla onun himayəsində olduqları və azadlıqda olduğu vaxtda yanında yaşamalarını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, idman sahəsində nailiyyətlər əldə edərək müxtəlif təltiflərə layiq görülməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində (üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası) azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qalıq çəkisi 15,048 qram olan narkotik vasitə heroin məhv edilməli; şəxsi axtarış, həmçinin dindirmə istintaq hərəkətləri aparılarkən qeydə alınmış videoçəkilişlərin əks olunduğu ümumilikdə üç ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və həmin disklər iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə istintaqı mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 21 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qalıq çəkisi 15,048 qram olan narkotik vasitə heroin məhv edilsin; şəxsi axtarış, həmçinin dindirmə istintaq hərəkətləri aparılarkən qeydə alınmış videoçəkilişlərin əks olunduğu ümumilikdə üç ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-481/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-481/2024
09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver