Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-483/2022 14.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi Həbib oğlunun və zərər çəkmiş şəxsin hüquqi varisi X4 iştirakı ilə, xx xxxx 1968-ci ildə Cəlilabad rayonunun Suluçeşmə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 18 yanvar 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 16 yanvar 2022-ci ildə, saat 11 radələrində Cəlilabad rayonu, Cavadxan küçəsində yerləşən “Maşın bazarı” adlanan ərazidə Cəlilabad şəhər sakini X6 ilə avtomobil alqı-satqısı ilə bağlı aralarında yaranmış mübahisə zamanı özünə məxsus avtomobildən bıçaq götürüb Şəmsəddin Rüstəmova yaxınlaşaraq ona qarşı nalayiq sözlər deməsinə iradını bildirib qəsdən əlindəki bıçaqla sonuncunun qarın nahiyəsinə bir dəfə vuraraq ona dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qarının sol yarısının ön divarında qarın boşluğuna keçən, mədəaltı vəzin, köndələn çənbər bağırsağın və nazik bağırsağın yaralanması ilə nəticələnən 01 ədəd deşilmiş-kəsilmiş yaradan ibarət xəsarət yetirmiş, həmin gündən etibarən yerləşdirildiyi tibb müəssisələrində stasionar qaydada müalicəsi davam etdirilən X6 göstərilən ixtisaslı tibbi yardımlara baxmayaraq baş vermiş posttravmatik kəskin nekrotik destruktiv pankreatit, aroziv qanaxma nəticəsində inkişaf edən ağciyərlərdə iriocaqlı pnevmoniya, seroz peritonit intoksikasiyası, poliorqan çatışmazlığı səbəbindən 29 mart 2022-ci ildə müalicə aldığı xəstəxanada ölmüş, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər yetirməsi zərər çəkmiş şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 yanvar 2022-ci ildə səhər saatlarında oğlu Vüsala avtomobil almaq məqsədilə onunla birlikdə özünə məxsus Vaz-2106 markalı avtomobillə Cəlilabad şəhərində İran bazarı adlanan ərazidə yerləşən maşın bazarına getmiş, bazarda olarkən rayon sakini Şəmsəddinlə aralarında avtomobilin pulu ilə bağlı mübahisə yaranmış, mübahisə zamanı Şəmsəddin ona qarşı nalayiq ifadələr işlədib boğazından yapışaraq onu boğduğunu, sonra yumruqla vurub dişini sındırdığını görüb özünü müdafiə etmək üçün avtomobilində olan bıçağı götürüb onun qarın nahiyəsindən bir bıçaq zərbəsi vurmuş, sonra rayon polis şöbəsinə gedərək könüllü təslim olmuşdur. Polis şöbəsində olarkən hadisə barəsində ətraflı izahat və ifadələr vermiş, bıçağı konüllü olaraq istintaqa təqdim etmiş, Şəmsəddini öldürmək fikiri olmamış, sonuncu ona söyüş söydüyü üçün onu qorxutmaq məqsədi ilə ona xəsarət yetirmişdir. Hazırda himayəsində heç bir yerdə işləməyən arvadının və bir azyaşlı uşağının olmasını, təqsirini qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsini bildirmiş və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 məhkəməyədək icraat zamanı ifadə vermiş zərər çəkmiş şəxs, mərhum qardaşı Şəmsəddin Rüstəmovla eyni məzmunlu ifadə verərək ifadəsində əlavə olaraq göstərmişdir ki, hadisə vaxtı orada olmamış, 16 yanvar 2022-ci ildə xatırlamadığı şəxs telefonla ona zəng edərək qardaşı Şəmsəddinin bıçaqlandığını demiş, xəbəri eşidib xəstəxanaya getmiş, Şəmsəddinin üzərində əməliyyat aparılmış, aldığı ağır xəsarətlə bağlı bir neçə dəfə müəyyən xəstəxanalarda müalicə olunmuş, üç aydan sonra dünyasını dəyişmişdir. Qardaşı xəstəxanada müalicə olunarkən Təqsirləndirilən şəxs qohumları tərəfindən ona heç bir maddi yardım və mənəvi köməklik göstərilməmişdir. Təqsirləndirilən şəxsi bağışlamadığını, onunla barışmadığıı bildirmiş və məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 16 yanvar 2022ci ildə saat 11 radələrində atası Təqsirləndirilən şəxsla birlikdə Cəlilabad şəhəri ərazisində yerləşən maşın bazarında olarkən saat 11 radələrində mərhum Şəmsəddin Rüstəmov bazara gəlmiş, Şəmsəddin atası ilə söhbət edərkən onunla sərt şəkildə mübahisə etmiş, onların hansı səbəbdən mübahisə etmələri barədə məlumatı olmamış, atasından nə baş verdiyini soruşduqda sonuncu, ona “sən get kənarda dayan, mənim Şəmsəddinlə işim var” demiş, bir az kənarda dayanan qırmızı rəngli ”VAZ 2106” markalı avtomobilə baxmış, Şəmsəddin kənarda dayanmış Qazel markalı avtomobilə tərəf gedib onun arxa tərəfinə keçmiş, qonşuları ilə söhbət etdiyi vaxt atası Sarıbala özünə məxsus “VAZ 2106” markalı avtomobilinə tərəf getmiş, bir qədər sonra Şəmsəddinin dayandığı yerə qayıtmış, həmin vaxt Şəmsəddinin Qazel markalı avtomobilin yanından qaçaraq uzaqlaşdıqını görmüş, atasına yaxınlaşıb nə baş verdiyini soruşarkən atası həmin vaxt ona “Şəmsəddini məni söydüyünə görə bıçaqlamışam” demişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 16 yanvar 2022-ci ildə saat 11 radələrində Cəlilabad şəhəri ərazisində yerləşən “Maşın bazarı” adlanan yerə maşın almaq üçün getmiş, həmin vaxt bazarda Sarıbalanı və oğlu Vüsalı orada görmüş, onlarla görüşüb onlara maşın almaq istədiyini bildirmiş, Sarıbala oğluna maşın almaqda ona kömək etməsini demiş, o, Vüsalla birlikdə bazarda olan maşınlara baxmış, bazarda olduqları vaxt sonradan tanıdığı Şəmsəddin Rüstəmov bazara gələrək Təqsirləndirilən şəxsla sözlə mübahisə etməyə başlamış, həmin vaxt Vüsal atası ilə Şəmsəddinin mübahisə etdiklərini görüb onlara yaxınlaşmış, Sarıbala oğluna kənarda dayanmasını, özünün Şəmsəddinlə işi olduğunu bildirmiş, Şəmsəddin yaxınlıqda olan Qazel markalı avtomobilin yaxınlığına gedib orada dayanmış, həmin vaxt Sarıbala özünə məxsus “VAZ 2106” markalı avtomobilinə tərəf getmiş, sonra Şəmsəddinin Qazel markalı avtomobilin yanından qaçaraq uzaqlaşdığını görmüş, Vüsal atasına yaxınlaşıb nə baş verdiyini soruşarkən atası Vüsala Şəmsəddin ona söyüş söydüyünə görə onu bıçaqla vurduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 16 yanvar 2022ci il saat 12-13 radələrində Şəmsəddinin Cəlilabad şəhəri “İran bazarı” adlanan ərazidə bıçaqlandığını eşidib Cəlilabad RMX-ya getmiş, orada sonuncu ilə söhbət edərkən o, Sarıbala adlı avtomobil alverçisinin onu aldadaraq 200 manat pul aldığını, hadisənin də bu səbəbdən baş verdiyini bildirmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün işlədiyi dükanda olmuş, Şəmsəddin və Sarıbalanın Qazel markalı avtomobilin yanında əl hərəkətləri ilə danışaraq söhbət etdiklərini görüb onlara yaxınlaşarkən Sarıbalanın oğlunun Şəmsəddinin boynuna tullanmasını görmüş, lakin Sarıbalanın Şəmsəddini vurmasını görməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Cəlilabad rayon polis şöbəsinin istintaq bölməsinin müstənitqi vəzifəsində işləyən X9 ifadəsində göstərmişdir ki, 16 yanvar 2022-ci ildə saat 13 radələrində Cəlilabad rayon mərkəzi xəstəxanasından bir nəfər şəxsin bıçaqlanması ilə bağlı şöbəyə məlumat daxil olmuş, məlumat əsasında xəstəxanaya gedilərək həmin şəxsin izahatı alınmış, həmin gün saat 17:00 radələrində növbətçi hissədən ona cinayət hadisəsi törətmiş rayon sakini Sarıabala Məmmədovun şöbəyə könüllü gələrək təslim olmaq istədiyi bildirilmiş, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutularaq polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Məhkəmə baxışında əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, 16 yanvar 2022-ci ildə saat 11 radələrində Cəlilabad ərazisində «iran bazarı» deyilən yerdə işlətdiyi dükanda olan vaxt rayon sakini Şəmsəddin dükana daxil olarkən əli ilə qarnını tutduğunu, paltarının üzərində qan izləri olduğunu görüb ona ilkin tibbi yardım göstərib onu taksi ilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, hadisə baş verdikdən sonra Nurlan Abasovun işlətdiyi dükana girərkən Şəmsəddinin xəsarət almış vəziyyətdə olduğunu, Nurlanın isə bint gətirərək sonuncunun yarasına qoyduğunu, sonra taksi gətirib Şəmsəddini Cəlilabad rayon Mərkəzi Xəstəxanasına apardığını görmüşdür. Məhkəmə baxışında əlavə şahid qismində dindirilmiş Cəlilabad rayon polis şöbəsinin məsul növbətçi vəzifəsində işləyən X15 ifadəsində göstərmişdir ki, 16 yanvar 2022-ci ildə saat 17 radələrində adını sonradan bildiyi Təqsirləndirilən şəxs polis şöbəsinə gələrək cinayət hadisəsi törətməsi barədə məlumat vermiş, o isə bu barədə şöbə rəisinə məruzə etmiş, sonuncu həmin şəxsi qəbul etmişdir. Məhkəməyədək icraat zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş mərhum X2 ifadəsi məhkəmə istintaqı zamanı elan olunub tədqiq olunarkən mərhumun ifadəsindən görünür ki, o, 16 yanvar 2022-ci ildə saat 10 radələrində Sarıbala ilə görüşmək üçün İran bazarına getmiş, Sarıbala ilə görüşməkdə məqsədi onunla söhbət edib satmış olduğu avtomobilə görə borclu olduğu 200 manat pulu geri qaytarması üçün onunla söhbət edib bu məsələni yoluna qoymaq olmuşdur. Bazara gedərək avtomobilini bazarın yaxınlığında olan dayanacaqda saxlayıb avtomobildən düşərkən orada Sarıbalanı və onun oğlunu görmüş, Sarıbalaya yaxınlaşaraq ona “nə sən, nə də ki, mən uşaq deyilik, bizim bir-birimizi aldatmalı vaxtımız deyil, sən nə üçün avtomobili sığorta etdirdiyini və sürət qutusunu dəyişdirdiyini deyib məndən 200 manat pul aldın heç utanmırsan” demiş, sonuncu bu sözlərindən sonra ona “avtomobilimi irəlidə saxlamışam gəl gedək 200 manat pulunu geri qaytarım” demiş, Sarıbala ilə birlikdə söhbət edərək onun dediyi istiqamətə getmiş, həmin vaxt Sarıbalanın oğlu da onlarla birlikdə, lakin onun ardınca gəlmiş, Sarıbala onu avtomobil bazarında insanların onu görə bilməyəcəyi bir yerə tərəf aparmış, “Qazel” markalı avtomobilin arxasına çatdıqda Sarıbalanın oğlu onun boynundan tutaraq “ata vur öldür” deyə qışqırmış, Sarıbala cibindən böyük mətbəx bıçağı çıxarıb dərhal onun sol qarın nahiyəsinə güclü zərbə ilə vurub bıçağı qarnının içində burmağa başlamış, bıçağın qarnından çıxması üçün bir qədər arxaya doğru çəkilmiş, Sarıbala bıçağın qarnından çıxdığını görüb təkrar olaraq onun qarın nahiyəsinə bıçaqla vurmağa çalışmış, sonuncunu itələyib özündən kənarlaşdırmış, lakin Sarıbala yenə də onun üzərinə gələrək onu təkrar bıçaqla vurmağa çalışmış, Sarıbalanın sinə nahiyəsinə təpiklə vurmuş və onlar onu buraxıb qaçmış, bundan sonra o, bazarda ona məxsus dükanı işlədən Nurlan Abbasovun yanına gedərək onu xəstəxanaya aparmasını demişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin hüquqi varisinin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqında” 16 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsi Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən, Maşın bazarı adlanan ərazidə baş vermişdir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu CD diskə baxış keçirilməsi haqqında 01 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə 16 yanvar 2022-ci ildə saat 19:23-ə qədər telefon danışığı qeydə alınmamış, həmin dəqiqədən etibarən isə ***- ***-**-** mobil telefon nömrəsi ilə 58 saniyə müddətində telefon danışığı qeydə alınmış, həmin danışıq zamanı Şahid2 Cəlilabad rayonu Kirovka kəndi (indiki Səttərxan küçəsi) ərazisində olmuşdur. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu CD diskə baxış keçirilməsi haqqında 01 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların götürüldüyü, həmin mobil nömrənin istifadə edildiyi 01 yanvar 2022-ci ildən 31 yanvar 2022-ci ilədək olan dövr ərzində xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə hər hansı telefon danışığı və sms qeydə alınmamışdır. İş materiallarında olan 17 yanvar 2022-ci il tarixli götürmə aparılması haqqında qərar və protokoldan görünür ki, zərər çəkmiş şəxs X1 olaraq təqdim etdiyi hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli uzunqol yun köynək və bir ədəd qara rəngli gödəkçə üzrə sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Həmin protokoldan görünür ki, hər iki paltarın ön hissəsində qana oxşar ləkə və kəsilməyə xarakterik zədələr vardır. İş materiallarında olan Cəlilabad rayon polis şöbəsindən əməliyyat tapşırığına cavab olaraq verilmiş 25 yanvar 2022-ci il tarixli raportdan görünür ki, hadisənin şahidi olmuş şəxslərin dairəsi müəyyən edilməmiş, hadisənin baş verdiyi yerə, həmçinin ətraf ərazilərə baxış keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs Şəmsəddin Rüstəmova xəsarət yetirdiyi bıçağın yerini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18 yanvar 2022-ci il tarixli, 51 nömrəli rəyindən görünür ki, X3 qarının sol yarısının ön divarında qarın boşluğuna keçən, mədəaltı vəzin, köndələn çənbər bağırsağın və nazik bağırsağın yaralanması ilə nəticələnən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara müəyyən olunmuşdur, müəyyən olunan xəsarətlər deşici-kəsici alətin, ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti 16 yanvar 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aidir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 22 aprel 2022-ci il tarixli, 21/MEŞ nömrəli rəyindən görünür ki, X2 ölümünün bilavasitə səbəbi qarının ön divarının boşluğa nüfuz edən böyük piyliyin, nazik bağırsaq müsariqəsinin, köndələn çənbər bağırsağın və mədəaltı vəzin yaralanması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası ilə əlaqədar baş vermiş posttravmatik kəskin nekrotik destruktiv pankreatit, aroziv qanaxma nəticəsində inkişaf edən ağciyərlərdə iriocaqlı pnevmoniya, seroz peritonit intoksikasiyası, poliorqan çatışmazlığı olmuşdur. X2 ölümü ilə almış olduğu xəsarət arasında birbaşa səbəbli əlaqə vardır. İş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının 06 may 2022-ci il tarixli, 3/532 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd gödəkçənin ön hissəsinin sol tərəfində ətəyin son kənarından 200 mm yuxarıda, sol yan tikişdən 154 mm sağda bir ədəd 48 mm uzunluğunda zədə vardır. Tədqiqata təqdim edilmiş bir ədəd puloverin ön hissəsinin nisbətən sol tərəfində ətəyin son kənarından 195 mm yuxarıda, sol yan tikişdən 95 mm sağda bir ədəd 32 mm uzunluğunda zədə vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olab predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 06 may 2022-ci il tarixli, 1133 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbyacan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-azırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi müəyyən edilmir. İş materiallarında olan 16 yanvar 2022-ci il tarixli raportdan görünür ki, Cəlilabad MRX-dan həkim Bayramov telefonla məlumat verərək 1980-ci il təvəllüdlü Cəlilabad şəhər sakini X2 qarın boşluğuna nüfuz edən kəsilmiş diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Deməsinə görə Cəlilabad rayon maşın bazarında iti alətlə vurulub. İş materiallarında olan 16 yanvar 2022-ci il tarixli ərizədən görünür ki, Cəlilabad şəhəri, Şəhriyar küçəsi, ev 29-da yaşayan X12 oğlu X2 16 yanvar 2022-ci ildə Cəlilabad şəhəri, «iran bazarı» adlanan ərazidə naməlum şəxs tərəfindən bıçaqlandığını bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə könüllü gələrək törətmiş olduğu hadisə barədə məlumat vermişdir. İş üzrə maddi sübut kimi tanınmış və hadisə zamanı zərər çəkmiş şəxs X2 hadisə zamanı əynində olmuş bir ədəd uzunqol köynək və bir ədəd gödəkçə Cəlilabad rayon prokurorluğunda saxlanılır, “Azercell Telekom MMC” və "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 02 ədəd CD disk isə cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədi ilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən (təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi etirafedici, eləcə də zərər çəkmiş şəxsin və onun hüquqi varisinin və şahidlərin isə ibtidai istintaq zamanı verdikləri təsdiqedici) ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi CM-in 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifini müzakirə edərkən onun hərəkətini Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Cəlilabad rayon məhkəməsinin 07 sentyabr 2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 32.5, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin 25 oktyabr 2005-ci il tarixi qərarı ilə 02 ( iki) il, 02 (iki) ay müddətə cəzadan şərti olaraq vaxtdından əvvəl azad edilmiş, hazırda məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün o, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs kimi tutulduğu 16 yanvar 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, Cəlilabad rayon məhkəməsinin 18 yanvar 2022-cı il tarixli qərarı ilə də həbsetmənin əvvəli 16 yanvar 2022ci ildən hesablanmaqla təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Məmmədov X10 rayonunun Suluçeşmə kəndində qeydiyyatda olmaqla heç bir yerdə işləməyən arvadı və yetkinlik yaşına çatmayan bir uşağı ilə birlikdə həmin ünvanda yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun könüllü gəlib təqsirini boynuna almasını və cinayətin açılmasına kömək etməsini CM-in 59.1.10-cu umaddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, təqsirini qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, eyni zamanda cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də himayəsində heç bir yerdə işləməyən arvadı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində də nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinin sanksiyasında 9 (doqquz) ildən 12 (on iki) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə qanunun bu normasına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti 12 (on iki) ilin dörddə üçündən, yəni - 9 (doqquz) ildən artıq ola bilməz. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş materialları ilə müəyyən olunur ki, zərər çəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən Təqsirləndirilən şəxs qarşı 65000 manat məbləğində maddi ziyan vurulması ilə bağlı məhkəməyə mülki iddia verilmişdir. Məhkəmə belə hesab edir ki, zərər çəkmiş şəxsin hüquqi varisi X4 mülki iddia tələbi baxılmamış saxlanılmalıdır. Belə ki, zərər çəkmiş şəxsin hüquqi varisinin təqdim etdiyi 65000 manat məbləğində mülki iddia tələbində həmin məbləğdə maddi ziyan vurulması hallarını təsdiq edən sənədlərin əsilləri rəsmi qaydada təsdiq olunmamış, başqa sözlə məhkəməyə təqdim edilən həmin sənədlər reallığı əks etdirməmişdir. Məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilən həmin sənədlər xüsusi araşdırma tələb etdiyindən zərər çəkmiş şəxsin hüquqi varisi X4 mülki iddia tələbi baxılmamış saxlanılmalı və ona mülki mühakimə icraatı qaydasında məhkəməyə mülki iddia vermək hüquqları izah edilməlidir. Hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon prokurorluğunda saxlanılan və hadisə zamanı zərər çəkmiş şəxs X2 əynində olmuş bir ədəd uzunqol köynək və bir ədəd gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxsin hüquqi varisi X5 qaytarılmalı, “Azercell Telekom MMC” və "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 02 ədəd CD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 16 yanvar 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Zərər çəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın və ona mülki mühakimə qaydasında mülki iddia vermək hüququ izah edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon prokurorluğunda saxlanılan və hadisə zamanı zərər çəkmiş şəxs X2 əynində olmuş bir ədəd uzunqol köynək və bir ədəd gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra sonra zərər çəkmiş şəxsin hüquqi varisi X5 qaytarılsın, Azercell Telekom MMC” və "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 02 ədəd CD disk isə cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Cəlil Nəbiyev Hakimlər: Cavid Səfərli Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-483/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-483/2022
14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver