Məhkəmə qərarları › İş №1(099)-483/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-483/2023

04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-483/2023 04.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1978-ci il Astara rayonu Pensər kəndində anadan olmuş, orta təhsilli, məhkumluğu olmayan, evli, işsiz, Astara rayonu Pensər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən külli miqdarda narkotik vasitə olan 17635,3 qram heroini, külli miqdarda narkotik vasitə olan 11201,7 qram həşiş qətranını, külli miqdarda narkotik vasitə olan 3803,5 qram qurudulmuş marixuananı, külli miqdarda narkotik vasitə olan 4022,6 qram tiryəki, külli miqdarda narkotik vasitə - təsir maddəsinin ümumi miqdarı 160,4 qram təşkil edən 4010 ədəd həb metadonu və külli miqdarda psixotrop maddə olan 2805,7 qram metamfetamini İİR-də olan digər şəxs Astara rayonunun Ərçivan kəndi ərazisində gizlədib, bu barədə 04 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra, o, idarə etdiyi «Ford Transit» markalı, «**-BF-***» dövlət qeydiyyat nişanlı avtomaşınla Astara rayonunun Ərçivan kəndi ərazisinə gedərək, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 15ci sərhəd zastavasının 2-ci sahəsinin arxa istiqamətindən qeyd olunan tarixdə saat 22 radələrində həmin külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, ondan cinayətkar qrupa məxsus külli miqdarda narkotik vasitə olan 17635,3 qram heroin, külli miqdarda narkotik vasitə olan 11201,7 qram həşiş qətranı, külli miqdarda narkotik vasitə olan 3803,5 qram qurudulmuş marixuana, külli miqdarda narkotik vasitə olan 4022,6 qram tiryək, külli miqdarda narkotik vasitə - təsir maddəsinin ümumi miqdarı 160,4 qram təşkil edən 4010 həb metadon və külli miqdarda psixotrop maddə olan 2805,7 qram metamfetamin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilməyərək, özünü CM-nin 234.4.1 və 234.4.3-cü maddələri isə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-2017-ci illərdə İİR-ə atasını müalicə məqsədilə həkimə aparıb gətirmişdir. Həmin vaxt orada Əziz adlı taksi sürücüsü ilə tanış olmuşdur. Sonradan pandemiya vaxtı atasını irana apara bilməmişdir. Əziz adlı şəxslə də bu səbəbdən əlaqələri kəsilmişdir. Təxminən yeddi ay bundan əvvəl Əziz adlı şəxs ona zəng vurmuş, onunla söhbət etmiş, bildirmişdir ki, balaca bir sellofanda narkotik var, zəng edib deyəndə gedib Ərçivan qəsəbəsindən götürərsən. O isə demişdir ki, “belə bir iş görə bilmərəm, qorxuram”. Əziz isə ona balaca bir sellofan olduğunu, ot olduğunu qorxmamağını bildirmişdir. Əvvəlcə Əzizlə razılaşmamışdır. Hadisə günü isə Əziz ona 3-4 dəfə zəng etmiş, dost olduqlarını, ona iranda kömək etdiyini bildirmiş, eyni zamanda bu işə görə hörmət də edəcəyini demişdir. Lakin Əziz ona narkotikin miqdarını deməmişdir. O da kömək etmək məqsədilə Əzizə hörmət etməyin lazım olmadığını bildirib, onunla razılaşmışdır. Əziz demişdir ki, həmin bağlamanı götürüb saxlasın, sonra zəng edib deyəcəyi yerə atacaqmış. xx.xx.2022-ci ildə saat axşam 21:00 radələrində Əziz demişdir ki, get Ərçivanda yanacaqdoldurma məntəqəsi var, maşınını orda saxla, bağlamanı gətirib sənə verəcəklər. İranlı Əziz adlı şəxslə bu barədə yalnız saxlanıldığı gün danışmışdır. Bütün danışıqlar bir gün ərzində olub, Əziz ona saat 15:00 radələrində zəng vurub, əvvəlcə razılaşmayıb, telefonu bağlayıb, sonra isə Əziz saat 21:00-dək ona zəng vurub xahiş edib. O da Əzizin dediyi yerə getmiş, maşını orada saxlamışdır. Düşünmüş ki, balaca bir bağlamadı, qorxusu olmaz. Lakin maşından düşməyə qorxmuşdur. Bu zaman Əziz zəng edib demişdir ki, düş yanacaqdoldurma məntəqəsinin içərisinə adamın gətirib verəcək. O da maşından yerə düşüb, ətrafa baxmış, görmüş ki, heç kim yoxdur. Biraz da qabağa getdikdə 2-3 nəfər ordan çıxıb, onu saxlayıb yerə yıxmışlar. Həmin şəxslər demişdir ki, “danışma, səsini kəs, maşını axtaracayıq”. Bir nəfər şəxs isə maşınına yaxınlaşmışdır. Daha sonra əlini və gözünü bağlamışlar. Gözünü açanda isə görmüş ki, bir dənə UAZ maşın 3 ədəd meşok gətirib qabağına qoydu. Bundan sonra sorğu-suala başlamışlar. O isə həmin meşokların dalınca gəlmədiyini bildirmiş, lakin onu tutan şəxslər hərbiçilər olduqlarını, məlumat əldə etdiklərini, elə həmin meşokların arxasınca gəldiyini demişlər. Özü nə narkotik görmüş, nə də ki, əl vurmuşdur. Bu zaman əraziyə başqa bir maşınında yaxınlaşdığını görmüş, lakin həmin maşın onu saxlayan şəxsləri görüb, ordan qaçmışdır. Soruşmuş ki, bəs həmin maşın kimdi. Demişlər ki, onu da bura narkotik götürməyə göndəriblər, amma ki, sən tez gəlmisən. Sonra isə zastavaya aparıb şəkil zad çəkmişlər. Heçnədən bu işə düşmüşdür. Törətdiyi əməlindən peşmandır, məhkəmədən birinci dəfədir ki getməsini, səhv etməsini nəzərə alıb barəsində bəraət verilməsini xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində göstərmişdir ki, Əzizin dediyi ünvana getmiş, həmin ünvana çatdıqda Əzizə zəng edib orada olduğunu demiş, Əziz ona dediyi adamın gələ bilmədiyini həmin içərisində narkotik vasitələr olan çantanı yanacaq doldurma məntəqəsinin arxasından götürüb avtomobilinə qoymağını xahiş etmiş, bundan sonra avtomobildən düşmüş, yanacaq doldurma məntəqəsinin arxa hissəsinə keçmiş, 03 ədəd bağlamanı götürüb oradan uzaqlaşarkən saxlanılmışdır. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılarkən və müstəntiq tərəfindən dindirilərkən ona zor tətbiq edilməmiş, ifadələri vəkili tərəfindən ona oxunmuş, o isə imza etmişdir. Lakin ifadələrini təsdiq etmir, hadisə məhkəmədə bildirdiyi kimi olmuşdur. Lakin ifadələr arasındakı ziddiyətlərin səbəbini isə izah edə bilməmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 04 dekabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən 3-cü sərhəd komendantlığının 15-ci sərhəd zastavasının 2-ci sahəsinin arxa istiqamətində Astara rayon Ərcivan kəndi ərazisndə yerləşən istifadə olunmayan yanacaq doldurma məntəqəsində “pusqu” xidmətini təşkil etmişlər. 04 dekabr 2022-ci il saat 22 radələrində qeyd olunan əraziyə “Ford” Transit markalı avtomobil yaxınlaşmış, avtomobildən bir nəfər düşərək pusqu xidmətini təşkil etdikləri istifadə olunmayan yanacaq doldurma mərkəzinin arxa hissəsinə keçməsini müşahidə etmiş, həmin şəxs yanacaq doldurmə mərkəzində gizlədilmiş 03 ədəd bağlamanı götürüb ərazidən uzaqlaşan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanarkən kisələri artıq həmin ərazidən götürmüş, kisələr əlində olmuşdur. O, kisələri götürdükdən sonra maşına tərəf gedirmiş. Daha sonra onun iştirakı ilə bağlamalara baxış keçirilmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 04 dekabr 2022-ci il tarixdə o və Şahid4 N nömrəli hərbi hissənin inzibati binasına hal şahidi qismində dəvət olunmuşlar. 05 dekabr 2022-ci il saat 01 radələrində Təqsirləndirilən şəxs saxlanıldığı Astara rayonu, Ərcivan kəndində avtomobil yolunun kənarında yerləşən istifadəsiz yanacaq doldurma məntəqəsinin yerləşdiyi əraziyə baxış keçirmiş, saxlanılan Təqsirləndirilən şəxs Əziz adlı İİR vətəndaşının tapşırığı ilə gizlədilmiş 03 ədəd içərisində narkotik vasitələr olan bağlamaları götürmək üçün hadisə yerinə gəldiyini bildirimiş, bundan başqa aşkar edilərək götürülmüş 03 ədəd bağlamalara N nömrəli hərbi hissənin inzibati binasında baxış keçirilmiş, bağlamalardan müxtəlif növdə narkotik vasitələr, dərman həbləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən hadisə yerinə gəldiyi “Ford” markalı avtomobilə baxış keçirilmiş, avtomobildən hər hansı qanunsuz əşya aşkar olunmamışdır. İş materiallarında olan Əməliyyat-Axtarış Şöbəsinin rəisi Seymur Xəlilov tərəfindən N nömrəli hərbi hissənin komandiri Xalid Əliyevə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat tədbiri zamanı 04 dekabr 2022-ci il tarixdə saat 22 radələrində N nömrəli hərbi hissənin Astara rayonu Ərçivan kəndi ərazisində yerləşən 15-ci sərhəd zastavasının 2-ci sahəsinin arxa istiqamətində, istifadə olunmayan yanacaq doldurma məntəqəsinin tikilisinin arxasından 03 ədəd içərisində müxtəlif növ narkotik vasitə və psixotrop maddə olan bağlamaları əldə edib, saxlayıb daşıyarkən Astara rayonu Pensər kənd sakini Təqsirləndirilən şəxs saxlanılmışdır. (c 1, i.v 6) İş materiallarında olan xx.xx.2022-ci il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:20-də inzibati qaydada tutulmuşdur. (c 1, i.v 8) İş materiallarında olan 12 fevral 2022-ci il tarixli şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı inzibati qaydada tutulan Təqsirləndirilən şəxs üzərindən 2 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, avtomobilə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, elektron talon, sığortası, odlu silahdan istifadə etmə hüququ verilmiş vəsiqə, 1 ədəd Honor markalı smartfon tipli mobil telefon və 107 AZN pul aşkar olumuşdur. (c 1, i.v 9-10) İş materiallarında olan xx.xx.2022-ci il tarixli Hadisə yerinə baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, baxış yeri Astara rayonu Ərçivan kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin 15-ci sərhəd zastavasının 2-ci sahəsinin arxa istiqaməti olmaqla, avtomobil yolunun kənarında yerləşən istifadəsiz yanacaq doldurma məntəqəsidir. Hadisə yerində saxlanılmış Təqsirləndirilən şəxs içərisində narkotik vasitələr və psixotrop maddəyə oxşar maddələr olan 03 ədəd bağlamalar hal şahidlərinin iştirakı ilə götürülmüşdür. (c 1, i.v 11-13) İş materiallarında olan xx.xx.2022-ci il tarixli Aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən ondan aşkar olunaraq götürülmüş 03 ədəd bağlamaların içərisindən ümumi çəkisi 42 kq 75 qram olmaqla 19 kq 70 qram ”heroin”, 11 kq 620 qram “həşiş”, 4 kq 525 qram ” qurudulmuş marixuana”, 4 kq 40 qram-”tiryək”, 2 kq 820 qram-”metamfetamin”, 4010 ədəd “metadon- 40” həbləri aşkar olunmuşdur. (c 1, i.v 16-17) İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (c 1, i.v 27) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:10-da şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 38) İş materiallarında olan Materialların məhkəmə ekspertizasının 06 dekabr 2022-ci il tarixli 6/6899 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Dövlər Sərhət Xidməti Zərflər üçün N 29” dairəvi əksi olan 3 (üç) ədəd qara rəngli kisələrdəki, 20 (iyirmi) ədəd bükümdə ümumi təmiz çəkisi 17635,3 qram (17kq 635,3qr) qəhvəyi rəngli tozşəkili maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 3 (üç) ədəd torbada ümumi təmiz çəkisi 2805,7 qram (2kq 805,7qr) ağ rəngli kristalardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 5 (beş) ədəd bağlamada ümumi təmiz çəkisi 4022,6 qram (4kq 22,6qr) tünd qəhvəyi rəngli qətranabənzər maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir, üzərində “Methadone 40” markalanma göstəricisi olan 401 ədəd konvalyutda hər konvalyutda 10 həb olmaqla, ümumilikdə 4010 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatı və 4010 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 160,4qram təşkil edir (üzərində qeyd olunmuş göstəricilərinə əsasən bir həddə 0,04 qram metadon olmaqla). Heroinin ümumi təmiz çəkisi 17635,3 qram, təhqiqata sərf edildi 0,4 qram, qalıq 17634,9 qram, Metamfetaminin ümumi təmiz çəkisi 2805,7 qram, təhqiqata sərf edildi 0,15 qr, qalıq 2805,55 qram, tiryəkin ümumi təmiz çəkisi 4022,6 qram, təhqiqata sərf edildi 0,2 qram, qalıq 4022,4 qram, metadon həblərinin ümumi sayı 4010 ədəd, təhqiqata sərf edildi 10 həb, qalıq 4000 həb. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır. (c 1, i.v 46-50) İş materiallarında olan Məhkəmə bioloji ekspertizasının 06 dekabr 2022-ci il tarixli 7/1378 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 7 (yeddi) ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 544,4 qram, 538,9 qram, 447,3 qram, 454,9 qram, 536,2 qram, 660,0 qram, 621,8 qram, ümumi çəkisi 3803,5 qram bitki mənşəli maddələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 11 (on bir) ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1007,7 qram, 998,2 qram, 976,7 qram, 1231,2 qram, 996,0 qram, 1004,0 qram, 999,2 qram, 983,6 qram, 1024,8 qram, 988,3 qram, 992,0 qram, ümumi çəkisi 11201,7 qram olan maddələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qatranıdır. Marixuananın ümumi çəkisi 3803,5 qram, təhqiqata istifadə edildi cəmi 0,35 qram, qalıq 3803,15 qram, həşiş qətranının ümumi çəkisi 11201,7 qram, təhqiqata istifadə edildi cəmi 0,55 qram, qalıq 11201,15 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manatdır. (c 1, i.v 52-55) İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılarkən üzərindən aşkar olunaraq götürülmüş 107 manat pulu təhvil almışdır. (c 1, i.v 71) İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)-553/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 04 dekabr 2022-ci ildən hesablanmışdır. (c 1, i.v 80-82) İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, 17634,9 qram heroin qalığı, 2805,55 qram metamfetamin qalığı, 4022,4 qram tiryək qalığı, 3803,15 qram qurudulmuş marixuana qalığı, 11201,15 qram həşiş qatranı qalığı və 4000 ədəd metadon həbi maddi sübut kimi tanınmış və saxlanılması üçün Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. (c 1, i.v 100-101) İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X2 həmin tarixdə Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar olunaraq götürülmüş sürücülük vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün vəsiqəni, nəqliyyat vasitəsinin icbari sığorta müqaviləsinə dair məlumat vərəqəsini təhvil almışdır. (c 1, i.v 156) İş materiallarında olan xx.xx.2022-ci il tarixli Astara RİHB-nın Pensər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı, xx.xx.2016 və xx.xx.2019-cu il təvəllüdlü uşaqlarından ibarətdir. Pensər kəndində yaşadığı müddət ərzində onun barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. (c 1, i.v 166-167) İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ** BF *** dövlət nömrə nişanlı yük avtomobili X1 təhvil verilmişdir. (c 1, i.v 174) İş materiallarında olan 25 fevral 2023-cü il tarixli mobil telefona baxış keçirlməsi haqqında protokoldan görünür ki, 04 dekabr 2022-ci il tarixdə saat 13:40-dan 23:20-dək Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun whatsaap proqramında İran İslam Respublikası operatoruna məxsus “+98 *** *** ** **” nömrəsi ilə iş üçün əhəmiyyətli olan aşağıdakı səslər və zənglər aşkar olunmuşdur.-Belə ki, Təqsirləndirilən şəxs : “götürdüm narahat olma” səs yazısını göndərmiş; (21:28), -“+98 *** *** ** **” nömrə: “Bir dənə vaxt oldu mənnimlə danış” səs yazısını göndərmiş;(22:41) , -“+98 *** *** ** **” nömrə: “qardaşım bir dənə xəbər verda mənə, xəbər ver sonra danışarıq” səs yazısını göndərmiş;(23:20). Bundan başqa, 04 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun whatsaap proqramında İran İslam Respublikası telefon operatoruna məxsus -“+98 *** *** ** **” nömrə ilə saat 21:19-da 52 saniyə, saat 21:13-də 14 saniyə, telefon danışıqları olmuşdur. (c 1, i.v 195-196) İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X3 həmin tarixdə Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar olunaraq götürülmüş şəxsiyyət vəsiqəsini təhvil almışdır. (c 1, i.v 207) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 13 mart 2023-cü il tarixli 709 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalı, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur və hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. (c 1, i.v 217-219) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X9 xx.xx.2023-cü il tarixli 1125 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (c 1, i.v 220-221) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamın faktiki tərəfini qismən mübahisələndirdiyi və özünün müdafiəsi üçün dəlillər irəli sürdüyü üçün, məhkəmə tərkibi hesab edir ki, həmin ittihamlar üzrə hüquqi tövsifə qiymət verilməmişdən öncə, Təqsirləndirilən şəxs müdafiəsi üçün irəli sürdüyü dəlillər yoxlanılmalıdır. Təqsirləndirilən şəxs elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiəsi üçün gətirdiyi dəlillər: İİR-də olan tanışı Əziz adlı şəxsin ona balaca bir bağlamada narkotik vasitə ot götürməsini, həmin bağlamanı hadisə yerində bir nəfər şəxsin gətirib ona verəcəyini demiş, həmin şəxsin dediyi yerə getmiş, maşını orada saxlamış, lakin yanacaqdoldurma məntəqəsinin içərisində olarkən heç kimi görməmiş, nə narkotik görüb götürmüş, nə də ki, əl vurmuş, orada hərbiçilər tərəfindən saxlanılmış, daha sonra UAZ maşın 3 ədəd meşok gətirib qabağına qoymuş və həmin meşokların arxasınca gəldiyini demişlər. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən onun özünü ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci ildə şübhəli (cild İ – i.v. 42-44), xx.xx.2022-ci ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 67-70) qismində verdiyi ifadələrində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs İİR vətəndaşı Əziz adlı şəxsin dediyi ünvana getdiyini, həmin ünvana çatdıqda Əzizə zəng edib orada olduğunu deməsini, Əzizin isə ona dediyi adamın gələ bilmədiyini həmin içərisində narkotik vasitələr olan çantanı yanacaq doldurma məntəqəsinin arxasından götürüb avtomobilinə qoymağını xahiş etdiyini, bundan sonra avtomobildən düşüb, yanacaq doldurma məntəqəsinin arxa hissəsinə keçib, 03 ədəd bağlamanı götürüb oradan uzaqlaşarkən saxlanıldığını bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bundan başqa iş materiallarında olan Təqsirləndirilən şəxs hadisə zamanı istifadəsində olan mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs İİR operatoruna məxsus “+98 *** *** ** **” nömrəyə: “götürdüm narahat olma” səs yazısını göndərmiş; (21:28), həmin nömrədən isə “Bir dənə vaxt oldu mənimlə danış” səs yazısı göndərilmiş;(22:41), daha sonra “qardaşım bir dənə xəbər verda mənə, xəbər ver sonra danışarıq” səs yazısı göndərilmişdir (23:20). Bundan başqa, 04 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun whatsapp proqramında İİR telefon operatoruna məxsus -“+98 *** *** ** **” nömrə ilə saat 21:19-da 52 saniyə, saat 21:13-də 14 saniyə, telefon danışıqları olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs hadisə yerində heç bir heç bir narkotik vasitə görməməsi, əlinin belə həmin narkotiklərə dəyməməsi barədə ifadəsində göstərdiyi xüsusatlar, yuxarıda göstərilən neytral sübutla (İİR məxsus mobil operatoruna göndərdiyi “götürdüm narahat olma” səsli mesajı, eləcədə onun hadisə yerində saxlanılmasında iştirak etmiş şahid ifadələri (şahidlər Şahid1 və Şahid2 həmin ifadələrində Təqsirləndirilən şəxs bilavasitə hadisə yerindən üç ədəd bağlamanı götürdükdən sonra tərəflərindən saxlanılmasını bildirmişlər) ilə tam təkzib edilmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə irəli sürdüyü dəlillərin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bu ifadələrin təhlili göstərir ki, Təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmişdir. Belə ki, həm cinayət işinin materialları əsasında, həm də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı qismən təsdiq etdiyi (digər şəxs tərəfindən göndərilmiş narkotik vasitəni götürüb, saxlayıb daha sonra sonuncunun deyəcəyi yerə atmaq məqsədilə hadisə yerinə getməsi barədə ifadəsi) ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs digər şəxslə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin vasitələr və maddə ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun digər şəxslə (Əziz adlı şəxs, lakin onun şəxsiyyəti ibtidai isitntaq zamanı müəyyən edilməmiş, bu səbəbdən də məhkəmə Əziz adını şərti olaraq qəbul edir) cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə razılıq əldə etməsini, cinayət əlaqəsinə girdiyi şəxsin Astara rayonun Ərçivan kəndi ərazisində narkotik vasitələr və psixotrop maddə qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə təqsirləndirilən şəxsə dəqiq məlumatlar ötürməsini, cinayət əlaqəsinə girdiyi şəxsin niyyətinin ölkə ərazisində külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddənin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxsin həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddənin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdi onun cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxsin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5, 7, 12a, 13 və 19-cu sətrlərinə əsasən heroin, həşiş qatranı, marixuana, metadon və tiryək narkotik vasitələr hesab edilir, həmin maddələrin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi sətr ardıcıllığına müvafiq olaraq 0,15 qram, 0,4, 5 qram, 0,02 qram və 0,5 qram, külli miqdarının aşağı həddi isə sətr ardıcıllığına müvafiq olaraq 2 qram, 40 qram, 500 qram, 1,6 qram və 50 qramdır. Habelə bu Qanunun İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə bağlı ittihama gəldikdə isə məhkəmə qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı qeyd edilən hissədə təqsirləndirilən şəxsin əməlinin CM-nin 32.5, 206.2-ci maddəsi ilə tövsif edilməsini və həmin maddənin sanksiyasında cəza təyin edilməsini məhkəməyə təklif etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilsə də, onun Azərbaycan Respublikası CM-in nə 206.3.2-ci maddəsində, nədə ki, 32.5, 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə istintaqı aparılmış hərtərəfli araşdırma zamanı təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin nə 206.3.2-ci nədə ki, 32.5,206.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının CM-nin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə, eləcə də məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı qeyd edilən hissədə təqsirləndirilən şəxsin əməlinin CM-nin 32.5, 206.2-ci maddəsi ilə tövsif edilməsini təklif etməkdə əsassız qənaətə gəlmişdir. İş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ittiham tərəfindən Təqsirləndirilən şəxs ümumiyyətlə qaçaqmalçılıq cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, təqsirləndirilən şəxs əslində bütövlükdə satışın təşkili ilə bağlı da digər şəxslə hər hansı razılaşma əldə etməmiş, yalnız narkotik vasitələri və psixotrop maddəni bəlli bir yerdə qəbul etməkdən və həmin vasitələr və maddə ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdəsinə götürərək satışda məqsədi yalnız bu funksiyanı həyata keçirməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan şəkildə qəbul etmə və “kuryerlik” funksiyası ilə bağlı hərəkəti yalnız satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edərək saxlama daşıma cinayətinin tərkibi ilə əhatə olunur. Həm də məhkəmə, qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlamətinin tam sübuta yetirildiyi qənaətindədir. Qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmədiyindən təqsirləndirilən şəxsin yalnız telefonla əlaqə saxlayıb razılıq əldə etməsi əməlin bu tövsifedici əlamətinin təsiri altına düşməsi üçün yetərlidir. Lakin ittiham tərəfindən qeyd olunan maddələrin gizlədilmiş yerdən götürülməsi anınadək Təqsirləndirilən şəxs həmin predmetlərlə bağlı hər hansı hərəkətlər etməsi, o cümlədən onun Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsində hər hansı formada (icraçı, təhrikçi, köməkçi, təşkilatçı qismində) iştirak etməsi müəyyən edilməmiş, buna dair hər hansı sübut əldə edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs həmin predmetlərin artıq Azərbaycan Respublikası ərazisində olduğunu bildikdən sonra cinayətdə iştirak etmiş, yəni, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayəti törədildikdən sonra satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma, saxlama hərəkətlərində iştirak etmişdir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yəni, Təqsirləndirilən şəxs İİR-da olan digər şəxs tərəfindən qaçaqmalçılıq cinayəti törədildikdən sonra satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma, saxlama hərəkətlərində iştirak etmişdir və ona görə də Təqsirləndirilən şəxs məhz törətdiyi sübuta yetirilən bu əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın qaçaqmalçılıq cinayəti ilə bağlı hissəsi yalnız fərziyyələrə söykənir. Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. Cinayət işi və ya digər materiallar üzrə sübutların elə bir məcmusu toplanılmalıdır ki, onlar sübut edilməli olan ayrı-ayrı halların, habelə CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə daxil olan bütün halların müəyyən edilməsinə imkan versin. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarında göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı şəkildə iştirakına dəlalət edən heç bir sübut müəyyən olunmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Deveyer Belçikaya qarşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, “ittiham” termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməli, məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Azərbaycan Respublikası CPM-nin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir”. İşin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı əvvəlcə ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə, məhkəmə çıxışları mərhələsində isə dövlət ittihamçısı tərəfindən Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın heç bir sübuta əsaslanmadığı və həmin hissəsədə ittihamın irəli sürülməsi prosedurunun işin real olaraq müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki halı ilə uzlaşmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən şəxsin “təqsirliliyi sübuta yetirilmədikdə” məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddəsi ilə bəraət verilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olması müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların və cəzanı ağırlaşdıran halın olmamasını aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələr və psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyaları həddində, yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 04 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 17634,9 qram heroin, 2805,55 qram metamfetamin, 4022,4 qram tiryək, 3803,15 qram qurudulmuş marixuana, 11201,15 qram həşiş qatranı və 4000 ədəd metadon həbi məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 186 (bir yüz səksən altı) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr üzrə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 04 dekabr 2022-ci ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 17634,9 qram heroin, 2805,55 qram metamfetamin, 4022,4 qram tiryək, 3803,15 qram qurudulmuş marixuana, 11201,15 qram həşiş qatranı və 4000 ədəd metadon həbi məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 186 (bir yüz səksən altı) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar