Məhkəmə qərarları › İş №1(099)-484/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-484/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-484/2022 14.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 03 avqust 1988-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Lənkəran şəhəri, Hacılar küçəsi, ev 39-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda-100,369 qram narkotik vasitə olan tiryək və külli miqdarda-təsiredici maddəsinin ümumi miqdarı 5,6 qram olmaqla 140 ədəd narkotik vasitə olan metadon həbləri əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 15 mart 2022-ci il tarixdə, saat 23 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında, Lənkəran şəhəri, Hacılar küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibindən külli miqdarda-100,369 qram tiryək, külli miqdarda-təsiredici maddəsinin ümumi miqdarı 5,6 qram olmaqla 140 ədəd metadon həbləri və üzərində tiryəkin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır, əvvəllər fərdi qaydada taksi sürücüsü kimi fəaliyyət göstərmişdir.2021-ci ildə şəxsi istifadəsi üçün narkotik maddə əldə edib saxladığına görə məhkum olunmuş, sonra barəsində amnistiya tətbiq olunaraq cəzası 6 ay azaldılmış və 27 yanvar 2022-ci il tarixdə cəzaçəkmə müddəti başa çatdığı üçün 5 saylı cəzaçəkmə müəssisəsindən azad olunmuşdur.Həmin vaxtdan sonra o, heç bir yerdə işləməmişdir.Xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də tiryəkdən istifadə etmişdir.15 mart 2022-ci il tarixdə, gecə saat 12 radələrində bir qrup polis əməkdaşı yaşadığı evə gəlib onu tutub regional polis şöbəsinə aparmışlar.Polis şöbəsinə aparılarkən şalvarının cibində şəxsi istifadəsi üçün əldə edib saxladığı 0,2 qram tiryək olmuşdur.Həmin vaxt üzərində 100 qram tiryək, metadon həbləri və elektron tərəzi olmamışdır.Polis şöbəsində Tale və Tural adlı polis əməkdaşları qarşısına 10 qram tiryək, 140 ədəd metadon həblərini və elektron tərəzini qoyub ona aid olmasını demiş, sonra onlar ona qarşı təzyiqlər edərək həmin narkotik maddələri üzərinə götürməsini və bu maddələrin ona məxsus olmasını bildirməyə məcbur etmişlər.Bundan sonra vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır.Axtarış zamanı cibinə qoyulmuş bükümləri və elektron tərəzini cibindən çıxarıb təqdim etmişdir.Həmin bükümlərin içərisində tiryək və metadon həbləri olmuşdur. Polis əməkdaşlarının əvvəldən ona qarşı olan təzyiqləri nəticəsində o, üzərində axtarış zamanı aşkar olunmuş tiryək və metadonu “Məmməd” adlı şəxsdən 120 manata aldığını bildirmişdir.Əslində isə aşkar olunmuş tiryəkin 0,2 qramı özünə məxsus olsa da, tiryəkin qalan hissəsi və metadon həbləri ona məxsus deyildir.Elektron tərəzini isə polis əməkdaşları onu evdən tutub apararkən evdən götürmüşlər.Həmin elektron tərəzi anasına məxsus olmuşdur.O, aşkar olunmuş narkotik maddələrin satışı ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin üzərində şəxsi istifadəsi üçün əldə edib saxladığı 0,2 qram tiryəkə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, hazırda heç bir yerdə işləmir, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir, istifadə etmədiyi vaxtlarda bədənində ağrıları olur.İstifadəsində 051/825-45-41 saylı mobil telefon nömrəsi olmuşdur. 07 mart 2022-ci il tarixdə o, nakotik maddə almaq üçün Astara şəhər sakini, adını “Məmməd” kimi bildirən şəxsə vattsapla zəng edib narkotik maddə almaq istədiyini bildirmiş, razılaşdıqdan sonra həmin gün saat 14 radələrində yaşadığı küçədə (Lənkəran şəhəri, Hacılar küçəsində) Məmmədlə görüşüb ondan 100 qrama yaxın tiryək və 14 ədəd metadon həbləri almışdır.Məmməd bir qram tiryək üçün 3 manat, 14 ədəd konvalyutda (listdə) ümumi sayı 140 ədəd olan metadon üçün 800 manat pul istəmiş, lakin 420 manata razılaşdıqdan sonra Məmmədə 350 manat pul verəcəyini, qalan 70 manatı sonra verəcəyini demiş, o da razılaşmışdır.Bundan sonra o, Məmmədin ona vattsapla şəklini göndərdiyi karta 350 manat pulu şəhər ərazisində olan MilliÖn ödəmə terminalı vasitəsilə ödəmiş, qalan 70 manatı isə əlinə pul düşən kimi ödəyəcəyini bildirmişdir.Həmin narkotik vasitələri özünün şəxsi istifadəsi üçün almışdır.Həmçinin o, yaşadığı evdə narkotik maddələri gizlətməyə ehtiyat etdiyindən, yəni həyat yoldaşı bunu bilib şübhələnməsin deyə narkotik maddələri üzərində saxlamışdır.Aldığı tiryəkdən bir az istifadə etmiş, metadondan isə istifadə etməmişdir.15 mart 2022-ci il tarixdə, saat 23 radələrində Lənkəran şəhəri, Hacılar küçəsində, yaşadığı evin yaxınlığında piyada hərəkətdə olarkən bir neçə mülki geyimli polis işçiləri onu saxlayıb X4 dövriyyəsində şübhəli olduğu bildirib regional polis şöbəsinə aparmışlar.Şöbədə vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır.Axtarış zamanı özü əynindəki gödəkcənin cibindən bir bükümdə tiryəki, 14 ədəd listdə ümumi sayı 140 ədəd metadon həblərini və narkotiklərin çəkisini müəyyən etmək üçün üstündə saxladığı bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı o, aşkar olunmuş tiryəki və metadonu “Məmməd” adlı şəxsdən alıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Üzərindən aşkar olunmuş tiryək, metadon və elektron tərəzi qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüş, sonra sənədləşmə aparılmışdır.Törətdiyi əməlin cinayət olduğunu bilir və əməlindən peşmandır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş tiryək və metadonun özünə məxsus olduğunu bildirmişdir.Əslində üzərində aşkar olunmuş tiryəkin yalnız az hissəsi, yəni 0,2 qramı özünə məxsusdur, tiryəkin qalan hissəsi və metadon həbləri ona məxsus deyil, onları üzərinə polis əməkdaşları qoymuşdur. Həmçinin tutulan vaxt üzərində elektron tərəzi olmamış, iş üzrə olan tərəzini isə polis əməkdaşları onun yaşadığı evdən götürmüş və həmin tərəzi anasına məxsusdur.O, üzərində aşkar olunmuş narkotik maddələrin satışı ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin üzərində şəxsi istifadəsi üçün əldə edib saxladığı 0,2 qram tiryəkə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, CBRŞnin əməkdaşıdır. 15 mart 2022-ci il tarixdə Lənkəran şəhəri sakini Təqsirləndirilən şəxs X4 dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması üçün həmin gün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və saat 23 radələrində əməliyyat tədbiri keçirilmişdir.Əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Hacılar küçəsində piyada hərəkətdə olarkən saxlanılıb regional polis şöbəsinə gətirilmişdir.Şöbədə təhqiqatçı Yelmar Vahabov tərəfindən vəkil Vəliəhəd Həbibovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində bir bükümdə tiryəkə oxşar kütlə, 140 ədəd metadon həbləri və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələr narkotik maddələr olduğunu, həmin narkotikləri Astara rayon sakini “Məmməd” adlı şəxsdən pulla aldığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Aşkar olunmuş kütlələr və elektron tərəzidə təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur.Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur.Hacıəli evlidir, himayəsində iki azyaşlı uşağı vardır.Hacıəlinin narkotiklərdən istifadə etməsini bilsə də, bunun şahidi olmamışdır.15 mart 2022-ci il tarixdə gecə saat 12 radələrində bir qrup polis əməkdaşı evinə gəlib oğlu Hacıəlini tutub polis şöbəsinə aparmışlar.Həmin vaxt bir nəfər polis əməkdaşı ona Hacıəlinin narkotikə görə tutmalarını bildirmişdir.Həmçinin polis əməkdaşlarının deməsinə görə tutulan vaxt Hacıəlinin üzərində narkotik maddələr və elektron tərəzi olmuşdur.Hacıəli isə tutulan vaxt üzərində deyilən qədər tiryək və başqa narkotik, həm də elektron tərəzi olmadığını, üzərində yalnız az miqdarda özunun istifadəsi üçün saxladığı tiryək olduğunu bildirir.Elektron tərəzini isə polis əməkdaşları evdən götürmüş, həmin tərəzi Hacıəliyə yox, özünü məxsusdur və o, evdə məişət işləri görərkən həmin tərəzidən istifadə etmişdir.Hacıəlinin dediyinə görə tutularkən polis əməkdaşlırı tərəfindən ona qarşı təzyiqlər olmuşdur.Ona görə də hesab edir ki, Hacıəlinin narkotik maddələrin satışı ilə məşğul olması barədə deyilənlər doğru deyildir. Məhkəmə iclasında şahidlər Şahid5 qızə və Şahid6 Şahid4 ifadəsinə uyğun ifadələr vermişlər, həmçinin Şahid6 ifadəsində göstərmişdir ki, qardaşı Hacıəli ilə birgə yaşadığı evdə anası Almaza məxsus elektron tərəzi olmamış, lakin evdə başqa adi təsərrüfat işlərinə aid tərəzi olmuşdur. İşdə olan, DİN-nin BNMİ-nin CBRŞ-nin əməkdaşının 15 mart 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs X4 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxıl olmuşdur. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 15 mart 2022-ci il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs X4 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 15 mart 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan, DİN-nin BNMİ-nin CBRŞ-nin əməkdaşının 15 mart 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, daxil olmuş əməliyyat məlumatı əsasında CBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 15 mart 2022-ci il tarixdə, saat 23 radələrində ünvan 1 ünvanın yaxınlığında saxlanılıb regional şöbəyə gətirilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 17 mart 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 mart 2022-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə CBRŞ-nin təhqiqatçısı Yelmar Vahabov tərəfindən müdafiəçi Vəliəhəd Həbibovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən 1 ədəd büküm və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir.Təqdim olunmuş bükümün içərisində tiryəkə oxşar kütlə və 140 ədəd metadon həbləri aşkar olunmuşdur.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlənin tiryək, həblərin metadon olduğunu, həmin tiryək, metadon və elektron tərəzinin özünə məxsus olmasını, tiryək və metadonu Astara rayonunda “Məmməd” adlı şəxsdən 420 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, sonra həmin kutlə və həblər, habelə bir ədəd elektron tərəzi qablaşdırılıb götürülmüşdür.Şəxsi axtarışla bağlı aparılmış videoçəkliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 16 mart 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlələr və 1 ədəd elektron tərəzi .” sözlər və imzalar olan zərfi açdıqda, 01 ədəd bükümdə təmiz çəkisi-100,369 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir.14 ədəd konvalyutda olmaqla sayı 140 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondur və həblərin təsiredici maddəsinin ümumi miqdarı-5,6 qramdır (bir həbdə 0,04 qram). Bir ədəd elektron əl tərəzisinin üzərində narkotik vasitə tiryəkin izləri vardır.Tiryək iz şəkilində olduğuna görə çəkisini və tədqiqata təqdim olunmuş tiryəklə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı.Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq tiryək 100,319 qram, qalıq metadon 128 ədəd həb. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanınma haqqında” 01 aprel 2022-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 100,319 qram tiryək, 128 ədəd metadon həbləri və üzərində tiryəkin izləri olan bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 17 mart 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-isifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin ayrı icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 07 iyul 2022-ci il tarixli qərarla müəyyən edilir ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etmə mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (15 mart 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən onu küçədə yox, yaşadığı evdə tutması, üzərindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması, həmin narkotik vasitələri üzərinə polis əməkdaşları tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması, narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edib saxlaması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni üzərindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması, həmin narkotik vasitələri üzərinə polis əməkdaşları tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması, narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edib saxlaması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübutlar (o cümlədən maddi sübut olan elektron tərəzinin üzərində tiryəkin üzləri aşkar edilmişdir), ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərindən aşkar olunmuş narkotik vasitələrin və elektron tərəzinin özünə məxsus olması, həmin narkotik maddələri pulla aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir) tam təkzib olunur.Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddələrin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər.Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Lənkəran Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilib üzərində aşkar olunmuş narkotik maddələrin və elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Həmçinin şahidlər Şahid4, Şahid5 və Şahid6 məhkəmədə verdikləri ifadələrində göstərdikləri xüsusatları, yəni polis əməkdaşlarının Təqsirləndirilən şəxs 15 mart 2022ci il tarixdə küçədə yox, evdə tutması, tutularkən Təqsirləndirilən şəxs üzərində ittihamda göstərilən qədər tiryəkin və başqa narkotik vasitənin, eləcə də elektron tərəzinin olmaması, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı zorakılıq hərəkətlərin edilməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, şəxsi axtarışla bağlı protokol və videoçəkiliş, ekspert rəyləri, digər iş materialları, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə tam təkzib olunduğundan məhkəmə həmin ifadələri sübut kimi qəbul etmir və onların bu ifadələri törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim edilməsi kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Tiryək” və “Metadon” olan maddələr narkotik vasitələrdir. Tiryəkin 0,5 qramdan, metadonun 0,02 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, tiryəkin 50 qramı və metadonun 1,6 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 100,369 qram narkotik vasitə olan tiryək və təsiredici maddəsinin ümumi miqdarı 5,6 qram olan 140 ədəd narkotik vasitə olan metadon şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ayrı-ayrı növlərdə olmaqla külli miqdarda narkotik vasitələri əldə edib yaşıdığı ərazidə küçədə üzərində daşıması, habelə cibində üzərində tiryəkin izlərin olan elektron təzənin aşkar edilməsi onun həmin narkotik maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda tiryək və metadonu əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu vaxtdan-15 mart 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə, məhkəmə hökmü və qərarının surətləri ilə müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndi tətbiq edilərək 29 iyul 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsinin 06 ay azaldılmış və 27 yanvar 2022-ci ildə cəza müddətinin sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 29 iyul 2021-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən, onun bu əməli cinayətlərin residivini yaradır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətlərin residivini yaratdığından ona ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. İşdə olan, Lənkəran şəhər 1 №-li sahə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Hacılar küçəsi ev 39-da qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə müsbət (məhəllədə keçirilən ictimai tədbirlərdə, o cümlədən abadlıq işlərində iştirak etmiş, barəsində heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Lənkəran şəhər 1 №-li sahə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli arayışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı-25 dekabr 2015-ci il təvəllüdlü X5 və 11 fevral 2017-ci il təvəllüdlü X2 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Habelə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadılqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu CM-nin maddə üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadılqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 15 mart 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.4-cü maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Lənkəran ŞRPŞ-nin nin maddi sübutlar otağında saxlanılan 100,319 qram narkotik vasitə olan tiryək, 128 ədəd narkotik vasitə olan metadon həbləri və üzərində tiryəkin izləri olan 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X4 X7 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddə sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 15 mart 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 100,319 qram narkotik vasitə olan tiryək, 128 ədəd narkotik vasitə olan metadon həbləri və üzərində tiryəkin izləri olan 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar