Məhkəmə qərarları › İş №1(099)-484/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-484/2024

05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-484/2024 05.08.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1979-cü ildə Sabirabad rayonun Xəlfəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sabirabad rayonun Xəlfəli kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-2683,081 qram (2 kq 683,081 qram) narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, saxlayıb, daşıyaraq yaşadığı Sabirabad rayonun Xəlfəli kəndində olan fərdi yaşayış evinə aparmış və bundan sonra həmin narkotik maddənin satışını realizə etmək üçün qurudulmuş marixuananın 210 qram hissəsini iki ədəd şəffaf sellofan torbalara qablaşdırıb üzərində saxlayıb daşımış, qurudulmuş marixuananın qalan 13,081 qram hissəsini üç ədəd kibrit qutusuna, 1435 qram hissəsini üç ədəd şəffaf sellofanlara və 1025 qram hissəsini bir ədəd polietilen bağlamaya qablaşdırıb yaşadığı evin yataq otağında metal qabın içərisində saxlamışdır. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra BNMİ-nin) əməkdaşları tərəfindən 11 oktyabr 2023-cü il tarixdə, saat 19 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sabirabad rayonun Xəlfəli kəndində, küçədə saxlanılıb üzərində şəxsi axtarış zamanı əlində saxladığı qara rəngli sellofan torbanın içərisində iki ədəd şəffaf sellofan torbalarda, ayrı-ayrılıqda 107 qram və 103 qram olmaqla cəmi 210 qram narkotik maddə olan qurudulmuş marixuana aşkar edilib götürülmüş, habelə Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonun Xəlfəli kəndində yerləşən fərdi yaşayış evinə baxış zamanı evin yataq otağında olan metal qabın içərisində üç ədəd kibrit qutusunda, ayrı-ayrılıqda 0,395 qram, 6,196 qram və 6,490 qram olmaqla cəmi 13,081 qram, üç ədəd şəffaf sellofan bağlamalarda ayrı-ayrılıqda 410 qram, 345 qram və 680 qram olmaqla cəmi 1435 qram və bir ədəd polietilen bağlamada 1025 qram narkotik vasitə olan qurudulmuş marixuana (cəmi 2683,081 qram narkotik vasitə olan qurudulmuş marixuana) və üzərində cüzi miqdar narkotik vasitə olan marixuana hissəcikləri olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Sabirabad rayonun Xəlfəli kəndində qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi təsərrüfatla məşğul olmuşdur. Əvvəllər bir müddət marixuanadan istifadə etsə də, sonradan marixuanadan istifadə etməmişdir. O, yaşadığı kəndin qonşuluğundan olan kəndin çollük ərazisində yabanı halda bitmiş çətənə bitkisini qurudub satmaq məqsədilə təxminən 400 qram marixuana hazırlamış (əldə etmiş), həmin marixuananın bir hissəsini üç ədəd kibrit qutusuna və beş ədəd sellofan torbalara qablaşdırıb yaşadığı evin zirzəmisində gizlətmişdir ki, sonra kiməsə satsın. Marixuananın iki ədəd sellofanda olan təxminən 100 qram hissəsini 11 oktyabr 2023-cü il tarixdə, axşam saatlarında üzərinə götürüb küçəyə çıxmışdır ki, kiməsə satsın. Həmin gün axşam saatlarında yaşadığı ərazidə küçədə olarkən polis əməkdaları onu saxlayıb üzərində narkotik maddələr saxlamaqda şübhəli olduğunu bildirilib rayon polis şöbəsinə aparılmışdır. Polis şöbəsinə aparılarkən üzərində (əlində) iki ədəd sellofanda təxminən 100 qram marixuana olmuşdur. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü üzərində (əlində) olan iki ədəd sellofan bağlamanı təqdim etmiş, həmin bağlamaların içərisində marixuana (qurudulmuş marixuana) aşkar edilmişdir. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş marixuananı (qurudulmuş marixuananı) yaşadığı kəndin qonşuluğundan olan kəndin çöllük ərazisində yabanı halda bitmiş çətənə bitkisindən əldə etdiyini və tanımadığı şəxsə satmaq niyyəti ilə üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən aşkar olunmuş marixuana (qurudulmuş marixuana) kütlələri elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. Bundan sonra polis əməkdaşları onu yaşadığı evə aparmış (Sabirabad rayonun Xəlfəli kəndində olan fərdi yaşayış evinə), özünün və vəkilin iştirakı ilə, həm də videoçəkilişlə evinə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evinin yataq otağında dəmir qabın içərisində bir neçə sellofan bağlamalarda və kibrit qutularında marixuana, həmin yerdə bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən evində aşkar olunan marixuana elektron tərəzidə çəkilərkən ona məlum olmşdur ki, həmin marixuananın çəkisi 2 kq-dan çoxdur. O, cəmi 400 qram marixuana əldə etmiş, həmin marixuananın 100 qramı üzərində olmuş, qalan hissəsi (300 qramı) isə üç ədəd kibrit qutusunda və üç ədəd sellofan bağlamalarda yaşadığı evin zirzəmisində saxlamışdır. Ona görə də o, hesab edir ki, evində aşkar olunan marixuananın 300 qramdan artıq hissəsi evinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Şifahi sorğu zamanı o, üzərində və evində aşkar olunmuş marixuananı yaşadığı kəndin qonşuluğundakı kəndin çöllük ərazisində yabanı halda bitmiş çətənə bitkisindən satmaq məqsədilə yığdığını (əldə etdiyini), sonra həmin marixuananı kibrit qutularına və sellofanlara qablaşdırdmışdır ki, sonra kiməsə satsın. Həmçinin evində aşkar olunmuş bir ədəd elektron tərəzi də özünə məxsusdur, həmin tərəzidən narkotik maddəni çəkmək üçün istifadə etmişdir. Üzərində aşkar olunmuş iki ədəd sellofanda və evində aşkar olunmuş üç ədəd kibrit qutusunda olan marixuana özünə məxsusdur, lakin evində aşkar olunmuş dörd ədəd sellofan bağlamalarda olan marixuana ona məxsus deyil, hesab edir ki, həmin bağlamalarda olan marixuananı evinə polis əməkdaşları qoymuşdur. Ona görə də o, aşkar olunmuş marixuananın 400 qrama aid hissəsi üzrə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 12 və 13 oktyabr 2023-cü ifadələrində göstərmişdir ki, o, 11 oktyabr 2023-cü il tarixdə, saat 19 radələrində Sabirabad rayonun Xəlfəli kəndində yaşadığı evin yaxınlığında, küçədə olarkən polis əməkdaşları onu saxlayıb X1 dövriyyəsində şübhəli olduğu bildirilib Sabirabad RPŞ-nə aparılmışdır. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı özü əlindəki qara rəngli sellofan torbanın içərisində olan iki ədəd sellofan bağlamalarda qurudulmuş marixuananı təqdim etmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotik maddəni (qurudulmuş marixuananı) Sabirabad rayonun ərazisində sahədən əldə etdiyini (yığdığını) və tanımadığı şəxsə satmaq üçün üzərində saxladığını bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərində aşkar olunmuş narkotik maddə elektron tərəzidə çəkilib qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən müdafiəçinin və özünün iştirakı ilə və videoçəkilişlə yaşadığı Sabirabad rayonun Xəlfəli kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı özü evin yataq otağında olan metal qabın içərisində dörd ədəd sellofan bağlamada qurudulmuş marixuananı, üç ədəd kibrit qutusunda qurudulmuş marixuananı və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin sellofan bağlamaların və kibrit qutularının içərisindən qurudulmuş marixuana kütlələri aşkar edilmişdir. Şifahi sorğu zamanı o, aşkar olunmuş maddələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin maddələri (qurudulmuş marixuananı) Sabirabad rayonu ərazisində yerləşən sahədən götürdüyünü (əldə etdiyini), elektron tərəzidən narkotik maddəni çəkmək üçün istifadə etdiyini, əldə etdiyi narkotik maddəni həm istifadə etmək, həm də satmaq üçün evində saxladığın bildirmişdir. Evində aşkar olunmuş narkotik maddənin kütlələri elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüş, daha sonra protokol tərtib edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs 11 yanvar 2024-cü il tarixli əlavə ifadəsində göstərmişdir ki, əldə etdiyi 400 qram qurudulmuş marixuananı yaşadığı üç ədəd kibrit qutusunda və beş ədəd sellofan bağlamalara qablaşdırıb yaşadığı evin zirzəmisində gizlədib saxlamışdar. 11 oktyabr 2013-cü il tarixdə satmaq üçün iki ədəd sellofan bağlamalarda olan marixuana üzərinə götürmüş, marixuananın qalan hissəsi isə zərzəmidə qalmışdır. Həmin gün axşam saatlarında polis əməkdaşları tərəfindən saxlanılmış və üzərində saxladığı iki ədəd sellofan bağlamada olan marixana aşkar edilib ondan götürülmüşdür. Sonra polis əməkdaşları onu yaşadığı evə aparıb evə baxış keçirilərkən evin yataq otağında dəmir qabın içərisində üç ədəd kibrit qutusunda və dörd ədəd sellofan bağlamalarda marixuana aşkar olunmuşdur. O, həmin marixuananın ona məxsus olmadığını, ona aid marixuananın evin zirzəmisində olmasını bildirmiş, lakin polis əməkdaşları ona qarşı təzyiqlər etdiyi üçün o, evində aşkar olunmuş üç ədəd kibrit qutusunda və dörd ədəd sellofan bağlamalarda olan marixuananın özünə məxsus olmasını bildirmişdir. Ona görə də o, hesab edir ki, evin yataq otağında aşkar edilmiş qurudulmuş marixuananı evinə polis əməkdaşları qoymuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarış və baxışla bağlı videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, yaşadığı kəndin qonşuluğundan olan kəndin çöllük ərazisində yabanı halda bitmiş çətənə bitkisindən satmaq məqsədilə təxminən cəmi 400 qram marixuana yığmış (əldə etmiş), həmin marixuananın bir hissəsini üç ədəd kibrit qutusuna və beş ədəd sellofanlara qablaşdırmışdır ki, kiməsə satsın. Üzərində aşkar olunmuş iki ədəd sellofanda, evində aşkar olunmuş üç ədəd kibrit qutusunda olan marixuana və bir ədəd elektron tərəzi özünə məxsusdur, lakin evində aşkar olunmuş sellofan bağlamalarda (dörd ədəd) olan marixuana ona məxsus deyil, hesab edir ki, həmin bağlamalarda olan marixuananı evinə polis əməkdaşları qoymuşdur. Ona görə də o, aşkar olnmuş marixuananın 400 qrama aid hissəsinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, BNMİ-nin əməkdaşıdır. 11 oktyabr 2023-cü il tarixdə ona, Sabirabad rayonun Xəlfəli kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu məlumat əsasında özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün əməliyyat-axtarış tədbiri keçirilmişdir. 11 oktyabr 2023-cü il tarixdə, saat 19 radələrində keçirilmiş əməliyyat-axtarış nəticəsində Təqsirləndirilən şəxs Sabirabad rayonun Xəlfəli kəndində, küçədə saxlanılmış və ona üzərində narkotik maddələr saxlamasında şübhəli olduğu bildirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əlində qara rəngli sellofan torba olmuş, sonra o, əlindəki torba ilə birlikdə Sabirabad RPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlindəki qara rəngli sellofon torbanı təqdim edib içərisində narkotik maddə olduğunu bildirmişdir. Təqdim olunmuş torbanın içərisində iki ədəd sellofan bağlama və həmin bağlamaların içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik maddəni Sabirabad rayonu ərazisində sahədən əldə etdiyini və həmin narkotik maddəni tanımadığı şəxsə satmaq istədiyini, yaşadığı evdə də narkotik maddə olmasını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş və axtarışla bağlı protokol tərtib olunmuşdur. Sonra təhqiqatçı tərəfindən müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin yataq otağında olan metal qabın içərisində dörd ədəd sellofon bağlamanı, üç ədəd kibrit qutusunu və bir ədəd elektron tərəzini təqdim etmiş, həmin bağlamaların və kibrit qutuların içərisindən qurudulmuş marixuanaya oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş maddələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin maddələri Sabirabad rayonu ərazisində çöllük sahədə bitən çətənə bitkisindən əldə etdiyini, elektron tərəzidən narkotik maddəni çəkmək üçün istifadə etdiyini, əldə etdiyi narkotik maddəni həm istifadə etmək, həm də satmaq üçün evində saxladığın bildirmişdir. Aşkar olunmuş narkotik maddənin kütlələri elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış və evinə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs oğludur. Oğlu David və onun ailəsi onunla birlikdə bir evdə yaşayırlar. Oğlu Davidin narkotiklə bağlı tutulmasını 11 oktyabr 2023-cü il tarixdə bilmişdir. Həmin gün özü evdə olmuş, gəlini və nəvəsi Bakı şəhərində olmuşlar. Axşam saatlarında oğlu David evdən çıxmış və bir müddət sonra evlərinə polis əməkdaşları gəlib evi axtarmışlar, lakin evdə heç nə, o cümlədən narkotik maddə tapmamışlar. Aradan bir az keçəndən sonra polis əməkdaşları yenidən evə gəlmişlər və Davidi də gətirmişlər. Sonra evə özünün və Davidin iştirakı ilə və videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağında narkotik maddə aşkar olunmuşdur. Həmin narkotik maddənin kimə məxsus olmasını bilməmiş, polis əməkdaşları aşkar olunan narkotik maddənin oğlu Davidə məxsus olmasını bildirmişlər. Lakin sonradan telefonla danışarkən oğlu David evdə aşkar olunan narkotik maddənin ona məxsus olmamasını, həmin narkotik maddəni evə polis əməkdaşlarının gətirib qoyması, tutulandan sonra polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün o da aşkar olunan narkotik maddənin özünə məxsus olmasını bildirdiyini demişdir. İşdə olan, BNMİ-nin əməkdaşının 11 oktyabr 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Sabirabad rayonun Xəlfəli kənd sakini Təqsirləndirilən şəxs X1 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında BNMİ-nin əməkdaşları tərəfindən 11 oktyabr 2023-ci il tarixdə, saat 19 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Sabirabad rayonun Xəlfəli kəndində, yaşadığı yaşayış evinin yaxınlığında küçədə saxlanılıb Sabirabad RPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” 11 oktyabr 2023cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Sabirabad RPŞ-nin inzibati binasında, BNMİ-nin TQ-nun təhqiqatçısı Nicat Osmanov tərəfindən müdafiəçi Səxavət Məmmədlinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı iki ədəd sellofan bağlamanı təqdim etmişdir. Təqdim olunmuş sellofan bağlamaların içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş marixuananı (qurudulmuş marixuananı) yaşadığı kəndin qonşuluğundan olan kəndin çöllük ərazisində yabanı halda bitmiş çətənə bitkisindən yığıb əldə etdiyini və satmaq niyyəti ilə üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Baxış keçirilməsi və götürmə aparılması barədə” 11 oktyabr 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə BNMİ-nin TQ-nun təhqiqatçısı Nicat Osmanov tərəfindən müdafiəçi Səxavət Məmmədli və Təqsirləndirilən şəxs iştirakları ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı, Sabirabad rayonun Xəlfəli kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağında olan metal qabın içərisində üç ədəd kibrit qutusunda, üç ədəd sellofan bağlamalarda və bir ədəd polietilen bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs evində aşkar olunmuş marixuananının və elektron tərəzinin özünə məxsus olmasını, marixuananı Sabirabad rayonun ərazisində yerləşən sahədən əldə etdiyini (çətənə bitkisindən yığdığını), həmin maddələri çəkmək üçün elektron tərəzidən istifadə etdiyini, marixuana kütlələrini satmaq və istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və bir ədəd elektron tərəzi qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 12 oktyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş narkotik maddə ...” yazı və imzalar olan zərfdə 3 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,395 qram, 6,196 qram və 6,490 qram olmaqla, ümumi çəkisi 13,081 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddə ...” yazı və imzalar olan qara rəngli sellofan torbada 2 ədəd şəffaf sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 107,0 qram və 103,0 qram olmaqla, ümumi çəkisi 210,0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdə ...” yazı və imzalar olan ağ rəngli polietilen bağlamada 3 ədəd şəffaf sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 410,0 qram, 345,0 qram və 680,0 qram olmaqla, ümumi çəkisi 1435,0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata tqədim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdə ...” yazı və imzalar olan polietilen bağlamanı açdıqda içərisində təmiz çəkisi 1025,0 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində şəffaf yapışdan lentlə yapışdırılmış üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən ...” yazı və imzalar olan sellofanda 1 ədəd ağ rəngli elektron tərəzinin üzərində cüzi miqdar narkotik vasitə olan marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdarda olduğu üçün onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 2682,631 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 manat təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 12 oktyabr 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 2682,631 qram narkotik vasitə qurudulmuş marixuana və üzərində cüzi miqdar narkotik vasitə olan marixuana hissəcikləri olan bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 04 noyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 mart 2024-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs BNMİ-nin əməkdaşları tərəfindən ona qarşı zorakı hərəkətlərin və təzyiqlərin olması barədə şikayəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi, cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 25 aprel 2024-cü il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik maddənin mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə Şahid1 ifadəsi yalnız özünün birbaşa şahid olduğu hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadəni mötəbər sübut hesab edir, onun göstərdiyi halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (əldə edib üzərində və yaşadığı evdə cəmi 400 qram marixuana saxlaması, üzərində və evində aşkar olunmuş marixuananın yalnız 400 qramının ona məxsus olması, qalan hissəsinin isə evinə polis əməkdaşlarının qoyması və polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən Şahid1 ifadəsi, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa və baxışa dair protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni əldə edib üzərində və yaşadığı evdə cəmi 400 qram marixuana saxlaması, üzərində və evində aşkar olunmuş marixuananın yalnız 400 qramının ona məxsus olması, qalan hissəsinin isə evinə polis əməkdaşlarının qoyması və polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Şahid1 ifadəsi, maddi sübutlar (o cümlədən üzərində cüzi miqdarda marixuana hissəcikləri olan bir ədəd elektron tərəzinin olması), ekspertiza rəyləri, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 mart 2024-cü il tarixli qərarla (prokurorluqda aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması faktı təsdiq olunmamışdır), habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarış və evə baxışla bağlı tərtib olunmuş protokollarla (həmin vaxt o, üzərində və yaşadığı evdə aşkar olunmuş narkotik maddənin və elektron tərəzinin özünə məxsus olmasını bildirib narkotik maddənin çəkisi ilə bağlı narazılığı bildirməmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahatı, 12 və 13 oktyabr 2023-cü il tarixli ifadələri ilə (həmin izahat və ifadələrində o, üzərində və yaşadığı evdə aşkar olunmuş narkotik maddənin özünə məxsus olmasını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Habelə Şahid3 ifadəsində göstərdiyi xüsusatlar, yəni 11 oktyabr 2023-cü il tarixdə polis əməkdaşlarının evə iki dəfə gəlib axtarış etmələri, oğlu Davidlə telefonla danışarkən Davidin evdə aşkar olunmuş narkotik maddənin ona məxsus olmaması və həmin narkotik maddəni evə polis əməkdaşlarının qoymasına ərində aşkar olunmuş narkotik maddələri üzərinə polis əməkdaşlarının qoymasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Şahid1 ifadəsi, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən baxışla bağlı aparılmış videoçəkilişlə təkzib olunduğundan məhkəmə Şahid3 ifadəsini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsi Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə öz mülahizələrinə uyğun verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya (11 oktyabr 20223-cü il tarixdə qüvvədə olan) əsasən dərman preparatı kimi beynəlxalq adı “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 2683,081 qram narkotik vasitə olan qurudulmuş marixuana istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda qurudulmuş marixuana əldə etməsi, həmin qurudulmuş marixuananı çəkilib üç ədəd kibrit qutusuna, altı ədəd bağlamalara qablaşdırması, sonra həmin bağlamalardan iki ədədini üzərində saxlayıb daşıması, qalan bağlamalarda və kibrit qutularında olan hisssini yaşadığı evdə saxlaması, üzərində cüzi miqdarda marixuana hissəcikləri olan elektron tərəzinin aşkar olunması, habelə əldə etdiyi qurudulmuş marixuananı tanımadığı şəxslərə satmaq niyyətində olmasına dair ifadəsini nəzərə alaraq hesab edir ki, o, həmin narkotik maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Sabirabad Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Sabirabad şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 07 avqust 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sabirabad rayonun Xəlfəli kəndində qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə müsbət (yaşadığı dövrdə ictimai yerlərdə və məişətdə özünü intizamlı aparmış, nümayəndəliyə ondan ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 11 oktyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Sabirabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan 2682,631 qram narkotik vasitə olan qurudulmuş marixuana və üzərində cüzi miqdar narkotik vasitə olan marixuana hissəcikləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X1 X2 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 11 oktyabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 2682,631 qram narkotik vasitə olan qurudulmuş marixuana və üzərində cüzi miqdar narkotik vasitə olan marixuana hissəcikləri olan 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-70 (yetmiş) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar