Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-486/2022 20.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Nuriyev Xamməd Abış oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə,
1. xx xxxx 1975-ci ildə Astara rayonunun Rüdəkənar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Astara rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il, 4 (dörd) ay, 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 01 aprel 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və
2. xx xxxx 1986-cı ildə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, Astara şəhəri, Nizami küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində 01 aprel 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda- 32,535 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, sonra tanışı Təqsirləndirilən şəxs1 Rəzzaf oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında aralarında olan razılaşmaya əsasən həmin narkotik vasitənin külli miqdarda-14,188 qram hissəsini qanunsuz olaraq satıb qazanc əldə etmək məqsədi ilə 29 mart 2022-ci ildə Təqsirləndirilən şəxs1 vermiş, qalan hissəsini isə satış məqsədi ilə qanunsuz olaraq özündə saxlamış, Təqsirləndirilən şəxs1 BNMİ-nin CBRŞ-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 30 mart 2022-ci ildə saat 17:30 radələrində Astara rayonunun Suparibağ kəndində saxlanılıb regional şöbənin inzibati binasına aparılaraq üzərində keçirilən şəxsi axtarış zamanı həmin 01 ədəd bükümdə təmiz çəkisi;-14,188 qram narkotik vasitə heroin onun əynində olan şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs2 isə həmin gün axşam saat 21:40-da polis əməkdaşları tərəfindən saxlanılıb şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan idman gödəkcəsinin sağ yan cibindən 01 ədəd bükümdə-18,347 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, gecə saat 23 radələrində mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq regional şöbəyə aparılmış, şöbədə müstəntiq tərəfindən yazılan ifadələrinə polis əməkdaşlarının təzyiqi nəticəsində imza etmiş, Təqsirləndirilən şəxs2 şəxsi istifadəsi üçün 1 qramdan az miqdarda narkotik vasitə heroin götürmüş, sonuncu ilə aralarında üzələşdirmə olmamışdır. Lakin Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı ona heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, regional şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən şalvarının sol yan cibində gizlətdiyi sellofan bükümdə olan heroini çıxarıb təqdim edərək masanın üzərinə qoyaraq həmin narkotik vasitəni 29 mart 2022-ci ildə Astara şəhəri, Nizami küçəsində yaşayan tanışı Təqsirləndirilən şəxs2 satmaq üçün əldə etmiş, narkotik vasitəni satdıqdan sonra pulunu Elşənə verəcəyini bildirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 mart 2022-ci ildə səhər saat 11 radələrində Lənkəran şəhəri, Kiçik Bazar ərazisində olarkən tanımadığı şəxsdən 230 manata bir büküm narkotik vasitə heroin alaraq Astara şəhərinə qayıtmış, həmin narkotik vasitənin bir hissəsini 29 mart 2022-ci ildə günorta saatlarında tanışı Təqsirləndirilən şəxs1 istifadə etmək üçün vermiş, ona satmamış, 30 mart 2022-ci ildə axşam saat 20 radələlərində mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin Regional Şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki idman gödəkçəsinin sağ yan cibində gizlətdiyi sellofan bükümdə olan heroini çıxarıb təqdim etmiş, təqdim etdiyi bükümün içərisində narkotik maddə kakos olduğunu demiş, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol iştirakçılar və özü tərəfindən imzalanmışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda verilən ittiham üzrə cinayət əməlini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsində regional şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 məhkəmədə şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 30 mart 2022-ci ildə Astara rayonunun Rudəkənar kəndində yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə saxlaması, daşınması və satışı ilə məşğul olması barədə regional şöbəyə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs1 həmin gün saat 17:30-da saxlanılaraq regional şöbəyə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən sonuncu əynində olan şalvarın sol yan cibindən sellofan bükülüdə büküm çıxarıb təqdim edərək, həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 29 mart 2022-ci ildə günorta saatlarında Astara şəhəri, Nizami küçəsində yaşayan tanışı Təqsirləndirilən şəxs2 satmaq üçün pulsuz aldığını, satandan sonra pulunu verəcəyini, bunun müqabilində Təqsirləndirilən şəxs2 ona istifadəsi üçün bir istifadəlik narkotik vasitəni pulsuz verəcəyini söz verdiyini demiş, aşkar olunmuş bir ədəd sellofan büküm elektron tərəzidə çəkildikdə narkotik vasitə heroinə bənzər kütlənin çəkisi 15,17 qram olduğu müəyyən edilmiş, sonra protokol tərətib olunaraq Təqsirləndirilən şəxs1 və orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 də həmin gün saat 20 radələrində saxlanılaraq regional şöbəyə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən sonuncu əynində olan idman gödəkcəsinin sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmiş, bununla bağlı protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmış, aşkar olunmuş bir ədəd sellofan büküm elektron tərəzidə çəkildikdə narkotik vasitə heroinə bənzər kütlənin çəkisi 20 qram olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da analoji olaraq digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 30 mart 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 17:30-da DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Astara rayon Suparibağı kəndində yerləşən məscidin yaxınlığında özünə məxsus olan vaz-21013 markalı, ** OC *** dövlət nömrə nişanlı avtomaşını ilə hərəkətdə olan zaman saxlanılaraq CBRŞ-na gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı 01 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi-14,188 qram narkotik vasitə olan heroini əynində olan şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş kütlələrin ona məxsus olduğunu bildirir. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 30 mart 2022ci il tarixli protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 20 radələrində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Lənkəran CBRŞ-na gətirildikdən sonra müdafiəçinin iştirakı ilə polis şöbəsinin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı 01 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi-18,347 qram narkotik vasitə olan heroini əynində olan idman gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüş kütlələrin ona məxsus olduğunu bildirir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 31 mart 2022-ci il tarixli 19/388 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə ”sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi:-14,188 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə ”sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi:-18,347 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə heroinlə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heroin xarici görünüşünə və kimyəvi tərkibinə görə bir-biri ilə eynidirlər. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının üzrə 04 aprel 2022-ci il tarixli, 392 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 04 aprel 2022ci il tarixli, 393 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 01 aprel 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilən üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı üzərindən aşkar edilən narkotik vasitə olan heroini 29 mart 2022-ci ildə günorta saatlarında tanışı Təqsirləndirilən şəxs2 ona satmaq üçün verdiyini, satandan sonra həmin narkotik vasitənin pulunu ona qaytaracağını Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. İş materiallarında olan əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, Astara rayonunun Rüdəkənar kənd sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 narkotik vasitələri tanışı Təqsirləndirilən şəxs2 başqa kimdən almasını və kimlərə satmasını müəyyən etmək mümkün olmamışdır. Eləcə də Astara şəhəri, Azərbaycan küçəsi, ev 20, mənzil 8-də qeydiyyatda olan, Astara şəhəri, Nizami küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 narkotik vasitə satması müəyyən olunsa da, lakin həmin narkotik vasitələri daha kimlərə satmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Astara rayon məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarlarından görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 30 mart 2022-ci il tarixli qərarları qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 14,138 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 17,542 qram narkotik vasitə heroin Astara rayon polis şöbəsində saxlanılır, Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürülmə aparılması zamanı üzərindən aşkar edilmiş 01 ədəd « Samsunq» markalı mobil telefon saxlanılması üçün dayısı oğlu Zamir Heydərova, 01 ədəd qara rəngli üzərində «İdrak» məhkəmə nəzarət aparatı isə Astara rayon icra şöbəsinə təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdikləri etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələrinə məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onların tərəfindən törədilmişdir, bu cinayətlərə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində onlar, təqsirlidir və onların təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq Təqsirləndirilən şəxs1 məhkəmə baxışında verdiyi ifadəsini obyektiv ifadə kimi qəbul etmir və hesab edir ki, həmin ifadə işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini satış məqsədi ilə Təqsirləndirilən şəxs2 əldə etməsi, qənaətinə gəlir, eyni zamanda onların ifadəsində göstərdikləri bu xüsusatları onlara təyin ediləcək cəzanın müddətinin azaltmağa, başqa sözlə, cinayət məsulliyyətini yüngülləşdirməyə yönələn cəhdləri kimi qiymətləndirir. Məhkəmə gəldiyi nəticələri mövcud qanunvericiliyin və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunun tələblərinə və izahına əsasən beynəlxalq adı «heroin» olan narkotik vasitənin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Təmiz halda 2 (iki) qram və ondan artıq miqdarda «heroin» isə “külli miqdar” narkotik vasitə kimi qiymətləndirilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avandanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 əməllərinin tövsifini məsələsini müzakirə edərək onların hərəkətlərini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyası şərtlərinə uyğun gəldiyni nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 əməli düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olmadığından onların əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən olunmadı. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onların barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Əliyev X2 rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Astara rayon Məhkəməsinin 19 avqust 2021ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il, 4 (dörd) ay, 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının hazırki vaxtadək çəkilməmiş 11 (on bir) ay 04 (dörd)gün hissəsi CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir gün hesablanmaqla, cəzasının əvvəli 07 oktyabr 2022-ci ildən hesablanmaqla 05 (beş) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Şirvan Apelyasiya Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 05 (beş) ay 17 (on yeddi) gün azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu qəti cəza təyin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 19 avqust 2021-ci il tarixli hökmlə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını tam çəkmədən yenidən ağır cinayət əməli törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onların şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni həbsdə saxlama müddətinin 30 mart 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, Astara rayon məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərarları ilə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsetmənin əvvəli 30 mart 2022-ci ildən hesablanmaqla onların barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədaləti bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni sinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə törətdikləri cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əliyev X2 rayonu, Rüdəkənar kəndində qeydiyyatda olmaqla heç bir yerdə işləməyən arvadı və iki uşağı ilə birgə orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 heç bir yerdə işləməyən arvadı və üç azyaşlı uşaqları ilə birgə ünvan 2 ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun təqsirini qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun himayəsində 3 (üç) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, ilk məhkumlugunu və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus, qanunverigiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul əmlak və s. müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Astara rayon polis şöbəsində saxlanılan və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,138 qram narkotik vasitə heroin, eləcə də Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 17,542 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 2 ədəd DVD disk və iş üzrə şahid qismində dindirilmiş Əbdülrəhim Əliyevin təqdim etdiyi videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürülmə aparılması zamanı üzərindən aşkar edilmiş 01 ədəd « Samsunq» markalı mobil telefon saxlanılması üçün dayısı oğlu Zamir Heydərova, 01 ədəd qara rəngli üzərində «İdrak» yazısı olan məhkəmə nəzarət aparatının isə Astara rayon icra şöbəsinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olan 160 (yüz altmış) manat hər birindən 80 (səksən) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 5 (beş) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş və çəkilməmiş 5 (beş) ay, 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 5 (beş ) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 mart 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 30 mart 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Astara rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,138 qram narkotik vasitə heroin, eyni zamanda Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 17,542 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 2 ədəd DVD disk və iş üzrə şahid qismində dindirilmiş Əbdülrəhim Əliyevin təqdim etdiyi videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürülmə aparılması zamanı üzərindən aşkar edilmiş 01 ədəd «Samsunq» markalı mobil telefonun saxlanılması üçün dayısı oğlu Zamir Heydərova, 01 ədəd qara rəngli üzərində «İdrak» yazısı olan məhkəmə nəzarət aparatın isə Astara rayon icra şöbəsinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 160 (yüz altmış) manat hər birindən 80 (səksən) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.