Məhkəmə qərarları › İş №1(099)-486/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-486/2023

16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-486/2023 16.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1968-ci ildə Yardımlı rayonu Köryədi kəndində doğulmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Köryədi kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Göygöl küçəsi, ev 13-də yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “Əli” adlı İran İslam Respublikası vətəndaşı və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan həmin maddələri əldə edib 5000 (beş min) manat müqabilində qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermiş, bundan sonra məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş 10180 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 4885 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, 1998 qram çəkidə külli miqdarda narkotik vasitə tiryək, 4464 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin və təsir maddəsinin ümumi miqdarı 45 qram olan külli miqdarda 200 ədəd həb halında güclü təsir edən maddə tramadol hidroxlorid olan iki ədəd kisəni Yardımlı rayonu, Köryədi kəndi ərazisində “Hamarlar” adlı yerdə gizlədilməsi barədə ona məlumat verməsindən sonra o, həmin maddələri əldə edib daşıyaraq qanunsuz saxlamaqla Yardımlı rayonu Dəryavar kəndi ərazisində gizlətmiş, bu barədə əməliyyat məlumatı almış Yardımlı rayon Polis Şöbəsinin əməkdaşlarının 13 mart 2023-cü il tarixdə saat 09 radələrində keçirdikləri əməliyyat tədbirləri zamanı o, saxlanılaraq Yardımlı rayonu Dəryavar kəndi ərazisində yerləşən dərəyə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs gizlətdiyi iki ədəd kisədən 10 ədəd bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 975 qram, 1000 qram, 1010 qram, 1035 qram, 1035 qram, 1060 qram, 985 qram, 980 qram, 1105 qram, 995 qram olmaqla ümumilikdə 10180 qram çəkidə külli miqdarda bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 7 ədəd bağlamarlarda ayrı-ayrılıqda təmiz çəkiləri 432 qram, 553 qram, 355 qram, 910 qram, 825 qram, 885 qram, 925 qram olmaqla ümumilikdə 4885 qram çəkidə külli miqdarda kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd torba və 1 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 998 qram olmaqla ümumilikdə 1998 qram çəkidə külli miqdarda kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 5 ədəd bağlamarlarda ayrı-ayrılıqda təmiz çəkiləri 980 qram, 495 qram, 1000 qram, 995 qram, 994 qram olmaqla ümumilikdə 4464 qram çəkidə külli miqdarda kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin və təsir maddəsinin ümumi miqdarı 45 qram olan külli miqdarda 200 ədəd həb halında güclü təsir edən maddə tramadol hidroxlorid aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü narkotik maddə qəbul etmir. Hadisədən təqribən 2 əvvəl sonradan adının Əli olmasını bildiyi şəxs İran operatoruna məxsus nömrədən onun mobil telefonuna “WhatsApp” proqramı vasitəsi ilə zəng edərək qaçaqmalçılıq yolu ilə siqaret göndərəcəyini, həmin siqaretləri lazım olan yerə çatdıracağı təqdirdə ona pul verəcəyini bildirmiş, o əvvəlcə razılaşmasa da sonradan razılığını bildirmişdir. Ondan bir neçə gün sonra Əli “WhatsApp” vasitəsi ilə zəng vuraraq Yardımlı rayonu Vəlixanlı kəndi yaxınlığında yerləşən meşəlik sahədə 6 qutu “KENT 1” markalı siqaretlər gizlətdiyini, həmin siqaretləri Masallı-Yardımlı yolunda təhvil verəcəyini demişdir. O, da gedərək siqaret qutularını götürərək deyilən yerdə təhvil verib 1200 manat pul qazanmışdır. 12 mart 2023-cü il tarixdə saat 15 radələrində Sumqayıt şəhərində yaşadığı evdə olduğu zaman Əli “WhatsApp”la zəng edərək Yardımlı rayonu ərazisində meşədə 17 qutu siqaret gizlətdiyini, həmin siqaretləri lazım olan yerə çatdırmağı tapşırmışdır. O, həmin siqaret qutularını tək daşıya bilməyəcəyini bildiyi üçün avtomobil təmir edən usta kimi tanıdığı X5 rayonuna gəlmişlər. Həmin vaxt yol pulunu da o vermişdir. Həmin gün, saat 23 radələrində Yardımlı rayonu Sırıq kəndinin qurtaracağında Anarla Yardımlıya çatmışlar. Həmin vaxt Əli ona zəng edərək Köryədi kəndi ərazisində “Hamarlar” deyilən yerdə 2 kisədə narkotik maddələr gizlətdiyini, həmin yerə avtomobilin gedə bilmədiyini, həmin kisələri Yardımlı rayonu Dəryavar kəndi ərazisinə asfalt yolun kənarına aparmağı, həmin narkotik maddələrin oradan götürüləcəyini və ona 5000 min manat pul veriləcəyini bildirmişdir. Əvvəlcə Əli adlı şəxslə razılaşmamışdır. Lakin sonra Əli adlı şəxsin xahişini nəzərə alıb onunla razılaşmışdır. Bu barədə Anar Abbasova demiş, Anar da onunla razılaşmış və onunla birlikdə gəlmişdir. Lakin narkotik vasitəni əvvəlcə tapa bilmədikləri üçün Anar çıxıb getmişdir. 13 mart 2023-cü il tarixdə saat 02 radələrində narkotik maddələr olan kisələri Əli adlı şəxsin dediyi Yardımlı rayonu Köryədi kəndi ərazisində yerləşən “Hamarlar” adlı yerdən götürmüşdür. Bundan sonra həmin kisələri piyada təxminən 200-300 metr məsafədə Masallı-Yardımlı yolunun kənarına gətirmişdir. Əli adlı şəxs ona “WhatsApp” proqramı vasitəsi ilə fotoşəkil göndərərək kisələri həmin yerin yaxınlığında gizlətməyi tapşırmışdır. Masallı-Yardımlı yolunun yaxınlığında Yardımlı rayonu Dəryavar kəndi ərazisindəki dərədə yerləşən kolluqların yanında içərisində narkotik maddələr olan kisələri gizlətmişdir. Sonra Əli adlı şəxsə içərisində narkotik maddələr olan kisələri dediyi yerə qoyduğunu bildirmişdir. Əli adlı şəxs ona həmin yerdən kənarlaşmağı, həmin ərazini nəzarətdə saxlamağı tapşırmış və həmin kisələrin qoyulduğu yerdən götürüləcəyini bildirmişdir. O da kisələri qoyduğu yerdən təxminən 30-40 metr kənarda oturub gözləməyə başlamışdır. Bu zaman arxadan polis əməkdaşlarının gəldiklərini görmüş və qaçmağa başlamış, lakin polislər tərəfindən tutulmuşdur. Tutulandan sonra törətdiyi cinayəti etiraf etmişdir. Bundan sonra videoçəkilişlə narkotik maddələri gizlətdiyi yerə getmişlər. İçərisində narkotik maddələr olan kisələrə baxış keçirilmişdir. Baxış zamanı kisənin içərisindən sellofan torbalar aşkar olunmuşdur. Həmin torbaların içərisindən külli miqdarda marixuanna, metamfetamin, heroin, tiryək və tramadol həbləri aşkar edilmişdir. Əməlindən peşimandır. Məhkəmədən ona yüngül cəza nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Yardımlı rayon polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 13 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr əldə etməsi barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. 13 mart 2023-cü il tarixdə saat 08 radələrində rayon polis şöbəsinin əməkdaşları ilə Yardımlı rayonu Dəryavar kəndi ərazisində Təqsirləndirilən şəxs saxlamaq istəmişlər, sonuncu qaçmağa başlamış, lakin onlar Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs qaçmasının səbəbini soruşmuşlar, o, həmin ərazidə narkotik maddələr gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə vəkil və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi-axtarış aparılmışdır. Şəxsi-axtarış zamanı onun üzərindən cinayət xarakterli əşyalar aşkar olunmamışdır. Şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs yaxınlıqdakı dərədə kisələrdə narkotik maddələr gizlətdiyini bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs narkotik maddələri gizlətdiyi yerə getmişlər. Həmin kolların yanında 2 (iki) ədəd qara rəngli kisə olmuş, həmin kisələrə baxış keçirilmişdir. Baxış zamanı üzərinə qırmızı rəngli nisbətən nazik ip bağlanmış kisənin içərisindən sellofan torbalar aşkar olunmuşdur. Həmin torbaların içərisindən aylı-ayrı bükümlərdə 10 kq-dan artıq çəkidə qurudulmuş marixuanna, 4 kq-dan artıq metamfetamin və heroin, 2 kq. yaxın tiryək və 200 ədəd tramadol həbləri aşkar edilmişdir. Aşkar olunmuş maddələr qablaşdırılaraq götürülmüş və protokol tərtib edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Yardımlı rayon polis şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-fiziki kimyəvi ekspertizasının 14 mart 2023-cü il tarixli 19/302 saylı rəyində qeyd edilmişdir ki: tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə və psixotrop maddələrə oxşar kütlələr....” sözlər və imzalar olan bir ədəd kisədəki, 4 ədəd bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri: -975,0 qr: -1000,0 qr: -1010,0 qr: -1035, 0 qram: ümumi təmiz çəkisi: - 4020,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır; 4 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: -980,0 qr; -495,0 qr; - 1000,0 qr; -995 qram: ümumi təmiz çəkisi:-3470,0 qram olan ağ rəngli kristal şəkilli maddələr metamfetamindirlər; 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkilər:-432,0 qr; - 553,0 qram: ümumi təmiz çəkisi: -985,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər; 1 ədəd bağlama təmiz çəkisi:-1000,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə və psixotrop maddələrə oxşar kütlələr və dərman pereparatları.....” sözlər və imzalar olan bir ədəd kisədəki, 6 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri:-1035,0 qr: -1060,0 qr:-985,0 qr:-980,0 qr:-1105,0 qr:-995,0 qram: ümumi təmiz çəkisi:-6160,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır; 1 ədəd bağlamada təmiz çəkisi:-994,0 qram olan ağ rəngli kristal şəkilli maddələr metamfetamindir; 5 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: -355,0 qr; -910,0 qr; - 825,0 qr; -881,0 qr:-925,0 qram:- ümumi təmiz çəkisi-3900,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər; 1 ədəd torbada təmiz çəkisi:-998,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, 20 ədəd konvalyutda(listdə) hər birində 10 ədəd olmalqa ümumi sayı 200 ədəd olan ağ rəngli, dairəvi formalı həblər tramadoldurlar. Həblərin təsiredici maddəsinin ümumi miqdar:- 45 qramdır.(bir həbdə 0,225 qr), 10 ədəd bağlamalarda ümumi təmiz çəkisi:-10180,0 qram olan marixuanalar bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər, 5 ədəd bağlamalarda ümumi təmiz çəkisi:-4464,0 qram olan metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər, 7 ədəd bağlamalarda ümumi təmiz çəkisi:-4885,0 qram olan heroinlər, kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər, 1 ədəd torbada və 1 ədəd bağlamada ümumi təmiz çəkisi:-1998,0 qram olan tiryəklər, kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər, 20 ədəd konvalyutda(listdə) hər birində 10 ədəd olmaqla ümumi sayı 200 ədəd olan tramadollar həblərin təsiredici maddəsinin miqdarlarına görə bir-birlərinə görə eynidirlər. Həblərin təsedici maddəsinin ümumi miqdar:-45 qramdır.(hər həbdə 0,225qr) Marixuananın ümumi təmiz çəkisi- 10180,0 qr., tədqiqata sərf edildi-1,0qr(hər.ob 0,1qr), qalıq-10179,0 qr Metamfetaminin ümumi təmiz çəkisi- 4464,0 qr., cəmi tədqiqata sərf edildi- 0,5qr(hər.ob 0,1qr), qalıq-4463,5 qr Heroinin ümumi təmiz çəkisi-4885,0 qr., cəmi tədqiqata sərf edildi-0,7qr(hər.ob 0,1qr), qalıq-4884,3 qr Tiryəkin ümumi təmiz çəkisi-1998,0 qr., cəmi tədqiqata sərf edildi-0,2qr(hər.ob 0,1qr), qalıq-1997,8 qr Tramadol ümumi həb-200 ədəd., cəmi tədqiqata sərf edildi 20 ədəd., qalıq-180 ədəd. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. İş materiallarında olan 01 may 2023-cü il tarixli 1199 saylı ambulator məhkəməpsixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hadisəni törətdiyi anda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan 13 aprel 2023-cü il tarixli 429 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 13 mart 2023-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd kisələrdə külli miqdarda heroin, tiryək və qurudulmuş marixuana narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələr aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 13 mart 2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona məxsus «Samsung» markalı mobil telefonu Yardımlı rayonu Dəryavər kəndi ərazisində polis əməkdaşlarından qaçan zaman asfalt yolun sağ hissəsində düşürtdüyünü bildirdiyi üçün həmin əraziyə baxış keçirilmişdir. Baxış zamanı həmin ərazidən kolluq sahənin yanından 1 (bir) ədəd qara rəngli Samsung Galaxy A12 markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 14 mart 2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs 077 251 10 51 və 077 334 10 13 saylı mobil nömrələrdən istifadə etmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs həmin mobil telefonda “WhatsApp” sosial şəbəkəsindən istifadə etdiyi də müəyyən olunmuşdur. “WhatsApp” sosial şəbəkəsi ilə daxil olmuş mesajlara baxış zaman İran İslam Respublikası mobil operatoruna məxsus “Eli” adı ilə +98 914 158 2394 saylı nömrənin qeyd olunduğu aşkar olunmuşdur. Həmin nömrə ilə danışıqlar, səs yazıları və narkotik vasitələrin gizlədildiyi yerin yaxınlığının fotoşəkili, ümumiyyətlə narkotik vasitələrin qanunsuz dövrüyyəsi mövzusunda danışıqların aparılması müəyyən olmuşdur. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 15 mart 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspert təhqiqatından sonrakı qalıq – 10179,0 qram narkotik vasitə qurudulmuş marixuanna, 4463,5 qram psixotrop maddə metamfetamin, 4884,3 qram narkotik vasitə heroin, 1997,8 qram narkotik vasitə heroin, 180 ədəd güclü təsir edən tramadol həbləri maddi sübut kimi tanınaraq Yardımlı rayon polis şöbəsinin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 03 iyun 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung Galaxy A12» markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Yardımlı rayon polis şöbəsinin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan 13 mart 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Yardımlı rayon məhkəməsinin 14 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 13 mart 2023-cü il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 16 mart 2023-cü il tarixli Yardımlı RMX Publik Hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada rühi-əsəb xəstəsi kimi qeydiyyatda durmur. İş materiallarında olan Yardımlı rayon, Vəlixanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli yaşayış yeri və ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Ağayev X2 rayonu Köryədi kəndində qeydiyyatda olmvqlv uzun müddətdir ki, Sumqayıt şəhərində yaşayır, ailə tərkibi arvadından, yekinlik yaşına çatmış oğlandarından və xx.xx.2010-cu il təvəllüdlü X4 adlı azyaşlı uşağından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 17 may 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarı ilə “Əli” adlı İran İslam Respublikası vətəndaşı və digər şəxslər barəsində hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3, 240.3.2 və 318.2-ci maddələri ilə ayrı icraatda cinayət işi ayrılmışdır. Həmin tarixli qərarla şəxsi axtarış, baxış və götürmə aparılmasını əks etdirək 1 (bir) ədəd CD disk, mobil telefonun aşkar olunmasının görüntülərini əks etdirək 1 (bir) ədəd CD disk, mobil telefona baxış keçirilən zaman aşka edlmiş səs yazılarını özündə əks etdirən 1 (bir) ədəd CD-disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitəni, psixotrop maddə və güclü təsir edən maddələri əldə edib, özündə saxlamaqla daşımasına görə pul qazanmaq niyyətində olması, həmin maddələri məhz əvəzli olaraq yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun qeyd olunan əməli CM-nin 32-ci maddəsinə istinad edilmədən həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif olunmadan bu Məcəllənin 32.5, 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onun bu əməli Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və “Əli” adlı şəxs əvvəlcədən razılaşmışlar ki, sonuncunun İrandan qaçaqmalçılıq yolu ilə keçirəcəyi narkotik vasitə, psixotrop və güclü təsir edən maddələri Təqsirləndirilən şəxs qəbul edib Azərbaycan Respublikasında həmin maddələrin saxlama, daşıma, satma, bir sözlə realizə olunmasını təmin edəcəkdir. Həmin razılaşmadan sonra “Əli” adlı şəxs məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi sözü gedən qanunsuz maddələri İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsini təmin edərək qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs həmin yerdən bu maddələri satış məqsədi ilə əldə edib, üzərində daşımaqla saxlamışdır. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (“Əli” adlı şəxsin) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, şəxsiyyəti məlum olmayan “Əli” adlı İran vətəndaşı tərəfindən sözü gedən qanunsuz maddələri qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsi təmin edilib bu maddələrin qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs həmin maddələri əldə etmiş, yəni göstərilən halda qaçaqmalçılıq yalnız bir nəfər şəxs tərəfindən icra etmişdir. Eyni zamanda müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan “Əli” adlı İran vətəndaşı tərəfindən həmin maddələrin qaçaqmalçılıq yolu ilə keçiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu maddələrin İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra əldə edib, realizə olunmasını təmin edəcəyinə vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. Azərbaycan Respublikası CM-in 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə Azərbaycan Respublikası CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan “Əli” adlı İran vətəndaşı tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş külli miqdarda narkotik vasitə, psixotrop və güclü təsir edən maddələri əldə edib, saxlama, daşıma və satışına əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CM-in cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən CM-in 206.2-ci maddəsi ilə törədilən əməllər az ağır, CM-nin 206.3.2-ci maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri Azərbaycan Respublikası CM-in 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddələr, habelə güclü təsir edən maddə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı ovldının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmadığından, barəsindən narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq - Yardımlı Rayon Polis Şöbəsində saxlanılan ekspert təhqiqatından sonrakı qalıq- 10179,0 qram narkotik vasitə qurudulmuş marixuanna, 4463,5 qram psixotrop maddə metamfetamin, 4884,3 qram narkotik vasitə heroin, 1997,8 qram narkotik vasitə heroin, 180 ədəd güclü təsir edən tramadol həbləri məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung Galaxy A12» markalı mobil telefon yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarış, baxış və götürmə aparılmasını əks etdirək 1 (bir) ədəd CD disk, mobil telefonun aşkar olunmasının görüntülərini əks etdirək 1 (bir) ədəd CD disk, mobil telefona baxış keçirilən zaman aşka edlmiş səs yazılarını özündə əks etdirən 1 (bir) ədəd CD-disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin əvvəlinin 13 mart 2023cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 240.3.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 mart 2023-cü ildən hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış – Yardımlı Rayon Polis Şöbəsində saxlanılan ekspert təhqiqatından sonrakı qalıq- 10179,0 qram narkotik vasitə qurudulmuş marixuanna, 4463,5 qram psixotrop maddə metamfetamin, 4884,3 qram narkotik vasitə heroin, 1997,8 qram narkotik vasitə heroin, 180 ədəd güclü təsir edən tramadol həbləri məhv edilsin. - Yardımlı Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung Galaxy A12» markalı mobil telefon yaxın qohumlarına qaytarılsın. İş materiallarında saxlanılan şəxsi axtarış, baxış və götürmə aparılmasını əks etdirək 1 (bir) ədəd CD disk, mobil telefonun aşkar olunmasının görüntülərini əks etdirək 1 (bir) ədəd CD disk, mobil telefona baxış keçirilən zaman aşka edlmiş səs yazılarını özündə əks etdirən 1 (bir) ədəd CD-disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Nemət Məmmədov Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar