Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-487/2023 04.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Neftçala rayonu Qaçaqkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Neftçala rayonu, Qaçaqkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdə saat 16 radələrində Neftçala rayonu Qaçaqkənd kəndində digər şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, 2,663 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 19:55 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu Aşağı Surra kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindəki «Prima» markalı siqaret qutusunun içərisindən 1 ədəd polietilen kəsiyi bükümündə 2,663 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Neftçala rayonu Qaçaqkənd kəndində ailəsi ilə birlikdə yaşayır. Özü təxminən 3 ildir ki, narkotik vasitələrdən istifadə edir. Neftçala rayonu Qazaqbərə kənd sakini Şahid3 onun tanışıdır. Asimin narkotik vasitə istifadə etdiyini bilir. 08 fevral 2023-cü il tarixdə saat 15 radələrində Şahid3lə Neftçala rayonu Qaçaqkənd kəndində avtobus duracağının yaxınlığına görüşmüşlər. Hər ikisi istifadə etmək üçün narkotik vasitə almaq qərarına gəlmişlər. Bu məqsədlə 25 manat pul o, 25 manat isə Şahid3 qoymuş, ikisi birlikdə 50 manat pul müqabilində narkotik vasitə heroin almışlar. Heroini Şahid3 alıb gətirmiş və həmin gün saat 16 radələrində Neftçala rayonu Qaçaqkənd kəndində avtobus dayanacağının yaxınlığında görüşərək Şahid3 alıb gətirdiyi heroini öz aralarında bölmüşlər. O, bir ədəd bükümdəki heroini şəxsi istifadəsi üçün “Prima” markalı siqaret qutusunun içərisində gizlədib əynindəki şalvarının sağ yan cibinə qoymuş və şəxsi işi ilə əlaqədar olaraq tanımadığı bir taksi ilə Neftçala şəhərinə gəlmişdir. Həmin günü saat 19:55 radələrində Neftçala rayonu Aşağı Surra kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olmasını bildirmiş və Neftçala Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şübhəli şəxs kimi tutulmuş, müdafiəçi dəvət olunmuş, müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilərək üzərində şəxsi axtarış keçiriləcəyi bildirib, üzərində narkotik vasitə və sair cinayət xarakterli əşya vardırsa, təqdim etməsi təklif edilmişdir. O, əynində olan şalvarın sağ yan cibində siqaret qutusundakı polietilen bükümdə olan narkotik vasitə heroini təqdim etmişdir. Həmin narkotik vasitə qablaşdırılmış, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra orada protokol tərtib olunmuşdur. İştirakçılar kimi o da protokola imza etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, kiməsə narkotik vasitə satmamış və verməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə göstərmişdir ki, 08 fevral 2023-cü il tarixdə özünə məxsus ***-***-**-** mobil nömrəsindən Şahid3 ***-***-**-** mobil nömrəsinə zəng edərək saat 15 radələrində görüşmüşlər. O, Şahid3 50 manat pulunun olduğunu və bir yerdə istifadə etmək üçün heroin tapmasını xahiş etmişdir. Asim onunla razılaşmışdır. O, həmin məbləğdə pulu Asimə vermişdir. Asim getmişdir. Asimlə saat 16 radələrində Neftçala rayonu, Qaçaqkənd kəndində həmin yerdə görüşmüşlər. Asim bir ədəd bükümdəki heroini ona vermişdir. Qalanını da özü götürmüşdür. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafedici ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Neftçala rayonu Qazaxbərəsi kəndində qeydiyyatda olmaqla orada yaşayır. Arabir olanda narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs qonşu kəndin sakini kimi tanıyır. Nəcəflə aralarında normal münasibətlər olmuşdur. Nəcəf 08 fevral 2023-cü il tarixdə öz istifadəsində olan ***-***-**-** mobil nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək görüşmək istədiyini demişdir. O, razılaşmışdır. Onlar təxminən saat 14 radələrində Neftçala rayonu Qaçaqkənd kəndində avtobus duracağının yaxınlığında görüşmüşlər. Nəcəf istifadə etmək üçün narkotik vasitə almaq istədiyini demiş və ona adama on manat pul qoymaqla istifadə etmək üçün narkotik vasitə almalarını demişdir. Onlar hərəsi 10 manat pul qoymuşlar. Nəcəflə birlikdə Salyan şəhərinə getmişlər. O, tanışından 20 manatlıq heroin almışdır. Heroini öz aralarında bölüb istifadə etmişlər. Sonra isə ayrılmışlar. O, səhəri günü eşitmişdir ki, Nəcəf elə həmin gün tutulmuşdur. Onu isə 27 fevral 2023-cü il tarixdə tutmuşlar. Lakin Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla 08 fevral 2023-cü il tarixdə saat 14 radələrində Neftçala rayonu Qaçaqkənd kəndində avtobus duracağının yaxınlığında görüşərkən Nəcəf 50 manat pulunun olduğunu, əvvəllər tutulduğuna görə kənar bir yerə çıxa bilmədiyini bildirərək həmin məbləğdə pula heroin tapmağı ondan xahiş etmişdir. Nəcəf ona demişdir ki, heroin tap bir yerdə istifadə edək. O, Nəcəflə münasibəti olduğu üçün razılaşmışdır. O, Nəcəfdən pulu götürüb Salyan şəhərinə getmişdir. O, narkotik vasitə istifadəçisi olduğunu bildiyi və əvvəllər bir neçə dəfə də ona dost kimi narkotik vasitə vermiş yaxşı münasibəti olan tanışı X2 ilə saat 15 radələrində whatsap zəngi ilə danışaraq Salyan şəhəri, Ə.Quliyev küçəsində evinin yaxınlığında görüşmüşdür. O, Mətləbdən istifadə etmək üçün 50 manatlıq heroin istəmişdir. Mətləb gedib təxminən 15 dəqiqə sonra gəlmişdir. O, 50 manat pulu Mətləbə vermişdir. Mətləb də bunun qarşılığında təxminən 6-7 qram olan heroini ona vermişdir. Daha sonra o, Neftçala rayonu Qaçaqkənd kəndinə gələrək saat 16 radələrində Nəcəflə görüşüb təxminən 3 qram olan heroini Nəcəfə vermişdir. Təxminən 3 qram heroin də özünə qalmışdır. Daha sonra hərə öz evinə getmişdir. O, səhəri günü eşitmişdir ki, Nəcəf elə həmin günü tutulmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Neftçala Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala rayonu Qaçaqkənd kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyatı məlumat əsasında əməliyyat tədbirləri həyata keçirilməklə 08 fevral 2023-cü il tarixdə saat 19:55 radələrində Təqsirləndirilən şəxs Neftçala rayonu Aşağı Surra kəndi ərazisində saxlamışlar. Təqsirləndirilən şəxs üzərində narkotik maddə saxlamaqda şübhəli olmasını bildirməklə onu rayon polis şöbəsində dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə olunaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa, təqdim etmək təklif edilmişdir. Bu vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindəki siqaret qutusunun içərisindən bir ədəd polietilen kəsiyi bükümünü təqdim edib içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin polietilen kəsiyi bükümü açılıb-baxıldıqda içində heroinəbənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddəni ona tanışı Şahid3 50 manata satdığını və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin maddə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşı Şahid2 da şahid Seyidəli Qəfərovla eyni məzmunlu ifadə verərək onun göstərdiyi hüsüsatları təsdiq etdi. Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan «Prima» markalı siqaret qutusunun içərisində bir ədəd sellofan bükümü təqdim etmiş, bükümdə heroin olduğunu, Neftçala rayonu Qazaqbərisi kəndində yaşayan Şahid3 öz istifadəsi üçün aldığını bildirmişdir. Büküm açıldıqda içərisində heroinəbənzər maddə aşkar olunmuşdur. Həmin maddə elektron tərəzidə çəkilmiş, 2,760 qram olmuş və qablaşdırılaraq götürülmüşdür. Materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/149 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-2,663 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 04 mart 2023-cü il tarixli, 1268 saylı rəyində rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Neftçala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Neftçala rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmış, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Neftçala rayonu Qaçaqkənd kənd İƏD üzrə nümayəndə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2007 və xx.xx.2009-cu il tarixlərdə doğulmuş uşaqları vardır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində ərazi üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. “Neftçala RMX” PHŞ-nin xx.xx.2023-ci il tarixli, PHŞ-6-63/2-128/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Neftçala RMX” PHŞ-də 2020-ci ildən narkoloji dispanser qeydiyyatındadır, əsəb-ruhi və nevroloji dispanser qeydiyyatında yoxdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar təşkil edən 2,663 qram narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 08 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd disk cinayət işinin materallarında saxlanılmalı, Neftçala Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 2,563 qram narkotik vasitə heroin məhv edilməlidir. Şahid3 götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 4,278 qram narkotik vasitə heroinlə bağlı Şahid3 barəsində olan cinayət işi üzrə qərar qəbul edilməli olması nəzərə alınmalıdır. Ekspertiza xərci 99 manat 48 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində profilaktik qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd disk cinayət işinin materallarında saxlanılsın, Neftçala Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatiından sonra qalmış 2,563 qram narkotik vasitə heroin məhv edilsin. Şahid3 götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 4,278 qram narkotik vasitə heroinlə bağlı Şahid3 barəsində olan cinayət işi üzrə qərar qəbul edilməli olması nəzərə alınsın. Ekspertiza xərci 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-487/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-487/2023
04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver