Məhkəmə qərarları › İş №1(099)-488/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-488/2022

26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-488/2022 26.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X11, müdafiəçilər- Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X3 və Bakı şəhəri “Kaspian” vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxx 1999-cu ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və 31 avqust 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işsiz, Qubadlı rayonu, İşıqlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair “Mehsən” adı ilə tanıdıqları İran İslam Respublikası vətəndaşı ilə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, İmişli rayonunun Qaragüvənlikli kəndi ərazisində gizlədilmiş külli miqdarda, 1470,6 qram qurudulmuş marixuananı əldə etmək məqsədilə 23 dekabr 2021-ci il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi «Nissan Altima» markalı, «AZ **-ZJ-***» dövlət qeydiyyat nişanlı avtomaşınla həmin yerə gələrək qeyd edilən narkotik vasitəni gizlədildiyi yerdən götürərək əldə etmişlər, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmışlar və həmin bir ədəd bağlamada külli miqdarda narkotik vasitə ümumi təmiz çəkisi 1470,6 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində gösətmişdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. “Mehsen” adlı İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsi ilə tanış olmuşdur. Mehsen ona bildirmişdir ki, İmişli rayonu, Bəhrəmtəpə ərazisində marixuana vardır, istəsə gedib 500 qram götürə bilər. 22-sindən 23-ü dekabr 2021-ci il tarixə keçən gecə tanışı Təqsirləndirilən şəxs2lə Bakıdan İmişli rayonuna getmişlər, avtomobili özü idarə edirmiş. Ceyhunun narkotikdən xəbəri olmamış, sadəcə yol yoldaşı kimi onunla birgə getmişdir. Artıq 23 dekabrda 2021-ci il tarixdə gecə saatlarında İmişli rayonuna çatdıqda Mehsenlə əlaqə saxlamış, sonuuncu da ona narkotikin İmişli rayonu, Qaragüvənlikli kəndində olmasını bildirmiş, bundan sonra Mehsenin dediyi yerə getmişdir. Ceyhun maşında olmuş, o, isə maşından düşərək narkotiki axtarmağa başladıqda sərhəd xidmətinin əmkdaşları onu saxlamışlar. Lakin o, narkotiki götürməmişdir. Həmin ərazidən tapılan narkotikin çəkisi 1 kiloqram 500 qram olmuşdur, o, isə cəmi 500 qarm narkotik götürmək üçün getmişdir. Əməlindən peşimandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək göstərmişdir ki, 2020 fevral ayında “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikası vətəndaşı Mehsən adlı şəxslə tanış olmuşdur. Həmin şəxslə bir müddət qeyd etdiyi sosial şəbəkədə danışdıqdan sonra Mehsən onda “patı” və “kokos” adlanan narkotik vasitələrin olduğunu həmin narkotik vasitələri Bakı şəhərinə aparmaq üçün ona köməklik göstərməsini təklif etmiş, lakin o, belə işlərlə məşğul olmadığını söyləmiş və onlar bu barədə söhbətlərini yekunlaşdırmışdırlar. Lakin bundan sonra, 22 dekabr 2021-ci il tarixdə Mehsən onun mobil telefonuna zəng edərək İmişli rayonu, Bəhramtəpə istiqamətinə getməyini və orada olan narkotik vasitəni Bakıya çatdırdığı halda qarşılığında ona 250 (iki yüz əlli) qram narkotik vasitə olan marixuana verəcəyini bildirmişdir. O, Mehsənın təklifi ilə razılaşmış və bundan sonra qonşusu Təqsirləndirilən şəxs2 bu barədə danışmışdır. Bundan sonra onlar birlikdə oraya getmək qərarına gəlmişlər və bu məqsədlə avtomobil kirayələyərək İmişli rayonu istiqamətinə doğru hərəkət etmişdirlər. Artıq 23 dekabr 2021-ci il tarixdə saat 03:00 radələrində Təqsirləndirilən şəxs2 ilə İmişli rayonunun Qaragüvəndikli kəndinə çatmışlar. Qaragüvəndikli kəndinə çatdıqdan sonra Mehsən adlı şəxsin onun sosial şəbəkə vasitəsilə mobil telefonuna atdığı məkan istiqamətində hərəkət etmişdir. Həmin yerə yaxınlaşdıqdan sonra maşını yolun kənarında saxlamış və o, maşından düşərək narkotik vasitələrin gizlədildiyi yerə doğru hərəkət etmişdir. Mehsən əvvəlcədən onun mobil telefonuna narkotik vasitələrin fotoşəkillərini göndərmişdir. O, həmin istiqamətdə hərəkət edərkən, Təqsirləndirilən şəxs2 onu avtomobildə gözləmişdir. O, əkin sahələrinin kənarı ilə təxminən 25-30 metr irəliyə hərəkət etmişdir. Əkin sahələrinin kənarı ilə hərəkət edərkən orada olan kol bitkilərinin arasında bir ədəd torba görmüş, həmin torba qoyulan yerə yaxınlaşmaq istəyərkən kimsə uca səslə “Dayan” qışqırmışdır. O, “Dayan” sözünü eşidən kimi geriyə dönərək avtomobilə doğru getmək istəyərkən, mülki formalı bir neçə şəxs onu saxlamışlar. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır. Əli ilə birlikdə 22 dekabr 2021-ci il tarıxdə tanışlarının toy mərasimi ilə bağlı Beyləqan rayonuna getmişdir. Beyləqan rayonuna çatdıqdan sonra Əli İmişli rayonunda işinin olduğunu ona demişdir. Onlar İmişli rayonuna getmişlər, Əli İmişli rayonunda maşını saxlayıb maşında oturmağı ona tapşırmış. Əli maşından düşüb getdikdən 3-4 dəqiqə sonra qayıtmış, sonra onları sərhədçilər saxlamışlar. Hec bir iranlını tanımır, hec bir iranlı ilə telefonda danışmamışdır. İmişli rayonuna gedərkən Əlinin telefonunda şarj qurtardığı üçün onun telefonundan danışmışdır. Saxlanılandan sonra ona təziqlə olduğu üçün qorxduğundan sənədlərə imza etmişdir. Heç bir günahı olmadığını və əməlinə düzgün qiymət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək göstərmişdir ki, 22 dekabr 2021-ci il tarixdə saat 21 radələrində qonşusu və uşaqlıq dostu Təqsirləndirilən şəxs1 ilə Səbail rayonu 20-ci sahədə Dünya marketin qarşısında görüşmüşdür. Əlinin smartfon tipli telefonu ilə “Whatsap” tətbiqi vasitəsi ilə telefonunun yaddaşına “Kardeş” kimi qeyd edilmiş şəxslə yazışdığını görmüşdür. Həmin vaxt Əli ona İrandan xəbər gəldiyini, narkotik vasitəni götürmək üçün yola çıxması barədə mesaj göndərildiyini demişdir. Həmin vaxt Əli ona iranlının dediyi yerə getmək istədiyini, iranlının həmin əraziyə narkotik vasitə qoyduğunu, narkotik vasitənin isə marixuna olduğunu demişdir. O, isə Əliyə tək getməməyini, onunla birlikdə gedəcəyini bildirmişdir. Razılaşdıqdan sonra Əli ona öz avtomobilin nasaz olduğunu və ora getmək üçün rentacardan avtomobil kirayələyəcəyini demişdir. Əli kirayə “Nissan” markalı avtomobil götürmüş və onlar Beyləqan rayonu istiqamətində yola düşmüşdürlət. Yola düşməmişdən öncə Əli iranlının dediyi ərazidən narkotik vasitəni götürdükdən sonra onun deyəcəyi yerə aparacağımızı qarşılığında iranlının 250 qram narkotik vasitə olan marixuana verəcəyini vəd etdiyini ona söyləmişdir. 22 dekabr 2021-ci il tarxidə saat 23:50 radələrində Bakı şəhərindən Beyləqan rayonu istiqamətində 1-2 saat hərəkət etdikdən sonra yolda Əli İmişli rayonuna gedəcəklərini, iranlının ona narkotik vasitənin həmin rayon ərazisində olduğunu demişdir. Həmin vaxt Əli istifadəsində olan nömrənin “Whatsap” tətbiqi vasitəsi ilə iranlı ilə bir neçə dəfə telefonla danışmış, bəzi məqamlarda səs göndərmişdir.Danışığın və səsin mətni isə yoldayam, çatıram və s kimi mövzular olmuşdur. Artıq 23 dekabr 2021-ci il tarixdə saat 03 radələrində İmişli rayonu Qaragüvendikli kəndinə çatmışlar. Həmin kəndin adı yazılmış lövhənin, narkotik vasitə olan torbanın və ərazinin şəklini iranlı Əliyə, həmçinin ona da göndərmişdir. Əlinin telefonun şarjı az olduğu üçün Əli onun istifadəsində mobil telefonunun Whatsap tətbiqi vasitəsi ilə iranlı ilə yazışdığı üçün iranlı həmin şəkilləri ona da göndərmişdir. Atıq saat 03 radələrində iranlının dediyi əraziyə çatdıqları zaman Əli onun telefonu ilə ona həmin əraziyə çatdığını, narkotik vasitə olan torbanı götürdükdən sonra ona məlumat verəcəyini deyərək avtomobildən düşmüşdür. Sonra narkotik vasitəni götürməyə gedərkən 2-3 metr qalmış sərhədçilər tərəfindən saxlanılmışdır. Daha sonra sərhədçilər ona da avtomobildən düşməyi və onlarla getməli olduğunu bildirmişdilər. Sonra onların saxlanıldıqları yerdən 1 ədəd narıncı rəngli içərisində narkotik vasitə olan kisə aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onların məhkəmə baxışı zamanı ifadələrində göstərdiyi xüsusatları onlara cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 22 dekabr 2021-ci il tarix saat 22:00-dan 23 dekabr 2021-ci il tarix saat 03:30-dək 23-cü sərhəd zastavasının 18-ci sahəsinin arxa istiqamətinə «Pusqu» sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Müvafiq əmr aldıqdan sonra 23-cü sərhəd zastavasının 18-ci sahəsinin arxa istiqamətində əlverişli mövqe seçib maskalanaraq xidməti təşkil etmişlər. Xidmət zamanı 23 dekabr 2021-ci il tarixdə saat 03:00 radələrində İmişli rayonu Qaragüvəndikli kəndi istiqamətinə doğru bir avtomobilin hərəkət etdiyini görmüş və həmin avtomobilin kəndin yaxınlığında saxladığını, avtomobildən bir nəfərin düşərək orada olan kolluq ərazidə nə isə axtardığını müşahidə etmişlər. Dərhal bu barədə o, aidiyyəti üzrə məruzə edərək müşahidəni davam etdirmişdir. Həmin şəxs orada olan kol bitkilərinin arasından bir ədəd torbanı götürüb oradan uzaqlaşarkən o, həmin şəxsə uca səslə «Dayan» çağrışını vermişdir. Həmin şəxs oradan götürdüyü torbanı yerə ataraq qaçaraq oradan uzaqlaşmağa çalışmış, lakin o, həmin şəxsi təqib edərək onu saxlamışdır. Sərhəd naryadının digər üzvü dərhal həmin şəxsin oraya gəldiyi avtomobilə doğru hərəkət etmiş və orada daha bir nəfər şəxsin olduğunu aşkar edərək onu saxlamışdır. Təxminən 3-4 dəqiqədən sonra həmin əraziyə hərbi qulluqçular gəlmişlər və hər iki şəxsi hərbi hissəyə aparmışlar. Saxlanılan şəxsin ərazidən götürdüyü torbanın daxilinə baxış keçirilən zaman torbanın içərisində külli miqdarda narkotik vasitə olduğu müəyyən olunmuşdur. Şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 23 dekabr 2021-ci il tarixdə onu N nömrəli hərbi hissənin inzibati binasına hal şahidi kimi dəvət etmişlər. Xidməti otaqda onlara bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Ağayev X7 rayonu ərazisində gizlədilmiş içərisində narkotik vasitələr olan bağlamanı götürdükləri hadisə yerinə, qeyd olunan bağlamaya baxış keçiriləcəkdir. Bundan sonra onlara hüquq və vəzifələri izah olunmuş və onların razılığı olduqdan sonra baxış başlamışdır. Baxış zamanı İmişli rayonu Qaragüvəndikli kəndi yaxınlığında yerləşən əkin sahəsində saxlanılmış Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdən 10 metr aralıda bir ədəd narıncı rəngli polietilen torba aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş torbanı götürmək üçün həmin əraziyə gəldiklərini bildirmişlər. Həmin torbanın daxilinə baxış keçirilən zaman içərisində sıx yapışqan lentlə sarılmış bükümlər aşkar edilmişdir. Həmin bükümlərə baxış keçirilən zaman onların içərisində heroinə və marixuanaya bənzər maddələr aşkar olunmuşdur. Sonra protokol tərtib edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan kompleks məhkəmə kimyəvi-bioloji ekspertizasının 24 dekabr 2021-ci il tarixli 6/5603-7/1315 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «2022 n.-li hərbi Hissə Liter Ç» dairəvi möhüp əski olan 1 (bir) ədəd narıncı rəngli torbada üç ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 515,4 qra, 782,7 qr və 472,5 qram olmaqla, ümumi təmiz çəkisi – 1470,6 qram bitki mənşəli kütlə və 1 (bir) ədəd ağ rəngli kağız zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi – 0,360 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim olunmuş marixuannalar tərkibinə görə eynidirlər. Bir ədəd narıncı rəngli torbada 8 ədəd bağlamada hər birinin ayrıayrılıqda təmiz çəkisi 1027, 0 qra, 762,2 qr, 461,5 qr, 978,5 qr, 960,5 qr, 710,2 qr, 517,8 qr və 988,6 qram olmaqla ümumi təmiz çəkisi 6406,3 qram qəhvəyi rəngli maddələr narkotik vasitə, psixotrop maddə zəhərli və güclu təsir edən maddələrə aid deyildir. Ekspertiza tədqiqatından sonrakı qalıq narkotik vasitələri qurudulmuş marixuanna 1470,76 qam və qəhvəyi rəngli maddə 6406,06 qam təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpikdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1184 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1185 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 495 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı bir psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan törətdiyi əməl dövründə hər hansı bir xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan törətdiyi əməl barəsində anlaqlı hesab olunmalı, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur və hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. İş materiallarında olan ambulator məhkəmə məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 496 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı bir psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan törətdiyi əməl dövründə hər hansı bir xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan törətdiyi əməl barəsində anlaqlı hesab olunmalı, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur və hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. İş materiallarında olan 23 dekabr 2021-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, baxış yeri İmişli rayonu Qaragüvəndikli kəndiərazisində yerləşən N nömrəli hərbi hissənin 23-cü sərhəd zastavasının 18-ci sahəsinin mühəndis texniki çəpərinin arxa istiqamətidir və ərazinin əkin sahələrindən ibarət olması müəyyən edilmişdir. Həmçinin İmişli rayonu Qaragüvəndikli kəndiyaxınlığında olan əkin sahəsində saxlanılmış Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdən 10 metr aralıda bir ədəd narıncı rəngli polietilen torba aşkar olunaraq götürülmüş Saxlanılan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş torbanı götürmək üçün həmin əraziyə gəldiklərini bildirmişlər. Bundan başqa əraziyə baxış zamanı digər hər hansı bir əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan 23 dekabr 2021-ci il tarixli «aşkar olunmuş perdmetə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqları yerdən aşkar olunaraq götürülmüş narıncı rəngli polietilen torbanın daxilinə baxış keçirilmişdir. Baxış zamanı həmin torbanın içərisində sıx yapışqan lentlə sarılmış ümumi çəkilər bükümlərlə birlikdə 8300 (səkkiz min üç yüz) qram heroinə oxşar, 6800 (altı min səkkiz yüz) və 1500 (min beş yüz) qram marixuanaya bənzər narkotik vasitələr olduğu aşkar olunmuşdur. İş materiallarında olan 23 dekabr 2021-ci il tarixli «avtomobilə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqları əraziyə gəldikləri ağ rəngli “Nissan Altima” markalı, “AZ **-ZJ-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı, avtombilin qabaq sərnişin qapısının saxlanc yerindən 1 (bir) ədəd ağ selofana bükülmüş halda kiçik büküm narkotik vasitə olan marixuanaya oxşar maddə aşkar olunaraq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Sonra avtomobilin daxilində olan saxlanc yerinə baxış keçirilmiş və orada 1 (bir) ədəd Təqsirləndirilən şəxs1 aid etibarnamə (ƏN-V№ 913891), “Turan MMC” yol vərəqəsi, 1 (bir) ədəd X4 aid etibarnamə (ƏN-V№ 913892), 3 (üç) ədəd bank kartları, 1 (bir) ədəd X5 məxsus sürücülük şəhadətnaməsi (AE № 024117) və Təqsirləndirilən şəxs2 məxsus “Bakı kartı” aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 25dekabr 2021-ci il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, İphone 6 markalı smart tipli mobil telefonun daxili yaddaşında olan “WhatsApp Business” proqramına baxış zamanı aşağıdakı məlumatların olması müəyyən edilmişdir. «Kardeeeee» adı ilə qeyd olunmuş nömrə İran İslam Respublikasının operatoruna məxsus olmaqla +98 903 921-02-96-dir. 23 dekabr 2021-ci il tarixdə həmin nömrə ilə yazışmalar, səs yazıları, fotoşəkil göndərilməsi və zənglərin edilməsi məlum olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 telefonun yaddaşında «Kardeeeee» adı ilə qeyd olunmuş şəxsə 23 dekabr 2021-ci il tarixdə saat 01:44-də səs yazısı göndərilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 mobil telefonundan “bu nömrədəyəm qardaş bu nömrədə o telefonum zay çıxdı ee maşında zaryatka yığmır bu nömrədəyəm bunnan əlaqə saxla çatıram uje Sabirabadı çıxdım X1 çox az yolum qalıb” kimi yazıları göndərmişdir. - Kardeeeee: Səs yazısı: “Oldu baba oldu İmişliyə çatdın mənə zəng elə, İmişliyə girdin mənə zəng elə.” 01:45 - Təqsirləndirilən şəxs2: Səs yazısı: “Yaxşı yaxşı narahat olma. Yaxşı baba yaxşı narahat olma.” 01:47 - Kardeeeee: Səs yazısı: “Çatmadın İmişliyə çatmadın?” 01:59 Qaqavv hardasan? 02:17 Hay 3 02:17 Hay qaqa 02:18 - Təqsirləndirilən şəxs2: Səs yazısı: “Qardaş mən İmişliyə girdim gözlə telefonumu yandırıram vəsiqəmi yolluyuram sənə, narahat olma ürəyivi buz kimi saxla, balam canı başqa heçnə ola bilməz heçnə.” 02:18 - Kardeeeee: Das buruna 02:21 Denən behremtepeye catanda desin 02:23 - Təqsirləndirilən şəxs2: Yaxvvi 02:23 Səs yazısı: “Ay baba mən Bəhramtəpəyə çatdım uje nağayrım neyliyim?” 02:34 - Kardeeeee: Səs yazısı: “gözlə gözlə gözlə.” 02:32 Səs yazısı: “5 dəqiqədən 5 dəqiqə Bəhramtəpədən bir yerə getmə ünvanı qoy deyim.” 02:33 - Təqsirləndirilən şəxs2: Səs yazısı: “Yaxşı baba yaxşı. Yaxşı baba yaxşı yaxşı burdayam burdayam gözləyirəm səni.” 02:34 - Kardeeeee: Səs yazısı: “Baba indi bu dəqiqə sizdə saat neçədi? Sizdə saat neçədi bu dəqiqə?” 02:34 - Təqsirləndirilən şəxs2: 02:35. 02:35 Səs yazısı: “arxa fondakı səs üçə qalıb iyirmi beş dəqiqə deyir sonra Əli Misili təkrar edərək baba üçə qalıb iyirmi beş dəqiqə nol iki otuz beş.” 02:35 - Kardeeeee: Denen esker hekrlini yana 3 yol deyiler ora gelsin. 02:36 Səs yazısı: “de görüm ikini yarım saat keçəndə üçə yarım saat qalanda neçə deyirsiz?” 02:36 - Təqsirləndirilən şəxs2: Səs yazısı: “eləbil nol iki otuz deyirik eləbil üçün yarısı.” 02:36 - Kardeeeee: Səs yazısı: “Yaxşı neynək baba bə sən mənə demişdin ikinin yarısı gələcəm indi üçün yarısıdı axı.” 02:37 - Təqsirləndirilən şəxs2: Səs yazısı: “allah haqqı yolda məni qayi saxladı ee qayi, polis saxladı maşına görə maşının davernusu yoxuydu 20 manat vermişəmki polisə məni burax hüzrə gedirəm rayona gedirəm. Dedi yaxşı qardaş get belə sürmə.” 02:37 - Kardeeeee: Səs yazısı: “Neylək canın sağ olsun sənə yazı atmışam o, yola gedə bilərsən? Şəklidə at mənə bəs şəkil atacağdın mənə.” 02:38 - Təqsirləndirilən şəxs2: Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsinin şəkli. 02:40 Səs yazısı: “Baba baba o, yola çatıram az qalmışam şəklimi yolladım sənə balamcanı vallah mənim sənlə niyyətim pis deyildi mənə o, iranlı oğlan varıydı ee kimiydi onun adı o mənə onlar mənə qoydular onlar mənə pis elədilər sənnən məni onlar pis elədi. İnşallah onlarnan daha uje qurtarmışam ee onlarnan işim yoxdu and ola allaha narahat olma yaxşı olacaq.” 02:40 - Kardeeeee: Səs yazısı: “beşcə dəqiqə döz beşcə dəqiqə.” 02:48 Bir ədəd bağlamanın fotoşəkli. 02:48 Nəqliyyat vasitəsindən çəkilmiş oxla Qaragüvəndikli kəndi istiqamətini göstərən dəmir lövhənin fotoşəkli. 02:48 Qağa üzü Bakıya gedəndə Qaragüvəndikli plakatından dönür sağa 10 metr heyvan plakatı var onun sağında kolluqda 3 metr içəridə. 02:49 Qaragüvəndikli kəndi istiqamətini göstərən dəmir lövhənin fotoşəkli. 02:50 Səs yazısı: “Tanıyırsan buranı tanıyırsan?” 02:52 Səs yazısı: “Səs at mənə səs at səsin qırıq qırıq gəlir.” 02:54 - Təqsirləndirilən şəxs2: Səs yazısı: “Yox baba tanımıram denən konum atsın ona denən konum atsın yaxınlığındayam ee bilmirəm amma hansı tərəfdədi o.” 02:54 - Kardeeeee: Yeri bildirən xəritə şəkli (konum) 02:56 Ne xeber? 03:10 Tapdın? 03:10 Qaqavv 03:10 23 dekabr 2021-ci il tarixdə aralarında olan danışıqlar və zənglərdən iş üçün əlavə əhəmiyyətli hal aşkar olunmamışdır İş materiallarında olan 24 dekabr 2021-ci il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, «Samsung A32» markalı smart tipli mobil telefonun daxili yaddaşında olan “WhatsApp” proqramına baxış zamanı aşağıdakı məlumatların olması müəyyən edilmişdir. «Xan Abi» adı ilə qeyd olunmuş nömrə İran İslam Respublikasının operatoruna məxsus olmaqla +98 905 381-51-92-dir. 22 dekabr 2021-ci il tarixdən 29 dekabr 2021-ci il tarixədək həmin nömrə ilə yazışmalar, səs yazıları, fotoşəkil göndərilməsi və zənglərin edilməsi məlum olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 22 dekabr 2021-ci il tarixdə «XanAbi» adı ilə qeyd olunmuş şəxsə saat 13:44-də salam qardaş nəvar nəyox vəziyyət zad, neyləyirsən ay Xan salamatçılıqdı? İşin gücün, kefin əhvalın hər şey yaxşıdı?, saat 17:02-də neyləyirsən qardaş nəvar nəyox vəziyyət zad səndən xəbər gözləyirəm mən nə oldu nə yerdə qaldı? - Xan Abi: Taki tez ela tez tez dayişilir. 18:24 - Təqsirləndirilən şəxs1: Ok. 18:27 Səs yazısı: “İnşallah qardaş allah deyən olsun yaxşı olsun sənnən xəbər gözləyirəm allahın köməkliyinnən. Ba pulu vurdum sənə da, sənnən işləyəcəm inşallah sənnən ayrısınnan işləməyəcəm, amma bir dənə imkan dərəcəsində tez qoydur ki, çünki mən gedim onu götürüm tez paylaşdırım, bura bilirsəndə bayram qabağıdı həmdə Bakının vəziyyəti pisdi, əvvəlki kimi deyil”. 18:54 - Xan Abi: Ok. 19:14 - Təqsirləndirilən şəxs1: Qardaş tez xəbər elə qadanalim. 19:15 - Xan Abi: Səs yazısı: “Dedim bağlıyalar əlli dənə demişəm darıxma”. 19:16 - Təqsirləndirilən şəxs1: Yaxvvi. 19:16 Qadan alim. 19:16 Gozdurem senu. 19:16 - Təqsirləndirilən şəxs1: Səs yazısı: “Hə qardaş hə hə eşidirəm denən”. 21:01 - Xan Abi: Səs yazısı: “Əzizbəyovuya nə qədərdi məsafən, nə qədər yolun var?” 21:02 - Təqsirləndirilən şəxs1: Səs yazısı: “Ora hardasa yarım saatlıq yolum var, nağarım yola çıxım inşallah?” 21:02 - Xan Abi: Səs yazısı: “Yaxşı bəs məsafən yoxundu dur ginan özüm indi sənə diyəcəm haçan çıxasan dur”. 21:03 - Təqsirləndirilən şəxs1: Səs yazısı: “Hə, yaxşı qardaş yaxşı heçnə yarım saat eləbil 30 dəqiqəlik eləbil yolum varsən həll eliyənnən sonra mənə yolla mən tez gedim çünki mənim burdan ora yarım saatlıq yolum var, yəni yarım saat xeyli müddətdir başa düşdün necə”. 21:03 - Xan Abi: Səs yazısı: “Bildim, darıxma dedimdə sinifdə olginan setdən çıxmaginan indi hardasa sənə özüm səs ataciyamda haçan çıx çıxma, indi durginan deyəcəm sənə”. 21:04 - Təqsirləndirilən şəxs1: Səs yazısı: “Hə yaxşı qardaş yaxşı problem yoxdu”. 21:11 - Xan Abi: Səs yazısı: “Dadaş durma bax bir baş sürginən əzizbəyovuya durmadan sür dayanma”. 22:06 - Təqsirləndirilən şəxs1: Səs yazısı: “Yaxşı, yaxşı qardaş sürdüm”. 22:06 - Xan Abi: Kamsamol kecidden uzu hava limanına gedende 300 m qabaqda bu plakat var bu plakatin dibindedi. 22:06 Xəritədən çəkilmiş məkanın fotoşəkli. 22:06 Bir ədəd bağlamanın fotoşəkli. 22:06 50 ot. 22:06 Nəqliyyat vasitəsinin içərisindən çəkilmiş oxla dəmir lövhə göstərilən yolun fotoşəkli. 22:06 Səs yazısı: “Dadaş baxırsan konumdu atmışam sənə, baxırsan konum var o, konumnan düz getginən ora”. 22:07 - Təqsirləndirilən şəxs1: Səs yazısı: “Yaxşı qardaş gedirəm gedirəm yoldayam”. 22:11 - Xan Abi: Səs yazısı: “Hüseyn götürənnən sonra mənə xəbər ver arxayin olum”. 22:12 - Təqsirləndirilən şəxs1: Səs yazısı: “Yaxşı qardaş yaxşı narahat olma qadanı alım narahat olma”. 22:13 Səs yazısı: “Neynirsən baba nəcürsən nağarsan neynirsən götürdüm əmanəti baba”. 22:39 - Xan Abi: Səs yazısı: “Hüsen allaha çox şükür ehtiyyatnan get evdə işini görginən, birdə onun keyfiyyətini mənə düzün denən bax bildin? Düzün denən bəyənsəndə denən bəyənməsəndə denən xahiş eləyirəm mənə düzün”. 22:43 - Təqsirləndirilən şəxs1: Səs yazısı: “Narahat olma qardaş İmam Hüseyn haqqı nə olacaq düzünü deyəcəm sənə düppələm düz narahat olma gedim evə çatım inşallah yoxluyum sənə deyirəm”. 22:56 - Xan Abi: Ok. - Xan Abi: Salam brat necasan sannan xabar olmade. 11:45 29 dekabr 2021-ci il tarixədək aralarında danışıqlar və zənglər olsada iş üçün əlavə əhəmiyyətli hal aşkar olunmamışdır. «Kardes» adı ilə qeyd olunmuş nömrə İran İslam Respublikasının operatoruna məxsus olmaqla +98 903 921-02-96-dir. 22 dekabr 2021-ci il tarixdən 23 dekabr 2021-ci il tarixədək həmin nömrə ilə yazışmalar, səs yazıları, fotoşəkil göndərilməsi və zənglərin edilməsi məlum olmuşdur. Belə ki, telefonun yaddaşında «Kardes» adı ilə qeyd olunmuş şəxs 22 dekabr 2021-ci il tarixdə saat 21:18-də Təqsirləndirilən şəxs1 salam ketde menim amanetim olsa shehere yetirmək olar? yazıları göndərmişdir. - Təqsirləndirilən şəxs1: Səs yazısı: “Abi allaha and olsun, çörəyə and olsun, qurana and olsun, sənə yəni mən sənin yanında utanıram, sənə mən özüm şey eləyəcəm mənim problemlərim o qədər çox oldu, o qədər tutdular məni, polisə düşdüm, itə qurda nə bilim qohum şəhid oldu Qarabağda demişəm sənə hamısını o qədər problemim varki, o qədər problemim varki mən sənə indi necə mən sənə mən sənə amma bir gün olacaq ki, deyəcəm kartıvı mənə göndər 1150 (min yüz əlli) manat mənim sənə borcum var kartıvı deyəcəm mənə göndər mən sənə şey eləyəcəm, bir dənə məni üzrlü sayda, bir dənə mən üzr istəyrəmdə səndən xahiş eləyirəm üzrlü say məni, sənnən xahiş eləyirəm mən səni yəni o biri, bundan əvvəlki işlərdə o birki işlərdə yəni mən sənə atış gəlməmişəm, atış gəlməkdə fikrim yoxdur sənə, yəni məni üzrlü sayda xahiş eləyirəm məni üzrlü say. 21:19 - Kardes: Səs yazısı: “Ə bə adam adama cavab verər, deyər budu məsələ sən heç telefonu götürmürsən ki, yenə işləyib adam borcunda olar belə lap belə qoyağ tutağ sənin əlində batıb mən səni öldürmürəm ki, sənə ağzımnan ayrı söhbət eləmədim ki, sənə dedim gəl qabağa iş işdiyək, qaşdın qoşuldun onların gör götvərəninə, nə iş görürsən indi nağayrırsan, niyyətin nədi? İşləməkdi işləmək dəyil?” 21:24 Səs yazısı: “Ə o, borc məsələsinnən işim yoxdu ee, adam bə yatmazki başına oyun gələndə hər problem biyan iş biyan, yatannan sonra sənə kim gətirib pul verəcək.” 21:24 Səs yazısı: “Mənim telefonumu götürüb desəydin belə problem var bir ay mənə cavab vermədin. Məndə insanam da başa düşərdim diyərdim gəl başqa cür hərəkət eliyək.” 21:25 - Təqsirləndirilən şəxs1: Səs yazısı: “And ola allaha, balam canı deyirəm üzüm gəlmir utanıram necəki bir dəfə haqq hesab oldu ee sənnən mənim aramda mən yığırdım sən cavab vermirdin, yığırdım cavab vermirdin bax elə bir şey oldu utanıram allah haqqı balamcanı baba utanıram cavab verməyə.” 21:25 Səs yazısı: “Ay baba inşallah setin yaxşı olanda məni yığ danışaq, mən istiyirsən lap çıxım gedim burdan problem yoxdu bidənə setin yaxşı olan kimi məni yığ.” 21:33 Səs yazısı: “Neynirsən qardaş nağarsan nə oldu nə xəbər?” 23:42 - Kardes: Baba. 00:32 Hay qaqa. 00:32 Negeder yolon var? 00:38 - Təqsirləndirilən şəxs1: Səs yazısı: “Bir saat yarım yolum var bir saat yarım”. 00:39 - Kardes: Zalim oghlo 00:41 Biraz sordünü 00:42 - Təqsirləndirilən şəxs1: Səs yazısı: “Sürürəm qardaş sürürəm vallah yüz altmış yüz yetmiş sürürəm” 00:47 Avtomobilin sürətlər panelinin Video görüntüsü: 01:05 - Kardes: Salam. 01:20 Səs yazısı: “İmişliyə nə qədər yolun var İmişliyə tez mənə bi elan elə indi dəğığ hardasan dəğığ. Mənə ba bunu sür get dana sübh oldu.” 01:23 - Təqsirləndirilən şəxs1: Səs yazısı: “Sabirabadı çıxıram Sabirabadı çıxıram Sabirabad dağılsın dağılsın bu Sabirabad bir faiz zaryatkam var maşında taxmışam sönür yanır, sönür yandırıram, sönür yandırıram. Narahat olma İmişliyə çatana yaxın deyəcəm sənə”. 01:28 - Kardes: Bir ədəd bağlamanın fotoşəkli. 02:47 Nəqliyyat vasitəsindən çəkilmiş oxla Qaragüvəndikli kəndi istiqamətini göstərən dəmir lövhənin fotoşəkli. 02:47 Tapdın? 03:08 23 dekabr 2021-ci il tarixədək aralarında danışıqlar və zənglər olsada iş üçün əlavə əhəmiyyətli hal aşkar olunmamışdır. İş materiallarında olan 23 dekabr 2021-ci il tarixli «şəxsi axtarış aparılması haqqında» protokolda görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən üzərindən 1 ədəd «İphone» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 23 dekabr 2021-ci il tarixli «şəxsi axtarış aparılması haqqında» protokolda görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən üzərindən 1 ədəd «Samsung» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 23 dekabr 2021-ci il tarixli DSX-nin Təhqiqat-hüquq qrupunun təhqiqatçısı tərəfindən tərtib olunmuş aktlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bədəni üzərinə baxış keçirilərkən bədən nahiyyələrində hər hansı bir xəsarət izləri aşkar olunmamışdır. İş materiallarında olan «maddi sübut kimi tanınması haqqında» 24 yanvar 2022-ci il qəraradan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 1470,76 qram qurudulmuş marixuanna maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin istintaq və təhqiqat idarəsinə təhvil verilmişdir. İş materiallarında olan aktdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hadisə baş verən əraziyə gəldikləri “Nissan Altima” markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 təhvil verilmişdir. İş materiallarında olann "xxxx" MMC-nin diskinə və məktubuna baxış keçirilməsi haqqında 05 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefona baxış keçirlməsi haqqında protokoldan görünür ki, həmin telefonda ***-***-**-** saylı nömrə olmuş, “Whats App” proqramı vasitəsi ilə 23 dekabr 2021-ci il tarixdə telefonun daxili yaddaşına “Kardeeeee” adı ilə qeyd edilmiş İran İslam Respublikasına məxsus +98 903 921-02-96 mobil nömrəsi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi məzmununda yazışmalar olmuş, ərazinin, ərazidə olan dəmir lövhələrin və narkotik vasitələr olan bağlamanın fotoşəkilləri olmuşdur. İş materiallarında olan 23 dekabr 2021-ci il tarixli «inzibati qaydada tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin tarixdə inzibati qaydada tutulmuşlar. İş materiallarında olan 23 dekabr 2021-ci il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin tarixdə şubhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 25 dekabr 2021-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində həbs olunmasının əvvəli 23 dekabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdırlar. İş materiallarında olan 06 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş **-KF-*** dövlət qeydiyyat nömrəli «AZSamand RX» markalı minik avtombilinə məxsus AE 024117 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və həmin şəhadətnamə əsasında verilmiş ƏN-V 913891 və ƏN-V ******* nömrəli etibarnamələr onun qardaşı X4 qaytarılmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 yanvar 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, dalan 1, ö/t 25-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi atası, anası və qardaşından ibarətdir, yaşadığı müddət ərzində barəsində heç bir ərizə və şikayət dlaxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 yanvar 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Səbail rayonu, Çernyaxovski küçəsi ev 16, mənzil 1-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi atası, anası və qardaşından ibarətdir, yaşadığı müddət ərzində barəsində heç bir ərizə və şikayət dlaxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında 29 iyun 2022-ci il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi» haqqında qərardan görünür ki, hazırki cinayət işindən istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Mehsən adlı şəxsin və eləcə də digər şəxslərin barəsində Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. İş materiallarında olan 25 yanvar 2022-ci il tarixli Respublika Narkoloji Mərkəzinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mərkəzdə müalicə almayıb və qeydiyyatda yoxdurlar. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək qabaqcadan əlbir olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş narkotik vasitənin satış məqsədi ilə əldə etmələri qənaətinə gəlir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitə marixuanna görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən həmin qərarının 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 22 iyun 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən əməllərinin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticənin düzgün qiymətləndirilməsi üçün işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının ona elan olunmuş hər bir ittihamın dispozitiv əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsi ilə bağlı ardıcıl və məntiqi təhlil aparılmalıdır. Təqsirləndirilən şəxslərin əməllərinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsifi məsələsinə münasibət bildirərək məhkəmə tərkibi qeyd edir ki, bu maddələrdə nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərdən qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə törədilmədə ifadə olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxslərin etdikləri əməllərin, yəni külli miqdarda narkotik vasitəni əldə etmələri, özlərində saxlamaqla daşımaları müqabilində həmin maddənin bir qismini əldə etmək niyyətində olmaları, onların məhz narkotik vasitənin əvəzli olaraq yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Elnur Möhbəliyevə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli (hazırki işə münasibətdə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi» ilə törədilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, onlar, “Mehsən” adlı İran İslam Respublikası sakini tərəfindən İrandan gömrük nəzarətindən kənar və ya gizli Azərbaycan Respublikasının gömrük sərhədindən artıq keçirilib İmişli rayonunun ərazisində gizlədilmiş narkotik vasitəni Mehsənin təklifi ilə gedib həmin ərazidən götürmüşdürlər. Narkotik vasitənin İmişli rayonunun ərazisində gizlədilmiş yerdən götürülməsi anınadək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin predmetlə bağlı hər hansı hərəkətlər etməsi, o cümlədən onun Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsində hər hansı formada (icraçı, təhrikçi, köməkçi, təşkilatçı qismində) iştirak etməsi müəyyən edilməmiş, buna dair ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut əldə edilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra narkotik vasitəni gizlədilmiş yerdən götürmək üçün getmişdirlər. Bu hal həm ifadələr, həm də «Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında» protokoldan görünür. Qeyd olunan sübutların təhlilindən aydın olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Mehsən” adlı şəxs tərəfindən törədilmiş narkotik vasitənin qaçaqmalçılığı cinayəti başa çatdıqdan sonra Mehsənin təklifi ilə müstəsna olaraq Azərbaycan Respublikasının ərazisində həmin maddənin qanunsuz dövriyyəsi üzrə fəaliyyətə qoşulmuş – narkotik vasitənin İmişli rayonun ərazisindəki saxlanc yerindən götürülüb daşınmasında (qabaqcadan əlbir olan qrupun tərkibində) icraçı qismində iştirak etmişdir. Azərbaycan Respublikası CPM-nin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir”. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın heç bir sübuta əsaslanmadığı və həmin hissəsədə ittihamın irəli sürülməsi prosedurunun işin real olaraq müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki halı ilə uzlaşmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Məhkəmə qeyd olunan hüquqi mövqeyi, işin faktiki hallarını, habelə təqsirləndirilən şəxslərə elan olunmuş CM-nin 206.3.2-ci maddəsi ittihamdan xaric edilməlidir. Beləliklə, şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasi CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər CM-nin yuxarida qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyalari daxilində cəza təyin edilməlidir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk məhkumluğunu, yaşayış yerindən müsbət xarakterizə olmalarını, gənc olmalarını, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran halları müəyyən etmir. Odur ki, təqsirləndirilən şəxslərə cəza təyin ediləsi halda yuxarıda göstərilən yüngülləşdirici hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, törətdiyi əməllərə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəylərinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmədiklərindən narkomaniyadan məcburi müalicəyə ehtiyyacları yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - X10 İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 1470,76 qram qurudulmuş marixuanna məhv edilməli, Təqsirləndirilən şəxs2 oğluna məxsus bir ədəd “İphone” markalı və Təqsirləndirilən şəxs1 oğluna məxsus bir ədəd “Samsung A32” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarıl qaytarılmalıdır. İş üzrə 88 (səksən səkkiz) manat 70 (yetmiş) məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 44 (qırx dörd) manat 35 (otuz beş) qəpik tutularaq dövlət nəfinə keçirilməsini, onların cəza çəkmə müddətinin əvvəlinin 23 dekabr 2021-ci il tarixdən hesablanmasını əsaslı sayır. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə 44 (qırx dörd) manat 35 (otuz beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə 44 (qırx dörd) manat 35 (otuz beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - X10 İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 1470,76 qram qurudulmuş marixuanna məhv edilsin. X10 istintaq və təhqiqat İdarəsində saxlanılan Təqsirləndirilən şəxs2 oğluna məxsus bir ədəd “İphone” markalı və Təqsirləndirilən şəxs1 oğluna məxsus bir ədəd “Samsung A32” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar