Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-488/2023 25.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci il tarixdə Neftçala rayonu, Qazaqbərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, faktiki evli, məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Neftçala rayonu, Qaçaqkənd kəndində qeydiyyatda olmaqla həmin kəndə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdə saat 14 radələrində tanışı Şahid5 ilə Neftçala rayonu, Qaçaqkənd kəndində görüşən vaxt sonuncu ondan 50 manat pul müqabilində birgə istifadə etmək üçün narkotik vasitə olan heroin tapmasını xahiş etmiş, Təqsirləndirilən şəxs 50 manat pulu Şahid5 alaraq həmin tarixdə saat 15 radələrində Salyan şəhəri, Ə.Quliyev küçəsində tanışı Şahid4 ilə görüşüb ondan 50 manat pula satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 6,991 qram çəkidə narkotik vasitə olan heroin alaraq əldə edib üzərində daşıyaraq saxlamış, həmin tarixdə saat 16 radələrində Neftçala rayonu, Qaçaqkənd kəndində görüşərək narkotik vasitə olan heroinin külli miqdarda 2,663 qram çəkidə olan hissəsini Şahid5 vermiş, narkotik vasitə olan heroinin qalan külli miqdarda 4,328 qram çəkidə olan hissəsini Neftçala rayonu, Qazaxbərəsi kəndində yerləşən yaşadığı evin yataq otağındakı yataq dəstinin döşəyinin altında gizlədərək saxlamış, Şahid5 həmin tarixdə saat 19:55 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Aşağı Surra kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindənki “Prima” markalı siqaret qutusunun içərisindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,663 qram, külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmçinin 28 fevral 2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Neftçala rayonu, Qazaxbərəsi kəndində yerləşən yaşadığı evə baxış keçirilərkən evin yataq otağındakı yataq dəstinin döşəyinin altından satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,328 qram, külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərmişdir ki, Nəcəflə bir məktəbdə oxumuşlar, Nəcəfi həmin vaxtdan tanıyır. 6-7 aymış ki, narkotik vasitə heroindən istifadə edirmiş. Tutulmamışdan qabaq Nəcəflə zəngləşib salam əleyküm etmiş, lakin onunla görüşməmişdir. Nəcəf ona narkotik vasitə alması üçün pul verməyib, narkotik almamışdır. Mətləb adlı şəxsi tanımır. Onu əməliyyatçılar saxlayarkən onda heç bir narkotik vasitə olmayıb. Əməliyyatçılar narkotik gətirib evində matrasın altına qoyub çıxarmışlar. Özü birinci dəfə imiş ki, tutulur, ona görədə nə baş verdiyini bilməmiş, sənədlərə qol çəkmişdir. Verilmiş sualları cavablandırarkən isə Təqsirləndirilən şəxs bildirmişdir ki, Nəcəflə telefon vasitəsilə əlaqə saxlayıb kef-əhval tutduqdan sonra, Nəcəf ona birlikdə görüşüb narkotik vasitə istifadə etməyi təklif etmiş, Nəcəflə razılaşmış, onunla Qaçaqkənd kəndində gəlib görüşmüş, adama 7-8 manat pul qoymuşlar. Narkotiki Lənkəran şəhərindən gəlib almağı düşünmüş, lakin pulları çatmadığıdan gəlib ala bilməmiş, narkotik tapa bilmədiklərindən çıxıb getmişlər. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı ilkin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin fevral ayının əvvəlində Lənkəran şəhərində Qumbaşı adlanan yerdən tanımadığı şəxsdən özü istifadə etmək üçün heroin almışdır. Həmin heroini gətirib evinin yataq otağındakı yataq dəstinin döşəyinin altında gizlətmişdir. Nəcəf 08 fevral 2023-cü il tarixdə ona zəng edərək görüşmək istədiyini demiş, təxminən 15 radələrində Neftçala rayonu, Qaçaqkənd kəndində avtobus dayanacağının yaxınlğında görüşmüşlər. Bu vaxt Nəcəf istifadə etmək üçün heroin istəmiş, o isə evə gedib yataq otağında yataq dəstənin döşəyinin altında gizlətdiyi heroindən bir qədər götürüb bükümə ayıraraq təxminən 1 saat sonra gətirib Nəcəfə vermişdir. Bunun qarşılığında Nəcəfdən heç bir məbləğdə pul almamışdır. Elə həmin gün eşitmiş ki, Nəcəf heroinlə tutulub. Özü polisə dəvət olunduqda hər şeyi etiraf edib, yataq otağında yataq dəstənin döşəyinin altında gizlətdiyi heroini isə təqdim etmişdir. Lakin ibtidai istintaqın sonraki mərhələsində Təqsirləndirilən şəxs ilkin ifadələrinə zidd ifadələr verərək bildirmişdir ki, Nəcəf 08 fevral 2023-cü il tarixdə zəng edərək görüşmək istədiyini demişdir. O, razılaşmışdır. Onlar təxminən saat 14 radələrində Neftçala rayonu, Qaçaqkənd kəndində avtobus duracağının yaxınlığında görüşmüşlər. Bu vaxt Nəcəf 50 manat pulunun olduğunu, əvvəllər tutulduğuna görə kənar bir yerə çıxa bilmədiyini bildirərək həmin məbləğdə pula heroin tapmağı ondan xahiş etmişdir. Nəcəf ona demişdir ki, heroin tap bir yerdə istifadə edək. O, Nəcəflə münasibəti olduğu üçün razılaşmışdır. O, Nəcəfdən pulu götürüb Salyan şəhərinə getmişdir. O, narkotik vasitə istifadəçisi olduğunu bildiyi və əvvəllər bir neçə dəfə də ona dost kimi narkotik vasitə vermiş yaxşı münasibəti olan tanışı Şahid4 ilə saat təxminən 15 radələrində watsap zəngi ilə danışaraq Salyan şəhəri, Ə.Quliyev küçəsində evinin yaxınlığında görüşmüşdür. O, Mətləbdən istifadə etmək üçün 50 manatlıq heroin istəmişdir. Mətləb gedib təxminən 15 dəqiqə sonra gəlmişdir. O, 50 manat pulu Mətləbə vermişdir. Mətləbdə bunun qarşılığında təxminən 6-7 qram olan heroini ona vermişdir. Daha sonra o, Neftçala rayonu, Qaçaqkənd kəndinə gələrək təxminən saat 16 radələrində Nəcəflə görüşüb təxminən 3 qram olan heroini Nəcəfə vermişdir. Təxminən 3 qram heroin də özünə qalmışdır. Daha sonra hərə öz evinə getmişdir. O, səhəri günü eşitmişdir ki, Nəcəf elə həmin günü tutulmuşdur. O, özünə qalan heroindən qorxusundan istifadə etməyib aparıb evdə yataq otağında yataq dəstinin döşəyinin altında gizlətmişdir. Həmçinin Nəcəfin tutulması barədə səsli mesajlar yazaraq Mətləbə bildirmişdir. Bir neçə gün sonra da saxlanılıb Neftçala RPŞ-nə dəvət olunmuşdur. Daha sonra onun razılığıyla evinə baxış keçiriləcəyini bildirib evdə narkotik vasitə və sair cinayət xarakterli nə isə varsa təqdim etməyi təklif edilmişdir. O, bu vaxt evdə yatdığı otaqda yataq dəstinin döşəyinin altında narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra o, evdə yatdığı otaqda yataq dəstinin döşəyinin altında heroini təqdim etmişdir. Həmin narkotik vasitə qablaşdırılmış, zərfə qoyularaq möhürlənmişdir. Narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmamış, kiməsə narkotik vasitə satmamış, verməmişdir. O, yalnız bir dəfə Nəcəf üçün öz istəyi ilə Mətləbdən 50 manata heroin alıb gətirib vermişdir. Onun bununla əlaqədar olaraq Mətləblə nə razılığı, nə də mənfəəti olmamışdır. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs oğlu, həmin ifadələrini təsdiq etmədiyini, orada yazılanlardan məlumatı olmadığını, ifadlərinin müstəntiq tərəfindən yazıldığını, oxuya bilmədiyini yalnız imza etdiyini bildirmişdir. Daha sonra isə Nəcəfin onu Lənkərana göndərdiyini, Qumbaşı adlanan yerdən narkotik alıb gətirdiyini, bir qədər sonra isə Qumbaşı adlanan yerdən narkotik almadığını, bundan sonra isə sualları cavablandırarkən Nəcəfin ona 15 manat pul verib, narkotik alması üçün Salyan rayonuna göndərdiyini, oradan 15 manatlıq narkotik alıb gətirib Nəcəflə birlikdə istifadə etdiyini bildirmişdir. Şahid4 göndərdiyi səsli mesajında “səndə götürdüyümü verdim uşaqlara getdi sroka, gedib qabaqda tutublar, Nəcəfdi aformit eləyiblər getdi Kürdəxanıya” dediklərinin isə səbəbinin nə olduğunu bilmədiyini, mesajı göndərərkən yuxulu olduğunu, ümumiyyətlə ifadələri arasında ziddiyyətlərin səbəbini isə yaddaşının olmadığını, nə danışdığını bilmədiyi qeyd edərək izah edə bilməmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onun qaynı ilə qonşudur, Asimi də ora gəlib-gedərkən tanışmışdır. Hadisə günü Asimlə görüşmüş, hərəsi 20 manat pul qoymuş, gedib istifadə etmək məqsədilə heroin almışdır. Həmin vaxt Asimə narkotik satmamış, birlikdə pul qoyub istifadə etmək məqsədilə narkotik almışdır. Həmin heroini isə Asimlə aralarında bölmüşlər. Bu zaman Asimə 0,2 qram heroin vermişdir. Bundan qabaqda Asimi iki dəfə narkotikə qonaq etmiş, lakin ona pulla heçnə verməmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxslə görüşmüşdür. Həmin vaxt adama 10 manat pul qoymuşlar. Təqsirləndirilən şəxs gedib narkotik alıb gətirmiş və birlikdə istifadə etmişlər. Daha sonra ayrılmışlar, onu polis əməkdaşları saxlayıb şöbəyə aparmışlar. Həmin vaxt isə üzərində narkotik vasitə olmamışdır. Öz işi ilə bağlı məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs 50 manat pul verməsini, kağızda elə yazıldığına görə demişdir. Lakin Təqsirləndirilən şəxs bir dəfə istifadə etmək üçün mal alıb gətirmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən (şahidin ifadələrinin elan edilməsi ... şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda mümkündür) Şahid5 cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid5 göstərmişdir ki, Neftçala rayonu, Qazaqbərə kənd sakini Təqsirləndirilən şəxs onun tanışıdır. Asimin narkotik vasitə istifadə etdiyini bilir. Bu məqsədlə o, başqa yerdən tapa bilmədiyinə görə Asimdən narkotik vasitə tapmasını istəmək qərarına gəlmişdir. O, 08 fevral 2023-cü il tarixdə özünə məxsus ***-***-**-** mobil nömrəsindən Asimin ***-***-**-** mobil nömrəsinə zəng edib görüşmək istədiyini demişdir. Dəqiq yadına gəlmir saat təxminən 14 və ya 15 radələrində Asim Neftçala rayonu, Qaçaqkənd kəndində avtobus duracağının yaxınlığına gəlmişdir. O, Asimə 50 manat pulunun olduğunu və bir yerdə istifadə etmək üçün heroin tapmağı xahiş etmişdir. Asim onunla razılaşmışdır. O, həmin məbləğdə pulu Asimə vermişdir. Asim getmişdir. Asimlə saat təxminən 16 radələrində Neftçala rayonu, Qaçaqkənd kəndində həmin yerdə görüşmüşlər. Asim bir ədəd bükümdəki heroini ona vermişdir. Qalanını da özü götürmüşdür. Daha sonra həmin bükümdə olan heroini şəxsi istifadəsi üçün “Prima” markalı siqaret qutusunun içərisində gizlədib əynindəki şalvarının sağ yan cibinə qoymuşdur. Lakin hələki istifadə etməmişdir. Daha sonra o, şəxsi işilə əlaqədar olaraq tanımadığı bir taksi ilə Neftçala şəhərinə gəlmişdir. Həmin günü saat təxminən 19:55 radələrində Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçəndə avtomobildən düşüb mağazaya getmək istəmiş və həmin bükümdə olan heroin siqaret qutusunda olmaqla əynindəki şalvarın sağ yan cibində olmuşdur. Bu vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını ona bildirmişlər. Ona üstündə qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə məlumatları olduqları üçün onu Neftçala RPŞ-nə aparacaqlarını bildirmişlər və onu avtomobilə əyləşdirmişlər. Bundan sonra onu Neftçala RPŞ-nə aparmışlar. Neftçala RPŞ-də təhqiqatçı tərəfindən tutma qərarı qəbul edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Ona müdafiəçi təqdim edildikdən sonra müdafiəçi Seymur Abdullayev iştirakı ilə video-çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirib üzərində narkotik vasitə və sair cinayət xarakterli nə isə varsa təqdim etməyi təklif edilmişdir. O, bu vaxt üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra o, əynində olan şalvarın sağ yan cibində siqaret qutusundakı polietilen bükümdə olan narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin narkotik vasitə qablaşdırılmış, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra orada protokol tərtib olunmuşdur. İştirakçılar kimi o da protokola imza etmişdir. Narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmamış, kiməsə narkotik vasitə satmamış, verməmişdir. Asimin alıb gətirdiyi narkotik vasitəni istifadə etmək üçün saxlamışdır. İfadəsi elan olunduqdan sonra Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, polis əməkdaşlarının saxlanılarkən məcbur etməsi səbəbindən elə ifadə verdiyini, lakin müstəntiqin ona təsir və təzyiq etmədiyini, hansı səbəbdən isə müstəntiqə yuxarıda qeyd edilən kimi ifadə verməsinin səbəbini isə izah edə bilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Neftçala RPŞnin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala rayonu, Qaçaqkənd kənd sakini Şahid5 qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyatı məlumat yoxlanıldıqdan sonra Şahid5 ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və icazə alındıqdan sonra əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilmişdir. 08 fevral 2023-cü il tarixdə saat təxminən 19:55 radələrində daxil olan əməliyyat məlumatı əsasında Hüseynov X6 rayonu, Aşağı Surra kəndi ərazisində tərəflərindən saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra Hüseynov X7 Qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə Şahid5 üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid5 üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra Şahid5 əynində olan şalvarın sağ yan cibindəki siqaret qutusunun içərisindən bir ədəd polietilen kəsiyi bükümünü təqdim edib içərisində narkotik vasitə olduğunu bildirmişdir. Şahid5 təqdim etdiyi polietilen kəsiyi bükümü açılıb-baxıldıqda içində narkotik maddə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Şahid5 həmin maddəni ona tanışı Təqsirləndirilən şəxs 50 manata satdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin iş üzrə bir neçə gün sonra, yəni 27 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs öz razılığı ilə 28 fevral 2023-cü il tarixdə evinə baxış keçirilmişdir. Bu vaxt Təqsirləndirilən şəxs evinin yataq otağındakı yataq dəstinin döşəyinin altından bir ədəd polietilen kəsiyi bükümünü təqdim edib içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi polietilen kəsiyi bükümü açılıb-baxıldıqda içində narkotik maddə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Həmin polietilen kəsiyi bükümü zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə möhürlənmişdir. Orada protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs heç bir təzyiq və təsir edilməyib, narkotik vasitnin yeri özü tərəfindən göstərilib və səmimi etiraf edib. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Neftçala rayon Qaçaqkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyib. 28 fevral 2023-cü il tarixdə günorta saatlarında Neftçala rayonu, Qazaxbərəsi kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi ilə bağlı hal şahidi qismində dəvət edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı yataq dəstinin döşəyinin altından 1 ədəd bükülü aşkar edilmişdir. Həmin bükülü açılıb-baxıldıqda içində narkotik maddə olması bildirilmişdir. İşdə olan, Neftçala RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2023cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Şahid5 qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə Neftçala RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 6) İşdə olan, «təxirəsalınmadan əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarın məzmunundan görünür ki, Şahid5 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Neftçala RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 8) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Şahid5 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli idman gödəkçəsinin sağ cibində olan “Pirima” siqaretinin içindən bir siqaretin sellofanına bükülmüş bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin 01 ədəd heroinin çəkisi 2,760 qram olmuşdur. (c İ, i.v 30-31) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid5 həmin tarixdə saat 20:30-dan tutulmuş hesab edilmişdir. (c İ, i.v 35) İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/149 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “.../imza var/ Şahid5 oğ...” sözləri və imzalar olan kağız paketdə 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi- 2,663 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (c İ, i.v 41-44) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 106) İşdə olan, Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, onun Neftçala rayonu, Qazaxbərə kəndində yerləşən evinə baxış keçirilməsinə etiraz etmir. (c İ, i.v 111) İşdə olan, xx.xx.2023-cü il tarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Neftçala rayonu, Qazaxbərəsi kəndində yerləşən evinə baxış keçirilərkən sonuncu evin yataq otağında sol tərəfdə yerləşən yataq dəstinin döşəyinin altından bir ədəd bükülünü təqdim etmişdir. Həmin bükülü açılıb baxıldıqda içərisindən 4,6 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilimişdir. (c İ, i.v 112-116) İşdə olan, xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Samsung Galaxy A41 markalı mobil telefonun whatsapp mesajlaşma proqramına baxış keçirilmişdir. Qeyd edilmiş proqramda 051 492 45 05 mobil nömrəsi ilə qeydiyyatdan keçilmiş, həmin nömrədə Mstı Pa adı ilə qeyd olunmuş şəxsə müxtəlif məzmunlu səs yazıları göndərilmiş, həmin səs yazılarında Təqsirləndirilən şəxs “o səfərləri yaxşı oldu Allah köməyin olsun bir dəfəyə danqıldatdım getdi, Neftçalada bazarın dalında ürəyin getmişdi, birtəhər su tökdülər başıma gözümə ayıldım, yaman şey idi ancaq”, “axrıncı dəfə sənə dəyənəm o vaxtdan özümü saxlamışam”, “səndən götürdüyümü verdim uşaqlara getdi sroka, gedib qabaqda tutublar, Nəcəfdi aformit eleyiblər getdi Kürdəxanıya” kimi sözlərin işlədildiyi səs yazılarının özünə məxsus olduğunu və həmin səs yazılarını öz mobil telefonundan whatsapp proqramı vasitəsi ilə Salyan şəhər sakini olan tanışı Şahid4 077 513 81 81 mobil telefonuna göndərdiyini təsdiq etmişdir. (c İ, i.v 122) İşdə olan, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs məxsus Samsung Galaxy A41 markalı mobil telefona baxış keçirildikdən sonra qardaşı X2 təhvil verilmişdir. (c İ, i.v 124) İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/247 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-4,328 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 1 bükümdə, Şahid5 üzərindən aşkar olunmuş 1 bükümdə, cəmi 2 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata sərf edildi-0,05 qram, qalıq-4,278 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. (c İ, i.v 125-128) İşdə olan, Neftçala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(053)-16/2023 qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 iyun 2023-cü ilədək həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 27 fevral 2023-cü il tarixindən hesablanmışdır. (c İ, i.v 148-150) İşdə olan, xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Şahid5 və Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə Neftçala RPŞ-yə məlumat daxil olmamış, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini tanışı Şahid4 satış məqsədi olmadan 50 manat pul müqabilində əldə etməsi müəyyən olunmuşdur. (c İ, i.v 190) İşdə olan, xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokollardan görünür ki, Azercell MMC-dən daxil olmuş disklərdə olan telefon məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, həqiqətən Şahid5 narkotik vasitə heroini Təqsirləndirilən şəxs aldığını bildirdiyi xx.xx.2023-cü il tarixdə onun istifadəsində olmuş, 050 643 83 91 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 492 45 05 mobil nömrəsi arasında müxtəlif müddətlərdə olmaqla bir neçə dəfə telefon danışığı olmuşdur. (c İ, i.v 193,196) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 207-208) İşdə olan, xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən evindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,278 qram olan narkotik vasitəheroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Neftçala RPŞ-yə təhvil verilmişdir. (c İ, i.v 232) İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 01 may 2023-cü il tarixli, 2566 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 235-236) İşdə olan, xx.xx.2023-cü il tarixli Neftçala RİHB-nın Qaçaqkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü və xx.xx.2015-ci il təvəllüdlü uşaqları var, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İ, i.v 237-240) İşdə olan, 15 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın dəyişdirilməsinə əsas olduğu üçün ona elan edilmiş ittiham dəyişdirilmiş, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə tövsif edilmiş, ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ittiham elan olunmuşdur. (c İ, i.v 267-277) İşdə olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(099)- 564/2023 saylı hökmündən və göstərişdən görünür ki, Şahid4 CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökm 05 sentyabr 2023-cü ildə icraya yönəldilmişdir. (c İİ, i.v 38-46, 65-66) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılmamışdan əvvəl Nəcəflə zəngləşsədə, onunla görüşməmiş, Nəcəf ona narkotik vasitə alması üçün pul verməmiş, narkotik vasitə almamış, Mətləb adlı şəxsi tanımır. Onu əməliyyatçılar saxlayarkən onda heç bir narkotik vasitə olmayıb, əməliyyatçılar narkotik gətirib evində matrasın altına qoyub çıxarmış, özü birinci dəfə tutulduğundan, ona görədə nə baş verdiyini bilməmiş, sənədlərə qol çəkmişdir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, Şahid5la birgə istifadə etmək məqsədilə Şahid4n narkotik vasitə almaması, həmin narkotik vasitə heroini Şahid5la aralarında bölməməsi, yaşadığı evdən aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə heroinin ona aidiyyətinin olmaması, həmin maddənin evinə polis əməkdaşları tərəfindən qoyulması, daha sonra rəsmiləşdirilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 104-105), xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 140-141, 255-256, 284-285) qismində verdiyi ifadələrində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında yataq dəstinin döşəyinin altında bir büküm narkotik vasitə saxladığını, həmin narkotik vasitədən xx.xx.2023-cü ildə Şahid5la görüşüb birgə istifadə etmək məqsədilə bir bükümdə sonuncuya verməsini bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıqaşkar formada bəyan etmişdir. Lakin Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin əldə etdiyi mənbə ilə bağlı ibtidai araşdırma zamanı da ziddiyyətli ifadələri vermişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ilkin ifadələrində, yəni xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 104-105), xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 140-141) qismində verdiyi ifadələrində aşkar edilmiş narkotik vasitə heroini təxminən 2023-cü ilin fevral ayının əvvəlində Lənkəran şəhərində Qumbaşı adlanan yerdən tanımadığı şəxsdən özü istifadə etmək üçün heroin aldığını, həmin heroini gətirib evinin yataq otağındakı yataq dəstinin döşəyinin altında gizlətdiyini, 08 fevral 2023-cü il tarixdə Neftçala rayonu, Qaçaqkənd kəndində avtobus dayanacağının yaxınlığında Şahid5la görüşüb, yataq otağında yataq dəstənin döşəyinin altında gizlətdiyi heroindən bir qədərini gətirib Nəcəfə verdiyini bildirmiş, lakin ibtidai araşdırmanın sonraki mərhələlərində isə, yəni xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 255-256, 284-285) qismində verdiyi ifadələrində 08 fevral 2023-cü il tarixdə Neftçala rayonu, Qaçaqkənd kəndində avtobus duracağının yaxınlığında Şahid5la görüşüb, sonuncunun ona 50 manat verib narkotik vasitə heroin tapmağı xahiş etməsindən sonra Salyan şəhərinə gedib, narkotik vasitə istifadəçisi olduğunu bildiyi və əvvəllər bir neçə dəfə də ona dost kimi narkotik vasitə vermiş yaxşı münasibəti olan tanışı Şahid4 istifadə etmək üçün 50 manat qarşılığında təxminən 6-7 qram olan heroin aldığını, daha sonra o, Neftçala rayonu, Qaçaqkənd kəndinə gələrək təxminən saat 16 radələrində Nəcəflə görüşüb təxminən 3 qram olan heroini Nəcəfə verdiyini, özünə qalan heroindən aparıb evdə yataq otağında yataq dəstinin döşəyinin altında gizlətdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı da yuxarıda qeyd edilən ifadələr elan və tətqiq edilmiş, təqsirləndirilən şəxsə bununla bağlı verilmiş suallara cavab olaraq isə Təqsirləndirilən şəxs yenə ziddiyyətli ifadələr verərək, Şahid5 onu Lənkəran şəhərinə narkotik almaq məqsədilə göndərdiyini, Qumbaşı adlanan yerdən narkotik alıb gətirdiyini, bir qədər sonra isə Qumbaşı adlanan yerdən narkotik almadığını, bundan sonra isə Şahid5 ona 15 manat pul verib, narkotik alması üçün Salyan rayonuna göndərdiyini, oradan 15 manatlıq narkotik alıb gətirib Nəcəflə birlikdə istifadə etdiyini bildirmiş, eyni zamanda tərəfindən Şahid4 göndərdiyi səsli mesajında “səndə götürdüyümü verdim uşaqlara getdi sroka, gedib qabaqda tutublar, Nəcəfdi aformit eləyiblər getdi Kürdəxanıya” dediklərinin isə səbəbinin nə olduğunu bilmədiyini, mesajı göndərərkən yuxulu olduğunu, ümumiyyətlə ifadələri arasında ziddiyyətlərin səbəbini isə yaddaşının olmadığını, nə danışdığını bilmədiyi qeyd edərək izah edə bilməmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı dövründə verdiyi aşkar edilmiş narkotik vasitə heroni əldə etdiyi mənbə barədə ziddiyyətli ifadələrinin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə ibtidai araşdırmanın sonraki mərhələsində, yəni xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə barədə, eləcədə yaşadığı evdən aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə heroinin ona aidiyyətinin olmaması barədə gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ziddiyyətli ifadələr verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırmanın sonraki mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Məhkəmə bu qənaətə gələrkən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini almış Şahid4 barəsində olan xx.xx.2023-cü il tarixli, 1(099)-564/2023 saylı hökmü ilə müəyyən edilmiş halları da əsas götürür. Həmin hökmlə isə müəyyən edilir ki, Şahid4 xx.xx.2023-cü ildə saat 15:00 radələrində külli miqdarda 6,991 qram çəkidə 1 ədəd bükümdə narkotik vasitə olan heroini Salyan şəhəri, Ə.Quliyev küçəsində yaşadığı evin yaxınlığında Neftçala rayonunun Qazaqbərə kənd sakini Təqsirləndirilən şəxs ilə görüşüb 50 manat pul müqabilində ona satmışdır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin, eləcədə ibtidai araşdırma zamanı ilkin şübhəli və təqsirləndirilən şəxs qismində aşkar edilmiş narkotik vasitə heroini əldə etdiyi mənbə barədə göstərdiklərini işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu, xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs qismində ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində yaşadığı evdən aşkar edilmiş narkotik vasitə heroinin ona aid olduğunu, həmin narkotik vasitəni 08 fevral 2023-cü il tarixdə Şahid5 ona 50 manat verib narkotik vasitə heroin tapmağı xahiş etməsindən sonra Salyan şəhərinə gedib, narkotik vasitə istifadəçisi olduğunu bildiyi və əvvəllər bir neçə dəfə də ona dost kimi narkotik vasitə vermiş yaxşı münasibəti olan tanışı Şahid4 istifadə etmək üçün 50 manat qarşılığında təxminən 6-7 qram miqdarında aldığını, daha sonra o, Neftçala rayonu, Qaçaqkənd kəndinə gələrək təxminən saat 16 radələrində Nəcəflə görüşüb təxminən 3 qram olan heroini Nəcəfə verdiyini, özünə qalan heroindən aparıb evdə yataq otağında yataq dəstinin döşəyinin altında gizlətdiyini bildirmişdir. Bununla yanaşı o, xx.xx.2023-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi yuxarıda qeyd edilən ifadələrlə məhkəmə baxışında, eləcədə ibtidai araşdırma zamanı ilkin şübhəli və təqsirləndirilən şəxs qismində (narkotik vasitəni əldə etdiyi mənbə barədə) verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə sonradan təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2023-cü ildə və xx.xx.2023-cü il tarixli ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə yaşadığı evdən aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olmasını, həmin heroini Şahid5la birgə istifadə etmək məqsədilə Salyan şəhərində Şahid4 adlı şəxsdən 50 manat qarşılığında aldığını, daha sonra həmin maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Bundan başqa məhkəmə şahid qismində dindirilmiş Şahid5 və Şahid4 məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələri qeyri-səmimi ifadələr kimi qəbul edir, onların həmin ifadələri biri-digərini müdafiə məqsədi ilə verdiklərini, habelə məhkəmə iclasında elan və tədqiq edilmiş yuxarıda göstərilən ibtidai istintaq zamanı vermiş olduqları ifadələrlə də təkzib edildiyindən, məhkəmə həmin ifadələri sübut kimi qəbul etmir. Bununla yanaşı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəni həqiqətə və işin faktiki hallarına uyğun ifadələr kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 27 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Neftçala Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,278 qram narkotik vasitə heroin məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan olan 49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 27 fevral 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Neftçala Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,278 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev Əsli ilə düzdür: Hakim: Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-488/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-488/2023
25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver