Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-488/2024 31.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Saatlı rayonu Bayramovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Saatlı rayonu Dədəqorqud kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, 11,734 qram narkotik vasitə heroini əldə etmiş və üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 12 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Saatlı şəhəri Heydər Əliyev prospektində saxlanılmaqla Saatlı Rayon Polis Şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə 11,734 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Saatlı rayonu Dədə Qorqud kəndində yaşayır. Polis tərəfindən tutulmasından bir müddət əvvəl onun həyətindən bir baş quzusu oğurlanmışdır. O da bu barədə DİN-nin «102» xidmətinə zəng edərək məlumat vermişdir. Polis işçiləri ondan guya quzunu tamması barədə ərizə yazmasını tələb etmişlər. Lakin o ərizə yazmaqdan imtina etmiş və «102» xidmətinə yenə də şikayət etmişdir. Polis işçiləri bu hərəkətlərinə görə onu həyətinə silah qoymaqla hədələmişlər. Buna görə də sosial şəbəkələrdə çıxış etmişdir. Polis işçiləri onu 2023-cü il dekabr ayının 23-də tutub polis şöbəsinə aparmışlar, orada döymüşlər. Bununla bağlı müxtəlif yerlərdə olmuşdur. Polis işçiləri onu ekspertə aparacaqlarını bildirmişlər. 12 yanvar 2024-cü il tarixdə polis işçiləri onu çağırmışlar ki, ekspertə aparsınlar. Ancaq onu tutub polis şöbəsinə aparmışlar. Onun üzərinə narkotik qoymuşlar, narkotiki boynuna almalı olduğunu demişlər. Ona təzyiq etmişlər. Yaşadığı evə aparıb orada çəkiliş etmişlər. Şalvarını soyundurmaqla hədələmişlər. Onu məcbur etmişər ki, narkotiki yerdən tapmasını desin. O, narkotik istifadə etmir, narkotik ona məxsus deyildir. Lakin Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmasından sonra verdiyi ilk izahatında 12 yanvar 2024-cü il tarixdə saatlı rayonu ərazisində 1 ədəd bükümdə narkotik vasitə heroini yerdən tapdığını və üzərində saxladığını, həmin gün ssat 13 radələrində Saatlı şəhəri H.Əliyev prospektində piyada hərəkət edərkən polis işçiləri tərəfindən saxlanmaqla polis şöbəsinə aparılaraq üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sağ yan cibində bir bükümdə olan herini təqdim etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 göstərdi ki, 12 yanvar 2024-cü il tarixdə Saatlı şəhəri Dədə Qorqud kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlamaqla daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 və xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Saatlı rayonuna gələrək əməliyyat-axtrış tədbirləri keçirməklə Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Saatlı şəhərində Heydər Əliyev prospektində piyada hərəkətdə olduğu zaman saxlamaqla rayon polis şöbəsinə dəvət etdilmiş, şübhəli şəxs kimi tutulmaqla üzərində videoçəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən o, əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinəbənzər maddəni təqdim etmişdir. Həmin maddə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin heroin olduğunu və onu öz üzərində istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təsir-təzyiq göstərməmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşları Şahid2 və Şahid3 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etdilər. 12 yanvar 2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Materialların məhkəmə ekspertizasının 12 yanvar 2024-cü il tarixli, 18/49 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 11,734 qram olan bitki mənşəli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 701 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 346 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, cinayət əməlini törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən döyülməsi və ona qarşı fiziki təsir göstərilməsi barədə müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən araşdırma aparılmış, həmin hallar təsdiq olunmadığından 20 fevral 2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Saatlı Rayonu Dədə Qorqud kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs ailəli olmuş, lakin sonradan boşanmış, üç uşaqları olsa da, uşaqları analarının himayəsində qalmışdır. O, yaşayış yeri üzrə mənfi səciyyələnir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arayışıdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlildir, əlilliyi xx.xx.2024-cü il tarixədək qüvvədədir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Bundan başqa, məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs onda narkotik vasitə olmaması, narkotik vasitənin üzərinə polis işçiləri tərəfindən qoyulması barədə ifadəsini qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuş və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 12 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Saatlı Rayon Polis Şöbəsində saxlanılan 11,684 qram narkotik vasitə heroin məhv edilməlidir. Ekspertiza xərci 31 manat 95 qəpik pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Saatlı Rayon Polis Şöbəsində saxlanılan 11,684 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-488/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-488/2024
31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver