Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-489/2023 15.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X10, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Gürcüstan Respublikasında anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, işləməyən, Rusiya Federasiyası, Yekatrinburq vilayəti, Yekatrinburq şəhəri, Çıkalovski rayonu, Leyopustina küçəsi, ev 15, mənzil 35 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı məqsədi ilə İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxslərlə qabaqcadan əlbir olub qrup təşkil edərək sonuncuların müəyyən edilməmiş vaxtda və yerdən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qaçaqmalçılıq yolu ilə keçirmiş olduğu ümumi xalis çəkisi 14 kiloqram 915 qram çəkidə külli miqdarda narkotik təbiətli kənaf (çətənə, kannabis) bitkisindən kustar üsulla hazırlanmış 11 ədəd bükümdə narkotik vasitə olan həşiş qətranını digər şəxsə 5.500 ABŞ dollarını sonradan ödəmək şərti ilə hər kiloqramını 1.500 ABŞ dollara razılaşdıqdan sonra, sonuncunun göstərişi əsasında 28 aprel 2008-ci il tarixdə Bakı şəhərində Dəmir yolu vağzalı yaxınlığında, digər şəxsə 15.000 ABŞ dolları, 08 may 2008-ci il tarixdə, saat 06 radələrində isə Cəlilabad rayonu, Alar kəndi ərazisində qrupun digər üzvlərinə 2.000 ABŞ dolları verməklə sonunculardan satış məqsədi ilə qanunsuz olaraq əldə edib taksi sürücüsü X11 idarə etdiyi «Mersedes-180» markah, AZ **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına qoyduqdan dərhal sonra Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılmış və baxış zamanı avtomobilin salonundan həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittihamlarda özünü təqsirli bilərək, hazırda hadisənin üzərindən 15 il keçdiyini, xəstəliyinin olduğunu, hadisələri dəqiqliklə xatırlamadığını, ibtidai istintaq zamanı düzgün ifadələr verdiyini və həmin ifadələrini təsdiq etdiyini bildirib ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi üçün Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan oluna bilər) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan olunmaqla tədqiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və törətmiş olduğu cinayət əməlini etiraf edərək ifadələrində göstərmişdir ki, o, Gürcüstan Respublikasınınn Kvemobolinisi rayonunun Kəpənəkçi kəndində anadan olmuş, 1997-ci il tarixdə çörək pulu qazanmaq məqsədilə Rusiya Federasiyasının Yekaterinburq şəhərinə getmiş və orada pal-paltar satışı ilə məşğul olmuşdur. Rusiyada yaşadığı müddət ərzində mütəmadi olaraq kazinolara getmiş və kompüter vasitəsilə qumar oynayaraq təxminən iki il ərzində müxtəlif kazinolarda 80.000 ABŞ dolları uduzmuşdur. Uduzduğu pulları borc aldığından borc sahibləri pulu geri qaytarmasını ondan tələb etmiş, o, isə heç bir vasitə ilə pulları qaytarmağa müvəffəq olmamışdır. 2008-ci ilin əvvəllərində Yekaterinburq şəhərindəki 4 nömrəli meyvə satılan bazarda özünü İİR vətəndaşı kimi təqdim edən Sabir adlı şəxslə tanış olmuş və söhbət əsnasında Sabir İİR-dən meyvə gətirib Rusiya Federasiyasının bazarlarında satmasını ona təklif etmişdir. Bu məqsədlə də Sabir İİR vətəndaşı “Mərifət” adlı şəxsə zəng vurub onları tanış etmiş, o isə “Mərifət”-lə danışaraq belə qərara gəlmişdir ki, İrana gedib onunla görüşsün. Odur ki, təyyarə ilə Bakı şəhərinə gəlmiş, iki gün Bakı şəhərində qaldıqdan sonra 2008-ci ilin aprel ayının əvvəllərində təyyarə ilə İİR-nin Tehran şəhərinə getmişdir. Tehrandan isə Rəşt şəhərinə gedərək orada qabaqcadan şərtləşdikləri kimi Mərifətlə görüşmüşdür. Mərifətlə əvvəlcə meyvə alveri barədə söhbət etmiş, lakin, meyvə alverinin onu qane etməyəcəyini görən Mərifət narkotik vasitə olan həşiş alveri ilə məşğul olmasını təklif etmişdir. Daha sonra Mərifət ona 15.000 ABŞ dolları dəyərində 15 kq həşiş təşkil edəcəyini vəd etmiş və Rusiya Federasiyasına apararaq satmasını tövsiyə etmişdir. Mərifətlə razılaşmış və bir neçə gün sonra avtobusla Astara rayonu ərazisindən keçməklə Bakı şəhərinə qayıtmışdır. Bundan sonra elə 2008-ci ilin aprel ayında təyyarə ilə Rusiya Federasiyasının Yekaterinburq şəhərinə getmiş və oradan Mərifətin nömrəsinə zəng vuraraq “mal”ın hazır olub-olmaması ilə maraqlanmışdır. Mərifət isə 27 aprel 2008-ci il tarixdə onun mobil telefonuna zəng edərək “mal”ın hazır olduğunu bildirmiş və Bakı şəhərinə gəlməyini xahiş etmişdir. 28 aprel 2008-ci il tarixdə o, Bakı şəhərinə qayıtmış, saat təxminən 18 radələrində Mərifət zəng edərək Bakı şəhərindəki dəmir yolu vağzalının yaxınlığında Ələsgər adlı şəxslə görüşüb alacağı narkotik vasitənin müqabilində 15.000 ABŞ dolları veməsini tələb etmiş və sonuncunun mobil telefon nömrəsini ona vermişdir. O, həmin nömrə ilə əlaqə saxlayaraq Ələsgərlə saat təxminən 20:30 radələrində Bakı şəhərindəki dəmir yolu vağzalının yanındakı valyuta dəyişmə məntəqəsinin qarşısında görüşərək alacağı narkotik vasitənin müqabilində ona 15.000 ABŞ dolları vermişdir. Sonra da Ələsgərin yanında Mərifətlə telefon əlaqəsi saxlayaraq pulu verdiyini bildirmişdir. Ələsgər də öz növbəsində Mərifətlə danışaraq pulu aldığını təsdiq etmişdir. Mərifət həmin gün ona gözləməyi tapşırmış və 30 aprel 2008-ci il tarixdə mobil telefonuna zəng vuraraq Biləsuvar raoynunda yerləşən gömrük məntəqəsinə getməsini bildirmişdir. O, qohumu X15 ilə birlikdə 03 may 2008-ci il tarixə keçən gecə, saat 00:30 radələrində Bakı şəhəri, 20 Yanvar stansiyasında yerləşən avtobus dayanacağına getmiş və orada dayanmış «Mersedes» markalı avtomaşının sürücüsü Emin adlı şəxsdən onları Biləsuvar rayonuna aparmasını xahiş etmişdir. Emin razılaşmış və onun idarə etdiyi «Mersedes» markalı avtomaşınla Biləsuvar rayonuna getmişlər. Saat 08:30 radələrində o, Biləsuvar rayonu ərazisindəki gömrük məntəqəsinə getmiş və vizası olmadığından İİR ərazisinə keçə bilməyərək Eminin idarə etdiyi avtomaşınla geri qayıtmaq məcburiyyətində qalmışdır. 07 may 2008-ci il tarixdə, saat 24 radələrində Mərifət yenidən onun mobil telefonuna zəng vuraraq narkotik vasitəni almaq üçün Biləsuvar rayonuna getməsini bildirmişdir. Odur ki, 08 may 2008-ci il tarixinə keçən gecə saat 01:15 radələrində o, Eminin mobil telefonuna zəng vurmuş və qohumu Əhlimanla birlikdə onu Biləsuvar rayonuna aparmasını xahiş etmişdir. Lakin, bununla yanaşı izi itirmək və diqqəti yayındırmaq məqsədilə atasına məxsus «VAZ-2107» markalı, ** EN *** nömrəli avtomaşını da özləri ilə götürmüşdür. Həmin maşını idarə etmək üçün tanımadığı sürücünü isə Əhliman tapmışdır. Saat 01:40 radələrində qohumu X23 avtomaşını ilə, o, isə atasına məxsus «VAZ-2107» markalı avtomaşınla Biləsuvar rayonuna yola düşmüşlər. Saat təxminən 05:20 radələrində atasına məxsus «VAZ-2107» markalı avtomaşın nasaz olduğu üçün qəflətən yolda dayanmış, o, Əhlimandan «VAZ-2107» markalı avtomaşında qalmasını xahiş etmiş, özü isə Eminin idarə etdiyi «Mersedes» markalı avtomaşına minib Biləsuvar rayonuna getmişdir. Saat təxminən 05:45 radələrində Cəlilabad rayonunun Alar kəndi ərazisinə azalmış tanımadığı şəxs mobil telefonuna zəng vuraraq avtomaşını saxlatdırmasını tələb etmiş, özü isə «Niva» markalı avtomaşınla yaxınlaşacağını bildirmişdir. Saat 06 radələrində içərisində sürücüdən başqa iki nəfər sərnişin olan ağ rəngli, «Niva» markalı avtomaşın onlara yaxınlaşmış, həmin avtomaşının qabaq sağ oturacağında əyləşən tanımadığı şəxs avtomaşını tərk etmiş və yük yerindən göy rəngli torbanı götürərək «Mercedes» markalı avtomaşının arxa oturacağının üzərinə atmışdır. O, həmin şəxsə 2.000 ABŞ dolları verərək «Mercedes» markalı avtomaşının qarşı oturacağına əyləşmiş, «Niva» markalı avtomaşın isə sürətlə uzaqlaşıb getmişdir. Həmin vaxt arxa tərəfdən qəflətən «VAZ-2107» markalı avtomaşın onlara yaxınlaşmış, mülki geyimli polis əməkdaşları onları avtomaşından çıxarıb yerə uzatmış, sonra isə Cəlilabad Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsinin həyətində iki nəfər vətəndaş hal şahidi kimi dəvət olunmuş, onların iştirakı ilə «Mercedes» markalı avtomaşına baxış keçirilmiş, baxış zamanı avtomaşının salonundan, arxa oturacağın üstündən göy sintetik parçadan hazırlanmış kisə aşkar olunaraq götürülmüş, hal şahidlərinin iştirakı ilə həmin kisənin içərisinə baxış keçirilərkən 11 ədəd bükülü aşkar olunmuşdur. Bükülülər açılmış və içərisindəki həşiş baxış zamanı iştirak edən şəxslərə göstərilmişdir. Həmin 11 ədəd bükülü polis əməkdaşları tərəfindən əl tərəzisi ilə çəkilib kisəyə qoyulmuş və qablaşdırılaraq üzərinə 141 nömrəli möhür vurulmuşdur. Bu barədə protokol tərtib edilmiş, o, baxış zamanı iştirak edən şəxslərlə birlikdə həmin protokolu imzalamışdır. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, ifadələrini tam təsdiq edir, hadisələr elan olunmuş ifadəsində olduğu kimi olmuşdur. 30 ilin xəstəsi olduğunu, xəstəliyinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid X2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan və tədqiq edilmiş, şahid Şəmsəddin Xankişiyev həmin ifadəsində bildirmişdir ki, Cəlilabad rayon polis şöbəsinin rəisinin göstərişi əsasında 08 may 2008-ci il tarixdə, saat 05:30 radələrində yaradılmış əməliyyat qrupunun tərkibinə daxil olmuş və digər polis əməkdaşları ilə birlikdə Cəlilabad rayonunun Alar kəndinə göndərilmişdir. Alar kəndinin ərazisində yolun sağ kənarında dayanmış “Mersedes-180” markalı avtomaşına yaxınlaşan zaman avtomaşının sürücüsü onları görüb avtomaşını hərəkətə gətirməyə başlamış, lakin, avtomaşını mühasirəyə alaraq onun hərəkət etməsinə imkan verməmişlər. Daha sonra sürücünü və onun yanında əyləşmiş şəxsi avtomaşından düşürmüş, “Mersedes-180” markalı avtomaşının sürücüsünü xidməti avtomaşınla, “Mercedes” də olan bir nəfər sərnişini isə elə həmin avtomaşınla birlikdə Cəlilabad rayon polis şöbəsinin həyətinə aparmışlar. Polis şöbəsinin həyətində iki nəfər hal şahidlərinin iştirakı ilə “Mersedes” markalı avtomaşına baxış keçirilmiş, bu zaman avtomaşının salonundan, arxa oturacağın üstündən göy sintetik parçadan hazırlanmış kisə götürülmüşdür. Kisənin içərisindən 11 ədəd bükülü aşkar olunmuşdur. Bükülülərdən biri açılmış və içərisindəki həşiş baxış zamanı iştirak edən şəxslərə göstərilmişdir. Bu barədə protokol tərtib edilmiş və protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı ifadələri elan və tədqiq edilmiş şahidlər X25, X7, X17, X16, X5, X12 və X18 da ifadələrindən görünür ki, onlar şahid X3 ilə eyni məzmunlu ifadələr verərək onun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid X11 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan və tədqiq edilmiş, şahid Emin İbrahimov həmin ifadəsində bildirmişdir ki, 2008-ci ilin may ayının əvvəllərində saat 24 radələrində taksi kimi idarə etdiyi “Mersedes-180” markalı, AZ **-UF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, 20 Yanvar dairəsində yerləşən avtobus dayanacağının yaxınlığında sərnişin gözlədiyi zaman sonradan tanıdığı Rəfael əmisi oğlu Əhlimanla birlikdə ona yaxınlaşaraq kələm alveri ilə məşğul olmasını bildirmiş və İİR-dən yük avtomaşınları ilə göndərilmiş kələmi gömrük məntəqəsində qəbul etmək üçün onları Biləsuvar rayonuna aparmasını ondan xahiş etmişdir. O, Rəfaeldən zəhmət haqqı müqabilində 100 manat istəmiş, lakin, sonradan onunla 70 manata razılaşmışlar. Saat 06:30 radələrində Biləsuvar rayonu ərazisindəki gömrük məntəqəsinə çatmışlar. Lakin, gömrük məntəqəsi hələ açıq olmadığı üçün kənarda dayanıb gözləməli olmuşlar. Saat 08:30 radələrində gömrük məntəqəsi açıldıqdan sonra o, avtomaşında gözləmiş, Rəfael isə əmisi oğlu ilə birlikdə gömrük məntəqəsinə getmişlər. Təxminən 30 dəqiqədən sonra onlar geri qayıtmış və Rəfael ona pasportunda müvafiq vizası olmadığı üçün onu İİR ərazisinə keçməyə icazə vermədiklərini demişdir. Odur ki, birlikdə Bakı şəhərinə qayıtmışlar. Onlar onun mobil telefon nömrəsini də götürmüşlər. Bundan sonra Rafaellə ikinci və sonuncu dəfə 08 may 2008-ci il tarixə keçən gecə saat 01:15 radələrində görüşmüşdür. Həmin vaxt Rəfael ona zəng vurub xahiş etmişdir ki, onu İmişli rayonuna aparsın və bu məqsədlə də Bakı şəhəri, Şıxov qəsəbəsində yerləşən Bibiheybət məscidinin yaxınlığında görüşmüşlər. Həmin vaxt Rafaelin yanında ağ rəngli, “VAZ-2107” markalı, ** EN *** nömrəli, yuxarı hissəsində taksi işarəsi vurulmuş avtomaşın da olmuşdur. Avtomaşında Rəfael, sürücü və Əhliman olmuşdur. Rəfael və Əhliman onları əvvəl İmişli, sonra isə Biləsuvar rayonuna aparmağını xahiş etmişlər. Yol xərcini onlarla 70 manata razılaşmış və saat 01:40 radələrində o, Əhlimanla birlikdə, Rəfael isə “VAZ-2107” markalı avtomaşınla yola düşmüşlər. Yolda “VAZ-2107” markalı avtomaşın xarab olduğundan Əhliman həmin avtomaşında qalmış, Rəfael isə onunla birlikdə Biləsuvar rayonuna getmişdir. Yolda Rəfael mobil telefonla danışsa da dili başa düşməmişdir. Saat təxminən 05:50 radələrində Rəfael ondan avtomaşını yolun sağıına verib saxlamağı tələb etmişdir. Həmin vaxt ətraf duman olduğundan harada olmaqlarını dəqiq bilməmişdir. Sonradan bilmişdir ki, həmin dayandıqları yer Cəlilabad rayonunun Alar kəndinin ərazisi olmuşdur. O, atomaşında qalmış, Rəfael isə düşərək çöldə kiminləsə telefonla danışmış, təxminən saat 06 radələrində ağ rəngli, “VAZ-2121” markalı avtomaşın gəlib onun avtomaşının qarşı tərəfində dayanmış, həmin avtomaşında sürücüdən başqa daha iki nəfər olmuşdur. “VAZ-2121” markalı avtomaşının qabaq sağ oturacağında əyləşən şəxs avtomaşından düşüb yük yerindən göy rəngli torbanı götürüb, avtomaşının arxa qapısını açıb torbanı oturacağın üstünə atmışdır. Bundan sonra «Niva-2121» markalı avtomobil və içərisində olan şəxslər dərhal uzaqlaşıb getmişlər. Daha sonra arxa tərəfdən «VAZ-2107» markalı avtomaşın onlara yaxınlaşmış və tanımadığı bir neçə nəfər şəxs həmin avtomaşından düşüb onların üstünə gəlmişlər. Həmin şəxslər silahlı və mülki geyimdə olduqlarından bərk qorxmuş və avtomaşını bir az irəli sürmüşdür. Həmin anda avtomaşının qarşısında polis mayoru formasında tanımadığı bir nəfəri gördükdən sonra avtomaşını saxlamışdır. Mülki geyimli şəxslər əllərindəki tapançanın dəstəyi ilə avtomaşının pəncərə şüşələrini sındırıb onları avtomaşından çıxarıb yerə uzatmış və daha sonra isə Cəlilabad rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsinin həyətində dəvət edilmiş iki nəfər vətəndaşın iştirakı ilə ona məxsus «Mersedes-180» markalı avtomaşına baxış keçirilmiş, baxış zamanı avtomaşının salonundan, arxa oturacağın üstündən götürülmüş göy sintetik parçadan hazırlanmış kisənin içərisindən 11 ədəd bükülü aşkar olunmuşdur. Bükülülərdən biri açılmış və içərisindəki həşiş baxış zamanı iştirak edən şəxslərə göstərilmişdir. Həmin 11 ədəd bükülülər əl tərəzisi ilə çəkilərkən ümumi çəkisinin 15 kiloqram 510 qram olması müəyyən edilmişdir. Daha sonra həmin bükülülər kisəyə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Göstərilənlərlə əlaqədar protokol tərtib edilmiş, həmin protokola o da imza etmişdir. İş materiallarında olan Cəlilabad RPŞ-nin CAB-nin rəisi Rəşid Piriyevin xx.xx.2008-ci il tarixli Cəlilabad RPŞ-nin rəisi Rəhim Novruzova ünvanladığı “Raport”undan müəyyən olunur ki, X8 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, Cəlilabad rayonu ərazisində külli miqdarda narkotik vasitə əldə edərək, Emin adlı şəxsin Mercedes markalı avtomobili ilə Bakı şəhərinə aparması barədə əməliyyat məlumatı daxil olmuşdur. (c 1, i.v 3) İş materiallarında olan «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» 07 may 2008-ci il tarixli qərarın məzmunundan görünür ki, X20 və X8 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Cəlilabad RPŞ-nin CAB-nin rəisi Rəşid Piriyev tərəfindən qərar qəbul olunmuşdur. (c 1, i.v 4) İş materiallarında olan baxış keçirilməsi və götürmə haqqında 08 may 2008-ci il tarixli protokoldan görünür ki, X11 idarə etdiyi «Mersedes-180» markalı, AZ **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı kisənin içərisindən 11 ədəd bükülüdə əl tərəzisi ilə çəkildikdə cəmi 15 kiloqram 510 qram olan narkotik vasitə olan həşişə oxşar maddə aşkar edilərək götürülmüşdür. (c 1, i.v 7-9) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» 08 may 2008-ci il tarixli protokoldan görünür ki, X19 həmin tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 13) İş materiallarında olan 08 may 2008-ci il tarixli 5543 nömrəli ekspert arayışından görünür ki, X20 və Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş ümumi xalis çəkisi 14kq915,0 qram olan maddələr (bitki mənşəli kütlələr) narkotik təbiətli kənaf (çətənə) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qətranıdır. Həşiş qətranının ümumi xalis çəkisi 14kq915,0qram, tədqiqata sərf edildi 2,4 qram (hər paketdən 0,2 qram) qalıq 14kq912,6 qram. Aparılmış tədqiqatın dəyəri 9,6 manatdır. (c 1, i.v 22-23) İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 10 may 2008-ci il tarixli qərarından görünür ki, X19 haqqında 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 may 2008-ci ildən hesablanmışdır. (c 1, i.v 66) İş materiallarında olan xx.xx.2008-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c 1, i.v 80) İş materiallarında olan 16 may 2008-ci il tarixli maddi sübutun cinayət işinə əlavə olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 14 kq 915 qram narkotik vasitə olan həşiş qətranı, ekspertiza tədqiqatına ümumilikdə 4,8 qram sərf edildikdən sonra qalıq 14 kq 910,2 qram həşiş qətranı cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (c 1, i.v 84) İş materiallarında olan 19 may 2008-ci l tarixli 5965 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş 12 (on iki) ədəd folqalı paketdə ümumi xalis çəkisi 14kq912,6 qram olan bitki mənşəli kütlələr narkotik tərkibli kənaf (çətənə, kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan - həşiş qətranıdır. Həşiş qətranının ümumi xalis çəkisi 14kq912,6qram, tədqiqata sərf edildi 2,4 qram (hər obyektdən 0,2 qram) qalıq 14kq910,2 qram. Aparılmış ekspertiza tədqiqatın dəyəri 80,16 manatdır. (c 1, i.v 86-88) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c 1, i.v 99) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X6 Məhkəmə Narkolji Ekspertizasının xx.xx.2008-ci il tarixli 91 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstələyi aşkar olunmayır. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (c 1, i.v 102) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2008-ci il tarixli, xx/xx-3609 nömrəli məlumatından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci ildə Bakı aeraportundan təyyarə ilə İİR-nin Tehran şəhərinə uçmuş, xx.xx.2008-ci ildə Astara nəzarət-buraxılış məntəqəsindən Azərbaycan Respublikası ərazisinə keçmişdir. Həmin məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2008-ci ildə saat 14:35-də Moskva şəhərindən təyyarə ilə Bakı şəhərinə gəlmişdir. (c 1, i.v 103-104) İş materiallarında olan Cəlilabad Rayon Məhkməsinin 4(073)-130/2008 nömrəli, 02 sentyabr 2008-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay, 08 oktyabr 2008-ci ilədək uzadılmışdır. (c 1, i.v 158-159) İş materiallarında olan Cəlilabad Rayon Məhkməsinin 4(073)-137/2008 nömrəli, 03 oktyabr 2008-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay, 08 noyabr 2008-ci ilədək uzadılmışdır. (c 1, i.v 197) İş materiallarında olan Cəlilabad Rayon Məhkməsinin 4(073)-147/2008 nömrəli, 03 noyabr 2008-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay, 08 dekabr 2008-ci ilədək uzadılmışdır. (c 1, i.v 217-218) İş materiallarında olan Cəlilabad Rayon Məhkməsinin 04 dekabr 2008-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay, 08 yanvar 2009-cu ilədək uzadılmışdır. (c 2, i.v 22-23) İş materiallarında olan Cəlilabad Rayon Məhkməsinin 4(073)-1/2009 nömrəli, 06 yanvar 2009-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay, 08 fevral 2009-cu ilədək uzadılmışdır. (c 2, i.v 36-38) İş materiallarında olan Cəlilabad Rayon Məhkməsinin 14(073)-1/2009 nömrəli, 22 yanvar 2009-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. (c 2, i.v 51-53) İş materiallarında olan Cəlilabad Rayon Məhkməsinin 4(073)-19/2009 nömrəli, 05 fevral 2009-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay, 08 mart 2009-cu ilədək uzadılmışdır. (c 2, i.v 76-78) İş materiallarında olan xx.xx.2009-cu il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə qərardan görünür ki, X13 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs götürülmüş ümumi xalis çəkisi 14kq915 qram narkotik vasitə həşiş qətranı iş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad RPŞ-də saxlanılması, cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə başqa cinayət işinin ayrıca icraata ayrılması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşdüyündən onun barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi üçün cinayət işinin məhkəməyə göndərilməsi haqqında məsələnin həll edilməsi məqsədi ilə Azərbaycan Respublikası CPM-nin 480.4.1-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilmişdir. (c 2, i.v 79-86) İş materiallarında olan Cəlilabad Rayon Məhkməsinin 4(073)-39/2009 nömrəli, 04 mart 2009-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay, 08 aprel 2009-cu ilədək uzadılmışdır. (c 2, i.v 125-127) İş materiallarında olan Cəlilabad Rayon Məhkməsinin 4(073)-50/2009 nömrəli, 02 aprel 2009-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay, 08 may 2009-cu ilədək uzadılmışdır. (c 2, i.v 145-147) İş materiallarında olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 05 iyun 2009-cu il tarixli, 1(101)-756/2009 nömrəli qərarından görünür ki, cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulmuş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş, Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilmişdir. (c 2, i.v 263-270) İş materiallarında olan 1 saylı Respublika Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 1982 nömrəli sorğuya cavab məktubundan görünür ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarına əsasən xx.xx.2009-cu il tarixdən X1 məcburi müalicəyə qəbul olunub və halhazırda məcburi müalicəsi davam etdirilir. (c 2, i.v 279) İş materiallarında olan 1 saylı Respublika Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 351 nömrəli sorğuya cavab məktubundan görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Ümumi X4 məcburi müalicəsi dəyişdirilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirildiyi üçün xx.xx.2012-ci il tarixdə evə qanuni nümayəndəsi anasının qeydiyyatda olduğu yaşayış yeri üzrə Bakı Baş Səhiyyə İdarəsinin Suraxanı rayonu 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkim-psixiatr kabinetinə yazılmışdır. (c 2, i.v 293) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Stasionar Məhkəmə-psixiatrik ekspertiasının xx.xx.2022-ci il tarixli, 138 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Lakin, Təqsirləndirilən şəxs həmin əməli törətdikdən sonra “Üzvi mənşəli şəxsiyyət pozuntusu” formasında psixo patologiya aşkar edilmiş və iş materiallarında olan sənədlərə əsasən Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinə uyğun olaraq tibbi xarakterli məcburi müalicə tədbirlərinə cəlb olunmuşdur. Elmi ədəbiyyatdakı məlumata əsasən “anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədildiyindən Təqsirləndirilən şəxs hal-hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhihdir və həmin suala cavab vermək ümumən mümkün deyildir. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs “üzvi mənşəli şəxsiyyət pozuntusu” hal-hazırda davam edir. Lakin, həmin psixi patologiya hazırda onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edə biləcək dərəcədə ifadə olunmadığından onun hal-hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə əsas yoxdur və onunla istintaq hərəkətlərinin aparılması mümkündür. (c 3, i.v 173-177) İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 1(089)-62/2011 nömrəli qərarından görünür ki, cinayət əməllərini törətdikdən sonra psixi xəstəliyə tutulmuş X8 barəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edilmiş və cinayət işi ibtidai araşdırması üçün prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. (c 3, i.v 185-188) İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin təsdiq edilməsi haqqında qərardan görünür ki, X19 həbs qətimkan tədbiri seçilməklə Bakı Ağır Cinayətlər məhkəməsində cinayət işi istintaq olunması və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmışdır. (c 3, i.v 200-201) İş materiallarında olan Cəlilabad Rayon Məhkməsinin 4(073)-51/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti bərpa edilmişdir. (c 3, i.v 273-275) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Stasionar Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 42 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs şərh edilən və ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda “Üzvi mənşəli şəxsiyyət pozuntusu”-dan əziyyət çəkir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında deyildir. Bununla yanaşı Təqsirləndirilən şəxs üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəksə də öz hüquqlarını və vəzifələrini müstəqil həyata keçirmək qabiliyyətinə malikdir. Buna görə də Təqsirləndirilən şəxs cinayət-prosessual fəaliyyət qabiliyyəti olan şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci və 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədənədək anamnezində qeyd olunan mərkəzi sinir sisteminin üzvi mənşəli dəyişikliyi həmin əməlin törədilməsindən sonra keçən müddət ərzində şəxsiyyət pozuntusuna gətirib çıxarmışdır. Qeyd edilən psixi patologiya nəticəsində Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra üzvi şizofreniyaya bənzər psixiotik pozuntu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. (c 3, i.v 282-289) İş materiallarında olan 02 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ekspertiza tətqiqatın sonra qalıq 14 kq 910,2 qram həşiş qətranının cinayət işi üzrə maddi sübut hesab edilməsi və saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır. (c 3, i.v 300- 311) İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-172/2023 nömrəli hökmündən və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-1378/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2021-ci ildən hesablanmış, hökm Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. (c 4, i.v 39-44, 76-83) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Həşiş qatranı” olan maddə narkotik vasitədir. Həşiş qatranın 0,4 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, həşiş qatranın 40 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı qeyd edilən hissədə təqsirləndirilən şəxsin əməlinin CMnin 32.5, 206.3.2-ci maddəsi ilə tövsif edilməsini və həmin maddənin sanksiyasında cəza təyin edilməsini məhkəməyə təklif etmişdir. Məhkəmə hesab edir ki, dövlət ittihamçısının təklifi əsaslıdır və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.3.2-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər şəxslərin icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi onunla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs İİR-də olan digər şəxslə külli miqdarda narkotik vasitənin qaçaqmalçılıqla Azərbaycan Respublikasına gətirilməsi barədə əvvəlcədən aralarında razılıq əldə etdikdən sonra, külli miqdarda narkotik vasitə qrup üzvləri tərəfindən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıqla keçirildikdən sonra cinayətkar qrupun digər üzvləri tərəfindən Cəlilabad rayonu, Alar kəndi ərazisində təqsirləndirilən şəxsə təhvil verilmiş, bununla da Təqsirləndirilən şəxs həmin narkotik vasitənin İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra əldə edib, saxlayıb və daşıyaraq, daha sonra tərəfindən realizə edilməsini vəd verərək qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, İİR-da olan digər şəxs tərəfindən narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsi təmin edilib narkotik vasitənin təhvil veriləcəyi yer (Cəlilabad rayonu, Alar kəndi ərazisi) barədə məlumat verildikdən sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitəni qeyd edilən cinayətkar qrupun digər üzvlərindən təhvil götürmüş, yəni göstərilən halda narkotik vasitənin qaçaqmalçılığı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən icra edilmişdir. Eyni zamanda müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi üçün İİR-da olan digər şəxslər tərəfindən həmin narkotik vasitənin qaçaqmalçılıq yolu ilə keçiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu narkotik vasitənin İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra əldə edib, saxlayıb və daşıyaraq özü tərəfindən realizə edilməsini vəd verərək qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişlər. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə Azərbaycan Respublikası CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs İİR-də olan digər şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş narkotik vasitəni əldə edib, saxlayıb və daşıyaraq özü tərəfindən realizə edilməsi ilə bağlı onlarla əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında icraçı qismində deyil, bu cinayətin digər şəxslərin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onların hərəkətləri Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.3.2-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.3.2-ci maddəsinə tövsif edilməklə o, Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edib, peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə, cinayətin anlaqlığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini isə Azərbaycan Respublikası CM-nin 59.1.9-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Baxmayaraq hazırki vəziyyətdə Təqsirləndirilən şəxs barəsində ağır cinayət törədilməsində təqsirli bilinib məhkum olunmasına dair qanuni qüvvəsini almış məhkəmə hökmü var, Təqsirləndirilən şəxs həmin iş üzrə törətdiyi əməli hazırki iş üzrə təqsirləndirildiyi cinayət əməllərindən təxminən 13 ildən çox müddət əvvəl törətmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, törədilmiş cinayətlərdən birinin (qaçaqmalçılığa nisbətdə) transmilli cinayət kateqoriyasına aid edilməsini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməlidir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-172/2023 saylı hökmü ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökm xx.xx.2023-cü ildə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Hazırki cinayət işi üzrə verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirli bilindiyi ağır cinayət olan Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə əsasən hazırki hökm üzrə ona təyin ediləcək cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı xx.xx.2008-ci ildənxx.xx.2009-cu ilədək və xx.xx.2009-cu ildən isə xx.xx.2012-ci ilədək barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməklə psixiatriya stasionarında məcburi müalicədə olduğu müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həmin müddət (03 il 08 ay 29 gün) ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 02 noyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Rusiya Federasiyası vətəndaşı olduğundan CM-nin 52.1-ci maddəsinin tələbinə əsasən təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra o Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılmalıdır. Eyni zamanda CM-nin 52.1-1 maddəsinə əsasən məhkumluğu ödənilənədək və ya götürülənədək onların Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəylərini nəzərə alıb, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-nin 95.0.1-ci maddəsinə əsasən məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi növündə tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 14kq910,2 qram narkotik vasitə həşiş qatranı məhv edilməlilidir. İş üzrə ekspertiza tədqiqatı xərci-89,76 (səksən doqquz manat, yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-172/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 13 (on üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2008-ci ildən-xx.xx.2009-cu ilədək həbsdə saxlanıldığı və xx.xx.2009-cu ildən isə xx.xx.2012-ci ilədək barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməklə psixiatriya stasionarında məcburi müalicədə olduğu müddət, yəni 03 (üç) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 09 (doqquz) il 09 (doqquz) ay 01 (bir) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 02 noyabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılsın. Azərbaycan Respublikası CM-nin 52.1-1 maddəsinə əsasən onun məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Azərbaycan Respublikası CM-nin 95.0.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi növündə tibbi xarakterli məcburi tədbirlər təyin olunsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilsin. İş üzrə maddi sübut olan və Cəlilabad RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 14kq910,2 qram narkotik vasitə həşiş qatranı məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-89,76 (səksən doqquz manat, yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-489/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-489/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver