Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-489/2024 10.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1970-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməməsinə və götürülməməsinə baxmayaraq islah olunmadan yenidən 16 fevral 2024-cü il tarixədək olan müddət ərzində telefon vasitəsi ilə İran İslam Respublikasında şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə külli miqdarda psixotrop maddəsinin satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıma, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib ölkə ərazisində qanunsuz dövriyyəsini həyata keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında olan üzvləri istintaqla müəyyən edilməmiş mənbədən və istintaqla müəyyən edilməmiş vaxtda külli miqdarda, 95,248 qram metamfetamin psixotrop maddəsini satış məqsədi və tamah niyyəti ilə qəsdən qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə həmin metamfetamin psixotrop maddəsini 48,054 qram və 47,194 qram olmaqla ayrı-ayrılıqda 2 büküm halında içəri hissəsində “Clarks” yazısı olan “42” ölçülü qara rəngli ayaqqabının hər iki tayının tərliyinin altından - tərliyin ölçüsündə ona paralel vəziyyətdə yerləşdirmiş, o, 16 fevral 2024-cü il tarixdə İran İslam Respublikasının Culfa şəhərində olarkən psixotrop maddənin yerləşdirildiyi 1 cüt ayaqqabını ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvündən satış məqsədi və tamah niyyətilə qəsdən qanunsuz olaraq əldə etmiş, psixotrop maddənin yerləşdirildiyi 1 cüt ayaqqabını ayağına geyinərək İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu vasitəsilə Azərbaycan Respublikasına daşımış, 17 fevral 2024-cü il tarixdə saat 4 radələrində Dövlət Gömrük Komitəsinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün saat 04:35-dən 05:15-dək aparılan gömrük yoxlaması zamanı qeyd edilən psixotrop maddə saxlanıldığı yerdən aşkar edilərək ondan götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs göstərilən cinayət əməllərini törətdiyi müəyyən edildiyinə görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham vermişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona verilmiş ittiham üzrə özünü qismən, yəni narkotik vasitələrin istifadəsində təqsirli bilərək göstərmişdir ki, usta olduğuna görə Bakı şəhərində təzə iş tapmış, Bakı şəhəri Dərnəgül ərazisində qalsa da Binəqədi rayonunda ev təmiri ilə məşğul olmuşdur. “Ramin” adlı iranlı ilə onu həbsxanada birlikdə olduğu Elxan adlı şəxs tanış etmişdir. Xəstə olduğuna görə narkotikdən istifadə etməklə rahat işləyə bilmişdir. İranlı “Ramin” adlı şəxslə bir neçə dəfə danışmış, sonuncu ona İran İslam Respublikasına gəlməsini, oradan Azərbaycan Respublikasının Bakı şəhərinə narkotik vasitə heroin aparmasını və bunun qarşılığında ona şəxsi istifadəsi üçün narkotik vasitə heroin verəcəyini təklif etmiş, həmçinin son 2-3 aya yaxın dövrdə onun malını İrandan daşıması üçün adam tapmasını ondan tələb etmiş və onun üçündə aşağı qiymətə mal verə biləcəyini bildirmişdi. Narkotik isitfadəçisi olduğu üçün həmin şəxsdən mal almağı qərara almışdır. Həmin iranlı şəxslə danışdıqdan sonra sonuncu onu İrana dəvət etmiş, həmin şəxs İrana getməsi üçün ona pul da göndərmişdir. O, iranlı şəxsdən 500 manatlıq “kakos” istəmiş, iranlı şəxsə pulu verdikdən sonra o, dabanlarında narkotik gizlədilmiş ayaqqabıları ona vermişdir. Həmin ayaqqabıları qeyinib 100 manatlıqda ev üçün düyü, yağ alıb Azərbaycan tərəfə - Naxçıvan MR-nin Culfa rayonuna keçmişdir. Aparatlardan keçib 5- 10 metrə qabağa gedərkən onu bir xanım və bir kişi olan gömrük əməkdaşı saxlayıb haradan gəldiyini soruşmuşlar, onlara Naxçıvandan gəldiyini bildirmiş, gömrük əməkdaşları Naxçıvana hansı səbəbdən getdiyini soruşduqda xeyir iş üçün Naxçıvana getməsini bildirmişdir. Sonra ondan ayaqqabısını çıxarmasını istəmişlər, o, da ayaqqabını çıxartdıqdan sonra həmin şəxslərdən biri ayaqqabını götürüb dabanını kəsdikdə içindən onun almaq istədiyi narkotik yox digər növ narkotik çıxmış, digər ayaqqabının da dabanını kəsdikdə oradan da almaq istədiyi narkotikin çıxdığını gözləyərkən oradan da başqa növ narkotik çıxmış, buna görə də bilmişdir ki, onun tutulması üçün plan qurulmuşdur. Həmin yerə öz istifadəsi üçün narkotik vasitə almaq üçün getmişdir, həmin narkotik vasitəni satmaq üçün almamışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, iranlı şəxs İrana gəlməyi üçün ona 100 manat pul göndərmişdir. İrana gedəndə onda 500 manat pul olduğunu və oraya gələ bilməyi üçün artıq pulunun olmadığını iranlı şəxsə demiş, həmin şəxs də İrana gələ bilməsi üçün ona 100 manat göndərəcəyini bildirmişdir. İrana Naxçıvandan ilk dəfə idi ki getmiş, səhv etmirsə 16-sı yada 17-si fevral ayında getmişdir. Belə ki, səhər saatlarında Culfaya çatmış, həmin vaxt da geriyə biletini də almışdır. Culfadan İrana keçərkən avtobus yoxlanılan ərəfədə sərnişinləri bazar-dükan olan yerə buraxmışlar. Həmin vaxt da o, İranlıya zəng edib olduğu yeri demiş, həmin şəxs də onun dediyi yerə gəlib ayaqqabını ona vermişdir. O, da Raminə pulunu vermişdir. Həmin narkotiki də istifadə etmək məqsədi ilə almışdır. İranlı şəxs ona bildirmişdir ki, hər ayaqqabıya 50 qram mal qoyacaq. Ayaqqabısında narkotik olmasını etiraf edir, bununla bağlı etirazı yoxdur. Lakin ona oyun qurub saxlamışlar. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə narkotik vasitə istifadəçisi olduğunu qəbul etdiyini, bunun nəzərə alınmasını və barəsində azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 09 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən qismən fərqli olaraq göstərmişdir ki, əvvəllər də narkotik vasitələrin istifadəsinə görə məhkumluğunun olmasını bildirmiş, sonuncu dəfə 2023-cü ilin oktyabr ayında azadlığa çıxmış, buna baxmayaraq yenidən narkotik vasitələrdən istifadə etməyə başlamış, təxminən 2024-cü ilin yanvar ayının əvvəllərində Neftçalada yaşayan “Elxan” adlı şəxsdən “Ramin” adlı iranlı şəxsin telefon nömrəsini almış, bundan sonra “Ramin” adlı şəxslə 1 ay ərzində 4-5 dəfə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə danışmış, sonuncu dəfə təxminən fevral ayının əvvəllərində “Ramin” adlı iranlı şəxs ona “Whatsapp” mobil tətbiqi vasitəsi ilə zəng edərək İran İslam Respublikasına gəlməsini, oradan Azərbaycan Respublikasının Bakı şəhərinə narkotik vasitə heroin aparmasını və bunun qarşılığında ona şəxsi istifadəsi üçün narkotik vasitə heroin verəcəyini təklif etmiş, o, isə öz növbəsində hansı miqdarda və üsullarla keçirəcəyini soruşduqda, “Ramin” adlı şəxs ona 1 cüt ayaqqabıda tərliyin altında hər ayaqqabıda 50 qram olmaqla 100 qram narkotik vasitə olacağını bildirmiş, bundan sonra “Ramin” adlı şəxslə razılaşmış, lakin yol pulunun olmadığını bildirmiş, bunu bildirdikdən sonra “Ramin” adlı şəxs ondan bank hesabı istədikdə, yoldaşı X5 istifadəsində olan bank kartının nömrəsini vermiş və “Ramin” adlı şəxs həmin karta 100 manat məbləğində pul göndərmiş, daha sonra isə yoldaşına usta kimi təmir işi gördüyünə görə pul gələcəyini bildirmiş və kartı X4 almış, bundan sonra 15 fevral 2024-cü il tarixdə Bakı Beynəlxalq Avtovağzalına gedərək Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən sərnişin avtobusuna bilet əldə etmiş, həmin gün axşam radələrində yola düşmüş, Azərbaycanın Biləsuvar Gömrük Postunu keçəndən sonra “Ramin” adlı şəxslə həmin postun qarşısında görüşmüş, yaxınlıqdakı çayxanaya birlikdə gedərək orada çay içmiş, “Ramin” adlı şəxs ona qayıdanda İran Biləsuvarında ayaqqabıları verəcəyini bildirmiş, bir müddət söhbət etdikdən sonra Təqsirləndirilən şəxs avtobusa minərək Naxçıvana yola düşmüş, 16 fevral 2024-cü il tarixində səhər saatlarında Naxçıvan şəhərinə çatmış, Naxçıvan Avtovağzalına çatdıqdan sonra avtobusu tərk edərək həmin gün axşam saatlarında Naxçıvan-Bakı istiqamətində hərəkət edəcək avtobusa bilet əldə etmiş, bundan sonra Ramin adlı iranlı şəxslə əlaqə saxlayaraq bilet aldığını və geri qayıdacağını bildirmiş, Ramin adlı iranlı şəxs də Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikasının Culfa şəhərinə keçən zaman ona məlumat verməyi və narkotik vasitələr yerləşən 1 cüt ayaqqabını İran İslam Respublikasının Culfa şəhərində verəcəyini bildirmiş, 16 fevral 2024cü il tarixdə axşam saatlarında avtobus Naxçıvan Avtovağzalından yola düşən zaman Ramin adlı iranlı şəxsə zəng edərək yola çıxdığını və İran İslam Respublikasının Culfa şəhərinə daxil olan zaman da məlumat verəcəyini bildirmiş, təxminən 1 saat sonra İran İslam Respublikasının Culfa şəhərinə daxil olaraq Ramin adlı iranlı şəxslə əlaqə saxlamış və onunla görüşdükdən sonra insanların az olduğu küçəyə keçmiş və Ramin adlı iranlı şəxs də ayağındakı ayaqqabıları ayağından çıxararaq narkotik vasitələrin bu ayaqqabıda olduğunu və həmin ayaqqabıları geyinməsini bildirmiş, o, isə öz növbəsində həmin ayaqqabıları geyindikdən sonra Bakı şəhərində kimə verəcəyi barədə soruşduqda ona Bakı şəhərinə çatandan sonra gəlib götürəcəklərini bildirmiş, daha sonra Naxçıvan-Bakı marşrutu ilə yola düşmüş, 17 fevral 2024-cü il tarixdə təxminən səhər saat 5 radələrində İran İslam Respublikasının Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikasının Biləsuvar Gömrük Postuna daxil olmuş, pasport nəzarətindən keçdikdən sonra gömrük nəzarəti zamanı gömrük əməkdaşları onunla şifahi sorğu-sual aparmış və gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan edilməli olan hər hansı predmetlərin olub-olmaması barədə sual vermiş, o, isə gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetlərin olmadığını bildirmiş, daha sonra gömrük yoxlamasını həyata keçirən gömrük əməkdaşı ona ayağındakı ayaqqabıları çıxararaq rentgen qurğusundan keçirməli olduğunu bildirmiş, o isə ayaqqabılarını çıxararaq rentgen qurğusuna yerləşdirmiş və rentgen qurğusundan keçirdikdən sonra ayaqqabı gömrük əməkdaşlarının diqqətini çəkmiş, ayaqqabıya baxış keçirilərək baxış zamanı ayaqqabının sağ tayında tərliyin altından təxmini çəkisi 65 qram olan ağ rəngli, kristallik halda olan metamfetaminə oxşar maddə, sol tayında tərliyin altından isə çəkisi təxminən 65 qram olan ağ rəngli, kristallik halda olan metamfetaminə oxşar maddə aşkar edilmiş, gömrük əməkdaşları tərəfindən protokol əsasında götürülərək ayrı-ayrılıqda qablaşdırılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Yasamal Rayon Məhkəməsinin 18 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmə iclasında özünü təqsirli bilmiş və göstərmişdir ki, həmin psixotrop maddəni İran İslam Respublikası vətəndaşından əldə etmiş və Azərbaycan Respublikasında sonradan ona bildiriləcək şəxsə təhvil verməli olmuşdur. Göstərilənləri nəzərə alıb barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq Vəllhəd Qəmbərov bildirmişdir ki, İrana gedərkən onda tiryək olmuş, həmin tiryəki üç noxud boyda bükümlərə bölmüşdür. Həmin tiryəklərin ikisini İrana gedəndə birini isə geri qayıdanda atmışdır. Buna görə özündə olmamış, nə dediyini bilməmiş, yuxarıda qeyd olunan məzmunda ifadə vermişdir, həmin ifadəni təsdiq etmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar Gömrük İdarəsinə təhkim edilmiş “Azərterminalkompleks” Birliyinin Gömrük fəaliyyətinə dəstəyin təşkili İdarəsinin Gömrük İşinə yardım şöbəsinin inspektoru Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 17 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs piyada keçid xətti ilə gömrük nəzarəti həyata keçirilən salona daxil olarkən gömrük əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün onun ayaqqabıları “Heiman X-Ray” rentgen qurğusuna qoyaraq yoxlanılmış və monitorda izləyərkən ayaqqabısının hər iki tərliyinin altında - daban hissəsində şübhəli çizgilərin olduğunu aşkar etmişdir. Sonradan əməkdaşlara şübhəli cizgilərin olduğunu və ayaqqabılara baxılmasını bildirmişdir. Şahid Fəqani Bağırov ona verilən suallara cavab olaraq bildirmişdir ki, Vəlhəd barəsində ilk şübhə onda deyil digər əməkdaşlarda olmuşdur. Ayaqqabıları rentgen qurğusuna qoyduqda, o, ayaqqabının hər iki daban hissəsinin tərliyinin altında şübhəli cizgilərin olduğunu müşahidə etmişdir. Təqsirləndirilən şəxs ayaqqabılarını harada çıxartığını xatırlamır. Onun ayaqqabılarını artıq monitordaykən görmüşdür. Digər əşyaları yoxlamalı olduğu üçün tərliyin açılıb narkotik maddənin aşkar edilməsində tam olaraq iştirak etməmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmamış, gömrük əməkdaşları tərəfindən onun özünü şübhəli aparması müəyyən edilmiş və ayaqqabılarını rentgen qurğusuna qoyulmuş, orada şübhəli cizgilərin olmasını müəyyən etmişdir. Ayaqqabının içindən çıxan bükümləri görmüş, aşkar olunan narkotik maddənin çəkisi səhv etmirsə hər ayaqqabıda 65 qram olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin inspektoru Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, adətən onlara Naxçıvan sakinləri gəlir. Dəqiq tarix yadına gəlməsə də Təqsirləndirilən şəxs Naxçıvanlı olmaması özünü şübhəli aparması səbəbi ilə ondan pasportunu istəyib onunla sorğu-sual edib saxlamışdır. Ayaqqabılarının daban hissəsi nazik olması şübhəsini daha çox artırmış, ayaqqabılarını rentgen qurğusuna qoyduqda ona qanunla qadağan olunmuş maddələrin üstündə olubolmamasını soruşmuşdur. Verilən suala Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunmuş heç bir maddənin olmadığını bildirmişdir. Monitora baxdıqlarında hər iki Təqsirləndirilən şəxs ayaqqabısının daban hissəsində tərliyin altında çizgilərin olması aşkar edilmişdir. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Vəlhəd barəsində ilk şübhə onda olmuşdur. Sonuncunun ayaqabılarını ozü çıxartdırmışdır. İlkin olaraq Təqsirləndirilən şəxs “Bəyannamə” deyilən yerdə şübhələnib, sonradan pasportunu alaraq dedektordan keçdikdən sonra ayaqqabılarını çıxarıb rengen aparatına qoymuş, Vəlhədin ayaqqabılarını çıxartdırarkən yanında başqa kimlərinsə olmasını xatırlamır. Ayaqqabıları rentgen aparatına qoyduqda monitorda cizgilər aşkar edilərkən təqsirləndirilən şəxs heçnə bildirməmişdir. Lakin ayaqqabının tərliyini qaldırıb baxarkən orada narkotik maddə olduğunu aşkar etmişdir. Tərliyin altından narkotik maddə aşkar ediləndə Təqsirləndirilən şəxs narkotiki görmüşdür. Vəlhədin Naxçıvan sakini olmadığı halda nəyə görə Naxçıvan marşurutuyla getməsi, işsiz olması, həbsdə olması onda şübhə doğurmuşdur. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı olmamışdır. Hadisənin üstündən çox vaxt keçdiyindən sonuncunun ayaqqabılarından neçə qram narkotik maddə çıxdığını xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Hüseyinağa oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 17 fevral 2024-cü il tarixdə səhər təxminən saat 6-7 arasında iş yoldaşı ilə birlikdə yolda yükü aşmış Naxçıvan maşınının yükünü düzəltmək ilə məşğul olan vaxt Gömrük İdarəsinin inspektoru onlara yaxınlaşaraq bir Azərbaycan vətəndaşını üzərində yoxlama aparacaqlarını və hal şahidi kimi iştirak etmələrini istəmiş, həmin şəxslə razılaşdıqdan sonra oraya yaxınlaşmış və sonra həmin şəxsin ilkin olaraq ayaqqabılarını çıxartdıraraq yoxlamağa başlamışlar. Həmin şəxsin qara rəngli ayaqqabısının içindən bükümləri çıxararaq yerə qoymuşlar. Yalnız ayaqqabılarında bükümlər aşkar edilmişdir. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Biləsuvar Gömrük İdarəsinin həyətində Naxçıvana gedən yük maşını aşdığından həmin yükü fəhlə kimi toplamaqla məşğul olmuşlar. İlkin olaraq üzəri yoxlanılan şəxsin ayaqqabılarından şübhələndikləri üçün ayaqqabılarına baxış keçirilmiş, aşkar edilmiş maddənin nə olduğunu bilməmiş, lakin orada aşkar edilmiş maddənin qanunla qadağan olunmuş maddə olduğunu onlara bildirmişlər. Aşkar olunmuş maddənin təxmini çəkisinin 150-160 qram olduğunu xatırlayır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - “malların yoxlanılması haqqqında” 17 fevral 2024-cü il tarixli protokoldan görünür ki, 17 fevral 2024-cü il tarixdə saat 4 radələrində Dövlət Gömrük Komitəsinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusda sərnişin qismində gələn Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs gömrük orqanlarına bəyan edilməmiş və gömrük nəzaərətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ayağından çıxardığı bir cü içəri hissəsində “Clarks” yazısı olan “42” ölçülü qara rəngli ayaqqabının hər iki tayının tərliyinin altından – tərliyin ölçüsündə tərliyə paralel vəziyyətdə yerləşdirilərək gömrük nəzarətindən gizlədilmiş, sağ tayında 1 ədəd sellofanda qablaşdırılmış, sol tayında da 1 ədəd sellofanda qablaşdırılmış 2 ədəd büküm aşkar edilmişdir. Baxış zamanı ayaqqabının sağ tayından aşkar edilmiş bükümün qablaşdırılması ilə birgə çəkisi 65 qram, digər sol tayından aşkar edilmiş bükümün qablaşdırılması ilə birgə çəkisi 65 qram təşkil edən ağ rəngli, kristallik halda, psixotrop maddə sayılan metamfetaminə oxşar maddənin olduğu müəyyən edilmişdir. Həmin yoxlama əsasında qeyd edilən bükümlərin gizlədilməsində alət və vasitə kimi istifadə olunan bir cüt içəri hissəsində “Clarks”yazısı olan 42 ölçülü, qara rəngli ayaqqabı, “ 1 ədəd “Birbank Cashback” plastik bank kartı və 1 ədəd sim kartı ilə birgə “Samsung” markalı mobil telefon da götürülümüşdür. (i.v. 09-10) - “şəxsi yoxlama aparılması” 17 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən, əynində olan üst və alt paltarlarından qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. (i.v. 13-14) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:50-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 39) - materialların məhkəmə ekspertizasının 17 fevral 2024-cü il tarixli, 19/152 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 48,054 və 47,194 qram olmaqla ümumilikdə təmiz çəkisi 95,248 qram maddə metamfetamindir, kimyəvi komponent tərkiblərinə və xarici görünüşünə görə bir-biriləri ilə eynidir. Metamfetaminin təmiz çəkisi 95,248 qram, tədqiqatlara sərf edilmiş çəki 0,2 qram, qalıq çəki isə 95,048 qram təşkil etmişdir. Ekspertiza xərci 60 manatdır. (i.v. 50-54) - “Psixotrop maddənin aşkar olunduğu 1 cüt ayaqqabıya baxış keçirilməsi haqqında” 17 fevral 2024-cü il tarixli protokoldan görünür ki, psixotrop maddənin aşkar edildiyi Təqsirləndirilən şəxs geyindiyi 1 cüt ayaqqabı qara rəngdədir, içəri hissəsində “Clarks” yazısı vardır, “42” ölçülüdür, ayaqqabının hər iki tayının tərliyinin altından - tərliyin ölçüsündə tərliyə paralel vəziyyətdə təyinatından kənar kustar üsulla boşluq hazırlanmışdır, həmin boşluq hər hansı bir kiçik ölçülü maddənin gizlədilməsi üçün əlverişlidir. (i.v. 92-93) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 95-96) - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-146/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (i.v. 118-120) - "xxxx" ASC-də açılmış X6 məxsus olan 4169-7388-7960-0603 nömrəli (birbank cashback plus) bank hesabı üzrə çıxarışdan görünür ki, həmin hesab üzrə xx.xx.2023-cü il tarixdən etibarən kiçik məbləğlər üzrə əməliyyatlar aparılmış, həmin tarixdən bank hesabı aktiv olmuş, mənbəyi göstərilməyən hesabdan xx.xx.2024-cü il tarixdə 100 manat məbləğində pul vəsaiti həmin hesaba köçürülərək həmin tarixdə də hesabdan çıxarılmışdır. (i.v. 126-134) - “Sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında” 20 fevral 2024-cü il tarixli protokola əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus sərhədkeçmə hesabatından görünür ki, o, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 22:21-də Biləsuvar gömrük postundan keçməklə İran İslam Respublikasından tranzit keçərək xx.xx.2024-cü il tarixdə saat 08:25də Naxçıvan MR-ə daxil olmuş, həmin gün 19:06-da Culfa gömrük postundan keçməklə İran İslam Respublikasından tranzit keçərək xx.xx.2024-cü il tarixdə saat 04:20-də Biləsuvar gömrük postundan keçməklə Respublika ərazisinə geri qayıtmışdır. (i.v. 147-148) - “Mobil telefona baxış keçirilməsi haqqında” 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş və müəyyən edilmişdir ki, +98-***-***-**-** və ********** nömrələrin istifadəçilərinin adlarını “Ramin” kimi qeyd etmiş, iranlı “Ramin” adlı şəxslə Təqsirləndirilən şəxs arasında xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə 34 dəfə danışıq həyata keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, “iranlı Ramin” “Watsap” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 23:39-da “Biləsuvara gəldin mənə bir səs at, mən də gedib gələrəm, ya mənə açıq zəng elə, ya da watsapdan, gördün zəng çatmır açıq zəng elə” məzmunlu, xx.xx.2024-cü il tarixdə saat 07:00-da “Sabahın xeyir, necəsən? telefona baxırsansa yaz, ya da səs göndər” məzmunlu səsli mesajlar göndərmiş, Təqsirləndirilən şəxs isə xx.xx.2024-cü il tarixdə saat 08:24-də Təqsirləndirilən şəxs “iranlı Ramin”ə “Vatsap” proqramı vasitəsi ilə “Sabahın xeyir, Ramin necəsən? Hələ keçməmişəm, o tərəfə keçib xəbər edəcəm” məzmunlu səsli mesaj göndərmişdir. (i.v. 149-151) -“ibtidai istintaqın davam etdirilməsinin həvalə edilməsi haqqında” 01 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikasının Baş prokuroru, İ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin qərarı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq idarəsinə həvalə edilmişdir. (i.v. 166-167) -X9 Tibbi yoxlamanın 11 mart 2024-cü il tarixli, 1622 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 219-221) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 09 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 222-223) - “Cinayət işindən başqa cinayət işinin ayrılması haqqında” 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs ilə cinayətin törədilməsində iştirak etmiş digər şəxslər barəsində başqa cinayət işi ayrılmışdır (i.v. 248- 249) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs iranlı şəxsdən şəxsi istifadəsi üçün heroin almaq üçün İran İslam Respublikasına getdiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, saxlanılmamışdan əvvəl tiryəkdən istifadə etdiyi üçün özündə olmayaraq gömrük əməkdaşları tərəfindən yazılmış ifadələrini imzaladığını deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin və sonrakı ifadələrində ona elan olunmuş ittihamda göstərilən həcmdə psixotrop maddənin ona aid olduğunu, həmin maddəni iranlı şəxsdən əldə etdiyini, təxminən fevral ayının əvvəllərində “Ramin” adlı iranlı şəxsin ona “WhatsApp” mobil tətbiqi vasitəsi ilə zəng edərək İran İslam Respublikasına gəlməsini, oradan Azərbaycan Respublikasının Bakı şəhərinə narkotik vasitə heroin aparmasını və bunun qarşılığında ona şəxsi istifadəsi üçün narkotik vasitə heroin verəcəyini təklif etdiyini, həmin təklifi qəbul edir İİR-yə getdiyini, İran İslam Respublikasının Culfa şəhərinə daxil olaraq “Ramin” adlı iranlı şəxslə əlaqə saxladığını, onunla görüşdükdə “Ramin” adlı iranlı şəxs də ayağındakı ayaqqabıları ayağından çıxararaq narkotik vasitələrin bu ayaqqabıda olduğunu və həmin ayaqqabıları geyinməsini bildirdiyini, Vəlhəd Qəmbərəv da öz növbəsində həmin ayaqqabıları geyindikdən sonra Bakı şəhərində kimə verəcəyi barədə soruşduqda ona Bakı şəhərinə çatandan sonra gəlib götürəcəklərini dediyini bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı iranlı şəxslə əlaqə saxladığını, sonuncudan narkotik vasitə əldə etmək niyyətinin olduğunu və həmin narkotik vasitəni əldə etdiyini, ayağındakı ayaqqabıda gizlədərək gömrük nəzarətindən kənar yolla Azərbaycan Respublikası ərazisinə keçirmək istədiyini göstərmiş, lakin Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələrinin bir hissəsi yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini (şəxsi istifadəsi üçün iranlı şəxsdən heroin əldə etmək üçün razılaşdığını, iranlı şəxsin ona verdiyi psixotrop maddəni Azərbaycan Respublikası ərazisində heç kimə verməyəcəyini) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – saxlanılmazdan əvvəl tiryək qəbul etdiyi üçün özündə olmayaraq gömrük əməkdaşlarının yazdıqları ifadələrə imza etdiyini bildirməsi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ilkin olaraq ifadəsini 18 fevral 2024-cü il tarixdə vermiş və bundan bir aydan çox vaxt keçdikdən sonra, Təqsirləndirilən şəxs dediklərinə inansaq istifadə etdiyi narkotik vasitə tiryəkin təsir müddətinin keçməsindən sonra, yəni 09 aprel 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində xx.xx.2024-cü il tarixli ifadəsini təsdiq etməklə yanaşı, bir daha həmin ifadəsində uyğun ifadə vermiş, hər hansı hala etiraz etməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Hazırki cinayət işinə məhkəmədə baxılanadək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisini mübahisələndirməmiş, ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilmişdir. Lakin o, məhkəmə istintaqında fərqli məzmunda ifadə verərək ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. - bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitələrin satışı ilə məşğul olmadığını, şəxsi istifadəsi üçün iranlı şəxsdən 100 qram heroin götürmək üçün İran İslam Respublikasına getməsini deməsi ilə bağlı məhkəmə tərkibi aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd edilən Plenum qərarındakı hüquqi mövqeyə görə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddəni iranlı şəxsin ona deyəcəyi yerə qoymaq və qazanc əldə etmək məqsədi ilə əldə etmiş, saxlamış, dolayısı ilə cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmişdir. Buna görə də Təqsirləndirilən şəxs də cinayətin icraçısı hesab edilməli və onun əməli CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilməlidir. Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən həmçinin, psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi, həmin Məcəllənin 234.4.1 və 234.4.3cü maddələrində isə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri həmçinin, əldə etmə və ya saxlama, daşıma, yaxud satma cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, 10 nömrəli Qərarında göstərilmişdir ki, malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə metamfetamini 48,054 qram və 47,194 qram olmaqla ayrı-ayrılıqda 2 büküm halında içəri hissəsində “Clarks” yazısı olan “42” ölçülü qara rəngli ayaqqabının hər iki tayının tərliyinin altından - tərliyin ölçüsündə ona paralel vəziyyətdə yerləşdirməklə gizlətdiyi ümumi təmiz çəkisi 95,248 qram olmaqla külli miqdar təşkil etmiş metamfetamini Dövlət Gömrük Komitəsinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməsi əməlində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsində nəzərdə tutulmuş qaçaqmalçılıq cinayətinin tərkib əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, özünün məhkəmə istintaqı zamanı qismən etirafedici ifadələri, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 Hüseyinağa oğlunun ifadələri, “Malların yoxlanılması haqqında” 17 fevral 2024-cü tarixli protokol, “Psixotrop maddənin aşkar olunduğu 1 cüt ayaqqabıya baxış keçirilməsi haqqında” 17 fevral 2024-cü il tarixli protokol, “Mobil telefona baxış keçirilməsi haqqında” 20 fevral 2024-cü il tarixli protokol, “Sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında” 20 fevral 2024-cü il tarixli protokol, Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Mərkəzindən alınmış 17 fevral 2024-cü il tarixli, 19/152 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X9 Tibbi yoxlamanın 11 mart 2024-cü il tarixli 1622 nömrəli rəyi, "xxxx" ASC-də açılmış X6 məxsus olan 4169-7388-7960-0603 nömrəli (birbank cashback plus) bank hesabı üzrə çıxarışı, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetamin və mobil telefon, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin sanksiyasında 05 ildən 08 ilədək müddətə azadlıqdan məhrum etmə 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında 05 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Qəmbərov X11 Rayon Məhkəməsinin xx.xx.2016, xx.xx.2020 və xx.xx.2022-ci il tarixli hökmləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsini törətməkdə təqsirli bilinərək müxtəlif vaxtlarda azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Neftçala Rayon məhkəməsinin 20 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək qəti olaraq 1 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 25 avqust 2023-cü il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş,xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır. (i.v 171-172; 192-193; 198-204) Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən ağır cinayət əməlləri törətdiyindən onun əməlində cinayətin residivi vardır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs təqsirləndirildiyi və məcmuya daxil olan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında 05 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan CM-in 65.2-ci maddəsinə əsasən ona 06 ildən aşağı həddə cəza təyin edilə bilməz. - Neftçala rayon İcra Hakimiyyəti Başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Qəmbərov X11 şəhəri, A.Cəfərov küçəsi ev 3-A, mənzil 25 ünvanında yaşayır. Ailə tərkibi arvadı, 2001-ci il təvəllüdlü qızı, 2007-ci il təvəllüdlü oğlundan ibarətdir. Onun barəsində nümayəndəliyə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (i.v. 211- 214) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3 və 65.2-ci maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən əməlində cəzasını yüngülləşdirən halın olmadığını və Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivinin cəzasını ağırlaşdıran hal olduğunu nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 17 fevral 2024-cü il tarixdən hesablanmalı və Yasamal Rayon Məhkəməsinin 18 fevral 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altımış) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 95,048 qram qram metamfetamin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan həmin maddənin gizlədildiyi 1 cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi materiallarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə 17 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 60 (altımış) manat məbləğində pul tutulub dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 95,048 qram qram metamfetamin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan həmin maddənin gizlədildiyi 1 cüt ayaqqabının hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-489/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-489/2024
10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver