Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-49/2022 07.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Abdullayev İlkin Qismət oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi Mehrəli oğlunun, zərər çəkmiş şəxsin hüquqi varisi X4 və onun nümayəndəsi Lənkəran rayon vəkil bürosunun vəkili Nümayəndə iştirakı ilə, 13 avqust 1993-cü ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, İ.Bayramov küçəsi, dalan 2, ev 5-də qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 05 iyun 2021-ci ildə saat 23 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi və 33-cü maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarına riayət etməyərək alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ-2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hərəkət zamanı təhlükəsizliyini təmin etməyən hərəkətlər etməməli, avtomobili öz zolağı ilə hərəkət etdirməli və əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.3 üfüqi nişanlama xəttini kəsib qarşı sol hərəkət zolağına çıxaraq hərəkətini davam etdirməklə təhlükəli şərait yaratmamalı olduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndi və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələbləri ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənərək, İmişli şəhəri, H.Əliyev prospekti ilə Həzi Aslanov küçəsinin kəsişməsində qarşı hərəkət zolağına çıxaraq yolayrıcına daxil olmaqla hərəkətini davam etdirb H.Aslanov küçəsi istiqamətinə, yəni sola dönərkən avtomobilin qabaq sol tərəfi ilə əks istiqamətdən yol ayrıcına daxil olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Moped” tipli nəqliyyat vasitəsini vurmuş, nəticədə ehtiyatsızlıqdan Vasif Cəfərova həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 ölümünə, habelə yolnəqliyyat hadisəsi zamanı “VAZ-2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə, onun sahibi Zərərçəkmiş şəxs1 168 (yüz altmış səkkiz) manat və “Moped” tipli nəqliyyat vasitəsini zədələməklə onun sahibi mərhum Zərərçəkmiş şəxs2 460 (dörd yüz altmış) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmaqla yol-nəqliyyat hadisə cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, İmişli şəhəri, 2 saylı tam orta məktəbin yaxnılığında avtomobillərin təkər və ya diskinin təmiri və balansı ustası kimi fəaliyyət göstərir. 05 iyun 2021-ci ildə saat 13 radələrində yaşadığı evdə nahar edərkən təxminən 300 qram araq içmiş, sonra öz işləri ilə məşğul olmuşdur. Saat 23:00 radələrində dostu Ümid ona zəng edərək avtomobilinin nasaz olduğunu bildirib avtomobilə baxmasını xahiş etmiş, onunla görüşüb sonuncuya məxsus VAZ-2106 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin nasazlığını yoxlamaq məqsədilə özü idarə etməklə İmişli şəhəri, Heydər Əliyev prospekti ilə Həzi Aslanov küçəsinin kəsişməsinə çatıb avtomobili sol tərəfə döndərmiş, həmin vaxt əks istiqamətdə hərəkətdə olan maped nəqliyyat vasitəsini görmüş, ona çatmasına 2-3 metr məsafə qalmış idarə etdiyi avtomobilin sürətini artırarkən artıq gec olduğundan maped avtomobilin qabaq sağ küncünə dəyərək aşmış, hadisə yerindən təxminən 10 metr aralıda avtomobili saxlayaraq geri dönərkən mapedin sürücüsünü yerdə yıxılmış vəziyyətdə görüb özündən getmiş və bundan sonra nə baş verməsini bilməmiş, sonradan bilmişdir ki, mapedi idarə edən toqquşma zamanı aldığı ağır bədən xəsarətləri nəticəsində xəstəxanada dünyasını dəyişmişdir. Təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 onun oğludur. 05 iyun 2021-ci ildə saat 23:30 radələrində oğlu Bəhruz ona zəng edərək qardaşı Vasifin avtoqəza nəticəsində ağır yaralandığını və İmişli rayon xəstəxanasına aparıldığını demiş, dərhal xəstəxanaya gedib oğlu Vasifi həmin xəstəxananın təcili yardım şöbəsində ağır vəziyyətdə-huşsuz halda görmüş, həkimlərin tibbi yardım göstərməsinə baxmayaraq oğlu aldığı ağır bədən xəsarətləri nəticəsində dünyasını dəyişdi. Sonradan bilmişdir ki, yol-nəqliyyat hadisəsini VAZ-2106 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edən rayon sakini Təqsirləndirilən şəxs törətmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilməməsini, onunla barışmadığını, onu bağışlamadığını bildirmiş və məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməklə Təqsirləndirilən şəxsla oxşar məzmunlu ifadə verərək hazırkı ifadəsində əlavə olaraq göstərmişdir ki, VAZ-2106 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili hadisədən 3 ay əvvəl Vəli adlı şəxsdən 4500 manata almış, həmin pulu 2500 manatını tanışı Zərərçəkmiş şəxs1 borca götürmüşdür. Yol-nəqliyyat hadisəsi zamanı o da avtomobildə olmuş, lakin hadisə nəticəsində hər hansı bir xəsarət almamış, hadisədən sonra xəsarət alan mopedin sürücüsünün xəstəxanaya yola salınmasına köməklik göstərmiş, sonradan bilmişdir ki, sürücü aldığı ağır bədən xəsarətləri nəticəsində xəstəxanada dünyasını dəyişmişdir. Məhkəməyədək icraat zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsi məhkəmə istintaqında elan edilməklə tədqiq edilərkən müəyyən olunur ki, o, ifadəsində göstərmişdir ki, VAZ-2106 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına qeydiyyatda olmuş, yol-nəqliyyat hadisəsi barədə 06 iyun 2021-ci ildə eşitmiş, avtomobilə dəymiş maddi ziyanın ona heç bir aidiyyəti olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 06 iyun 2021-ci il tarixli, 10 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitinin müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - alın sümüyünün təpə sümüyünə keçən basılmış, yerini dəyişmiş sınığı, sınıq proyeksiyasında yumşaq toxumaya, baş beyinin sərt və yumşaq qişasına, qişaaltına və baş beyin toxumasına qansızma, burun sümüyünün, hər iki almacıq və çənə sümüyünün yerini dəyişən qəlpəli sınıqları, hər iki göz yuvasında şişkinlik və qançır, üst dodağın selikli qişasında qansızma, sifətin sol yarısında sol ağız bucağı nahiyəsində yara, sol gözün üst qapağında, sol əlin arxa səthində 1-ci barmağın 2-ci falanqası proyeksiyasında, 2-ci və 3-cü daraq sümüyü proyeksiyasında, sağ mil bilək oynağının arxa səthində, sağ əlin 1-ci barmağının 2-ci falanqası proyeksiyasında sıyrıqlar həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı minik avtomobilinin mopedlə toqquşması nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar edilməmişdir. Zərərçəkmiş şəxs2 ölümü xx.xx.2021-ci il tarixdə saat 23:50-də İmişli MRX-da baş vermiş və onun ölümünün səbəbi başın küt travması nəticəsində alın sümüyünün təpə sümüyünə keçən sınığı və baş-beyin toxumasına qansızma olmuşdur. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 04 oktyabr 2021-ci il tarixli, 8/2280 nömrəli rəyindən görünür ki, «VAZ-2106» markalı, ** BN *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə mopedin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. İş materiallarında olan məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş, 13 iyul 2021-cu il tarixli, 1986/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində tərkibində etil spirti aşkar edildi. Etil spirtinin qatılığı -1%-dir. İş materiallarında olan 05 iyun 2021-ci il tarixli hadisə yerinə baxış protokolu və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, yol-nəliyyat hadisəsi yeri İmişli şəhərində Heydər Əliyev prospekti ilə Həzi Aslanov küçəsinin hərəkət növbəliliyi svetoforun siqnalları ilə müəyyənləşdirilən kəsişməsində baş vermişdir. Həmin ərazi yaşayış məntəqəsi hesab olunur. Hadisə yerində yol asfalt örtüklü olmaqla asfalt örtüyün üzəri quru və düzdür. Hadisə zamanı VAZ-2106 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobildə bir nəfər sərnişin olmuş və yük olmamış, VAZ-2106 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisə zamanı «Moped» tipli nəqliyyat vasitəsində sərnişin və yük olmamışdır. «Moped» tipli nəqliyyat vasitəsi texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə İmişli şəhəri H.Əliyev prospektinin İmişli «Asan xidmət» mərkəzinin inzibati binasından əks istiqamətdə götürdükdə sağ hərəkət zolağında olmaqla həmin hərəkət zolağının H.Aslanov küçəsinin dəmir yol xəttindən əks istiqamətdə götürdükdə sağ hərəkət zolağı ilə qövsvari kəsişmə yerindən 3,5 metr məsafədə baş vermişdir. «Moped» tipli nəqliyyat vasitəsi öz hərəkət zolağında olmaqla hadisə yerində sağ yan üstə aşmaqla qalmışdır. VAZ-2106 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil isə hadisə yerindən 8,5 metr məsafədə olmaqla H.Aslanov küçəsinin dəmir yol xəttindən əks istiqamətdə götürdükdə sağ hərəkət zolağının sağında, üzü Heydər Əliyev prospekti istiqamətində dayanmışdır. Hadisə yerində şin və tormozlama izləri yoxdur. Svetoforun bütün dirəklərində olan bütün işıqlar növbəli vəziyyətdə işlək haldadır. İş materiallarında olan baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüsünü əks etdirən və hadisə yerinə baxış keçirilən zaman hadisə yerinin yaxınlığındakı «Soliton» mağazanın videomüşahidə kamerasından köçürülərək götürülmüş 01 ədəd «CD» diskə baxış keçirilmiş, baxış protokolundan görünür ki, İmişli şəhəri H.Əliyev prospektində əks hərəkət zolağı ilə İmişli «Asan xidmət» mərkəzinin inzibati binası istiqamətində hərəkətdə olan tünd mavi rəngli «VAZ-2106» markalı avtomobil həmin yolun İmişli şəhəri H.Aslanov küçəsi ilə kəsişməsinə çatdıqda sola- İmişli şəhəri H.Aslanov küçəsinə dönən zaman İmişli şəhəri H.Əliyev prospekti ilə İmişli «Asan xidmət» mərkəzinin inzibati binasından əks istiqamətdə hərəkətdə olan «Moped» tipli nəqliyyat vasitəsi ilə xx.xx.2021-ci ildə gecə saat 22:56:09-da hərəkətdə olduğu sürətlə toqquşmuş, zərbənin təsirindən «Moped» tipli nəqliyyat vasitəsi aşaraq hadisə yerində qalmışdır. Videomüşahidə kamerasının vaxtının dəqiq olduğunu nəzərə alsaq həmin hadisənin xx.xx.2021-ci ildə gecə saat 22:56:09-da baş verdiyi müəyyən olunur. İş materiallarında olan İmişli rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş 06 iyun 2021-ci il tarixli 1653 saylı arayışdan görünür ki, 06 iyun 2021-ci il tarixdə saat 00:10-da Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı onda “Alkoqolun qəbulu faktı” aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol polisi idarəsi İmişli Regional Qİ və TB şöbəsindən təqdim edilmiş 08 oktyabr 2021-ci il tarixli, 11-K-773 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 sürücülük vəsiqəsi verilməmişdir və onların adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. İş materiallarında olan "xxxx" MMC-dən təqdim edilmiş 12 sentyabr 2021-ci il tarixli 100 saylı zərər aktından görünür ki, «VAZ-2106» markalı, ** BN *** dövlət nömrə nişanlı avtomobilə 168 (yüz altmış səkkiz) manat dəyərində maddi ziyan dəyməsi göstərilmişdir. İş materiallarında olan İmişli VAZ Təmir Stansiyası” MMC-dən təqdim edilmiş 12 sentyabr 2021-ci il tarixli 101 saylı zərər aktından görünür ki, “MOPED” tipli nəqliyyat vasitəsinə 460 (dörd yüz altmış) manat dəyərində maddi ziyan dəyməsi göstərilmişdir. İşdə olan qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınaraq “VAZ-2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə qaytarılmış və “MOPED” tipli nəqliyyat vasitəsi isə İmişli rayon polis şöbəsinin dayanacağına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin verdiyi etirafedici, zərər çəkmiş şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidin isə təsdiqedici) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəylərini, maddi sübutları, həmçinin işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi və 33-cü maddəsinin 4-cü hissəsi, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndi və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələbləri ilə nəzərdə tutulan qeyd olunan yol hərəkəti qaydalarını pozması nəticəsində yuxarıda göstərilən nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmədə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından o, qanunauyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmasını əsaslı sayır. İş materiallarında olan 06 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş və 07 iyun 2021-ci ildə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalı, saxlanılması üçün Lənkəran şəhər-rayon polis şöbəsinə təhvil verilməli, oradan isə Bakı İstintaq Təcridxanasına etap olunmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əhədov X6 şəhəri, İ.Bayramov küçəsi, dalan 2, ev 5-də qeydiyyatda olmaqla valideynləri ilə birlikdə həmin ünvanda yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, eləcə də ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsdən şikayətçi olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmçinin müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona təyin olunacaq əsas cəzanı Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq İmişli rayon polis şöbəsinin dayanacağında saxlanılan “MOPED” tipli nəqliyyat vasitəsi zərər çəkmiş şəxsin hüquqi varisi X3 qaytarılması və “VAZ-2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sahibinə qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı zərər çəkmiş şəxsin hüquqi varisi X2 mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququ ona izah edilməlidir. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, yəni 2021-ci ilin iyun ayının 6dan 7-dək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, yəni 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzaya hesablanmaqla çıxılsın, üzərində qəti olaraq 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 07 yanvar 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət hesabına keçirilsin. Təqsirləndirilən şəxs saxlanılması üçün Lənkəran şəhər-rayon polis şöbəsinə təhvil verilsin, oradan isə Bakı İstintaq Təcridxanasına etap olunsun. İş üzrə maddi sübut kimi tanınan və İmişli rayon polis şöbəsinin dayanacağında saxlanılan “MOPED” tipli nəqliyyat vasitəsi zərər çəkmiş şəxsin hüquqi varisi X3 qaytarılsın, “VAZ-2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı zərər çəkmiş şəxsin hüquqi varisi X2 mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququ ona izah edilsin. Hökmdən elan olunduğu, (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Cəlil Nəbiyev
2. İlkin Abdullayev
3. Müşfiq Məmmədov