Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-490/2022 04.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1964-cü ildə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, işləməyən, Şirvan şəhəri, Nizami küçəsi, ev 32C-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-12,233 qram psixotrop maddə olan metamfetamini və 8,747 qram narkotik vasitə olan tiryəki, həmçinin qanunsuz olaraq 01 ədəd ov tüfənginin kəsiyini, 100 ədəd atəş üçün yararlı patronu (döyüş sürsatı) əldə edib, saxlayıb daşıyaraq yaşadığı Şirvan şəhəri, Nizami küçəsi, ev 32C-də yerləşən fərdi yaşayış evinin həyətində yerləşən yarımtikilidə gizlədib saxlamış, daxil olmuş məlumat əsasında 01 aprel 2022-ci il tarixdə, saat 18 radələrində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, Nizami küçəsi, ev 32C-də yerləşən fərdi yaşayış evinin həyətindəki yarımtikiliyə baxış keçirilən zaman 02 ədəd bükümdə ayrı-ayrılıqda 7,200 qram və 1,547 qram olmaqla cəmi-8,747 qram narkotik vasitə olan tiryək, 03 ədəd bükümdə ayrı-ayrılıqda 4,253 qram, 3,096 qram və 4,884 qram olmaqla cəmi-12,233 qram psixotrop maddə olan metamfetamin, üzərində psixotrop maddə olan metamfetamin izləri olan 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd nömrəsi silinmiş, xarici dövlətdə zovod üsulu ilə istehsal olunmuş, 12 kalibrli, çaxmaqlı, hamar qoşa lüləli texniki cəhətdən saz və atəş üçün yararlı olan, lüləsi və qundağı kustar üsulla kəsilmiş, öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyi və 100 (bir yüz) ədəd Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli “Makarov” (PM), “Steçkin” (APS) konstruksiyalı istifadəyə və atəşə yararlı patronlar (döyüş sursatı) aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilib, yəni CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyib CM-nin 228.1-ci maddəsi ilə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, xeyli müddətdir ki, narkotiklərdən istifadə etməyə başlamış, əsasən də tiryəkdən istifadə etmişdir.Əvvəllər istifadəsi üçün narkotik maddə əldə edib saxladığına görə bir nəçə dəfə məhkum olunmuş, sonuncu dəfə 2021-ci ildə məhkum olunmuş və 29 yanvar 2022-ci ildə cəzası başa çatdığı üçün cəzaçəkmə yerindən buraxılmışdır.Həmin vaxtdan sonra Şirvan şəhəri, Nizami küçəsi, ev 32C-də yaşamış, heç bir yerdə işləməmişdir.Həmçinin arabir narkotiklərdən isifadə etmişdir.2022-ci ilin mart ayında Şirvan şəhərinin ərazisində, “Şirvan kanal”-ın yaxınlığında yerdən bir ədəd sellofan torba tapmış, həmin torbanın içərisində bir ədəd qundağı kəsilmiş tüfəng və sayını bilmədiyi qədər tapança patronları olmuşdur.Həmin torbanı yaşadığı evə gətirib həyətindəki yarımtikilidə gizlətmişdir.Tapdığı torbanın içərisində metamfetamin, tiryək və elektron tərəzi olmamışdır.01 aprel 2022-ci il tarixdə, axşam saatlarında evində olarkən bir qrup polis əməkdaşları evinə gəlib ona evdə narkotik maddələr və silah saxlamaqda şübhəli olması bildirib yaşadığı ünvana baxış keçirəcəklərini demiş, o da etiraz etməmişdir.Sonra polis əməkdaşları özünün iştirakı ilə və videoçəkilişlə yaşadığı evin həyətində olan yaramtikliyə baxış keçirmişlər.Baxış zamanı yarımtikilidə stolun üstündə bir ədəd qundağı kəsilmiş tüfəng, çoxlu sayda tapança patronları, iki ədəd bükümdə tiryək, üç ədəd bükümdə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilmişdir.Həmin vaxt o, polis əməkdaşlarına bir müddət əvvəl tapdığı torbanın içərisində tüfəng və tapança patronları olduğunu və gətirib yarımtikilidə gizlətdiyini, həmin tüfəng və tapança patronların özünə məxsus olmasını, lakin yarımtikilidə stolun üstündə aşkar olunan tiryək, metamfetamin və elektron tərəzinin ona məxsus olmadığınıı, tapdığı həmin torbanın içərisində tiryək, metamfetamin və elektron tərəzinin olmamasını bildirmişdir.Sonra polis əməkdaşları tərəfindən tüfəng, tapança patorları, elektron tərəzi, ayrı-ayrı bükümlərdə olan tiryək və metamfetamin qablaşdırılıb götürülmüşdür.Bundan sonra o, polis şöbəsinə aparılmış və orada vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış, lakin üzərində narkotik maddələr və ya başqa qadağan olunmuş əşyalar aşkar olunmamışdır.Daha sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, yaşadığı evin həyətindəki yarımtikilidə stolun üstündə aşkar olunmuş tüfəngin, patronların, metamfetaminin, tiryəkin və elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir.Əslində isə tapdığı torbanın içərisində tüfəng və patronlar olsa da, metamfetamin, tiryək və elektron tərəzi olmamışdır.Güman edir ki, yaşadığı evin həyətindəki yarımtikiliyə metamfetamini, tiryəki və elektron tərəzini polis əməkdaşları qoymuşlar.Ona görə də o, metamfetamin və tiryəkə görə verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin tapdığı tüfəng və patronları heç bir məqsədi olmadan yaşadığı ünvanda gizlədib saxladığına görə verilən ittiham üzrə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində məhkəmədə verdiyi ifadəsində bildirdiyi ayrı-ayrı halları göstərmiş, eyni zamanda bu ifadələrində işin mahiyyəti üzrə bildirmişdir ki, o, 2022-ci ilin mart ayının əvvəllərində Şirvan şəhərində yerləşən “Şirvan kanal”-ın yaxınlığında yerdə bir ədəd sellofan torba görüb götürüb açıb baxanda torbanın içərisində bir ədəd tüfəng, “Makarov” tapançasının döyüş sursatları olduğunu görmüşdür. Sonra o, həmin torbanı yaşadığı evə gətirib evinin həyətində olan yarımtikilidə gizlətmişdir. 31 mart 2022-ci il tarixdə o, yaşadığı evdən çıxıb mağazaya gedərkən yerdən bir ədəd sellofan bağlama tapmışdır. Həmin bağlamanın içərisində bir ədəd siqaret qutusu və bu siqaret qutusunun içərisində 3 ədəd bükümdə metamfetamin, 2 ədəd bükümdə tiryək və 1 ədəd elektron tərəzi olmuşdur. Narkotiklərdən istifadə etdiyi üçün tapdığı bağlamanı götürüb yaşadığı evə gətirmişdir ki, torbanın içərisində olan maddələrdən özü istifadə edər. Sonra o, həmin torbanı həyətindəki yarımtikilidə gizlətmişdir. 01 aprel 2022-ci il tarixdə Şirvan şəhər PŞ-nin əməkdaşları yaşadığı evə gəlib videoçəkilişlə yaşadığı evə və həyətyanı sahəyə baxış keçirmişlər. Baxış zamanı yaşadığı evin həyətyanı sahəsində olan yarımtikilidəki stolun üstündə 1 ədəd tüfəng, 100 ədəd “Makarov” silahının döyüş sursatı, 3 ədəd bükümdə psixotrop maddə metamfetamin, 2 ədəd bükümdə tiryək və 1 ədəd elektron tərəzi aşkar edilmişdir.O, narkotiklərin satış ilə məşğul olmamış, aşkar olunmuş narkotik və psixotrop maddələri özünün şəxsi istifadəsi üçün, tüfəngi və döyüş sursatını isə heç bir məqsədi olmadan yaşadığı ünvanda gizlədib saxlamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə baxış və şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, ifadə verərkən yaşadığı evin həyətindəki yarımtikilidə aşkar olunmuş metamfetamin, tiryək və elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir.Əslində isə tapdığı torbanın içərisində qundağı kəsilmiş tüfəng və patronlar olsa da, metamfetamin, tiryək və elektron tərəzi olmamışdır. Güman edir ki, aşkar olunmuş metamfetamini, tiryəki və elektron tərəzini həyətindəki yarımtikiliyə polis əməkdaşları əvvəldən qoymuş, sonra gəlib onları oradan götürmüşlər.Ona görə də o, metamfetamin və tiryəkə görə verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin tapdığı tüfəng və patronları gizlədib saxladığına görə verilən ittiham üzrə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Şirvan ŞPŞnin əməkdaşıdır. 01 aprel 2022-ci il tarixdə ona Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və psixotrop maddələr əldə etməsi, saxlaması və onların dövriyyəsi ilə məşğul olması, habelə yaşadığı evdə odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, axşam saatlarında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı ünvana (ünvan 1hqiqatçı X7 Qafarova qanunsuz olaraq narkotiklər və odlu silah əldə edib yaşadığı evdə saxlaması barədə məlumat daxil olduğunu, bu səbəbdən yaşadığı ünvana baxış keçiriləcəyi bildirmiş, Təqsirləndirilən şəxs da baxışın keçirilməsinə etiraz etməmişdir.Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə baxış keçirilmişdir.Baxış zamanı evin həyətindəki yarımtikilidə olan stolun üstündə bir ədəd qundağı kəsilmiş tüfəng, yüz ədəd tapançaya aid dolu patronlar, bir ədəd elektron tərəzi, siqaret qutusunun içərisindən üç ədəd bükümdə metamfetaminə və iki ədəd bükümdə tiryəkə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş tüfəngi, patronları, metamfetamini, tiryəki və elektron tərəzini tapdığını, tiryəki və metamfetamini özünün istifadə etməsi üçün saxladığını, həmin maddələri elektron tərəzi də çəkib istifadə etdiyini, narkotiklərin satışı ilə məşğul olmadığını bildirmişdir. Aşkar edilmiş kütlələr, silah və elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs tutulub polis şöbəsinə gətirilmiş, şöbədə təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun üzərindən narkotik maddələr və başqa qadağan olunmuş əşyalar aşkar olunmamışdır. Yaşadığı ünvana baxış zamanı Təqsirləndirilən şəxs hər hansı narazılığı və ya şikayəti olmamış, həmçinin tutulduqdan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı formada heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında Şahid4 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Şirvan ŞPŞ-nin əməkdaşının 01 aprel 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Şirvan şəhəri, Nizami küçəsi ev 32C-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması, habelə yaşadığı evdə narkotik vasitələr və odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, “Baxış keçirilməsi haqqında” 01 aprel 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı Sahil Şıxalıyev tərəfindən müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, Nizami küçəsi, ev 32C-də yerləşən fərdi yaşayış evinə və evin həyətində olan yarımtikiliyə baxış keçirilmişdir. Baxış zaman evin həyətindəki yarımtikilidə olan stolun üzərindən 1 ədəd tüfəng, 100 ədəd “Makarov” silahının döyüş sursatı, bir ədəd elektron tərəzi, bir ədəd “Arqo” markalı siqaret qutusunun içərisindən 1 ədəd gümüşü rəngli kağız bükümdə və 2 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə, 2 ədəd sellofan bükümdə narkotik vasitə olan tiryəkə oxşar kütlələr aşkar edilmişdir.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik və psixotrop maddələrin, elektron tərəzinin, tüfəngin və patronların (döyüş sursatının) özünə məxsus olmasını, həmin maddələri, silah və sursatı bir müddət əvvəl Şirvan şəhəri ərazisində yerdən tapdığını bildirmişdir.Aşkar edilmiş kütlələr və digər əşyalar qablaşdırılıb götürülmüş və baxışla bağlı aparılmış videoçəkliş 01 ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 02 aprel 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan yarımtikilidən ...” sözləri və imzalar olan kağız paketdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-7,200 qram, 1,547 qram, ümumi çəkisi-8,747 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitətiryəkdir. 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-4,253 qram, 3,096 qram, 4,884 qram, ümumi çəkisi-12,233 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. 01 ədəd elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetamin izləri vardır. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq metamfetamin 12,083 qram və qalıq tiryək 8,547 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan, məhkəmə-ballistik ekspertizasının 02 aprel 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş, 12 kalibrli, çaxmağlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsul ilə kəsilmişdir və hal hazırda öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyidir. Tədqiqata təqdim edilmiş ümumi sayı 100 ədəd olan patronlar, zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar, istifadəyə və atəş üçün yararlıdırlar. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 02 iyul 2022-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 12,083 qram metamfetamin və 8,547 qram tiryək, üzərində metamfetaminin izləri olan bir ədəd elektron tərəzi, 01 ədəd nömrəsi silinmiş, xarici dövlətdə zovod üsulu ilə istehsal olunmuş, 12 kalibrli, çaxmaqlı, hamar qoşa lüləli texniki cəhətdən saz və atəş üçün yararlı olan, lüləsi və qundağı kustar üsulla kəsilmiş və öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyi, ekspertiza tədqiqatından sonra qalıq 95 ədəd Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli “Makarov” (PM), “Steçkin” (APS) konstruksiyalı istifadəyə və atəşə yararlı patronlar (döyüş sursatı) iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Şirvan ŞPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin 14 aprel 2022-ci il tarixli arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-da “Tiryək narkomaniyası” diaqnozu ilə narkoloji kibinetdə qeydiyyatdadır. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 16 may 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 aprel 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur.Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır.Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (yaşadığı evin həyətindəki yarımtikilidə aşkar olunmuş psixotrop və narkotik maddələrin ona məxsus olmaması, psixotrop və narkotik maddələri və elektron tərəzini həyətindəki yarımtikiliyə polis əməkdaşlarının qoyması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması səbəbindən həyətindəki yarımtikilidə aşkar olunmuş elektron tərəzinin, psixotrop və narkotik maddələrin özünə məxsus olmasını deməsi, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni yaşadığı evin həyətindəki yarımtikilidə aşkar olunmuş psixotrop və narkotik maddələrin ona məxsus olmaması, psixotrop və narkotik maddələri və elektron tərəzini həyətindəki yarımtikiliyə polis əməkdaşlarının qoyması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması və bu səbəbdən həyətindəki yarımtikilidə aşkar olunmuş aşkar olunmuş elektron tərəzinin, psixotrop və narkotik maddələrin özünə məxsus olmasını deməsi, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən baxış və şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlər (baxış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki yarımtikilidə aşkar olunmuş metamfetamin, tiryək, tüfəng, patronlar və elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, yaşadığı evin həyətindəki yarımtikilidə aşkar olunmuş psixotrop və narkotik maddələrin özünə məxsus olması və istifadəsi üçün saxladığını göstərmişdir) tam təkzib olunur.Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı psixotrop və narkotik maddələrin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin psixotrop və narkotik maddələrin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər.Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Şirvan Şəhər Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilib yaşadığı evin həyətindəki yarımtiklidə aşkar olunmuş psixotrop və narkotik maddələrin özünə məxsus olmasını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən beynəlxalq adı “Tiryək” olan maddə narkotik vasitə, “Metamfetamin” olan maddə psixotrop maddədir. Tiryəkin 0,5 qamdan və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, tiryəkin 50 qramı və metamfetaminin 2 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 12,233 qram psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, habelə 8,747 qram narkotik vasitə olan tiryək şəxsi istehlak miqdarından artıqdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ayrı-ayrı növlərdə narkotik və psixotrop maddələr əldə etməsi və onları çoxsaylı bükümlərə qablaşdırılması, eləcə də üzərində metamfetamin izləri olan elektron tərəzinin aşkar olunmasıı onun bu maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə etmiş, saxlamış və daşımış, habelə qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 228.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Şirvan Şəhər Məhkəməsinin 03 aprel 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu vaxtdan-01 aprel 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə, məhkəmə hökmünün və qərarının surətləri ilə müəyyən edilir ki, Şirvan Şəhər Məhkəməsinin 26 iyul 2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Amnistiya haqqında qrarının 1-ci bəndinə əsasən 12 iyun 2013-cü il tarixdə cəzadan azad edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 10 yanvar 2016-cı ildə cəzaçəkmə müddəti başa çatmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 28 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş və 31 iyul 2019-uı ildə cəzaçəkmə müddəti başa çatmışdır. Şirvan Şəhər Məhkəməsinin 05 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qərarı ilə «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi barəsində tətbiq edilərək 05 may 2021-ci il tarixli hökmlə təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasınının çəkilməmiş hissəsi 06 ay azaldılmış və o, 29 yanvar 2022-ci il tarixdə cəzaçəkmə yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 26 iyul 2011-ci il, 16 dekabr 2014-cü və 14 iyun 2017-ci il tarixli hökmlər üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilsə də, 05 may 2021-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş və hazırda o, məhkumluğu olan şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən, onun bu əməli cinayətlərin residivini yaradır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətlərin residivini yaratdığından ona ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. İşdə olan, Şirvan şəhər 1 №-li sahə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11 may 2022-ci il tarixli arayışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, Nizami küçəsi, ev 32C-də qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (barəsində heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Habelə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 228.1 və 234.4.3-cü maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadılqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu CM-nin maddələri üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadılqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 01 aprel 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Şirvan ŞPŞ-nin maddi sübutlar otağında saxlanılan 12,083 qram metamfetamin, 8,547 qram tiryək və üzərində metamfetamin izləri olan 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X4 X5 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar olan və Şirvan ŞPŞ-nin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd nömrəsi silinmiş, xarici dövlətdə zovod üsulu ilə istehsal olunmuş, 12 kalibrli, çaxmaqlı, hamar qoşa lüləli texniki cəhətdən saz və atəş üçün yararlı olan, lüləsi və qundağı kustar üsulla kəsilmiş və öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyi, 95 (doxsan beş) ədəd Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli “Makarov” (PM), “Steçkin” (APS) konstruksiyalı istifadəyə və atəşə yararlı patronlar (döyüş sursatı) Azərbaycan Respublikası DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 01 aprel 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübutlar olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 12,083 qram psixotrop maddə olan metamfetaminin, 8,547 qram narkotik vasitə olan tiryək və üzərində psixotrop maddə olan metamfetamin izləri olan 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd nömrəsi silinmiş, xarici dövlətdə zovod üsulu ilə istehsal olunmuş, 12 kalibrli, çaxmaqlı, hamar qoşa lüləli texniki cəhətdən saz və atəş üçün yararlı olan, lüləsi və qundağı kustar üsulla kəsilmiş və öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyi, 95 (doxsan beş) ədəd Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli “Makarov” (PM), “Steçkin” (APS) konstruksiyalı istifadəyə və atəşə yararlı patronlar (döyüş sursatı) hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-490/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-490/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver