Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-490/2023 17.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və X2 iştirakı ilə, xx xxxx 1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində 19 fevral 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxxx 1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, barəsində 19 fevral 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 və xx xxxxxx 1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşamış, barəsində 19 fevral 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 2023-cü ilin fevral ayının ortalarında qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilib realizə edilməsinə köməklik edəcəyinə vəd vermiş, sonuncu ilə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti məlum olmayan şəxs bir ədəd bağlamada, külli miqdarda, təmiz çəkisi 1400 qram narkotik vasitə heroini İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitəni məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İİR-dan qanunsuz olaraq Azərbaycan Respublikasına keçirərək Cəlilabad rayonunun inzibati ərazisində yerləşdirmiş, bu barədə 17 fevral 2023-cü ildə axşam saatlarında şəxsiyyəti məlum olmayan şəxs Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra, o, həmin narkotik vasitəni gizlədildiyi yerdən qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqla daşıma barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə əlbir olan bir qrup şəxs halında birləşib aralarında satıb pulunu bölmək barədə razılaşmaya uyğun olaraq İran İslam Respublikasından qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirərək məlum olmayan tarixdə və vaxtda Cəlilabad rayonunda yerləşdirilən külli miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etmək üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə sonuncunun idarə etdiyi “Mercedes Benz E320 minik” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayonuna gələrək bir ədəd bağlamada, külli miqdarda təmiz çəkisi 1400 qram olan narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib Təqsirləndirilən şəxs3 idarə etdiyi “Mercedes Benz E320 minik” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 18 fevral 2023-cü ildə, saat 12 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Cəlilabad şəhəri, H.Əliyev prospektində Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobildə Təqsirləndirilən şəxs2la birlikdə saxlanılaraq Cəlilabad rayon polis şöbəsinin inzibati binasına gətirilib avtomobilə baxış keçirilən zaman bir ədəd torbanın içərisindən bir ədəd bağlamada, külli miqdarda təmiz çəkisi 1400 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin arxa sol sərnişin oturacağının ayaqaltı hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin istifadəçisi olmuş, istifadə etdiyi narkotik vasitələri tanımadığı şəxslərdən əldə etmişdir. 17 fevral 2023-cü ildə axşam saatlarında İran vətəndaşı «Mehdi» adlı şəxs onunla vatsap vasitəsi ilə əlaqə saxlayaraq ona narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni onun dediyi yerə qoyacağı halda, ona 300 manat və 50 qram narkotik vasitə heroin verəcəyini demiş, sonuncu ilə razılaşdığından həmin şəxs axşam saatlarında yenidən onunla əlaqə saxlayaraq göndərdiyi narkotik vasitəni götürmək üçün Cəlilabada getməli olduğunu, eləcə də narkotik vasitələrin yeri barədə ona foto-şəkil göndərəcəyini bildirmiş, həmin gün saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs2la söhbət etmiş, tanış taksi tapmağı ondan xahiş etmiş, bir yerdə gedəcəkləri halda hər birinə 100 manat pul verəcəyini demiş, onlar Salmanın taksi fəaliyyəti ilə məşğul olan tanışı və qonşusu Rusif adlı şəxsin avtomobili ilə 18 fevral 2023-cü ildə səhər saatlarında Cəlilabad rayonu istiqamətində yola düşmüş, yol boyu Mehdi ilə vatsap vasitəsilə əlaqə saxlamış, o, içərisində narkotik vasitə olan bağlamanın Cəlilabad şəhərində yerləşən “Abdullu” yazılan plakatın yanında olduğunu deyərək həmin yerin şəkillərini ona göndərmiş, plakatın yaxınlığında Rusifdən avtomobilini saxlamasını istəmiş, avtomobildən düşdükdən sonra plakatın yanında yerləşdirilən bir ədəd torbanı götürüb yenidən avtomobilə qayıdaraq sürücünün arxasında olan sərnişin oturacağına əyləşmiş, həmin torbanı arxa sol sərnişin oturacağında ayaqaltı hissəsinə qoymuş, Rusif tez avtomobili hərəkətə gətirib oradan uzaqlaşmış, təxminən bir neçə kilometr getdikdən sonra yol-patrul xidmətinin əməkdaşları Rusifin idarə etdiyi avtomobili saxlatdırmış, mülki geyimli polis əməkdaşları onlara yaxınlaşaraq onları polis şöbəsinə aparmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərlərinə şəxsi axtarış, avtomobilə isə baxış keçirilmiş, üzərlərindən qanunsuz heç bir əşya aşkar edilməsə də, bir az əvvəl plakatın yanından götürüb avtomobilin arxa sol sərnişin oturacağının altına qoyduğu narkotik vasitə olan paketi çıxarıb polis əməkdaşlarına təqdim etmiş, sonra şəxsi axtarış və baxışla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17 fevral 2023-cü ildə saat 19 radələrində tanışı Təqsirləndirilən şəxs1 ona zəng edərək Cəlilabad rayonuna gedib tanışından pul almaq istədiyini deyərək ondan tanış taksı tapmasını xahiş etmiş, o da tanışı Rusiflə danışıb razılaşaraq hər üçü Cəlilabad rayonuna getmiş, geri qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılmış, şəxsi axtarış zamanı hər üçünün üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmiş, lakin avtomobilə baxış keçirilərkən avtomobildə Rəsulun ayağının altında sellofan torba olduğunu görmüş, həmin torbada nə olduğunu bilməmiş, onun və Rusifin narkotik vasitələrdən xəbəri olmamışdır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq edilərkən müəyyən olunur ki, müdafiəçinin iştirakı ilə ifadə verərkən törətdiyi cinayət əməlini etiraf etməklə yanaşı, ifadəsində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la bağlı göstərmişdir ki, 17 fevral 2023-cü ildə, saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs1la görüşərkən sonuncu narkotik vasitələr götürmək üçün Cəlilabad rayonuna getməli olduğunu, bunun müqabilində ona veriləcək olan 300 manat pulu aralarında bölüşdürəcəyini demiş, bu barədə razılaşdıqdan sonra taksi fəaliyyəti ilə məşğul olan qonşusu Rusifə zəng edərək ona bu barədə demiş, sonuncu razılaşdıqdan sonra 18 fevral 2023-cü ildə saat 08 radələrində hər üçü birlikdə Rusifin avtomobili ilə Cəlilabad rayonuna gedərək yol kənarında “Abdullu” yazısı olan plakatın yaxınlığında Rəsul Rusifdən avtomobilini saxlamasını istəmiş, sonra avtomobildən düşüb həmin plakatın yanına qoyulan bir ədəd torbanı götürüb yenidən avtomobilə geri qayıtmış, sürücünün arxasında olan sərnişin oturacağına əyləşmiş, Rusif tez avtomobili hərəkətə gətirib oradan uzaqlaşmış, bir neçə kilometr getdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində hər hansı bir qanunsuz əşya aşkar edilməmiş, lakin avtomobilə baxış keçirilərkən Rəsul avtomobildə narkotik vasitə olduğunu deyərək avtomobilin arxa sol sərnişin oturacağının altından içərisində narkotik vasitə olan paketi götürüb polis əməkdaşların təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1la 100 manat pulun müqabilində narkotik vasitəni Cəlilabaddan götürüb Bakı şəhərinə aparmağa razılaşdığını bildirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tanışı və qonşusu Təqsirləndirilən şəxs2 və onun tanışını əsgər yoldaşı ilə görüşmək üçün Cəlilabad şəhərinə aparıb geri gətirməyə yol pulu kimi 100 manata razılaşmış, Cəlilabad şəhərinə gedərkən yolda Rəsul və Salman ayaqyoluna getmək istədikləri üçün avtomobili saxlamış, sonra onlar geri qayıdıb avtomobilə oturduqdan az sonra polis əməkdaşları tərəfindən avtomobili saxlanılaraq polis şöbəsinə gətirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməsə də avtomobildən qara rəngdə torba aşkar edilərək götürülmüş, torbaya baxış keçirilərkən içində narkotik vasitə olduğu müəyyən edilmiş, avtomobildən aşkar edilmiş narkotik vasitədən xəbəri olmamış, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs3 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan olunmaqla tədqiq edilərkən müəyyən olunur ki, müdafiəçinin iştirakı ilə ifadə verərkən törətdiyi cinayət əməlini qismən etiraf etməklə yanaşı, Təqsirləndirilən şəxs2la oxşar məzmunlu ifadə vermiş və əlavə olaraq göstərmişdir ki, Rəsul və Salmanın Cəlilabad şəhərindən narkotik vasitə götürəcəklərindən əvvəlcədən məlumatı olmamış, yalnız Cəlilabad rayonunda olarkən bu barədə bilmiş, bundan sonra 100 manat pulun müqabilində həmin narkotik vasitəni Bakı şəhərinə aparmağa onlara köməklik göstərəcəyinə razılaşmışdır. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətməsini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamalarını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Cəlilabad rayon polis şöbəsinin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazıki ifadəsində göstərmişdir ki, 18 fevral 2023-cü ildə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla şəxsiyyəti məlum olmayan şəxsə məxsus Mercedes markalı avtomobillə Cəlilabad rayonu ərazisinə daxil olması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, həmin gün saat 12 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində Təqsirləndirilən şəxs1 olduğu “Mercedes” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobil müşahidəyə götürülmüş, həmin ərazidə “bağ” adlanan çay evinin qarşısında olarkən təsadüfən şöbənin yol-patrul xidmətinin əməkdaşları həmin avtomobilə saxla əmrini vermiş, tədbirin pozulacağından ehtiyat edib dərhal avtomobilə yaxınlaşmış, Təqsirləndirilən şəxs1 və adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 avtomobildən düşmüş, onlara külli miqdarda narkotik vasitələrin satışında və üzərlərində saxlamasında şübhəli olduqlarını bildirərək onları polis şöbəsinə dəvət etmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla hər üç şəxsin üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərlərindən qanunsuz hər hansı bir əşya aşkar edilməmiş, lakin avtomobilə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 avtomobilin sol arxa qapısını açıb sürücü oturacağının altında olan qara rəngli paketi götürüb onlara təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, həmin paketin İran İslam Respublikasının vətəndaşı tərəfindən göndərildiyini, onu Bakı şəhərində deyilən yerə qoyacağını, bunun müqabilində ona 300 manat pul veriləcəyini bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Rusif və Salman Cəliliabada narkotik vasitə götürmək üçün gəlmələrini əvvəlcədən bilmiş, aşkar edilən kütlə elektron tərəzidə çəkilərkən çəkisi 1430 qram olmuşdur. Baxış başa çatdıqdan sonra, protokol tərtib olunaraq orada iştirak edən şəxslər, o cümlədən saxlanılan hər üç şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. İş materiallarında olan “Giriş-çıxış və qeydiyyat” İAMAS-ın sərhədkeçmə altsistemi üzrə olan son məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 24 yanvar 2014-cü ildə, saat 10:39:48-də Yalama Dəmiryol DSBM-dən Azərbaycan Respublikasının Dövlət Sərhəddini keçib Rusiya Federasiyasına getmiş, 13 oktyabr 2014-cü ildə, saat 18:42:19-da Yalama Dəmiryol DSBM-dən Azərbaycan Respublikasına qayıtmışdır. Təqsirləndirilən şəxs3 30 may 2017-ci ildə, saat 12:08:29-da Xanoba DSBM-dən Azərbaycan Respublikasının Dövlət Sərhəddini keçib Rusiya Federasiyasına getmiş, 06 iyun 2017-ci ildə, saat 01:45:10-da Xanoba DSBM-dən Azərbaycan Respublikasına qayıtmışdır. Təqsirləndirilən şəxs2 ümumiyyətlə Azərbaycan Respublikasının Dövlət Sərhəddini keçməmişdir. İş materiallarında olan əməliyyat tapşırığına cavab raportundan görünür ki, “Mercedes-Benz E klass” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş narkotik vasitələri Təqsirləndirilən şəxs1 Şikarı oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan aralarında olan razılıq əsasında İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirməsi müəyyən edilmiş, lakin əməliyyat axtarış tədbirləri davam etdirilsə də onların şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 18 fevral 2023-cü il tarixli, 19/211 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs3 idarə etdiyi “Mersedes” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş kütlə” sözlər və imzalar olan bir ədəd bağlamadakı bir ədəd bükülüdə təmiz çəkisi 1400 qram maddə tiryəkdən kustar üsulla alınmış narkotik vasitə heroindir. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 08 aprel 2023-cü il tarixli 928 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən olunur. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 fərdi psixi xüsusiyyətlərinə görə əsəbi, hövsələsiz, qıcığa qarşı həssas, kobud, konfiliktə meyilli şəxsdir. Təqsirləndirilən şəxs1 psixi emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs1 emosional vəziyyətinə görə öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 08 aprel 2023-cü il tarixli 929 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz əməlinin faktiki xarakterini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 inadkarlıq, hirslilik, hövsələsizlik kimi fərdi psixi xüsusiyyətlərə malik olmuşdur. Təqsirləndirilən şəxs2 psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs2 emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 08 aprel 2023-cü il tarixli 930 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 hal-hazırda da öz əməlinin faktiki xarakterini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 ünsiyyətçilik, adaptivlik, konfiliktə meyilli olmamaq və s. kimi fərdi psixi xüsusiyyətlərə malik olmuşdur. Təqsirləndirilən şəxs3 psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs3 hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs3 emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 10 aprel 2023-cü il tarixli, 410 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 10 aprel 2023-cü il tarixli 412 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 10 aprel 2023-cü il tarixli 414 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş və şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş qara rəngli “Samsung J1” markalı **********46233/01 və **********46237/01 imei kodlu mobil telefon Cəlilabad rayon Polis şöbəsində saxlanılır. İş materiallarına əlavə edilmiş BD153666 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki “Mercedes Benz E320 minik” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 21a, mənzil 15-də yaşayan X3 məxsusdur. İş materiallarına əlavə edilmiş 20 noyabr 2021-ci il tarixli ƏN-V№885707 nömrləi digər etibarnamədən görünür ki, X4 həmin tarixdə avtomobili idarə etmək üçün Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 537-də yaşayan X7 etibarnamə vermişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, “Mercedes Benz E320 minik” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobil saz və işlək vəziyyətdə 25 fevral 2023-cü ildə Cəlilabad rayon polis şöbəsinin müstəntiqi Elton Ağayev tərəfindən X7 təhvil verilmişdir. İş materiallarında olan qərardan görünür ki, maddi sübut kimi tanınan və ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 1399,9 qram narkotik vasitə heroin Cəlilabad rayon polis şöbəsində saxlanılır. Təqsirləndirilən şəxslərin üzərində şəxsi axtarış və “Mercedes Benz E320 minik” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsini özündə əks etdirən üç ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri etirafedici, həmçinin şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları onun törətdiyi cinayət əməllərini təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadəsinə tənqidi yanaşaraq məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özlərini müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 avtomobildən aşkar edilərək götürülmüş külli miqdar təşkil edən narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz yolla qazanc əldə etmək üçün əldə etmişlər. Məhkəmə, onların ifadəsində göstərdiyi bu xüsusatları onlara təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, qeyd edilən Plenumun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avandanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən həmin qərarının 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə baxışının çıxışlar mərhələsində dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərkən Təqsirləndirilən şəxs1 əməlinin CM-in 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməsini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə elan edilmiş CM-in 32.5, 206.3.2-ci maddəsindən imtina etdiyini bildirmiş, Təqsirləndirilən şəxs1 CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiya həddində cəzalandırılmalarını məhkəməyə təklif etmiş və məhkəmə dövlət ittihamçısının mövqeyi ilə razılaşaraq bu barədə qərar qəbul etmişdir. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək Təqsirləndirilən şəxs1 əməlinin CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyası şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır və hesab edir ki, onlar həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs1 əməlinin CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə CM-in 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər CM-nin yuxarıda qeyd olunan maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 CM-in 32,5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidirlər. Məhkəmə cinayət qanunvericiliyinin tələbini nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldıqları müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, onlara təyin ediləcək cəzanın əvvəlinin onların şübhəli şəxs qismində tutulduqları gündən, yəni xx.xx.2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 18 fevral 2023-cü ildən hesablanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, YAT 3, mənzil 16, ev 2-də qeydiyyatda olmaqla anası, qardaşı və nənəsi ilə birgə həmin ünvanda yaşamış,yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 1, mənzil 9-da qeydiyyatda qeydiyyatda olmaqla valideynləri və qardaşları ilə birgə həmin ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 1, mənzil 13-də qeydiyyatda olmaqla anası ilə birgə həmin ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun təqsirini etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində anasının, nənəsinin və qardaşının olmasını və ilk məhkumluğunu CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun təqsirini qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində valideynlərinin və qardaşlarının olmasını və ilk məhkumluğunu CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun təqsirini qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində anasının olmasını və ilk məhkumluğunu CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1399,9 qram narkotik vasitə heroin məhv edilməli, “Mercedes Benz E320 minik” markalı, **-MX- *** dövlət qeydiyyat nişanlı avtomobilin 25 fevral 2023-cü ildə saz və işlək vəziyyətdə Cəlilabad rayon polis şöbəsinin müstəntiqi Elton Ağayev tərəfindən X7 təhvil verilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş və şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş, qara rəngli “Samsung J1” markalı **********46233/01 və **********46237/01 imei kodlu mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, təqsirləndirilən şəxslər üzərində şəxsi axtarış və “Mercedes Benz E320 minik” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsini özündə əks etdirən üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onlarınbarəsində xüsusi müsadirə təyin olunmamalıdır. Qeyd edilənlərlə yanaşı, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat hər birindən 20 (iyirmi) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CMin 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 qəti cəza 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 18 fevral 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə toksikomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM- 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 18 fevral 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 18 fevral 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1399,9 qram narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs1 götürülmüş qara rəngli “Samsung J1” markalı **********46233/01 və **********46237/01 imei kodlu mobil telefon onun yaxın qohumlarına qaytarılsın, “Mercedes Benz E320 minik” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin 25 fevral 2023-cü ildə saz və işlək vəziyyətdə Cəlilabad rayon polis şöbəsinin müstəntiqi Elton Ağayev tərəfindən X7 təhvil verilməsi nəzərə alınsın, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və “Mercedes Benz E320 minik” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsini özündə əks etdirən üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat hər birindən 20 (iyirmi) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev
2. Cavid Səfərli
3. Müşfiq Məmmədov