Məhkəmə qərarları › İş №1(099)-491/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-491/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-491/2023 31.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Astara rayonu Kijəbə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Astara rayonu Kijəbə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəinə girmiş, cinayətkar qrupun digər üzvləri tərəfindən hər biri külli miqdarda olmaqla 25 kq 948,3 qram narkotik vasitə heroin, 06 kq 300 qram narkotik vasitə qurudulmuş marixuana və 08 kq 55,5 qram psixotrop maddə metamfetamin ümami niyyətlə əldə edilərək daşınmaqla Təqsirləndirilən şəxs yaşadığı, Astara rayonu Kijəbə qəsəbəsində gətirilib, orada yerləşən yarımtikilidə gizlədilmi və Təqsirləndirilən şəxs 08 fevral 2023-cü tarixdə saat 01 radələrində bu barədə məlumatlandırılmaqla ona göstərilən narkotik vasitələri və psixotrop maddəni həmin yerdən götürməklə digər şəxslərə çatdırmaq barədə tapşırıq verilmiş, Təqsirləndirilən şəxs ümumi cinayətkar niyyətə uyğun olaraq hərəkət etməklə yarımtikiliyə gedərək narkotik vasitələrin və psixotrop maddənin orada olmasını yoxlayb dəqiqləşdirmiş, bir müddət nəzarətdə saxlamış, sonra isə saat 03 radələrində həmin maddələri yarım tikilən götürmüş, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlayıb daşımaqla Astara rayonu Kijəbə qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığına gətirmiş, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdə saat 03:45-də Astara rayonu Kijəbə qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əlində saxladığı torbanın içərisindən 19 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1432,1 qram, 1168,4 qram, 1217,6 qram, 1101,5 qram, 1492,5 qram, 1535,6 qram, 943,8 qram, 1595,5 qram, 1143,4 qram, 1193,0 qram, 1574,1 qram, 1302,6 qram, 1613,6 qram, 1974,9 qram, 1552,1 qram, 1551,5 qram, 1096,6 qram, 1254,1 qram və 1205,4 qramümumi çəkisi 25 kq 948,3 qram olan narkotik vasitə heroin, 06 ədəd bağlamada ayrıayrılıqda çəkiləri 1050 qram, 1140 qram, 1000 qram, 1050 qram, 1030 qram və 1030 qram- ümumi çəkisi 06 kq 300 qram olan narkotik vasitə qurudulmuş marixuana və 09 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1005,2 qram, 856,0 qram, 1029,3 qram, 584,2 qram, 1128,8 qram, 764,2 qram, 752,1 qram, 1024,3 qram və 911,4 qram-ümumi çəkisi 8 kq 55,5 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Sərraf adlı uzaq qohumu vardır. Sərraf Astara rayonunun Sım kəndindəndir. Sərrafla münasibəti yaxşı olmuş və bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişlər. Sərrafın iranlıdan narkotik vasitə almasını bilmişdir. Təxminən 05 fevral 2023-cü il tarixdə Sərraf onunla əlaqə saxlayaraq demişdir ki, iranlı narkotik göndərmişdir. Narkotik qəsəbəyə qoyulmuşdur. Ona narkotik vasitəyə nəzarət etməsini, Bakıdan gəlib narkotiki götürəcəklərini bildirmişdir. O, narkotikin yerini dəqiqləşdirmişdir. Narkotikin yerini müəyyən etmişdir. Narkotik bağlamada onların məhləsindən 100-150 metr aşağıda yerə qoyulmuşdur. İçərisində Narkotik olan bağlamanı götürərək böyürtkan kollarının arasında gizlətmişdir. Bağlamada hansı növ narkotik vasitələrin olmasını bilməmişdir. O, Sərrafa bağlamada olan marixuananı özləri üçün götürmələrini, qalan narkotikləri isə məhv etmələrini təklif etmişdir. Sərrafdan iranlının nömrəsini istəmişdir ki, iranlı ilə danışıb narkotik vasitəni məhv etsin. Lakin Sərraf narkotik vasitənin məhv edilməsinə razılıq verməmişdir. 08 fevral 2023-cü il tarixdə gecə saat 03 radələrində içərisində narkotik vasitələr olan bağlamanı gizlədildiyi yerdən götürmüş və evə gətirərkən polis işçiləri tərəfindən saxlanılmışdır. Onun məqsədi narkotiki təhvil vermək olmuşdur. O, ziddiyyətli ifadə verərək həmçinin göstərdi ki, Sərraf 08 fevral 2023-cü il tarixdə narkotik vasitəni yarımtikiliyə qoyduqdan sonra ona məlumat vermişdir. 08 fevral 2023-cü il tarixdə yaşadığı qəsəbədə polis əməkdaşlarının olduğunu bilərək Sərrafdan narkotik vasitənin kimə məxsus olmasını soruşmuşdur. Ona narkotik vasitələrin sahibinin sfetaforda olması barədə səs atmışlar. Sfetaforun yanına getdikdə orada polis əməkdaşlarının olmasını görmüşdür. Polis əməkdaşlarına narkotik vasitənin yerini bildiyini və təhvil vermək istədiyini bildirmişdir. Lakin narkotiki təhvil verərkən polis onu saxlamışdır. Polis işçiləri ona təzyiq etmişlər. Onu qardaşını da məsuliyyətə cəlb etməklə hədələmişlər. Ona görə də polis şöbəsində etirafedici ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 13 il olar ki, “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. İstifadə etdiyi maddələri Astarada müxtəlif tanımadığı şəxslərdən alır. Astara rayonu Sım kəndində yaşayan qohumu Sərraf ilə münasibətləri yaxşı olmuş, bir neçə dəfə onunla birlikdə narkotik vasitə qurudulmuş marixuandan istifadə etmişlər. Sərrafın iranlılardan narkotik vasitə aldığını da bilirmiş. Təxminən 05 fevral 2023-cü il tarixdə Sərraf onunla əlaqə saxlamış, iranlının mal göndərdiyini, malı qəbul edib onun dediyi şəxslərə çatdırmaq lazım olduğunu bildirmişdir. O, əvvəlcə buna etiraz etmişdir. Amma Sərraf onunla tez-tez əlaqə saxlayıb ona bu barədə kömək etməsini xahiş edirmişdir. Sərrafla aralarında konkret olaraq pul söhbəti olmasa da o, belə başa düşmüşdür ki, bu işdə ona kömək etsə, Sərraf ona pul da verəcək. Nəticə olaraq o, Sərrafla razılaşmış və ona demişdir ki, adamlara de malı dediyi yerə gətirib qoysunlar. Sərraf da razılaşmışdır. Bunun üçün Sərrafa yer olaraq evlərinin yaxınlığında olan yarımtikilini məsləhət görmüşdür. 08 fevral 2023-cü tarixdə saat 01 radələrində Sərraf ona malı gətirib yarımtikiliyə qoymaları barədə məlumat vermişdir. O, gedib malın yarımtikilidə olubolmamasını yoxlamış və malın həqiqətəndə orada olduğunu müəyyən etmişdir. Təxminən bir-iki saat sonra Sərraf onunla əlaqə saxlamış və demişdir ki, malı çıxart yola gəlib səndən götürəcəklər. O da razılaşmışdır. Saat təxminən 03 radələrində o, gedib həmin malı qoyulmuş yerdən götürmüşdür. Malın çəkisi çox olduğundan onu yerlə sürüdürmüş. Təxminən bir qədər hərəkət etmişdir ki, yaşadığı evin yaxınlığında 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən əlindəki maddələr ilə şöbəyə getmişdir. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əlləri ilə tutub saxladığı polietilen torbanı təqdim etmişdir. Həmin torbanın içində 19 bükümdə heroin, 9 bükümdə metamfetamin və 6 bükümdə qurudulmuş marixuana aşkar olunmuşdur. Sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunsuz əşya aşkar olunmamışdır. Aşkar edilmiş maddələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və imzalanmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik maddələri qohumu, Bakı şəhərində yaşayan Sərraf adlı şəxsin vasitəsi ilə Astara rayonu Kijəbə qəsəbəsi ərazisində deyiləcək yerə çatdırmaq məqsədi ilə əldə etdiyini, Sərraf ilə Whatsapda əlaqə saxladığını, telefonuna nömrəsini “Sərraf usta” kimi qeyd etdiyini, narkotik maddələri deyiləcək ünvana çatdırmağı əvəzində Sərraf ilə konkret pul məbləği barədə razılıq əldə etməsə də, Sərrafın ona hansısa miqdarda pul verəcəyini bildiyini göstərmişdir. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmə istintaqında dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən, Şahid1 göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 fevral 2023-cü il tarixdə Astara rayonu Kijəbə qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələr əldə etməsi bərədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdə saat 03:45 radələrində Astara rayonu Kijəbə qəsəbəsində əlində böyük torba olmaqla hərəkət etdiyi zaman saxlamışlar. Təqsirləndirilən şəxs və əlindəki torbanı Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə və daşımaqda şübhəli şəxs kimi tutulmuşdur. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetləri versin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı torbanı təqdim etmişdir. Həmin torbanın içindən 19 bükümdə heroinə, 9 bükümdə metamfetaminə və 6 bükümdə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunsuz əşya aşkar olunmamışdır. Onun əlindəki torbada aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olumuş narkotik maddələri qohumu, Bakı şəhərində yaşayan “Sərraf” adlı şəxsin vasitəsi ilə Astara rayonu Kijəbə qəsəbəsi ərazisində deyiləcək yerə çatdırmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təsir-təzyiq göstərməmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələri polis əməkdaşlarına təqdim etmək məqsədi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən polis əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Şəxsi axtarış və götürmə aparılması haqqında 08 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdə saat 03:45-də Astara rayonu Kijəbə qəsəbəsi ərazisində saxlanılaraq X2 Şöbəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman onun əlində olan polietilen torbadan 19 bükümdə heroinə, 9 bükümdə metamfetaminə və 6 bükümdə qurudulmuş marixuanaya bənzər kütlələr, əynində olan şalvarın sol yan cibindən isə “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Aşkar olunmuş maddələr və mobil telefon götürülmüşdür. 08 fevral 2023-cü il tarixli, 7/187 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs əlində olan torbadan aşkar olunmuş 06 ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1050qram; 1140qram; 1000qram; 1050qram; 1030qram; 1030qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi-6300qramdır. Təqdim edilmiş marixuanalar tərkibcə eynidirlər. Materialların məhkəmə ekspertizasının 08 fevral 2023-cü il tarixli, 6/761 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 19 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1432,1qr, 1168,4qr, 1217,6qr, 1101,5qr, 1492,5qr, 1535,6qr, 943,8qr, 1595,5qr, 1143,4qr, 1193,0qr, 1574,1qr, 1302,6qr, 1613,6qr, 1974,9qr, 1552,1qr, 1551,5qr, 1096,6qr, 1254,1qr, 1205,4qr-ümumi təmiz çəkisi 25948,3qram (25kq 948,3qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, - 9 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1005,2qr, 856,0qr, 1029,3qr, 584,2qr, 1128,8qr, 764,2qr, 752,1qr, 1024,3qr, 911,4qr, ümumi təmiz çəkisi 8055,5qram (8kq 55,5qr) ağ rəngli kristallardan ibarət maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 08 may 2023-cü il tarixli, 2726 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 2 X3 Xəstəxanasının xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda durmur. «Respublika Psixiatriya Xəstəxanası» X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tərixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Astara rayon İHB-nın Kijəbə qəsəbəsi İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kijəbə kəndində yaşamaqla ailəlidir, himayəsində xx.xx.2012, xx.xx.2014 və xx.xx.2016-cı il tarixlərdə doğulmuş üç azyaşlı uşaqları vardır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr olan heroini, qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini, cinayətkar qrupun digər üzvlərinə çatdırmaq üçün əldə etməsi, saxlaması və daşıması, əmlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi kifayət qədər sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi- narkotik vasitələri məhv etmək məqsədinin, sonra isə polis əməkdaşlarına təhvil vermək istəyinin olması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla əsassız ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasənt törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərəalır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halları müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tədbiq edilməklə cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağında saxlanılan 25 kiloqram 947,92 qram narkotik vasitə heroin, 6 kiloqram 298,8 qram qurudulmuş marixuana və 8 kiloqram 55,23 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Ekspertiza xərci 192 (yüz doxsan iki) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 08 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağında saxlanılan 25 kiloqram 947,92 qram narkotik vasitə heroin, 6 kiloqram 298,8 qram qurudulmuş marixuana və 8 kiloqram 55,23 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza xərci 192 (yüz doxsan iki) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar