Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-492/2022 08.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 09 mart 1989-cu ildə Əli-Bayramlı (hazırkı Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri, 1 May küçəsi, ev 53-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda- yəni 42,192 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1,023 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 28 mart 2022-ci il tarixdə saat 02:30-da Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ağ Saray” şadlıq sarayının yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkçənin sağ yan cibindən 02 ədəd polietilen kəsiyi bükümlərində 0,347 qram, 41,845 qram - ümumilikdə 42,192 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədədə polietilen kəsiyi bükümündə 1,023 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, narkotik vasitələrdən istifadə edir. 27 mart 2022-ci il tarixdə saat 16 radələrində Şirvan şəhərində yerləşən Nərmanov parkında gəzərkən yerdə 03 ədəd sellofan bükümlərdə heroin və metamfetamin tapmışdır. Həmin maddələri istifadə etmək üçün gödəkçəsinin sağ yan cibinə qoymuşdur. 28 mart 2022-ci il tarixdə saat 02 radələrində “Ağ Saray” şadlıq sarayının yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi-axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl o, əynində olan gödəkçəsinin sağ yan cibindən üç ədəd bükümləri çıxarıb təqdim etmiş, bükümlərin içərisində heroin və metamfetamin olduğunu bildirmişdir. Bükümlər onun iştirakı ilə açıldıqda içərisində heroin və metamfetamin olması müəyyən edilmişdir. Polis əməkdaşları ondan həmin heroini və metamfetamini haradan əldə etdiyini soruşduqda o həmin bükümləri yerdən tapdığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin maddələr qablaşdırılmaqla götürülmüş və bu barədə onun iştirakı ilə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid2 Eldar oğlu öz məhkəmədə göstərdi ki, Şirvan şəhər polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 mart 2022-ci il tarixdə ona Şirvan şəhəri 1 May küçəsi ev 53-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində üzərində narkotik vasitə saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə saat 02:30 radələrində Təqsirləndirilən şəxs Şirvan şəhəri, H.Əliyev prospektində saxlamış, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, müdafiəçinin iştirakı il və videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki tünd-göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 3 ədəd sellofan bükülü aşkar olunmuşdur. Sorğu-sual zamanı Faiq həmin 3 ədəd sellofan bükümlərin içərisində narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri Şirvan şəhərində N.Nərimanov parkında gəzərkən yerdən tapdığını və üstündə gəzdirməkdə məqsədinin istifadə etmək olduğunu bildirmişdir. Faiqin üzərindən aşkar olunmuş bükümləri açdıqda bükümlərin ikisinin içərisində heroinə bənzər, birinin içərisində metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Həmin kütlələr vəkilin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Şahid1 da məhkəmədə Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şəxsi axtarış və götürmə aparılması barədə protokoldan və videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində heroin və metamfetamin omasını bildirmiş və əynində olan idman gödəkçəsinin sağ yan cibindən 3 ədəd sellofan bükümləri çıxarıb təqdim etmiş, həmin bükümlərdə heroin və metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlər açıldıqda ikisinin içərisində heroinə bənzər, bir ədədinin içərisində isə metamfetaminə bənzər maddələr olması müəyyən edilmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Materialların məhkəmə ekspertizasının 28 mart 2022-ci il tarixli, 18/353 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 02 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri - 0,347 qram, 41,845 qram-ümumi çəkisi - 42,192 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 1,023 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3121 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə ona 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2020-ci ildə cəzası başa çatmışdır. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində ərazi nümayəndəliyinə şikayət daxil olmaması göstərilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və 1,023 qram psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 28 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 42,092 qram narkotik vasitə heroin, 0,973 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə videoçəkilişi özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 mart 2022-ci il il tarixdənhesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 42,092 qram narkotik vasitə heroin və 0,973 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə videoçəkilişi özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi iləŞirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-492/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-492/2022
08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver