Məhkəmə qərarları › İş №1(099)-492/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-492/2024

23.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-492/2024 23.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakları ilə, xx xxxx 1990-cı ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi, ev 155/17-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-1ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs oğurluq yəni, özgənin əmlakını gizli olaraq vahid niyyətlə talamaq məqsədilə hərəkət edərək, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək olan dövr ərzində gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus olmaqla ünvan 1 ünvanında yerləşən, saxlanc yeri hesab olunan dülgər sexinə damdan qanunsuz daxil olmaqla oradan bir metrinin qiyməti 1,70 manat olmaqla ümumi uzunluğu 60 metr, cəmi qiyməti 102 manat olan, 4x4 mm-lik mis materialından hazırlanmış elektrik naqilini, bir metrinin qiyməti 12 manat olmaqla ümumi uzunluğu 45 metr, cəmi qiyməti 540 manat olan 4x16 mm-lik elektrik naqilini, bir metrinin qiyməti 7 manat olmaqla ümumi uzunluğu 30 metr, cəmi qiyməti 210 manat olan 8 sm-lik dəmir künclüyü (uqolnik), hər birinin uzunluğu 4 metr, bir metrinin qiyməti 12 manat olmaqla cəmi qiyməti 480 manat olan 10 ədəd, 57 mm diametrli qaz borusunu, hər birinin uzunluğu 3 metr, bir metrinin qiyməti 10 manat olmaqla cəmi qiyməti 240 manat olan 8 ədəd, 10 sm diametrli dəmir şvelleri, hər birinin uzunluğu 4 metr, bir metrinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 260 manat olan 13 ədəd 25 mm diametrli dəmir qaz borusunu, hər birinin uzunluğu 3 metr, bir metrinin qiyməti 2 manat olmaqla, cəmi qiyməti 90 manat olan 15 ədəd dəmir su borusunu, hər birinin uzunluğu 2,5 metr, bir metrinin qiyməti 24 manat olmaqla cəmi qiyməti 120 manat olan 2 ədəd, 160 mm diametrli dəmir borunu, bir ədədinin qiyməti 60 manat olmaqla cəmi qiyməti 120 manat olan 2 ədəd 3 metr uzunluğunda taxta kəsən aparatın dəmir relsini, qiyməti 50 manat olmaqla üzərində ceyran şəkli olan 1 ədəd çuqun qaz sobasını, qiyməti 100 manat olan 1 ədəd 2500 dövrəli dəzgah mühərrikini, bir ədədinin qiyməti 75 manat olmaqla cəmi qiyməti 150 manat olan 2 ədəd zindan məngənəsini, qiyməti 40 manat olan 1 ədəd “Aqedel” markalı su nasosunu, qiyməti 20 manat olan 1 ədəd hidroforu və bir ədədinin qiyməti 90 manat olmaqla cəmi qiyməti 180 manat olan olan 2 ədəd 3 fazalı elektrik qoruyucunu vahid niyyətlə gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2702 (iki min yeddi yüz iki) manat məbləğində ziyan vurmaqla, özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək xx.xx.2024-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs2 məxsus olmaqla Lənkəran şəhəri Füzuli küçəsində, “Avtoservis” adlanan ərazinin arxa tərəfində yerləşən, saxlanc yeri hesab olunan dülgər sexinin pəncərə önünə çəkilmiş dəmir barmaqlıqlara əli ilə güc tətbiq edərək yerindən çıxarıb pəncərəni açmaqla içəri qanunsuz daxil olub oradan qiyməti 120 manat olan 1 ədəd böyük laqonda, bir ədədinin qiyməti 80 manat, cəmi qiyməti 160 manat olan 2 ədəd kiçik laqonda, qiyməti 80 manat olan 1 ədəd frez (taxtaya naxış açan), qiyməti 120 manat olan 1 ədəd lazerlə işləyən lobzik, qiyməti 80 manat olan 1 ədəd elektriklə işləyən lobzik, qiyməti 100 manat olan 1 ədəd çexol tikən tapança, qiyməti 55 manat olan 1 ədəd kiçik ölçülü drel və qiyməti 70 manat olan 1 ədəd böyük ölçülü dreli gizli yolla talayıb Zərərçəkmiş şəxs2 785 (yeddi yüz səksən beş) manat məbləğində ziyan vurmaqla, özgənin əmlakını təkrar saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək, xx.xx.2024-cü il tarixdə, gecə saatlarında Zərərçəkmiş şəxs4 məxsus ünvan 6anında yerləşən fərdi yaşayış sahəsinə pəncərədən qanunsuz daxil olmaqla həmin evdə usta işləyən Zərərçəkmiş şəxs3 məxsus, qiyməti 65 manat olan 1 ədəd orta ölçülü laqonda və qiyməti 130 manat olan 1 ədəd pereparatoru, həmçinin Zərərçəkmiş şəxs4 məxsus qiyməti 115 manat olan 1 ədəd İran İR-nin istehsalı olan qaz sobası olmaqla, cəmi 310 manat qiymətində əmlakı gizli yolla talayıb Zərərçəkmiş şəxs3 195 (bir yüz doxsan beş) manat və Zərərçəkmiş şəxs4 115 (bir yüz on beş) manat məbləğində ziyan vurmaqla, özgənin əmlakını təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 25 yanvar 2024-cü il tarixdə Lənkəran şəhərinin “Böyük bazar” adlanan ərazisində satış məqsədi olmadan qanunsuz olaraq, öz istifadəsi üçün bir ədəd sellofan bükümdə 2,387 qram külli miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 25 yanvar 2024-cü il tarixdə saat 11:10-da keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Mir Mustafaxan küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilmiş, CM-nin 234.1-1-ci maddəsi ilə isə təqsirli bilməyərək göstərdi ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla orada yaşamışdır. Narkotik vasitədən istifadə edir. 2023-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs1 məxsus, ünvan 3 ünvanında yerləşən dülgər sexinə daxil olaraq oradan cəmi 100 manatlıq metal boruları oğurlamış və metalloma satmışdır. O, həmin sexdən 2702 manat dəyərində əşyaları oğurlamamışdır. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 Xaliq oğluna məxsus olmaqla Lənkəran şəhəri Füzuli küçəsində “Avtoservis”in arxa tərəfində yerləşən dülgər sexinə daxil olaraq oradan 1 ədəd böyük laqonda, 2 ədəd kiçik laqonda, 1 ədəd frez (taxta naxışı açan) oğurlamışldır. Lakin lazerlə işləyən lobzikləri, 1 ədəd çexol tikən tapança, direl oğurlamamışdır. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs4 məxsus, Lənkəran şəhəri, Ş.Xiyabani küçəsində yerləşən fərdi yaşayış sahəsinə pəncərədən qanunsuz daxil olmuş, oradan bir ədəd laqonda, 1 ədəd pereparator, 1 ədəd qaz sobası oğurlamışdır. Həmin əşyaları tam şəkildə satmış, əldə etdiyi pulu narkotikə vermişdir. Narkotik istifadəçisi olduğuna görə ona pul lazım olmuşdur. 25 yanvar 2024-cü il tarixdə səhər saatlarında Lənkəran şəhərinin “Böyük Bazar” adlanan ərazisində olduğu zaman polis serjantları onu tutaraq rayon polis şöbəsinə aparmışlar. Həmin vaxt onun üzərində psixotrop maddə metamfetamin olmamışdır. Polis işçiləri ondan oğurluq edib-etməməsi barədə soruşmuşlar. O isə özünü oğurluqda təqsirli bilmişdir. Polis işçiləri onun üzərinə 2,5 qram metamfetamin qoymuşlar. Ona CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə veriləcəyini vəd etmişlər. Psixotrop maddənin ona məxsusluğunu etiraf etmədiyi halda üzərinə bir kiloqramm narkotik vasitə qoymaqla CM-nin 234.4.3-cü maddəsi ilə məhkəməyə veriləcəyi ilə hədələmişlər. O da məcbur qalıb üzərində aşkar olunmuş 2,5 qram metamfetamini həmin gün 15 manat pul müqabilində bir nəfər tanımadığı şəxsdən alması barədə ifadə vermişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, narkotik vasitələrdən istifadə edir, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 25 yanvar 2024-cü il tarixdə səhər saatlarında Lənkəran şəhərində Böyük Bazar adlanan ərazidə bir nəfər tanımadığı şəxsdən 15 manat pul verib bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin almış, həmin sellofan bükümü əynində olan gödəkçəsinin sağ yan cibinə qoymuşdur ki, ağrıları başlayanda istifadə etsin. Həmin gün saat 11 radələrində Lənkəran şəhəri, M.Mustafaxan küçəsi ilə tək piyada hərəkətdə olarkən polis işçiləri onu saxlamışlar. Ona üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirmiş, üzərində şəxsi axtarış keçirilməsi üçün onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şübhəli şəxs kimi tutulmuş, müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkilişdən istifadə edilərək şəxsi axtarış keçirilərkən gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd sellofan bükümdə olan metamfetamini təqdim etmişdir. Təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 2,47 qram olmuş və götürülmüşdür. Narkotik vasitələrin aludəçisi olduğuna görə və narkotik almağa pulu olmadığı vaxtlarda bir neçə dəfə oğurluq əməlləri törəmişdir. Belə ki, 07 noyabr 2023-cü il tarixdə, axşam saatlarında narkotik vasitələrə tələbatının artdığını hiss edib ətrafda olan evlərə və obyektlərin hər birinə diqqət edib hansı birinə oğurluq məqsədilə girəcəyini düşünmüş, bu zaman Şəhidlər Xiyabanı küçəsi 158 ünvanında olan fəaliyyəti dayandırılmış dülgər sexi diqqətini çəkmişdir. Həmin sexə daxil olmağı qərara almış, sexə necə girəcəyini qərara alıb qapını yoxlamış, lakin qapı bağlı olmuşdur. Buna görə də obyektin damına qalxıb dam örtüyünü bir qədər qırıb içəri daxil olmuşdur. Sexdə oğurlanması mümkün olan bir çox əşya olmuş, həmin əşyaları bir günə oğurlaya bilməyəcəyindən hissə-hissə oğurlamaq qərarına gəlmiş, buna görə də sexin arxa qapısını içəridən açmış və açıq vəziyyətdə saxlamışdır ki, gələcəkdə oradan içəri daxil olsun. Belə ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə demək olar ki, hər gün gecə saatlarında sexə daxil olub oradan apara biləcəyi qədər əşyaları, yəni mis kabel, qara örtüklü kabel, dəmir uqolnik, qaz boruları, dəmir şvellerlər, dəmir su boruları, taxta kəsən aparatın dəmir relsi, ceyran qaz sobası, dəzgah motoru, məngənə, su motoru, hidrofon, elektrik qoruyucu avtomat oğurlamışdır. Həmin əşyaların bir hissəsini səyyar metal qəbul edən şəxslərə, bir hissəsini isə ayrı-ayrı vaxtlarda, əsasən oğurluq etdiyi gecənin səhəri Lənkəran rayonu Göyşaban kəndi ərazisində yerləşən Adil adlı şəxsə məxsus əlvan-metal qəbulu məntəqəsinə xatırlamadığı qiymətə satmışdır. Əşyaları satarkən özünə məxsus olduğunu demişdir. Əşyaları satdığı şəxslər həmin əşyaların oğurluq olmasını bilməmişlər. xx.xx.2023-cü il tarixdə oğurluq etdiyi sexin sahibi Pərviz adlı şəxs onu yolda görüb qarşısını kəsmiş, ondan sexə nə üçün girməsini soruşmuşdur. O isə sexə girmədiyini bildirmişdir. Bunu dedikdən sonra Pərviz cibindən telefonu çıxarmış, indi polisə zəng edib bu barədə məlumat verəcəyini demişdir. Bunu dedikdən sonra Pərvizin polisə məlumat verəcəyi halda tutulacağını başa düşmüş və Pərvizə yalvarıb polisə məlumat verməməsini xahiş etmişdir. Pərvizə sexindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək oğurluq etdiyini etiraf edib bir daha oğurluq etməyəcəyini bildirmiş, bundan sonra həmin sexə daxil olmamışdır. Həmçinin Pərvizdən oğurladığı əşyaları geri qaytarmağa vaxt istəmişdir. Oğurladığı əşyalardan əldə etdiyi pulu narkotik və digər ehtiyacları üzrə xərcləmişdir. Bundan bir müddət sonra yenidən maddi çətinlikləri başlamış, həmçinin, narkotik vasitə almağa pulu olmamışdır. Buna görə də 02 yanvar 2023-ci il tarixdə gecə saatlarında Lənkəran şəhərinin “Avtoservis” adlanan ərazisinə gedib orada yerləşən sexlərin birindən oğurluq etməyi qərara almış və həmin əraziyə getmişdir. Qeyd olunan “Avtoservis”in arxa tərəfində, Füzuli küçəsində yerləşən dülgər sexi diqqətini çəkmiş, bu zaman sexdə gecə saatlarında heç kimin olmadığını düşünüb sexin həyətinə girib qapısının qıfıllı olduğunu görmüşdür. Pəncərəyə baxdıqda üzərində dəmir barmaqlıq olduğunu görmüş, lakin barmaqlığı yoxladıqda açıla biləcəyini müəyyən etmiş və dəmir barmaqlığı əli ilə aralayıb mismarlarını çıxarmışdır. Pəncərəni qabağa itələdikdə pəncərə açılmışdır. Sexin içərisinə daxil olduqda orada olan 1 ədəd böyük laqonda, 2 ədəd kiçik laqonda, 1 ədəd frez, 2 ədəd lobzik, 1 ədəd çexol tikən və 2 ədəd drel görüb götürmüşdür. Həmin əşyaları götürdükdən sonra ətrafın sakit olduğunu görüb küçəyə çıxmış, oğurladığı əşyaları yaşadığı evə gətirib xx.xx.2024-cü il tarixdə səhər saatlarında onları rəngli sellofan torbaya qoyub Lənkəran bazarına satmağa aparıb həmib bazarda tanımadığı şəxslərə öz əşyası kimi satmışdır. Həmin pula da özünə narkotik vasitə və ərzaq məhsulları almışdır. Bundan başqa növbəti dəfə oğurluq etmək qərarına gəlmiş, belə ki, 1 ildən artıqdır ki, qeydiyyatda olduğu və yaşadığı Şəhidlər Xiyabanı küçəsi, ev 155, mənzil 17 ünvanında yerləşən evi Nəsimi adlı şəxsə satmışlar. Həmin evdə usta işlədiyini bilmiş, buna görə də xx.xx.2024-cü il tarixdə gecə saatlarında həmin mənzilin yanına gəlmişdir. Ətrafa nəzər yetirdikdə küçədə heç kimin olmadığını, onu heç kimin görmədiyini və ətrafın sakit olduğunu görmüşdür. Bundan sonra mənzilin plastik pəncərəsinə əlinin yumşaq hissəsi ilə möhkəm vurmaqla açmışdır. Mənzilə daxil olub pəncərənin qarşısında qoyulmuş usta ləvazimatlarından 1 ədəd laqonda, 1 ədəd pereparatoru və 1 ədəd İran İR-nin istehsalı olan qaz sobasını götürüb yaşadığı evə gətirmişdir. Bir neçə gün sonra həmin əşyaları da yaşadığı küçədə tanımadığı metal yığan şəxslərə öz əşyası kimi 100 manata satmışdır. Aldığı pulu narkotikə və öz qidalanmasına xərcləmişdir. Bundan başqa hər hansı oğurluq etməmişdir. Əməllərindən peşimandır. Oğurluqları tək etmiş, həmin vaxt yanında heç kim olmamışdır. Etdiyi oğurluq əməlləri haqqında heç kimə heç nə danışmamış və heç kimin bundan xəbəri olmamışdır. Mobil telefon istifadə etmir. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyəlri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs kimi dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Lənkəran şəhəri, Füzuli küçəsində yerləşən “Avtoservis”in arxa hissəsində özünə məxsus dülgər sexim vardır. Həmin sexdə taxtadan müxtəlif əşyalar düzəltməklə məşğul olmuşdur. 01 yanvar 2024-cü il tarixdə axşam üstü sexdə işini bitirib qapını qıfıllayaraq evinə getmişdir. Səhəri gün, yəni 02 yanvar 2024-cü il tarixdə saat 09-10 radələrində sexə getdikdə sexin giriş tərəfində yerləşən pəncərəsinin dəmir barmaqlıqlarının oynadılıb yerindən çıxarıldığını və pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. Sexə daxil olmayıb dərhal “102” xidmətinə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra birlikdə sexə baxış keçirmişlər. Baxış zamanı sexdən 1 ədəd 120 manat dəyərində böyük laqonda, 1 ədədi 80 manat olmaqla 2 ədəd kiçik laqonda, 1 ədəd 80 manat dəyərində frez (taxtaya naxış açan), 1 ədəd 120 manat dəyərində lazerlə işləyən lobzik, 1 ədəd 80 manat dəyərində elektriklə işləyən lobzik, 1 ədəd 100 manat dəyərində çexol tikən tapança, 1 ədəd 55 manat dəyərində göy rəngdə drel və 1 ədəd 70 manat dəyərində böyük ölçülü ağ rəngdə drelim oğurlanmasını müəyyən etmişlər. Sonradan sexdən həmin əşyaların Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını eşitmişdir. Ona dəymiş ziyan faktiki 785 manatdan çoxdur. Ona dəymiş ziyan ödənilməmişdir, ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs kimi dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, ünvan 5 ünvanda yaşayır. Bir ilə yaxındır ki, ünvan 6anında yerləşən mənzili almış, orada təmir işləri aparır. Tanışım Zərərçəkmiş şəxs3 mənzilimdə usta işləyir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs3 mobil telefonuna zəng edib mənzildən oğurluq edildiyini bildirmişdir. Dərhal həmin mənzilə gəldikdə kiminsə evə pəncərədən daxil olub usta Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd laqondanı və 1 ədəd pereparatoru, həmçinin ona məxsus 115 manat dəyərində İran istehsalı olan qaz sobasını oğurlamasını aşkar etmişdir. Bu barədə Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng edərək məlumat vermişlər. Sonradan evindən əşyaların Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını bilmişdir. Ona dəymiş 115 manat maddi ziyan ödənilməmişdir, ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs kimi dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, ünvan 7 ünvanında fəaliyyəti dayandırılmış dülgər sexi vardır. 20 noyabr 2023-cü il tarixdə həmin sexə baxmaq üçün getmişdir. Sexin qapısı açıq vəziyyətdə olmuşdur. İçəri daxil olduqda sexin dam örtüyünün müəyyən bir hissəsinin sındırılaraq içəri daxil olunduğunu bilmişdir. Sexdəki əşyalara baxdıqda oradan ona məxsus 60 metr uzunluğunda kabel, 45 metr uzunluğunda başqa növ kabel, 30 metr uzunluğunda 8 sm-lik dəmir uqolnik, 10 ədəd 4 metr uzunluğunda 57 mm diametrində qaz turbası, 3 metr uzunluğunda, 10 sm-lik 8 ədəd dəmir şveller, 4 metr uzunluğunda, 25 mm diametrli 13 ədəd qaz dəmir qaz borusu, 3 metr uzunluğunda 15 ədəd dəmir su borusu, 2 ədəd 160 mm diametrli, uzunluğu 2,5 metr olmaqla 2 ədəd dəmir boru, 1 ədədi 3 metr olmaqla 2 ədəd taxtakəsən aparatın dəmir relsi, 1 ədəd ceyran qaz sobası, 1 ədəd dəzgah mühərriki, 2 ədəd 150 manat dəyərində zindan məngənəsi, “Aqedel” markalı su matoru, 1 ədəd hidrofor, 180 manat dəyərində 2 ədəd 1990-cı ildə alınmış, lakin istifadə olunmamış üçfazalı elektrik qoruyucu avtomatın oğurlandığını müəyyən etmişdir. Oğurluqla bağlı soraqlaşdıqda Təqsirləndirilən şəxs adlı şəxsin həmin ərazilərdə gəzdiyini eşitmişdir. Təqsirləndirilən şəxs şübhələndiyi üçün xx.xx.2023-cü il tarixdə onunla görmüş və nə üçün sexinə girdiyini soruşmuşdur. İl öncə Lakin ona məxsus sexdən oğurluq etməsini inkar etsə də, polisə şikayət edəcəyini bildirdikdə İlkin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövürdə ona məxsus sexdən oğurluq etdiyini, oğurladığı əşyaları Adil adlı şəxsin metal qəbulu məntəqəsinə pul müqabilində satdığını bildirmişdir. İlkin oğurladığı əşyaları 3-4 gün ərzində geri qaytaracağına söz vermişdir. Lakin o, lkinlə razılaşmayıb, bu barədə polisə məlumat vermişdir. Ona ümümilikdə 2702 manat məbləğində maddi ziyan dəymişdir. Həmin ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, ünvan 8 ünvanında yerləşən tanışım Zərərçəkmiş şəxs4 məxsus evdə usta kimi təmir işləri görmüşdür. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində evdə işini tamamladıqdan sonra mənzilin seyf qapısını qıfıllayıb oradan çıxmışdır. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində mənzilə gəlib baxdıqda giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Evə oğru girdiyini başa düşmüş, bundan sonra evə baxdıqda evin girişdən solda yerləşən otağında qoyduğu, özünə məxsus 1 ədəd 65 manat dəyərində laqondanın və 1 ədəd 130 manat dəyərində pereparatorun, həmçinin ev sahibi Zərərçəkmiş şəxs4 məxsus 115 manat dəyərində İran istehsallı qaz sobasının oğurlandığını aşkar etmişdir. Bu barədə Zərərçəkmiş şəxs4 “102” xidmətinə məlumat vermişdir. Sonradan mənzildən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid4 göstərdi ki, Lənkəran Şəhər- Rayon Polis Şöbəsində polis sahə rəisi vəzifəsində işləyir. 25 yanvar 2024-cü il tarixdə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasənda onu həmin gün saat 11:10 radələrində Lənkəran şəhəri Mirmustafaxan küçəsində təklikdə piyada getdiyi zaman saxlayaraq polis şöbəsinə dəvət etmişlər. Üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sağ cibindən bir ədəd sellofan bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində psixotrop maddə metamfetaminəbənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni özü istifədə etmək üçün Lənkəran şəhərində Böyük Bazar adlanan ərazidə tanımadığı şəxsdən 15 manat pul müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus dülgər sexlərindən, Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evindən oğurluq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlər etməmişlər, onun cibinə psixotrop maddə metamfetamin qoymamışlar. O, narkoman olduğunu, narkotik almaq üçün pulu olmadığından oğurluq etdiyini bildirmişdir. 25 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya vardırsa, təqdim etməsi təklif edildəkdə o, əynində olan gödəkçəsinin sağ yan cibindən sellofana bükülmüş 1 ədəd bükümü təqdim etmişdir. Həmin bükümə baxıldıqda içərisində metamfetaminəbənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Lənkəran şəhərinin Böyük Bazar adlanan ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata almasını, bundan əlavə bir neçə gün əvvəl Lənkəran şəhəri ərazisində tanımadığı evlərdən oğurluq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümdəki kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 2,47 qram olmuşdur. Qablaşdırılaraq götürülmüşdür. Materialların məhkəmə ekspertizasının 25 yanvar 2024-cü il tarixli, 19/68 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 2,387 qram olan ağ rəngli, kristallardan ibarət olan maddə metamfetamindir. xx.xx.2023-cü il tarixdə Quliyev X2 Şəhər-Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus olan, ünvan 10 ünvanında yerləşən istifadəsiz mebel sexindən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin oğurluq etməsini aşkar etdiyini göstərərək həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Əliyev X5 Şəhər-Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə Lənkəran şəhəri, Füzuli küçəsində yerləşən, ona məxsus dülgər sexinə pəncərədən daxil olan şəxsin sexdən laqonda, frez, drel və çexol tikəni oğurlaması nəticəsində ona 785 manat məbləğində ziyan vurmasını göstərərək həmin şəxsin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Sadiyev X3 Şəhər-Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə usta işlədiyi ünvan 11 ünvanda qoyulmuş bir ədəd laqonda, bir ədəd pereparator və bir ədəd qaz sobasının oğurlanmasını göstərərək bununla bağlı tədbir görülməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus ünvan 10 ünvanında yerləşən dülgər sexinə baxış keçirilmiş, baxış zamanı həmin sexdən oğurluq edilməsi faktı təsdiqini tapmışdır. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək fotocədvəl şəklində protokola əlavə edilmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Lənkəran şəhəri, Füzuli küçəsində yerləşən dülgər sexinə baxış keçirilmiş, baxış zamanı naməlum şəxs tərəfindən sexin pəncərə önünə çəkilmiş barmaqlıqları qıraraq pəncərəni açıb içəri daxil olmaqla oğurluq edilməsi faktı təsdiqini tapmışdır. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək fotocədvəl şəklində protokola əlavə edilmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 usta işlədiyi və Zərərçəkmiş şəxs4 məxsus ünvan 12 ünvanında yerləşən mənzilə baxış keçirilmiş, baxış zamanı mənzilə pəncərədən daxil olma yolu ilə oğurluq edilməsi faktı təsdiqini tapmışdır. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək fotocədvəl şəklində protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 26 yanvar 2024-cü il tarixli mütəxəssis arayışından məlum olur ki, Zərərçəkmiş şəxs1 məxsus dülgər sexindən oğurlanmış uzunluğu 60 metr olan, 4x4 mm-lik mis materialından hazırlanmış elektrik naqilinin bir metrinin qiyməti 1,70 manat olmaqla cəmi qiyməti 102 manatdır. Uzunluğu 45 metr olan, 4x16 mm-lik elektrik kabelinin bir metrinin qiyməti 12 manat olmaqla cəmi qiyməti 540 manatdır. Ümumi uzunluğu 30 metr olan 8 sm-lik dəmir künclüyün (uqolnik) bir metrinin qiyməti 7 manat olmaqla cəmi qiyməti 210 manatdır. Hər birinin uzunluğu 4 metr olan, 57 mm diametrli qaz borusunun bir metrinin qiyməti 12 manat olmaqla 10 ədəd qaz borusunun qiyməti 480 manatdır. Hər birinin uzunluğu 3 metr olan, 10 sm diametrli dəmir şvellerin 1 metrinin qiyməti 10 manat olmaqla 8 ədədinin qiyməti 240 manatdır. Hər birinin uzunluğu 4 metr olan, 25 mm diametrli dəmir qaz borusunun bir metrinin qiyməti 5 manat olmaqla 13 ədədinin qiyməti 260 manatdır. Hər birinin uzunluğu 3 metr olan dəmir su borusunun bir metrinin qiyməti 2 manat olmaqla 15 ədədinin qiyməti 90 manatdır. Hər birinin uzunluğu 2,5 metr olan 160 mm diametrli dəmir borunun bir metrinin qiyməti 24 manat olmaqla 2 ədədinin qiyməti 120 manatdır. 2 ədəd 3 metr uzunluğunda taxtakəsən aparatın dəmir relsinin bir ədədinin qiyməti 60 manat olmaqla 2 ədədinin qiyməti 120 manatdır. 1 ədəd üzərində ceyran şəkli olan çuqun qaz sobasının qiyməti 50 manadır. 1 ədəd 2500 dövrəli dəzgah mühərrikinin qiyməti 100 manatdır. 2 ədəd zindan məngənəsinin bir ədədinin qiyməti 75 manat olmaqla cəmi qiyməti 150 manatdır. 1 ədəd “Aqedel” markalı su nasosunun qiyməti 40 manatdır. 1 ədəd hidroforun qiyməti 20 manatdır. 2 ədəd 3 fazalı elektrik qoruyucunun bir ədədinin qiyməti 90 manat olmaqla cəmi qiyməti 180 manatdır. Bunların ümümi qiyməti 2702 manatdır. Zərərçəkmiş şəxs2 məxsus dülgər sexindən oğurlanmış 1 ədəd böyük laqondanın qiyməti 120 manatdır. 2 ədəd kiçik laqondanın bir ədədinin qiyməti 80 manat olmaqla cəmi qiyməti 160 manatdır. 1 ədəd frezin (taxtaya naxış açan) qiyməti 80 manatdır. 1 ədəd lazerlə işləyən lobzikin qiyməti 120 manatdır. 1 ədəd elektriklə işləyən lobzikin qiyməti 80 manatdır. 1 ədəd çexol tikən tapançanın dəyəri 100 manatdır. 1 ədəd kiçik ölçülü drelin qiyməti 55 manatdır. 1 ədəd böyük ölçülü drelin qiyməti 70 manatdır. Bunların ümumi qiyməti 785 manat təşkil edir. Zərərçəkmiş şəxs4 fərdi yaşayış evindən oğurlanmış 1 ədəd orta ölçülü laqondanın qiyməti 65 manatdır. 1 ədəd pereparatorun qiyməti 130 manatdır. 1 ədəd İran İR-nin istehsalı olan qaz sobasının qiyməti 115 manatdır. Həmin əşyaların ümumi qiyməti 310 manatdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 58 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji Xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 104 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda deyildir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 70 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya haqqında” Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab olunur. İşdə olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində azyaşlı uşaq yoxdur, yaşayış yerindən müsbət səciyyələnir. Beləliklə, məhkəmə tdqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs yaşayış yerinə və saxlanc yerinə qanunsuz daxil olmaqla və təkrar oğurluq etməsi, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsi, saxlaması və üzərində daşıması, əməlində cinayət tərkibinin və cinayət hadisəsinin olması, təqsirlililiyi kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə polis işçiləri tərəfindən saxlanılması zamanı onun üzərində psixotrop maddə metamfetamin olmaması, üzərinə metamfetaminin polis işçiləri tərəfindən qoyulması, dülgər sexlərindən oğurladığı əşyaların ittihamda göstərilənlərə nisbətən az olması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə düzgün tövsif olunmuş və ona həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi, əməlində cinayətlərin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 25 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddətini müəyyən edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işində saxlanılmalı, Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 2,287 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Ekspertiza və mütəxəssis tərəfindən qiymətləndirmə xərci 90 (doxsan) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Cinayət nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 dəymiş 2702 (iki min yeddi yüz iki) manat, Zərərçəkmiş şəxs2 dəymiş 785 (yeddi yüz səksən beş) manat, Zərərçəkmiş şəxs3 dəymiş 195 (bir yüz doxsan beş) manat və Zərərçəkmiş şəxs4 dəymiş 115 (bir yüz on beş) manat məbləğində maddi ziyanı Təqsirləndirilən şəxs mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-1ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 25 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işində saxlanılsın, Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 2,287 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza və mütəxəssis tərəfindən qiymətləndirmə xərci 90 (doxsan) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Cinayət nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 dəymiş 2702 (iki min yeddi yüz iki) manat, Zərərçəkmiş şəxs2 dəymiş 785 (yeddi yüz səksən beş) manat, Zərərçəkmiş şəxs3 dəymiş 195 (bir yüz doxsan beş) manat və Zərərçəkmiş şəxs4 dəymiş 115 (bir yüz on beş) manat məbləğində maddi ziyanı Təqsirləndirilən şəxs mülki mühakimə icraatı qaydasında tələb etmək hüquqları izah olunsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar