Məhkəmə qərarları › İş №1(099)-493/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-493/2023

15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-493/2023 15.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), X13 və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxxx 1962-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran şəhəri, Azad İsmayılov küçəsi, 43-cü məhəllə, ev 11-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayının əvvəlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə bacısı Şahid1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs1 özünü Cənub bölgəsində bütün toy və yas mərasimlərini ərzaq məhsulları ilə təmin edən şəxs kimi təqdim edərək, biznesini genişləndirmək adı ilə ona Zərərçəkmiş şəxs1 30.000 (otuz min) manat məbləğində pul vəsaiti verəcəyi halda, əsas məbləğ qalmaqla hər ay 3.000 (üç min) manat və yaxud 4.000 (dörd min) manat sonuncunun gəlir əldə edəcəyini yalandan vəd verərək, Zərərçəkmiş şəxs1 özünə inandırıb, etibarını qazandıqdan sonra üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından sui-istifadə edərək xeyli miqdar təşkil edən 30.000 (otuz min) manat məbləğində pul vəsaitini sonuncunun Lənkəran rayonunun Şilavar kəndində yerləşən fermasında Zərərçəkmiş şəxs1 şəxsən qəbul edib, özgənin qeyd olunan məbləğdə pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2021-ci ilin aprel ayın əvvəlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs1 məxsus Lənkəran rayonunun Şilavar kəndində yerləşən ərzaq mağazasında olan, qiymətini 3.500 (üç min beş yüz) manata razılaşdıqları ərzaq məhsulunun pulunu sonradan qaytaracağına dair yalandan vəd verərək, Zərərçəkmiş şəxs1 özünə inandırıb, etibarını qazandıqdan sonra üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından sui-istifadə edərək həmin məbləğdə olan ərzaqları Lənkəran rayonunun Şilavar kəndində Zərərçəkmiş şəxs1 şəxsən qəbul edib, özgənin həmin məbləğdə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2021-ci ilin aprel ayının sonunda etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs1 guya özünün Lənləran şəhəri, “Mərkəzi bazar” ərazisində yerləşən mağazasının sənədləşmə işlərini həll edəcəyini bildirib, iki gün müddətinə qaytaracağına dair yalandan vəd verərək, Zərərçəkmiş şəxs1 özünə inandırıb, etibarını qazandıqdan sonra üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından sui-istifadə edərək 60000 (altmış min) manat məbləğində pul vəsaitini sonuncuya məxsus Lənkəran rayonunun Şilavar kəndində yerləşən fermada Zərərçəkmiş şəxs1 şəxsən qəbul edib, həmin məbləğdə pul vəsaitini qaytarmaq görüntüsü yaratmaq üçün 2 gün sonra 51.000 (əlli bir min) manatı qaytarsa da, qalan 9.000 (doqquz min) manat məbləğində pul vəsaiti şəxsi ehtiyaclarına sərf edib, özgənin həmin məbləğdə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2021-ci ilin aprel ayının sonunda etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran şəhər, “Mərkəzi bazar”da karamel məhsullarının satışı ilə məşğul olan tanışı X3 guya Lənkəran şəhərində fəaliyyət göstərən şadlıq saraylarına verməli olduğu ərzaq məhsullarını almağa nəğd pulunun olmadığını bildirib, 3-4 gün ərzində qaytaracağına dair yalandan vəd verərək, Zərərçəkmiş şəxs2 özünə inandırıb, etibarını qazandıqdan sonra üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan Zərərçəkmiş şəxs2 ona olan inam və etibarından sui-istifadə edərək 3.000 (üç min) manat məbləğində pul vəsaitini Lənkəran şəhəri “Mərkəzi bazar” ərazisində Zərərçəkmiş şəxs2 şəxsən qəbul edib, özgənin qeyd edilən məbləğdə pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2021-ci ilin avqust ayın əvvəlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs1 guya hansısa firmaya 87.000 (səksən yeddi min) manat məbləğində borcu yarandığını, həmin borcu bağlayacağı təqdirdə yeni məhsullar alıb satacağını əminliklə bildirib və ondan götürdüyü əvvəlki pul vəsaitlərinin hamısını əldə etdiyi gəlirlə qaytaracağını yalandan vəd verərək, Zərərçəkmiş şəxs1 özünə inandırıb, etibarını qazandıqdan sonra üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından sui-istifadə edərək vahid niyyətlə qeyd olunan məbləğin 67.000 (altmış yeddi min) manatını həmin gün və qalan 20.000 (iyirmi min) manatını bir gün sonra olmaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə külli miqdar təşkil edən 87.000 (səksən yeddi min) manat məbləğində pul vəsaitini sonuncuya məxsus Lənkəran rayonu, Şilavar kəndində yerləşən fermada Zərərçəkmiş şəxs1 iki dəfəyə şəxsən qəbul edib, özgənin həmin məbləğdə əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 təkrar külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2021-ci ilin sentyabr ayın əvvəlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs1 guya hansısa firmaya olan borcunu tam bağlamağa pulu çatmadığına görə ona yeni məhsullar verilmədiyini və bu səbəbdən əvvəllər ondan aldığı pul vəsaitlərini qaytara bilmədiyini onun əsl niyyətindən xəbərsiz olan atası Heybət Salmanovun vasitəsi ilə Zərərçəkmiş şəxs1 bildirib, yenidən 15.000 (on beş min) manat məbləğində pul vəsaiti verəcəyi halda, maddi sıxıntılarını qısa müddətdə həll edib həmin məbləği və əvvəllər götürdüyü vəsaitləri tam şəkildə qaytaracağına dair yalandan vəd verərək, Zərərçəkmiş şəxs1 özünə inandırıb, etibarını qazandıqdan sonra üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından sui-istifadə edərək xeyli miqdar təşkil edən 15.000 (on beş min) manat məbləğində pul vəsaitini sonuncuya məxsus Lənkəran rayonunun Şilavar kəndində yerləşən fermada Zərərçəkmiş şəxs1 şəxsən qəbul edib, özgənin həmin məbləğdə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 təkrar xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2021-ci ilin dekabr ayın əvvəlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə tanışı Zərərçəkmiş şəxs2 ona məxsus evin anbarında saxladığı “karamel” məhsullarından ona verməsini, həmin məhsulları qısa müddətdə sataraq götürdüyü əvvəlki pul vəsaitini də qaytaracağına dair yalandan vəd verərək, Zərərçəkmiş şəxs2 özünə inandırıb, etibarını qazandıqdan sonra üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan Zərərçəkmiş şəxs2 ona olan inam və etibarından suiistifadə edərək 8.000 (səkkiz min) manat qiymətində “Röşen” firmasına məxsus karamel məhsullarını Lənkəran şəhəri, Azad İsmayılov küçəsində yerləşən anbarda Zərərçəkmiş şəxs2 şəxsən qəbul edib, özgənin həmin məbləğdə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 təkrar xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ilin fevral ayın əvvəlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə tanışı Zərərçəkmiş şəxs2 guya özünə məxsus Lənkəran şəhəri “Mərkəzi bazar”da yerləşən mağazada satmağa ərzaq məhsulları almaq pulu olmadığını bildirib, 5.000 manat məbləğində maddi köməklik edəcəyi təqdirdə əvvəlki aldığı pullarla birlikdə pulunu qaytaracağına dair yalandan vədlər verərək, Zərərçəkmiş şəxs2 özünə inandırıb, etibarını qazandıqdan sonra üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan Zərərçəkmiş şəxs2 ona olan inam və etibarından sui-istifadə edərək 5.000 (beş min) manat pulunu taksi fəaliyyəti ilə məşğul olan, onun əsl niyyətindən xəbərsiz Lənkəran şəhər sakini Şahid6 vasitəsi ilə Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində Zərərçəkmiş şəxs2 qəbul edib, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ilin fevral ayının əvvəlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs1 guya Lənkəran şəhər “Mərkəzi bazar”da yerləşən özünə məxsus mağazanı girov qoymaqla bankdan pul götürəcəyini, bunun üçün banka müraciət etdiyini, lakin mağazaların sənədlərinin qaydasında olmadığına görə bankın ona kredit verməkdən imtina etdiyini yalandan bildirib, 8.000 manat verəcəyi təqdirdə mağazasının sənədlərini düzəltdirəcəyini və bankdan kreditə götürdüyü pul ilə ona verməli olduğu pul vəsaitlərinin hamısını qaytaracağına dair yalandan vədlər verərək, Zərərçəkmiş şəxs1 özünə inandırıb, etibarını qazandıqdan sonra üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından suiistifadə edərək xeyli miqdar təşkil edən 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini Lənkəran şəhərində yerləşən “pullu-pulsuz” adlı çayxanada Zərərçəkmiş şəxs1 şəxsən qəbul edib, özgənin həmin məbləğdə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 təkrar xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ilin mart ayının əvvəlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs2 guya növbəti gün tezdən hansısa şadlıq sarayına ərzaq verməkdən ötrü sifariş götürdüyünü, pulu olmadığından ərzaq ala bilmədiyini və bunun üçün təcili olaraq 5.000 manata ehtiyacının olduğunu yalandan bildirib, ərzağı şadlıq sarayına təhvil verib, pulunu qaytaracağına dair yalandan vəd verərək, Zərərçəkmiş şəxs2 özünə inandırıb, etibarını qazandıqdan sonra üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan Zərərçəkmiş şəxs2 ona olan inam və etibarından suiistifadə edərək 5.000 (beş min) manat məbləğində pul vəsaitini onun əsl niyyətindən xəbərsiz, şəxsiyyəti istintaqa Ağa adı ilə məlum olan taksi sürücüsünün vasitəsi ilə ünvan 1 ünvanında yerləşən evində Zərərçəkmiş şəxs2 qəbul edib, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ilin aprel ayının əvvəlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə tanışı Zərərçəkmiş şəxs2 guya Lənkəran şəhər “Mərkəzi bazar”da yerləşən mağazasına hansısa firmadan aldığı broyler cücə məhsullarına görə firmaya olan borcunu qaytara bilmədiyi üçün yeni məhsulları götürə bilmədiyini yalandan bildirib, 8000 manat verəcəyi təqdirdə firmaya olan borcunu ödəyib, yeni məhsulları satandan sonra isə ondan götürdüyü pul vəsaitlərini qısa müddətdə birdəfəlik qaytaracağına dair yalandan vədlər verərək, Zərərçəkmiş şəxs2 özünə inandırıb, etibarını qazandıqdan sonra üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan Zərərçəkmiş şəxs2 ona olan inam və etibarından sui-istifadə edərək xeyli miqdar təşkil edən 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini özünə məxsus ünvan 2 ünvanında Zərərçəkmiş şəxs2 şəxsən qəbul edib, özgənin həmin məbləğdə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 təkrar xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ilin aprel ayının sonlarında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs2 guya Lənkəran şəhəri mərkəzi bazarında yerləşən mağazasında satmaq üçün ərzaq məhsulları almağa pulu olmadığını və 3.000 manat pul verəcəyi təqdirdə maddi sıxıntılarını həll edə biləcəyini yalandan bildirib, hansısa bankdan kredit götürməklə aldığı pulları tam qaytaracağına dair yalandan vədlər verərək, Zərərçəkmiş şəxs2 özünə inandırıb, etibarını qazandıqdan sonra üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan Zərərçəkmiş şəxs2 ona olan inam və etibarından sui-istifadə edərək 3.000 (üç min) manat məbləğində pul vəsaitini taksi fəaliyyəti ilə məşğul olan, onun əsl niyyətindən xəbərsiz Lənkəran şəhər sakini Şahid6 vasitəsi ilə ünvan 1 ünvanında Zərərçəkmiş şəxs2 qəbul edib, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ilin may ayın ortalarında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs2 hansısa şadlıq sarayına ərzaq verməkdən ötrü sifariş götürdüyünü, pulu olmadığından ərzaq ala bilmədiyini və bunun üçün təcili olaraq 3.400 manata ehtiyacının olduğunu yalandan bildirib, ərzağı şadlıq sarayına təhvil verib, pulunu qaytaracağına dair yalandan vəd verərək, Zərərçəkmiş şəxs2 özünə inandırıb, etibarını qazandıqdan sonra üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan Zərərçəkmiş şəxs2 ona olan inam və etibarından sui-istifadə edərək 3.400 (üç min dörd yüz) manat pul vəsaitini taksi fəaliyyəti ilə məşğul olan, onun əsl niyyətindən xəbərsiz Lənkəran şəhər sakini Şahid6 vasitəsi ilə ünvan 1 ünvanında Zərərçəkmiş şəxs2 qəbul edib, qaytarmaq görüntüsü yaratmaq üçün bir neçə gün sonra həmin vəsaitin 2.000 manatını qaytarsa da, qalan 1.400 manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ilin iyun ayın ortalarında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs2 guya borclarını bağlamaqdan ötrü qohumunun adına yüksək məbləğdə kredit götürmək üçün hansısa banka müraciət etdiyini və həmin qohumunun adına bankdan əvvəllər götürülmüş borcun tam bağlanmasına görə 4.600 manat məbləğində pul vəsaitinə ehtiyacı olduğunu yalandan bildirib, həmin məbləğdə ona maddi köməklik edəcəyi təqdirdə bankdan götürdüyü pul ilə ona verməli olduğu vəsaiti tam şəkildə qaytaracağına dair yalandan vədlər verərək, Zərərçəkmiş şəxs2 özünə inandırıb, etibarını qazandıqdan sonra üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan Zərərçəkmiş şəxs2 ona olan inam və etibarından sui-istifadə edərək 4.600 (dörd min altı yüz) manat məbləğində pul vəsaitini onun əsl niyyətindən xəbərsiz, şəxsiyyəti istintaqa Ağa adı ilə məlum olan taksi sürücüsünün vasitəsi ilə ünvan 3 ünvanında yerləşən evində Zərərçəkmiş şəxs2 qəbul edib, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəs ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, Lənkəran şəhəri, Azad İsmayılov küçəsi, ev 11-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşamaqla, himayəsində üç uşağı vardır və həmin uşaqlardan ikisi məktəblidir. Ailədə yeganə işləyən şəxs özü olmuş, tutulan vaxt heç bir yerdə işləməmiş, lakin tutulmamışdan təxminən bir neçə il əvvəldən olmaqla fərdi təsərrüfatında toyuq-cücə saxlamış və Lənkəran şəhər “Mərkəzi bazar”ında toyuq-cücə satmaqla, həm də fərdi razılaşma qaydasında Lənkəran şəhərində olan şadlıq saraylarına toyuq məhsulları verməklə məşğul olmuşdur. Son vaxtlar isə toyuq-cücə təsərrüfatını gəlirlə işlədə bilməmiş və bu səbəbdən gəliri azalmaqla külli miqdarda maddi ziyana düşərək fərdi təsərrüfatı dağılmış, həm də şadlıq sarayları ilə işləri alınmamışdır.Həmçinin əvvəllər qaynı Rizvana məxsus, sonradan Rizvanın bacısına, yəni arvadı Aynurə Salmanovaya hədiyyə etdiyi mağazanı işlətmiş, hazırda isə həmin mağazanı icarəyə vermişdir.Zərərçəkmiş şəxs1 tanıyır, münasibətləri yaxşı olmuş, hazırda da yaxşıdır. Zərərçəkmiş şəxs1 Lənkəran rayonunun Şilavar kəndində yerləşən toyuq ferması vardır, hazırki vaxtadək bacısı Rəfiqə və bacısı qızı Sevda ailəsi ilə birlikdə Aqşinin fermasında işləməklə orada yaşayırlar. Dəqiq xatırlamadığı tarixdə təxminən 4-5 il əvvəl bacısı Rəfiqə və bacısı qızı Sevdanın vasitəsilə Aqşinlə tanış olmuşdur.Həmin tanışlıqdan bir müddət sonra Aqşinlə söhbət zamanı o, bazarda işinin zəif olduğunu, əlində kifayət qədər pulu olarsa daha yaxşı işləyə biləcəyini bildirib birgə işləməyi təklif etmiş, yəni Aqşinin ona verəcəyi pulla biznesini (Lənkəran şəhərində olan şadlıq saraylarını toyuq məhsulları ilə təmin etmək biznesini) genişləndirə, həm də həyətində toyuq-cücə saxlamaqla təsərrüfatını yaxşılaşdırıb daha çox gəlir əldə edib ona da hər ay müəyyən qədərrazılaşdıqları miqdarda pul verəcəyini bildirmiş, Aqşin də razılaşmışdır.Əvvəl dəqiq xatırlamadığı tarixdə o, birgə iş görmək məqsədi ilə 30.000 manat pul götürmüş və belə razılaşmışlar ki, əsas məbləğ borc kimi qalmaqla o, hər ay Aqşinə 1.700 manat pul verəcəkdir. Bundan sonra xeyli müddət o, hər ay 1.700 manat pulu bacısı Rəfiqə və bacısı qızı Sevdanın vasitəsilə Aqşinə çatdırmışdır.Həmin pulu o, bazar ərazisində taksi kimi işləyən Vaqif, Zaur və Mirhaşım adlı şəxslərini vasitəsilə bacısı Rəfiqəyə və ya bacısı qızı Sevdaya göndərmişdir ki, pulu Aqşinə versinlər. Sonra özü Aqşinlə əlaqə saxlamış və Aqşin də pulu aldığını bildirmişdir. Hazırda həmin vaxtlarda Aqşinə nə qədər pulu qaytardığı dəqiq yadında deyil.Bundan sonra da dəqiq xatırlamadığı tarixlərdə o, Aqşindən yenə də öz biznesi ilə bağlı bir neçə dəfə müxtəlif məbləğlərdə borc pul almış, sonradan həmin pulu faizi ilə birlikdə qaytara bilməmişdir.O, uzun müddətdir ki, şəkər xəstəliyindən əziyyət çəkir və bu səbəbdən tarixlər və rəqəmlər dəqiq yadında qalmamış, ona görə də Aqşindən cəmi nə qədər borc pul alması və nə qədər pulu qaytarması yadında deyil. Bununla belə xatırlayır ki, Aqşin pulunu tələb etdiyinə görə o, 2021-ci ildə yaşadığı evin yaxınlığında olan özunə məxsus anbarı və arvadı Aynurəyə məxsus mağazanı İqbal adlı şəxsə cəmi 110.000 manata satmış və həmin puldan 70.000 manatı Aqşinə olan borcu qaytarmış, qalan 40.000 manat pulu da arvadı Aynurə banka olan borcunu ödəmişdir.O, 70.000 manat pulu Lənkəran rayonun Digah kəndində yerləşən “555” adlanan çayxanada şəxsən özü Aqşinə vermiş və ona olan borcunu tam bağlamışdır.Bundan sonra 2022-ci ilin yanvar ayında pula ehtiyacı olduğu üçün, yəni həyətində olan toyuq-cücə biznesini artırmaq məqsədi ilə o, Aqşindən 8.000 manat borca pul istəmiş, Aqşin də həmin pulu 3 gün müddətinə hər günü 300 manatdan olmaqla ona vermiş, lakin o, həmin pulu 3 gün müddətinə Aqşinə qaytara bilməmişdir. Buna baxmayaraq o, hər gün 300 manat olmaqla Aqşinə təxminən 2 ay pul versə də, əsas borcu, yəni 8.000 manatı qaytara bilməmiş və bu səbəbdən Aqşinlə aralarında mübahisə yaranmışdır.2022-ci ilin mart ayında, gecə saatlarında Aqşin onu maşınına götürüb Lənkəran rayonun Girdəni kəndinin ərazisində olan “şaftalı bağları” adlanan yerə aparmış, orada Aqşin ondan aldığı pulun faizini niyə ödəmədiyini soruşmuş, o da pulu qaytardığını demiş və anlaşılmazlıqdan aralarında mübahisə yaranmışdır.Həmin vaxt o, Aqşinin onu vuracağını düşünüb oradan qaçıb polisə gedib Aqşindən şikayət etmişdir.Bundan sonra Aqşin də ondan polisə şikayət etmişdir ki, guya o, Aqşindən 152.500 manat pul almamış və qaytarmamışdır.O, Aqşindən cəmi 152.500 manat pul aldığını xatırlamır, lakin Aqşindən nə qədər pul almışdırsa həmin pulu hissə-hissə Aqşinə qaytarmışdır.Son vaxtlar isə Aqşinlə barışmış və Aqşinlə aralarında olan pul borcu məsələsi tam həll olunmuş, yəni Aqşinə olan pul borcu tam olaraq ödənilmiş, hazırda onun Aqşinə pul borcu yoxdur.Həmçinin iş üzrə digər Zərərçəkmiş şəxs2 tanıyır, onunla münasibətləri yaxşıdır, həm də Ədalət qohumudur.Ədalət də Lənkəran şəhər “Mərkəzi bazar”ında ərzaq mağazasını işlədir.O, öz işi ilə bağlı 2021 və 2022-ci ildə xatırlamadığı tarixlərdə Zərərçəkmiş şəxs2 bir neçə dəfə müxtəlif məbləğlərdə, o cümlədən 3.000, 5.000 və sonuncu dəfə 8.000 manat miqdarında borc pul şəxsən və taksi sürücüsü Vaqifin vasitəsilə almış, sonradan həmin aldığı pulları dediyi vaxtlarda Ədalətə qaytara bilməmiş, xeyli miqdarda ona da pul borcu yaranmışdır.Sonradan pulun bir hissəsini Ədalətə qaytarsa da, işində problemlər yarandığından Ədalətin borcunu tam olaraq qaytara bilməmiş, bu səbəbdən də Ədalət ondan polisə şikayət etmişdir.O, Ədalətdən cəmi 38.000 manat pul aldığını xatırlamır, lakin Ədalətdən nə qədər pul almışdırsa sonradan həmin pulu hissə-hissə ona qaytarmışdır. Hazırda Ədalətlə barışmış və Ədalətlə aralarında olan pul borcu məsələsi tam həll olunmuş, yəni Ədalətə olan pul borcu tam olaraq ödəmişdir.O, uzun müddətdir ki, şəkər xəstəliyindən əziyyət çəkdiyindən yaddaşında probleməri olduğu üçün Aqşin və Ədalətdən nə qədər borc pul almasını dəqiq xatırlamasa da, Aqşinin və Ədalətin ifadələri ilə razılaşır və onların dediyi qədər pulu-Aqşinə 152.000 manat və Ədalətə 38.000 manat pulu onlara tam olaraq ödəmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında ifadələri elan edilməklə tədqiq edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da məhkəmədə verdiyi ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən quşçuluqla məşğul olur və Lənkəran rayonunun Şilavar kəndində toyuq ferması vardır. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs xeyli müddətdir ki, tanıyır, münasibətləri həmişə yaxşı olmuş, hazırda da münasibətləri normaldır. X11 şəhərində “Mərkəzi bazar”da olan mağazada toyuq məhsullarının satışı ilə məşğul olmuşdur.Rasimin böyük qardaşı Mahiri də xeyli müddətdir ki, tanıyır, münasibətləri yaxşıdır.Bir neçə il əvvəl Mahir ondan xahiş etmişdir ki, evləri sökülən və imkansız olan bacısı Rəfiqəyə ailəsi ilə birlikdə fermada yaşamasına icazə versin, o da etiraz etməmiş və Rəfiqə ailəsi ilə birlikdə ona məxsus fermadaki evdə bu günədək yaşayırlar. Sonradan onun Rəfiqənin ailəsi ilə yaxın münasibətləri yaranmış, ailəvi dostluq etmişlər. 2021-ci ilin yanvar ayında Rəfiqə ona demişdir ki, Lənkəran şəhərində ticarətlə məşğul olan qardaşı Təqsirləndirilən şəxs təklif edir ki, onunla birlikdə ticarətlə məşğul ola bilər.Sonra o, Rasimlə görüşmüş və onun təklifinə etiraz etməmiş, təsərrüfatını genişləndirmək məqsədilə birlikdə iş görmələrinə razılaşmışdır. Rasim öz işi barədə məlumat verib bildirmişdir ki, cənub bölgəsində demək olar ki bütün toy-yas mərasimlərinin ərzağını o, təmin edir və təklif etmişdir ki, onun işinə təxminən 40-50 min manat yatırım etsə ona aylıq 6.000-7.000 manat gəlir verə bilər, o da gəlir əldə etmək məqsədilə Rasimin təklifini qəbul etmişdir. 2021-ci ilin yanvar ayında o, Şilavar kəndində yerləşən fermada Rasimə 30.000 manat pul vermiş, pulu Rasimə verərkən yanında Rasimin bacısı Rəfiqə və Rəfiqənin oğlu Elvin olmuşlar.Rasimlə razılaşması belə olmuşdur ki, verdiyi pulun müqabilində Rasim ona hər ay üç min və ya dörd min manat pul verəcəkdir.Həmin razılaşmadan sonra 2021-ci ilin fevral ayında Rasim ona çatdırması üçün Rəfiqəyə 2.000 manat pul göndərmiş, o da Rəfiqəyə bildirmişdir ki, qardaşı Rasimə desin ki, razılaşmaya görə ona 3.000-4.000 pul verməlidir. Həmin vaxt Rəfiqə ona bildirmişdir ki, qardaşı Rasim deyir ki, hələlik işi zəif gedir, sonrakı aylarda dediyi kimi hər ay 3.000-4.000 manat pulu verəcəkdir. 2021-ci ilin mart və aprel ayları hər ay 2.000 manat, may ayı üçün 1.000 ABŞ dolları, iyun-iyul aylarında hər ay üçün 1.700 manat olmaqla Rasim ona cəmi 11.100 manat pul vermişdir. Rasim həmin pulları ona bacısı Rəfiqə vasitəsilə çatdırmışdır.Həmin vaxtdan sonra Rasim ona pul verməmiş və razılaşmalarına əsasən Rasimin ona 30.000 manat pul borcu qalmışdır.Həmçinin 2021-ci ilin aprel ayında Rasimlə söhbət zaman ona təklif etmişdir ki, fermanın həyətindəki kiçik ərzaq mağazasını işlədə bilmir, həmin mağazada olan ərzaqların pulunu hesablasın və bu ərzaqları ondan götürüb aparıb özü neçəyə istəyirsə satsın.Rasim də razılaşmış və 2021ci ilin aprel ayının əvvəllərində Rasim adamlarını göndərib mağazada olan ərzaqların qiymətini hesablatmış və ərzaqların cəmi dəyəri 5.000 manat qiymətləndirilsə də, o, həmin ərzaqları Rasimə 3.500 manata vermiş və ərzaqları satandan sonra ona 3.500 manat verməsini demiş, Rasim də razılaşıb ərzaqları aparmış, sonradan həmin ərzaqların pulu ona verilməmişdir.2021-ci ilin aprel ayının sonlarında Rasim onunla əlaqə saxlayıb ondan 60.000 manat pul istəmişdir ki, mağazası ilə bağlı sənədləşmə işini həll etsin və iki günə pulu geri qaytaracaqdır.Aralarında olan münasibətə görə o, Rasimə inanıb 60.000 manat pulu fermada Rəfiqə və onun oğlu Elvinin iştirakı ilə Rasimə vermişdir. İki gündən sonra o, Rasimlə görüşmüş və Rasim ona 51.000 manat pulu qaytarmış, qalan 9.000 manatı isə səhərisi gün qardaşı oğlu Vüsalın vasitəsilə göndərəcəyini bildirmiş, o da razılaşmışdır.Səhərisi gün o, Vüsalla əlaqə əlaqə saxlamış, Vüsal da ona əmisi Rasimin ona pul vermədiyini, yaxın vaxtlarda 9.000 manat pulu əmisi ona çatdıracağını və bundan sonra həmin pulu gətirib ona verəcəyini bildirmişdir. Həmin vaxtdan Rasimin ona 9.000 manat borcu qalmış, pulu qaytaracağını desə də, həmin pulu Rasim ona qaytarmamışdır. 2021-ci ilin avqust ayının əvvəllərində Rasim yanına gəlib firmasının 87.000 manat borcu olduğunu bildirib ondan xahiş etmişdir ki, ona 87.000 manat borc pul versin ki, işini həll etsin, yəni həmin borcu bağlatsın ki, ona yeni mallar verilsin və həmin malların satışından əldə edəcəyi gəlirlə isə ona olan borcunu bağlasın.O, Rasimin dediklərinə inanmış və ona qısa müddətə qaytara bilərsə dediyi qədər yox, 67.000 manat verə biləcəyini demiş, Rasim də razılaşıb 4-5 günə həmin pulu artıqlaması ilə geri qaytaracağını demiş, o da razılaşıb Rəfiqə və onun oğlu Elvinin yanında 67.000 manat pulu Rasimə vermişdir.Səhərisi gün Rasim yenə də onun yanına gəlib 87.000 manat borcu tam bağlaya bilmədiyini deyib 20.000 manat da lazım olduğu deyib işlərinin qaydasına qoyması üçün ondan əlavə 20.000 manat pul istəmiş, həm də Rasim onu əmin etmişdir ki, 3-4 günə ona olan borcunu tam olaraq bağlayacaqdır. Bu dəfə də o, Rasimin dediklərinə inanıb dostu Fəzail Mazanovdan 20.000 manat borc pul götürüb Rəfiqə və onun oğlu Elvinin yanında 20.000 manat pulu Rasimə borc vermişdir. Bu məsələdən təxminən bir həftə sonra Rasimin atası Heybət ona zəng edib Rasimin utandığını, ona özünün zəng edə bilmədiyini, oğlu Rasimin bir xahişi olduğunu bildirib Rasimin digər yerlərə olan borclarını bağlamaq üçün əlavə 15.000 manat lazım olduğunu və bu pulu Rasimə verəcəyi təqdirdə Rasim ona olan borcunu tam olaraq bağlayacağını demişdir. Rasimin atası Heybət 15.000 manata zamin durduğunu və mütləq şəkildə oğlu Rasimin həmin pulu qaytaracağını bildirmişdir.O, Rasimin atasının yaşına hörmət edib ona inanmış, 2021-ci ilin sentyabr ayının əvvələrində Rəfiqə və onun oğlu Elvinin yanında Rasimə əlavə 15.000 manat borc pul vermişdir. Bundan sonra o, bir müddət Rasimlə görüşə bilməmiş və Rasim dediyi vaxtda pul borcunu ona qaytarmamışdır.Təxminən 2021-ci ilin oktyabr ayında Rasimin qardaşı oğlu Vüsal onunla əlaqə saxlayıb əmisi Rasimlə birlikdə hansısa işi gördüklərini bildirmiş, bu işə zamin durduğunu demiş və bildirmişdir ki, əgər ona 25.000 manat verərsə, 3-4 gün ərzində ona 45.000 manatlıq mal, yəni "Siyəzən broyler" şirkətinin toyuqlarını verəcəyini demiş, bununla da Rasimin həmin vaxtadək ona olan cəmi 144.500 manat borcdan 20.000 manatı silinəcəkdi. O, Vüsala inanıb onunla razılaşmış və 25.000 manat pulu Vüsala vermiş və səhərisi gün Vüsal ona 45.000 manatlıq mal yox, 25.000 manatlıq dediyi malı göndərsə də, Rasimin ona olan borcu ilə bağlı ona mal verilməmişdir.Beləliklə Rasim ondan aldığı borc pulları qaytara bilməmiş və o, uzun müddət Rasimdən külli miqdarda borc pulunu ala bilməmişdir. 2022-ci ilin fevral ayının əvvəllərində Rasimlə görüşüb söhbət etmiş, həmin vaxt Rasim ona Lənkəran şəhər bazarında olan mağazasını girov qoyub bankdan pul götürməyi planlaşdırdığı və bunun üçün banka müraciət etdiyiri, lakin mağazanın sənədlərində problem olduğuna görə bank ona pul kredit vermədiyini, mağazanın sənədlərini düzəltmək üçün ona 8.000 manat lazım olduğunu demişdir.O, yenə də Rasimin dediklərinə aldanıb elə həmin gün Rasimə 8.000 manat borc pul vermişdir ki, Rasim dediyi sənədləşmə işini aparıb bankdan kredit pul götürüb onun borcunu ödəsin.Bundan sonra Rasimdən yenə də bir xəbər çıxmamış və zənglərinə cavab da verməmişdir. 2022-ci ilin mart ayının əvvəllərində Rasim onunla əlaqə saxlamış və o, Rasimin evinə gedib görüşüb söhbət etmişlər.Həmin vaxt Rasim ondan xahiş etmişdir ki, onun yaşadığı Girdəni kəndində olan şaftalı bağlarının sahibləri ilə danışsın və onlardan xahiş etsin ki, satdıqları meyvələri yalnız Rasimə satsınlar ki, Rasim yaxşı gəlir əldə etsin ki, boclarını bağlaya bilsin.Dediyi olarsa ona olan borcunu bağlamağı Rasim vəd etmiş, o da bunu edə biləcəyini bildirmiş, sonra birlikdə avtomobillə həmin şaftalı bağlarına yollanmışlar.Yolda Rasimə zəng gəlmiş, danışıb qurtardıqdan sonra Rasim vacib işi çıxdığını gedə bilməyəcəyini deyib yolda maşından düşüb taksiyə minib harasa getmişdir.Həmin gün ona Lənkəran şəhər polisindən zəng gəlmiş və onu polis şöbəsinə dəvət etmişlər.Orada ona məlum olmuşdur ki, Rasim ondan şikayət etmişdir ki, güya o, Rasimi döymək üçün harasa aparırmış, lakin o, oradan qaçmışdır.Əslində isə orada heç bir dava-dalaş və mübahisə olmamışdır.Həmin şikayət polisdə araşdırılmış və Rasimin dedikləri təsdiq olunmamışdır.Beləliklə də, Rasim onun etibarından sui-istifadə edərək onu aldatmış və ondan cəmi 152.500 manat pulu almış və geri qaytarmamışdır.Sonradan o, Təqsirləndirilən şəxs ona qarşı olan hərəkətləri barədə dövlət orqanlarına şikayət etmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmuşdur. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan, yəni 152.500 manat tam olaraq ona ödənilmişdir.Ona vurulan ziyanın tam ödənilməsi barədə verdiyi ərizənin nəzərə alınmasını xahiş edir.Hazırda o, Təqsirləndirilən şəxsla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan, zərərçəkmiş şəxs Aqşin Mirəzyevin istintaq orqanına ünvanladığı 28 fevral 2023-cü il tarixli və məhkəməyə ünvanladığı 08 avqust 2023-cü il tarixli ərizələrində göstərilir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 152.500 manat məbləğində ziyan tamamilə ödənilmiş, hazırda o, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid1 zərərçəkmiş şəxs Aqşin Mirəzyevin ifadəsinə uyğun ifadələr vermiş, habelə ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etmişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhəri “Mərkəzi bazarı”nda icarəyə götürdüyü mağazada ərzaq məhsullarının satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyr, Rasimlə həm də qohumdurlar. Əvvəllər Rasim də bazarda olan mağazada ərzaq mallarının satışı ilə məşğul olmuşdur.Rasimlə münasibətləri yaxşı olmuşdur.Rasim hərdən gəlib mağazadan karamel və şokalad məhsullarını götürüb aparıb satmış və qısa müddətdə götürdüyü məhsulların pulunu ona ödəmişdir. 2021-ci ilin aprel ayında Rasim onunla danışıb xahiş etmişdir ki, sifarişlə Lənkəran şəhərində yerləşən şadlıq saraylarına ərzaq verməlidir və həmin ərzağı almaq üçün pulu yoxdur, buna görə ona 3.000 manat borc pul versin, 3-4 günə həmin pulu qaytaracaqdır.O da Rasimə inanıb ona 3.000 manat borca pulu vermişdir. 3-4 gündən sonra Rasimə pulunu qaytarmasını demiş, o da ərzaqların pulunu toylardan almadığını, alan kimi verəcəyini demiş, lakin sonradan pulu qaytarmamışdır. 2021-ci ilin dekabr ayının əvvəllərində mağazasını təmir etdirdiyindən aldığı ərzağı bir müddət Rasimə məxsus anbarda saxlamaq üçün Rasimlə danışmış 20.000 manatlıq karameli anbara yığmışdır. 2021-ci ilin dekabr ayının ortalarında Rasim ondan xahiş etmişdir ki, ona 8.000 manatlıq “Röşen” firmasına aid karamel versin, həmin karameli satdıqdan sonra pulunu verəcəkdir.O da Rasimə inanıb ona 8.000 manatlıq karameli vermiş və həmin məbləğdə karameli Rasim taksi sürücüsü “Ağa” adlı şəxsin maşını ilə bazarda yerləşən mağazasına aparmışdır. Rasim ona əvvəl götürdüyü 3.000 manat borcu ilə karamelin pulunu birlikdə ona qaytaracağını demiş, o da Rasimə inanıb razılaşmışdır.Hər dəfə görüşəndə Rasim ona bankdan kredit götürəcəyini və borcunu qaytaracağını bildirsə də, pulunu qaytarmamışdır.2022-ci ilin fevral ayın əvvəllərində Rasim ona zəng edib xahiş etmişdir ki, ona 5.000 manat pul versin, əvvəlki aldığı pulla birlikdə qaytaracaqdır.O da Rasimə inanıb razılaşmış Rasimin göndərdiyi taksi sürücüsü Vaqifə 5.000 manat vermiş, Vaqif də həmin pulu Rasimə vermişdir. Həmin vaxtdan təxminən 20 gün sonra 2022-ci ilin mart ayın əvvəllərində Rasim ona zəng edib səhər tezdən şadlıq sarayına ərzaq göndərmək üçün sifariş götürdüyünü, ərzaq almağa pulunun olmadığını bildirib 5.000 manat borc pul istəmiş, o, yenə də Rasimə inanıb ona 5.000 manat pul verməyə razılaşmışdır. Sonra Rasim taksi sürücüsü “Ağa” adlı şəxsi evinə göndərmiş və o da “Ağa” adlı taski sürücüsünə 5.000 manat pul vermişdir ki, aparıb Rasimə versin.Həmin vaxt Rasim yenə də, narahat olmamasını, bankdan pulu götürən kimi pulunu tam qaytaracağını demiş, o da Rasimə inanırmışdır.2022-ci ilin aprel ayın əvvəllərində Rasim ona zəng edib mağaza üçün firmadan broyler cücəsi aldığını, mağazada olan pulunu digər ərzaq malları almış firmalara verdiyi üçün hazırda cücə aldığı firmaya pul verə bilmədiyi üçün xahiş etmişdir ki, ona 8.000 manat boc pul versin.Yenə də o, Rasimə inanıb ona 8.000 manat borc pul vermiş, həmin vaxt Rasimə “bəs sənin əvvəlki borcların da qalıb” demiş, Rasim də bankdan kredit götürməyinə az qaldığını, işlədiyi mağazanı girov qoyub bankdan kredit götürəcəyini və borcunu tam qaytaracağını demişdir. 2022-ci ilin aprel ayın axırlarında Rasim yenə də ona zəng edib təcili ona mağaza üçün ərzaq almağa ona 3.000 manat pul lazım olduğunu deyib ondan borc istəmiş, yenə də onun danışığına inanıb Vaqif adlı taksi sürücüsü vasitəsilə Rasimə 3.000 manat pul göndərmiş, sonra zəng etmiş, Rasim də həmin pulu aldığını və tez bir zamanda qaytaracağını bildirmişdir. 2022-ci ilin may ayın ortalarında Rasim yenidən ona zəng edib sifarişlə bağlı ərzaq almağa təcili 3.400 manat pul lazım olduğunu bildirmiş, o da məcbur qalıb razılaşmış və həmin pulu Vaqif adlı taksi sürücüsü vasitəsilə Rasimə göndərmiş, Vaqif də aparıb pulu Rasimə vermiş, Rasim də ona zəng edib həmin pulu aldığını, narahat olmamağı, kredit götürdükdən sonra borcunu tam ödəyəcəyini demiş, o da Rasimə inanıb razılaşmışdır.Bir neçə gündən sonra Rasim onunla görüşüb ondan aldığı puldan 2.000 manatı qaytarmış, borcun qalan hissəsini də qaytaracağını bildirmişdir. 2022-ci ilin iyun ayın ortalarında Rasim ona zəng edib qohumunun adına kredit götürmək istədiyini, lakin həmin qohumunun banka 6.000 manat borcu olduğu üçün kredit verilmədiyini deyib onu inandırıb bu işlə bağlı ondan 4.600 manat borc pul götürmüşdür ki, 4-5 günə kredit götürüb pulunu tam qaytaracaqdır. Beləliklə Rasimin ona cəmi 38.000 manat verəcəyi olmuşdur.O, dəfələrlə Rasimdən 38.000 manat borc pulunu istəsə də, Rasim həmin pulu qaytaracağını bildirmiş, lakin borcunu qaytarmamışdır.Bundan sonra başa düşmüşdür ki, Rasim onu aldadıb pulunu ələ keçirmişdir.Daha sonra o, Lənkəran ŞRPŞ-nə ərizə müraciət edib Rasimdən şikayət etmiş, bundan bir müddət sonra Rasim tərəfindən ona vurulan ziyan, yəni 38.000 manat pul tam olaraq ona ödənilmişdir.Ona vurulan ziyanın tam ödənilməsi barədə verdiyi ərizənin nəzərə alınmasını xahiş edir.Hazırda o, Təqsirləndirilən şəxsla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan, Zərərçəkmiş şəxs2 istintaq orqanına ünvanladığı 15 aprel 2023-cü il tarixli və məhkəməyə ünvanladığı 08 avqust 2023-cü il tarixli ərizələrində göstərilir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 38.000 manat məbləğində maddi ziyan tamamilə ödənilmiş, hazırda o, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhəri ərazisində özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, eləcə də Təqsirləndirilən şəxs tanıyır və onlarla münasibəti normal olmuşdur.O, 2021-ci ildə dəqiq xatırlamadığı tarixlərdə bir neçə dəfə Rasimin xahişi ilə Lənkəran rayonun Şilavar kəndinə gedib Aqşindən xatırlamadığı məbləğlərdə pulu götürüb gətirib Rasimə vermiş, Rasim də Aqşinlə danışıb pulu aldığını demiş, həmçinin bir neçə dəfə Rasim də onun vasitəsilə Aqşinə pul göndərmiş, o da həmin pulu Rasimin, Aqşinin fermasında işləyən adını bilmədiyi bacısına vermişdir ki, pulu Aqşinə çatdırsın.Rasim və Aqşinin pulları hansı məqsədlə bir-birlərinə verib almalarını bilməmiş, lakin bir dəfə Rasim ona demişdir ki, Aqşindən pul alıb, ona əlavə olaraq qazanc- faizə pul verəcəkdir.Həmçinin 2022-ci ilin əvvəllərindən başlayaraq dəqiq xatırlamadığı vaxtlarda bir neçə dəfə Rasim onu Ədalətin evinə göndərmiş, o da Ədalətin evinə gedib ondan nə qədərsə pulu götürüb gətirib Rasimə vermişdir.Pulun məbləğini və hansı məqsədlə Ədalətin pulu Rasimə verdiyini bilməmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, toyuq məhsulların satışı ilə məşğul olur.Təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs əmisidir, münasibətləri yaxşıdır, Zərərçəkmiş şəxs1 də tanıyır, münasibətləri yaxşı olmaqla uzun illərdir ki, onunla ticarət əlaqəsi vardır.Aqşin də toyuq alveri ilə məşğuldur və o, Aqşindən ayrı-ayrı vaxtlarda mal almışdır.Bildiyinə görə əmisi Rasimin də Aqşinlə ticarət əlaqələri olmuşdur.Bir dəfə xatırlamadığı tarixdə Aqşin ona əmisi Rasimin ona (Aqşinə) külli miqdarda pul borcu olduğu demiş, ancaq nə qədər pul borcu olduğunu deməmişdir. Həmçinin xatırlayır ki, 2021-ci ilin payız aylarında təcili pul lazım olduğundan əmisi Rasimə müraciət etmiş, Rasim də Aqşindən xahiş etmiş və Aqşin ona borca 25.000 manat pul vermişdir.O, Aqşinə 1-2 günə həmin borca görə ona 25.000 manatlıq toyuq məhsulları verəcəyini demiş, Aqşin də razılaşmışdır.Həmin vaxt Aqşin Rasimin də ona pul borcu olduğunu və əmisinin borcuna görə ona əlavə 20.000 manatlıq toyuq məhsulu verməsini demiş, o da razılaşmışdır. İki gündən sonra o, Aqşinə 25.000 manatlıq toyuq məhsulu vermiş, lakin əmisinin borcuna görə Aqşinə toyuq məhsulu verməmişdir.Buna səbəb əmisi Rasimin sonradan ona 20.000 manat pulu verməyəcəyi ilə bağlı olmuşdur.Bir dəfə də əmisi Rasim Aqşinə olan pul borcu ilə bağlı Aqşinə verməsi üçün ona 9.000 manat pul veriləcəyini demiş, həmin vaxt Aqşin də ona zəng edib 9.000 manat pulun ona çatdırmas bildirmiş, lakin sonra ona həmin pul verilmədiyindən o, Aqşinə pul verə bilməmişdir.Bir dəfə də babası Heybət Salmanovdan eşitmişdir ki, Rasimin xahişi ilə babası Aqşindən xahiş etmişdir ki, Aqşin Rasimə 15.000 manat pul versin, bundan sonra əmisi Rasim gedib Aqşindən 15.000 manat borc pul götürmüşdür. Sonradan əmisi Rasimin Aqşinə olan borc pulu verib-verməməsi barədə məlumatı olmamışdır. İşdə olan, DTX-nin İstintaq Baş İdarəsinə ünvanlanmış 11 may 2022-ci il tarixli “Ərizə” ilə müəyyən edilir ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edib tanışı Təqsirləndirilən şəxs etibardan sui-istifadə edərək və aldatma yolu ilə onun 152.500 manat pulunu ələ keçirməsini bildirib Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməklə ona vurulmuş ziyanın qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. İşdə olan, Lənkəran ŞRPŞ-nə ünvanlanmış 14 fevral 2023-cü il tarixli “Ərizə” ilə müəyyən edilir ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edib tanışı Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda onu aldadaraq ondan cəmi 40.000 manat pul aldığı və həmin pulu qaytarmadığını bildirib Təqsirləndirilən şəxs həmin pulun alınıb ona qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. İşdə olan, “CD diskə baxış keçirilməsi barədə” 31 may 2022-ci il tarixli və “CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında” 01 avqust 2022-ci il tarixli protokollarla müəyyən edilir ki, 2 ədəd CD diskdə olan videofayllara əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ayrı-ayrı vaxtlarda müəyyən məbləğlərdə pul almışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə zərərçəkmiş şəxslər Aqşin Mirəzyev və Zərərçəkmiş şəxs2 ifadələri, eləcə də şahidlər Şahid2, Şahid1, Şahid6 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 12 fevral 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs kimi tutulduğu vaxtdan-10 fevral 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu (2000-ci ildə CM-nin 178.3.1 və 178.3.2-ci maddələri ilə olan məhkumluğu) CM-nin 83-cü maddəsinin müddəalarına əsasən ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxsdir. İşdə olan, Lənkəran şəhər 1 №-li İƏD üzrə Nümayəndəliyinin 06 may 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Azad İsmayılov küçəsi, 43-cü məhəllə, ev 11-də qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət (yaşadığı dövr ərzində qonşuları və məhəllə sakinləri ilə, habelə ailə üzvləri ilə səmimi və mehriban münasibətdə olmuş, məhəllənin ictimai tədbirlərində və abadlıq işlərində yaxından iştirak etmişdir) xarakterizə olunur. İşdə olan, Lənkəran şəhər 1 №-li İƏD üzrə Nümayəndəliyinin 06 may 2023-cü il tarixli arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailə üzvləri-arvadı X4, uşaqlarıxx.xx.2000-ci il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2007-ci il təvəllüdlü X6 ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın könüllü olaraq tamamilə ödənilməsi həmin Məcəllənin 59.1.13-cü maddəsinə və Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olması bu Məcəllənin 59.2-ci maddəsinə cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Belə ki, məhkəmə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, yəni təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın könüllü olaraq tamamilə ödənilməsi, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olması, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti (əməlindən peşmançılıq çəkməsi, yaşlı şəxs olması, yaşayış yeri üzrə müsbət xarakteriza olunması, eləcə də işin faktiki halları (o cümlədən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslərin yaxın münasibətdə olmaqla aralarında birgə ticarət işləri görüb əlavə gəlir əldə etmələri, həm də bilavasitə borcla bağlı razılaşmalarının olması) müstəsna hallar kimi qəbul edib, Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə, ona ittiham olunduğu maddənin sankisiyasında nəzərdə tutulmuş cəzadan (azadlıqdan məhrumetmə cəzasından) daha yüngül cəza-azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini və onun bu cəzanı çəkməklə islah olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə qanunla müəyyən edilmiş cəzadan (azadlıqdan məhrumetmə cəzasından) daha yüngül cəza-azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdən 15 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət, yəni 6 (altı) ay 5 (beş) gün müddət həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 1 (bir) il 10 (on) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalı və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Habelə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, eləcə də barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə ayrıayrılıqda 152.000 manat və 38.000 manat məbləğində maddi ziyan vurulmuş, həmin ziyan zərərçəkmiş şəxslərə tamamilə ödənilmişdir. İş üzrə maddi sübutlar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdən 15 avqust 2023-cü il tarixədək həbsdə saxlanılması müddəti, yəni 6 (altı) ay 5 (beş) gün müddət həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 1 (bir) il 10 (on) gün müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar