Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-494/2022 13.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ev 54 A, mənzil 28-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində 28 mart 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının əvvəllərində İran İslam Respublikasının vətəndaşı istifadə etdiyi +**********56 nömrəli telefon vasitəsi ilə onunla narkotik vasitə və psixotrop maddələr göndərəcəyi barədə razılığa gəldikdən sonra külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq əldə edib satmaq məqsədi ilə 26 mart 2022-ci ildə həmin şəxslə qabaqcadan əlbir olub bir qrup təşkil edərək Gəncə şəhərində fəaliyyət göstərən «Bolt» taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olan və cinayətdən xəbərsiz olan sürücü Şahid2 onu Beyləqan şəhərində yaşayan tanışları ilə görüşməsi adı ilə idarə etdiyi «Chevrolet Cruze» minik markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobillə aparmasını sifariş verərək, həmin gün axşam saatlarında Şahid2 01 dekabr 2021-ci il tarixli, ƏN-Vİİİ 075920 nömrəli etibarnamə ilə idarə etdiyi «Chevrolet Cruze» minik markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə sonuncunun tanışı, cinayətdən xəbərsiz olan - Şahid3 və uzaq qohumu Şahid1 ilə birlikdə Beyləqan şəhərinə yola düşmüş, həmin gün saat 23 radələrində şəxsiyyəti məlum olmayan şəxsin narkotik vasitəni və psixotrop maddələri götürməsi üçün Füzuli rayonunun Əhmədalılar kənd qəbirstanlığının ərazisində yerləşən «Lələ ziyarət Piri»nin yerləşdiyi yolların və yerin foto şəkillərini, məkanını göndərdiyi istiqamətdə gedərək həmin yerdə avtomobili saxladıqdan sonra o, avtomobildən yerə düşərək müəyyən edilməmiş vaxtda və yerdən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli, qaçaqmalçılıq yolu ilə məlum olmayan şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs qismində keçirilib Füzuli rayonunun Əhmədalılar kənd qəbirstanlığının ərazisinə gətirilərək həmin qəbirstanlığın ərazisində yerləşən «Lələ ziyarət Piri»nin içərisinə əvvəlcədən danışıqlarına uyğun olaraq qoyulmuş bir ədəd yaşıl rəngli idman çantasında olan 2 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri-970,0 qram, 1005,0 qram, ümumi çəkisi-1975,0 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, 2 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri-1115,0 qram,1245,0 qram, ümumi çəkisi 2360,0 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini, 1 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi 2690,0 qram olan külli miqdarda bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib, gəldikləri avtomobillə Gəncə şəhərinə daşımaq istəyərkən Füzuli rayon Polis şöbəsinin Cinayət-Axtarış bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən pir ocağının içərisində tutularaq həmin idman çantası ilə birlikdə Füzuli rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş, 27 mart 2022-ci ildə gecə saat 02 radələrində videoçəkiliş vasitəsi ilə həmin idman çantasına baxış keçirilərkən çantanın içərisində külli miqdarda olan çəkilərdə narkotik vasitələr və psixotrop maddə metamfetamin aşkar edilmiş və «Chevrolet Cruze» minik markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilə isə baxış keçirilərkən avtomobilin onun oturduğu oturacağı tərəfdə sol arxa qapısının cibindən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi və qanunsuz olaraq saxladığı bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 228.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 mart 2022-ci ildə İran İslam Respublikasının vətəndaşı Behman adlı şəxs vatsap vasitəsi ilə ona zəng etmiş, ona şəxsi istifadəsi üçün pay olaraq narkotik vasitə marixuana göndərəcəyini demiş, sonuncu göndərmiş olduğu narkotik vasitə marixuananı götürmək üçün Füzuli rayonununda Dördyol adlanan əraziyiə getməsini demiş, həmin yerə getmiş, Behman ona vatsap vasitəsilə sms yazaraq Horadiz istiqamətində gəlməsini demiş, qeyd olunan əraziyə çatdıqda ziyarətgah kimi yer olduğunu görmüş, həmin yerə girmiş, ardınca polis əməkdaşları ora gəlmiş, polis əməkdaşları silahdan atəş açmış, güllə çiyin nahiyəsindən dəymiş, ziyarətgah olan yerdə heç bir sumka olmamış, o, iranlı Behmanın ona şəxsi istifadəsi üçün pay olaraq narkotik vasitə marixuananı götürməyə getmiş, digər narkotik vasitələrdən məlumatı olmamış, polis əməkdaşlarının təsir və təzyiqi nəticəsində ifadələrinə imza etmiş, bədənində xəsarət izləri olsa da heç bir yerə şikayət etməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş, ətraflı ifadələr verərək göstərmişdir ki, uzun müddətdir narkotik vasitə istifadə edir. «Whatsapp» vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Behman ona çəkmək üçün ot adlı narkotik vasitə göndərəcəyini vəd vermişdir. 25 mart 2022-ci ildə, saat 13 radələrində Gəncə şəhərində yerləşən «Təzə bazar»ın yanında olarkən bir ədəd kibrit qutusunda içərisində narkotik vasitə qurudulmuş marixuana taparaq onu götürüb öz istifadəsi üçün əynində olan şalvarın yan cibinə qoymuşdur. 26 mart 2022-ci ildə, saat 11 radələrində Behman istifadə etdiyi +**********56 nömrədən «Whatsapp»la ona zəng edərək Beyləqan rayonunda tanışının olduğunu və ona pay olaraq söz verdiyi narkotik vasitəni həmin şəxsdən götürməsini tapşırmış, o, «Bolt» taksi şirkətində sürücüsü işləyən tanışı Vüsala zəng edib onu Beyləqan şəhərinə aparmasını xahiş etmiş, Vüsal ondan 60 (altmış) manat pul istəmiş, onunla razılaşdıqdan sonra Vüsala xalası oğlunun da onunla gedəcəyini demiş, onlar həmin gün saat 15 radələrində Vüsalın idarə etdiyi avtomobillə Beyləqan şəhəri istiqamətində yola düşmüş, Behman yolda ona zəng edərək Füzuli rayonu, Horadiz şəhərinə getməsini demiş, səsli zəng xidməti vasitəsi ilə xəritə və foto şəkil göndərmiş, onlar tanımadığı kəndə gedən yolun kənarında olan qəbirstanlıqda avtomobili saxlatdıraraq Elşadla bir yerdə avtomobildən düşüb qəbirstanlığın içərisi ilə həmin tikiliyə daxil olmuş, ziyarətgah binasının içərisində qəbir daşı və onun ətrafında isə pal-paltar görmüş, otağın küncündə bir ədəd yaşıl rəngli idman çantası görüb həmin çantanı götürmək istəyərkən bir neçə mülki geyimli polis əməkdaşları onu və Elşadı saxlayaraq Füzuli rayon polis şöbəsinə aparmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparmaqla yaşıl rəngli idman çantasına baxış keçirilmiş, baxış zamanı çantadan beş ədəd polietilen torba bağlama aşkar edilmiş, bağlamanın iki ədədinin içərisində ağ rəngli kristal, iki ədədinin içərisində qəhvəyi rəngli maddə və bir ədəd qara rəngli sellofan torbada isə yaşıl rəngli doğranmış vəziyyətdə ota oxşar kütlə aşkar edilmiş, üzərində şəxsi axtarış aparılarkən əynində olan cins şalvarın sol cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin yaşıl kütlə və çantadan aşkar edilmiş maddələr elekton tərəzidə çəkilərək bu barədə protokol tərtib edilərək onlara oxunduqdan sonra orada iştirak edən tərəfindən imzalanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətməsini, həmçinin onun bu əməllərin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında Füzuli Rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 26 mart 2022-ci ildə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs Füzuli rayonu ərazisindən külli miqdarda narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq daşıyacaqları barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, həmin gün saat 23 radələrində Füzuli rayonunun Əhmədalılar kənd qəbirstanlığının içərisində yerləşən «Lələ ziyarət Piri»nin içərisində Təqsirləndirilən şəxs və Şahid3 qabaqcadan qoyulmuş yaşıl rəngli idman çantasını götürərkən ziyarətgahın içərisində saxlanılaraq asfalt yolun kənarında dayanan «Chevrolet Cruze» markalı avtomobil və həmin avtomobilin içərisində olan sərnişinlərlə birlikdə polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla bir ədəd yaşıl rəngli idman çantasına baxış keçirilmiş, baxış zamanı idman çantasının içərisindən ümumilikdə 5 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamalar aşkar edilmiş, həmin polietilen torbalarda olan iki ədəd bağlamada qəhvəyi rəngli maddə, iki ədəd bağlamada şəffaf rəngli kristal maddə və bir ədəd qara rəngli polietilen bağlamada isə doğranmış vəziyyətdə yaşıl kütlə və 2 ədəd bıçaq aşkar edilmiş, kütlələr elektron tərəzidə çəkilmiş, aşkar edilmiş maddələr qablaşdırılaraq götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusu aşkar edilmiş, həmin kibrit qutusu açıldıqda qutunun içərisində xırda doğranmış vəziyyətdə spesifik iyi gələn yaşıl rəngli kütlə aşkar edilmiş, bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6, X5, Şahid7, Şahid9 və Şahid8 da Şahid4 ifadəsini təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-kimyəvi ekspretizasının 27 mart 2022-ci il tarixli, 18/348-18/349 nömrəli rəyindən görünür ki, 2 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri-970,0 qram, 1005,0 qram ümumi çəkisi-1975,0 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri- 1115,0 qram, 1245,0 qram, ümumi çəkisi 2360,0 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi 2690,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulumuş marixuanadır. 1 ədəd kibrit qutusunda təmiz çəkisi-4,85 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ümumi çəkisi 2694,85 qram olan marixuanalar eyni tərkiblidir. İş materiallarında olan məhkəmə - soyuq silah ekspretizasının xx.xx.2022-ci il tarixli 18/350 saylıi rəyindən görünür ki, «Chevrolet Cruze» minik markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısının cibindən aşkar edilərək təqdiqata təqdim edilmiş bir ədəd bıçaq-zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir və soyuq silah hesab edilir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 09 iyun 2022-ci il tarixli, 3110 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabiodlərdən periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserlərində proflaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş mobil telefon aparatına baxış keçirilərkən müəyyən olunmuşdur ki, telefon aparatı “SAMSUNG” markalı, GALAXY J 6” modelli olmaqla qara rənglidir. Ön tərəfində bir ədəd, arxa tərəfində 1 ədəd kamera vardır. Sensor ekranı vasitəsi ilə istifadə edilir. Mobil telefonda mövcud olan 2 ədəd nömrə yuvasında 1 ədəd "xxxx" mobil operatoruna məxsus sim kart vardır. Həmin nömrənin biri ***-***-**-**, digəri isə ***-***-**-** saylıdır. Mobil telefonun “**********65039” və “**********65037” saylı İMEİ kodları vardır. Mobil telefonun ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçmiş «Whatsapp» proqramına daxil olduqda çoxlu sayda telefon nömrələri ilə aparılmış söhbətlər vardır. Onların arasında +**********56 nömrəli telefonla 13 mart 2022-ci ildən başlayaraq 26 mart 2022-ci ilədək video və səsli zənglər qeydiyyata alınmışdır. +**********56 nömrəli telefon aparatından 26 mart 2022-ci ildə, saat 15:08-dən başlayaraq ***-***-**-** nömrəyə 2 dəqiqə 33 saniyə müddətində danışıq aparılmışdır. Saat 19:54-də +**********56 nömrədən ***-***-**-** nömrəyə “Qaqa mən gedirəm yolchunun yanına yoldayam. Toya biraz qalan manna de deyim goyson konum atm”. ***-***-**-** nömrədən ona 7 və 10 saniyə müddətində səsli mesaj göndərilmişdir. +**********56 nömrədən saat 20:09-da ***-***-**-** nömrəyə 20 “daygaya chatram yolchonun yanna, 20:21-də qaqa dashburun da olanda manna de”, 20:35-də mesaj yaz, ***-***-**-** nömrədən +**********56 nömrəyə saat 20:35də “Biz daireni donduk agzi horadiz terefe geleirik, imiwli horadiz yolundayiq, Daw buruna birazdan çatırıq”, +**********56 nömrədən ***-***-**-** nömrəyə saat 20:36-da “yaxsi dashburuna chatn mana de”, ***-***-**-** nömrədən +**********56 nömrəyə saat 20:36-da ok, saat 20:40-da “Dawburunun kruqunu kecim yuxari”, +**********56 nömrədən ***-***-**- ** nömrəyə 20:43-də “qaqa fizulinin 4yolunda gozla sana deyim unvani”, ***-***-**-** nömrədən +**********56 nömrəyə saat 20:44-də “Sen trasa at da onu tunluye girmiyek, Konum at qaqa, Dediyin yeri kewdim, Daw bur, Biz unvana catdix”, +**********56 nömrədən ***-***-**-** nömrəyə saat 20:54-də “Hardasan”, ***-***-**-** nömrədən +**********56 nömrəyə “Dort yola çatırıq, Sen ona denen biraz buyza gelsin da, set tutmur burda”, +**********56 nömrədən ***-***-**-** nömrəyə saat 20:57-də “Ok, Sabr ela atm”, ***-***-**-** nömrədən +**********56 nömrəyə saat 21:02-də “Catdiq, Dort yola”, +**********56 nömrədən ***-***-**-** nömrəyə saat 21:03-də 5daygaya atram, ***-***-**-** nömrədən +**********56 nömrəyə saat 21:06-da “Burda gozluyuruk”, +**********56 nömrədən ***-***-**-** nömrəyə saat 21:07-də “yaxshi sabr ela”, ***-***-**-** nömrədən +**********56 nömrəyə saat 21:11-də “Qaqa sebirliyem qadan alim, Allah bizi qoyurar inwe ALLAH, Allah gunahlarimizi bagiwlasin, Qardawım sen telefondasan, Qardaw salamatciliqdi? Brat?” +**********56 nömrədən ***-***-**-** nömrəyə saat 21:46-da yazılan mesaj silinmişdir, ***-***-**-** nömrədən +**********56 nömrəyə saat 21:46-da noldu qaqam, +**********56 nömrədən ***-***-**-** nömrəyə saat 21:47-də yazılan mesaj silinmişdir, ***-***-**-** nömrədən +**********56 nömrəyə saat 21:47-də “Emele geldimi?, Gozluyurem”, +**********56 nömrədən ***-***-**-** nömrəyə saat 21:49-da yazılan mesaj silinmişdir, ***-***-**-** nömrədən +**********56 nömrəyə saat 21:49-da “Dort yolda Trasa gelif ata biler awagi terefe, Qardawim ele elemek lazimdi ki, salamatciliq olsun inan Allaha men kiwiyem kiwi kimide sene qarwi hereket edejem doslugumuz ebedi davam edecek”, +**********56 nömrədən ***-***-**-** nömrəyə saat 21:57-də yazılan mesaj silinmişdir, ***- ***-**-** nömrədən +**********56 nömrəyə saat 21:58-də səsli mesaj göndərilmiş həmin səsli mesajda “ay qa gedirik qadan alim gedirik bax yoldayiq horadiz yoluna cixmişıq qadan alim gedirik” sözləri deyilmişdir, saat 21:59-da “suretli gedirem”, +**********56 nömrədən ***-***-**-** nömrəyə saat 22:00-da yazılan iki mesaj silinmişdir, ***-***-**-** nömrədən +**********56 nömrəyə saat 22:01-də “OK, 5 km qaldi, 5 kilometr qaldi”, +**********56 nömrədən ***-***-**-** nömrəyə 22605-də yazılan mesaj silinmişdir, ***-***- **-** nömrədən +**********56 nömrəyə saat 22:06-da getdiyi yolun Xəritə proqramından istifadə edilərək naviqator şəkli çəkərək göndərmişdir, daha sonra səsli mesaj göndərərək “ay qa bir tərəfini o birin üstünü görmürdüm elə bildim 5 kilometr qalıf 13 kilomert qaldı indi burda 12, ə set pis tuturdana burda çox pis tutur bayax göndərmişəm hələ indi gəlif çatır”, +**********56 nömrədən ***-***-**-** nömrəyə saat 22:08-də yazılan iki mesaj silinmişdir, ***-***-**-** nömrədən +**********56 nömrəyə saat 22:08-də “Sen konumu atda qadan alim, saat 22:09-da əvvəl yazdığı mesajı oxuyub oxumaması barədə “Qardaw bu yazdigimi oxudunmu??” yazmışdır. +**********56 nömrədən ***-***-**-** nömrəyə saat 22:09-da yazılan mesaj silinmişdir, ***-***-**-** nömrədən +**********56 nömrəyə saat 22:10-da səsli mesaj göndərək “sənə inamım sonsuzde brat mən saa inanmsaydım mən gəlib bu riskə girməzdim sən özün yaxşı bilirsən, prosto buralarda dana deyirəm ona görə dedim gəlim birbaşa özünnən dana bildin nətər eləözümnən həll eləməyin lap yaxşı oldu, yoxsa kimsə gələjək ora nağarajaq nətər eliyəjək, o biraz uzun söhbətdi, fso qaqa mən çatdım dana ta fso burdayam göndər dana qadan alim, o şeyi göndər konumu”, saat 22:13-da “Ele ele centre girmiyek, Girdik, Corpunu kecdik qaqa”, +**********56 nömrədən ***-***-**-** nömrəyə saat 22:16-da yazılan mesaj silinmişdir, ***-***-**-** nömrədən +**********56 nömrəyə saat 22:15-də “Az petrolu kecdim Kruqdayam”, +**********56 nömrədən ***-***-**-** nömrəyə sata 22616-da yazılan mesaj silinmişdir, ***-***-**-** nömrədən +**********56 nömrəyə saat 22:16-da “Dayrede”, +**********56 nömrədən ***- ***-**-** nömrəyə saat 22:16-da yazılan yeddi mesaj silinmişdir, ***-***-**-** nömrədən +**********56 nömrəyə saat 22:25-də “Qaqa Burda adam var iceride”, +**********56 nömrədən ***-***-**-** nömrəyə saat 22:35 və saat 22:36-da edilən səsli zəng cavablandırılmamışdır. +**********56 nömrədən ***-***-**-** nömrəyə göndərilmiş silinən mesajların Füzuli rayon Əhmədalılar kənd qəbirsanlığının ərazisində yerləşən “Lələ ziyarət Piri”nin yerləşdiyi yolların, narkotik vasitəni qoyduğu yerin məkanını və narkotik vasitəni qoyduğu yerin fotoşəkilləri “SAMSUNG” markalı, GALAXY J 6” modelli mobil telefon aparatının Galereya bölməsindən aşkar edilmiş və “Whatsapp” proqramı vasitəsi ilə ***-***-**-** və +**********56 nömrəsi iləaparılmış mesajlaşmaların fotoşəkilləri və Galereya bölməsindən götürülmüş fotoşəkillər çap edilərək 21 vərəqdə protokola əlavə edilmişdir. İş materiallarında olan 28 mart 2022-ci il tarixli protokoldan görünür ki, httrs://az. Wikipedia .org/ Wiki/ Beynəlxalq-telefon-kodları internet ünvanına əsasən + 98 kodu X7 Beynəlxalq telefon kodudur. İş materiallarında olan 16 iyun 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 16 iyun 2022-ci ildə daxil olmuş bir ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, ***- ***-**-**, ***-***-**-** saylı nömrələr xx.xx.1984-cü il təvəllüdlü Gəncə şəhəri, X12 prospekti,ev 54 A mənzil 28-də qeydiyyatda olan Təqsirləndirilən şəxs məxsusdur. Təqdim olunmuş cədvəldən görünür ki, xx.xx.2022-ci il saat 09:00-dan, xx.xx.2022-ci il saat 23:59:00-dək olan müddətdə ***-***-**-** və ***-***-**-** saylı nömrələrlə abonentlər arasında «Whatsapp» ani yazışma proqramının mesaj xidməti vasitəsi ilə danışıqlar aparılmışdır. Cədvəldə ***-***-**-** saylı nömrə şərti olaraq A hərfi ilə işarlənmiş, həmin nömrələrlə danışıqlar aparılan abonentlərin nömrəsi isə şərti olaraq B hərfi ilə işarələnmişdir. ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan nömrələr internet xətti üzərindən aparıldığından "xxxx" MMC-də qeydiyyata götürülməmişdir. Ona görə də cədvəldə B hərfi ilə işarələnmiş hissə boşdur. ***-***-**-** saylı nömrə 26 mart 2022-ci il tarixdə, saat 00:15:59-dan danışıqlar anten dairəsinə əsasən “Samux rayonu, Qarayevi şərab zavodu” nun ərazisindən başlayaraq qeydiyyata alınmış, xx.xx.2022-ci ildə, saat 17:04:26-da Goranboy rayonu, Borsunlu qəsəbəsində, saat 17:41:53-də Ağcabədi rayonu, Rəncbərlər bələdiyyəsinin anten dairəsində,saat19:56:52-də Füzuli rayonu, Bala Bəhmənli kəndinin ərazisində,saat 21:06:01-də Füzuli rayonu, Böyük Bəhmənli kəndinin ərazisində, saat 21:26:37-dən xx.xx.2022-ci ildə, saat 23:39:21-dək olan müddətdə isə Füzuli rayonu, Horadiz şəhərində aktiv olmuşdur. Təqdim olunmuş cədvəldən görünür ki, Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı nömrədən çıxan zənglər şərti olaraq A hərfi ilə, həmin zəngləri qəbul edən abonentlər isə şərti olaraq B hərfi ilə işarlənmişdir. 26 mart 2022-ci ildə, saat 08:42:10-dan danışıqlar anten dairəsinə əsasən Samux rayonu, Qarayevi “Qara-canaq firması”nın ərazisindən başlayaraq qeydiyyata alınmış, xx.xx.2022ci ildə, saat 21:41:03-də Füzuli rayonu, Bala Bəhmənli kəndinin ərazisində olarkən aktiv olmuşdur. "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskdə olan məlumatlartərəfimdən printer vasitəsi ilə 25 vərəqdən ibarət çap edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 06 aprel 2022-ci il tarixli qərardan görünür ki, «Chevrolet Cruze» minik markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş iki ədəd bıçaq 06 aprel 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq saxlanılması üçün Füzuli rayon Polis şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan 28 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “SAMSUNG markalı, GALAXY J 6” modelli mobil telefon aparatı üzərində olan ***-***-**-** və ***-***-**-** saylı nömrələrlə birlikdə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra 2 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada ümumi çəkisi-1975,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada ümumi çəkisi 2360,0 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi 2690,0 qram olan bitki mənşəlli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd kibrit qutusunda təmiz çəkisi- 4,85 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üç ədəd soyuq silah Füzuli rayon polis şöbəsində saxlanılır. İş materiallarında olan AD 610618 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2013-cü il buraxılışlı «Chevrolet Cruze» minik markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti-197 ünvanında qeydiyyatda olan X3 mülkiyyətindədir. İş materiallarında olan 01 aprel 2022-ci il tarixli qərardan görünür ki, «Chevrolet Cruze» minik markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və həmin tarixdə mülkiyyətçisi X4 təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə, tədqiq edilmiş sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanıb cinayətin yuxarıda təsvir edilən formada törədildiyi qənaətinə gələrək, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzadan, başqa sözlə, onun cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə, iş üzrə obyektiv həqiqəti müəyyən edərkən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri daha səmimi, düzgün, obyektiv, məntiqli ifadələr kimi qəbul edir və həmin ifadələrin işin faktiki halların uyğun gəldiyi qənaətinə gəlir. Məhkəmə gəldiyi nəticələri mövcud qanunvericiliyin və Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələr olan heroin və marixuana, eyni zamanda psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, qeyd edilən Plenumun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avandanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən həmin qərarının 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 228.4-cü -cü maddələri ilə düzgün tövsif edilsə də, onun CM-in 206.3.2-ci maddəsi ilə olan əməli düzgün tövsif edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 206.3.2-ci maddəsinin deyil, CM-in 32.5, 206.2-ci maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi» ilə törədilir. Bu o deməkdir ki, şəxsin qaçaqmalçılığı icra etməkdə və bu cinayəti bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (CM-in 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun əvvəla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri bilavasitə yerinə yetirməsi, ikincisi həmin hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 16-cı bəndin dördüncü yarımbəndinə əsasən “Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir”. Qanunun qeyd olunan normasının məzmunundan, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqedən görünür ki, cinayətin icraçısının hərəkəti cinayətin icrasına başlanan andan icranın başa çatma anınadək olan dövrü əhatə edir. Yəni cinayət başa çatdıqdan sonra hər hansı bir şəxsin həmin cinayətdə bu və ya digər formada iştirakı yalnız köməkçi qismində (əgər cinayətin icraçı tərəfindən törədiləcəyi köməkçinin qəsdi ilə əhatə olunursa) ola bilər. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən “Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır”. Məhkəmə baxışı zamanı “Behman” adlı şəxsin Azərbaycan Respublikasının gömrük sərhəddindən narkotik vasitə nə vaxt və hansı üsulla, tək və ya başqaları ilə birlikdə, yaxud da, kim(lər)insə vasitəçiliyi ilə keçirməsi halı müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs verdiyi ifadəsində də, Behman adlı şəxsin qeyd olunan narkotik vasitəni Azərbaycan Respublikasına hansı qaydada gətirməsindən xəbərsiz olduğunu bildirmiş, həmin narkotik vasitəni Behmanın əvvəlcədən dediyi yerdən şəxsi istifadəsi üçün götürəcəyini qeyd etmişdir. O, həmin narkotik vasitənin göndərilməsi ilə bağlı “Behman” adlı şəxsdən başqa kiminləsə danışıq aparmamışdır. Məhkəmə baxışı zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, iş üzrə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini “Behman” adlı şəxs təkbaşına icra etmişdir. Təqsirləndirilən şəxs isə həmin hərəkətləri Behman adlı şəxslə birgə icra etməmiş, o, yalnız cinayətin predmeti olan əşyaları gömrük sərhədindən keçirildiyi andan (qaçaqmalçılıq cinayəti başa çatdırıldaqdan) sonra yaşadığı kəndin ərazisində əldə edib, gizlədib saxlamaqla həmin (qrup deyil, bir nəfər tərəfindən törədilən) cinayətdə (qaçaqmalçılıqda) köməkçi qismində iştirak etmişdir. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən ibtidai istintaq orqanının hazırki cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin məhz “Behman” adlı şəxs tərəfindən törədilməsini müəyyən etdiyini, həmin cinayətin törədilməsində digər şəxs(lər)in iştirakını müəyyən etmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı bir qrupa deyil, məhz “Behmana” kömək etmişdir. Buna görə də, təqsirləndirilən şəxsin həmin cinayətdə köməkçiliyi “qabaqcadan əlbir olan bir qrup şəxs”ə deyil, yalnız bir şəxsə –Behmana yönəlmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətində əməli Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, ona təyin ediləcək cəzanın əvvəlinin onun inzibati qaydada saxlanıldığı gündən, yəni 26 mart 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Füzuli rayon məhkəməsinin 28 mart 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 26 mart 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Moskva şəhəri, Marino rayon məhkəməsinin 23 iyul 2009-cu il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-in 119-cu mad. 1 hissəsi, 116 mad. 2 hissəsinin A bəndi, 69-cu maddəsinin 2 hissəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, 11 oktyabr 2010-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, bina 54 A, mənzil 28-də qeydiyyatda olmaqla əvvəllər həmin ünvanda yaşamış, yaşayış yerindən mənfi xarakterizə olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Füzuli rayon polis şöbəsində 2 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada ümumi çəkisi-1975,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada ümumi çəkisi 2360,0 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi 2690,0 qram olan bitki mənşəlli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd kibrit qutusunda təmiz çəkisi- 4,85 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üç ədəd soyuq silah hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 1 ədəd “SAMSUNG markalı, GALAXY J 6” modelli mobil telefon aparatı üzərində olan ***-***-**-** və ***-***-**-** saylı nömrələrlə birlikdə Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılmalı, şəxsi axtarış və baxış zamanı 4 ədəd diskə köçürülmüş videogörüntülər olan disklər cinayət işinin materiallarında saxlanılmalı, «Chevrolet Cruze» minik markalı, 99 SL-809 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 qaytarılması nəzərə alınmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə ekspertiza xərci olan 213 (iki yüz on üç) manat 48 qəpik məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 32.5, 206.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza - 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26 mart 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserlərində proflaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Füzuli rayon polis şöbəsində saxlanılan 2 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada ümumi çəkisi-1975,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada ümumi çəkisi 2360,0 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi 2690,0 qram olan bitki mənşəlli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd kibrit qutusunda təmiz çəkisi- 4,85 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üç ədəd soyuq silah hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən ondan götürülmüş 1 ədəd “SAMSUNG markalı, GALAXY J 6” modelli mobil telefon aparatı üzərində olan ***-***-**-** və ***-***-**- ** saylı nömrələrlə birlikdə Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılsın, şəxsi axtarış və baxış zamanı 4 ədəd diskə köçürülmüş videogörüntülər olan disklər cinayət işinin materiallarında saxlanılsın, «Shevrolet Cruze» minik markalı, 99 SL-809 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 213 (iki yüz on üç) manat 48 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-494/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-494/2022
13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver