Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-494/2024 20.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Katib katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxxx 1980-ci ildə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan olmaqla iki uşağı olan, işləməmiş, Hacıqabul Rayon Məhkəməsinin 1(071)-55/2023 nömrəli, 30 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il, 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırıması cəzasına məhkum edilmiş, 27 iyul 2023-cü il tarixdə Hacıqabul Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmış, cəzasının əvvəli xx.xx.2023cü il, sonu isə 23 iyun 2026-cı il tarixə hesablanmış, 16 fevral 2024-cü il tarixə çəkilməmiş qalan cəzası 1 (bir) il 11 (on bir) ay 7 (yeddi) gün təşkil edən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 0,587 qram xeyli miqdarda narkotik vasitə heroini 13 fevral 2024-cü il tarixdə, saat 16 radələrində Hacıqabul şəhəri, M.F.Axundov küçəsində 10 (on) manat pulun müqabilində tanışı Şahid5 qanunsuz olaraq satmış, 15 fevral 2024-cü il tarixdə, saat 19 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid5 Hacıqabul şəhəri, H.Həmidov küçəsində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən, onun Şahid5 qanunsuz olaraq satdığı 1 (bir) ədəd polietilen kəsiyi bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,587 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin sonuncunun əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə ümumi təmiz çəkisi 5,877 qram külli miqdarda narkotik vasitə heroin və ümumi təmiz çəkisi 4,014 qram külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 13 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evində saxlamış, 16 fevral 2024-cü il tarixdə, saat 07:25-də Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri, M.Axundov küçəsi, ev 13-də yerləşən fərdi yaşayış evində baxış və götürmə aparılan zaman həmin evin birinci mərtəbəsinin yaşayış olmayan hissəsində qoyulmuş çemodanın içərisindən 7 (yeddi) ədəd içərisində narkotik vasitə heroinin izləri olan şpris, ikinci mərtəbəsində yerləşən otaqda olan pəncərənin qarşısından bir ədəd kibrit qutusunun içərisində saxlanılan 5 (beş) ədəd bükümdə qablaşdırılmış halda ayrı-ayrılıqda təmiz çəkiləri 0,845 qram, 0,720 qram, 0,925 qram, 0,807 qram, 0,717 qram olmaqla, ümumi təmiz çəkisi 4,014 qram külli miqdarda xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd kibrit qutusunun içərisində saxlanılan 9 (doqquz) ədəd bükümdə qablaşdırılmış halda ayrı-ayrılıqda təmiz çəkiləri 0,766 qram, 1,076 qram, 0,542 qram, 0,807 qram, 0,690 qram, 0,490 qram, 0,552 qram, 0,492 qram, 0,462 qram olmaqla, ümumi təmiz çəkisi 5,877 qram külli miqdarda xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, əvvəllər narkotik vasitə istifadə etdiyini bildirmişdir. 16 fevral 2024-cü il tarixdə, səhər saat 07 radələrində Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 13 ünvanında yerləşən evində olduğu zaman Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları heç bir sənəd olmadan evinə daxil olmuşlar. Belə ki, arvadı ona qapının döyüldüyünü bildirmiş, o da qapını açmağa getmiş və gələnlərin polis əməkdaşları olduğunu görmüşdür. Polis əməkdaşları yaşadığı evdə narkotik vasitə olması barədə onlarda məlumat olduğunu və evində axtarış aparacaqlarını bildirmişlər. Polislər əvvəlcə birinci mərtəbədə axtarış aparmış, daha sonra ikinci mərtəbəyə qalxmışlar və bundan bir neçə dəqiqə sonra ikinci mərtəbədəki zalın pəncərəsinin qarşısından özlərinin qoyduğu iki ədəd kibrit qutusunda olan narkotiki çıxarmışlar. Həmin narkotik ona məxsus olmamışdır. Polis əməkdaşları həmin narkotiki boynuna götürməsə, oğlunun məktəb çantasının içindən bir kiloqram narkotik vasitə çıxarıb qabağına qoyaraq, özünə məxsus olduğunu bildirməsini tələb edəcəklərini demiş və onu bu formada təzyiq altına salmışlar. Məcburiyyətdən aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, əvvəllər heroin istifadəçisi olmuş, iki dəfə narkoloji dispanserdə yatmışdır. Şahid5 Hacıqabul rayon sakini kimi tanımış və Əliağa ondan əvvəl tutulmuşdur. Polislər Əliağanı ona qarşı qoymuşlar ki, ondan 10 (on) manata narkotik vasitə aldığını bildirsin. Həqiqətdə isə Əliağa ondan narkotik vasitə və ya psixotrop maddə almamış, onda Əliağanın mobil telefon nömrəsi, ümumiyyətlə aralarında heç bir münasibət olmamışdır. Əliağa əməliyyatçılarla əməkdaşlıq edən biri olmuşdur. Tutulduğu gün həyətinə on nəfərə yaxın polis əməkdaşı daxil olmuşdur. Belə ki, qapını açarkən əməliyyatçı Samir Misirxanovu görmüş, sonuncu həyətə girmiş, onun ardınca isə digər polis əməkdaşları içəri daxil olmuşlar. Polislər onun qolunu burub qandallamış və birinci mərtəbədə saxlamışlar. Üç nəfər polis əməkdaşı ikinci mərtəbəyə qalxmışlar. Narkoman olsaydı, uşaqlı evdə pəncərənin qarşısında narkotik vasitə saxlamazdı. Səbəbsiz yerə tutulmuşdur. Evindən cəmi yeddi ədəd işlənmiş şpris çıxmışdır. Sonuncu dəfə tutulmamışdan bir-iki ay öncə narkotik vasitə istifadə etmiş, şprisləri narkotik vasitə qəbulu üçün istifadə etdikdən sonra təmizləyib bir kənara qoymuşdur. Polislər tərəfindən ona xəsarət yetirilməmiş, bir dəfə çənəsindən zərbə almışdır. Onu vuran və ona uşağının çantasına narkotik vasitə yerləşdiriləcəyini deyərək təzyiq göstərən şəxs iş üzrə Şahid4 olmuşdur. Məhkəmədə sanksiyaya çıxarılan zaman ona psixoloji təzyiq olunması barədə bildirməmiş, buna səbəb yanında polislərin olması və onu qorxutmaları olmuşdur. Tutularkən alt paltarında olmuş, üzərində telefon olmamış, mobil telefonunu kimin götürdüyünü xatırlamadığını bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadələri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan olunmuşdur. Belə ki, o, həmin ifadələrində bildirmişdir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın mahiyyəti aydındır və özünü həmin cinayət əməlini törətməkdə tam təqsirli bilir. ünvan 3 ünvanda yaşayır, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 2023-cü ilin yanvar ayından narkotik vasitə olan heroindən istifadə edir. 10 fevral 2024-cü il tarixdə, saat 15 radələrində Hacıqabul şəhəri, H.Həmidov küçəsi ilə gedən zaman diqqətini yerdə olan iki ədəd kibrit qutusu cəlb etmiş, həmin kibrit qutusunun birinə baxdıqda içərisində beş ədəd büküm olduğunu görmüş, bükümləri açdıqda içərisində əvvəlcədən tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Daha sonra digər kibrit qutusunu açdıqda içərisində doqquz ədəd bükümün olduğunu görmüş, açıb içərisinə baxdıqda əvvəlcədən tanıdığı narkotik vasitə heroin olduğunu görmüşdür. İstifadə etmək məqsədi ilə kibrit qutularını cibinə qoymuş və yaşadığı Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 13 ünvanında yerləşən evinə gələrək, həmin iki ədəd kibrit qutusunu yaşadığı evin ikinci mərtəbəsində pəncərənin qarşısına qoymuşdur. 16 fevral 2024-cü il tarixdə yaşadığı evində olan zaman Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları gələrək yaşadığı evdə narkotik vasitə olması barədə onlarda məlumat olduğunu bildirmişlər. Evinə baxış keçirilməsinə razı olmuş və videoçəkilişdən istifadə edilərək, onun və polis əməkdaşlarının iştirakı ilə yaşadığı evə baxış keçirilən zaman evin birinci mərtəbəsində çemodanın içərisində olan yeddi ədəd şprisi göstərmiş və həmin şprislərdən istifadə edərək narkotik vasitə qəbul etdiyini bildirmişdir. Onun və polis əməkdaşlarının iştirakı ilə həmin yeddi ədəd şpris poçt zərfinə qoyulmuş və möhürlənmişdir. Bundan sonra evin ikinci mərtəbəsinə baxış keçirilən zaman pəncərənin qarşısına gedib orada olan iki ədəd kibrit qutusunu göstərmiş, birinin içərisində psixotrop maddə metamfetamin, digərinin içərisində isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Birinci kibrit qutusu açıldıqda içərisində beş ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuş, həmin bükümlərdə olan psixotrop maddə metamfetamin ayrı-ayrılıqda və ümumilikdə elektron tərəziyə qoyularaq çəkilmişdir. Bundan sonra ikinci kibrit qutusu açıldıqda içərisində doqquz ədəd bükümdə narkotik vasitə heroin aşkar olunmuş, həmin bükümdə olan narkotik vasitə heroin ayrı-ayrılıqda və birlikdə elektron tərəziyə qoyulub çəkilmişdir. Daha sonra həmin beş ədəd bükümdə olan psixotrop maddə metamfetamin və doqquz ədəd bükümdə olan narkotik vasitə heroin zərfə qoyulmuş, zərfin ağzı bağlanaraq möhürlənmişdir. Yaşadığı evdən aşkar olunan narkotik vasitə və psixotrop maddə ona məxsus olmuşdur. Həmin kütlələri 10 fevral 2024-cü il tarixdə, saat 15 radələrində Hacıqabul şəhəri, H.Həmidov küçəsində gedərkən yerdən tapmışdır. Üzərində şəxsi axtarış aparılanda, həmçinin yaşadığı evə baxış keçirilərkən və ya polis şöbəsinə dəvət edilən zaman polis əməkdaşları ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər. Heç vaxt narkotik vasitə satmamışdır. Sadəcə olaraq istifadə edir. Yaşadığı evdən aşkar olunan narkotik vasitədən heç kimin məlumatı olmamışdır. Əvvəllər narkotik vasitə heroin qəbul etdiyi üçün həmin beş ədəd bükümün içərisində metamfetamin, doqquz ədəd bükümün içərisində isə heroin olduğunu tanımışdır. Bundan əlavə, o, bildirmişdir ki, Şahid5 Hacıqabul rayon sakini kimi tanıyır, lakin münasibəti yoxdur. Şahid5 narkotik vasitə satmamışdır. Mobil telefon istifadə edir və nömrəsi 070 726-14-61-dir. Həmin mobil nömrəni yalnız o, istifadə edir. Onun yaşadığı Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 13 ünvanında yerləşən fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ona məxsusdur (iş vərəqi 144-146; 284-285). Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunan ifadələrini təsdiq etmədiyini, məhkəmə iclasında verdiyi ifadənin doğru olduğunu, ifadələri arasındakı ziddiyyəti polis əməkdaşları tərəfindən ona göstərilən psixoloji təsirlə, yəni narkotik vasitə və psixotrop maddənin ona aid olmadığını dediyi halda uşağının məktəb çantasına bir kiloqram narkotik vasitə yerləşdiriləcəyi və həmin narkotik vasitəni onun boynuna qoyulacağını bildirmələri səbəbindən məcbur qalıb digər kütlələri də üzərinə götürməsi ilə əlaqələndirmiş və son sözündə məhkəmədən barəsində olan cinayət işinin ibtidai istintaqa qaytarılmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxs, şahidlər və əlavə şahid) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat tədbiri ilə əlaqədar tanıyır, onunla qohumluğu, ədavət və ya düşmənçiliyi yoxdur. 15 fevral 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Hacıqabul şəhər sakini Şahid5 Hacıqabul rayonu ərazisində saxlanılaraq polis şöbəsinə aparılmış və şöbədə üzərindən aşkar olunmuş narkotik vasitəni 10 (on) manat müqabilində Təqsirləndirilən şəxs adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı, polis mayoru Taryel Səfərov tərəfindən Samir adlı şəxsin müəyyən edilərək polis şöbəsinə gətirilməsi barədə əməliyyat tapşırığı verilmiş, rəhbərliyin əmri əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna özü rəhbərlik etmiş, təhqiqatçı Zahid Salahov, cinayət-axtarış bölməsinin rəisi Şahid4, əməliyyat müvəkkili Şahid3 və polis nəfəri Şahid2 daxil olmuşdur. 16 fevral 2024cü il tarixdə, saat 08 radələrində Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 13 ünvanına gedib, özlərini təqdim edərək Samirə yaşadığı evdə narkotik vasitə olması barədə məlumatları olduğunu, bu səbəbdən də evə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirərək bu barədə ərizə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı evə baxış keçirməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs evin birinci mərtəbəsində çemodanın içərisində olan yeddi ədəd şprisi təqdim edərək həmin şprislərdən istifadə etməklə narkotik vasitə qəbul etdiyini bildirmişdir. Həmin şprislər təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Daha sonra, evin ikinci mərtəbəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs pəncərənin qarşısına gedib, orada olan iki ədəd kibrit qutusunu göstərərək, birinin içərisində psixotrop maddə metamfetamin, digərinin içərisində isə narkotik vasitə heroin olduğunu və həmin kütlələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxsla birlikdə Hacıqabul Rayon Polis Şöbəsinə getmişlər. Şöbədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və heç bir qanunsuz predmet aşkar olunmamışdır. Şahid1 məhkəmədə cinayət prosesinin iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Şahid5 üzərində şəxsi axtarış keçirilərkən özü üzərində olan narkotik vasitəni təqdim edib, heroin olduğunu, narkotik istifadəçisi olduğunu və narkotiki Hacıqabul rayon sakini Samir adlı şəxsdən aldığını demişdir. Şahid5 barəsində olan cinayət işi Hacıqabul Rayon Məhkəməsinə verilmişdir. Təqsirləndirilən şəxs barədə məlumat əldə etdikdən sonra əməliyyat tapşırığı əsasında növbəti gün Samirin evinə getmişlər. Təxirəsalınmaz əməliyyat-axtarış tədbiri olduğundan məhkəmə qərarı almadan Təqsirləndirilən şəxs yaşadığı evə getmiş və onun özünün razılığı olduğundan evinə daxil olmuşlar. Təqsirləndirilən şəxs evinə baxış zamanı sonuncuya Şahid5 barəsində sual verildiyini xatırlamır. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş kibrit qutularının birində beş, digərində isə doqquz ədəd bükümdə metamfetamin və heroin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir psixoloji və ya fiziki təzyiq göstərilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin rəisi, polis polkovnik-leytenantı Şahid4, həmin bölmənin əməliyyat müvəkkili, polis kapitanı Şahid3, Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis baş serjantı Şahid2 Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadələr vermişlər. Şahid4 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün aldığı narkotik vasitə və psixotrop maddələrin ona pulsuz başa gəlməsi üçün həm də, onların satışı ilə məşğul olmuşdur. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Şahid5 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış sualları cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon sakini kimi tanımışdır. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xatırlamadığı vaxtda saxlanılmışdır. Saxlanılmamışdan əvvəl yaşadıqları məhəllədə üzərindən aşkar olunan “kakos” deyilən narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs 10 (on) manat müqabilində almış və həmin vaxt tək olmuşlar. Təqsirləndirilən şəxs narkotik vasitə olmasını əvvəldən bilmişdir və ondan ilk dəfə idi ki, narkotik alırdı. Təqsirləndirilən şəxs pul borcu olmamışdır. Onda iki “çet”lik narkotik olmuş, birini istifadə etmiş, digəri isə qalmışdır. Narkotik vasitəni Təqsirləndirilən şəxs alması barədə deməyi üçün polis tərəfindən ona təzyiq olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis X6 xx.xx.2024cü il tarixli protokolundan görünür ki, Şahid5 üzərindən aşkar olunmuş narkotik vasitə heroinə oxşar maddəni xx.xx.2024-cü il tarixdə Hacıqabul şəhəri ərazisində şəhər sakini kimi tanıdığı Samir adlı şəxsdən iki bükümdə 10 (on) manata aldığını, bir bükümünü inyeksiya yolu ilə istifadə etdiyini, ikinci bükümü isə şalvarın sağ yan cibinə qoyaraq istifadə etmək üçün üzərində saxladığını bildirmişdir (iş vərəqi 31-33; 188). Hacıqabul Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin külli miqdarda dövriyyəsi ilə məşğul olması, yaşadığı ünvanda müxtəlif şəxslərə narkotik maddə satması barədə əməliyyat məlumatları olmuşdur (iş vərəqi 45). Hacıqabul Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli qərarı, eyni tarixli əmri, raportu və məktublarından görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 46-51). Təqsirləndirilən şəxs tərəfindən Hacıqabul Rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onun Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 13 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə heç bir etirazı olmamışdır (iş vərəqi 53). Hacıqabul Rayon Polis X6 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 13 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs evin birinci mərtəbəsində çemodanın içərisində olan yeddi ədəd şprisi təqdim edərək, həmin şprislərdən istifadə etməklə narkotik vasitə qəbul etdiyini bildirmişdir. Sonra evin ikinci mərtəbəsinə baxış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs pəncərənin qarşısına gedib orada olan iki ədəd kibrit qutusunu göstərərərk, qutunun birinin içərisində psixotrop maddə metamfetamin, digərinin içərisində isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Birinci kibrit qutusu açıldıqda içərisində beş ədəd bükümdə metamfetamin aşkar olunmuş, ayrı-ayrılıqda və ümumilikdə elektron tərəziyə qoyulub çəkilmiş və çəkisinin 3,22 qram, ikinci kibrit qutusu açıldıqda içərisində doqquz ədəd bükümdə heroin aşkar olunmuş, ayrı-ayrılıqda və birlikdə elektron tərəziyə qoyulub çəkilmiş və çəkisinin 6,27 qram olduğu müəyyən olunmuş, videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 54-58; 189). Hacıqabul Rayon Polis X6 xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 08:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna məlumat verilməsi təmin olunmuşdur (iş vərəqi 59; 69-70). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 3- 16-16/2-18/179 nömrəli, xx.xx.2024-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən.... heroinə bənzər...” sözləri yazılmış kağız paketdə 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,766 qram, 1,076 qram, 0,542 qram, 0,807 qram, 0,690 qram, 0,490 qram, 0,552 qram, 0,492 qram, 0,462 qram, ümumi təmiz çəkisi 5,877 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir; ayrıayrılıqda təmiz çəkiləri 0,845 qram, 0,720 qram, 0,925 qram, 0,807 qram, 0,717 qram, ümumi çəkisi 4,014 qram olan ağımtıl rəngli maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir; üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən.... şprislər...” sözləri yazılmış kağız paketdə 07 ədəd şprisin içərisində narkotik vasitə heroin izləri vardır. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 09 ədəd bükümdə narkotik vasitə heroin ilə Şahid5 üzərindən aşkar edilib götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir (xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/178 saylı rəyə əsasən birgə təqdiqat aparılıb). Ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 5,427 qram və psixotrop maddə metamfetaminin 3,764 qram qalığı ibtidai istintaq orqanına qaytarılmış, aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik müəyyən edilmişdir (iş vərəqi 82-86). Hacıqabul Rayon Polis X7 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid5 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ifadələrində bildirdikləri xüsusatları bir-birilərinin üzünə qarşı söyləmişlər (iş vərəqi 106- 109). Hacıqabul Rayon Polis X7 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 136- 137). Hacıqabul Rayon Məhkəməsinin 4(071)-13/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 16 fevral 2024cü il tarixdən hesablanmaqla üç ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 156-160). Hacıqabul Rayon Məhkəməsinin 5(071)-31/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Hacıqabul Rayon Polis Şöbəsi cinayət-axtarış bölməsinin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə aid hissəsi qanuni hesab edilmişdir (iş vərəqi 184-185). Hacıqabul Rayon Polis X7 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı və smartfon “Samsung A20” markalı mobil telefonlara baxış keçirilmiş, sonuncu mobil telefonda Samirin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp” ani mesajlaşma sistemində Şahid5 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən mesaj gəldiyi, lakin mesaj bölməsində mesajların silindiyi müəyyən olunmuş və fotoşəkillər protokola əlavə olunmuşdur (iş vərəqi 191-193). Hacıqabul Rayon Polis X7 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonrakı təmiz çəkisi 5,427 qram qalmış narkotik vasitə heroin, təmiz çəkisi 3,764 qram qalmış psixotrop maddə metamfetamin, içərisində narkotik vasitə heroin izləri olan 7 (yeddi) ədəd şpris maddi sübut kimi tanınaraq şöbənin maddi sübutların saxlanma otağına təhvil verilmiş; üzərində şəxsi axtarış, yaşadığı evə baxış istintaq hərəkətlərinin keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu DVD disklər cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 194-196). Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışları və eyni tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 13 ünvanda yaşayır, ailə tərkibi həyat yoldaşı, xx.xx.2006 təvəllüdlü qızı və xx.xx.2011-ci il təvəllüdlü oğlundan ibarətdir, yaşayış yeri üzrə nümayəndəliyə barəsində müsbət rəy daxil olmamışdır (iş vərəqi 220-222). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Hacıqabul Rayon Mərkəzi X9 Şəxsin xx.xx.2024-cü il tarixli, 18-141/2-226/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın konsultativ-poliklinika şöbəsinin narkoloji kabinetində xx.xx.2023-cü il tarixdən qeydiyyatdadır, ruhi-əsəb kabinetində isə qeydiyyatda deyildir (iş vərəqi 227). Hacıqabul Rayon Polis X3 Qrupunun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid5 13 fevral 2024-cü il tarixdə, saat 16 radələrində Hacıqabul rayonu, M.F.Axundov küçəsində 10 (on) manat pulun qarşılığında 0,587 qram narkotik vasitə heroini Təqsirləndirilən şəxs aldığı müəyyən edilmişdir (iş vərəqi 228). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsi, hökmün surəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 2340 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul Rayon Məhkəməsinin 1(071)-55/2023 nömrəli, 30 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cu il tarixdə Hacıqabul Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmış, cəzasının əvvəli xx.xx.2023-cü il, sonu xx.xx.2026-cı il tarixə hesablanmış, xx.xx.2024-cü il tarixinə cəzasının çəkilməmiş hissəsi 1 (bir) il 11 (on bir) ay 7 (yeddi) gün təşkil etmişdir (iş vərəqi 230-231; 233-238). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4 və 18.4.4-cü maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 X10 X8 xx.xx.2024-cü il tarixli, 1379 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 264-265). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü tarixli, 756 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə, habelə hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur, əqli-intellektual imkanları normaya uyğundur, səmimi olmamaq, özünü psixoloji müdafiə etməyə meyllilik, eqosentrizm kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamış, hadisə baş verən vaxt emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur (iş vərəqi 269- 271). Hacıqabul Rayon Polis X7 xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsinə dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsindən saxlanılmış, onun narkotik vasitələri aldığı şəxsi müəyyən etmək məqsədi ilə hazırki cinayət işindən ayrıca icraata material, həmçinin hazırki cinayət işindən Şahid5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndiriləməsinə dair cinayət işi ayrılmışdır (iş vərəqi 286-298; 300-302). Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Rayon Vəkil Bürosunun vəkili X2 hesabatından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardım ilə əlaqədar Salman Fərəcov 30 (otuz) iş saatı həcmində vaxt sərf etmişdir (iş vərəqi 311). Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 14 (on dörd) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə özü və müdafiəçisinin vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığı, sadəcə olaraq əvvəllər narkotik vasitə istifadə etməsi, 16 fevral 2024-cü il tarixdə, səhər saat 07 radələrində Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 13 ünvanında yerləşən evində olduğu zaman Hacıqabul Rayon Polis Şöbəsinin on nəfərə yaxın polis əməkdaşının heç bir sənəd olmadan evinə daxil olaraq onun qolunu burub qandallayaraq birinci mərtəbədə saxlayıb, üç nəfər polis əməkdaşının ikinci mərtəbəyə qalxandan bir neçə dəqiqə sonra ikinci mərtəbədəki zalın pəncərəsinin qarşısından özlərinin qoyduğu iki ədəd kibrit qutusunda olan narkotiki çıxartmaları, həmin narkotikin ona məxsus olmaması, polis əməkdaşlarının həmin narkotiki boynuna götürməsə, oğlunun məktəb çantasının içindən bir kiloqram narkotik vasitə çıxarıb qabağına qoyaraq, özünə məxsus olduğunu bildirməsini tələb edəcəklərini demələri, məcburiyyət qarşısında qalıb evindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu bildirməsi, Şahid5 Hacıqabul rayon sakini kimi tanısa da, onunla münasibətinin olmaması, ona narkotik satmaması, Əliağanın əməliyyatçılarla əməkdaşlıq etməsi və polis əməkdaşları tərəfindən güya ondan 10 (on) manat müqabilində narkotik alması barədə deməyə məcbur edilməsi, səbəbsiz yerə tutulması, polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalması barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 13 ünvanında yerləşən fərdi yaşayış evində baxış keçirilərkən evindən aşkar olunan narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu, 10 fevral 2024-cü il tarixdə, saat 15 radələrində Hacıqabul şəhəri, H.Həmidov küçəsi ilə gedərkən yerdən tapdığını və götürüb, şəxsi istifadəsi üçün yaşadığı evinə gətirməsini (həmin istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən DVD diskdən görünür) səmimi etiraf etmiş, ilkin izahatında, şübhəli şəxs və təqsirləndirilən kimi verdiyi ifadələrində də eyni məzmunlu ifadələr verərək, əlavə olaraq polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zorakılıq hərəkətlərinə yol verilmədiyini bildirmişdir. Bundan başqa, o, Hacıqabul Rayon Məhkəməsinin barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəmədə özünü təqsirli bilərək, törətdiyi əməldən peşiman olduğunu demişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə məxsus olduğunu etiraf etdiyi narkotik vasitə və psixotrop maddələr barədə materialların məhkəmə ekspertizasının rəyi ilə tanış olarkən hər hansı bir vəsatətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Sözügedən Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş psixoloji təsirlə əlaqələndirmiş, bununla əlaqədar şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, əksinə ibtidai istintaq zamanı verdiyi ifadələrində polis əməkdaşları tərəfindən saxlanılıb bölməyə gətirilərkən və sonrakı mərhələlərdə hər hansı zorakılığa məruz qalmadığını bildirmiş, Hacıqabul Rayon Məhkəməsində barəsində qətimkan tədbiri seçilərkən isə bu barədə ümumiyyətlə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən psixi təsirə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də vəkili ibtidai istintaq dövründə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmişlər. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiqə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təsir və ya təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadan verməsini bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Bundan başqa, cinayət işi üzrə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş smartfon “Samsung A20” markalı mobil telefona baxış zamanı, onun istifadəsində olmuş mobil nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp” ani mesajlaşma sistemində Şahid5 istifadəsində olmuş mobil nömrədən mesaj gəldiyinin müəyyən olunması da onların arasında bu və ya digər səbəbdən əlaqə olmasını göstərir, halbuki, Samir Əliağanı şəhər sakini kimi tanıdığını və onunla hər hansı münasibətinin olmadığını bildirmişdir. Bundan əlavə, məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 saxlanılarkən üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs 10 (on) manat müqabilində almasını və bunu heç kimin təsiri altında qalmadan səmimi etiraf etməsini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, yuxarıda qeyd olunanlardan başqa ondan aşkar olunan kütlələrin heroin və metamfetamin kimi ayrı-ayrı növlərdə olmaları, çəkiləri həmin kütlələrə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri təkrarən qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilsə də, həmin Məcəllənin 234.4.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, ibtidai istintaq orqanı onun satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 0,587 qram xeyli miqdarda narkotik vasitə heroini 13 fevral 2024-cü il tarixdə, saat 16 radələrində Hacıqabul şəhəri, M.F.Axundov küçəsində 10 (on) manat pulun müqabilində tanışı Şahid5 qanunsuz olaraq satmasını və 16 fevral 2024-cü il tarixdə, saat 07:25-də Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri, M.Axundov küçəsi, ev 13-də yerləşən fərdi yaşayış evində baxış və götürmə aparılan zaman həmin evin birinci mərtəbəsinin yaşayış olmayan hissəsində qoyulmuş çemodanın içərisindən yeddi ədəd içərisində narkotik vasitə heroinin izləri olan şpris, ikinci mərtəbəsində yerləşən otaqda olan pəncərənin qarşısından bir ədəd kibrit qutusunun içərisində saxlanılan beş ədəd bükümdə qablaşdırılmış halda ayrı-ayrılıqda təmiz çəkiləri 0,845 qram, 0,720 qram, 0,925 qram, 0,807 qram, 0,717 qram olmaqla, ümumi təmiz çəkisi 4,014 qram külli miqdarda xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd kibrit qutusunun içərisində saxlanılan doqquz ədəd bükümdə qablaşdırılmış halda ayrı-ayrılıqda təmiz çəkiləri 0,766 qram, 1,076 qram, 0,542 qram, 0,807 qram, 0,690 qram, 0,490 qram, 0,552 qram, 0,492 qram, 0,462 qram olmaqla, ümumi təmiz çəkisi 5,877 qram külli miqdarda xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar olunmasını əməlində təkrarlıq kimi qeyd etmişdir. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda göstərmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə ümumi təmiz çəkisi 5,877 qram külli miqdarda narkotik vasitə heroin və ümumi təmiz çəkisi 4,014 qram külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 13 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evində saxlamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsindən başqa, ibtidai istintaq orqanında onların hansı tarixdə, vaxtda və mənbədən əldə edilməsi kimi digər məlumatlar olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlardan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə edib daşıyaraq evində saxlaması işin mübahisələndirilməyən tərəfidir. Lakin o da qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs narkotik vasitə satdığı göstərilən Şahid5 yalnız bir dəfə, 13 fevral 2024-cü il tarixdə 10 (on) manat müqabilində heroin satması müəyyən olunmuşdur. Bundan başqa, Şahid5 polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə narkotik vasitə heroin Təqsirləndirilən şəxs evindən aşkar edilmiş doqquz ədəd bükümdəki narkotik vasitə heroin ilə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olmuşdur (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/178 saylı rəyə əsasən birgə təqdiqatının nəticəsi). Cinayət hüquq nəzəriyyəsinə görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi onlardan hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi deməkdir. Təqsirkar həmin maddələrdə sadalanan cinayətlərdən hər hansı birini etməyə görə əvvəllər cinayət məsuliyyətinə cəlb edilmədikdə, cinayət məsuliyyətindən azad edilmədikdə, məhkum olunmadıqda və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədikdə təkrarlıq əlamətinə görə məsuliyyət yaranır. Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə bu Məcəllənin 234.2-ci, 234.3 və 234.3-1ci maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, əvvəllər Cinayət Məcəlləsinin 234.1 və ya 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətmiş şəxs tərəfindən, həmin əməllərin hər hansı birinin törədilməsi Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, 8 nömrəli Qərarının 14-cü bəndində də deyilir ki, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə, onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən qeyd olunan cinayətlərin yenidən törədilməsi təkrarlıq əlamətini yaratmır. Təkrarlıq əlamətinin təfsiri zamanı CM-in 16-cı maddəsinin qeyd olunan müddəaları ilə yanaşı, o da nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 15 mart tarixli Qərarına əsasən CM-in 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda, ikinci əməl təkrarlıq yarada bilməz. Şəxsin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitəni və ya psixotrop maddəni vahid qəsdlə (məsələn, bütöv məbləğ təşkil edən müəyyən miqdarda pul əldə etmək üçün) bir şəxsə bir neçə dəfəyə (müxtəlif vaxtlarda) hissə-hissə və yaxud eyni vaxtda eyni bir hərəkətlə müxtəlif şəxslərə satması, burada narkotik vasitələrin (psixotrop maddənin) satış məqsədi ilə əldə edilməsi və daha sonra satılması, eləcə də satmanı təşkil edən ayrı-ayrı epizodlar cinayətlərin çoxluğunu yaratmadığından və vahid cinayətin tərkib elementləri kimi çıxış etdiyindən, əməl cinayətin təkrar törədilməsi əlaməti üzrə CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilə bilməz. Beləliklə, məhkəmə heyəti bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, üzərində daşıyaraq fərdi yaşayış evinə gətirib orada saxlaması, habelə Şahid5 narkotik vasitə olan heroini satması kimi ayrı-ayrı epizodlar cinayətlərin çoxluğunu yaratmadığından və vahid cinayətin tərkib elementləri kimi çıxış etdiyindən, onun əməli cinayətin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməməlidir. Odur ki, məhkəmə bu hissədə ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, ibtidai istintaq orqanı buna heç bir əsas olmadığı halda təqsirləndirilən şəxsə həm də Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə əlavə ittiham irəli sürmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirildiyindən və onun əməli həmin maddə ilə tövsif edildiyindən, yəni onun törətdiyi cinayət əməli artıq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ixtisaslaşdırıldığından əməlinin həm də təkrarçılıq kimi qiymətləndirilməsinə yol verilmir, çünki belə yanaşma onun müdafiə hüququna birbaşa qəsddir. Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinin tələbinə görə heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Eyni müddəa Cinayət Məcəlləsinin 8.2-ci maddəsində də nəzərdə tutulmuşdur (heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz). Beynəlxalq hüquq nəzəriyyəsində “Non bis in idem” prinsipi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qanunun yuxarıda göstərilən müddəası “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarında da təsbit olunmuşdur. Belə ki, sözü gedən qərarda deyilir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, onun əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyini, işin müəyyən edilmiş müvafiq faktiki hallarına və onların hüquqi tövsifi ilə bağlı qeyd edilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, üzərində daşıyaraq fərdi yaşayış evinə gətirib orada saxlaması, habelə Şahid5 narkotik vasitə olan heroini satmasından ibarət olan hərəkətlərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yanaşı, səhvən həmin Məcəllənin 234.4.2-ci maddəsinə tövsif etdiyinə görə, ona qarşı irəli sürülmüş ittihamdan 234.4.2-ci maddə ilə bağlı bənd çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin, onun eyni əməli Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə yanlış tövsif edildiyindən ona qarşı irəli sürülmüş ittihamdan həmin Məcəllənin 234.4.2-ci maddəsi ilə bağlı bənd çıxarılmalıdır. Məhkəmə eyni zamanda onu qeyd edir ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa, göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixotrop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 49-cu bəndinə əsasən heroin dövriyyəsi qadağan olunmuş narkotik vasitə, 2-ci hissəsinin 27-ci bəndinə əsasən mefamfetamin dövriyyəsi qadağan olunmuş psixotrop maddədir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 83-cü bəndinə əsasən təmiz halda 2 (iki) qramdan 800 (səkkiz yüz) qramadək çəkidə narkotik vasitə heroin külli miqdar; İİ Siyahısının 118-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan 400 (dörd yüz) qramadək çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə qanunvericiliyin müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlaması məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrindən başqa, həmçinin əlavə Şahid5 etirafedici ifadəsinə əsasən, onun məhz həmin maddələri qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının, habelə Şahid5 ifadələri, “fərdi yaşayış evinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, ekspert rəyləri və digər sənədlər, maddi sübut kimi tanınmış heroin və metamfetamin, yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bu mənada, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitələr və psixotrop maddələrin istifadəsində (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi) təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, islah olunmağa səy göstərmək yerinə, yenidən cinayət əməli törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Hacıqabul Rayon Məhkəməsinin 1(071)-55/2023 nömrəli, 30 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi həmin Məcəllənin 68.1, 68.1.1-1-ci maddələrinə əsasən iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla müəyyən edilən azadlıqdan məhrum etmə cəzası, hazırkı hökm üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına, bu Məcəllənin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən, cinayətlərin və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 67.1-ci maddəsində göstərilmişdir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.4-cü maddənin tələbinə görə hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunduğundan və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyənləşdirildiyindən, qanunun qeyd edilən tələbi baxımından ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonrakı təmiz çəkisi 5,427 qram qalmış narkotik vasitə heroin, təmiz çəkisi 3,764 qram qalmış psixotrop maddə metamfetamin, içərisində narkotik vasitə heroin izləri olan 7 (yeddi) ədəd şpris məhv edilməli; üzərində şəxsi axtarış, yaşadığı evə baxış istintaq hərəkətlərinin keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, onun ibtidai istintaqda və məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, həm ibtidai istintaq, həm də məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 16 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hacıqabul Rayon Məhkəməsinin 1(071)-55/2023 nömrəli, 30 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin olunmuş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 7 (yeddi) gün hissəsi həmin Məcəllənin 68.1, 68.1.1-1-ci maddələrinə əsasən iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 11 (on bir) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökm üzrə təyin olunmuş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, bu Məcəllənin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona, qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İbtidai istintaq zamanı, habelə məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonrakı təmiz çəkisi 5,427 qram qalmış narkotik vasitə heroin, təmiz çəkisi 3,764 qram qalmış psixotrop maddə metamfetamin, içərisində narkotik vasitə heroin izləri olan 7 (yeddi) ədəd şpris məhv edilsin; üzərində şəxsi axtarış, yaşadığı evə baxış istintaq hərəkətlərinin keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-494/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-494/2024
20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver