Məhkəmə qərarları › İş №1(099)-495/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-495/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-495/2024 30.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi-Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi Qanuni nümayəndə1 və onun müdafiəçisi- Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 2008-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məktəbli, subay, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, E.İbrahimov küçəsi, ev 6-da qeydiyyatda olmaqla yaşamış, 09 yanvar 2024-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, İmişli Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 4(036)- 2/2024 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilərək dərhal həbsdən azad edilmiş, barəsində 4 (dörd) ay müddətinə, yəni 09 may 2024-cü il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 may 2024-cü il tarixli, 1(099)-495/2024 nömrəli qərarı ilə barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 29, 120.2.4-cü maddəsi ilə təqsirləndilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 yanvar 2024-cü il tarixdə, saat 12 radələrində İmişli şəhəri, M.Əsədov küçəsi, 3 ünvanında yerləşən İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı Heydər Əliyev adına parkda Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etdiyinə görə 08 yanvar 2024-cü il tarixdə, saat 21 radələrində yaşadığı İmişli şəhəri, E.İbrahimov küçəsi, 6 saylı evdə “Whatsapp Messenger” ani mesajlaşma tətbiqində ***-***- **-** saylı mobil nömrə ilə qeydiyyata alınan hesabından Zərərçəkmiş şəxs tanışı Şahid3 ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyata alınan hesabına Zərərçəkmiş şəxs bıçaqla vuracağı, əks halda özünü təhqir olunmuş hesab edəcəyi məzmununda səsli ismarıc göndərmiş, Şahid3 isə öz növbəsində həmin səsli ismarıcı Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyata alınan “Whatsapp Messenger” hesabına göndərdikdən sonra sonuncu bundan qəzəblənərək “Whatsapp Messenger” vasitəsilə onun hesabına nalayiq ifadələrdən ibarət səsli və yazılı ismarıclar göndərməklə təhqir etdiyinə görə o, qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək cinayətkar niyyətini həyata keçirmək üçün həmin tarixdə yaşadığı evin mətbəxindən bir ədəd mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxsla görüşə gedərkən İmişli şəhəri, A.Məmmədov küçəsində 15 nömrəli evin yaxınlığında Zərərçəkmiş şəxsla qarşılaşmış və aralarında yaranan əlbəyaxa mübahisə zamanı şalvarının arxa cibindən yerə düşən bıçağı götürərək sonuncunun yaxın adamları olan Şahid1 və Şahid2 gözləri qarşısında, onlara xüsusi əzab və iztirab verdiyini dərk etməklə və bunu arzulamaqla qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bıçaqla qəsdən çoxsaylı zərbələr vurmağa başlamış, zərərçəkmiş Zərərçəkmiş şəxs həyatının təhlükədə olduğunu görüb xilas olmaq üçün qaçaraq uzaqlaşmaq istəyərkən, o, cinayətkar niyyətini başa çatdırmaq məqsədilə Zərərçəkmiş şəxs arxasınca qaçmaqla onu təqib edərək aldığı bıçaq zərbələrinin təsirindən müvazinətini itirib yerə yıxılan Zərərçəkmiş şəxs çatmış, yerdə uzanıqlı vəziyyətdə olan sonuncunun onu öldürməməsi barədə aman diləyən yalvarışlarına məhəl qoymayaraq xüsusi əzab və iztirab verdiyini dərk etməklə və bunu arzulamaqla, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək əlindəki bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yenidən qəsdən çoxsaylı zərbələr vuraraq, ona qarnın ön divarında sağ qabırğaaltı nahiyədə döş boşluğuna keçən sağtərəfli hemopnevmotoraksla ağırlaşan bir ədəd və qarın boşluğuna keçən, qaraciyərin sağ və sol payını, mədənin kiçik əyriliyini zədələyən bir ədəd yaradan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, sağ qabırğaaltı nahiyədə bir ədəd, sol budun yuxarı 1/3-nin ön səthində bir ədəd, sol sağrının yuxarı-bayır kvadratında bir ədəd, sağ sağrının iç və bayır kvadratlarında iki ədəd, sağ kürək nahiyəsində bir ədəd, sol kürək nahiyəsində bir ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində sağ onurğayanı xətt boyunca 8-9-cu qabırğaarası sahədə bir ədəd, boynun sol yan səthinin aşağı hissəsində bir ədəd və boynun arxa səthinin aşağı hissəsində bir ədəd yaradan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olmaqla ümumilikdə on iki ədəd kəsilmiş-deşilmiş bıçaq xəsarətləri yetirmiş, bu zaman hadisə yerində olan Şahid1 Zərərçəkmiş şəxs köməklik göstərib onu Zərərçəkmiş şəxs aralamaq məqsədilə əlləri ilə itələdikdən sonra Zərərçəkmiş şəxs ani fürsət taparaq hadisə yerindən qaçaraq getmiş və o, Şahid1 müdaxiləsi, zərərçəkmiş Zərərçəkmiş şəxs ona aktiv müqavimət göstərib hadisə yerindən qaçması və yaxınları tərəfindən “İmişli rayon Mərkəzi Xəstəxanası” X13 çatdırılaraq həkimlərin göstərdikləri ixtisaslı tibbi yardım nəticəsində həyatının xilas olunması səbəbindən bilavasitə xüsusi amansızlıqla qəsdən adam öldürməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çoxsaylı bıçaq zərbələr vurduğu üçün özünü təqsirli bilmiş, lakin ibtidai istintaq orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, çünki Zərərçəkmiş şəxs öldürmək istəmədiyini demişdir. Fəridlə aralarında 08 yanvar 2024-cü il tarixdə, saat 21 radələrində mübahisə baş verən zaman iki qardaşlar Əli və Şahid2 də yanlarında olmuşdur. Fəridlə dalaşa-dalaşa gəlmiş, həmin vaxtı Fəridə çoxsaylı bıçaq zərbələri vurmuş, Əli gəldiyi üçün Fəridin yanından qaçıb getmişdir. Fəridlə dalaşan vaxt Əlinin üstünə gəldiyini, qaçdığını xatırlamış, ancaq Əlinin ona toxunduğu yadında qalmamışdır. O, qaçan vaxtı Fərid də hasardan tullanıb qaçmışdır. Fəridi xüsusi amansızlıqla öldürmək niyyəti olmamış və buna cəhd də etməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Fəridlə olan mübahisəni, yəni Fəridi bıçaqla vurmağını Əli və Tunar qardaşları görmüşlər, ancaq Əli və Tunar mübahisəyə müdaxilə etməmişlər. Mübahisəyə başlayanda, yəni birinci dəfə onları heç kim aralaşdırmamış, onlar savaşa-savaşa gəlmişlər. Bundan sonra Əli onların üstlərinə gəlmişdir. O, da Fəridi bıçaqla vurmağını Əlinin gördüyünü və üstünə gəldiyini görüb qaçmışdır. Həmin vaxtı Əlinin ona toxunması, onu tutması, kənara itələməsi yadında qalmamışdır. O, Fəriddən aralanıb qaçanda Fəriddə orada olan zabordan tullanıb qaçmışdır. Dəqiq yadında qalmamışdır ki, Fərid qaçandan sonra Əli onun üstünə gəldi, yoxsa Fərid qaçmamış Əli onun üstünə gəlmişdir. Şahid8 onun müəllimi olmuş, hadisədən sonra rayon prokurorluğunda ifadə verən zaman yanında olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayəti ehtiyatsızlıqdan törətdiyini və yetkinlik yaşına çatmayan şəxs olduğunu nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Cinayət Məcəlləsinin 29, 120.2.4-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Bildirmişdir ki, Zərərçəkmiş şəxs son 1-2 il ərzində məhəllə uşağı kimi tanımışdır. Zərərçəkmiş şəxsla 2024-cü ilin yanvar ayına qədər aralarında hər hansı münaqişə, dava-dalaş və mübahisə olmamış, sonralar isə aralarında olan mübahisəyə görə düşmənçilik yaranmışdır. Belə ki, 6 yanvar 2024-cü il tarixdə, təxminən saat 12 radələrində Murad adlı tanışı ilə İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığından keçərkən Fərid və sonuncunun yanında olan tanımadığı bir nəfər şəxslə qarışlaşmış və ona məlum olmayan səbəblərdən Fəridlə Muradın arasında sözlü mübahisə yaranmışdır. Mübahisənin sonunda Fərid söyüş söyərək onların hər ikisinin ünvanına: “Sizin hər ikinizin var yoxunuzu …” -demiş, o, da Fəriddən günahı olmadığı halda nə üçün onu söydüyünü soruşmuşdur. Bu zaman Fərid onun üzərinə gələrək, ünvanına: “Sənin kimiləri … bu yerə gəlmişəm” – deyə təhqiredici ifadələr işlətmiş, o, da Fəridə işlətdiyi söyüşlərə görə söhbətin burada qalmayacağını demişdir. X16 adlı tanışına onu döydürəcəyini demiş və o, Muradla birlikdə Fəriddən uzaqlaşaraq çıxıb getmişlər. O, Ümidi məhəllə uşağı kimi tanıyır və aralarında dostluq münasibəti vardır. Hadisə günü Əli ona “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə Fəridin göndərdiyi: “Əkbəri harda görürsüz görün, onu vurmayanın bacısını …” məzmununda mesaj yazdığını deyərək rayona çıxmamasını, onu vurduracağını bildirmiş, o, isə “İphone 6S+” markalı mobil telefonu ilə özünə məxsus ***-***-**-** saylı mobil nömrədən ortaq tanışları olan Əliyə onu söydüyünə görə Fəridə soxub içəri girəcəyini, soxmasa onun peysər olduğunu “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə səs yazısı formasında atmışdır. 08 yanvar 2024-cü il tarixdə, saat 21 radələrində Fərid ona “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə 2 dəfə zəng etmiş, o, Fəridə “Salam” yazmışdır. Fərid isə cavabında ona səs yazısı ataraq “Salamı qayış elə sox götünə, hardasan ə qəhbə” demişdir. O, Fəridə “bu nə danışıqdır” yazmış, Fərid isə ona yenidən söyüş yazaraq harada olduğunu soruşmuşdur. Fərid onun Əliyə atdığı səs yazılarını ona ataraq “Gəlib məni vurmasan sənin bacını …, gəl küçəyə” yazmışdır. O, da Fəridə “sabah danışarıq” yazmış, Fərid isə ona “Sənin kimiləri … bu yerə gəlmişəm” səs yazısını atmışdır. O, Fəridin həmin söyüşünə darıxma deyə cavab yazmışdır. Fərid ona “Küçəyə çıx. Gəlirəm. Çıxmayanın ölüsün …” yazaraq, küçəyə çıxmasını istəmiş və özünün də küçəyə çıxacağını bildirmişdir. O, Fəridə Muradla söhbət etdiyi zaman niyə var yox söyüşü söydüyünü yazmış, Fərid ona yenidən səs ataraq onu vuracağını dediyini, vurmasa anasının və bacısının qəhbə olduğunu demişdir. O, Fəridə “haradasan” deyə yazmış, Fərid isə küçəyə gəlməsini demişdir. O, “gəl danışaq”, Fərid isə ona evdən çıxdığını yazmışdır. Bununla onlar 06 yanvar 2024-cü il tarixdə aralarında baş verən mübahisəyə aydınlıq gətirmək istəmişlər. O, evdə mətbəxə keçib dolabdan qara saplı, ucu sivri olan bıçağı götürərək sol yan cibinə qoyub küçəyə çıxmışdır. Evdən çıxarkən yaşadıqları evin həyətində marketdə olan atası Fəqani onu görüb hara getdiyini soruşmuş, o, yalandan yaxınlıqda yaşayan qohumu Əmrahdan göyərçin almağa getdiyini söyləmiş, atası isə tez qayıtmasını tapşırmışdır. O, Fəridin yaşadığı küçəyə tərəf getmişdir. Fəridin yaşadığı evlə onun yaşadığı evin arasında 150-200 metr məsafə vardır. Küçənin əyri hissəsində Fəridlə qarşılaşmış, sonuncunun yanında məhəllə uşağı kimi tandığı Əli və Tunar olmuşdur. O, Fərid və digər uşaqlarla salamlaşmış, Fəridin sağ əlində sap hissəsi sarımtıl rəngdə, 40 sm uzunluğunda bıçaq olmuşdur. Fərid onunla mübahisə etməyə başlayan kimi Əli və Tunar mobil telefon vasitəsilə mübahisəni videoqeydə almağa başlamışlar. O, Fəriddən ünvanına nə üçün söyüş söydüyünü soruşmuş, Fərid isə ondan söyüşü nə üçün üzərinə götürdüyünü soruşmuşdur. O, da Fəridə “siz” dediyi üçün söydüyü söyüşü üzərinə götürdüyünü demişdir. Fərid əlindəki bıçağı ona uzadaraq, “Məni vurmaq istəyirdin. Al bıçağı, vur görüm nətər vurursan, vurmayının anasını-bacısını…, vurmasan mən səni götündən vuracam, rayona çıxa bilməyəcən” demişdir. O, da Fəridə heç bir söz dəməmiş və Fərid əlindəki bıçağı Əliyə vermişdir. Bundan sonra Fərid əynindəki jileti çıxarıb onun üzərinə gələrək onu əl-qol zərbələri ilə vurmuş, o, yerə yıxılmış və sağ arxa cibindəki bıçaq yerə düşmüşdür. Bundan sonra o, bıçağı yerdən götürərək Fərid tərəfə, bilmədiyi istiqamətlərdə hərəkət etdirmiş, eyni vaxtda Fərid də onu yumruq-təpiklə vurmaqda davam etmişdir. Onun məqsədi Fəridin zərbələrindən özünü qorumaq olmuşdur. Bundan sonra Fərid ondan ayrılaraq yolun kənarındakı hasardan özünü içəri atmış, o, isə öz tərəflərinə qaçmışdır. Yolda bıçağı dalaşdıqları yerdən bir qədər aralıda, asfalt yolun üzərinə atmışdır. Evə gəldikdə adi davranışla evə daxil olmuş, lakin atası onun hərəkətlərində qəribəlik hiss edərək nə olduğunu soruşmuşdur. O, atasına onu söydüyü üçün Fəridi bıçaqladığını demişdir. Atası bu sözləri eşitdikdən sonra şoka düşmüş, marketi və darvazanı bağlayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng-mərkəzi sisteminə zəng edib hadisə barədə məlumat vermişdir. Bundan sonra o, marketdə oturub polisin gəlməsini gözləmişdir. Bir müddət sonra polislər gəlmişlər. Təqsirləndirilən şəxs ifadələrində həmçinin göstərmişdir ki, o, 08 yanvar 2024-cü il tarixdə, saat 21 radələrində İmişli şəhəri, A.Məmmədov küçəsində, evindən götürdüyü mətbəx bıçağı ilə sayını bilmədiyi qədər bıçaq zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarətlər yetirmişdir. Həmçinin Fərid yumruqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş və o, sol əlindən xəsarət almışdır. Onun Fəridi bıçaqla vurmaqda məqsədi hadisə zamanı Fəridin yumruq və təpik zərbələrindən özünü qorumaq və Fəridin müqavimətini qırmaq olmuşdur. Həmin vaxt onların yanında Tunar Məmmədov və Əli Məmmədov olmuş, Tunar Məmmədov və Əli Məmmədov hadisəyə müdaxilə etməmişlər. Fəridə zərbə vurduğu bıçağı mətbəxdən götürmüşdür. Fərid ona səs ataraq hədə-qorxu gəldiyinə görə bıçağı götürmüşdür. Bıçaq qara saplı, ucu boz rəngli sivri bıçaq olmuşdur. Fərid bıçaqla onu vurmamış, ona hər hansı xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs konkret olaraq neçə bıçaq zərbəsi vurduğunu bilmir, həmin vaxt özündə olmamışdır. Fəridi bıçaqla vurarkən hər ikisi ayaq üstə olmuşlar. O, solaxay olduğu üçün bıçağı sol əlində tutmuş və Fəridə zərbələri bıçağı sol əlində tutaraq yetirmişdir. Hadisə vaxtı onun əynində ağ rəngli qısaqol mayka, qara rəngli idman şalvarı, böz rəngdə üzərində ağ rəngli xətləri olan uzunqol jaket olmuşdur. O, Fəridi bıçaqlayandan sonra evə qayıdıb paltarını dəyişmişdir. Fəridi küçədə bıçaqlamış, həmin yerdə də işıq olmadığından qaranlıq olduğu üçün Fəridin əynində dəqiq hansı paltarlar olduğunu xatırlamır. Lakin Fəridin əynində jilet olduğu yadındadır. Onun istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. Onun hər hansı xəstəliyi, o cümlədən ruhi-əsəb xəstəliyi yoxdur və olmamışdır. O, ümumiyyətlə narkotik vasitə və psixotrop maddə istifadə etməmişdir. Hadisə vaxtı da ayıq olmuşdur, spirtli içki qəbul edən deyildir. Təqsirləndirilən şəxs əlavə ifadəsində göstərmişdir ki, Fəridin paltarlarındakı liflər onların arasında olan mübahisə zamanı onun paltarından, onun şalvarındakı lif isə Fəridin paltarından keçmişdir. Onların arasında olan mübahisə zamanı onun jaketinin üzərinə Fəridin qanı bulaşmışdır. Şahid1 ifadəsində düzgün göstərməmiş, Fərid əynindəki jiletini çıxartmış və onun üzərinə gələrək əl-qol zərbələri ilə onu vurmuş, o, yerə yıxılmışdır. Həmin vaxt sağ arxa cibindəki bıçaq yerə düşmüş, o da bıçağı yerdən götürən kimi Fərid tərəfə bilmədiyi istəqamətlərdə bıçağı hərəkət etdirmişdir. Eyni vaxtda Fərid də onu yumruq-təpiklə vurmaqda davam etmişdir. Onun məqsədi Fəridin ona qarşı zərbələrindən özünü qorumaq olmuşdur. Bundan sonra Fərid ondan ayrılaraq yolun kənarındakı hasardan özünü içəri atmış o, da öz tərəflərinə qaçmışdır. Yolda bıçağı dava etdikləri yerdən bir qədər aralıda, asfalt yolun üzərinə atmış, Əli onu itələməmişdir. Fəridi bir yerdə vurmuş, iki dəfə vurmamış, Fəridin arxasınca qaçmamışdır. Hadisədən iki-üç həftə əvvəl Əligildə olarkən uşaqlar güləşmiş, o, da Fəridə güləşməyi təklif etmiş, Fərid də onunla razılaşmış və onlar güləşmişlər. Fərid onu yıxmış, lakin o, Fəridə “Fərid səni öldürəcəm” sözlərini deməmiş, Fəridə başqa cür, acıqlı baxmamışdır. O, Muradın adından Fəridə heç bir söz yazmamış, o, Murada “gedib bıçaq götürüb Fəridi ya da Ümüdü vuracam” deməmiş, Muraddan “Fəridi, yoxsa Ümüdü vurum” deyə soruşmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında, Fəridi xüsusi amansızlıqla öldürmək niyyətinin olmaması və buna cəhd belə etməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə ittiham oldunğu Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Əkbərlə qonşudurlar, uşaqlıqdan bir yerdə böyümüşlər, aralarında heç vaxt problem olmamış, birlikdə idmana getmişlər. Hadisə günündən iki gün əvvəl, yəni 06 yanvar 2024-cü il tarixdə əvvəl rayona gedən zaman, Əkbərin dostu “instaqram”da pis sözlər yazmış, həmin şəxsi tutub ona pis sözlər demişdir. Əkbər gəlib elə bilmişdir ki, həmin sözləri ona deyir. Əkbər ona niyə elə sözlər dediyini bildirmiş, o, da Əkbərin qolundan tutub parka tərəf aparmış, orada Əkbərə “biz dostuq, mən sənə heç vaxt elə söz demərəm” demişdir. Əkbər həmin vaxt onu başa düşmüşdür. Dəqiq bilməmişdir ki, həmin gün idi yoxsa, sonrakı gün idi axşam telefonuna mesaj gəlmişdir. Həmin mesajı ona Əli atmışdır. Mesajda Əkbər ona nalayiq sözlər yazmışdır, fikiləşmişdir ki, dost olduqları halda Əkbər niyə belə mesaj yazmışdır. Əkbərə zəng etsə də Əkbərə zəng çatmamışdır. İkinci dəfə zəng etmiş, Əkbərə görüşmələrini demiş, Əkbər ilk əvvəl gəlmək istəməmiş, sonra isə Əkbər gələcəyini demişdir. Dayısı nəvələri olan Əli və Tunarı özüylə götürmüşdür. Özü ilə həmin vaxtı bıçaqda götürmüşdür. Əkbər onların yanına gəlmişdir. Həmin vaxtı əlində bıçağ olmuş, bıçağın sapı uzun olmuş, kəsici hissəsi isə kiçik olmuşdur. Əkbərin üstünə qışqıraraq bıçağla vuracağını demişdir, al bıçağı vur demişdir. Əkbər həmin vaxtı doluxsunmuş, ağlamaq istəmiş, əvvəl boynuna almamış, mesajları göstərəndən sonra onu vurmaq istədiyini boynuna almışdır. Həmin yerdə savaşmışlar, savaşa-savaşa 15 metr gedəndən sonra Əkbərə güləş fəndi etmiş, Əkbəri yerə yıxmış, həmin vaxt Əkbərin belində olan bıçaq yerə düşmüşdür. Əkbər onu vurmuş, Əkbər onu bıçaqla vuran vaxtı Əkbərlə dalaşmış, həmin vaxtı qışqırıb “Allah”ın adını çağırmış, sonra dayısı nəvəsi Əli qaça-qaça gəlmiş, həmin vaxt hüşunu itirmiş, bədəni ağrısa da Əkbərin onu öldürəcəyindən qorxduğu üçün qonşunun hasarından tullanaraq qaçıb getmişdir. Əkbərin onu bıçaqladığı yer ilə hasar arasındakı məsafə 2-3 metr olmuş, hasarın hündürlüyü alçaq olmuşdur. Əlini hasara ataraq tullanıb qonşunun həyətinə keçə bilmişdir. Həyətə keçib oturduqdan sonra huşunu itirmişdir. Xəbəri olmadan onu xəstəxanaya aparmışlar, xəstəxanada özünə gəldikdən sonra Əkbərdən şikayəti olmadığını bildirmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Əkbərlə əvvəllər ədavəti olmamışdır. Əkbərə qarşı söyüşü olmamışdır. Əli mesajı ona hadisə günü göndərmişdir. Mesaj səsli mesaj olmuş, Əkbərin səsindən həmin səsi deyən şəxsin Əkbər olduğunu bilmiş, həmin vaxtı evdə çörək yemiş, yeməyini yarıda qoyub evdən bıçaq götürüb Əkbərlə görüşmək üçün getmişdir. Bıçağı götürüb getməkdə məqsədi Əkbəri vurmaq olmamışdır. Əkbər demişdi ki, onu bıçaqla vurar, bıçağı götürmüşdür ki, Əkbərə verib onu vurmağını desin və Əkbərin onu necə bıçaqla vuracağını görsün. Evdə anası ilə bir yerdə yaşamış, bacı-qardaşı olmamışdır. Evdən çıxanda Əli ilə Tunara zəng edib gəlin bir yer var dəyib qayıdaq demişdir. Məqsədi Əkbərlə görüşüb qayıtmaq olmuşdur. Əkbərgil onlara yaxın yerdə yaşayırlar. Əkbəri birinci özü vurmuşdur. Əkbərlə danışanda Əkbər doluxsunmuş, pis olmuş, üzr istəmək istəmiş, ancaq üzr istəməmiş, sonra isə Əkbəri vurmuşdur. Əkbəri vurmamışdan qabaq bıçağı Əkbərə vermişdir ki, al vur Əkbər, Əkbər bıçağı ondan almamışdır. Bıçağı Əli ondan almışdır. Əli ilə Tunar uzaqda olmuşlar, səsinin tonunu qaldırdığı üçün Əligil eşitmişlər, gəlib bıçağı ondan almışlar, daha sonra Əkbərin çənəsindən yumruqla vurmuşdur. Əkbərlə bir yerdə idmana getmiş, Əkbər ağır qaldırmaqla o isə güləş ilə məşğul olmuşdur. Savaşdıqları yerdən 10 metr məsafəni yumruq ata-ata ayaq üstə getmişlər, sonra Əkbərin arxasından tutub ona güləş fəndi olan “brasok” atmış, Əkbər yerə yıxılmış, həmin vaxt Əkbərin belindən bıçaq yerə düşmüş, Əkbər yarı yıxılmış vəziyyətdə 5-10 saniyə durub baxmış, sonradan bıçağın arxasında yerə düşdüyünü görmüş, bıçağı yerdən götürərək üstünə cummuşdur. Əkbərin əlində bıçağı görüb yenə Əkbərin üstünə cummuş, yenə dalaşmış, həmin vaxt Əkbər bıçaqla onu vurmuşdur. Əkbər 1-ci bıçağı sağ qolumun altından ciyəri tərəfdən vurmuş, bıçaq vurandan sonra bədənində xəsarət yaranmış, daha sonra Əkbər qarın hissəsindən bıçaqla vurmuşdur. Əkbərlə dalaşan vaxt yerə yıxılmış, Əkbər kürəyindən də onu bıçaqla vurmuşdur. Bu dəfə isə sağ böyür üstə yerə yıxılmışdır. Sonra qabağa Əkbərgil tərəfə getmiş, 3-5 metr getdikdən sonra sağ tərəfdə olan hasardan tullanmış, Əkbər də evlərinə tərəf qaçıb getmişdir. Əkbər onu bıçaqla vuran zaman Əli gəlmiş, Əkbər Əlini görüb qaçmış, Əli gəlib heç nə edə bilməmiş, həmin vaxtı Əkbər qaçmışdır. Hasardan tullanandan sonra Əkbər onu bıçaqla vura bilməmişdir. Əkbər kürəyindən bıçaq zərbələri vurandan sonra elə bil ayılmış, bıçağı yerə atmışdır. Əli qışqıra-qışqıra gəlmiş, Əli Əkbərə çatmağa 2-3 metr qalmış Əkbər qaçmışdır. Onlar dalaşanda Əli ilə Tunar onlardan hardasa 10 metr aralıda olmuşlar. Əkbərin onu vurmağa imkanı olmuş, həmin vaxt halsız olmuş, ancaq Əkbər onu vurmağa davam etməmişdir. Əkbər arxa tərəfində, yan hissəndən də bıçaq zərbəsi vurmuşdur. Əkbər arxa nahiyəsinə iki bıçaq zərbəsi vurmuşdur. Səhhətiylə bağlı şikayəti olmamışdır. Əlilliyi var, anadan gəlmə “serebial iflic” dir. Əkbərdən şikayəti olmamışdır. Əkbər telefonda ona yazdığı mesajı başqalarının yanında ona deməmişdir. Ona gələn mesaja cavab vermişdir. Prokurorluqda verdiyi ifadəsini oxumamış, ayağının ağrısından otura bilmədiyi üçün prokurorluqdan tez çıxmasını istəmişdir. Birinci Şahid3 Əkbərin yazdığı mesajı ona atmışdır. Əkbər ona çöldən-çölə kimdənsə məlumat göndərməmişdir. Əkbərlə bağlı hər hansısa bir sözü və ya mesajın Əli tərəfdən Əkbərə çatdırılmasını bilməmişdir. Əkbər onunla görüşmək istəməmiş, özü israr etmişdir Əkbər gəlib onunla görüşsün. Hadisə yeri Əkbərgilə yaxındır, Əli ilə Tunarı özüylə şahid kimi aparmış, üçüdə bir yerdə olsunlar, sonra deməsinlər Əkbərdən qorxdu və çəkindi. Əkbərlə söhbət edən zaman Əli və Tunar onlardan 10 metr aralı məsafədə olsalar da hava aydınlıq olduğu üçün Əli və Tunar onları görmüşlər. Əli və Tunarın onları telefonla çəkmələrini bilməmişdir, Əli və Tunara onları telefonla çəkmələrini deməmişdir. Əkbəri vurmaqda məqsədi məşq yoldaşalarının yanında Əkbərin dediyi sözə görə başı aşağı olmaması üçün vurmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3, 329.1 və 330.1-ci maddələrinə əsasən (zərərçəkmiş şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qonşu kimi tanımış, aralarında ədavət və ya düşmənçilik, yaxud qohumluq münasibətləri olmamışdır. Hadisədən bir müddət qabaq o, Murad adlı uşağın digər uşaqların yanında onun arxasınca danışdığını eşitmiş, lakin konkret olaraq kimin yanında və nə vaxt danışmasını xatırlamamışdır. 2024-cü ilin yanvar ayının əvvəllində Murad adlı uşağın mobil telefonundan “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə onun mobil nömrəsinə “sən kimsən, səni hiss eləmirəm, səni saymıram” məzmunlu mesajlar yazılmışdır. 06 yanvar 2024-cü il tarixdə, saat 12 radələrində o, Abbas adlı tanışı ilə İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığından keçərkən Murad və Əkbərlə qarışlaşmış, onlarla salamlaşdıqdan sonra Murada yaxınlaşaraq nəyə görə arxasınca danışdığını, söyüş işlətdiyini soruşmuşdur. Murad ona arxasınca söyüş söymədiyini dedikdə, o, Murada anasının canına and içməsini demiş, Murad da ona anasının canına and içərək arxasınca söymədiyini demişdir. Daha sonra o, Muraddan nəyə görə ona “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə həmin mesajları yazdığını soruşmuş və aralarında mübahisə yaranmışdır. O, mübahisə zamanı Murada ona bir də belə mesajlar yazarsa, var-yox söyüşü söymüş, bu zaman Əkbər onun yanına gələrək qolundan tutub onu qırağa çəkə-çəkə ondan nəyə görə var-yox söyüşü söydüyünü soruşub, Muradın onun dostu olduğunu, Murada söyülən söyüşün ona da getdiyini demişdir. O, isə Əkbərə ona söymədiyini, Muradın bir də belə hərəkət etməməsi üçün ona söydüyünü demişdir. Əkbərin onunla mübahisə etmək istədiyini görub, Əkbərə onun taytuşu olmadığını, xalası nəvəsi Ümidə deyəcəyini, Ümidlə söhbət edəcəyini deyərək çıxıb getmişdir. İki gün sonra tanışı Anarın oğlu Əli ona “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə Əkbərin səs yazılarını atmışdır. Həmin səs yazılarında Əkbər Əliyə ona soxacağını, gedib içəridə yatacağını, vecinə olmadığını, onu vurmasa peysər olduğunu nalayiq ifadələrlə demişdir. O, həmin səsləri eşitdikdən sonra Əkbərin onun haqqında belə danışmasına əsəbiləşib, dayısı nəvəsi Əlidən Əkbərin nömrəsini alaraq, Əkbərə yazmış və səs ataraq Əkbəri küçəyə çağırmışdır. Evdən çıxarkən mətbəxdən pendir bıçağını götürmüşdür. Əkbərlə onların evinin arasında 200-250 metr məsafə vardır. O, küçəyə çıxıb dayısı nəvəsi Əlini görərək onunla gəlməsini demiş, Tunar da Əlinin yanında gəlmişdir. Onlar küçədə döngəyə çatdıqda Əkbərlə qarşılaşmışlar. Əli və Tunar kənarda dayanmış, o isə Əkbərlə söhbət etməyə başlamışdır. Cibindən bıçağı çıxarıb Əkbərə uzatmış və Əkbərə “vur görüm nətər vuracan” deyə soruşmuşdur. Həmin vaxt Əli bıçağı görüb onun yanına gələrək ondan bıçağı istəmiş, o da bıçağı Əliyə vermişdir. Daha sonra jiletini çıxarıb Əkbərə yaxınlaşaraq sonuncunun çənəsinə yumruqla vurmuş, Əkbərin belindən tutaraq güləş fəndi tətbiq etmək istəmişdir. Bu zaman Əkbərin cibindən bıçaq düşmüş, Əkbər bıçağı götürüb onun qarnına və bədəninin müxtəlif yerlərinə vurmağa başlamışdır. Həmin vaxt onun tükləri biz-biz olmuş, bıçaqlandığını görüb əks istiqamətdə qaçmağa başlamışdır. Lakin təxminən 20 metr qaçdıqdan sonra ayaqları ağrıdığı üçün yerə yıxılmış, Əkbər isə onun arxasınca qaçmışdır. Əkbərə dayanmasını, onu vurmamasını demişdir. Buna baxmayaraq o, yerdə yıxılı vəziyyətdə olarkən Əkbər onu yenidən bıçaqla vurmağa başlamışdır. Bunu görən Əli onların yanına gələrək Əkbəri kürəyindən itələmiş, Əkbər isə onu vurmaqda davam etmişdir. Əli yenə də Əkbəri kürəyindən itələyərək dayanmasını demişdir. Əkbər bundan sonra dayanmış və Əliyə tərəf dönərkən, o, imkan yarandığını görüb yerdən tez qalxaraq öz tərəflərinə qaçıb hasardan özünü atmışdır. Bundan sonra qonşular və ailə üzvləri gəlmiş, daha sonra onu İmişli RMX-na aparmışlar. Xəstəxanada ona tibbi yardım göstərilmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində bildirmişdir ki, Əkbər onu 08 yanvar 2024-cü il tarixdə İmişli rayonu, A.Məmmədov küçəsində aralarında olan söyüş üstündə mübahisəyə görə bıçaqla vurmuşdur. Hadisədən iki-üç həftə əvvəl dayısı Akifgildə olarkən Əkbər də dayısı nəvələri Əligilin yanına gəlmişdir. Orada olarkən Əkbər ona, onunla güləşmək istədiyini demiş, o, Əkbərə yox dedikdə, Əkbər 5-6 dəfə ona, onun çəkisinin az olduğunu, onu yıxacağını demişdir. O, isə Əkbərin dediklərinə görə razılaşmış, onlar güləşməyə başlamışlar, Əkbər onun ayağına girəndə o, Əkbərə qarşılıq vermiş və Əkbər kürəyi üstə yerə düşmüşdür. Əkbər isə dərhal ayağa qalxaraq əsəbi şəkildə ona “Fərid səni öldürəcəm” demişdir. O, isə gülərək çəkilib qıraqda oturmuşdur. Bundan sonra da onlar birlikdə orada deyib gülsələr də, Əkbərin hərdən bir ona başqa cür baxdığını, acıqlı olduğunu görmüşdür. Həmin gün onlar güləşdikdən təxminən bir saat, bir saat yarım sonra Əkbərlə evə gələrkən onun anası evlərinin qabağında olmuşdur. Anası da orada Əkbərin ona tərs-tərs baxdığını ona demiş və ondan nə olduğunu soruşmuşdur. O, isə anasına güləşdiklərini demiş, anası ona Əkbərə yaxın durmamasını, Əkbərin ona çox pis baxdığını demişdir. O, hadisə vaxtı Əkbərin ona neçə bıçaq vurduğunu bilməmiş, sonradan həkim ona 12 bıçaq vurulduğunu demişdir. Əkbərə güləş fəndi tətbiq etmək istəyərkən Əkbər ona birinci bıçaq zərbələrini vurmuşdur. Həmin vaxt o, ayaq üstdə olmuş, Əkbər ilə üzbəüz dayanmışlar. İkinci dəfə bıçağı vurarkən o, yıxılmış vəziyyətdə, Əkbər isə ayaq üstə olmuşdur. Əkbər bıçağı sol əlində tutmuş, ona zərbələri bıçağı sol əlində tutaraq yetirmişdir. Hadisə vaxtı onun əynində qırmızı rəngli uzunqol kofta, qara rəngli qısaqol kofta, ağ rəngli mayka, tünd boz rəngli “kombat” adlanan şalvar və ağ rəngli trusik olmuşdur. Həmin paltarları dayısı Tofiq istintaqa təqdim etmişdir. Əkbərin əynindəki paltarlar isə yadında deyildir, küçə qaranlıq olduğu üçün dəqiq görməmişdir. O, “serebral iflic” xəstəsidir, buna görə müalicələr almışdır. O, ümumiyyətlə narkotik vasitə və psixotrop maddə istifadə etməmiş, hadisə vaxtı da ayıq olmuşdur, spirtli içki qəbul edən deyildir. Onun fikricə Əkbərin onu vurmaq məqsədi rayonda özünə ad-san qazanmaq olmuş, Əkbər onu öldürmək istəmişdir. Məhkəmə tərkibi Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin, Əkbərin onu vurmağa imkanı olması, ancaq Əkbərin onu vurmağa davam etməməsi, hadisə zamanı Əlinin Əkbərə 2-3 metrə çatmağa qalmış Əkbərin qaçmasına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyindən, sonuncunun məhkəmə məsuliyyətinə verildiyi Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək cəza verilməsini istəmədiyindən məhkəməyədək icraat zamanı verdiyi ifadələrini məhkəmə istintaqı zamanı dəyişərək, Təqsirləndirilən şəxs xeyrinə ifadə verib, məhkəmə tərkibini obyektiv həqiqətin müəyyən edilməsindən yanındırmağa çalışmış, bununla da cinayət işi üzrə qanuni və əsaslı hökmün çıxarılmasında maraqlı olmadığını ifadə etmişdir. İbtidai istintaqın sonrakı dövründə Zərərçəkmiş şəxs verdiyi ifadələrlə bağlı istintaq orqanı qarşında heç bir iddia qaldırmamış, cinayət işi materialları ilə tanış olan zaman da bu barədə hər hansı bir vəsatət verməmişdir. Bu da onu deməyə əsas verir ki, Zərərçəkmiş şəxs məhkəmədəki icraat zamanı verdiyi, “Əkbər bıçağı götürüb onun qarnına və bədəninin müxtəlif yerlərinə vurmağa başlamışdır. Həmin vaxt onun tükləri biz-biz olmuş, bıçaqlandığını görüb əks istiqamətdə qaçmağa başlamışdır. Lakin təxminən 20 metr qaçdıqdan sonra ayaqları ağrıdığı üçün yerə yıxılmış, Əkbər isə onun arxasınca qaçmışdır. O, Əkbərə dayanmasını, onu vurmamasını demişdir. Buna baxmayaraq o, yerdə yıxılı vəziyyətdə olarkən Əkbər onu yenidən bıçaqla vurmağa başlamışdır. Bunu görən Əli onların yanına gələrək Əkbəri kürəyindən itələmiş, Əkbər isə onu vurmaqda davam etmişdir. Əli yenə də Əkbəri kürəyindən itələyərək dayanmasını demişdir. Əkbər bundan sonra dayanmış və Əliyə tərəf dönərkən, o, imkan yarandığını görüb yerdən tez qalxaraq öz tərəflərinə qaçıb hasardan özünü atmışdır. Əkbərin onu vurmaq məqsədi rayonda özünə ad-san qazanmaq olmuş, Əkbər onu öldürmək istəmişdir” kimi ifadələrində göstərdikləri həqiqətdir. Cinayət işi üzrə toplanmış ittiham sübutlarının məcmusu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxın adamları olan Əli və Şahid2 gözləri qarşısında, onlara xüsusi əzab və iztirab verdiyini dərk etməklə və bunu arzulamaqla qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bıçaqla qəsdən çoxsaylı zərbələr vurmağa başlamış, Zərərçəkmiş şəxs həyatının təhlükədə olduğunu görüb xilas olmaq üçün qaçaraq uzaqlaşmaq istəyərkən, o, cinayətkar niyyətini başa çatdırmaq məqsədilə Zərərçəkmiş şəxs arxasınca qaçmaqla onu təqib edərək aldığı bıçaq zərbələrinin təsirindən müvazinətini itirib yerə yıxılan Zərərçəkmiş şəxs çatmış, yerdə uzanıqlı vəziyyətdə olan sonuncunun onu öldürməməsi barədə aman diləyən yalvarışlarına məhəl qoymayaraq xüsusi əzab və iztirab verdiyini dərk etməklə və bunu arzulamaqla, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək əlindəki bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yenidən qəsdən çoxsaylı zərbələr vuraraq, ona qarnın ön divarında sağ qabırğaaltı nahiyədə döş boşluğuna keçən sağtərəfli hemopnevmotoraksla ağırlaşan bir ədəd və qarın boşluğuna keçən, qaraciyərin sağ və sol payını, mədənin kiçik əyriliyini zədələyən bir ədəd yaradan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, sağ qabırğaaltı nahiyədə bir ədəd, sol budun yuxarı 1/3-nin ön səthində bir ədəd, sol sağrının yuxarı-bayır kvadratında bir ədəd, sağ sağrının iç və bayır kvadratlarında iki ədəd, sağ kürək nahiyəsində bir ədəd, sol kürək nahiyəsində bir ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində sağ onurğayanı xətt boyunca 8-9-cu qabırğaarası sahədə bir ədəd, boynun sol yan səthinin aşağı hissəsində bir ədəd və boynun arxa səthinin aşağı hissəsində bir ədəd yaradan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olmaqla ümumilikdə on iki ədəd kəsilmiş-deşilmiş bıçaq xəsarətləri yetirmiş, bu zaman hadisə yerində olan Şahid1 Zərərçəkmiş şəxs köməklik göstərib onu Zərərçəkmiş şəxs aralamaq məqsədilə əlləri ilə itələdikdən sonra Zərərçəkmiş şəxs ani fürsət taparaq hadisə yerindən qaçaraq getmiş və o, Şahid1 müdaxiləsi, zərərçəkmiş Zərərçəkmiş şəxs ona aktiv müqavimət göstərib hadisə yerindən qaçması və yaxınları tərəfindən “İmişli rayon Mərkəzi Xəstəxanası” X13 çatdırılaraq həkimlərin göstərdikləri ixtisaslı tibbi yardım nəticəsində həyatının xilas olunması səbəbindən bilavasitə qəsdən adam öldürməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin “Əkbərin onu vurmağa imkanı olması, ancaq Əkbərin onu vurmağa davam etməməsi, hadisə zamanı Əlinin Əkbərə 2-3 metrə çatmağa qalmış Əkbərin qaçmasına dair” hisslərinin sübut kimi qəbul olunması həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı toplanmış digər sübutlar ilə ziddiyyət təşkil etmiş olar, cinayət mühakimə icraatının Cinayət-Prosessual Məcəlləsinin 8.0-cı maddəsində nəzərdə tutulmuş şəxsiyyəti cinayətkar qəsdlərdən qorumaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsi cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq vəzifələrinin pozulmasına gətirib çıxarar. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs atasının bibisi oğludur. 08 yanvar 2024-cü il tarixdə təxminən saat 20 radələrində idmandan evə gəlmiş, Fərid ona Əkbərlə görüşməyə getməklərini təklif etmiş, nə məsələ olduğunu soruşsa da Fərid deməmişdir. O, da siqaret almaq üçün marketə getmək istəmişdir. Həmin günü əvvəlcədən Fərid ona Əkbərin səsini atmışdır. Həmin səs yazısına görə aralarında mübahisə olmuşdur. Həmin vaxtı qardaşı Tunar da onlarla getmişdir. Onlar Əkbərin yanına çatdıqdan sonra Fərid Əkbərdən ona söyüş söyməsini soruşmuş, Əkbər isə yox deyərək inkar etmişdir. Fərid isə açaraq səsi Əkbərə qulaq asdırmışdır. Əkbər söyüşü özünün söydüyünü təsdiq edərək Fəridə “sən məni söydüyün üçün, mən də uşaqların arasında pis olmayım deyə səni söymüşəm” demişdir. Həmin vaxtı Fərid bıçaq çıxarmış və o, Fəridin əlində bıçaq görmüşdür. Fərid bıçağı Əkbərə uzadaraq sən məni vuracaqdın ala vur demişdir. Əkbər Fəridə lazım deyil qaqa sən söydüyün üçün mən də söymüşəm demişdir. Həmin vaxtı Fəridin əlindən bıçağı almışdır. Bundan sonra Fəridlə Əkbər onlardan təxminən 15-20 metr məsafəyə çəkilərək söhbət etmək üçün getmişlər. Fəridin əynində olan gödəkçəni də Fəriddən alaraq saxlamışdır. Söhbət zamanı Fərid Əkbərə güləş fəndi işlədərək onu yıxmış və Fərid Əkbəri təpikləməyə başlamışdır. Qəflətən Fəridin “Ay Allah bıçaqlandım” deməsini eşitmişdir. Həmin vaxtı aralarında təxminən 20 metr məsafə olduğundan və gecə olduğundan Əkbərin Fəridi bıçaqladığını görməmişdir. Fəridin bıçaqlandım deməsindən qorxmuş, kimin-kimi bıçaqlamasını bilməmişdir. Çünki Əkbərin əlində bıçaq görməmişdir. Qaça-qaça Fərdilə Əkbər olan tərəfə qaçmış, Əkbər də həmin vaxtı qaçmağa başlamışdır. Fəriddə zabordan qonunşunun həyətinə tullanmışdır. Əkbərə çata bilmədiyi üçün Fəridin yanına qayıtmış və Fəridin Əkbər tərəfindən bıçaqlandığını bilmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Əkbərin atdığı səs yazısını Fərid ona atmışdır. Həmin səs yazısını Fəridə kimin atmasını bilməmişdir. Fəriddən bıçağı alaraq gödəkçəsinin cibinə qoymuş, gödəkçəni isə özündə saxlamışdır. Fərid “Ay Allah bıçaqlandım” dedikdən sonra qaça-qaça Fəridlə Əkbərin yanına getmişdir. Əkbərin Fəridi bıçaqlamasını görməmişdir. Onun Əkbərə hər hansı müdaxiləsi olmamış, çünki o çatan zaman Əkbər qaçamağa başlamışdır. Əkbərin arxasınca qaçsa da çata bilməmiş və Fəridin yanına qayıtmışdır. Fəridin axasınca zabordan tullanaraq qonşunun həyətinə keçmiş, Fəridin həyətdə uzandığını görmüşdür. Həmin vaxtı Fəridin bıçaqlandığını bilmişdir. Əkbərin arxasınca qaçmaqda məqsədi hansının bıçaqlandığını bilmək olmuşdur. Fərid həmin vaxtı yerdə uzanmamışdır. Fərid arxaya qaçaraq zabordan keçmişdir. İbtidai istintaq zamanı rayon prokurorluğundan ifadə vermiş, ancaq ifadəsi yazıldıqdan sonra tərəfindən oxunmamışdır. İfadə verən zaman atası yanında olmuşdur. Fəridin bıçaqlanmasına pis olmuşdur. Sonradan Əkbərə heç olmasa bir iki sillə vurardın ürəyin soyuyardı. Fəridin əlindən aldığı bıçaq mətbəx bıçağı olmuşdur. Hadisə yolun kəsişməsində olmuşdur. Əkbərlə hər hansı pis münasibətləri olmamışdır. Fəridin onları aparmasında hər hansı məqsədi olmamışdır. Sadəcə olaraq onlarında Fəridlə Əkbərin söhbətinə şahid olmaları üçün Fərid onları da aparmışdır. Fəridlə Əkbər arasında olan mübahisəni videoya çəkməmişlər. Mübahisə zamanı Fərid Əkbərə təpik zərbələri vurmuşdur. Əkbərin onların gözləri qarşısında Fəridi bıçaqla vurması, Əkbərin onlarla olan hər hansı mənfi münasibəti ilə bağlı olmamış, Əkbərlə dost, tanış olmuşlar. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3, 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində demişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məhəllə uşağı kimi tanıyır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Zərərçəkmiş şəxsla qohumluq münasibəti vardır. X14 arasındakı söz-söhbətdən əvvəlcə xəbəri olmamışdır. 08 yanvar 2024-cü il tarixdə, saat 20:52-də Fərid ona “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə Əkbərə aid 2 səs yazısını göndərərək, həmin səs yazılarına görə Əkbəri cəzalandıracağını yazmış, o, isə Fəridə cavab yazmamışdır. Səs yazılarında Əkbər: “Mən Fəridi harada görsəm soxub girəcəm içəri. Əgər mən Fəridə soxmasam məndən peysər adam yoxdur” – demişdir. Həmin tarixdə Fərid ona “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə zəng edərək onunla birlikdə Əkbərgil tərəfə getməyi demişdir. O, Fərid və Əkbərlə qonşuluqda yaşayır. Fərid ona getməyi təklif etdikdən sonra gələcəyini demişdir. Evdən çıxarkən balaca qardaşı Tunar ondan hara getdiyini soruşmuş, o isə Fəridin çağırdığını demişdir. Tunar da onunla gedəcəyini demişdir. O, da Tunara etiraz etməmiş və X9 vuracağı barədə kiməsə səs atdığını demişdir. Bundan sonra küçəyə çıxaraq Fəridgilə tərəf getmişlər. Fərid darvazalarının qarşısında onu gözləmişdir. Onlar birlikdə Əkbərgilin marketinə tərəf getmişlər. Küçənin əyri hissəsində onlar Əkbərlə qarşılaşmışlar. Fərid Əkbərlə söhbət edən zaman onun əynində olan cins şalvarın sağ arxa cibində mətbəx bıçağınabənzər bıçaq olduğunu görmüşdür. Fərid Əkbərlə sözlə mübahisə etməyə başlamış və Fərid sağ arxa cibindən bıçağı çıxararaq bıçağı Əkbərə göstərib yayılan səs yazısında onu bıçaqla vuracağını dediyini soruşmuşdur. O, dərhal Fəridin əlindən bıçağı almış və saxlaması üçün qardaşı Tunara vermişdir. Əkbər isə Fəridə: “Var yoxun … mən belə söz deməmişəm” – demişdir. Bundan sonra Fərid mobil telefonunu çıxardaraq Əkbərə aid səs yazısını təqdim etmişdir. Təxminən 3-4 dəqiqə sonra Fərid onların yanına gələrək əynindəki jileti çıxarmış, bıçağı Tunardan alaraq jiletin cibinə qoymuş, jileti ona verib Əkbərlə söhbət etmişdir. Əkbərlə Fərid söyüşə görə mübahisə etmişlər. Qardaşı Tunar ona məxsus “Honor 90” markalı mobil telefonla video görüntü qeydə almağa başlamışdır. X11 belindən tutaraq yerə yıxmaq istəmiş, Əkbər aşağıya doğru əyilmiş vəziyyətdə, Fərid isə onun belindən tutmuş vəziyyətdə olmuşlar. Bu zaman Əkbərin cibindən yerə bıçaq düşmüş və Əkbər bıçağı götürərək Fəridi vurmağa başlamışdır. Bundan sonra Fərid: “Ay mama bıçaqlandım” – deyə qışqırmış və digər istiqamətə qaçmağa başlamışdır. Əkbər isə Fəridin arxasınca getmişdir. Fərid bir az qaçdıqdan sonra yerə yıxılmış və Əkbər ona çataraq bıçaqla bir neçə dəfə yenidən Fəridin yan və kürək nahiyələrindən vurmuşdur. Fərid dərhal yaxınlıqda yerləşən divardan aşaraq həyətə keçmişdir. Bundan sonra Əkbər çıxıb getmiş, o, Əkbərin ardınca getmiş və Əkbər qaçaraq oradan uzaqlaşmışdır. Sonra o, Fəridin yanına qayıtmış və Fəridgilin evinə qaçaraq hadisə barədə ailə üzvlərinə xəbər vermişdir. Bundan sonra Fəridi qonşu Fuadın avtomobili ilə İmişli rayon xəstəxanasına aparmışlar. Xəstəxanada Fəridə ilkin tibbi yardım göstərilmişdir. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, Əkbər Fəridi bıçaqla vurduqdan sonra Fərid: “başına dönüm vurma məni” - deyə bildirmişdir. Fərid Əkbərə bıçağı göstərək “məni vuracaqdın, vur görüm, nətər vurursan” sözlərini demiş, “vurmasan mən səni götündən vuracam, rayona çıxa bilməyəcən” sözlərini deməmişdir. Fərid Əkbəri yumruq və təpik zərbələri ilə vurmamış, döyməmişdir. Fərid Əkbərin arxasına keçərək əlləri ilə Əkbərin belindən tutub ona güləş fəndi tətbiq etmək istəmiş, bu zaman Əkbərin cibindən bıçaq yerə düşmüş, Əkbər isə bıçağı götürmüş və Fəridi vurmağa başlamışdır. Bundan sonra Fərid “Ay mama bıçaqlandım”-deyə qışqırmış və digər istiqamətə qaçmağa başlamış, Əkbər isə Fəridin ardınca qaçmışdır. Fərid bir az qaçdıqdan sonra yerə yıxılmışdır. Əkbər isə onun yanına çataraq bıçaqla bir neçə dəfə yenidən Fəridin yan və kürək nahiyəsindən vurmuşdur. O, isə həmin vaxt onların yanına qaçmış və arxadan əli ilə Əkbərin kürəyindən itələmiş, Əkbər isə yenə də Fəridi vurmaqda davam etmişdir. O, yenə də Əkbəri kürəyindən itələmiş və dayanmasını demişdir. Əkbər qəflətən dayanmış və ona tərəf çönmüşdür, Əkbərin ona tərəf çöndüyünü görüb, qorxmuş və bir addım geri çəkilmişdir. Əkbər isə arxaya çönüb öz evlərinə tərəf qaçmış, qaçarkən Əkbər bıçağı atmış, o, bıçağın düşməsinin səsini eşitmişdir. O, isə Əkbərin arxasınca qaçmışdır. O, həmin vaxt özünü itirmiş, Əkbərin arxasınca Əkbəri tutmaq üçün qaçmışdır. O, Əkbərə çata bilməyəcəyini görüb, Fəridə kömək etmək üçün geri qayıtmışdır. İfadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, rayon prokurorluğunda ifadə verən zaman atasından başqa heç kim olmamışdır. İlk dəfə prokurorluqda şifahi qaydada danışdırılan zaman atası orada olmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş ifadəsinin dindirmə saatı ola bilsin ki, bir neçə saat fərqli qoyulmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsinin bəzi hissələri istisna olmaqla demək olar ki, ümumi formada düzdür. Üzləşdirmə zamanı atası da yanında olmuşdur. İfadəsində Fəridin hadisə zamanı Əkbərə “başına dönüm vurma məni” sözlərini deməmişdir. Hadisə zamanı Fəridin “Ay Allah bıçaqlandım” deməsini ifadəsində bildirmiş, hadisə zamanı da Fərid məhz həmin sözləri demişdir. Əlavə ifadəsində hadisə zamanı Əkbərin kürəyindən itələməsinin yazılmasını qəbul etməmiş, ifadə verən zaman elə bir söz deməmiş, hadisə zamanı Fəridi bıçaqla vuran Əkbəri itələməmiş, onların yanına çatan zaman Əkbər artıq qaçıb getməyə başlamış, o isə Əkbərə çata bilməmişdir. Əkbərə Fəridi bıçaqlamamasını, dayanmasını deməmişdir. Hadisə yeri qaranlıq olmuşdur. Küçə işıqlanmamışdır. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 7-ci sinifdə oxuyur. Qardaşı Əli ilə siqaret almağa getmişdir. Həmin vaxtı Fəridin əlində bıçaq olmuşdur, Əkbər də onların qarşısına gəlmişdir. Əkbər gələndən sonra Əli Fəridin əlindən bıçağı almışdır. Ona kənara çəkilməsini bildirdiklərindən, kənara çəkilmişdir. Sonra nə olduğunu bilməmiş, ancaq Fəridin Əkbəri vurduğunu görmüşdür. Sonra Əkbərin üzərində olan bıçaq yerə düşmüş, Əkbər bıçağını yerdən götürərək Fəridi bıçaqlamışdır. Əkbərin Fəridi bıçaqlamasını görməmişdir, çünki kənarda olmuşdur. Əkbərin hansı formada Fəridi bıçaqlamasını Əli görmüş, bu barədə Əli ona məlumat vermişdir. Mübahisənin sonunda videoçəksə də sonradan silmişdir. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, hadisə günü gecəsi onu da polis şöbəsində saxlamışlar, səhərə yaxın rayon prokurorluğuna apararaq onu dindirmişlər. Rayon prokurorluğunda ilk dəfə ifadə verən zaman atası olmasa da atası sonradan onların yanına gəlmiş və yazılı ifadəsini verən zaman iştirak etmişdir. İfadə verən zaman yanında Şahin adlı müəllimin olması yadında qalmamışdır. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, qardaşı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermiş, Şahid1 göstərdiyi bütün xüsusatları təsdiq etmişdir. İfadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Əlinin Əkbərin arxasınca qaçmasını, Əkbərin Əli tərəfə çönüb baxaraq qaçmasını görməmişdir. Əkbər ilə dost münasibətləri olmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 126.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Həmin Məcəllənin 126.2-ci maddəsində göstərilmişdir ki, yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. Göründüyü kimi şahidlər Əli və Şahid2lərdən ibtidai istintaq zamanı ifadə alınan zaman Cinayət-Prosessual Məcəlləsinin 125-126-cı maddələrinin tələbləri pozulmamış, ifadələrin hüquqi qüvvəsi vardır və ittihamın düzgün həll olunması üçün, yəni Təqsirləndirilən şəxs təqsirliliyinin sübut olunmasında istifadə edilə bilər. Bundan əlavə məhkəmə tərkibi Şahid1 məhkəmə istintaqı zamanı göstərdiyi, “Fərid hadisə zamanı Əkbərə “başına dönüm vurma məni” sözlərini deməmişdir. Hadisə zamanı Fəridin “Ay Allah bıçaqlandım” deməsini ifadəsində bildirmiş, hadisə zamanı da Fərid məhz həmin sözləri demişdir. Əlavə ifadəsində hadisə zamanı Əkbərin kürəyindən itələməsinin yazılmasını qəbul etməmiş, ifadə verən zaman elə bir söz deməmiş, hadisə zamanı Fəridi bıçaqla vuran Əkbəri itələməmiş, onların yanına çatan zaman Əkbər artıq qaçıb getməyə başlamış, o isə Əkbərə çata bilməmişdir. Əkbərə Fəridi bıçaqlamamasını, dayanmasını deməmişdir” ifadələrə tənqidi yanaşaraq həmin ifadəni tam, hərtərəfli və obyektiv yoxlamış, təhlil etmiş və digər sübutlar ilə müqayisə etmişdir. Həmin ifadə cinayət işi üzrə toplanmış digər sübutlar, o cümlədən Şahid1 özünün ibtidai istintaq zaman verdiyi ifadəsində göstərdiyi, “Əkbər Fəridi bıçaqla vurduqdan sonra Fərid: “başına dönüm vurma məni”-deyə bildirmişdir. Əkbər isə bıçağı götürmüş və Fəridi vurmağa başlamışdır. Bundan sonra Fərid “Ay mama bıçaqlandım”-deyə qışqırmış və digər istiqamətə qaçmağa başlamış, Əkbər isə Fəridin ardınca qaçmışdır. Fərid bir az qaçdıqdan sonra yerə yıxılmışdır. Əkbər isə onun yanına çataraq bıçaqla bir neçə dəfə yenidən Fəridin yan və kürək nahiyəsindən vurmuşdur. O, isə həmin vaxt onların yanına qaçmış, o, arxadan əli ilə Əkbərin kürəyindən itələmiş, Əkbər isə yenə də Fəridi vurmaqda davam etmişdir” ifadələr ilə ziddiyyət təşkil etməklə cinayət işi üzrə müəyyən olunmuş obyektiv həqiqətlə ziddiyyət təşkil etmişdir. Buna görə də Şahid1 məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi həmin hissələr sübut kimi qəbul edilə bilməz. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxın adamları olan Şahid1 və Şahid2 gözləri qarşısında, onlara xüsusi əzab və iztirab verdiyini dərk etməklə və bunu arzulamaqla qəsdən xüsusi amansızlıqla öldürmək məqsədilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bıçaqla qəsdən çoxsaylı zərbələr vurmuşdur. Məhkəmədə dindirilmiş Şahid3 oğlu ifadəsində bildirmişdir ki, 10-cu sinifdə oxuyur, hadisə yerində olmamış, hadisə zamanı evdə olmuşdur. Fəridlə Əkbər arasında sözsöhbət olmuşdur. Fəridə Əkbərin smslərini göndərərək Əkbərin onun haqqında sözlər dediyini bildirmişdir. Həmin smslərin nəticəsində Əkbər Fəridi bıçaqlamışdır. Verilən suallara cavab Şahid3 bildirmişdir ki, Əkbərdən smslərə görə nə məsələ olduğunu soruşmuş, Əkbər də Fəridin onu söydüyünü bildirmişdir. Murad onun sinif yoldaşıdır, Fəridin Muradı söyməsini bilməmişdir. Murad və Əkbər ilə birlikdə məşqə getmişdir. Fərid ona Əkbərlə danışmağını demiş, ancaq Əkbəri yıxmasını, özünün isə video çəkməsini bildirməmişdir. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs uşaq yaşlarından idman yoldaşı kimi, Təqsirləndirilən şəxs isə təxminən bir ildir ki, rayon sakini kimi tanıyır, aralarında ədavət və ya düşmənçilik, yaxud qohumluq münasibətləri olmamışdır. Həm Fəridlə, həm də Əkbərlə dostluq münasibətləri vardır. 08 yanvar 2024-cü il tarixdə, saat 18-19 radələrində Fərid özünə məxsus mobil nömrə ilə ona məxsus ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə zəng edərək Əkbərlə söhbətinin olduğunu, Əkbərə zarafatca var-yox söyüşü söydüyünü, Əkbərin isə bunu ciddi qəbul etdiyini demiş və ondan Əkbərə yazmasını və barəsində Əkbərin fikrini soruşmasını xahiş etmişdir. Fərid Əkbərin nömrəsini ona atdıqdan sonra Əkbərə yazaraq Fəridlə aralarında nə məsələ olduğunu soruşmuşdur. Əkbər ona Fəridin heç bir əsas olmadan onu söydüyünü, buna görə Fəridi cəzalandıracağını, bıçaqla vuracağını, vurmasa, peysər olduğunu deyərək özünü təhqir etmişdir. O, isə Əkbərə “savaşırsız, savaşın da, bıçaq lazım deyil”-deyə səs atmış, Əkbər isə yenə də ona Fəridi vurub gedib içəridə yatacağı barədə səs yazısı atmışdır. O, bundan sonra Əkbərin atdığı səs yazılarını “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə Fəridin mobil nömrəsinə atmış, Fərid isə ona: “Sabah Əkbəri qaldır çırp yerə, mən də videoya çəkim”-deyə bildirmişdir. Fəridə evdə olduğu halda yalandan kənddə olduğunu deyərək, aralarındakı söhbətə qarışmaq istəməmişdir. Həmin gün saat 21 radələrində Əkbər ona “Whatsapp” ani mesajlaşma proqramında səs ataraq “Fəridi bıçaqla deşik-deşik etmişəm, bəlkə də indiyənə ölüb, gedin qardaşınızın meyitini götürün” deyə bildirərək, Fəridə 10 ədəd bıçaq vurması barədə yazmışdır. Əkbərin dediklərinə inanmayaraq ona yazdığı “10 ədəd bıçaq vurmuşam” mesajını Fəridin xalası oğlu Ümidə atmış və Ümiddən düzgün olubolmadığını soruşmuşdur. Ümid ona Əkbərin Fəridi bıçaqla vurduğunu və xəstəxanada olduqlarını bildirmişdir. İfadəsi elan olunduqdan sonra Şahid3 bildirmişdir ki, rayon prokurorluğunda ifadə vermiş, ancaq elan olunmuş ifadəsində yazılmış sözləri özü deməmişdir və özü yazmamışdır. Müstəntiq ifadəsini yazdıqdan sonra ona vermiş, o, da ifadəsini oxumadan imzalamışdır. Hadisədən sonra Əkbər Fəridi bıçaqla deşik-deşik etməsi, gedib Fərid qardaşlarının meyitini götürməkləri, Fəridə 10 dəfə bıçaq zərbəsi vurması barədə ona heç bir səs atmamışdır. Hadisə barədə eşitdikdən sonra dəqiqləşdirmək məqsədi ilə Ümidə zəng vuraraq hadisə barədə soruşmuş, Ümid də Əkbərin Fəridə çoxsaylı bıçaq zərbələri vurduğunu, Fəridin xəstəxanada olduğunu bildirmişdir. Hadisədən əvvəl birinci Fərid ona telefonla zəng edərək əlaqə saxlamışdır. Əkbərə zəng edərək Fəridlə aralarında nə məsələ olduğunu soruşmuş, Əkbər də Fəridin ona söyüşlər söydüyünü bildirmişdir. Sonra isə Fəridin atdığı smsləri Əkbərə atmışdır. Məhkəmədə dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 06 yanvar 2024-cü il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxsla İmişli rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında çay içməyə gedərkən Fəridlə yanında tanımadıqları bir nəfər şəxslə qarışlaşmışlar. Bir neçə gün əvvəl mobil telefonunu Əkbərlə dəyişmişdir. Əkbər isə kontaktında olanlara onun adından yazmışdır. Əkbər “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə onun mobil nömrəsindən Fəridin nömrəsinə “səni oğru kimi tanımıram”-deyə mesaj yazmışdır. Fərid də buna görə həmin gün ona yaxınlaşaraq arxasınca söyüb-söymədiyini soruşmuşdur. O, isə Fəridə arxasınca söyüş söymədiyini demişdir, Fərid ona anasının canına and içməsini demiş, o, da Fəridə anasının canına and içərək arxasınca söymədiyini bildirmişdir. Fərid mobil telefonunu çıxararaq onun adından yazılmış mesajı göstərmiş, o isə Fəridə həmin mesajı Əkbərin onun adından yazdığını demişdir. Fərid bundan sonra Əkbərə və ona nalayiq küçə söyüşləri söymüş, Əkbər isə Fəriddən niyə söydüyünü soruşduqda, Fərid onu tanımadığımızı bildirmişdir. Fərid Əkbəri qırağa çəkib yerdən daşı götürüb Əkbərə “bu daşı başında əzərəm”, Əkbər isə Fəridə vurmağını demişdir. Fərid isə daşı yerə atıb “mən səni vurmayacam, Ümidə səni vurdutduracam” deyə bildirmişdir. Fəridin yanındakı oğlan Fəridi çəkib aparmış, onlara isə gedin demişdir. Onlar da öz yolları ilə getmişlər. Yolda gedərkən Əkbər ona telefonunu qaytarmasını demiş və onlar telefonlarını yenidən dəyişmişlər. Əkbərin fikirli olduğunu görüb ondan nə fikirləşdiyini soruşmuş, sonuncu isə “gedib bıçaq götürüb Fəridi ya da Ümidi vuracam” deyə bildirmişdir. Əkbərə “orda elə isti-isti Fəridə niyə sözünü demədin, qorxdun?” deyərək gülə-gülə zarafat etmişdir. Əkbər isə ondan “Fəridi, yoxsa Ümidi vurum?” deyə soruşmuş, o, da özünün bildiyini, zibilini ondan uzaq etməsini demişdir. Sonrakı gün Əkbərin Fəridi bıçaqladığını eşitmişdir. Məhkəmədə dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 08 yanvar 2024-cü il tarixdə, saat 21 radələrində qardaşı nəvəsi Tunar onun evinə gələrək bacısı oğlu Fəridin küçədə bıçaqlandığını dediyindən dərhal evdən küçəyə çıxaraq Tunarın arxasınca getməyə başlamışdır. Gedərkən qonşuda yaşayan Fuad Qasımova avtomobili sürüb gətirməsini tapşırmışdır. Fəridin anası Aybəniz, öz arvadı X2 ilə birlikdə Fəridin yanına getmişlər. Fəridin evlərindən təxminən 200-250 metr məsafədə İsmayıl Maqomayevin evinin qarşısında, küçədə yerdə üst-başı qan içində uzanıqlı vəziyyətdə olduğunu görmüşlər. Həmin vaxtı orada qonşuluqda yaşayan X8 və tanımadığı bir neçə qadın olmuşdur. Fuad avtomobili ilə gəlmişdir. Fəridin huşu özündə olmamış, Aybənizin və Məlahətin köməkliyi ilə dərhal Fəridi Fuadın avtomobilinin arxa oturacağına mindirərək “İmişli Rayon Mərkəzi Xəstəxanası” X13 aparmışlar. PHŞ-də Fəridə ilkin tibbi yardım göstərilərək əməliyyat otağına götürülmüşdür. Fəridin huşu özündə olmadığı üçün Fəridə heç bir sual verə bilməmiş, onun əynində olmuş paltarlarını götürmüşdür. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdə, saat 21 radələrində aralarında söyüş üstündə olan mübahisəyə görə Fəridə İmişli rayonu, A.Məmmədov küçəsində qardaşı nəvələri Əli və Tunarın gözləri qarşısında 12 bıçaq zərbələri vurmuşdur. Ancaq Əli və Tunar mübahisəyə qarışmamışlar. Məhkəmədə dindirilmiş Şahid5 Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Şahid8 Qurban oğlu ifadəsində bildirmişdir ki, işlədiyi məktəbdə əsasən qadın müəllimələr olduğu üçün gecə təxminən saat 23 radələrində məktəbin direktoru onunla birlikdə müəllim işləyən arvadına zəng vurub hadisə baş verdiyini, hadisəni törədən şəxsin məktəbin şagirdi olduğunu, bu səbəbdən onunla birlikdə rayon prokurorluğuna getməyini xahiş etmişdir. O, da rayon prokurorluğuna getməyə razılıq vermişdir. Rayon prokurorluğuna getdikdən sonra Əkbərin dindirilməsində iştirak etmişdir, başqa az yaşlı şəxsin dindirilməsində iştirak etməmişdir. Bu iş üzrə bir-iki dəfə prokurorluğa gedib sənədlərə imza etmişdir. Əkbərin müdafiəçisi orada olmuşdur. Əkbərin dindirilməsində iki dəfə iştirak etmişdir. Başqa şəxslərin dindirilməsində iştirak etməmişdir. Verilən suallara cavab olaraq Şahid8 bildirmişdir ki, cinayət işinin materiallarında olan imzalar özünə məxsusdur. Həmin gecə səhərə kimi prokurorluqda qalmamışdır. Əkbərdən başqa adam görməmişdir. Yazılan sənədlər ilə oxuyub tanış olmamışdır. Əkbərin ifadə verən zaman nə dediyini xatırlamamışdır. Prokurorluğa gedən zaman telefonu qapıda polis əməkdaşına vermişdir. Evi ilə prokurorluğun arasında olan məsafə təxminən 5-10 dəqiəlik yoldur. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində demişdir ki, Zərərçəkmiş şəxs onun oğludur, Fəridin atası Rafiqdən 10 ildən artıqdır ayrılmış, Fərdilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs qonşu kimi tanımış, onunla aralarında əvvəllər ədavət və ya düşmənçilik, yaxud qohumluq münasibətləri olmamışdır. 08 yanvar 2024-cü il tarixdə, saat 21 radələrində evdə olarkən qardaşı Tofiq onu çağıraraq Fəridin küçədə bıçaqlandığını demişdir. Dərhal evdən küçəyə çıxmış və Tofiqlə Fəridin yanına getmişdir. Ora gedərkən qonşuda yaşayan Fuad Qasımov adlı qonşuları da avtomobili sürüb gətirməsi üçün çağırmışlar. Tofiq və onunla birlikdə qardaşı arvadı X2 da Fəridin yanına getmişlər. Ora çatanda Fəridin evlərindən təxminən 200-250 metr məsafədən keçəndə yerdə üst-başı qan içində uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxtı orada qonşular da olmuş, lakin həmin vaxt həyacanlı olduğu üçün kimlərin orada olduğunu dəqiq xatırlamamışdır. Fuad özünə məxsus ağ rəngli, “Vaz-2107” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmişdir. Fəridin huşu özündə olmamış, Tofiqin və Məlahətin köməkliyi ilə dərhal Fəridi Fuadın avtomobilinin arxa oturacağına mindirmişlər və Fəridi “İmişli Rayon Mərkəzi Xəstəxanası” X13 aparmışlar. Xəstəxanada Fəridə ilkin tibbi yardım göstərilmiş və əməliyyat otağına götürülmüşdür. Həkimlər Fəridin həyatını xilas etmişdir. Həmin vaxtı Fəridin huşu özündə olmadığı üçün Fəridə heç bir sual verə bilməmişdir. Sonradan bilmişdir ki, Əkbər Fəridi aralarında söyüş üstündə olan mübahisəyə görə 08 yanvar 2024-cü il tarixdə, saat 21 radələrində yaşadıqları İmişli rayonu, A.Məmmədov küçəsində bıçaqla vurmuşdur. Əkbərlə Fəridin arasında mübahisənin dəqiq necə və harada başlamasını, Əkbərin Fəridə neçə bıçaq zərbəsi vurmasını dəqiq bilməmişdir. Fəridlə Əkbər arasında əvvəllər hər hansı dava-dalaş, mübahisə və ya münaqişə olmamışdır. Bu barədə eşitməmiş və görməmişdir. Əkbər və Fərid mübahisə edərkən orada qardaşı nəvələri Əli və Tunar olmuşlar. Ancaq Əli və Tunar mübahisəyə qarışmamışlar. Mübahisə zamanı Fəridin bıçağı olub-olmamasını bilməmişdir. Fəridin Əkbəri vurub-vurmadığını bilməmişdir. Əkbərin həmin bıçağı haradan əldə etməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə trəkibi Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması haqqında” 09 yanvar 2024-cü il tarixli qərardan görünür ki, 08 yanvar 2024-cü il tarixdə, saat 21:30 radələrində Zərərçəkmiş şəxs «yuxarı və aşağı ətrafın, qarın boşluğunun dəlib-keçən kəsilmiş-deşilmiş çoxsaylı yara» sı diaqnozu ilə «İmişli Rayon Mərkəzi xəstəxanası» X13 daxil olması barədə İmişli RPŞ-dən rayon prokurorluğuna daxil olmuş məlumat əsasında toplanmış 02c-24 nömrəli material üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqla çoxsaylı bədən xəsarətləri yetirilərək onu qəsdən öldürməyə cəhd etməsi faktı müəyyən edildiyindən Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.(cild 1, i.v.1) -“hadisə yerinin baxışının aparılması haqqında” 08 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri İmişli rayonu, A.Məmmədov küçəsindən keçən asfalt yoldur. Asfalt yolun kənarları bərk torpaq səthdən ibarətdir, bəzi hissələrdə yaşıl ot örtüyü ilə örtülmüşdür. Yolun hər iki kənarı mişar daşından hörülmüş hasarlarla əhatələnmişdir. Yolun ümumi eni 4,33 metr, asfalt hissəsinin eni isə 3,10 metrdir. Yolun hər iki tərəfində yola paralel olaraq metal materialdan hazırlanmış, üzəri sarı rəngli boya ilə boyanmış qaz boruları keçir, həmin borular dirəklər üzərində quraşdırılmışdır. Eyni zamanda, yolun sağ kənarı ilə üç ədəd elektrik xətti olan beton dirəklər və internet kabelləri keçən metal dirəklər vardır. Yolun kənarı ilə hörülmüş hasarlardan digər tərəfdə yaşayış evləri və həyətyanı sahələr yerləşir. Hasarlar bəzi hissələrdə suvanmış haldadır. Həmin yaşayış evlərinin darvazaları və qapıları yola açılır. Asfalt yolda yaşayış evlərinin yerindən asılı olaraq bəzi hissələrdə sağa və sola döngələr vardır. Asfalt yolla şimal-şərq istiqamətinə hərəkət etdikdə qarşıya çıxan sola döngədə kənarda yerləşən hasardan 1,30 metr məsafədə, aralarında 0,95 metr məsafə olan, qara rəngli, üzərində “Nike” yazılı olan bir cüt rezin materialdan hazırlanmış başmaq vardır. Başmaqlar olan yer 1 nömrəsi ilə şərti olaraq işarələndi. Həmin yerdən 13,40 metr məsafədə, İmişli şəhəri, A.Məmmədov küçəsi 14 nömrəli evin qarşısında, asfalt yolun üzərində qanabənzər ləkə vardır. Həmin ləkə 2 nömrəsi ilə işarələndi. Həmin ləkədən yolun sol kənarındakı hasara qədər 1,23 metr, qaz borusuna qədər 1,26 metr məsafə vardır. 2 nömrəsi ilə işarələnmiş yerdən 1,67 metr, divardan isə 1,93 metr məsafədə asfalt üzərində qanabənzər ləkələr vardır, həmin ləkələr şərti 3 nömrəsi ilə işarələndi. 3 nömrəsi ilə işarələnmiş yerdən 1,36 metr, divardan isə 1,96 metr məsafədə qanabənzər ləkələr vardır, həmin ləkə şərti alaraq 4 nömrəsi ilə işarələndi. 4 nömrəsi ilə işarələnmiş yerdən 0,9 metr, divardan isə 1,08 metr məsafədə qanabənzər ləkələr vardır, həmin ləkələr şərti alaraq 5 nömrəsi ilə işarələndi. 5 nömrəsi ilə işarələnmiş yerdən 0,66 metr, divardan 1,56 metr, borudan isə 2,32 metr məsafədə qanabənzər ləkələr vardır, həmin ləkələr şərti alaraq 6 nömrəsi ilə işarələnmişdir. 6 nömrəsi ilə işarələnmiş yerdən 5,50 metr, divardan 0,91 metr, borudan isə 1,62 metr məsafədə üzərində qanabənzər ləkələr olan bir ədəd bıçaq vardır, həmin bıçaq şərti alaraq 7 nömrəsi ilə işarələnmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin bıçağı təqdim edərək Zərərçəkmiş şəxs ilə əvvəlcə bir cüt başmaq aşkar olunan yerdə dalaşdıqlarını, orada Zərərçəkmiş şəxs bıçaqla zərbələr vurduğunu, daha sonra Zərərçəkmiş şəxs qaçdığını, özünün də bıçaqla onun arxasınca düşdüyünü, Zərərçəkmiş şəxs yıxıldıqdan sonra ona çataraq qanabənzər ləkələr aşkar olunan yerdə yenidən bıçaqla zərbələr endirdiyini, daha sonra Zərərçəkmiş şəxs hasardan həyətə tullandığını, özünün isə qaçdığını və qaçarkən bıçağı yerə atdığını bildirmişdir. Hadisə yerinə baxışının aparılması zamanı aşkar edilmiş, qara rəngli, üzərində “Nike” yazısı olan 1 şərti nömrəsi ilə işarələnmiş bir cüt başmaq, üzərində qana bənzər ləkələr olan 7 şərti nömrəsi ilə işarələnmiş bir ədəd bıçaq, asfalt yol üzərində 2, 3, 4, 5 və 6 nömrələri ilə şərti işarələnmiş yerlərdə olan qanabənzər ləkələrdən 5 ədəd pambıq parçasına hopdurma üsulu ilə nümunələr əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür.(cild 1, i.v.7-15) -“qanuni nümayəndənin təyin edilməsi haqqında” 09 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə1 Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində təyin edilmişdir.(cild 1, i.v.35) -“şübhəli şəxsin tutulması haqqında” 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan həmin tarixdə saat 00:15-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.48-49) -“götürmə və baxış aparılması haqqında” 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi, hadisə zamanı əynində olmuş bir ədəd uzunqol jaketin yerliyi boz rəngdə üzərində düz xətt formasında ağ rəngli naxışları vardır. Jaketin iç tərəfdən yaxalığında yerləşən qara rəngli etiketdə “ousımo” sözləri yazılmışdır. Bir ədəd şalvar qara rəngli idman şalvardır, şalvarın sağ, sol və arxa sağ tərəfində yerləşməklə ümumilikdə 03 ədəd cibi vardır, şalvarın cibləri boşdur, şalvarın cibləri zəncirbəndlə açılıb bağlanılır. Şalvarın ciblərinin kənarında ağ və qırmızı rəngli xətlər vardır. Şalvarın sol ön tərəfində cibdən aşağıda “adıdas” sözləri və işarəsi vardır. Bir ədəd mayka ağ rəngli, bir ədəd trusik isə göy rənglidir. Maykanın arxa hissəsində yuxarı tərəfdə kiçik deşiklər vardır, digər paltarlar üzərində gözlə görünən zədə müşahidə olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd yerliyi boz rəngdə üzərində düz xətt formasında ağ rəngli naxışları olan uzunqollu jaket, bir ədəd qara rəngli idman şalvarı, bir ədəd göy rəngli trusik və bir ədəd ağ rəngli mayka qablaşdırılaraq götürülmüşdür.(cild 1, i.v.62-69) -“götürmə aparılması haqqında” 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Qanuni nümayəndə2 oğlanları Şahid1 istifadəsində olan “Honor” markalı, Şahid2 istifadəsində olan “Samsung” markalı mobil telefonları könüllü surətdə istintaqa təqdim etmişdir.(cild 1, i.v.98-99) -“mobil telefona baxış aparılması haqqında” 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 istifadəsində olan mobil telefon “Honor” markalıdır. Telefonun ölçüləri 74x161x7 mm-dir. Telefon işlək vəziyyətdədir. Telefonun ön tərəfi qara, arxa tərəfi isə yaşıl metalik rəngdədir. Telefonun ön hissəsi şüşədən, arxa hissəsi isə plastik materialdandır. Telefonun üzərində heç bir zədə yoxdur. Ön hissənin orta tərəfində bir ədəd ön kamerası mövcuddur. Arxa qapağın yuxarı hissəsində, sol tərəfdə alt-alta olmaqla 03 ədəd kamera və 01 ədəd işıq vardır. Telefonun simkart yuvasında bir ədəd “Azərfon” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə aşkar olundu. Telefon sağ yan tərəfindəki düymə vasitəsi ilə işə salındı. Mobil telefon ekranda açılmış şifrə yuvasında simvolla “1-5-9-6-3” rəqəmləri üzərində simvolu yığıldıqdan sonra açılır. Mobil telefondakı tarix və vaxt real tarix və vaxta uyğundur. Telefona daxil olan sms-lər, fotoşəkillər, videoçəkilişlər olan qovluqda araşdırma üçün sübut əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Baxışda iştirak edən Şahid1 qardaşı Tunarın baş vermiş hadisəni videoya çəkdiyini, lakin sonradan çəkdiklərini qorxduğu üçün sildiyini bildirmişdir. Daha sonra “Whatsapp” ani mesasjlaşma platformasına keçid edilmiş və “Whatsapp” ani mesajlaşma platformasında “Fərid” adı ilə qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrə ilə 06 dekabr 2023-cü il tarixdən 08 yanvar 2024-cü il tarixdə, saat 20:52-ə kimi yazışmalar aparılmış və zənglər edilmişdir. 08 yanvar 2024-cü il tarixdə saat 20:44-də “Fərid” adlı kontaktdan zəng edilmiş, lakin danışıq olmamış, saat 20:52-də zəng edilmiş 22 saniyə müddətində danışıq olmuşdur. Saat 20:47-dən saat 20:52-ə kimi yazışmalar aparılmışdır. Belə ki, “Fərid” adı ilə qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrə ilə aşağıdakı qaydada yazışma aparılmışdır (baxış aparılan telefondan göndərilən yazışmalar “A” hərfi ilə, “Fərid” adı ilə qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrədən göndərilən yazışmalar və səslər “B” hərfi ilə şərti olaraq işarələndi): A- saat 20:47-də: “Ekberrr” adı ilə qeydiyyata alınmış ***- ***-**-** saylı mobil nömrəni göndərmiş, B - saat 20:47-də: “Əliii” mesajını yazmış, saat 20:50-də: “Ə belə məən … də döör onsuzda mən Fəridi tək tutsam ona soxub girəcəm içəri o söyüşünə görə, … də döör həyat mənim” 9 saniyə müddətində, “ayə elə ona soxub içəri girməsəm elə varyoxunnu …, ba bu sözüdə mən deyirəm, eləməsəm deyərsüzki ə bu Əkbər nə peysər adamdə sikim bunun ölüsün, yaxşı Əli?” 12 saniyə müddətində səs yazısı yöndləndirilmiş, A – saat 20:52-də: “Ne üçün dedi?” mesajı yazmış, B-saat 20:52-də: altalta olmaql “Əli, Gəl, Bizə” mesajlarını yazmışdır. Baxışda iştirak edən Şahid1 “A” hərfi ilə şərti işarələnmiş mesajları özünün yazdığını, “B” hərfi ilə şərti olaraq işarələn “Fərid” adı ilə qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrənin Zərərçəkmiş şəxs məxsus olması və həmin yazılan mesajların Zərərçəkmiş şəxs tərəfindən yazıldığını, yönləndirilmiş səs yazısında olan səsin isə oğlu Təqsirləndirilən şəxs aid olduğunu, Zərərçəkmiş şəxs 08 yanvar 2024-cü il tarixdə, saat 20:47-də ona zəng edərək Təqsirləndirilən şəxs onu söydüyünü deyərək Təqsirləndirilən şəxs mobil nömrəsini istədiyi üçün Təqsirləndirilən şəxs mobil nömrəsini Zərərçəkmiş şəxs atdığını bildirmişdir. Bundan başqa, “Whatsapp” ani mesajlaşma platformasında “Ekberrr” adı ilə qeydiyyata alınmış ***-***-**-** saylı mobil ilə 01 yanvar 2024-cü il tarixdə, saat 18:53-dən 08 yanvar 2024-cü il tarixdə, saat 21:42-ə kimi müxtəlif məzmunlu yazışmalar aparılmışdır. 08 yanvar 2024-cü il tarixdə saat 20:44də “Ekberr” adlı kontaktla saat 15:38-dən saat 21:42-ə kimi yazışmalar aparılmışdır. Belə ki, “Ekberrr” adı ilə qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrə ilə aşağıdakı qaydada yazışma aparılmışdır (baxış aparılan telefondan göndərilən yazışmalar“A” hərfi ilə, “Ekberrr” adı ilə qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrədən göndərilən yazışmalar və səslər “C” hərfi ilə şərti olaraq işarələndi): C-saat 20:34-də: “Elii”, “Feridin nomrsin atda me” mesajları yazmış, A - saat 20:48-də: “Fərid” adı ilə qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrəi göndərmiş və “…əcəy sə” mesajını yazmış, C-saat 21:18də: “Men ne demisdim”, saat 21:42-də: isə “.” mesajı yazmışdır. Baxışda iştirak edən Şahid1 “A” hərfi ilə şərti işarələnmiş mesajları özünün yazdığını, “C” hərfi ilə şərti olaraq işarələn “Ekberrr” adı ilə qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs məxsus olması və həmin yazılan mesajların Təqsirləndirilən şəxs tərəfindən yazıldığını bildirmişdir. Bundan əlavə baxış zamanı telefona ümumi olaraq baxış keçirilmiş və araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı digər hal aşkar edilməmişdir. Baxış zamanı mobil telefonun və qeyd olunan danışıqları özündə əks etdirən yazışmanın fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir.(cild 1, i.v.100-104) -“mobil telefona baxış aparılması haqqında” 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 istifadəsində olmuş mobil telefon “Samsung” markalıdır. Telefonun ölçüləri 75x162x8 mm-dir. Telefon işlək vəziyyətdədir. Telefonun ön tərəfi qara, arxa tərəfi isə ağ rəngdədir. Telefonun ön hissəsi şüşədən, arxa hissəsi isə plastik materialdandır. Telefonun şüşəsində çatlar vardır. Ön hissənin orta tərəfində bir ədəd ön kamerası mövcuddur. Arxa qapağın yuxarı hissəsində, sol tərəfdə alt-alta olmaqla 03 ədəd kamera və 01 ədəd işıq vardır. Telefon sağ yan tərəfindəki düymə vasitəsi ilə işə salındı. Mobil telefon ekranda açılmış şifrə yuvasında simvolla “1-2-3-6-9-8-7-4-5” rəqəmləri üzərində simvolu yığıldıqdan sonra açılır. Mobil telefondakı tarix və vaxt real tarix və vaxta uyğundur. Telefona daxil olan sms-lər, fotoşəkillər, videoçəkilişlər olan qovluqda araşdırma üçün sübut əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Baxışda iştirak edən Tural Məmmədli qardaşı Əlinin telefonu ilə baş vermiş hadisəni videoya çəkdiyini, lakin sonradan çəkdiklərini qorxduğu üçün sildiyini bildirmişdir. Daha sonra “Whatsapp” ani mesasjlaşma platformasına keçid edildi və “Whatsapp” ani mesajlaşma platformasında “Fərid” adı ilə qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrə ilə 11 sentyabr 2023-cü il tarixdən 08 yanvar 2024-cü il tarixdə, saat 20:45-ə kimi yazışmalar aparılmış və zənglər edilmişdir. 08 yanvar 2024-cü il tarixdə, saat 20:45-də “Fərid” adlı kontaktdan zəng edilmiş, 28 saniyə müddətində danışıq olmuşdur. Aparılmış yazışmalarda iş üçün əhəmiyyət kəsb edəcək məlumat aşkar edilməmişdir. Baxışda iştirak edən Şahid2 “Fərid” adı ilə qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrənin Zərərçəkmiş şəxs məxsus olması və həmin yazılan mesajların Zərərçəkmiş şəxs tərəfindən yazıldığını, Zərərçəkmiş şəxs 08 yanvar 2024-cü il tarixdə, saat 20:45-də ona zəng edərək Təqsirləndirilən şəxs onu söydüyünü dediyini, qardaşı Əliyə Əkbərin mobil nömrəsini ona atmasını xahiş etdiyini bildirmişdir. Bundan əlavə baxış zamanı telefona ümumi olaraq baxış keçirilmiş və araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı digər hal aşkar edilməmişdir. Baxış zamanı mobil telefonun və qeyd olunan danışıqları özündə əks etdirən hissələrin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir.(cild 1, i.v.105-107) -“götürmə aparılması haqqında” 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Qanuni nümayəndə1 oğlu Təqsirləndirilən şəxs istifadəsində olan “İphone S6” markalı mobil telefonu təqdim etmişdir.(cild 1, i.v.110-111) -“mobil telefona baxış aparılması haqqında” 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon “İphone 6S” markalıdır. Telefon işlək vəziyyətdədir. Telefonun ön tərəfi ağ, arxa tərəfi isə qızılı rəngdədir. Telefonun ön hissəsi şüşədən, arxa hissəsi isə plastik materialdandır. Telefonun üzərində heç bir zədə yoxdur. Ön hissənin orta tərəfində bir ədəd ön kamerası mövcuddur. Arxa qapağın yuxarı hissəsində, sol tərəfdə alt-alta olmaqla üç ədəd kamera, onların sağ tərəfində bir ədəd kamera və bir ədəd işıq vardır. Telefonun simkart yuvasında bir ədəd “Azərfon” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə aşkar olundu. Telefon sağ yan tərəfindəki düymə vasitəsi ilə işə salındı. Mobil telefon ekranda açılmış şifrə yuvasında “111111” şifrəsi yığıldıqdan sonra açılır. Mobil telefondakı tarix və vaxt real tarix və vaxta uyğundur. Telefona daxil olan sms-lər, fotoşəkillər, videoçəkilişlər olan qovluqda araşdırma üçün sübut əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Mobil telefonun “Whatsapp” ani mesajlaşma platformasında “Fərid” adı ilə qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrə ilə 08 yanvar 2024-cü il tarixdə, saat 20:47-də və 20:48-də zənglər edilmiş, lakin danışıq olmamışdır. 08 yanvar 2024-cü il tarixdə, saat 20:48-dən saat 21:43ə kimi yazışmalar aparılmışdır. Belə ki, “Fərid” adı ilə qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrə ilə aşağıdakı qaydada yazışma aparılmışdır (baxış aparılan telefondan göndərilən yazışmalar “A” hərfi ilə, “Fərid” adı ilə qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrədən göndərilən yazışmalar və səslər “B” hərfi ilə şərti olaraq işarələnmişdir):A-saat 20:48-də: “Salam”, “kimiydi” (sms); B - saat 20:48-də: “ə salamı qayış elə sox götünə, hardasan ə qəhbə” (3 saniyə müddətində səs yazısı); A-saat 20:48-də: “Bi ne dansgdi” (sms); B-saat 20:49-da: “Aç ə skm sən masu”, “Hardasan sən” (sms); A-saat 20:49-da: “Yaz”; B-saat 20:49-da: “Ə belə məən … də döör onsuzda mən Fəridi tək tutsam ona soxub girəcəm içəri o söyüşünə görə, … də döör həyat mənim” (9 saniyə səs yazısı); “ayə elə ona soxub içəri girməsəm elə varyoxunnu …, ba bu sözüdə mən deyirəm, eləməsəm deyərsüzki ə bu Əkbər nə peysər adamdə sikim bunun ölüsün, yaxşı Əli?” (12 saniyə səs yazısı); “Vurmiyanin”, “Baysn skm”, “Gəl”, “Gələm”, “Ae gəl”, “Çxram evdən”, “Eşdn”, “Gəl”, “Çxram küçəyə” (sms); A-saat 20:49-da: “Sabah dansaruq” (sms); B – saat 20:49-da; “Gəl”, “Eşdn?” (sms); “əəə qəhbəə kimsənəə sənin kimiləri sikib bı yerə gəlmişəme mən” (5 saniyə səs yazısı); ”Hardaaan əəəə”, “Sən” (sms) və saat 20:50-də: “Gələmmm” (sms); A-saat 20:50-də: “Darxma nə derem” (sms); B-saat 20:50-də: “Ae dur …dir” , “Gəl”, “Ae gəlmiyənin”, “Olusun”, “Skm”, “Dur gəl” (sms); A-saat 20:50-də: “Muradnan sopet edersen durub niye varyox soysen” (sms); B-saat 20:51-də: “sən dedüne mən Fəridə bıçaq vırma, vırmason anon qəhbədi, bacun qəhbədi o evdən gedən anon bacun varee qəhbədilər, dur gəl götün var küçənin ortasına” (9 saniyə səs yazısı); “Dur gəı e gə”, “Gələm”, “Amma batsn skm sən uçn pis olacaq”, “Durrr gəllll” (sms); A-saat 20:51-də: “Hardasan” (sms); Bsaat 20:51-də: “Gəı, “Kuçə”, “Ortasna”, “Gələm” (sms) və saat 20:51-də: “Oldu?” (sms); Asaat 20:52-də: “Gəl dansaq” (sms); B-saat 20:52-də: “Gələm, Çxdm evden” (sms); A-saat 20:52-də: “Sizin arıya gelem qa” (sms). Həmçinin, A saat 21:43-də “M”, “.”, “.” Mesajları yazmış, lakin B tərəfindən həmin mesajlar oxunmamışdır. Baxışda iştirak edən Qanuni nümayəndə1 “A” hərfi ilə şərti işarələnmiş mesajları oğlu Təqsirləndirilən şəxs tərəfindən yazıldığını, “B” hərfi ilə şərti olaraq işarələn “Fərid” adı ilə qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrənin Zərərçəkmiş şəxs məxsus olması və həmin yazılan mesajların və atılan səslərin Zərərçəkmiş şəxs tərəfindən yazıldığını və səsləndirildiyini, yönləndirilmiş səs yazısında olan səsin isə oğlu Təqsirləndirilən şəxs aid olduğunu bildirmişdir. Bundan əlavə, baxış zamanı telefona ümumi olaraq baxış keçirilmiş və araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı digər hal aşkar edilməmişdir. Baxış zamanı mobil telefonun və qeyd olunan danışıqları özündə əks etdirən yazışmanın fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir.(cild 1, i.v.112-117) -“götürmə və baxış aparılması haqqında” 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid6 təqdim etdiyi, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş uzunqol kofta qırmızı rəngdədir və onun üzərində qanabənzər ləkələr və ön və arxa tərəfində zədələr vardır. Koftanın yaxası zəncirbəndlə bağlanır. Bir ədəd qısaqol kofta qara qərnglidir və onun üzərində qanabənzər ləkələr və ön və arxa tərəfində zədələr vardır. Bir ədəd şalvar qara rənglidir, şalvarın sağ, sol, ön tərəflərində və yanlarında yerləşməklə ümumilikdə 5 ədəd cibi vardır, şalvarın cibləri boşdur, Şalvarın sol ön tərəfində cibdən aşağıda yaşıl rəngdə “Lacoste” firmasına məxsus “timsah” formasında emblem vardır. Onun üzərində qanabənzər ləkələr və arxa tərəfində zədələr vardır. Bir ədəd mayka və bir ədəd trusik ağ rənglidir. Maykanın arxa və ön tərəfində, trusikin arxa tərəfində zədələr vardır. Hər ikisinin üzərində qanabənzər ləkələr vardır. Bir ədəd corab qara rənglidir. Şahid6 təqdim etdiyi mobil telefon “İphone” markalı mobil telefondur. Telefonun ölçüləri 75x150x8 mm-dir. Telefonun işlək vəziyyətdədir. Telefonun ön tərəfi qara, arxa tərəfi isə tünd yaşıl rəngdədir. Telefonun ön hissəsi şüşədən, arxa hissəsi isə plastik materialdandır. Telefonun üzərində zədə yoxdur. Ön hissənin orta tərəfində bir ədəd ön kamerası mövcuddur. Arxa qapağın yuxarı hissəsində, sol tərəfdə alt-alta olmaqla 02 ədəd kamera və 01 ədəd işıq vardır. Şahid6 təqdim etdiyi bir ədəd qırmızı rəngli uzunqol kofta, bir ədəd qara rəngli qısa qol kofta, bir ədəd tünd boz rəngli şalvar, bir ədəd ağ rəngli trusik, bir ədəd ağ rəngli mayka, bir cüt corab və 01 ədəd “İphone” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür.(cild 1, i.v.125-136) -“mobil telefona baxış aparılması haqqında” 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olmuş mobil telefon “İphone” markalıdır. Telefon işlək vəziyyətdədir. Telefonun ön tərəfi qara, arxa tərəfi isə tünd yaşıl rəngdədir. Telefonun ön hissəsi şüşədən, arxa hissəsi isə plastik materialdandır. Telefonun üzərində zədə yoxdur. Ön hissənin orta tərəfində bir ədəd ön kamerası mövcuddur. Arxa qapağın yuxarı hissəsində, sol tərəfdə alt-alta olmaqla üç ədəd kamera və bir ədəd işıq vardır. Telefon sağ yan tərəfindəki düymə vasitəsi ilə işə salındı. Mobil telefon ekranda açılmış şifrə yuvasında “010605” rəqəmləri yığıldıqdan sonra açılır. Mobil telefondakı tarix və vaxt real tarix və vaxta uyğundur. Telefona daxil olan sms-lər, fotoşəkillər, videoçəkilişlər olan qovluqda araşdırma üçün sübut əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Daha sonra “Whatsapp” ani mesasjlaşma platformasına keçid edildi və “Whatsapp” ani mesajlaşma platformasında “X17” adlı qeydiyyata alınmış +994 70 622 81 92 saylı mobil nömrəyə 08 yanvar 2024-cü il, saat 20:54-də zəng edilmiş, lakin danışıq aparılmamışdır. Bundan əlavə, “Whatsapp” ani mesasjlaşma platformasına keçid edildi və “Whatsapp” ani mesajlaşma platformasında qeydiyyata alınmamış +994 70 786 46 88 saylı mobil nömrəyə 08 yanvar 2024-cü il, saat 20:48-də zəng edilmiş, lakin danışıq aparılmamışdır. Bundan başqa, “Whatsapp” ani mesasjlaşma platformasına keçid edildi və “Whatsapp” ani mesajlaşma platformasında “Tunar” adlı qeydiyyata alınmış +994 51 726 37 58 saylı mobil nömrəyə 08 yanvar 2024-cü il, saat 20:48-də zəng edilmiş, 28 saniyə müddətində danışıq aparılmışdır. Baxışda iştirak edən Şahid6 Zərərçəkmiş şəxs istifadəsində olan həmin mobil telefonu sonuncunun anasının ona verdiyini bildirmişdir. Bundan əlavə baxış zamanı telefona ümumi olaraq baxış keçirilmiş və araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı digər hal aşkar edilməmişdir. Baxış zamanı mobil telefonun və qeyd olunan danışıqları özündə əks etdirən hissələrin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir.(cild 1, i.v.137-140) -“məhkəmə-tibb ekspertizası”nın 10 yanvar 2024-cü il tarixli, 24 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş-qarnın ön divarında sağ qabırğaaltı nahiyədə döş boşluğuna keçən sağtərəfli hemopnevmotoraksla ağırlaşan bir ədəd yara və qarın boşluğuna keçən, qaraciyərin sağ və sol payını, mədənin kiçik əyriliyini zədələyən bir ədəd yara-cəmi iki ədəd yara, sağ qabırğaaltı nahiyədə bir ədəd, sol budun yuxarı 1/3-nin ön səthində bir ədəd, sol sağrının yuxarı-bayır kvadratında bir ədəd yara, sağ sağrının iç və bayır kvadratlarında iki ədəd yara, sağ kürək nahiyəsində bir ədəd yara, sol kürək nahiyəsində bir ədəd yara, döş qəfəsinin sağ yarısının arxa səthində sağ onurğayanı xətt boyunca 8-9-cu qabırğaarası sahədə bir ədəd yara, boynun sol yan səthinin aşağı hissəsində bir ədəd yara və boynun arxa səthinin aşağı hissəsində bir ədəd yara-cəmi 12 (on iki) ədəd yara kəsici-deşici alətin (alətlərin) təsirindən törənmişdir, 08 yanvar 2024-cü il tarixdə bıçaqla (bıçaqlarla) vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər qarnın ön divarında sağ qabırğaaltı nahiyədə döş boşluğuna keçən sağtərəfli hemopnevmotoraksla ağırlaşan bir ədəd yara və qarın boşluğuna keçən, qaraciyərin sağ və sol payını, mədənin kiçik əyriliyini zədələyən bir ədəd yara-cəmi iki ədəd yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir, digər yaralar isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qısa müddət ərzində yetirildiyi üçün xəsarətlərin ardıcıllığı barədə konkret fikir söyləmək mümkün deyildir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər onun müxtəlif duruş vəziyyətlərində (ayaqüstə, üzbəüz, əks istiqamətli və yaxud uzanmış) yetirilə bilərdi. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər yetirildikdən sonra müəyyən məqsədyönlü hərəkətlər etmək imkanında olmuşdur.(cild 1,i.v.141-143) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və İmişli Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 4(036)-2/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, dərhal həbsdən azad edilmiş, barəsində 4 (dörd) ay müddətinə, yəni 09 may 2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir.(cild 1, i.v.145-146, 199-202) -“mobil telefona baxış aparılması haqqında” 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid3 istifadəsində olmuş mobil telefon “Samsung A3” markalı mobil telefondur. Telefonun ölçüləri 65x133x6 mm-dir. Telefonun işlək vəziyyətdədir. Telefonun ön və arxa tərəfi qızılı rəngdədir. Telefonun ön hissəsi və arxa hissəsi şüşədəndir, arxa şüşəsində çatlar vardır. Ön hissənin orta tərəfində bir ədəd ön kamerası və “Samsung” yazılı mövcuddur. Arxa qapağın orta hissəsində 01 ədəd kamera və 01 ədəd işıq, onlardan aşağıda isə “Samsung” yazısı vardır. Telefonun simkart yuvasında bir ədəd “Azercell” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə aşkar olundu. Telefon sağ yan tərəfindəki düymə vasitəsi ilə işə salındı. Mobil telefon ekranda açılmış şifrə yuvasında “8697” şifrəsi yığıldıqdan sonra açılır. Mobil telefondakı tarix və vaxt real tarix və vaxta uyğundur. Telefona daxil olan sms-lər, fotoşəkillər, videoçəkilişlər olan qovluqda araşdırma üçün sübut əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Daha sonra “Whatsapp” ani mesasjlaşma platformasına keçid edildi və “Whatsapp” ani mesajlaşma platformasında qeydiyyata alınmamış ***-***-**-** saylı mobil nömrə ilə 08 yanvar 2024-cü il tarixdə, saat 20:20-dən saat 21:57-ə kimi yazışmalar aparılmışdır: (baxış aparılan telefondan göndərilən yazışmalar “A” hərfi ilə, ***-***-**-** saylı mobil nömrədən göndərilən yazışmalar və səslər “B” hərfi ilə şərti olaraq işarələnmişdir):A-saat 20:20-də: alt-alta olmaqla “Nagrsan”, “Ki”, “Nolub”, “Axi” mesajlarını yazmış, B-saat 20:21-də: “aə heçnə də başqası ilə durub söhbət eləyir diyir sikərəm sizin varyoxunuzu, başqası ilə eliyir desin ki, sikərəm varyoxunu da, varyoxunuzu nədəə, bizə də gedir də, mən dedim bu nə danışıqdı, gək keçək qırağa, dedi ə səni vırmıram, nəbilim belə, Ümidə deyəcəm səni vuracaq, nağaracaq” 20 saniyə müddətində səs yazısı, saat 20:22-də “Ə belə məən …ə də döör onsuzda mən Fəridi tək tutsam ona soxub girəcəm içəri o söyüşünə görə, ...ə də döör həyat mənim” 9 saniyə müddətində səs yazısı, saat 20:23-də “ayə elə ona soxub içəri girməsəm elə varyoxunnu sikim, ba bu sözüdə mən deyirəm, eləməsəm deyərsüzki ə bu Əkbər nə peysər adamdə …im bunun ölüsün, yaxşı Əli?” 12 saniyə müddətində məzmunlu səs yazısı göndərmiş və saat 20:24-də alt-alta olmaqla “Ne derem tay” “Qaa” gülmək smaylı, saat 20:25-də “Se kimse xaryoxuy neqarasan”, “Bax sual verem”, saat 20:29-da “Brdan oyana cxsa pesersen”, “Bu haqq hesab”, “Bir sen bir men”, saat 20:30-da “gülmək və qara ürək smaylı”, saat 20:36-da “Sanahim gozu aclsn gorey nolr”, saat 20:37-də “gül smaylı”, “Rehman banan ye”, saat 20:38-da gül smaylı mesajları yazılmış, A-saat 20:38-da gül smaylı mesajları yazmış, B-saat 20:41-də “Qeyres ustde camat bas keçir qaqa”, “Ozunde tanirsan meni heckimn qabagindan qacan dorem”, “Helem helem” mesajları yazmış və saat 21:11-də “Gedin ble, o fərid, o da siz, sikim ağzuzi və “blet gedin o fərid, o da siz” səsləri atılmış, A-saat 21:22-də “Ne dansirsan”, “Ferid vurdu” “Seni” mesajları yazmış, B-saat 21:31-də “Men virdum” yazmış, A-saat 21:31-də “Aye nolub” mesajı yazmış, B-saat 21:31-də “Onuu”, “Aye” mesjaı yazmış, A-saat 21:31-də “indi”, saat 21:36da “Hacan vurdun”, “Qam”, saat 21:37-də “.” mesajları yazmış, B-saat 21:37-də Bayaq” mesajı yazmış, A-saat 21:37-də “Mezlmde” mesajı yazmış, B-saat 21:37-də “Senol”, “Ozum olum” mesajı yazmış, A-saat 21:38-də “Kimin” “Yanında”, “Vurdun”, mesajları yazmış, B-saat 21:38-də “Eli gilin yanda”, saat 21:39-da “Gorersen”, saat 21:40-da “Umidide soxub iceri girecem”, “Polise xeber vermisik”, saat 21:45-də “Ey ta 10 dene pcag soxmsam”, “Belke olub”, saat 21:57-də “Ayble zarafat gelle se” mesajları yazmışdır. Baxışda iştirak edən Şahid3 “A” hərfi ilə şərti işarələnmiş mesajları özünün yazdığını, “B” hərfi ilə şərti olaraq işarələn ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs məxsus olması və həmin yazılan mesajların və atılan səslərin sonuncu tərəfindən yazıldığını və səsləndirildiyini, onun atdığı “Ə belə məən sikimə də döör onsuzda mən Fəridi tək tutsam ona soxub girəcəm içəri o söyüşünə görə, sikimə də döör həyat mənim” 9 saniyə müddətində səs yazısı və “ayə elə ona soxub içəri girməsəm elə varyoxunnu sikim, ba bu sözüdə mən deyirəm, eləməsəm deyərsüzki ə bu Əkbər nə peysər adamdə sikim bunun ölüsün, yaxşı Əli?” 12 saniyə müddətində məzmunlu səs yazılarını “Whatsapp” ani mesajlaşma platformasında Zərərçəkmiş şəxs atdığını, lakin Fəridlə yazışmasını sildiyini bildirmişdir. Bundan əlavə baxış zamanı telefona ümumi olaraq baxış keçirilmiş və araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı digər hal aşkar edilməmişdir. Baxış zamanı mobil telefonun və qeyd olunan danışıqları özündə əks etdirən yazışmanın fotoşəkilləri çəkilərək səs yazıları diskə köçürülərək protokola əlavə edilmişdir.(cild 1, i.v.191-197) -“tədqiqat üçün nümunələrin götürülməsi haqqında” 15 yavar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 qram qan nümunəsi götürülmüşdür.(cild 1, i.v.242) -“tədqiqat üçün nümunələrin götürülməsi haqqında” 15 yavar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 10 qram qan nümunəsi götürülmüşdür.(cild 2, i.v.15) -“İmişli Rayon Mərkəzi Xəstəxanası” X10 daxil olmuş 19 yanvar 2024-cü il tarixli, 18- 1-46/2-70/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs PHŞ-də ruhi-əsəb və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur.(cild 2, i.v.44) -“İmişli Rayon Mərkəzi Xəstəxanası” X10 daxil olmuş 19 yanvar 2024-cü il tarixli, 18- 1-46/2-71/2024 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs 02 iyun 2023-cü il tarixdən PHŞ-də “Hemiplegik spastik serebral iflic, uşaq serebral iflici. Sol yuxarı ətrafın parezi” diaqnozu ilə qeydiyyatdadır və üçüncü dərəcəli əlildir. Ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda dayanmır.(cild 2, i.v.45) -“məhkəmə-tibbi ekspertizası”nın 09 yanvar 2024-ci il tarixli, 21 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş sol əlinin 1-ci barmağının 2-ci falanqası proyeksiyasında iç səthində və sağ orta qoltuq xətti boyunca qalça tini proyeksiyasında sıyrıqlar bərk küt əşyanın təsirindən törənmişdir. Müxtəlif şəraitlərdə, o cümlədən 08 yanvar 2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir.(cild 2, i.v.75-76) -“yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi yerlərə uyğun olaraq Zərərçəkmiş şəxsla ilk mübahisə etdiyi və daha sonra bıçaqla vurduğu, bıçağı atdığı yerlər müəyyən edilmiş, məsafə ölçən alətdən istifadə etməklə ölçülərək məsafələr dəqiqləşdirilmiş və Təqsirləndirilən şəxs zərərçəkən Zərərçəkmiş şəxs ilə ilk mübahisə etdikləri yerlə bıçaq zərbələrinin vurulduğu yer arasındakı məsafənin 29,7 metr, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla zərbə vurduğu yerlə həmin bıçağı atdığı yer arasındakı məsafənin 3,7 metr, bıçaq zərbələri vurulan yerlə Şahid1 və Şahid2 dayandıqları yer arasındakı məsafənin 13.1 metr olması müəyyən edilmişdir.(cild 2, i.v.95-106) -“yetkinlik yaşına çatmayan şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 07 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 göstərdiyi yerlərə uyğun olaraq özünün durduğu, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla mübahisə etdikləri, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilk bıçaq zərbələrini vurduğu və daha sonra arxasınca qaçaraq növbəti bıçaq zərbələri vurduğu yerlər müəyyən edilmiş, məsafə ölçən alətdən istifadə etməklə ölçülərək məsafələr dəqiqləşdirilmiş və Şahid1 Zərərçəkmiş şəxs ilə mübahisə edərək ilk bıçaq zərbələri vurduğu yerlə Zərərçəkmiş şəxs arxasınca qaçıb sonuncuya yenidən bıçaq zərbələrini vurduğu yer arasında məsafənin 28,9 metr, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilk bıçaq zərbələrini vurduğu yerlə onun və qardaşı Şahid2 dayandıqları yer arasında 6,7 metr olması müəyyən edilmişdir.(cild 2, i.v.110-119) -“zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 05 mart 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi halları hadisə yerində əyani olaraq göstərmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs göstərdiyi yerlərə uyğun olaraq özünün durduğu, Təqsirləndirilən şəxsla mübahisə etdikləri, Təqsirləndirilən şəxs ona ilk bıçaq zərbələrini vurduğu və daha sonra arxasınca qaçaraq növbəti bıçaq zərbələri vurduğu yerlər müəyyən edilmiş, məsafə ölçən alətdən istifadə etməklə ölçülərək məsafələr dəqiqləşdirilmiş və Təqsirləndirilən şəxs ilə mübahisə edərək Təqsirləndirilən şəxs ona ilk bıçaq zərbələri vurduğu yerlə Təqsirləndirilən şəxs onun arxasınca qaçıb ona yenidən bıçaq zərbələrini vurduğu yer arasında məsafənin 28,6 metr, Təqsirləndirilən şəxs ona ilk bıçaq zərbələrini vurduğu yerlə Şahid1 və Şahid2 dayandıqları yer arasındakı məsafənin 7,5 metr olması müəyyən edilmişdir.(cild 2, i.v.174-185) -“kompleks məhkəmə-ballistik, məhkəmə-lifli və məhkəmə-trasoloji ekspertizası”nın 13 fevral 2024-cü il tarixli, 3-16-16/2-3/143; 3/144; 6/512 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus idman şalvarının tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın səthi üzərində aşkar edilmiş tünd-qırmızı rəngli poliester kimyəvi liflər rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs məxsus köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş üzərində “....hadisə yerindən götürülmüş üzərində “Nike” yazılı olan bir cüt başmaq...” yazı qeydləri olan bağlamadakı bir cüt başmağın səthində kənar predmetlə və ya fiziki qüvvə nəticəsində yetirilməyə xarakterik zədə yoxdur. Tədqiqata təqdim edilmiş üzərində “...Zərərçəkmiş şəxs əynində olmuş...” yazı qeydləri olan bağlamadakı iki ədəd köynəyin, bir ədəd maykanın, bir ədəd şalvarın, bir ədəd tumanın səthində çoxsaylı zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaq da aiddir. Ümumi elementlərinə əsasən, iki ədəd köynəyin, bir ədəd maykanın, bir ədəd şalvarın, bir ədəd tumanın səthində olan zədələrin tədqiqata təqdim edilmiş bir ədəd bıcağın təsirindən yaranması mümkündür. Təqim edilmiş iki ədəd köynəyin, bir ədəd maykanın, bir ədəd şalvarın, bir ədəd tumanın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamatlərdə olmaqla yetirilmişdir. Təqdim edilmiş üzərində “...Zərərçəkmiş şəxs əynində olmuş..." yazı qeydləri olan bağlamadakı bir ədəd şalvarın ön hissəsinin sol asağı tərəfində olan “a” hərfi ilə işarələnmiş zədə mexaniki təsir nəticəsində yaranmağa xarakterik ilişib cırılma zədəsidir. Tədqiqata təqdim edilmiş üzərində "...Zərərçəkmiş şəxs əynində olmuş..." yazı qeydləri olan bağlamadakı bir cüt corabın səthində zədə yoxdur. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs əynində olmuş..." yazi qeydləri olan bağlamadakı bir ədəd şalvar, bir ədəd sviter, bir ədəd tuman və bir ədəd maykanın səthində zədə yoxdur.(cild 2, i.v.186- 195) -“məhkəmə-bioloji ekspertizası”nın 27 fevral 2024-cü il tarixli, 35/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Fərid Məmmadovun ABO sistemi üzrə grup göstəricisi: Oalfa.beta (İ). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: Balfa(H)/İİİ/. Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus trusik, qolsuz mayka, qısaqol kofta, uzunqol kofta, idman şalvarı, bir cüt corablar, Təqsirləndirilən şəxs məxsus uzunqol jaket və beş ədəd pambıq tampon üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalniz H antigeni alındı. Belə olan halda bu qan ləkələri Oalfa, beta (İ) qruplu şəxsə (şəxslərə), o cümlədən də Zərərçəkmiş şəxs məxsusdur.(cild 2, i.v.216-225) -“kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın 15 fevral 2024-cü il tarixli, 398 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimal təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ünsiyyətçillik, inadkarlıq, məsuliyyətsizlik, hirslilik, emosionallıq, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs müəyyən edilən fərdi-psixi xüsusiyyətlərin, hadisə zamanı onun emosional vəziyyətinə mənfi təzahürü istisna edilmir. Qərarın təsviri hissəsində göstərilən əməli törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində situasiya ilə əlaqədar hirslilik, emosional reaksiyalara meyillilik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır.(cild 2, i.v.226-225) -“üzləşdirmə aparmaq haqqında” 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirmədə dindirmə zamanı istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək, eyni məzmunlu ifadələr vermişdir. (cild 2, i.v.242-246) -“üzləşdirmə aparmaq haqqında” 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirmədə dindirmə zamanı istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək, eyni məzmunlu ifadələr vermişdir.(cild 2, i.v.247-251) -“əlavə kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın 05 aprel 2024-cü il tarixli, 883 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimal təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs emosionallıq, inadkarlıq, hirslilik, özünə qarşı hörmət tələb etmək, laqeydlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs müəyyən edilən fərdi-psixi xüsusiyyətlərin, hadisə zamanı onun emosional vəziyyətinə mənfi təzahürü istisna edilmir. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Qərarın təsviri hissəsində göstərilən əməli törətməzdən əvvəlki dövrdə Zərərçəkmiş şəxs ilə aralarında konfliktli münasibət olmuş, etdiyi hərəkətlərə (onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi, onu təhqir etməsi və s.) səbəbindən sonuncuya kinlilik yaranmış, hadisə günü aralarında baş vermiş mübahisə əsnasında Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməyə davam etməsi ilə əlaqədar Təqsirləndirilən şəxs psixi-emosional sferasında emosional qeyri-sabitlik, qəzəblilik kimi hallar əmələ gəlmişdir. Əkər Əhmədov cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır.(cild 3, i.v.19-23) -“maddi sübut kimi tanıma haqqında” 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qırmızı rəngli uzunqol kofta, bir ədəd qara rəngli qısa qol kofta, bir ədəd tünd boz rəngli şalvar, bir ədəd ağ rəngli trusik, bir ədəd ağ rəngli mayka və bir cüt corab, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd yerliyi boz rəngdə üzərində düz xətt formasında ağ rəngli naxışları olan uzunqollu jaket, bir ədəd qara rəngli idman şalvarı, bir ədəd göy rəngli trusik və bir ədəd ağ rəngli mayka, hadisə yerinə baxış aparılan zaman aşkar olunaraq götürülən, üzərində “Nike” yazısı olan bir cüt başmaq və cinayətin aləti olan, dəstəyi qara rəngli 1 ədəd bıçaq, hadisə yerinin baxışının aparılması zamanı aşkar edilmiş qana bənzər ləkələrdən hopdurma üsulu ilə üzərində nümunə götürülmüş 05 ədəd pambıq tampon maddi sübut kimi tanınmış və rayon prokurorluğunun saxlanc otağına təhvil verilmiş, Şahid3 məxsus mobil telefona baxış aparılması haqqında protokola əlavə edilmiş 1 (bir) ədəd CD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(cild 3, i.v.24-25) -“sübutların qiymətləndirilməsi haqqında” 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 29,120.2.4-cü maddəsinə tövsif edilmişdir.(cild 3, i.v.35-75) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur.(cild 3, i.v.76-78) Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.4cü maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün:- məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilə, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Fəridi xüsusi amansızlıqla öldürmək niyyətinin olmaması və buna cəhd belə etməməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, ibtidai istintaq zamanı özünün etirafedici ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə iclasında zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş şəxslərin ifadələri və toplanmış digər sübutların məcmusu ilə təkzib edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı, Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin Fəridi xüsusi amansızlıqla öldürmək niyyətinin olmaması və buna cəhd belə etməməsi hissəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmədə mübahisəsiz surətdə obyektiv olaraq təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs 06 yanvar 2024-cü il tarixdə, saat 12 radələrində İmişli şəhəri, M.Əsədov küçəsi 3 ünvanında yerləşən İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı Heydər Əliyev adına parkda Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etdiyinə görə 08 yanvar 2024-cü il tarixdə, saat 21 radələrində yaşadığı İmişli şəhəri, E.İbrahimov küçəsi, 6 saylı evdə “Whatsapp Messenger” ani mesajlaşma tətbiqində ***-***- **-** saylı mobil nömrə ilə qeydiyyata alınan hesabından Zərərçəkmiş şəxs tanışı Şahid3 ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyata alınan hesabına Zərərçəkmiş şəxs bıçaqla vuracağı, əks halda özünü təhqir olunmuş hesab edəcəyi məzmununda səsli ismarıc göndərmiş, Şahid3 isə öz növbəsində həmin səsli ismarıcı Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyata alınan “Whatsapp Messenger” hesabına göndərdikdən sonra sonuncu bundan qəzəblənərək “Whatsapp Messenger” vasitəsilə onun hesabına nalayiq ifadələrdən ibarət səsli və yazılı ismarıclar göndərməklə təhqir etdiyinə görə o, qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək cinayətkar niyyətini həyata keçirmək üçün həmin tarixdə yaşadığı evin mətbəxindən bir ədəd mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxsla görüşə gedərkən İmişli şəhəri, A.Məmmədov küçəsində 15 nömrəli evin yaxınlığında Zərərçəkmiş şəxsla qarşılaşmış və aralarında yaranan əlbəyaxa mübahisə zamanı şalvarının arxa cibindən yerə düşən bıçağı götürərək sonuncunun yaxın adamları olan Şahid1 və Şahid2 gözləri qarşısında, onlara xüsusi əzab və iztirab verdiyini dərk etməklə və bunu arzulamaqla qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bıçaqla qəsdən çoxsaylı zərbələr vurmağa başlamış, zərərçəkmiş Zərərçəkmiş şəxs həyatının təhlükədə olduğunu görüb xilas olmaq üçün qaçaraq uzaqlaşmaq istəyərkən, o, cinayətkar niyyətini başa çatdırmaq məqsədilə Zərərçəkmiş şəxs arxasınca qaçmaqla onu təqib edərək aldığı bıçaq zərbələrinin təsirindən müvazinətini itirib yerə yıxılan Zərərçəkmiş şəxs çatmış, yerdə uzanıqlı vəziyyətdə olan sonuncunun onu öldürməməsi barədə aman diləyən yalvarışlarına məhəl qoymayaraq xüsusi əzab və iztirab verdiyini dərk etməklə və bunu arzulamaqla, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək əlindəki bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yenidən qəsdən çoxsaylı zərbələr vuraraq, ona qarnın ön divarında sağ qabırğaaltı nahiyədə döş boşluğuna keçən sağtərəfli hemopnevmotoraksla ağırlaşan bir ədəd və qarın boşluğuna keçən, qaraciyərin sağ və sol payını, mədənin kiçik əyriliyini zədələyən bir ədəd yaradan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, sağ qabırğaaltı nahiyədə bir ədəd, sol budun yuxarı 1/3-nin ön səthində bir ədəd, sol sağrının yuxarı-bayır kvadratında bir ədəd, sağ sağrının iç və bayır kvadratlarında iki ədəd, sağ kürək nahiyəsində bir ədəd, sol kürək nahiyəsində bir ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində sağ onurğayanı xətt boyunca 8-9-cu qabırğaarası sahədə bir ədəd, boynun sol yan səthinin aşağı hissəsində bir ədəd və boynun arxa səthinin aşağı hissəsində bir ədəd yaradan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olmaqla ümumilikdə on iki ədəd kəsilmiş-deşilmiş bıçaq xəsarətləri yetirmiş, bu zaman hadisə yerində olan Şahid1 Zərərçəkmiş şəxs köməklik göstərib onu Zərərçəkmiş şəxs aralamaq məqsədilə əlləri ilə itələdikdən sonra Zərərçəkmiş şəxs ani fürsət taparaq hadisə yerindən qaçaraq getmiş və o, Şahid1 müdaxiləsi, zərərçəkmiş Zərərçəkmiş şəxs ona aktiv müqavimət göstərib hadisə yerindən qaçması və yaxınları tərəfindən “İmişli rayon Mərkəzi Xəstəxanası” X13 çatdırılaraq həkimlərin göstərdikləri ixtisaslı tibbi yardım nəticəsində həyatının xilas olunması səbəbindən bilavasitə xüsusi amansızlıqla qəsdən adam öldürməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Hazırki iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlinə şamil edilməli olan Cinayət Məcəlləsinin norması xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etməni nəzərdə tutan Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsidir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs hərəkətində «xüsusi amansızlıq» əlamətinin olması barədə fikrini onunla əlaqələndirmişdir ki, Zərərçəkmiş şəxs yaxın adamlar yəni, qohumu Əli və Şahid2 gözləri qarşısında, onlara xüsusi əzab və iztirab verdiyini dərk etməklə və bunu arzulamaqla Zərərçəkmiş şəxs onu öldürməməsi barədə aman diləyən yalvarışlarına məhəl qoymayaraq xüsusi əzab və iztirab verdiyini dərk etməklə və bunu arzulamaqla, müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq nümayiş etdirərək qəsdən xüsusi amansızlıqla öldürmək məqsədilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə yenidən qəsdən çoxsaylı zərbələr vuraraq bədən xəsarətləri yetirmiş, bu hərəkətləri ilə o, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd etmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Cinayət Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət Prosessual Məcəllənin 144-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də tam cavab verən hüquqi və obyektiv nəticədir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -09 fevral 2024-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(cild 1, i.v.133) -İmişli rayonu İcra Hakimiyyəti Başçısının İmişli şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 25 yanvar 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, E.İbrahimov küçəsi ev 6 ünvanında qeydiyyatda olmaqla ailə üzvüləri ilə birlikdə yaşayır, yaşayış yeri və oxuduğu məktəb üzrə müsbət xarakterizə edilmişdir.(cild 2, i.v. 50, 71-72) -Zərərçəkmiş şəxs tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli notarial qaydada verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaqdır.(cild 2, i.v. 49) -Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə verilmiş 23 may 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də bu işlə bağlı Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi olmayacaqdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilmişdir ki, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmaması, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, həmin Məcəllənin 59.1.13-cü maddəsinə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 86.1-ci maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Həmin Məcəllənin 63.3-cü maddəsində göstərilmişdir ki, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60.1, 63.3 və 85.5-ci maddələri bu hallar nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində İmişli Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 4(036)-2/2024 nömrəli qərarı ilə “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o dərhal həbsdən azad edilmiş, barəsində 4 (dörd) ay müddətinə, yəni 09 may 2024-cü il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 may 2024-cü il tarixli, 1(099)-495/2024 nömrəli qərarı ilə barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən (ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət- Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 09 yanvar 2024-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış və İmişli rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd qırmızı rəngli uzunqol kofta, 1 (bir) ədəd qara rəngli qısa qol kofta, 1 (bir) ədəd tünd boz rəngli şalvar, 1 (bir) ədəd ağ rəngli trusik, 1 (bir) ədəd ağ rəngli mayka və 1 (bir) cüt corab, Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd yerliyi boz rəngdə üzərində düz xətt formasında ağ rəngli naxışları olan uzunqollu jaket, 1 (bir) ədəd qara rəngli idman şalvarı, 1 (bir) ədəd göy rəngli trusik və 1 (bir) ədəd ağ rəngli mayka, hadisə yerinə baxış aparılan zaman aşkar olunaraq götürülən, üzərində “Nike” yazısı olan 1 (bir) cüt başmaq və cinayətin aləti olan, dəstəyi qara rəngli 1 (bir) ədəd bıçaq, hadisə yerinin baxışının aparılması zamanı aşkar edilmiş qana bənzər ləkələrdən hopdurma üsulu ilə üzərində nümunə götürülmüş 5 (beş) ədəd pambıq tampon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Şahid3 məxsus mobil telefona baxış aparılması haqqında protokola əlavə edilmiş 1 (bir) ədəd CD disk cinayət işinin materillarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 512 (beş yüz on iki) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 4cü bəndinə əsasən əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən bu Məcəllənin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.3-cü maddəsində göstrəilmişdir ki, 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Həmin Məcəllənin 30.3-cü maddəsində göstərilmişdir ki, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.1 və 30.2-ci maddələrinə uyğun bağladıqları əqdlər üzrə müstəqil surətdə əmlak məsuliyyəti daşıyırlar. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar vurduqları ziyana görə bu Məcəlləyə uyğun məsuliyyət daşıyırlar. Göründüyü kimi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 512 (beş yüz on iki) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 51-2, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 7 (yeddi) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu, 09 yanvar 2024-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış və İmişli rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd qırmızı rəngli uzunqol kofta, 1 (bir) ədəd qara rəngli qısa qol kofta, 1 (bir) ədəd tünd boz rəngli şalvar, 1 (bir) ədəd ağ rəngli trusik, 1 (bir) ədəd ağ rəngli mayka və 1 (bir) cüt corab, Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd yerliyi boz rəngdə üzərində düz xətt formasında ağ rəngli naxışları olan uzunqollu jaket, 1 (bir) ədəd qara rəngli idman şalvarı, 1 (bir) ədəd göy rəngli trusik və 1 (bir) ədəd ağ rəngli mayka, hadisə yerinə baxış aparılan zaman aşkar olunaraq götürülən, üzərində “Nike” yazısı olan 1 (bir) cüt başmaq, cinayətin aləti olan 1 (bir) ədəd bıçaq, hadisə yerinin baxışının aparılması zamanı aşkar edilmiş qana bənzər ləkələrdən hopdurma üsulu ilə üzərində nümunə götürülmüş 5 (beş) ədəd pambıq tampon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış Şahid3 məxsus mobil telefona baxış aparılması haqqında protokola əlavə edilmiş 1 (bir) ədəd CD disk cinayət işinin materillarında saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 512 (beş yüz on iki) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar