Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-496/2023 22.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X6 oğlunun sədrliyi ilə, hakimlər – Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1975-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Astara şəhəri, Azərbaycan küçəsi, ev 20-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 04 kiloqram 35,626 qram (4035,626 qram) çəkidə narkotik vasitə hesab edilən heroin və 1 kiloqram 905 qram (1905 qram) çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə edib daşımaqla üzərində və yaşadığı evdə saxlamış, 11 fevral 2023-cü il tarixdə əldə etdiyi narkotik vasitə heroinin 0,752 qram çəkidə olan hissəsini tanışı Şahid1 satmış, 11 fevral 2023-cü il tarixdə, saat 18 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı Astara şəhəri ərazisində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və həmin tarixdə üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 4,874 qram narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüş, daha sonra əməliyyat tədbirinin davamı olaraq onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən mətbəxdə olan su kranının altındakı şkafdan iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri - 2020,0 qram və 2010,0 qram olmaqla ümumi təmiz çəkisi - 4030,0 qram olan narkotik vasitə hesab edilən heroin, bir ədəd bükümdə ümumi təmiz çəkisi 1905,0 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, 11 fevral 2023-cü il tarixdə təxminən saat 15 radələrində evdə olduğu zaman polis əməkdaşları onlara gəlmiş, həmin vaxt öz istifadəsi üçün evində saxladığı 1 qrama yaxın narkotik vasitə olan heroini və 8 ədəd «tramodol» həbini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onu küçədə saxlamamışlar. Sonra polis şöbəsinə aparılmış, orada üzərinə baxış keçirildikdən sonra polis əməkdaşları onunla birlikdə evinə baxış keçirilməsi üçün gəlmiş, evdə axtarış aparılan zaman mətbəxdə olan şkafın içərisindən aşkar olunmuş 6 kq. yaxın narkotik vasitələr isə ona məxsus olmamış, həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən oraya qoyulmuşdur. O, Şahid1 adlı şəxsi tanımış, onunla birlikdə narkotik vasitə istifadə etmiş, lakin İbrahimə heç vaxt narkotik vasitə satmamış, sonradan onun «polisin adamı» olduğunu bilmişdir. İstifadə etdiyi narkotik vasitələri Lənkəranda tanımadığı şəxslərdən almışdır.Onun evində yalnız polis əməkdaşlarına təqdim etdiyi 1 qrama yaxın narkotik vasitə olan heroin, 8 ədəd «tramodol» həbi və bir ədəd tərəzi olmuşdur. Polis əməkdaşlı evində axtarış apararkən onunla kobud rəftar etmişlər.O, əvvəllər 2017-ci ildə Türkiyəyə gedərkən üzərində 6 qram narkotik vasitə olduğuna görə Gürcüstan Respublikasında tutulmuş, orada 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 4 il 1 ay cəza çəkdikdən sonra verilmiş amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı məhkəmənin müəyyən etdiyi halları etiraf etməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq onun bu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Bafəddin oğlu ifadəsində göstərmişdir ki, 11 fevral 2023-cü il tarixdə Astara şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuş, belə ki, polis əməkdaşları tərəfindən üzərində narkotik vasitə olduğuna görə saxlanılan Şahid1 narkotik vasitəni 20 manata Təqsirləndirilən şəxs aldığını bildirmiş, həmin məlumatla əlaqədar əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və onu Astara şəhəri ərazisində “Sim-Sim” adlanan yerin yaxınlığında saxlayıb ona polis əməkdaşı olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib maşına əyləşdirərək rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla aparılan şifahi sorğu zamanı o, evində də narkotik vasitə olduğunu bildirmiş, evinə baxış keçirilməsinə dair razılıq ərizəsi alındıqdan sonra onun Astara şəhərində olan evinə yollanmışlar. Onun evinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, həmin vaxt onun ailə üzvləri evdə olmamış, baxış zamanı Təqsirləndirilən şəxs evin mətbəxində olan çəkməcənin altından 02 ədəd qara rəngli sellofana bükülmüş irihəcmli bükümdə narkotik vasitə heroinə bənzər kütləni və bir ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir, ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 11 fevral 2023-cü il tarixdə Astara şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat müvəkkili Şahid2 əməliyyat məlumatı daxil olmuş, həmin məlumatla əlaqədar əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və onu Astara şəhəri ərazisində küçədə saxlayıb rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla aparılan şifahi sorğu zamanı o, evində də narkotik vasitə olduğunu bildirmiş və Şahid1 adlı şəxsə 20 manata narkotik vasitə satdığını etraf etmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə dair razılıq ərizəsi alındıqdan sonra onun Astara şəhərində olan evinə yollanmışlar. Onun evinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, həmin vaxt onun ailə üzvləri evdə olmamış, qapını özü açmış, baxış zamanı Təqsirləndirilən şəxs evin mətbəxində olan çəkməcənin altından 02 ədəd qara rəngli sellofana bükülmüş irihəcmli bükümdə narkotik vasitə heroinə bənzər kütləni və bir ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir, ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Astara RPŞ-nin polis nəfəri Şahid4 ifadəsində göstərmişdir ki, 11 fevral 2023-cü il tarixdə Astara şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar keçirilən əməliyyat axtarış tədbirində iştirak etmiş, onu axşam tərəfi Astara şəhəri ərazisində küçədə saxlayıb rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsində də iştirak etmiş, onun evinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, həmin vaxt onun ailə üzvləri evdə olmamış, baxış zamanı Təqsirləndirilən şəxs evin mətbəxində olan çəkməcənin altından içərisində narkotik vasitə olan heroinə və qurudulmuş marixuanaya bənzər maddələr olan irihəcmli qara rəngli sellofan bükülüləri təqdim etmiş, ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı videoçəkiliş tətbiq edilməklə Təqsirləndirilən şəxs evinə 11 fevral 2023-cü il tarixdə baxış keçirilməsini özündə əks etdirən 01 ədəd kompakt diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs evinə videoçəkiliş vasitəsilə baxış keçirilərkən mətbəxdə yerləşən çəkməcənin altından 02 ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə heroinə, habelə 01 ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin aşkar edilərək götürülməsi, həmin kütlələrin elektron tərəzidə ölçülməsi və 02 ədəd qara rəngli sellofan bükülüdə olan narkotik vasitə heroinə bənzər kütlələrin müvafiq olaraq 2 kq 195 qram və 2 kq 175 qram, 01 ədəd qara rəngli bükülüdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin isə 2 kq 50 qram olması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 11 fevral 2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan görünür ki, 11 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkil X2 iştirakı ilə keçirilən istintaq hərəkətinə başlamazdan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, habelə üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, həmin sellofana baxış keçirilərkən bu kütlənin narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 5,05 qram olması müəyyən edilmiş, Təqsirləndirilən şəxsla aparılan şifahi sorğu zamanı üzərindən aşkar olunaraq götürülmüş kütlənin narkotik vasitə heroin olduğunu öz istifadəsi üçün saxladığını, bundan başqa yaşadığı evdə də narkotik vasitə saxladığını və bu kütlədən bir dəfə, həmin gün, yəni 11 fevral 2023-cü il tarixdə Astara şəhər sakini Şahid1 04 ədəd bükümünü 20 manata satdığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 11 fevral 2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan görünür ki, 11 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Astara RPŞ-yə gətirilmiş və şəxsi axtarış aparılarkən üzərindən narktoik vasitə heroin aşkar edilərək götürülmüş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs evində də narkotik vasitə saxladığını bildirmiş, habelə evinə baxış keçirilməsinə dair hər hansı bir etirazının olmadığına dair ərizə də təqdim etmiş, bundan sonra onun ünvan 2 ünvanında yerləşən evinə baxış keçirilməsindən ötrü istintaq hərəkəti iştirakçıları ilə birlikdə həmin ünvana yollanmışlar. Təqsirləndirilən şəxs evinə videoçəkiliş vasitəsilə baxış keçirilərkən mətbəxdə yerləşən çəkməcənin altından 02 ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə heroin, habelə 01 ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin kütlələr elektron tərəzidə ölçülmüş və 02 ədəd qara rəngli sellofan bükülüdə olan narkotik vasitə heroinə bənzər kütlələr müvafiq olaraq 2 kq 195 qram və 2 kq 175 qram, 01 ədəd qara rəngli bükülüdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə isə 2 kq 50 qram olmuş, daha sonra mətbəxdə masanın üzərindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, bundan sonra həmin kütlələr qablaşdırılaraq möhürlənmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin kompleks-məhkəmə-kimyəvi-bioloji ekspertizasının 12 fevral 2023-cü il tarixli, 19/195 nömrəli rəydən görünür ki, “tədqiqata təqdim edilmiş üzərində “Astara şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 4,874 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Astara şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkarlanmış kütlələr...” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 2020,0 qram, 2010,0 qram olmaqla ümumi təmiz çəkisi 4030,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Tədqiqata təqdim edilmiş üzərində “Astara şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş kütlə....” sözlər və imzalar olan bir ədəd bağlamadakı təmiz çəkisi - 1905,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Astara şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evdən aşkarlanmış 1 ədəd elektron tərəzi və siqaretin gümüşü kağızları.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı; 4 ədəd gümüşü rəngli siqaret kağızları üzərində narkotik vasitə və ya psixotrop maddə izləri yoxdur. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumilikdə 3 ədəd olmaqla, ümumi təmiz çəkisi: -4034,874 qram olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərilərində “Astara şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə...”; “Astara şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkarlanmış kütlələr...” və "Şahid1 üzərindən aşkar edilmiş 4 büküm heroin Rəy №-19/194” sözlər və imzalar olan iki ədəd zərfdəki və bir ədəd bağlamadakı ümumilikdə 7 ədəd olmaqla heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş 14 fevral 2023-cü il tarixli, 184 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olan tələbnamədən görünür ki, Axundov X3 Respublikası Tbilisi Şəhər Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli hökmü ilə Gürcüstan Respublikası CM-nin 260-cı maddəsinin 6-cı bəndinin “A” yarımbəndi ilə təqsirli bilinib 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Gürcüstan Respublikası Tbilisi Şəhər Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli hökmünün Azərbaycan Respublikasında tanınıb tanınmamasını müəyyən etmək məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış sorğuya Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş 22 fevral 2023-cü il tarixli 31/28 nömrəli cavabdan da görünür ki, həmin hökmün tanınmasına dair material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Astara RİH başçısının Astara İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 501 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı və həddi buluğa çatmış iki övladından ibarətdir. Cinayət işinin materillarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı Astara şəhər İnzibati ərazi nümayəndəliyinə heç bir şikayət xarakterli məlumatlar daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Astara RPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan 11 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalan 4034,724 qram narkotik vasitə olan heroin kütləsinin, habelə Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalan 1904,95 qram narkotik vasitə qurudulmuş marixuana kütləsinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, şəxsi axtarış və götürmə aparılması, habelə baxış və götürmə aparılması istintaq hərəkətləri aparılarkən qeydə alınmış videogörüntüləri özündə əks etdirən 03 ədəd DVD diskin cinayət işinin icraat materiallarında saxlanılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasınaməhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 11 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji kabinetdə qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut olan və Astara RPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan 11 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalan 4034,724 qram narkotik vasitə olan heroin kütləsi, habelə Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalan 1904,95 qram narkotik vasitə qurudulmuş marixuana kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə aparılması, habelə baxış və götürmə aparılması istintaq hərəkətləri aparılarkən qeydə alınmış videogörüntüləri özündə əks etdirən 03 ədəd DVD disk cinayət işinin icraat materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci olan 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1(099)-496/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-496/2023
22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver