Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-496/2024 23.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X14, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi4, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 və 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxxxx 1969-cu ildə İran İslam Respublikasının Poldaşı rayonunda doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, məhkum olunmamış, işləməyən, İran İslam Respublikasının Poldaşı rayonunda qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə; xx xxxx 1975-ci ildə İran İslam Respublikasının Poldaşı rayonunda doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, İran İslam Respublikasının Poldaşı rayonunda qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə; xx xxxxx 1966-cı ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Zəhmətabad kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X9 vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs3 öz aralarında və digər şəxslərlə külli miqdarda narkotik vasitələrin satışı məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi, Təqsirləndirilən şəxs3 həmin külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikası ərazisində gizlədiləcəyi yerdən götürməklə ümumi niyyətlə əldə edib, saxlayıb daşıyaraq satışını təşkil edəcəyi barədə razılaşaraq qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikasında hər biri külli miqdar təşkil edən 4269 qram tiryəki, 2713,2 qram qurudulmuş marixuananı və 480 ədəd həb şəklində narkotik vasitə olan təsir maddəsinin miqdarı 19,2 qram metadonu, eləcə də şəxsi istehlak miqdarından artıq miqdarda 0,405 qram heroini əldə etmiş, digər şəxslə birlikdə 18 iyul 2023-cü il tarixdə saat 02 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının «N» saylı hərbi hissəsinin Cəbrayıl rayonunun Məzrə kəndində yerləşən 13-cü sərhəd zastavasının xidməti sahəsindən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçərək, narkotik vasitələri özləri ilə daşımaqla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs2 və digər yoldaşları isə sərhədçilərdən qaçmağa müvəffəq olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini həmin sahədən təkrarən qanunsuz olaraq Azərbaycan Respublikasından İran İslam Respublikası tərəfə keçmiş, Təqsirləndirilən şəxs1 narkotik vasitələri gizlətdiyi yeri göstərmiş və həmin yerdən yəni 13-cü sərhəd zastavasının 9-cu sahəsindəki qamışlıq ərazidən bir ədəd çantada göstərilən miqdarda narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 Araz çayını İran İslam Respublikası tərəfə keçə bilmədiyindən Azərbaycan Respublikaksı istiqamətinə hərəkət etmiş, sərhəd çəpərinə çatdıqda sərhəd dirəkləri arasındakı tikanlı məftilləri özündə olan kəlbətinlə kəsərək yenidən Azərbaycan Respublikası ərazisinə keçərək kolluq sahədə gizlənmiş, lakin 08 avqust 2023-cü il tarixdə həmin hərbi hissənin 20-ci sərhəd zastavasının 5-ci sahəsinin arxa istiqamətində saxlanılmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 onun kəndçisidir. 17 iyul 2023-cü il tarixdə İran İslam Respublikası vaxtı ilə saat 17-18 radələrində Təqsirləndirilən şəxs2 ona zəng edib evlərinə çağırmışdır. O, İsmayılın evinə gedəndə orada Əlirza adlı şəxslə tanış olmuşdur. O orada İsmayıl və Əlirza ilə çoxlu araq içmiş, çox şeyləri yaxşı xatırlamır. Sonra Araz çayının sahilinə getmişlər, orada çimmişlər. Sonra təzədən oturub yeyib içmişlər. O, həmin vaxt çox içkili olmuşdur və bəzi məsələləri dəqiqliklə xatırlamır. Yadında qalan odur ki, çayın sahilində 2 ədəd kamer olmuşdur. 18 iyul 2023-cü il tarixdə saat 02 radələrində o, Təqsirləndirilən şəxs2 və yeznəsi Əli kamer vasitəsilə Araz çayını Azərbaycan Respublikası istiqamətində keçmişlər. Əli özü ilə çantanı da Azərbaycan tərəfə keçirmişdir. O, yorulduğuna görə dayanmışdır. İsmayıl onun telefonunu götürmuş və Əli ilə çantaları aparıb getmişlər. İsmayıl ondan telefonunu ona görə götürmüşdür ki, narkotik vasitəni qoyduğu yerdən Əlirzaya konum göndərsin, Əlirza da Azərbaycan Respublikasında həmin narkotik vasitəni götürmək üçün gələn şəxsə həmin konumu göndərsin. O, bu barədə məlumatlı olmamışdır. O sonra istintaq zamanı bilmişdir ki, onun mobil telefonunu buna görə isdifadə ediblər. O, İsmayıl və Əlini təxminən 2 saata yaxın gözləmiş, sonra onlar qayıtmışlar. Telefonu İsmayıldan götürmüşdür. Təxminən 10-15 dəqiqə sonra onlar Azərbaycan əsgərinin səsini eşitmişlər. Həmin an dərhal İsmayıl və X22 Respublikası tərəfə qaçmışlar. O isə halsız olduğumdan qaça bilməmimş və sıx qamışlıq ərazidə gizlənmişdmr. Bundan sonra o, İsmayıl və Əlini görməmişdir. Ona sonra bir zəng gəlmiş, ona demişlər ki, mobil telefonunda narkotik vasitələr barədə məlumatlar və konum var onları silsin. Daha sonra o, yorğun olduğu üçün həmin qamışlıq ərazidə uzanıb yatmışdır. Təxminən saat 18-19 radələrində yuxudan oyanmış və ərazidə azdığını başa düşmüşdür. Həmin ərazi sıx meşəlik və qamışlıq olduğu üçün bir neçə istiqamətdə getsə də, azıb qalmışdır. Sonda hərəkətdə olarkən sərhəd məftili ilə rastlaşmış və bu zaman ucadan "Dayan!", "Dur!" səsləri eşitmişdir. Bu səsləri eşidən kimi dərhal yerində dayanmış və sərhədçilər tərəfindən saxlanılmışdır. Bundan sonra onun saxlanılması barədə sərhədçilər məlumat vermişlər və əraziyə digər hərbi qulluqçular da gəlmişlər. Sərhədçilər onu sorğu-sual edib hansı məqsədlə həmin əraziyə gəlməsini soruşduqda, o törətdiyi cinayət əməlləri barədə ətraflı məlumat vermişdir. Onun üzərində şəxsi axtarış keçiriləndə üzərindən mobil telefonu aşkar edilərək götürülmüşdür. O, sərhədçilərə könüllü olaraq etiraf etmişdir ki, İsmayıl onun telefonundan istifadə edərək narkotik vasitələri gizlətdiyi ərazidən Əlirzaya "konum" göndərmişdir. Həmin "konum"dan istifadə edərək İsmayılın narkotik vasitələri gizlətdiyi yerə gedib çıxmış və içərisində narkotik vasitələr olan bağlama aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 40 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs3 tanımır, istintaqda onu ilk dəfə fotoşəkildə görmüşdür. Onlar narkotiki Azərbaycan tərəfə keçirəndə qayığı İsmayıl Umranı sürürmüşdür. Təqsirləndirilən şəxs2 onu özü ilə mobil telefona görə aparmış, bütün növ məsələləri onun mobil telefonu üzərindən görmüşdür. Onlar Araz çayını keçəndə hava qaranlıq olmuşdur. Səhər gün çıxanda İsmayıl qayığı saxlamış, ona orada gözləməsini və oraya gələcəyini demişdir. Hərbiçilər onu saxladıqdan sonra mobil telefonda olan konum əsassında çantalar olar yerə getmişlər və orada çantalar aşkar olunmuşdur. İstintaqda ona kimsə tərəfindən təzyiq və ya təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə göstərmişdir ki, 17 iyul 2023-cü il tarixdə İran İslam Respublikasında Təqsirləndirilən şəxs2 evində görüşdükləri zaman İsmayıl təklif etmişdir ki, İran İslam Respublikasından Azərbaycan Respubikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitə aparsınlar. O, əvvəl bu işə razılıq verməsə də, İsmayıl və Əlirza bu işi görməkdə ona çox təkid etmişlər, həmçinin bu işin müqabilində 30.000.000 iran rialı (təxminən 250 Azərbaycan manatı) pul təklif etmişlər. İsmayıl və Əlirza demişlər ki, o, heç nədən narahat olmasın. Onlar sərhədi elə yerdən keçəcəklər ki, heç kəs onları tuta bilməyəcəkdir. O, həmin şəxslərin bu təklifi ilə razılaşmışdır. Ona məlum olmuşdur ki, İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirəcəkləri narkotik vasitələr Əlirzaya məxsusdur. Onlar işi planlaşdırdıqdan sonra Əlirzadan cavab gözləmişlər. 17 iyul 2023-cü il tarixdə saat 22-23 radələrində Əlirza demişdir ki, narkotik vasitə hazırdır və onu götürmək üçün gedir. Əlirza onlara demişdir ki, yolun kənarına çıxıb onu gözləsinlər. Təxminən yarım saat sonra Əlirza gəlmiş və onları İran-Azərbaycan sərhədinə - Xumarlı rayonunun Cəfərqulu kəndinə aparmışdır. Avtomobildən düşəndən sonra Əlirza avtomobilin yük yerindən 1 ədəd bağlama çıxarmış, onlara vermiş, demişdir ki, həmin bağlamanın içərisində müxtəlif növdə olan təxminən ümumi çəkisi 8 kiloqram narkotik vasitələr vardır. Bundan sonra onlar Araz çayının sahilinə enmişlər. O, həmin vaxt çox içkili olmuş və bəzi məsələləri dəqiqliklə xatırlamamışdır. Yadında qalan o olmuşdur ki, çayın sahilində 2 ədəd kamer olmuş, 18 iyul 2023-cü il tarixdə gecə saat 02 radələrində o və İsmayıl bir kamer vasitəsilə, yeznəsi Əli isə narkotik vasitələr olan 1 ədəd həmin bağlama ilə digər kamer vasitəsilə Araz çayını Azərbaycan Respublikası istiqamətində keçmişlər. Çayı keçəndən sonra o, özünü narahat hiss etmiş və İsmayıldan xahiş etmişdir ki, dayansınlar. İsmayıl isə ona demişdir ki, az qalıb çatırlar. O isə gedə bilməmiş, bu səbəbdən İsmayıl demişdir ki, həmin yerdə onları gözləsin. Lakin İsmayıl onun telefonunu götürmüş və yeznəsi Əli ilə bağlalamaları aparıb getmişlər. İsmayıl ondan telefonunu ona görə götürmüşdür ki, narkotik vasitəni qoyduğu yerdən Əlirzaya konum göndərsin, Əlirza da Azərbaycan Respublikasında həmin narkotik vasitəni götürmək üçün gələn şəxsə həmin konumu göndərsin. O, İsmayıl və Əlini təxminən 2 saata yaxın gözləmiş, sonuncular qayıtdıqdan sonra həmin yerdə dayanmış və bir siqaret çəkmişlər. Təxminən 10-15 dəqiqə sonra onlar Azərbaycan əsgərinin səsini eşitmiş, həmin an dərhal İsmayıl və X22 Respublikası tərəfə qaçmış, o isə halsız olduğundan qaça bilməmiş və sıx qamışlıq ərazidə gizlənmişdir. Bundan sonra o, İsmayıl və Əlini görməmiş, sonuncularla telefon əlaqəsi saxlamamışdır. O, həm yorğun, həm də içkili olduğu üçün həmin qamışlıq ərazidə uzanıb yatmış, təxminən saat 6-7 radələrində yuxudan oyanmış və ərazidə azdığını başa düşmüşdür. Həmin ərazi sıx meşəlik və qamışlıq olduğu üçün bir neçə istiqamətdə getsə də, azıb qalmışdır. Sonda hərəkətdə olarkən sərhəd məftili ilə rastlaşmış və bu zaman ucadan "Dayan!", "Dur!" səsləri eşitmiş, bu səsləri eşidən kimi dərhal yerində dayanmış və sərhədçilər tərəfindən saxlanılmışdır. Bundan sonra onun saxlanılması barədə sərhədçilər məlumat vermiş və əraziyə digər hərbi qulluqçular da gəlmişdir. Sərhədçilər onu sorğu-sual edib hansı məqsədlə həmin əraziyə gəlməsini soruşduqda, o, törətdiyi cinayət əməlləri barədə ətraflı məlumat vermişdir. Onun üzərinə şəxsi axtarış keçiriləndə ondan mobil telefonu aşkar edilərək götürülmüş və o, sərhədçilərə könüllü olaraq etiraf etmişdir ki, İsmayıl onun telefonundan istifadə edərək narkotik vasitələri gizlətdiyi ərazidən Əlirzaya "konum" göndərmişdir. Həmin "konum"dan istifadə edərək onlar narkotik vasitələrin gizlədildiyi yerə gedib çıxmış və içərisində narkotik vasitələr olan bağlama aşkar edilərək götürülmüşdür. O, bundan əvvəl narkotik vasitələri qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirməmiş, ilk dəfə bu cür iş tutmuşdur. O, heç vaxt narkotik vasitə istifadə etməmişdir. İsmayılın soyadı Umrani, atasının adı Nadir, təxminən 45 yaşında bir şəxsdir. Əli onun yeznəsidir, soyadı Şövkəti, atasının adı Hüseyndir, təxminən 60 yaşında bir şəxsdir. Əlirza haqqında heç bir məlumatı olmamış, Əlirza uzun illərdir ki, narkotik vasitələrin alış-verişi ilə məşğul olmuş, gətirdikləri narkotik vasitələri də elə Əlirzanın olmuşdur. Qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirdikləri narkotik vasitələrin kimə çatdırılacağı barədə heç bir məlumatı olmamış, belə ki, Əlirzanın tapşırığı ilə onlar narkotik vasitəni bir yerə qoymalı, sonra isə həmin yerdən Əlirzaya "konum" göndərməli olmuşlar. Həmin "konum"u Əlirza Azərbaycan Respublikasında yaşayan kiməsə göndərməli və sonuncu da onu gəlib götürməli olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, İran İslam Respublikasının Parsabad rayonunun Firuzabad kəndində qarpız əkmişdir. Parsabad rayonunda yaşadığı beş ay müddətində Əlirza və Əli adlı şəxslərlə tanış olmuş və əkdiyi sahədən əldə etdiyi qarpızı satmaq üçün onlara verəcəyi barədə razılaşmışlar. Həmin şəxslər ona qarpızı Təbriz şəhərinə aparıb satdıqdan sonra pulunu ödəyəcəklərini bildirmişlər. Lakin onlar ondan qapızı qəbul edərək satsalar da, onun pulunu müxtəlif bəhanələrlə verməkdən imtina etmişlər. Bir neçə gündən sonra həmin şəxslər onunla telefon əlaqəsinə çıxaraq borclarını qaytaracaqlarını bildirmiş və onu yaşadıqları ünvana dəvət etmişlər. O, borcunu almaq məqsədi ilə həmin şəxslərin dəvət etdikləri ünvana getmişdir. Lakin həmin şəxslər onu orada aldadaraq əl-qolunu bağlamışlar. Həmin ünvanda təxminən bir həftə qaldıqdan sonra Əlirza və Əli onu tanımadığı digər iki nəfər İran İslam Respublikası vətəndaşları Əlirza Fərəcian və Arif Fərəcian adlı şəxslərə təhvil vermişlər ki, onu Azərbaycan Respublikasına qanunsuz yolla keçirib tutdursunlar və pulunu bu yolla verməsinlər. Həmin şəxslər fiziki cəhətdən çox güclü olmuşlar, onu döymüş, söyərək Araz çayının sahilinə aparmış, Araz çayının sahilində olan kaierlərlə üzərək Azərbaycan tərəfə keçirmişlər. Sonra həmin şəxslər özləri kamerlərlə üzərək Araz çayını keçərək İran İslam Respublikasına qayıtmış, onu isə Azərbaycan tərəfdə qoymuşlar. O, Araz çayının Azərbaycan Respublikası tərəfində qalmışdır. O üzməyi bacarmadığı üçün Araz çayını keçib geriyə - İran İslam Respublikasına qayıda bilməmişdir. Bundan sonra Azərbaycan Respublikası tərəfdə kolluqların içərisi ilə hərəkət etmiş və tikanlı məftillərə çatmışdır. Orada sərhəd dirəkləri arasındakı məftilləri kəlbətinlə doğrayaraq Azərbaycan Respublikası ərazisinə keçmişdir. Kənd ərazisinə daxil olmasından qısa müddət sonra onu ərazidə saxlamışlar. Üzərində şəxsi axtarış aparılan zaman onda aşkar edilərək götürülən 1 ədəd "Samsung" markalı və 1 ədəd "Nokia" markalı telefonlar və onların üzərilərinə quraşdırılmış sim kartlar (İİR-na məxsus mobil operatora aid hər birində bir ədəd olmaqla) ona məxsus deyildir. Həmin telefonlar onu sərhədi qanunsuz keçirən, kəlbətini ona verən iki nəfər tanımadığı şəxslər tərəfindən ona verilmişdir. Telefonları ona nə məqsədlə verdiklərini bilməmişlər. O, həmin telefonlardan istifadə etməmişdir. Onun Təqsirləndirilən şəxs1 ilə düşmənçili olmuş və üç ildir ki, onu danışdırmamışdır. O içərisində narkotik vasitə olan torbanı görməmiş və bu barədə məlumatsız olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, X5 təxminən 2002-ci ildən tanımışdır. Belə ki, həmin vaxt İran İslam Respublikasına qanunsuz olaraq keçib getmiş və həmin ölkədə spirtli içki içdiyinə görə İran İslam Respublikasının hüquqmühafizə orqanları tərəfindən tutularaq 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, İran İslam Respublikasında cəza çəkərkən Fərəcian Əlirza ilə tanış olmuşdur. Cəzasını çəkib azadlığa çıxdıqdan sonra 2003-cü ildə İran İslam Respublikasından Azərbaycan Respublikasına dövlət sərhədindən qanunsuz olaraq keçib qayıdarkən saxlanılmış və məhkum edilmişdir. Ötən müddət ərzində Fərəcian Əlirza ilə telefon əlaqəsi saxlamışdır. Həm Əlirza ona, həm də o, Əlirzaya telefonla zəngi etmişdir. Əlirza özünün dediyinə görə narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. Əlirza ona bir neçə dəfə qaçaqmalçılıq yolu ilə narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmələrini, onun Azərbaycanda narkotik vasitələrin satışını təşkil etməsini təklif etmişdir. Lakin o, Əlirzanın bu təkliflərinə razılıq verməmişdir. Sonuncu dəfə 2023-cü ilin iyul ayında Əlirza ona bir daha zəng edib narkotik vasitələri qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası vətəndaşları vasitəsilə keçirəcəyini, həmin narkotik vasitələri götürməsini, sonradan deyəcəyi şəxsə verməsini və ya deyəcəyi yerə qoymasını təklif etmişdir. Əlirza ona nə qədər narkotik vasitə göndərəcəyini deməmişdir. O, qərara gəlmişdir ki, bu barədə hüquq-mühafizə orqanlarına məlumat versin ki, həmin narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirən şəxslər ifşa edilib məsuliyyətə cəlb edilsinlər. Məqsədi hər hansı narkotik vasitəni Azərbaycan Respublikasına keçirmək və sonradan onun satışını həyata keçirmək olmamışdır. Bu səbəbdən o, Cəbrayıl rayon polis şöbəsinə həmin məlumatı vermiş, yalnız polisin razılığından sonra iranlı Əlirzaya təklifini qəbul etdiyini demişdir. X21 Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına həmin narkotik vasitələri keçirən şəxs və ya şəxslər Cəbrayıl rayon polis şöbəsi tərəfindən tutula bilinməmiş, o, həmin narkotik vasitələrin sonrakı aqibəti barədə heç bir məlumata malik olmamış, daha doğrusu bir-iki dəfə bu barədə polisdən maraqlanmış, lakin ona dəqiq bir söz deyilməmişdir. O, bu barədə Daxili İşlər Nazirliyi, Cəbrayıl Rayon Polis Şöbəsinə "WhatsApp" tətbiqindən istifadə etməklə telefon vasitəsilə məlumat vermişdir. Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilərkən Əlirza adlı şəxsin Təqsirləndirilən şəxs1 "WhatsApp" tətbiqi vasitəsilə onun və onunla həmin vaxt bir yerdə olan X1 birlikdə çəkilən fotoşəklini göndərib "Sülhəddin, bunlar gəlib götürməlidi baaax, mənə tez cavab verginən. Mənə tez cavab verginən, bunlar gəliblər. Ordadırlar" sözləri barədə heç bir məlumatı olmamış, iranlı Əlirzanın bu təklifini polisə məlumat verdikdən sonra qəbul etmiş, məlumatı verdikdən sonra isə heç bir işə qarışmamışdır. 18 iyul 2023cü il tarixdə isə, yəni narkotik vasitələrin keçiriləcəyi gün o, demək olar ki, yaşadığı evdə və ya Biləsuvar rayonu ərazisində olmuşdur. Yəni Əlirzanın səs yazısında deməsinə görə o, narkotik vasitələrin keçiriləcəyi yerə getməmiş, sonuncu ona narkotik vasitələrin keçiriləcəyi yeri heç dəqiqliklə də deməmişdir. Əlirza yalnız ona demişdir ki, narkotik vasitələr Cəbrayıl-Füzuli bölgəsindən keçiriləcəkdir. Hətta Cəbrayıl polisi bu məlumatı, yəni narkotik vasitələrin keçiriləcəyi yeri onun vasitəsilə Əlirzadan öyrənmək istəmiş, lakin sonuncu narkotik vasitələri keçirdikdən sonra onun yeri barədə məlumat verəcəyini demişdir. O isə həmin vaxt öz yaşadığı Biləsuvar rayonunda olmuş, Əlirza ona sonradan da yer barədə heç nə deməmişdir. X12 kimi məlum olan İran İslam Respublikası vətəndaşı iş üzrə Təqsirləndirilən şəxs1 mobil telefonuna bu cür məzmunlu səs yazısı və onun fotoşəklini göndərməsinin səbəbini izah edərkən bildirmişdir ki, Əlirza bilə-bilə ona bu oyunu qurmuş, belə ki, sonuncu narkotik vasitələri keçirən Təqsirləndirilən şəxs1 tutulduğunu biləndən sonra sonuncunun telefonuna qəsdən belə bir məzmunlu səs yazısı və onun fotoşəklini göndərmişdir ki, o da cinayətin iştirakçısı kimi məsuliyyətə cəlb edilsin. O, Əlirza adlı şəxslə düşmənçiliyinin, ədavətinin olub-olmaması, həmçinin hansı məqsədlə Əlirzanın belə bir iş tutmasının səbəbi barədə düşünür ki, Əlirza onunla qəsdən düşmənçilik etmişdir. Belə ki, təxminən 3-4 ay bundan öncə Əlirza ona zəng edib demişdir ki, Biləsuvar rayonunda ona bir nəfər şəxs 8.500 manat məbləğində pul gətirib verəcəkdir. Əlirza demişdir ki, pul onundur və hələ ki, həmin pulu götürüb özündə saxlasın. O, Əlirzadan həmin pulun nəyin pulu olmasını və ona həmin pulun kim tərəfindən veriləcəyini soruşduqda sonuncu demişdir ki, onun tanımadığı bir şəxs pulu gətirib ona verəcək, pulun isə bir nəfərin ona borclu olduğu pul olduğunu bildirmiş, o da sonuncu ilə razılaşmışdır. Əlirza ondan həmin vaxt harada olmasını soruşmuş, o isə cavabında Biləsuvar rayon bazarının yaxınlığında yerləşən körpünün yanında öz istifadəsində olan "Azsamand" markalı, Az **-TV-*** qeydiyyat nişanlı avtomobildə oturub taksi fəaliyyəti kimi müştəri gözlədiyini demişdir. Əlirza ona olduğu yerdə dayanmasını və təxminən 15-20 dəqiqə sonra bir nəfər şəxsin ona yaxınlaşaraq 8500 manat məbləğində həmin pul vəsaitini verəcəyini demişdir. Təxminən yarım saat sonra avtomobildə oturub gözləyən zaman bir nəfər əvvəllər tanımadığı şəxs avtomobilin sağ qapısını açıb ondan adını soruşmuş, o, özünü Adil kimi təqdim etmiş, bundan sonra həmin şəxs əlində olan polietilen torbanı avtomobilin ön sağ oturacağının üstünə qoyaraq qapını bağlamış və oradan piyada uzaqlaşmışdır. O, bundan sonra avtomobildə oturub pulu saymış və 8500 manat olduğunu dəqiq bildikdən sonra pulu təhvil alması barədə Əlirzaya məlumat vermişdir. Əlirza isə ona demişdir ki, ola bilsin bir neçə gündən sonra təxminən əlavə 10000 manat pul da ona həmin şəxs tərəfindən verilsin. Əlirza demişdir ki, həmin pulları cəm şəklində sonradan onun deyəcəyi şəxsə çatdırsa həmin puldan ona 200 manat pul verəcəkdir. O, bir daha Əlirzadan qeyd olunan məbləğdə pulların nəyə aid olmasını soruşmuş, lakin sonuncu ona heç nə deməmiş və ona öz işi ilə məşğul olmasını, dayanan yerdə 200 manat qazancının olduğuna sevinməli olduğunu bildirmişdir. Daha o, Əlirzadan heç nə soruşmamış, düşünmüşdür ki, həmin pul bəlkə də Əlirzanın narkotik vasitələrdən əldə etdiyi puldur. Lakin bunu dəqiq bilməmişdir. Bu onun ehtimalı olmuşdur. Bundan sonra o, pulu götürüb evə getmiş, Əlirza ona çatdırılacaq olan 10000 manat barədə sonradan heç nə deməmiş və bir-iki dəfə ondan pulu qanunsuz yolla İran İslam Respublikasına göndərməsini xahiş etmiş, lakin o, bunu etməmiş və pulu ötən müddət ərzində ehtiyacları üçün xərcləmişdir. O, hər dəfə bəhanə edərək Əlirzanın pullarını qaytarmaqdan yayınmış, artıq sonuncu son dövrlər görmüşdür ki, o, həmin pulu sonuncuya vermək istəmir, bu səbəbdən o, düşünmüşdür ki, Əlirza ona narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsini təklif etmiş və bu yolla oyun oynayıb onu tutdurmaq istəmişdir. Onunla birlikdə fotoşəkildəki şəxs isə Biləsuvar rayonundan olan X3r. Bu fotoşəkil dostları Sahibin qızının toy məclisində çəkilmiş və o, bu fotoşəkli paylaşmışdır. Əlirzanın isə həmin fotoşəkli saxlayıb qurduğu bu oyunda vasitə kimi istifadə etdiyini düşünür. Sədrəddin Salmanovun bu işlərdən heç bir xəbəri olmamış, sonuncu Bakı şəhərində yaşayaraq və taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. O, Əlirzanın pulunu çatdıran şəxsi əvvəllər görməmiş, həmin şəxs Biləsuvar rayon sakini olmamışdır. O, polisə bu barədə 8500 manat barədə heç nə deməmiş, çünki həmin pulu ehtiyaclarına xərcləmişdir. O, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən şəxsiyyəti istintaqa Əlirza adlı İran İslam Respublikası vətəndaşı kimi məlum olan şəxsin istifadəsində olan +98-***-***-**-** saylı mobil telefon nömrəsinə 30 iyun 2023-cü il tarixdə saat 03:10 radələrində 23 saniyə müddətinə telefon danışığı aparılması barədə danışığın məzmunu barədə bildirmişdir ki, həmin danışığın məzmununu xatırlamasa da, düşünmüşdür ki, ola bilsin Əlirza ona zəng edib görüntülü danışmaq istədiyini demiş və onlar "WhatsApp" tətbiqindən istifadə etməklə telefon danışığı aparmış, bəlkə də həmin danışıq ona çatdırmaq istədiyi 8500 manat məbləğində pulla əlaqəli olmuşdur. Bəlkə də Əlirza ona həmin vaxt narkotik vasitələrin keçirilməsi və onun tərəfindən götürülməsini təklif etmişdir. Lakin danışığın müddətindən də görünür ki, aparılan danışıq cəmi 23 saniyə təşkil edir. Çox güman ki, Əlirza ona başqa bir məsələ haqqında zəng edib, lakin o, danışığın məzmununu dəqiqliklə xatırlamır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərinin ziddiyyətli ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları «N» saylı hərbi hissənin 3-cü sərhəd komendantlığının komendantı vəzifəsində xidmət edən Şahid1 Cəlal oğlu göstərdi ki, 18 iyul 2023-cü il tarixdə saat 02 radələrində İran İslam Respublikasından narkotik vasitələrin keçiriləcəyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında hərbi hissəsinin Cəbrayıl rayonunun Məzrə kəndi ərazisində yerləşən 13-cü sərhəd zastavasının xidməti sahəsində əməliyyat-axtarış tədbiri həyata keçirməyə başlamışlar. 18 iyul 2023-cü il tarixdə saat 06:50 radələrində sərhəd mühəndis texniki çəpərin yaxınlığında hərəkətdə olan İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 saxlamışlar. Həmin şəxsin bədənində cızılmağa xarakterik çoxsaylı xəsarətlər olmuşdur. Təqsirləndirilən şəxs1 Azərbaycan dilində sərbəst danışa bilmiş, İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz yolla keçib narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirib Azərbaycan Respublikasının ərazisində gizlətdikdən sonra İran İslam Respublikasına qayıtmaq istədiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin əraziyə tanışları – İran İslam Respublikası vətəndaşı İsmayıl və Əli adlı şəxslərlə gəlmiş, narkotik vasitələri birlikdə gətirmişlər. Lakin o, sərxoş olduğu üçün qaça bilməmiş və ərazidə yatıb qalmışdır. İsmayıl və Əli adlı şəxslər isə İran İslam Respublikasına qaçmışlar. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Əlirza adlı İran İslam Respublikası vətəndaşına məxsus narkotik vasitələri qanunsuz yolla Azərbaycana keçirilməsi müqabilində sonuncu ona, İsmayıl və Əliyə müəyyən məbləğdə pul təklif etmiş və onunla razılaşmışlar. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, tanışları İsmayıl və Əli onun mobil telefonundan istifadə etməklə narkotik vasitələri gizlətdiyi yer barədə Əlirza adlı iranlıya konum göndərmişdir ki, Əlirza da həmin konumu qeyd olunan narkotik vasitələri gizlədildiyi yerdən götürə bilməsi üçün Azərbaycanlı tanışlarına göndərsin. Onlar həmin konumdan istifadə edərək narkotik vasitələrin gizlədildiyi yerə getmiş və orada 1 ədəd bağlama aşkar etmişlər. Bu zaman Təqsirləndirilən şəxs1 bir daha etiraf edərək bildirmişdir ki, həmin bağlama İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirdikləri bağlamadır. Onlar həmin bağlamanın içərisinə adi qaydada baxmış və orada müxtəlif növdə narkotik vasitələrə bənzər maddələrin olduğunu görmüşlər. Bundan sonra əraziyə digər hərbi qulluqçular gəlmiş, hadisə yerinə baxış keçirilmiş və aşkar olunan bağlama ətraflı baxış keçirilməsindən ötrü götürülmüşdür. Bundan sonra onlar saxlanılan Təqsirləndirilən şəxs1 və həmin bağlamanı sərhəd zastavasına aparmışlar. Ərazidə aparılan axtarışlar zamanı hər hansı başqa bir şəxs olmamış, Təqsirləndirilən şəxs1 saxlanılan zaman, yaxud saxlanıldıqdan sonra sonuncuya qarşı hansı fiziki yaxud psixoloji təsir göstərilməmiş, əməliyyat tədbiri tamamilə qanuni, operativ və uğurlu başa çatdırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin 3-cü sərhəd komendantlığının mühafizə və təminat tağımının 3-cü qrup komandiri vəzifəsində xidmət edən Şahid2 da Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları «N» saylı hərbi hissənin 20-ci sərhəd zastavasının 1-ci qrupun komandiri vəzifəsində xidmət edən Şahid3 Təvəkkül oğlu göstərdi ki, 8 avqust 2023-cü il saat 22:35 radələrində 20-ci sərhəd zastavasının 1-2-ci sahələrində sərhəd naryadı xidmətində olduqları zaman nəzarət iz zolağı və maneə çəpərinin dibi yoxlanılan zaman 4-cü sahədə 82-83-cü dirəklərin arasında nəzarət iz zolağında 1 nəfərə məxsus İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində ayaq izlərinin olduğunu və aşağıdan yuxarıya doğru 7-10-cu məftillərin kəsildiyini müəyyən etmişlər. Bundan sonra ərazi qapadılaraq axtarış tədbirlərinə başlanılmışdır. Axtarış zamanı Beyləqan rayonunun Əmirzeyidli kəndi ərazisində, dövlət sərhəd xəttindən 2500 metr aralıda 1 nəfər şübhəli şəxsi saxlamışlar. Həmin şəxs özünü İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 kimi təqdim etmiş və qeyd olunan əraziyə İran İslam Respublikasından qanunsuz yolla gəldiyini bildirmişdir. Bundan sonra onlar həmin şəxsi sərhəd zastavasına aparmışlar. Təqsirləndirilən şəxs2 üzərində kəlbətin olmuş və sonuncu həmin kəlbətindən istifadə etməklə sərhəd çəpərinin məftilini kəsərək əraziyə daxil olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Azərbaycan Respublikasına məcburi göndərilmiş, İran İslam Respublikasında kiminsə ona borcu olmuş, həmin borcu verməmək üçün sonuncunu zorla Azərbaycana keçirmişlər ki, o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilsin və bunun sayəsində həmin şəxslər də borclarından azad olsunlar. Bundan başqa Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onunla birlikdə heç kəs dövlət sərhədini qanunsuz olaraq keçməmiş, buna cəhd edən və ya ona bu işdə köməklik göstərən şəxs olmamışdır. Onlar Təqsirləndirilən şəxs2 saxlayan zaman sonuncuya qarşı hər hansı zor tətbiq etməmişlər. 1 iyun 2023-cü il tarixli üzləşdirilmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə birlikdə, həmçinin onlarla birlikdə yeznəsi X22 Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına narkotik vasitələr gətirmişlər. Həmin vaxt o, Azərbaycan sərhədçiləri tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs2 və yeznəsi Əli isə İran İslam Respublikası istiqamətində qaçmışlar. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının «N» saylı hərbi hissənin 13-cü sərhəd zastavasının rəisi, kapitan Mehman Nuriyevin 18 iyul 2023-cü il tarixli raportundan görünür ki, 17 iyul 2023-cü il tarixdə, saat 23:20 radələrində 3 nəfərin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində Araz çayını keçərək dövlət sərhəd xətdindən aralı qamışlıq ərazidə gizlənmələri müşahidə olunmuşdur. Aşkar olunmuş sərhəd pozucuları Araz çayının sahilinə yaxın olduqları üçün onlara yaxınlaşmaq üçün əlverişli şərait olmamışdır. Həmin şəxslər saat 03:00-dək gözləmiş və yenidən geriyə - İran İslam Respublikası istiqamətində qayıtmışlar. Ərazidə axtarış davam etdirilmiş, nəticədə 18 iyul 2023-cü il tarixdə saat 06:50 radələrində bir nəfər İran İslam Respublikası vətəndaşı gizləndiyi qamışlıq ərazidə saxlanılmışdır. Üzərində şəxsiyyətini təsdiq edən sənədləri olmamış, o, özünü İran İslam Respublikası vətəndaşı X4 təqdim etmişdir. İlkin dindirilmə zamanı məqsədinin dövlət sərhədini pozaraq əvvəlcədən təyin olunmuş ərazidə narkotik vastəni gizlədərək geri qayıtmaq olduğunu bildirmişdir. İfadəsinə uyğun olaraq axtarış aparılmış, 1 ədəd bağlamada müxtəlif növ narkotik vasitələrə bənzər majjələr aşkar olunmuşdur. 18 iyul 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış aparılan yer Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının «N» saylı hərbi hissəsinin 3-cü sərhəd komendantlığının 13-cü sərhəd zastavasının 9-cu sahəsi olmaqla, sıx qamışlıq sahədən ibarət olmuşdur. Baxış zamanı İran islam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 18 iyul 2023-cü il tarixdə saat 02 radələrində dövlət sərhədini qanunsuz olaraq keçdiyi ərazini göstərərək ətraflı təsvir etmiş və qeyd olunan əraziyə tanışları olan İran İslam Respublikası vətəndaşları İsmayıl və Əli adlı şəxslər ilə birlikdə İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitə gətirdiyini, həmin şəxslərin İran islam Respublikası istiqamətində qaçmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitəni gizlətdiyi yeri göstərmiş və həmin yerdən 1 ədəd çanta aşkar olunmuşdur. Həmin çantanın içərisinə baxılan zaman müxtəlif növdə narkotik vasitələrə bənzər maddələrin olması məlum olmuşdur. 18 iyul 2023-cü il tarixli aşkar edilmiş çantaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, qeyd olunan çantanın içərisinə keçirilmiş baxış zamanı orada yapışqanlı lentlə bağlanmış dairəvi və dördkünc formalı polietilen torba materiallı bükümlərin olması məlum olmuş, həmin bağlamaların çəkiləri ayrı-ayrılıqda elektron tərəzidən istifadə edilməklə çəkilmiş və orada bükümlərlə birlikdə ümumi təxmini çəkisi 8 kiloqram narkotik vasitələrə, 3200 qram qurudulmuş marixuanaya, 4400 qram tiryəkə, 7 ədəd kiçik bükümdə heroinə bənzər maddələr və 48 konvalyutda, hər birində 10 ədəd olmaqla ümumilikdə 480 ədəd üzərində "Methadone-40" sözləri yazılmış dərman preparatlarının olması məlum olmuşdur. Həmin narkotik vasitələrə bənzər maddələr və dərman preparatları müvafiq qaydada qablaşdırılmış və möhürlə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2023-cü il tarixli 3-16-16/2-6/3906 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Zərflər üçün 21" dairəvi möhür əksi olan torbadakı 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 3044,2 qram və 1219,4 qram və 1 ədəd bükümdə təmiz çəkisi 5,4 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddələr xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Tiryəkin ümumi təmiz çəkisi 4269 qramdır. 7 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,097 qram, 0,047 qram, 0,053 qram, 0,036 qram, 0,042 qram, 0,091 qram və 0,039 qram - ümumi təmiz çəkisi 0,405 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində "Methadone 40" markalanma göstəricisi olan 48 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumilikdə 480 ədəd üzərlərində "F/M40" yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 480 ədəd həbsdə metadon təsiredici maddəsinin ümumi miqdarı 19,2 qramdır (konvalyutların üzərində qeyd olumuş göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Həmin ekspertizanın 19 iyul 2023-cü il tarixli, 3-16-16/2-7/1042 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş 3 ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 750,0 qram, 1076,6 qram, 886,6 qram, ümumi çəkisi 2713,2 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının «N» saylı hərbi hissəsinin komandirinin N avqust 2023-cü il tarixli, 3-38-16/2-2572/2023 nömrəli məktubundan görünür ki, 08 avqust 2023-cü il tarixdə hissənin 4-üc sərhəd komendantlığının 20-ci sərhəd zastavasının 5-ci sahəsinin arxa istiqamətində Beyləqan rayonunun Əmirzeyidli kəndi istiqamətində İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 saxlanılmışdır. 8 avqust 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış aparılan yer Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının «N» saylı hərbi hissəsinin 4-cü sərhəd komendantiığının 20-ci sərhəd zastavasının 4-cü sahəsinin arxa istiqaməti olmuşdur. Baxış zamanı İran İslan Respublikası vətəndaşı X15 8 avqust 2023cü il tarixdə dövlət sərhədini qanunsuz olaraq keçdiyi ərazini göstərmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 məxsus bir ədəd "Samsung" markalı mobil telefon aparatına baxış keçirilməsi haqqında 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, həmin gün saat 19:44 radələrində İran İslam Respublikasına məxsus +98-***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan +98-***-***-**-** saylı mobil nömrəyə "whatsapp" tətbiqindən istifadə edilməklə fotoşəkil və səs yazısı göndərilmişdir. Həmin fotoşəkildə naməlum 2 nəfər kişi cinsindən olan şəxslərin birlikdə hər hansı məclisdə (toy məclisi olması ehtimal edilir) olması görünür. Həmin fotoşəklin ardınca naməlum şəxs tərəfindən dərhal səs yazısı göndərilmişdir. Səs yazısının məzmunu belədir: "Sülhəddin, bunlar gəlib götürməlidi baaax, mənə tez cavab verginən. Mənə tez cavab verginən, bunlar gəliblər. Ordadırlar" "xxxx" MMC-dən istintaqa daxil olan bir ədəd "CD" diskdəki məlumatlara baxış keçirilməsi haqqında 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şəxsiyyəti istintaqa Əlirza kimi məlum olan İran İslam Respublikası vətəndaşının istifadəsində olan İran İslam Respublikasının mobil operatoruna məxsus +98-***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 8 iyun 2023-cü il tarixdə, saat 10:29 radələrində 8 saniyə və 30 iyun 2023-cü il tarixdə, saat 03:10 radələrində 23 saniyə telefon danışığı aparılmışdır. Şəxsin fotoşəkil üzrə tanınmaya təqdim olunması barədə 01 sentyabr 2023-cü il tarixli protokollardan görünür ki,Təqsirləndirilən şəxs1 istifadəsində olan telefona iranlı Əlirza adlı şəxs tərəfindən fotoşəkilləri göndərilmiş X6 və Təqsirləndirilən şəxs3 fotoşəkil üzrə Təqsirləndirilən şəxs1 təqdim olunarkən həmin şəxsləri tanımışdır. Azəbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən istintaqa 1 sentyabr 2023-cü il tarixdə daxil olan məlumatlara baxış keçirilməsi haqqında həmin tarixli baxış protokolundan görünür ki, şəxsiyyəti istintaqa Əlirza kimi məlum olan İran İslam Respublikası vətəndaşının istifadəsində olan İran İslam Respublikasının mobil operatoruna məxsus +98-***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 30 iyun 2023-cü il tarixdə, saat 03:10 radələrində 23 saniyə telefon danışığı aparılmışdır. İş üzrə Təqsirləndirilən şəxs2 saxlanılan zaman ondan aşkar edilərək götürülmüş kəlbətinə baxış keçirilməsi haqqında 12 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, götürülmüş predmetin üzərinə “Kenzax” sözü yazılmış, kəsici funksiyaya malik, sarı rəngli, rezin materiallı tutacağı olan kəlbətin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 "Giriş-çıxış və qeydiyyat" İAMAS üzrə qeydiyyatlarından görünür ki, o, dövlət sərhədindən 19 dekabr 2017-ci il tarixdə, saat 11:50 radələrində X8 Azərbaycan Respublikasına daxil olmuş, həmin tarixdə, saat 12:38 radələrində İran İslam Respublikasına geri qayıtmışdır. Təqsirləndirilən şəxs2 "Giriş-çıxış və qeydiyyat" İAMAS üzrə qeydiyyatlarından görünür ki, onun dövlət sərhədindən hərəkəti qeydə alınmamışdır. Dövlət Sərhəd Xidmətinin Əməliyyat-axtarış baş idarəsindən istintaqa 1 avqust 2023-cü il tarixdə daxil olmuş məktubdan görünür ki, +**********24 saylı mobil telefon nömrəsinin istifadəçisi Əlirza adlı şəxsin İran İslam Respublikası, Aslandüz şəhəri, Hacılı kənd sakini X7 olması, Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********37 saylı mobil telefon nömrəsinə “Whatsapp” proqramı vasitəsi ilə səs yazısı ilə göndərdiyi fotoşəkildəki şəxslərin Azərbaycan Respublikası vətəndaşları, Biləsuvar rayonu Zəhmətabad kəndində qeydiyyatda olan, xx xxxxx 1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 və ünvan 1 ünvanında qeydiyyatda olan, 5 fevral 1970-ci il təvəllüdlü X6 olması müəyyənləşdirilmişdir. Dövlət Sərhəd Xidmətinin Əməliyyat-axtarış baş idarəsindən istintaqa 25 avqust 2023-cü il tarixdə daxil olmuş məktubdan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə külli miqdarda narkotik vasitələri İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirən şəxslərdən biri, yəni şəxsiyyəti istintaqa İsmayıl adlı İran İslam Respublikası vətəndaşı kimi məlum olan şəxsin Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 26 fevral 2024-cü il tarixli, 1278, 1279 və 5972 saylı rəylərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmirlər, məcburi müalicəyə ehtiyacları yoxdur, Təqsirləndirilən şəxs3 ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cəbrayıl Rayon Polis Şöbəsindən daxil olmuş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 və qeyriləri tərəfindən 18 iyul 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs2 tərəfindən isə 8 avqust 2023-cü il tarixdə satış məqsədi ilə qanunsuz olaaraq külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçiriləcəyi barədə Cəbrayıl rayon polis şöbəsinə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs1 22 iyul 2023-cü il tarixdə tibbi müayinədən keçərkən bədən səthi üzərində xəsarətlər aşkar olunması faktı ilə bağlı araşdırma aparılmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun 29 sentyabr 2023-cü il tarixli əqrarı ilə cinayət işinin başlanılması rədd olunmuşdur. Urmani İsmayılın 12 avqust 2023-cü il tarixdə tibbi müayinə zamanı bədən səthində qançırların aşkar olunması faktı ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılmış və 23 noyabr 2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ailəlidir, himayəsində azyaşlı uşaq yoxdur. Yaşayış yerindən verilmiş xasiyyətnamədə barəsində nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. İşdə olan 10 avqust və 18 avqust 2023-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İşdə olan 17 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 318.2-ci maddələri ilə təqsirli bilinib 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzadan 08 ay 01 gün şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Hazırkı cinayət işinin materiallarından cinayətin digər iştirakçıları barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs1 iş üzrə 18 iyul 2023-cü il tarixdə tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbsdədir. Təqsirləndirilən şəxs2 iş üzrə xx.xx.2023-cü il tarixdə tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbsdə saxlanılır. Təqsirləndirilən şəxs3 iş üzrə 08 oktyabar 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbsdə saxlanılır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X9 vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs3 öz aralarında və digər şəxslərlə külli miqdarda narkotik vasitələrin satışı məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi, Təqsirləndirilən şəxs3 həmin külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikası ərazisində qoyulduğu yerdən ona göndərilməli olan kordinatlar (konum) əsasında götürməklə əldə edib, saxlayıb daşıyaraq satışını təşkil edəcəyi barədə razılaşaraq qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmələri, ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikasında hər biri külli miqdar təşkil edən 4269 qram tiryəki, 2713,2 qram qurudulmuş marixuananı və 480 ədəd həb şəklində narkotik vasitə olan təsir maddəsinin miqdarı 19,2 qram metadonu, eləcə də şəxsi istehlak miqdarından artıq miqdarda 0,405 qram heroini əldə edərək digər şəxslərlə birlikdə 18 iyul 2023-cü il tarixdə saat 02 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçərək, narkotik vasitələri özləri ilə daşımaqla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmələri, cinayətkar qrupun digər üzvünün, narkotik vasitələri Azərbaycan Respublikası ərazisində qəbul etməli olan Təqsirləndirilən şəxs3 fotoşəklini Təqsirləndirilən şəxs1 telefonuna göndərməklə narkotikləri həmin şəxsin qəbul edəcəyi barədə Təqsirləndirilən şəxs1 məlumatlandırması, lakin Təqsirləndirilən şəxs1 və yoldaşları sərhəd xidmətinin əməkdaşları tərəfindən müəyyən olunmaqla narkotik vasitələrin qoyulduğu yerdən sərəhəd xidmətinin əməkdaşları tərəfindən aşkar olunaraq götürüldüyündən Təqsirləndirilən şəxs3 narkotik vasitələri qoyulduğu yerdən götürməyə müvəffəq olmaması, əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs2 İran İslam Respublikasında Əlirza və Əli adlı şəxslərlə satmış olduğu qarpızın pulunu ona ödəməmək üçün həmin şəxslərin onu həbs olunması məqsədi ilə zorla Azərbaycan Respublikası ərazisinə keçirmələri, həmin şəxslərlə narkotik vasitələrin əldə edilməsi və qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsi barədə razılaşmasının olmaması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 və qyeriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək narkotik vasitələri özləri ilə daşımaqla 18 iyul 2023-cü il tarixdə gecə saat 02 radələrində Araz çayından Azərbaycan Respublikası tərəfə keçməklə, mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq keçərək narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirmiş, onlar sərhədçilər tərəfindən müəyyən edildikdə Təqsirləndirilən şəxs1 qaça bilməmiş, sərhədçilər tərəfindən tutulmuş, Təqsirləndirilən şəxs2 isə İran İslam Respublikası istiqamətində qaçsa da, Araz çayını keçə bilmədiyindən yenidən Azərbaycan Respublikası ərazisi istiqamətində hərəkət etmiş, sərhədçilərin onu müəyyən edə bilməməsi üçün əvvəlcədən özü ilə götürdüyü kəlbətinlə sərhəd məftillərini kəsmş, ərazidə bir neçə gün müddətində gizlənməyə nail olsa da, 08 avqust 2023-cü il tarixdə sərhədçilər tərəfindən tutulmuşdur. Məhkəmə eyni ilə Təqsirləndirilən şəxs3 İran İslam Respublikasında olan X7 adlı şəxsin ona küllmi miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmələrini, onun Azərbaycanda narkotik vasitələrin satışını təşkil etməsini təklif etsə də, həmin şəxsləri ifşa etmək məqsədi ilə bu barədə Cəbrayıl Rayon Polis Şöbəsinə məlumat verməsi, polis işçiləri tərəfindən əməliyyat qrulsa da, Azərbaycan Respublikasına həmin narkotik vasitələri keçirən şəxs və ya şəxslərin Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutula bilinməməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, müəyyən edilir ki, cinayətkar qrupun üzvələri Təqsirləndirilən şəxs3 fotoşəklini Təqsirləndirilən şəxs1 mobil telefonuna göndərməklə narkotik vasitələri onun qəbul edəcəyini bildirmişdir. Bundan əlavə Cəbrayıl Rayon Polis Şöbəsinin arayışından görünür ki, 17 iyul 2023cü il tarixdə polis şöbəsinə İran İslam Respublikasındlan narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətiriləcəyi barədə heç bir məlumat verilməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs3 əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Lakin qaçaqmalçılıq cinayətinə münasibətdə Təqsirləndirilən şəxs3 narkotik vasitələrin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsində birgə icraçı kimi iştirak etməmiş, narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsindən sonra onları Azərbaycan Respublikasında qəbul etməyi əvvəlcədən vəd etməklə qaçaqmalçılıq cinayətində köməkçi formasında iştirak etmişdir. Odur ki, Təqsirləndirilən şəxs3 əməli qaçaqmalçılıq cinayətinə münasibətdə Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, cinayətin törədilməsində hər birinin faktiki iştirakının dərəcəsini və xarakterini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələlərinin həyat şəraitinə təsirini nəzərəalır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Lakin onun əməlində cinayətlərin təhlükəli residivinin olmasını məhkəmə CM-nin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, hər biri cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 18 iyul 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı isə 08 avqust 2023-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza da təyin edilməli, CM-nin 52.1-1-ci maddəsinə əsasən məhkumluqları ödənilədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılmalıdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respubldikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, həmin maddənin tələbinə əsasən təhlükəli residivə görə cəzanın müddəti həmin məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Bundan əlavə Azərbaycan Respublikası CM-nin 66.3 və 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 hazırkı cinayət işi üzrə həbsdə olduğu müddətdə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə ona təyin edilmiş 01 il 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilən cəza ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, hazırkı iş üzrə 08 oktyabr 2023-cü il tarixdən həbsdə saxlanılması nəzərə alınmaqla və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 08 oktyabr 2023-cü il tarixdən hesablanmalı, əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdr. Məhkəmə-narkoloji ekspertinin rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübut otağında saxlanılan 4268,5 qram tiryək, 0,265 qram heroin, 2713,05 qram qurudulmuş marixuana və 470 ədəd metadon həbləri və 01 ədəd kəlbətin məhv edilməlidir. Təqsirləndirilən şəxs1 məxsus, cinayət işinin materiallarında saxlanılan "Samsung" markalı mobil telefon onun şəxsi işinə əlavə olunmaqla sonda özünə verilməsi üçün cəza çəkdiyi müəssisəyə göndərilməlidir. Ekspertiza xərci 186 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 62 manat alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyiə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-cimaddələrinirəhbərtutaraqməhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CMnin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 318.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CMnin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 318.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CMnin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasə təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübut otağında saxlanılan 4268,5 qram tiryək, 0,265 qram heroin, 2713,05 qram qurudulmuş marixuana və 470 ədəd metadon həbləri və 01 ədəd kəlbətin məhv edilsin. Təqsirləndirilən şəxs1 məxsus, cinayət işinin materiallarında saxlanılan "Samsung" markalı mobil telefon onun şəxsi işinə əlavə olunmaqla sonda özünə verilməsi üçün cəza çəkdiyi müəssisəyə göndərilsin. Ekspertiza xərci 186 (yüz səksən altı) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 62 (altmış iki) manat alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyiə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-496/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-496/2024
23.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver