Məhkəmə qərarları › İş №1(099)-497/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-497/2022

08.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-497/2022 08.08.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində 30 mart 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda- ümumi təmiz çəkisi – 2,569 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 30 mart 2022-ci ildə saat 10:30 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir şəhəri, H.Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın qabaq sağ cibindən 03 ədəd polietilen bükümdə ümumi təmiz çəkisi - 2,569 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə aydır ki, narkotik vasitə heroindən istifadə başlamış, istifadə etdiyi narkotiki rayonda tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Tutulmamışdan bir neçə gün əvvəl Bakı şəhərində 20 Yanvar metro stansiyasının yaxınlığında olarkən yerdən içərisində narkotik vasitə heroin olan 01 ədəd büküm tapıb öz istifadəsi üçün əynindəki gödəkçənin cibinə qoyaraq rayona gəlmiş, sonra həmin bükümü 03 ədəd kiçik bükümlərə bölərək üzərində saxlamış, 30 mart 2022-ci ildə saat 10:30 radələrində Kürdəmir şəhərində H.Əliyev prospektində piyada gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətrilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan qara rəngli şalvarın cibində saxladığı 01 ədəd polietilen bükümün içərisinə qoyduğu 03 ədəd bükümü çıxarıb polis əməkdaşına təqdim etmiş, sorğu-sual zamanı üzərində aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını, həmin narkotik vasitədən heç kimə satmadığını və satmaq niyyətində olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyən Şahid2 istintaqda verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 30 mart 2022-ci ildə Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, daşıması və qəbul etməsi barədə CAB-ın baş əməliyyat müvəkkili Şahid1 daxil olmuş məxfi məlumat əsasında əməliyyat qrupu yaradılmış, həmin gün saat saat 10:30-da Təqsirləndirilən şəxs Kürdəmir şəhəri, H.Əliyev prospektində saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əynində olan qara rəngli şalvarının qabaq sağ kiçik cibindən 01 ədəd polietilen kəsiyi bükümünü çıxarıb polis əməkdaşına təqdim etmiş, həmin büküm açılıb içərisinə baxılarkən içərisindən 03 ədəd polietilen kəsiyi bükümləri aşkar edilmiş, hər bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələrin ona məxsus olduğunu, həmin kütlələri təxminən 4-5 gün əvvəl Bakı şəhərində “20 Yanvar” adlanan ərazidə yerdən tapdığını, şəxsi istifadəsi üçün 3 ədəd ayrı- ayrı bükümə bölərək üzərində saxladığını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” 30 mart 2022-ci il tarixli protokoldan görünür ki, həmin gün keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəkliş aparılmaqla müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, predmet və ya narkotik maddə olub-olmaması soruşulmuş, əgər varsa onu təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının qabaq sağ kiçik cibindən 01 ədəd polietilen kəsiyi bükümünü çıxarıb təqdim etmişdir. Həmin büküm müstəntiq tərəfindən açılıb içərisinə baxılarkən içərisindən 03 ədəd polietilen kəsiyi bükümləri aşkar edilmişdir. Hər bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, 01 ədəd sadə markalı mobil telefon, 01 ədəd Təqsirləndirilən şəxs aid şəxsiyyət vəsiqəsi və 01 ədəd alışqan aşkar edilmişdir. Aşkar edilmiş 03 ədəd polietilen kəsiyi bükümlərində olan narkotik vasitə heroinə bənzər kütlələr içərisi boş ağ rəngli poçt zərfində qablaşdırılaraq möhürlənmiş və iştirakçlar tərəfindən imzalanmışdır. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr ona məxsusdur, təxminən 4-5 gün əvvəl Bakı şəhərində “20 Yanvar” adlanan ərazidə yerdən tapmış, özü istifadə etmək məqsədi ilə üzərində saxlamış və heç kimə narkotik vasitə satmamışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 31 mart 2022-ci il tarixli 18/367 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış kağız paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 1,287 qram, 0,792 qram və 0,490 qram olmaqla ümumi çəkisi – 2,569 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. İş materiallarında olan Kürdəmir rayon mərkəzi xəstəxanasının 12 aprel 2022-ci il tarixli, 270 nömrəli məktubundan görünür ki, İbişov X2 RMX-sı PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında yoxdur. İbişov X2 RMX-nın Poliklinika şöbəsində narkoloqun qeydiyyatında durur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 30 iyun 2022-ci il tarixli 924 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Azərfon MMC”dən daxil olan 16 iyun 2022-ci il tarixli AZF/LGL-5632/22 nömrəli məktubundan görünür ki, ***-***-**-** və ***-***-**-** saylı nömrələr xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək müddət ərzində Azerfon şəbəkəsində istifadə edilməmişdir. Məktuba əlavə edilmiş bir ədəd diskdə olan Təqsirləndirilən şəxs istifadə etdiyi (70) ***-**-** və (77) ***-**-** saylı nömrələrində xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək telefon danışıqları, göndərilmiş və qəbul edilmiş SMS-lər, həmin müddət ərzində abunəçilərin hansı ünvanda olmaları, habelə həmin nömrələrə daxil olan və çıxan zənglər barədə siyahılara baxış keçirərək müəyyən edilmişdir ki, diskdə

1. SMS_Tarixçəsi__**********2719__709182333,

2. SMS_Tarixçəsi__**********2725__709182333,

3. SMS_Tarixçəsi__**********2743__775035657,

4. Zənglərin_Detallaşması__**********2023___709182333,

5. Zənglərin_Detallaşması__**********2038___775035657,

6. Zənglərin_Məxsusluq_Tarixçələri__**********2128___709182333_NAR,

7. Zənglərin_Məxsusluq_Tarixçələri__**********2143___775035657_NAR adlı yeddi ədəd fayl vardır. Birinci faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş (70) ***- **-** saylı mobil nömrəsinə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək daxil olmuş SMS-lərin siyahısı, 2-ci faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş (70) ***-**-** saylı mobil nömrəsindən xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək göndərilmiş SMS-lərin siyahısı, 3-cü faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş (77) ***-**-** saylı mobil nömrəsinə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək daxil olmuş SMS-lərin siyahısı, 4 və 5-ci fayllarda Təqsirləndirilən şəxs istifadə etdiyi (70) ***-**-** və (77) ***-**-** saylı nömrələr ilə əlaqə saxlanılmış şəxslərin, olduqları yer, onlar bir-birləri ilə hansı tarix, saatlarda əlaqə saxlamaları və həmin danışıqların müddətləri, 6 və 7-ci fayllarda isə Təqsirləndirilən şəxs istifadə etdiyi (70) ***-**-** və (77) ***-**-** saylı nömrələr ilə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək telefon danışıqları aparılmış şəxslərin siyahısı vardır. SMS_Tarixçəsi__**********2719__709182333 faylı açılıb içərisinə baxılarkən iş üçün əhəmiyyət kəsb edən aşağıdakı SMS-lər aşkar edildi: 1) xx-xx-2022 01:12:25 xx-xx-2022 01:12:25 1.1.**********89 1.1.**********33 belencik 4 defedi uje hotdi,fikirlesmirsenki bu insanin butun pulun alib getmisen 2 saatliq.1 sutkadi uje bu qalib lomkada.mene zeng et lomkadan olurem. 2) 03-02-2022 15:10:07 1.1.**********89 1.1.**********33 hazirdi 10m uje.dedim axi cet verirem verdim. 3) xx-xx-2022 23:10:58 xx-xx-2022 23:10:58 1.1.**********89 1.1.**********33 5m problem deyil gel ya kimise gonder verim.basim tukan da islere qarisib yoxsa zeng edecekdim.2defe 10 qalib sende hecgor men adin cekmisen hacansa.de g. 4) xx-xx-2022 23:25:12 xx-xx-2022 23:25:12 1.1.**********89 1.1.**********33 men hecvaxt xirdaciliq etmerem,oqeder havayi sen mene / men sene qretler etmisikki neyinse adin cekmek ayibdi bizlere.xetir hormet dostluq var aramizda.g. 5) xx-xx-2022 23:55:46 1.1.**********02 1.1.**********33 Allaha and ola hecneyim yoxdu 130m pulum var gorum neynirem bele kanal var goturek. 6) xx-xx-2022 20:55:30 1.1.**********04 1.1.**********33 Hotti sivyaza cix 7) xx-xx-2022 01:29:41 1.1.**********89 1.1.**********33 hotdi belede olmazda necenci seferdi uje demirem elebilsenki soxursan.ayibdi vallah.o sikilmis mali vermeda mene dedim.sikim o pulunda malinda icin.usaq deyileme men 8) xx-xx-2022 01:31:54 1.1.**********89 1.1.**********33 sene dedimki men onu tamindan iyinden aximindan tustusu bogumundan bilirem 1 qrama 1 cet atilsa bilirem and ola allaha. 9) xx-xx-2022 01:53:43 xx-xx-2022 01:53:43 1.1.**********24 1.1.**********33 Sene zeng vuranda and verdirdim soruwdum zibil olmasin 10) xx-xx-2022 01:56:47 xx-xx-2022 01:56:47 1.1.**********24 1.1.**********33 Sabah saat 11 uzagi 12 de hotu qapuva gelecem O oglan qehbe olar Ozun tanimyan olar cagiranda zeng vuranda cixmasan Mawin qarwig senin darvazanan iceri kecmiyen 11) xx-xx-2022 01:59:45 1.1.**********24 1.1.**********33 Men niye Agrida bu veziyetde ulya ulya qalmaliyam A gedib borc pul tap indide ula zulum cek xesde adam pulun vermirdim belke nevaxtsa seni aldatmiwam bele eledi 12) xx-xx-2022 02:04:15 1.1.**********24 1.1.**********33 Varyoxun sikim indi gelerdim Amma sene gore yoxe Oz meniyme goreki kucendi qonum qonwun gece vaxti Aile uwagun var Oleydin subay Amma sen bele weyleri qanmazsan 13) xx-xx-2022 02:07:02 1.1.**********24 1.1.**********33 Cunki qansiydin xesde adamlariq bilirsen agri lomka nedi qanan insan olsaydi bu hereketi elemezdin sabah O kucede Alemi bir birine qatmyan ozun tanimyandi 14) xx-xx-2022 23:58:28 1.1.**********89 1.1.**********33 05 tapdim aldim evdeyem elirem uje ona gore yigdimki bilesen 15) xx-xx-2022 16:45:08 xx-xx-2022 16:45:08 0.1.********** 1.1.**********33 Necye duzelir 16) xx-xx-2022 16:50:36 0.1.********** 1.1.**********33 Giri 10qalb verim 17) xx-xx-2022 17:17:29 xx-xx-2022 17:17:29 0.1.********** 1.1.**********33 Qaqw 100mant saat 18) xx-xx-2022 00:09:54 xx-xx-2022 00:09:54 1.1.**********89 1.1.**********33 evdeyem.he varsa 10m varimdi 19) xx-xx-2022 01:57:03 xx-xx-2022 01:57:03 1.1.**********89 1.1.**********33 he elmar .mesaj yaz 20) xx-xx-2022 00:36:21 1.1.**********89 1.1.**********33 elmar nese goturmek olursa ya olacaqsa menede xeber ele 10m 21) xx-xx-2022 12:33:45 xx-xx-2022 12:33:45 0.1.********** 1.1.**********33 Qaqa 50manat duzel 22) xx-xx-2022 00:06:32 xx-xx-2022 00:06:32 1.1.**********02 1.1.**********33 Hotti adama niye dilxorculuq verirsenki.bunun icin sikim yalvarim verim mali verirsen vay vermiyendede basqasina verendede agzuz eyilir 2q mal tapmisam poxu ac 23) xx-xx-2022 00:38:17 1.1.**********95 1.1.**********33 Gelme bow yere neynirem camahat elinde pul yalvar iw awirtmiram naxuy pul geler baxariq sora. 24) xx-xx-2022 01:18:30 1.1.**********02 1.1.**********33 İsimdeym sukur ac dusuz colde men pox axdariram srxsyin evinde otur mal dedim duzelmiyib pulu saxlsdin yalsndan yazdim msl var 2 dene dkund cavsb verdin neise. 25) xx-xx-2022 01:45:01 0.1.********** 1.1.**********33 Sigim malin icini 26) xx-xx-2022 01:52:15 xx-xx-2022 01:52:15 1.1.**********89 1.1.**********33 mesaj yaz elmar.nese varundu puluyla 10 m 27) 25-02-2022 10:53:45 0.1.********** 1.1.**********33 Qaqa olem lomkadan 28) 25-02-2022 13:04:09 1.1.**********02 1.1.**********33 Duz Yeke oglanam icini sikim poxun pulu herede 30m qalanda sikdirdì heyat hami goturduyunun pulunu dediyi vaxda dilinen gotunde ferq olsa mende eziyyet cekmerem 29) xx-xx-2022 17:18:31 xx-xx-2022 17:26:57 1.1.**********02 1.1.**********33 Gellem 10 pati de 1q kola 30) xx-xx-2022 19:14:16 1.1.**********49 1.1.**********33 dim size 30kola 10daw dedim 90m burdan qoydu mene men yetim neyniyim surokla oynayim getirim verim sen agrida qalm men naxuy adam bir otrurub fikirlewerk 31) xx-xx-2022 19:14:23 xx-xx-2022 19:14:23 1.1.**********49 1.1.**********33i buda insandi xerc cekir surokla oynuyur xeyrim deymir ziyan vurmayim cehhenem yoxsa ele al pul olacaq yer satmiwuq pul gelecek besdide yaln lox dorme 32) 17-03-2022 06:27:12 1.1.**********04 1.1.**********33 Hottu allaha and ola seherin acilmagin gozduyuremki cixim gorum kimden ne tapa bilirem tapa bilmesem seide deyecem yollasin basqa yolum yoxdu. 33) 17-03-2022 07:02:32 1.1.**********49 1.1.**********33 Dedem evdedi cixa bilmirem rasimin ozundedi o kimdense goturecek yoxsa? SMS_Tarixçəsi__**********2725__709182333 faylı açılıb içərisinə baxılarkən iş üçün əhəmiyyət kəsb edən aşağıdakı SMS-lər aşkar edildi: 1) xx-xx-2022 22:42:02 xx-xx-2022 22:42:02 1.1.**********33 1.1.**********04 Hooti salam qardas mene zeng ele memim nomremdi 2) 05-02-2022 21:44:45 1.1.**********33 1.1.**********04 Nolar acmadun gece bis veziyetde qaldm xecnesiz anardan 20manat aldm 3) xx-xx-2022 20:35:47 1.1.**********33 1.1.**********95 Qardaw salam menim veziyetim bisdi 30manat var seni gozdiyrem sen menim olmuwam elac ela mene 4) xx-xx-2022 22:46:41 xx-xx-2022 22:46:42 1.1.**********33 1.1.**********89 5manat xeber yoxdu xowa gelmedi on deqiye deyirdin 5) 07-02-2022 22:55:04 1.1.**********33 1.1.**********04 Qaqaw salam nolar elim xecara catmur yaman gundelik menim ozume bu iw gorek 40manat varumdu bir wey vigirlew seni gozdiyrem 6) xx-xx-2022 02:01:26 1.1.**********33 1.1.**********95 Qaqa bulum yoxdu sabax saat 5gimi vercem kartun ver atsnlar dedemin qebiri arxayun ol 7) xx-xx-2022 18:44:54 xx-xx-2022 18:44:54 1.1.**********33 1.1.**********10 Gelende etiyatl ol cib mawlndl igi neher meni axtarlar gordun adam var duwme 8) xx-xx-2022 18:47:42 xx-xx-2022 18:47:42 1.1.**********33 1.1.**********10 Gelme 20deqe sebirli ol 9) xx-xx-2022 21:52:20 1.1.**********33 1.1.**********04 Qardaw salam mene zeng ele veziyetim bisdi 25manat cibimdre nolar eyeqlm wiwib cirg eliyib olem 10) xx-xx-2022 22:06:47 1.1.**********33 1.1.**********02 Qardaw salam 25manat anardan almwam gelim veziyet got kununde zenk bilincik ketirim 11) xx-xx-2022 23:29:55 xx-xx-2022 23:29:55 1.1.**********33 1.1.**********95 Qaqaw salam 25manat varumdu mene elac elada 12) xx-xx-2022 20:55:33 xx-xx-2022 20:55:33 1.1.**********33 1.1.**********04 Hotti sivyaza cix 13) 15-02-2022 23:48:33 xx-xx-2022 18:13:45 1.1.**********33 1.1.**********02 Qaqaw mene bir wey duzeg qowaq 20manat varumdu bizim qardawdqmza gucli soyuq kecib zeng vur 14) xx-xx-2022 00:13:09 1.1.**********33 1.1.**********02 Qaqa nolar buzdiyram san dede canl 20suret anardan aldm 15) xx-xx-2022 19:12:44 1.1.**********33 1.1.**********02 Qardaw niye meni sengi bilirsen elim catmur san atovun cana and verem mene gomak ela olurem evin icinde 16) xx-xx-2022 18:03:02 1.1.**********33 1.1.**********04 Qaqa zeng vur vacib soz deycem menim amant var kamn oqlna satram sene deyim 17) xx-xx-2022 19:19:21 xx-xx-2022 19:19:21 1.1.**********33 1.1.**********04 Ata sene qurban olum atkaz elme 15mant bulum var dede gomak ele olmwem 15 yaxn qalub getrim verim sene vurmamwam canm olsun 18) xx-xx-2022 20:04:11 xx-xx-2022 20:04:11 1.1.**********33 1.1.**********04 Qaqa nolar zeng ele ureyim bartyr qalmwam ulya ulya danwaq sozum var 19) xx-xx-2022 23:32:54 xx-xx-2022 23:32:54 1.1.**********33 1.1.**********04 Qaqa salam qurban olum anar 20mant aldm nolar cen babon can duz qow 20) xx-xx-2022 16:15:52 xx-xx-2022 16:15:52 1.1.**********33 1.1.**********04 Qaqaw mene zeng vur kartun seriyasn almwam menim 100mant vardu 21) xx-xx-2022 16:27:51 1.1.**********33 1.1.**********04 Nolar kart gotur gel bize naqdu bula istiyrem duzelmese bagya gedrem 22) xx-xx-2022 16:30:46 xx-xx-2022 16:30:46 1.1.**********33 1.1.**********04 **********928448.kapital 23) xx-xx-2022 16:45:04 1.1.**********33 1.1.**********04 Necye duzelir 24) xx-xx-2022 16:50:36 xx-xx-2022 16:50:36 1.1.**********33 1.1.**********02 Giri 10qalb verim sene 1yari verda mene 25) xx-xx-2022 17:17:25 xx-xx-2022 17:17:25 1.1.**********33 1.1.**********04 Qaqw 100mant saat 7de mende olacaq ne qeder duzub qowmaq olar necden qiymet 26) xx-xx-2022 00:22:36 xx-xx-2022 00:22:36 1.1.**********33 1.1.**********89 Naqdi 10mant ala mene 9 olsa emele gelmir yari 30mant almwam karardan 27) xx-xx-2022 18:49:18 1.1.**********33 1.1.**********04Mene soz deda gelirsen gozdiyim xeber ele 27manat verim 1bara olsa gomag ele 28) xx-xx-2022 12:33:44 1.1.**********33 1.1.**********02 Qaqa 50 manat duzeldim 1 btoy qalan borcdan artiq cix 29) xx-xx-2022 01:44:51 xx-xx-2022 01:44:52 1.1.**********33 1.1.**********02 Sigim malin icini xer weyden ustun tutur 2gun cetinlig olar duzeler inwala bulum olmasada yaxwlq itren adam dorem 30) 28-02-2022 04:05:08 1.1.**********33 1.1.**********02 Giwsen nolar bulum varda baryxun sigsiler yalan deyeni olem lomkadan anam 31) 02-03-2022 04:22:46 xx-xx-2022 19:31:27 1.1.**********33 1.1.**********02 Qaqa mene imgan varsa elac gomag eliyerdin veziyetim bisdi sabax bela qalsam olcem 32) xx-xx-2022 17:27:01 xx-xx-2022 17:27:02 1.1.**********33 1.1.**********02 Gellem 10 pati de 1q 33) xx-xx-2022 03:10:08 xx-xx-2022 03:10:08 1.1.**********33 1.1.**********02 nesiye mene o sur men gedib 30 alsam sene 45mat 50 satam 34) xx-xx-2022 14:10:33 xx-xx-2022 16:28:02 1.1.**********33 1.1.**********02 ul yox idi neyise gelen guni 1qrm deye esebi 30mant deyende Təqsirləndirilən şəxs Yarməməd oğluna məxsus (70) ***-**-** və (77) ***-**-** saylı nömrələrdən çıxarış edilmiş çoxsaylı SMS-lər Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsini eləcə də onun narkotik vasitələrin satışı ilə də məşğul olmasını təsdiq edir. İş materiallarında əlavə edilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini hansı şəraitdə və hansı mənbədən əldə etməsini müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə və digər şəxslərə satmaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etməsi barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini istifadə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitlərinin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, onun narkotik vasitəni konkret olaraq kimlərə satması müəyyən edilməmişdir. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd polietilen bükümün içərisində olan 03 ədəd polietilen bükümdə ümumi çəkisi - 2,419 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin Kürdəmir rayon polis şöbəsində saxlanılır, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici və şahidlərin isə məhkəməyədək və məhkəmə icraatı zamanı verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanıb cinayətin yuxarıda təsvir edilən formada törədildiyi qənaətinə gələrək, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi bu xüsusatı ona təyin ediləcək cəzadan, başqa sözlə, onun cinayət məsuliyyətini yüngüləşdirməyə yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 30 mart 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Kürdəmir rayon məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 30 mart 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər – Kürdəmir rayon məhkəməsinin 19 aprel 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan rayon məhkəməsinin 22 noyabr 2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 76-cı maddəsinə əsasən 01 ay 25 gün cəzadan vaxtından əvvəl şərti azad edilmiş - hazırda məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilmişdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, ünvan 2 ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun təqsirini qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra 01 ədəd polietilen büküm içərisində olan 03 ədəd polietilen bükümdə ümumi çəkisi - 2,419 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 31 (otuz bir) manat, 95 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 30 mart 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra 03 ədəd bükümdə qalıq çəkisi – 2, 419 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD diskdə olan videogörüntü cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 31 (otuz bir) manat 95 (doxsan) qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar