Məhkəmə qərarları › İş №1(099)-497/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-497/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-497/2023 06.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 2000-ci ildə Sabirabad rayonunun Nizami kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi, ev 44, mənzil 12-də qeydiyyatda olmaqla Şirvan şəhəri, F.Eynullayev küçəsi, bina 13, mənzil 80-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,129 qram narkotik vasitə olan heroin əldə etmiş, saxlamış və əldə etdiyi həmin narkotik maddəni 11 fevral 2023-cü il tarixdə Şirvan şəhəri, F.Eynullayev küçəsində hərəkət etməklə üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında həmin gün saat 19 radələrində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, Şirvan şəhəri, F.Eynullayev küçəsində saxlanıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən bir ədəd bükümdə külli miqdarda-2,129 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi ev 44, mənzil 12-də qeydiyyatda olmaqla Şirvan şəhəri, F.Eynullayev küçəsi bina 13, mənzil 80-də yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin Şirvan şəhərində yerləşən “Yeganə” şadlıq sarayında günü 13 manata ofisant işləmişdır.O, uzun bir müddətdir ki, ağciyər (astma) xəstəliyindən əziyyət çəkir və xəstəliyi ilə bağlı narkotiklərdən istifadə etməyə başlamış, 2022-ci ilin dekabr ayınadək heroindən istifadə etmiş, son vaxtlar isə narkotik maddələrdən istifadə etməmiş, həmçinin narkotiklərin satışı ilə də məşğul olmamışdır. Əvvəllər Şirvan şəhərində narkotiklərin satışı ilə məşğul olan tanımadığı şəxslərdən öz istifadəsi üçün heroin alıb istifadə etmişdir.O, həftədə bir dəfə tanımadığı şəxslərin hesab kartlarına 10 manat pul göndərmiş və onların dediyi yerə gedib narkotiki götürürüb istifadə etmişdir. İstifadəsində 055/634-09-93 №-li telefon nömrəsi olmuşdur.Tutulmamışdan bir gün əvvəl, yəni 10 fevral 2023-cü il tarixdə, o, tanışı Rahillə (Rahil Cabbarlı ilə) mobil telefonla danışıb qarşılıqlı hal-əhval tutmuş, onunla narkotik barədə söhbəti olmamışdır. 11 fevral 2023-cü il tarixlə, gecə saat 01-02 radələrində Şirvan şəhəridə, F.Eynullayev küçəsində olan parkda gəzişərkən Fariz, Fuad, Fərman və Namaz adlı polis əməkdaşları onu saxlamış və ona heç nə izah etmədən onu tutub Şirvan ŞPŞ-nə aparmışlar. Tutulan vaxt üzərində narkotik maddə olmamış, həmçinin polis şöbəsinə gətirilməzdən əvvəl, küçədə onu tutan polis əməkdaşları üstünü axtarmış, lakin üzərində heç nə aşkar edilməmişdir. Polis şöbəsinin növbətçi hissəsində olarkən Fərman adlı əməliyyatçı- polis əməkdaşı ona təzyiq göstərmiş, sonra cibinə narkotik maddə qoyub onu məcbur etmişdir ki, onunla razılaşsın. Fərman adlı polis əməkdaşı ona 7 qram heroini boynuna götürməsini və videoçəkiliş zamanı həmin narkotik maddəni tanışı Rahildən 30 manata almasını deməsini, razılaşmadığı haldı yaşadığı evdən bir kilo “mal” (narkotik maddə) çıxacağını bildirmişdir. Sonra Fərman və digər əməliyyatçılar-polis əməkdaşları Fuad və Namazın yanında onun üzərinə 7 qram deyil, 2 qram heroin qoyub həmin heroini boynuna götürməsini, onun üçün də yaxşı olacağını demiş, o da döyülməkdən və təzyiqlərdən qorxub həmin 2 qram narkotikin özünə məxsus olduğunu ifadə verərkən etiraf etmişdir. İstintaq zamanı ona bildirilmişdir ki, o, CM-nin 234.1-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacaqdır.Polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün o, məhkəmədə barəsində sanksiya verilərkən (həbs qətimkan tədbiri seçilərkən) hakimə üzərində aşkar olunmuş narkotikin özünə məxsus olmasını demiş, polis əməkdaşlarının hərəkətlərindən şikayət etməmişdir.İstintaq zamanı tanışı Rahiblə üzləşdirmə zamanı o, müstəntiqə Rahillə aralarında bir neçə dəfə telefon danışığının olması və həmin danışıqların narkotikin alqısatqısı ilə bağlı olmadığını, həmçinin Rahildən 30 manata narkotik maddə almadığını bildirsə də, sonra təzyiqlər altında o, məcburən öz əlehinə ifadə verib, tanışı Rahildən 30 manata narkotik maddə aldığını bildirmişdir.Əslində isə o, polis şöbəsinə aparılarkən üzərində narkotik maddə olmamış, tanışı Rahildən pulla narkotik maddə almamışdır.Polis şöbəsində polis əməkdaşları ona artıq CM-nin 234.1-1-ci maddəsi ilə tutulduğunu bildirib təzyiqlər edərək üzərində narkotik maddənin olmasını etiraf etməyə məcbur etmiş, sonra polislər cibinə bir bükümdə narkotik maddə qoymuş, bundan sonra vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış keçirilmişdir.Axtarış zamanı özü cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində heroin aşkar olunmuşdur.Orada polis əməkdaşların ona qarşı təzyiqləri olduğu üçün o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olduğunu bildirmişdir.Əslində isə üzərində aşkar olunan heroin ona məxsus deyil, həmin maddəni cibinə Fərman adlı polis əməkdaşı qoymuşdur.Üzərində aşkar olunmuş heroinlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin narkotik maddələrdən istifadə etdiyi üçün özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir.İstifadəsində 055/634-09-93 saylı mobil telefon nömrəsi olmuşdur. 11 fevral 2023-cü il tarixdə, saat 18 radələrində o, tanışı Rahil Cabbarlının 055/722-44-12 saylı mobil telefon nömrəsinə zəng edib ona pulla narkotik vasitə almaq istədiyini bildirmiş, o da razılaşıb Şirvan şəhəri, Energetik küçəsinə gəlməyini demişdir. Bundan sonra o, həmin gün, saat 18 radələrində şəhərin Energetik küçəsinə gedib Rahillə görüşüb ona 30 manat verib ondan bir büküm heroin almışdır. Bundan sonra o, həmin gün saat 19 radələrində şəhərin F.Eynullayev küçəsində olarkən polis əməkdaşları onu saxlayıb üzərində narkotik vasitələr gəzdirməsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə aparmışlar.Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış, axtarış zamanı özü əynindəki şalvarının cibindən bir ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim edib bükümdə olan kütlənin heroin olmasını, heroini Rahil adlı şəxsdən 30 manata aldığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Sonra aşkar olunmuş heroin polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur.Şifahi sorğu zamanı o, aşkar olunmuş heroini tanışı Rahildən pulla aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Həmçinin istintaq zamanı X6 ilə üzləşdirmə zamanı ifadəsində Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroini 11 fevral 2023-cü il tarixdə Rahil Cabbarlıdan 30 manata aldığını bildirmiş, Rahil Cabbarlı da Təqsirləndirilən şəxs 30 manata heroin satdığını etiraf etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində narkotik maddə olmamışdır.Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olduğunu bildirmiş, sonradan da polislərin dediyi kimi izahat və ifadə vermişdir. Əslində üzərində aşkar olunmuş heroini üzərinə Fərman adlı polis əməkdaşı qoymuşdur. Barəsində həbs qətimkan tədbiri seçilərkən o, məhkəmədə (Şirvan Şəhər Məhkəməsində) üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını demiş, onun belə deməsinə səbəb polis əməkdaşlarının ona qarşı olan təzyiqləri olmuşdur. O, üzərində aşkar olunmuş heroinlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Şirvan ŞPŞ-nin əməkdaşıdır. 11 fevral 2023-cü il tarixdə ona, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik maddələr əldə etməsi, istifadəsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumata əsasən özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 19 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Şirvan şəhəri, F.Eynullayev küçəsində saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib Şirvan ŞPŞ-nə aparılmışdır.Polis şöbəsində təhqiqatçı Kənan Osmanlı tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim edib bükümün içərisində heroin olduğunu, özünün istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar edilmişdir.Aşkar olunmuş kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur.Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. İşdə olan, Şirvan ŞPŞ-nin əməkdaşının 11 fevral 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi və daşıması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin gün saat 19 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Şirvan şəhəri, F.Eynullayev küçəsində saxlanılıb şöbəyə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 fevral 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı Kənan Osmanlı tərəfindən müdafiəçi Emil Quliyevin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir bükümdə heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroini “Rahil” adlı şəxsdən 30 manata aldığı və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. . İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 12 fevral 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “.. Təqsirləndirilən şəxs üzərindən ... ” sözləri yazılmış və imzalar olan kağız paketdə 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-2,129 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 2,079 qramdır.Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, ambulator məhkəmə psixiatrik ekspertizasının 18 mart 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb.Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır.Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır.Təqsirləndirilən şəxs hərəkətləri CM-nin 21-ci maddəsinin təsiri altına düşmür.Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu “narkomaniya xəstəliyi” aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 14 may 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 2,079 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Şirvan ŞPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, istintaq sənədləri ilə müəyyən edilir ki, X3 (Təqsirləndirilən şəxs əldə etdiyi narkotik maddəni ona pulla satmış “Rahil” adlı şəxsin) barəsində 24 fevral 2023-cü il tarixdə CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmış və həmin cinayət işi (230260085 №-li) Şirvan ŞPŞ-nin İB-nin icraatındadır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutu və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə Şahid1 ifadəsi yalnız özünün birbaşa şahid olduğu hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadəni mötəbər sübut hesab edir, onun göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tanışı Rahildən pulla narkotik maddə almaması, polis əməkdaşları tərəfindən tutularkən üzərində narkotik vasitənin olmaması, üzərindən aşkar olunmuş heroinin ona məxsus olmaması və həmin heroini cibinə polis əməkdaşı tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 ifadəsi, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (həmin vaxt o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını, özünün şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir) təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tanışı Rahildən pulla narkotik maddə almaması, polis əməkdaşları tərəfindən tutularkən üzərində narkotik vasitənin olmaması, üzərindən aşkar olunmuş heroinin ona məxsus olmaması və həmin heroini cibinə polis əməkdaşı tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 ifadəsi, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (həmin vaxt o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərindən aşkar olunmuş heroinin özünə məxsus olması və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir) tam təkzib olunur.Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddənin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər.Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Şirvan Şəhər Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə (CM-nin 234.4.3-cü maddəsi ilə) özünü qismən təqsirli bilib üzərində aşkar olunmuş narkotik maddəni sadəcə üzərində saxladığını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayəti törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir.Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 2,129 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübuta və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,129 qram heroini əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Şirvan Şəhər Məhkəməsinin 12 fevral 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 fevral 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Şirvan Şəhər Məhkəməsinin 05 aprel 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 194.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il sınaq müddəti müəyyən edilməklə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum olunmuş və 27 aprel 2020-ci ildə cəza müddəti başa çatmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən (şərti məhkum edilmiş şəxslər barəsində-sınaq müddəti başa çatdıqda məhkumluğu olmayan hesab edilir) 05 aprel 2018-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və o, hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan, Şirvan şəhər 1 №li İƏD üzrə Nümayəndəlikdən verilmiş 31 avqust 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi, ev 44, mənzil 12-də qeydiyyatda olmaqla Şirvan şəhəri, F.Eynullayev küçəsi, bina 13, mənzil 80-da yaşamış və yaşadığı müddətdə qənaətbəxş (nümayəndəliyə ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 11 fevral 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutlar otağında saxlanılan 2,079 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 11 fevral 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 2,079 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar