Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-497/2024 24.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Rüdəkənar kəndində qeydiyyatda olmaqla yaşamış, 19 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Astara Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 4(018)-13/2024 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda-12,945 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 19 fevral 2024-cü il tarixdə, saat 21:55-də Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Rüdəkənar kəndində idarə etdiyi «Mercedes-Benz» markalı, **-BF-*** qeydiyyat nişanlı avtomobilində olan zaman saxlanılaraq Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd qara rəngli sellofan bükümdə külli miqdarda- 12,945 qram çəkidə narkotik vasitə heroin əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək demişdir ki, 19 fevral 2024-cü il tarixdə axşam tərəfi avtomobili ilə evə gedərkən polis əməkdaşları tərəfindən saxlanılmış, avtomobilindən düşürülərək öz avtomobillərinə mindirilib polis şöbəsinə aparmışlar. Polis Şöbəsində narkotik vasitə təqdim olunaraq «həmin narkotik vasitəni götürməlisən yoxsa evindən daha çox çəkidə narkotik vasitə çıxararıq» demişlər. Atası xəstə olduğu üçün polis əməkdaşları ilə razılaşmış, fikirləşmişdir ki, polis əməkdaşları gedib evdən narkotik vasitə çıxararlar, atası bundan pis olaraq ölər. Allahın yolu ilə getdiyinə görə, məscidə gedib-gəldiyinə görə onu həbs etmişlər. Məsciddə fəal olmuş, Allah yolunda tutulmuş, üzərində narkotik vasitə heroin olmamışdır. Polis əməkdaşları onu döyməmişlər, yalnız evindən daha çox çəkidə narkotik vasitə çıxaracaqları ilə hədələmişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onu saxlayan polis əməkdaşlarından Şahağacından olan Raufu tanımışdır, həmin vaxtı polis əməkdaşları üç nəfər olmuşlar. Ona məxsus avtomobili Rauf idarə edərək polis şöbəsinə aparmışdır, onu isə «Niva» markalı avtomobillə polis şöbəsinə aparmışlar. «Niva» markalı avtomobil ilə bir yerdə 3 nəfər oturmuşlar. Əvvəllər bir dəfə polis şöbəsinin rəis müavini məscidə gəlmiş, həmin vaxtı məclis olmuş, məclisin keçirilməsi üçün vaxt istəmiş, ona görə onu polis şöbəsinə apardıqdan sonra buraxmışlar. Narkotik vasitə istifadə etməmiş, siqaret belə çəkməmişdir. Polis əməkdaşları avtomobilinə də baxmışlar. Narkotik vasitəni cibinə polis əməkdaşı qoymuş, həmin polis əməkdaşını tanımamışdır. İstintaq təcridxanasında olan zaman heç bir yerə şikayət etməmişdir. Allah bilir ki, günahkarların axırı olmaz. Barəsində istintaqı aparan müstəntiq tərəfindən ona qarşı qanunsuz hərəkətlərə yol verilməmişdir. Hətta Bakı İstintaq Təcridxanasında olan şəxsi işinin üzərində də radikal dindar olması barədə məlumat da qeyd olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə tərkibindən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə Astara rayonu, Rüdəkənar kəndində yaşayır, evlidir, heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamış, təxminən 2003-cü il tarixdə hərbi xidmətdə olan zaman bir dəfə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, lakin həmin vaxtdan ümumiyyətlə narkotik vasitələrdən istifadə etməmişdir. 18 fevral 2024-cü il tarixdə axşam saatlarında yaşadığı kənddə evinin yaxınlığında piyada gəzərkən küçədə yerdə bir ədəd sellofan büküm görmüş, həmin büküm onun diqqətini cəlb etdiyi üçün onu yerdən götürmüş, həmin bükümə baxdıqda onun içərisində narkotik vasitə heroin olduğunu bilib cibinə qoymuşdur ki, nə vaxtsa ürəyi istəsə istifadə edər, həmin narkotik vasitəni kiməsə satmaq və ya bağışlamaq məqsədi olmamış, həmin narkotik vasitəni əynindəki idman şalvarının sol yan cibinə qoyub cibin sürməsini bağlamışdır. 19 fevral 2024-cü il tarixdə saat 21:30 radələrində idarə etdiyi «Mercedes» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Astara rayonu, Suparibağ kəndində olarkən polis əməkdaşları onu saxlamış, həmin vaxt onlar ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib üzərində şəxsi axtarış keçiriləcəyini demiş, lakin həmin vaxt ətrafda gediş-gəliş olduğuna görə polis əməkdaşlarından onun üzərinə şəxsi axtarışı küçədə aparmamalarını xahiş etmiş, bundan sonra onlar ona Astara Rayon Polis Şöbəsinə getməyi təklif etmiş, onların təklifi ilə razılaşmış, bundan sonra polis əməkdaşları onu avtomobili ilə birlikdə rayon polis şöbəsinin inzibati binasına gətirmiş, polis şöbəsində müdafiəçi dəvət olunmuş və otaqların birində üzərində video görüntü vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində hər hansı bir qanunsuz əşya, o cümlədən narkotik və ya psixotrop maddə varsa, təqdim etməsi təklif olunmuş, bir gün əvvəl yaşadığı kənddə küçədə piyada hərəkətdə olarkən yerdən tapdığı və üzərində gəzdirdiyi bir ədəd qara rəngli sellofan bükümdə olan narkotik vasitə heroini əynində olan idman şalvarının sol yan cibindən çıxarıb təqdim etmiş, şalvarının sağ yan cibində olan avtomobilnin açarını və özünə məxsus 01 ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etmiş, bundan sonra üzərində şəxsi axtarış aparılsa da başqa qanunsuz əşya, o cümlədən narkotik vasitə və psixotrop maddə aşkar olunmamış, daha sonra üzərindən aşkar olunmuş narkotik vasitə heroin ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Üzərində şəxsi axtarış keçirildikdən dərhal sonra rayon polis şöbəsinin duracağında saxlanılan avtomobilinə baxış keçirilmiş, lakin avtomobilinə keçirilən baxış zamanı avtomobilindən narkotik vasitə və psixotrop maddə, o cümlədən hər hansı bir qanunsuz əşya aşkar olunmamış, konkret olaraq üzərindən aşkar olunmuş narkotik vasitə heroini tutulmazdan 1 gün əvvəl, 18 fevral 2024-cü il tarixdə Astara rayonu, Rüdəkənar kəndində yaşadığı kənddə yol ilə hərəkətdə olan zaman tapdığını və özü gələcəkdə qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Hazırda narkotik vasitədən istifadə etmir, heç bir zaman narkotik vasitə satmamış və satmaq məqsədi də olmamışdır. Polis əməkdaşları tərəfindən konkret olaraq 19 fevral 2024-cü il tarixdə saat 21:30 radələrində idarə etdiyi «Mercedes» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Astara rayonu, Suparibağ inzibati ərazi dairəsinin Rüdəkənar kəndi ərazisində saxlanılaraq avtomobili ilə birlikdə polis şöbəsinə gətirilmiş, ona qarşı heç kim zor tətbiq etməmiş, heç kim ona hədə-qorxu gəlməmiş, bu barədə heç kimdən şikayət və tələbi olmamışdır. İstifadəsində içində ***-***-**-** saylı nömrə olan «Samsung» markalı mobil telefon vardır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs öz xətti ilə yazılmış oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək, törətdiyi cinayət əməlini etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı psixi və yaxud fiziki zor tətbiq edilmədiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla və digər istintaq hərəkətləri ilə bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, aşkar olunmuş heroini yerdən tapmamış, polislər tərəfindən cibinə qoyulmuş, həmin heroin ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hədələr edildiyi, psixi zorakılığa məruz qaldığı üçün o, heroini yolda hərəkətdə olarkən yerdən taparaq cibinə qoyduğunu bildirmişdir. Ona verilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmə istintaqında cibindən aşkar olunan heroinin ona məxsus olmadığını, yerdən tapmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hədələr olunduğunu, cibindən çıxan heroinin ona məxsus olduğunu deməyini tələb etdiklərini, polislər tərəfindən zorla üzərinə-cibinə heroinin qoyulduğunu, üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkilişdə dediyi xüsusatları polislər hədələdikdən sonra bildirdiyini dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 19 fevral 2024-cü il tarixdə Astara rayonu, Rüdəkənar qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması barədə məlumat daxil olmuş və bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmış, daha sonra 19 fevral 2024-cü il tarixdə, saat 22 radələrində yaradılmış əməliyyat-axtarış qrupunun üzvləri birlikdə avtomobillə Astara rayonu, Rüdəkənar kəndi ərazisində avtomobillə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs həmin kənddə idarə etdiyi «Mercedes Benz» markalı, **-BF-*** qeydiyyat nişanlı avtomobili ilə olan zaman onu görmüş və dərhal onun yanında avtomobili saxlamışlar və avtomobildən düşərək onun olduğu avtomobilə yaxınlaşmışlar. Özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra, ona üzərində qanunsuz narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər, Təqsirləndirilən şəxs da həmin kənddə yaşadığından, ətrafdakı insanların onu tanıdığından küçədə yox, Astara RPŞ-nin inzibati binasında şəxsi axtarış keçirilməsini xahiş etmiş, onu saxlayaraq idarə etdiyi avtomobil ilə birlikdə Astara Rayon Polis Şöbəsinə gətirmişlər. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, vəkil, özü və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 01 ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən həmçinin 01 ədəd avtomobil açarı və 01 ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni 18 fevral 2024-cü il tarixdə axşam saatlarında Astara rayonu, Rüdəkənar kəndi ərazisində piyada hərəkət edən zaman yerdən tapdığını, uzun müddət əvvəl narkotik vasitədən istifadə etdiyi üçün həmin kütləni istifadə etmək məqsədilə götürərək üzərində saxlayaraq daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz» markalı, **-BF-*** qeydiyyat nişanlı aavtomobilə baxış keçirilmiş və avtomobildən hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, lakin həmin məlumatı realizə edə bilməmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında və üzərində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni özü təqdim etmişdir. Şəxsi axtarış müstəntiq tərəfindən icra edilmiş, şəxsi axtarışın aparılması ilə bağlı Təqsirləndirilən şəxs müstəntiqə ərizə yazıb-yazmaması barədə məlumatı olmamışdır. İlkin Məmədovu 19 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Astara rayonu, Rüdəkənar kəndi ərazisində avtomobillə hərəkətdə olan zaman saxlamışlar. Dindirilmiş şahidlər Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və Astara RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 cinayət işi üzrə oxşar məzmunlu ifadələr verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıdığı külli miqdarda-12,945 qram çəkidə narkotik vasitə heroinin 19 fevral 2024-cü il tarixdə şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülməsi faktına görə toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v. 1-45) -«cinayət törətməkdə şübhəli şəxsin tutması haqqında» 19 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:20-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 12) -«şəxsi axtarış və götürmə aparılması haqqında» 19 fevral 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs şöbəyə gətirilərək şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, daha sonra saat 22:35-dən saat 22:45-dək üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdən başqa üzərindən hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm götürülərək elektron tərəzidə çəkilmiş, çəkisinin 13,65 qram olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümün içərisindəki kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni 18 fevral 2024-cü il tarixdə Astara rayonu, Rüdəkənar kəndində piyada hərəkətdə olan zaman yerdən tapdığını, uzun müddət əvvəl narkotik vasitə istifadə etdiyindən həmin kütləni gələcəkdə istifadə etmək məqsədilə götürərək üzərində daşıdğını bildirmişdir.(i.v. 29-31) -«məhkəmə-kimyəvi ekspertizası»nın 20 fevral 2024-cü il tarixli, 19/169 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd kütlə.....» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -12,945 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.(i.v. 42-45) -«əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında» Astara Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 5(018)- 28/2024 nömrəli qərarından görünür ki, Astara Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini, polis mayoru X2 tərəfindən qəbul edilən «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 19 fevral 2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir.(i.v. 60-61) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Astara Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 4(018)-13/2024 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v. 63-64, 82-84) -«təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması haqqında» 21 fevral 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Rüdəkənar kəndində ara yolda hərəkətdə olan zaman avtomobili dayandırmağı təkid etmiş, Təqsirləndirilən şəxs dediyi yerdə avtomobili saxlayıb yerə düşdükdən sonra yolun sağ tərəfini göstərib, 18 fevral 2024-cü il tarixdə axşam saatlarında həmin yolda hərəkdə olan zaman yolun kənarında bir ədəd büküm götürdüyünü, büküm onun diqqətini cəlb etdiyindən həmin bükümü yerdən götürüb baxdığını və bükümün içərisində narkotik vasitə heroin olduğunu bildiyini, istifadəsi üçün 1 (bir) ədəd bükümdə heroini cibinə qoyub, yoluna davam etdiyini, 19 fevral 2024-cü il tarixdə Astara RPŞ-nin əməkdaşları tərəfindən saxlanıldığını, tapdığı bükümün də həmin vaxt üzərində olduğunu və şəxsi axtarış zamanı bükümü təqdim etdiyini bildirmişdir.(i.v. 86-88) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 22 fevral 2024-cü il tarixli 183 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları olub. Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür.(i.v. 90) -«əşyanın maddi sübut kimi tanınması barədə» 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalan 12,845 qram narkotik vasitə heroin kütləsi maddi sübut kimi tanınmış və saxlanılması üçün Astara RPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (i.v. 121) -«cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə» 02 may 2024-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış və götürmə» aparılması, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi, ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti aparılarkən qeydə alınmış videoçəkilişlər olan 04 (dörd) ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur.(i.v. 149-157) -«cinayət işinin ayrı icraata ayrılması və icraata qəbul edilməsi haqqında» 02 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroinin mənbəyini müəyyən etmək məqsədi ilə hazırki cinayət işindən həmin fakta görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilərək ibtidai istintaq davam etdirilmişdir.(i.v. 159-160) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində aşkar olunmuş narkotik vasitə heroinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması, heroini yerdən taparaq cibinə qoymasını deməsi üçün polislərin onu evindən daha çöx narkotik vasitə çıxaracaqları ilə hədələmələri məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, aşkar edilmiş heroinin yerdən taparaq cibinə qoyması ilə, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən heroin narkotik hesab edilir. Siyahılara əsasən heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2,0 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs külli miqdarda-12,945 qram narkotik vasitə heroin əldə edib, əynindəki şalvarın sol yan cibində saxlayaraq daşıması, üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sol yan cibindən narkotik vasitə heroinin aşkar edilib qablaşdırılaraq götürülməsi onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu və qeyd edilən kütləni satış məqəsi ilə qanunsuz əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrində, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. «X4 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə doğrudan da bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis bölməsində hədələrə və psixi zorakılığa məruz qalması ilə bağlı hər-hansı orqana şikayət etmədiyini bildirmişdir. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış və götürmə aparılması haqqında», protokol, həmin protokola əlavə edilmiş videoçəkliş, öz xətti ilə yazdığı izahatı, şübhəli və təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 141-142) -Astara Rayon İcra Hakimiyyəti Başçısının Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 fevral 2024-cü il tarixli, 216 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayon, Rüdəkənar kəndində yaşayır, ailəlidir, himayəsində 29 aprel 2010-cü il təvəllüdlü Məhəmmədəli Məmədzadə, 24 may 2013-cü il təvəllüdlü Əliabbas Məmmədzadə adlı uşaqları var və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v. 95-96) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirlən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 19 fevral 2024-cü il tarixdən hesablanmalı və Astara Rayon Məhkəməsinin 21 fevral 2024cü il tarixli, 4(018)-13/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan «ambulator məcburi narkoloji tibbi yoxlama»nın rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi-12,845 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış və götürmə» aparılması, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi, ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti aparılarkən qeydə alınmış videoçəkilişlər olan 04 (dörd) ədəd DVD disk icraat materialları saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 19 fevral 2024-cü il tarixdən hesablansın. Astara Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 4(018)-13/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 12,845 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış və götürmə» aparılması, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi, ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti aparılarkən qeydə alınmış videoçəkilişlər olan 04 (dörd) ədəd DVD disk icraat materialları saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-497/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-497/2024
24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver