Məhkəmə qərarları › İş №1(099)-498/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-498/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-498/2022 12.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X11, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxxx 1993-cü ildə Lənkəran rayonu Daşdatük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvələr məhkum olunmamış, Lənkəran rayonu Daşdatük kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, 28 sentyabr 2021-ci il tarixinə keçən gecə özgənin əmlakını ələ keçirmə məqsədi ilə basqın etmək qərarına gəlib, həmin gecə saat 03 radələrində alkoqol sərxoşluğu vəziyyətində Lənkəran rayonu Şirin Su kəndində yerləşən “OYES” yanacaq doldurma məntəqəsinin (YDM) yanına gələrək, üstündə kəsiklər açıb qabaqcadan maska kimi hazırladığı papağın tanınmamaq üçün başına keçirməklə sifətini gizlədərək, basqında silah qismində istifadə etmək məqsədi ilə özü ilə gətirdiyi mətbəx bıçağını sağ əlində tutaraq, YDM-nin binasının örtülmüş vəziyyətdə olan qapısını açıb qanunusuz olaraq içəri girəndən sonra otaqda dəmir çarpayının üstündə oturub yatan YDM-nin operatoru Zərərçəkmiş şəxs3 üstünə basqın edib boğazından tutub sıxaraq, həmin anda oyanaraq onun əlindən qurtamaq istəyən Zərərçəkmiş şəxs3 boğazına bıçağı dayayıb həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla hədələyərək üzərində olan YDM məxsus olan 370 manat pulunu və ümumi qiyməti 350 manat olan “Samsung A 10” markalı mobil telefonunu üsütndəki ***-***-**-** mobil nömrə ilə birlikdə ələ keçirməklə quldurluq etmişdir. Bundan başqa o, 07 oktyabr 2021-ci il tarixinə keçən gecə, təkrarən, özgənin əmlakını ələ keçirmə məqsədi ilə basqın etmək qərarına gəlib, həmin gecə saat 04:30 radələrində alkoqol sərxoşluğu vəziyyətində Lənkəran rayonu Girdəni kəndində yerləşən “Girdəni Petrol” yanacaq doldurma məntəqəsinin (YDM) yanına gələrək, tanınmamaq üçün sifətini şarf və qara rəngli parça kəsiyi ilə bürüyüb gizlədərək, basqında silah qismində istifadə etmək məqsədi ilə özü ilə gətirdiyi mətbəx bıçağını əlində tutaraq, hadisə yerində YDM-nin binasının arxa tərəfində yerdən götürdüyü uzunluğu 30 sm olan dəmir armatur parçasını şalvarının kəmərinin altında gizlədərək, YDM-nin binasının örtülmüş vəziyyətdə olan qapısını açıb qanunusuz olaraq içəri girəndən sonra otaqda stulda oturmuş Zərərçəkmiş şəxs1 basqın edərək silah qismində istifadə etdiyi bıçaqla sonuncunun qarın boşluğu nahiyəsinə qəsdən zərbə vurub, qarın boşluğuna nüfuz edən, qaraciyər bağını zədələyən, daxili və xarici qanaxma ilə müşaiyət olunan bir ədəd kəsilmiş-deşilmiş yara kimi, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirib, qəsdən sağlamlığına ağır zərər vuraraq, “ver, ver” deyə tələb etmiş, Zərərçəkmiş şəxs1 basqın edən şəxsin pul tələb etdiyini anlayıb sonuncunun əlindən qurtarmaq üçün çalışaraq, otaqda yatmış iş yoldaşı Zərərçəkmiş şəxs2 köməyə çağırarkən, basqına məruz qalmış Zərərçəkmiş şəxs1 qarşı həyatı üçün təhlükəli zorakılıq hərəkətlərini davam edərək, silah qismində istifadə etdiyi bıçaqla daha bir neçə zərbə vurub, sol əl nahiyəsinin 3 ədəd kəsilmiş yarası, eləcə də kəməri arxasında saxladığı dəmir armaturdan silah qismində istifadə etməklə başına zərbə vuraraq alın nahiyəsinin kəsilmiş yaraları kimi xəsarətlər yetirmiş, eyni zamanda oyanıb onun hərəkətlərinin qarçısını almaq istəyən Zərərçəkmiş şəxs2 boynundan tutub sıxaraq bışaqdan və armatur parçasından silah qismində istifadə edərək həyatı və sağlamlığı üçün təhlükəli zorfkılıq tətbiq edəcəyi ilə hədələyərək, quldurluq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 sentyabr 2021-ci ildə Lənkəran rayonu, Qumbaşı kəndində yaşayan dostunun yanına gedərək orada qalmışdır və 30 sentyabr yaşadığı kəndə gəlmişdir. Kənddə gedən sözsöhbətdən eşidib ki, zapravka oğurlanıb və onun adı çəkilir. Bundan sonra o, işləmək üçün Bakı şəhərinə getmişdir. Bir neçə gün sonra artıq oktyabr ayında yenidən Lənkərana gəlmiş, yenə də digər zapravkanın oğurlanması və onun adının çəkilməsini eşitmişdir. Bundan bir müddət sonra polis əməkdaşları yaşadığı evə gələrək onu polis şöbəsinə aparmışlar. Orada polis işçiləri ona zapravkalarda baş vermiş quldurluq cinayətlərini boynuna götürməyi təklif edərək əks halda onu narkotiklə həbs edəcəklərini bildirmişlər. O, da məcbur olaraq quldurluq cinayətlərini öz boynuna götürmüşdür. Əslində o, zapravkalarda cinayət hadisəsi törətməmişdir. Məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı və hazırkı məhkəmə baxışında verdiyi ifadələrində əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadədə o, özünü təqsirli bilərək göstərmişdir ki, o, Lənkəran rayonu Daşdatük kəndində qeydiyyatda olmaqla, həmin ünvanda qardaşı Tural Şəfəqətov, anası Solmaz Şəfəqətova ilə birlikdə yaşayır. Subaydır. Bənnalıqla məşğul olur. İş olanda işləyir. Təxminən 2-3 ay olar ki, spirtli içkilərdən istifadə edir. Hərdəm narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2020-ci ilin iyul ayında idarə etdiyi motosikletlə yol-nəqliyyat hadisəsi törətdiyi zaman həmin vaxt motosikletdə olan tanışı Lənkəran rayonu Qumbaşı kənd sakini Şahid4 xəsarət alaraq ayağı sınmışdır. Buna görə hərdəm gedib Asifə baş çəkirmiş. 26 sentyabr 2021-ci il tarixdə günorta saatlarında Qumbaşına gedərək Asifin evində qalmışdır. Səhəri gün, yəni 27 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində Asiflə yemək yeyərək spirtli içki içmişdir. Sonra saat təxminən gecə 02 radələrində, artıq 28 sentyabr 2021-ci il tarixdə Asifə demişdir ki, tualetə getmək üçün həyətə düşmək istəyir. O spirtli içkini içə-içə özü-özüdə fikirləşirmiş ki, pulu yoxdur, hər hansı bir yanacaq doldurma məntəqəsi olsa, gedib orada işləyən operatoru hədələyib ondan pul götürsün. Həmin vaxt yadına düşmüşdür ki, yaxınlıqda yəni qonşu kənddə “Oyes” adlı YDM-si vardır və ora girə bilər. Çünki, hərdəfə Asifin evinə gedəndə həmin YDM-ni görürmüş. Həmin YDM-si ilə Asifin evin arasında təxminən bir neçə kilometrə qədər məsafə vardır. O Asifə həyətə düşüb tualetə getmək istədiyini deyib, özünə məxsus olan göy rəngli gödəkçəni geyinib həyətə düşmüşdür. Həyətə düşüb tualetə girmişdir. Həmin vaxt cibində meyvə bıçağı da, var imiş. O həmin bıçağı evdən çıxanda özü ilə götürmüşdür və cibində qalmışdır. Tualetdə yadına düşmüşdür ki, cibində olan boz rəngli papağı kəsib maska kimi düzəltsin. Ona görə də, bıçaqla həmin papağın göz yerlərini düzəltmiş və azacıq ağız tərəfdən də, biraz deşik açmışdır ki, rahat nəfəs alsın. Tualetdə papağı maska kimi düzəltdikdən sonra telefonu söndürüb piyada həmin YDM-nə tərəf getməyə başlamışdır. Asif və qardaşlarının bundan xəbərləri olmamışdır. O piyada YDM-nə doğru gəlib, dəmir yol xəttinin üstü ilə piyada gedib, YDM-nə çatmağa az qalmış, həmin YDM-nin həyətinin kənarlarına vurulmuş çəpəri aralayıb içəri keçmişdir. Həmin vaxt maskanı başına taxmışdır. Daha sonra YDM-nin ətrafında biraz gəzib tam əmin olmuşdur ki, ətrafda başqa kimsə yoxdur. Həmin vaxt YDM-nin həyətindən baxıb görmüşdür ki, otaqda bir şəxs dəmir çarpayının üstündə oturmuşdur. Hiss etmişdir ki, həmin şəxs yuxuludur. Sonra həmin şəxsin olduğu otağın qapısına yaxınlaşıb, cibindən bıçağı çıxarıb qapını açıb içəri daxil olmuşdur. İçəri girən kimi sol əli ilə onun boğazından tutmuş, sağ əli ilə bıçağı onun boğaz nahiyəsinə dayamış və demişdir ki, “pulları çıxart”. Həmin şəxs dərhal “yaxşı-yaxşı” deyib, əlini cibinə salmışdır. O həmin şəxsə “tezol” demişdir. Həmin şəxs cibindən pulları götürüb ona vermişdir. Baxıb görmüşdür ki, həmin şəxsin cibində telefon vardır. Həmin şəxsə demişdir ki, telefonu da versin. Həmin şəxs cibindən telefonu çıxarıb ona vermişdir. Sonra o otaqda yerdə elektrik qızdırcısını götürüb onun üstünə atıb qaçmışdır. O oradan çıxıb biraz qabağa qaçmış, sonra qaranlıq yerdən gəldiyi yola tərəf dönüb oradan uzaqlaşmışdır. Həmin vaxt ətrafda heç kim yox imiş. Onu görən olmamışdır. Oradan otlaq sahəsi ilə dəmir yol xəttinə doğru getmişdir. Biraz gedəndən sonra dayanıb pulu saymış və görmüşdür ki, 370 manatdır. Telefonda “Samsung A-10” markalı imiş. O telefonu söndürüb dərhal nömrəni çıxarıb sındırıb atmışdır. Telefon onda qalmışdır. Pulu sayıb cibinə qoymuşdur. Bıçağı da yenidən cibinə qoymuşdur. Maskanı həmin otlaq sahəsində kol-kosların yanında yandırmışdır. Hava həmin vaxt azacıq yağıntılı olmaqla çiskin imiş. Oradan piyada dəmir yol xəttinə doğru çıxıb yenidən Asifin evinə getmişdir. Görmüşdür ki, Asif və qardaşları yatıb. Onlar yatdığına görə o daha onları oyatmamışdır. Artıq saat 06 radələri olarmış. Biraz yatıb saat 10 radələrində yuxudan oyanmışdır. Həmin vaxt Asif və qardaşı Vasif oyanmışdır. Nicatı evdə görməmişdir. Onlar daha ondan hara getdiklərini soruşmamışlar və o da onlara heçnə deməmişdir. Çünki, o bilmişdir ki, həyətə düşəndə artıq onlar yatmağa hazırlaşırlar. O Asif və Vasiflə sağollaşıb evdən çıxıb yolda bir VAZ 21099 markalı nömrəsini bilmədiyi avtomobillə Liman şəhərinə gəlmişdir. Oradan da marşurutla Lənkəran şəhər Mərkəzi bazarına, oradan da, avtobusla kənddə getmişdir. Pulu özünə xərcləyirmiş. Bir neçə gün kənddə qalmışdır. Kənddə olduğu zaman qorxurmuş ki, birdən polis əməkdaşları cinayəti onun tərəfindən törədildiyini bilərlər ona görə də, qərara gəlmişdir ki, Bakı şəhərinə getsin. Bu səbəbdən 04 oktyabr 2021-ci il tarixdə səhər evdən çıxıb Lənkəran şəhər Ləvəngi deyilən yerə gəlib oradan da, Mersedes markalı nömrəsini xatırlamadığı bir taksi ilə Bakı şəhəri Lökbatan qəsəbəsinə bibisi Asudənin evinə getmişdir. Bakı şəhərinə gedəndə yolda sürücü maşını Cəlilabad rayonu ərazisində siqaret çəkmək üçün saxlamış və avtomobildən düşüb kənara çəkilib siqaret çəkib, X4 həmin şəxsdən aldığı telefonu və orada istifadə etdiyi bıçağı da atmışdır. Həmin telefon və bıçağı atdığı yeri dəqiq xatırlamır. Bibisi Asüdəyə yalandan demişdir ki, onu polis əməkdaşları axtarır, güya o hansısa bir YDM-nə girmişdir. Bunu bibisinə yalandan demişdir ki, polislərə deməsin. Bibisinə demişdir ki, bir-iki gün qalsın, sonra Rusiya Federasiyasına gedər. Bibisi ona inanıb heçnə deməmişdir. Bibisi Asüdənin evində xx.xx.2021-ci il tarixə kimi qalmışdır. Bibisinin evində olduğu zaman fikirləşmişdir ki, onsuzda polislər onu tutacaqlar, yenidən Lənkərana qayıtsın orada bir YDM-nə girib pul götürsün. Yadına düşmüşdür ki, Lənkəran rayonu Girdəni kəndində “Ələt- Astara” avtomobil yoluna yaxın yerdə bir YDM-si var və ora girib operatora hədə-qorxu gəlib pul ala bilər. Çünki, heç bir yerdə işləmirmiş və pula ehtiyacı var imiş. “Oyes” YDM-nə girib götürdüyü 370 manatı da, artıq xərcləmişdir. 06 oktyabr 2021-ci il tarixdə saat təxminən 18 radələrində bibisi Asüdəni iş axtarmaq adı ilə aldadıb, evdən çıxıb Lökbatan dairəsində Lənkərana gələn taksilərin birinə əyləşib Ləvəngi dairəsinə gəlmişdir. Oradan Lənkəran rayonu Avrora qəsəbəsinə gəlmişdir. Avrora qəsəbəsində mağazaların birinə girib yarım litrlik spirtli içki olan araq və plastik qabda qatıq alıb, oradan piyada kənddə doğru getmişdir. Yolda bir avtomobilin keçdiyini görüb onu saxlatdırmışdır. Həmin avtomobil UAZ yük markalı imiş, dövlət nömrə nişanını bilməmiş və həmçinin sürücünü də tanımamışdır. Həmin avtomobilin kobinasında sərnişin olduğundan o yük hissəsində əyləşmişdir. Avtomobilə əyləşdikdən sonra arağın qapağını açıb avtomobil hərəkətdə ola-ola biraz spirtli içkidən içmişdir. Yaşadığı kənddə avtomobildən düşmüş və evə doğru getmişdir. Saat artıq 22 radələri olarmış. O həyətə daxil olmuş və pəncərədən baxıb görmüşdür ki, nənəsi Gövhər də onlardadır. Anası Solmaz da evdə imiş. Anası tək qalmasın deyə nənəsi onlara gəlmişdir. O gizlincə həyətdə yerləşən hamama girib orada özünə məxsus köhnə qara rəngli şarfı, orada olan qara rəngli parçanı və 1 cüt özünə məxsus kaloşu götürüb çıxmışdır. Şarfı və parçanı cibinə qoymuş, kaloşları da sellofana qoymuşdur. Anası onu görməmişdir. Yenidən piyada Lənkəran rayonu Avrora qəsəbəsinə doğru gəlməyə başlamışdır. Fikri o idi ki, gecə gedib Girdəni kəndində yerləşən YDM-nə daxil olsun. O piyada gələ-gələ arağı qatıqla içib qurtarıb boş butulkanı atmışdır. Lənkəran rayonu Xanbulan kəndinə çatmağa az qalmış yoldan keçən dövlət nömrə nişanını bilmədiyi “Çhevrolet Niva” markalı avtomobil onu görüb saxlamış və onunla Avrora qəsəbəsinə kimi gəlmişdir. Sürücünüdə tanımamışdır. Orada avtomobildən düşüb Lənkəran şəhərinə gəlmək üçün avtomobil gözləmişdir. Həmin vaxt Astara rayon istiqamətindən qırmızı rəngli VAZ 21074 markalı avtomobilin gəldiyini görüb əl edib avtomobili saxlatdırmışdır. Sürücüyə demişdir ki, Lənkəran şəhərinə gedir və onu avtomobilə götürmüşdür. Həmin sürücünü tanımırmış və avtomobilin dövlət nömrə nişanınıda bilməmişdir. Həmin avtomobillə Lənkəran şəhəri Ləvəngi dairəsinə kimi gəlmiş və orada avtomobildən düşmüş və sürücüyüə 5 manat pul vermişdir. Ləvəngi dairəsindən piyada Lənkəran rayonu Göyşaban kəndinə doğru getmişdir. Təxminən 1-2 kilometr getdikdən sonra Girdəni kəndinə getmək üçün otlaq sahəsinə daxil olmuşdur. Otlaq sahəsinə daxil olanda kaloşları geyinib, ayaqqabını da sellofana qoyub götürmüşdür. Fikri o imiş ki, YDM-nə daxil olana kimi onu heç kim görüb şübhələnməsin. O otlaq sahəsi ilə gedib “Ələt-Astara” magistral yoluna çıxmışdır. Gecə olduğu üçün onu heç kim görmürmüş. “Ələt- Astara” magistral yolunun kənarlarına vurulmuş çəpəri keçib yolun üstünə çıxmışdır. Daha sonra həmin yolu və çəpəri keçib yenidən otlaq sahəsinə daxil olmuşdur. Oradan piyada Girdəni kəndinə doğru gəlmişdir. Həm polislərin həmdə camahatın onu görməsindən qorxurmuş ki, onu görsələr şübhələnərlər. Ona görə də, otlaq sahələri ilə keçirmiş. O piyada Girdəni kəndində otlaq sahələrini keçib bir küçə ilə piyada YDM-nə tərəf gəlməyə başlamışdır. YDM-nə çatmağa təxminən 100 metr qalmış ayaqqabıları orada qoymuşdur ki, çıxanda götürsün. Oradan YDM-nin arxa tərəfinə gəlmişdir. Görmüşdür ki, YDM-nin həyətinin yan tərələrində hündür mişar daşları ilə hörülmüş çəpər vardır. O həmin mişar daşları ilə hörülmüş çəpərin üstünə çıxıb oradan YDM-nin arxa tərəfinə keçmişdir. Dərhal özü ilə götürdüyü şarfı başına, qara rəngli parçanı da üzünə bağlamışdır. Saat artıq 04 radələri olarmış. Sonra YDM-nin arxa tərəfində biraz gəzmişdir. Görmüşdür heç kim yoxdur. YDM-nin arxa tərəfində yerdə armatur parçası görüb götürmüşdür və kəmərinin altına keçirtmişdir. Orada biraz qaldıqdan sonra yavaşca YDM-nin qarşısına keçmişdir. Yavaşyavaş qapıya doğru gəlmişdir. Qapının şüşəsindən baxıb görmüşdür ki, bir nəfər oturmuş vəziyyətdədir və ayaqlarını da başqa stulun üstünə qoymuşdur. Orada başqa heç kim görməmişdir. Biraz qalıb baxmış və ətrfada və içəridə başqa kiminsə olmadığına əmin olub dərhal qapını açıb içəri daxil olmuşdur. İçəri daxil olan kimi həmin şəxs onu görüb ayağa qalxmış və sol əli ilə onun boğazından tutmaq istəyəndə o kerslonun üstünə yıxılmışdır. Həmin vaxt cibində olan bıçağı da çıxartmışdır ki, onu qorxutsun. O həmin şəxsə “ver” deyən kimi həmin şəxs ona müqavimət göstərmiş və əlbəyaxa olmuşlar. O görmüşdür ki, həmin şəxs müqavimət göstərir və onu vuracaq həmin şəxsi qorxutmaq üçün bıçaqla onun qarın nahiyəsinə vurmuş və ikinci dəfə vurmaq istəyəndə bıçağın hara dəydiyini bilməmiş və bıçaq yerə düşmüşdür. O armatur parçasını çıxarıb onu qorxutmaq üçün ona tərəf qaldıranda armatur həmin şəxsin başına dəymişdir. Həmin şəxsin başından qan gəldiyini görmüşdür. Həmin şəxs bərkdən “kömək et” deyəndə bu zaman, həmin otaqda divanın üstündən bir nəfər ayağa qalxmış və üstünə hücum etmişdir. O həmin şəxsi də görmürmüş. Həmin şəxslər ikisi də ona hücum etmişlər. O divandan qalxıb ona hücum edən şəxsin boyunundan tutub itələmişdir. Sonra həmin şəxslər ikisi onu YDM-nin həyətinə çıxartmışlar. Bıçaqla vurduğu şəxs taxta dəyənək götürüb üstünə hucum etmişdir. O həyətdə “stop” dəmir nişanını götürmüşdür. O biri oğlanda “stop” dəmir nişanını götürmüşdür. Bıçaqla vurduğu şəxs taxta dəyənəyi başına vurmaq istəyəndə o əyilmiş və dəyənək çiynin dəymişdir. O sürüşüb arxası üstə yıxılsa da, yenidən ayağa qalxmışdır. Sonra həmin şəxs dəmiri onun sinə nahiyəsinə sıxmış və o birtəhər onların əlindən çıxıb küçəyə doğru qaçmışdır. Küçədən YDM-nin kənarına keçib qaçaraq ayaqqbılarının gizlətdiyi yerə getmişdir. Orada ayaqqabılarını götürmüşdür. Oradan otlaq sahələri ilə Lənkəran rayonu Marso kəndinə doğru getmişdir. Artıq hava açılmışdır. O kaloşları çıxarıb, şarfı və parçanı da həmin kaloşların olduğu sellofana qoyub, içərisinə daş qoyub görsənməsin deyə kanala atmışdır. Əvvəl fikirləşmişdir ki, Lənkəran rayonu Marso kəndində yaşayan dayısı Maisin evinə getsin. Maisin evinə tərəf biraz getdikdən sonra fikrini dəyişmiş və daha ora getməyib oradan dəmir yol xəttini keçib köhnə Ələt-Astara yoluna çıxıb gözləmişdir. Görmüşdür ki, Mersedes markalı avtomobil keçir və əl etmişdir sürücü maşını saxlamışdır. Avtomobildə sürücüdən başqa iki şəxsdə var imiş. Sürücü onu avtomobilə götürməmiş hara getdiyini soruşmuş və demişdir ki, Bakı şəhərinə gedir. Sürücü demişdir ki, o da Bakı şəhərinə gedir və avtomobilin arxa oturacağına əyləşmiş, oradan Bakı şəhərinə yenidən bibisi Asudənin yaşadığı Lökbatan qəsəbəsində yerləşən evinə getmişdir. Sürücüyə 20 manat pul vermişdir. Orada bir-iki gün qaldıqdan sonra Bakı şəhəri Kubinka deyilən əraziyə gedib orada kirayə ev tutub günü 3 manat verməklə orada qalmışdır. O Bakı şəhəri Balaxanı qəsəbəsində fəhləliklə məşğul olub, gecələr Kubinkada qalırmış. Orada təxminən 20-25 gün işlədikdən sonra 06 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Mərdəkan qəsəbəsində yaşayan qardaşı Turalın yanına getmişdir. Qardaşı Turala bu barədə heçnə deməmişdir. Qardaşı Turalın yanında bir gün qaldıqdan sonra 07 noyabr 2021-ci il tarixdə polislər onu görüb ifadəsinin alınması üçün Lənkərana gətirmişlərr. O bu cinayətləri törətdiyi üçün əməlindən peşmandır. Bunlardan başqa hər hansı bir cinayət törətməmişdir. Bu cinayətləri törədən zaman onunla başqa heç kim olmamış və sonradan da bu barədə heç kimə deməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsinin videogörüntülərini əks etdirən diskə baxış keçirilmişdir. Həmin video görüntülərdə də Təqsirləndirilən şəxs törətdiyi quldurluq əməllərini etiraf edərək cinayətin törəmə üsulları və detallarını tam sərbəs olaraq bildirmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayından hal-hazıra kimi Lənkəran-Boradigah avtomobil yolunun Lənkəran rayonu Girdəni kəndindən keçən hissəsində yerləşən yolun sağ tərəfində “Girdəni-Petrol” adlı X4 operator işləyir. 06 oktyabr 2021-ci il tarixdə saat 19da YDM-nə gəlib növbəni təhvil almışdır. O növbəni təhvil alandan sonra digər opertor Zərərçəkmiş şəxs2 də gəlmişdir. O Paşa ilə YDM-də qalmışlar. İkisindən başqa orada heç kim yox imiş. Gecə Paşa ilə növbəli şəkildə yatmışlar. Gecə saat 00-dan saat 04-ə kimi o həmin otaqda yatmışdır. O, saat 04-də durmuş və Paşa yatmışdır. Onlar YDM-nin bir otağında qalırmışlar. Paşa həmin otaqda olan divanın üstündə yatmışdır. Soyuq olduğu üçün Paşa adyala bürünüb yatmışdır. O, otaqda kresloda oturub, ayaqlarını da orada olan balaca tabletka deyilən stulun üstündə qoyub özünə məxsus olan mobil telefonla oyun oynayırmış. Saat 04:30 radələrində qapının açıldığını görmüş və o ayağa qalxmışdır ki, həmin şəxsin hansı məqsədlə içəri daxil olduğunu soruşsun. Həmin şəxs içəri girib qəfildən üstünə hücum edib, sol əli ilə yaxasından tutmaq istəyəndə o kreslonun üstünə yıxılmışdır. Həmin şəxs sol əli ilə yaxasından tutub, sağ əlində olan bıçaq ilə qarın nahiyəsinə vururmuş. Həmin şəxs birinci dəfə bıçaqla qarın nahiyəsinə vurmuş və bıçaq qarın nahiyəsinə dəymişdir. İkinci dəfə vuranda o sol əlini qabağa atanda bıçaq sol əlinin barmaqlarının arasına dəymiş və barmaqlarının arasını kəsmiş və bıçağın tiyəsi qırılıb yerə düşmüşdür. Həmin şəxs onun qarın nahiyəsinə bıçaqla bir zərbə və sol əlinin barmaqlarının arasında da bir zərbə vurmuşdur. Bıçağın tiyəsi qırılıb yerə düşsədə, dəstəyi həmin şəxsin əlində qalmışdır. Həmin şəxs bunu görməyib qırılmış bıçağın dəstəyi ilə qarın nahiyəsinə vurmuşdur. O da həmin şəxslə əlbəyaxa olmuşdur. Başınını şarf və yaxud qara rəngli lentlə bağlamışdır. Üzünü də dəqiq xatırlamadığı ya köynəyin yaxası ilə yada ki, nəiləsə də bağlamışdır. Həmin şəxs içəri girib ona bir neçə zərbə vurandan sonra o “Paşa qalx kömək elə” sözlərini demişdir. Paşa həmin vaxt yuxudan oyanmış və birlikdə həmin şəxsə müqavimət göstərməyə başlamışlar. Həmin şəxs hətta Paşanın da boynunu sıxıb itələmişdir. Paşa da həmin vaxt elə başa düşmüşdür ki, həmin şəxs onunla mübahisə edib dalaşır. Həmin şəxs içəri girən kimi onu vuranda “çıxart ver” sözlərini demişdir. Başqa daha heç bir söz deməmişdir. Paşa ilə birlikdə həmin şəxsi qapıdan YDM-nin həyətinə çıxartmışlar. Həmin şəxs qaçıb getməsə də, üstünə hücum edirmiş. Həmin şəxsi qapıdan həyətə çıxarandan sonra o getməyib içəri daxil olmaq istəyirmiş. Həmin şəxsi YDM-nin həyətinə çıxarandan sonra o otaqdan taxta dəyənəyi götürüb həyətə düşmüşdür. Paşa da, YDM-nin həyətində yerləşən “stop” dəmir nişanını götürmüşdür. Həmin şəxsdə digər “stop” dəmir nişanını götürüb üstünə hücum etmişdir. O taxta dəyənəklə həmin şəxsin üstünə hücum etmişdir. Onun həmin şəxsi vurmaq fikri yox imiş. İstəyirmiş ki, onu zərərsizləşdirsin saxlasın və kim olduğunu bilsinlər. Paşa həmin dəmirlə həmin şəxsin döş qəfəsinə vurandan sonra, onun əlində olan dəmir boşalmış və o taxta dəyənəklə həmin şəxsin başına və kürəyinə vurmuşdur. Həmin şəxs yerə yıxılmış və taxta dəyənəkdə sınmışdır. O həmin şəxsin yıxıldığını görüb onu tutub saxlamaq istəmişdir. Lakin həmin şəxs ayağa durub getmək istəmişdir. Həmin şəxsin armatur parçası da var imiş. Armatur parçası ilə otaqda başına da vurmuşdur. Onun başından qan axıb üzünə töküldüyü üçün onu yaxşı görə bilmirmiş. Lakin onu tutub saxlamışdır. Həmin şəxs onun gözlərinin üstünə qan gəldiyini görüb əllərini onun əlindən dartıb çıxarıb qaçmışdır. Sonradan hücum edən şaxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Tərlandan şikayətçidir, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Girdəni kəndindən keçən hissəsində qəbristanlıqla üzbə-üz yolun sağ tərəfində yanacaq doldurma məntəqəsi vardır. O təxminən 7-8 aydır ki, həmin YDM-də nəzarətçi işləyir. 06 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində YDM-nə gəlib növbəni təhvil almışdır. Həmin vaxt YDM-nin operatoru, kənd sakini Zərərçəkmiş şəxs1 da, onunla birlikdə növbəni təhvil almışdır. Onlardan başqa orada heç kim yox imiş. Gecə Amidlə növbəli şəkildə yatmışlar. Gecə saat 00-dan saat 04-ə kimi Amid yatmışdır. Amid saat 04-də durmuş və o yatmışdır. Onlar YDM-nin bir otağında qalırmışlar. O həmin otaqda olan divanın üstündə yatmışdır. Saat 04-də yatandan sonra birdən qəfildən kimsə demişdir ki, “Paşa kömək elə”. O yuxudan ayılmış və görmüşdür ki, əynində qara rəngli qısa gödəkcə, qara şalvar, başına ağ rəngdə bint və yaxud şarf, ağız nahiyəsinə qara rəngli şarf və yaxud köynəyini yuxarı qaldırmış şəkildə bir oğlan bir əllə Amidin boğazından, bir əllə də Amidin qarın nahiyəsinə nəsə vurur. O dərhal ayağa qalxmış və həmin şəxsi saxlamağa çalışmışdır. O Amidlə birlikdə həmin şəxsə zərərsizləşdirə bilmirmiş. Həmin şəxs onlardan hündür və güclü imiş. Onlar həmin şəxsi birtəhər qapıdan çıxartmışlar. YDM-nin həyətində həmin şəxs qaçmayıb üstünə hücum edirmiş. O YDM-nin həyətində nişan dəmirlərindən birini götürüb üstünə hücum edirmiş. Digər dəmirdən hazırlanmış nişanı da o götürmüşdür. Həmin dəmirlə həmin şəxsi vurmuşdur. Daha sonra həmin şəxs dəmirlə Amidin başına vurmuşdur. O dəmirlə həmin şəxsi sıxmış, Amid də taxta dəyənəyi onun başına vurmuş və dəyənək sınmışdır. Həmin şəxsin başından qan gəlmişdir. Həmin şəxsdə Amidin qarın nahiyəsinə əlində olan dəmir və yaxud bıçaqla vururmuş. O dəqiq həmin şəxsin əlində nə olduğunu bilməmişdir. O həmin şəxsin əlində bıçaq görməmişdir. Lakin orada armatur parçası da var imiş. Həmin şəxs onlardan heçnə tələb etmirmiş. Sadəcə YDM-nə gəlib Amidi döyürmüş. O ilk növbədə həmin şəxsi otaqdan çıxartmaq istəmiş, lakin o çıxmadığı üçün və Amidi döydüyü üçün o və Amid ona müqavimət göstərmişlər. Lakin həmin şəxs çıxıb getmək istəmirmiş. Həmin şəxs görmüşdür ki, müqavimət göstərirlər və döyüldüyü üçün çıxıb getmişdir. Həmin şəxs üzü qəbristanlığa tərəf çıxıb getmişdir. Həmin şəxs qarayanız imiş. O baxıb görmüşdür ki, Amidin qarın nahiyəsindən və üzündən qan gəlir. O dərhal YDM-nin müdiri Atifə zəng etmişdir. Həmin vaxt baxıb görmüşdür saat 04:34-dür. Həmin şəxs saat təxminən 04:30 radələrində otağa daxil olmuşdur. O həmin şəxsin əlində nəsə görmüşdür. Lakin nə olduğunu görməmişdir. Həmin şəxs gedəndən sonra baxıb görmüşdür ki, YDM-nin həyətində dəmir armatur vardır. Həmçinin otaqda tiyəsi dibindən sınmış bıçaq da var imiş. O həmin bıçağı və armaturu təqdim etmişdir. Həmin şəxs bıçaqla Amidin qarın nahiyəsinə armatur parçası ilə başına vurmuşdur. Çünki, orada dəmir armatur parçası və sınmış bıçaq var imiş. O həmin şəxsi tanımır. Həmin şəxsi ilk dəfə idi ki, görürmüş. Həmin şəxsin onlardan nəsə tələb etdiyini eşitməmişdir. Həmin şəxs ora tək gəlmişdir. Həmin şəxsin arxasınca biraz qaçsa da, o axsa-axsaya yola çıxıb getmişdir. Ətrafda heç bir avtomobil və başqa şəxs yox imiş. Həmin vaxt YDM-də yerləşən yəni onların olduğu otağın stolun yanında olan şkafda 900 manata yaxın pulda var imiş. O həmin şəxsin ayağına, döş qəfəsinə, bədənin müxtəlif nahiyələrinə dəmirlə vurmuşdur. Amiddə onun başına taxta dəyənəyi vurmuşdur. Həmin şəxsin baş nahiyəsindən qan gəlirmiş. Onlar özlərini müdafiə etmək üçün həmin şəxsi vurmuşlar. Həmin şəxs ona xəsarət yetirməsə də, onun boynunu sıxmışdır. Sonradan ona məlum olmuşdur ki, onlara hücum edən şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs şikayətçidir, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2018-ci ildən Lənkəran rayonu Şirin su kəndində yerləşən Zərərçəkmiş şəxs4 Mustafa oğluna məxsus “OYES” X4 operator vəzifəsinə çalılışır. xx.xx.2021-ci il tarixdə saat 02 radələrində yanacaq doldurmağa gələn avtyomobillərin olmadığını görüb yanacaq doldurma məntəqəsinin içərisinə daxil olmuşdur. Orada olan yatacağın üzərində otürüb özünü divara söykəyib mürgüləməyə başlamışdır. Təximnən saat 03 radələrində bir nəfər şəxsin əli ilə boğaz hissəssindən tutub sıxdığını hiss eləmişdir. Gözünü açıdıqda, başına ağ rəngli parça materialdan başına masqa keçirmiş bir şəxsin əlində olan bıçağı boğazına dirədiyini görmüşdür. Bu zaman həmin şəxsə kimsən sualını verdikdə, o səsini kəsməyini bildirərək, üstünə qışqırmışdır. Sonra isə pulların harda olduğunu və ona verməyini tələb etmişdir. O da cibində olan yanacaqdoldurma məntəqəsinə məxsus olan 370 (üç yüz) manat pulu ona vermişdir. Sonra həmin şəxs mobil telefonunu ona verilməsini tələb etmişdir. O qorxusuindan cibində olan “Samsung A10” markalı mabil telefonunu həmin şəxsə vermişdir. Bu zaman həmin şəxs yerdə olan elektrik qızdırıcısını üstünə tullayaraq, söyüş söyüb qaçaraq çıxıb getmişdir. O da həyacandan nə edəcəyini bilmədən mühafizəçi kimi işləyən Çingiz adlə şəxsin evinə gedib sonuncunu səsləmişdir. Çingiz oğlu Sənamla səsinə gəlmişdir. Həmin hadisə barədə Çingizə danışmışdır. Bir az sonra isə yanacaq doldurama məntəqəsinin sahibi X3 Mustafazadəyə məlumat vermişlər. Daha sonra onlar da yanacaq doldurma məntəqəsinə gəlmişdir və kamera görüntülərinə baxmışdır. Bu hadisə nəticəsində hər hansı bədən xəsarətləri almamışdır. Lakin naməlum şəxs boğazımı tutub sıxmış, və əlində olan bıçağı boğazına dirəmiş və cibində olan 370 manat pulu və Samsung markalı mobil telefonu ondan alaraq oradan uzaqlaşmışdır. Hadisədən şübhələndiyi şəxs yoxdur. Ona məxsus mobil telefonu “Samsung A10” markalı mobil telefon olmaqla, açıq göy rəngli, ***-***-**-** mobil nömrə telefonun üzərində imiş. Həmin nömrənin telefonla birlikdə qiyməti 350 manat olmuşdur. Sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Hazırda ona dəymiş 350 manat ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2010-cu ildən Lənkəran rayonu Şirin su kəndində yerləşən ona məxsus “OYES” yanacaq doldurma məntəqəsi fəaliyyət göstərir. xx.xx.2021-ci il tarixdə saat 03 radələrində yaşadığı evdə yatdığı zaman oğlu Şahid3 ona zəng edərək, yanacaq doldurma məntəqəsinə bir nəfər şəxsin gəlib oğurluq etdiyini bildirmişdir. Sonra o öz avtomobili ilə Lənkəran rayonu Şirin su kəndində yerləşən yanacaq doldurma məntəqəsinə gəlmişdir. Çingiz, oğlu Sənam, Vüqar və oğlu Orxan orada imiş. Vüqar ona yanacaq doldurma məntəqəsinin içərisində onu yuxu apardığı zaman bir nəfər başına masqa keçirmiş əlində bıçaqla içəri girdiyini, bıçağı onun boğazına dirəyərək, cibində olan 370 manat pulu və “Samsung A10” markalı mobil telefonunu ondan alaraq oradan qaçıb uzaqlaşdığını bildirmişdir. O da dərhal orada olan öz iş otağına daxil olub kamera görüntülərinə baxmışdır. Kamera görüntüsündə başına ağ masqa keçirmiş şəxsin əlində bıçaqla içəri daxil olduğunu müşahidə etmişdir. Lakin o həmin şəxsin kim olduğunu müəyyən edə bilməmişdir. Hadisə ilə bağlı şübhələndiyi şəxs yoxdur. Hadisə nəticəsində yanacaq doldurma məntəqəsinə aid 370 manat pul talanmaqla həmin məbləğdə maddi ziyan ona vurulmuşdur. Həmin 370 manat maddi ziyan ona yqatarılmamışdır. Sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Təqsirləndirilən şəxs şikayətçidir, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 Xanəli oğlu ifadəsində göstərmişdir ki, onun Lənkəran-Boradigah avtomobil yolunun Lənkəran rayonu Girdəni kəndindən keçən hissəsində yerləşən yolun sağ tərəfində “Girdəni-Petrol” adlı yanacaq doldurma məntəqəsi vardır. Həmin YDM-ni 2013-cü ildən istifadəyə vermişdir. 07 oktyabr 2021-ci il tarixdə saat 04:30 radələrində evdə yatdığı zaman Zərərçəkmiş şəxs2 ona zəng edərək həyəcanlı şəkildə “Atif əmi, bizə basqın olub özünü çatdır”. O dərhal evdən çıxıb idarə etdiyi avtomobillə YDM-nə getmişdir. Paşanın ona zəng etməsindən 8-9 dəqiqə keçməmiş YDMnə çatmışdır. YDM-nə çatan zaman görmüşdür ki, Paşa və Amid hər ikisi həyətdədirlər. Amidin başından və əlindən qan axdığını görmüşdür. Pasşa da xəsarət yox imiş. Həmçinin YDM-nin həyəti, operator otağı, qapı və pəncərələrin üzərində qan ləkələri var imiş. Həmin vaxt o Amidə kömək edib, onun başını və əlini bintlə sarımışdır. Amidə kömək edə-edə Paşa demişdir ki, saat 04:30 radələrində yatdığı zaman səs eşidib oyanmış və görmüşdür ki, bir şəxs əlində bıçaqla Amidin qarın və əl nahiyəsinə vurur. O qalxıb həmin şəxsə müqavimət göstərib çölə çıxartmışlar. Həmin şəxs armaturla Amidin başına vurmuşdur. Amid və Paşa da ona taxta dəyənəklə vurub oradan uzaqlaşdırmışlar. Paşa demişdir ki, həmin şəxs üzü Lənkəran şəhər istiqamətinə axsaya-axsaya qaçmışdır. O ilk növbədə Amiddən halının necə olduğunu soruşanda demişdir ki, halı yaxşıdır. Ona görə də, o Paşanı avtomobilə qoyub Lənkəran şəhər istiqamətinə sürmüş və avtomobillə gəlib Ləvəngi dairəsinə kimi çıxmışdır. Lakin yolda nə bir şəxs, nə də ki, bir avtomobil görməmişdir. Daha sonra YDM-nə qayıtmışlar. Onun bu işi təxminən 10 dədiqəyə yaxın davam etmişdir. Sonra YDM-nə gəlmişlər. Operatorların otağına girib monitora baxmışlar. Doğurdan da Paşanın dediyi kimi, bir şəxs operator otağına girib Amidin üstünə bıçaqla hücüm edib, onu vurur. Amid demişdir ki, həmin şəxs onu vura-vura “ver-ver” sözlərini deyirmiş. Monitora baxmışlar və həmin şəxsi tanımamışlar. Görmüşdür ki, Amidin qarın nahiyəsində köynəyi azacıq qana boyayıb. Amidin köynəyini qaldırıb baxıb görmüşdür ki, qarın nahiyəsində xəsarəti vardır. Amidə demişdir ki, xəstəxanaya getsinlər. Amid demişdir ki, biraz otursa düzələr. Həmin vaxt digər operator Elnura zəng edib onu işə çağırmışdır ki, o Amidi xəstəxanaya aparsın, Paşa tək qalmasın. Həmin vaxt Paşaya demişdir ki, burdan qan iyi gəlir, buraları təmizləsinlər ki, iy gəlməsin. O özü YDM-nin həyətində tökülmüş qan ləkələrinin çoxunu su ilə təmizləmişdir. Paşa da əski parçası ilə şüşələri və bəzi yerləri silmişdir. Təxminən 4-5 dəqiqə Elnuru gözləmişlər, Elnurun gəlmədiyini görüb, Amidi avtomobilə qoyub Lənkəran RMX-na aparmışdır. Amidi xəstəxanaya aparanda bacanağı Seyrana zəng edərək olanları danışmış və demişdir ki, polisə xəbər eləsin. Sonra xəstəxanaya getmişdir. Həkimlər Amidə yardım etmişlər. Həkimlər Amidi əməliyyata götürmüşlər. Sonra Seyran özü polisə xəbər etmişdir. O həmin şəxsi tanımır və şübhələndiyi də yoxdur. Həmin şəxs formasında və ya ona oxşar kimsə YDM-nə əvvəllər gəlməmişdir. Bu hadisənin kim tərəfindən törədildiyini bilmir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran- Boradigah avtomobil yolunun Lənkəran rayonu Girdəni kəndindən keçən hissəsində yerləşən yolun sağ tərəfində “Girdəni-Petrol” adlı yanacaq doldurma məntəqəsi bacanağı həmin kənd sakini Şahid1 Xanəli oğluna məxsusdur. Belə ki, 07 oktyabr 2021-ci il tarixdə saat 06:30-da evdə olduğu zaman bacanağı Atif ona zəng edərək X4 hadisə baş verdiyini, bu barədə polisə məlumat vermək istədiyini gəlib araşdırma aparılmasını xahiş etmişdir. O Atifdən nə baş verdiyini soruşduqda sonuncu demişdir ki, YDM-nə naməlum şəxs hücüm edərək orada olan operator Amidi vurmuşdur. O da Atifə demişdir ki, bu barədə polisə xəbər edər. Ona görə də, o polis əməkdaşı Ləkəran rayonu Girdəni kənd sakini Əhmədə zəng edib məlumat vermişdir. Daha sonra Lənkəran ŞRPŞ-nin rəis müavini Elmir müəllimə demişdir. Bundan sonra evdən çıxıb avtomobili ilə həmin YDM-nə gəlmişdir. O hadisə yerinə çatanda polis əməkdaşları da gəlib çıxmışlar. Orada müəyyən olunmuşdur ki, həmin gecə saat 04:30 radələrində naməlum şəxs YDM-nin ofisinə daxil olub otaqda növbədə olan Amidin üzərinə bıçaqla hücum edərək qarın nahiyəsinə və baş nahiyəsinə zərbələr vurmuşdur. Həmin vaxt otaqda digər YDM-nin oprearoru Zərərçəkmiş şəxs2 də yatmış vəziyyətdə olduğundan yerindən qalxmış və Amidlə birlikdə həmin şəxsə müqavimət göstərərk oradan uzaqlaşdırmışlar. O həmin YDM-nə gələndə Atif artıq Amidi xəstəxanaya aparmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o Lənkəran rayonu Qumbaşı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Özünə məxsus Vaz 21099 markalı, 10 HH-517 dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Həmin avtomobili ilə arabir taksi fəaliyyət ilə məşğul olur. 30 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində özünə məxsus avtomobillə bacısı Kəmalə ilə əyləşib üzü kəndin başqa tərəfinə gəlmişdir. Məscidin yanında, dayanacaqda tanımadığı bir şəxs kişinin əl uzadıb saxla işarəsi etmişdir. O bacısını yaşadığı evin qaşısında qoyub gəlib həmin şəxsi götürmüşdür. Ondan Lənkəran şəhərinə gedəcəyini soruşmuşdur. O da həmin şəxsə Liman şəhəri Saxvoz adlalan yerə qədər onu gətirəcəyini bildirmişdir. Həmin şəxs onu tanıdığını bidirmişdir. O həmin şəxsdən kim olduğunu soruşduqda, həmin şəxs həmkəndlisi və tanışı Asifin dostu Tərlan olduğunu və onu bir-iki dəfə avtomobili ilə harasa apardığını bildirmişdir. O isə həmin şəxsi xatırlamadığını bildimişdir. Həmin şəxsi Lənkərna rayonu Liman şəhəri Savxoz adlanan yerə gətirmişdir. Orada həmin şəxs avtomobildən düşüb o da avtomobil ustası Anarın yanına getmişdir. Anar da avtomobilə baxa bilməcəyini bildirmişdir. Sonra o Rasim adlı ustanın yanına getdiyi üçün Tərlan adlı şəxsi yenidən avtomobilə əyləşdirib biraz da irəli avtomobili sürmüşdür. Lənkəran rayonu Liuman şəhəri H.Aslanov küçəsində yerləşən Oba marketin qarşısında avtomobili saxlamışdır. Tərlan ona 10 manat pul uzatmışdır ki, yol pulun çıxsın. O isə xırda pulu olmadığı üçün pulu verməməsini bildirmişdir. Sonra Tərlan onunla sağollaşıb getmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 18 oktyabr 2021-ci il tarixli 1019 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində-qarın boşluğuna nüfuz edən, qaraciyər bağını zədələyən, daxili və xarici qanaxma ilə müşaiyyət olunan 1 ədəd kəsilmiş-deşilmiş yara, alın, sol əl nahiyələrində 3 ədəd kəsilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər kəsici-deşici əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, iti kənarlı və uclu alətlə, ekspertizaya təqdim edilmiş bıçaqla aşkar edilmiş xəsarət nahiyələrinə vurma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2021ci ilə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 14 oktyabr 2021-ci il tarixli 1001 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 10 noyabr 2021-ci il tarixli 1104 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 16 noyabr 2021-ci il tarixli 1135 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə tibb-bioloji ekspertizasının 14 oktyabr 2021-ci il tarixli 1001 saylı rəyində göstərilmişdir ki, 28 yanvar 2022-ci il tarixli, 960/2021-MTBŞ saylı rəyində göstərilmişdir ki; - Zərərçəkmiş şəxs1 ,akir oğlunun qan qrupu: A (11) RH+(şəxsiyyət vəsiqəsindən). - Məhkəmə tibbi bioloji ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş köynəyi, maykası, həmçinin bıçaq tiyəsi və tutacağı fraqmentləri üzərində insan qanı ləkələri aşkar olundu. Qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda ləkələrdə antigen qismində yalnız “A” antigeni, aqqlyutinin qismində isə köynək və mayka üzərində olan ləkələrdə həmçinin yalnız “beta” aqqlyutinin də alınmışdır. “A” antigeni və “beta” aqqlyutinin hər biri tək halda ABOsistemi üzrə A (11) qrupunu formalaşdırıb xarakterizə etdiklərindən antigen və aqqlyutinin qismində olanların bu halda alınmaları birmənalı olaraq ləkələrin ABO sistemi üzrə A(11) qruplu şəxsin (şəxslərin) qanı hesabına yaranmasını söyləməyə əsas verir ki, bu halda ləkələrdə olan qan ABO sistemi üzrə Zərərçəkmiş şəxs1 və ya eyni qruplu digər şəxsə məxsus ola bilər. İş materiallarında olan 02 noyabr 2021-ci il tarixli Kriminalistik tədqiqatlar İdarəsinin arayışından görünür ki, aparılmış müqayisəli DNT tədqiqatı nəticəsində müəyyən edildi ki, Zərərçəkmiş şəxs2 sağ və sol əl dırnaqları altında olan bioloji mənşəli materiallar, Zərərçəkmiş şəxs2 məxsusdur. Zərərçəkmiş şəxs1 sağ və sol əl dırnaqları altında olan bioloji mənşəli materiallar, şkafdan qaşıntı və 02 (iki) ədəd tamponda - bıçaq və beyzbol çubuğu üzərində olan qan nümunələri, Zərərçəkmiş şəxs1 məxsusdur. Həmçinin müəyən edildi ki, 01 (bir) ədəd salfet və 01 (bir) ədəd «Sobranie» markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materialar kişi cinsindən olan iki müxtəlif naməlum şəxsə məxsusdur v əvə bu nümunələrdən əldə olunmuş DNT profilləri, DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. Aparılmış DNT tədqiqatı nəticəsində müəyyən edildi ki, yerdən krantın yanından, həyətdə asvaltda çıxacaqlar və qapı şüşəsindən – 03 (üç) ədəd tampon üzərində olan bioloji mənşəli materiallar deqradasiya əlamətlərini özündə əks etdirir və DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. İş materiallarında olan 10 noyabr 2022-ci il tarixli, 1207 saylı ambulator məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 17 yanvar 2022-ci il tarixli 107 nömrəli rəyində göstərilmişdir ki, - Təqsirləndirilən şəxs törətdiyi əməllər dövründə (xx.xx.2021-ci il və xx.xx.2021-ci il) hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. - Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədən zaman (xx.xx.2021-ci il və xx.xx.2021-ci il) öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. - Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. - Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. - Təqsirləndirilən şəxs məsuliyyətsizlik, laqeyidlik, inadkarlıq, hövsələsizlik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. - Qərarın təsviri hissəsində qeyd edilmiş xx.xx.2021-ci il tarixli hadisə zamanı (“Oyes” yanacaq doldurma məntəqəsinə qanunsuz daxil olaraq quldurluq etməsi) Təqsirləndirilən şəxs psixi emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. xx.xx.2021-ci il tarixli hadisə zamanı YDM-nin işçilərinin ona müqavimət göstərməsi, əlbəyaxa olmaqları səbəbindən psixi-emosional sferasında gərginlik halı yaranmışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməlləri tamah məqsədi ilə törətmişdir. - Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməllərini törədən zaman şüur və davranışlarına təsir göstərən psixi-emosional halda olmamış, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. - Təqsirləndirilən şəxs cinayət əməllərini törədən zaman (xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə) fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan kompleks ambulator məhkəmə-tibbi kriminalistik ekspertizasının 07 fevral 2022-ci il tarixli 822/MTKŞ-2021 saylı rəyində göstərilmişdir ki, təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus qolsuz maykanın və uzunqol koftanın hər birinin ön səthinin sol yarısında bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədə iti ucu, ülgüclü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir.Təqdim edilmiş bıçaq tiyəsi və dəstəyi əsasından tam sındığından, müqayisəli müayinə məqsədilə eksperimental zədələrin yetirilməsi mümkün deyil. Lakin paltarlar üzərində zədələrin morfoloji əlamətlərinə, iz törədən alətin konstruktiv xüsusiyyətləri ilə, təqdim edilmiş bıçaq tiyəsinin konstruktiv xüsusiyyətlərinin eyni qrup daxilində olmasına görə, Zərərçəkmiş şəxs1 məxsus paltarlar (qolsuz mayka və uzunqol kofta) üzərindəki deşilmiş-kəsilmiş zədənin, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin (bıçaq tiyəsi və dəstəyi bütöv bir tam olduğu halda) təsirindən, yaxud oxşar konstruksiyalı digər deşici-kəsici alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar edilmir. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağının hissələridir və soyuq silah hesab edilmir. Bıçaq tiyəsi və dəstəyi üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. İş materiallarında olan “baxış keçirilməsi haqqında” 07 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı quldurluq hadisəsi Lənkəran rayonu Girdəni kəndində yerləşən Şahid1 Xanəli oğluna məxsus “Girdəni petrol” X4 baş vermişdir. İş materiallarında olan 02 oktyabr 2021-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 qarşı quldurluq hadisəsi baş verdiyi Lənkəran rayonu Şirinsu kəndində yerləşən “Oyes” yanacaq doldurma məntəqəsidir. İş materiallarında olan 07 oktyabr 2021-ci il tarixli «təqdim olunmuş paltarların götürülməsi və ona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 əynində olmuş 1 ədəd uzunqol köynək və 1 ədəd mayka istintaqa təqdim edilmiş, həmin paltarlara baxış keçirilmiş, paltarlar üzərində bıçaq yerinin izləri müəyyən edildiyindən maddi sübut qismində götürülmüşdür. İş materiallarında olan 07 oktyabr 2021-ci il tarixli «təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət nəticəsində istifadə olunmuş 1 ədəd dəmir armatur parçasını və 1 ədəd bıçağı istintaqa təqdim etmişdir. İş materiallarında olan 09 noyabr 2021-ci il tarixli «əşyanın tanınması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş 5 ədəd bıçaqdan 3 nömrə altında olan bıçağı göstərərək xx.xx.2021-ci il tarixdə Lənkəran rayonu, Girdəni kəndində yerləşən «Girdəni-Petrol» X4 operator işləyən şəxsə zərbə vurmuş, nəticədə bıçaq yerə düşərək sınmışdır. Həmin bıçağı sınmasından və dəstəyinin ağ-göy rəngdə olmasından tanımışdır.Həmçinin əli ilə göstərdiyi armaturla da həmin şəxsin boyun nahiyyəsindən vurmasını göstərmişdir. İş materiallarında olan 08 noyabr 2021-ci il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini, yəni 28 sentyabr 2021-ci il tarixinə keçən gecə saat 03 radələrində Lənkəran rayonu Şirin su kəndində yerləşən “Oyes” X4n və 07 oktyabr 2021-ci il tarixinə keçən gecə saat 04:30 radələrində Lənkəran rayonu Girdəni kəndində yerləşən “Girdəni Petrol” X4n quldurluq etdiyi yerləri əyani şəkildə göstərmişdir. İş materiallarında olan 10 noyabr 2021-ci il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, əynində qara rəngli paltarlar olan bir nəfər kişi cinsli şəxsin başına papaq keçirməklə üz nahiyəsini gizlətmiş vəziyyətdə əlində bıçaqla ətrafa baxa-baxa yanacaqdoldurma məntəqəsinə yaxınlaşdığı, bıçağı sağ əlində oynatmaqla pəncərədən içəri baxdığını, daha sonra geri qayıdıb yenidən ətrafa baxıb asta addımlarla YDM-nin ofisinə daxil olduğunu, içəridə 40 saniyə qaldıqdan sonra yenidən ofisdən çıxıb qaçaraq oradan uzaqlaşdığı müəəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntülərə baxıb bildirdi ki, həmin görüntüdə olan şəxs özüdür, o əvvəl əlində bıçaqla YDM-nin qabağına gəldiyini orada pəncərədən içəri baxdığım, içəridə bir şəxsin mürgülədiyini görüb qapım açıb içəri daxil olduqdan s°nra sol əli ilə həmin şəxsin boğazından tutmuş, sağ əli ilə bıçağı onun boğaz nahiyəsinə dayamış və pulları verməsini demişdir. Həmin şəxs dərhal “yaxşı- yaxşı” deyib, əlini cibinə salmış pulları götürüb ona vermişdir. Daha sonra bəmin şəxsin telefonunu da götürüb qaçmış, qaçanda otaqda qızdırıcını da həmin Şəxsin üstünə atmışdır. O çıxıb oradan dəmir yol xəttinə doğru getmiş, biraz edəndən sonra dayanıb pulu saymış və 370 manat olduğunu görmüşdür. Telefon «Samsung A-10» markalı imiş. O telefonu söndürüb dərhal nömrəni çıxarıb sındırıb atmışdır. Telefonda onda qalmışdır. Pulu sayıb cibinə qoymuş, bıçağı da özündə saxlamış, maskanı həmin otlaq sahəsində kol-kosların yanında yandırmışdır. Pulu özünə xərcləmiş və telefonu da Cəlilabad rayon ərazisində atmışdır. İş materiallarında olan 10 noyabr 2021-ci il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş video görüntülərə baxış keçirilərkən əynində qara rəngli paltarlar olan bir nəfər kişi cinsli şəxsin başına şarf keçirməklə üz nahiyəsini gizlətmiş vəziyyətdə anacaqdoldurma məntəqəsinin arxa hissəsindən yarı əyilmiş halda asta addımlarla yanacaqdoldurma məntəqəsinə yaxınlaşdığı, digər kadrda ofisdə oturaraq mobil telefonuna baxan Zərərçəkmiş şəxs1 qəfildən hücum edərək sol əli ilə onun yaxasından tutub stula sıxaraq sağ əlində tutduğu bıçaqla onun qarın nahiyəsinə zərbələr vurduğu, Zərərçəkmiş şəxs1 ona aktiv müqavimət göstərərək hər ikisinin yerə yıxıldığı,bu vaxt Zərərçəkmiş şəxs2 onlara yaxınlaşaraq arxadan paltarından tutarao naməlum şəxsi geri çəkərək onları ayırmağa çalışdığı, hücum etmiş şəxsin Zərərçəkmiş şəxs1 buraxaraq Zərərçəkmiş şəxs2 boyun nahiyəsindən tutduğu, sonuncu paltarlarından tutaraq naməlum şəxsi ofisdən həyətə çıxardığı, Zərərçəkmiş şəxs1 isə ofisin giriş qapısının arxasından bir ədəd “bita” götürərək həyətə qaçdığı, digər kadrda yanacaqdoldurma məntəqəsinin qarşısında naməlum şəxsin məntəqənin qarşısına qoyulmuş üzərində “STOP” sözü yazılmış dəmiri götürərək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hücum etməkdə davam etdiyi, hücum zamanı əlindəki dəmirlə sonuncunun baş nahiyəsinə vurduğu, həmin vaxt Zərərçəkmiş şəxs1 da əlindəki “bita” ilə naməlum şəxsin baş nahiyəsinə vurduğu, Zərərçəkmiş şəxs2 isə əlindəki dəmir alətlə sinə nahiyəsindən geriyə itələdiyi və bundan sonra naməlum şəxsin hadisə yerindən qaçaraq uzaqlaşdığı müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntülərə baxıb bildirdi ki, Zərərçəkmiş şəxs1 qarşı quldurluq edən həmin şəxs özüdür, Zərərçəkmiş şəxs1 taxta dəyənəyi onun başına vurmaq istəyəndə o əyilmiş və dəyənək çiyninə dəymişdir. O sürüşüb arxası üstə yıxılsa da, yenidən ayağa qalxmış, sonra Zərərçəkmiş şəxs2 dəmiri onun sinə nahiyəsinə sıxmış və o birtəhər onların əlindən çıxıb küçəyə doğru qaçmış, oradan sahəyə çıxıb gizlətdiyi yerdə ayaqqabılarını götürüb oradan köhnə Ələt- Astara yoluna çıxıb gözləmiş və oradan yol maşını ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərinə gedəndən sonra daha Lənkərana gəlməmişdir. İş materiallarında olan 15 noyabr 2021-ci il tarixli «şəxsin tanınmaya təqdim olunması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında tanınmaya təqdim edilməsi barədə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs1 ona qarşı quldurluq edən Təqsirləndirilən şəxs əlamətlərinə görə tanımışdır. İş materiallarında olan 15 noyabr 2021-ci il tarixli «şəxsin tanınmaya təqdim olunması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında tanınmaya təqdim edilməsi barədə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs2 ona qarşı quldurluq edən Təqsirləndirilən şəxs əlamətlərinə görə tanımışdır. İş materiallarında olan 17 noyabr 2021-ci il tarixli «şəxsin tanınmaya təqdim olunması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında tanınmaya təqdim edilməsi barədə istintaq hərəkəti keçirilmiş, Vüqar Əliyuev ona qarşı quldurluq edən Təqsirləndirilən şəxs əlamətlərinə görə tanımışdır. İş materiallarında olan 22 iyun 2022-ci il tarixli «əməliyyat tapşırığının cavab» məktubundan görünür ki, Lənkəran rayonu Daşdatük kənd sakini Təqsirləndirilən şəxs 28 sentyabr 2021-ci il tarixinə keçən gecə Zərərçəkmiş şəxs3 işlədiyi Lənkəran rayonu Şirin Su kəndində yerləşən “OYES” yanacaq doldurma məntəqəsinə qanunsuz daxil olaraq sonuncuya qarşı quldurluq etməklə 370 manat pul və 350 manat qiymətində “Samsung A 10” markalı telefonu da, ələ keçirtmişdir. Həmçinin Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixdə Lənkəran rayonu Girdəni kəndində yerləşən “Girdəni Petrol” YDM-nə daxil olub həmin YDM-də operator işləyən Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirərək quldurluq etmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Lənkəran rayonu Daşdatük kənd sakini Təqsirləndirilən şəxs həmin cinayətləri tək törətmiş və bu cinayətləri törədən zaman başqa kiminsə birlikdə əlbirlikləri olmamışdır. Təqsirləndirilən şəxs həmin cinayəti törətdikdən sonra kimlərnən əlaqədə olması və digər xüsusatlar əməliyyat yolu ilə yoxlanılmış və bu istiqamətdə müsbət nəticə əldə olunmamışdır. Bu istiqamətdə əməliyyat axtarış tədbirləri davam etdirilir. İş materiallarında olan 07 noyabr 2021-ci il tarixli «əməliyyat tapşırığının cavab» məktubundan görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Lənkəran rayonu Girdəni kəndində yerləşən “Girdəni petrol” X4 baş vermiş həmin cinayət hadisəsini xx.xx.1993-cü ildə Lənkəran rayonu Daşdatük kəndində anadan olmuş, subay, əvvəllər məhkum olunmamış və həmin kənddə yaşayan Təqsirləndirilən şəxs törətmişdir. Bundan başqa keçirilmiş tədbirlər zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2021-ci il tarixinə keçən gecə də, Lənkəran rayonu Şirin Su kəndində yerləşən “Oyes” adlı YDM-nə daxil olub orada operetor işləyən Zərərçəkmiş şəxs3 qarşı quldurluq edərək onun 370 manat pulunu və 350 manat qiymətində “Samnsung A 10” markalı mobil telefonunu ələ keçirtmişdir. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, bir ədəd bıçaq, bir ədəd dəmir armatur aprçası, və hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd uzunqol köynək və bir ədəd mayka maddi sübut kimi tanınmış və saxlanılması üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. İş materiallarında olan 09 iyul 2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Redmi» və 1 ədəd «Maxvı» markalı mobil telefonlar anası X1 təhvil verilmişdir. İş materiallarında olan 07 noyabr 2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 09 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 07 noyabr 2021-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmışdır. İş materiallarında olan 23 fevral 2022-ci il tarixli Lənkəran rayon, Xanbulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Daşdatük kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anası və qardaşından ibarətdir, yaşadığı müddət ərzində özünü kəndin nümunəvi sakini kimi aparmış, kəndin istimai işlərində fəal iştirak etmiş və yaşıdların hörmətlə yanaşmış, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 11 noyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda yoxdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 181.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “yanacaq doldurma məntəqələrinə basqın etməməsi, polis işçiləri ona zapravkalarda baş vermiş quldurluq cinayətlərini boynuna götürməyi təklif edərək əks halda onu narkotiklə həbs edəcəklərini bildirmişlər. O da məcbur olaraq quldurluq cinayətlərini öz boynuna götürmüşdür” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, onun ifadəsində göstərdiyi bu xüsusatları ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhdi kimi qiymətləndirir. Əksinə isə, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi işin faktiki hallarına uyğun gəlir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarında göstərilir ki, Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Lakin, məhkəmə işin faktiki hallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin işlədikləri yanacaqdoldurma məntəqəsinə daxil olarkən üzünü maska ilə gizlətməsi, zərərçəkmiş tərəfindən onun tanınmaması üçün əlləri ilə zərərçəkmiş şəxsin gözlərinin bağlanmasında ehtiva edən hərəkətlər sözü gedən Plenumun qərarında göstərildiyi kimi “qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin razılığı ilə daxil olma” bəndini istisna edir. Odur ki, Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək qənaətə gəlir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz girməklə quldurluq etmişdir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 181.3.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.3.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə X8 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, ilk məhkumluğunu məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 181.3.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 dəymiş 350 manat və Zərərçəkmiş şəxs4 dəymiş 370 manat maddi ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında dəymiş maddi ziyanın tələb edilməsi ilə bağlı iddia vermək hüququ izah edilməlidir. İş ekspertiza xərci yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq, bir ədəd dəmir armatur parçası, hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd uzunqol köynək və bir ədəd maykanın məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasının çəkilmə müddətinin 07 noyabr 2021-ci il tarixdən başlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 noyabr 2021-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd uzunqol köynək, 1 ədəd mayka, 1 ədəd bıçaq və 1 ədəd dəmir armatur parçası məhv edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 izah olunsun ki, mülki mühakimə icraatı qaydasında dəymiş maddi ziyanın tələb edilməsi ilə bağlı iddia vermək hüququna malikdirlər. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar