Məhkəmə qərarları › İş №1(099)-498/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-498/2024

22.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-498/2024 22.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Astara rayonu, Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni -11,653 qram çəkidə narkotik vasitə olan heroini (bundan sonra – heroin) əldə edib üzərində daşımaqla saxlamış, Astara Rayon Polis Şöbəsinin (bundan sonra - Astara RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı o, 19 fevral 2024-cü il tarixdə saat 20:00 radələrində Astara rayonu Ərçivan qəsəbəsində idarə etdiyi “Mercedes” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı atomobili ilə hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi –11,653 qram heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 49 yaşı var və bu yaşına kimi narkotik görməmiş, istifadə etməmiş və satışı ilə məşğul olmamışdır. Dindar ailədə böyümüş və indiyənə kimi də dindardır. 19 fevral 2024-cü il axşam radələrində şəxsi avtomobili ilə Lənkəran rayonundan yeni yolla Astara rayonuna gələrkən, köhnə yola keçib Ərçivan qəsəbəsinə dönən zaman yol polisi onun avtomobilini saxlatdırıb avtomobilin yük yerini açmağına göstəriş verib oraya baxış keçirəcəyini bildirmiş, o, da etiraz etməyib avtomobilin yük yerini açdığında arxadan iki nəfər yaxınlaşıb qolundan tutub onu öz şəxsi avtomobillərinə aparmışlar. Onlardan biri onun avtomobilini şöbəyə gətirmiş, onun da qollarını avtomobildə qandallayıb heç bir sual vermədən polis şöbəsinə gətirmişlər. Şöbədə 1 saat xidməti otaqların birində onu saxladıqdan sonra ona “üstündə nə var qoy masanın üzərinə” dediklərindən cibindən siqaret, yandıran, pul qabının içindən sənədləri və avtomobilin sənədlərini, 30 manat pulu çıxarıb təqdim etmişdir. Mobil telefon və avtomobilinin açarı polis əməkdaşlarında olmuşdur. Polis əməkdaşlarından biri ona yaxınlaşıb “sənə bir büküm narkotik vasitə veriləcək, sən onu boynuna götür” demişdir. O, da narkotik vasitənin onda olmasına heç kimin inanmayacağını, əzəldən dindar olduğunu və hamının onu tanıdığını bildirmiş, narkotik vasitəni götürmədiyi halda bir kisə narkotiki onun evindən çıxaracaqlarını ona demişlər. Buna görə də məcbur olub narkotik vasitənin onun olduğunu bildirmişdir. Videoçəklişdən öncə ona nə deməli olduğu izah edilmiş, Elmir adında əməkdaş ona mobil telefonunu, siqaretini, pul qabını və bir büküm narkotiki verib “Bunu qoy cibinə, çəkiliş zamanı cibində nə var qoy stolun üstünə deyildikdə bunuda qoyarsan” demiş, o, da Elmirin dediyi kimi etmişdir. Ona qarşı fiziki zor tətbiq edilməmiş, lakin bir yumruq ona dəymişdir. Tutulmamışdan bir neça ay əvvəl Rusiya Federasiyasına getmiş, bunun səbəbi isə o olmuşdur ki, dindarların narkotiklə tutulduğunu görüb onu da tutacaqlarını düşündüyünə görə ölkəni tərk edib 6 aydan çox müddətdə Rusiya Federasiyasında yaşamışdır. Rusiya Federasiyasından qayıtmağının səbəbi isə orada qışın başlaması, ailəsi üçün darıxması, artıq 6 aydan çox müddət keçdiyindən onu tutmayacaqlarını düşünməsi olmuşdur. Rusiyadan qayıtdıqdan 12-13 gün sonra Orxan adında rəis müavini onu çağırıb “evində sakit otur ya da Azərbaycanı tərk elə” sözlərini demiş, o, da sakit evdə oturduğunu, heç bir yerə hətta məscidə belə getmədiyini bildirmişdir. Lənkəran rayonundan maşın ustasının yanından qayıdanda ipək yolu ilə Astara istiqamətinə körpünün üstündən köhnə yola çıxanda - Elşad şadlıq sarayının yanında onu saxlamışlar. Polis əməkdaşları onu saxlayarkən nə üzərində, nə də avtomobilində narkotik vasitə olmamış, heç vaxt narkotik vasitədən istifadə etməmişdir. İstifadəsində ***-***-**-** saylı mobil nömrə olmuş, mobil telefonu daim yanında olmuşdur. Saxlanıldığı yerdə üzərinə baxış keçirilməməsinin səbəbini bilmir. Ona heç bir söz deyilmədən avtomobildə qollarını qandallayıb polis şöbəsinə gətirmişlər. 18 fevral 2024-cü il tarixdə Astara şəhəri dəniz kənarı ərazidə olmamış, onu məcbur etdikləri üçün ifadəsində dəniz kənarı ərazidə narkotik tapdığını bildirmişdir. Narkotik vasitəni Şahid1 çəkilişdən öncə ona vermiş və çəkiliş zamanı narkotik vasitəni, telefonu və pul qabını təqdim etməyini tapşırmışdır. Ona bir yumruq zərbəsi vursalar da fiziki zor tətbiq edilməmiş, lakin psixoloji təsir həddindən artıq yüksək dərəcədə olmuşdur. Ona “səni dəniz kənarına aparıb orada bir yer göstərəcəyik, narkotik vasitəni oradan tapdığını bildirərsən” demişlər. Polis əməkdaşlarının hərəkətlərindən şikayət etməmə səbəbi təcridxanada saxlanılarkən onun telefon danışığına və görüşünə qadağa qoyulması olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrlə əlaqəsi olmadığını, nə satışı, nə də istifadəsi ilə məşğul olmadığını, ağır şəkər xəstəsi olduğunu, əvvəllər məhkum olunmadığını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müvafiq olaraq 20 və 21 fevral 2024-cü il tarixlərdə müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş və məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, təxminən 15-20 il əvvəl narkotik vasitə heroindən istifadə etmişdir. 18 fevral 2024-cü il tarixdə səhər saatlarında Xəzər dənizinin Astara şəhərində yerləşən sahilində hava almağa çıxmış, dəniz kənarında gəzən zaman yerdə bir ədəd sellofan büküm görüb onu götürdükdə içərisində heroinə bənzər kütlə olduğunu görmüşdür. Həmin bükümü gələcəkdə istifadə etmək üçün götürərək cibinə qoyub üzərində gəzdirmişdir. 19 fevral 2024-cü il tarixdə, saat 20 radələrində idarə etdiyi “Mercedes Benz” markalı, **-KH-*** qeydiyyat nişanlı avtomobili ilə yaşadığı evdən çıxıb üzü Astara şəhəri istiqamətdə hərəkətdə olarkən Astara rayon, Ərçivan qəsəbəsində sonradan polis əməkdaşları olduğunu bildiyi şəxslər idarə etdiyi avtomobillə onu saxlayıb dərhal ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək, özlərini ona təqdim etmişlər. Polislərin hansı səbəbdən ona yaxınlaşdıqlarını bilmiş, belə ki, polis işçiləri ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, həmin səbəbdən də üzərində şəxsi axtarış və avtomobilə baxış keçirilməli olduğunu bildirib və onu idarə etdiyi avtomobil ilə birlikdə polis şöbəsinə gətirmişlər. O, polis şöbəsinə daxil olduqda ilk olaraq şübhəli şəxs qismində tutulub, hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçi dəvət edilmiş, bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibində olan bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroin kütləsini, idarə etdiyi avtomobilin açarını, gödəkcənin sol yan cibindən alışqan və siqaretini, gödəkcənin sol iç cibindən ona məxsus mobil telefonu təqdim etmişdir. Bundan sonra təqdim etdiyi həmin kütlə elektron tərəzidə çəkilib və çəkisi müəyyən edildikdən sonra 01 ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra onun idarə etdiyi və Astara RPŞ-nin duracağına təmin edilmiş avtomobilə video çəkiliş vasitəsilə baxış keçirilmiş və avtomobildən hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, sonuncu həmin məhkəmə iclasında barəsində həbs qətimklan tədbirinin seçilməməsini xahiş etmiş, hazırkı məhkəmə istintaqında bildirdiyi formada ifadə verməmişdir. İbtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təsdiq etməyib əlavə ifadəsində bildirmişdir ki, polis əməkdaşları onu döyməmişlər, ancaq evindən bir kisə narkotik vasitə çıxaracaqları ilə hədələmişlər, buna görə də etirafedici ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Bafəddin oğlu ifadəsində göstərdi ki, 19 fevral 2024-cü ildə ona Eyvaz Baxşıyevin barəsində əməliyyat məlumatı daxil olmuş, şöbə rəhbərliyinə məruzə etdikdən sonra əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupuna Astara RPŞ-nin əməkdaşları Fəqan Bağırzadə və Şahid3 daxil olmuşdur. Təqsirləndirilən şəxs yeri müəyyən edilmiş, 19 fevral 2024-cü il axşam saat 20 radələrində Təqsirləndirilən şəxs Ərçivan qəsəbəsi tərəfdən Astara şəhəri istiqamətində hərəkətdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanmış, özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmiş və onu şəxsi axtarış keçirilməsi üçün şöbəyə dəvət etmişlər. Şöbədə vəkil və digər əməkdaşların iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, o, üzərində olan şəxsi əşyaları və bir büküm heroinə bənzər kütləni təqdim etmişdir. Aşkar edilmiş kütlə qablaşdırılaq ekspertizaya göndərilmiş, Təqsirləndirilən şəxs narkotik vasitənin ona aid olduğunu bildirmişdir. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş, məlumat Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində saxlaması ilə bağlı olmuşdur.Sonuncunun narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat olmamışdır. Təqsirləndirilən şəxs saxlayarkən onun etirazı olmamış, polis şöbəsinə apararkən ona heç bir fiziki təsir göstərilməmişdir. Sonuncunun avtomobili “Mercedes” markalı olmuş, lakini onu polis şöbəsinə xidməti avtomobillə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuş, videoçəkiliş zamanı üzərində aşkar olunmuş narkotik vasitəni 18 fevral tarixdə Astara rayonu “Bulvar” ərazisində tapdığını və əvvəllər istifadə etdiyini, tapdığı narkotik vasitəni də istifadə edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Ərçivan qəsəbəsindən Astara şəhəri istiqamətinə hərəkət edərkən saxlamışlar. Körpü üzərində hərəkətdə olan avtomobilləri nəzərə alaraq şəxsin üzərinə baxışı yerindəcə deyil şöbədə keçirmişlər. İbtidai istintaq zamanı ifadəsində Təqsirləndirilən şəxs onlardan yerindəcə deyil polis şöbəsində üzərinə baxış keçirilməsini xahiş etməsi barədə bildirməsinin səbəbi hərəkətdə olan avtomobillərdə Təqsirləndirilən şəxs kəndçiləri ola bilməsi ehtimalı və onun xahişi ilə onun üzərinə baxışı polis şöbəsində keçirmələri olmuşdur. Əməliyyat məlumatı 19 fevral 2024-cü il tarixdə daxil olmuşdur, şəxs polis şöbəsinə gətirildikdən sonra müdafiəçi ilə təmin edilmişdir. 19 fevral 2024-cü ildən əvvəl Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı məlumat daxil olmamışdır. İbtidai istintaq zamanı verilmiş əməliyyat tapşırığına cavab yazan əməliyyat müvəkkili X8 Baxşiyevin narkotik vasitənin satışı ilə məşğul olub-olmaması barədə məlumatın olub-olmamasını bilmir. Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilərkən, yazılı izahat verərkən iştirak etməmişdir. Eyvaz narkotik vasitəni Astara rayonu “Bulvar” ərazisindən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs konkret olaraq kimdən narkotik vasitə almasını bildirməmişdir. Təqsirləndirilən şəxs tutulmazdan əvvəl Azərbaycan Respublikasını tərk etməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoymamış, sonuncuya fiziki təsir olmamış, heç kim ona hədə qorxu gəlməmiş və evindən narkotik vasitə çıxarılacağı ilə hədələnməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermiş və ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bükümü dəniz kənarında tapdığını bildirmiş, istifadəsi üçün üzərində saxladığını fikirləşir. Əməliyyat məlumatı Şahid1 olmuş, məlumatda Eyvazın narkotik vasitəni üzərində daşıdığı bildirilmişdir.Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı məlumat olmamışdır. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması barədə məlumatı olmamış, Şahid1 Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması barədə məlumatın olub-olmamasını bilmir. Təqsirləndirilən şəxs onu şöbəyə aparıb orada üzərinə baxış keçirilməsini xahiş etdiyi üçün polis şöbəsində onun üzərinə baxış keçirilmişdir. Əgər Təqsirləndirilən şəxs üzərinə saxlanıldığı yerdə baxış keçirilsə yol bağlanardı. Hal şahidi və vəkil mülki vətəndaş olduğundan və əməliyyat zamanı onların başına hansısa bir hadisə gələ bilməsi ehtimalı olduğundan həmin şəxslər Təqsirləndirilən şəxs saxlanıldığı yerə dəvət etməmişlər. Zərurət olmadığı üçün Təqsirləndirilən şəxs saxlayarkən videoçəkilişdən istifadə edilməmişdir. İbtidai istintaq zamanı verilmiş əməliyyat tapşırığına cavab yazan əməliyyat müvəkkili X9 Baxşiyevin narkotik vasitəni satması barəsində bildirdiyi məlumat haqqında məlumatı yoxdur. 19 fevral 2024-cü il tarixdən sonra da Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması barədə ona məlumat daxil olmamış, Təqsirləndirilən şəxs heç bir fiziki və psixoloji təsir olmamışdır. Təqsirləndirilən şəxs dəniz kənarında narkotik vasitəni haradan tapdığını göstərməsi ilə bağlı keçirilən ifadənin yerində yoxlanılması istintaq hərəkətində iştirak etməmişdir. Şahid1 Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoyub-qoyulmaması barədə heç nə deyə bilməz. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara Rayon Polis Şöbəsinin CAB-ın əməkdaşları Şahid3 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermiş və ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni tapdıqdan sonra nə edəcəyini deməsini xatırlamır. Təqsirləndirilən şəxs heç bir təsir olmamış, onu Ərçivan qəsəbəsindən Astara tərəfinə hərəkət edərkən saxlamışlar. Şəxsi axtarış polis şöbəsində keçirilmişdir. Eyvazın üzərinə baxışı yerindəcə keçirmək istəmişlər, lakin sonuncu rayon ərazisində tanındığını və utandığını bildirdiyinə görə polis şöbəsində keçirmişlər. Əməliyyat şəraiti imkan vermədiyindən Eyvazı saxlanılan yerdə videoçəkiliş aparılmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olub-olmaması barədə ona məlumat daxil olmamış, lakin əməliyyat məlumatı daxil olmuş əməkdaş Təqsirləndirilən şəxs narkotik vasitənin dövriyəsi ilə məşğul olduğunu bildirmişdir. Məlumat onda olmadığına görə Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olub-olmaması barədə fikri yoxdur. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs telefonuna baxış keçirilməsi haqqda məlumatı yoxdur. Təqsirləndirilən şəxs dəniz kənarında narkotik vasitəni haradan tapdığını göstərməsi ilə bağlı keçirilən ifadənin yerində yoxlanılması istintaq hərəkətində iştirak etməmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs fiziki və ya psixoloji təsir olmamışdır. Narkotik vasitəni polis əməkdaşının Təqsirləndirilən şəxs üzərinə qoymasının şahidi olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 19 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatının daxil olduğu barədə tərtib edilmiş raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v. 4-7; 30-32) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 19 fevral 2024-cü il il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 13) - “şəxsi axtarış və götürmə aparılması haqqında” 19 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman sonuncu əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) sellofan bükümü təqdim etmiş, həmin bükümdə heroinə bənzər kütlə aşkar edilmişdir. Sonuncu həmin kütləni 18 fevral 2024-cü il tarixdə səhər saatlarında Astara şəhərində dəniz kənarında gəzərkən yerdən tapdığını, istifadə etmək üçün götürüb üzərində saxladığını bildirmişdir. (i.v. 30-32) - məhkəmə-kimyəvi ekspertizasının 20 fevral 2024-cü il tarixli, 19/168 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Astara rayon Ərçivan qəsəbə sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -11,653 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. ( i.v. 43-46) - 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş və ekspert tədqiqatından sonra qalıq çəkisi 11,553 qram olan heroin iş üzrə maddi sübut kimi tanınmış, Astara RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsi nəzərə alınmışdır. (i.v. 55) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 63-64) -Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(018)-27/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Astara RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Orxan Novruzov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. (i.v. 84-85) -Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 fevral 2024-cü il tarixli, 184 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 86) - məhkəmə tibbi ekspertizasının 22 fevral 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. (i.v. 87-88) -Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(018)-12/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablanmışdır. (i.v. 94-97) - “telefon danışıqları ilə bağlı diskə baxış keçirilməsi haqqında” 01 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə aid məlumatlara baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyətli hal aşkar edilməmişdir. (i.v. 128- 130) - 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından Təqsirləndirilən şəxs narkotik vasitəni aldığı naməlum şəxs barəsində satılması faktına görə ayrıca icraatda cinayət işi ayrılması qərara alınmışdır. (i.v. 139-140) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən üzərində hər hansı narkotik vasitə olmaması, polis əməkdaşlarının hədəsi ilə onların verdiyi bükümü cibindən çıxararaq təqdim etməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında, bundan sonra isə şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində narkotik vasitəni Xəzər dənizinin Astara rayonu ərazisində olan sahilində piyada gəzən zaman yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor, hədə-qorxu tətbiq edilmədiyini bildirərək həmin protokolları imzalamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdən görünür ki, sonuncu üzərində aşkar olunmuş bükülünün heroin olmasını, yerdən tapmasını bildirmiş, hər hansı hala etiraz etməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin yuxarıda adı qeyd edilən əməkdaşları da ifadəsində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən sonuncu cibindən metamfetamini çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı həmin kütlənin ona məxsus olmasını, Xəzər dənizinin Astara rayonu ərazisində olan sahilində piyada gəzən zaman yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Həmçinin “Ekspert rəyinin şübhəli şəxsə elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə məhkəmə kimyəvi ekpertizanın 20 fevral 2024-cü il tarixli, 09/168 nömrəli rəyi ilə tanış olarkən üzərindən çıxan psixotrop maddə ilə bağlı hər hansı etiraz etməmişdir. Hazırkı iclasda isə ümumiyyətlə üzərində narkotik vasitə olmadığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə baxılması üçün hakim qarşısına çıxarılan Təqsirləndirilən şəxs hər hansı hala etiraz etməmiş, üzərində aşkar edilmiş heroinin ona aid olmadığını belə bildirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyi və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahatını və ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini (üzərində hər hansı miqdarda narkotik vasitə olmaması, polis əməkdaşlarının hədəsi- psixi təzyiqi nəticəsində onların verdiyi bükümdə olan heroini təqdim etməsi, narkotik vasitə istifadə etməməsi hissəsində) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi təzyiqə məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq psixi təzyiqlərə, hədələrə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Həmçinin təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı üzərində hər hansı növdə psixotrop maddə olmadığını bildirsə də ibtidai istintaq zamanı verdiyi ifadələrində belə bir hal göstərməmiş, əksinə verdiyi ifadələrinə özünü elan olunmuş ittihamla deyil, CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz psixi təzyiq nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12- 20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə ibtidai istintaq zamanı ifadə verməsi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını qeyd edərək özünü müdafiə etmək üçün dəlil irəli sürmüşdür. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin xeyli miqdarının (qramla) aşağı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü tarixli, 8 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 11,653 qram, yəni külli miqdar təşkil edən heroin əldə etmiş, üzərində saxlamışdır. Cinayət işi materiallarında olan “Cinayət işinin başlanması haqqında” 12 sentyabr 2023-cü il tarixli qərardan (i.v.1) görünür ki cinayət işi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə başlamış və sonuncunun üzərindən aşkar edilmiş heroinə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 11,653 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına istinad etməklə sonuncuya Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Halbuki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxsa qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - Təqsirləndirilən şəxs barəsində sonuncunun qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və saxlaması barədə Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatının daxil olması, yəni əməliyyat məlumatında belə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satış ilə bağlı məlumatların olmaması, - onun üzərindən aşkar edilmiş heroinin bir ədəd bükümdə, təmiz çəkisi 11,653 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 5 dəfə çox olması, - onun ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinin satış deyil, şəxsən istifadə etmək məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını göstərməsi, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə və istifadəsində olmuş mobil telefona baxış keçirməməsi, - məhkəmə istintaqı zamanı ifadə vermiş Astara RPŞ-nin əməkdaşlarının Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı fakt əldə etmədiklərini bildirmələri barədə ifadələri, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş metamfetamini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin metamfetamindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş metamfetaminin şəxsi istifadə məqsədi ilə əldə etməsi, üzərində saxlaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili əsaslı hesab edir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Şahid1 Bafəddin oğlu, Şahid2 və Şahid3 şahid qismində verdiyi ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, materialların məhkəmə ekspertizasının 20 fevral 2024-cü il tarixli, 19/168 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 22 fevral 2024-cü il tarixli, 184 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 102) - Astara rayon İHB-nin Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Ərçivan qəsəbəsində yaşamış, evlidir, üç övladı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 131-132) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 11,653 qram olması, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 19 fevral 2024-cü il tarixdən hesablanmalı və Astara Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 22 fevral 2024-cü il tarixli, 184 saylı nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 65 (altımış beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Astara RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 11,553 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 19 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Astara RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 11,553 qram çəkidə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar