Məhkəmə qərarları › İş №1(099)-499/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-499/2023

30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-499/2023 30.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X6 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Abşeron Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 Hüseyn oğlunun iştirakları ilə xx xxxxxx 1983-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, İşsiz, Masallı rayon, Qəriblər kəndində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi ilə 1 ədəd bükümdə külli miqdarda narkotik vasitə hesab edilən heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 30 mart 2023-cü il tarixdə saat 13 radələrində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu, Qəriblər kəndi ərazisində saxlanılaraq Masallı RPŞ-nin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 10,437 qram təşkil edən külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o 29 mart 2023-cü il tarixdə Masallı Rayon Polis şöbəsinə çağırıldığından, sahə müvəkkili ilə polis şöbəsinə getmişdir. Orada onun idarə etdiyi avtomobil və istifadə etdiyi telefon ondan alınaraq onu bir otağa salıb ona izahat yazdırmışlar. 28 mart 2023-cü il tarixdə harda olduğu barədə soruşduqda o da harada olduğu barədə məlumat vermiş, sonra da onu buraxmışlar. Telefonu isə polis şöbəsində qalmışdır. 30 mart 2023-cü il tarixdə saat 11-12-yə işləmiş evdən çıxıb uşaqları məktəbdən götürmək üçün evdən çıxmış, dayısı oğlunun telefonu ilə sahə müvəkkilinə zəng edib telefonunu istəmiş, lakin sahə müvəkkili telefondan xəbəri olmadığnı ona demişdir. Maşını ilə hərəkətdə olarkən əməliyyatçı Nəsimi onu İsgəndərli körpüsündə saxlayıb onu polis şöbəsinə aparmış, polis şöbəsinə çatdıqdan sonra o maşının qapıların bağlamışdır. Onu yenə həmin otağa aparıb, orada onu vətənə xəyanətdə və narkotikə görə saxladıqlarını bildirdilər. O həmin vaxt heç nəyə qol çəkməmiş, lakin ona guya onun Bakı şəhərində olması barədə ərizə yazdırmışlar. O polis şöbəsinə tək getmişdir. Narkotiki onun üzərinə bir nəfər polis əməkdaşı qoyaraq bu sənindir demişdir. Həmin vaxt ona dedilər ki, sənədlərə qol çək, çəkiliş olmayacaq. Videoçəkilişdən qabaq bir əməkdaş bir bükümdə narkotik gətirdi dedi bu sənindir. O videoçəkiliş zamanı onların dediklərin və onların yazdıqlarını demişdir. O siqaret belə çəkməmiş və narkotikdən istifadə etməmişdir. Kamera çəklişi zamanı onların dediklərin demişdir. İstintaq zamanı ona hər hansı təsir və ya təzyiq olunmamışdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsində o özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, fərdi əməklə məşğul olur və şəxsi işləri ilə bağlı tez-tez Bakı şəhərinə gedib gəlir. Onun 1 oğlan, 1 qız olmaqla iki azyaşlı övladı vardır. O, arvadı və övladları ilə birlikdə Masallı rayonu, Qəriblər kəndində yerləşən fərdi yaşayış evində birlikdə qalır. Təxminən 20-25 gün bundan əvvəl o, şəxsi işləri ilə bağlı Bakı şəhərinə getmişdir. Gün ərzində işlərini həll etmiş və axşamüstü saat 17 radələrində geri qayıtmaq istəmişdir. Bakı şəhəri, 20 yanvar adlanan yerə gəlmişdir ki, oradan Masallı rayonuna gələn taksiyə əyləşib evinə qayıtmışdır. Taksi tapmaq üçün avtomobil yolunun əks tərəfinə keçmək istəyərkən yolun kənarında 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddənin olduğunu görmüşdür. O, kütləvi informasiya vasitələrinə və televiziya kanallarında filmlərə baxan zaman narkotik vasitələri görmüş və bilmişdir ki, həmin sellofan bükümdəki maddə narkotik vasitə heroindir. O, yolun kənarında olan həmin şəffaf rəngli sellofan bükümü götürmüş və kənara çəkilərək həmin bükümü açmışdır. O, həmin bükümü qoxulamış və ondan xüsusi iy gəldiyini hiss etmişdir. Daha sonra həmin bükümün ağzını bağlamış və əynində olan şalvarının sağ yan cibinə qoymuşdur. Daha sonra isə taksi ilə yaşadığı Masallı rayon, Qəriblər kəndi ərazisində yerləşən fərdi yaşayış evinə gəlmişdir. 30 mart 2023-cü il tarixə qədər həmin bükümdə olan narkotik vasitə heroini üzərində saxlamış və bir hissəsini bu müddət ərzində istifadə etmişdir. Üzərində narkotik vasitə heroin olması barədə heç kimə məlumat verməmişdir. Narkotik vasitə heroini istifadə qaydasını bilməmiş, sadəcə olaraq filmlərə baxan zaman və digər insanlardan eşitdiklərinə əsasən narkotik vasitənin buruna çəkilmək yolu ilə istifadə edildiyini bilmişdir. O, şəffaf sellofan bükümü açdıqdan sonra narkotik vasitə heroinin 1-2 dəfə üzərindən müəyyən qədər götürmüş və istifadə etmişdir. Daha sonra isə həmin şəffaf sellofan bükümün ağzını bağlayaraq boz rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. 30 mart 2023-cü il tarixdə günorta saat 13 radələrində yaşadığı Masallı rayonu, Qəriblər kəndində yerləşən fərdi yaşayış evindən çıxmış və kənd yolu ilə piyada gəzmişdir. Həmin vaxt narkotik vasitə heroin də üzərində olmuşdur. Saat təxminən 13 radələrində piyada hərəkət edən zaman 4 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə üzərində daşımaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları onlarla birlikdə Masallı RPŞnə getməli olduğunu bildirmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmişdir. RPŞ-nə gəldikdən sonra həmin polis əməkdaşları onu xidməti otağa gətirmişlər. Xidməti otaqda polis geyimində olan bir nəfər ona özünü Masallı RPŞ-nin TBnin baş təhqiqatçısı Samir Məmmədov kimi təqdim etmişdir. Baş X4 qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq RPŞnə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində X5 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra baş X4 onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Baş təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsi barədə təklif etmişdir. O da əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, 20-25 gün əvvəl Bakı şəhərində 20 yanvar dairəsi adlanan yerdə avtomobil yolunun kənarından tapdığını, üzərindən müəyyən qədər götürüb istifadə etdiyini, başqa heç kimə istifadə etmək üçün vermədiyini və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Baş təhqiqatçı ondan həmin maddənin narkotik vasitə olmasını hardan bildiyini soruşduqda isə kütləvi informasiya vasitələrində və televiziya kanallarına filmlərə baxan zaman orada həmin maddədən gördüyünü və tanıdığını qeyd etmişdir. Daha sonra baş təhqiqatçı üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə olub-olmamasını soruşmuşdur. O da üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə olmadığını qeyd etmişdir. Bundan sonra baş təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Daha sonra baş təhqiqatçı təqdim etdiyi şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini elektron tərəzidə çəkmiş və həmin bükümün çəkisinin 10,57 qram olduğunu müəyyən etmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin baş təhqiqatçı tərəfindən zərfə qoyularaq RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir edilən cinayət əməlinin törətməsi özünün məhkəımədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsindən başqa, dindirilmiş şahidlərin ifadələri, cinayət işinin materiallarında olan istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 mart 2023-cü il tarixdə onlara Masallı rayonu, Qəriblər kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olduğundan onun tərəfindən təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin tarixdə saat təxminən 13 radələrində polis əməkdaşları Şahid2, Şahid3 və Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs Masallı rayon, Qəriblər kəndi ərazisində piyada hərəkət edən zaman saxlayıb Masallı Rayon Polis Şöbəsinə aparmışlar. Orada vəkilinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. X4 axtarış aparmağa başlamazdan əvvəl Hüseynə üzərində olan əşyaları təqdim etməsini təklif etmişdir, o da əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin heroin olduğunu və təxminən 20- 25 gün əvvəl Bakı şəhəri 20 yanvar dairəsi adlanan ərazidən tapmasını, heroinin bir hissəsini özü istifadə etməsini, qalan hissəsini isə istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Ondan götürülmüş heroin elektron tərəzidə çəkilmiş və çəkisinin 10,57 qram olduğu müəyyən olunmuşdur. Sonra da təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Dindirilmiş şahidlər Şahid3, Şahid2 və Şahid4 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi eskpertizasının 30 mart 2023-cü il tarixli 19/388 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:-10,437 qram olan olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağaqn edilən narkotik vasitələrin siyahısına” daxildir (Siyahı İ). Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə olan opioidlərin istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixitarik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir pisixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Cinayət işinin materiallarında olan videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 30 mart 2023-cü il tarixdə 1 ədəd bükümdə təmiz çəkisi 10,437 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Cinayət işiin materiallarından olan Masallı Rayon Polis Şöbəsindən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu, Qəriblər kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar olunan 1 ədəd bükümdə təmiz çəkisi 10,437 qram olan narkotik vasitə heroini Bakı şəhəri ərazisindən tapdığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini 2023-cü ilin mart ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu ərazisində 20 yanvar adlanan yerdə avtomobil yolunun kənarından tapması əməliyyat məlumatları daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni saxlamasından ailə üzvlərinin və ya başqa şəxslərin məlumatının olması və əməliyyat tapşırığında aydınlaşdırılması zəruri hesab edilən digər xüsusatlarla bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində iş üçün əhəmiyyətli hər hansı bir əməliyyat məlumatı əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 10,437 qram olan, ekspertiza tədqiqatından sonra qalan 10,387 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınaraq RPŞ-nin saxlanc yerində saxlanılması təhvil verilməsi, həmçinin Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar olunduğu video disk cinayət işi materiallarında saxlanılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan Masallı Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbirləri qanuni və əsaslı hesab edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə elan olunmaqla tədqiq edilmiş ifadəsini və şahidlərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək, cinayət işinin materiallarını nəzərdən keçirib, onun CM-nin 234.4.3-cü maddəsi ilə törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək aşağıdakı nəticəyə gəlir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsa CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxsa ibtidai istintaq zamanı CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, ibtidai araşdırma zamanı olduğu kimi məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən və şahidlərin ifadələrindən görünür ki, onun narkotik vasitəni satmaqda heç bir şəxslə əlbirliyi olmamış, o heç bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməmişdir. O üzərində aşkar edilən bir bükümdə olan heroini Bakı şəhərində tapmış, bir hissəsini istifadə etmiş, qalan hissəsini özü istifadə etmək üçün üzərində saxlamışdır. Həm də heroin bir bükümdə olmuşdur. Bundan başqa məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs asılılıq olmadan narkotik vasitə olan opioidlərin istifadə halları olub və o narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində verilmiş izaha əsasən həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən narkotik vasitə heroinin əldə edilməsini satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq saxladığı heroin külli miqdar təşkil edir. Lakin, ibtidai araşdırma zamanı onun həmin narkotik maddəni məhz satış məqsədi ilə əldə etməsi heç bir sübutla təsdiq olunmamış, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun narkotik maddəni satış məqsədi ilə əldə etməsi, həmçinin narkotik maddənin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. İbtidai istintaq orqanının gəldiyi bu nəticə ehtimallara əsaslanmış və məhkəmədə müəyyən edilmiş işin hallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş çəxsi axtarış zamanı öz istifadəsi üçün üzərində saxladığı qeyd edilən narkotik vasitə heroin aşkar edilərək ondan götürülmüşdür. Bunu məhkəmədə dindirilimiş şahidlər Şahid1, Şahid3, Şahid2 və Şahid4 ifadələrindən də görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və qeyd edilən bir bükümdə narkotik vasitə heroin aşkar olunaraq ondan götürülmişdir. Saxlanılarkən o həmin narkotik vasitələri özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs onda aşkar edilərək götürülmüş narkotik vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut əldə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin (bundan sonra CPM-nin) 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmçinin CPM-in 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən, məhkəmədə tədqiq olunmuş sübutları və işin faktiki hallarını, cinayətin iş üzrə verilmiş ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanmışdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bu Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin bu Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispoziyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və yerdən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, təmiz çəkisi 10,437 qram olan narkotik vasitə heroini özü istifadə etmək üçün üzərində qanunsuz olaraq saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur. Eyni zamanda məhkəmə hesab edir ki, onun həmin narkotik vasitələri məhz satış məqsədi ilə əldə etməsi barədə heç bir mötəbər sübutlar əldə edilməmiş və onun CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübut olunmamışdır. İnsan Hüquqlarının və X3 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxs Əfqan Məmmədovun əməlində CM-in 234.4.3-cü maddələsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-in 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə heroinin ona aid olmadığını, həmin narkotik vasitəni bir nəfər polis əməkdaşının ona verərək videoçəkiliş aparıldığını bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən habelə işin hallarına uyğun gələməyən ifadə olmaqla məhkəmədə tədqiq edilmiş sübutlarla təkzib edildiyinədən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə elan olunmaqla tədqiq edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, o saxlanıldıqdan sonra üzərində axtarış edilərkən üzərindən aşkar edilmiş bir bükümdə heroinin ona aid olduğunu və istifadə etmək üçün üzərində saxladığını etiraf etmişdir. Məhkəmədə dindirilmiş şahidlərini ifadələri ilə də bu xüsusat öz təsdiqini tapır. Məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının rəyindən də görünür ki, ondan aşkar edilərək götürülmüş bir bükümdə maddə narkotik vasitə heroindir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan Masallı Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 30 mart 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan hüquqi sənəndlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1983-cü il Masallı rayonunda doğulmuş, Masallı rayonunun Qəriblər kəndində qeydiyyatda olmaqla orada yaşamışdır. Himayəsində 2011-ci il təvəllüdlü Məhəmmədsadıq adlı oğlu və 2012-ci il təvəllüdlü Nərgiz adlı qızı vardır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan Masallı Rayonunun Qəriblər kənd ictimaiyyətinin Hüseyin Mehtiyev barəsində məhkəməyə daxil olan vəsatətlərindən görünür ki, bir qrup Qəriblər kənd sakinləri Təqsirləndirilən şəxs müsbət səciyyələnməsi və ona cəza təyin edilməsi zamanı bunun nəzərə alınmasını xahiş etmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən onun öhtəsində 3 nəfər ailə üzvü olmaqla ailədə yeganə qazanc gətirən olmasını, ilk dəfə cinayət törətməsini, ali təhsilli olmaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və ona yüngül cəza təyin olunması barədə yaşadığı Masallı rayonun Qəriblər kənd ictimaiyyətinin vəsatətini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı kifayət qədər yüngülləşdirən hallar olmaqla ağırlaşdıran halın olmamasını nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməldir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs barəsində CM-nin 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün əsas görmür. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 30 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində saxlanılan 10,387 qram heroin məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 60 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 44,51-2, 132, 318,344- 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. O ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində saxlanılan 10,387 qram heroin məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 60 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar