Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-499/2024 21.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri- Müdafiəçi1 və X9, təqsirləndirilən şəxslərin qanuni nümayəndələri X10 və X12, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid5 iştirakı ilə xx xxxxxxxx 2007-ci ildə Sabirabad rayonunun Rüstəmli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, Saatlı rayonun T.İsmayılov adına tam orta məktəbinin 11-ci sinif şagirdi, Sabirabad rayonunun Rüstəmli kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 150.3.3-cü maddəsi ilə, xx xxxxxx 2009-cu ildə Sabirabad rayonunun Rüstəmli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 8-ci sinif təhsilli (natamam təhsilli), işləməyən, məhkum olunmamış, Sabirabad rayonun Rüstəmli kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və zor tətbiq etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, cinsi ehtirasını təmin etmək məqsədi ilə 2023-cü ilin iyul ayının ortalarında əmisi oğlu, xx xxxxxx 2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, su içmək bəhanəsi ilə Sabirabad rayonun Rüstəmli kəndində yaşayan həmkəndlisi, xx xxxxx 2011-ci ildə doğulmuş on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gəlmiş, həmin vaxt sonuncuya, evdə tək olmasından istifadə edərək qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs onun bu təklifindən imtina etdikdə o, Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs əllərindən və ağzından tutub zor tətbiq etməklə evin qonaq otağına aparmış, orada o, Təqsirləndirilən şəxs1la birlikdə zərərçəkmişə qarşı zorakılıq hərəkətlərini davam etdirməklə Zərərçəkmiş şəxs hər ikisinin eyni anda sonuncuya qarşı yonəlmiş birlikdə gücü qarşısında köməksiz vəziyyətdə olmaqla müqavimət göstərmək iqtidarında olmamasından istifadə edib, Zərərçəkmiş şəxs yerə yıxmış, əyninə geydiyi paltarlarını soyundurmaqla, gərginləşmiş vəziyyətdə olan cinsiyyət orqanını sonuncunun budları arasına sürtməklə, eləcə də anus dəliyinə daxil etməklə, Zərərçəkmiş şəxs qarşı uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən, təxminən həmin hadisədən iki gün sonra, 2023-cü ilin iyul ayının ortalarında cinsi ehtirasını təmin etmək məqsədi ilə xx xxxxxx 2009-cu il təvəllüdlü əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gəlmiş, həmin vaxt sonuncuya, evdə tək olmasından istifadə edərək qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs onun bu təklifindən imtina etdikdə o, Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs əllərindən və ağzından tutub zor tətbiq etməklə evin qonaq otağına aparmış, orada o, Təqsirləndirilən şəxs1la birlikdə zərərçəkmişə qarşı zorakılıq hərəkətlərini davam etdirməklə Zərərçəkmiş şəxs, hər ikisinin eyni anda sonuncuya qarşı yonəlmiş birlikdə gücü qarşısında köməksiz vəziyyətdə olmaqla müqavimət göstərmək iqtidarında olmamasından istifadə edib gərginləşmiş vəziyyətdə olan cinsiyyət orqanını sonuncunun budları arasına sürtməklə, eləcə də, anus dəliyinə daxil etməklə, on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı təkrarən uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və zor tətbiq etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, cinsi ehtirasını təmin etmək məqsədi ilə 2023-cü ilin iyul ayının ortalarında əmisi oğlu,xx xxxxxxxx 2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, su içmək bəhanəsi ilə Sabirabad rayonu Rüstəmli kəndində yaşayan həmkəndlisi, xx xxxxx 2011-ci ildə doğulmuş on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gəlmiş, həmin vaxt sonuncuya, evdə tək olmasından istifadə edərək qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs onun bu təklifindən imtina etdikdə o, Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs əllərindən və ağzından tutub zor tətbiq etməklə evin qonaq otağına aparmış, orada o, Təqsirləndirilən şəxs2la birlikdə zərərçəkmişə qarşı zorakılıq hərəkətlərini davam etdirməklə Zərərçəkmiş şəxs hər ikisinin eyni anda sonuncuya qarşı yonəlmiş birlikdə gücü qarşısında köməksiz vəziyyətdə olmaqla müqavimət göstərmək iqtidarında olmamasından istifadə edib, Zərərçəkmiş şəxs yerə yıxmış, əyninə geydiyi paltarlarını soyundurmaqla, gərginləşmiş vəziyyətdə olan cinsiyyət orqanını sonuncunun budları arasına sürtməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən, təxminən həmin hadisədən iki gün sonra, 2023-cü ilin iyul ayının ortalarında cinsi ehtirasını təmin etmək məqsədi ilə xx xxxxxxxx 2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gəlmiş, həmin vaxt sonuncuya, evdə tək olmasından istifadə edərək qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs onun bu təklifindən imtina etdikdə o, Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs əllərindən və ağzından tutub zor tətbiq etməklə evin qonaq otağına aparmış, orada o, Təqsirləndirilən şəxs2la birlikdə zərərçəkmişə qarşı zorakılıq hərəkətlərini davam etdirməklə Zərərçəkmiş şəxs, hər ikisinin eyni anda sonuncuya qarşı yonəlmiş birlikdə gücü qarşısında köməksiz vəziyyətdə olmaqla müqavimət göstərmək iqtidarında olmamasından istifadə edib gərginləşmiş vəziyyətdə olan cinsiyyət orqanını sonuncunun budları arasına sürtməklə, on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonun Rüstəmli kəndində valideynlərinin himayəsi altında yaşayır, əvvəllər Rüstəmli kənd orta məktəbində oxumuş, sonradan bu hadisə ilə bağlı məktəbdən xaric edilmiş, hazırda oxumur və heç bir yerdə işləmir. Həmkəndlisi Zərərçəkmiş şəxs və onun ailə üzvlərini tanıyır, onlarla heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, Zərərçəkmiş şəxs qarşı əxlaqsız və pozğun hərəkətlər etməmiş, bununla bağlı Zərərçəkmiş şəxs onun barəsində dedikləri yalan və böhtandır. 2023-cü ilin iyul ayının ortalarında o, Zərərçəkmiş şəxs ilə görüşməmiş və ona qarşı heç bir seksual hərəkətlər etməmişdir. Həmçinin əmisi oğlu Təqsirləndirilən şəxs1 və başqa şəxslərin Zərərçəkmiş şəxs qarşı əxlaqsız və pozğun hərəkətlər etmələri barədə heç bir məlumatı yoxdur, bu barədə eşitməmişdir. O, Peymana və Müzəffərə İsmayılla əlaqədə olması barədə heç nə danışmamışdır. Ona təqdim olunan səs yazısı əmisi Sərdarın oğlu Cahidə məxsusdur. Cahid Natiqə göndərdiyi səsli mesajda onun və əmisi oğlu Rahilin İsmayılla əlaqədə olmalarını, cinsiyyət orqanını budlarının arasına sürtməsi barədə məlumat versə də, qeyd edilənlər yalandır, Cahid Rahillə mübahisə etdiyindən Cahid ondan qisas almaq üçün Natiqə onlar barəsində səsli mesaj atmışdır. Zərərçəkmiş şəxs onun barəsində dedikləri böhtan xarakterlidir, ona görə o, verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonun Rüstəmli kəndində valideynlərinin himayəsi altında yaşayır, əvvəllər Rüstəmli kənd orta məktəbində oxumuş, sonradan bu hadisə ilə bağlı məktəbdən xaric edilmiş, hazırda oxumur və heç bir yerdə işləmir. Həmkəndlisi Zərərçəkmiş şəxs və onun ailə üzvlərini tanıyır, onlarla heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, Zərərçəkmiş şəxs qarşı əxlaqsız və pozğun hərəkətlər etməmiş, bununla bağlı Zərərçəkmiş şəxs onun barəsində dedikləri yalan və böhtandır. 2023-cü ilin iyul ayının ortalarında o, Zərərçəkmiş şəxs ilə görüşməmiş və ona qarşı heç bir seksual hərəkətlər etməmişdir. Həmçinin əmisi oğlu Təqsirləndirilən şəxs2 və başqa şəxslərin Zərərçəkmiş şəxs qarşı əxlaqsız və pozğun hərəkətlər etmələri barədə heç bir məlumatı yoxdur, bu barədə eşitməmişdir. Polis şöbəsində izahatında göstərdiyi hallar, yəni izahat verən vaxtdan təxminən 2 ay əvvəl İsmayılın evinin qarşısında olarkən İsmayılın velosipedin qırılmasına görə onu həyətə çağırması, həmin vaxt velosipedin ayaqlığını düzəltdikdən sonra əvəzində İsmayılın cinsi orqanını İsmayılın budlarının arasına 1-2 dəqiqə sürtməklə boşatması və bu hadisə barədə Cahidə deməsi halları yalandır, həmin vaxt qorxduğu üçün o, polisə belə izahat vermişdir. Əslində isə belə bir hadisə olmamış, İsmayıla qarşı əxlaqsız və pozğun hərəkətlər etməmişdir. Ona təqdim olunan səs yazıları əmisi Sərdarın oğlu Cahidə məxsusdur. Dəqiq tarixini xatırlamasa da, kənd uşaqları Xəyal və Natiqlə birlikdə olarkən onlardan böyük olan həmkəndliləri Elməddin onlara yaxınlaşıb ona qarşı söyüş söydüklərini bildirmişdir. Onlar da, Elməddinə demişdir ki, “sənə qarşı söyüş söyməyimizi kim deyib”, Elməddin də, əmisi oğlu Cahid ona onların guya ki, onu söyməyi barədə məlumat vermişdir. Elməddin çıxıb getdikdən sonra o, Cahidə səs göndərib ondan nə səbəbə Elməddini söymədikləri halda ona qarşı söyüş söymələri barədə deməsini soruşmuş və aralarında sözlə mübahisə olmuşdur. Hadisədən bir neçə gün əvvəl onunla Cahid arasında mübahisə olmuş, Cahid də ondan heyf çıxmaq üçün yalandan Natiqə səs göndərmişdir ki, guya ki, o və əmisi oğlu Cavid İsmayıla qarşı pozğun hərəkətlər etmişlər. Əslində isə onun və Cavid İsmayıla qarşı heç bir pozğun hərəkətləri olmamışdır. İsmayılın xalası oğlu Natiq həmin hadisədən bir neçə gün əvvəl bu barədə Cavid və ondan İsmayıla qarşı pozğun hərəkətlər etməsi barədə soruşmuş, həmin vaxt Cahid də yanlarında olmuş, aralarında olan söhbəti Cahid də bilmişdir. Bu söhbəti eşitdiyinə görə Cahid onun və Cavidin adını çəkmişdir. Zərərçəkmiş şəxs onun barəsində dedikləri böhtan xarakterlidir, ona görə o, verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspert rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, valideynlərinin himayəsi altında yaşamaqla, hazırda Bakı şəhəri 246 nömrəli Liseyin 6-cı sinif şagirdidir. Ona qarşı olan hadisə baş verən vaxt Sabirabad rayonun Rüstəmli kəndində yaşamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmkəndliləridir, onlarla münasibəti yaxşı olmuşdur. 2023-cü ilin iyul ayının ortalarında evdə tək olarkən Cavid və Rahil həyətə su içməyə gəlmişdir. O, onlara su verdikdən sonra Cavid təklif etmişdir ki, onunla arxadan cinsi əlaqədə olsun, lakin o, etiraz etsə də, Cavid və Rahil onun hər iki qolundan və ağzından tutub onu evin içərisinə aparmış və evin qapısını arxadan bağlamışlar ki, evdən çıxa bilməsin. Həmin vaxt evdə heç kim olmamışdır. Sonra Cavid və Rahil əynindəki şalvarını və tursikini dizinə qədər aşağı çəkmişlər, sonra da onu üzüüstə yerə uzandırmışlar. Rahil onun hər iki əlindən tutduqdan sonra Cavid üstünə uzanmış, ona görə də tərpənə bilməmiş və Cavid cinsi orqanını çıxardıb budunun arasına sürtmüş, cinsi orqanını arxa nahiyyəsinə soxub çıxartmışdır. Həmin vaxt Rahil Cavidi kənara itələyib arxadan eləyənə söyüş söydüklərini demiş, sonra Cavid də onunla arxa nahiyədən olmamış, budlarının arasına sürtməyə başlamış və sidiyə oxşar rəngdə mayeni onun budlarının arasına tökmüşdür. Bundan sonra Rahil üzərinə uzanmış, Cavid kimi onun budunun arasına cinsi orqanını sürtdükdən sonra, cinsi orqanından budunun arasında maye boşaltmışdır. Sonra Cavid və Rahil onu öldürməklə hədələmişdir ki, bu barədə heç kimə deməsin, o da qorxduğu üçün bu hadisə barədə anasına deyə bilməmişdir. Təxminən 2 gün sonra Cavid və Rahil həyətə gəlmiş və eyni qaydada onun agzından tutub evə aparmışlar və əvvəlki qaydada Cavid və Rahil cinsi orqanlarını onun budlarının arasında sürtmüşlər. Həmin vaxt Cavid cinsi orqanını onun arxa nahiyyəsinə 2-3 dəfə soxub çıxartmış, sonda hər ikisi onun budunun arasına maye boşaldıqdan sonra çıxıb getmişlər. Bu dəfə də, Cavid və Rahil tapşırmışdır ki, ona qarşı elədikləri barədə heç kimə heç nə deməsin, əgər bu barədə kiməsə nəsə desə, onu öldürməklə hədələmişlər. Təxminən 1 ay sonra 2023-cü ilin avqust ayında anası Aynurla birlikdə həmkəndlisi Müzəffərin yaşadığı evə getmişlər. Anası Müzəffərin atası Elçindən alaq pulunu almaq üçün onlara getmişdir. Həyətə girdikdən sonra anası həyətdə oturub çay içərkən Müzəffər ona təklif etmişdir ki, özlərinə məxsus iri buynuzlu heyvanları bağçaya salmağa köməklik etsin, o da razılaşmış və onlar birlikdə bağçaya getmişlər. Orada söhbət zamanı Müzəffər ona Cavid və Rahillə pozğun hərəkətlər etməsi barədə Peymanın məlumat verdiyini bildirmiş, onunla da, əlaqədə olmayacağı təqdirdə bu barədə valideynlərinə və kənddə yayacağını deyib onunla eyni hərəkətləri etməsini demiş, o da onun dediklərindən qorxub Müzəffərin təklifi ilə razılaşmışdır. Sonra birlikdə içərisində su olmayan kanala düşmüşlər, orada Müzəffər onunla pozğun hərəkətlər etmişdir. Müzəffər onunla arxadan əlaqədə olduqdan sonra paltarını əyninə geyinmiş və oradan çıxıb getmişlər. Sonra o, anası ilə birlikdə yaşadıqları evə getmişlər. Həmin hadisədən bir müddət sonra velosipedin təkəri boşaldığı üçün qonşuluqda yaşayan Peymangilin həyətinə gedib Peymandan velosipedin təkərini doldurmasını xahiş etmiş, Peyman isə onu evin arxa tərəfinə aparmışdır. X19 və Rahilin ona qarşı pozğun hərəkətlər etmələrini bildiyini bunu valideynlərinə xəbər verəcəyini deyib təklif etmişdir ki, onunla eyni hərəkətləri etsin, o da qorxusundan Peymanın dediyi ilə razılaşmış və Peyman da onunla pozğun hərəkətlər etmişdir. Sonra Peyman velosipedin təkərinə hava vurmuş və o, oradan çıxıb evinə getmişdir. Bu hadisədən iki-üç gün sonra o, velosipedin təkərinə hava vurdurmq üçün Peymangilə getmiş, yenə də onunla arxadan cinsi əlaqədə olmaq istədiyini, əgər razı olmasa olanları hamıya deyəcəyini deyib onu hədələmiş, Peymanın sözündən qorxduğu üçün Peymanın təklifi ilə məcbur olub razılaşmış və Peyman onunla arxadan cinsi əlaqəda olmuşdur. Bu hadisədən sonra ona qarşı heç kim belə hərəkətlər etməmişdir. Ona qarşı yalnız Cavid və Rahil zor tətbiq edərək əxlaqsız hərəkətlər etmiş, Cavid iki dəfə onunla arxa nahiyədən əlaqədə olmuş, Rahil isə iki dəfə cinsi orqanını budlarının arasına sürtsə də, onunla arxa nahiyədən əlaqədə olmamışdır. Cavid və Rahil ondan böyük və güclü olduqları üçün onlardan qorxmuş və onlara qarşı müqavimət göstərə bilməmişdir. Bu hadisələr barədə kənd sakinlərindən kimsə atasına məlumat vermiş, atası da bu barədə anasına demiş və anası da hadisə barədə polisə məlumat vermişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı da eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Cavid və Rahil əmisi oğludurlar. 2023-cü ildə xatırlamadığı tarixdə kənd sakini Natiqin əmisi oğlanları Cavidi və Rahili axtarmasını eşitmiş, lakin hansı səbəbdən axtarmasını bilməmişdir. Elə həmin ərafələrdə əmisi oğlu Rahil ona səs ataraq nalayiq söyüşlər söyüb “Elməddini söymədiyimiz halda nə səbəbə onu söyməyimiz barədə Elmədinə xəbər vermisən” demiş, o da zarafat etdiyi üçün Rahilə başqa söz deyə bilməmiş, həm də Rahil onu harda tutsa döyəcəyini demişdir. O da Rahildən qorxduğu üçün səs atıb “söyüş söymə zibillərinin üstünü açaram” demiş, bu zaman Natiq də ondan bu barədə soruşmuş, o da Rahili qorxutmaq üçün yalandan Natiqə telefonda demişdir ki, “Rahil və Cavid sənin xalan oğlu İsmayılın ayaqlarının arasına sürtmüşlər”. Sonradan Natiq də bu barədə İsmayılın valideynlərinə demiş, onlar da Cavid və Rahildən polisə şikayət etmişlər. O, əmisi oğlanları Cavid və Rahilin İsmayıla qarşı seksual xarakterli hərəkətlər etməsini görməmiş, bu barədə heç bir məlumatı olmamışdır. Rahillə telefonda olan mübahisəsindən bir-iki gün əvvəl Natiq ona Cavid və Rahili axtardığını demiş, amma hansı səbəbdən axtarmasını bilməmişdir. Rahil də ona söyüş söydüyü üçün və döyməklə hədələdiyi üçün o, istəmişdir ki, Natiq də Rahili döysün. Natiq Cavidi və Rahili axtardığı üçün o, yalandan Cavid və Rahilin adını birlikdə çəkmişdir. Əslində əmisi oğlanları Cavid və Rahilin İsmayıla qarşı pozğun hərəkətlər etməsini görməmiş və bu barədə kimdənsə bir söz eşitməmişdir. Rahil, Xəyal və Natiqin kənd sakini Elməddini söyməsini eşitməmiş və görməmişdir. Elməddinə zarafatla demişdir ki, Rahil, Xəyal və Natiq onu söymüşdür, əslində isə elə bir hadisə olmamışdır. Ona təqdim olunan səs yazıları özünə məxsusdur, həmin səslənən ifadələri əsəbləşib demişdir. Əmisi oğlu Rahil ona İsmayılın velosipedini düzəltdikdən sonra yaşadıqları evdə cinsi orqanını İsmayılın budlarının arasına sürtməsi barədə heç nə deməmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Cavidi və Rahili tanıyır, onlarla münasibəti yaxşıdır. 2023-cü ildə xatırlamadığı tarixdə sinif yoldaşı Şahid3lə görüşüb söhbət edərkən Xəyal ona xalası oğlu İsmayıla qarşı Rahilin və Cavidin pozğun hərəkətlər etmələrini demiş, o da Xəyaldan bunu kimdən eşitdiyini soruşmuş, Xəyal da Rahilin özünün bunu dediyini bildirmişdir. Sonra o, bu məsələni aydınlaşdırmaq üçün Rahilin evinə gedib onu küçəyə çağırıb görüşüb ona əmisi oğlu Cavidlə danışıb bir yerdə mağazanın qarşısına gəlmələrini, onlarla işi olacağını demiş, Rahil də gedib əmisi oğlu Cavidi evdən çağırdıqdan sonra dördü birlikdə kənddə yol kənarına gəlmişlər. Orada o, Rahil və Caviddən xalası oğlu İsmayıla qarşı pozğun hərəkətlər etmələrinin səbəbini soruşmuş, onlar da İsmayıla qarşı pozğun hərəkətlər etmədiklərini bildirmişlər. O da bu barədə İsmayılın atası Zakirə barədə məlumat verəcəyini demişdir. Sonra Cavid onlardan aralaşıb getmiş, o, Rahil və Xəyal birlikdə Rahilin yaşadığı küçəyə getmişlər. Orada söhbət edən zaman kənd sakini Elməddin adlı şəxs onların yanına gəlmiş və söhbət zaman Elməddin demişdir ki, guya Natiq, Xəyal və Rahil küçədə bir qədər əvvəl piyada gedərkən onun ünvanına nalayiq söyüşlər söymüşlər və buna görə də o, bu məsələni aydınlaşdırmaq üçün onlarla görüşmüşdür. Onlar heç kimi söymədiyini demiş və ondan bunu kimin dediyini soruşanda Elməddin bunu ona Cahidin dediyini bildirmişdir. Elməddin getdikdən sonra bu məsələ ilə bağlı Rahil əmisi oğlu Cahidə zəng edib telefonda danışıb onunla mübahisə etmiş, həmin vaxt Rahil Cahidə vatsapla səs gondərib demişdir ki, “peysər sən niyə bizim Elməddini söymədiyimiz halda ona demisən ki, biz küçədə onu söymüşük”. Mübahisə zamanı Cahid Rahilə səs gondərərək “çox da söyüş söymə sənin bütün zibillərini açıg tökəcəm ortaya, Natiqə də deyəcəm” demişdir. Sonra Cahid ona səs atıb Rahilin və Cavidin xalası oğlu İsmayıla qarşı pozğun hərəkətlər etmələrini demiş, o da, Rahildən “mən soruşanda sən deyirdin İsmayıla qarşı heç nə etməmisən” demiş, Rahil də düzünü deyəcəyini bildirib İsmayıla qarşı özünün yox, əmisi oğlu Cavidin pozğun hərəkətlər etdiyini demişdir. Bundan sonra o, İsmayılın atası Zakirlə telefon əlaqəsi saxlayıb bildiklərini ona demiş, sonra xalası Aynurun evinə gedib Aynura da baş verənləri demişdir. Sonra Aynurla birlikdə Cavidin həyətinə getmişlər və orada söhbət zamanı Cavid heç nəyi boyun almamış, İsmayıla qarşı nalayiq hərəkət edən şəxsin Müzəffər olduğunu demişdir. Bundan sonra xalası Aynur polisə gedib hadisə barədə məlumat verib şikayət etmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs oğludur. Həmkəndliləri Cavidin və Rahilin oğlu İmayıla qarşı pozğun hərəkətlər etmələri ilə bağlı o, 01 sentyabr 2023-cü il tarixdə Qaragüney PB-nə şikayət etmişdir. 01 sentyabr 2023-cü il tarixdə əri Zakir ona zəng edib kənd sakinləri arasında xoşagəlməz söhbətlərin olmasını, oğlu İsmayıla qarşı pozğun hərəkətlər edilməsini demiş, həmin vaxt əri Dağıstana işləmək üçün getdiyindən o, polis bölməsinə gedib bu barədə məlumat verib şikayət ərizəsi vermişdir. Həmin günü bacısı oğlu Natiq də gəlib bu barədə ona danışmış və Natiqin deməsinə görə kənd sakinlərindən eşitmişdir ki, Cavid və Rahil oğluna qarşı əxlaqsız hərəkətlər etmişlər. Sonra o, Cavidin yaşadığı evə gedib onunla söhbət etmiş, lakin Cavid heç nəyi boyun almamışdır. Oğlu İsmayıldan bu barədə soruşduqda isə oğlu Cavidin və Rahilin ona qarşı əxlaqsız hərəkətlər etmələrini bildirmişdir. Bundan sonra o, məcbur qalıb bu barədə polisə şikayət etmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs oğludur. 01 sentyabr 2023-cü il tarixdə baldızı oğlu Şahid2 ona zəng edib oğlu Zərərçəkmiş şəxs qarşı kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 pozğun hərəkətlər etməsini bildirmişdir. Həmin vaxt o, Azərbaycan Respublikasından kənarda olduğundan arvadı Şahid4 zəng edib İsmayıla qarşı pozğun hərəkətlər olmasını və hadisə barədə hüquqmühafizə orqanlarına məlumat verməsini demişdir. Həmin gün arvadı Şahid4 həmkəndliləri Cavidin və Rahilin oğluna qarşı əxlaqsız hərəkətlər etmələri ilə bağlı 01 sentyabr 2023-cü il tarixdə Qaragüney PB-nə şikayət etmişdir. Bir müddət sonra o, xaricdən evə qayıtmış və bu məsələ ilə bağlı Şahid2 soruşanda Natiq Rahilin və Cavidin əmisi oğlu Cahid hadisənin olmasını təsdiq edən səs yazısını ona gondərmiş, o da həmin səs yazısını diskə köçürmüş və həmin səs yazısı da polisə təqdim edilmişdir. Həmin səs yazısında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlu Zərərçəkmiş şəxs qarşı seksual xarakterli pozğun hərəkətləri etmələrini Şahid1 özü də təsdiq etmişdir. İşdə olan, Şahid4 Ağəli qzının Sabirabad RPŞ-nə ünvanlanmış 02 sentyabr 2023-cü il tarixli ərizəsi ilə müəyyən edilir ki, Şahid4 azyaşlı oğlu Zərərçəkmiş şəxs qarşı həmkəndliləri Cavid Ənvər oğlunun və Rahil Sədyar oğlunun əxlaqsız (seksual) hərəkətlər etmələrindən şikayət edərək həmin şəxslərin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İşdə olan, “Baxış keçirilməsi haqqında” 02 sentyabr 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillə müəyyən edilir ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı Sabirabad rayonun Rüstəmli kəndinin ərazisidir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona qarşı seksual xarakterli hərəkətlərin edildiyi yerləri əyani olaraq göstərmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 22 sentyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı sağ bazunun orta 1/3-nin bayır səthində və sağ çiyin qurşağının arxa səthində çapıq toxumalar aşkar edildi. Həmin çapıqlar küt mexanizmdən əmələ gəlmiş, yaraların sağalmış izləri olub, sağ bazuda olan çapıq toxumanın törəmə müddəti 1-1,5 il, sağ çiyin qurşağındakının törəmə müddəti isə 3-6 aya uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İbadlı İbadlıda arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi, bu əlamətlər onunla dəfələrlə, uzun müddət ərzində gərginləşmiş kişi cinsiyyət orqanının düz bağırsağa yeridilməsi nəticəsində əmələ gələ bilərdilər. Anal dəlikdə və ətraf nahiyəsində hal-hazırda xəsarət və xəsarət izi aşkar olunmadığı üçün bu əlamətlərin dəqiq yaranma müddəti haqqında fikir söyləmək mümkün deyil. İşdə olan, “Telefon danışıqlarına dair məlumatlar yazılmış diskə baxış keçirilməsi haqqında” 08 sentyabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki, diskdə AUD- 20230910-WA0019 formatında olan faylın 11 saniyə olmaqla səs yazısından ibarətdir. Səs yazısında “Ba Natiq səəə özdə bir söz deyim baa Caviddə və Rahildə, baa ikisidə sənin xalan oğlun ha, xalan oğlu var aaa, aparıb evlərində … (cinsi əlaqədə olublar) haa sənə deyim mən, özdə qıçarası … (cinsi əlaqədə olublar) haa” məzmunlu ifadələr vardır. AUD- 20230910-WA0020 formatında olan faylın 04 saniyə olmaqla səs yazısından ibarətdir. Səs yazısında “Lapta düz demiyən peysərdi, səhv deyən peysərin balasıdı hə” məzmunlu ifadələr vardır. AUD-20230910-WA0021 formatında olan faylın 16 saniyə olmaqla səs yazısından ibarətdir. Səs yazısında “Belə də ki, kişinin başında, kişinin yanında baş kəsərlər, mən sənin olduğu şeyi mən gör Natiqgildən soruş gör mən demişəm onu, kişinin yanında belədi ki, baş kəsərlər bildin, sən kişisən əəə, sənin ağzında söz qalır əəə, səndən kişi olar əəə” məzmunlu ifadələr vardır. AUD-20230910-WA0022 formatında olan faylın 06 saniyə olmaqla səs yazısından ibarətdir. Səs yazısında “mənə fakt sübut danışmısan da sən, Cavid və sən, Cavid yox, sən danışmısan də faktı sən” məzmunlu ifadələr vardır. İşdə olan, məhkəmə-psixoloji ekspertizasının 30 oktyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs özündən uydurmaya meyillilik əlamətləri müəyyən edilmədi. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yonəlməsi). Emosional sabitlik, sadəlöhvlük, səthilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs hadisə zamanı hansı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətləri və emosional halından asılı olaraq qərarın təsviri hissəsində göstərilmiş ona qarşı ediləm hərəkətlər zamanı müqavimət göstərə bilərdi. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğun olduğundan həmin vaxt ona qarşı olan seksual hərəkətlərin mahiyyətini dərk edə bilərdi. İşdə olan, məhkəmə kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 31 yanvar 2024-cü il tarixli 232 №-li rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İşdə olan, məhkəmə kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 31 yanvar 2024-cü il tarixli 233 №-li rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İşdə olan, “Sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 19 aprel 2024-cü il tarixli il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işinin materiallarından X1 və X2 barəsində CM-nin 150.3.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edir. Belə ki, məhkəmə iş üzrə dindirilmiş Zərərçəkmiş şəxs, şahidlər Şahid5, Şahid4, Şahid1 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə və ibtidai istintaq zamanı verdikləri ifadələrində göstərilən xüsusatlar, yəni onların Zərərçəkmiş şəxs qarşı əxlaqsız və pozğun hərəkətlər etməmələri, bununla bağlı Zərərçəkmiş şəxs onların barəsində dediklərinin yalan və böhtan olması, 2023-cü ilin iyul ayının ortalarında onların Zərərçəkmiş şəxs ilə görüşməmələri və ona qarşı heç bir seksual hərəkətlər etməmələrinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs ifadəsi (həmin ifadəsində o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2023-cü ilin iyul ayının ortalarında ona qarşı seksual hərəkətlər etməmələrini göstərmişdir), şahidlər Şahid5, Şahid4, Şahid1 və Şahid2 fadələri, ekspert rəyləri, o cümlədən məhkəmə-tibbi ekspertizanın rəyi (həmin rəydə İbadlı İbadlıda arxa keçəcəkdə qeyri-təbii yolla cimsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməsi və bu əlamətlərin onunla dəfələrlə, uzun müddət ərzində gərginləşmiş kişi cinsiyyət orqanının düz bağırsağa yeridilməsi nəticəsində əmələ gələ bilməsi göstərilmişdir), habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən “Telefon danışıqlarına dair məlumatlar yazılmış diskə baxış keçirilməsi haqqında” protokolla (həmin telefon danışıqlarında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qarşı seksual hərəkətlər etməmələri təsdiq olunur) tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olan xüsusatlara aid hissələrini sübut və obyektiv həqiqət kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspert rəyləri və məhkəmədə elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2023-cü ilin iyul ayının ortalarında əlbir olan bir qrup şəxs halında on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə və zor tətbiq etməklə ona qarşı uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, “Nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 30 yanvar 2024-cü il tarixli qərarlarla müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamələrlə müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İşdə olan, Sabirabad rayonun Nizami kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 02 aprel 2024-cü il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Sabirabad rayonunun Rüstəmli kəndində qeydiyyatda olmaqla valideynlərinin himayəsində yaşayır. İşdə olan, Sabirabad rayonun Rüstəmli kənd T.Mirzəyev adına tam orta məktəbindən verilmiş 02 aprel 2024-cü il tarixlə xasiyyətnamə ilə müəyyən edilir ki, 2007-ci il təvəllüdlü Bəkişov X7 rayonun Rüstəmli kənd T.Mirzəyev adına tam orta məktəbin 10-cu sinifində təhsil almışdır. Təhsil aldığı müddətdə Təqsirləndirilən şəxs1 müəllimlərinə, sinif yoldaşları və digər məktəb yoldaşlarına qarşı qeyri-etik davranışı olmamışdır. Məktəbdə təhsil aldığı müddətdə potensal imkanları geniş olan şagird olmuşdur. Yoldaşları ilə münasibətdə mehriban, dərslərə davamiyyəti orta olmuş, 15 sentyabr 2023-cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək dərslərdə və məşğələlərdə iştirak etməmişdir. 30 oktyabr 2023-cü il tarixdə şagirdlərin elektron yerdəyişməsindən istifadə edərək Respublikanın digər məktəbinə yerdəyişmə etdiyi üçün adı məktəbin şagird kontigentindən çıxarılmışdır. İşdə olan, Saatlı rayonun T.İsmayılov adına Mircəlalkənd kənd tam orta məktəbindən verilmiş 04 oktyabr 2024-cü il tarixli arayışla müəyyən olunur ki, 2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 30 oktyabr 2023-cü il tarixdə Saatlı rayonun T.İsmayılov adına Mircəlalkənd kənd tam orta məktəbinin 10-cu sinfinə Sabirabad rayonun Rüstəmli kənd T.Mirzəyev adına tam orta məktəbindən yerdəyişmə etmiş, 2023-2024-cü tədris ilində arasıra məktəbə gəlmiş, hazırda məktəbin 11-ci sinifində təhsil almasına baxmayaraq 15 sentyabr 2024-cü il tarixdən məktəbə gəlmədiyi üçün qiymətləndirmə aparılmamışdır. İşdə olan, AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2007-ci ildə doğulmuşdur. Qeyd olunan cinayəti törədən vaxt (2023-cü ildə) Təqsirləndirilən şəxs2 16 yaşı olmaqla yetkinlik yaşına çatmayan olmuşdur. İşdə olan, Sabirabad rayonun Nizami kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 02 aprel 2024-cü il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Sabirabad rayonunun Rüstəmli kəndində qeydiyyatda olmaqla valideynlərinin himayəsində yaşayır. İşdə olan, Sabirabad rayonun Rüstəmli kənd T.Mirzəyev adına tam orta məktəbindən verilmiş 02 aprel 2024-cü il tarixlə xasiyyətnamə ilə müəyyən edilir ki, 2009-cu il təvəllüdlü Bəkişov X5 rayonun Rüstəmli kənd T.Mirzəyev adına tam orta məktəbin 9-cu sinifində təhsil almışdır. Təhsil aldığı müddətdə Təqsirləndirilən şəxs1 müəllimlərinə, sinif yoldaşları və digər məktəb yoldaşlarına qarşı qeyri-etik davranışı olmamışdır. Aşağı siniflərdə oxuduğu müddətdə dərslərə hazırlıqlı gəlmişdir. Dərslərə davamiyyəti orta olmuş, 15 sentyabr 2023-cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək dərslərdə və məşğələlərdə iştirak etməmişdir. 30 oktyabr 2023-cü il tarixdə şagirdlərin elektron yerdəyişməsindən istifadə edərək Respublikanın digər məktəbinə yerdəyişmə etdiyi üçün adı məktəbin şagird kontigentindən çıxarılmışdır. İşdə olan, Saatlı rayonun T.İsmayılov adına Mircəlalkənd kənd tam orta məktəbindən verilmiş 04 oktyabr 2024-cü il tarixli arayışla müəyyən olunur ki, 2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 30 oktyabr 2023-cü il tarixdə Saatlı rayonun T.İsmayılov adına Mircəlalkənd kənd tam orta məktəbinin 9-cu sinfinə Sabirabad rayonun Rüstəmli kənd T.Mirzəyev adına tam orta məktəbindən yerdjəyişmə etmiş, 2023-2024-cü tədris ilində arasıra məktəbə gəlmiş, X8 9-cu siniflər üzrə keçirdiyi buraxılış imtahanında iştirak etmədiyi üçün məktəbin 9-cu sinifindən azad edilmişdir. İşdə olan, AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2009-cu ildə doğulmuşdur. Qeyd olunan cinayəti törədən vaxt (2023-cü ildə) Təqsirləndirilən şəxs1 14 yaşı tamam olmaqla yetkinlik yaşına çatmayan olmuşdur. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, on səkkiz yaşına çatmayan şəxslər X4 hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndёirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan olmaları CMnin 59.1.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İşdə olan, Sabirabad rayonun Nizami kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 04 aprel 2024-cü il tarixli arayışla müəyyən olunur ki, xx xxxxx 2011-ci il təvəllüdlü İbadlı X3 rayonunun Rüstəmli kəndində qeydiyyatda olmaqla valideynlərinin himayəsində yaşayır. İşdə olan, AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs xx xxxxx 2011-ci ildə doğulmuşdur. Qeyd olunan cinayət törədilən vaxt (2023-cü ildə) Zərərçəkmiş şəxs 12 yaşı olmaqla azyaşlı olmuşdur. İşdə olan, Sabirabad rayonun Rüstəmli kənd T.Mirzəyev adına tam orta məktəbindən verilmiş 04 aprel 2024-cü il tarixlə xasiyyətnamə ilə müəyyən edilir ki, 2011-ci il təvəllüdlü İbadlı X3 rayonun Rüstəmli kənd T.Mirzəyev adına tam orta məktəbin 6-cı sinifində təhsil almışdır. Təhsil aldığı müddətdə Zərərçəkmiş şəxs müəllimlərinə, sinif yoldaşları və digər məktəb yoldaşlarına qarşı münasibəti mehriban olmuşdur. Aşağı siniflərdə oxuduğu müddətdə dərslərə hazırlıqlı gəlmişdir. Dərslərə davamiyyəti orta olmuş, 15 sentyabr 2023-cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək dərslərdə və məşğələlərdə iştirak etməmişdir. 13 noyabr 2023-cü il tarixdə şagirdlərin elektron yerdəyişməsindən istifadə edərək Bakı şəhəri 246 nömrəli Liseyin 6c sinfinə yerdəyişmə etdiyi üçün adı məktəbin şagird kontigentindən çıxarılmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onların CM-nin 150.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza həddində cəzalandırılması qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 84.2 və 85.1.4-cü maddələrinə əsasən X4 cinayət törətdikdə onlara cəza, o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər. Habelə həmin Məcəllənin 85.5 və 85.5.1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmə X4a on ildən çox olmayan müddətə təyin edilir, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar təyin olunmuş cəzalarınıümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarların şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxslərin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 85.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla ittiham olunduqları CM-nin 150.3.3-cü maddəsi ilə cəza təyin edərkən onlara təyin olunacaq cəza həddi on ildən çox olmayan müddətə təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və onlar məhkəmə iclas zalında dərhal həbs olunmalı, habelə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqlarından CM-nin 85.5.1-ci maddəsinə əsasən onlar təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 21 oktyabr 2024-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia verilməmiş, ekspertiza tədqiqatı xərcləri, maddi ziyan və maddi sübutlar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli tərbiyə müəssisələrində çəksin, cəzaçəkmə müddətinin əvvəli 21 oktyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli tərbiyə müəssisələrində çəksin, cəzaçəkmə müddətinin əvvəli 21 oktyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 üçün Penitensiar Müəssisəsinə keçirilib həbsdə saxlanmaları üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X11 göndərilsinlər. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-499/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-499/2024
21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver