Məhkəmə qərarları › İş №1(099)-499/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-499/2025

18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-499/2025 18.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədli Ənnağı Əbdül oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi - X19, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şirvan şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi vəzifəsində işləyən Qanuni nümayəndə və Şahid2 (bibisi), Zərərçəkmiş şəxsin nümayəndəsi - Bakı Şəhəri 15 Saylı Vəkil Bürosunun vəkili - Nümayəndə, Tərcüməçi - X14, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, subay, orta təhsilli, işsiz, azərbaycanlı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şirvan Şəhər Məhkəməsinin 4(032)-38/2025 sayl, 06 mart 2025-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X6 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Respublikası Cinayət Məcəlləsinin 149.2-1.1 və 150.2-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 dekabr 2025-ci il tarixdə, saat 17:50-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, 1 nömrəli məhkəmə iclas zalında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2021-ci ilin sentyabr ayından qeyri-rəsmi nikah münasibətində Şirvan şəhəri, Şəhidlər küçəsi, ev 62 ünvanında birgə yaşadığı Rusiya Federasiyasının vətəndaşı X3 xx.xx.2008-ci il təvvəllüdlü on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan qızı Zərərçəkmiş şəxs ilə cinsi ehtirasını pozğun formada təmin edərək ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmək məqsədilə 2022-ci ilin avqust ayının əvvələrində, Şirvan şəhəri, İstiqlaliyyət prospektində yerləşən gəzinti parkına onu gəzdirmək bəhanəsi ilə apararaq bir qədər gəzdirib insanların olmadığı yerə gətirib cinsi yaxınlığa zəmin yaratmaq məqsədilə onu sevdiyini bildirərək dodaqlarından öpüb döşlərini və bədənin müxtəlif nahiyyələrini əlləməyə başlamış, Zərərçəkmiş şəxs müqavimət göstərdikdə onun baş nahiyyəsinə yumruqlar endirərək sakit olmasını tələb etmiş və evə qayıtdıqdan sonra Nərgiz onunla aralarında olanları anası Viktoriya Xanverdiyevaya bildirsə də sonuncu buna əhəmiyyət verməmiş, 2022-ci ilin avqust ayının sonlarında həmin vaxt müvəqqəti olaraq anası, qardaşı və digər ailə üzvləri ilə birlikdə kirayədə yaşadıqları Şirvan şəhəri, Şəhidlər küçəsi, ev 62 ünvanında yerləşən fərdi yaşayış evində o, Nərgizlə tək qaldıqdan sonra cinsi ehtirasını təmin etməsi məqsədi ilə yataq otağında sonuncunun bədən nahiyələrini əlləməyə başlayaraq cinsi orqanını iradəsi əleyhinə ağzına götürməsini tələb etmiş, Zərərçəkmiş şəxs ona qarşı etdiyi seksual xarakterli hərəkətlərə qəti etiraz edərək müqavimət göstərdiyindən onun müqavimətini qırmaq üçün fiziki zor tətbiq etməklə baş nahiyyəsinə sillə və yumruqlar endirib köməksiz vəziyyətindən istifadə etməklə cinsi orqanını yetkinlik yaşına çatmamış şəxs olan Zərərçəkmiş şəxs ağzına yeritməyə nail olaraq sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib ehtirasını qeyri-təbii yolla təmin etmiş və 2022-ci ilin avqust ayından 2022-ci ilin dekabr ayının sonlarına qədər ona qarşı təkrarən dəfələrlə eyni qaydada seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan əlavə o, cinayət əməllərini davam etdirərək on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə təkrarən cinsi ehtirasını pozğun formada təmin etmək qərarına gəlib ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmək məqsədilə 2022-ci ilin dekabr ayının sonlarından 2023-cü ilin mart ayına qədər olan müddət ərzində kirayədə yaşadıqları ünvan 4 ünvanında olan zaman tək olmalarından istifadə edib Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq bədəninin müxtəlif nahiyələrini, həmçinin cinsiyyət üzvlərini əlləməklə və öz cinsiyyət orqanını sonuncunun ağzına zorla yeridərək seksual xarakterli zorakılıq hərəkətlər etmiş, həmçinin 11 fevral 2023-cü il tarixdə təxminən saat 20-21 radələrində sözügedən fərdi yaşayış evində Zərərçəkmiş şəxs yataq otağında paltarlarını soyunub onunla intim yaxınlıq etməyi tələb etmiş, sonuncu ona qarşı etdiyi seksual xarakterli zorakı hərəkətlərə qəti etiraz edib müqavimət göstərməsinə baxmayaraq Zərərçəkmiş şəxs müqavimətini qırmaq məqsədi ilə onu ölümlə hədələyərək paltarını soyundurmağa nail olub iradəsinə zidd olaraq köməksiz vəziyyətindən istifadə etməklə qəsdən cinsiyyət orqanını arxa keçəcək dəliyinə yeridərək yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla ehtirasını təmin edib ona qarşı təkrarən zor tətbiq edib ölümlə hədələyərək köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş və 2022-ci ilin dekabr ayının sonlarından 2023-cü ilin mart ayına qədər təxminən 7-8 dəfə onunla eyni şəraitdə qeyri-təbii yolla arxadan cinsi əlaqədə olaraq cinsi ehtirasını pozğun formada təmin etmişdir. Daha sonra o, 11 mart 2023-cu il tarixdə, gecə saat 02-03 radələrində X8 şəhər X11 evinə aparıb yerləşdirdikdən sonra təxminən saat 07-08 radələrində ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə qayıtdıqdan sonra on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi ehtirasını pozğun formada təmin edərək onunla cinsi əlaqədə olmaq məqsədilə yataq otağında Zərərçəkmiş şəxs paltarlarını soyunub onunla təbii yolla cinsi əlaqədə olmasını tələb etmiş, Zərərçəkmiş şəxs buna etiraz edərək müqavimət göstərərkən sonuncunun müqavimətini qırmaq məqsədi ilə zor tətbiq edib onun baş nahiyyəsinə şillələr vuraraq kiçik bacısı X10 ilə birlikdə onları öldürməsi ilə hədəliyərək paltarlarını soyunub qoltuğunun altını yalamağa məcbur etməklə ona qarşı zor tətbiq edib iradəsinə zidd olaraq köməksiz vəziyyətindən istifadə etməklə yetkinlik yaşına çatmamış şəxslə çarpayıda təbii yolla cinsi əlaqədə olub zorlayaraq ehtirasını təmin etmiş və xx.xx.2023-cü il tarixədək müxtəlif tarixlərdə onu təkrarən eyni qaydada dəfələrlə zorlayaraq təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra o, təkrarən cinayət əməllərini davam etdirərək on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi ehtirasını pozğun formada təmin edərək onunla cinsi əlaqədə olmaq məqsədilə Şirvan şəhəri, Şəhidlər küçəsi, ev 62 ünvanında yerləşən fərdi yaşayış evində 18 mart 2023-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs onunla təbii yolla cinsi əlaqədə olmasını tələb edib iradəsinə zidd olaraq köməksiz vəziyyətindən istifadə etməklə yetkinlik yaşına çatmamış şəxslə təbii yolla təkrarən cinsi əlaqədə olub zorlayaraq cinsi ehtirasını təmin etmişdir. Bundan sonra o, təkrarən cinayət əməllərini davam etdirərək xx.xx.2008-ci il təvvəllüdlü on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi ehtirasını pozğun formada təmin edərək onunla cinsi əlaqədə olmaq məqsədilə kirayədə yaşadıqları ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində 24 mart 2023-cü il tarixdə, gecə saatlarında Viktoriya Xanverdiyevanın spirtli içki qəbul edib tez yatmasından istifadə edib Zərərçəkmiş şəxs onunla təbii yolla cinsi əlaqədə olmasını tələb edərək iradəsinə zidd olaraq köməksiz vəziyyətindən istifadə etməklə yetkinlik yaşına çatmamış şəxslə təbii yolla təkrarən cinsi əlaqədə olub zorlayaraq ehtirasını təmin etmiş və 2023-cü ilin noyabr ayına qədər eyni ünvanda yaşadıqları müddət ərzində dəfələrlə sonuncunun köməksiz vəziyyətindən istifadə edərək zorlayıb təbii yolla cinsi əlaqədə olmaqla cinayətkar əməllərini davam etdirmişdir. Bundan sonra o, təkrarən cinayət əməllərini davam etdirərək yetkinlik yaşına çatmamış xx.xx.2008-ci il təvvəllüdlü Zərərçəkmiş şəxs ilə cinsi ehtirasını pozğun formada təmin edərək onunla cinsi əlaqədə olmaq məqsədilə kirayədə yaşadıqları ünvan 5 ünvanında yerləşən mənzildə 2024-cü ilin avqust ayından 2024-cü ilin dekabr ayının əvvəllərinə qədər mütəmadi olaraq evdə heç kimin olmadığı vaxtlarda, həmçinin Məryəm Xanverdiyevanın tez yatmasından istifadə edib Zərərçəkmiş şəxs onunla təbii yolla cinsi əlaqədə olmasını tələb edərək Zərərçəkmiş şəxs ilə təbii yolla ehtirasını təmin edib ona qarşı zor tətbiq edib özünü və bacısı Məryəm Xanverdiyevanı ölümlə hədələyərək köməksiz vəziyyətindən istifadə etməklə iradəsinə zidd olaraq təkrarən yetkinlik yaşına çatmayan şəxsi zorlamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 149.2-1.1 və 150.2-1.1-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Viktoriya Xanverdiyeva ilə “Tik-Tok”-da tanış olmuş, Viktoriya ilə görüşmək üçün onun yaşadığı Xırdalan şəhərində olan evə getmişdir. Həmin vaxtı o, Ukraynaya gedirmiş, Nərgizdə evdə olmuşdur. O, Ukraynadan qayıdandan sonra Viktoriya ona zəng edərək Nərgizin atası Natiqin onları evdən çölə buraxmadığını, onların sənədlərini özündə saxlayaraq onlara vermədiyini bildirmişdir. Bundan sonra Viktoriya, Nərgiz və Məryən Şirvan şəhərinə onun yanına gəlmişlər. O, Natiqə zəng edərək Viktoriyanın və uşaqların sənədlərini ondan almışdır. Nərgizlə münasibətləri yaxşı olmuş, onun mobil telefonu da olmuşdur. Nərgiz atası və bibiləri ilə telefonla danışmışdır. Bakı şəhərində yaşadıqları müddətdə avtoyuma məntəqəsində işləmiş, işə erkən saatlarda getmiş, saat 23:00-da işdən evə qayıtmışdır. Maddi vəziyyətləri çətin olduğu üçün Viktoriyanı Şirvan şəhərində olan doğum evinə taksi ilə saat 02:00-da aparmış, Nərgiz və Məryəm də onlarla birlikdə xəstəxanaya getmiş, anası da ora gəlmişdir. İstintaq vaxtı polislər onun şavlarını çıxartdırıb dubinka ilə hədələdikləri üçün o, məcbur qalıb deyilənlərlə razılaşmışdır. İstintaq vaxtı onun hüquqlarını müdafiə edən vəkil ona polislərə qarşı getməməyi dediyi üçün ondan imtina etmişdir. O, Nərgizlə pakra heç vaxtı getməmiş, yalnız bir dəfə anası ilə birlikdə getmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, Nərgiz bibiləri ilə danışandan sonra ona qarşı münasibəti dəyişmişdir. Nərgizin nəyə görə ona qarşı belə ifadə verdiyini səbəbini bilmir, düşünür ki, Nərgizi belə ifadə verməyə bibiləri və atası öyrədib. Viktoriya spirtli içki içmir, lakin istintaq zamanı ona elə ifadə verdiriblər ki, guya o spirtli içki içəndi. Nərgizin atası Namiq qızına zəng edib onu söyürmüş. Nərgizin qızlığı Xırdalanda yaşadıqları vaxtlarda pozulub, bu barədə bibisi Yaganənin məlumatlı olsa da gizlətmişdir. Nərgizə qarşı zorakılıq hərəkətləri etməmiş, onun qarşısında heç vaxtı soyunmamış, spirtli içki içməmiş, qolunun altında kəsik və tatto var, evdə maykada olduğu vaxtı Nərgiz qolunun altında olan kəsiyi görə bilərdi. Polis əməkdaşlarından qaçıb gizlənməmiş, kor bağırsağından cərrahi əməliyyat olunarkən bir gün xəstəxanada qalmış, hansı gün əməliyyat olunduğunu dəqiq xatırlamır. X9 məhkum olunduğu üçün polislərin çağırışına getməmiş, burda da polisin çağırışa getməmişdir. Viktoriyanı xəstəxanaya yerləşdirdikdən sonra dərhal Bakı şəhərinə qayıtmışdır. Əhmədli qəsəbəsində kirayə yaşadıqları ev bir otaqdan ibarət olmuşdur. Üzləşdirmə zamanı ifadə verməməsinə səbəb xəstə olması və müqavilə əsasında onun hüquqlarını müdafiə edən vəkilin ona ifadə verməkdən imtina etməsi ilə bağlı tapşırığının olması olmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində 04 mart 2025-ci il tarixdə dindirilərkən ifadəsində göstərmişdir ki, o, Viktorianı təxminən 2018-ci ildən tanıyır. Viktoria ilə “Tik-Tok” sosial şəbəkəsində tanış olmuş, Viktoria ilə tanış olanda onun əri ilə münasibətlərinin yaxşı olmadığını ona bildirmişdir. Viktoria ilə uzun müddət “Tik-Tok” sosial şəbəkəsində və telefon vasitəsilə əlaqə saxlamışdır. Viktoria onun yoldaşının passportunu alaraq özü ilə Rusiya Federasiyasına apardığını, özünü də əri Namikin anasının evində qalmağa məcbur etdiyini ona bildirmişdir. O, Viktoriaya pasportunu əri Namiqdən ala biləcəyini bildirmişdir. 2021-ci ildə Viktoria zəng edərək Şirvana onun yanına gəlmək istədiyini bildirmişdir. O da Viktoriyaya gəlməsini demişdir. Viktoria Bakı şəhərindən taksi ilə Şirvan şəhərinə gəlmişdir. O da Şirvan şəhərində Viktorianı qarşılamışdır. Viktoria Şirvan şəhərinə 2 qız övladı ilə gəlmişdir. O, Viktoria ilə uşaqlarını götürərək qardaşı Əlinin Şirvan şəhəri, “kənd evləri” yaşayış massivində yerləşən həyət evinə gəlmişlər. 3- 4 gün orda qaldıqdan sonra qardaşı Əli ona Nərgizi geri Bakıya qaytarmağını, onsuz gəlib qala biləcəklərini bildirmişdir. 3-4 gün qardaşı Əlinin yaşadığı evdə qaldıqdan sonra Şirvan şəhərində 21 nömrəli tam orta məktəbin yanında kirayə ev tutaraq oraya yerləşmişlər. Qeyd etdiyi ünvanda 5 ay, Şirvan şəhərində 21 nömrəli məktəbin yaxınlığında kirayədə 2-3 ay qaldıqdan sonra Bakı şəhəri, 8-ci mikrorayon ərazisində kirayə ev tutaraq ora köçmüşlər. İlk dəfə təxminən 2023-cü ilin əvvəllərində Nərgiz ilə cinsi münasibətdə olmuşdur. Nərgiz ilə arxa keçəcəkdən münasibətdə olmuşdur. Lakin o, Nərgizə zor tətbiq eləməmişdir. O, spirtli içki içərkən Nərgizdə onunla spirtli içki içmişdir. Nərgiz spirtli içki içdikdən sonra onunla könüllü cinsi əlaqədə olmaq istəmişdir. 2023-cü ilin mart ayında Viktoria hamilə olduğu üçün Şirvan şəhər Mərkəzi Xəstəxanasına gəlmiş və Viktoria həmin xəstəxanaya yerləşdirilmişdir. Viktoria ilə onun Ramiz adında oğlan uşağı dünyaya gəlmişdir. Həmin ərəfələrdə Şirvan şəhəri “kənd evləri” yaşayış massivində kirayə ev tutmuş və oraya köçmüşlər. 2023-cü ilin mart ayında 2-ci dəfə Nərgiz ilə münasibətdə olmuşdur. Həmin vaxt o da Nərgiz də spirtli içkinin təsiri altında olduqları üçün Nərgizlə arxa keçəcəkdən və yaxud ön cinsiyyət hissəsindən cinsi münasibətdə olmağı yadında qalmamışdır. Həmin vaxt Nərgiz özü onunla cinsi münasibətdə olmaq istəmişdir. O, Nərgizə qarşı zorakılıq etməmişdir. Bundan sonra bir dəfə də Bakı şəhərində 5 ay kirayə qaldıqdan sonra yenidən Şirvan şəhərinə gələrək kirayə qalmışlar. 3-cü dəfə 2024-cü ilin sonlarında Şirvan şəhərində kirayə qaldıqları evdə Nərgiz ilə arxa keçəcəkdən cinsi münasibətdə olmuşdur. Hər dəfə Nərgizin öz istəyi ilə birlikdə olmuşlar. Sonuncu dəfə isə 2024-cü ilin sonlarında Nərgiz ilə 4-cü dəfə arxa keçəcəydən cinsi əlaqədə olmuşlar. Nərgiz həmin gün onun içdiyi spirtli içkidən içmişdir. Yenə də Nərgiz ilə münasibətdə olmalarını Nərgiz özü ondan istəmişdir. O, Nərgizin spirtli içkidən istifadə etdiyini bilmiş, lakin bu barədə anası Viktoriaya heç bir məlumat verməmişdir. 2024-cü ilin dekabr ayında Nərgiz yenidən onunla cinsi əlaqədə olmaq istəmişdir. Lakin o, Nərgizə artıq buna son qoymaq lazım olduğunu bildirmiş və Nərgiz ilə cinsi münasibətdə olmaq istəməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, Nərgiz ilə zor tətbiq edərək, döyərək cinsi əlaqədə olmamışdır. Nərgizin könüllü istəyi ilə onunla münasibətdə olmuşdur. Viktoria onun Nərgiz ilə cinsi əlaqədə olmağı barədə heç nə bilməmişdir. O da Viktoriaya bu barədə və Nərgizin spirtli içki içməyi barədə heç bir məlumat verməmişdir. Onun Nərgiz ilə cinsi əlaqədə və arxa keçəcəkdən münasibətdə olmağını Viktoriya bilməmişdir, eləcə də o, Viktoriyaya hədə-qorxu gəlməmişdir.(cild 1, i.v.92-94) İfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs, heç bir zaman Zərərçəkmiş şəxs ilə intim həyat yaşamadığını və cinsi əlaqədə olmadığını, 04 mart 2025-ci il tarixdə Şirvan ŞPŞ-də etmədiyi əməli etiraf etməsi üçün, ona qarşı fiziki zorakılıq göstərildiyindən və döyüldüyündən, məcbur qalıb Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğunu yalandan etiraf etmiş, zərərçəkmiş şəxsə qarşı heç bir vaxt seksual xarakterli hərəkətlər etməmiş, Nərgiz ilə heç bir vaxt cinsi əlaqədə olmamış, müdafiəçisinin ona üzləşmədə ifadə verməsi uçun şərait yaradacaqlarına söz verməsi səbəbindən, ifadə verməməyə razılaşdığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə göstərmişdir ki, zərərçəkmiş şəxs ilə heç vaxt cinsi əlaqədə olmamış və günahsızdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında heç bir zaman Zərərçəkmiş şəxs ilə intim həyat yaşamadığını və cinsi əlaqədə olmadığını, 04 mart 2025-ci il tarixdə Şirvan ŞPŞ-də etmədiyi əməli etiraf etməyi üçün, ona qarşı fiziki zorakılıq göstərildiyindən və döyüldüyündən, döyülməkdən bezdiyi üçün məcbur qalıb Zərərçəkmiş şəxs ilə arxadan cinsi əlaqədə olduğunu yalandan etiraf etməsini, Zərərçəkmiş şəxs qarşı hər hansı vaxt seksual xarakterli hərəkətlər etməməsini, Nərgiz ilə heç bir vaxt cinsi əlaqədə olmaması ilə bağlı hissədə verdiyi ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında və ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, 06 mart 2025-ci il tarixdə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında müdafiəçinin iştirakı ilə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zamanı zərərçəkmiş şəxs ifadəsini təsdiq edərək təqsirləndirilən şəxsin üzünə zor tətbiq edərək onunla 100 dəfədən çox cinsi münasibətdə olduğunu və spirtli içki qəbul etməyə məcbur etdiyini demişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab verməkdən imtina etmişdir.(cild 1, i.v 127-130) Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında elan edilərkən tədqiq edilmiş Şirvan Şəhər Məhkəməsinin 4(032)-38/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərarının məzmunundan görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, ibtidai istintaqda vermiş olduğu ifadəsini məcburiyyət qarşısında qalaraq imza etmişdir. Etiraf edir ki, zərərçəkmiş şəxs ilə bir evdə yaşayıb, onun özü cinsi zəifliyi olduğundan onunla zərərçəkmiş şəxs arasında heç bir intim əlaqə olmamışdır. Müdafiəçi istintaq hərəkətlərində iştirak etdiyini, təqsirləndirilən şəxsin üzəri toz-torpaq olduğu üçün nə baş verməsini soruşduğunu, lakin bununla bağlı ona konkret cavab verilmədiyini, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin öz istəyi ilə olmasını bildirmişdir. Konfidensial görüş əsnasında əməliyyatçılar tərəfindən döyülməsini, aidiyyəti üzrə şikayət edəcəyini, təqsirləndirilən şəxsin üzləşdirmə zamanı ifadə vermək istəmədiyini, zərərçəkmiş şəxslə aralarında olan münasibət qızın təşəbbüsü ilə könüllü şəkildə olduğunu, hazırda zərərçəkmiş şəxsin bibisinin himayəsində olduğundan anasına qarşı qərəzlidir. (cild 1, i.v. 119-126) Məhkəmə tərkibi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində verdiyi etirafedici ifadəsi, üzləşdirmə istintaq hərəkəti zamanı habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, ekspertiza və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, anası Viktoriya ona İsrəfilin evinə gedəcəklərini dedikdə ona etiraz etsə də nəticəsi olmamışdır. 18 sentyabr 2021-ci ildə onlar Şirvan şəhərinə İsrəfilin evinə getmişlər. Əvvəlcə evdə münasibətlər normal olmuş, sonradan İsrəfil anasına əl qaldırdığı üçün ona etiraz etdikdə İsrəfil onu da döymüşdür. Bundan sonra İsrəfilin onlarla münasibəti çox pis olmuşdur. 21 sentyabr 2022-ci ildə İsrəfil onu parkda insanların olmadığı yerə aparmış, öpmüş və əlləmiş, İsrəfilə bu barədə anasına deyəcəyini dedikdə, ona əhəmiyyət verməmişdir. Parkdan qayıtdıqdan sonra anasına olanları dediyi üçün onların arasında dava düşmüşdür. Bir müddət keçdikdən sonra İsrəfil onu cinsiyyət orqanını ağzına almağa məcbur etmiş, bu hərəkətlər 11 mart 2023-cü ilədək davam etmişdir. Anası hamilə olduğundan 11 mart 2023-cü il tarixdə, saat 02:00-03:00 radələrində ağrıları başlamış, İsrəfil taksi çağırıb anasını Şirvan şəhərinə doğum evinə aparmış, o, bacısı ilə birlikdə kirayə yaşadıqları evdə yatmışlar. Səhər saatlarında İsrəfil evə qayıdaraq onu yanına çağırmış və ondan soyunmasını istəmişdir. O, bilmişdir ki, İsrəfilə yox desə mənası olmayacaq, yenə də ona qarşı istədiyini edəcək, ona görə də bu gün yox sabah eləmələrini demiş, düşünmüşdür ki, evdən bacısı ilə birlikdə qaçar. İsrəfil israr etdiyi üçün məcbur qalıb ona istəmədiyini dedikdə onun başından əli ilə vurmuşdur. Həmin vaxt bacısı yerində uzanmış vəziyyətdə onlara baxmış, İsrəfil bacısına üzünü o tərəfə çevirməsini, onun isə soyunmasını tələb etmişdir. O, da məcbur qalıb soyunmuş, İsrəfildə soyunaraq cinsi ehtirasını oyatmaq üçün ondan qolunun altını yalamasını tələb etmiş, bu hərəkəti ona qarşı ilk dəfə etmişdir. 14 marta kimi gündə iki dəfə, daha sonrakı günlərdə gündə bir dəfə cinsi münasibətdə olmuşlar, sonra analarının yanına Şirvan şəhərinə getmişlər. O, olanları dərhal anasına demişdir. İsrəfil onunla həmişə kobud davranmış, hər dəfə imtina etdikdə onun başından vurmuş, bacısının yanında onu bıcaqla öldürəcəyi ilə hədələmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, anasının “Tik-Tok”da danışdığı şəxsin kimliyini əvvəllər bilməsə də, sonradan anası danışdığı şəxsin adının İsrəfil olduğunu, onunla dost olduğunu bildirmişdir. Bir müddət sonra anası ona bildirmişdir ki, İsrəfili sevir, ona görə də Şirvan şəhərinə onunla birlikdə yaşamağa getməli olduqlarını demişdir. İsrəfilin onların Xırdalan şəhərində olan evlərinə gəldiyini görmüşdür. İsrəfil onları Şirvan şəhərində qarşılayaraq anasının yaşadığı fərdi yaşayış evinə aparmışdır. Həmin evdə İsrəfildən başqa anası, qardaşı və qardaşının yoldaşı da yaşamışdır. İsrəfil onu parka piyada aparmış, anası və bacısı evdə qalmışdır. Əvvəllər də İsrəfil onu tək pakra aparmış, lakin həmin vaxtlar onu öpüb əlləməmişdir. İsrəfil parkda onu sevdiyini demiş, bir qədər sonra əsəbi halda ona gözlərini yummasını, bir şey göstərəcəyini demişdir. O, da qorxmuş və gözlərini yumarkən düşünmüşdür ki, nəsə olubdur. İsrəfil həmin vaxt onu öpmüş, ona etiraz etdikdə onun başından vurmuş, arxasını və döşlərini əlləmişdir. Pakdan evə qayıdanda İsrəfil evdə olduğundan anasına olanları deyə bilməmiş, İsrəfil mağazaya getdikdən sonra olanları anasına danışmış, anası onun sözlərini eşitdikdə şoka düşmüş, İsrəfil evə gəldikdə ona iradını bildirdiyi üçün aralarında dava düşmüşdür. Son vaxtlar anasına şikayət etdikdə isə ona əlindən heç nə gəlmədiyini bildirmişdir. Bir dəfə isə dediklərini sübut etməsini ondan istədiyi üçün İsrəfilin səsini telefona yazmışdır. Anası səsə qulaq asdıqdan sonra səsin polisə şikayət etmək üçün yetərli olmadığını bildirmişdir. Şirvan şəhərində bir müddət qaldıqdan sonra yeni il ərəfəsində Bakı şəhərinə köçmüşlər. İsrəfil onunla ilk dəfə Əhmədli qəsəbəsində kirayədə yaşadıqları evdə cinsi əlaqədə olmuşdur. Şirvan şəhərinə getdikdən sonra İsrəfil onu öpmüş, əlləmiş və sonra da onun cinsiyyət orqanını ağzına almağa məcbur etmişdir. Anası evdə olduğu vaxtlarda İsrəfil onu hər dəfə harasa göndərmiş, sonra ona qarşı o hərəkətləri etmişdir. İsrəfilə etiraz etdikdə və ya polisə şikayət edəcəyini dedikdə onu plastmas su turbası ilə döymüş və polisdə tanışlarının olduğunu bildirmişdir. İsrəfil onu turba ilə döyəndə, İsrəfilin anası həmin vaxt Türkiyədə olsa da qardaşı və onun arvadı evdə olmuşdur. Qardaşı arvadı ona bu barədə söz də atmışdır. İsrəfil onunla ilk dəfə Əhmədli qəsəbəsində kirayə yaşadıqları evdə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur, həmin vaxt anası evdə olmamış, qonşuluqda yaşayan uşaqlara rus dili öyrədirmiş. O, anasından hara gedirsə özü ilə onu da aparmasını istəsə də İsrəfil anasına onu özü ilə aparmasına icazə verməmişdir. İsrəfil onunla hər iki-üç gündən bir, elə olurmuş ki, gün aşırı qeyri-təbii və ya təbii yolla cinsi əlaqdə olurmuş. Sonuncu dəfə İsrəfil onunla cinsi münasibətdə bibisigilin yanına getməmişdən 3-4 gün əvvəl olmuşdur. İsrəfil ona və anasına birlikdə olmağı da təklif etmişdir. Onun 24 avqust 2022-ci il tarixə kimi sadə “Samsung” markalı mobil telefonu olsa da, mobil nömrəsi olmamışdır. Onlar İsrəfillə 3 (üç) il 3 (üç) ay bir yerdə yaşamışlar. İsrəfilə etiraz etdiyi üçün onun telefonunu sındırmışdır. 11 dekabr 2024-cü il tarixdə Bakı şəhərinə getdikdən sonra başına gələnləri bibisinə danışmışdır. İsrəfilin qolunun atında düz (şram) çapığ olduğunu xatırlayır. Daha sonra bildirmişdir ki, İsrəfildən şikayətçidir, ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Nərgiz onun qardaşının qızıdır. Bacısı Yeganə ona zəng edərək Viktoriyanın uşaqları özü ilə götürərək evdən getdiyini, bu barədə məktub yazıb qoyduğunu dediyi üçün işdən evə qayıtmış, anasının və bacısının ağladıqlarını görmüşdür. Viktoriya məktubda onu axtarmamağı, hamilə olduğunu, oğlan uşağı doğacağını və xoşbəxt olduğunu yazmışdı. Onlar düşünmüşdür ki, Viktoriya uşaqlarla birlikdə Rusiyaya gedəcək, ona görə də Bakı şəhərində onları axtarsalar da tapa bilmədikləri üçün bu barədə polisə müraciət etmişlər. Daha sonra Viktoriya anasına zəng edərək Lənkəranda yaşadığını və xoşbəxt olduğunu demişdir. Viktoriya İsrəfil ilə birlikdə çəkdikləri şəkilləri bacısı Yeganəyə göndərmişdir. Özü araşdırma aparmış və müəyyən etmişdir ki, Viktoriya uşaqlarla birlikdə Şirvan şəhərində yaşayır. Daha sonra polis əməkdaşlarının köməyi ilə uşaqlarla görüşmüşlər və Nərgiz onlarla birlikdə getmək istədiyini bildirmişdir. Nərgizin “Tik-Tok”a qoyduğu videodan başa düşmüşlər ki, o, qorxur və dəhşət içindədirlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (bibisi) Şahid2 ifadəsində bildirmişdir ki, qardaşı Natiq Rusiyada yaşayır. 2019-cu ildə qardaşı ailəsi ilə birlikdə Azərbaycana qayıtmışdı. Bir müddət sonra qardaşı yenidən Rusiyaya geri qayıtsa da ailə üzvləri onlarla bir həyətdə olan evdə yaşamağa davam etmişlər, həyətlərində üç evləri var. Pandemiya səbəbindən qardaşı Azərbaycana qayıtmaq üçün sərhəddə gəlmiş, bu barədə məlumatlı olan Viktoriya uşaqları götürərək evdə qaçmışdır. Viktoriya evdən qaçdığı gün anası səhər saatlarında əlində kağız ona yaxınlaşaraq kağızda nə yazıldığını ondan soruşmuşdur. Viktoriya məktubunda xoşbəxt olduğunu onu axtarmamalarını yazmışdı. Bu barədə qardaşına da zəng vurub məlumat vermişlər. Daha sonra Viktoriyanın mobil nömrəsinə zəng edib onunla danışmışdır. 2024-cü ilin oktyabr ayında bilmişlər ki, Viktoriya uşaqlarla birlikdə Şirvan şəhərində yaşayır. Nərgizi ilk dəfə 11 dekabır 2024-cü ildə Şirvan şəhərində polislərin yanında görmüş, o tarixə kimi Nərgizlə əlaqə qura bilməmişdir. Nərgiz başına gələnləri barədə bacısı Səbinəyə danışmışdı. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Nərgiz onun qızı, təqsirləndirilən şəxs İsrəfil isə onun həyat yoldaşıdır. Yaşadığı evdə tez-tez münaqişə olduğundan o, 21 sentyabr 2021-ci ildə uşaqları ilə birlikdə gecə saatlarına yaşadığı evdən getmişdir. Getməyə başqa yeri olmadığından “Tik-Tok”dan tanıdığı İsrəfilə zəng etmiş, İsrəfili onunla əvvələr danışarkən ona nə vaxt kömək lazım olsa ona deməsini bildirmişdi. Ona görə də taksi ilə Şirvan şəhərinə İsrəfilin yanına getmişlər. O, hamilə olduğu üçün İsrəfil Nərgizə artıq böyük qız olduğunu, ev işlərinə ona kömək etməsini demişdir. Nərgiz də ona İsrəfil kimdir ki, ona göstəriş verir bildirmişdir. Nərgiz ondan bacısı Məryəmlə birlikdə Rusiyaya getmələrini istəmişdir. Onların sənədləri özlərində olmadığından başqa yerə gedə bilməmişlər. O, Nərgizə demişdim ki, İsrəfil onun əridir, deməli ona da ata kimidir və ondan ev işlərini görməyi tələb edə bilər. Nərgiz bu sözlərə görə onlardan küsmüşdür. O, İsrəfilin Nərgizi döyməsini, zorlamasını, ona qarşı əxlaqsız hərəkətlər etməsinin şahidi olmamışdır. Nərgizin bibiləri ilə onun arasında mübahisə Nərigizə görə baş verirmiş, Nərgizi düzgün tərbiyə etmədiyini deyirdilər. Şirvan şəhərinə gələndən sonra Səbinə onunla telefonla danışarkən ona demişdir ki, təqribən 7 il əvvəl Nərgizi Xırdalan şəhərində oxuduğu məktəbin stadionunda əli qolu bağlı şəkildə tanımadığı şəxs tərəfindən zorlanmışdır. Nərgizin stadionda zorlanması ilə bağlı məlumatı olmadığı üçün polisə mraciət etməmişdir. Şirvan şəhərinə doğum evinə İsrəfil ilə birlikdə getmişlər. Onlar uşaqları İsrəfilin qardaşının evinə qoyduqdan sonra doğum evinə getmişlər. İsrəfil onu doğum evinə qoyduqdan sonra Bakı şəhərinə işinə görə qayıtmışdır. Uşaq doğulandan sonra onlar təqribən iki həftə İsrəfilin qardaşının evində qaldıqdan sonra Bakı şəhərinə getmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanunu nümayəndəsi və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, 12 dekabr 2024-cü il tarixdə Şahid1 DİN-nin 102 Xidməti- Zəng Mərkəzi sisteminə zəng edərək 1 il əvvəl 15 yaşlı qardaşı qızı Nərgizi anası Viktoriya ilə qeyri-rəsmi münasibətdə yaşayan Təqsirləndirilən şəxs zorlaması, onunla birlikdə anasını və bacısı 11 yaşlı Məryəmi şiddətə məruz qoyması, döyməsi, məktəbdən yayındırması barədə məlumat vermişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qeyri-rəsmi münasibətdə yaşadığı X1 xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı 11 mart 2023-cü il tarixdə zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. Fakta görə Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir.(cild 1, i.v.1) -Zərərçəkmiş şəxs 13 dekabr 2024-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Şirvan Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək anası Viktoriya ilə qeyri-rəsmi münasibətdə yaşayan Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə zor tətbiq etməklə onunla cinsi əlaqədə olmuşdur.(cild 1, i.v.5) -“Götürmə aparılması haqqında” 13 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Nərgiz Xankişiyeva hadisə vaxtı əynində olmuş paltarlar - 01 ədəd yaşıl rəngili idman şalvarı və 01 ədəd açıq çəhrayı rəngli qısaqol köynəyi təqdim etmiş paltarlar ayrıayrılıqda qablaşdırılaraq götürülmüşdür.(cild 1, i.v.8-9) -“Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 24 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 1, i.v.48) -“Şübhəli şəxs qismində tanınması, barəsində axtarış elan olunması haqqında” 06 yanvar 2025-ci il tarixli rərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tanınmış və barəsində axtarış elan edilmişdir.(cild 1, i.v.57) -“Məhkəmə-tibbi ekspertizası”nın 07 yanvar 2025-ci il tarixli, 595 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində heç bir xəsarət aşkar olunmadı. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, müddəti müayinədən iki həftə və artıqdır, dəqiq müddət müəyyən etmək mümkün hesab olunmur. Qızlıq pərdəsində ağımtıl rəngli çapıqlar, uşaqlıq yolunun girəcəyinin genişlənməsi və.s. bunu sübut edən əlamətlər hesab olunur. Zərərçəkmiş şəxs ilə arxa keçəcək vasitəsilə tək-tək cinsi əlaqədə olunması inkar olunmur, müddəti 2 həftəyə qədərdir, müayinədən 5-7 gün əvvələ uyğun gəlir. Sfinktorun tonusunun zəifləməsi, düz bağırsağın selikli qişasında çat və qızartının olması bunu sübut edən əlamətlərdən hesab olunur. Zorlama hüquqi məfhum olduğu üçün onun qiymətləndirilməsi məhkəmətibbi ekspertinin səlahiyyətinə aid deyildir. Zərərçəkmiş şəxs zöhrəvi xəstəliyə və insan immun çatışmazlığı virusuna yoluxma əlamətlərinin müayinəsinin nəticələri mənfi olmuşdur.(cild 1, i.v.66-68) -“Komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın 28 dekabr 2024-cü il tarixli, 3825 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs adaptasiya pozuntusu ilə şərtlənmiş depressiv reaksiya aşkar olunur. Zərərçəkmiş şəxs qeyd olunan psixi pozuntu onu iş üçün əhəmiyyət daşıyan halları düzgün qavramaq, xatırlamaq və təsvir etmək imkanından məhrum etmir. Zərərçəkmiş şəxs hadisə dövründə özünü idarə edə bilmiş, ona qarşı edilən hərəkətləri qavramışdır. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb olunduğundan onun anlaqlı/anlaqsız olduğu müəyyən edilə bilməz. Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb olunduğundan onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilməz. Zərərçəkmiş şəxs yaşayış yeri üzrə ambulator qaydada psixiatrın və psixoloqun müayinə və müalicəsinə ehtiyacı var. Zərərçəkmiş şəxs baş vermiş hadisənin mahiyyəti üzrə düzgün izahat vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə bağlı olmayan gerilik əlaməti müşahidə olunmur. Zərərçəkmiş şəxs ona qarşı seksual xarakterli məcburi hərəkətlər törədilərkən psixi-emosional halında situasiya ilə əlaqədar qorxu, həyəcan yaranmışdır. Zərərçəkmiş şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır. Zərərçəkmiş şəxs emosional vəziyyətindən asılı olaraq ona qarşı törədilən əməlin mahiyyətini tam dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs baş vermiş hadisənin mahiyyəti üzrə düzgün izahat vermək qabiliyyətinə malikdir.(cild 1, i.v.70-74) -“Axtarışda olan şəxsin tutulması haqqında” 04 mart 2025-ci il tarixli protokoldan görünür ki, Əliyev X16 Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri ərazisində yeri müəyyən edilməklə tutularaq aidiyyəti üzrə Şirvan ŞPŞ-nin İB-nə təhvil verilmişdir.(cild 1, i.v.76) -“Şübhəli şəxsin tutulması haqqında” 04 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2025-ci il tarixdə saat 23:32-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.87) -“Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 06 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 153.1ci maddəsindən həmin Məcəllənin 152.4.1-ci maddəsinə tövsif edilmişdir.(cild 1, i.v.104) -“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və Şirvan Şəhər Məhkəməsinin 4(032)-38/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v.106-107, 119-126) -“Üzləşdirmə keçirilməsi haqqında” 06 mart 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, zor tətbiq edərək onunla 100 dəfədən çox cinsi münasibətdə olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab verməkdən imtina etmişdir. (cild 1, i.v.127-130) -“Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 20 iyun 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs Şirvan şəhəri, Şəhidlər küçəsi, ev 62 ünvanında baş vermiş hadisələri əyani qaydada göstərməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.(cild 1, i.v.165-169) Məhkəmə istintaqında elan edilərkən tədqiq edilmiş Şirvan Şəhər Məhkəməsinin 4(032)-38/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərarının məzmunundan görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, özü cinsi zəifliyi olduğundan onunla zərərçəkmiş şəxs arasında heç bir intim əlaqə olmadığını qeyd etsə də, “Məhkəmə-tibbi ekspertizası”nın 23 may 2025-ci il tarixli, 191 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi əlaqədə olmaq qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olaraq hər hansı bir patologiya, anomaliya aşkar edilməmişdir. (cild 1, i.v.196-199) Həmçinin, məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 və təqsirləndirilən şəxsin ifadəsi ilə müəyyən edilmişdir ki, onların faktiki nikahından bir uşağı olmuşdur. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin cinsi zəif olması səbəbindən onun zərərçəkmiş şəxslə heç bir intim əlaqədə ola bilməyəcəyi ilə bağlı gətirdiyi dəlillər əsassızıdır. -“Baxış keçirilməsi haqqında” 08 iyul 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs hadisələrin bir qisminin baş verdiyi ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evini göstərmiş və həmin evə baxış keçirilmişdir.(cild 1, i.v.211-214) -“Cinayət işi üzrə əməlin tövsif edilməsi və aidiyyəti üzrə göndərilməsi haqqında” 11 iyul 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsindən həmin Məcəllənin 149.1-ci maddəsinə tövsif edilmiş və cinayət işi aidiyyəti üzrə Şirvan şəhər prokurorluğuna göndərilmişdir.(cild 1, i.v.223-225) -“Götürmə aparılması və baxış keçirilməsi haqqında” 23 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi diskdə olan bir ədəd videogörüntüyə baxış keçirilən zaman, videogörüntü 4 dəqiqə 53 saniyədən ibarət olmaqla, video başladıqda döşəmənin lentə alındığı görünür. Daha sonra Zərərçəkmiş şəxs telefonu cibinə qoyur və hərəkət etməyə başlayır. Ətrafdan müxtəlif növ səslər gəlir. Bir neçə saniyə sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yanına gəlir və onunla söhbət etməyə başlayır, həmçinin birlikdə yeriyirlər. İlkin danışıqlarında səs zəif olduğu üçün deyilən sözlərdən heç bir şey başa düşülmür. Videonun son 50 saniyəsində danışıqlar aydın formada eşidilir. Tərcüməçi tərəfindən rus dilində olan danışıqlar tərcümə edilir. Dialoq aşağıdakı kimidir: Nərgiz: Yatmaq istəyirəm məni rahat burax.; İsrəfil: Yaxşı gedək.; Nərgiz: Yox, yoxxx.; İsrəfil: Qorxma, qorxma. Narahat olma elə belə göstərəcəm.; Nərgiz: Bacarmaram. İstəmirəm, istəmirəm.; Daha sonra videogörüntüdən xışıltı səsləri gəlir və videoçəkiliş başa çatır.(cild 2, i.v.19- 20) Zərərçəkmiş şəxs tərəfindən istintaq orqanına təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD-də olan videogörüntü aydın olmasa da eşidilən səslər qismən başa düşülür. Təqsirləndirilən şəxs eşidilən səslərin iki şəxsdən birinin Zərərçəkmiş şəxs məxsus olduğunu qeyd edərək, digər şəxsin səsinin isə ona məxsus olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs isə səsi eşidilən şəxslərin onunla Təqsirləndirilən şəxs məxsus olduğunu göstərmişdir. “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 23 iyul 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs Şirvan şəhəri, İstiqlaliyyət prospektində yerləşən gəzinti parkında və ünvan 5 ünvanında yerləşən mənzildə baş vermiş hadisələri əyani qaydada göstərməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.(cild 2, i.v.21-24) -“Ambulator məhkəmə-psixiatrik ekspertizası”nın 11 iyul 2025-ci il tarixli, 2236 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.(cild 2, i.v.76-77) -“Cinayət işi üzrə əməlin hüquqi tövsifi haqqında” 13 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 149.1-ci maddəsindən həmin Məcəllənin 149.2-1.1 və 150.2-1.1-ci maddələrinə tövsif edilmişdir.(cild 2, i.v.82-83) -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 14 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 149.2-1.1 və 150.2-1.1ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir.(cild 2, i.v.93-95) -“Sübutların qiymətləndirməsi haqqında” 28 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, X4 əməlində Cinayət Məcəlləsinin 307.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyindən onun barəsində həmin maddə ilə cinayət işi başlanaraq ayrıca icraata ayrılmışdır. (cild 2, i.v.194-223) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 149.2-1.1 və 150.2-1.1-ci maddələrində yetkinlik yaşına çatmayan şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onu zorlamasına, həmçinin ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etməsinə görə cinayət məsuliyyətləri nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində heç bir zaman Zərərçəkmiş şəxs ilə intim həyat yaşamadığını və cinsi əlaqədə olmadığını, 04 mart 2025-ci il tarixdə Şirvan ŞPŞ-də etmədiyi əməli etiraf etməyi üçün, ona qarşı fiziki zorakılıq göstərildiyindən və döyüldüyündən, döyülməkdən bezdiyi üçün məcbur qalıb Zərərçəkmiş şəxs ilə arxadan cinsi əlaqədə olduğunu yalandan etiraf etməsini, Zərərçəkmiş şəxs qarşı hər hansı vaxt seksual xarakterli hərəkətlər etməməsini, Nərgiz ilə heç bir vaxt cinsi əlaqədə olmaması ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, məhkəmə ekspertizasının rəyləri, hadisə yerinə baxış keçirilməsi, zərərçəkmiş şəxsin ifadələrinin yerində yoxlanılması və üzləşdirmə istitaq hərəkətlərinin aparılması zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi ifadəsində və müdafiəçi ilə görüşündə Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən onun razılığı ilə onunla cinsi əlaqədə olduğunu etiraf etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X7rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. “X13 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, qapalı məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş və ona qarşı irəli sürülmüş ittihamı tam mübahisələndirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı dedikləri barədə məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İbtidai istintaqı zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs kimi dinirilərkən ifadədlərində törətdiyi cinayət əməllərini etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı psixi və yaxud fiziki təzyiq edilməsini bildirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Plenum qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” və “Selmuni Fransaya qarş” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyriinsani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olubolmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Təqsirləndirilən şəxs ilə bağlı istintaq hərəkətləri aparılan zaman çəkilmiş vidioçəkilişlərdə sonuncunun bədəni üzərində hər hansı xəsarətin olması müşahidə olunmamışdır. Baş Prokurorluğun 24 aprel 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa (döyülməsi) məruz qalması öz təsdiqini tapmadığından CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir.(cild 2, i.v.184-185) Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. “İ.H.Avstriyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Mövcud olan halda məhkəmə tərkibi, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində polis əməkdaşlarının ona zor tətbiq etmələri, onu döymələri nəticəsində məcbur qalıb ibtidai istintaq zamanı etiraf edici ifadə verməsini, zərərçəkmiş şəxslə heç vaxt intim əlaqədə olmadığını, ona qarşı zor tətbiq etmədiyini bildirməsi işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində verdiyi ifadəsini daha çox inandırıcı hesab edir, onun ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində və məhkəmə istintaqı zamanı vediyi ifadələrini məsuliyyətdən yayınma xarakterli ifadələr kimi qiymətləndirir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadəsinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Cinayət- Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi zərərçəkmiş şəxslə heç vaxt intim əlaqədə olmaması, ona qarşı zor tətbiq etməməsi, polis əməkdaşlarının ona zor tətbiq etmələri, onu döymələri nəticəsində məcbur qalıb ibtidai istintaq zamanı etiraf edici ifadə verməsinə münasibətdə həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında obyektiv həqiqəti özündə ehtiva etməyən ifadə verməklə özünü xüsusilə ağır cinayətə görə məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman konstitusiya hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə müdafiəçinin iştirakı ilə (müqavilə əsasında) şübhəli şəxs kimi dindirilən zaman özünə qarşı verdiyi ifadələrinin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X7rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı şübhəli şəxs kimi dindirilən zaman verdiyi ifadələrini, müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyindən, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 149.2-1.1 və 150.2-1.1-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaqı zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanunu nümayəndəsinin və şahidin ifadələri, ekspert rəyləri, digər istintaq hərəkətinin protokolları və sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 149.2-1.1 və 150.2- 1.1-ci maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs qeyd olunan maddə üzrə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs bir neçə cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və təyin edilmiş cəzanı çəkməlidir. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün hər hansı bir əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 02 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Əliyev X17 Federasiyası Stavropol Vilayəti, Piyatiqorsk Şəhər Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162.2 və 167.2-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin Əliyev X17 Federasiyası Stavropol şəhəri Sülh Məhkəməsinin Pronuşleniy rayonu 7 saylı sahə Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 aprel 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir.(cild 1, i.v.141-142) -Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının İ nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26 sentyabr 2025-ci il tarixli, 4502 nömrəli və 334 nömrəli ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi qardaşından ibarətdir, ərazi nümayəndəliyi tərəfindən mənfi xarakterizə olunur.(cild 2, i.v.186-187) Məhkəmə tərkibi cəzanın təyin edilməsi məsələsini həll edərkən cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal (əməlin təkrar və zərərçəkmiş şəxsin köməksiz vəziyyət olmaqla törədilməsi maddənin dispozisiyasında birbaşa ifadə olunduğundan) müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 149.2-1.1 və 150.2-1.1-ci (yetkinlik yaşına çatmayan şəxsə zor tətbiq etməklə, zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olması və yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlər etməsi) maddələrinin sanksiyasında on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, həmin maddə cinayətlərin təsnifatına görə “xüsusilə ağır cinayət”lər kateqoriyasına daxildir. Məhkəmə tərkibi cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və yüksək ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 149.2-1.1 və 150.2-1.1-ci maddələrində müəyyən edilmiş sanksiya daxilində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, cəzasını çəkməlidir. Məhkəmə tərkibi hesab edir ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir. Məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir. Onun həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarışısını alır. Məhz buna görə də cəza təyin etmənin ümumi başlanğıcı cəzanın düzgün fərdiləşdirilməsini və onun səmərəli olmasını təmin edir. Cəzanın düzgün fərdiləşdirilməsi hər bir halda kriminal əməlin düzgün tövsifindən asılıdır. Əməlin düzgün tövsifi qanunçuluq prinsipinin tələblərindən irəli gəlir. Düzgün olmayan tövsif, təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına yaxud cinayət etməkdə təqsiri olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın növünün həddinin əsassız olaraq seçilməsinə, bir sıra başqa hüquqi məhdudiyyətlərin tətbiqinə, ya da tətbiq edilməsinə, (məsələn cinayət məsuliyyətindən və cəzadan azad etmənin tətbiqinə, ittiham hökmünün icrası müddətinin həllinə, məhkumluğun ödənilməsinə və sar.) səbəb ola bilər. Buna görə cinayət qanunvericiliyinin tələbələrinə dəqiq və dönmədən riayət edilməli, əməlində cinayət tərkibi olamayan şəxslərin mühakimə olunmasına, eləcə də əməlin düzgün olmayan tövsifi işin vəziyyətini və təqsirkarın şəxsiyyətini nəzərə almadan cəza təyininə yol verilməməlidir. Törədilən cinayət qanuna müvafiq olaraq bu əmələ görə məsuliyyət müəyyən edən maddə ilə dəqiq tövsif edilməli və bu tələbdən kənara çıxamağa yol verilməməlidir. Qüvvədə olan Cinayət Məcəlləsinin 58-ci maddəsi cəza təyinetmənin ümumi müddəalarını müəyyən edir. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarkteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 58-ci maddəsində məhkəmələrin konkret iş üzrə cəza təyin edərkən rəhbər tutmalı olduğu müəyyən tələblər təsbit edilmişdir. Bir sözlə, təyin edilən cəza aşağıdakı tələblərə cavab verməlidir; 1) Cəza ədalətli olmalıdır; 2) Cəza Cinayət Məcələlsinin Xüsusi hissəsinin maddəsinin sanksiyası ilə müəyyən edilən hüdudu təyin edilməlidir; 3) Cəza təyin edərkən ümumi hissənin müddəaları nəzərə alınır; 4) Cinayətin xarakterini və təhlükəlilik dərəcəsini nəzərə almaqla cəza təyin edilir; 5) Cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti nəzərə alınır; 6) Cəza təyin edilərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 7) Cəza təyin edilərkən cəzanın şəxsən islah olunmasına və onun ailəsinin həyat şəritinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Eyni zamanda cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 04 mart 2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri ərazisində saxlanılaraq aidiyyəti üzrə Şirvan şəhər PŞ-nub İstintaq Bölməsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxsnün cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 04 mart 2025-ci il tarixdən hesablanmalı, Şirvan Şəhər Məhkəməsinin 4(032)-38/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-1, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2-1.1 və 150.2-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2-1.1-ci maddəsi ilə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsi ilə 13 müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 04 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Ənnağı Məmmədli Hakimlər Cavanşir Nəbiyev Esmira Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar