Məhkəmə qərarları › İş №1(099)-5/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-5/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-5/2023 18.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X9, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi3, Müdafiəçi2 və Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə, 04 avqust 1998-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvələr məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxxxxx 1997-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu Gülüstan məhəlləsi döngə 12-də faktiki yaşayan barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx xxxxxx 2000-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvələr məhkum olunmamış, İmişli rayonu E.Qurbanov küçəsində qeydiyyatda olan və yaşayan barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və qohumu (əmisi oğlu) Təqsirləndirilən şəxs2 ilə “İlqar” adı altında tanıdıqları İran İslam Respublikası vətəndaşı və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan həmin maddələri əldə edib qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermişlər, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş və hər biri külli miqdar təşkil edən 955 qram heroin və 7580 qram tiryək narkotik vasitələri bir ədəd bağlamada Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisində (Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının 13-cü sahəsinin arxa istiqaməti), əkin sahəsinin daxilində olan qamış bitkilərinin arasında gizlədilməsi barədə Təqsirləndirilən şəxs1 məlumat verməsindən sonra cinayətkar qrupun üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun qeyd olunan narkotik vasitələri əldə etmək məqsədilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhərindən Təqsirləndirilən şəxs1 idarə etdiyi “LADA NİVA” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla İmişli rayonu ərazisinə gələrək qohumları olan Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib həmin narkotik vasitələri Beyləqan rayonu ərazisindən yuxarıda qeyd olunan yerdən əldə etmək barədə razılığa gəlmişlər, bundan sonra Təqsirləndirilən şəxs3 yolu göstərməsi ilə Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisinə, narkotiklərin gizlədildiyi yerə getmişlər, Təqsirləndirilən şəxs3 avtomaşında gözləməklə Aslan və Təqsirləndirilən şəxs2lar avtomaşından düşərək artıq 21 may 2021-ci il tarixdə saat 02 radələrində Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının 13-cü sahəsinin arxa hüdudlarında qeyd olunan bir bağlamada külli miqdarda həmin narkotik vasitələri gizlədilmiş yerdən qanunsuz olaraq əldə edib, saxlayıb daşıyarkən onlar Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışlar. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona ittiham olunmuş CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 may 2021-ci il tarixdə əmisi oğlu Təqsirləndirilən şəxs2la birlikdə İkinci Qarabağ döyüşlərində iştirak etmiş və yaralanmış qohumları Təqsirləndirilən şəxs3 baş çəkmək üçün imişli rayonuna getmişlər. Coşqunla görüşdükdən sonra idarə etdiyi NİVA markalı avtombilə yanacaq vurmaq üçün birlikdə bankomat axtarmışlar. Bəhrəmtəpə qəsəbəsinə getmişlər, “Oskar” yanacaqdoldurma məntəqəsinə təxminən 30-40 metr qalmış avtombildən düşərək bankomatdan pul çıxartmaq istədikdə avtombilinin qabağını VAZ 2107 markalı avtomobil kəsmiş, orada əməliyyatçılar düşüb onları saxlmış, sonra hərbi hissəyə gətirmişlər. Hərbi hissədə bir gün saxladıqdan sonra onların üzərlərinə baxış keçirilmişdir. Onları saxladıqdan sonra yanlarında heç bir vəkil olmamışdır, heç bir sənədə imza etməmişdir. İstintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. Əməliyyatçılar onlara təzyiq göstərmişlər, onların üzərinə narkotik əlavə etməklə şərləyib həbs etmişlər. O heç bir iranlı ilə telefonla əlaqə saxlamamış, heç bir İlqar adlı İranlı tanımır, İmişli rayonuna qohumu Coşquna baş çəkmək üçün gəlmişdir, Beyləqan rayonuna getməmişdir. Heç bir narkotik vasitələr əldə etməmişdir. Məhkəmədən günahı olmadığı üçün ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin məhkəmə baxışında və məhkəməyədək icraat zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, 21 may 2021-ci il tarixdə saat 00 radələrində İmişli rayonuna çatıb Coşqunla görüşmüşlər. Sonra üçü birlikdə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən Kapital Bankın terminalına getmiş, 100 manat pul çəkmiş, daha sonra «Oskar» yanacaqdoldurma məntəqəsinə gedərək 37 manatlıq yanacaq doldurmuşlar. Yanacaqdoldurma məntəqəsindən təxminən 10 metr aralı məsafədə bir nəfər şəxsin yolda dayandığını və keçən avtomaşınlara əl etdiyini müşahidə etmiş və o, avtomaşını həmin şəxsin yanında saxlamış, həmin şəxs xahiş etmişdir ki, onu bir qədər irəliyə kimi aparsınlar. O, razılıq vermiş təxminən 10 dəqiqə getdikdən sonra tanımadığı şəxs avtomaşını saxlamağı bildirmiş və o, avtomaşını geriyə döndərərək saxlamışdır. Bu zaman həmin şəxs avtomaşından düşərək yolun sağ tərəfi istiqamətində hərəkət etmiş, ondan haraya getdiyini soruşduqda, həmin şəxs evlərinə gediyini bildirmişdir. O və əmisi oğlu Ümüd də avtomaşından düşərək yolun sağ istiqamətinə hərəkət etmiş və yüngül təbii ehtiyacılarını ödəmiş, bu zaman təxminən onlardan 10 metr aralı məsafədə sarı rəngli bağlama olmasını müşahidə etmişdir. Lakin nə bağlaması olmasını bilməmiş və həmin bağlamanı Ümüdə göstərərək dərhal ərazidən uzaqlaşmaq lazım olduğunu bildirmişdir. Elə bu zaman hərbiçilər onları saxlamışlar. Lakin Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2021-ci il tarixli ifadəsində göstərmişdir ki, 21 may 2021-ci il tarixdə saat 02 radələrində Beyləqan rayonuna narkotik vasitə götürmək üçün getmiş, həmin narkotik vasitəni İrandan İlqar adlı şəxs göndərmişdir. İlqarı sosial şəbəkədən tanımışdır. Narkotik vasitələr İlqara məxsus olmuş, o, isə narkotiki götürərək sonradan İlqarın dediyi yerə qoyacağına razılaşmışlar. Ümüdlə Coşqunun məlumatı olmamış, daha sonra Təqsirləndirilən şəxs1 ifadə verməyi davam etdirmək istəmədiyini bildirmişdir. Həmçinin məhkəmə baxışında Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilərkən “Whatsapp” tədbiqində narkotik vasitələrin əldə edilməsi mövzusunda olan danışıqlar barədə verilən suallara cavab olaraq telefonunun “Whatsapp” proqramında narkotik əldə etməsi barədə olan danışıq mətnlərindən məlumatı yoxdur, hər hansı bir mesaj yazmamış, səs qeydləri göndərməmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əmisi oğlu Təqsirləndirilən şəxs1la birlikdə xx.xx.2021-ci il tarixdə İmişli rayonuna qohumları Təqsirləndirilən şəxs3 yanına getmişlər. Coşqunla görüşdükdən sonra Aslanın idarə etdiyi NİVA markalı avtomobillərinə yanacaq doldurmaq üçün bankomat axtarmışlar. İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsinə getmişlər, orada “Oskar” yanacaq doldurma məntəqəsinin yaxınlığında, o və Aslan avtomaşından düşərək bankomat axtarmışlar. Bu zaman əməliyyatçılar onu və Aslanı, həmçinin avtomobildə olan Coşqunu saxlamışlar, Aslanı əməliyyatçılar döyərək narkotik vasitə dalınca gəlməsini demişlər. Onları şərləyərək güya narkotik vasitələr dalınca gəlmələrində ittiham edərək həbs etmişlər. Onlar narkotik götürməmişlər, narkotiki əməliyyatçılar özləri gətirərək güya onlardan götürdüklərini demişlər. Beyləqan rayonuna getməmişlər, İmişli rayonuna Coşqunla görüşməyə getmişdirlər, Coşqun müharibədə iştirak etdiyindən onunla görüşməyə getmişdirlər. Heç bir sərhəd zastavasının yanına getməmişlər, əməliyyatçılar onları İmişli şəhərinində tutmuşlar, Aslan və Coşqunla narkotik vasitələri barədə heç bir danışıqları olmamışdır. Saxlanılan zaman üzərilərində heç bir narkotik vasitə olmamışdır, heç bir iranlı ilə əlaqə saxlamamış, eyni zamanda Aslanla İmişli rayonuna gedərkən yolda heç bir İlqar adlı şəxslə əlaqə saxlamamışdır. Məhkəmədən günahı olmadığı üçün ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin məhkəmə baxışında və məhkəməyədək icraat zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur, həmin ifadələrdə o, göstərmişdir ki, 21 may 2021-ci il tarixdə saat 00 radələrində o, əmisi oğlu Təqsirləndirilən şəxs1la birlikdə İmişli ayonuna gəlmiş və orada xalası oğlu Təqsirləndirilən şəxs3la görüşmüşlər. Görüşdükdən sonra Aslan bildirmişdir ki, ona Kapital bankın terminalı lazımdır ki, pul çıxarsın. Coşqun bildirmişdir ki, yalnız Bəhrəmtəpədə Kapital bankın terminalı var. Buna görə də onlar Bəhrəmtəpə istiqamətində getmiş, orada Aslan terminaldan pul çıxarmış, sonra onlar «Oskar» yanacaqdoldurma məntəqəsinə getmiş və yanacaq doldurmuşlar. Yanacaqdoldurma məntəqəsindən təxminən 10 metr aralı məsafədə bir nəfər şəxsin yolda dayandığını və keçən avtomaşınlara əl etdiyini müşahidə etmiş, Aslan avtomaşını həmin şəxsin yanında saxlamış, həmin şəxs xahiş etmişdir ki, onu bir qədər irəliyə aparsınlar. Aslan da razılıq vermişdir. Təxminən 10 dəqiqə getdikdən sonra tanımadığı şəxs bildirmişdir ki, avtomaşını saxlasın. Aslan avtomaşını geriyə döndərərək saxlamış, bu zaman həmin şəxs avtomaşından düşərək yolun sağ tərəfi istiqamətində hərəkət etmiş, Aslan ondan haraya getdiyini soruşduqda, həmin şəxs evlərinə getdiyini bildirmişdir. O və əmisi oğlu Aslan avtomaşından düşərək yolun sağ istiqamətinə hərəkət etmiş və yüngül təbii ehtiyaclarını ödədikləri zaman təxminən onlardan 10 metr aralı məsafədə sarı rəngli bağlama olmasını Aslan ona göstərmiş və bu zaman hərbiçilər onları saxlamışlar. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 may 2021-ci il tarixdə saat 23:00 radələrində xalası oğlu Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayaraq İmişli rayonuna qonaq gəldiyini bildirmiş, o Ümid və onun əmisi oğlu Təqsirləndirilən şəxs1la görüşmüş. Onlar avtombillərinə yanacaq vurmaq üçün bankomatdan pul çaxırtmaq lazım olduqlarını bildirib ona yaxın ərazidə bank terminalını göstərməsini bildirmişlər. O, da Bəhrəmtəpə qəsəbəsində bankomat olduğu yerə aparmış, orada Ümid və Aslan avtombildən düşüb getmişlər, o isə avtombildə qalmışdır. Ümid və Aslan avtombildən düşüb getdikdən təxminən 10-15 dəqiqə sonra mülki geyimli şəxslər onun olduğu avtombilə yaxınlaşıb onu saxlamışlar, həmin vaxt ona məlum olmuş ki, əməliyyatçılar Ümüd və Aslanı da saxlamışlar. O, avtombildə olan zaman heç bir narkotik vasitə görməmiş, Aslan və Ümidin narkotik dalınca İmişli rayonuna gəlmələrindən məlumsatı olmamış, bu barədə onun yanında heç bir söhbət aparılmamışdır. Günahı olmadığı üçün, məhkəmədən ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin məhkəmə baxışında və məhkəməyədək icraat zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur, həmin ifadələrdə o, göstərmişdir ki, 21 may 2021-ci il tarixdə saat 00:30 radələrində xalası oğlu Təqsirləndirilən şəxs2 və sonuncunun əmisi oğlu Təqsirləndirilən şəxs1 İmişli rayonuna gəlmişlər. Aslan ondan Kapital bankın terminalının harada olmasını soruşmuş, o da rayonda olmadığını və yalnız Bəhrəmtəpə qəsəbəsinə getməli olduqlarını bildirmişdir. Bundan sonra onlar Bəhrəmtəpə istiqamətində getmiş, orada Aslan terminaldan pul çıxararaq «Oscar» yanacaqdoldurma məntəqəsinə getmişlər və yanacaq doldurmuşlar. Yanacaqdoldurma məntəqəsindən təxminən 10 metr aralı məsafədə bir nəfər şəxsin yolda dayandığını və keçən avtomaşınlara əl etdiyini görmüşlər, Aslan avtomaşını həmin şəxsin yanında saxlamışdır. Həmin şəxs onu bir qədər irəliyə aparmasını xahiş etmiş, Aslan da razılıq vermişdir. Təxminən 10 dəqiqə getdikdən sonra tanımadığı şəxs bildirdi ki, avtomaşını saxlasın. Aslan avtomaşını geriyə döndərərək saxlamış, bu zaman həmin şəxs avtomaşından düşərək yolun sağ tərəfi istiqamətində hərəkət etmişdir. Aslan və Ümüd də avtomaşından düşərək yolun sağ istiqamətinə hərəkət etmiş və yüngül təbii ehtiyaclarını ödəmişlər. Bu zaman hərbiçilər onları saxlamışlar. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi “Dövlət sərhəd xidməti əməkdaşlarının onların üzərinə narkotik əlavə etməklə şərləyib həbs etmişlər. O heç bir iranlı ilə telefonla əlaqə saxlamamış, heç bir İlqar adlı İranlı tanımır, İmişli rayonuna qohumu Coşquna baş çəkmək üçün gəlmişdir, Beyləqan rayonuna getməmişdir. Heç bir narkotik vasitələr əldə etməmişdir” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2021-ci il tarixli ifadəsində göstərdiyi “21 may 2021-ci il tarixdə saat 02 radələrində Beyləqan rayonuna narkotik vasitə götürmək üçün getmiş, həmin narkotik vasitəni İrandan İlqar adlı şəxs göndərmiş, narkotiki götürərək sonradan İlqarın dediyi yerə qoyacağına iranlı ilə razılaşmış” xüsusatları işin faktiki hallarına uyğun olduğunu hesab edir və üzrə sübutların məcmusu ilə təsdiq edildiyi üçün qeyyd olunan ifadəni sübut kimi qəbul edir. Bundan başqa, Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 verdiyi ifadələrinə tənqidi yanaşaraq “Beyləqan rayonuna narkotik əldə etmək üçün getməmişlər, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində tutulmuşlar, heç bir narkotik vasitə əldə etməmişlər, şərlənərək həbs olunmuşlar” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrində göstərdikləri bu xüsusatları cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu Şahid1 ifadəsində göstərmişdir ki, 20 may 2021-ci il tarixdə əməliyyat məlumatı əsasında o, və bəzi hərbi qulluqçular hərbi hissənin inzibati binasında müvafiq tədbir keçirilməsi ilə bağlı müşavirə keçirmişlər. Müşavirədən sonra o, gizir Şahid2 və gizir Şahid3 ilə birlikdə Beyləqan rayonu, Əmirzeyidli kəndinin ərazisinə düşən 20-ci sərhəd zastavasının 13-cü sahəsinin arxa istiqamətində, 21 may 2021-ci il saat 00:00-dan saat 04:00-dək «pusqu» sərhəd naryadı xidmətini təşkil etmişlər. Onlara məlumat verilmişdir ki, əraziyə külli miqdarda narkotik vasitə gizlədilmiş və həmin vasitələrin arxasınca kimlərinsə gəlməsi ehtimal olunur. 21 may 2021-ci il tarixdə saat 02 radələrində asfalt yol ilə «Lada-Niva» markalı avtomaşının gəlməsini müşahidə etmişdir. Həmin avtomaşın yolun kənarında dayanmışdır. Həmin avtomaşından iki nəfər düşərək ərazidə axtarış aparmış, lakin heç bir predmet tapmayaraq yenidən avtomaşına əyləşərək ərazidən uzaqlaşmışdır. Təxminən 10 dəqiqə sonra həmin avtomaşın yenidən əraziyə qayıtmışdır. Bu zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomaşından düşərək əkin sahələrinin içərisi ilə irləliləyərək ərazidə axtarış aparmağa başlamışdırlar. Gecə vaxtı qaranlıq olduğundan həmin şəxslər əllərində işiq yandırmışlar, yəni mobil telefonun fənərini qoşmuşlar. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1 içərisində külli miqdarda narkotik vasitələr olan bir ədəd bağlamanı götürərək geriyə avtomobilə qayıtmaq istəyərkən onlar həmin şəxslərə dayan komandası vermiş, həmin şəxslər əmrə tabe olmayaraq qaçmağa başlamışlar. Bu zaman Təqsirləndirilən şəxs1 ərazinin qaranlıq və əkin sahələrindən ibarət olmasına görə yıxılmış və tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 da eyni zamanda avtomaşına tərəf hərəkət edərkən saxlanılmışdır. Bundan sonra avtomaşında olan və sonradan adını bildikləri Təqsirləndirilən şəxs3 da saxlanılmışdır. Aşkar edilmiş bağlama saxlanılan şəxslərlə birlikdə sərhəd zastavasına aparılmışdır. Şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 21 may 2021-ci il tarixdə N nömrəli hərbi hissənin hərbi qulluqçusu ona 20-ci sərhəd zastavasının arxa hüdudlarında narkotik vəsitə olduğunu bildirmiş və təklif etmişdir ki, həmin narkotik vasitələri ərazidən götürmədə və narkotik vasitələrə baxışın keçirilməsində hal şahidi qismində iştirak etsin. O, razılıq verdikdən sonra birlikdə 20-ci sərhəd zastavasının arxa istiqamətində qeyd olunan əraziyə getmişlər. Orada saxlanılan şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və hərbi qulluqçular da olmuşdur. Təhqiqatçı tərəfindən onların iştirakı ilə içərisində külli miqdarda narkotik vasitələrə oxşar maddələr olması güman edilən bir ədəd bağlama aşkar olunaraq götürülmüş və sərhəd zastavasına aparılmışdır. Sərhəd zastavasında bağlamalara baxış keçirilməyə başlanılmışdır. Qeyd olunan bağlama açıldıqda içərisindən bükülü halda ümumi çəkiləri tiryəkə və heroinə narkotik vasitələrə oxşar maddələr olması müəyyən edilmişdir. Həmin maddələr qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-fiziki kimyəvi ekspertizasının 24 may 2021-ci il tarixli 6/2048 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bağlamaları açdıqda içərisində 8 ədəd sellofan bağlamada ümumi təmiz halda çəkisi 7580,0 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – tiryək və bir ədəd bağlamada təmiz halda çəkisi 955,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Ekspertizaların keçirilməsində sərf edilmiş narkotik və psixatrop maddələr nəzərə alınmaqla, narkotik vasitə heroinin qalığı 954,95 qram, tiryəkin qalığı 7579,6 qram təşkil etmişdir. Ekspertiza tədqiqatından sonrakı qalıq narkotik vasitələri heroin 954,95 qram və tiryək 7579,6 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3144, 3294 və 3148 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmirlər. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları yoxdur. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 1829, 1830 və 1831 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşlar, onlara ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdırlar. Onların hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxslər hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadırlar, onların məcburi müalicəyə ehtiyacları yoxdur. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında verdiyi ifadələrdə adının qarşısında olduğu imzalarının ona məxsus olmadığını bildirdiyi üçün məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəməyə təqdim olmuş 28 iyul 2023-cü il tarixli məhkəmə xətşünaslıq ekspertizasının 4/946 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 9-10-cu, 11-12-ci, 13-14-cü, 20-ci, 21-ci, 22-ci, 23-24-cü, 34-cü, 47-ci, 49-cu, 50-ci, 56-cı, 57-ci, 58-ci, 59-62-ci, 63-cü, 129-132-ci, 153-156-cı, 157-160-cı, 183- 184-cü, 186-cı, 187-ci, 188-ci, 189-191-ci, 192-ci, 216-cı, 2-ci cildinin 38-ci, 227-ci, 231- 233-cü, 3-cü cildinin 54-cü vərəqələrində olan təhqiqatın və istintaqın aparılmasına dair sənədlərdə Təqsirləndirilən şəxs1 adından olan imzalar - Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Rəyə əlavə olunmuş ekspertiza arayışına əsasən aparılmış tədqiqatın dəyəri 127 (yüz iyirmi yeddi) manat təşkil edir. İş materiallarında olan 21 may 2021-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının 13cü sahəsinin arxa hüdudlarında Beyləqan rayonu Əmirzeyidli kəndi ərazisində əkin sahələrindən ibarət ərazidən 3 metr aralıda qamışlıq ərazinin kənarından götürülmüş bir ədəd sarı rəngli yaşıl zolaqlı polietilen torba aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 21 may 2021-ci il tarixli «aşkar olunmuş baxış keçirilməsi haqqında» protokoldan görünür ki, N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının 13cü sahəsinin arxa hüdudlarında aşkar olunaraq götürülmüş bir ədəd sarı rəngli yaşıl zolaqlı polietilen torbanın daxilinə baxış keçirilərkən orada narkotik vasitə heroinə oxşar və narkotik vasitə tiryəkə oxşar maddələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 əraziyə narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı İlqar adlı şəxsin göndərdiyini bildirmişdir. İş materiallarında olan 21 may 2021-ci il tarixli «şəxsi axtarış aparılması haqqında» protokolda görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən üzərindən «Redmi» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 21 may 2021-ci il tarixli «şəxsi axtarış aparılması haqqında» protokolda görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən üzərindən «İphone X» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 21 may 2021-ci il tarixli «şəxsi axtarış aparılması haqqında» protokolda görünür ki, Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilərkən üzərindən «Redmi» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 24 may 2021-ci il tarixli «mobil telefon və mobil kartlara baxış keçirilməsi haqqında» protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 bəzi İran İslam Respublikası operatorlarına məxsus mobil nömrələr ilə hadisənin baş verdiyi ərəfələrdə mütəmadi olaraq telefon danışıqları olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilərkən «whatsapp» proqramında cinayət təqibi üçün əhəmiyyət kəsb edən bir neçə hallar aşkar edilmişdir. Həmin ssms və səsli mesajlarda 12.05 2021-ci il tarixdə saat 12:56-dan 12:59-a qədər olan danışıqlarda Təqsirləndirilən şəxs1 daha sonra isə səs yazısı göndərmişdir. Həmin səs yazısında neyləyirsən yığ qardaşını görüntülü qardaşın səninlə danışmaq istəyir İlqar İr qaqa yatmışam bırazdan yığaram qadanalım Təqsirləndirilən şəxs1: Qaqaş yığ səni qardaşdarnan tanış eliyəcəm gec xx.xx.2021-ci il tarixdə saat 01:38-dən 02:13-ə qədər olan danışıqlarda Təqsirləndirilən şəxs1: İlqar yığ məni təcili İlqar İr: Qaqa yaz başqa adamlar var Təqsirləndirilən şəxs1: Qaqaş 300 çləpə daşı neçiyə alınar İlqar İr: 17 dən qardaş Təqsirləndirilən şəxs1: normal qiymət de, opşi summa İlqar İr: 17 brat Təqsirləndirilən şəxs1: De İlqar İr: 17 Təqsirləndirilən şəxs1: nə qədər eliyir İlqar İr: 16 uzum guturem, 5100 manat Təqsirləndirilən şəxs1: Həri, düz, xəbər eliyecem sene, isdiyirlər İlqar İr: Ok. brat Təqsirləndirilən şəxs1: İlqar, yığ məni xx.xx.2021-ci il tarixdə saat 02:05-dən 05:45-ə qədər olan danışıqlarda Təqsirləndirilən şəxs1: İlqar neyniyirsan. qaqa, mal ata bilərsən İlqar ir: Neqeder Təqsirləndirilən şəxs1: 1010, daş torpaq İlqar İr: Daş yuxudu, tək turpag var brat Təqsirləndirilən şəxs1:Gözlə qaqa 25 torpağ İlqar İr: Ok, qaqa 17 kola Təqsirləndirilən şəxs1: Neçə olacağ İlqar İr: 425 manat Təqsirləndirilən şəxs1: Nə vaxta alınacağ İlqar İr: Deyim bağlasın Təqsirləndirilən şəxs1: At kartı İlqar İr: Yarım sat Təqsirləndirilən şəxs1: At İlqar ir: Cıx aparatın gabagına, alım Təqsirləndirilən şəxs1: Qaqaş at, mən getmirəm, uşağı göndərirəm, getsin, deyəcəm video, çəksin pulu, kartla köçürəndə İlqar İr: Mənə ancax şəkili lazımdı brat, video yox, Boyxanım Rəhimova, fotoşəkil (**********001751) Təqsirləndirilən şəxs1: göndərdim İlqar İr: oldu brat Təqsirləndirilən şəxs1: İlqar, uşağ gedib, gəlib, deyir, kart, çıxmır axı, aparatda, düz atmısan, kartı, ? İlqar İr: İndi neca kişi pul yurub, o karta, necə çıxmır brat, başa düşmədim Təqsirləndirilən şəxs1: Gözlə, göndərirəm, başqajmarkete, getsin yoxlasın, kodu yazır İlqar İr: Ne getsin Təqsirləndirilən şəxs1: Deyir, gösdərmir kartı İlqar İr: Gusterer, Camat neca vurur, Nuldu, yani bi pul göndərmək bebalam çekir Təqsirləndirilən şəxs1: Qaqaş bu xiyar gedib bayağdan, jtçlaL apardı diyesen bunu, elaqeye çıxa bilmiriy bunan bayağdan üsdündəkiləri dedim qoy bura gizlət get. Görməmiş kimi üstündə götürdü bayağdan o gedən bu gedən, gəlib çıxmıyıb zəng zada çatmır evede getmiyib xx.xx.2021-ci il tarixdə saat 18:11-dən 23:50-ə qədər olan danışıqlarda İlqar İr: Səs yazları göndərmişdir (Aslan mənə birdənə zəng elə başına dönüm, çıx- çıx çıx qaqa başıva dönüm, xəbər de brat sənin başıva dönüm mən səni gözləyirəm qadavı alım sənin) Təqsirləndirilən şəxs1: fotoşəkil atıb (kartın üzəidə Bank of X13, **********063408, 05/21 GASİMOV RAHİB, VİSA sözləri yazılmışdır) at qaqa, buna, 300, çıxdım men İlqar İr: atacam ata nigarran qalma, sene gurban Təqsirləndirilən şəxs1: Qaqa, atdın pulu?, Atdın İlqar İlqar İr: Səs yazları göndərmişdir (brat sənin başıva dönüm 5 dəqiqəyə səndədi) Təqsirləndirilən şəxs1: Yaxış ilqar ilqar İr: Səs yazısı göndərmişdir (qaqa sən benzinini doldura bilsəydin doldurardın qardaş evdən çıxıb gedib vura hələ sənin başıva dönüm 5-10 dəqiqəyə sənin kartıva pulu vururam sən gesikəcəksən Aslan sənin başıva dönüm səndədi), bidene ses yula ki de banka matin gabagindayam Təqsirləndirilən şəxs1: Nə sesi, Səs yazısı göndərmişdir (), gözlüyürəm İlqar İr: Bir deyge dayan qaqa Təqsirləndirilən şəxs1: Gözlüyürəm İlqar İr: Qaqaş birdeyge sebirli ol Təqsirləndirilən şəxs1: Yaxşı ilqar İr: His eleyirem bir gehbelik var Təqsirləndirilən şəxs1: fotoşəkil (bankomat şəkili balans 0.12 USD) İlqar İr: bir deyqe dayan Təqsirləndirilən şəxs1: heçne yoxdu İlqar İr: deyir dugui tarixi falan isteyir Təqsirləndirilən şəxs1: Kartda İlqar İr: Gurxuram qaqa, bildim, getmə brat Təqsirləndirilən şəxs1: İlqar İlqar İr: Səs yazısı göndərmişdir (doğum tarixixi kod istəyir bunların hamısını göndər) Təqsirləndirilən şəxs1: mən gedim çatım İlqar İr: Səs yazısı göndərmişdir (Aslan bu karta pul ykləmək olmur doğum tarixi istəyir) Təqsirləndirilən şəxs1: Ordan başa, adam göndərəcəm, götürsün İlqar İr: yaxçı brat Təqsirləndirilən şəxs1: Olur, qaqa, olur İlqar İnonda allah ras getirsin başuva dulanım Təqsirləndirilən şəxs1: xx.xx.1980, noldu qaqa İlqar İr: Səs yazısı göndərmişdir (iki dəqiqəyə kartdadı) Təqsirləndirilən şəxs1: yaxşı, qaqa İlqar İr: Bax gur nuldu geldi brat, super agil işledmisen Təqsirləndirilən şəxs1: fotoşəkil (bankomat şəkili balans 0.12 USD) İlqar İr: Ela elarsan Təqsirləndirilən şəxs1: Qardaşın onu, sağ salamat, getirecey bakıya İlqar İr: İnşallah qardaş Təqsirləndirilən şəxs1: Dua eliyersen mene İlqar İr: Qardaşlarımın hamısına doa eliyirem brat, bu deyge hardasan brat, kunum at mene watssapda Təqsirləndirilən şəxs1: Atıram, fotoşəkil göndərir (gobustan muzeyi), ona denen noldu, hele köçmüyüb, **********426084, qaqa, men pulu gözlüyüremde, neyniyim, benzin qurtarıb, 30manatım varıydı vırdım bura qeder gəldi çıxdı, mən uzağı 1 saata imişlideyem İlqar İr’ Səs yazısı göndərmişdir (sen konkm atmısan mənə 3imişliynen oranın 3 saat yolu var) Təqsirləndirilən şəxs1: Səs yazısı göndərmişdir (sene qarşı sehv eden oğlanın ağızına soxum sen mene deyirsen onu apar-getir məndə sənə xeyrini verəcəm, səndə mənə xeyrini verəcən qardaşım mənə ziyan verəsi deyilsən ki, benzinim bu qədərdi çıxdım yolda sən mənə at yolda zapravkalardan birində vurum), fotoşəkil göndərdi (İmişli 159 km, ımışlı asan xidmət 157 km, imişli 159, imişli bazarı 159) İlqar İr- gülmək şəkili göndərilib, sənə deyirəm Təqsirləndirilən şəxs1 Səs yazısı göndərmişdir (olduğum yerdən İmişliyə 150 km-dır, bır saata çatacam 150 km-i, 120-140 sürürəm hadasa bir saata çatacam ora) İlqar İr: Menen mezelenme Təqsirləndirilən şəxs1: Səs yazısı göndərmişdir (konumda atım gözlə) İlqar İr: Besdi besdi Təqsirləndirilən şəxs1: Fotoşəkil göndərir (konum Selyan), səs yazısı göndərmişdir(bax yazıb 15 dəqiqəyə çatıram Səlyana) İlqar İr: Səs yazısı göndərmişdir (bayaq sən mənə deyirsən Qobustandayam indi hara çıxdın dilivə düz söz gəlsin Aslan anamın canı mən sənə ümüdəm başıva dolanım and olsun imam Hüseynə mənim evim yıxılar) Təqsirləndirilən şəxs1: Fotoşəkil göndərir (magistral yol), səs yazısı göndərmişdir (ana yolda 140-150 gedirəm), fotoşəkil göndərir (maşının surətini), səs yazısı (sen öl deyirəm bərk sürürəm bu nə hərəkətidi edirsən sənin işivin dalınca gedirəm öz işimin dalınca getmirəm sən mənə inanmırsan mən sənə yalan daışmışamsən öl ikimizin canı gedirəm imişliyə inandın qardaş), video (qaqa burdan ora çatmaq üçün bir dənə radar gözləmirəm qoymuşam belinə) İlqar İr: sene urayim gurban. abalfaz imam huseyin ağa ras getirsin, mene bi konum at brat Təqsirləndirilən şəxs1: fotoşəkillər göndərir (olduğu yerin), səs yazısı göndərmişdir(əmi oğlu çəkdi video dedim şəkildə çəkdi sənə göndərdi postu çəkdi səlyanın postunu indi keçdik) İlqar İr: Brat, hardasan, sene gurban Təqsirləndirilən şəxs1: Fotoşəkil göndərir (konum) xx.xx.2021-ci il tarixdə saat 00:06-dən 04:13-ə qədər olan danışıqlarda İlqar İr: yetişmisen brat, qardaş hardasan sene gurban, fotoşəkil göndərib(şəhid muradov siyavuşun olduğu löhvə), qardaş Daşburundan yenir Emirzeyidli plakatın kecende solda bu şekil var dondur sola sağda sahenin içində soyud ağacı var onun dibinde. Soldakı soyud ağaci yox ha sağdaki, soldakı yola yaxiniydi ora qoymadim qorsener yoldan saq sakitliydi, qaqa salamatıxdı, sene gurban, mene yaz ela, qadan alim, abalfaz gurbani demişem, sağsalamat yetişesen eva Təqsirləndirilən şəxs1: Səs yazısı göndərmişdir (axtarıram qardaşım yavaş-yavaş gəzirəm həmin yeri tapa bilməmişəm ora çatım qıraq bucağa baxım kim var kim yox götürəcəm) İlqar İr: Heç bi şey istemirem Təqsirləndirilən şəxs1: Səs yazısı göndərmişdir (inşallah yaxşı olacaq) İlqar İr: Fotoşəkil göndərir (inşallah), neynadin atam, qadan alim Təqsirləndirilən şəxs1: Səs yazısı göndərmişdir (İlqar o adama denə səs atsın mən 2 dəqiqəyə daşburunun o dediyi yerinə çatıram düşən yer tərəfə o dediyi yerə cən ona de ətraflı atsın daşburunun harasıdı nəyə yaxındı) İlqar İr: Ok, meni xebersiz guyma, qardaş Təqsirləndirilən şəxs1: Səs yazısı göndərmişdir ( narahat olma qaqa narahat olma 2 deaiaeye sürürəm dasburuna mən telefonda naviqator qoymuşam yolları görsədən ona görə sənə İfiZ-tezyaga bitmirəm) İlqar İr: indi demişem atsin brat, Daşburunan kuruqundan ne saga ne sola dönmür duz yenir Fuzuli terefe Emirzeyidli plakatina catacaq hemin plakatdan qabaqda asdonofka var soldada bu sehidin tablosu. Ordan donesek sola 5 metr qabaqda sağda sahenin içində soyud ağacı var onun yox sağdakinin. Soldaki soyud ağacının altı görsenir qardaş. Ona görə soldakı tərəfə qoydum. Təqsirləndirilən şəxs1: Səs yazısı göndərmişdir (ay ilqar o dediyi yerdəyəm kuruqdan düz gedirəm qabağa soruç kuruqdan qabağa çox gedəcəm az gedəcəm bidənə onu soruç kuruqdan çox qabadadı yoxsa az) X14 ata , 7-8 deqiqeliy yoldu, Fuzuliye xoş gelmisinizarkosun kececek 5 deqiqeye zada çatar da Təqsirləndirilən şəxs1: Səs yazıları göndərmişdir (mən fuzuljnin içinə girdim). İlqar İr: Sesin gəlmir brat Təqsirləndirilən şəxs1: Səs yazısı göndərmişdir (tapdı qaqa yerini tapdım hələ bır ıkı küqiü vurum görüm nə var nə yox) İlqar İr: Ok, təmiz bax brat, sene gurzderim gurban digetli ol telesme, her yera bax Təqsirləndirilən şəxs1: Səs yazısı göndərmişdir (narahat olma təmiz baxıram qoy bir dənə oxuyum yazını səbirli ol) İlqar İr: Gutufdıın brat, xebersiz quyma, qadan alim Təqsirləndirilən şəxs1: Səs yazlarsı göndərmişdir (narahat olma qaga fırlanıram hələ, maşın dayandı girmək istəmirəm hələ o şeyin yanında BMV gəldi dayandı orda) İlqar İr: Guturdun brat Təqsirləndirilən şəxs1: Səs yazısı göndərmişdir (yox eyjjaqa demirəm arxamca bir dənə maşın gəldi döndü_dayandı prda) İlqar İr: Ok, ehtiyyatli ol, inanıram ki sabah tezdan bakidan mene yazacaxsan evdayam yetişdim, abalfaz qurbanı demişem Təqsirləndirilən şəxs1: Səs yazısı göndərmişdir (mənim qardaşım inşallah plakatın yerin£ tapdjm bir dənə maşın dönürdü baxdı mənə iminna ordan xotdadım çıxdjm xoddu saxlamışdım > maşını proşta o mən saxladığım yerdə təzdən o saxladı biraz şübhəli gəlidi sürdüm qayıtdım bu tərəfə saxladjm bir qıraqda gəldi yanımdan keçdi getdi o adam) İlqar İr: Deyirsen sebili ol, cox guzle telesme, qardaşım, inşallah heç bir şey olmuyacax qardaş, haçan götürdün mene xeber ela brat, ayar guture bilmedin sikim onun içini guturme Təqsirləndirilən şəxs1: Səs yazısı göndərmişdir (söyüdağacıdı) İlqar İr: Qutuidun.br at, ami uqluya de duşsun sen duşme maşında otur Təqsirləndirilən şəxs1: Səs yazısı göndərmişdir (İlqar bir dənə ona denə tez yazsın tapa bilmirəm ki~ saatdı iki dənə söyüd ağacıdı söyüd ağacının harasına qoyubdu, bu niyə şəkilini çəkməyitTagacın iki saatdı səh öl axtarıram tapa bilmirəm tənginəfəs qaçıram orajura bir dənə onjTyazda tez denə söyüd ağacı ikpdffnə qoşa bitişik söyüd ağacıdı 0 söyüd ağacının ^bitişik söyüd ağacı var orda) İlqar İr: Dayan gunderdim, sesini qadan mene, sen maşin arxasında ol tez sure bilesiz qadan alim indi desindeyim sene, deyirsen şekil çek gunderim Təqsirləndirilən şəxs1: Səs yazısı göndərmişdir (İlqar bir dənə soruç nədə atıbdı onu nəyin içinə qoyubdur İlqar İr: Ok, tapa bildin brat, fptoşəkjl göndərir (paket bağlı), qardaş, mene bi xeber de, Aslan, oldum axı men, brat, ay qardaş oldum axı, ay qardaş qadan alim oldum senul. Ay brat, aslan nuldu qardaş, Ay abalfaz aga uzun rehm ela qardaş anam olur sen menim canim guturubsan qardaş, mene bir kelme yaz, anam olur brat, astaxfurlah. Qardaş, bi suz deda, brat, ay qardaş. Sen allah bi şey de brat, oldum senul, salamatixdi menulum, guturmusen brat. Ay abalfaz al gurbanu, qardaş sen allah bir deyge aç. Bundan başqa mobil telefonların və nömrələrin yaddaşlarında cinayət təqibi üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilmədi. İş materiallarında olan 25 may 2021-ci il tarixli «üzləşdirmə haqqında» protokollardan görünür ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Şahid3, Şahid1 və Şahid2 həm Təqsirləndirilən şəxs1, həm Təqsirləndirilən şəxs2 ilə, həm də Təqsirləndirilən şəxs3 ilə üzləşən zaman 21 may 2021-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hadisə yerinə avtomobil ilə gəldiklərini, ilk öncə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşərək «Əmirzeyidli» lövhəsinin yaxınlığında axtarış apardıqlarını, heçnə tapmayaraq avtomobilə əyləşərək ərazidən uzaqlaşdıqlarını, 10 dəqiqə sonra yenidən eyni yerə gələrək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşərək yenidən ərazidə axtarış apardıqlarını, ərazidən bir ədəd bağlama taparaq avtomobilə gedən zaman «dayan» komandası verərək onları saxlamalarını və bağlamaların içərisindən külli miqdarda narkotik vasitə aşkar olunduğunu onların hər birinin üzünə bildirmişlər. İş materiallarında olan 21 may 2021-ci il tarixli DSX-nin Təhqiqat-hüquq qrupunun təhqiqatçısı tərəfindən tərtib olunmuş aktlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bədəni üzərinə baxış keçirilərkən bədən nahiyyələrində hər hansı bir xəsarət aşkar olunmamış, Təqsirləndirilən şəxs1 bədəni üzərinə baxış keçirilərkən sağ qaş nahiyyəsində, sağ gözünün aşağı hissəsində qızartı və sağ diz nahiyyəsinin şişkinliyi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 deməsinə görə xx.xx.2021-ci il tarixdə saat 02:05 radələrində hadisə yerindən qaçarkən yıxılaraq həmin xəsarətləri almışdır. İş materiallarında olan «maddi sübut kimi tanınması haqqında» 20 noyabr 2021-ci il qəraradan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 7579,6 qram narkotik vasitə tiryək, 954,95 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “İphone X” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin istintaq və təhqiqat idarəsinə təhvil verilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin şifahi sorğusuna əsasən Təqsirləndirilən şəxs1 məxsus “İphone X” markalı mobil telefon DSX-nin istintaq və təhqiqat idarəsi tərəfindən məhkəməyə göndərilməklə iş materiallarına əlavə olunmuşdur. Həmçinin həmin telefona baxış keçirilərkən Təqsirləndirilən şəxs1 narkotik vasitələrin əldə edilməsi mövzusunda İran İslam Respublikasının mobil operatorlarına məxsus telefon nömrələri arasında çoxsaylı danışıqlar aparıldığı bir daha müəyyən edilmişdir. Həmin danışıqların mətnləri ibtidai istintaq zamanı həmin telefona baxış keçirilməsi haqqında tərtib edilmiş protokolda öz əksini tapmışdır. İş materiallarında olan 05 sentyabr 2021-ci il tarixli «akt»dan görünür ki, «LADA NİVA» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşın sahibi X3 qaytarılmışdır. İş materiallarında olann "xxxx" MMC-nin diskinə və məktubuna baxış keçirilməsi haqqında 27 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində ***-***-**- ** saylı nömrə arasında xx.xx.2021-ci il tarixdə 01 halda danışığın olması, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində ***- ***-**-** saylı nömrə arasında xx.xx.2021-ci il tarixdə 01 halda danışığın olması, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə xx.xx.2021-ci il tarixdə ***-***-**-** və 055255-70-20 saylı nömrələr arasında Təqsirləndirilən şəxs3 istifadəsində ***-***-**-** saylı nömrə arasında xx.xx.2021-ci il tarixdə 01 halda danışığın olması müəyyən edilmişdir. İş materiallarında olan 21 may 2021-ci il tarixli «inzibati qaydada tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin tarixdə inzibati qaydada tutulmuşlar. İş materiallarında olan 24 may 2021-ci il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin tarixdə şubhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 26 may 2021-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində həbs olunmasının əvvəli 21 may 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdırlar. İş materiallarında olan İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 iyun 2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 İmişli şəhəri, E Qurbanov küçəsi ev 20-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi atası, anası və bacısından ibarətdir, yaşadığı müddət ərzində barəsində heç bir ərizə və şikayət dlaxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Naxçıvan şəhər 02 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Məmmədov X6 MR Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi ev 29Bünvanında qeydiyyatda olmaqla, ailə tərkibi atası, anası, qardaş və bacısından ibarətdir, yaşadığı müddət ərzində barəsində heç bir şikayət dlaxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Naxçıvan şəhər 02 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Məmmədov X4 MR Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi ev 29Bünvanında qeydiyyatda olmaqla, ailə tərkibi atası, anası və bacısından ibarətdir, yaşadığı müddət ərzində barəsində heç bir şikayət dlaxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan ******* saylı hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Müharibə X1 73885 saylı vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və Azərbaycan Vətən Muharibəsi X1 İmişli rayon şöbəsində üzv kimi qeydiyyatdadır. İş materiallarında olan «Yeni Klinik» publik Hüquqi şəxs və Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs3 Sol bud sümüyünün odlu silah yaralanması və yuxarı 1/3-in qəlpəli sınığı. Qapalı repozisiya və instramedulyar osteosintez əməliyyatı keçirmişdir. İş materiallarında olan 08 iyun 2021-ci il tarixli Respublika Narkoloji Mərkəzinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 mərkəzdə müalicə almayıblar və qeydiyyatda yoxdurlar. İş materiallarında olan 10 iyun 2021-ci il tarixli Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xəstəxanada qeydiyyatda yoxdurlar. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməllərinin hüquqi tövsifi ilə bağlı hesab edir ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə onlara düzgün ittiham verilmişdir. Lakin CM-in 206.3.2-ci maddəsi ilə bağlı düzgün ittiham verilmədiyi nəticəsinə gələrək, aşağıda göstərilən təhlili nəzərdən keçirir. Belə ki, məhkəmə ilk olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin CM-in 206.3.2-ci maddəsinə münasibətdə qeyd edir ki, onlara istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunduğundan, istintaq orqanı tərəfindən onların qeyd olunan əməli Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad edilmədən həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif olunmadan bu Məcəllənin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onların bu əməli Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Aslan və Təqsirləndirilən şəxs2lar və “İlqar” adlı şəxs əvvəlcədən razılaşmışlar ki, sonuncunun İrandan qaçaqmalçılıq yolu ilə keçirəcəyi narkotik vasitələri qəbul edib Azərbaycan Respublikasında həmin maddələrin realizə olunmasını təmin edəcəklər. Həmin razılaşmadan sonra “İlqar” adlı şəxs məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi narkotik vasitələri İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsini təmin edərək qoyulduğu yer barədə məlumat verdikdən sonra təqsirləndirilən şəxslər həmin yerdən bu maddələri satış məqsədi ilə əldə edib saxlamış, lakin həmin vaxt Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən təqsirləndirilən şəxslər Aslan və Təqsirləndirilən şəxs2lar onlara istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişlər. Həmçinin Aslan və Təqsirləndirilən şəxs2lar qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitələrin qaçaqmalçılığını bir nəfər icra etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, şəxsiyyəti məlum olmayan “İlqar” adlı şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsi təmin edilib bu maddələrin qoyulduğu yer barədə məlumat verdikdən sonra Aslan və Təqsirləndirilən şəxs2lar həmin maddələri əldə etmiş, yəni göstərilən halda qaçaqmalçılıq yalnız bir nəfər şəxs icra etmişdir. Eyni zamanda müəyyən edilmiş hallara əsasən təqsirləndirilən şəxslər Aslan və Təqsirləndirilən şəxs2lar qanunsuz olaraq əldə etdiyi narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan “İlqar” adlı şəxs tərəfindən həmin maddələr qaçaqmalçılıq yolu ilə keçiriləcəyini əvvəlcədən bilmişlər, həmçinin bu maddələrin İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra əldə edib, realizə olunmasını təmin edəcəyinə vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə Azərbaycan Respublikası CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Aslan və Təqsirləndirilən şəxs2lar onlara istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onların hərəkətləri Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməlidir. Eyni zamanda dövlət ittihamçısı çıxışında tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslərin əməllərinin CM-nin 206.3.2-ci maddəsinə münasibətdə düzgün tövsif olunmadığı qənaətinə gəlib həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməsini bildirmişdir. Digər Təqsirləndirilən şəxs3 əməlinə gəlincə, onun ittiham olunduğu CM-in 206.3.2-ci maddəsinə münasibətdə, məhkəmə hesab edir ki, onun əməllərində həmin maddənin əlamətləri mövcud deyil. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli (hazırki işə münasibətdə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi» ilə törədilir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, o, “İlqar” adlı İran İslam Respublikası sakini tərəfindən İrandan gömrük nəzarətindən kənar və ya gizli Azərbaycan Respublikasının gömrük sərhədindən artıq keçirilib Beyləqan rayonunun ərazisində gizlədilmiş narkotik vasitəni Aslan və Ümümd Məmmədovların təklifi ilə sonuncularla gedib həmin ərazidən götürmüşdür. Narkotik vasitənin Beyləqan rayonunun ərazisində gizlədilmiş yerdən götürülməsi anınadək Təqsirləndirilən şəxs3 həmin predmetlə bağlı hər hansı hərəkətlər etməsi, o cümlədən onun Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsində hər hansı formada (icraçı, təhrikçi, köməkçi, təşkilatçı qismində) iştirak etməsi müəyyən edilməmiş, buna dair ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut əldə edilməmişdir. Təqsirləndirilən şəxs3 qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra narkotik vasitəni gizlədilmiş yerdən götürmək üçün getmişdir. Bu hal həm ifadələr, həm də cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilmişdir. Qeyd olunan sübutların təhlilindən aydın olur ki, Təqsirləndirilən şəxs3 qaçaqmalçılığı cinayəti başa çatdıqdan sonra Aslan və Təqsirləndirilən şəxs2ların təklifi ilə müstəsna olaraq Azərbaycan Respublikasının ərazisində həmin maddənin qanunsuz dövriyyəsi üzrə fəaliyyətə qoşulmuş – narkotik vasitənin Beyləqan rayonun ərazisindəki saxlanc yerindən götürülüb daşınmasında (qabaqcadan əlbir olan qrupun tərkibində) icraçı qismində iştirak etmişdir. Azərbaycan Respublikası CPM-nin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir”. İşin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 qarşı Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın heç bir sübuta əsaslanmadığı və həmin hissəsədə ittihamın irəli sürülməsi prosedurunun işin real olaraq müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki halı ilə uzlaşmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Məhkəmə qeyd olunan hüquqi mövqeyi, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 elan olunmuş CM-nin 206.3.2-ci maddəsi ittihamdan xaric edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndiriləm şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasi CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs3 isə həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər CM-nin yuxarida qeyd olunan maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyalari daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1, Ümümd Məmmədov və Təqsirləndirilən şəxs3 ilk məhkumluğunu, yaşayış yerindən müsbət xarakterizə olmalarını, gənc olmalarını, əlavə olaraq Təqsirləndirilən şəxs3 “Azərbaycan Respublkasının Ərazi Bütövlüyü Uğrunda” gedən döyüşlərdə iştirak etməklə yaralanmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran halları müəyyən etmir. Odur ki, təqsirləndirilən şəxslərə cəza təyin ediləsi halda yuxarıda göstərilən yüngülləşdirici hallar nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1, Ümümd Məmmədov və Təqsirləndirilən şəxs3 ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Ümümd Məmmədov və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəylərinə görə Təqsirləndirilən şəxs1, Ümümd Məmmədov və Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmədiklərindən narkomaniyadan məcburi müalicəyə ehtiyyacları yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Dövlət sərhəd Xitmətinin istintaq və təhqiqat İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq- 954, 95 qram narkotik vasitə heroin və 7579,6 qram narkotik vasitə tiryək məhv edilməli, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Redmi” markalı və Təqsirləndirilən şəxs3 məxsus bir ədəd “Redmi” markalı mobil telefonlar, eyni zamanda iş materiallarında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus “İphone X” markalı mobil telefonlar onların yaxıfn qohumlarına qaytarılmalıdır. İş üzrə 192 (yüz doxsan iki) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 64 (altmış dörd) manat tutularaq dövlət nəfinə keçirilməsini, onların cəza çəkmə müddətinin əvvəlini 21 may 2021-ci il tarixdən hesablanmasını əsaslı sayır. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CMin 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CMin 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs3 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs3 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Dövlət sərhəd Xitmətinin istintaq və təhqiqat İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq- 954, 95 qram narkotik vasitə heroin və 7579,6 qram narkotik vasitə tiryək məhv edilsin. Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Redmi” markalı və Təqsirləndirilən şəxs3 məxsus bir ədəd “Redmi” markalı mobil telefonlar, eyni zamanda iş materiallarında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus “İphone X” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar