Məhkəmə qərarları › İş №1(099)-5/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-5/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-5/2024 23.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Şahid3 Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi1 və zərər çəkmiş şəxsin hüquqi varisi X1 iştirakı ilə, xx xxxxxxx 2002-ci ildə Masallı rayonunun Sığdaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, Xətai küçəsində yerləşən topdansatış anbarında fəhlə işləmiş, Masallı rayonunun Sığdaş kəndində qeydiyyatda olmaqla faktiki olaraq Masallı şəhəri, Həzi Aslanov küçəsində yaşamış, barəsində 10 iyun 2022-ci ildə həbs qətimkan tədbiri seçilən, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Cəfərov X5 şəhəri, Xətai küçəsində yerləşən topdansatış anbarında onunla birlikdə fəhlə işləyən Zərərçəkmiş şəxs ilə sonuncunun bir neçə dəfə onunla yersiz zarafatlar edərək özünün və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində bir neçə dəfə mübahisələri olmuş, sonuncu dəfə 08 iyun 2022-ci ildə, saat 17 radələrində işdə olarkən avtomaşına yük vurduqları zaman Zərərçəkmiş şəxs kənarda durmaqla işləmədiyini görüb ona öz iradını bildirməklə işləməsini tələb etmiş, Zərərçəkmiş şəxs ona əhəmiyyət vermədiyi üçün aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun onun ünvanına yenidən nalayiq söyüşlər söyməsi səbəbindən onu cəzalandırmaq qərarına gəlmiş, bu məqsədlə qəsdən sol əli ilə onun sifətinə bir yumruq zərbəsi vurub yerə yıxaraq yetirildiyi anda həyat üçün təhlükəli olmaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid ağır qapalı kəllə-beyin travması, baş-beynin yumşaq qişasına qansızma, sağ gözyuvası ətrafı-gicgah nahiyəsində şişkinlik və qançır, sağ gözün içəri bıcağına yaxın hissədə sıyrıq, üst dodağın selikli qişasında qansızma ilə müşayiət olunan xəsarətlər yetirməsi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayından anbarda fəhlə kimi işləməyə başlamış, bir dəfə işdən çıxıb sonra yenidən işləmək üçün anbara qayıtmışdır. Onunla birlikdə işləmiş Zərərçəkmiş şəxsla aralarında əvvəllər heç bir narazılıq olmamış, lakin sonralar Qadir ona söz atmaqla söyüş söydüyündən aralarında mübahisələri yaranmış, aralarında olan mübahisələri onlarla birgə işləyən yoldaşları sakitləşdirmişlər. 08 iyun 2022-ci ildə anbardan müxtəlif mallar gətirib avtomaşına yükləyərkən Qadir kənarda dayanıb ona göstəriş vermiş, Qadirə iradını bildirib kömək etməsini desə də, sonuncu buna əhəmiyyət verməyib onu nəzərdə tutaraq “it hürər karvan keçər” deyib sonra söyüş söymüş, Qadirin bu sözünə görə ona yaxınlaşıb sifətindən bir yumruq zərbəsi vurmuş, Qadir yerə yıxılmış, orada fəhlə işləyən şəxslər Qadiri ayıltmağa çalışsalar da, o, ayılmamış, sonuncu anbarda olan maşınla xəstəxanaya aparılmış, o isə həmin vaxt kənarda dayanmış, sonradan ona zəng edib Qadirin rəhmətə getdiyini demişlər. Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, sonuncu ona nalayiq söyüşlər söydüyü üçün onu cəzalandırmaq məqsədi ilə cəmi bir yumruq zərbəsi vurmuşdur. Hazırda əməlindən peşmanlıq hissləri keçirməsini nəzərə alaraq barəsində ədalətli qərar edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun oğludur. Oğlu arvadı və bir azyaşlı uşağı ilə birlikdə onunla yaşamışdır. Qadir 2022-ci ilin yanvar ayından Masallı şəhərində yerləşən topdansatış anbarda fəhlə işləmiş, oğlu hər gün səhər işə getmiş, axşam isə işdən evə qayıtmışdır. 08 iyun 2022-ci ildə, saat 18 radələrində evdə olduğu zaman Masallı rayon mərkəzi xəstəxanasından evinə zəng edilərək oğlu Qadirin iş yerindən ölmüş vəziyyətdə xəstəxanaya daxil olması barədə məlumat verilmiş, sonra öyrənib bilmişdir ki, həmin günü iş yoldaşı Təqsirləndirilən şəxsla oğlunun söz-söhbəti olmuş, Hüseynxan qəfildən Qadirin sifətinə bir yumruq zərbəsi vuraraq onu yerə yıxmış, zərbənin təsirindən Qadir yerindəcə ölmüşdür. Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs ölümünə səbəb olmaqla ailəsini başsız qoymuş və Qadirin azyaşlı uşağı yetim qalmışdır. Təqsirləndirilən şəxslə barışmadığını bildirmiş və məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 istintaqda verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, anbarda fəhlə işləmiş, Qadir və Hüseynxan arasında olan söhbəti eşitməmiş, onlara yaxınlaşarkən onların gərgin vəziyyətdə, yəni birbiri ilə xoş münasibətdə olmadığını görmüş, Hüseynxan Qadirə işləməməsi ilə bağlı iradını bildirdikdə Qadir də cavabında “it hürər karvan keçər” sözlərini demiş, həmin vaxt Hüseynxan Qadirin sifətinə bir yumruq vurmuş, Qadir isə arxası üstə yerə yıxılmış, Qadirin yıxıldığı yer kafel döşənmiş vəziyyətdə olmuş, hadisədən sonra onlar Qadiri anbarda olan maşına mindirib xəstəxanaya aparmışlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt anbarda “Kamaz” markalı maşınına yük vurarkən səs eşidib baxdıqda Qadirin yıxıldığını görmüş, sonra digər iş yoldaşları ilə köməkləşib Qadiri “Vita” markalı avtomobilə mindirib xəstəxanaya aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X13 da digər Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, hadisə zamanı işdə olmuş, ancaq hadisənin necə baş verdiyini görməmiş, səs eşidib Qadirə yaxınlaşarkən onun yerə yıxılmış vəziyyətdə olduğunu və öldüyünü görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt anbarda Kamaz maşınına yük vurarkən Qadirin yıxılması səsini eşidib ona kömək etmək üçün yaxınlaşmış, sonra Qadiri “Vita” markalı avtomobilə mindirib xəstəxanaya göndərmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin hüquqi varisinin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 08 iyun 2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsi, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vurduğu yer - Masallı şəhəri, Xətai küçəsində yerləşən topdansatış anbarın giriş qapısının ön tərəfidir. Baxış zamanı kafel - metlaxın üzərindəki qurumuş qanabənzər ləkələrdən tampona hopdurularaq götürülmüşdür. Eyni zamanda baxışda iştirak edən Şahid8 Nuru oğlunun təqdim etdiyi hadisənin qeydə alındığı çəkilişi özündə əks etdirən 01 ədəd disk götürülərək protokolda əlavə edilmüşdür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 iyun 2022-ci il tarixli 693 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitələrdən istifadə etmə halları istisna olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18 iyun 2022-ci il tarixli, 25 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: ağır qapalı kəllə-beyin travması. Baş beynin yumşaq qişasına qansızma, sağ gözyuvası ətrafı-gicgah nahiyəsində şişkinlik və qançır, sağ gözün içəri bıcağına yaxın hissədə sıyrıq, üst dodağın selikli qişasında qansızma.Müəyyən olunan xəsarətlər həyati olub bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, qərarda göstərilmiş şəraitdə yəni yumruql vurulan güclü zərbə nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə baş-beyinin yumşaq qışasına qansızma səbəb olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və psixotrop maddə aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının 19 iyul 2022-ci il tarixli, 401/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O-alfa, beta /İ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A-beta /İİ/. Ekspertizaya təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus köynək və hadisə yerindən 02 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və həmçinin əksər ləkələrdə alfa və beta aqqlyutininləri də alındı. Beləliklə bu qan ləkələri Oalfa, beta /İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə A/İİ/ qruplu Təqsirləndirilən şəxs qanının olması ABO sistemi üzrə inkar olunur. Təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus şalvar, papaq, təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus şalvar, manjeti və yaxası zolaqlı olan köynək üzərində ləkələrdə qan və Zərərçəkmiş şəxs məxsus trusik, Təqsirləndirilən şəxs məxsus digər köynək üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. İş materiallarında olan kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 24 iyul 2022-ci il tarixli, 1668 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı pxisi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törətməmişdən əvvəl, eləcə də cinayəti törətdikdən sonra xronki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs özünə qarşı hörmət tələb etmək, qıcığa qarşı həssaslıq, adaptivlik və s. kimi əsas fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs əqli və psixi inkişafının xüsusiyyətlərinə görə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional halında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan kompleks məhkəmə-tibbi-kriminalistik ekspertizasının 25 iyul 2022-ci il tarixli 316/MTKŞ-2022 nömrəli rəyindən görünür ki, təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus cins şalvarın arxa səthinin sağ yarısındakı cibin üzərində dəlibkeçməyən, yalnız üst qatın zədələnməsi ilə müşaiyət olunan bir ədəd zədə vardır. Bu zədə cırılmış zədədir, küt mexanizmdən, paltarın həmin nahiyəsinin dartılması, o cümlədən ilişib dartılması nəticəsində törənməyə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs məxsus uzunqol köynəyin və tumanın üzərində zədə aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs məxsus cins şalvar üzərində olan zədəyə görə onun xəsarət alan zaman hansı daha çox ehtimal olunan vəziyyətdə (ayaq üstə, oturmuş, uzanmış) olması və ona qəsd edənin daha çox ehtimal edilən qarşılıqlı vəziyyəti (qarşı-qarşıya, qəsd edənin zərərçəkmişin arxasında, sağ və ya sol yanında, üzərində və s. olmaqla) barədə fikir söyləmək mümkün deyil. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus iki ədəd qısaqol koftanın və cins şalvarın üzərində zədə aşkar edilmədi. İş materiallarında olan Masallı RPŞ-nin 23 iyun 2022-ci il tarixli, 156-24957-1222 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, X7 ilə Zərərçəkmiş şəxs Masallı şəhəri, Xətai küçəsində yerləşən topdansatış anbarda fəhlə işləmişlər. Məlum hadisə baş verən vaxta kimi bir neçə dəfə iş yerində həmin şəxslərin arasında şəxsi münasibətlər zəminində narazılıq yaranmış, belə ki, Zərərçəkmiş şəxs mütəmadi olaraq Təqsirləndirilən şəxs sataşmaqla onunla şit zarafatlar etmiş, onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin hərəkətlərin davamı olaraq 08 iyun 2022-ci ildə fəhlə işlədikləri Masallı şəhəri, Xətai küçəsində yerləşən topdansatış ərzaq anbarında Zərərçəkmiş şəxs onun ünvanına nalayiq sözlər deməsi səbəbindən Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs sol əlinin yumruğu ilə Zərərçəkmiş şəxs sifətinə bir zərbə vuraraq onu qəsdən öldürmüşdür. Təqsirləndirilən şəxs spirtli içkilər və narkotik vasitələr qəbul etməsi barədə məlumatlar daxil olmamışdır. İş materiallarında olan 14 iyul 2022-ci il tarixli protokoldan görünür ki, diskə baxış keçirilərkən videogörüntüdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs üzbəüz dayanaraq hansısa mövzuda danışdıqları, söhbət zamanı Təqsirləndirilən şəxs sol əli ilə Zərərçəkmiş şəxs sifətinə qəflətən bir yumruq zərbəsi vurması və zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılması öz əksini tapmışdır. İş üzrə maddi sübut kimi tanınmış və hadisə zamanı zərər çəkmiş şəxs X2 hadisə zamanı əynində olmuş bir ədəd uzunqol köynək və bir ədəd gödəkçə Cəlilabad rayon prokurorluğunda saxlanılır, “Azercell Telekom MMC” və "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 02 ədəd CD disk isə cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədi ilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən (təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi qismən etirafedici, eləcə də zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin isə ibtidai istintaq zamanı verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayından başlayaraq fəhlə işlədiyi Masallı şəhəri, Xətai küçəsində yerləşən topdansatış. anbarda onunla birlikdə fəhlə işləyən Zərərçəkmiş şəxs ilə sonuncunun bir neçə dəfə onunla yersiz zarafatlar edərək özünün və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən istintaq dəqiq məlum olmayan tarixdə və vaxtda aralarında iş yerində yaranmış mübahisə zamanı o, yerdən ağac parçası götürərək Zərərçəkmiş şəxs vurmaq istədikdə orada olan şəxslər buna imkan verməmiş, sonuncu isə həmin vaxt onun başına yumruqla bir zərbə vurmuş, Zərərçəkmiş şəxs ona qarşı yol verdiyi qanunazidd hərəkətləri özünə münasibətdə təhqir hesab etməklə qisas alaraq onu öldürmək qərarına gəlmiş, bu məqsədlə 08 iyun 2022-ci ildə, saat 17 radələrində Masallı şəhəri, Xətai küçəsində yerləşən anbarın qarşısında avtomaşına yük vurduqları zaman Zərərçəkmiş şəxs kənarda durmaqla işləmədiyini görərək ona öz iradını bildirməklə işləməsini tələb etmiş, Zərərçəkmiş şəxs ona əhəmiyyət vermədiyi üçün aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq söyüşlər söyməsi səbəbindən aralarında yaranmış şəxsi qərəzli munasibətlər zəminində onu qəsdən öldürmək məqsədi ilə gözləmədiyi halda qəflətən sol əli ilə Zərərçəkmiş şəxs sifətinə bir yumruq zərbəsi vurub yerə yıxaraq yetirildiyi anda həyat üçün təhlükəli olmaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid ağır qapalı kəllə-beyin travması, baş beynin yumşaq qişasına qansızma, sağ gözyuvası ətrafı-gicgah nahiyəsində şişkinlik və qançır, sağ gözün içəri bıcağına yaxın hissədə sıyrıq, üst dodağın selikli qişasında qansızma ilə müşayiət olunan bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. İstintaq orqanı qeyd edilən nəticəyə gələrkən Təqsirləndirilən şəxs istintaqda verdiyi qismən etiraf ifadələrinə, zərərçəkmiş şəxsin hüquqi varisi X1 və şahidlər X6, Şahid2, Şahid3, X13 və Şahid7 istintaq zamanı verdikləri ifadələrinə, həmçinin istintaq hərəkətlərinin protokollarına, maddi sübutlara, ekspertiza rəylərinə və işdə olan digər sənədlərə sübut növü kimi əsaslanmışdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanı işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməklə, Təqsirləndirilən şəxs əməlini tövsif edərkən maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, düzgün olmayaraq onu bir yumruq zərbəsi vurduğu şəxsi qəsdən öldürmə cinayətini törətməyə görə təqsirli bilmişdir. Belə ki, cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikası CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin (cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin) bütövlükdə hamısının (həm də eyni vaxt ərzində) mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (CM-in 3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün həmin maddənin bütün tərkib əlamətləri olmamışdır. Belə ki, adam öldürmə cinayətinin obyektini başqa şəxsin həyatı təşkil etdiyi halda, həmin cinayət əməli obyektiv cəhətdən başqa şəxsi qanunsuz olaraq qəsdən həyatdan məhrumetmədə ifadə olunur. Ehtiyatsızlıqla adam öldürmə istisna olmaqla, həyat əleyhinə olan cinayətlərin hamısı təqsirin qəsd forması ilə xarakterizə olunur. CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Şəxs başqasını həyatdan məhrumetməyə yönələn əməlinin ictimai təhlükəli olduğunu qabaqcadan görür və bunları ya arzu edir (birbaşa qəsd), ya da bunları arzu etmir, lakin nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Dolayı qəsd birbaşa qəsddən yalnız iradəvi momentinin məzmununa görə fərqlənir. Bu mənada dolayı qəsddə ictimai təhlükəli nəticə təqsirkar üçün nə son məqsəd, nə də məqsədə çatmaq vasitəsi kimi əhəmiyyət kəsb etmir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli 3 saylı qərarının 3-cü bəndində göstərilir: Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqdan ifadə olunur. Burada təqsirkarın niyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halların, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirməsi) həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, istintaq orqanı Təqsirləndirilən şəxs əməlini tövsif edərkən maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi istintaq orqanı gəldiyi nəticəni əsaslandırarkən yalnız təqsirləndirilən şəxsin qismən etiraf ifadəsinə əsaslanmış, lakin iş materiallarına əsasən müəyyən olunur ki, baş vermiş hadisəni görən şəxslər olmuş, ancaq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vurmaqda məqsədinin onu öldürmək olmasını təsdiq edən (şahid və ya şahidlər olmamış) və yaxud hər hansı bir mötəbər sübut əldə etməmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Cəfərov X5 şəhəri, Xətai küçəsində yerləşən topdansatış anbarda onunla birlikdə fəhlə işləyən Zərərçəkmiş şəxs ilə sonuncunun bir neçə dəfə onunla yersiz zarafatlar edərək özünün və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində bir neçə dəfə mübahisələri olmuş, sonuncu dəfə 08 iyun 2022-ci ildə, saat 17 radələrində işdə olarkən avtomaşına yük vurduqları zaman Zərərçəkmiş şəxs kənarda durmaqla işləmədiyini görüb sonuncunu cəzalandırmaq qərarına gəlmiş, bu məqsədlə həmin vaxt Zərərçəkmiş şəxs yaxınlaşaraq qəsdən sonuncunun gözləmədiyi halda qəflətən sol əli onun sifətinə yumrurla bir zərbə vurmuş, sonuncunun aldığı zərbənin təsirindən yerə yıxıldığını görərək kənar təsirlər olmadan hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yumruqla vurub yerə yıxdıqdan sonra onun bədəninin müxtəlif nahiyəsinə hər hansı əşya və ya predmetlə əlavə zərbələr vurmaq imkanı olmasına baxmayaraq kənar təsirlə bağlı deyil, öz iradəsinə uyğun olaraq, yəni onu öldürmək qəsdi olmadığından oradan getmişdir. İş materiallarında olan diskə baxış keçirilərkən videogörüntüdə Hüseyxan Cəfərov və Zərərçəkmiş şəxs üzbəüz dayanaraq hansısa mövzuda danışdıqları, söhbət zamanı Təqsirləndirilən şəxs sol əli ilə Zərərçəkmiş şəxs sifətinə qəflətən bir yumruq zərbəsi vurması və zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılması öz əksini tapmışdır. Təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsə vurduğu zərərin yetirildiyi bədən nahiyəsi, habelə zərərin yetirilməsinin üsulu zərər çəkmiş şəxsin ölümünün baş verə biləcəyini qabaqcadan görməsini istisna edir. Baş vermiş ölüm sağlamlığa vurulmuş ağır zərərin nəticəsidir. Burada təqsirkarın qəsdi ilə yalnız əməlin ilkin nəticəsinin (sağlamlığa ağır zərərvrumanın) əhatə olunduğunu, sonrakı nəticənin (ölümün) isə qəsdlə əhatə olunmadığı müəyyən olunur. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, aralarında yaranmış şəxsi münasibətlər zəminində Təqsirləndirilən şəxs qəflətən sol əli ilə Zərərçəkmiş şəxs mühüm həyati əhəmiyyətə malik olmayan sifətinə bir yumruq zərbəsi vurmuş, zərbənin təsirindən sonuncu müvazinətini itirərək arxası üstə yerə yıxılmış və başı döşəməyə dəyərək burnundan qan açılmış, Zərərçəkmiş şəxs hadisə yerində ölmüşdür. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən olunur ki, hadisə törədilərkən hər hansı bir təhlükəli üsuldan və vasitələrdən istifadə edilməmişdir. Beləliklə də, məhkəmə tərkibi belə nətəcəyə gəlir ki, zərər çəkmiş şəxsin sağlamlığına vurulmuş ağır zərərlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Təqsirləndirilən şəxs qəsdi zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə yönəlməmiş, buna görə də onun təqsiri sağlamlığa ağır zərər vurmaya münsibətdə qəsdən, baş vermiş ölümə münasibətdə isə ehtiyatsızlıqdan ibarət olmuşdur. Məhkəmə həmçinin tədqiq edilmiş sübutların hərtərəfli, tam və obyektiv araşdırılmasına, eləcə də onların obyektivliyinə və mötəbərliyinə əsaslanıb, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məqsədi hadisə vaxtı Zərərçəkmiş şəxs öldürməyə deyil, onu cəzalandırmağa yönəlmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif etməklə səhvə yol vermişdir. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətlərinin olması sübut olunmadığından, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ölümünə səbəb olan qəsdən sağlamlığa zərərvurması əməli sübut olunduğundan, onun əməli həmin Məcəlləsinin 126.3-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinin sanksiyasında 9 (doqquz) ildən 12 (on iki) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi müzakirə edərkən, yəni təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən, işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, ardıcıllığı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə almışdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq belə nəticəyə gəlir ki, onun məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ilkin qismən etirafedici ifadələrində “hadisə vaxtı onun məqsədi Zərərçəkmiş şəxs öldürməyə deyil, onu cəzalandırmağa yönəlmişdir” deməsi işin faktiki hallarına uyğun gəlməklə daha səmimi, düzgün, məntiqli və obyektiv olduğundan iş üzrə sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsində qeyd olunur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün o, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs kimi tutulduğu gündən, yəni 08 iyun 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, Masallı rayon məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərarı ilə də həbsetmənin əvvəli 08 iyun 2022-ci ildən hesablanmaqla təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Cəfərov X5 rayonunun Sığdaş kəndində qeydiyyatda olmaqla faktiki olaraq Masallı şəhəri, Həzi Aslanov küçəsində yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun təqsirini qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk məhkumluğunu Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli,onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı rayon prokurorluğunda saxlanılan və hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd şalvar, bir ədəd köynək, bir ədəd papaq və bir ədəd trusik, eyni zamanda Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar və iki ədəd köynək, həmçinin hadisə yerindən götürülmüş qan ləkəsinə batırılmış pambıq topası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş materiallarına əlavə edilmiş CD disklər isə cinayət işində saxlanılmalıdır. İş üzrə maddi ziyan, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 08 iyun 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Masallı rayon prokurorluğunda saxlanılan və hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd şalvar, bir ədəd köynək, bir ədəd papaq və bir ədəd trusik, eyni zamanda Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar və iki ədəd köynək, həmçinin hadisə yerindən götürülmüş qan ləkəsinə batırılmış pambıq topası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş materiallarına əlavə edilmiş CD disklər isə cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Cəlil Nəbiyev Hakimlər: Cavid Səfərli Şahid3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar