Məhkəmə qərarları › İş №1(099)-50/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-50/2022

11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-50/2022 11.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev İlkin Qismət oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs X2 müdafiəçiləri – Kürdəmir rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi X6, müdafiəçiləri - Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi5, Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 Cəlal oğlunun iştirakları ilə xx xxxxx 1997-ci ildə Kürdəmir rayonu, Mollakənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Kürdəmir rayonu, Mollakənd kəndində qeydiyyatda olmaqla Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, M.P.Vaqif küçsəi ev 68-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 29,120.2.1, 29,120.2.11,181.3.3,170.3,177.2.1,177.2.3, 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə xx xxxxx 2005-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.11 və 181.3.3-cü maddələri ilə 21 avqust 2003-cü ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan və (hadisə vaxtı yetkinlik yaşına çatmayan), barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1,177.2.3, 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirləndilmələrinə dair cinayət işinə videkonfrans əlaqə sistemindən istifadə edilməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X8 özgə əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə 21 avqust 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 02 may 2021-ci il tarixdə saat 21 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış evinin qarşısına gəlmiş, evdə və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra əvvəlcədən aralarında olan razılığa və rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 evin qarşısında dayanıb, ətrafa nəzarət etmiş, o, isə hasardan keçərək həyətə və sonra qanunsuz olaraq evə daxil olaraq yataq otağındakı tumbanın yanında olan 01 ədəd 660 manat dəyərində “HP” markalı noutbuku, həmin noutbuk üçün nəzərdə tutulmuş 20 manat dəyərində olan çantanı və 20 manat dəyərində olan noutbukun qidalandırıcısını, digər yataq otağına keçib, dolabın yanında olan 01 ədəd 660 manat dəyərində “ACER” markalı noutbuku, həmin noutbuk üçün nəzərdə tutulmuş 20 manat dəyərində çantanı və 20 manat dəyərində noutbukun qidalandırıcısını, tumbanın içərisində olan 01 ədəd 20 manat dəyərində “Samsung J1” markalı mobil telefonu gizli yolla talayaraq oğurlamış, bundan sonra hasardan çölə çıxmaqla oğurladıqları əmlakları birgə hadisə baş verən evin yaxınlığında yerləşən əvvəlcədən müəyyən etdikləri tanımadıqları və yaşayış olmayan evin həyətində gizlətdikdən sonra yenidən Zərərçəkmiş şəxs2 məxsus evin qarşısına gəlmiş, cinayətkar fəaliyyətin davamı olaraq vahid niyyətlə o, hasardan həyətə və qanunsuz olaraq evə daxil olduqdan sonra yataq otağındakı 01 ədəd 120 manat dəyərində qırmızı rəngli, dəmir seyfi otaqdan evin eyvanına çıxarmış, dəmir seyfi tək aparmağa gücü çatmadığı üçün həyətin darvazasını açaraq Təqsirləndirilən şəxs2 içəri çağırmış, dəmir seyfi götürüb oğurlamaq istəyərkən, qonşuluqda yaşayan Şahid2 səs-küy saldıqdan sonra iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdırmamış, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 1420 manat dəyərindəki əmlakı gizli olaraq talayıb, oğurlamış, 120 manat dəyərindəki əmlakı isə gizli olaraq talamağa, yəni oğurlamağa cəhd etmişdir. Bundan başqa o, 17 iyun 2021-ci il tarixdə saat 18 radələrində tanışı yetkinlik yaşına çatmayan xx xxxxx 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 pul əldə etməsini vəd edib, sonuncu ilə Kürdəmir şəhəri, Bakı prospekti, “Dörd yol” deyilən ərazidə yerləşən “Şaurma” adlı dönərxananın yanında görüşərək Kürdəmir şəhərindəki “Qocalar evi”ndə məskunlaşmış Kürdəmir rayonu, Qarasu kənd sakini Zərərçəkmiş şəxs1 ev almaq üçün 25000 AZN pul vəsaitini yığıb üzərində gəzdirdiyini güman edərək, silah qismində istifadə edilən əşya tətbiq etməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə sonuncunun həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla müşayiət olunan basqın etmək və quldurluqla əlaqədar onu öldürərək həyətdə basdırmaq qərarına gəlib Təqsirləndirilən şəxs1 ilə cinayəti bir qrup şəxs halında birgə həyata keçirməyi, cinayətin üsulu, yeri və aləti barədə ümumi razılığa gələrək bu niyyətlərini birgə həyata keçirmək üçün 18 iyun 2021-ci il tarixdə saat 15 radələrində təmizlik işləri aparmaq adı ilə Yaşar X1 məxsus Kürdəmir rayonu Yenikənd kəndində yerləşən fərdi yaşayış evinin həyətinə gətirmişlər. Aralarında olan cinayətkar razılaşmaya və vəzifə bölgüsünə əsasən həmin həyətdə yerləşən tövlənin yaxınlığında o, Zərərçəkmiş şəxs1 boynundan sağ qolu ilə tutub sıxmaqla Təqsirləndirilən şəxs1 məlum olmayan mənbədən əldə edib üzərində gəzdirdiyi bıçağı silah qismində tətbiq edərək Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib kürək nahiyəsindən 9 dəfə qəsdən zərbə vuraraq ona sol bel nahiyyəsinin 1, sağ kürək nahiyyəsinin 8 ədəd daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirməsinə şərait yaratmış, bundan sonra Zərərçəkmiş şəxs1 həyətin girişinə doğru qaçdıqda Təqsirləndirilən şəxs1 giriş qapısını küçə tərəfdən tutub onun həyətdən çıxmasının qarşısını aldığı vaxt əvvəlcədən həmin həyətdə yerləşən evdən götürüb üzərində saxladığı bıçağı silah qismində tətbiq edib Zərərçəkmiş şəxs1 həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə 8 dəfə qəsdən zərbə vuraraq ona, döş qəfəsinin sağ yarısının 1, qarnın 2, sol əlin ovuc səthinin 4 ədəd kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan sağlamlığa yüngül zərərvurmaya aid, döş qəfəsinin sol yarısına nüfuz edən diafraqmanı zədələyərək qarın boşluğuna nüfuz edən, mədənin və bağırsaqların zədələnməsinə səbəb olan 1 ədəd kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan sağlamlığa ağır zərərvurmaya aid olan xəsarətləri yetirməklə təkrarən quldurluq etmiş, sonuncu üzərində olan 144 manat pulu ona verdikdən sonra qışqıraraq qonşuları və kənd camaatını köməyə çağırmasından qorxaraq qəsdən adam öldürmə cinayətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş və Zərərçəkmiş şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluqla əlaqədar qəsdən öldürməyə cəhd etməklə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 xüsusilə ağır cinayət törətməyə cəlb etmişdir. Məhkəmə istinatqında təqsirləndirilən şəxs qismində dindirilmiş X8 elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci il aprel ayının sonlarında tanışı Fəridlə qonşuluqda yerləşən Taleh adlı şəxsin evində heç kim yaşamadığından həmin evə girmək və əldə etdikləri qazancı aralarında bölmək barədə razılaşmışlar. Düşünmüşdür ki, evdə qiymətli əşyalar ola bilər. 2021-ci ilin may ayının 2-də axşam vaxtı həmin evin hasarında tullanıb həyətə daxil olmuş Fərid isə çöldə pusquda durmuşdur. Evin qapısı açıq olmuş, evdən iki ədəd noutbuku çantaları və qidalandırıcısı ilə birlikdə, həmçinin yataq otağından bir ədəd «Samsunq» markalı mobil telefon oğurlamış, yataq otağında bir ədəd dəmir seyf görmüşdür. Oğurladığı noutbukları hasardan çöldə onu gözləyən Fəridə vermiş, sonra özü çölə çıxmış, noutbukları aparıb tanımadıqları bir evin həyətində gizlətmiş, mobil telefonu isə üstündə saxlamışdır. Daha sonra dəmir seyfi oğurlamaq üçün Fəridlə həmin evə qayıtmışlar. Hasardan həyətə tullanmış, evə daxil olub yataq otağındakı seyfi təkbaşına həyətə çıxarmış, sonra aşağı düşüb həyətin qapısını açmış və Fərid seyfi götürmək üçün içəri daxil olmuşdur. Fəridlə seyfi pilləkəndən düşürmüşlər. Bu zaman qonşuluqda yaşayan Elşən adlı şəxsin səs-küyünü eşitmiş və seyfi atıb qaçmışlar. Bir neçə gün sonra oğurladığı mobil telefonu Taleh adlı şəxsə 13 manata, noutbukları gizlətdiyi yerdən götürüb Bakı şəhərinə aparmış, Neftçilər metrosunun yaxınlığında Qara Qarayev prospektində 150 manata satmışdır. Oğurlamaq istədiyi seyfdə nə olduğunu bilməmişdir. Fəridin həmin vaxt 18 yaşının tamam olmadığını bilməmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, baş vermiş bu hadisədən bir necə gün əvvəl tanışı Yaşarın Kürdəmir rayonunda almağa ev axtardığını və 25000 manat pulunun olduğunu eşitmişdir. Hadisədən bir gün əvvəl tanışı Turalla çayxanada söhbət edərkən ona Yaşarın ev almaq üçün 25000 manat pulunun olduğunu, pulu ələ keçirib aralarında bölmək barədə razılaşmışlar. Planlaşdırmışlar ki, Yaşarı təmizlik işləri gördürmək bəhanəsi ilə Turalgilin Yenikənd kəndində yaşayış olmayan evə aparıb orada pulunu əlindən aldıqdan sonra öldürüb həyətədə basdırsınlar. 18 iyun 2021-ci il tarixdə saat 15 radələrində Turalla Kürdəmir şəhərində görüşüb taksi ilə Yaşarın yaşadığı «Qocalar evi»nə gəlib onu küçəyə çağırmışlar.X7 kəndində yerləşən həyəti təmizləmək lazım olduğunu, bu işə görə ona 15 manat pul veriləcəyini və onu aparmağa gəldiklərini bildirmişdir. Yaşar onlarla razılaşmış, birlikdə taksi ilə Yenikənd kəndinə gəlmişlər. Orada Yaşara quyu qazmağı demişlər. Yaşar da həyətdə otları təmizlədikdən sonra quyu qazacağını bildirmişdir. Əslində isə həmin quyunu Yaşarı öldürdükdən sonra ora basdıracaqlarını nəzərdə tutmuşlar. Yaşar həyətdə işləyərkən birdən onun boynundan tutub yerə yıxmaq istəmiş, onun boynunu sıxarkən Tural arxadan ona bıçaqla çoxlu zərbələr vurmuş, Yaşar qışqıraraq darvazanın çıxışına tərəf qaçmağa başlamış, lakin Tural Yaşardan qabaq küçəyə çıxıb çöl tərəfdən qapını tutub saxlamışdır ki, Yaşar küçəyə çıxa bilməsin. Arxadan Yaşarı tutmuş və ev almaq üçün yığdığı pulların yerini soruşmuş, Yaşar pulunun olmadığını demiş, bundan sonra bıçaqla bir neçə dəfə onu vurmuşdur. Çöl tərəfdən qapını saxlayan Tural da ondan pulların yerini soruşmuşdur. Yaşar qışğıraraq camaatı köməyə çağırmış və pulunun olmadığını demişdir. Yaşar cibindəki təxminən 144 manat olan pulunu ona vermiş, yenidən qışqıraraq camaatı köməyə çağırmış, camaatın ora yığışmasından qorxub Tural qapını buraxmış və Yaşar çıxıb qaçmışdır. Tural evdə olan atasının paltarlarını ona vermiş, əynini dəyişmişdir. Sonra rayona qayıtmışlar. Yaşarı öldürmək məqsədi olmamışdır. Məqsədi onu yalnız qorxudub pullarını əlindən almaq olmuşdur. Turalın 18 yaşı tamam olmadığını bilmişdir. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs Xəyal Heydərov məhkəmyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə vermiş olduğu etirafedici ifadələrində Zərərçəkmiş şəxs1 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncuya məxsus Yenikənd kəndində yerləşən evə aparmaqda məqsədləri təmiz işlərinin aparılması üçün deyil, zərərçəkmiş şəxsin pulunu ələ keçirdikdən sonra onu öldürüb daha sonra özünə qazdırdıqları quyuda bastırmaları olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirimliş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verməmişdən bir neçə gün əvvəl çayxanada olarkən Xəyal ona fəhlə olan və «Qocalar evi»ndə yaşayan Yaşarın ev almaq üçün 25000 manat pul yığdığını, Kürdəmir rayonunda almağa ev axtardığını və pulları üstündə gəzdirdiyini demişdir. Hətta arada Yaşarın cibinin şişkin olduğunu da görmüşlər. 17 iyun 2021-ci il tarixdə planlaşdırmışlar ki, Yaşarı fəhlə kimi yaşayış olmayan atasına məxsus Kürdəmir rayonu Yenikənd kəndində yerləşən evlərinin həyətini təmizləmək üçün həmin evə aparıb oradan pulunu əlindən aldıqdan sonra öldürüb həyətdə basdırsınlar. Yaşara evdə işləmək üçün 15 manat verəcək idi. 18 iyun 2021-ci il tarixdə saat 15 radələrində Xəyalla birlikdə taksi ilə Yaşarı «Qocalar evi»ndən götürüb Yenikənd kəndinə gəlmişlər. Yaxınlıqda yaşayan nənəsigildən evin açarını götürüb qapını açmış, içəri daxil olmuşdar. Bundan sonra Yaşara evin arxasında heyvanların su içməsi üçün quyu qazmağı tapşırmışlar, lakin Yaşar həyətdə otları təmizlədikdən sonra quyunu qazacağını demişdir. Yaşar həyətdə işləyən zaman Xəyal ona hücum edərək qolu ilə Yaşarın boğazından tutub sıxaraq yerə yıxmaq istəmiş, bu zaman üzərində gəzdirdiyi bıçaqla arxadan Yaşara bir neçə dəfə vurmuş, həmin vaxt Yaşardan ev almaq üçün pullarının harada olmasını soruşmuş, Yaşar qışğıraraq camaatı köməyə çağırmağa başlamış və həyətdən çıxmaq üçün qapı istiqamətinə qaçmışdır. Onu qabaqlayıb həyətdən çıxıb çöl tərəfdən qapını tutub saxlamışdır ki, Yaşar çıxa bilməsin. İçəridə Xəyal da Yaşara bir neçə dəfə bıçaqla vuraraq pulları verməsini tələb etmişdir. Lakin Yaşar qışqıraraq camaatı köməyə çağırmışdır. Camaatın ora yığışmasından qorxub qapını buraxıb həyətə girmiş, Yaşar yaralı vəziyyətdə çölə çıxıb qaçmışdır. Xəyalın üst-başı qan olduğundan evdən atasının paltarlarını Xəyala vermiş, Xəyal əynini dəyişmiş, Yaşardan aldığı pulu, 144 manatı saxlamaq üçün ona vermişdir. Evdən çıxmışlar. Xəyal hadisə vaxtı əynində olan paltarı kanala atmış, həmin puldan 44 manatlıq özünə paltar almış, qalan 100 manatı da götürüb Qəbələ rayonun getmişdir. İçkili olduğundan Yaşara neçə zərbə vurduğunu xatırlamır. Yaşarı öldürmək niyyəti olmamışdır. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs1 məhkəmyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə vermiş olduğu etirafedici ifadələrində Zərərçəkmiş şəxs1 atasına məxsus Yenikənd kəndində yerləşən evə aparmaqda məqsədləri təmizlik işlərinin aparılması üçün deyil, Zərərçəkmiş şəxs1 pulunu ələ keçirdikdən sonra onu öldürüb daha sonra özünə qazıdrdıqları quyuda bastırmaları olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindiriliş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci aprel ayının sonlarında tanışı və qonşuluqda yaşan Xəyal ona təklif etmişdir ki, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 evində heç kim yaşamır, həmin evə girib oğurluq etsinlər. Onunla razılaşmış, Xəyal ona demişdir ki, qapıda pusquda duracaq, özü isə evə girəcək, əldə etdikləri pulu yarıya böləcəklər. 2021-ci ilin may ayının 2-də saat 21 radələrində Xəyalla həmin evin yanında görüşmüş, Xəyal hasardan hoppanıb həyətə daxil olmuş, özü isə qapıda gözləmişdir. Bir neçə dəqiqədən sonra Xəyal hasardan hoppanıb geri qayıtmış, evdən çantada olan 2 ədəd noutbuk, onların “adapterlərini” və mobil telefon götürdüyünü demişdir. Noutbukları yaxınlıqdakı yaşayış olmayan evin hamamında gizlətmişlər. Telefon Xəyalda qalmış və yenidən həmin evə qayıtmışlar ki, dəmir seyfi də oğurlasınlar. Xəyal hasardan hoppanıb həyətə daxil olmuş, özü isə qapıda onu gözləmişdir. Xəyal evdən dəmir seyfi çıxarmış və eyvana qoymuş, sonra içəridən darvazanın qapısını açmış və onu içəri çağırmışdır. İçəri daxil olub seyfi çölə çıxarmaq istəyərkən qonşuluqda yaşayan Elşən adlı şəxs qışqırmış, qorxularından seyfi orada qoyub qaçmışlar. Mobil telefon Xəyalda qalmış, hər kəs öz evinə getmişdir. Bir neçə gündən sonra Xəyal ona demişdir ki, mobil telefonu evə vermiş, noutbukları isə Bakı şəhərində satıb pulunu xərcləmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini təqsirləndirilən şəxslər- Xəyal Heydərov, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmişlər. Onların törətdikləri cinayət əməlləri özlərinin etirafedici ifadələri ilə yanaşqı iş üzrə dindirilmiş zərərəçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirimiş X9 ifadəsində göstərmişdir ki, Kürdəmir rayonunda “Qocalar evi”ndə yaşayır, fəhlə işləyir. Təxminən 200 manat pul yığmış, məqsədi gələcəkdə Kürdəmir rayonunda ev almaq olmuşdur. Hadisədən bir neçə gün əvvəl tanışı Xəyalla çayxanada söhbət edən zaman ona ev almaq üçün pul yığdığını demiş, Xəyal da ona Kürdəmir şəhərində “Şaurma” adlı obyektin yanında 25000 manata ev satıldığını demişdir. Ona o qədər pulunun olmadığını demişdir. Bir neçə gün sonra Xəyal ona Yenikənd kəndində yerləşən həyəti təmizləmək lazım olduğunu və buna görə ona 15 manat pul verəcəyini demişdir. 18 iyun 2021-ci il tarixdə saat 15 radələrində Xəyal onu evdən çağırmış, həyətə çıxdıqda yanında Turalın da olduğunu görmüşdür. Taksi ilə Kürdəmir rayonu Yenikənd kəndində gəlmişlər, söhbət zamanı Xəyal ona 25000 manata Kürdəmirdə ev satıldığını və həmin evə baxmağı təklif etmişdir. Xəyala pulunun çatmadığını demişdir. Həyətə daxil olduqdan sonra Xəyal və Tural onu evin arxasına aparıb orada heyvanların içməsi üçün quyu qazmaq lazım olduğunu demişlər. Lakin həyətdə otları təmizlədikdən sonra quyunu qazacağını demişdir. Tövlənin yanında otları təmizləyən zaman Xəyal onun üstünə cummuş və qolu ilə boynunu sıxmış, Tural isə bir neçə də bıçaqla onun kürəyindən vurmuş, Xəyal ev üçün yığdığı pulları ona verməsini tələb etmiş, onlara pulunun olmadığını demişdir. Bundan sonra qışqıraraq camaatı köməyə çağırmış və çıxış qapısı istiqamətinə qaçmışdır. Tural onu qabaqlamış və darvazadan çıxıb çöldən qapını tutub saxlamışdır ki, o, bayıra çıxa bilməsin. Xəyal onu arxadan tutmuş, döşündən, qarnından və qolundan bıçaqla vurmuşdur. Yenə qışqıraraq camaatı köməyə çağırmış, cibində olan 144 manatı çıxarıb Xəyala vermişdir ki, ondan əl çəksin. Bu zaman darvazanın qapısı açılmış və həyətdən çıxıb yaralı vəziyyətdə qaçmışdır. Küçədə tanımadığı bir şəxs onu Kürdəmir RMX-yə çatdırmışdır. Müalicə almış və hazırda vəziyyəti yaxşıdır. Xəyal Heydərova və Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan qaytarılıb, onlarla barışıb. Zərərçəkmiş şəxs X4 məhkəməyə təqdim etdiyi 1 dekabr 2021-ci il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Xəyal Heydərov və Təqsirləndirilən şəxs1 ilə barışmış, onlara qraşı şikayəti və tələbi yoxdur, onlara qanuni cəza verilməsini məhkəmədən xahiş edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 2 may 2021-ci il tarixdə yaşadığı evindən oğurluq edən şəxslərin sonradan Xəyal Heydərov və Təqsirləndirilən şəxs2 olduqları məlum olmuşdur. Evindən “Acer” və HP-250 G7” markalı noutbuklar, onların çantaları və qidalandırıcıları, habelə bir ədəd nömrəsiz “Samsunq J1” markalı mobil telefon oğurlanmışdır. Noutbukların hər birinin qiyməti 680 manat, onların çantalarının hər birinin qiyməti 20 manat təşkil edir, ümumilikdə ona 1420 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş maddi ziyan tam ödənilmiş, onlarla barışmış, heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 7 iyul 2021-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, Xəyal Heydərova və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur, onlarla barışmışdır. Məhkəməyə təqdim olunmuş 28 yanvar 2022-ci il tarixli teleqramdan görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur, 18 iyun 2021-ci il tarixdə saat 15 radələrində rayon sakini Xəyal Heydərov yanında bir nəfər tanımadığı şəxslə maşına əyləşib Qocalar evinə sürməsini xahiş etmişdir. Onları Qocalar evinə aparmış, orada Yaşarı götürüb birlikdə onları Yenikənd kəndinə aparıb düşürtmüş və oradan rayona qayıtmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2la hasar qonşusudur. Taleh ondan evdə olmadıqları vaxt onun qonşuluğunda yerləşən evlərinə nəzarət etməsini xahiş etmişdir. 2 may 2021-ci il tarixdə saat 22 radələrində Talehgilin həyətindən səs gəldiyini eşitmişdir. Buna görə hasardan qalxıb, onların həyətinə boylanmışdır. Görmüşdür ki, darvazaları açıqdır, bir nəfər şəxs həyətdədir. Həyətdə 1 nəfər olduğunu görüb, qışqırıb, nə etdiyini soruşmuş, həyətə tullanmışdır. Həmin şəxs onu görüb, qaçmışdır. Bundan sonra Talehə zəng vurmuş, Taleh evə gəlmişdir. O, gəldikdə aşkar etmişdir ki, seyf evdən çölə çıxarılmış, aparılmağa çalışılmışdır. Oğurluq edən şəxslərin üzlərini görə bilməmiş, həmin vaxt hava qaranlıq olmuşdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 3 avqust 2021-ci il tarixli 315 N-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətləri vardır: döş qəfəsinin sol tərəfinin, qarının sağ tərəfinin sol plevra və qarın boşluğuna nüfuzedən kəsilmiş-deşilmiş yaraları. Döş qəfəsinin sağ yarısının, sol bel nahiyyəsinin, sağ kürək nahiyyəsinin daxilə keçməyən kəsilmiş deşilmiş yaraları. Sol saidin və sol əlin ovuc səthinin (4 ədəd) kəsilmiş yaraları. Hemorragik şok. 1-2-ci dərəcə. Poshemorragik anemiya. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin sol yarısına nüfuz edən diafraqmanı zədələyərək qarın boşluğuna nüfuz edən, mədənin və bağırsaqların zədələnməsinə səbəb olan 1 ədəd kəsilmiş-deşilmiş yarası, döş qəfəsinin sağ yarısının, qarnın sağ yarısının, sağ çiyin nahiyyəsinin, döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən çoxsaylı (1 ədəd döş qəfəsinin ön səthində, 8 ədəd döş qəfəsinin arxa səthində, 1 ədəd sağ çiyin nahiyəsində, 2 ədəd qarın nahiyəsində və 4 ədəd sol said olmaqla) deşilmiş-kəsilmiş yaraları iti uca və iti kənara malik olan alətin (əşyanın) təsirindən əmələ gəlmişdirlər, törənmə müddəti qərarda göstərilən və xəstəlik tarixində qeyd olunan vaxtayəni xx.xx.2021-ci il tarixinə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə-döş qəfəsinin sol yarısının döş boşluğuna və qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası qarın boşluğu orqanlarının zədələnməsinə səbəb olduğu üçün həyat üçün təhlükəli hal olduğu üçün sağlamlığa AĞİR zərərvurmaya aiddir. Yara kanalının istiqaməti yuxarıdan aşağı, yandan içə doğru olmaqla döş boşluğu orqanların zədələmədən diaframanı zədələmiş və qarın boşluğuna nüfuz etmişdir. Döş qəfəsinin sağ yarısının, qarnın sağ yarısının, sağ çiyin nahiyəsinin, döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən çoxsaylı (1 ədəd döş qəfəsinin ön səthində, 8 ədəd döş qəfəsinin arxa səthində, sol əlin ovuc səthinin 4 ədəd kəsilmiş yaraları, 1 ədəd sağ çiyin nahiyəsində və iki ədəd qarın nahiyəsində olmaqla) yaraları ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Yara kanalının hər birinin istiqaməti öndən içə doğrudur, yara kanalı xəstəlik tarixində dəqiqliklə təsvir olunmadığı üçün onların haqqında fikri söyləmək mümkün deyildir. Qeyd olunan xəsarətlərin quruluşuna və xarakterinə görə özü tərəfindən yetirilməsi mümkün deyil. Döş qəfəsinin sol yarısının döş boşluğuna və qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, Döş qəfəsinin sağ yarısının 1, qarnın 2, sol əlin ovuc səthinin 4 və 2 ədəd qarın nahiyəsində olan yaralar ekspertizaya təqdim edilmiş 1 ədəd bıçaqla yetirilməyə xarakterikdir. Sağ çiyin nahiyəsinin 1, döş qəfəsinin arxa səthində olan 8 ədəd yaralar isə başqa bir növ iti uca və kənara malik bıçaqla yetirilməyə xarakterikdir. Qeyd olunan xəsarətlərin quruluşuna və xarakterinə görə özü tərəfindən yetirilməsi mümkün deyil. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 2021-ci il tarixli, 9/5158 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2 adda istifadə olmuş malların ( mobil telefon 20 manat və seyf 120 manat) 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 140,0 manat müəyyən edilir. Qərarda göstərilən 1 ədəd istifadə olunmuş «HP 250 G7» markalı noutbuk, həmin noutbuk nəzərdə tutulmuş cəryan qidalandırıcı, 1 ədəd istifadə olunmuş «ACER Aspire A 315» markalı noutbuk, həmin noutbuk üçün nəzərdə tutulmuş cərəyan qidalandırıcı, noutbuk üçün nəzərdə tutulmuş 2 ədəd “trusf” markalı çanta haqqında kifayət qədər məlumat (istehsal ili, texniki göstəriciləri, ölçüləri və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-trasoloji və kriminalistik ekspertizasının 29 iyul 2021-ci il tarixli, 3/1201 və 3/1202 Nli rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yer, ölçüsü və sayı verilib. Həmin zədələr bir tərəfi kəsici ucu deçici xassəyə malik predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Təqdim edilmiş köynəyin üzərində olan zədələrin yerləşmə görə “a,b” zədələri öndən arxaya, “c” zədəsi soldan sağa, “d” zədəsi isə arxadan önə doğru istiqamətlənməsi ehtimal olunur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan materialların məhkəmə-lifli ekspertizasının 28 iyul 2021-ci il tarixli, 6/2745 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd köynəyin, Xəyal Heydərova məxsus 01 ədəd şalvarın, 01 ədəd köynəyin, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd şalvarın, 01 ədəd köynəyin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin səthi üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X5 məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın və 01 ədəd köynəyin səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasındas Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın və 01 ədəd köynəyin tərkib liflərindən yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 31 avqust 2021-ci il tarixli, 516/168 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət hadisəsi törədərkən patoloji və yaxud fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs1 cinayət hadisəsi törədərkən onda hərəkətlərinə mühüm təsir göstərə bilən fərdi-psixoloji xüsusiyyətlər (həyəcan və s.) olmamışdır. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan kompleks ambulator məhkəmə psixatrik və psixoloji ekspertizasının 31 avqust 2021-ci il tarixli, 517/169 N-li rəyindən görünür ki, X8 cinayət hadisəsi törədərkən patoloji və yaxud fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). X8 cinayət hadisəsi törədərkən onda hərəkətlərinə mühüm təsir göstərə bilən fərdi-psixoloji xüsusiyyətlər (həyəcan və s.) olmamışdır. X8 cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. X2 əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə bioloji ekspertizasının 13 sentyabr 2021-ci il tarixli, 600/2021 N-li rəyindən görünür ki, 1. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən onun qan qrupu-A/İİ/-. 2.Ekspertizaya təqdim olunmuş bərkimiş torpaq hissələri, 02 ədəd çınqıl daşı, 01 ədəd bıçaq, T.Cəbrayılova məxsus köynək, X.Heydərova məxsus qısaqol mayka, Zərərçəkmiş şəxs1 məxsus şalvar və köynək üzərində insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “A” antigenti alındı. Bu qan ləkələri Abeta /İİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus ola bilər. 3- Tədqiqata təqdim olunan T.Cəbrayılova məxsus şalvar, X.Heydərova məxsus şalvar üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Məhkəmə 22 may 2021-ci il tarixli (oğurluq hadisə ilə bağlı) və 18 iyun 2021-ci il tarixli (quldurluqla əlaqədar qəsdən adam öldürməyə cəhdlə bağlı) baxış aparılması və hadisə yerinə baxış keçirilməsi haqqında protokolları, habelə təqsirləndirilən şəxslərin ifadələrinin yerində yoxlanılaması haqqında protokolları Azərbaycan Respublikası CPMnin 124 və 125-ci maddələrinə əsasən iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilənlər təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə təqsirləndirilən şəxslər-Xəyal Heydərovun və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrini (Zərərçəkmiş şəxs1 öldürmək niyyətlərinin olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Təqsirləndirilən şəxslərlər Xəyal Heydərovun və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ifadələrində Zərərçəkmiş şəxs1 öldürmək niyyətində olmamalarına dair göstərdikləri xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlarla, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Eyni zamanda ibtidai istintaq başlandığı ilk gündən başa çatanadək Xəyal Heydərov və Təqsirləndirilən şəxs1 müdafiəçilərinin iştirakı ilə dəfələrlə verdikləri ifadələrində hadisədən bir neçə gün əvvəl Zərərçəkmiş şəxs1 ev almaq üçün yığdığı pulunu ələ keçirmək məqsədi ilə onu öldürmək barədə razılığa gəlmişlər. Buna görə də onlar Zərərçəkmiş şəxs1 təmizlik işlərini gördürmək bəhanəsi ilə Kürdəmir rayonu Yenikənd kəndində yerləşən yaşayış olmayan Təqsirləndirilən şəxs1 atasının evinə aparıb orada pulunu ələ keçirdikdən sonra onu öldürüb özünə qazdırdığı quyuda basdırmağı planlaşdırmışlar. Lakin Zərərçəkmiş şəxs1 çoxsaylı bıçaq xəsarətlər yetirdikdən sonra o, qışqıraraq ətrafdakıları köməyə çağırmağa başlamış, bundan sonra zərərçəkmiş şəxs onların əlindən qaçmağa müvəffəq olmuşdur. Ona görə də, məhkəmə təqsirləndirilən şəxslər - Xəyal Heydərovun və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsi öldürmək niyyətində olmamalına dair göstərdikləri xüsusatı obyektiv həqiqət kimi qəbul etmir və onların ifadələrininin bu hissəsini məsuliyyətlərini yüngülləşdirmək məqsədi ilə özlərini müdafiə etmə kimi qiymətləndirir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarına əsasən qəsdən adam öldürməyə cəhdə “təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn, başqa şəxslərin işə qarışması, ... ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. ... Təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi) nəzərə alınmalıdır”. Məhkəmə cinayət qanunvericiliyinin müddəalarını, Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarında göstərilən qəsdən adam öldürməyə cəhdə dair zəruri olan halların olması ilə bağlı tövsiyələrini nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin, eləcə də təqsirləndirilən şəxslərin ifadələri, ekspert rəyləri, maddi sübut və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslər Xəyal Heydərov yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sağlamlığına ağır zərər vurmaqla quldurluqla əlaqədar Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə cəhd etmişlər. Bundan başqa, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Xəyal Heydərov yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişlər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Xəyal Heydərovun əməlləri Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.11, 181.3.3, 170.3, 177.2.1,177.2.3ci maddələri ilə, Təqsirləndirilən şəxs1 əməlləri CM-in 29,120.2.1, 29,120.2.11 və 181.3.3cü maddələri ilə və Təqsirləndirilən şəxs2 əməli CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə tərkibi işin faktiki hallarına əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər - Xəyal Heydərovun və Təqsirləndirilən şəxs2 əməlləri əlavə olaraq CM-in 29,177.2.1 və 29,1772.3-cü maddələri ilə düzgün tövsif olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 digər təqsirləndirilən şəxs X8 ilə birlikdə özgə əmlakını gizli olaraq talamaq üçün Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayaış evinə daxil olaraq 1420 manat dəyərində olan notbuk, notbuk üçün nəzərdə tutulan çanta və elektrik qidalandırıcısını, həmçinin mobil telefon aparatını ələ keçirdikdən sonra onu digər yaşayış olmayan evin həyətində gizlətmiş, vahid niyyətlə yenidən həmin evə qayıdaraq evdə olan dəmir seyfi götürüb evi tərk etmək istəyən zaman yaranmış səs-küyə çıxan qonşunun onları gördüklərini bilib həmin dəmir seyfi hadisə yerinə ataraq qaçmışlar. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməlləri həm bitmiş cinayətə görə (talanaraq digər evin həyətinə qoyulmuş notbuk, notbuk üçün nəzərədə tutulan çanta və elktrik qidalandırıcısı, həmçinin 1 ədəd mobil telefona nisbətdə) həm də cinayət etməyə cəhdə görə səhvən (talaya bilmədikləri dəmir seyfə münasibətdə) tövsif edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli Qərarının 3.10-cu bəndinin 3-cü abzastında göstərilmişdir ki, oğurluq, soyğunçuluq, quldurluq edən şəxsin məqsədi xeyli miqdarda özgə əmlakını ələ keçirmək olduğu halda, onun iradəsindən asılı olmayan səbəblərdən faktiki ələ keçirilən əmlak xeyli miqdardan az olarsa, müvafiq olaraq əməllər Cinayət Məcəlləsinin 29-cu maddəsinə istinad olunmaqla xeyli miqdarda ziyan vurmaqla oğurluğa cəhd kimi, Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə, xeyli miqdarda soyğunçuluğa cəhd kimi Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə və başa çatmış quldurluq kimi Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Bu zaman faktiki olaraq talanmış əmlakdan çıxış etməklə əməlin həm də bitmiş oğurluq və ya soyğunçuluq, yəni başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi tövsfi edilməsinə ehtiyac yoxdur. Yalnız şəxsin faktiki ələ keçirdiyi özgə əmlakının məbləği cinayətkar məqsədlə ehtiva olunan məbləğdən az olsa da, “xeyli miqdarda ziyan”ın hüdudlarında olduqda, məsələn təqsirkar əlli min manat məbləğində özgə əmlakını ələ keçimək məqsədi ilə oğurluq, soyğunçuluq etdiyi halda faktiki olaraq otuz min manat məbləğində ziyan vurduqda, əməl cinayətə cəhd və yaxud başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi deyil, faktiki ələ keçirilmiş məbləğə görə başa çatmış xeyli miqdarda ziyan vurmaqla oğurluq və yaxud xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq kimi qiymətləndirilməlidir. Eyni yanaşma şəxs külli miqdarda və yaxud xüsusilə külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə oğurluq, soyğunçuluq, quldurluq cinayətlərini törətdiyi hallarda da tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən qeyd edilməlidir ki, təqsirləndirilən şəxslər Xəyal Heydərovun və Təqsirləndirilən şəxs2 əməlləri davam edən cinayətdir və ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Odur ki, yuxarıda qeyd edilən Plenum Qərarının tələblərinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Xəyal Heydərova oğurluq cinayəti törətdiklərinə görə (həm cəhd həm də bitmiş cinayət üzrə) irəli sürülmüş ittihamlardan həmin əməllər CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə əhatə olunduqları üçün CM-in 29,177.2.1 və 29, 177.2.3-cü maddələri ittihamdan xaric edilməlidir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər - Xəyal Heydərovun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onlar tərəfindən törədilməsi və hər birinin təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin əməllərində onların təqsiriliyini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İş materiallarında olan məhkumluq haqqında tələbnamələrdən görünür ki, X8, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkum olunmamışlar. Beləliklə, X2 CM-in 29, 120.2.1, 29, 120.2.11, 181.3.3, 170.3, 177.2.1,177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs1 CM-in 29, 120.2.1, 29, 120.2.11, 181.3.3-cü maddələrində və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Xəyal Heydərovun və Təqsirləndirilən şəxs1 CM-in 29,120.2.1, 29,120.2.11, 181.3.3-cü maddələrində nəzərdə tutulmuş törətdikləri cinayət əməllərinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, özgə əmlakını ələ keçirmək niyyəti ilə törədilmiş əməl nəticəsində insanın həyat və sağlamlığı təhlükəli zorakılığa, hücuma və basqına məruz qalır. Xəyal Heydərovun və Təqsirləndirilən şəxs1 əvvəlcədən zərərçəkmiş şəxsi öldürüb pulunu ələ keçirmək niyyətində olmalarına dair razılığa gəlmələri bir daha onu göstərir ki, onlar törətdikləri əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişlər. Bundan başqa, Xəyal Heydərovun yetkinlik yaşına çatmayan - Təqsirləndirilən şəxs1 cinayətkar fəaliyyətə cəlb etməsi onun normal inkişafı və tərbiyəsi, habelə gələcəkdə şəxsiyyətinin formalaşmasının mənəvi-əxlaqi tərəfinə mənfi təsir göstərir. Xəyal Heydərovun və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərədə tutulmuş törətdikləri cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, yaşayış sahəsinə mülkiyyətçinin və ya sahibinin iradəsi ziddinə daxil olmaqla özgənin əmlakı tamah məqsədi ilə, hüquqazidd, əvəzsiz ələ keçirilir və bu əmlak təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilir. Odur ki, təqsirləndirilən şəxslər CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası daxilində onlara cinayət qanunvericiliyində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad etmə və şərti məhkum etmə üçün əsas yoxdur. İşdə olan, “şəxsiyyəti təsdiq edən” arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 xx xxxxx 2005-ci ildə doğulmuşdur. İşdə olan AZE 10175390 N-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 21 avqust 2003-cü ildə doğulmuşdur. İşdə olan 19 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Xəyal Heydərov könüllü Kürdəmir RPŞ-yə gələrək təqsirini boynuna almışdır. İşdə olan 19 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 könüllü Kürdəmir RPŞ-yə gələrək təqsirini boynuna almışdır. 19 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 16:40-da CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 21 iyun 2021-ci il tarixdə CM-nin 29, 120.2.1 və 29, 120.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 19 iyun 2021-ci il tarixli protokoldan görünür ki, X8 həmin gün saat 18.30-da CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 21 iyun 2021-ci il tarixdə CM-nin 29, 120.2.1 və 29, 120.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin gün Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 7 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 00.35-də CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 8 iyul 2021-ci il tarixdə CM-nin 29,177.2.1, 29, 177.2.3, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin gün barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyi vaxt və hazırda yetkinlik yaşına çatmayan şəxsdir. Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Məhkəmə, CM-nin 59.1.9-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 könüllü gəlib təqsirini boynuna almasını, 59.1.2-ci maddəsinə əsasən cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətməsini və hazırda da yetkinlik yaşına çatmayan şəxs olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə, CM-in 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətməsini, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə, CM-nin 59.1.9-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Xəyal Heydərovun könüllü gəlib təqsirini boynuna almasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs X2 cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxslər – Xəyal Heydərova, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər - Xəyal Heydərova və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onların törətdikləri cinayətin xarakteri və yüksək ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxslərin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 84.2 və 85.1.4-cü maddələrinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə onlara cəza, o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər. Habelə bu Məcəllənin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər - Xəyal Heydərova CM-nin 63.3, Tural Cəbrayıllaya isə 63.3 (cinayət etməyə cəhdə görə) və 85.5-ci (yetkinlik yaşına çatmayanlara təyin olunan cəza növləri) maddələrinin müddəaları nəzərə alınmaqla cəza təyin edilməlidir. Xəyal Heydərova CM-nin 29,120.2.1, 29, 120.2.11, 181.3.3,170.3, 177.2.1,177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 isə CM-nin 29,120.2.1, 29,120.2.11 və 181.3.3-cü maddələri ilə cəza təyin edərkən onlara təyin olunacaq cəza həmin maddələr üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmamalıdır. Habelə məhkəmə, təqsirləndirilən şəxslər Xəyal Heydərovun və Təqsirləndirilən şəxs1 könüllü gəlib təqsiri boynuna almalarını CM-nin 59.1.9-cu maddəsinə, zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edib, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, cəza təyini zamanı barələrində həmin Məcəllənin 60-cı maddəsinin müddəalarının tətbiq edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla Xəyal Heydərova təyin olunacaq cəzanın müddəti ittiham olunduğu CM-nin 29,120.2.1, 29,120.2.11-ci maddələrinə münasibətdə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin - 20 il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən, yəni 15 ildən artıq olmamalıdır. Bundan başqa, Xəyal Heydərov barəsində CM-nin 60-cı maddəsinin müddəaları tətbiq edilməklə təqsirləndirildiyi CM-in 29,120.2.1, 29, 120.2.11, 181.3.3-cü maddələri üzrə ona 11 il 3 aydan çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası , CM-nin 177.2.1 və 177.2.3-cü maddələri üzrə 3 il 9 aydan çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, CM-nin 63.3 və 85.5-ci maddələrinin müddəaları nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 təyin olunacaq cəzanın müddəti ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.11 və 181.3.3-cü maddələri üzrə - 10 il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq olmamalı, eyni zamanda barəsində həmin Məcəllənin 60-cı maddəsinin müddəaları tətbiq edilərək ona təyin olunacaq cəzanın həddi ittiham olunduğu CM-in 29,120.2.1, 29,120.2.11-ci maddələr üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçün dörddə üçündən- 5 il 7 ay 15 gündən, CM-nin 181.3.3-cü maddəsi ilə isə 7 il 6 aydan çox olmamalıdır. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Xəyal Heydərova və Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Xəyal Heydərovun və Təqsirləndirilən şəxs1 19 iyun 2021-cu il tarixdən tutulduqları və həbsdə saxlanıldıqları müddət onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzanın müddətinə hesablanmalıdır. CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Xəyal Heydərov ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 19 iyun 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hazırda Təqsirləndirilən şəxs1 18 yaşı tamam olmadığı üçün o, yetkinlik yaşına çatmayan şəxsdir. CM-nin 85.5.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 19 iyun 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb təqsirləndirildiyi CM-nin 177.2.1 və 177.2.3-cü maddərəlində müəyyən edilən azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunmasını və cəzanın məqsədinə nail olunmasını mümkün sayır. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 7 iyul 2021-ci il tarixdən 8 iyul 2021-ci il tarixədən şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün müddət həmin cəzadan çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının icrası Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut olan və Kürdəmir rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd şalvar və 01 ədəd köynək, Xəyal Heydərova məxsus 01 ədəd şalvar və 01 ədəd köynək, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd şalvar və 01 ədəd köynək, hadisə yerindən götürülmüş 01 ədəd bıçaq, 01 ədəd bükümdə torpaqla birlikdə qan nümunəsi və 02 ədəd çınqıl daşı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd mobil telefon Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. İş üzrə maddi sübut olan dəmir seyfin isə Zərərçəkmiş şəxs2 saxlanılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan təqsirləndirilən şəxs X2 ifadəsinin yerində yoxlanmasının görüntülərinin özündə əks etdirən 1(bir) ədəd CD, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması zamanı həmin görüntüləri özündə əks etdirən 1(bir) ədəd CD cinayət işində saxlanılmalıdır. İş üzrə ümumi ekspertiza xərci 404 manat 16 qəpik təşkil edir: - Oğurluq cinayəti ilə bağlı (CM-in 177.2.1 və 177.2.3-cü maddələri üzrə) 50 manat miqdarında ekspertiza xərci təqsirləndirilən şəxslər - Xəyal Heydərov və Təqsirləndirilən şəxs2 bərabər qaydada, yəni hər birindən 25 manat tutulub dövlət nəfinə keçirilməlidir; - Quldurluqla əlaqədar qəsdən adam öldürməyə cəhdə görə törədilmiş cinayətlə bağlı (CM-in 29,120.2.1, 29,120.2.11, 181.3.3-cü maddələri üzrə) 354 manat 16 qəpik ekspertiza xərci təqsirləndirilən şəxslər - Xəyal Heydərovdan və Təqsirləndirilən şəxs1 bərabər qaydada, yəni hər birindən 177 manat 8 qəpik tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, maddi ziyan tam ödənilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: X8 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.11, 181.3.3, 170.3, 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 29,120.2.1, 29,120.2.11-ci maddələri ilə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 181.3.3-cü maddəsilə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 170.3-cü maddəsilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 177.2.1,177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Xəyal Heydərova cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 19 iyun 2021-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.11, 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 29,120.2.1, 29,120.2.11-ci maddələri ilə 5 (beş) il 7 (yeddi) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 181.3.3-cü maddəsilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzasını umumi rejimli tərbiyə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 19 iyun 2021-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbir hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 7 iyul 2021-ci il tarixdən 8 iyul 2021-ci il tarixədən şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla ona təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün müddət həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Ona təyin edilən cəzanın icrası Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut olub Kürdəmir rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd şalvar və 01 ədəd köynək, Xəyal Heydərova məxsus 01 ədəd şalvar və 01 ədəd köynək, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd şalvar və 01 ədəd köynək, hadisə yerindən götürülmüş 01 ədəd bıçaq, 01 ədəd bükümdə torpaqla birlikdə qan nümunəsi və 02 ədəd çınqıl daşı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd mobil telefon Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə maddi sübut olan dəmir seyfin Zərərçəkmiş şəxs2 saxlanılması nəzərə alınsın. İş üzrə maddi subut olan 2 ədəd CD disklər cinayət işində saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri (ümumi ekspertiza xərci) 404 manat 16 qəpik təşkil edir: - Oğurluq cinayəti ilə bağlı (CM-in 177.2.1 və 177.2.3-cü maddələri üzrə) 50 manat ekspertiza xərci təqsirləndirilən şəxslər - Xəyal Heydərov və Təqsirləndirilən şəxs2 bərabər qaydada, yəni hər birindən 25 manat tutulub dövlət nəfinə keçirilsin. - Quldurluqla əlaqədar qəsdən adam öldürməyə cəhdə görə cinayət əməli ilə bağlı (CM-in 29,120.2.1, 29,120.2.11, 181.3.3-cü maddələri üzrə) 354 manat 16 qəpik ekspertiza xərci təqsirləndirilən şəxslər - Xəyal Heydərovdan və Təqsirləndirilən şəxs1 bərabər qaydada, yəni hər birindən 177 manat 8 qəpik tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən- Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar