Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-50/2023 08.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi hakimləri- Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Astara rayonu Təngərüd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Astara rayonu Təngərüd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 145.1, 182.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayında Astara rayonu Artupa kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs həmin ilin mart ayında satdığı narkotik vasitə heroinə görə sonuncunun ona verməli olduğu 100 AZN məbləğində pulu hansı səbəbdən verməməsini aydınlaşdırmaq məqsədi ilə zəng edib özünün yaşadığı Astara rayonu Təngərüd kəndində yerləşən evinə çağırdıqdan sonra onu evin zirzəmisinə aparıb hər iki əlini biləyindən ip ilə zirzəminin taxtadan olan sütunlarına bağlayıb sərbəst hərəkət etmək və olduğu yeri tərk etmək imkanından məhrum edərək 30 dəqiqə müddətində iradəsinə zidd şəkildə zirzəmidə saxlamaqla adam oğurluğu ilə bağlı olmadan qanunsuz azadlıqdan məhrum etmiş, onun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə hədələyib 100 AZN pulu nə vaxt qaytaracağına dair vəd verməsi ilə bağlı mobil telefon vasitəsi ilə videoçəkiliş apararaq haqqında rüsvayedici məlumatları yaymaqla hədələyərək Zərərçəkmiş şəxs məxsus 100 AZN məbləğində əmlakı hesab olunan pulu onun şəxsiyyəti üzərində zor göstərmə və barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə tələb etmişdir. Bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda- 2,853 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda- 2,263 qram psixotrop maddə metamfetamini və 01 ədəd 0,04 qram narkotik tərkibli metadon həbini qanunsuz olaraq əldə edib satış məqsədi ilə daşıyaraq üzərində və yaşadığı evdə saxlamışdır. 25 iyun 2022-ci il tarixdə saat 20:30-da Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu Şahağacı kəndində saxlanılaraq Astara Rayon Polis Şöbəsinə gətirilmiş və həmin gün saat 21:20-də üzərində aparılan axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə 2,853 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə 2,263 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, daha sonra keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 23:23-də yaşadığı Astara rayonu Təngərüd kəndində yerləşən evə baxış keçirilən zaman evin yataq otağındakı pəncərənin qarşısında olan taxta qutunun içərisindən təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram olan 01 ədəd narkotik tərkibli metadon həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 145.1, 182.1 və 234.4.3-cü maddələrin ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 145.1-ci maddəsi ilə təqsirli bilmiş, CM-nin 182.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək göstərdi ki, təxminən beş il əvvəl narkotik vasitə istifadə etməyə başlamışdır. Zərərçəkmiş şəxs adlı şəxslə aralarında dostluq münasibəti olmuşdur. Zərərçəkmiş şəxs ayaqqabı, şalvar almışdır. Ona görə də Saleh ona 100 manat borclu olmuşdur. Zərərçəkmiş şəxs nisyə olaraq 100 manata heroin satmamışdır. Zərərçəkmiş şəxs evinə dəvət etmişdir. Onunla aralarında olan mehribançılıqdan zarafat edərək onu evin zirzəmisinə salıb əl-qolunu bağlamışdır. Təxminən iki dəqiqə müddətində dirəyə bağlı vəziyyətdə saxlamışdır. Həmin vaxt onu telefonla videoçəkiliş etmiş və 100 manat pul tələb etmişdir. Ancaq həmin pul onun borc olaraq verdiyi pul olmuş, nisyə narkotik satmağa görə olmamışdır. Zərərçəkmiş şəxs əlləri bağlı vəziyyətdə videoçəkiliş etməsi də zarafat məqsədi ilə olmuşdur. Polis işçiləri onu 25 iyun 2022-ci il tarixdə axşam saatlarında Şahağağı kəndində yolda yox, İsmayılın evində tutmuşlar. Üzərinə baxışı isə faktiki olaraq 27 iyun 2022-ci il tarixdə aparmışlar. Polis işçiləri tərəfindən saxlanılan vaxt üzərində heroin və metamfetamin olmamışdır. Yalnız bir ədəd metadon həbi evdə olmuşdur. Onu isə istifadə etmək məqsədi ilə saxlamışdır. Evə baxış keçirilərkən həmin həb aşkar olunmuşdur. Evinin eyvanındakı zibil qutusunda 2,255 qram metamfetamin olmamışdır. Ciblərinə heroin və metamfetamin baş leytenant olan polis tərəfindən qoyulmuşdur. Onu avtomaşınla polis şöbəsinə gətirəndə Həsən adlı polis işçisi onun cibinə narkotik qoymuşdur. O isə narkotiki çıxarıb qırağa atmışdır. Onu polis şöbəsinə gətirdikdən yarım saat sonra üzərində şəxsi axtarış aparılmışdır. Polis şöbəsində narkotiki stolun üzərinə qoymuşlar, demişlər ki, sənindir. Polis işçiləri onu döydüklərinə görə təzyiq altında həmin maddələrin ona məxsus olmasını etiraf etmişdir. Lakin təqsirləndirilən şəxs Cəsarət Canıyev ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs üçün tanımadığı şəxsdən bir neçə dəfə narkotik vasitə götürmüş, sonuncu əvvəllər onun üçün götürdüyü narkotik vasitənin pulunu versə də, daha sonra pulunun olmadığını və tezliklə verəcəyini bildirib pulu verməkdən imtina etmiş, nəticədə Zərərçəkmiş şəxs ona 100 AZN “borc”u yaranmışdır. O, Salehdən pulu istəsə də, sonuncu maddi imkanının yaxşı olmadığını bildirərək həmin pulu verməmişdir. O, 2022-ci ilin may ayının ortalarında Salehi evinə həmin pulla bağlı məsələni aydınlaşdırmaq üçün çağırmışdır. Zərərçəkmiş şəxs gəldikdən sonra ona verməli olduğu pulu verməməsinin səbəbini soruşduqda Zərərçəkmiş şəxs bir daha maddi imkanının yaxşı olmadığını əsas gətirərək bir müddət sonra pulu ödəyəcəyini bildirmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs evin zirzəmisinə aparıb əllərini taxta sütunlara bağlamış, sonuncu həmin zaman qorxusundan müqavimət göstərməmişdir. Bundan sonra mobil telefonla Zərərçəkmiş şəxs videoya çəkməyə başlamış, çəkiliş zamanı Salehə pulu verməsini tələb edərək, əks təqdirdə videogörüntünü kənddə yayacağı ilə bağlı sonuncunu hədələmişdir. Təxminən 2-3 dəqiqə müddətində Salehi həmin vəziyyətdə saxlamışdır. Zərərçəkmiş şəxs qısa zamanda pulu verməsini tələb etmişdir. Sonuncu da buna razılıq verdiyindən o, Salehin əllərini açaraq buraxmışdır. Lakin həmin vaxt Salehə heç bir xəsarət yetirməmiş, habelə sonuncuya pulu verməyəcəyi təqdirdə qeydə aldığı videogörüntünü yayacağını bildirib hədələsə də, həmin videogörüntünü heç kimə göstərməmiş, habelə hər hansı sosial şəbəkədə yaymamışdır. Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmasından bir ay öncə yenidən narkotik vasitə heroin və el arasında “şüşə” adlanan psixotrop maddədən istifadə etmişdir. Tutulmasından dörd gün əvvəl Astara rayonunda yaşayan, adını bilmədiyi şəxsdən narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin almışdır. Həmçinin həmin narkotik vasitə və psixotrop maddəni Zərərçəkmiş şəxs vermək qərarına gəlmişdi. xx.xx.2022-ci il tarixdə axşam radələrində Astara rayonu Şahağacı kəndində olarkən polis əməkdaşları onu saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün üzərində şəxsi axtarış keçirəcəklərini bildirmiş və onu rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Polis şöbəsinə aparıldıqdan sonra şübhəli şəxs kimi tutulmuş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmasından əvvəl ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməsini təklif etmişlər. O, tanımadığı şəxsdən aldığı və Zərərçəkmiş şəxs vermək istədiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini və 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini cibindən çıxarıb könüllü şəkildə təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə və psixotrop maddə bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş, daha sonra üzərində şəxsi axtarış davam etmiş, lakin başqa qanunsuz əşya, o cümlədən narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Sonra onun razılığı əsasında yaşadığı Astara rayonu Təngərüd kəndində yerləşən evində axtarış keçirilmiş, axtarış zamanı yaşadığı evin ona məxsus yataq otağından 01 ədəd həb aşkar olunmuşdur. Həmin həbi təxminən 7-8 gün əvvəl Lənkəran rayonunda hazırda adını xatırlamadığı şəxsdən almışdı. O, həmin şəxsdən istifadə etməsi üçün metadon həbi verməsini istəmişdi. Bundan sonra evin eyvanında olan zibillərin içərisindən 01 ədəd sellofan bükümdə metamfetaminə bənzər kütlə aşkar olunmuş, həmin metamfetamin ona məxsus olmamışdır. Daha sonra yaşadığı evdə axtarış davam etdirilsə də, qanunla qadağan olunmuş hər hansı bir əşya, o cümlədən narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Aşkar olunmuş həmin kütlələr isə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə sübuta yetirilir. Beləki, iş üzrə Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, hadisədən təxminən bir ay əvvəl Təqsirləndirilən şəxs 100 manat pul borc olaraq almışdır. Lakin Təqsirləndirilən şəxs nisyə olaraq narkotik vasitə almamışdır. 2022-ci ilin may ayının ortalarında Təqsirləndirilən şəxs evində olduğu zaman onunla evin zirzəmisinə düşmüşlər. Təqsirləndirilən şəxs borclu olduğuna görə Təqsirləndirilən şəxs onun əllərini iplə bağlamış və pulu verməsini tələb etmişdir. O isə pulu verəcəyini bildirmişdir. Cəsarət təxminən 10 dəqiqə müddətində onun əlini bağlı vəziyyətdə saxlamış və onu telefonla videoya çəkmişdir. Sonra isə əllərini açmışdır. Cəsarətin onu videoya çəkməsinin səbəbini bilməmiş, lakin onun vidoesunu yaymaqla hədələməmişdir. Sonra Cəsarət tutulanda onu çəkdiyi video telefonunda aşkar olunmuşdur. Zərərçəkmiş şəxs ziddiyyətli ifadə verərək həmçinin göstərmişdir ki, Cəsarətgildə olduğu zaman Cəsarətlə zarafatla evin zirzəmisinə düşmüşlər və əllərini iplə bağlamış və onu videoya çəkmişdir. X4 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə baxışında elan olunmaqla tədqiq edildikdən sonra o ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, təxminən 3 ildən çoxdur ki, narkotik vasitə olan heroin istifadə edir. Baş vermiş hadisədən təxminən 5 ay öncə Astara şəhəri “Ləvəngi” bazarı adlanan yerdə Astara rayonu Təngərüd kənd sakini Təqsirləndirilən şəxslə tanış olmuş, sonuncu ona narkotik vasitə heroin lazım olsa, təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda özü istifadə etmək üçün bir neçə dəfə narkotik vasitə olan heroin almışdır. Təqsirləndirilən şəxs ona narkotik vasitəni hər dəfə 5-10 manata satmışdır. 2022-ci ilin mart ayından etibarən maddi vəziyyəti çətin olduğu üçün narkotik vasitə heroini Təqsirləndirilən şəxs alarkən pulu ödəməmiş və sonuncuya borcu yaranmışdır. Təqsirləndirilən şəxs olan borcu artmağa başladığı üçün sonuncu ondan borcunu ödəməyi tələb etmişdir. O, qısa bir müddətdə Təqsirləndirilən şəxs pulu verəcəyini bildirsə də, verə bilməmişdir. 2022-ci ilin may ayının otalarında Cəsarət onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək Təngərüd kəndində olan evinə çağırmışdır. O, Cəsarətin evinə getmişdir. Evdə olan zaman Cəsarət ona 100 manat verməli olduğunu deyib, onu döyəcəyini bildirmiş və 100 manatı verməsini hədələyərək tələb etmişdir. O, maddi vəziyyətinin çətin olduğunu, üzərində pulun olmadığını demişdir. Bundan sonra Cəsarət onu evlərinin zirzəmisinə apararaq hər iki əlini iplə sütuna bağlamış və mobil telefonu çıxarıb onu videogörüntüyə almağa başlamışdır. Həmçinin onu videoya çəkərkən “mənim pulumu verməyənin....” deyib nalayiq söyüşlər söymüş, videoçəkilişi apararkən də onu hədələyib döyəcəyini bildirmişdir. Videoçəkiliş bitdikdən sonra isə ona verməli olduğu 100 manat pulu verməyəcəyi təqdirdə çəkmiş olduğu videonu dost-tanışa yayacağını və onun şəxsiyyətini alçaltdığı üçün rüsvay edəcəyini bildirmişdir. Təxminən 30 dəqiqədən sonra Təqsirləndirilən şəxs onun əllərini açaraq, qısa bir müddətdə 100 manatı çatdırmasını tələb etmiş, o, Cəsarətin evindən çıxıb öz evinə getmişdir. Baş vermiş hadisə barədə heç kimə heç nə deməmiş və heç bir orqana bu barədə şikayət etməmişdir. Çünki, Cəsarət onu videoya çəkərkən nalayiq ifadələrlə təhqir etmiş və şərəf və ləyaqətini alçaltmış, o, bu videogörüntünü hər hansı şəxsin görməsini istəməmiş, bunu özünə sığışdırmamışdır. Məhkəmədə şahid kimi dindirilən Şahid1 Bahəddin oğlu göstərdi ki, Astara Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 iyun 2022-ci il tarixdə Astara rayonu Təngərüd kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbul etməsi, üzərində saxlaması, satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdə saat 21 radələrində Astara rayonu Şahağacı kəndində küçədə hərəkət etdiyi zaman saxlamışlar. Ona üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirməklə polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçinin iştirakı il əvə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 02 ədəd sellofan büküm aşkar edilmişdir. Həmin bükümlərə baxış keçirildikdə birinin içərisində narkotik vasitə olan heroinə oxşar maddə, ikinci bükümün içərisində isə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni Astara şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs Təngərüd kəndində olan yaşayış evinə getmişlər. Təqsirləndirilən şəxs razılı və iştirakı ilə yaşadığı evə baxış keçirilərkən yataq otağında olan pəncərənin qarşısındakı taxta qutunun içərisindən bir ədəd narkotik vasitə olan metadona bənzər həb aşkar edilərək götürülmüşdür. Bundan başqa axtarış zamanı evin eyvanında olan zibillərin arasından bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs evində aşkar edilən metadon həbini Lənkəran şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Lakin evin eyvanındakı zibillərin arasından aşkar olunmuş metamfetaminə oxşar kütlənin ona məxsus olmadığını bildirmişdir. Aşkar olunmuş maddələr qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı heç bir təsir-təzyiq göstərməmişlər. Polis işçisi Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoyulmamışdır. Məhkəmədə şahid kimi dindirilən polis əməkdaşları Şahid2 və Şahid3 da Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Şahid3 həmçinin Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, təsir göstərilmədiyini təsdiq etməklə yanaşı özünün şəxsən Təqsirləndirilən şəxs cibinə narkotik vasitə qoymadığını göstərmişdir. Astara Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid5 məhkəm istintaqında şahid kimi dindirilərkən göstərdi ki, 25 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən o, 2 ədəd sellofan bükümü təqdim etmişdir. Bükümlərdən birində heroinə oxşar, digərində isə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələri 4 gün əvvəl Astara şəhərində tanımadığı şəxsdən aldığını göstərmişdir. Həmin gün onun evində axtarış aparılarkən bir ədəd tramadol və ya metadona bənzər kütlə, evin eyvanında olan zibil qabında zibillərin arasında bir ədəd sellofan bükəmdə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Cəsarət evindən aşkar olunan metadonabənzər maddəni Lənkaran şəhərində tanımadığı şəxsdən aldığını, ancaq zibil qutusundan aşkar olunan maddənin ona aidiyyəti olmadığını bildirmişdir. Məhkəməd şahid qismində dindirilən polis əməkdaşı Şahid4 Bəhram oğlu göstərdi ki, Cəsarət Canıyevin yaşadığı evdə axtarış aparılmasında iştirak etmişdir. O, evində aşkar olunan metadonabənzər maddəni Lənkaran şəhərində tanımadığı şəxsdən aldığını zibil qabında aşkar olunan maddənin isə ona aidiyyəti olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindiriləni Şahid6 göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur, onunla Astara rayonu Təngərüd kəndində yerləşən evlərində birlikdə yaşayırlar. 25 iyun 2022-ci il tarixdə onların qonşuluğunda toy məclisi olmuşdur. O, Cəsarətə birlikdə toy məclisinə getmələrini təklif etmişdir. Lakin Cəsarət pulu olmadığını, metal yığan Ələkbərlə görüşmək istədiyini bildirmiş və evdə qalmışdır. O, həmin gün saat 23 radələrində toy məclisində olduğu zaman ona zəng edərək polis işçilərinin Cəsarəti tutduqlarını bildirmişlər. O dərhal evə gələndə evin yanında polis işçilərinin olduqlarını görmüşdür. Polis işçiləri evdə axtarış aparmalı olduqlarını bildirmiş və ona evin qapısını açmasını demişlər. Lakin o həyəcanlı olmuş, evin qapısının açarını axtarsa da, tapa bilməmişdir. Bu zaman polis işçiləri ona evin pəncərəsini açaraq evə düşüb qapını açmasını demişlər. O, evin pəncərəsini açaraq evə düşmüşdür. Bu zaman bir neçə nəfər polis işçiləri də onunla birlikdə evə düşmüşlər. O, evin giriş qapısını iç tərəfdən açmışdır. Polis işçiləri evə doluşmuşlar. Evi axtarmağa başlamışlar. Evdən 1 ədəd həb tapmışlar. Cəsarət həmin həbin özünə məxsus olduğunu, onu özü istifadə etmək üçün evdə saxladığını bildirmişdir. Bir nəfər polis işçisi isə əlindəki bükümü göstərərk onu evin eyvanında olan zibil qabından tapdığın bildirmişdir. Hansı ki, zibil vedrəsi boş olmuş və onun içərisində heç bir narkotik ola bilməzdi. Cəsarət ona bildirmişdir ki, həmin gün dəmir almaq məqsədi ilə Astara rayonu Şahağacı kəndində yaşayan İsmayılın evinə getmiş və polis işçiləri onu orada saxlamışlar. Oğlu Cəsarətin narkotikdən istifadə etməsini bilməmişdir. İş üzrə zərərçəkmiş şəxs Saleh oğlu Cəsarətin dostudur. Saleh onların evlərində olmuşdur. Salehin Cəsarətə 100 manat borcu olmuşdur. Saleh atasının ilində Cəsarətdən 100 manat borc almışdır. Cəsarətin Salehi yaşadıqları evin zirzəmisinə salaraq orada saxlamasını bilməmişdir. Şahid X2 məhkəmədə göstərdi ki, Təqsirləndirilən şəxslə dəmir, metal toplamaqla məşğul olmuşlar. 25 iyun 2022-ci il tarixdə axşam saatlarında Cəsarət ona demişdir ki, bir yerdə dəmir vardır, gedib götürmək lazımdır. O, Cəsarətlə birlikdə Siyəkəran kəndində dəmir götürməyə getmişlər. Kənddə dəmiri çəkib avtomaşına qoymuşlar. Dəmirin pulunu ödəmək istədikləri zaman polis işçiləri dəmir götürdükləri evin həyətinə daxil olaraq cəsarəti tutmuşlar. Onların hər ikisini polis şöbəsinə aparmışlar. Sonra onu buraxmışlar. Cəsarəti isə saxlamışlar. İş materiallarında olan 28 iyun 2022-ci il tarixli protokoldan və aparılmış videçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, ona 100 manat borcu olan Saleh Yusibovu ev telefonuna zəng edərək evinə çağırdığını bildirməklə, onu evin zirzəmisinə apararaq əllərini zirzəmidə olan taxta dirəklərə bağlayaraq videoçəkiliş vasitəsi ilə ona olan borcunu 25 may 2022-ci il tarixə qədər verməyəcəyi təqdirdə çəkmiş olduğu videogörüntünü kənddə yayacağını bildirməklə onu söyüb təhqir etdiyi yeri və şəraiti yerində göstərmişdir. Zərərçəkmiş şəxs Astara Rayon Polis Şöbəçinə yazdığı 26 iyun 2022-ci il tarixli ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin mart-aprel aylarında 100 manat pul müqabilində bir neçə dəfə «kokors» almış və Cəsarətə borclu qalmışdır. Təqsirləndirilən şəxs onu 2022-ci ilin may ayının axırlarında yaşadığı evə çağırarq ondan borclu olduğu 100 manat pulu istəmişdir. O isə pulunun olmadığını bildirdikdə ona güc tədbiq edərək yaşadığı evin zirzəmisinə salmış, ona qarşı zor tədbiq etməklə diz üstə çömbəlməyə məcbur etmiş, hər iki qollarını iplə dirəyə bağlayaraq təxminən yarım saata yaxın onu evin zirzəmisində saxlamışdır. Onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən götürüldüyü “Samsung” markalı mobil telefonun video olan qovluğunda Təqsirləndirilən şəxs Təngərüd kəndində olan evinin zirzəmisində Astara rayonu, Artupa kəndində yaşayan Zərərçəkmiş şəxs hər iki əlini iplə taxtadan olan dirəyə bağlayaraq sonuncunu, nalayiq söyüşlərlə söyüb təhqir etməsi, sonuncudan hədəqorxu ilə pul tələb etməsi aşkar edilmişdir. 25 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və aparılmış vmdeçəkilişdən görünür ki, Təqsirləndirilən şəxsun üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 02 ədəd bükümü təqdim etmişdir. Həmin bükümlərin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, onları Astara rayonunda tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonra qeyd edilən bükümlər qablaşdırılaraq götürülmüşdür. Cəsaərt Caniyev 25 iyun 2022-ci il tarixli ərizəsində yaşadığı evdə polis əməkdaşları tərəfindən axtarış aparılmasına etirazının olmadığını bildirmişdir. 25 iyun 2022-ci il tarixli axtarış keçirilməsi və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı, Astara rayonun Təngərüd kəndində olan evində həmin tarixdə saat 23:23-də axtarış keçirilən zaman yataq otağında olan pəncərənin qarşısında taxta qutusunun içərisindən bir ədəd narkotik vasitə olan metadona bənzər kütlə aşkar edilərək götürülmüş, bundan başqa axtarış zamanı evin eyvanında olan zibillərin arasından bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(018)-65/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Astara Rayon Polis Şöbəsinin 25 iyun 2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 19/736 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd bükümlərin birində təmiz çəkisi-2,853 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi-2,263 qram olan ağ rəngli, kiristal şəkilli formada olan maddə metamfetamindir. Təqsirləndirilən şəxs yaşadığı Astara rayon Təngərüd kəndində olan evində aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi;-2,255 qram olan ağ rəngli kristal şəkilli olan maddə metamfetamindir, bir ədəd qəhvəyi rəngli dairəvi formalı həb metadon dərmanıdır və həbin təsiredici maddəsinin ümumi miqdarı-0,04 qramdır.(bir həbdə 0,04qram) Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş 2 büküm ümumi təmiz çəkisi -4,518 qram olan metamfetaminlər xarici görnüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 728 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-isifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müayinə olunması üçün 27 iyun 2022-ci il tarixli qərarla məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Məhkəmə-tibb ekspertizasının 28 iyun 2022-ci il tarixli rəyində göstərilmişdir ki, müayinə vaxtı Cəsarət Canıyevin bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Həmçinin həmir rəydə müayinə zamanı Cəsarət Canıyevin hər hansı şikayətinin olmaması göstərilmişdir. Bundan əlavə cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi zamanı tibbi müayinədən keçirilərkən bədən səthi üzərində xəsarətlərin aşkar edilməsi və həmin xəsarətlərin onun tutulması zamanı polis işçiləri tərəfindən yetirilməsi məsələsinin aydınlaşdırılması məqsədi ilə, məhkəmə baxışı xamanı müdafiəçinin vəsatəti əsasında, Astara rayon prokurorluğu tərəfindən araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərin edilməsi, onun döyülməsi və ya işgəncəyə məruz qalması müəyyən edilmədiyindən 14 mart 2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına təhvil verilməzdən əvvəl, yəni 28 iyun 2022-ci il tarixdə tibbi müayinədən keçirilərkən onun bədəni üzərində hər hansı xəsarət müəyyən edilməmişdir. Həmçinin məhkəmə-tibb ekspertinin rəyindən görünür ki, müayinə zamanı hər hansı şikayətinin olmamasını göstərmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi xx.xx.2022-ci il tarixli və məhkəmə istintaqında verdiyi xx.xx.2023-cü il tarixli ərizələrində Təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını göstərmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayon məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqldan məhrum etmə cəzasına məhkum edilmişdir. O, 04 dekabr 2021-ci il tarixli qərara əsasən Astara rayon məhkəməsinin qeyd edilən hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən, azad edilmişdir. “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndində bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürlür. Odur ki, Cəsaərt Caniyevin məhkumluğu yoxdur. Astara rayonu Təngərüd kənd İinzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Ailə tərkibi haqqında arayışdan görünür ki, subaydır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs özünün yaşadığı Astara rayonu Təngərüd kəndində yerləşən evinə çağıraraq onu evin zirzəmisinə aparıb hər iki əlini biləyindən ip ilə zirzəminin taxtadan olan sütunlarına bağlayıb sərbəst hərəkət etmək və olduğu yeri tərk etmək imkanından məhrum edərək iradəsinə zidd şəkildə zirzəmidə saxlamaqla adam oğurluğu ilə bağlı olmadan qanunsuz azadlıqdan məhrum etməsi, narkotik vasitə satışından ona verməli olduğu 100 AZN məbləğində əmlakı hesab olunan pulu onun şəxsiyyəti üzərində zor göstərmə və barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə tələb etməsi, bundan başqa satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin, psixotrop maddə metamfetamini və 01 ədəd narkotik tərkibli metadon həbini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlaması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onunla zarafat edərək yaşadığı evin zirzəmisində əlləri bağlı saxlamaması, azadlığını məhdudlaşdırmaq məqsədinin olmaması, onun videogörüntülərini zarafat məqsədi ilə çəkməsi, Zərərçəkmiş şəxs nisyə olaraq narkotik satmaması, sonuncunun ona 100 manat məbləğində borcunun olması, ondan borclu olduğu 100 manat pulu tələb etməsi, barəsində rüsvayedici məlumatlar yaymaqla 100 manat pul tələb etməməsi, psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması, polis işçiləri tərəfindən ona qarşı təzyiq göstərilməsi səsəbindən həmin maddələrin ona məxsus olmasını etiraf etməsi barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Lakin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılarkən evin eyvanında olan zibil qutusundakı zibillərin arasından 01 ədəd sellofan bükümdə aşkar olunmuş 2,255 qram çəkidə psixotrop maddə metamfetaminin Təqsirləndirilən şəxs aidiyyətinin olması şübhəlidir. Belə ki, müəyyən edilir ki, Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Astara rayonu Şahağacı kəndində saxlanılmış və polis işçiləri ilə birlikdə yaşadığı evə getmişdir. Bu şəraitdə Təqsirləndirilən şəxs evin eyvanında olan zibil qutusunda psixotrop maddə metamfetamin qoyması inandırıcı deyildir, şübhəlidir. Təqsirləndirilən şəxs evdən getməzdən əvvəldən də zibil qutusuna metamfetamin qouması inandırıcı deyildir. Ona görə ki, zibil qutusunda olan zibillərlə birlikdə hər hansı şəxs tərəfindən atıla bilərdi. Azərbaycan Respublikası CPM-nin 21.2-ci və 145.3-cü maddələrinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırılması mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Odur ki, məhkəmə hesab edir Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılarkən eyvandakı zibil vedrəsində aşkar olunmuş 2,225 qram psixotrop maddə metamfetaminə görə verilmiş ittiham umumi ittihamdan xaric olunmalıdır. Üzərində şəxsi axtarış aparılarkən aşkar olunmuş 2,853 qram narkotik vasitə heroin, 2,263 qram psixotrop maddə metamfetamin və yaşadığı evə baxış keçirilən zaman aşkar olunmuş, təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram olan 01 ədəd narkotik tərkibli metadon həbi ittihamda saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı evin eyvanında olan zibil qutusundakı zibillərin arasında 2,225 qram psixotrop maddə metamfetaminlə bağlı müvafiq araşdırma aparılması üçün materiallar Astara rayon prokurorluğuna göndərilməlidir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 145.1, 182.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Cəsaərt Caniyevin zərərçəkmiş şəxslə barışmasını CM-nin 145.1 və 182.1-ci maddələrinə münasibəitdə CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. CM-nin 234.4.3-cü maddəsinə münasibətdə isə cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Cəsaərt Caniyevə CM-nin 145.1, 182.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 25 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış telefon danınmış 03 ədəd disklər cinayət işinin materiallarında saxlanılmalı, Astara Rayon Polis Şöbəsində saxlanılan- Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon onun ailəsinə verilməli, 2,803 qram narkotik vasitə heroin, 0,04 qram metadon həbi məhv edilməlidir. Ekspertin 26 iyun 2022-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetaminin təmiz çəkisi 2,263 qram, evindən aşkar olunmuş metamfetaminin təmiz çəkisi isə 2,255 qram-metamfetaminin ümumi çəkisi 4,518 qram təşkil etmişdir. Onların hər birindən 0,05 qram-cəmi 0,1 qram tədqiqata sər edilmiş və 4,418 qram qalıq qalmışdır. Beləliklə də Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 2,263 qram metamfetaminin 0,05 qramı tədqiqata sərf edildikdə onun qalıq çəkisi 2,213 qramı, yaşadığı evdən aşkar olunmuş 2,255 qram metamfetaminin isə 0,05 qramı tədqiqata sərf edildikdə qalıq çəkisi 2,205 qramı təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş metamfetaminin 2,213 qram qalığı məhv edilməli, yaşadığı evdən aşkar edilmiş metamfetaminin isə 2,205 qram qalığı müvafiq araşdırma aparılanadək saxlanılmalıdr. İş üzrə ekspertiza xərci 50 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 145.1, 182.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 145.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 182.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 iyun 2022-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd disklər cinayət işinin materiallarında saxlanılsın, Astara Rayon Polis Şöbəsində saxlanılan- Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon onun ailəsinə verilsin, 2,803 qram narkotik vasitə heroin, 0,04 qram metadon həbi və 4,418 qram metamfetamin qalığının 2,213 qramı məhv edilsin, 2,205 qramı isə müvafiq araşdırma aparılanadək saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-50/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-50/2023
08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver