Məhkəmə qərarları › İş №1(099)-50/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-50/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-50/2024 06.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Əli-Bayramlı (hazırda Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri Energetik küçəsi, ev 09, mənzil 22-də qeydiyyatda olmaqla, Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsi, ev 44/11-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 1224,220 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini (bundan sonra – heroin) istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən əldə edib 1220,0 qramını daşımaqla yaşadığı evdə, 4,220 qramını üzərində daşımaqla saxlamış, 16 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Şirvan Şəhər Polis Şöbəsinin (bundan sonra- Şirvan ŞPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində o, Şirvan şəhəri H.Əliyev prospektində saxlanılaraq Şirvan ŞPŞ-nin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 17-də üzərində axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 4,220 qram və həmin tarixdə saat 20:15-də Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin həyətində yerləşən hamam otağının sol künc hissəsində olan qırmızı rəngli plastik su qabının arxasından bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli torbanın içərisində təmiz çəkisi 1220,0 qram kustar üsulla hazırlanmış eyni tərkibli heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının sonlarında instagram vasitəsi ilə iranlı bir şəxslə tanış olmuş, belə ki, iranlı şəxs ona dostluq göndərmiş, o, isə qəbul etmişdir. Həmin şəxs ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuş, o, isə narkotik vasitə istifadə etmədiyini bildirmişdir. İranlı şəxs onun üçün “kuryer” kimi işləməyi təklif etmiş, o, razılaşmışdır. Üç dəfə iranlı şəxs üçün kuryerlik etmiş, onun göndərdiyi narkotik vasitələri götürüb iranlı şəxsin dediyi müxtəlif yerlərə qoymuşdur. Lakin saxlanılarkən üzərində heç bir narkotik olmamışdır. İfadəsində narkotik vasitələri götürdüyü yerlər yazılsa da həmin yerlərdə olmamışdır. Polis əməkdaşları 16 yanvar 2023cü il tarixdə Şirvan şəhərində 03 nömrəli sərnişindaşıma marşurutunda olarkən Şahid1 adlı polis əməkdaşı onu saxlayıb marşurutdan düşürmüş, polis maşınına əyləşdirərək polis şöbəsinə aparmışlar və onu ikinci mərtəbəyə qaldırmışlar. Polis şöbəsində əməliyyatçı Şahid1 öz telefonunda iranlı şəxsin yazdıqlarını ona göstərib həmin şəxslə işlədiyini bildirmiş, buna görə də üzərinə və evinə narkotik vasitə qoymaqları ilə bağlı Şahid1 təklifi ilə razılaşmışdır. Belə ki, müdafiəçisi Kənan Abdurəhmanovun gözləri qarşısında iki dəfə telefon vasitəsi ilə çəkliş etmişlər. Həmin vaxt da üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları ondan qabaq evinə getmiş, sonra isə onu evə axtarışa aparmışlar. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, daimi yaşadığı yer Şirvan şəhəri olsa da Bakı şəhərində də kirayədə yaşamış, restoranda adminstrator vəzifəsində işləmişdir. Heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. 2022-ci ilin may ayından- iranlı şəxsi tanıdıqdan sonra narkotik vasitələrin dövriyyəsi ilə əlaqəsi olmuşdur. İranlı şəxs ona ilk növbədə dostluq təklifi göndərmiş, daha sonra isə kuryerlik etmək barədə təklif göndərilmiş, o, da pula ehtiyacı olduğundan razılaşmışdır. İranlı şəxs birinci dəfə ona bir bağlama- məsələn 50 qram, 20 qram narkotik göndərcəyini, dediyi yerdən götürüb onu müəyyən yerə qoymağı və qarşılığında pul almağı təklif etmişdir. Adətən narkotik vasitələri Bakı şəhərində müəyyən yerlərdən götürmüş, iranlı ilə mesajlaşma ilə əlaqə saxlamışdır. İranlı şəxs adının Bəhmən olduğunu bildirmiş, onunla görüntülü danışığı da olmuşdur. Bəhmən ona çox təkliflər etmiş, lakin maddi sıxıntıdan dolayı onunla üç dəfə razılaşmışdır. Belə ki, narkotikin hər qramına görə 1,5 manat pul almışdır. Birinci dəfə 60 qram, ikinci dəfə 70 qram, üçüncü dəfə 100 qram narkotiki Bəhmənin dediyi yerdən götürüb onun bildirdiyi yerə qoymuş, buna görə də cəza çəkməyə hazırdır. Daşıdığı narkotik vasitələrə görə ona pulu da kuryer vasitəsi ilə göndərmiş, belə ki, tanımadığı şəxs pulu müəyyən yerə qoyduqdan sonra o, da həmin yerdən pulu götürmüşdür. Birinci dəfə daşıdığı narkotikə görə pulu Bayıl qəsəbəsi, ikinci dəfəsinə görə Bravo marektin yanından, üçüncü dəfəsini isə Masazır dairəsindən götürmüşdür. Birinci və ikinci dəfə narkotiki Xətai metrostansiyasının ətrafından, üçüncünü isə Masazır dairəsindən 600 metr yuxarıdan götürmüşdür. Lakin hazırkı cinayət işi üzrə ittiham aktında yazılan narkotik vasitələr onda olmamışdır. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, narkotik vasitəni şəxsən təqdim etmişdir. Həmin vaxt polis əməkdaşlarının dediyi formada ifadə vermişdir. Evində axtarış keçirilərkən də narkotik vasitəni özü təqdim etmişdir. Saxlanılarkən üzərində mobil telefon olmamışdır, belə ki, telefonunu dekabr ayının 29-da satmışdır. Alimentə görə Şirvan Şəhər Məhkəməsi tərəfindən 15 gün inzibati həbs edilmiş, 14 yanvarda həbsdən çıxmış, 16 yanvarda isə polislər onu saxlamışlar. Polis əməkdaşları tərəfindən ona təsir edilməsi barədə heç bir orqana müraciət etməmişdir. Bədəni üzərində heç bir xəsarəti olmamışdır. Polis əməkdaşları tərəfindən saat 13 radələrində, Şirvan ŞPŞyə yaxın ərazidə saxlanılmışdır. Polis əməkdaşları etirafedici ifadə verməsi üçün ona fiziki zor da tətbiq etmişlər. İfadələrində nə yazıldığı ona aydın olmuş, ifadələrini könüllü imzalamışdır. Təcridxanaya daxil olarkən bədəni üzərində hər hansı xəsarət olmamış, tutulduğu vaxtdan məhkəmə baxışınadək hər hansı orqana şikayət etməmişdir. Məhkəmə baxışında dediklərini yalnız öz ifadəsi ilə sübut edir və başqa sübutu yoxdur. Barəsində qətimkan tədbiri seçilməsi üçün hakim qarşısına çıxarılarkən Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə hakimə hər hansı söz deməmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddə ilə cəza təyin edilməsi ilə razı olmadığını, Ali Məhkəmənin narkotik vasitələrlə bağlı Plenum qərarında göstərilən tövsiyyələrini, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində onun narkotik satışı ilə məşğul olması barədə əməliyyat məlumatının olmamasını bildirmələrini, üzərində hər hansı tərəzinin olmamasını nəzərə alaraq onun əməlinin Azərbaycan Respublikası CM-in CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsini və ona CM-in müvafiq maddələrinin tələblərinə uyğun cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 16 yanvar 2023-cü il tarixdə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən və evinə videoçəkiliş ilə baxış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 17 və 18 yanvar 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Şirvan şəhəri H.Əliyev prospektində olduğu zaman bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşları olmasını bildirmiş və onu ŞPŞ-yə dəvət etmişlər, o, da razılaşmış və getmişdir. ŞPŞ-də olarkən otaqların birində saat 17-də videoçəkiliş vasitəsilə üzərində axtarış aparılmağa başlanılmış, axtarış zamanı üzərində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və həmin bükümün içərisində heroin olmasını söyləmişdir. Bundan sonra həmin tarixdə saat 19:45 radələrində polis əməkdaşları və vəkillə birlikdə ünvan 2 ünvanın qarşısına gəlmişlər, saat 20:15-də yaşadığı həmin ünvanda yerləşən fərdi yaşayış evinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin həyətində yerləşən hamam otağının sol küncündə olan plastik su qabının arxasında gizlətdiyi bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli torbanı götürüb polis əməkdaşlarına təqdim etmiş, torba açılıb içərisinə baxış keçirildikdə içərisində heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən və yaşadığı evdən aşkar olunmuş heroini İran İslam Respublikasının vətəndaşı olan Bəhmən adlı şəxsdən sosial şəbəkə vasitəsilə əldə etmiş, Bəhmən adlı şəxslə 2022-ci ilin sentyabr ayının sonlarında “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Belə ki, “İnstaqram” sosial şəbəkəsində qeydiyyatdan keçdiyi “Hidayat.Yahyayev” adlı səhifəyə 2022-ci ilin sentyabr ayının sonlarında “Kola...Var...Patı...Var” adlı səhfidən tanışlıq mesajı gəlmiş, həmin səhifənin istifadəçisi ilə danışdıqda ona İran İslam Respublikasının vətəndaşı olmasını, adının da Bəhmən olmasını söyləyib ondan narkotik vasitə istifadəçisi olub-olmadığını soruşmuş, o da istifadə etmədiyini söyləmiş, daha sonra həmin şəxs həmin səhifə ilə onun qeydiyyatdan keçdiyi səhifəyə mesaj yazaraq ona iş təklif etmiş, həmin şəxsin söylədiyi yerdən narkotik vasitəni götürüb başqa bir yerə qoymağını, bundan sonra həmin şəxsə məlumat verməyini, həmin şəxsin də alıcıya məlumat verəcəyini söyləyib, ona narkotik vasitələrin çatdırılması işini təklif etmiş və ona hər çatdırdığı narkotik vasitənin qramına görə 1 manat 50 qəpik pul ödəyəcəyini söyləmişdir. O, da maddi vəziyyətinin yaxşı olmaması və pula ehtiyacının olması səbəbindən razılaşmışdır. Bundan sonra Bəhmən kimi özünü ona təqdim edən şəxs ondan mobil nömrəsini “WhatsApp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamaqları üçün istəmiş, o da Bəhmən adlı şəxsə istifadəsində olan mobil nömrəni vermişdir. Bəhmən adlı şəxs onunla xarici operatora məxsus mobil nömrə ilə “Whatsap” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış, ondan şəxsiyyət vəsiqəsinin şəklini çəkib Bəhmən adlı şəxsə atmağını söyləmiş, o, da şəxsiyyət vəsiqəsinin şəkilini çəkib Bəhmən adlı şəxsə göndərmişdir. Bundan sonra, Bəhmən adlı şəxs narkotik vasitəni qoyulacağı yerin ünvanını və fotoşəkilini ona göndərəcəyini, onun da həmin narkotik vasitəni oradan götürüb özünə müvafiq yerə qoymağını və ünvanını söyləməklə fotoşəkilini çəkib Bəhmən adlı şəxsə göndərəcəyini, bundan sonra da Bəhmən adlı şəxsin ona ödəməli olduğu pulun sellofan paketdə qoyulacağı ünvanı və fotoşəkilini ona göndərəciyini bildirmişdir. O, da Bəhmən adlı şəxslə 3 dəfə narkotik vasitə çatdırmağına razılaşmışdır. 1-ci dəfə xx.xx.2022-ci il tarixdə Bəhmən adlı şəxs ona “Whatsap” sosial şəbəkə vasitəsilə Bakı şəhəri Bayıl qəsəbəsində olan “20-ci sahə” adlı yerdə yerləşən “Elay” şadlıq sarayının arxa tərəfindən 60 qram narkotik vasitəni götürməyini söyləyib narkotik vasitənin olduğu yerin fotoşəkilini göndərmiş, o da həmin tarixdə həmin yerdən bir ədəd qara sellofan torbada narkotik vasitəni götürüb Bakı şəhəri Yeni Ramana qəsəbəsində yolun kənarında olan ağacların birinin yanına qoymuş, sonra ünvanı Bəhmənə söyləməklə fotoşəkilini göndərmişdir. Biraz sonra Bəhmən ona Bakı şəhəri Xətai rayonunda olan magistral yolun kənarından pulu götürməyini söyləyib, pulun olduğu yerin fotoşəkilini ona göndərmişdir. O, da həmin yerdən gedib 90 manat məbləğində pulu götürmüşdür. 2-ci dəfə xx.xx.2022-ci il tarixdə Bəhmən onunla əlaqə saxlamış və Bakı şəhəri Yeni Ramana qəsəbəsində yerləşən zibil qutusundan 70 qram narkotik vasitə heroini götürməyini söyləyib narkotik vasitənin olduğu yerin fotoşəkilini ona göndərmişdir. O da həmin tarixdə həmin yerdən bir ədəd qara sellofan torbada olan narkotik vasitəni oradan götürmüşdür. Həmin narkotik vasitəni Yeni Ramana qəsəbəsində olan ağaclıq yerdə ağacların birinin kənarına qoyub bu barədə Bəhmənə söyləmiş və həmin yerin fotoşəkilini Bəhmənə göndərmişdir. Biraz sonra Bəhmən ona pulunu Bakı şəhəri Xətai metrostansiyasının ətrafında olan yerdən götürməyini söyləyib həmin yerin fotoşəkilini ona göndərmişdir. O, da oraya sellofan paketdə qoyulmuş 105 manat pulu götürmüşdür. 3-cü dəfə xx.xx.2022-ci il tarixdə Bəhmən onunla əlaqə saxlayıb 100 qram narkotik vasitə heroini Bakı şəhəri Badamdar qəsəbəsi ərazisində yerləşən Muxtarov küçəsi ilə Badamdar küçəsinin kəsişməsində olan şam ağacının yanında götürməyini söyləyib həmin yerin fotoşəkilini ona göndərmiş, o da həmin tarixdə həmin yerdən bir ədəd qara sellofan bükümdə narkotik vasitəni oradan götürüb Bakı şəhəri Masazır qəsəbəsi dairəsi ətrafında yerləşən hasarın yanına qoymuş, bu barədə Bəhmənə bildirib həmin yerin fotoşəkilini Bəhmənə göndərmişdir. Biraz sonra Bəhmən ona pulunu Xırdalan dairəsi ətrafında olan yerdən götürməyini söyləyib həmin yerin fotoşəkilini ona göndərmişdir. O da həmin yerdən sellofan paketə qoyulmuş 150 manat pulu götürmüşdür. Bundan sonra Bəhmənə razılaşmalarına əsasən işi qurtarmağını söyləmiş, Bəhmən isə onunla razılaşmayaraq davam etməyini, artıq bu işlə məşğul olmağını, onun şəxsiyyət vəsiqəsinin surətinin Bəhməndə olmasını söyləyib onu müəyyən vasitələrlə hədələmişdir. O da qorxduğu üçün razılaşmışdır. 4-cü dəfə xx.xx.2022-ci il tarxidə Bəhmən onunla əlaqə saxlayıb Bakı-Sumqayıt magistral yolunun kənarında olan ağacın altına 1220 qram narkotik vasitə heroin qoyulmasını söyləyib həmin yerin fotoşəkilini ona göndərmiş, o da həmin yerdən bir ədəd qara sellofan torbada narkotik vasitəni oradan götürmüş və bundan sonra Bəhmənin onu hədələdiyi üçün Bəhməni cəzalandırmaq qərarına gəlmiş, bu səbəbdən telefonunu söndürüb həmin yolda kənara atmış, sonra Şirvan şəhərində yaşadığı ünvana gəlmiş və həmin narkotik vasitəni yaşadığı evin həyətində yerləşən hamam otağının içərisində gizlədib saxlamışdır. O, Bəhməni əvvəllər tanımamış, Bəhmənlə 2022-ci ilin sentyabr ayının sonlarında “İnstaqram” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. O, Bəhmənin kimliyini, harada yaşamasını dəqiq bilməmiş, Bəhmən adlı şəxs ona adının Bəhmən olmasını və İran İslam Respublikası ərazisində yaşamasını bildirmişdir. O, Bəhmənlə yalnız “Whatsap” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış, həmçinin Bəhmən də onunla eyni cür əlaqə saxlamışdır. O, Bəhmənlə istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə “Whatsap” sosial şəbəkə vasitəsilə əlaqə saxlamış, Bəhmənin isə onunla əlaqə saxladığı mobil nömrəni xatırlamamış, həmin mobil nömrə telefonunda olmuş, telefonunu da sonuncu dəfə Bəhmənin söyləməsi ilə narkotik vasitəni götürdükdən sonra söndürüb kənara atdığından bu barədə heç nə söyləyə bilməmiş, lakin həmin mobil nömrə xarici operatora məxsus mobil nömrə olmuşdur. Onun istifadə etdiyi və kənara atdığı mobil telefon “RedMİ A6” markalı mobil telefon olmuşdur. O, narkotik vasitədən istifadə etməmiş, etmir, narkotik vasitələrin satışı ilə də məşğul olmamışdır. O, maddi imkanı zəif olduğundan və pula ehtiyacı olması səbəbindən həmin işi 3 dəfə görməyi şərti ilə razılaşmış, o, yalnız Bəhmənin ona söylədiyi kimi narkotik vasitəni bir yerdən götürüb digər yerə qoymağına, yəni çatdırmağına razılaşmış və həmin cür də etmiş, sonra da pulunu almışdır. 3-cü dəfə Bəhmən ona 100 qram narkotik vasitəni götürməyini söylədikdə, o, həmin narkotik vasitəni götürdükdən sonra həmin narkotik vasitədən bir hissə ayırıb özü üçün gələcəkdə qəmli olacağı halda istifadə etmək üçün sellofan bükümdə saxlamış, polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə də saxlanılan zaman həmin narkotik vasitəni istifadə etmək məqsədilə üzərində götürmüşdür. Yaşadığı evdən isə aşkar olunmuş narkotik vasitəni Bəhmənin onu hədələdiyi üçün Bəhməni cəzalandırmaq məqsədilə götürdükdən sonra Bəhmənə verməmək məqsədilə yaşadığı evə gətirib qoymuş, həmin narkotik vasitəni bu səbəblə yaşadığı evdə gizlədib saxlamış, həmin narkotik vasitəni yaşadığı evdə saxlamaqda hər hansı bir məqsədi olmamışdır. Onun şəxsiyyət vəsiqəsinin surətinin Bəhməndə olmasından və Bəhmənin hər hansı bir üsulla onu cəzalandıracağından qorxduğu üçün həmin narkotik vasitəni yaşadığı evdə saxlamış, polis əməkdaşlarına da həmin narkotik vasitəni həbs olunmaqdan qorxduğu üçün könüllü gələrək təhvil verməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Şirvan Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmə iclasında özünü təqsirli bilmiş, verilmiş ittihama və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinə uyğun ifadə vermiş, barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən bədəni üzərinə xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün sorğu verilmiş və ƏN PX-nin Bakı İstintaq Təcridxanasının Tibbi-sanitar hissəsinin rəisi tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli məktubundan və məktuba əlavə edilmiş 1273/2023 nömrəli “Məhkumun tibbi kitabçası”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə PX-nin 03 saylı istintaq təcridxanasına daxil olmuş,tibbi müayinədən keçirilmiş, bədən səthində hər hansı xəsarət aşkar edilməmiş, saxlanılan zaman zədə almadığını bildirmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi və hədələndiyi üçün o, yuxarıda qeyd olunan məzmunda ifadə vermişdir, həmin ifadəni təsdiq etmir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şirvan ŞPŞ-nin NMQ-nin sabiq baş əməliyyat müvəkkili Şahid1 məhkəməyə ünvanladığı teleqramında səhhəti ilə əlaqədar məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini, iş üzrə ibtidai istintaq zamanı, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Buna görə də məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə) elan edilərək tədqiq edilmiş Şahid1 02 fevral 2023-cü il tarixdə ibtidai istintaq zamanı və 19 iyul 2023-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə icraatına Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi, ev 44/11-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində, yaşadığı evdə saxlaması, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması və yaşadığı evə baxış keçirilməsi zərurəti yaranmış, Təqsirləndirilən şəxs yeri tərəflərindən müəyyən edilərək xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Şirvan şəhəri H.Əliyev prospektində saxlanılıb şəhər polis şöbəsinə gətirilmiş, orada üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qara rəngli şalvarın sağ yan cibindən içəriində heroinə bənzər kütlə olan bir ədəd sellofan büküm aşkar olunmuş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evində də saat 20:15-də videoçəkiliş vasitəsilə baxış keçirilməyə başlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən hamam otağının sol künc hissəsində olan qırmızı rəngli plastik su qabının arxasından üzəri yapışqan lentlə bağlanmış bir ədəd qara rəngli torba aşkar olunmuş, həmin torbanın içərisinə baxış keçirildikdə içərisində heroinə bənzər maddənin olması müəyyən olunmuşdur. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona daxil olan əməliyyat məlumatında Təqsirləndirilən şəxs əlaqələri barədə məlumat olmuşdur. Sonuncu narkotik vasitəni Bakı şəhərindən götürüb Şirvan şəhərinə gətirdiyini bildirmişdir. Onun narkotiklərin satışı ilə məşğul olması barədə konkret fakt olmamış, ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən də hər şeyi etiraf etmişdir. Onun üzərinə və evinə heç kim narkotik qoymamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs döyülməsi, marşurut avtobusunda saxlanılması, üzərinə və evinə narkotik vasitə qoyulması barədə bildirdikləri yalandır və o, özünü müdafiə etmək üçün belə bir ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşları Şahid2 və Əlifov X8 Məmmədli ilə eyni məzmunda ifadə vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, istifadəsi, üzərində saxlaması və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 16 yanvar 2023-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (səh. 3-5; 8-9; 28-30; 34-37) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:40-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v.20- 21 ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 16 yanvar 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümün içərisində heroin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kütləni Əli və Bəhmən adlı İran İslam Respublikası vətəndaşlarından oktyabr ayının əvvəllərində aldığını və öz istifadəsi üçün üzərində daşıyaraq saxladığını bildirmişdir. Ona qarşı hər hansı polis əməkdaşı tərəfindən fiziki və psixi təsir edilmədiyini, heroinin ona məxsus olduğunu qeyd etmişdir. Yaşadığı ünvanda da narkotik vasitə olduğunu və evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (i.v. 28-30) -“baxış keçirilməsi və götürmə aparılması” haqqında 16 yanvar 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış aparılan evin həyətində yerləşən hamam otağının sol künc hissəsində olan qırmızı rəngli plastik su qabının arxasından üzəri yapışqan lentlə bağlanmış bir ədəd qara rəngli torba aşkar olunmuş, həmin torbanın içərisinə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, spesifik qoxulu heroinə bənzər maddənin olması müəyyən olunmuş və həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, aşkar edilmiş heroin, ona aid olduğunu, İran vətəndaşından aldığını, belə ki, həmin şəxs üçün “kuryer” işlədiyini, lakin sonuncu dəfə ondan heroin aldıqdan sonra nömrələrini “bloka” atdığını və heroini də heç bir məqsədi olmadan özündə saxladığını bildirmişdir. (i.v. 34-37) -Məhkəmə fiziki-kimyəvi ekspertizasının 17 yanvar 2023-cü il tarixli, 18/55 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi-4,220 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi-1220,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş ümumi təmiz çəkisi-1224,220 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. (i.v.41-44) -“cinayət işi üzrə əməlin tövsüf edilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə istintaq edilən cinayət işi həmin Məcəllənin in 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (i.v.54-55) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 56-57) - Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il traixli, 4(032)-39/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v. 75-76) - 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış zamanı aşkar edilmiş və ekspert tədqiqatından sonra qalıq çəkisi 1224,020 qram olan heroin iş üzrə maddi sübut kimi tanınmış, Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilməsi qərara alınmışdır. (i.v. 85-86) -Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il traixli, 5(032)-47/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında Şirvan ŞPŞ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir . (i.v. 94-95) -X4 tibbi yoxlamanın 07 aprel 2023-cü il tarixli, 1975 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 135-136) - Məhkəmə-psixiatriya ekspertizasının 11 mart 2023-cü il tarixli, 692 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxsi təsvir edilən hadisəni törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. (i.v. 137-139) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmadığını, həmçinin evində də hər hansı miqdarda narkotik vasitə saxlamadığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, ona elan olunmuş ittihamda göstərilən çəkidə heroinin onda olmadığını və polis əməkdaşları tərəfindən üzərinə və evinə qoyulduğunu, polis əməkdaşlarının hədəsi və fiziki təzyiqi ilə həmin kütlələr barədə etirafedici ifadələr verdiyini deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin və sonrakı ifadələrində ona elan olunmuş ittihamda göstərilən həcmdə narkotik vasitənin ona aid olduğunu, həmin heroini iranlı şəxsdən əldə etdiyini, lakin əvvəllər iranlı şəxsdən əldə etdiyi narkotik vasitələri dediyi yerlərə çatdırsa da sonuncu dəfə əldə etdiyi heroini evində saxladığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı iranlı şəxsin müəyyən yerlərə qoydurduğu narkotik vasitələri əldə etdiyini və yenə də pul müqabilində iranlı şəxsin dediyi yerlərə aparmaqla “kuryerlik” (daşıyıcılıq) etdiyini (sonuncu dəfəyə münasibətdə fərqli fikirlər söyləsə də) göstərmiş, lakin Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələrinin bir hissəsi yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərindən və evindən heroinə bənzər kütlələr aşkar edilərək götürülmüş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs cibində olan 01 bükümdə heroinə bənzər kütləni, həmçinin evində olan heroinə bənzər kütləni könüllü təqdim etmiş, onunla şifahi sorğu zamanı narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmasını, iranlı şəxsdən sonuncunun deyəcəyi yerə qoymaq üçün əldə etdiyini, lakin həmin heroini iranlı şəxsin dediyi yerə qoymayaraq özündə saxladığını və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixi və fiziki təzyiqlər edildiyi üçün həmin narkotik vasitə barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi və fiziki təzyiqə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və baxış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxsa qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Həmçinin ƏN PX-nin Bakı İstintaq Təcridxanasının Tibbi-sanitar hissəsinin rəisi tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli məktubundan və məktuba əlavə edilmiş 1273/2023 nömrəli “Məhkumun tibbi kitabçası”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə PX-nin 03 saylı istintaq təcridxanasına daxil olmuş,tibbi müayinədən keçirilmiş, bədən səthində hər hansı xəsarət aşkar edilməmiş, saxlanılan zaman zədə almadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs aid 1273/2023 nömrəli “Məhkumun tibbi kitabçası”nda saxlanılarkən bədəni üzərinə hər hansı xəsarət olmaması və hər hansı zədə almamasını bildirməsini, cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki və psixi təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Hazırki cinayət işinə məhkəmədə baxılanadək Təqsirləndirilən şəxs üzərində və evindən aşkar edilmiş narkotik vasitənin çəkisini mübahisələndirməmiş, ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilmişdir. Lakin o, məhkəmə istintaqında fərqli məzmunda ifadə verərək ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni iranlı şəxsin ona deyəcəyi yerə qoymaq və qazanc əldə etmək, dolayısı ilə satış məqsədi ilə əldə etmiş, saxlamışdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlaması onun məhz həmin maddələri qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, özünün məhkəmə istintaqı zamanı qismən etirafedici ifadələri, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” və “baxış keçirilməsi haqqqında” 16 yanvar 2023-cü il tarixli protokollar, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi ekspertizasının 17 yanvar 2023-ci il tarixli, X4 yoxlamanın 07 aprel 2022-ci il tarixli rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (i.v 116-117) - Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yaşayır. Onun barəsində nümayəndəliyə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (i.v. 128-129) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü və xx.xx.2012-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində iki azyaşlı uşaqlarının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 16 yanvar 2023-cü il tarixdən hesablanmalı və Şirvan Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 1224,020 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 02 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 16 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz ) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 1224,020 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 02 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar