Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-500/2024 06.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, müdafiəçilər-Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi2 iştirakları ilə xx.xx.1980-cı ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və təbii sərvətlər idarəsində məsləhətçi-müfəttiş vəzifəsində işləmiş, Saatlı şəhəri, Müdafiəçi2 küçəsi ev 17-də qeydiyyatda olmaqla, orada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs M-6(59km, Saatlı)-Sarıcalar-Səmədkənd avtomobil yolunun Saatlı rayonu Qıraqlı kəndindən keçən 2-ci km-də, 30 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində yol hərəkəti qaydalarını sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan pozub, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə zidd olaraq sərxoş vəziyyətdə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” tələbinə zidd olaraq, yəni hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, idarə etdiyi avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, avtomobili qarşı sol hərəkət zolağına çıxartmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməyib avtomobili Sarıcalar kəndi istiqamətindən Saatlı şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkət etdirərkən avtomobili qarşı sol hərəkət zolağına çıxardaraq, hərəkət üçün təhlükə yaratmış, buna görə qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 hadisənin qarşısını alacağını zənn edərək idarə etdiyi “VAZ-21070” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili qarşı sol hərəkət zolağına istiqamətləndirməsi zamanı, o, avtomobili öz hərəkət zolağına qaytarmaq istəyərkən onun hərəkət istiqamətində yolun orta xəttindən sola doğru 0,6 metr məsafədə nəqliyyat vasitələri arasında baş vermiş toqquşma nəticəsində ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs1 6-cı boyun fəqərəsinin arxa çıxıntısının sınığı ilə müşayiət olunan, alın nahiyyəsində yara, sol diz oynağının ön səthində yara, qollarında sıyrıqlardan ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, sonuncunun avtomobilində olmuş sərnişinlər Zərərçəkmiş şəxs3 baş beyinin yüngül dərəcəli əzilməsi, solda ənsə sümüyünün kəllə əsasına keçən sınığı, pnevmosefaliya, sağ orbitaətrafının əzilməsi, hər iki almacıq sümüyünün sınığı, burun sümüyünün sınığı, sağ bazu sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, sol said sümüyünün orta 1/3-nin, sol mil sümüyünün distal ucunun az yerdəyişən sınıqlarından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs2 sol yanaq nahiyyəsində yumşaq toxumaların əzilməsi, geniş ölçülü cırılmış yara, sol gözün billurunun travmatik bulanması, qansızmasından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid ehtiyatsızlıqdan xəsarətlər yetirilməklə, X6 qaraciyərin cırılması, sağ bud sümüyünün yuxarı 1/3-də, sağ qamış və incik sümüklərinin aşağı 1/3-də qapalı yerdəyişmiş sınıqlar, sınıq proyeksiyasında yumşaq toxumalarda qansızma, çənəaltı nahiyyədə yara, qaşarası proyeksiyada, sol qaşın tış hissəsində, sol gözaltı nahiyyədə, sağ yanaq nahiyyəsində, sağ bazunun bayır səthində, sağ qoltuqaltı proyeksiyada, sol körpücük xətti üzrə 3-7-ci qabırğa səviyyəsində, sağ məmə xətti üzrə 5-7-ci qabırğa səviyyəsində, sağ budun orta 1/3-də bayır səthdə, sağ diz oynağının ön səhində, sağ baldırın aşağı 1/3-də bayır səthdə, sağ iç topuq proyeksiyasında, sağ ayağın üst səthində sıyrıqlar ilə nəticələnən ehtiyatsızlıqdan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirilməklə, onlardan qarnın qapalı küt travmasından, qaraciyərin cırılması nəticəsində baş vermiş daxili qanaxma ilə ehtiyatsızlıqdan ölümünə səbəb olmuş və sonra zərərçəkmiş şəxslərə özü barədə heç bir məlumat verməyərək, xəsarət almasa da hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə Saatlı MRX-ya gedərkən TTTY avtomobilində və Saatlı MRX-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-ci hissəsinin 2-ci bəndinin tələblərinə zidd olaraq özünün hadisəni törədən nəqliyyat vasitələrinin birinin sürücüsü olması barədə tibb işçilərinə və digər orqanlara xəbər vermədən, hadisə yerinə qayıtmalı olduğu halda qayıtmayıb yaşadığı evə gedib hadisə yerindən qaçmış, yəni yol hərəkəti qaydalarını sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etdiyini bildirmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində bildirmişdir ki, özünə məxsus olan, lakin tanışı X2 adına qeydiyyatdan keçən VAZ 21063 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, baş etibarnamə əsasında idarə etmiş, avtomobilinin mülkiyyətçisi başqa şəxs olsada həmin avtomobil onun özünə məxsus olmuşdur. AB № 584216 nömrəli sürücülük vəsiqəsinin müddəti 12 iyul 2020-ci il tarixdə bitmişdir. 30 sentyabr 2023-cü il tarixdə qeyri iş günü o, Saatlı rayonu Şirinbəy kəndində tanışı Qədir adlı şəxs ilə görüşüb işlərini bitirdikdən sonra saat təxminən 11:30 radələrində yaşadığı Saatlı şəhəri istiqamətində özünə məxsus olan yuxarıda qeyd edilən avtomobil ilə hərəkət etməyə başlamış, saat təxminən saat 11:30 radələrində Saatlı rayonu, Qıraqlı kəndinə gedən, ferma yolu kimi adlanan yeri keçdikdən sonra saat 11:40 radələrində qarşıdan qırmızı rəngli avtomobilin gəldiyini təxminən 500 metr məsafədən görmüş, həmin avtomobilə təxminən 200-300 metr məsafə qalmışdırkı yoldan diqqətini ayırmadan hərəkətini davam etdirmiş, qarşıdan gələn avtomobil anidən necə olmuşsa 10-15 metr məsafə qalmış onun yoluna çıxmış və həmin avtomobil ilə onun idarə etdiyi avtomobil toqquşmuş və hadisə baş vermişdir. Həmin hadisəni tam xatırlamasa da bir onu bilmiş ki, hadisə olan zaman avtomobili sol istiqamətdə, yəni əks istiqamətdə çəksə də hadisənin qarşısını ala bilməmiş, avtomobili deformasiyaya uğradığı üçün o, idarə etdiyi avtomobildə sıxılıb qalmış, huşunu itirmişdir. Bir qədər sonra hadisə yerinə TTTY avtomobili gəlib onu avtomobildən çıxarmış və digər avtomobildə xəsarət alan sürücü və sərnişinləri Saatlı MRX-ya aparmış, xəstəxanaya çatdıqdan sonra özünə gəlib sifət nahiyyəsinin qan olduğunu görmüş və xəstəxanadan çıxıb piyada yaşadığı evə getmişdir. Daha sonra ayılmış ki, evdədir. Evdə olduğu zaman Saatlı RPŞ-nin əməkdaşları yaşadığı evə gəlib onu baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Saatlı RPŞ-yə dəvət etmiş, sonradan ona məlum olmuş ki, idarə etdiyi avtomobil ilə baş vermiş yol nəqliyyat hadisəsinin digər sürücüsü Zərərçəkmiş şəxs1dur və həmin avtomobildə sərnişin olan X9 ölmüşdür. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, şahid qismində dindirilərkən ifadəsində göstərdiklərin inkar edərək hadisədən əvvəl mobil telefonuna zəng gəlsədə o, gözünü yoldan ayırmamış, qabaq oturacaqda olan mobil telefona gələn zəngi sonlandırmış, yəni mobil telefonunun zəngini sonlandırmağı onun diqqətini yoldan ayırmamış, buna görədə hazırkı ifadəsində bunu qeyd etməmişdir. Hadisə zamanı sərxoş olmamış, 29 sentyabr 2023-cü il tarixdə gecə saatlarında spirtli içki qəbul etmiş, hadisə zamanı spirtli içki qəbul etməmiş, Saatlı RMX-dan verilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında 176 nömrəli protokolda, 30 sentyabr 2023-cü il tarixdə saat 15:00 radələrində özünün 2,9% orta dərəcəli sərxoş olması fikri ilə razı olmamış, hadisədən qabaq spirtli içki qəbul etmədiyini demiş, bir gün əvvəl spirtli içki qəbul etmiş, hadisə zamanı şok vəziyyətdə olmuş, hadisə zamanı avtomobili təxminən 60 km\saatla idarə etmiş, hadisə zamanı idarə etdiyi avtomobildə sərnişin və əlavə yük olmamış, bir daha qeyd etmişdir ki, o, idarə etdiyi avtomobil ilə öz hərəkət zolağında idarə etmiş, hansı səbəbdənsə qarşıdan, yəni əks istiqamətdən hərəkətdə olan Müsavir idarə etdiyi avtomobili ilə ona təxminən 10-15 metr qalmış onun yoluna çıxmış, onun üçün təhlükə həmin anda yaranmış, hadisənin qarşısını almaq üçün o, avtomobili sol istiqamətdə hərəkət etdirsədə hadisənin qarşısını ala bilməmiş, idarə etdiyi avtomobilin sağ qanad hissəsi ilə Müsavirin idarə etdiyi avtomobilin sağ qanad hissəsi toqquşmuşdur. O, hadisə zamanı tormozlamadan da istifadə edə bilməmişdir. Xəstəxanada olan zaman ona heç bir tibbi yardım göstərilmədiyi üçün və sifət nahiyyəsində qan olduğunu bildiyinə görə, yuyunmaq məqsədi ilə xəstəxanadan çıxıb mərkəzi yolun kənarı ilə yaşadığı evə getmək istəmiş, yolda özündən gedib yıxılmış, daha sonra evdə olarkən ayılmış, sonradan bilmiş ki, onu yıxıldığı yerdən dayısı oğlu Ruslan Həsənov öz avtomobilinə qoyub yaşadığı evə aparmış, evdə olan zaman, onu Saatlı rayon polisinin axtardığını bilmiş, polis əməkdaşları ilə birlikdə Saatlı RPŞ-yə gəlmiş, o, hadisədən yayınmamış, avtomobili texniki cəhətdən saz olmuş, hadisə baş verərkən avtomobildə tək olmuş, hadisəni də xatırlamamış, kimin hadisəni görməsindən xəbəri olmamışdır. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs həmin ifadələrini təsdiq etdiyini bildirmişdir. Sonarki məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə baş verən gün rayon istiqamətində hərəkətdə olarkən qarşıdan gələn maşını görmüşdür. Həmin maşın anidən onun yoluna çıxmışdır. Nəticədə toqquşma baş vermişdir. İdarə etdiyi avtomobilin sağ tərəfi ilə digər avtomobilin sağ tərəfi ilə toqquşmuşdur. Sonra isə huşunu itirmiş, xəstəxanaya aparılmışdır. Ordan isə qohumu gəlib onu evə aparmış, evdə paltarlarını dəyişmiş, daha sonra polislər gəlmişdir. Ailə üzvlərini, qarşı tərəflə barışmağını, dövlət qulluqçusu olmasını, himayəsində azyaşlı uşaqlarının olduğunu nəzərə alıb barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə səhər saatlarında Xalıq ona zəng vuraraq uşaqlarını Saatlı rayonu Fətəlikənd kəndinə həkimə aparmasını istəmiş, onun sözü ilə saat təxminən 10:00-11:00 radələrində o, Xalıq Ağayevin yaşadığı evin qarşısına getmiş, həmin vaxt Xalıq Ağayev onun avtomobilində ön oturacaqda, arvadı Xalıqın arxasında, iki övladı və başqa bir nəfər qadın isə avtomobildə onun oturacağının arxasında əyləşmiş və o, hərəkət edərək Saatlı rayonu Fətəlikənd kəndinə yola düşmüşdür. Təxminən 20-25 dəqiqə yol getdikdən sonra Qazanbatan yolunda qarşısına qəfil VAZ 2106 markalı avtomobilin gəldiyini görmüş, həmin avtomobil yolda maşını oynada-oynada üstünə gəlmiş, bu zaman ondan qaçmaq üçün özünü dərhal sağdakı quruntavoya çıxarmış ki, gəlsin yanından keçsin. Lakin görmüş ki, yenə üstünə gəlir, maşını yenidən öz yoluna qaytarmış, həmin maşın təzdən üstünə tərəf çəkmiş və sağından qabaq qapıdan maşınını vurmuşdur. Bu zaman qəza baş vermişdir. Qəzadan sonra tez yerə düşmüş, uşaqları maşından çıxarmışdır. Təcili yardıma zəng vurmuşdur. Sevda isə maşından özü düşmüşdür. Təsadüfən bir boş təcili yardım maşını gəldiyini görüb, onu saxladıb uşaqları həmin maşınla xəstəxanaya yola salmışlar. Daha sonra Xalıqı da maşında çıxarmışlar. Ondan sonra təcili yardım gəlib, onu xəstəxanaya aparmışdır. Özü isə Xalıqın ölüm xəbərin xəstəxanada olanda bilmişdir. Həmin gün hava şəraiti normal olmuşdur. Qarşı tərəfin sürücüsün isə hadisə yerində görməmiş, onlara isə heç bir kömək etməmişdir. Həmin şəxsi xəstəxanada olarkən də görməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir, heç bir ziyanı ödənilməyib, üzrxahlıq edilməyib. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özünün başı ağrılı olmuşdur. Bu səbədən Qazanbatanda türkəçarə həkimin olduğunu bilmiş, sağalmaq üçün onun yanına getmək istəmişdir. Hadisə günü xx.xx.2023-cü ildə saat 10:00-11:00 radələrində əri Xalıq, ərinin xalası Sevda və uşaqları birlikdə Müsavirə məxsus maşınla yola çıxmışlar. X12 yanında qarşıda, özü ərinin arxa tərəfindən, Sevda sürücünün arxasında, Mərva qucağında, o biri uşaqda Sevdanın qucağında əyləşmişdir. Yol hadisə zamanı boş olmuş, birdən qarşıdan səhv etmirsə ağ rəngli maşının gəldiyini görmüşdür. Həmin maşın sürətlə üstlərinə gəlmiş, sürücü isə qaçırmaq istəmiş, birdə görmüş ki, Müsavir və əri Xalıq qışqırır ki, “bu bizi qıracaq”. Bir anda isə görmüş ki, asfaltın üstündədir. Zərbədən asfalta çırpılmışdır. Əvvəlcə qalxa bilməmiş, daha sonra ayağa qalxa bilmişdir. Özünü toplayıb maşına tərəf gəlib, görmüş ki, uşaqları qan içindədir. Bu zaman qabağa keçib Xalıqa demişdir ki, uşaqlar ölür, kömək et, lakin səs gəlməmişdir. Yalnız bir dəfə nəfəs alıb, sonrasın isə xatırlamır. Özü uzun müddət xəstəxanada yatmış, on gün ərinin ölümündən xəbərsiz olmuşdur. Təqsirləndirilən şəxslə barışmır, ondan şikayətçidir, ona heç bir ziyan ödənilməyib. Qəza törədən təqsirləndirilən şəxsi isə hadisə yerində görməmişdir. Daha sonra isə məhkəməyə notarial qaydada ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində ona dəymiş zərərin ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarı heç bir tələb və şikayətinin olmamasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hadisə günü sürücü Müsavirin arxa tərəfində maşında əyləşmişdir. Bacısı oğlu Xalıq isə qabaqda oturmuş, digərləri isə sağ tərəfində yanında. Qazanbatan yolunda sürücü və bacısı oğlu qışqırmış ki, “bu bizi qıracaq”. Özü də qarşıdan gələn maşının üstlərinə gəldiyini görmüş, çəpinə onları sağ tərəfdən vurmuşdur. Hadisədən sonra tez-tez özündən getmiş, uşaqları isə qan içində görmüşdür. Bundan sonra bir nəfər şəxs onu təcili yardım maşınına mindirib, xəstəxanaya yola salmışdır. Bacısı oğlu Xalıqın isə ölümünü xəstəxanada bilmişdir. Təqsirləndirilən şəxs isə orada görünməyib, demişlər ki, evə gedib. Sürücü Müsavir onun yoluna çıxmamış, əksinə digər maşın Müsavirin yoluna çıxmışdır. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadələri, ekspertiza rəyləri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Saatlı RPŞ-nin məsul növbətçisi Eyvaz Dadaşov tərəfindən Saatlı RPŞ-nin rəisi VMİE Fuad Məmmədova ünvanladığı raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:02-də Saatlı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Nurlan Heydərov zəng edərək, Saatlı rayonu, Qazanbatan kəndi ərazisindən keçən yolda avtoqəza olması, 1 nəfər şəxsin ölməsi və 3 nəfər şəxsin xəsarət alması barədə məlumat verdi. (c 1, i.v 5). İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə M- 6(59km, Saatlı)-Sarıcalar-Səmədkənd avtomobil yolunun Saatlı rayonu Qıraqlı kəndindən keçən 2-ci km hissəsində baş vermişdir. Həmin yol asfaltbeton örtüklü, hamar və qurudur. Həmin yolda yolun hərəkət hissəsinin sonları ilə bütöv sarı xətt, ortası ilə qırıq-qırıq ağ xətt çəkilmişdir. Yol üzərində başqa nişanlanma xətti yoxdur. Baxış Sarıcalar kəndi istiqamətindən Saatlı şəhəri istiqamətdə dayandıqda aparılmış, hadisə baş verən yolun sağ hərəkət hissəsindən sonra müxtəlif iri və kolşəkilli ağaclıq sahə, daha sonra dəmir yolu xətdi, sol hərəkət hissəsindən sonra müxtəlif iri və kolşəkilli ağaclıq sahə və əkin sahələri vardır. Hadisə yerində yol örtüyünün eni 6 metr, hərəkət hissəsinin eni isə 5,4 metrdir. Baxış zamanı VAZ 21070 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsinin sağ kənarında, çəpinə, qabaq hissəsi Sarıcalar kəndi istiqamətində yola tərəf, sağ hissəsi tamamilə əzilərək deformasiyaya uğramış təkərləri üzərində dayanmış vəziyyətdə, VAZ 21063 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil isə çəpinə, yolun hərəkət hissəsində qabaq hissəsi yolun sağ hərəkət zolağına keçmiş, arxa hissəsi isə yolun sol zolağında, qabaq və sağ qanad hissəsi deformasiyaya uğramış vəziyyətdə təkərləri üzərində dayandığı müşahidə edildi. Hadisə yerində nəqliyyat vasitələrinin hadisə yerində müşahidə olunduğu yerindən, onların əzilmə hissələrindən və yol üzərində olan izlərdən toqquşma yerinin avtomobil yolunun Sarıcalar-Saatlı istiqamətindəki hərəkət zolağında, yolun ortası ilə çəkilmiş qırıq-qırıq ağ xətdən 60 sm sağ zolaqda baş verdiyi müəyyən olunmuşdur. Toqquşma yerindən yolun hərəkət zolağının sağ sonuna qədər məsafə 2,40 metr, sol zolağın sonuna qədər isə 3,60 metrdir. Toqquşma yerindən yolun sağ sağ kənarındakı Saatlı şəhəri istiqamətindəki “Çəkil” ağacına qədər məsafə 16 metr, sol kənarına Saatlı şəhəri istiqamətindəki ağaca qədər məsafə 14 metrdir. Avtomobillər arasında məsafə 2,5 metr və 2,7 metrdir. Baxış zamanı yol üzərində olan izlərdən müəyyən olunmuşdur ki, VAZ 21070 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil Sarıcalar-Saatlı istiqamətində, VAZ 21063 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil isə Saatlı-Sarıcalar istiqamətində hərəkətdə olmuşlar. Baxış zamanı başqa əhəmiyyət kəsb edən hallar müşahidə olunmamış, fotoşəkillər çəkilmiş və sxem tərtib olunmuşdur. (c 1, i.v 6-17). İş materiallarında olan 30 sentyabr 2023-cü il tarixli 176 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən 2,9% orta dərəcəli şəroş vəziyyətində olmuşdur. (c 1, i.v 24). İş materiallarında olan Saatlı RPŞ-nin DYPB-nin rəisi X8 RPŞ-nin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs adına AB 584216 nömrəli sürücülük vəsiqəsi olsada, həmin vəsiqənin müddəti xx.xx.2020-ci il tarixdə bitdiyindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmamış, lakin 30 sentyabr 2023-cü il tarixdə idarə etdiyi VAZ21063 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə dair ƏN-Vİİİ № 960983 nömrəli etibarnaməsi var, o yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etmişdir. (c 1, i.v 74). İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMCnin 10 oktyabr 2023-cü il tarixli 11-1/2-150-104/2023 saylı məktubundan görünür ki, M- 6(59km, Saatlı)-Sarıcalar-Səmədkənd avtomobil yolunun 2-ci km hissəsində avtonəqliyyat vasitələrinin maksimum sürəti 60 km/saatdır. (c 1, i.v 77). İş materiallarında olan Məhkəmə-tibbi ekspertin 25 oktyabr 2023-cü il tarixli 15 nömrəli rəyindən görünür ki, X6 meyitinin müayinəsi zamanı aşkar edilmiş qaraciyərin cırılması, sağ bud sümüyünün yuxarı 1/3-də, sağ qamış və incik sümüklərinin aşağı 1/3-də qapalı yerdəyişmiş sınıqlar, sınıq proyeksiyasında yumşaq toxumalarda qansızma, çənəaltı nahiyyədə yara, qaşarası proyeksiyada, sol qaşın tış hissəsində, sol gözaltı nahiyyədə, sağ yanaq nahiyyəsində, sağ bazunun bayır səthində, sağ qoltuqaltı proyeksiyada, sol körpücük xətti üzrə 3-7-ci qabırğa səviyyəsində, sağ məmə xətti üzrə 5- 7-ci qabırğa səviyyəsində, sağ budun orta 1/3-də bayır səthdə, sağ diz oynağının ön səhində, sağ baldırın aşağı 1/3-də bayır səthdə, sağ iç topuq proyeksiyasında, sağ ayağın üst səthində sıyrıqlar küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlərin qərarda göstərilən şəraitdə əmələ gəlməsi inkar edilmir. X9 ölümündən az əvvəl spirtli içkilər və güclü təsiredici maddələr qəbul etməmişdir. X6 ölümünə səbəb, qarnın qapalı küt travmasından, qaraciyərin cırılması nəticəsində baş vermiş daxili qanaxma olmuşdur. (c 1, i.v 93-96). İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində, həmçinin zərərçəkmiş şəxs X6 hüquqi varisi qismində tanınmışdır. (c 1, i.v 98-99). İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi qismində tanınmışdır. (c 1, i.v 112-113). İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c 1, i.v 120,185). İş materiallarında olan xx.xx.2023-cü il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, şahid Zərərçəkmiş şəxs1 yol-nəqliyyat hadisənin baş verdiyi M-6(59 km), Saatlı-Sarıcalar-Səmədkənd avtomobil yolunun Saatlı rayonu Qıraqlı kəndindən keçən hissəsində hərəkətdə olarkən VAZ 21063 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin əks hərəkət zolağına çıxdığı an gördüyü yeri, avtomobilin əks hərəkət zolağında ehtiyyat hissəyə çıxdığı an gördüyü yeri, avtomobilin əks hərəkət zolağına çıxıb öz hərəkət zolağına qayıtmaq əvəzinə asfalt yoldan ehtiyyat hissəyə çıxdığı yeri, avtomobilin yolun ehtiyyat hissəsindən öz hərəkət zolağına qayıtdığı yeri, avtomobilin ehtiyyat hissədən öz hərəkət zolağına qayıtdıqdan sonra toqquşduğu yeri, təhlükəni gördüyü üçün tormoz-əyləc sistemindən istifadə etdiyi yeri göstərir. (c 1, i.v 142-146). İş materiallarında olan Məhkəmə-tibbi ekspertin 30 noyabr 2023-cü il tarixli 357 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər 6-cı boyun fəqərəsinin arxa çıxıntısının sınığı ilə müşayiət olunan, alın nahiyyəsində yara, sol diz oynağının ön səthində yara, qollarında sıyrıqlar küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. (c 1, i.v 156- 158). İş materiallarında olan Məhkəmə-tibbi ekspertin 30 noyabr 2023-cü il tarixli 363 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sol yanaq nahiyyəsində yumşaq toxumaların əzilməsi, geniş ölçülü cırılmış yara, sol gözün billurunun travmatik bulanması, qansızması küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. (c 1, i.v 165-168). İş materiallarında olan Məhkəmə-tibbi ekspertin 22 noyabr 2023-cü il tarixli 364 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər baş beyinin yüngül dərəcəli əzilməsi, solda ənsə sümüyünün kəllə əsasına keçən sınığı, pnevmosefaliya, sağ orbitaətrafının əzilməsi, hər iki almacıq sümüyünün sınığı, burun sümüyünün sınığı, sağ bazu sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, sol said sümüyünün orta 1/3-nin, sol mil sümüyünün distal ucunun az yerdəyişən sınıqları küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. (c 1, i.v 169-172). İş materiallarında olan Məhkəmə-tibbi ekspertin 13 fevral 2024-cü il tarixli 30 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində, o cümlədən döş qəfəsində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. (c 1, i.v 173- 175). İş materiallarında olan Kompleks məhkəmə yol-nəqliyyat hadisələri və nəqliyyat trasoloji ekspertizasının 31 yanvar 2024-cü il tarixli 8/3552-8/3553 nömrəli ekspert rəyindən görünür ki,
1. Nəqliyyat vasitələri üzərində olan əziklərin xarakterləri, yerləşmə sahələri və deformasiyalarının istiqamətləri nəzərə alınmaqla avtomobillər arasında ilkin kontakt anında toqquşma VAZ-21070 markalı 49BE024 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə VAZ-21063 markalı 18BF557 dövlət qeydiyyat nişanlı atomobilin qabaq orta hissəsi arasında təxminən 30-35 dərəcə bucaq altında baş vermişdir.
2. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, VAZ-21070 markalı 49BE024 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərin rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Qeyd olunan vəziyyətdə sürücü Zərərçəkmiş şəxs1 vaxtında tormozlama əməliyyatı aparmaqla idarə etdiyi VAZ-21070 markalı avtomobili toqquşma yerinə çatmadan öz hərəkət zolağında dayandırmağa texniki imkanı olması və toqquşmanın VAZ-21063 markalı avtomobilin hərəkət zolağında baş verməsi faktları onu izah edir ki, sürücü Zərərçəkmiş şəxs1 sola doğru apardığı manevr, yəni idarə etdiyi VAZ-21070 markalı avtomobili sola istiqamətləndirərək əks hərəkət zolağına çıxması hərəkət təhlükəsizliyini təmin etməmişdir. Ona görə də VAZ-21070 markalı 49BE024 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
3. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, VAZ-21063 markalı 18BF557 dövlət qeydiyyat nişanlı atomobilin sürücüsü Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərin rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Mövcud şəraitdə sürücü Təqsirləndirilən şəxs hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, idarə etdiyi VAZ-21063 markalı avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, avtomobili qarşı sol hərəkət zolağına çıxartmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı idi. Lakin istintaq tərəfindən müəyyən edildiyi kimi, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ- 21063 markalı avtomobili Saatlı şəhər istiqamətində 60 km/saat sürətlə hərəkət etdirərkən avtomobili qarşı sol hərəkət zolağına çıxartması, hərəkət üçün təhlükə yaratması, buna görə qarşıdan əks istiqamətdən hərəkətdə olan VAZ-21070 markalı avtomobilin qarşı sol hərəkət zolağına istiqamətlənməsi və VAZ-21063 markalı avtomobilin öz hərəkət zolağına qayıtmaq istəyərkən nəqliyyat vasitələri arasında toqquşmanın baş verməsi faktları onu izah edir ki, qeyd olunan vəziyyətdə VAZ-21063 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasi Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuz olmuşdur. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 250 (iki yüz əlli) manatdır. (c 1, i.v 186-193). İş materiallarında olan xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid Zərərçəkmiş şəxs1 və şahid Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı bildirmişlər. (c 1, i.v 207-208). İş materiallarında olan 22 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, VAZ-21063 markalı ** BF *** dövlət qeydiyyat nişanlı və VAZ-21070 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə maddi sübut hesab edilmiş və Saatlı RPŞ-də duracaqda saxlanıldığı nəzərə alınmışdır. (c 1, i.v 209- 229). İş materiallarında olan Saatlı RİHB-nın Saatlı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 740 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2012 və 2015-ci il təvəllüdlü uşaqları vardır, barəsində nümayəndəliyə ərizə və ya şikayət daxil olmamışdır. (c 1, i.v 232-233). İş materiallarında olan xx.xx.2024-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (c 1, i.v 234-235). İş materiallarında olan 24 aprel 2024-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, hazırki cinayət işindən Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilmişdir. (c 1, i.v 245-246). İş materiallarında olan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (c 1, i.v 281-282). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında müdafiəçi ilə təmin olunmuş, onun əleyhinə olan bütün sübutların tədqiqində müdafiəçisi ilə birlikdə şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına tam şəkildə malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçisi vasitəsi ilə müxtəlif xarakterli vəsatətlər vermişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçisi vasitəsilə suallar vermişdir. Məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı təqsirləndirilən şəxs öz etirazını bildirməmiş, lakin ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən yol hərəkəti qaydalarını sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin az ağır və ağır xəsarət almasına digər zərərçəkmiş şəxsin isə ölümünə səbəb olmuş və yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2023-cü il tarixdə saat 11:30 radələrində sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan “VAZ 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. O, avtomobillə M-6(59km), Saatlı-Sarıcalar- Səmədkənd avtomobil yolunun Saatlı rayonu Qıraqlı kəndindən keçən 2-ci km-də hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə zidd olaraq sərxoş vəziyyətdə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq avtomobili Sarıcalar kəndi istiqamətindən Saatlı şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkət etdirərkən avtomobili qarşı sol hərəkət zolağına çıxardaraq, hərəkət üçün təhlükə yaratmış, buna görə qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 hadisənin qarşısını alacağını zənn edərək idarə etdiyi “VAZ-21070” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili qarşı sol hərəkət zolağına istiqamətləndirməsi zamanı, o, avtomobili öz hərəkət zolağına qaytarmaq istəyərkən onun hərəkət istiqamətində yolun orta xəttindən sola doğru 0,6 metr məsafədə nəqliyyat vasitələri arasında baş vermiş toqquşma nəticəsində ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs1 dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs3 dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid ehtiyatsızlıqdan xəsarətlər yetirilməklə, X7 dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirilməklə sonuncunun ehtiyatsızlıqdan ölümünə səbəb olmuş və sonra zərərçəkmiş şəxslərə özü barədə heç bir məlumat verməyərək, xəsarət almasa da hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə Saatlı MRX-ya gedərkən TTTY avtomobilində və Saatlı MRX-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-ci hissəsinin 2-ci bəndinin tələblərinə zidd olaraq özünün hadisəni törədən nəqliyyat vasitələrinin birinin sürücüsü olması barədə tibb işçilərinə və digər orqanlara xəbər vermədən, hadisə yerinə qayıtmalı olduğu halda qayıtmayıb yaşadığı evə gedib hadisə yerindən qaçmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir.
Təqsirləndirilən şəxs avtomobili sərxoş halda və nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə edərkən, törətmiş olduğu qəzadan sonra hadisə yerinə toplaşmış şəxslərin köməkliyi ilə avtomobildən çıxarıldıqda yol-nəqliyyat hadisəsi törətməsini bilmiş, bundan sonra isə hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətdikdən sonra cinayət hadisəsinin baş verdiyi yerdə qanunla onun üzərinə düşən vəzifələrin icrası məqsədi ilə heç bir hərəkətləri icra etməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-21070” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə aralarında toqquşma baş verdikdən sonra hadisənin baş verdiyi yerdə dayanmamış, zərərçəkmiş şəxslərin sağ olub-olmamasını müəyyən etməyə cəhd belə etməmiş, təcili tibbi yardıma zəng etməmiş, polis orqanına törətdiyi cinayət əməli barədə heç bir məlumat verməmişdir. Əksinə Təqsirləndirilən şəxs avtomobillər arasında toqquşma baş verdikdən sonra qəza yerinə toplaşmış şəxslərin köməkliyi ilə avtomobilindən çıxarılmış, məhz bundan sonra hadisə nəticəsində digər avtomobildə olan şəxslərin xəsarət aldıqlarını bilmiş, özünün isə hər hansı bir xəsarət almamasına baxmayaraq hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə Saatlı MRX-ya gedərkən TTTY avtomobilində və Saatlı MRX-da özünün hadisəni törədən nəqliyyat vasitələrinin birinin sürücüsü olması barədə tibb işçilərinə və digər orqanlara xəbər vermədən, hadisə yerinə qayıtmalı olduğu halda qayıtmayıb yaşadığı evə gedib hadisə yerindən qaçmışdır. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Halbuki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətdikdən sonra qeyd edilən maddədə göstərilən vəzifələri və ya ən azı onların bir hissəsini icra etməli idi. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “təcili tibbi yardım” maşını çağırmaq, zərərçəkən həyat üçün təhlükəli xəsarət aldığı hallarda onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərərçəkənləri öz nəqliyyatında xəstəxanalara aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur. Sürücülərin üzərinə qanunla müəyyən edilmiş qaydada qoyulmuş vəzifələrlə bağlı məhkəmə qeyd edir ki, hər hansı bir şəxsin qanunları bilməməsi onun cinayət məsuliyyətindən azad olunması üçün əsas kimi çıxış edə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin İİ hissəsinə əsasən – hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 72-ci maddəsinin İİİ hissəsinə əsasən - qanunu bilməmək məsuliyyətdən azad etmir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat sərxoş halda və vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi avtomobillə qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-21070” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə aralarında toqquşma baş verdikdən sonra törətdiyi əməlin nəticəsini başa düşmüş və bundan sonra cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə hadisə yerindən hər hansı bir xəsarət almamasına baxmayaraq hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə Saatlı MRXya orada isə yaşadığı evə gedərək, hadisə yerinə qayıtmamışdır. Başqa sözlə, o, yolnəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslərin, şahid ifadələri, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Odur ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin bütün zəruri tərkib əlamətləri var. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən törədildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və o, qeyd edilən cinayətlərin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan, Cinayət Məcəlləsinin 264cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmiş, həmin cinayətlərin hər biri ayrı-ayrılıqda başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66cı maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunduğu kimi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulan iki müstəqil cinayət törətmiş və həmin cinayətlərin heç birinə görə məhkum olunmamış və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə bu cinayətlərin heç birinə görə CM-nin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin müxtəlif məddələri ilə nəzərdə tutulan iki müstəqil cinayəti törətməsi həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.4-cü maddəsində həmçinin göstərilir ki, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü tarixli, 5 saylı qərarının 15, 16 və 21-ci bəndlərində göstərilmişdir ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yolnəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur. («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İV hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq Cinayət Məcəlləsinin 263-cü və ya 263-1-ci maddələri ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Eyni vəziyyətdə sürücü yol-nəqliyyat hadisəsi yerindən qaçmasa da, zərərçəkmiş şəxsi həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğuna görə ona kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə, onun əməli Cinayət Məcəlləsinin 263-cü və ya 263-1-ci, yaxud 351-ci maddələri ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə tövsif olunur. Zərərçəkmiş şəxsin ölümü yolnəqliyyat hadisəsi anından dərhal sonra baş verdikdə və ya sair obyektiv səbəblərdən təqsirkar zərər çəkmiş şəxsin həyat və sağlamlığı üçün yaranmış təhlükəni aradan qaldıra bilmədikdə, onun əməlində Cinayət Məcəlləsinin 143-cü maddəsində nəzərdə tutulmuş cinayətin olması istisna edilir. Bu yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli olan sürücülərin özünün müxtəlif dərəcəli bədən xəsarətləri alması və bu səbəbdən zərərçəkmiş şəxsə kömək edə bilmədiyi hallara da aiddir. Məhkəmələr Cinayət Məcəlləsinin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Məhkəmələrin diqqəti həm də ona cəlb edilsin ki, Cinayət Məcəlləsinin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına” dair 29 yanvar 2004-cü il tarixli qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərər çəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni Cinayət Məcəlləsinin 264-cü maddəsi Cinayət Məcəlləsinin 143-cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Buna görə, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmiş şəxsin zərərçəkmişi təhlükədə qoymaqla bu kimi hallarda özü haqqında məlumat verməsi onun Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə məsuliyyətini istisna edən əsas kimi qiymətləndirilə bilməz. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri üzrə ayrı-ayrılıqda həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin, göstərilən maddələr üzrə ona ayrı-ayrılıqda nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin ediləcək əsas cəzalar və əlavə cəzalar qismən toplanılmalı, toplanmış əlavə cəza əsas cəzaya Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən birləşdirilərək ona qəti cəza olaraq nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, o cümlədən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa Saatlı RPŞ tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə Saatlı rayonu, H.Əliyev prospekti 146 ünvanı yaxınlığında tutularaq Saatlı RPŞ-nin MSY-nə təhvil verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Habelə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Saatlı RPŞ-nin avtomobil duracağında saxlanılan VAZ21063 minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X4, VAZ21070 minik markalı, 49BE 024 dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatına görə 250 (iki yüz əlli) manat məbləğində məhkəmə məsrəfləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri olan 250 (iki yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılsın, toplanılmış əlavə cəza əsas cəzaya birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 24 oktyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Saatlı RPŞ-nin avtomobil duracağında saxlanılan VAZ21063 minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X4, VAZ21070 minik markalı, 49BE 024 dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 qaytarılsın. Məhkəmə məsrəfləri hesab edilən 250 (iki yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev