Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-500/2025 22.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədli Ənnağı Əbdül oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X16, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, - xx xxxx 1995-ci ildə Lənkəran rayonu, Haftonu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi qaydada əməklə məşğul olmuş, məhkumluğu ödənilmiş, Füzuli rayonu, Aybasanlı kəndində qeydiyyatda olmaqla, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2; - xx xxxxxx 1988-ci ildə İmişli rayonunun Göbəktala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay (boşanmış), himayəsində bir azyaşlı uşağı olan, kənd təsərrüfatı ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Göbəktala kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti “Bəhmən” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda müxtəlif növ narkotik vasitələrin və psixotrop maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 dekabr 2024-cü il tarixdə, saat 01 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 23-cü sərhəd zastavasının, 14-cü xidmət sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində qəsdən, qanunsuz olaraq keçmiş, İran İslam Respublikasında Bəhmən və qeyriləri ilə görüşmüş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq 23 dekabr 2024-cü il tarixdə iki ədəd bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 11,441 qram heroini, bir ədəd bükümdə tərkibində cüzi miqdarda qurudulmuş marixuana hissəcikləri olan 0,12 qram qarışıq bitki mənşəli kütlədə tütünü, iki ədəd bükümdə külli miqdarda psixotrop maddə 32,295 qram metamfetamini, bir ədəd bükümdə xeyli miqdarda narkotik vasitə ümumi təsiredici maddəsinin miqdarı 0,54 qram təşkil edən on üç ədəd bütöv və ½ həbin hissəsi metadon tərkibli həbi, iki ədəd idman çantasının içərisində on dörd ədəd ayrı-ayrı bağlamada külli miqdarda narkotik vasitələr ümumi təmiz çəkisi 8220 qram qurudulmuş marixuananı, bir ədəd bağlamada külli miqdarda təmiz halda çəkisi 420 qram heroini, tamah niyyəti ilə qanunsuz olaraq satış məqsədilə sonunculardan əldə etmiş, saxlamış, qeyd olunan narkotik vasitələri və psixotrop maddəni Azərbaycan Respublikasına gətirmək üçün 24 dekabr 2024-cü il tarixdə, saat 05 radələrində Təqsirləndirilən şəxs1la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, qəsdən, qanunsuz keçməklə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 23-cü sərhəd zastavasının 14cü xidmət sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçirdikdən sonra səs-küy eşitməsi səbəbi ilə hərbi qulluqçular tərəfindən yaxalanmaqdan qorxduğu üçün içərisində narkotik vasitələr olan daşıdığı idman çantasını qamışlıq əraziyə tullayıb qaçaraq, uzaqlaşıb Bəhrəmtəpə qəsəbəsində yaşadığı fərdi yaşayış evinə getmiş, 25 dekabr 2024-cü il tarixdə, saat 12 radələrində İmişli Rayon Polis Şöbəsinə, daha sonra elə həmin gün saat 17 radələrində N nömrəli hərbi hissənin 23-cü sərhəd zastavasına dəvət edilmiş, xidməti otaqların birində həmin gün Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki isti gödəkçənin sol qolunun içərisində olan astar hissəsindən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 11,441 qram heroin, bir ədəd bükümdə tərkibində cüzi miqdarda qurudulmuş marixuana hissəcikləri olan 0,12 qram qarışıq bitki mənşəli kütlədə tütün, iki ədəd bükümdə külli miqdarda psixotrop maddə 32,295 qram metamfetamin, bir ədəd bükümdə xeyli miqdarda narkotik vasitə ümumi təsiredici maddəsinin miqdarı 0,54 qram təşkil edən 13 ədəd bütöv və ½ həbin hissəsi metadon tərkibli həb və 26 dekabr 2024-cü il tarixdə aparılan hadisə yerinə baxış nəticəsində N nömrəli hərbi hissənin İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 23cü sərhəd zastavasının 10-cu xidmət sahəsində dövlət sərhəd xəttindən 3500 metr, müvafiq olaraq mühəndis-texniki çəpərindən 150 və 160 metr məsafələrdə içərisində on dörd ədəd ayrı-ayrı bağlamada külli miqdarda narkotik vasitə ümumi təmiz çəkisi 8220 qram qurudulmuş marixuana, bir ədəd bağlamada külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 420 qram heroin olan iki ədəd idman çantası aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti “Bəhmən” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda müxtəlif növ narkotik vasitələrin və psixotrop maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 dekabr 2024-cü il tarixdə, saat 01 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 23-cü sərhəd zastavasının, 14-cü xidmət sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində qəsdən, qanunsuz olaraq keçmiş, İran İslam Respublikasında şəxsiyyəti Bəhmən adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə görüşmüş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq 23 dekabr 2024-cü il tarixdə iki ədəd bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 11,441 qram heroini, bir ədəd bükümdə tərkibində cüzi miqdarda qurudulmuş marixuana hissəcikləri olan 0,12 qram qarışıq bitki mənşəli kütlədə tütünü, iki ədəd bükümdə külli miqdarda psixotrop maddə olan 32,295 qram metamfetamini, bir ədəd bükümdə xeyli miqdarda narkotik vasitə ümumi təsiredici maddəsinin miqdarı 0,54 qram təşkil edən on üş ədəd bütöv və ½ həbin hissəsi metadon tərkibli həbi, iki ədəd idman çantasının içərisində on dörd ədəd ayrı-ayrı bağlamada külli miqdarda narkotik vasitələr ümumi təmiz çəkisi 8220 qram qurudulmuş marixuananı, bir ədəd bağlamada külli miqdarda təmiz halda çəkisi 420 qram heroini, tamah niyyəti ilə, yəni qanunsuz olaraq satış məqsədi ilə sonunculardan əldə etmiş, saxlamış, qeyd olunan narkotik vasitələri və psixotrop maddəni Azərbaycan Respublikasına gətirmək üçün 24 dekabr 2024-cü il tarixdə, saat 05 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, qəsdən, qanunsuz keçməklə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 23-cü sərhəd zastavasının 14cü xidmət sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçirdikdən sonra səs-küy eşitməsi səbəbi ilə hərbi qulluqçular tərəfindən yaxalanmaqdan qorxduğu üçün içərisində narkotik vasitələr olan daşıdığı idman çantasını qamışlıq əraziyə tullayıb qaçmış, Bəhrəmtəpə qəsəbəsində yaşadığı fərdi yaşayış evinə qayıtmaq məqsədilə yolu tapa bilmədiyindən qeyd olunan xidməti sahədə azıb qalmış, 25 dekabr 2024-cü il tarixdə, saat 16 radələrində hərbi qulluqçular tərəfindən N nömrəli hərbi hissənin Bəhrəmtəpə qəsəbəsində yerləşən 23-cü sərhəd zastavasının 14-cü xidmət sahəsində 63 nömrəli sərhəd nişanından 900 metr sağda, dövlət sərhəd xəttindən 3500 metr məsafədə saxlanılmış, 23-cü sərhəd zastavasına dəvət edilib, xidməti otaqların birində həmin gün üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan isti gödəkçəsinin sol qolunun içərisində olan astar hissəsindən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 11,441 qram heroin, bir ədəd bükümdə tərkibində cüzi miqdarda qurudulmuş marixuana hissəcikləri olan 0,12 qram qarışıq bitki mənşəli kütlədə tütün, iki ədəd bükümdə külli miqdarda psixotrop maddə 32,295 qram metamfetamin, bir ədəd bükümdə xeyli miqdarda narkotik vasitə ümumi təsiredici maddəsinin miqdarı 0,54 qram təşkil edən 13 ədəd bütöv və ½ həbin hissəsi metadon tərkibli həb və 26 dekabr 2024-cü il tarixdə aparılan hadisə yerinə baxış nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 23cü sərhəd zastavasının 10-cu xidmət sahəsində dövlət sərhəd xəttindən 3500 metr, müvafiq olaraq mühəndis-texniki çəpərindən 150 və 160 metr məsafələrdə içərisində on dörd ədəd ayrı-ayrı bağlamada külli miqdarda narkotik vasitə ümumi təmiz çəkisi 8220 qram qurudulmuş marixuana, bir ədəd bağlamada külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 420 qram heroin olan iki ədəd idman çantası aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs1la birlikdə İran İslam Respublikasına dərman əldə etmək məqsədilə getmiş, idman çantalarında nə olduğunu bilməmiş, çantaları götürüb gəlmişlər. Yolda çantaları atıb sərhədi keçmiş və sərhəddə bir-birlərindən ayrı düşmüşlər. Sərhəd ərazisindən çıxıb evinə getmiş, 25 dekabr 2025-ci il tarixdə İmişli Rayon Polis Şöbəsinin əməkdaşları gəlib onu tutmuşlar. Polis əməkdaşının dediyinə görə iranlı polis şöbəsinə zəng edərək “mal”ının oğurlanması barədə şikayət etmiş, beləcə polislər onu tutmuş və şöbədə əməliyyatçılar iranlıya zəng edib onu gətirmələri barədə məlumat vermişlər. İranlı özünə məxsus narkotik vasitələri onun oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, iranlı Bəhməni hadisədən iki-üç ay qabaq tanımışdır. Təqsirləndirilən şəxs1la birlikdə Bəhmənə zəng edib konfrans şəklində danışıb məsləhətləşmişlər. Şəxsi istifadələri üçün narkotik götürmək barədə söhbətləri olmuş, narkotiklə bağlı başqa söhbətləri olmamışdır. Bundan başqa iranlı ilə dərmanla bağlı danışmışlar. Belə ki, uşağı xəstədir, iranlı onlara dərman təşkil edəcək, onlar da həmin dərmanı götürüb gələcəkmişlər. Yollar bağlı olduğuna görə sərhədi qaçaq yolla keçmişlər. Araz çayını qayıqla keçmişlər. Bəhmən gəlib onları qarşılamış və çayın o biri tərəfinə keçirmişdir. İran İslam Respublikası ərazisindən Miraslanla birlikdə çıxmış, sərhədi keçərkən üzərində qanunsuz predmet olmamışdır. Buna qədər Miraslanla hərəsində bir ədəd olmaqla əllərində cəmi iki ədəd çanta olmuşdur. Çantalardakı qara sellofan torbaların içərisində nə olduğunu, çantaların çəkilərində fərq olub-olmadığını bilməmişdir. Onda üzərində “Adidas” yazısı olan çanta olmuşdur. Onlara çantalar veriləndə ağzı bağlı olmuş, açıb içərisinə baxmamışlar. İranda tələm-tələsik avtomobildə onlara çantalar verilmiş, götürüb gəlmişlər. Bəhmən çantada dərman olduğunu bildirmişdir. Tikanlı məftillərlə sarılmış çəpərə çatanda səs-küy eşidib bir-birlərindən ayrılmışlar. Ayrılanda çəpəri keçməmiş, oradan 200-300 metr aralıda olmuşlar. Belə ki, səs-küy eşitmiş, çantaları atıb fərqli istiqamətlərdə qaçıb uzaqlaşmışlar. Qorxuya düşdüklərindən çantaları atmışlar. Sərhədi keçəndən sonra evə gəlmiş, bir gecə evdə qalmışdır. Polislər onu evindən aparanda nə baş verdiyini bilməmişdir. Polis şöbəsində ona iranlının “mal”ını oğurladığını, çantalarda narkotik olduğu deyilmiş, o isə çantalardan xəbəri olmadığını, özündə olan çantanı sərhəddə atıb gəldiyini demişdir. Şöbədə onun yanında konfrans şəklində görüntülü qaydada polislərlə iranlı Bəhmən və Azər adlı şəxslər danışmışlar. Azər adlı iranlı “mənim malım Ruslandadı, Bəhmənin də malı Ruslandadı, o malları götürün, onu da tutun” demişdir. Sərhədçilərin tapıb gətirdiyi çantalar onların atdıqları çantalar olmuşdur. Ona xəsarət yetirilmiş və xəsarətləri barədə təcridxanada qeyd olunmuşdur. Yaş dəsmalla döyüldüyü üçün xəsarətləri yüngül olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs2 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlərlə əlaqədar, onun ibtidai istintaqa verdiyi xx.xx.2024-cü il tarixli ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən ziddiyyət yaranmış hissədə elan edilmişdir. Həmin ifadəsində o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.2-ci maddələri ilə özünü tam təqsirli bilərək göstərmişdir ki, təxminən dörd il bundan əvvəl İmişli rayonu, Bərhrəmtəpə qəsəbəsində hazırda xatırlamadığı tanışları ilə birlikdə məclisdə olan zaman tanış olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında dostluq münasibəti olmuş, onunla mobil telefon vasitəsilə maddi vəziyyətlərinin pis olmasından söhbət edən zaman sonuncu ona bildirmişdir ki, tanışı olan İran İslam Respublikasının vətəndaşı Bəhmən adlı şəxsdən narkotik vasitələr əldə edib Azərbaycan Respublikasına gizlin şəkildə keçirməklə böyük məbləğdə pul qazanmaq olar. Bu minvalla “WhatsApp” tətbiqi proqramı vasitəsilə konfrans şəklində üçü, yəni, o, Bəhmən və Miraslan əlaqə saxlamışlar. Bəhmən İran İslam Respublikasından narkotik vasitələri gizlin şəkildə Azərbaycan Respublikasına keçirmək müqabilində hər birinə (Miraslana və ona) 5.000 (beş min) manatı verəcəkdir. Bəhmənin təklifi ilə razılaşaraq xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində konfrans şəklində üçü də yenidən əlaqə saxlamış, birazdan İran İslam Respublikası istiqamətində yola düşəcəklərini, dövlət sərhədini qanunsuz olaraq keçəcəkləri üçün ərazini tanımadıqlarından hansı yollarla, marşrut xətti ilə gedəcəklərini bilmədiklərini demişlər. Bəhmən onlara narahat olmamağı, “WhatsApp” tətbiqi proqramı vasitəsilə canlı məkanlarını göndərməyi demişdir. xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsindən Miraslanla birlikdə İran İslam Respublikası istiqamətində yola düşmüş və “WhatsApp” tətbiqi proqramı vasitəsilə canlı məkanlarını Bəhmənə göndərmişlər. Bəhmən onlara olduqları yerdən hansı ərazi istiqamətində, yəni hansı marşrut xətti ilə getməli olduqlarını müvafiq oxlar (işarələr) ilə qeyd edərək, yenidən onlara göndərmişdir. xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində piyada hərəkət etməklə irəlilədikləri zaman tikanlı, dəmir məftillərlə sarılmış çəpərlə qarşılaşmış, həmin məftilləri aralayıb İran İslam Respublikası istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçmiş, İran İslam Respublikasının ərazisində bir xeyli yol qət etdikdən sonra Araz çayının sahilində gözləməyə başlamışlar. xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində Bəhmən demişdir ki, çayı üzərək qarşı tərəfə keçsinlər. Miraslanla üzərək Araz çayını keçib, qarşı sahilə çatıb Bəhmənlə görüşmüş, İran İslam Respublikasında Bəhmənin yaşadığı evdə bir gün qalmışlar. Bəhmənlə narkotik vasitələrin Azərbaycan Respublikasına gizlin şəkildə keçirilməsi ilə bağlı yenidən müzakirə aparmış, Bəhmən onlara demişdir ki, təxminən səkkiz kiloqram marixuana və yarım kilo heroin götürəcəklər. xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində hər üçü və digər tanımadığı iki nəfər İran İslam Respublikasının vətəndaşı ilə başqa bir yerdə olan evə getmişlər. Tanımadığı həmin iki nəfərdən birinin avtomobildən düşərək evdən içərisində narkotik vasitələr olan iki ədəd idman çantası ilə çıxdığını görmüş, avtomobildə həmin idman çantalarını Miraslanla ona vermişlər. Bəhmən isə əlavə olaraq Miraslana təxminən beş-altı ədəd xırda büküm verərək, “bu narkotiklər də sənin üçündür” demiş, daha sonra oradan uzaqlaşaraq onları Araz çayının sahilinə, Bəhmənin qarşıladığı yerə gətirmişlər. Eyni qaydada üzərək qarşı tərəfə keçmişlər. xx.xx.2024-cü il tarixdə, saat 05 radələrində İran İslam Respublikasına getdikləri eyni yolla Azərbaycan Respublikası istiqamətində qayıdarkən tikanlı məftillərlə sarılmış çəpərə 200-300 metr məsafə qalmış səs-küy eşidib hərbi qulluqçular tərəfindən tutulacaqlarından qorxub üzərində daşıdığı, içərisində narkotik vasitələr olan idman çantasını dərhal qamışlıq əraziyə tullayıb qaçmağa başlamışdır. Miraslan da onun deməsi əsasında əlindəki içərisində narkotik vasitə olan idman çantasını tullayıb qaçmağa başlamış, ərazi sıx qamışlıq və kolluq, həmçinin hava qaranlıq olduğundan, bundan əlavə fərqli istiqamətlərdə qaçdıqlarından bir-birlərini ərazidə itirmişlər. Bundan sonra kolluqların arasında gizlənib xx.xx.2024-cü il tarixdə, saat 09 radələrinədək gözlədikdən sonra oradan çıxıb, ətrafı müşahidə edərək sakitçilik olduğunu görüb, çəpərə tərəf yaxınlaşmış və məftilləri aralayıb Azərbaycan Respublikası istiqamətində qarşıya doğru irəliləmişdir. Bir xeyli yol qət etdikdən sonra İmişli rayonunda öz yaşadığı evə gəlib çatmış, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində İmişli Rayon Polis Şöbəsinə dəvət edilmiş, könüllü şəkildə oraya getmişdir. Şöbədə onunla profilaktik söhbət aparılan zaman polis əməkdaşlarına törətdiyi əməli könüllü şəkildə bildirmiş, daha sonra müvafiq araşdırma aparılması məqsədilə həmin tarixdə, saat 17 radələrində Sərhəd Qoşunlarının əməliyyatçısı Şahid10 ilə birlikdə könüllü şəkildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən sərhəd zastavasına getmişdir. Sərhədçilərə Azərbaycan Respublikasından İran İslam Respublikasına, o cümlədən əks istiqamətdə keçdiyi yerləri və gizlin şəkildə keçirdiyi içərisində narkotik vasitələr olan idman çantasını tulladığı qamışlıq ərazini göstərmiş və müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasından İran İslam Respublikasına, o cümlədən əks istiqamətdə xx.xx.2024-cü il tarixdə dövlət sərhədini qanunsuz keçməkdə məqsədi İran İslam Respublikasından gizlin şəkildə narkotik vasitəni Azərbaycan Respublikasına keçirib, qazanc əldə etmək olmuşdur. İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən İran İslam Respublikasına dövlət sərhədi istiqamətində Miraslanla piyada getmiş və heç bir nəqliyyat vasitəsindən istifadə etməmişlər. Miraslan söhbət edən zaman ona İran İslam Respublikasının vətəndaşı Bəhmən adlı şəxs barədə danışmış və həmin vaxtadək Bəhməni tanımamışdır. Bəhmənlə “WhatsApp” tətbiqi proqramı vasitəsilə mobil telefonda əlaqə saxlamış, Bəhmənin istifadəsində olan nömrəsini dəqiq xatırlamamış, lakin mobil telefonunda Bəhmənin nömrəsini “Ureyim” və ya buna bənzər ad kimi qeydiyyata almışdır. Miraslan Bəhmənin ona verdiyi beş-altı ədəd şəffaf bükümün içərisində “patı”, “kakos”, on-on beş ədəd narkotik tərkibli həblərin olduğunu bilmişdir. Həmin narkotik vasitələr və psixotrop maddə Miraslana məxsus olmuş, qeyd olunanlarla bağlı hər hansı bir cinayətkar niyyəti olmamışdır. Bəhmən onlara narkotik vasitələri gizlin şəkildə dövlət sərhədindən keçirdikdən sonra kim(lər)ə təhvil vermək barədə heç bir şey deməmiş, bildirdiyi yalnız o olmuşdur ki, narkotik vasitələri dövlət sərhədindən keçirə biləcəkləri təqdirdə yekunda nə etməli olduqlarını deyəcəkdir. Bəhmən onların nəyi bildirəcəyi barədə suallarına cavab olaraq bildirmişdir ki, “siz narkotik vasitələri keçirdin, sonra mən deyəcəm hansı məkana qoymaq lazımdır”. İran İslam Respublikasında Bəhmənin vasitəsilə əldə etdikləri idman çantalarının içərisində təxminən səkkiz kiloqram narkotik vasitə var idi. Hər biri üzrə dörd kiloqram olmaqla biri onda, digəri isə Miraslanda olmuşdur. Bundan əlavə, onun daşıdığı idman çantasında təxminən 200- 300 qram heroin də olmalı idi. Onun daşıdığı çanta qara, tünd-mavi rəngli, Miraslanın daşıdığı idman çantası isə qara, hərbi komufulyajlı olmuşdur. Qeyd etdiyi içərisində narkotik vasitələr olan idman çantalarını tullamış olduqları yerlər dövlət sərhədini qanunsuz keçdikləri yerdən biraz kənarda olmuşdur. Hadisə yerinə baxış zamanı qeyd olunan yerlərin hamısını əyani olaraq göstərmişdir. Saxlanılan zaman, yaxud saxlanıldıqdan sonra onu döyüb incidən, təhqir edən, fiziki və ya psixoloji təzyiq edən, yaxud qanundan kənar hərəkət edən olmamışdır (cild 01, i.v. 129-134). Təqsirləndirilən şəxs2 məhkəmə iclasında elan olunan ifadəsini təsdiq etmədiyini, fiziki təzyiq göstərildiyindən qorxduğu üçün həmin ifadəni imzaladığını, son sözündə əməlindən özünü təqsirli bildiyi hissədə peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını, uşaqlarından birinin xəstə olduğunu bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik vasitə istifadə etmişlər, sonra Ruslan Bakıya işləməyə getmiş və bir-birlərindən ayrılmışlar. Bir müddətdən sonra Ruslan İmişli rayonuna qayıdıb, kafedə işləməyə başlamış və dostluqları davam etmişdir. Ruslanın uşağı xəstə olduğuna görə dərman almaq məqsədilə İran İslam Respublikasının vətəndaşı ilə əlaqə yaratmışlar. Həmin şəxslər onlara “siz gəlin sərhədin qırağına, mən qabağınıza gəlirəm, dərman gətirəcəyəm” demiş, onlar da İran İslam Respublikasının ərazisinə keçib qayıtmışlar. Təqsirləndirilən şəxs1 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ilə bir-birlərini beş-altı il olar ki, tanıyırlar, narkotiklə bağlı münasibətləri isə bir-iki ildir yaranmışdır. Əvvəllər iranlı ilə münasibəti olmamışdır. Bəhmən adlı İran İslam Respublikasının vətəndaşını Təqsirləndirilən şəxs2 internet vasitəsilə tapmış və dərman əldə etmək məqsədi ilə danışmışdır. İranlı Ruslana zəng etmiş, sonuncu da onu zəngə qoşaraq konfrans şəklində danışmışlar. Ruslanla birlikdə İrana 22 dekabr 2024-cü il tarixdə getmiş, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən səhər saat 04 radələrində sərhədi keçmişlər. Sərhədi keçmələrində məqsəd o olmuşdur ki, iranlı gəlib onları qarşılasın və dərman versin. Lakin, iranlı onları yavaş-yavaş Araz çayına çıxartmış, sonra da çayın o biri tərəfinə keçirtmiş və Araz çayının yanında qarşılamışdır. İranlı Bəhmən onları aldatmış, dərman gətirəcəyini desə də, heç nə gətirməmiş, onları qonaq çağırmış, növbəti gün işlərini həll etdikdən sonra gedə biləcəklərini bildirmişdir. İki gün, bir gecə iranlının qonağı olmuş, İranın Parsabad bölgəsində qalmışlar. İranlı gəldikləri yerdən onları keçirdəndə qara rəngli sellofan torba verib, içində dərman olduğunu bildirmişdir. 23 dekabr 2024-cü il tarixdə, saat 23 radələrində İran İslam Respublikasının ərazisindən çıxıb Azərbaycan Respublikasının ərazisinə tərəf gəlmişlər. Gecə vaxtı olduğundan yolu düz gəlməmiş və azmış, saat 04 radələrində Azərbaycan sərhədinə yaxınlaşmışlar. Tikanlı məftillərlə sarılmış çəpərə yaxınlaşanda səs-küy eşidib, əllərindəki yükü atıb fərqli istiqamətlərə qaçmışlar. Əvvəllər sərhədi keçməmiş, bu onların birinci səfəri olmuşdur. İran vətəndaşı onlara “konum” göndərmiş, sərhədi keçərkən “konum”la hərəkət etmişlər. Ərazini tanımadıqları üçün iranlının dediyi yolla getmişlər. İranlı ona şəxsi istifadəsi üçün narkotik vermiş, torbada isə dərman olduğunu demişdir. Onu sərhədçilər saxlamamış, özü təslim olmuşdur, çünki ərazidən çıxa bilməmiş, bir gün yarım ac-sususz sərhəd bölgəsində qalmışdır. Sərhədçilərə təslim olanda üstündə tütünlə qarışıq marixuana olmuşdur. Aclıqdan ağlı başında olmamış, iranlı narkotiki “kurtka”nın astarına atmış, orada da qalmışdır. Üzərində ən çoxu bir qram narkotik olmuşdur. Tikanlı məftillərlə sarılmış çəpərə yaxınlaşanda iki nəfər atlı çoban görmüş, onlardan ərazidən çıxarılması üçün sərhəd xidmətinin əməkdaşlarını çağırmalarını istəmiş, sonuncular da zəng edib məlumat vermişlər. Qara rəngli sellofan torbanı gəldikləri gün saat 04-05 radələrində atmışlar və daha onlardan xəbərləri olmamış, sonradan arxasınca gəlmək niyyətləri də olmamışdır. Çantaları sərhədçilər özləri tapmışlar. Sərhədçilərə təslim olduğu yerlə çantaların olduğu yer arasında 200-300 metr məsafə olmuşdur. İrandan Azərbaycana onlara iki ədəd çanta verdikləri barədə xəbər verilmişdir. Təslim olanda çantaları atdıqlarını, amma yerlərini bilmədiyini etiraf etmişdir. Düz danışmasına baxmayaraq, təzyiq görmüş, döyülmüş, xəsarətləri olmuşdur. Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində, istintaq təcridxanasında xəsarətlərini yazdırmışdır. Bel, qıç, qol və sinə nahiyəsində qaraltılar olmuşdur. Həmin xəsarətləri çantaları tapa bilmədikləri üçün hərbiçilər onlara yetirmişlər. Bu barədə şikayət etməmişdir. Saxlanılarkən üzərində əl bıçağı olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs1 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlərlə əlaqədar, onun ibtidai istintaqa verdiyi xx.xx.2024-cü il tarixli ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən ziddiyyət yaranmış hissədə elan edilmişdir. Həmin ifadəsində o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.2-ci maddələri ilə özünü tam təqsirli bilərək göstərmişdir ki, təxminən dörd il bundan əvvəl İmişli rayonu, Bərhramtəpə qəsəbəsində hazırda xatırlamadığı tanışları ilə birlikdə məclisdə olan zaman Təqsirləndirilən şəxs2 ilə tanış olmuş, aralarında dostluq münasibətləri yaranmış, mobil telefonda danışarkən hər ikisinin maddi vəziyyətlərinin pis olmasından söhbət edən zaman Ruslan ona bildirmişdir ki, tanışı olan İran İslam Respublikasının vətəndaşı Bəhmən adlı şəxsdən narkotik vasitələr əldə edib Azərbaycan Respublikasına gizlin şəkildə keçirməklə böyük məbləğdə pul qazanmaq olar. Bu minvalla “WhatsApp” tətbiqi proqramı vasitəsilə konfrans şəklində üçü, yəni o, Bəhmən və Ruslan əlaqə saxlamışlar. Həmin vaxt Bəhmən İran İslam Respublikasından narkotik vasitələri gizlin şəkildə Azərbaycan Respublikasına keçirmək müqabilində hər birinə (Ruslana və ona) 5.000 (beş min) manat verəcəyini bildirmiş, onun bu təklifi ilə razılaşmışlar. xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində konfrans şəklində hər üçü yenidən əlaqə saxlamış, Bəhmənə bildirmişlər ki, birazdan İran İslam Respublikası istiqamətində yola düşəcəklər. Bəhmən “WhatsApp” tətbiqi proqramı vasitəsilə ona canlı məkanlarını göndərməyi demiş, xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən Ruslanla birlikdə İran İslam Respublikası istiqamətində yola düşmüş və “WhatsApp” tətbiqi proqramı vasitəsilə canlı məkanlarını Bəhmənə göndərmişlər. Bəhmən onlara olduqları yerdən hansı ərazi istiqamətində, yəni, hansı marşrut xətti ilə getməli olduqlarını müvafiq oxlar (işarələr) ilə qeyd edərək, yenidən onlara göndərmişdir. 21 dekabr 2024-cü il tarixdə, saat 21 radələrində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində piyada hərəkət etməklə irəlilədikləri zaman tikanlı, dəmir məftillərlə sarılmış çəpərlə qarşılaşmış və həmin məftilləri aralayıb İran İslam Respublikası istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçmiş, bir xeyli yol qət etdikdən sonra Araz çayının sahilində gözləməyə başlamışlar. xx.xx.2024cü il tarixdə, saat 01 radələrində Bəhmən demişdir ki, çayı üzərək qarşı tərəfə keçsinlər. Ruslanla üzərək Araz çayını keçib, qarşı sahilə çatıb Bəhmənlə görüşmüş, İran İslam Respublikasında Bəhmənin yaşadığı evində bir gün qalmış, orada Bəhmənlə narkotik vasitələrin Azərbaycan Respublikasına gizlin şəkildə keçirilməsi ilə bağlı yenidən müzakirə aparmışlar. Bəhmən onlara demişdir ki, təxminən səkkiz kiloqram marixuana və yarım kilo heroin götürəcəklər. xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində hər üçü və digər tanımadığı iki nəfər İran İslam Respublikasının vətəndaşları ilə başqa bir yerdə olan evə getmişlər. Tanımadığı həmin iki nəfərdən biri avtomobildən düşərək evdən içərisində narkotik vasitələr olan iki ədəd idman çantası ilə çıxmış və avtomobildə həmin idman çantalarını Ruslanla ona vermişlər. Bəhmən isə əlavə olaraq da ona beş-altı ədəd xırda büküm verərək, “bu narkotiklər də sənin üçündür” demiş, daha sonra oradan uzaqlaşaraq onları Araz çayının sahilinə, Bəhmənin onları qarşıladığı yerə gətirmişlər. Eyni qaydada üzərək qarşı tərəfə keçmişlər. xx.xx.2024-cü il tarixdə, saat 05 radələrində İran İslam Respublikasına getdikləri eyni yolla Azərbaycan Respublikası istiqamətində qayıdarkən tikanlı məftillərlə sarılmış çəpərə 200-300 metr məsafə qalmış səs-küy eşitmiş və qorxmuşlar ki, hərbi qulluqçular onları tutacaqlar. Ruslan üzərində daşıdığı, içərisində narkotik vasitələr olan idman çantasını dərhal qamışlıq əraziyə tullayıb, qaçmağa başlamış və ona da içərisində narkotik vasitə olan idman çantasını tullamağı demişdir. Ərazi sıx qamışlıq və kolluq, o cümlədən hava qaranlıq olduğundan, bundan əlavə fərqli istiqamətlərdə qaçdıqlarından bir-birlərini ərazidə itirmişlər. Bundan sonra kolluqların arasında gizlənib səhər saatlarınadək gözləmiş, sonra oradan çıxıb ətrafı müşahidə etmiş və sakitçilik olduğunu görüb, çəpərə tərəf yaxınlaşaraq məftilləri aralayıb Azərbaycan Respublikası istiqamətində qarşıya doğru irəlilmişdir. Bir xeyli yol qət etdikdən sonra azdığının fərqinə varmış və həmin günü də kolluq ərazidə gecələmişdir. xx.xx.2024-cü il tarixdə ətrafda çobanları görüb yaxınlaşaraq azdığını demiş və saat 16 radələrində sərhədçilər tərəfindən saxlanılmışdır. Sərhədçilərə törətmiş olduğu əməli səmimi etiraf etmiş, onlara Azərbaycan Respublikasından İran İslam Respublikasına, o cümlədən əks istiqamətdə keçdiyi yerləri və gizlin şəkildə keçirdiyi içərisində narkotik vasitələr olan idman çantasını tulladığı qamışlıq ərazini göstərmiş və müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasından İran İslam Respublikasına, o cümlədən əks istiqamətdə xx.xx.2024-cü il tarixdə dövlət sərhədini qanunsuz keçməkdə məqsədi İran İslam Respublikasından gizlin şəkildə narkotik vasitəni Azərbaycan Respublikasına keçirib qazanc əldə etmək olmuşdur. İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən İran İslam Respublikası ilə dövlət sərhədi istiqamətində Ruslanla piyada getmiş, heç bir nəqliyyat vasitəsindən istifadə etməmişlər. Ruslan söhbət edən zaman ona İran İslam Respublikasının vətəndaşı Bəhmən adlı şəxs barədə danışmışdır. Ruslan Bəhmənlə bağlı söhbət etməyənə qədər sonuncunu tanımamışdır. Bəhmənlə “WhatsApp” tətbiqi proqramı vasitəsilə mobil telefonda əlaqə saxlamış, Bəhmənin istifadəsində olan nömrəsini dəqiq xatırlamamış, mobil telefonunda Bəhmənin nömrəsini “can” və ya buna bənzər ad kimi qeydiyyata almışdır. Bəhmənin ona verdiyi bükümlərdə “patı”, “kakos”, onon beş ədəd narkotik tərkibli həb olduğunu bilmişdir. Bəhmən onlara narkotik vasitələri gizlin şəkildə dövlət sərhədindən keçirdikdən sonra həmin narkotik vasitələri kim(lər)ə təhvil vermək barədə heç bir şey deməmiş, bildirdiyi yalnız o olmuşdur ki, “siz narkotik vasitələri keçirdin, sonra mən deyəcəm hansı məkana qoymaq lazımdır”. İran İslam Respublikasında Bəhmənin vasitəsilə əldə etdikləri idman çantalarının içərisində təxminən səkkiz kiloqram narkotik vasitə var idi. Hər biri üzrə dörd kiloqram olmaqla biri onda, digəri isə Ruslanda olmuşdur. Bundan əlavə Ruslanın daşıdığı idman çantasında təxminən 200- 300 qram heroin də olmalı idi. Ruslanın daşıdığı çanta qara, tünd-mavi rəngli, onun daşıdığı idman çantası isə qara, hərbi komufulyajlı olmuşdur. Qeyd etdiyi içərisində narkotik vasitələr olan idman çantalarını tullamış olduqları yerlər dövlət sərhədini qanunsuz keçdikləri yerdən biraz kənarda olmuşdur. Üzərində aşkar edilmiş metaldan olan, açılıb-bağlanan bıçaq ona məxsusdur, üç-dörd il bundan əvvəl xatırlamadığı yerdən əldə etmişdir. Saxlanılan zaman, yaxud saxlanıldıqdan sonra onu döyüb incidən, təhqir edən, fiziki və ya psixoloji təzyiq edən, yaxud qanundan kənar hərəkət edən olmamışdır (cild 01, i.v. 117-122). Təqsirləndirilən şəxs1 məhkəmə iclasında elan olunan ifadəsini təsdiq etmədiyini, döyüldüyü üçün həmin ifadəni imzaladığını, son sözündə əməlindən özünü təqsirli bildiyi hissədə peşman olduğunu, himayəsində azyaşlı uşağının və yaşlı anasının olmasını bildirərək, məhkəmədən barəsində yekun qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxslərin qismən etirafedici və şahidlərin ifadələrini) dinləyərək, həmçinin cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin 4-cü sərhəd komendantlığı 23cü sərhəd zastavasının rəisi, əməliyyat-axtarış işləri üzrə müavini Şahid1 ifadəsində göstərmişdir ki, 25 dekabr 2024-cü il tarixdə, saat 16:30 radələrində sərhəd xəttinə yaxın yerdə mülki geyimli naməlum şəxsin olması barədə zastavaya sərhəd naryadı tərəfindən məlumat verilmiş, sərhəd zastavasını dərhal “Silaha!” komandası ilə qaldırmışdır. Başçısı olduğu axtarış qrupunun üzvləri ilə birlikdə ərazidə axtarış aparılması məqsədilə hərəkətə keçmişlər. Həmin tarixdə, saat 16 radələrində sərhəd zastavasının 14-cü xidmət sahəsində axtarış apardıqları zaman xidməti sahədə bir nəfər mülki geyimli naməlum şəxsin olduğunu görmüş, dərhal həmin şəxsə “Dayan!” çağırış komandası vermiş və şəxs əmrə tabe olmuşdur. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olmasını, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə hazırda ittiham olunduqları cinayət əməllərini etiraf edərək peşman olduğunu demişdir. Daha sonra müvafiq araşdırmanın aparılması məqsədilə Təqsirləndirilən şəxs1 sərhəd zastavasına dəvət etmiş, o da öz növbəsində könüllü şəkildə sərhəd zastavasının məntəqəsinə gəlmişdir. Baş verən hadisə ilə bağlı aidiyyəti üzrə məruzə etmişdir. Sərhəd zastavasının məntəqəsində olan zaman həmin tarixdə, axşam radələrində 4-cü sərhəd komendantlığının əməliyyat-axtarış işləri üzrə müavini, kapitan Şahid10 bir nəfər mülki geyimli tanımadığı şəxslə məntəqənin giriş darvazasının önünə gəlməsi barədə ona məruzə edilmiş, Şahid10 və onun müşayiət etdiyi şəxsin məntəqəyə girişinə icazə verdikdən sonra ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs2dur. Bundan sonra müvafiq araşdırmanın aparılması üçün müvəkkil edilmiş şəxs məntəqəyə gəlmiş, ilkin araşdırma hərəkətlərindən sonra 25 dekabr 2024-cü il tarixdə onun, Şahid2, həmçinin hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd etməsinə görə içərisində narkotik vasitə olan idman çantalarını tulladıqları yerə baxış keçirilmişdir. İştirakçılara hüquq və vəzifələri izah olunandan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmağa başlanılmış, edilən təklifdən sonra o, özünə məxsus “Redmi Note 9 PRO”, “Xiaomi 11 Lite 5G NE” markalı smartfon və “Ketel” markalı sadə tipli mobil telefonları könüllü şəkildə təqdim etmişdir. Bundan sonra şəxsin üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı əşya və ya sənəd aşkar edilməmişdir. Şəxsi axtarış zamanı həmin mobil telefonlar, “Redmi” markalı ağ rəngli enerji saxlayıcı cihaz müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra edilən təklifdən sonra Təqsirləndirilən şəxs1 özünə məxsus “Honor X6” markalı mobil telefonu, plastik bank kartını, şəxsiyyət vəsiqəsini, bir ədəd açılıb-bağlanan cib bıçağını və altı ədəd şəffaf polietilen bükümü könüllü surətdə təqdim etmişdir. Bundan sonra şəxsin üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı əşya və ya sənəd aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 aşkar edilmiş predmetlər, bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə yekunlaşdıqdan sonra havanın qaralması səbəbi ilə hadisə yerinə baxış mümkün olmamış, bu səbəbdən də 26 dekabr 2024-cü il tarixdə hadisə yerinə baxış keçirilməsi üçün ilkin olaraq Təqsirləndirilən şəxs1 saxlandığı 14-cü xidməti sahə istiqamətində hərəkətə başlamışlar. Həmin yer N nömrəli hərbi hissənin İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 23-cü sərhəd zastavasının 14-cü sahəsində dövlət sərhəd xətti sayılan ərazidir. Ərazi qamışlıq və kolluq örtüyə malikdir. Hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 22 dekabr 2024-cü il tarixdə, saat 01 radələrində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində, o cümlədən 24 dekabr 2024-cü il tarixdə, saat 05 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçdikləri yeri əlləri ilə işarə etmişlər. Hər iki yer eyni olmaqla, o cümlədən dövlət sərhəd xəttinin Araz çayının ortası olması nəzərə alınmaqla, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissənin İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 23-cü sərhəd zastavasının 14-cü xidməti sahəsinin ərazisindədir. Təqsirləndirilən şəxs1 25 dekabr 2024-cü il tarixdə, saat 16:30-da saxlanıldığı yer İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 23-cü sərhəd zastavasının 14-cü xidməti sahəsi olmaqla 63 nömrəli sərhəd nişanından 900 metr sağda, dövlət sərhəd xəttindən 3500 metr, mühəndistexniki çəpərindən 1500 metr məsafədədir. Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 onların qeyd etdikləri idman çantalarını tulladıqları ərazini göstərmələri təklif edilmiş, sonuncuların göstərişi üzrə zastavanın 10-cu xidmət sahəsinə çatmışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 24 dekabr 2024-cü il tarixdə, saat 05 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini keçdikdən sonra idman çantalarını tullamış olduqları yeri əlləri ilə işarə etmişlər. Həmin yer Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissənin İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 23-cü sərhəd zastavasının 10-cu sahəsində dövlət sərhəd xətti sayılan ərazidir. Ərazi qamışlıq və kolluq örtüyə malikdir. Təqsirləndirilən şəxs2 göstərdiyi ərazidə dövlət sərhəd xəttindən 3500 metr, mühəndistexniki çəpərindən 150 metr məsafədə qara, tünd-mavi rəngli idman çantası aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 göstərdiyi ərazidə dövlət sərhəd xəttindən 3500 metr, mühəndis-texniki çəpərindən 160 metr məsafədə qara rəngli, hərbi komufulyajlı idman çantası aşkar edilmişdir. Aşkar edilmiş idman çantaları müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra sərhəd zastavasının məntəqəsinə geri qayıtmışlar və 23-cü sərhəd zastavasının 10-cu sahəsində dövlət sərhəd xəttindən 3500 metr, mühəndis-texniki çəpərindən müvafiq olaraq 150 metr və 160 metr məsafələrdə aşkar edilərək götürülmüş qara, tünd-mavi rəngli və qara rəngli, hərbi komufulyajlı idman çantasına, o cümlədən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar maddələrə və həblərə baxış keçirilməyə başlanılmışdır. Baxış keçirilən zaman qara, tünd-mavi rəngli idman çantasının içərisində şəffaf sellofanla bərk şəkildə yapışqan lent vasitəsilə bağlanmış səkkiz ədəd bağlama olduğu müəyyən edilmişdir. Həmin bağlamalardan yeddi ədədinin içərisində narkotik vasitəyə oxşar, kəskin iyə malik qurudulmuş, yaşıl rəngli ot kütləsi, bir ədədinin içərisində isə qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunmuşdur. Qara rəngli, hərbi komufulyajlı idman çantasının içərisində şəffaf sellofanla bərk şəkildə yapışqan lent vasitəsilə bağlanmış yeddi ədəd bağlama olduğu müəyyən olunmuş, həmin bağlamaların içərisində narkotik vasitəyə oxşar qurudulmuş, yaşıl rəngli ot kütləsi aşkar edilmişdir. Hər iki idman çantasından aşkar edilmiş içərisində narkotik vasitəyə oxşar, kəskin iyə malik qurudulmuş, yaşıl rəngli ot kütləsi olan ümumilikdə on dörd ədəd bağlama çəkilmiş və ümumi çəkisinin 8458 qram olması müəyyən edilmişdir. Bundan əlavə qara, tünd-mavi rəngli idman çantasından aşkar edilmiş içərisində qəhvəyi rəngli tozşəkilli maddə olan bir ədəd bağlama tərəzidə çəkilərkən ümumi kütləsinin 436 qram olması müəyyən edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş altı ədəd polietilen bükümə baxış keçirilmiş və içərilərində narkotik vasitəyə oxşar ot kütləsi, həb, qəhvəyi rəngli tozşəkilli kütlələr, kristalşəkilli maddələr aşkar olunmuşdur. İdman çantalarından və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bütün predmetlər müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. Şahid1 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, növbətçi əsgər Şahid6 çobanlar sərhəd zastavasının xidməti sahəsində bir nəfər mülki geyimli naməlum şəxsin olmasını demişlər. Başçısı olduğu axtarış qrupunun üzvləri, əsgərlər X40, Şahid7, X41 ilə birlikdə ərazidə axtarış aparılması məqsədilə hərəkətə keçmişlər. Çobanlar çantaların axtarılmasında iştirak etmişlər. Hadisə yerinə on dəqiqə ərzində çatmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 halsız vəziyyətdə olmuş, ilkin olaraq yolu azdığını, gecədən həmin yerdə olduğunu və su istədiyini bildirmiş, hansı istiqamətdə gedəcəyini bildirməmiş, zastavada isə törətdiyi cinayət əməllərini etiraf etmişdir. Miraslanın üzərində olan bükümlərdəki kütlərin növünü dəqiq xatırlamır, lakin az imiş. Təqsirləndirilən şəxs2 polis əməkdaşları saxlayıb zastavaya gətirmişlər. Ərazidə baxış videoçəkiliş aparılmadan həyata keçirilmişdir. Videoçəkiliş zastavada aparılmış, ərazidə fotoşəkillər çəkilmişdir. Təqsirləndirilən şəxslərin onları tanımamalarına səbəb həmin vaxt hərbi geyimdə olmaları ilə əlaqədar ola bilər. Məhkəmə iclasında dindirilmiş şahidlər N nömrəli hərbi hissənin 4-cü sərhəd komendantlığı 23-cü sərhəd zastavasının rəis müavini Şahid2, Şahid3 və Şahid4 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadələr vermişlər. Şahid2 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 saxlanılarkən Təqsirləndirilən şəxs2 harada olması barədə nə dediyi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs1 saxlanılmasında və əraziyə baxışda iştirak etməmiş, Miraslanla Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarışda iştirak etmişdir. İstintaq hərəkətləri texniki vasitələrdən istifadə edilməklə həyata keçirilmişdir. Şahid3 ifadəsinə əlavə olaraq bildirmişdir ki, iş üzrə şəxsi axtarış və hadisə yerinə baxış istintaq hərəkətlərində hal şahidi qismində iştirak etmişdir. Bükümlər konkret olaraq Təqsirləndirilən şəxs1 əynindəki gödəkçəsindən aşkar olunmuş, təqsirləndirilən şəxslərə qarşı sərhədçilər tərəfindən hər hansı təzyiq, təsir göstərilməmişdir. Şahid4 ifadəsinə əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslərə qarşı hər hansı fiziki və ya psixi təzyiq, təsir göstərilməsinin şahidi olmamışdır. İlk dəfə hal şahidi kimi iştirak etmiş, həmin vaxt həyəcanlı olmuş, çəkiliş aparılıb-aparılmamasına diqqət etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 4-cü sərhəd komendantlığı 23-cü sərhəd zastavasının rabitəçisi Şahid6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə ilə əlaqədar tanımışdır, aralarında qohumluq, ədavət və ya düşmənçilik yoxdur. 25 dekabr 2024-cü il tarixdə, saat 07:00-dan 19:00-dək rabitə və işarəverici qurğular növbətçisi kimi xidmətdə olduğu zaman saat 16:20 radələrində SG/GD sərhəd naryadına təyin edilmiş əsgər Şahid5 rabitə vasitəsilə ona bildirmişdir ki, mal-qaranın otarılması ilə məşğul olan çobanlar sərhəd zastavasının xidməti sahəsində bir nəfər mülki geyimli naməlum şəxsin olması barədə məlumat veriblər. Bu barədə dərhal zastava rəisi Şahid1 məruzə etmiş, sonuncu sərhəd zastavasını dərhal “Silaha!” komandası ilə qaldırmış və bu barədə 4-cü sərhəd komendantına məruzə etmişdir. Zastava rəisinin başçısı olduğu axtarış qrupunun üzvləri ərazidə axtarış aparılması məqsədilə hərəkətə keçmiş, on beş-iyirmi dəqiqədən sonra bir nəfər mülki geyimli, əvvəllər tanımadığı şəxslə məntəqəyə gəlmişlər. Məntəqədə aparılan sorğu-sual zamanı qeyd olunan şəxsin Təqsirləndirilən şəxs1 olduğunu bilmişdir. Şahid6 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasından Azərbaycan Respublikasına qayıdarkən saxlanılmış, onun sərhədi haradan keçdiyini bilməmişdir. Çobanların dediyinə görə Miraslan sərhəd ərazisində halsız vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxslərin zastavaya gətirilməsində və üzərlərinə baxış keçirilməsində iştirak etməmiş, sadəcə onların gətirilməsini görmüşdür. Onlardan biri zastava rəisi tərəfindən sərhəd ərazisindən tutularaq, digəri isə polis əməkdaşları tərəfindən saxlanılaraq zastavaya gətirilmişlər. Bundan başqa ərazidə çantalar axtarılıb tapılmışdır. Təqsirləndirilən şəxslərə hər hansı təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 4-cü sərhəd komendantının əməliyyat-axtarış işləri üzrə müavini Şahid10 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 hadisə ilə əlaqədar tanımış, Təqsirləndirilən şəxs2 ilə işlədiyi restorana gedib-gələrkən orada tanış olmuşdur, onlarla aralarında qohumluq, ədavət və ya düşmənçilik yoxdur. 25 dekabr 2024-cü il tarixdə İmişli Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin rəisi Şahid11 tərəfindən rəsmi qaydada polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsi, satışı, o cümlədən qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs2 yaşadığı ünvana polis əməkdaşlarının yollandığı və Ruslanın polis şöbəsinə gətirildiyi bildirilmişdir. Şahid11 əlavə olaraq onu da bildirmişdir ki, Ruslanla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı profilaktik söhbət aparılan zaman Ruslan könüllü olaraq səmimi peşmançılıq hissi ilə bildirmişdir ki, qazanc əldə etmək üçün tanışı İmişli rayon sakini Təqsirləndirilən şəxs1, Bəhmən adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə müxtəlif növ narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşmış, Miraslanla birlikdə 22 dekabr 2024-cü il tarixdə, saat 01 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 23-cü sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində qanunsuz olaraq keçmiş, İranda Bəhmən və qeyriləri ilə görüşmüş, 23 dekabr 2024-cü il tarixdə iki ədəd idman çantasının içərisində narkotik vasitə olan təxminən səkkiz kiloqram qurudulmuş marixuananı, 500 qram heroini əldə etmiş, qeyd olunan narkotik vasitələri Azərbaycan Respublikasına gətirmək üçün 24 dekabr 2024-cü il tarixdə, saat 05 radələrində Miraslanla birlikdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz keçməklə, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi Bəhrəmtəpə qəsəbəsində yerləşən 23-cü sərhəd zastavasının xidməti sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçirdikdən sonra sərhədçilər tərəfindən saxlanılmaqdan qorxduqlarından qamışlıq əraziyə tullayaraq oradan uzaqlaşıb, Bəhrəmtəpə qəsəbəsində yerləşən yaşayış evinə getmişdir. Bundan sonra dərhal İmişli Rayon Polis Şöbəsinə gedib Təqsirləndirilən şəxs2 ilə profilaktik söhbət etmiş və müvafiq araşdırmanın aparılması məqsədilə Ruslanı 23-cü sərhəd zastavasına aparmışdır. Təqsirləndirilən şəxslərdən izahat və ifadə alınmasında iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid12 ifadəsində göstərmişdir ki, 25 dekabr 2024-cü il tarixdə polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsi, satışı, o cümlədən qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə həmin tarixdə, saat 12 radələrində İmişli rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs2 yaşadığı ünvana cinayət-axarış bölməsinin rəisi Şahid11lə gedib Ruslanı şöbəyə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs2 ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı profilaktik söhbət aparılan zaman o, könüllü olaraq səmimi peşmançılıq hissi ilə demişdir ki, qazanc əldə etmək üçün tanışı İmişli rayon sakini Təqsirləndirilən şəxs1, Bəhmən adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə müxtəlif növ narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşmış, Miraslanla birlikdə 22 dekabr 2024-cü il tarixdə, saat 01 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 23-cü sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində qanunsuz olaraq keçmiş, İranda Bəhmən və qeyriləri ilə görüşmüş, 23 dekabr 2024-cü il tarixdə iki ədəd idman çantasının içərisində narkotik vasitə olan təxminən səkkiz kiloqram qurudulmuş marixuananı, 500 qram heroini əldə etmiş, həmin narkotik vasitələri Azərbaycan Respublikasına gətirmək üçün 24 dekabr 2024-cü il tarixdə, saat 05 radələrində Miraslanla birlikdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz keçməklə, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 23-cü sərhəd zastavasının xidməti sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçirdikdən sonra Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmaqdan qorxması səbəbi ilə qamışlıq əraziyə tullayaraq oradan uzaqlaşıb, Bəhrəmtəpə qəsəbəsində yerləşən yaşayış evinə getmişdir. Bundan sonra Şahid11 N nömrəli hərbi hissənin 4-cü sərhəd komendantlığının əməliyyat-işləri üzrə müavini Şahid10 ilə əlaqə saxlamış, sonuncu da bildirmişdir ki, 23-cü sərhəd zastavasının xidməti sahəsində İmişli rayon sakini Təqsirləndirilən şəxs1 sərhəd pozucusu qismində saxlanılmışdır. Daha sonra sərhəd mühafizə orqanları tərəfindən müvafiq araşdırmanın aparılmasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs2 23-cü sərhəd zastavasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 qarşı hər hansı fiziki və ya psixoloji zorakılıq hərəkətləri edilməmişdir. Şahid12 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 polis şöbəsində bir-iki saat saxlamış və həmin müddətdə iranlı şəxslərlə telefon danışığı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, həmçinin digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, toplanmış fakt əsasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild 01, i.v. 01-04). Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində, xx.xx.2024-cü il tarixdə, saat 05 radələrində əks-istiqamətdə dövlət sərhədini qanunsuz keçməklə, İran İslam Respublikasında əldə etdikləri narkotik vasitəyə oxşar maddələri Azərbaycan Respublikasına keçirmişlər (cild 01, i.v. 07). Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissə 23-cü sərhəd zastavasının xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında 23-cü sərhəd zastavasının 14-cü xidmət sahəsində bir nəfər naməlum şəxsin hərəkət etməsi səbəbilə zastava “Silaha” komandasına qaldırılmış, həmin tarixdə, saat 16:30-da bir nəfər mülki geyimli şübhəli şəxs müşahidə edilmiş, həmin şəxsə “Dayan” çağırış komandası verilmiş, həmin şəxs 14-cü xidmət sahəsində dövlət sərhəd xəttindən 2500 metr, 63 nömrəli sərhəd nişanından 900 metr sağda, mühəndis-texniki çəpərdən 1500 metr məsafədə saxlanılmış, özünü Təqsirləndirilən şəxs1 kimi təqdim edərək dövlət sərhədini qanunsuz olaraq keçdiyini bildirmişdir (cild 01, i.v. 08). N nömrəli hərbi hissənin “inzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokollarından görünür ki, həmin tarixdə, saat 17:00-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 570-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Təqsirləndirilən şəxs1, saat 18:30-da isə Təqsirləndirilən şəxs2 inzibati qaydada tutulmuşlar (cild 01, i.v. 10; 16). N nömrəli hərbi hissənin “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025ci il tarixli protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 ona məxsus “Honor X6” markalı mobil telefonu, 5239-1517-7992-4755 nömrəli plastik bank kartını, AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsini, bir ədəd açılıb-bağlanan cib bıcağını, əynindəki isti gödəkçənin sol qolunun içərisində olan astar hissəsindən altı ədəd şəffaf polietilen bükümü çıxarıb təqdim etmiş, həmin əşya və predmetlər qablaşdırılaraq götürülmüşdür (cild 01, i.v. 21-22). N nömrəli hərbi hissənin “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025ci il tarixli protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 ona məxsus “Redmi Note 9 PRO” və “Xiaomi 11 Lite 5G NE” markalı smartfon, bir ədəd “Ketel” markalı sadə tipli mobil telefonları təqdim etmiş və həmin predmetlər qablaşdırılaraq götürülmüşdür (cild 01, i.v. 23-24). N nömrəli hərbi hissənin “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolu və ona əlavə edilmiş sxemdən görünür ki, hadisə yeri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissənin İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 23-cü sərhəd zastavasının 10-cu sahəsində dövlət sərhəd xətti sayılan ərazidir. Həmin yerə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə, saat 05 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini keçdikdən sonra idman çantalarını tullamış olduqları yeri əlləri ilə işarə etmişlər. Təqsirləndirilən şəxs2 göstərdiyi ərazidə dövlət sərhəd xəttindən 3500 metr, mühəndis-texniki çəpərindən 150 metr məsafədə qara, tünd-mavi rəngli, Təqsirləndirilən şəxs1 göstərdiyi ərazidə dövlət sərhəd xəttindən 3500 metr, mühəndis-texniki çəpərindən 160 metr məsafədə qara rəngli, hərbi komufulyajlı idman çantaları aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür (cild 01, i.v. 25-28). N nömrəli hərbi hissənin “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 göstərdiyi yerdən aşkar edilmiş qara, tünd-mavi rəngli idman çantasının içərisində şəffaf sellofanla bərk şəkildə yapışqan lent vasitəsilə bağlanmış səkkiz ədəd bağlama olduğu, bağlamalardan yeddi ədədinin içərisində narkotik vasitəyə oxşar, kəskin iyə malik qurudulmuş, yaşıl rəngli ot kütləsi, bir ədədinin içərisində qəhvəyi rəngli tozşəkilli maddə kütləsi; Təqsirləndirilən şəxs1 göstərdiyi yerdən aşkar edilmiş hərbi komufulyajlı idman çantasının içərisində şəffaf sellofanla bərk şəkildə yapışqan lent vasitəsilə bağlanmış yeddi ədəd bağlama olduğu, bağlamaların içərisində narkotik vasitəyə oxşar qurudulmuş, yaşıl rəngli ot kütləsi aşkar edilmişdir. Hər iki idman çantasından aşkar edilmiş içərisində narkotik vasitəyə oxşar, kəskin iyə malik qurudulmuş, yaşıl rəngli ot kütləsi olan ümumilikdə on dörd ədəd bağlama çəkilərkən ümumi kütləsinin 8458 qram; qara, tünd-mavi rəngli idman çantasından aşkar edilmiş içərisində qəhvəyi rəngli tozşəkilli maddə olan bağlama çəkilərkək ümumi kütləsinin 436 qram olması müəyyən edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş altı ədəd polietilen bükümə baxış keçirilən zaman məlum olur ki, həmin bükümlərdən birinin içərisində narkotik vasitəyə oxşar ot kütləsi, birinin içərisində on üç ədəd tam və bir ədəd yarım həb, ikisinin içərisində qəhvəyi rəngli tozşəkilli maddə, ikisinin içərisində isə kristalşəkilli maddələr mövcuddur. Həmin bükümlər tərəzidə çəkilmiş, bir ədəd bükümdə içərisində narkotik vasitəyə oxşar ot kütləsi 0,18 qram, bir ədəd bükümdə içərisində qəhvəyi rəngli tozşəkilli maddə 2 qram, bir ədəd bükümdə içərisində qəhvəyi rəngli tozşəkilli maddə 11 qram, bir ədəd bükümdə içərisində kristalşəkilli maddə 2 qram, bir ədəd bükümdə içərisində kristalşəkilli maddə 33 qram olması müəyyən edilmişdir. Baxış keçirilən bütün predmetlər müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir (cild 01, i.v. 29-31). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/5598 nömrəli, xx.xx.2024-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində “2002-ci hərbi hissə LİTR O” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr” yazısı olan polietilen bağlamadakı iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,872 qram və 1,569 qram, ümumi təmiz çəkisi 11,441 qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 31,533 qram və 0,762 qram, ümumi təmiz çəkisi 32,295 ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd polietilen bükümdə 13 ədəd bütöv ağ rəngli dairəvi formalı həb və 1/2 ağ rəngli həbin hissəsi metadon tərkibli həblərdir. Ümumilikdə 13 ədəd və 1\2 həbin hissəsindən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 0,54 qramdır (bir həbdə 0,04 qram və 1/2 həbin hissəsində 0,02 qram metadon olmaqla); üzərində “2002-ci hərbi hissə LİTR O” dairəvi möhür əksi və “2002-ci h/h 23-cü SZ...” yazısı olan göy-qara rəngli bel çantasındakı bir ədəd bağlamada təmiz çəkisi 420 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş heroinin ümumi təmiz çəkisi 431,441 qram təşkil edir. Ekspertiza tədqiqatından sonra narkotik vasitələr 431,141 qram heroin, 10 ədəd metadon həbi və 1\4 metadon həbin hissəsi, psixotrop maddə 32,095 qram metamfetamin istintaq orqanına qaytarılmış, aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir (cild 01, i.v. 34-40). Məhkəmə Ekspertizası Mərkəzinin 7/2056 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəməbioloji ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr” yazısı olan üzəri skoçla bağlanmış polietilen bağlamada gümüşü rəngli kağız bükülüdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,12 qram qarışıq bitki mənşəli kütlədə tütün, cüzi miqdarda marixuana hissəcikləri vardır (həmin hissəciklər cüzi miqdarda olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır); üzərində “2002 H/H, 23-cü SZ, 8 kq 458 qram marixuana, 436 qram heroinə bənzər maddə” yazılar olan qaragöy rəngli bel çantasında yeddi ədəd üzəri skoçla bağlanmış sellofan bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 495,0 qram, 500,0 qram, 595,0 qram, 500,0 qram, 505,5 qram, 1020,0 qram, 1080,0 qram, ümumi çəkisi 4695,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır; üzərində “2002 H/H, 23-cü SZ, 8 kq 458 qram marixuana, 436 qram heroinə bənzər maddə” yazıları olan qara rəngli bel çantasında yeddi ədəd üzəri skoçla bağlanmış sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 500,0 qram, 500,0 qram, 495,0 qram, 505,0 qram, 500,0 qram, 505,0 qram, 520,0 qram, ümumi çəkisi 3525,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. İki ədəd bel çantasında ümumi sayı on dörd ədəd bağlamada olan marixuananın ümumi çəkisi 8220,0 qramdır. Tərkiblərində olan təsir maddəsinin etalon nümunəsi olmadığına görə onun miqdarını müəyyən etmək mümkün olmamışdır. Ekspertiza tədqiqatından sonra 8219,3 qram çəkidə narkotik vasitə marixuana istintaq orqanına qaytarılmış, aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat müəyyən edilmişdir (cild 01, i.v. 41-45). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli qərarları və protokollarından görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 10:10-da, Təqsirləndirilən şəxs2 isə saat 15:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar (cild 01, i.v. 55-57; 83-85). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin “əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokollarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə ayrı-ayrılıqda hadisə yerindən aşkar edilərək götürülmüş idman çantaları ilə eyni növdə olan digər çantalar birlikdə tanınmaya təqdim edilmiş, onlar xarici əlamətlərinə görə özlərinə məxsus olan idman çantalarını digərlərindən ayırd etmişlər və bu barədə fotocədvəllər protokollara əlavə edilmişdir (cild 01, i.v. 66-69; 94-97). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin “maddi sübut kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 8219,3 qram qalıq marixuana, 431,141 qram qalıq heroin, 32,095 qram qalıq metamfetamin, 10 ədəd və ¼ hissə qalıq metadon tərkibli həb, habelə tərkibində cüzi miqdarda qurudulmuş marixuana hissəcikləri olan 0,12 qram qarışıq bitki mənşəli kütlədə tütün maddi sübut kimi tanınaraq həmin idarədə saxlanılır (cild 01, i.v. 107). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarların surəti təqdim olunmuşdur (cild 01, i.v. 111-112; 123-124). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin “maddi sübut kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər-birinin ayrı-ayrılıqda təqsirləndirilən şəxs qismində dindirilməsinin videogörüntülərinin qeydə alındığı və protokollara əlavə edilmiş iki ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, i.v. 122; 134). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin “telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Honor X6” markalı mobil telefonun “WhatsApp” ani mesajlaşma tətbiqində onun istifadəsində olan +994-50-477-62-37 nömrəsi ilə “RuSLa Qon evi”nin (Təqsirləndirilən şəxs2) istifadəsində olan +994-50-768-13-47 nömrələri arasında əks olunmuş yazışmaların məzmunu:- xx.xx.2024 saat 21:08- Təqsirləndirilən şəxs2: “Miri o biri nomreni yix”; xx.xx.2024 saat 21:10- Təqsirləndirilən şəxs1: “yiğ məni qşacam xedə”; xx.xx.2024 saat 21:11- Təqsirləndirilən şəxs1: “bəhməni”. “Whatsapp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs1 istifadəsində olan +994-50- 477-62-37 nömrəsi ilə “cann”nın istifadəsində olan +98-914-618-7094” nömrələri arasında əks olunmuş yazışmaların məzmunu:- xx.xx.2024 saat 03:44- “cann”: 1 ədəd şəkil (elektron xəritədən edilmiş çıxarışın üzərində qırmızı rəngli fərqləndirici şərti-işarə kimi müşayiət edilən istiqamətləndirici xəttin şəkli); xx.xx.2024 saat 04:28- “cann”: “Aloo”; xx.xx.2024 saat 04:32- “cann”: “Alo”. “Whatsapp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs1 istifadəsində olan +994-50-477-62-37 nömrəsi ilə şəxsiyyəti istintaqa Bəhmən adı ilə məlum olan İran İslam Respublikasının istifadəsində olan +98- 914-530-4953 nömrələri arasında əks olunmuş yazışmaların, habelə səsyazmaların məzmunu:- xx.xx.2024 saat 11:21- “Bəhmən”: “Alo”; xx.xx.2024 saat 11:22- Təqsirləndirilən şəxs1: “Alo? Kimdi?”; xx.xx.2024 saat 11:26- Təqsirləndirilən şəxs1: “Bəhmən atdun konturu?”; xx.xx.2024 saat 11:40- Təqsirləndirilən şəxs1: “Ə, Bəhmən sən Allah biraz tez ol.”; xx.xx.2024 saat 11:40 – Təqsirləndirilən şəxs1: “Bəhmən, aç dana bu telefonu, ə öldüye var yoxunu s*k*m.” (cild 01, i.v. 136-146). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin “maddi sübut kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Honor X6” markalı mobil telefon maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, i.v. 147). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin “telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolları və onlara əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Xiaomi Redmi Note 9 Pro” markalı mobil telefonun “WhatsApp” ani mesajlaşma tətbiqində onun istifadəsində olan +994-50-768-13- 47 nömrəsi ilə “Miraslan”nın istifadəsində olan +994-50-477-62-37” nömrələri arasında əks olunmuş yazışmaların, habelə səsyazmaların məzmunu:- xx.xx.2024 saat 21:08- Təqsirləndirilən şəxs2: “Miri o biri nomreni yix”; xx.xx.2024 saat 21:10- “Miraslan”: “yiğ məni qşacam xedə”; xx.xx.2024 saat 21:11- “Miraslan”: “bəhməni”; “KGTEL B110” markalı, sadə tipli, qara rəngli, düyməli mobil telefonun mesaj bölməsinə baxdıqda "xxxx" mobil operatorundan mobil telefonda olan nömrəyə 21 dekabr 2024-cü il tarixdə “İrana xosh geldiniz!” məzmunlu mesaj, həmin tarixdə “MTNİrancell” mobil operatorundan isə rouminq təklifi ilə bağlı mesaj gəlməsi aşkar edilmişdir; “Xiaomi 11 Lite 5G NE” markalı, smartfon tipli mobil telefonun “WhatsApp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs2 istifadəsində olan +994-51-985-65-57 nömrəsi ilə “Ureyim”in istifadəsində olan +98- 914-618-7094” nömrələri arasında əks olunmuş yazışmaların, habelə səsyazmaların məzmunu:- xx.xx.2024 saat 22:56- Təqsirləndirilən şəxs2: elektron xəritədən canlı məkan bildirişi; xx.xx.2024 saat 23:33- “Ureyim”: 1 ədəd şəkil (elektron xəritədən edilmiş çıxarışın üzərində qırmızı rəngli fərqləndirici şərti-işarə kimi müşayiət edilən istiqamətləndirici xəttin şəkli); xx.xx.2024 saat 23:36- Təqsirləndirilən şəxs2: 39042’00.5”N 47056’56.7”E koordinatlı elektron xəritədən çıxarış edilmiş məkan göstəricisi; xx.xx.2024 saat 23:36 – “Ureyim”: “Canlı konum göndər, canlı konum göndər.”; xx.xx.2024 saat 23:36 – “Ureyim”: “Qeqe, canlı konum göndər, qadanalım, canlı.”; xx.xx.2024 saat 23:39- Təqsirləndirilən şəxs2: elektron xəritədən canlı məkan bildirişi; xx.xx.2024 saat 23:41- Təqsirləndirilən şəxs2: elektron xəritədən canlı məkan bildirişi; xx.xx.2024 saat 03:45- Təqsirləndirilən şəxs2: elektron xəritədən canlı məkan bildirişi; xx.xx.2024 saat 03:45- “Ureyim”: 1 ədəd şəkil (elektron xəritədən edilmiş çıxarışın üzərində qırmızı rəngli fərqləndirici şərti-işarə kimi müşayiət edilən istiqamətləndirici xəttin şəkli); “WhatsApp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs2 istifadəsində olan +994-51-985-65-57 nömrəsi ilə “Miraslannn”ın istifadəsində olan +994-50-477-62-37 nömrələri arasında əks olunmuş yazışmaların, habelə səsyazmaların məzmunu:- xx.xx.2024 saat 15:22- “Miraslannn”: “Mən nə vaxt çıxıme evdən? Sən hazır olanda mənə de da. Mən də çıxım gəlim. Harada görüşək birbaşa?”; xx.xx.2024 saat 15:23- Təqsirləndirilən şəxs2: “Yaxsi”; xx.xx.2024 saat 15:23- Təqsirləndirilən şəxs2: “Deyrem sene”; xx.xx.2024 saat 15:23- “Miraslannn”: “Ə, biraz tezindən tut, ertə gözü. Gözümüz görsün bir haradan keçirik, nağarırıq. Qaranlığa qatıb, mənim başımı xarab eləmə yenə”; xx.xx.2024 saat 15:23- Təqsirləndirilən şəxs2: “Yaxsi”; xx.xx.2024 saat 15:23- “Miraslannn”: “Telefonu zaryatkaya qoymuşam, qoy polnu dolsun bu da. Bir də söz deyirəme sənə, meqabayt zad götüre sən. Mən də meqabayt zad yoxdu”; xx.xx.2024 saat 15:24- Təqsirləndirilən şəxs2: “Yaxsin”; xx.xx.2024 saat 19:27- Təqsirləndirilən şəxs2: 39041’48.2”N 47058’44.1”E koordinatlı elektron xəritədən çıxarış edilmiş məkan göstəricisi; xx.xx.2024 saat 19:27- Təqsirləndirilən şəxs2: 39041’55.4”N 47058’55.5”E koordinatlı elektron xəritədən çıxarış edilmiş məkan göstəricisi; xx.xx.2024 saat 19:27- Təqsirləndirilən şəxs2: 39041’55.9”N 47058’56.6”E koordinatlı elektron xəritədən çıxarış edilmiş məkan göstəricisi (cild 01, i.v. 148-178). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin “maddi sübut kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Xiaomi Redmi Note 9 Pro” markalı, “KGTEL B110” markalı və “Xiaomi 11 Lite 5G NE” markalı mobil telefonlar maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, i.v. 179). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(09)-684/2024, 4(09)-685/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinin barəsində həbs etmənin əvvəli 25 dekabr 2024-cü il tarixdən hesablanmaqla dörd ay müddətə seçilmiş həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 194-201). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir (cild 01, i.v. 213). Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 06 ay sınaq müddəti müəyyən edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 05 iyul 2015-ci il tarixdə sınaq müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (cild 01, i.v. 214; cild 02, i.v. 78-86, 88). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.3.1-ci maddələrinə əsasən, məhkumluq şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda ödənilmiş hesab olunur. Belə olan halda, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4 və 18.4.3-cü maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bu mənada, Təqsirləndirilən şəxs2 əməllərində cinayətin residivi yoxdur. Dövlət Sərhəd Xidmətinin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs1 dövlət sərhədindən xx.xx.2018-cı il tarixdə, saat 16:55-də İran İslam Respublikasına çıxış, xx.xx.2018-cı il tarixdə, saat 00:51-də İran İslam Respublikasından Azərbaycan Respublikasına giriş, xx.xx.2019-cu il tarixdə, saat 08:26-da dövlət sərhədindən İran İslam Respublikasına çıxış, xx.xx.2019-cu il tarixdə, saat 16:26-da İran İslam Respublikasından Azərbaycan Respublikasına giriş etmiş; Təqsirləndirilən şəxs2 isə dövət sərhədindən xx.xx.2019-cu il tarixdə, saat 07:56-da Gürcüstan Respublikasına çıxış, xx.xx.2019-cu il tarixdə, saat 07:31-də Gürcüstan Respublikasından Azərbaycan Respublikasına giriş etmişdir. (cild 01, i.v. 233; 235). İmişli Rayon İcra Hakimiyyəti başçısının Göbəktala Kənd İnzibati Ərazi-Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 İmişli rayonunun Göbəktala kəndində qeydiyyatdadır və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur (cild 01, i.v. 246-247). İmişli Rayon İcra Hakimiyyəti başçısının Bəhrəmtəpə Qəsəbə İnzibati Ərazi-Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışı, xasiyyətnaməsi, doğum haqqında şəhadətnamələr və şəxsiyyət vəsiqəsinin surətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs2 İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində müvəqqəti məskunlaşmışdır, himayəsində xx.xx.2021 və müddətsiz birinci qrup əlilliyi olan xx.xx.2023-cü il təvəllüdlü iki azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 01, i.v. 248-249; cild 02, i.v. 71, 73-75). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin mərkəzdə narkoloji qeydiyyatda yoxdurlar (cild 01, i.v. 250). “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxanada müalicədə olmamış, Təqsirləndirilən şəxs2 isə xx.xx.2013-xx.xx.2013-cü il tarixdə həmin xəstəxanada stasionar müayinədə olmuşdur (cild 01, i.v. 251). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin “diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış zamanı məkum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə, saat 13:32:03-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “ay turan ac poxu yaxşı aynyon var isdəmisən patı kola var”, xx.xx.2024-cü il tarixdə, saat 12:01:59-da “qaqa teli ac öləm lomkadan 20 manat var kola düz qoş”, xx.xx.2024-cü il tarixdə, saat,12:12:23-də “turan o patıya görə yığmram lomkadan öləm acccc”, xx.xx.2024-cü il tarixdə, saat 14:35:57-də “turan ölürəm lomkadan ac qaqa” xx.xx.2024-cü il tarixdə, saat 15:21:31-də “turan adam kişi olar mən senə helə edmişəm ölürem accccc”; xx.xx.2024-cü il tarixdə, saat 23:07:56-da ***- ***-**-** mobil nömrəsinə “qaqa məni niyə aldadısan ki mən camahatnan danşmışa atıb gedib götürmək lazmdı” məzmunlu mesajlar göndərilmişdir. Bundan başqa, şəxsiyyəti istintaqa Bəhmən adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşının istifadəsində olan +**********94 mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 06:20:02-də “Hec na yoxdi”, xx.xx.2024-cü il tarixdə, saat 06:20:28-də “Yalan niya teli sondirmisizz axi” məzmunlu mətnlər göndərilmişdir. “519856557_SMS.txt” adlı ikinci qovluq açıldıqda müəyyən edilmişdir ki, həmin qovluqda Təqsirləndirilən şəxs2 istifadəsində olan "xxxx" MMC mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsindən çıxan və həmin nömrəyə daxil olan sms yazışmaların məzmunu əks olunmuşdur. “**********37.txt” adlı üçüncü qovluq açıldıqda müəyyən edilmişdir ki, həmin qovluqda Təqsirləndirilən şəxs1 istifadəsində olan "xxxx" MMC mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsinə daxil olan və həmin nömrədən xaric olan zənglər, zənglərin tarixi, danışıq müddəti göstərilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında otuz beş halda olmaqla, 342, 464, 266, 176, 35, 106, 23, 138, 123, 277, 19, 650, 85, 40, 22, 73, 13, 55, 57, 64, 46, 98, 308, 200, 539, 249, 253, 38, 68, 103, 21, 69, 215, 168, 323 saniyəlik danışıqlar mövcuddur. Bundan başqa, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə şəxsiyyəti istintaqa Bəhmən adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşının istifadəsində olan +**********94 mobil nömrə arasında iyirmi bir halda olmaqla, 7, 7, 24, 5, 35, 96, 111, 5, 630, 41, 7, 7, 109, 76, 16, 247, 8, 52, 10, 6, 62 saniyəlik danışıqlar mövcuddur. “**********57.txt” adlı dördüncü qovluq açıldıqda müəyyən edilmişdir ki, həmin qovluqda Təqsirləndirilən şəxs2 istifadəsində olan "xxxx" MMC mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsinə daxil olan və həmin nömrədən xaric olan zənglər, zənglərin tarixi, danışıq müddəti göstərilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında otuz beş halda olmaqla, 342, 464, 266, 176, 35, 106, 23, 138, 123, 277, 19, 650, 85, 40, 22, 73, 13, 55, 57, 64, 46, 98, 308, 200, 539, 249, 253, 38, 68, 103, 21, 69, 215, 168, 323 saniyəlik danışıqlar mövcuddur. “abuneciler.xls» adlı beşinci qovluq açıldıqda müəyyən edilmişdir ki, ***-***-**-** mobil nömrəsi xx.xx.1990-cı il təvəllüdlü X3 (FİN:6EYKA7T) adına rəsmiləşdirilmişdir. “antenna.xlsx” adlı altıncı qovluq açıldıqda müəyyən edilmişdir ki, həmin qovluqda "xxxx" MMC mobil operatoruna məxsus Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrələrinə daxil olan və həmin nömrədən xaric olan zənglər, nömrələrin anten əhatə dairələrinin xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazilərində olduğu əks edilmişdir (cild 02, i.v. 08-11). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin “diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış zamanı “mushteri zenglerinin detallashmasi_MSİSDN_557344779” adlı qovluq açıldıqda müəyyən edilmişdir ki, həmin qovluqda Təqsirləndirilən şəxs2 istifadəsində olan "xxxx" MMC mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsinə daxil olan və həmin nömrədən xaric olan zənglər, zənglərin tarixi, danışıq müddəti, o cümlədən qeyd olunan nömrənin hansı antenaların əhatə dairəsində olması göstərilmişdir. Belə ki, qeyd olunan nömrənin anten əhatə dairəsinin xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində olduğu əks edilmiş, xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə anten əhatə dairəsi kəsildiyindən heç bir göstərici koordinat müəyyən edilməmiş, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə isə anten əhatə dairəsinin İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində olduğu əks edilmişdir (cild 02, i.v. 152). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin “sənədə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən daxil olmuş izahlı qaimələrə baxış zamanı məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə şəxsiyyəti istintaqa Bəhmən adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşının istifadəsində olan +**********94 mobil nömrə arasında iyirmi bir halda olmaqla, 6, 24, 5, 7, 5, 36, 97, 111, 631, 42, 7, 7, 109, 76, 17, 246, 8, 52, 10, 6, 63 saniyəlik danışıqlar mövcuddur (cild 02, i.v. 204). Məhkəmə Ekspertizası Mərkəzinin 3/32 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəməballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan əlavə və dəyişiklik edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat müəyyən edilmişdir (cild 02, i.v. 205-207). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın xx.xx.2025-ci il tarixli, 918 nömrəli və xx.xx.2025-ci il tarixli, 2252 nömrəli rəylərindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstələyindən əzab çəkmirlər, narkomaniyadan məcburi müalicəyə ehtiyacları yoxdur (cild 02, i.v. 208-211). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin Ambulator Məhkəmə- Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 882 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hadisə baş verən dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür (cild 02, i.v. 213-214). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.2-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək, onlara həmin maddələrlə yenidən ittiham elan edilmiş, ittihamın mahiyyəti elan olunmaqla, bu barədə qərarın surəti təqdim edilmişdir (cild 02, i.v. 217-219; 228-230). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin “diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə, saat 13:32:03-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “ay turan ac poxu yaxşı aynyon var isdəmisən patı kola var”, xx.xx.2024-cü il tarixdə, saat 12:01:59-da “qaqa teli ac öləm lomkadan 20 manat var kola düz qoş”, xx.xx.2024-cü il tarixdə, saat 12:12:23-də “turan o patıya görə yığmram lomkadan öləm acccc”, xx.xx.2024-cü il tarixdə, saat 14:35:57-də “turan ölürəm lomkadan ac qaqa” xx.xx.2024-cü il tarixdə, saat 15:21:31-də “turan adam kişi olar mən senə helə edmişəm ölürem accccc” məzmunlu mətnlər göndərilmişdir. ***-***-**-** mobil nömrəsi xx.xx.1990-cı il təvəllüdlü X3 (FİN:6EYKA7T) adına rəsmiləşdirilmişdir (cild 03, i.v. 47-49). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraat qəbul edilməsi haqqında” qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.2-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, hazırki cinayət işindən narkotik vasitələr və psixtorp maddənin mənbəyinin, eləcə də qrupun digər üzvlərinin müəyyən edilməsindən ötrü ayrıca icraata cinayət işi ayrılmışdır (cild 03, i.v. 50-86). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli müşayiət məktubu ilə məhkəməyə daxil olmuş, 10103/2024 və 10104/2024 nömrəli “Məhkumun Tibbi Kitabçası”-nın surətlərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 hər iki əlin üzərində 05-1 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yaralar, sağ budun bayır səthində 3-4 sm ölçüdə sarımtıl qançır aşkar edilmiş, həbsdən əvvəl xəsarət aldığını bildirmiş, Təqsirləndirilən şəxs2 sol dirsək, sağ diz nahiyələrində köhnə çapıq toxuma aşkar edilmiş, xəsarət almadığını bildirmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi internet saytında (https://dsx.gov.az/news/1843) xx.xx.2024-cü il tarixdə dərc edilmiş “narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd edən şəxslər saxlanılmışdır” başlıqlı xəbərdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Horadiz sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılmaları və narkotik vasitələrin aşkar olunması qeyd olunmuşdur (sözügedən məlumat çap olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir). Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər biri ayrı-ayrılıqda məhkəməyə təqsirləndirilən şəxslərə münasibətdə müvafiq olaraq Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardımla əlaqədar Müdafiəçi1 cəmi 19 (on doqquz) saat 30 (otuz) dəqiqə, Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardımla əlaqədar Müdafiəçi2 cəmi 16 (on altı) iş saatı həcmində vaxt sərf etmələri barədə hesabat təqdim etmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdikləri əməllərin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında hər iki tərəfin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhlərinə ifadə verən şahidlərə müdafiəçiləri vasitəsi ilə suallar vermiş və bununla da onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Sözügedən Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Barəsində bəhs olunan Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların özlərini müdafiə üçün gətirdikləri hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin ayrı-ayrılıqda özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillər, yəni, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1la birlikdə İran İslam Respublikasına xəstə olan uşağına dərman əldə etmək məqsədilə getməsi, iranlı Bəhmənlə aralarında şəxsi istifadələri üçün narkotik götürmək barədə danışmaları, narkotiklə bağlı başqa söhbətlərinin olmaması, İranda onlara verilmiş idman çantalarının içərisində nə olduğunu bilmədikləri, yolda əllərində olan çantaları atıb sərhədi keçmələri, 25 dekabr 2025-ci il tarixdə İmişli Rayon Polis Şöbəsində əməliyyatçıların dediyinə görə iranlının polis şöbəsinə zəng edərək “mal”ının onun tərəfindən oğurlanması barədə şikayət etməsi nəticəsində polislər tərəfindən tutulması, şöbədə olduğu vaxt Bəhmən və Azər adlı iranlı şəxslərin əməliyyatçılarla onun yanında telefonla danışmaları, ibtidai istintaq zamanı ona xəsarət yetirilməsi və bu barədə təcridxanada məlumat verməsi; Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 uşağı xəstə olduğuna görə dərman almaq məqsədilə İran İslam Respublikasının vətəndaşı Bəhmən adlı şəxslə əlaqə yaratması, iranlıların onlara “siz gəlin sərhədin qırağına, mən qabağınıza gəlirəm, dərman gətirəcəyəm” deməsi əsasında İran ərazisinə keçmələri, lakin iranlının onları aldadaraq dərman gətirməməsi, onları bir gün qonaq saxladıqdan sonra yola salanda bir ədəd qara rəngli sellofan torba verib, içində dərman olduğunu bildirməsi, həmin torbanı yolda atmaları, sərhədçilərin torbanı tapa bilmədikləri üçün ona təzyiq göstərmələri, döymələri, xəsarətlərinin olması barədə məlumat verməsinə dair dedikləri əsassız olaraq törətdikləri əməllərdə cinayət məsuliyyətindən kənarda qalmalarına və məsuliyyətlərini yüngülləşdirməyə hesablanmışdır. Qeyd edilən bu cür ifadələr özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxslərin qeyd olunan məzmunda ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, N nömrəli hərbi hissənin “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolunda qeyd olunmuşdur ki, hadisə yeri N nömrəli hərbi hissənin İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 23-cü sərhəd zastavasının 10-cu sahəsində dövlət sərhəd xətti sayılan ərazidir və həmin yerə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 göstərdikləri 24 dekabr 2024-cü il tarixdə, saat 05 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini keçdikdən sonra idman çantalarını tullamış olduqları dövət sərhəd xəttindən 3500 metr, mühəndis-texniki çəpərindən 150-160 metr məsafədə qara, tünd-mavi rəngli və qara rəngli, hərbi komufulyajlı idman çantaları aşkar edilmişdir (cild 01, i.v. 25-28). Bundan başqa, N nömrəli hərbi hissənin “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolunda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs2 göstərdiyi yerdən aşkar edilmiş qara, tünd-mavi rəngli idman çantasının içərisində şəffaf sellofanla bərk şəkildə yapışqan lent vasitəsilə bağlanmış səkkiz ədəd (bağlamalardan yeddi ədədinin içərisində narkotik vasitəyə oxşar, kəskin iyə malik qurudulmuş, yaşıl rəngli ot kütləsi, bir ədədinin içərisində qəhvəyi rəngli tozşəkilli maddə), Təqsirləndirilən şəxs1 göstərdiyi yerdən aşkar edilmiş hərbi komufulyajlı idman çantasının içərisində şəffaf sellofanla bərk şəkildə yapışqan lent vasitəsilə bağlanmış içərisində narkotik vasitəyə oxşar qurudulmuş, yaşıl rəngli ot kütləsi olan yeddi ədəd bağlama, həmçinin Miraslanın üzərindən içərilərində narkotik vasitəyə oxşar ot kütləsi, on üç ədəd tam və bir ədəd yarım həb, qəhvəyi rəngli tozşəkilli və kristalşəkilli maddələr olan altı ədəd büküm aşkar edilmişdir (cild 01, i.v. 29-31). Bundan əlavə, təqsirləndirilən şəxslərin hər biri ayrı-ayrılıqda ilkin izahatlarında, şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçilərinin iştirakı ilə videoçəkiliş aparılmaqla verdikləri 27 və 28 dekabr 2024-cü il tarixli ifadələrində özlərini onlara verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında müxtəlif növ narkotik vasitələri və psixotrop maddəni İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına daşımaq məqsədi ilə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən, qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində keçib, orada həmin narkotik vasitələri və psixotrop maddəni əldə etdikdən sonra təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda kəçərək, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşımaqla qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirməkdə təqsirli bilmiş, habelə saxlanıldıqları, həmçinin istintaq hərəkətləri aparılan zamanı heç bir fiziki və ya psixi təzyiqə məruz qalmadıqlarını bildirmişlər (cild 01, i.v. 12-14, 18-20, 62-65, 90- 93, 117-121, 129-133). Bundan başqa, təqsirləndirilən şəxslərin hər biri ayrı-ayrılıqda ibtidai istintaq zamanı özlərinə məxsus olduğunu etiraf etdikləri narkotik vasitələr və psixotrop maddə barədə Məhkəmə Ekspertizası Mərkəzinin 6/5598, 7/2056 nömrəli, xx.xx.2024cü il tarixli “materialların məhkəmə ekspertizası” və “məhkəmə-bioloji ekspertizası”nın rəyləri ilə tanış olarkən, həmin rəylərə dair etiraz və vəsatətlərinin olmadığını qeyd etmişlər. Bundan əlavə, Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin “telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolları və onlara əlavə edilmiş fotocədvəllərdə, “diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolunda Təqsirləndirilən şəxs1 məxsus “Honor X6” markalı mobil telefonun “WhatsApp” ani mesajlaşma tətbiqində onun istifadəsində olan +994-50-477-62-37 nömrə ilə “RuSLa Qon evi”nin (Təqsirləndirilən şəxs2) istifadəsində olan +994-50-768-13-47; Təqsirləndirilən şəxs2 məxsus “Xiaomi Redmi Note 9 Pro” markalı mobil telefonun “WhatsApp” ani mesajlaşma tətbiqində onun istifadəsində olan +994-50-768-13-47 nömrə ilə “Miraslan”nın istifadəsində olan +994-50-477-62-37” nömrələri, həmçinin ayrı-ayrı şəxslərlə, habelə şəxsiyyəti istintaqa Bəhmən adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşının istifadəsində olan +**********94 mobil nömrə ilə aralarında narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar çoxsaylı yazışmaların, səsli danışıqların olması, konum, müxtəlif koordinatlı elektron xəritədən çıxarış edilmiş məkan göstəricilərini göndərilməsi müəyyən olunmuşdur (cild 01, i.v. 136-146, 179; cild 02, i.v. 08-11, i.v. 204; cild 03, i.v. 47-49). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Həmin Qərarın 26-cı bəndinə görə Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, onlar hər biri ayrı-ayrılıqda mövcud ziddiyyəti hazırki cinayət işi ilə bağlı saxlanılarkən sərhədçilər (hərbiçilər) tərəfindən onlara göstərilmiş fiziki təzyiqlə əlaqələndirmiş, bununla əlaqədar şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətlərinin olmasına baxmayaraq, bu hüquqlarından istifadə etməmiş, yalnız xəsarətləri barədə müvəqqəti saxlanılma yerində, istintaq təcridxanasında məlumat vermələrini bildirmişlər. Məhkəmənin təqsirləndirilən şəxslərin sərhədçilər (hərbiçilər) tərəfindən onlara fiziki təzyiq göstərilməsi, xəsarət almaları barədə müvəqqəti saxlama yerində, istintaq təcridxanasında məlumat vermələri barədə demələrinə əsasən, onlar saxlanılandan sonra istintaq təcridxanasına aparıldıqları vaxt üzərlərində xəsarətlərin olub-olmamasını müəyyənləşdirmək üçün aidiyyəti üzrə verdiyi sorğuya Bakı İstintaq Təcridxanasından daxil olmuş 10103/2024 və 10104/2024 nömrəli “Məhkumun Tibbi Kitabçası”-nın surətlərində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 hər iki əlin üzərində 05-1 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yaralar, sağ budun bayır səthində 3-4 sm ölçüdə sarımtıl qançır aşkar edilmiş və o, həbsdən əvvəl xəsarət aldığını bildirmiş; Təqsirləndirilən şəxs2 sol dirsək, sağ diz nahiyələrində köhnə çapıq toxuma aşkar edilmiş və o, xəsarət almadığını bildirmişdir. Təqsirləndirilən şəxslərin sərhədçilər (hərbiçilər) tərəfindən fiziki təzyiqlərə məruz qalmaları ilə bağlı irəli sürdükləri dəlillərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilmələrinə baxmayaraq, istər təqsirləndirilən şəxslərin özü, istərsə də vəkilləri ibtidai istintaq dövründə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlara müraciət etməmişlər, eyni zamanda özləri də bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmişlər. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslərin hadisə ilə bağlı ümumi sözlərlə yalnız dərman və şəxsi istifadə məqsədilə narkotik götürmək üçün İran İslam Respublikasına getmələri, onlara sərhədçilər tərəfindən xəsarətlər yetirilməsi barədə göstərdikləri xüsusatlara tərəflərindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad etmələri qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdikləri izahat və ilkin ifadələrin məhz döyülmələri nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Onların göstərdikləri bu xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onların izahat və ilkin ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Con Murrey Birləşmiş Krallığa qarşı” iş üzrə xx.xx.1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı izahat və ilkin ifadələrini müdafiəçilərinin iştirakı ilə, habelə hər hansı zorakılığa məruz qalmadan vermələrini bildirdiklərinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə qanunvericiliyin müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında müxtəlif növ narkotik vasitələri və psixotrop maddəni İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına daşımaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən, qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində keçib, orada həmin narkotik vasitələri və psixotrop maddəni əldə etdikdən sonra təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda kəçərək, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşımaqla qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmələri, onların məhz həmin maddələri qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkəti kimi qiymətləndirilməlidir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən digər sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələr və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda kəçərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşımaqla qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirməklə daşımışlar. Qeyd olunanlardan başqa onlardan aşkar olunan narkotik vasitələrin qurudulmuş marixuana, heroin, metadon, psixotrop maddə metamfetamin kimi müxtəlif növlərdə olması, həmin narkotik vasitələr və psixotrop maddənin çəkiləri onlara münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin hər birinin əməllərinin ayrı-ayrılıqda hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi bu Məcəllənin 206.2-ci maddəsində (narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi) nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 234.4.1 və 234.4.3-cü maddələri satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə; 318.2ci maddəsi isə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda təkar olaraq keçməyə görə cinayət məsuliyyəti nəzərdə tutur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı tarixli, 10 nömrəli qərarında göstərilir ki, Gömrük Məcəlləsinin 3-cü maddəsinə əsasən gömrük ərazisinə Azərbaycan Respublikasının quru ərazisi, daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (o cümlədən orada yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanı daxildir. Gömrük ərazisində qanunvericilikdə müəyyən edilmiş qaydada sərbəst zonalar yaradıla bilər. Gömrük ərazisinin hüdudları, həmçinin sərbəst zonaların perimetrləri gömrük sərhədidir. Sərbəst zonaların perimetrləri istisna olmaqla, gömrük sərhədi Azərbaycan Respublikasının dövlət sərhədi ilə üst-üstə düşür. Həmin qərarın 5-ci bəndinə əsasən, şəxsin əməllərində Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması məsələsini həll edərkən məhkəmələr qeyri-qanuni keçirilmiş mallar və ya digər əşyaların bu maddədə sadalanan qaçaqmalçılıq əşyalarına mənsubiyyətinin düzgün müəyyən edilməsini yoxlamalıdırlar. Bu zaman gömrük sərhədindən keçirilməsi dövlət nəzarəti altında olan vasitələrin, maddələrin və əşyaların siyahısını müəyyən edən normativ-hüquqi aktların müddəaları nəzərə alınmalıdır (məsələn, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunları, Gömrük Məcəlləsinin 82.5-ci maddəsi və sair). Qərarın 9-cü bəndinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş gömrük orqanlarının yerləşdiyi yerlərdən (gömrük məntəqələrindən) kənar və ya iş vaxtından sonra, yaxud da gömrük orqanlarının icazəsi olmadan gətirilməsi və ya aparılması ilə bağlı istənilən qəsdən törədilmiş hərəkətlər qaçaqmalçılıq cinayətinin tərkibini yaradır. Belə əməlləri törətmiş şəxsin eyni zamanda Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən kənarda keçməsi də müəyyən edildikdə təqsirkarın əməlləri Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə tövsif edilir. Həmin Qərarın 13-cü bəndinə əsasən, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, yəni Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, Cinayət Məcəlləsinin 228, 234, 240-cı və s.) tövsif olunmalıdır. Sözügedən qərarın 15-ci bəndinə görə, konkret işlərə baxarkən qaçaqmalçılıq cinayətinin başa çatma anını malların keçirilmə forması və üsulundan (ölkəyə gətirilməsi, ölkədən çıxarılması, göndərilməsi, boru kəməri ilə nəqli və ya elektrik ötürücüsü xətləri ilə daşınması), qaçaqmalçılığın törədilməsi üsulundan (gömrük nəzarətindən kənar və ya ondan gizli, sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə) asılı olaraq, eləcə də Gömrük Məcəlləsi ilə müəyyən edilmiş daşınma mərhələlərini (prosedurlarını), məsələn, bəyanetmə (146-156-cı maddələr), buraxılış (162 və 163-cü maddələr), tranzit (174 və 175-ci maddələr) nəzərə almaqla müəyyən edilməlidir. Qərarın 16-cı bəndinin 1-ci abzasına görə, malların və digər əşyaların gömrük ərazisinə gətirilməsi dedikdə onların gömrük sərhədindən keçirilməsi, bu mallar və digər əşyalarla bağlı onların buraxılmasınadək və maraqlı şəxslərə həmin mallara və digər əşyalara dair sərəncam vermək (onlardan istifadə etmək) icazəsi verilənədək gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş müvafiq hərəkətlərin edilməsi başa düşülür. 16-cı bəndin 4-cü abzasına əsasən, malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən Qərarın 12-ci bəndinin mənasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Bundan başqa, cinayət hüquq nəzəriyyəsinə görə, qeyd olunan cinayətlərin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli, 13 nömrəli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Həmin Qanunun 11-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxslər, nəqliyyat vasitələri, yüklər və başqa əmlak üzərində sərhəd və gömrük nəzarəti həyata keçirilir. 12-ci maddənin 1 və 5-ci hissələrinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxsləri Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququ barəsində etibarlı sənədlər əsasında sərhəd mühafizə orqanları buraxır. Şəxslər, nəqliyyat vasitələri, yüklər və digər əmlak qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrindən buraxılırlar. Sözü gedən Qanunun 20-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən kənarda hər hansı vasitə ilə Azərbaycan Respublikasının dövlət sərhədini keçmiş və ya keçməyə, cəhd göstərmiş, ya da sərhədkeçmə qaydalarını pozmaqla, o cümlədən gizli şəkildə, saxta və ya özgənin sənədləri ilə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində sərhədi keçmiş və ya keçməyə cəhd göstərmiş şəxslər Azərbaycan Respublikasının dövlət sərhədini pozanlar sayılırlar. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 49 və 146-cı bəndlərinə əsasən heroin, marixuana (kannabis) dövriyyəsi qadağan edilən narkotik vasitə, 2-ci hissəsinin 27-ci bəndinə əsasən metamfetamin dövriyyəsi qadağan olunmuş psixotrop maddə; İİ Siyahısının 1-ci hissəsinin 6-cı bəndinə əsasən metadon dövriyyəsi məhdudlaşdırılan narkotik vasitədir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 83-cü bəndinə əsasən təmiz halda 2 qramdan 800 qramadək çəkidə narkotik vasitə heroin; 109.1-ci bəndinə əsasən təmiz halda 500 qramdan 50000 qramadək çəkidə narkotik vasitə qurudulmuş marixuana; 111-ci bəndinə əsasən təmiz halda 1,6 qramdan 160 qramadək çəkidə metadon; İİ Siyahısı”nın 118-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan 400 (dörd yüz) qramadək çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edirlər. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri özlərinin ibtidai araşdırma zamanı verdikləri, ilkin izahat və ifadələri ilə yanaşı məhkəmədə verdikləri qismən etirafedici, həmçinin şahidlərin ifadələri, ayrı-ayrı istintaq hərəkətlərini protokolları və onlara əlavə edilmiş disklərin yaddaşında olan videogörüntülər, fotocədvəllər, ekspert rəyləri və digər sənədlər, maddi sübut kimi tanınmış ayrı-ayrı növdə olan narkotik vasitələr, təqsirləndirilən şəxslərin istifadələrində olmuş mobil telefon nömrələri ilə aparılan yazışmalar (sms mətnləri və səslər), yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə iş üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onların əməllərində cinayət tərkibi vardır və bununla da onların təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisələrinə münasibətdə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.2-ci maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Sözügedən Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Barəsində bəhs olunan Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər, cinayət əməllərini qəsdən törətmişlər və əməlləri başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının, həmçinin uşaqlarından birinin üçüncü qrup müddətsiz əlil olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, əməlindən özünü təqsirli bildiyi hissədə peşimançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 münasibətdə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, himayəsində azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, əməlindən özünü təqsirli bildiyi hissədə peşimançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin hər birinin ayrı-ayrılıqda cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslərin hər birinə qarşı ayrı-ayrılıqda irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə, 234.4.1 və 234.4.3-cü maddələrində beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə, 318.2-ci maddəsinin sanksiyasında beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxslərin törətdikləri əməllərin ictimai-təhlükəliliyini, şəxsiyyətlərini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara müvafiq qaydada ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.2-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və ya şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinə əsasən az ağır və ağır cinayətlər hesab olunduğundan və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyənləşdirildiyindən, qanunun qeyd edilən tələbi baxımından onlar azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.4, 132.1.6 və 132.1.7-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməli; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 8219,3 qram qalıq marixuana, 431,141 qram qalıq heroin, 32,095 qram qalıq metamfetamin, 10 ədəd və ¼ hissə qalıq metadon tərkibli həb, habelə tərkibində cüzi miqdarda qurudulmuş marixuana hissəcikləri olan 0,12 qram qarışıq bitki mənşəli kütlədə tütün məhv edilməli; cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 məxsus “Honor X6” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus “Xiaomi Redmi Note 9 Pro” markalı, “KGTEL B110” markalı və “Xiaomi 11 Lite 5G NE” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılmalı; təqsirləndirilən şəxs qismində dindirilmənin videogörüntülərini özündə əks etdirən iki ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və həmin disklər iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxslərin hər biri barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün, məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmədə təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 198.3-cü maddədə isə qeyd olunur ki, cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat məbləğdə pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bərabər, yəni hər birindən ayrı-ayrılıqda 125 (bir yüz iyirmi beş) manat məbləğdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldıqları ibtidai həbs müddətləri onların cəzaçəkmə müddətlərinə daxil edilməklə cəza çəkmələrinin əvvəli tutulduqları gündən, yəni 25 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 234.4.1, 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 234.4.1, 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat məbləğdə pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bərabər, yəni hər birindən ayrı-ayrılıqda 125 (bir yüz iyirmi beş) manat məbləğdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini aldıqdan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 8219,3 qram qalıq marixuana, 431,141 qram qalıq heroin, 32,095 qram qalıq metamfetamin, 10 ədəd və ¼ hissə qalıq metadon tərkibli həb, habelə tərkibində cüzi miqdarda qurudulmuş marixuana hissəcikləri olan 0,12 qram qarışıq bitki mənşəli kütlədə tütün məhv edilsin; cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 məxsus “Honor X6” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus “Xiaomi Redmi Note 9 Pro” markalı, “KGTEL B110” markalı və “Xiaomi 11 Lite 5G NE” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılsın; təqsirləndirilən şəxs qismində dindirilmənin videogörüntülərini özündə əks etdirən iki ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disklər iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara hökmün surətləri verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-500/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-500/2025
22.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver