Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-501/2022 17.08.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1962-ci ildə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Astara şəhəri, M.Əzizbəyov küçəsi, ev 20-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində 04 iyun 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videkonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-71,623 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda-2,582 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq hissələrə ayırmaqla satış məqsədi ilə üzərində, yaşadığı evdə və evin həyətyanı sahəsində saxlamış, xx.xx.2022-ci ildə saat 08:00-da Astara RPŞ-nin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Astara şəhəri, M.Əzizbəyov küçəsi ev 20-də, yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbədə üzərində aparılan axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən, “Magna” markalı siqaret qutusunun içərindən 5 ədəd ayrı-ayrı bükümdə olmaqla ümumi təmiz çəkisi-0,868 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, həmin günü saat 10:00-da keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq yaşadığı evin həyətindən, paxla bitkisinin dibindən bir ədəd qırmızı rəngli, ağ qapaqlı plastik qutunun içərisindən bir ədəd bükümdə təmiz çəkisi-2,404 qram narkotik vasitə heroin və bir ədəd bükümdə ümumi təmiz çəkisi- 2,582 qram psixotrop maddə olan metamfetamin, yaşadığı evin yataq otağının sol tərəfində üzərində “levis” yazılmış göy rəngli torbada bir ədəd qara rəngli bükülünün içərisindən 2 ədəd bükümdə ayrı –ayrılıqda təmiz çəkiləri - 37,260 qram və 31,091 qram olmaqla ümumi təmiz çəkisi- 68,351 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 02 iyun 2022-ci ildə yaşadığı evdə olarkən polis əməkdaşları evinə gələrək evinə narkotik vasitə qoymuş, sonra o, polis şöbəsinə aparılaraq şöbədə orada yazılan ifadələrinə polis əməkdaşlarının təzyiqi nəticəsində imza etmiş, onun evində və üzərində narkotik vasitə olmamış, polis əməkdaşları onu şərləmişlər. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və hadisə barədə ətraflı ifadələr verərək göstərmişdir ki, üzərində, evində və həyətində aşkar edilərək götürülmüş narkotik vasitə heroini və metamfetamini şəxsi istifadəsi üçün tutulmamışdan 10 gün əvvəl Lənkəran şəhərinin mərkəzində Böyük Bazar deyilən ərazidə tanımadığı şəxsdən 350 manata almış, polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılarkən və şöbədə olarkən ona qarşı heç bir təsir-təzyiq göstərilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 03 iyun 2022-ci ildə Astara şəhər sakini, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbul etməsi, üzərində saxlaması, satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, həmin gün saat 08 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynindəki qara rəngli şalvarın sağ yan cibində olan “Magna” markalı siqaret qutusunda içərisindən narkotik vasitə heroinə oxşar maddə olan 05 ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirilərkən evində üzərində “Levis” yazılmış göy rəngli torbanın içərisində və həyətindəki paxla bitkisinin dibində plastik qutunun içərisindən 1 bükümdə şəffaf sellofana bükülmüş heroinə və bir bükümdə şəffaf sellofana bükülmüş metamfetaminə bənzər kütlə aşkar edilərək zərfdə qablaşdırılıb götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni təxminən 10 gün əvvəl şəxsi istifadəsi üçün Lənkəran şəhərində tanımadığı şəxsdən 350 manata aldığını bildirmiş, sonra tərtib edilən protokol orada iştirak edən şəxslər, eyni zamanda Novruzəli tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 03 iyun 202ci il tarixli protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Astara şəhəri, M.Əzizbəyov küçəsində (Kələdəhnə kəndində) piyada hərəkətdə olan zaman saxlanılaraq Astara RPŞ-nə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə polis şöbəsinin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı 05 ədəd sellofan bükümlərdə ümumi təmiz çəkisi-0,868 qram narkotik vasitə olan heroin əynindəki şalvarın sağ yan cibində olan “Maqna” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüş kütlələrin ona məxsus olduğunu bildirir. Bu da, bir daha təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini sübut edir. İş materiallarında olan “axtarış və götürmə aparılması haqqında” 03 iyun 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 10:00-da Astara şəhəri, M.Əzizbəyov küçəsində (Kələdəhnə kəndində) olan yaşayış evinin həyətindən müdafiəçinin iştirakı ilə keçirilən axtarış zamanı həyətdə olan lobya ağacının dibindən bir ədəd qırmızı rəngli, ağ qapaqlı, plastik qutunun içərisindən 01 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi-2,404 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə ümumi təmiz çəkisi-2,582 qram psixotrop maddə olan metamfetamin, yaşayış evində keçirilən axtarış zamanı evin yataq otağında üzərinə “Levis” yazılmış göy torbanın içərisində olan iki sellofan bükümdə ümumi təmiz çəkisi-68,351 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş və həmin kütlələrin ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 03 iyun 2022-ci il tarixli, 19/661 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr” sözlər və imzalar olan 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,195 qram, 0,175 qram, 0,185 qram, 0,158 qram, 0,155 qram, ümumi təmiz çəkisi-0,868 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görnüşlərinə və kimyəvi tərkibinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi: 2,404 qram olan maddə tiryəkdən kustar üsulla əldə edilmiş heroindir.-Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri:- 37,260 qram, 31,091 qram; ümumi təmiz çəkisi-68,351 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış heroindir, xarici görnüşlərinə və kimyəvi tərkibinə görə bir-birləri ilə eynidirlər.Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, iki ədəd bükümlərdə bir ədəd bükümdə təmiz çəkisi; - 2,582 qram olan ağ rəngli kristalşəkilli olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən, yaşadığı evdən və həyətindən aşkar olunaraq götürülmüş 8 büküm ümumi təmiz çəkisi;-71,623 qram olan heroinlər xarici görnüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 06 iyun 2022-ci il tarixli, 657 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 16 iyun 2022-ci il tarixli əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, Astara şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisidir, eyni zamanda satışı ilə məşğul olur. Onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə cinayət aparatına əməliyyat məlumatı daxil olsa da, lakin konkret olaraq narkotik vasitələri və psixotrop maddələri kimə satması barədə məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarında olan 02 iyul 2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung», bir ədəd «İoni» markalı mobil telefonlar və 8 (səkkiz) manat pul oğlu X1 təhvil verilmişdir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi-71,83 qram narkotik vasitə olan heroin və qalıq çəkisi-2,532 qram psixotrop maddə olan metamfetamin Astara rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılır, Təqsirləndirilən şəxs üzərindən, yaşayış evinin həyətindən və evindən axtarış və götürmə aparılan zaman videoçəkilişi özündə əks etdirən 03 ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin «yaşadığı evdən və üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə olan metamfetaminin polis əməkdaşları tərəfindən evinə və üzərinə qoyulması» hissəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, ifadə həmin hissədə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Belə ki, narkotik vasitə heroinin külli miqdar təşkil etməsi, onun şəxsi istehlak miqdarından dəfələrlə çox olması, narkotik vasitənin satış məqsədi ilə hazırlanması, yəni heroinin müxtəlif çəkilərə bölünməklə 7 ədəd ayrı-ayrı bükümlərdə - hissələrdə olması göstərilən narkotik vasitələrin və psixotrop maddənin bilavasitə satış məqsədi ilə əldə olunması nəticəsinə gəlməyə əsas verir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanıb cinayətin yuxarıda təsvir edilən formada törədildiyi qənaətinə gələrək, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzadan, başqa sözlə, onun cinayət məsuliyyətini yüngüləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 03 iyun 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Astara rayon məhkəməsinin 04 iyun 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 03 iyun 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ilə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 yanvar 2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2011-ci il tarixli hökmlə təyin olunmuş cəzanın çəkilmə müddəti 16 yanvar 2020-ci ildə başa çatsa da, onun törətdiyi əməl ağır cinayət hesab olunduğundan məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən sonra altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətməsi Azərbaycan Respublikası CMin 18.2.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara şəhəri, M.Əzizbə yov küçəsi, ev 20-də qeydiyyatda olmaqla orada yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Astara rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi -71,83 qram narkotik vasitə heroin və təmiz qalıq çəkisi-2,532 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində, həyətində və evində axtarış və götürmə aparılan zaman videoçəkilişi özündə əks etdirən 03 ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ondan götürülmüş bir ədəd «Samsung» və bir ədəd «İoni» markalı mobil telefonların, eləcə də 8 (səkkiz) manat pulun sonuncunun oğlu Seyfulla Allahverdiyevə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 9 (doqquz) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 03 iyun 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Astara rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi -71,83 qram narkotik vasitə heroin və təmiz qalıq çəkisi-2,532 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində, həyətində və evində axtarış və götürmə aparılan zaman videoçəkilişi özündə əks etdirən 03 ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ondan götürülmüş bir ədəd «Samsung» və bir ədəd «İoni» markalı mobil telefonların, eləcə də 8 (səkkiz) manat pulun sonuncunun oğlu Seyfulla Allahverdiyevə təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-501/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-501/2022
17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver