Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-501/2025 07.11.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1980-cı ildə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Beyləqan şəhəri, Məmmədxanov küçəsi, ev 15-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özünə məlum mənbədən əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2025-ci ilin mart ayında Beyləqan şəhəri, M.Müşfiq küçəsinin ərazisində yerləşən otlaq sahəsinin kənarında, dövlət mülkiyyətində olmaqla istifadə edilməyən kolluq ərazidə əkmiş, həmin toxumlardan yetişmiş külli miqdarda-16 ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq həmin çətənə (kannabis) bitkilərinin yarpaqlarını toplayıb qurudub kustar üsulla hazırlayıb xeyli miqdarda-8,65 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş və həmin qurudulmuş marixuana kütləsini bir ədəd kibrid qutusuna qablaşdırıb üzərində saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 26 iyun 2025-ci il tarixdə, saat 23 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Beyləqan şəhəri, M.Müşfiq küçəsinin ərazisində saxlanılıb üzərində yoxlama zamanı əynindəki şalvarın sağ arxa cibindən bir ədəd kibrid qutusunda xeyli miqdarda-8,65 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüş, habelə Beyləqan şəhəri, M.Müşfiq küçəsinin ərazisində yerləşən otlaq sahəsinin kənarında olan kolluq əraziyə baxış zamanı külli miqdarda-16 (on altı) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki uşağı vardır və ailəsi ilə birlikdə Beyləqan şəhəri, Məmmədxanov küçəsi, ev 15-də qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, gündəlik fəhləliklə, yəni ayrı-ayrı şəxslərin torpaq sahələrində fəhləlik etməklə məşğul olmuşdur. Təxminən bir il müddətdir ki, “nəşə” adlanan narkotikdən (marixunadan) istifadə etməyə başlamış, başqa növ narkotiklərdən istifadə etməmişdir. 26 iyun 2025-ci il tarixdə, axşam saatlarında bir nəfər şəxsin sahəsinə ot yığmaq üçün işə gedərkən yolda, “Şəhid bulağı” olan yerdə bir neçə polis işçisi onu saxlayıb üzərində narkotik maddə olmasını bildirmiş, sonra həmin yerdə tanıdığı Ceyhun adlı polis əməkdaşı onun üzərini yoxlamış və üstündən heç nə aşkar olunmamışdır. Bundan sonra polis məkdaşları onu Beyləqan RPŞ-nə aparmış və orada ona içərisində narkotik olan iki ədəd kibrit qutusunu göstərib həmin qutuların onun üstündən çıxdığını bildirmişlər. O, həmin qutuların ona məxsus olmadığını demişdir. Polis şöbəsində polislər ona qarşı təzyiqlər etmiş, sonra mobil telefonunda “nəşə” şəklini görüb nə olmasını soruşmuş, o da yaşadığı evdən 5 km aralıqda “nəşə” kollarının olduğunu və həmin “nəşə” kollarını telefonuna çəkdiyini bildirmişdir. Sonra polis əməkdaşları onu həmin sahəyə, yəni “nəşə” kollarının bitdiyi sahəyə aparmış, orada 16 ədəd “nəşə” kolu (çətənə bitkisi) aşkar olunmuşdur. Sonra polis əməkdaşları onun iştirakı ilə və videoçəkilişlə həmin sahəyə baxış keçirilmiş və baxış zamanı o, həmin yerdə aşkar olunmuş kolların və üzərinə qoyulmuş qutuda olan “nəşə”nin (marixuananın) özünə məxsus olmasını bildirmişdir. Əslində isə o, tutulmamışdan 10 gün əvvəl həmin ərazidə sahəni suvararkən orada “nəşə” kollarının olmasını görmüş və maraq üçün həmin kolların şəklini mobil telefonuna çəkmişdir. Həmin ərazidə gördüyü “nəşə” kollaranı o, əkməmiş, “nəşə” kollarını kimin əkməsini bilməmiş və “nəşə” kolları barədə polisə məlumat verməmişdir. Həmçinin onun üzərində və yaşadığı evində narkotik maddə oldmamışdır. Polis şöbəsində ona qarşı təzyiqlər olduğu üçün o, sahədə aşkar olunan 16 ədəd “nəşə” kolunun özünün ora əkdiyini və üzərində aşkar olunmuş “nəşə”nin də özünə məxsus olmasını bildirmişdir. Rayon məhkəməsində (Beyləqan Rayon Məhkəməsinə) barəsində sanksiya verilərkən (həbs qətimkan tədbiri seçilərkən) o, polis əməkdaşlarının onu döyməsi barədə heç bir söz deməmiş, sonradan bununla bağlı şikayət də etməmişdir. Həmçinin məhkəmədə “nəşə” kollarını özünün əkdiyini və üzərində olan “nəşə”nin də özünə məxsus olmasını bildirmişdir. Hazırda o, verilmiş ittiham üzə özünü təqsirli bilmir, lakin çənətə bitkilərinin şəklini maraq üçün mobil telefonuna çəkdiyinə və “nəşə” istifadəçisi olduğuna görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, 2024-cü ilin may ayında adını xatırlamadığı şəxsin Zəngilan rayonun ərazisində olan qarğıdalı sahəsini suvararkən siqaret qutusunda qurudulmuş halda “nəşə” (marixuana) tapmış və “nəşə”ni siqaretə doldurub istifadə etmişdir. Həmçinin 2025-ci ilin mart ayında adını xatırlamadığı şəxsin Zəngilan rayonun ərazisində olan taxıl sahəsini suvararkən səhənin kənarında tapdığı bir litrlik “fanta” butulkasının içərisində qurumuş halda “nəşə” və “nəşə”nin toxumları olmuşdur. Tapdığı “nəşə”dən bir neçə dəfə istifadə etdikdən sonra butulkanın içərisindəki qozaların üzərində olan toxumları əkmək qərarına gəlmişdir. Beyləqan rayonuna qayıtdıqdan sonra o, Beyləqan şəhəri, M.Müşfiq küçəsinin yaxınlığında yonca sahələrinin kənarında olan su kanalının üstündə bitmiş böyürtkən kollarının arasında əkməyi fikirləşmişdir. 2025-ci ilin mart ayının axırlarında o, həmin yerə təxminən 20 ədəd “nəşə” toxumlarını əkmişdir. Əkdiyi toxumlardan 16 ədəd “nəşə” kolu bitmiş və onlara su verməklə quluq etmişdir. Kollar böyüdükdən sonra bir neçəsinin yarpaqlarından kəsərək istifadə etmək üçün qurutmuş və qurutduğu “nəşə” kibrit qutusunda olmaqla üzərində saxlamışdır ki, özü istifadə etsin. 26 iyun 2025-ci il tarixdə, saat 20 radələrində həmin “nəşə” kollara qulluq üçün bir ədəd bel və 5 litrlik su qabını doldurub həmin yerə getmişdir. Həmin yerə gedərkən bir ədəd kibrit qutusunda olan “nəşə” də şalvarının arxa cibində olmuş və fikirləşmişdir ki, orada həmin “nəşə”ni siqaretə doldurub çəksin. O, “nəşə” kolları əkdiyi yerə gecə saat saatlarında çatandan sonra “nəşə” kollarına su verməyə başlamışdır. Elə bu vaxt tanımadığı bir neçə nəfər qəfildən həmin yerə gəlib polis əməkdaşları olduqlarını bildirmiş, sonra bir nəfər əlində videokamera ilə çəkiliş etmişdir. Polislər anidən kolların arxasından üzərinə gəldikləri üçün o, qorxmuş və qaçmağa macal tapmamışdır. Polis əməkdaşları onun narkotik vasitə (çətənə bitkisi) əkməkdə və üzərində narkotik maddə daşımaqda şübhəli olduğu bildirilib saxlamış, sonra polis əməkdaşları onun üzərinə baxış (yoxlama) keçirmiş və əynindəki şalvarının arxa cibindən bir ədəd kibrit qutusunu və həmin kibrit qutusunda olan “nəşə”ni aşkar etmişlər. Şifahi sorğu zamanı o, kibrit qutusunda olan “nəşə”nin özünə məxsus olmasını, əkdiyi “nəşə” kollarının yarpaqlarından kəsib qurutduğunu və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları aşkar olunan “nəşə”ni elektron tərəzidə çəkdikdən sonra qablaşdırıb götürmüşlər. Həmin vaxt polislər ona məxsus bir ədəd “Samsung” markalı mobil telefonu da götürmüşlər. Bundan sonra polislər onun iştirakı ilə və videoçəkilişlə “nəşə” kolları əkilmiş sahəyə baxış keçirmişlər. Baxış zamanı 16 ədəd “nəşə” kolları aşkar edilmişdir. Şifahi sorğu zamanı o, təxminən üç ay əvvəl həmin “nəşə” kollarını özü əkib yetişdirdiyini demişdir. Polis əməkdaşları aşkar olunun “nəşə” kollarını torpaqdan çıxarıb saydıqdan sonra onları qablaşdırıb götürmüşlər. Həmin vaxt polislər bir ədəd beli və 5 litrlik su qabını da götürmüşlər. Bundan sonra o, polis şöbəsinə gətirilmiş, sonra müstəntiq ondan əkdiyi “nəşə” kolları və üzərində aşkar olunmuş “nəşə” ilə bağlı izahatını, daha sonra ifadəsini almışdır. O, çətənə bitkilərini istifadəsi üçün əkib yetişdirmiş, həmçinin üstündə aşkar olunan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində saxlamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə əməliyyat-axtarış tədbiri zamanı baxış keçirilməsi ilə bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün o, belə ifadə vermiş (həmin ifadəsində göstərmişdir ki, 16 ədəd çətənə bitkisini istifadəsi üçün özü əkib yetişdirmiş və yetişdirdiyi çətənə bitkilərinin yarpaqlarından kəsərək istifadə etmək üçün qurutmuş və qurutduğu marixuananı kibrit qutusuna yığıb üzərində saxlamışdır ki, özü istifadə etsin), əslində isə aşkar olunmuş 16 ədəd çətənə kollarını o, əkib yetişdirməmiş, həmçinin aşkar olunmuş içərisində marixuana olan bir ədəd kibrit qutusunu onun üzərinə polis əməkdaşları qoymuşdur. Ona görə də o, verilmiş ittiham üzə özünü təqsirli bilmir, lakin çətənə bitkilərinin şəklini maraq üçün mobil telefonuna çəkdiyinə və “nəşə” istifadəçisi olduğuna görə özünə təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Beyləqan RPŞ-nin əməkdaşıdır. 26 iyun 2025-ci il tarixdə ona Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələr əldə edib üzərində saxlaması və çətənə kollarını əkib yetişdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 23 radələrində əməliyyat tədbirinin keçirilməsinə başlanılmış və əməliyyat qurupu tərəfindən Təqsirləndirilən şəxs Beyləqan şəhəri, M.Müşviq küçəsi ərazisində olan otlaq sahəsinin yaxınlığındakı kolluq ərazidə olarkən saxlanılmışdır. Ona narkotik vasitələr əldə edib üzərində saxlamaqda və qadağan oluunmuş çətənə bitkiləri əkib yetişdirməkdə şübhəli olması bildirilmiş, sonra videoçəkilişlə əvvəl Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış, bundan sonra onun saxlandığı əraziyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama zamanı əynindəki şalvarının arxa cibindən bir ədəd kibrit qutusu və həmin qutunun içərisində marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan kütlənin marixuana olduğunu, əkdiyi çətənə kolların yarpaqlarından qırıb qurutduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon da götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs saxlandığı əraziyə onun iştirakı ilə və videoçəkilişlə baxış keçirilmiş və orda 16 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təxminən üç ay əvvəl həmin yerdə çətənə kollarını özü əkib yetişdirdiyini bildirmişdir. Sonra aşkar olunmuş çətənə bitkiləri torpaqdan çıxarılıb qablaşdırılıb götürülmüşdür. Həmin vaxt orada bir ədəd bel və 5 litrlik su qabı da aşkar edilib götürmüşdür. Sonra götürülmüş maddi sübutlar və saxlanmış şəxs Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Bundan sonra aparılmış əməliyyat-axtarış tədbiri ilə bağlı müvafiq protokol tərtib olunmuş, daha sonra götürülmüş maddi sübutlar və saxlanmış şəxs Təqsirləndirilən şəxs aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində yoxlama və əraziyə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Beyləqan RPŞ-nin əməkdaşının 26 iyun 2025-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Beyləqan şəhəri, Məmmədxanov küçəsi, ev 15-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib üzərində saxlaması və tərkibində narkotik maddə olan çətənə kollarını əkib yetişdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına, torpaq sahəsinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 27 iyun 2025-ci il tarixli protokolla müəyyən edilir ki, 26 iyun 2025-ci il tarixdə, saat 23 radələrində Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri keçirilmişdir. Həmin gün saat 23 radələrində əməliyyat qurupu tərəfindən Təqsirləndirilən şəxs Beyləqan şəhəri, M.Müşviq küçəsinin ərazisində olan otlaq sahəsinin yaxınlığındakı kolluq ərazidə saxlanılmışdır. Ona narkotik vasitələri əldə edib üzərində saxlamaqda və tərkibində narkotik maddə olan çətənə bitkiləri əkib yetişdirməkdə şübhəli olması bildirilmiş, sonra videoçəkilişlə əvvəl Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış, sonra onun saxlandığı torpaq sahəsinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama zamanı əynindəki şalvarının arxa cibindən bir ədəd kibrit qutusu və həmin qutunun içərisində marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunun kütlənin marixuana olduğunu, əkdiyi çətənə kolların yarpaqlarından qırıb qurutduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon da götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs saxlandığı əraziyə onun iştirakı ilə və videoçəkilişlə baxış keçirilmiş və orada 16 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təxminən üç ay əvvəl həmin yerdə çətənə kollarını özü əkib yetişdirdiyini bildirmişdir. Sonra aşkar olunmuş çətənə bitkiləri torpaqdan çıxarılıb qablaşdırılıb götürülmüşdür. Həmin vaxt orada bir ədəd bel və 5 litrlik su qabı da aşkar edilib götürmüşdür. Əməliyat-axtarışının keçirilməsi zamanı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, 27 iyun 2025-ci il tarixli “Mütəxəssis rəyi”nə əsasən Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən Beyləqan şəhəri, M.Müşviq küçəsinin ərazisində olan otlaq sahəsinin yaxınlığındakı kolluq sahəyə baxış zamanı aşkar edilmiş 16 ədəd 90-180 sm hündürlüyündə olan bitkilər narkotik tərkibli çətənə bitkiləridir və onlar aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 27 iyun 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “... Təqsirləndirilən şəxs ... 16 ədəd ...” sözləri və imzaları olan sintetik torbada ümumi sayı 16 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi-3000,0qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 16 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs üzərindən .... marixuanaya bənzər ...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi-8,65qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş çətənə bitkiləri və qurudulmuş marixuana orqanoleptik əlamətlərinə və tərkibinə görə eyni tərkiblidir. Ekspertiza tədqiqatından sonra qalıq 16 ədəd çətənə (kannabis) bitkisi və qalıq qurudulmuş marixuana 8,65 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 manat 95 qəpik təşkil edir. İşdə olan, “Mobil telefona baxış keçirilməsi haqqında” 11 sentyabr 2025-ci il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung Galaxy A24” markalı mobil telefona baxış zamanı telefonun “Qalareya” qovluğunda 03 iyun 2025ci il tarixdə çəkilmiş 01 dəqiqə 21 saniyəlik videoçəkiliş aşkar edilmişdir. Həmin videogörüntülərdə Təqsirləndirilən şəxs çətənə bitkilərinin videokameraya çəkməsi, habelə həmin bitkilərin ətrafında olan yabanı bitkiləri əli ilə təmizləməsi müşahidə olunur. İşdə olan, “Maddi sübut hesab edilməsi haqqında” 29 iyun və 11 sentyabr 2025-ci il tarixli qərarlarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 8,65 qram narkotik vasitə olan qurudulmuş marixuana, 16 ədəd çətənə (kannabis) bitkisi, bir ədəd bel, bir ədəd 5 ltrlik su qabı və bir ədəd “Samsung Galaxy A24” markalı mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Beyləqan RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə istintaq hərəkətlərinin aparılması ilə bağlı videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 08 avqust 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və onun məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 01 avqust 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs emosionalıq, hövsələsizlik, laqeydlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Cinayət hadisəsi törədilərkən Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamışdır Təqsirləndirilən şəxs emosional vəziyyətindən aslı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün aşkar olunmuş 16 ədəd çətənə bitkisini özünün əkib yetişdirməsini və qurutduğu marixuananı kibrit qutusuna yığıb üzərində saxlamasını bildirməsi, əslində isə aşkar olunmuş 16 ədəd çətənə kollarını əkib yetişdirməməsi və içərisində marixuana olan bir ədəd kibrit qutusunu üzərinə polis əməkdaşları tərəfindən qoyulmasına aid hallar istisna olunmaqla) məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, o cümlədən mobil telefonda aşkar edilmiş videogörüntülər, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarış və baxışla bağlı protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün aşkar olunmuş 16 ədəd çətənə bitkisini özünün əkib yetişdirməsini və qurutduğu marixuananı kibrit qutusuna yığıb üzərində saxlamasını bildirməsi, əslində isə aşkar olunmuş 16 ədəd çətənə kollarını əkib yetişdirməməsi və içərisində marixuana olan bir ədəd kibrit qutusunu üzərinə polis əməkdaşları tərəfindən qoyulmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, o cümlədən mobil telefonda aşkar edilmiş videogörüntülər, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və torpaq sahəsinə baxışın keçirilməsi haqqında” protokol və videoçəkiliş, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, aşkar olunmuş 16 ədəd çətənə bitkilərini istifadəsi üçün özünün əkib yetişdirdiyini, yetişdirdiyi həmin çətənə bitkilərinin yarpaqlarından kəsərək istifadə etmək üçün qurutduğunu və qurutduğu marixuananı kibrit qutusuna yığıb şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmə, yetişdirmə və kultivasiya etməsi, habelə satış məqsədi olmadan qanunsuz olaraq çətənə bitkilərinin yarpaqlarını qurudub hazırlayıb narkotik maddə əldə etmə və saxlama cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitələrdir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi xeyli miqdar, 500 qramdan 50000 qramadək hissəsi külli miqdar və 50000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Habelə həmin Qanunun “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər”ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan “Çətənə növlü bitkilər”in sayı 16 ədəd və ya ondan artıq olduqda olduqda külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 16 ədəd çətənə (kannabis) bitkilərinin sayı külli miqdar, habelə 8,65 qram narkotik vasitə olan qurudulmuş marixuana xeyli miqdardadır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda qurudulmuş marixuana hazırlamış, əldə etmiş və saxlamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Beyləqan Rayon Məhkəməsinin 28 iyun 2025-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 26 iyun 2025-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İşdə olan, Beyləqan RİHB-nın Beyləqan şəhər İƏD üzrə Nümayəndəlikdən verilmiş 01 sentyabr 2025-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Beyləqan şəhəri, Məmmədxanov küçəsi, ev 15-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (nümayəndəliyə ondan şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Beyləqan RİHB-nın Beyləqan şəhər İƏD üzrə Nümayəndəlikdən verilmiş 01 sentyabr 2025-ci il tarixli arayışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə və bir yetikinlik yaşına çatmayan uşağın olması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Habelə məhkəmə təqsirkarın törətmiş olduğu cinayətlərin xarakteri, eləcə də işin halları, o cümlədən törədilmiş cinayətlər üzrə götürülmüş maddi sübutların miqdarı (16 ədəd çətənə bitkisi və 8,65 qram qurudulmuş marixuana olması) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının müddəti aşağı həddə və ya aşağı həddə yaxın həddə təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 26 iyun 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Beyləqan RPŞ-nin maddi sübutlar otağında saxlanılan 16 ədəd çətənə (kannabis) bitkisi və 8,55 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X5 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Habelə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən, hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübutlar olan və Beyləqan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus bir ədəd bir ədəd “Samsung Galaxy A24” markalı mobil telefon aparatı, bir ədəd bel və bir ədəd 5 litrlik su qabı qardaşı X7 təhvil verilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, istintaq hərəkətlərinin aparılması ilə bağlı videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-31 manat 95 qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 26 iyun 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Beyləqan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 16 ədəd çətənə (kannabis) bitkisi və 8,55 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Habelə hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübutlar olan və Beyləqan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung Galaxy A24” markalı mobil telefon aparatı, 1 (bir) ədəd bel və 1 (bir) ədəd 5 litrlik su qabı Təqsirləndirilən şəxs qardaşı X7 təhvil verilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, istintaq hərəkətlərinin aparılması ilə bağlı videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-501/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-501/2025
07.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver