Məhkəmə qərarları › İş №1(099)-502/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-502/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-502/2023 26.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx.xx.1984-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı şəhəri Digah küçəsi ev 21-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 228.4, 229.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1987-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan, Masallı şəhəri Ə.Əliyev küçəsi ev 15-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və sonuncunun tanışı olan digər şəxs ilə cinayət əlaqəsinə girərək 9350,0 qram külli miqdarda narkotik vasitə heroni və 995,0 qramkülli miqdarda psixotrop maddə metamfetamini Azərbaycan Respublikası ərazisində realizə edərək əldə olunacaq qazancdan gəlir əldə edilməsi ilə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında gəldikləri razılığa əsasən digər şəxs həmin maddələri Masallı şəhəri Digah küçəsində yerləşən istifadə olunmayan maye qaz doldurma məntəqəsinin yaxınlığında olan tikilinin sütununun yanında gizlətmiş və bu barədə Təqsirləndirilən şəxs2 əvvəlcədən məlumat verdikdən sonra sonuncu 20 fevral 2023-cü il tarixdə saat 06 radələrində Təqsirləndirilən şəxs1lə birlikdə idarə etdiyi “Vaz-21074 minik” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı şəhəri Digah küçəsi ərazisinə getmiş, qabaqcadan aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 maye qaz doldurma məntəqəsinin daş sütununun yanında gizlədilmiş qara-mavi rəngli idman çantasında olan külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini götürüb qanunsuz əldə edərək üzərində daşımış, həmin vaxt onun Təqsirləndirilən şəxs2la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla cinayət törətməsi barədə məlumat alan Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, Təqsirləndirilən şəxs2 onun polis əməkdaşları tərəfindən saxlanıldığını görərək idarə etdiyi avtomobil ilə oradan uzaqlaşmış Təqsirləndirilən şəxs1 Masallı RPŞ-yə gətirilib üzərinə orada şəxsi axtarış keçirilən zaman əlində olan üzərində “Adidas” sözü yazılmış idman çantasının içərisindən 5 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1675,0 qram, 1700,0 qram, 1730,0 qram, 1695 qram, 2550,0 qram, ümumi təmiz çəkisi: 9,350,0 qram kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 ədəd bağlamada təmiz çəkisi: 995,0 qram olan külli miqdarda psixotrop maddə metamfetamin və qanunsuz olaraq hazırlayıb üzərində saxlayaraq gəzdirdiyi, əldə düzəlmə üsulu ilə hazırlanmış, vurucu-əzici xassəyə malik olan bir ədəd dəyənək tipli soyuq silah aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 229.4-cü maddəsi özünü təqsirli bilməyib, CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittihamlarda özünü qismən, CM-nin 228.4-cü maddəsi ilə isə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xəqani ilə bir kənddə qonşuluqda yaşayırlar, onunla düşmənçilyi yoxdur. xx.xx.2023-cü il tarixdə Xaqani ona zəng edərək sözü olduğunu və bununla bağlı küçəyə çıxmağını bildirmişdir. O, Xaqanidən nə üçün onu çağırdığını soruşmuş, Xaqani ona üzbəüz görüşüb söhbət etmək istədiyini bildirmişdir. O razılaşmış və çıxarkən fərdi yaşayış evinin həyət qapısının qarşısında olan özünün ağacdan dərib, yonub düzlətdiyi dəyənəyi də götürmüşdür. Dəyənəyi götürməkdə məqsədi, özünü itlərdən qorumaq olmuşdur. O, küçəyə çıxan zaman həmin vaxtı Xaqaninin özünə məxsus avtomobilində onu gözlədiyini görmüşdür. Gəlib avtomobilə əyləşmiş Xaqanidən onu nə üçün çağırdığını soruşmuş, bu zaman Xaqani ona dostunun 15 qram heroin qoyduğunu və onunla birgə gedib həmin heroini götürmək istədiyini bildirmişdir. Xaqaninin həmin vaxtı dostu ilə danışdığını görmüş, lakin həmin şəxsin kim olduğunu, iranlı və ya başqası olmasını bilməmişdir. Ona demişdir ki, dostu ilə danışır. Dostunun kim olduğunu da Xaqanidən soruşmamışdır. Lakin Xaqaninin dostu ilə 15 qram barədə danışdığını eşitmişdir. Bundan sonra Xaqaniyə məxsus avtomobil ilə birlikdə Masallı şəhəri Digah küçəsində yerləşən köhnə qaz doldurma məntəqəsinin qarşısına gəlmişlər. Həmin vaxtı Xaqani avtomobilini saxlamışdır. O, maşından düşmüş ki, narkotiki götürsün, Xəqani isə maşında qalmışdır. Ora balaca yer olmuş, iki sütun olmuşdur içəridə, narkotikdə həmin sütunların birinin yanında qoyulmalıymış. Narkotiki ora Xəqaninin dostu onlar üçün pulsuz atacaqmış. Çünki Xəqani pulla bağlı heçnə deməmişdir. Avtomobildən düşərkən isə ayaqaltında olan bıçağı da özüylə götürmüş ki, kolluq və qaranlıq olduğundan birdən qarşısına it çıxar. Bıçaq isə Xaqaniyə məxsus olmuşdur. Avtomobildən düşmüş iki-üç addım atmış, lakin ərazinin kolluq və qaranlıq olmasından qabağa getməmiş, həm də narkotiki götürmək fikrini dəyişmişdir. İstəmiş ki, geriyə avtomobilə qayıtsın, həmin an onon iki nəfər çıxıb onu asfaltda saxlamışdır. Saxlanıldığı yerlə qaz doldurma məntəqəsi arasında isə təxminən 30 metr məsafə olmuşdur. Bu zaman Xaqani də maşını sürüb getmişdir. Daha sonra onu polis şöbəsinə gətirib, orada təzyiqlər göstərməyə başlamışlar və döymüşlər. Polislərin ona təzyiqləri və təhdidləri nəticəsində etirafedici ifadələr vermişdir. Əvvəlcə bir çanta gətirib qoymuşlar, soruşmuş ki, “bu nədir, məndə ancaq soyuq silah tutmusuz, mən ancaq 15 qram dalınca getmişəm və onu da götürməmişəm”. Polislər isə demişlər ki, “bu 15 qramda 10 kq-da cəzası eynidi 5 ildən 12 ilədək. Daha sonra təhdid etmişlər ki, gedib evindən də çıxarıb, ailə üzvlərini də gətirərik, bütün bu təzyiqlər altında ifadələr almışlar. Məcbur olub etiraf etmişdir, qaçaqmalıçılıq cinayətinin isə ona heç bir aidiyyəti olmamışdır. Tutulandan iki gün sora isə onu həmin yerə aparıb, şəklini çəkmişlər. Müstəntiq ona heç bir zor tətbiq etməmiş, müstəntiqə də məhkəmədə dediyi kimi ifadələr vermiş, o isə maddələrinin tövsif olunacağını bildirmişdir. Özünün maddi vəziyyətinin məlum olduğunu, on kq narkotikin yiyəsi ola bilməyəcəyini, məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində bildirmişdir ki, özünü elan olunmuş ittihamla təqsirli bilmir. xx.xx.2023-cü il tarixdə saat təxminən 23 radələrində Masallı şəhəri, Digah küçəsi ev 21-də yerləşən fərdi yaşayış evində olan zaman əvvəllər tanıdığı Masallı şəhəri Ə.Əliyev küçəsi ev 15-də yaşayan Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə onun istifasində olan ***-***-**-** mobil nömrəyə zəng edərək ona sözü olduğunu və bununla bağlı görüşmək istədiyini bildirmişdir. O, Xaqanidən nə üçün onu çağırdığını soruşmuş, Xaqani ona üzbəüz görüşüb söhbət etmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olmuşdur. O razılaşmış və fərdi yaşayış evinin həyət qapısının qarşısında olan taxta parçasını götürərək yaşadığı Digah küçəsinin qarşısına gəlmişdir. Taxta parçasını götürməkdə məqsədi, özünü yırtıcı heyvanlardan qorumaq olmuşdur. O, küçəyə çıxan zaman həmin vaxtı Xaqaninin özünə məxsus olan VAZ-2107 minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sükanı arxasında əyləmiş vəziyyətdə olduğunu görmüşdür. O, Xaqaninin avtomobilinin arxa oturacağına əyləşmiş və Xaqani ilə görüşmüşdür. Bundan sonra Xaqanidən onu nə üçün çağırdığını soruşmuş, bu zaman Xaqani ona dostunun müəyyən miqdarda narkotik vasitə gətirəcəyini və onunla birgə getməyini istəmişdir. Həmçinin Xaqani həmin narkotik vasitədən ona müəyyən miqdar vercəyini bildirmişdir. O, narkotik vasitə istifadə etdiyindən və bədənində ağrılar olduğu üçün Xaqani ilə razılaşmışdır. Bundan sonra Xaqaniyə məxsus VAZ-2107 minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə 2- 3 saat saat ərzində Masallı şəhər ərazisində gəzmişlər. Həmin vaxt Xaqani avtomobildə olan maqnitofonda uca səslə mahnı qoymuş və mobil telefon ilə kimləsə danışmağa başlamışdır. O, Xaqanidən kiminlə danışdığını soruşan zaman Xaqani də dostu ilə danışdığını və dostunun narkotik vasitə qoyacağı yeri dəqiqləşdirdiyini bildirmişdir. Bir müddət sonra Xaqani ilə birlikdə Masallı şəhəri Digah küçəsində yerləşən istifadə olunmayan qaz doldurma məntəqəsinin qarşısına gəlmişlər. Həmin vaxtı Xaqani avtomobilini saxlamışdır. Həmin vaxt Xaqani mobil telefon ilə danışmış və danışdığı şəxsə “Baba” deyə müraciət etmişdir. O, güman etmişdir ki, Xaqani narkotik vasitəni həmin “Baba” adlı şəxsdən alır. Bundan sonra Xaqani dostunun narkotik vasitəni istifadə olunmayan qaz doldurma məntəqəsindəki sütunun yanına qoyduğunu bildirmiş və həmin narkotik vasitəni onun və ya özünün götürəcəyini bildirmişdir. Daha sonra Xaqani onun narkotik vasitəni götürməyini istəmişdir. O, avtomobildən aşağı düşərək əlində özü ilə götürdüyü taxta taxta dəyənəklə birlikdə istifadə olunmayan qaz doldurma məntəqəsinin yanına getməyə başlamışdır. Həmin vaxt orada heç kim olmamış və ətraf qaranlıq olmuşdur. Bu zaman Xaqani avtomobildən onun arxasınca yerə bıçaq atmışdır. O, Xaqanidən bıçağı nə üçün atdığını soruşanda Xaqani bıçağı ona hər hansı heyvan və başqa şəxsin hücumundan özünü müdafiə etmək üçün verdiyini bildirmişdir. O da, bıçağı yerdən götürmüş və istifadə olunmayan qaz doldurma məntəqəsinin qarşısındakı sütunun qarşısına gəlmişdir. Həmin vaxt sütunun qarşısında üzərində “Adidas” sözü yazılmış maviqara rəngli idman çantasını görmüş və həmin çantanı götürmüşdür. Bundan sonra Xaqaninin avtomobilinə doğru hərəkət etmək istəyərkən 8 nəfər mülki geyimdə olan şəxs onun yanına yaxınlaşaraq özlərini təqdim etmişlər və Masallı RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bu zaman Xaqani idarə etdiyi VAZ-2107 minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə üzü Masallı şəhəri istiqamətində qaçmağa başlamışdır. Bundan sonra polis əməkdaşları onu Masallı RPŞ-nə gətirmişlər. RPŞ-nin xidməti otaqda müdafiəçinin iştirakı ilə video-çəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilmişdir. Bundan sonra təhqiqatçı ona bir sıra suallar verəcəyini bildirmiş və onun RPŞ-nə torba ilə gətirildiyini deyərək həmin torbada nə olduğunu soruşmuşdur. O, həmin torbada nə olduğunu bilmədiyini təhqiqatçıya bildirmişdir. Daha sonra saat 10 radələrində fərdi yaşayış evində olan zaman əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 ona mobil telefon ilə zəng edərək görüşmək istədiyini, Təqsirləndirilən şəxs2 ilə görüşdüyünü və Xaqaninin həmin vaxt dostu tərəfindən ona narkotik vasitə verəcəyini və həmin narkotik vasitədən Xaqaninin ona da müəyyən miqdarda verəcəyini bildirmişdir. Daha sonra Xaqaninin avtomobilində əyləşdiyini həmin vaxt Xaqaninin avtomobildə olan maqnitofona uca səs verərək musiqi dinlədiyini və mobil telefon ilə danışdığını, Xaqanidən həmin şəxsin kim olduğunu soruşduğun bildirmiş, həmçinin polis əməkdaşlarına Xaqaninin avtomobili ilə bir müddət gəzdiyini və daha sonra sütunun yanında narkotik vasitə götürmək istəyən zaman polis əməkdaşlarının ona yaxınlaşdığını demişdir. Həmçinin sellofan torbada olan maddədən heç bir xəbərinin olmadığını qeyd etmişdir. Daha sonra təhqiqatçı üzərində “Adidas” sözü yazılmış qara-mavi rəngli idman çantasının içərisində olan ağ rəngli torbanı çıxarmış, həmin ağ rəngli torbanın içərisindəki üzərləri yapışqan lentlə bağlanmış 6 ədəd qara rəngli sellofan bağlamaları çıxardıqdan sonra həmin sellofan bağlamaların 05 ədədində narkotik vasitə heroin, 1 ədədində isə psixotrop maddə metamfetamin olduğunu müəyyən etmişdir. Daha sonra həmin sellofan bağlamaları təhqiqatçı ayrı-ayrılıqda elektron tərəzidə çəkməyə başlanmışdır. Daha sonra təhqiqatçı tərəfindən üzərində “Adidas” sözü yazılmış qara-mavi rəngli idman çantasına baxış keçirilmiş, lakin idman çantasından baxış zamanı başqa qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı əşya predmet və ya maddə varsa təqdim etməyini təklif etmişdir. O, isə üzərində qanunla qadağan edilmiş edilmiş hər hansı əşya, predmet və ya maddənin olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı üzərinə baxış keçirmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya predmet və ya maddə aşkar etməmişdir. Daha sonra təhqiqatçı tərəfindən təqdim etdiyi taxta parçasına baxış keçirilmiş və həmin taxta parçasının uzunluğunun 58 sm olduğu müəyyən olunmuşdur. Daha sonra təqdim etdiyi dəstəyi qırmızı rəngli bıçağa baxış keçirilmiş və bıçağın ümumi uzunluğunun 33 sm, kəsici tiyəsinin uzunluğunun 23,5 sm, dəstəyinin uzunluğunun 12 sm və kəsici tiyənin eninin 3,2 sm olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin taxta parçası və dəstəyi qırmızı rəngli bıçaq təhqiqatçı tərəfindən ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmaqla RPŞnin 90 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Həmçinin narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr də sellofan torba ilə birlikdə qablaşdırılmış, RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra təhqiqatçı ona yenidən sual verərək həmin maddələrin kimə məxsus olduğunu soruşmuşdur. O, da həmin maddələrin Xaqaniyə məxsus olduğunu, onu uzun müddətdir ki, tanıdığını və həmin maddədən müəyyən miqdarda istifadə etmək üçün Xaqani ilə razılaşdığını bildirmişdir. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ifadələrində yalanlar olduğunu, bağlamanı götürməsi hissəsində ifadələrini təsdiq etmir, müstəntiq demişdir ki, əməliyyatçılar artıq sözün deyib, elə də olacaq, o da həmin ifadələrini imzalamışdır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun məhlə uşağıdır. Hadisə günü də onunla zəngləşərək görüşmüşdür. Özü narkotik vasitədən istifadə edir. Üç gün imiş ki, ona tanımadığı şəxsdən zəng gəlirmiş, həmin şəxs ona Lənkəranlı bir şəxsin adın deyirmiş, guya onun həmin şəxslə yaxınlığı olub. Lakin özü həmin şəxsi tanımamışdır. Telefonda danışan tanımadığı şəxs isə ona 15 qram heroin qoyduğunu gedib götürməsini bildirmişdir. Həmin şəxs iranlı olması barədə də heç nə deməmişdir. Onun axırıncı zəngində də Məhəmmədbağır yanında olmuşdur. Məhəmmədbağıra isə bu barədə yalnız hadisə günü demiş, əvvəlki danışıqları barədə isə ona heçnə deməmişdir. Bundan sonra birlikdə həmin narkotiki götürməyə getmişlər. Telefonda danışan şəxs ona ərazinin şəklini də göndərmişdir, həmin yer isə tanıdığı yer olmuşdur. Şəkildə narkotikin şəkli olmamış, yanacaqdolruma məntəqəsinin sütunlarının şəkli olmuşdur. Həmin gün bir dəfə o əraziyə getmişlər, lakin nəsə olanlar xoşuna gəlmədiyindən geriyə qayıtmışlar. Məhəmmədbağırı gətirib evə düşürmüşdür ki, get evə bu oyundu. Çünki gedişat xoşuna gəlməmişdir. Bundan sonra həmin şəxs yenə ona zəng vurmuş, o isə torba tikmək istədiyini ona demiş, həmin şəxs isə söyüş söyərək, and içərək təkzib etmişdir. Bundan sonra isə şeytan onları azdırmış və yenidən həmin yerə getmişlər. Ora çatanda isə yenə hadisələrin gedişi xoşuna gəlməmiş, Məhəmmədbağıra demişdir ki, “mən bu temada yoxam”. Məhəmmədbağır isə maşından düşüb narkotiki götürəcəyini demiş, o isə yenə bu işdə olmadığını bildirmişdir. Məhəmmədbağır maşından düşüb bir-iki addım atdıqdan sonra onu saxlamışlar. O isə ərazidən çıxıb getmişdir. Daha sonra bununla bağlı şöbəyə dəvət edilmiş, dörd gün sonra özü öz ayağı ilə polis şöbəsinə getmişdir. Həmin vaxt isə üzərində heç nə olmayıb, nə də ki, 10 kq mal görmüşdür. Daha sonra vəkil gətirmişlər, ona polisə gəlməyi haqqında sənədlərə qol çəkməli olduğunu demişlər. O isə oxuya bilmədiyini, bir yaxınının gəlib oxuduqdan sonra həmin sənədlərə qol çəkə biləcəyini demişdir. Bundan sonra orda olan istintaqın rəisi gəlib demişdir ki, “bunun anasın da gətirin, padelnik qoyub yükləyin”. İşinə düzgün baxılmasını xahiş edir. Özü narkotik istifadəçisidir. Yaşı boyu nəinki 10 kq, heç yarım kq da mal görməmişdir. Özü elədiyi şeyi danmır heç vaxt. Həmin narkotiklərdən məlumatı yoxdur. Buna görə özünə də xəsarət yetirib, heçnəyə imza etməmişdir. Özünü yalnız CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir, başqa da heçnədən xəbəri yoxdur, bir bəlaya düşmüşdür, müdafiəçinin fikri ilə razıdır, barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələr istifadə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 08 radələrində Masallı şəhəri, Ə.Əliyev küçəsi ev 15-də yerləşən fərdi yaşayış evində olan zaman istifadə etdiyi “Azercell MMC”-yə məxsus ***-***-**-** mobil nömrənin “Whatsapp” mesajlaşma proqramına əvvəllər tanımadığı şəxsə məxsus mobil nömrədən səsli mesaj gəlmiş, həmin mobil nömrə xarici ölkəyə məxsus nömrə olmuşdur. O, həmin səsli mesaja baxmış və səsdə “məni tanıdın yoxsa yox” məzmunlu mesaj qeyd olunmuşdur. O da, “Whatsapp” mesajlaşma proqramında həmin mobil nömrəyə səsli mesaj ataraq onu tanımadığını bildirmiş və kim olduğunu soruşmuşdur. Bundan sonra həmin tanımadığı şəxs “Whatsapp” mesajlaşma proqramında zəng edərək özünü İİR-nin vətəndaşı kimi təqdim etmiş və onun mobil nömrəsini narkotik vasitə istifadə edən Lənkəran şəhər sakinindən aldığını bildirmişdir. O da özünü İİR vətəndaşı kimi təqdim edən şəxsdən həmin Lənkəran şəhər sakininin kim olduğunu soruşduqda özünü İİR vətəndaşı kimi təqdim edən şəxs həmin Lənkəran şəhər sakinin adını ona demiş, lakin o, həmin şəxsi tanımadığını bildirmişdir. Həmin Lənkəran şəhər sakininin adını hal-hazırda xatırlamır. Bundan sonra özünü İİR-nin vətəndaşı kimi təqdim edən şəxs Lənkəran şəhər sakini vasitəsi ilə onu tanıdığını qeyd etmiş və lazım olarsa ona narkotik vasitə heroin göndərə biləcəyini və pulu olmasa da sonra ödəniş edəcəyini bildirmişdir. O da həmin şəxsə heç bir söz deməmişdir. Bir neçə dəqiqə sonra həmin şəxs ona 20 fevral 2023-cü il tarixdə səhər saatlarında “Whatsapp” mesajlaşma proqramında zəng edəcəyini bildirmişdir. O, həmin şəxslə sağollaşmış və mobil telefonunu söndürmüşdür. xx.xx.2023-cü il tarixdə axşam saat 18 radələrində fərdi yaşayış evində olan zaman əvvəllər tanımadığı İİR vətəndaşının ona “Whatsapp” mesajlaşma proqramında dəfələrlə zəng etdiyini görmüşdür. O, həmin şəxslə danışmış və həmin şəxs ona fotoşəkil atdığını və fotoşəkildə olan yerə narkotik vasitə heroin qoyulduğunu bildirmişdir. O, həmin şəxsdən hansı çəkidə narkotik vasitə heroin qoyulduğunu soruşmuş, həmin tanımadığı şəxs ona qara rəngli sellofan bağlamada 15 qram çəkidə narkotik vasitə heroin qoyulduğunu bildirmişdir. O, da, özünü İİR vətəndaşı kimi təqdim edən şəxsə heroini gedib götürəcəyini bildirmişdir. Bir müddət sonra əvvəllər tanıdığı Masallı şəhər sakini Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə onun mobil telefon nömrəsinə zəng edərək görüşmək istədiyini bildirmişdir. O, da, Məhəmmədbağıra özünün ona zəng edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etməsi ilə bağlı məlumatı olmuş, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, təxminən 5-10 dəqiqə sonra mobil telefonu ilə Təqsirləndirilən şəxs1 zəng etmiş və Masallı şəhərində yerləşən Digah küçəsinin qarşısına gəlməsini istəmişdir. O, atasına məxsus Vaz 2107 minik markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Digah küçəsinin qarşısına gəlmişdir. Həmin vaxtı Məhəmmədbağırın Digah küçəsinin qarşısında olduğunu görmüşdür. O, avtomobilini saxlamış, bundan sonra Məhəmmədbağır avtomobilinin sağ arxa oturacağında əyləşmişdir. O, Məhəmmədbağır ilə görüşmüş və avtomobili ilə Masallı şəhər ərazisində hərəkət etməyə başlamışdır. Bu zaman həmin tanımadığı özünü İİR vətəndaşı kimi təqdim edən şəxs ona “Whatsapp” mesajlaşma proqramında zəng edərək narkotik vasitə heroini götürüb-götürmədiyini soruşmuşdur. O da həmin şəxsə narkotik vasitə heroini götürəcəyini bildirmişdir. Bundan sonra mobil telefonunu söndürmüşdür. Bu zaman Məhəmmədbağır ondan kimlə danışdığını və nə məsələ olduğunu soruşmuşdur. O, da əvvəllər tanımadığı özünü İİR vətəndaşının ona “Whatsapp” mesajlaşma proqramında zəng etdiyini, ona Masallı şəhər ərazisində 15 qram çəkidə narkotik vasitə heroin qoyduğunu bildirmişdir. Məhəmmədbağır da həmin narkotik vasitə heroini götürmələrini istəmişdir. Bir neçə dəqiqə sonra özünü İİR vətəndaşı kimi təqdim edən şəxs ona yenidən mobil telefon ilə zəng edərək narkotik vasitə heroini götürüb-götürmədiyini soruşmuş, o, həmin şəxsə şəkildəki yeri tanımadığını bildirmişdir. Özünü İİR vətəndaşı kimi təqdim edən şəxs də həmin yerin adını öyrənib ona xəbər edəcəyini bildirdi və telefonunu söndürdü. Bir neçə dəqiqə sonra özünü İİR vətəndaşı kimi təqdim edən şəxs nakotik vasitə heroinin Masallı şəhər Digah küçəsində yerləşən istifadə olunmayan qaz doldurma məntəqəsinin yanındakı sütunun qarşısına qoyduğunu bildirmişdir. Bundan sonra Məhəmmədbağır ilə birlikdə həmin ünvana doğru avtomobili ilə getməyə başlamışlar. O, Məhəmmədbağır ilə birlikdə bir neçə dəfə narkotik vasitə heroin qoyulan ünvandan keçmiş, həmin vaxtı Məmmədbağır avtomobili saxlamasını və həmin narkotik vasitə heroini özünün götürəcəyini bildirmişdir. O, şübhələnmiş və problem olacağını Məhəmmədbağıra deyərək narkotik vasitə heroini götürməyəcəyini demişdir. Məhəmmədbağır çox israr etdiyinə görə razılaşmış və xx.xx.2023-cü il tarixdə saat təxminən 06 radələrində Masallı şəhər Digah küçəsində yerləşən istifadə olunmayan qazdoldurma məntəqəsinin qarşısına getmişdir. Həmin vaxtı hava qaranlıq olmuş və ətrafda heç kimin olmadığını görmüşdür. Bu zaman Məhəmmədbağır avtomobilinin arxa qapısını açaraq aşağı düşərək sütuna doğru hərəkət etməyə başlamışdır. O, həmin vaxtı avtomobilinin sükanının arxasında əyləşmiş və avtomobili işlək vəziyyətdə olmuşdur. Məhəmmədbağır istifadə olunmayan qaz doldurma məntəqəsinin yanındakı sütunun qarşısına doğru hərəkət etməyə başlamış, bu zaman Məhəmmədbağırın aşağı əyilərək yerdən nəsə götürdüyü görmüş, lakin Məhəmmədbağırın nə götürdüyünü və əlində nə olduğunu görə bilməmişdir. Çünki hava qaranlıq olmuş və Məhəmmədbağır ilə aralarında müəyyən məsafə olmuşdur. Məhəmmədbağır onun avtomobilə doğru hərəkət edən zaman mülki geyimdə olan şəxslərin Məhəmmədbağıra doğru hərəkət etdiyini görmüşdür. O, bu zaman həmin şəxslərin polis əməkdaşları olduğunu bilmiş və dərhal avtomobil ilə oradan qaçmışdır. xx.xx.2023-cü il tarixdə isə polis əməkdaşları tərəfindən saxlanılaraq Masallı RPŞ-nə gətirilmişdir. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş ifadələrini qismən təsdiq edir, Məhəmmədbağırın əyilib narkotiki götürməsini ifadəsinə özlərinin düzüb-qoşub yazdıqlarını bildirib, həmin hissəni təsdiq etmir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Masallı RPŞ-nin CAB-ın rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməkdə, qanunsuz dövriyyəsində və satış məqsədi ilə üzərlərində gəzdirməkdə şübhəli olmaları barədə Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat üzrə “təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Həmin qərarın realizə edilməsi məqsədilə şöbə rəisinin əmri ilə əməliyyat-təhqiqat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında saat 06 radələrində Təqsirləndirilən şəxs1 Masallı şəhər Digah küçəsində yerləşən istifadə olunmayan maye qaz doldurma məntəqəsinin yaxınlığında tərəflərindən saxlanılmış, lakin Təqsirləndirilən şəxs2 Vaz 2107 minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin yerdən qaçaraq uzaqlaşmışdır. Təqsirləndirilən şəxs1 saxlanılan zaman onun bir əlində idman çantası, bir ədəd taxta və bir əlində isə bıçaq olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun külli miqdarda narkotik vasitələri əldə etməkdə, qanunsuz dövriyyəsində və satış məqsədi üzərində saxlamaqda şübhəli olduğunu bildirdikdən sonra əlində olan bıçağı və taxta dəyənəyi təhlükəsizlik baxımından təhvil verməsini təklif etmiş və Təqsirləndirilən şəxs1 həmin əşyaları onlara təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 şifahi olaraq üzərində və əlində olan idman çantasının içərisində narkotik vasitə olub-olmamasını soruşduğu zaman o, heç bir cavab verməyib özünü daha da şübhəli aparmağa başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 polis şöbəsinə dəvət edib Masallı RPŞ-nin inzibati binasına gətirmişlər. Təhqiqatçı tərəfindən öz seçimi ilə müdafiəçi dəvət olunmuşdur. Daha sonra müdafiəçi və digər iştirakçılarla birlikdə videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 həmin torbanın içərisində nə olmasını bilmədiyini, lakin xx.xx.2023-cü il tarixdə saat 10 radələrində fərdi yaşayış evində olan zaman əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 ona mobil telefonla zəng edib görüşmək istədiyini, həmin tarixdə Təqsirləndirilən şəxs2la görüşdüyünü, görüş zamanı Xaqaninin dostu tərəfindən ona narkotik vasitə veriləcəyini və həmin narkotik vasitədən ona da müəyyən miqdarda verə biləcəyini, lakin həmin nakrotik vasitəni dostunun dediyi yerdən götürmək lazım gəldiyini dediyini bildirmişdir. Həmçinin həmin tarixdə Xaqaninin avtomobilinə əyləşdiyini, Xaqaninin avtomobildə olan maqnitofona yüksək səs verərək musiqi dinlədiyini və həmin vaxt kiminləsə mobil telefonla “Baba” deyərək müraciət edib danışdığını, Xaqanidən həmin şəxsin kim olduğunu soruşduğu zaman Xaqaninin ona dostu ilə danışdığını dediyini bildirmişdir. Təqsirləndirilən şəxs1 həmçinin təhqiqatçının suallarına cavab olaraq həmin tarixdə Xaqaninin avtomobili ilə bir müddət gəzdiyini, daha sonra Xaqaninin avtomobili saxladıqdan sonra ona işarə edib göstərdiyi maye qaz doldurma məntəqəsinin yaxınlığında olan sütunun yanındakı narkotik vasitəni götürmək istəyən zaman polis əməkdaşlarının ona yaxınlaşıb saxladıqlarını bildirmişdir. Daha sonra təhqiqatçı saxlanılan zaman Təqsirləndirilən şəxs1 əlində olan “Adidas” sözü yazılmış qara-mavi rəngli idman çantasına baxış keçirməyə başlamış və idman çantasının içərisində olan ağ rəngli torbanı çıxarmışdır. Bundan sonra həmin ağ rəngli torbanın içərisindəki üzərləri yapışqan lentlə bağlanmış 6 ədəd qara rəngli sellofan bağlamaları da çıxarmışdır. Təhqiqatçı daha sonra həmin sellofan bağlamalara baxış zamanı onlardan 05 ədədində narkotik vasitə heroinə bənzər, 1 ədədində isə psixotrop maddə metamfetaminə bənzər maddələr olduğunu müəyyən etmişdir. Daha sonra həmin sellofan bağlamalar təhqiqatçı tərəfindən ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, ümumi çəkilərinin 10 kiloqram 800 qram olduğu müəyyən olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 saxlanılan zaman əlində olan və şəxsi-axtarış zamanı onun təqdi etdiyi taxta parçasına və dəstəyi qırmızı rəngli bıçağa baxış keçirilmiş, bundan sonra həmin taxta parçası və dəstəyi qırmızı rəngli bıçaq təhqiqatçı tərəfindən ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmişdir. Həmçinin narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr də sellofan torba ilə birlikdə qablaşdırılmışdır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 yenidən sual verərək həmin maddələrin kimə məxsus olduğunu soruşmuş, Təqsirləndirilən şəxs1 də həmin maddələrin Xaqaniyə məxsus olduğunu, Xaqanini uzun müddətdir ki, tanıdığını və həmin maddədən müəyyən miqdarda istifadə etmək üçün Xaqani ilə razılaşdığını bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 Xaqaniyə narkotik vasitə və psixotrop maddə satan şəxsin kim olduğunu soruşmuş, Təqsirləndirilən şəxs1 də Xaqaninin həmin şəxsə “Baba” deyərək müraciət etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 taxta parçasını hansı məqsədlə üzərində saxladığını soruşan zaman Təqsirləndirilən şəxs1 həmin taxta parçasını özünü heyvanlardan müdafiə etmək məqsədilə saxladığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 bıçağı hansı məqsədlə götürdüyünü soruşduqda isə Təqsirləndirilən şəxs1 bıçağın Xaqaninin avtomobildə olan zaman yerə atdığını və daha sonra bıçağı özünü müdafiə etmək məqsədilə götürdüyünü bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən harada saxlanıldığını soruşduqda o, Masallı şəhəri Qurtuluş küçəsi ərazisində, qəbiristanlığın yaxınlığında saxlanıldığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə isə RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edilərək o, istintaqa təqdim edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8, Şahid5, Şahid4 və Şahid6 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan Masallı RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli Masallı RPŞ-nin rəisi Azay Ağayevə ünvanladığı “Raport”undan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməkdə, qanunsuz dövriyyəsində və satış məqsədilə üzərlərində saxlamaqda şübhəli olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. (c 1, i.v 5) İş materiallarında olan «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» 20 fevral 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Masallı RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c 1, i.v 6) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 06:30-da şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 24) İş materiallarında olan şəxsi axtarış və götürmə barədə xx.xx.2023-cü il tarixli protokoldan və video-çəkilişdən görünür ki, video-çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən o, bir ədəd qara-mavi rəngli idman çantasını təqdim edərək, içərisində narkotik vasitə olduğunu bildirir. Həmin çantaya baxış keçirilərkən içərisindən 05 ədəd bükümdə narkotik vasitə heroinə bənzər, 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmiş, narkotik vasitə heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər bükümlərin çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş və heroinə bənzər bükümlərin çəkiləri 1761 qram, 2639 qram, 1803 qram, 1767 qram, 1747 qram, metamfetaminə bənzər bükümün çəkisi isə 1028 qram müəyyən edilmişdir. Ümumilikdə çəkildikdə isə 10 kq 800 qram olması müəyyən edilmişdir. Təqdim etdiyi qırmızı rəngli dəstəyi olan bıçağa baxış keçirilmiş, uzunluğunun 23,5 sm, hündürlüyünün 3,2 sm, dəstəyinin uzunluğunun isə 12 sm olması müəyyən edilmişdir. Təqdim edilmiş bir ədəd ağac parçası da digər predmetlərlə birlikdə qablaşdırılaraq götürülmüşdür. (c 1, i.v 27-30) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023cü il tarixli 19/217 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi 5 büküm narkotik vasitə heroin, bir büküm psixotrop maddə metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd idman çantasında olan kisədəki 5 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1675,0 qr, 1700,0 qr, 1730,0 qr, 1695 qr, 2550,0 qram ümumi təmiz çəkisi: 9350,0 qram olan maddələr tiryəkdən kustra üsulla hazırlanmış narkotik vasitə heroindirlər, kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər, 1 ədəd bağlamada təmiz çəkisi:-995,0 qram olan ağ rəngli kristalşəkilli olan maddə metamfetamindir. Ekspert rəyinin qeyd hissəsində göstərilmişdir ki, heroinin təmiz çəkisi -9350 qram, tədqiqata sərf olundu -0,5 qram, qalıq -9349,5 qram, metamfetaminin təmiz çəkisi -995 qram, tədqiqata sərf olundu - 0,05 qram, qalıq -994,95 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat təşkil edir. (c 1, i.v 42-45) İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxıanılması haqqında protokoldan və foroşəkillərdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1la ifadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilmiş, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə içərisində külli miqdarda narkotik vasitə heroin və külii miqdarda psixotrop maddə metamfetamin olan idman çantasını Masallı şəhəri Digah küçəsi ərazisində yerləşən istifadə olunmayan maye qaz doldurma məntəqəsinin yaxınlığında olan daş sütunun yanından götürməsini hadisə yerində bir daha göstərməklə ifadəsini təsdiq etmişdir. (c 1, i.v 63-66) İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(050)- 27/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 fevral 2023-cü ildən hesablanmışdır. (c 1, i.v 93-95) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 207 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (c 1, i.v 102) İş materiallarında olan xx.xx.2023-cü il tarixli maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərardan görünür ki, şəxsi axtarış həyata keçirilən zaman Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülən və təyin edilən məhkəmə-fiziki kimyəvi ekspertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi ümumi təmiz çəkisi 9349,5 qram qalmış narkotik vasitə heroin və 994,95 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanması üçün Masallı RPŞ-yə təhvil verilmişdir, Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarışın video-çəkilişinin əks olunduğu 02 ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. (c 1, i.v 120-121) İş materiallarında olan Masallı RİHB-nın Masallı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanında qeydiyyatdadır, himayəsində xx.xx.2010-cu il təvəllüdlü və xx.xx.2017-ci il təvəllüdlü uşaqları var, yaşayış yeri üzrə mənfi xarakterizə edilir. (c 1, i.v 128-129) İş materiallarında olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Masallı şəhəri ərazisində yaxın qohumları ətrafında keçirilmiş əməliyyat-axtarış və profilaktik xarakterli tədbirlər nəticəsində müəyyən edilərək Masallı RPŞ-nə gətirilmişdir. (c 1, i.v 136) İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxıanılması haqqında protokoldan və foroşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə İİR vətəndaşı olan tanımadığı şəxsin 15 qram çəkidə narkotik vasitə heroini Masallı şəhəri Digah küçəsi ərazisində yerləşən istifadə olunmayan maye qaz doldurma məntəqəsinin yaxınlığında olan daş sütunun yanında gizlətməsini, həmin tarixdə Təqsirləndirilən şəxs1lə birlikdə qeyd olunan yerdən narkotik vasitəni götürmək məqsədi ilə həmin yerə idarə etdiyi avtomobillə getmələrini, Təqsirləndirilən şəxs1 narkotik vasitəni götürmək məqsədi ilə avtomobildən enib həmin yerə tərəf gedib narkotik vasitəni əldə etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanıldığını gördüyü andan hadisə yerindən avtomobillə qaçmasını hadisə yerində bir daha göstərməklə ifadəsini təsdiq etmişdir. (c 1, i.v 162-165) İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(050)- 30/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 fevral 2023-cü ildən hesablanmışdır. (c 1, i.v 189-191) İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(050)- 63/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində keçirilmiş əməliyyat tədbirləri qanuni və əsaslı hesab edilmişdir. (c 1, i.v 194- 195) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 235 nömrəli rəyindən görünür ki, müayinə zamanı X3 OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (c 1, i.v 212) İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir-birlərinin üzünə qarşı ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər. (c 1, i.v 217-223) İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(050)- 62/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinə dair əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Masallı RPŞ-in NMQ-nın baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. (c 1, i.v 238-239) İş materiallarında olan Masallı RİHB-nın Masallı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əhədov X4 şəhəri, Digah küçəsi, ev 15 ünvanında qeydiyyatdadır, ailə tərkibi atası, anası və qardaşından ibarətdir, yaşayış yeri üzrə mənfi xarakterizə edilir. (c 1, i.v 240-241) İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə cəzasını tam çəkib qurtarmışdır. (c 1, i.v 243-245) İş materiallarında olan, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktubları ilə təqdim edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 050 984 46 46, 050 535 61 82 mobil nömrələrinə dair telefon danışıqları haqqında məlumatlar, onlara baxış keçirilməsi barədə 16 mart 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş üzrə onlara qarşı irəli sürülmüş ittihamda göstərilən heroin və metamfetaminin İİR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün sifariş vermələri və ya bu haldan digər formada qabaqcadan məlumatlı olmalarına işarə edən telefon danışıqları haqqında məlumatlar aşkar edilməmişdir. (c 1, i.v 246-251) İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə CM-nin 149.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.2 bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. (c 2, i.v 11-12) İş materiallarında olan Masallı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Masallı Rayon Məhkəməsinin 1(050)-47/2020 saylı 02 mart 2019-cu il tarixli hökmü və hökmün icrası barədə göstəriş xx.xx.2021-ci il tarixdə Masallı Rayon İcra və Probasiya şöbəsinin qeydiyyat kitabından çıxarılmışdır. (c 2, i.v 13) İş materiallarında olan məhkəmə-ballistik ekspertizanın xx.xx.2023-cü il tarixli 3/369 nömrəli rəyindən görünür ki, tədqiqata tədim edilmiş 01(bir) ədəd predmet kustar üsulla hazırlanmış, hər iki tərəfi küt, ucu deşici xassəyə malik suvenir bıçaqdır, üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilən 01(bir) ədəd predmet əldədüzəlmə üsulu ilə hazırlanmış, vurucuəzici xassəyə malik olan, dəyənək tipli soyuq silahdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. (c 2, i.v 50-53) İş materiallarında olan xx.xx.2023-cü il tarixli maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərardan görünür ki, işdə olan 01 ədəd əldədüzəlmə üsulu ilə hazırlanmış, vurucu-əzici xassəyə malik olan, dəyənək tipli soyuq silah maddi sübut kimi tanınmış və iş üçün əhəmiyyət kəsb edən bir ədəd bıçaqla birlikdə saxlanılmasından ötrü Masallı RPŞ-nə təhvil verilmişdir. (c 2, i.v 54-55) İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, iş üzrə Şahid1la Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs1 üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (c 2, i.v 83-89) İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, iş üzrə Şahid2lə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 Təqsirləndirilən şəxs1 üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (c 2, i.v 90-96) İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, iş üzrə Şahid3la Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid3 Təqsirləndirilən şəxs1 üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (c 2, i.v 97-103) İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, iş üzrə şahid Mansur Əhmədovla Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı M.Əhmədov Təqsirləndirilən şəxs1 üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (c 2, i.v 104-110) İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, iş üzrə Şahid4 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid4 Təqsirləndirilən şəxs1 üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (c 2, i.v 111-117) İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, iş üzrə Şahid8 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid8 Təqsirləndirilən şəxs1 üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (c 2, i.v 118-124) İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, iş üzrə Şahid5 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid5 Təqsirləndirilən şəxs1 üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (c 2, i.v 125-131) İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, iş üzrə Şahid6 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid6 Təqsirləndirilən şəxs1 üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (c 2, i.v 132-138) İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, iş üzrə Şahid1la Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs2 üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (c 2, i.v 140-145) İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, iş üzrə Şahid2lə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 Təqsirləndirilən şəxs2 üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (c 2, i.v 146-152) İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, iş üzrə Şahid3la Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid3 Təqsirləndirilən şəxs2 üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (c 2, i.v 153-159) İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, iş üzrə şahid Mansur Əhmədovla Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı M.Əhmədov Təqsirləndirilən şəxs2 üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (c 2, i.v 160-166) İş materiallarında olan 14 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 228.4, 229.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.2ci maddəsi ilə ittiham elan edilməməsi, iş üzrə İİR vətəndaşının şəxsiyyətini müəyyən etmək və onun cinayət əməllərini ifşa etmək məqsədilə mövcud cinayət işindən həmin məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin əlamətləri cinayət işinin ayrılması barədə qərar qəbul edilmişdir. (c 2, i.v 169-185) İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. Sorğu zamanı zədə almadığını bildirmişdir. (c 3, i.v 47-51, 59-63) İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, həbs edilmiş şəxs X1 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. (c 3, i.v 52-56) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçiləri vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittihamı qismən və tam mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamın faktiki tərəfini qismən Təqsirləndirilən şəxs2 isə tam mübahisələndirdiyi və özlərinin müdafiəsi üçün dəlillər irəli sürdükləri üçün, məhkəmə tərkibi hesab edir ki, həmin ittihamlar üzrə hüquqi tövsifə qiymət verilməmişdən öncə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəsi üçün irəli sürdüyü dəlillər yoxlanılmalıdır. Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiəsi üçün gətirdiyi dəlillər: hadisə günü Xaqaninin təklifi ilə sonuncunun dostunun 15 qram heroin qoyduğunu və onunla birgə gedib həmin heroini götürmək məqsədilə görüşdüyünü, Xaqaniyə məxsus avtomobil ilə birlikdə Masallı şəhəri Digah küçəsində yerləşən köhnə qaz doldurma məntəqəsinin qarşısına gəldiklərini, avtomobildən narkotik vasitəni götürmək məqsədilə düşdüyünü, daha sonra iki-üç addım atdığını, lakin ərazinin kolluq və qaranlıq olmasından qabağa getmədiyini, narkotiki götürmək fikrini dəyişdiyini, geriyə avtomobilə qayıtmaq istəyərkən, polis əmədaşları tərəfindən saxlanıldığını, polis şöbəsinə gətirilib, orada təzyiqlər göstərilib döydüyünü, polislərin ona təzyiqləri və təhdidləri nəticəsində etirafedici ifadələr verdiyini, əvvəlcə bir çanta gətirib qoyduqlarını, onun isə məcbur olub etiraf etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiəsi üçün gətirdiyi dəlillər: hadisə günü telefonda danışdığı tanımadığı şəxsin ona 15 qram heroin qoyduğunu və gedib götürməsini bildirdiyindən, həmin gün bu barədə Təqsirləndirilən şəxs1 bildirmiş və birlikdə həmin narkotiki götürməyə getmişlər. Lakin, narkotikin qoyulduğu yerə çatanda, hadisələrin gedişi xoşuna gəlməmiş, Məhəmmədbağıra bu işdə olmadığını bildirmiş, Məhəmmədbağır isə maşından düşüb narkotiki götürəcəyini demişdir. Daha sonra Məhəmmədbağır maşından düşüb bir-iki addım atdıqdan sonra onu saxlamışlar. O isə ərazidən çıxıb getmişdir. Daha sonra bununla bağlı şöbəyə dəvət edilmiş, dörd gün sonra özü öz ayağı ilə polis şöbəsinə getmişdir. Həmin vaxt isə üzərində heç nə olmayıb, nə də ki, 10 kq mal görmüşdür. Polis şöbəsində təhdid edilmişdir. Aşkar edilmiş həmin narkotiklərdən məlumatı yoxdur. Təqsirləndirilən şəxslərin müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 irəli sürdükləri saxlanılarkən və polis şöbəsində olarkən onlara polis əməkdaşları tərəfindən fiziki təzyiq, təhdid və pis rəftar edilməsi ilə bağlı irəli sürdükləri dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özləri istər onların vəkilləri ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçının, eləcədə müdafiəçinin suallarına cavab olaraq, təqdim etdiyi kütlələrin Xaqaniyə məxsus olduğunu, həmin maddələrin Xaqanin dostu tərəfindən ora qoyulduğunu, narkotik vasitənin qoyulduğu yeri də Xaqaninin ona əli ilə göstərdiyini, onunla birlikdə getməkdə məqsədinin isə Xaqanin ona şəxsi istifadəsi üçün yarım qram və ya bir qram narkotik vasitə verməyi vəd etdiyini, saxlanılarkən, polis şöbəsinə gətirilərkən polis əməkdaşlarının ona qarşı fiziki və ya psixi zor tətbiq etmədiyini, narazılığının olmadığını, polislərdən heç bir şikayətinin olmadığını bildirmiş, eyni zamanda onların saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən onlara qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, bildirmişlər. Bundan başqa məhkəmə tərəfindən verilmiş müvafiq sorğu əsasında Bakı İstintaq Təcridxanasından daxil olmuş cavab məktublarından və tibbi kitabçanın kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı İstintaq Təcridxanasına daxil olarkən ilkin tibbi müayinə zamanı bədənlərində xəsarət aşkar edilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdikləri ifadələrin məhz fiziki təzyiq, təhdid və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxslərin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalmaları ilə bağlı göstərdikləri xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadəsində yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən onların özlərinin ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onların bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 52-55), xx.xx.2023-cü ildə (video-çəkilişlə), xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 80-83, cild İİ – i.v 200-203) qismində, eləcədə xx.xx.2023-cü ildə digər Təqsirləndirilən şəxs2la üzləşdirmədə (cild İ – i.v. 217- 223) verdiyi ifadələrində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs1 hadisə günü Təqsirləndirilən şəxs2la görüşmək məqsədilə evdən çıxdığını, çıxarkən taxta parçasını götürməkdə məqsədinin özünü yırtıcı heyvanlardan qorumaq olduğunu, Xaqaninin dostunun müəyyən miqdarda narkotik vasitə gətirəcəyini və onunla birgə getməyini istədiyini, həmçinin Xaqaninin həmin narkotik vasitədən ona müəyyən miqdar vercəyini bildirdiyini, narkotik vasitə istifadə etdiyindən və bədənində ağrılar olduğu üçün Xaqani ilə razılaşdığını, bundan sonra Xaqaniyə məxsus avtomobil ilə birlikdə Masallı şəhəri Digah küçəsində yerləşən istifadə olunmayan qaz doldurma məntəqəsinin qarşısına gəldiklərini, həmin vaxtı Xaqani dostunun narkotik vasitəni istifadə olunmayan qaz doldurma məntəqəsindəki sütunun yanına qoyduğunu bildirdiyini və həmin narkotik vasitəni onun və ya özünün götürəcəyini deməsini, daha sonra Xaqaninin onun narkotik vasitəni götürməyini istəməsini, avtomobildən aşağı düşərək istifadə olunmayan qaz doldurma məntəqəsinin qarşısındakı sütunun qarşısına gəlib, üzərində “Adidas” sözü yazılmış mavi-qara rəngli idman çantasını görüb və həmin çantanı götürdüyünü, bundan sonra Xaqaninin avtomobilinə doğru hərəkət etmək istəyərkən 8 nəfər mülki geyimdə olan şəxs onun yanına yaxınlaşaraq özlərini təqdim etdiklərini, Xaqaninin idarə etdiyi avtomobil ilə üzü Masallı şəhəri istiqamətində qaçmağa başladığını, özünü isə polis əməkdaşlarının Masallı RPŞ-nə gətirdiklərini bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Eyni zamanda cinayət təqibi başlanan andan digər Təqsirləndirilən şəxs2 da müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 155-158), xx.xx.2023-cü ildə (video-çəkilişlə), xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 179-183, cild İİ – i.v 218-220) qismində, eləcədə xx.xx.2023-cü ildə digər Təqsirləndirilən şəxs1lə üzləşdirmədə (cild İ – i.v. 217-223) verdiyi ifadələrində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat təxminən 06 radələrində Masallı şəhər Digah küçəsində yerləşən istifadə olunmayan qazdoldurma məntəqəsinin qarşısına Təqsirləndirilən şəxs1lə ona göndərilmiş 15 qram narkotik vasitə heroini götürmək məqsədilə getməsini, bu zaman Məhəmmədbağırın avtomobilinin arxa qapısını açaraq aşağı düşərək sütuna doğru hərəkət etməyə başlamasını, Məhəmmədbağırın aşağı əyilərək yerdən nəsə götürdüyünü görməsini, lakin hava qaranlıq və Məhəmmədbağır ilə aralarında müəyyən məsafə olduğundan, Məhəmmədbağırın nə götürdüyünü və əlində nə olduğunu görə bilmədiyini, Məhəmmədbağır onun avtomobilinə doğru hərəkət edən zaman mülki geyimdə olan şəxslərin ona doğru hərəkət etdiyini görüb, həmin şəxslərin polis əməkdaşları olduğunu bilib və dərhal avtomobil ilə oradan qaçdığını bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı narkotiki götürmək fikrini dəyişib, geriyə avtomobilə qayıtmaq istəyərkən, polis əmədaşları tərəfindən saxlanılması, hadisə yerindən heç bir narkotik vasitə götürməməsi barədə ifadəsində göstərdiyi xüsusatlar, eləcə də, Təqsirləndirilən şəxs2 hadisə yerinə çatanda hadisələrin gedişinin xoşuna gəlməməsi, Məhəmmədbağıra bu işdə olmadığını bildirməsi, Məhəmmədbağırın isə maşından düşüb narkotiki götürəcəyini deyib, maşından düşüb bir-iki addım atdıqdan sonra onun saxlanılması, özünün isə ərazidən çıxıb getməsi, aşkar edilmiş narkotik vasitələrdən məlumatının olmaması barədə ifadəsində göstərdiyi xüsusatlar, yuxarıda göstərilən ifadələrlə, eləcədə Təqsirləndirilən şəxs1 hadisə yerində saxlanılmasında iştirak etmiş şahid ifadələri (şahidlər Şahid3, Şahid4, Şahid8, Şahid5 və Şahid6 həmin ifadələrində Təqsirləndirilən şəxs1 bilavasitə hadisə yerindən bir ədəd bağlamanı götürdükdən sonra tərəflərindən saxlanılmasını bildirmişlər) ilə tam təkzib edilmişdir. Artıq bu hallar təqsirləndirilən şəxslərin məhkəmə baxışı dövründə irəli sürdükləri dəlillərin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdikləri ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxslər bu formada ifadə verməklə özlərini məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə verdikləri ifadələrlə məhkəmə baxışında verdikləri ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə verdikləri qeyd olunan ifadələrini (Təqsirləndirilən şəxs1 həmin torbada nə olduğunu bilməməsi, Təqsirləndirilən şəxs2 isə əvvəllər tanımadığı digər şəxsin ona “Whatsapp” mesajlaşma proqramında zəng edib, Masallı şəhər ərazisində 15 qram çəkidə narkotik vasitə heroin qoyduğunu bildirməsi, məhz həmin heroini götürmək məqsədilə hadisə yerinə getmələri barədə bildirdikləri istisna olmaqla) cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bu ifadələrin təhlili göstərir ki, təqsirləndirilən şəxslər istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı öz aralarında və digər şəxslə qabaqcadan razılaşaraq sonuncu tərəfindən Masallı şəhəri Digah küçəsində yerləşən istifadə olunmayan maye qaz doldurma məntəqəsinin yaxınlığında olan tikilinin sütununun yanında gizlədilmiş narkotik vasitəni götürmək məqsədilə birlikdə həmin əraziyə getdiklərini etiraf etmişlər, onların həmin etirafedici ifadələri də iş materiallarında olan digər sübutlarla şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları ilə tam olaraq öz təsdiqini tapır. Bu hal isə təqsirləndirilən şəxslərin öz aralarında və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə etmə, saxlama, daşıma, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitənin və psixotrop maddənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmələrini sübut edir. Belə ki, həm cinayət işinin materialları əsasında, həm də təqsirləndirilən şəxslərin yuxarıda göstərilən vermiş olduqları ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxslər digər şəxslə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin vasitələr və maddənin ölkə ərazisində qanunsuz olaraq realizə edilməsini icra etmək vəzifəsini öz öhdələrinə götürmüşlər. Məhkəmə təqsirləndirilən şəxslərin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onların digər şəxslə cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxsin Masallı şəhəri Digah küçəsində yerləşən istifadə olunmayan maye qaz doldurma məntəqəsinin yaxınlığında olan tikilinin sütununun yanında narkotik vasitə və psixotrop maddə qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə Təqsirləndirilən şəxs2 dəqiq məlumatlar ötürməsini, sonuncunun isə Təqsirləndirilən şəxs1lə bu barədə aralarında razılıq əldə etməsini, onların cinayət əlaqəsinə girdiyi şəxsin niyyətinin ölkə ərazisində külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxslərin həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdikləri şəxsin məqsədinin külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdi onların cinayət əlaqəsinə girdikləri və qabaqcadan əlbir olduqları digər şəxsin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxslər CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5-ci sətrinə əsasən heroin narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qramdır. Habelə bu Qanunun İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası CM-nin 228.4 və 229.4-cü maddələri ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə düzəlmə üsulu ilə hazırlayıb, vurucu-əzici xassəyə malik olan bir ədəd dəyənək tipli soyuq silahı üzərində qanunsuz olaraq saxlamaqla gəzdirməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.4, 229.4, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.4, 229.4, 234.4.1 və 234.4.3cü maddələrində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişlər. Ona görə də, təqsirləndirilən şəxslər CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Habelə məhkəmə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən ağır cinayət törətdiyindən məhkəmə cinayətin təhlükəli residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs2 ona istinad edilən cinayət əməlini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən altı il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını (Təqsirləndirilən şəxs1 münasibətdə) və cəzanı ağırlaşdıran halın olmasını (Təqsirləndirilən şəxs2 münasibətdə), aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin çəkisini, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin və psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, eləcədə Təqsirləndirilən şəxs1 ümumi cinayətkar məqsədin əldə edilməsindəki rolunun cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs2 ilə müqayisədə daha az əhəmiyyətli olmasını nəzərə alaraq hesab edir ki, onlara təqsirləndirildikləri maddələrin sanksiyaları həddində yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və onlar həmin cəzanı çəkməlidirlər. Təqsirləndirilən şəxs1 bir neçə cinayətdə təqsirli bilindiyindən ona CM-nin 66.3-cü maddəsinə əsasən cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 228.4 və 229.4-cü maddələrinin sanksiyasında ictimai işlər, islah işləri və ya azadlığın məhdudlaşdırılması kimi alternativ cəzalar da nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi digər əməlin - ağır cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin cinayətlərin məcmusu üzrə cəzaların toplanmasının zəruri olmasını nəzərə almaqla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 228.4 və 229.4-cü maddələri ilə də azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 isə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 24 fevral 2023-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəylərini nəzərə alıb, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və hər iki təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Masallı RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 9349,5 qram narkotik vasitə heroin, 994,95 qram psixotrop maddə metamfetamin, bir ədəd taxta dəyənək və iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş bir ədəd bıçaq məhv edilməli, iş materiallarında olan şəxsi axtarışın video-çəkilişinin əks olunduğu 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-184 (bir yüz səksən dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə (hər birindən 92 manat olmaqla) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 228.4, 229.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 229.4-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr üzrə 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 24 fevral 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Masallı RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 9349,5 qram narkotik vasitə heroin, 994,95 qram psixotrop maddə metamfetamin, bir ədəd taxta dəyənək və iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş bir ədəd bıçaq məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan şəxsi axtarışın videoçəkilişinin əks olunduğu 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-184 (bir yüz səksən dörd) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə (hər birindən 92 manat olmaqla) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar