Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-502/2024 11.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi- Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi- X5 və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2007-ci il tarixdə Lerik rayonu, Davradibi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Təngivan kəndində qeydiyyatda olmaqla yaşamış, 24 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 26 dekabr 2023cü il tarixli, 4(049)-332/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirləndilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 24 dekabr 2023-cü il tarixdə saat 10 radələrində həmkəndlisi olan bibisi qızı Zərərçəkmiş şəxs yaşadığı Lənkəran rayonu, Təngivan kəndində yerləşən evə gedərək sonuncuya onu sevdiyini bildirib həmkəndlisi Şahid3 ilə əlaqəsinin olub-olmasına dair soruşması nəticəsində aralarında yaranmış sözlü mübahisə zamanı evin qonaq otağındakı masanın üzərində olan mətbəx bıçağını əlinə götürüb Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona yetirdiyi anda insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid qarın boşluğuna nüfuz edən, daxili və xarici qanaxma ilə müşayiət olunan qarının 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarasından ibarət xəsarət yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs boşanıb anasının evinə gəldikdən sonra Sevgi ilə münasibəti yaranmış, bundan sonra Sevgini sevməyə başlamış, təxminən bir il yarımdır ki, aralarında sevgi münasibəti olmuşdur. Sevgi ilə telefonla danışmış, görüşmüş və dəfələrlə Sevgigilin evlərində Sevgi ilə cinsi əlaqədə olmuşdur. Sevginin istifadəsində olan telefon nömrəsi ***-***-**-** olmuş, onun istifadəsində olan telefon nömrəsi isə ***-***-**-** olmuşdur. Sevgi ilə mütəmadi olaraq telefonla danışmış, telefonda sevgi münasibətlərindən danışmışdır. Onda Sevginin çox saylı şəkilləri olmuşdur. 2021-2022-ci illərdə Sevgigildə də qalmışdır. Həmin vaxtı da Sevgi ilə münasibəti olmuşdur. Sevgi ilə bibisi evdə olmayanda cinsi əlaqədə olmuşdur. Onun Sevgigildə qalmasını yaşadıqları kənddə çox adam bilmişdir. Masallı rayonuna və Bakı şəhərinə işləmək üçün gedib-gəldikdən sonra gecə vaxtı əmisigilə gedən zaman Vüqarı Sevgigilin evlərinin qarşısında görmüşdür. Vüqardan burada nə gəzirsən deyə soruşmuş, Vüqar ona Sevginin çağırdığını demişdir. Vüqar Sevginin onu nə üçün çağırdığını deməmişdir. O, da həmin vaxtı Vüqarın ora nə üçün gəldiyi ilə maraqlanmamış, düşünmüşdür ki, bəlkə nəsə işləri var, buna görə Sevginin anası Vüqarı çağırmışdır. Sevgi ilə Vüqar arasında əlaqənin olmasını fikirləşməmişdir. Həmin günün səhəri Sevgigilə getmiş, həmin vaxtı Sevginin anası evdə olmamışdır. Sevginin telefonunda Vüqarın nömrəsi olmuş, Sevgidən Vüqarın telefon nömrəsinin onda nə üçün olmasını soruşmuş, Sevgi anasının Vüqara zəng vurduğunu demişdir. Bundan 7-8 ay sonra Vüqarı yenidən Sevgigilin evlərinin yanına görmüş, Sevgidən səbəbini soruşmuş, Sevgi ona Vüqarla əlaqəsinin olmasını etiraf etmişdir. Hadisə olan günü, yəni 24 dekabr 2023-cü il tarixdə saat 10 radələrində Sevgigilə getmiş, Sevgi söhbət zamanı Vüqarla əlaqəsi olduğunu, onunla yaxınlıq etdiyini bildirmiş o, da əsəbləşərək Sevginin yanında olan bıçağı götürərək Sevgiyə bıçaqla bir zərbə vurmuşdur. Bıçağı vurduqdan sora Sevgi yıxılmaq istəyən zaman Sevgini yıxılmağa qoymamış, Sevgini tutmuşdur. Bıçağın dərin batdığını fikirləşmiş, lakin Sevgi bıçağın dərin batmadığını demişdir. Sevgiyə özünü pis hiss edirsə xəstəxanaya aparmağını, təcili tibbi yardım çağırmağını demiş, Sevgi isə ona hər şeyin yaxşı olduğunu, xəstəxanaya getmək istəmədiyini demişdir. Sevgi həmçinin ona çıxıb getməsini, anası gələn zaman onu görməməsini demişdir. Lakin Sevginin sözünə qulaq asaraq çıxıb getməmiş, gedərək bint spirt alaraq gətirib Sevginin yarasını bağlamışdır. Sevginin anası gələndən sonra nənəsigilə çıxıb getmişdir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Sevgi üçün yara binti almışdır. Bunu yara binti aldığı şəxs, həmin yerin yanında olan bibisi oğlu İsmayıl və digər şəxslərdə təsdiq edə bilər. Sevgi ilə nənəsigilə getmələrini nənəsi Dəstəgül Mirzəyeva, qohumları Fatimə və Yusif təsdiq edə bilərlər. Vüqar qonşularıdır. Vüqarla Sevgi ilə olan əlaqəsi barədə danışmamışdır, ancaq Segvi ilə danışmışdır. Vüqardan Sevgigilin evinin yanında nə işinin olduğunu soruşmuş, Vüqar Sevginin onu çağırdığını demişdir. Vüqarı gecə saat 22 radələrində Sevgigilin yaşadıqları evin həyətinə giriş qapısının yanında dayanmış vəziyyətdə görmüşdür. Həmin vaxtı bibisi evdə olmuş, Vüqar ona Sevginin çağırdığını dediyindən bibisindən Vüqarı nə üçün çağırdıqlarını soruşmamışdır. Hadisə baş verəndən 7-8 ay əvvəldən Sevginin telefonu olmamış, Sevgi ilə anasının telefonu vasitəsi ilə əlaqə saxlamışdır. Bakı şəhərindən sonuncu dəfə işdən 09 oktyabr 2023-cü il tarixdə gəlmiş, bundan sonra Bakı şəhərinə getməmişdir. Yaşadığı ev yoxdur, uşaqlığından qohumlarının evində, o cümlədən Sevgigildə qalmışdır. Bibisinin onun Sevgi ilə olan münasibətindən, Sevgini sevməsindən məlumatı olmamışdır. Sevgini bıçaqla vurmasının səbəbi Sevgini Vüqara qısqanması, Sevginin Vüqarla olan əlaqəsi olmuşdur. Vüqarı Sevgini vurduğu gündən bir gün əvvəl görmüşdür. Sevgidən Vüqarla əlaqəsi barədə soruşmuş, Sevginin verdiyi cavab onu qane etmədiyi üçün Sevgini bıçaqla vurmuşdur. Sevgi Vüqarla əlaqəsinin olmasını ona etiraf etməmişdir. Hadisədən 7-8 ay əvvəl Sevginin telefonunda Vüqarın mobil nömrəsi, bloklanmış nömrələr siyahısında olmuşdur. Sevgidən Vüqarın mobil nömrəsinin, telefonunda nə üçün olması və bloklanması barədə soruşmuş, Sevgi bəhanə edərək Vüqarla anasının danışdığını demişdir. Bu səbəbdən əsəbləşərək Sevginin telefonunu sındırmış, sonra telefonu ustaya apararaq düzəltdirmişdir. İlk əvvəl Sevgini vurmaq niyyəti olmamış, lakin Sevginin sözlərinə əsəbləşərək onu vurmuşdur. Sevgini vuran zaman Sevginin azyaşlı oğlu Camal otaqda olmuş, Camal onun Sevgini vurmasını görməmişdir. Sevgini eyvanda vurmuş, Camal isə otaqda olmuşdur. Camal onların sözlü mübahisələrini eşitmiş, lakin oynadığı üçün başı qarışıq olmuşdur. Sevgini vurduqdan sonra Sevginin azyaşlı oğlu onların yanına gəlmişdir. Nənəsigilə gedən zaman nənəsi evdə olmuş, nənəsindən başqa evdə uşaqlar olmuşdur. Nənəsinə Sevgini bıçaqla vurması barədə heç bir söz deməmişdir. Sevgiyə ağır xəsarət yetirmək məqsədi olmamış, hadisə ani olaraq baş vermişdir. Vurduğu bıçağın tiyəsi təxminən 3-4 sm Sevginin qarın nahiyəsinə keçmişdir. Sevginin onunla danışığı ani vaxtda onu əsəbləşdirmiş, buna görə də özünü saxlaya bilməyərək bıçağı götürüb Sevgini vurmuşdur. Vüqarla Sevgini bir yerdə görməmiş, lakin Sevgi ilə Vüqarın sözləri bir-birini tutmadığı üçün əlaqələrinin olmasına əmin olmuşdur. Vüqarla Sevginin əlaqəsinin olmasını sübut etmişdi, çünki Sevginin telefonunda Vüqarın telefon nömrəsi olmuşdur. Onun Sevgi ilə ailə qurmaq fikiri olmuşdur. Sevgi ilə evlənmək fikrinin olmasını sonuncunu bıçaqla vurmamışdan əvvəl və bıçaqla vurduğu gündə Sevgiyə demişdir. Sevgi ona hərbi xidmətə gedib gəldikdən sonra onunla evlənəcəyini demişdir. Əməlindən peşmandır. Sevgidən onu bağışlamasını xahiş etmiş, lakin Sevgi onu bağışlamamışdır. Şahid3 yalan ifadə vermişdir, onun Sevgi ilə əlaqəsi olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs dayısı oğludur, Valehlə heç bir düşmənçiliyi olmamışdır. 24 dekabr 2023-cü il tarixdə saat 10 radələrində Valeh onlara gəlmişdir. Həmin vaxtı anası evdə olmamışdır. Həmin vaxtı evdə azyaşlı oğlu ilə tək olmuşdur. Valehə anası evdə olmadığını, evdə tək olduğunu, buna görə çıxıb getməsini bildirmişdir. Valeh ona sözü olduğunu, onunla birlikdə getməyini demişdir. Valehdən hara getməyini soruşmuşdur. Valeh də onunla birlikdə qaçmağını demişdir. Valehə yaşı az olduğunu, özünün də az yaşlı uşağının olduğunu demişdir. Valeh ondan yenidən gəlib-gəlmədiyini soruşmuş, o da Valehə gəlmədiyini demişdir. Valeh ona gəlməyəcəyi üçün and içməyini demiş, o da and içdiyindən Valeh bıçağı götürərək onu vurmuşdur. Valeh ona yenidən gəl gedək demiş, o, Valehə onu xəstəxanaya aparmasını demiş, Valeh də ona yox, olmaz demişdir. Valeh sonra onunla bir neçə şəkil çəkdirərək selfi etmişdir. Valeh onu çölə çıxmağa da qoymamış, anasının gəlməsinə yaxın Valeh çıxıb getmişdir. Təxminən saat 13-14 radələrində anası evlərinə gəlmiş, oğlu Camal anasını görən kimi Valehin onu bıçaqla vurmasını anasına demişdir. Sonra hər şeyi anasına danışmışdır. Bundan sonra da anası polis əməkdaşlarına məlumat vermişdir. Anası həmçinin təcili tibbi yardım çağırmış, bundan sonra onu xəstəxanaya aparmışlar. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Valehin onu sevdiyini eşitmişdir, ancaq Valeh ona yaxınlaşaraq onu sevdiyini deməmişdir. Valeh də o, da Təngivan kəndində yaşayırlar. Valeh onlara gəlib-getmişdir, həmin vaxtlarda anası evdə olmuşdur. Özü tək olan zaman Valeh onlara gəlməmişdir. Telefonu olmamışdır. Valehgilin evləri onlara yaxın olmuşdur, Valeh anasının evdən getdiyini görmüşdür. Valehin onu vurduğu bıçaq, onların ev bıçağı olmuşdur. Valeh onun göbəyinin yuxarısından bir bıçaq zərbəsi vurmuşdur. Valeh onu vuran zaman 2021-ci il təvəllüdlü oğlu Camal yanında olmuşdur. Valeh gedəndən bir az sonra anası evə gəlmişdir. Valehin onu bıçaqla vurmasını anasına oğlu demişdir. Oğlu Valehin onu bıçaqla vurmasını dərk etmişdir. Özü anasına deməyə qorxmuşdur. Yarasını Valeh özü bağladığı üçün qan axmamışdır. Yarasını bağlayan zaman yara bintindən istifadə etmişlər. Valehin onun şəkillərini hansı məqsədlə çəkməsini bilməmiş, hətta şəkilin birini Valeh onun özünə çəkdirmişdir. Valehi bağışlamamış, Valehlə barışmaq istəməmiş, Valehdən şikayətçidir. Hadisədən sonra Valeh onun yanında təxminən 4 saat müddət ərzində qalsa da onu xəstəxanaya aparmamışdır. 4 saat müddət ərzində Valeh onun yarasını sarımış, evə kimsənin gəlməməsini gözləmişdir. Valeh yalan ifadə vermişdir, yarasını bağladığı yara binti evlərində olmuşdur, Valeh yara bintini alıb gətirməmişdir. Valeh yarasını bağladıqdan sonra Valehlə birlikdə nənəsigilə getməmişlər. Nənəsigillə danışmamışlar. Valehlə onun arasında sevgi münasibəti olmamış, Valehlə cinsi əlaqədə olmamışdır. ***-***-**-** saylı mobil nömrəsi ona məxsus olmuş ancaq hazırda həmin mobil nömrə işləməmişdir. Həmin nömrə ilə Valehlə danışmış, ancaq Valehlə sevgi barədə danışmamışdır. Valehlə mütəmadi olaraq telefonla danışmamış, Valehlə sevgi mesajları olmamışdır. Valeh onu vurandan sonra onrada yerə yıxılmaq istəmiş, lakin yerə yıxılmamışdır. Valeh onu xəstəxanaya aparmasını ona deməmişdir, əksinə özü Valehə xəstəxanaya aparmasını demiş, lakin Valeh onu xəstəxanaya aparmamışdır. Təcili yardıma anası zəng vurmuşdur. Hadisə olan günü telefonu olmamışdır. Valeh onu bıçaqla vurandan sonra 4 saat onlarda qalan zaman hadisə barədə kiməsə məlumat verməyə imkan verməmişdir. Valeh kiməsə məlumat verməməsi üçün aktiv heç bir hərəkət etməmiş, əllərini tutmamışdır. Sadəcə evdə qalıb, heç kimə deməməsini demişdir. Xəstəxanada cərrahiyyə əməliyyatı edildikdən sonra bir həftə ərzində xəstəxanada yatmış, bundan sonra evə buraxılmışdır. Valeh ona onunla ailə qurmaq istədiyini deməmişdir. Oğlu Camal onların yanına sonradan gəlməmişdir, Valehin onu bıçaqla vurmasını görmüş, qışqırıb ağlamağa başlamışdır. Valeh ona getməyi təklif edən zaman da Camal orada olmuş və söhbətlərini eşitmişdir. Əri Rusiya Federasiyasında evləndiyi üçün ərindən boşanmışdır. Əri onunla evləndikdən sonra Rusiya Federasiyasına çıxıb getmişdir. Əri uşağı ilə danışmış, arada aliment ödəmiş, arada isə ödəməmişdir. Anasının istifadəsində olan telefon nömrəsi ***-***-**-** olmuşdur. Valeh onu vuran zaman paltarlarında qan olmuş, qan yerə də tökülmüşdür. Camalı özü danışdıraraq telefona çəkmiş, sonra isə həmin videonu müstəntiqə təqdim etmişdir. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 24 dekabr 2023-cü il tarixdə əməliyyat qrupunda olmuş, həmin vaxtı “102” xidmətinə bıçaqlanma hadisəsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə getmişlər və Zərərçəkmiş şəxs qarın boşluğundan bıçaq yarası alaraq evində uzandığını görmüşlər. Hadisə yerinə gedən zaman onlar təcili tibbi yardıma da zəng vurmuşlar. Təcili yardımda hadisə yerinə gəlmişdir. İlkin söhbət zamanı müəyyən etmişlər ki, aralarında yaranmış şəxsi mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarın boşluğundan bıçaqlamışdır. Zərərçəkmiş şəxs təcili yardım maşınına mindirmişlər, həmin vaxtı hadisə yerinə əlavə polis əməkdaşları da gəlmişlər. Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edərək saxlamışlar, Təqsirləndirilən şəxslə danışmışlar, X20 Əzimovanı bıçaqla vurduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun bıbısı qızı olduğunu, aralarında mübahisə olduğunu və mübahisə zamanı əsəbləşərək onu vurduğunu demişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında yaranan mübahisənin səbəbini onlara deməmişdir. Təqsirləndirilən şəxs gətirərək raport tərtib edib istintaq bölməsinə təhvil vermişlər. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, “102” məlumatını Zərərçəkmiş şəxs anası Balanaz vermişdir. Təcili yardıma məlumat vermişlər, təcili yardıma hara gəlməsini özləri telefon vasitəsi ilə demişlər. Balanazın təcili yardıma da məlumat verməsini bilməmişdir. Onlar hadisə yerinə çatan zaman oraya çoxlu sayda adamlar toplaşmışlar. Hadisə yerinə çatandan sonra Zərərçəkmiş şəxsgilin evlərinə toplaşmış adamları çölə çıxarmışlar, onları içəri girməyə qoymamışlar. Bundan sonra orada təkcə anası Balanaz qalmışdır. Zərərçəkmiş şəxs qarın boşluğuna əski parçası qoymuşdular. Sonradan istintaq dövründə eşitmişdir ki, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında sevgi münasibətləri olmuş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qısqanaraq vurmuşdur. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, subaydır, yaşdıqları evə gedən yol Zərərçəkmiş şəxsgilin yaşdıqları evin yanından keçir. Zərərçəkmiş şəxs ilə əlaqəsi olmamış, Təqsirləndirilən şəxs ona şər atmışdır. Təqsirləndirilən şəxs ona görə Zərərçəkmiş şəxs qısqanaraq bıçaqla vurmuşdur. Telefon nömrəsi ***-***-**-** olmuş, başqa nömrəsi olmamışdır. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, 24 dekabr 2023-cü il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin pəncərəsinin qarşısında olmamışdır. Təqsirləndirilən şəxs bununla bağlı yalan ifadə vermişdir. 24 dekabr 2023cü il tarixdə yaşadığı evdə olmuşdur. Zərərçəkmiş şəxs yaşadığı evlə onun yaşadığı evin arası təxminən 300 metr olmuşdur. Zərərçəkmiş şəxs ilə onun arasında heç vaxt telefon əlaqəsi olmamışdır. Dindrilmiş şahid X6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Valeh anadan olandan küçələrdə olmuş, Valehin atası və anası boşanmışlar, Valeh onlarda da qalmışdır. 2003-cü ildə əri öləndən sonra tək işləyərək Sevgini və digər qızını böyütmüşdür. X19 istəyirdi alardı, gərək Sevgini bıçaqla vurmayaydı. Sevgi ölsəydi uşağına kim baxacaqdı. Evə gələndə Sevgi ona heç nə deməmişdir. Camal gələrək Valehin ansının qarnına bıçaqla vurduğunu demişdir. Bundan sonra Sevginin rənginin dəyişdiyini görmüş, Sevgidən ona nə olduğunu soruşmuşdur. Sevginin köynəyini qaldırdıqda yapışqanla (skoç) bağlandığını görmüşdür. Həmin vaxtı təxminən saat 14:00 olardı o, “102” xidmətinə və təcili yardıma zəng vuraraq məlumat vermişdir. Həkimlər gəlmişlər və Sevgini xəstəxanaya aparmışlar. Valeh Sevgini vurandan sonra onun şəklini çəkmişdir, Valehin məqsədinin nə olmasını bilməmişdir. Əgər həmin vaxtı Valehi tutsaydı, Valehin başını kəsərək öldürərdi. Valeh Sevgini pozğun yerinə qoymuşdur. Verilən suallara cavab olaraq şahid Balanaz Mirzəyeva bildirmişdir ki, Valehə ögey anası da baxmamışdır. Valehin qardaşının biri fermada yaşır. Valeh Sevgini bıçaqladıqdan sonra Valehin atası olan qardaşını danışdırmamışdır. Valehin Sevgini istəməsini bilməmiş, bu barədə heç kim ona bir söz deməmişdir. X19 sevdiyini ona desəydi, Valehə əsgərliyə gedib-gəlməsini, sonra Sevgi ilə ailə quraraq onlarda yaşamasını deyərdi. Sevgi də ərindən boşanmışdır, cavan gəlindir, yenidən ailə qurmalıdır. Evə gələn zaman Sevgi ona Valehin getdiyini demişdir. Sevgi onun telefonundan istifadə etmişdir. Hər gün saat 9-da yola çıxaraq işə gedir. Valehin Sevgini bıçaqlamasını Camal ona demişdir, həmin bıçağı polis əməkdaşları götürərək aparmışlar. Hadisə olan zaman evdə olmamış, yəqin ki, Camal anasının yanında olmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3, 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Balanaz Mirzəyeva ibtidai istintaq zamanı verdiyi ifadəsində demişdir ki, Lənkəran rayonu Təngivan kəndində özünə məxsus olan evdə qızı və nəvəsi ilə birlikdə yaşayır. X21 2005-ci ildə dünyasını dəyişmişdir. 24 dekabr 2023-cü il tarixdə, təxminən saat 10 radələrində qardaşı oğlu olan Təqsirləndirilən şəxs onlara gələrək qızı Zərərçəkmiş şəxs onu çox sevdiyini bildirərək onunla birlikdə qaçmağını istəmiş. Sevgi isə ona onunla gəlməyəcəyini, onun yaşının az olduğunu və azyaşlı uşağının olduğunu bildirmişdir. Buna görə də onunla getməyəcəyini bildirmişdir. Bundan sonra Valeh əsəbləşib stolun üzərində olan mətbəx bıçağını götürüb qızı Sevginin qarın boşluğuna tərəf bir dəfə zərbə endirmişdir. Həmin vaxt qızı da Valeh də ayaq üstə olmuşlar. Bundan başqa nəvəsi X7 da hadisənin şahidi olmuş və Valehin qızını bıçaqladığını öz gözləri ilə görmüşdür. Onun endirdiyi bıçaq zərbəsindən sonra bıçağın iti ucu Sevginin qarnının göbək hissəsinin üstündən qarnını deşərək içəri daxil olmuşdur. Həmin vaxt Valeh ona bıçaq zərbəsi endirərəkən o, Valehin əlindən tutsa da zərbə qüvvətli olduğundan qarnını deşərək içəri daxil olmuşdur. Daha sonra qızı Sevgi sol əli ilə bıçağın tiyəsindən tutub bıçağı ondan alıb yerə tullamışdır. Bundan sonra Valeh qızını məcbur etmişdir ki, məlum hadisə barədə heç kimə deməsin. Daha sonra qızının əynindəki paltarların qanlı olduğunu görmüş və yenə qızını məcbur etmişdir ki, paltarları soyunub odun peçinə atsın. Qızı da ondan qorxduğu üçün qanlı paltarları soyunub odun peçinə ataraq yandırmışdır. Daha sonra evdə olan bədən izalenti ilə bıçağın deşdiyi yeri sarımışdır. Bundan sonra Valeh yenə də qızına onu sevdiyini və onunla birlikdə getməyini istəmişdir. Qızı Sevgi isə Valehə onu xəstəxanaya aparmasını demiş, lakin Valeh qızına xəstəxanaya getmək olmaz demişdir. Daha sonra Valeh evi tərk edərək getmişdir. Bundan sonra günorta təxminən saat 14 radələrində nəvəsi Camal onun evə gəlməyindən sonra Valehin onlara gələrək qızı Zərərçəkmiş şəxs bıçaqla vurduğunu ona bildirmişdir. Bundan sonra o, qızı Zərərçəkmiş şəxs nə baş verdiyini soruşmuşdur. O, da olanları ona danışmış, bundan sonra o, Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək bu barədə polisə məlumat vermişdir. Daha sonra Lənkəran ŞRPŞ-nin əməkdaşları onlara gələrək məlum hadisə ilə bağlı onu və qızını şifahi sorğu-sual etmişlər. Daha sonra təcili tibbi yardım gəlib qızı Zərərçəkmiş şəxs Lənkəran RMX-na aparmış, orada qızı Zərərçəkmiş şəxs əməliyyat edərək bıçağın deşdiyi yeri tikmişlər. Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs bıçaqlayarkən qızına bir dəfə bıçaqla zərbə endirərək xəsarət yetirmişdir. Həmin hadisə nəticəsində onlara dəymiş maddi ziyan təxminən 400 manat olmuşdur. Belə ki, qızını əməliyyat etdikdən sonra onun üçün aldığı dava-dərmanlara görə ümumilikdə 400 manat pul xərcləmişdir. İfadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq şahid Balanaz Mirzəyeva bildirmişdir ki, latin qrafikalı əlifba ilə yazıb-oxuya bilməmiş, 15 yanvar 2024-cü il tarixdə Lənkəran ŞRPŞ-də olmamış və ifadə verməmişdir. Ancaq təqdim olunan ifadədəki imza özünə məxsusdur. Polis əməkdaşına yalnız hadisə günü, yəni Sevgi xəstəxanaya aparılan zaman ifadə vermişdir. Müstəntiq ifadə yazandan sonra ona oxumuş, ancaq ifadəsində bəzi sözlər artıq yazılmışdır. Hadisə günü saat 14 radələrində evinə gəlmişdir. Hadisədən sonra Sevgiyə əgər Valeh səni sevirdisə onunla gedərdin demişdir. Şahid3 qonşularıdır, əvvəllər Vüqarın telefonuna zəng etməmişdir, ancaq son vaxtlar sel gələn zaman zəng vurmuşdur. Vüqar onlara gəlibgetməmişdir. Vüqarın yaşadığı evə gedən yol onların evinin yanından keçmişdir. Vüqarı heç vaxt qapısının ağzında dayanan görməmişdir. Məhkəmə istintaqı zamanı azyaşlı şahid X7 heç bir, o cümlədən hadisə barədə hər hansı bir söz deməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3, 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Camal Abdullayev ibtidai istintaq zamanı verdiyi ifadəsində demişdir ki, Lənkəran rayonu, Təngivan kəndində anasıyala və nənəsiylə birlikdə yaşamışdır. 24 dekabr 2023-cü il tarixdə saat 10 radələrində Valeh onlara gəlmiş və anası Sevgi ilə aralarında mübahisə baş vermişdir. Bu vaxtı Valeh bıçaqla anasına zərbə endirmişdir. Daha sonra anasının qarnından qan axmağa başlamışdır. Həmin vaxtı qorxaraq ağlamağa başlamışdır. Daha sonra Valeh onu evlərinin başqa otağına salmışdır. Camal Abdullayev ibtidai istintaq zamanı ifadəsində Təqsirləndirilən şəxs ananız Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirmişdirmi və hadisəyə görə kənd camaatından hadisə yerinə gələnlər olmuşdurmu suallarına isə cavab verə bilməmişdir. Dindrilmiş şahid X12 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımış, ancaq hadisə olan günü, o cümlədən heç vaxt Valehə bint, skoç və leykoplastr satmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması, zərərçəkmiş şəxs qismində tanınması və icraata qəbul edilməsi haqqında” 25 dekabr 2023-cü il tarixli qərardan görünür ki, 24 dekabr 2023-cü il tarixdə Lənkəran rayonu, Təngivan kənd sakini X1 ***-***-**-** saylı mobil nömrə ilə Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək, qardaşı oğlu Valehin bıçaqla evli olan qızı Zərərçəkmiş şəxs qarın boşluğuna xəsarət yetirməsi barədə məlumatı, həmçinin “Lənkəran Şəhər Mərkəzi Xəstəxanası” X16 Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin X11 Əzimovaın qarın divarının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olması barədə daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.1-17) -“hadisə yerinə baxış keçirilməsi haqqında” 24 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu, Təngivan kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin giriş qapısının qarşısı, evin içərisidir.(i.v.6-9) -“əşyaya baxış keçirilməsi və götürmə haqqında” 24 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən bıçağın ümumi uzunluğu 32 sm, tiyəsinin uzunluğu 21 sm, dəstəyinin uzunluğu isə 11 sm-dir. Bıçağın tiyəsi gümüşü rəngli metal və dəstəyi plastik materialdan ibarətdir. Bıçağın tiyə hissəsində heç bir işarə aşkarlanmadı, dəstək hissəsi bir hissəsi ağ rəngli bir hissəsi isə qara rənglidir. Bıçağın tiyə və dəstək hissəsində qan və ya digər ləkə izləri aşkar edilmədi. Balanaz Mirzəyeva bildirmişdir ki, təqdim etdiyi bıçaq ona məxsusdur. Həmin bıçaq onun evində olan mətbəx bıçağıdır. Təqsirləndirilən şəxs həmin bıçaqla onun qızı Zərərçəkmiş şəxs bıçaqlamışdır. Təqdim olunan və görütülümüş bıçağa baxış keçirilən zaman fotoçəkilişdən istifadə olunaraq protokola əlavə olunmuşdur.(i.v.13-14) -“şübhəli şəxsin tutulması haqqında” 24 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan həmin tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v.19) -“qanuni nümayəndəsi qismində tanınma haqqında” 24 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Lənkəran şəhər İcra Hakimiyyətinin Qəyyumluq Komisiyyası Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır.(i.v.20) -“qanuni nümayəndəsi qismində tanınma haqqında” 24 dekabr 2023-cü il tarixli qərardan görünür ki, X8 yetkinlik yaşına çatmayan şəxs olan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır.(i.v.23-24) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan olunmuş və Lənkəran Rayon Məhkəməsinin həmin tarixli, 4(049)-332/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilmişdir. Heç vaxt məktəbə getməmişdir. Zərərçəkmiş şəxs bibisi qızıdır. Aralarında sevgi münasibətləri yaranmış, qısqanclıq zəminində Zərərçəkmiş şəxs sonuncunun yaşadığı evdə mətbəx bıçağı ilə vurmuşdur. Zərərçəkmiş şəxs barışmamışdır. Barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir.(i.v.52-53,68-72) -“məhkəmə-tibbi ekspertizası”nın 30 yanvar 2024-cü il tarixli, 80 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində-qarın boşluğuna nüfuz edən, daxili və xarici qanaxma ilə müşaiyyət olunan qarının bir ədəd kəsilmiş-deşilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarət kəsici-deşici əşyanın təsirindən törənmişdir, o cümlədən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, 24 dekabr 2023-cü il tarixdə iti kənarlı və ya uclu alətlə (ola bilsin bıçaqla) qarın nahiyəsinə vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərə vurmaya aiddir.(i.v.84-86) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasından daxil olmuş 05 mart 2024-cü il tarixli, 934 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil.(i.v.104) -“baxış keçirilməsi və götürülmə aparılması haqqında” 05 mart 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs azyaşlı oğlu Camal Abdullayev videogörüntüdə anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqla qarın nahiyəsindən vurularaq xəsarət yetirilməsini bildirmişdir.(i.v.105-106) -“zərərçəkmi şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadələrində göstərdiklərinin doğruluğunu bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs tərəfindən ona qarşı törədilmiş cinayət əməlinin necə və hansı şəraitdə törədildiyini əyani olaraq göstərmişdir.(i.v.107-111) -Lənkəran Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 4(049)-61/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay müddətinə, yəni 24 aprel 2024-cü il tarixə, saat 18:30-dək uzadılmışdır.(i.v.116-117) -“ambulator məhkəmə psixiatrik ekspertizası”nın 01 aprel 2024-cü il tarixli, 834 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs psixiatrik müəssisələrə müarciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət törədən zaman öz hərəkətlərini ölçübbiçmək və ona cavab vermək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür.(i.v.123-125) -09 aprel 2024-cü il tarixli Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ifadələri arasında ziddiyyətlər yarandığından onlar arasında üzləşdirmə-dindirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.(i.v.131-132) -“məhkəmə-ballistik ekspertizası”nın 01 aprel 2024-cü il tarixli, 3-16-16/2-3/472 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan təyinatını dəyişən düzəlişlər edilməmişdir.(i.v.133-134) -17 aprel 2024-cü il tarixli Təqsirləndirilən şəxs ilə Şahid3 ifadələri arasında ziddiyyətlər yarandığından onlar arasında üzləşdirmə-dindirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Vüqar Əliyev ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.(i.v.138-139) -“sübutların qiymətləndirilməsi və cinayət əməlinin hüquqi tövsifi haqqında” 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi həmin Məcəllənin 126.2.3 və 126.2.4-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi 01 (bir) ədəd bıçaq maddi sübut qismində tanınmış saxlanılması üçün Lənkəran ŞRPŞ-nin silahların saxlama otağına təhvil verilmiş, Camal Abdullayevin anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanaraq xəsarət yetirməsi barədə məlumat verdiyi və həmin vaxt videogörüntü şəklində qeydə alınmış, videogörüntülərin olduğu 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır.(i.v.143-150) -“ibtidai istintaq müddətinin uzadılması barədə” 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, Lənkəran ŞRPŞ-nin İB-də Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay-6 aya kimi, yəni 25 aprel 2024-cü il tarixdən 25 iyun 2024-cü il tarixədək uzadılmışdır.(i.v.160-161) -Lənkəran Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 4(049)-73/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay müddətinə, yəni 24 may 2024-cü il tarix, saat 18:30-dək uzadılmışdır.(i.v.116-117) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə yenidən ittiham elan olunmuşdur.(i.v.167-168) Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Beləliklə, məhkəmədə mübahisəsiz surətdə obyektiv olaraq təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs 24 dekabr 2023-cü il tarixdə saat 10 radələrində həmkəndlisi olan bibisi qızı Zərərçəkmiş şəxs yaşadığı Lənkəran rayonu, Təngivan kəndində yerləşən evə gedərək sonuncuya onu sevdiyini bildirib həmkəndlisi Şahid3 ilə əlaqəsinin olubolmamasına dair soruşması nəticəsində aralarında yaranmış sözlü mübahisə zamanı evin qonaq otağındakı masanın üzərində olan mətbəx bıçağını əlinə götürüb Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona yetirdiyi anda insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid qarın boşluğuna nüfuz edən, daxili və xarici qanaxma ilə müşayiət olunan qarının 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarasından ibarət xəsarət yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət Prosessual Məcəllənin 139-cu maddəsi bu normada göstərilmiş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Hazırkı iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlinə şamil edilməli olan Cinayət Məcəlləsinin normaları xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərərvurmanı nəzərdə tutan Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələridir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs hərəkətində “xüsusi amansızlıq” əlamətinin olması barədə fikrini onunla əlaqələndirmişdir ki, yaxın qohumu hesab edilən-13 mart 2021-ci il təvəllüdlü oğlu X3 orada olmasına əhəmiyyət verməyərək onun gözü qarşısında Təqsirləndirilən şəxs oradan götürdüyü bıçaqla Zərərçəkmiş şəxs bir dəfə zərbə vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid qarın boşluğuna nüfuz edən, daxili və xarici qanaxma ilə müşayiət olunan qarının 1 (bir) ədəd kəsilmiş-deşilmiş bədən xəsarəti yetirmişdir. İbtidai istintaq orqanı “xüsusi amansızlıq” əlamətini yalnız uşağın orada olması, hadisənin onun gözü qarşısında baş verməsi ilə qiymətləndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsində göstərilmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayətprosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı (124.1.1); hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir (124.1.2). Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri (124.2.1); ekspertin rəyi (124.2.2); maddi sübutlar (124.2.3); istintaq və məhkəmə hərəkətlərinin protokolları (124.2.4); digər sənədlər (124.2.5). Həmin Məcəllənin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1); zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3); cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə (125.2.4); cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə (125.2.5); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (125.2.6); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7); sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda (125.2.8); məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda (125.2.9); müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda (125.2.10). Məhkəmə istintaqı zamanı şahid Camal Abdullayev verilmiş heç bir suala cavab verməmiş, baş vermiş hadisə barədə fikirlərini ifadə etməmişdir. Camal Abdullayev ibtidai istintaq zamanı verdiyi ifadəsində “Lənkəran rayonu, Təngivan kəndində anası və nənəsi ilə birlikdə yaşamışdır. 24 dekabr 2023-cü il tarixdə saat 10 radələrində Valeh onlara gəlmiş və anası Sevgi ilə aralarında mübahisə baş vermişdir. Bu vaxtı Valeh bıçaqla anasına zərbə endirmişdir. Daha sonra anasının qarnından qan axmağa başlamışdır. Həmin vaxtı qorxaraq ağlamağa başlamışdır. Daha sonra Valeh onu evlərinin başqa otağına salmışdır” göstərməsinə məhkəmə tərkibi tənqidi yanaşaraq qeyd edir ki, sözügedən ifadə zamanı sərbəst şəkildə ifadən verən Camal Abdullayevin müstəntiq tərəfindən verilmiş Təqsirləndirilən şəxs ananız Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirmişdirmi və hadisəyə görə kənd camaatından hadisə yerinə gələnlər olmuşdurmu suallarına isə cavab verə bilməməsi, ifadəsi zamanı daha detallı faktlar, yəni yeri, tarixi, vaxtı, Zərərçəkmiş şəxsmın qarnından qan axması və sair halları göstərməsi və məhkəmə istintaq zamanı danışaraq baş vermiş hadisə barədə nəsə deməməsi həmin ifadənin Camal Abdullyev tərəfində həqiqətən verilməsinə şübhə yaratmışdır. Bundan əlavə Cinayət-Prosessual Məcəlləsinin 228.2-ci maddəsinə əsasən 14 yaşınadək, müstəntiqin mülahizəsinə görə isə 16 yaşınadək olan yetkinlik yaşına çatmamış şahidin dindirilməsi müəllimin, zəruri hallarda isə həkimin və onun qanuni nümayəndəsinin iştirakı ilə aparılır. Cinayət işinin materiallarında olan 99-101 səhifələrində olan “şahidin dindirilməsi haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür Camal Abdullayev şahid qismində dindirilən zaman müəllim iştirak etməmiş, yalnız cinayət işi üzrə zərərçəkmiş şəxs olan qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirak etmişdir. Göründüyü kimi Camal Abdullayev şahid qismində dindirilən zaman Cinayət-Prosessual Məcəlləsinin tələbərinə əməl edilməmişdir. Məhkəmə tərkibi həmçinin cinayət işinin materiallarının 105-106-cı səhifələrində olan “baxış keçirilməsi və götürülmə aparılması haqqında” 05 mart 2024-cü il tarixli protokola və həmin protokolla baxış keçirilmiş Zərərçəkmiş şəxs azyaşlı oğlu Camal Abdullayevi hadisə ilə bağlı danışdıraraq qeydə aldığı videogörüntüyə tənqidi yanaşaraq bildirir ki, sözügedən vidoeçəkliş aparılan zamanı prosessual qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(d) yarımbəndinə görə, təqsirləndirilən şəxs məhkum edilməmişdən əvvəl ona qarşı irəli sürülən bütün sübutlar çəkişmə prinsipinin təmin olunması məqsədilə açıq iclas zamanı onun iştirakı ilə təqdim olunmalıdır. Bu prinsipdən istisnalar mümkün olsa da onlar müdafiə hüquqlarını pozmamalıdır. Bu zaman bir qayda olaraq təqsirləndirilən şəxsə ona qarşı ifdə verən şahidə (ya həmin şəxs ifadə verərkən, ya da məhkəmə icraatının daha sonrakı mərhələsində) etiraz etmək və onu dindirmək üçün adekvat və lazimi imkanın verilməsi tələb olunur. Qeyd edilən ümumi prinsipdən iki tələb yaranır. Əvvəla, şahidin iştirak etməməsi üçün üzürlü səbəb olmalıdır. İkincisi, ittiham yalnız və ya həlledici dərəcədə təqsirləndirilən şəxsin istintaq müddətində və ya məhkəmədə dindirmək və ya dindirilməsinə nail olmaq imkanı əldə etmədiyi hər hansı şəxs tərəfindən verilmiş şahid ifadələrinə əsaslanarsa, mümkün hüquqları 6-cı maddənin verdiyi təminatlara zidd olacaq dərəcədə məhdudlaşdırılmış olur. Ədalətli məhkəmə araşdırması hüququnun demokratik cəmiyyətdə tutuduğu yeri nəzərə alsaq, müdafiə hüquqlarını məhdudlaşdıran hər hansı tədbir qəti surətdə zəruri olmalıdır. Təqsirləndirilən şəxsin hakimin iştirakı ilə vacib bir şahidlə üzləşmək imkanı ədalətli məhkəmə araşdırmasının mühüm elementidir. Hazırkı işdən göründüyü kimi məhkəmə tərkibi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə məhkəmə məsuliyyətinə verilməsinə səbəb olmuş azyaşlı şahid Camal Abdullayevi Təqsirləndirilən şəxs iştirakı ilə dindirməyə səy göstərmiş, lakin azyaşlı şahid Camal Abdullayev verilmiş heç bir suallara cavab verə bilməmişdir. Həmçinin məhkəməyə təqdim olunmuş ittiham aktından görünür ki, ibtidai istintaq orqanı cinayət əməlinin daha ağır maddə ilə tövsif olunmasında tək sübut olan azyaşlı şahid Camal Abdullayevin məhkəmədə dindirilməsini şahid qismində təklif etməmişdir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(d) yarımbəndi məhkəmədən əvvəl ifadə vermiş şahidlərin çarpaz dindirilməsi imkanının təmin edilməsini yalnız o zaman tələb edir ki, bu ifadə ittihamın müəyyən olunmasında yeganə və ya həlledici rola malik olsun. Məhkəmə tərkibi şahid Balanaz Mirzəyevanın ibtidai istintaq zamanı ifadəsi alınan zaman prosessual qanunvericliyin tələblərinə əməl edilməməsinə də təqidi yanaşır, həmçinin şahid özü məhkəmə istintaqı zamanı latin qrafikalı əlifba ilə yazıb-oxuya bilmədiyini, 15 yanvar 2024-cü il tarixdə Lənkəran ŞRPŞ-də olmadığını və ifadə vermədiyini bildirmişdir. Şahid Balanaz Mirzəyevanın ibtidai istintaq zamanı verdiyi ifadəsi Cinayət-Prosessual Məcəlləsinin 125.2.7-ci maddəsində göstərilən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda tələbləri pozulmaqla alınmışdır. Cinayət işinin materiallarının 76-78-cui səhifələrinə əlavə olunmuş şahid Balanaz Mirzəyevanın ibtidai istintaq zamanı 15 yanvar 2024-cü il tarixdə saat 11:00-dan saat 12:00-dək şahid qismində verdiyi ifadəsində onun latın qrafikalı əlifba ilə oxumağı və yazmağı bacarıb-bacarmadığı yazılmamış və iş üzrə mütəxəssis qismində hər hansı şəxsin iştirak etməsi təmin olunmamışdır. Odur ki, məhkəmə tərkibi hesab edir ki, azyaşlı şahid Camal Abdullayevin və şahid Balanaz Mirzəyevanın ibtidai istintaq zamanı verdikləri ifadələri, şahid Camal Abdullayevin videoçəkliş zamanı dediyi sözlər cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmaqla əldə edildiyindən sübut kimi qəbul edilməməlidir. Məhkəmə tərkibi toplanmış sübutları, ifadələri ilə müqayisə edib qiymətləndirməsi nəticəsində belə qənaətə gəlir ki, baş vermiş hadisə zamanı təqsirləşdirilən şəxs Təqsirləndirilən şəxs azyaşlı Camal Abdullayevə xüsusi əzab və hər hansı iztirab verməmişdir. İş materiallarından göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ibtidai istintaqın yekununda Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə ittiham elan etməklə bağlı nəticəyə gələrkən bu mövqeyini faktiki olaraq yalnız “sübutların qiymətləndirilməsi haqqında” 18 aprel 2024-cü il tarixli qərarında əsaslandırmağa cəhd etmiş və xüsusi amansızlığa tövsif etmənin yeganə əsası olaraq yanız zərərçəkmiş şəxsin yaxın qohumu oğlu-2021-ci il təvəllüdlü Camal Abdullayevin orada olmasına istinad etmiş, törədilmiş cinayətin obyektiv hallarını, cinayətin sübyektini və subyektiv cəhətinin tərəflərini hərtərəfli, tam və obyektiv təhlil edilməmişdir.(i.v.143-150) İbtidai istintaq orqanı tərəfindən törədilmiş qəsdən sağlamlığa ağır zərər vurma hadisəsinin xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma cinayətinə aid edilibedilməməsi məsələsini aydınlaşdırmaq məqsədilə cinayətin subyektiv tərəfinin əlamətlərinin təhlil edilməsi, təqsirləndirilən şəxsin hərəkətləri zamanı yalnız uşağının orada olması faktına münasibəti deyil, eləcə də qəsdən sağlamlığa ağır zərər vurmanın xüsusi amansız olmasına münasibətinin öyrənilməsinin əhəmiyyətli olmasına, təqsirləndirilən şəxsin xüsusi amansızlığa subyektiv münasibətinin qiymətləndirilməsi üçün cinayətin obyektiv hallarının qiymətləndirilməsinə, qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin subyektiv cəhətinin analiz edilməsinə, təqsirləndirilən şəxsin təkcə qəsdən sağlamlığa ağır zərər vurmadan ibarət baş vermiş nəticəyə deyil, həm də qəsdən sağlamlığa ağır zərər vurmaya aid ağırlaşdırıcı halı kimi xüsusi amansızlığa olan psixi münasibətinə dair halları toplanmış sübutlar əsasında düzgün olaraq müəyyən etməmişdir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxs uşağının hadisə zamanı orada olmaları faktı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə və ya zərərçəkmiş şəxsin 2021-ci il təvəllüdlü oğlu Camal Abdullayevə xüsusi ağrı və iztirab vermək niyyətini aşkarlayan, zərərçəkmiş şəxsin yaxın adamına xüsusi əzab vermə xüsusatı kimi qiymətləndirilməməlidir. Məhkəmə tərkibinin həmin fakta məhz bu cür qiymət verməsi cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarına, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən Cinayət-Prosessual Məcəllənin 21.2 və 145.3-cü maddələrinin müddəalarına uyğun olaraq araşdırılıb qiymətləndirilmiş sübutların məcmusuna, onların həqiqi məzmununa uyğun olaraq müəyyən edilmiş faktiki hallara əsaslanır. Cinayət işinin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs məqsədi qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmaq olmuş və həmin məqsədinə çatmışdır. Şərh edilənlərdən göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisəsinin xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma cinayətinə aid edilib-edilməməsi məsələsini aydınlaşdırmaq məqsədilə cinayətin subyektiv tərəfinin əlamətlərinin təhlil edilməsi, Təqsirləndirilən şəxs hərəkətlərinin nəticəsi kimi yalnız zərərçəkmiş şəxsə qəsdən ağır zərər vurma faktına münasibəti deyil, eləcə də qəsdən sağlamlığa ağır zərər vurmanın xüsusi amansız olmasına münasibətinin öyrənilməsi, cinayətin obyektiv hallarının aydınlaşdırılması, qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin subyektiv cəhətinin təhlil edilməsi əhəmiyyətlidir. Hər bir halda Təqsirləndirilən şəxs təkcə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmadan ibarət baş vermiş nəticəyə deyil, həm də qəsdən sağlamlığa ağır zərər vurmanın ağırlaşdırıcı halı kimi xüsusi amansızlığa olan psixi münasibətini müəyyənləşdirmək tələb olunur. Məhkəmə tərkibi hesab edir ki, cinayətin subyektiv cəhətini dəqiq aydınlaşdırmadan əməli xüsusi amansızlıq əlaməti üzrə tövsif etmək səhvlərə aparıb çıxara bilər. Zərərçəkmiş şəxs uşağının yanında qəsdən xəsarət yetirilməsi cinayətinin xüsusi amansızlıqla törədilməsinə o vaxt dəlalət edə bilər ki, həmin xəsarətin lokalizasiyası, yetirilmə mexanizmi, təqsirkarın və zərərçəkmişin qüvvələrinin nisbəti, o cümlədən zərərçəkmiş şəxsin yaxın adamlarına xüsusi əzab verdiyi faktını dərk etdiyi sübut edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarının 8-ci bəndində həmçinin göstərilmişdir ki, xüsusi amansızlıq təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi halda öldürməsində də ifadə oluna bilər. Bu halda təqsirkar seçdiyi üsulla zərərçəkmiş şəxsin yaxın adamlarına xüsusi əzab verdiyini dərk etməlidir. Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır xəsarəti, aralarında yaranmış mübahisə zamanı ani vaxt ərzində yetirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsindən əvvəl həmin cinayəti törətməyi planlaşdırmamış, cinayət əməlini törətmək üçün hər hansı üsul fikirləşməmiş, Zərərçəkmiş şəxs bıçaqla vuran zaman həmin cinayətkar hərəkətin zərərçəkmiş şəxsin uşağına xüsusi əzab verdiyini dərk etməmiş və ya həmin halı dərk etməsi üçün vaxtı belə olmamış, habelə Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmaq niyyətində olmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərini təhlil edərək qiymətləndirməmiş, bu isə istintaq orqanının düzgün nəticəyə gəlməməsinə səbəb olmuşdur. Hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs niyyətinin qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran zaman onun uşağına əzab verməklə xüsusi amansızlıq etməsinə yönəlməsini təsdiq edə biləcək heç bir sübut mövcud deyildir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evdə sözlə mübahisənin yaranması, Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurması prosesi cinayət işinin materiallarına əsasən qısa müddət ərzində olmuş, xəsarətin xarakteri və lokalizasiyası da birbaşa onu təsdiq etmişdir. İş üzrə müəyyən edilmiş bütün bu xüsusatlar isə Təqsirləndirilən şəxs niyyətinin birbaşa və ya dolayı qəsdlə Zərərçəkmiş şəxs uşağına xüsusi iztirabların yetirilməsinə deyil, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaya yönəlməsinə dəlalət edən yekdil və təkzib edilməz hallardır. Təqsirləndirilən şəxs niyyətinin məhz qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran zaman uşağına xüsusi əzab verməsini təsdiq edən məlumatlar ümumiyyətlə cinayət işinin materiallarında mövcud deyildir və ibtidai istintaq orqanı tərəfindən həmin məlumatlar müəyyən edilməmişdir. Məhkəmə tərkibi həmçinin bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmaq üçün seçdiyi üsul, hadisənin ani zamanda təsadüfü halda və məkanda baş verməsi, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hadisə anında olduqları qarşılıqlı vəziyyətləri, xəsarətlərin xarakteri və lokalizasiyası, zərərçəkmiş şəxsin uşağına xüsusi əzab vermək niyyətinin olmaması, Camal Abdullayevin məhkəmə istintaqında ifadə verə bilməməsi, habelə işin digər faktiki halları da nəzərə alınmaqla hazırkı iş üzrə qəsdən sağlamlığa ağır zərər vurma prosesinin baş verdiyi qısa müddət ərzində xüsusi amansızlığın reallaşdırılmasının mümkünlüyünün israr edilməsi əsassızdır və obyektiv həqiqəti özündə ifadə etmir. Həmçinin iş materiallarından göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ibtidai istintaqın yekununda Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham elan etməklə bağlı nəticəyə gələrkən bu mövqeyini faktiki olaraq yalnız “sübutların qiymətləndirilməsi haqqında” 18 aprel 2024-cü il tarixli qərarında əsaslandırmağa cəhd etmiş və xuliqanlıq niyyətinə tövsif etməyə əsas olaraq “Təqsirləndirilən şəxs 24 dekabr 2023-cü il tarixdə saat 10 radələrində həmkəndlisi olan bibisi qızı Zərərçəkmiş şəxs yaşadığı Lənkəran rayonu, Təngivan kəndində yerləşən evə gedərək sonuncuya onu sevdiyini bildirib, birlikdə qaçmağı təklif edərkən Zərərçəkmiş şəxs ona yaşına görə kiçik olması və özünün azyaşlı uşağının olması səbəbindən təklifini qəbul etmədiyini deməsindən əsəbiləşərək, bu bəhanə ilə, əslində isə istənilən məsələni zor gücünə həll etmək iqtidarında olduğunu nümayiş etdirib, öz şəxsiyyətini başqasının şəxsiyyətinin fövqündə qoyaraq, özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edib, etik normalara zidd olaraq, heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə” baş vermiş hadisəni heç bir əsaslı səbəb olmadan törətməsi ilə qiymətləndirmişdir. Hansı ki, iş materiallarından, təqdim edilmiş ittiham aktının nəticə hissəsinin məzmunundan və məhkəmə tərəfindən müəyyən edilmiş obyektiv həqiqətdən göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı Lənkəran rayonu, Təngivan kəndində yerləşən evə gedərək sonuncuya onu sevdiyini bildirib həmkəndlisi Şahid3 ilə əlaqəsinin olub-olmasını soruşması nəticəsində aralarında yaranmış sözlü mübahisə zamanı evin qonaq otağındakı masanın üzərində olan mətbəx bıçağını əlinə götürüb Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona yetirdiyi anda insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid qarın boşluğuna nüfuz edən, daxili və xarici qanaxma ilə müşayiət olunan qarının 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarasından ibarət xəsarət yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Həmçinin "xxxx" MMC-dən götürülmüş Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə və zərərçəkmiş Zərərçəkmiş şəxs anası şahid Balanaz Mirzəyevanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərdən görünür ki, həmin nömrələr arasında mütəmadi olaraq günün müxtəlif vaxtlarında telefon danışıqları olmuşdur. Şərh edilənlərdən göründüyü kimi baş vermiş hadisənin səbəbi olmuş, məhz həmin səbəb nəticəsində yaranmış mübahisə gedişində cinayət hadisəsi baş vermişdir. Təqsirləndirilən şəxs cinayətkar hərəkətləri ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyma, ətrafdakılara qarşı laqeyidlik ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörməksizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmaya yönəlməmiş, qeyd edilən hərəkətləri olmamış, aralarında yaranmış sözlü mübahisə zamanı hadisələrin inkişaf fonunda cinayət əməlini törətmişdir. Xuliqanlıq niyyətinin mahiyyəti ilə bağlı məhkəmə tərkibi bu qənaətdədir ki, xuliqanlıq niyyəti ilə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, eləcə də əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığından, qəddarlığından, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobut hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissəsinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əgər digər motivlər xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmanın tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edilməlidir. Qəsdən sağlamlığa ağır zərər vurmada motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın cinayət əməlini törətməmişdən əvvəlki, cinayət əməlini törədən zaman və cinayəti törətdikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Nəzərə alınmalıdır ki, xuliqanlıq niyyəti ilə adam öldürmə həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Motivin müəyyən edilməməsi əməlin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurma kimi tövsif edilməsinə əsas vermir. Motiv cinayət tərkibinin elementlərindən biridir, hər bir iş üzrə müəyyən edilmiş bütün halların məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin motivsiz tərədilməsi qeyri-mümükdür. Motivin müəyyən edilməməsi tam və hərtərəfli məhkəmə araşdırmasının nəticəsi olaraq ortaya çıxmalıdır. Hər bir halda, əgər motiv müəyyən edilməmişdirsə, təqsirkarın əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri). Həmin plenum qərarında göstərilmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 2009-cu il 12 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Cinayət-Prosessual Məcəlləsində daha geniş əks olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühim və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Cinayət-Prosessual Məcəlləsinin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında göstərmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır (Landvreugd Hollandiyaya qarşı iş üzrə 2002-ci il 4 iyun tarixli, Brumaresku Rumıniyaya qarşı iş üzrə 1999-cu il 28 oktyabr tarixli Qərarlar). Təqsirləndirilən şəxs hərəkətlərində “xüsusi amansızlıq” və “xuliqanlıq niyyətinin” əlamətlərinin olmasına hüquqi qiymət verilən zaman məhkəmə tərkibi həmçinin nəzərə almalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (Maddə 21.1). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (Maddə 21.2). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (Maddə 21.3). Məzmununa görə, yəni CPM-nin bəzi digər normaları, o cümlədən 138.2, 139.0.4, 233.11, 351.1-351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi, Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kimi çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin Qaritski Polşaya qarşı iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəlillərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Habelə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Təqsiri qanun əsasında sübut ediləndək şəxsin təqsirsiz hesab edilməsi prinsipi cinayət prosesinin ən vacib təminatlarından biridir. Bu birinsip beynəlxalq hüquqda və əksər dövlətlərin hüququnda, o cümlədən bizim dövlətin hüququnda tanınan prinsipdir. X4 Hüquqlar haqqında Xartiyasının 48-ci maddəsinə əsasən ittiham edilən hər bir kəs təqsiri qanuna əsasən sübuta yetirilməyənə qədər təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası icraatın ümumi ədalətliliyini təmin etməyə çalışan geniş anlayışdır. Prosessual təminat kimi təqsirsizlik prezumpsiyası sübutetmə yükünə, şübhəli və ya təqsirləndirilən şəxsin təqsirinə ictimai istinadlara, təqsirləndirilən şəxsin təqdimatına və özünü ittiham etməmək hüququna təsir göstərir. İkinci aspektdən baxdıqda isə təqsirsizlik prezumpsiyası cinayətə görə bəraət almış və ya barəsində icraat davam etdirilməmiş şəxsləri dövlət məmurları və ya hakimiyyət orqanları tərəfindən sanki təqsirli kimi rəftar edilməkdən qoruyur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Karelin Rusiyaya qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin təqsirinin müəyyən edilməsi üçün sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Frumkin Rusiyaya qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, təqsir məsələlərinə dair hər hansı şübhə şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə olmalı, yəni “in dubio pro reo” prinsipi tətbiq edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Telfner Avstriyaya qarşı” qərarından görünür ki, sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kapo Belçikaya qarşı” qərarında qeyd edilmişdir ki, sübütetmə yükü məhkəmə işinə xitam verilməsi barədə yekun qərardan sonra zərərin ödənməsi üzrə məhkəmə işində də tərsinə çevrilə bilməz. Təqsirsizlik prezumpsiyası bütövlükdə cinayət prosesini tənzimləyir. Şəxsin cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan onun cinayət törətməsi barədə yekun qərarın qəti müəyyən edilməsinə qədər cinayət prosesinin bütün mərhələlərində tətbiq edilir. Şəxs cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan, hətta şəxs bu şübhə barədə məlumat verilməmişdən əvvəl, o təqsirsiz hesab edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Nestak Slovakiyaya qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, məhkəməyədək icraat zamanı həbs qətimkan tədbirin seçilməsi barədə qərarlar məhkəmədə müəyyən edilməmişdən əvvəl şəxsin təqsiri ilə bağlı qəti rəyə əsaslanarsa, təqsirsizlik prezumpsiyasının pozulması sayıla bilər. Məhkəmə tərkibi digər bir məqamı da qeyd edir ki, ibtidai istintaq orqanı hələ 25 dekabr 2023-ci il tarixdə “cinayət işinin başlanması, zərərçəkmiş şəxs qismində tanınması və icraata qəbul edilməsi haqqında” qərar qəbul edilərkən hadisənin baş vermə səbəbi və harada olması artıq müəyyənləşdirilmiş və həmin qərarda da bu xüsusat birbaşa əksini tapmış, bununla xüsusi amansızlığa və xuliqanlıq niyyətinə dəlalət etmədiyi qənaəti ilə əsaslı olaraq cinayət işi Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə başlanmışdır. Təqsirləndirilən şəxs 24 dekabr 2023-cü ildə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmkdə şübhəli şəxs qismində tutulmuş, 26 dekabr 2023-ci ildə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İbtidai istintaqın bütün sonrakı mərhələsində, yəni sübutlar qiymətləndirilib Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə ittiham olunması qərarı qəbul edilməsi anınadək əməlin “xüsusi amansızlıqla” və “xuliqanlıq niyyəti” ilə törədilməsini təsdiq edə biləcək heç bir sübut əldə olunmamışdır. Həmçinin həmin mərhələ ərzində ibtidai istintaq orqanına təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələrinə tövsif edilməsi ilə bağlı Zərərçəkmiş şəxs tərəfindən heç bir müraciətdə edilməmişdir. Məhkəmə tərkibinin diqqətini çəkən digər mühüm hal ondan ibarətdir ki, ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktının özündə belə əməlin “xüsusi amansızlıqla” və “xuliqanlıq niyyəti” ilə törədilməsi məqamı ilə bağlı ittiham təsvir edilməmiş, Cinayət-Prosessual Məcəlləsinin 289.4-cü maddəsinin tələbinə əsasən ittiham aktının nəticə hissəsində həmçinin cinayət qanunun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Hazırkı iş üzrə də ittiham aktının həmin hissəsində “Zərərçəkmiş şəxs yaxını olan 13 mart 2021-ci il təvəllüdlü azyaşlı övladı X3 gözləri qarşısında ona xüsusi əzab və iztirab verdiyini dərk edib müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, yəni xüsusi amansızlıqla və “Zərərçəkmiş şəxs yaşadığı Lənkəran rayonu, Təngivan kəndində yerləşən evə gedərək sonuncuya onu sevdiyini bildirib, birlikdə qaçmağı təklif edərkən Zərərçəkmiş şəxs ona yaşına görə kiçik olması və özünün azyaşlı uşağının olması səbəbindən təklifini qəbul etmədiyini deməsindən əsəbiləşərək, bu bəhanə ilə, əslində isə istənilən məsələni zor gücünə həll etmək iqtidarında olduğunu nümayiş etdirib, öz şəxsiyyətini başqasının şəxsiyyətinin fövqündə qoyaraq, özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edib, etik normalara zidd olaraq, heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə” ifadələrinin yazılması ilə kifayətlənilmiş, Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələrində olan və verilmiş ittihamın təsvirinə yazılmış “xüsusi amansızlıq” hərəkətlərinin nədə ifadə olunması, konkret olaraq Təqsirləndirilən şəxs cinayət əməlində “xüsusi amansızlıq” və “xuliqanlıq niyyəti” hərəkətlərinin nədən ibarət olması təsvir edilməmiş, çünki iş materiallarında bununla bağlı hər hansı sübut olmamışdır. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran zaman niyyətinin məhz zərərçəkmiş şəxsin uşağına xüsusi əzab vermək və yaxud bunu arzu etmək, seçdiyi üsulun zərərçəkmiş şəxsin yaxın adamlarına xüsusi əzab verməsini dərk etməsi olmamış, şüurlu surətdə buna yol verməmiş, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin yaxın adamlarına xüsusi əzab) münasibətdə birbaşa (Cinayət Məcəlləsinin 25.2-ci maddəsi) və ya dolayı (Cinayət Məcəlləsinin 25.3-cü maddəsi) qəsdlə hərəkət etməmişdir. Cinayət hadisəsini törədən zaman Təqsirləndirilən şəxs nə düzünə, nə də ki, dolayı qəsdi müəyyən olunmamışdır. Cinayət tərkibinin subyektiv cəhətinə aid zəruri əlamətin müəyyən edilməməsi isə (tövsifedici hala münasibətdə) Cinayət Məcəlləsinin yuxarıda təsvir olunan normalarına, o cümlədən 3-cü maddəsinə, eləcə də “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərinin Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə tövsifini istisna edir. Qeyd olunanlar və digər ağırlaşdırıcı (tövsifedici) əlamətlər olmadan qəsdən sağlamlığa ağır zərər vurma cinayət olaraq məhz Cinayət Məcəlləsinin 126.1-ci maddəsi nəzərdə tutmuşdur. Cinayət-Prosessual Məcəllənin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olmasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 139.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə göstərilən cinayət-prosessual qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Müvafiq ittihamın sübut edilməsinə maneə yaradan şübhələr digər sübut növü ilə aradan qaldırılmadıqda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə hökmündə şəxsin cinayət əməlini törətməkdə təqsiri ehtimal əsasında deyil, yalnız sübutlara əsasən müəyyən edilməlidir. Məhkəmə tərkibi bütün şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olduğundan Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələrindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 318-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlini daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Cinayət Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət Prosessual Məcəllənin 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkiblərinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olması tam sübuta yetirilir. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən verilən 06 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v.87) -Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şovu kənd İƏD-i üzrə nümayəndəliyindən verilmiş 22 fevral 2024-cü il tarixli, 12-35/107 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Şovu kənd İƏDninTəngivan kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v.91- 92) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi halını, məhkumluğunun olmamasını, cəzasını yüngülləşdirən halı yetkinlik yaşına çatmayan şəxs olması (Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsi), cəzasını ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 86.1-ci maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Cinayət Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə tərkibi hesab edir ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydalarının möhkəmləndiriliəsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir. Məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir. Onun həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarışısını alır. Buna görə də cəza təyinetmənin ümumi başlanğıcı cəzanın düzgün fərdiləşdirilməsini və onun səmərəli olmasını təmin edir. Cəzanın düzgün fərdiləşdirilməsi hər bir halda kriminal əməlin düzgün tövsifindən və təqsirləndirilən şəxslərin həmin cinayətləri törədərkən icra etdikləri rollardan asılıdır. Əməlin düzgün tövsifi qanunçuluq prinsipinin tələblərindən irəli gəlir. Düzgün olmayan tövsif, təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına yaxud cinayət etməkdə təqsiri olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın növünün həddinin əsassız olaraq seçilməsinə, bir sıra başqa hüquqi məhdudiyyətlərin tətbiqinə, ya da tətbiq edilməsinə, (məsələn cinayət məsuliyyətindən və cəzadan azad etmənin tətbiqinə, ittiham hökmünün icrası müddətinin həllinə, məhkumluğun ödənilməsinə və sair.) səbəb ola bilər. Buna görə cinayət qanunvericiliyinin tələbələrinə dəqiq və dönmədən riayət edilməli, əməlində cinayət tərkibi olamayan şəxslərin mühakimə olunmasına, eləcə də əməlin düzgün olmayan tövsifi işin vəziyyətini və təqsirkarın şəxsiyyətini nəzərə almadan cəza təyininə yol verilməməlidir. Törədilən cinayət qanuna müvafiq olaraq bu əmələ görə məsuliyyət müəyyən edən maddə ilə dəqiq tövsif edilməli və bu tələbdən kənara çıxmaya yol verilməməlidir. Qüvvədə olan Cinayət Məcəlləsinin 58-ci maddəsi cəza təyinetmənin ümumi müddəalarını müəyyən edir. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarkteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 58-ci maddəsində məhkəmələrin konkret iş üzrə cəza təyin edərkən rəhbər tutmalı olduğu müəyyən tələblər təsbit edilmişdir. Bir sözlə, təyin edilən cəza aşağıdakı tələblərə cavab verməlidir; cəza ədalətli olmalıdır, cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddəsinin sanksiyası ilə müəyyən edilən hüdudda təyin edilməlidir, cəza təyin edərkən ümumi hissənin müddəaları, cinayətin xarakterini və təhlükəlilik dərəcəsi, cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti, cəza təyin edilərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, cəza təyin edilərkən cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəritinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Eyni zamanda cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyi ağır cinayətlər törətmiş, əvvəllər məhkum edilmiş şəxslərə ciddi cəzalar təyin edilməsi, eyni zamanda ilk dəfə az təhlükəli cinayət etmiş və cəmiyyətdən təcrid olunmadan islah təyin edilməsi üçün məhkəmələrə cəza təyininə diferensiyal yanaşmanı həyata keçirmək üçün böyük imkanlar yaradır. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalıdır. Bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri də təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli təhqiq edilməsidir. Təqsirləndirilən şəxsin həyat yolu ictimai vəzifəyə, əməyə münasibətidir. Ailədə məişətdə davranışı, məhkumluğu və sair kifayət qədər aydınlışdırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə törədilmiş cinayətə görə az ciddi cəza deyil, daha ciddi cəza tətbiq edilməsinin səbəbələrini hökümdə əsaslandırılmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, cəza vəzifəli şəxslərin mülahizəsinə görə deyil, xalqa bəlli olan qanunla müəyyən edilməlidir. Cəza təyin edilərkən mövcud qanun əsas götürülməli və əməlin xarakteri xarakterizə edilməlidir, cəza təyini ilə bağlı bu müddəaların təkmilləşmiş forması artıq bir çox ölkələrdə olduğu kimi ölkəmizin də cinayət-hüquq tarixində dəyişikliklərə məruz qalmış və qüvvədə olan Cinayət Məcəlləsinin sivil formada öz əksini tapmışdır. Məhkəmə tərkibinin fikrinə əsasən, təyin edilən, cəza o halda ədalətli ola bilər ki, konkret iş üzrə cəza təyin edilərkən cəza təyininə dair bütün müddəalar nəzərə alınmış olsun. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınır. Bununla əlaqədar, cinayət məsuliyyətinin əsasları, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması araşdırılır, hansı əmələ görə ona cəza təyin ediləcəyi aydınlaşdırılır. Eyni zamanda əməlin hansı məkanda və hansı zamanda baş verdiyi, cinayətin hansı kateqoriyadan olub-olmaması, təkrar cinayətin olub-olmaması cinayətin təkbaşına və ya iştirakçılıqla törədilməsi, əməlin ictimai-təhlükəliliyini istisna edən halların olub-olmaması aydınlaşdırılır. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmələrin cəza təyinində nəzərə aldığı hallardan biri də cinayətin xarakteridir. Bu konkret cinayətlərin tipik əlamətidir. Cinayətin xarkteri müəyyən qrup, yaxud da növ cinayətlər üçün təsnifat meyarı rolunu oynayır. Belə ki, konkret əməlin ictimai–təhlükəliliyinin xarkterinə görə, onun hansı qrupa mənsub olmasından asılı olaraq qiymət verilir və nəzərə alınır. Cəza təyin edilərkən əməlin təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna daxil olduğunu, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı fəslində nəzərdə tutulduğunu, belə cinayətlərə dövlətin cinayət hüquqi mübarizə siyasətini nəzərə alır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmuyu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nətcəyə səbəb olması, xarakteri və s.) nəzərə alınmalıdır. Məhkəmə tərkibi bildirir ki, cinayətin ctimai-təhlükəlilik dərəcəsi konkret əməlin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyəni edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, edilmiş konkret əməlin həmin növündən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyidir. Təhlükəliliyinə görə bir-birindən fərqlənən cinayətlərə cinayət qanunu müxtəlif qiymət verir. Bu da müəyyən növ cinayətlərə görə məsuliyyət nəzərdə tutan ayrı-ayrı maddələrin sanksiyalarında öz əksini tapmışdır. Cinayət tərkibində göstərilən əlamətlər, habelə cinayət tərkiblərinin növlərə ayrılmasında qanunu meyar kimi istifadə etdiyi əlamətələr heç də konkret əməlin deyil, müəyyən sinfə daxil olan əməllərin təhlükəlilik dərəcəsini xarakterizə edir. Bununla yanaşı, eyni sinifə daxil olan konkret əməllər müxtəlif təhlükəlilik dərəcəsinə malik olur. Əksər hallarda qanun cinayətin nəticəsini, edilmə üsulunu, hərəkətin intensivliyini, qəsd və ya ehtiyatsızlığın növünü, cinayətin motiv və məqsədini səciyyələndirən əlamətləri cinayət tərkibinə daxil etmir. Halbuki, müxtəlif üsulla, müxtəlif motiv dərəcə və məqsədlə edilən eyni növündən olan cinayət əməli müxtəlif dərəcədə ictimai təhlükəli olar. Eləcə də, əməlin nəticəsini dərk etmək dərəcəsinə görə, qəsdin yaranma vaxtına görə (birbaşa qəsd, dolayı qəsd, qəfilətən yaranan qəsd, əvvəlcədən düşünülmüş qəsd və s.) fərqlənən cinayətlərin ictimai təhlükəlilik dərəcəsi müxtəlif olur. Əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, həm cinayət tərkibində bu və ya başqa əlamətin nəzərdə tutduğu hallar konkretləşdirilir, həm də tərkibə daxil olmayan hallar araşdırılır və cəzanın fərdiləşdirilməsində nəzərə alınır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi bir qayda olaraq, cinayətin obyektiv cəhəti, cinayətin xarakterini isə cinayətin obyektiv və subyektiv cəhəti xarakterizə edir. Cəza təyinində törədilən cinayətin xarkteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlərə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı da bu mövqedən çıxış edir. Həmin qərarın 1-ci maddəsində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanunun ədalət prinsiplərindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 415 saylı qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanı onun islah olunmasına və ailəsini həyat şəraitinə təsirini nəzərə almalıdır. Avropa İnsan hüquqları məhkəməsi özünün bir çox qərarlarında (Delkourt Belçikaya qarşı iş üzrə qərar, Piersack Belçikaya qarşı iş üzrə qərar, X15rşı iş üzrə qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir.” Bundan başqa, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən (ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar üçün) ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 24 dekabr 2023-cü il tarixdən hesablanmalı, Lənkəran Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 4(049)- 332/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış və Lənkəran Şəhər-Rayon Polis şöbəsində maddi sübutlar otağında saxlanılan törədilmiş cinayətin aləti olan 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 64 (altmış dörd) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən bu Məcəllənin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.3-cü maddəsində göstrəilmişdir ki, 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Həmin Məcəllənin 30.3-cü maddəsində göstərilmişdir ki, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.1 və 30.2-ci maddələrinə uyğun bağladıqları əqdlər üzrə müstəqil surətdə əmlak məsuliyyəti daşıyırlar. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar vurduqları ziyana görə bu Məcəlləyə uyğun məsuliyyət daşıyırlar. Göründüyü kimi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8, 41, 21, 44, 51-2, 56.1.3, 58, 124-137-1, 144-146, 318, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu, 24 dekabr 2023-cü il tarixdən hesablansın. Lənkəran Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 4(049)-332/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 64 (altmış) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis şöbəsində saxlanılan 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-502/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-502/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver