Məhkəmə qərarları › İş №1(099)-504/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-504/2024

23.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-504/2024 23.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abışoğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçilər, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Sülh küçəsi, ev 82-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs internet sosial şəbəkəsində tanış olduğu şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilmiəsi, saxlanılması və daşınması barədə qəbaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun digər üzvünün aralarında olan razılaşmaya əsasən əldə edərək Bakı şəhəri, “28 May” metrostansiyasının yaxınlığında olan yerdə gizlədilmiş külli miqdarda, 1200 qram kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlamış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçrilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o, 17 oktyabr 2023-cü il tarixdə saat 20:20-də Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən X7 abidəsinin yaxınlığında saxlanılıb Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasına gətərildikdən sonra üzərində videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əlində saxladığı, üzərində “Giovane G Designers” yazıları olan ağ rəngli sellofan torbanın içərisində üzəri skoçla bağlanmış bağlamada təmiz çəkisi 1200 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa o təkrarən internet sosial şəbəkəsində tanış olduğu şəxslə və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılaşmaya əsasən 23 yanvar 2024-cü il tarixdə Biləsuvar rayonuna gələrək Ələt-Astara avtomobil yolunun həmin rayonun Xırmandalı kəndi ərazisindən keçən “102” kilometrliyini göstərən yol nişanının yanında gizlədilmiş külli miqdarda 151,667 qram psixotrop maddə metamfetamini və külli miqdarda üzərində F/M40 yazılar olan 47 ədəd narkotik vasitə olan metadon həblərini götürməklə satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 04:40 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində o Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən hissəsində “İdrak” marketin yaxınlığında “Opel Astra” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmiş və orada üzərində videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının kəmərinin alt hissəsindən skoçla bağlanmış bağlamada 2 ədəd qara rəngli sellofan kəsiyində 151,667 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və təsiredici maddəsinin ümumi miqdarı 1,88 qram olan 47 ədəd qəhvəyi rəngli dairəvi formalı külli miqdarda narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ailə üzvləri ilə Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsində yaşayır. 44 günlük Vətən müharibəsinin iştirakçısıdır, narkotik vasitələrdən istifadə edir, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 15 oktyabr 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində tanış olduğu, özünü iranlı kimi təqdim edən şəxs ona demişdir ki, gəl iş görək. Mən «mal» göndərim, sən götür sat, pulunu mənə göndər. O da həmin şəxsin təklifi ilə razılaşmışdır. Onun marağı o olmuşdur ki, götürdüyü narkotik vasitədən özü də istifadə edəcəkmiş. İranlı şəxsə narkotiki göndərməsini, narkotikin pulunu ayın sonunda 80 manat məbləğində pensiyasını alarkən ona ödəyəcəyini demişdir. 17 oktyabr 2023-cü il tarixdə səhər saatlarında həmin şəxs narkotik vasitə qurudulmuş marixuana qoyduğu yerin məkanın “WatsApp” mobil tətbiqindəki proqram vasitəsi ilə ona göndərmişdir. O, Bakı şəhərində 28 May metrostansiyasının yaxınlığında olan məkana getməklə narkotiki götürmüşdür. O həmin yerə çatanda orada bir avtomaşının dayandığını və yerdə kimisə döydüklərini görmüşdür. O, geri qayıdanda polis işçiləri onu tutmuşlar. Ondan həmin döydükləri şəxsi tanıyıbtanımamasını soruşmuşlar. O isə həmin şəxsi tanımadığını bildirmişdir. Polis işçiləri onun şəxsiyyət vəsiqəsinə baxaraq narkotik vasitəni götürməyə gələn şəxs olmasını bildirməklə onu Bakı Şəhər Baş Polis idarəsinə aparmışlar. Üzərində vəkilin iştirakı ilə və videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. O, 0,5 kiloqram marixuana götürmək üçün getmişdir. Götürdüyü bağlamada 1200 qram narkotik vasitə qurudulmuş marixuana olmasını bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində həmçinin ziddiyyətli olaraq göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə özünü iranlı kimi təqdim edən şəxslə danışdıqdan sonra ona atılmış konum üzrə hərəkət etməklə 28 May metrostansiyasının yaxınlığında narkotik vasitənin qoyulduğu yerə gedib çatmışdır. Oraya çatanda gül kimi şey olduğunu, həmin istiqamətdə ox işarəsi qoyulduğunu görmüşdür. Həmin gül kimi şeyin yaxınlığından keçmiş, orada maşın dayandığını, maşının yanında kimisə döydüklərini görmüşdür. O qorxaraq narkotiki götürmədən geri qayıdanda polis işçiləri onu tutmuşlar. Polis işçiləri ondan orada nə etdiyini soruşmuşlar. O isə yolla keçdiyini və heç bir narkotik vasitə götürmədiyini bildirmişdir. Həmin vaxt Musa da orada olmuşdur. Onları ayrı maşınla polis idarəsinə aparmışlar. Polis idarəsində əməliyyatçılar ona bir ədəd bağlama təqdim etmişlər. Onu döymüşlər. Bağlamada olan narkotik vasitələri boynuna götürməsini tələb etmişlər. O da məcbur olub videoçəkiliş zamanı bağlamada olan narkotik vasitənin və psixotrop maddələrin özünə məxsus olmasını demişdir. Bundan sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. 22 yanvar 2024-cü il tarixdə ona instaqram sosial şəbəkəsində başqa adam yazmış, ona Salyan rayonu ərazisində 100 qram narkotik vasitə qoyulduğunu, gedib onu götürməsini, həmin narkotik vasitənin 10 qramının ona veriləcəyini demişdir. O, özü üçün əlavə olaraq 1 list dərman sifariş etmişdir. 23 yanvar 2024-cü il tarixdə tanışı Cavidin idarə etdiyi «Opel Astra» markalı taksi ilə Biləsuvara getmişdir. Narkotik vasitələrin olduğu yerin konumunu ona atmışlar. O, konum üzrə hərəkət etməklə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən hissəsində 102-ci kilometrliyi göstərən yol nişanının yanından bağlamanı götürmüşdür. Bağlamanı götürdükdən sonra yoluna davam edərkən polis işçiləri onu saxlamışlar. Onu polis şöbəsinə aparmışlar. Bağlamaya baxış keçirilərkən narkotik vasitə aşkar olunmuşdur. Həmin bağlamada olan 151 qram psixotrop maddə metamfetaminin və 47 ədəd metadon həblərinin hamısı ona məxsus olmamışdır. Onun götürdüyü bağlama kiçik ölçülü olmuş, sonradan polislər tərəfindən artırılmışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Biləsuvar Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs sərnişin qismində hərəkətdə olduğu «Opel Astara» markalı avtomobil 23 yanvar 2024-cü il tarixdə saat 04:40-da Biləsuvar rayonu Xırmandalı kəndi ərzisində yerləşən “İdrak” marketin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs avtomobillə birlikdə şöbəyə gətirmişlər. Müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona üzərində narkotik vasitə vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın kəmərinin alt hissəsindən bağlamanı çıxardaraq bildirmişdir ki, həmin bağlamanı ona İran İslam Respublikasının tanımadığı vətəndaşı göndərmişdir, içərisində narkotik vasitə və psixotrop maddələr vardır, həmin narkotik vasitə və psixotrop maddələrdən taksi sürcüsü X2 məlumatı yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bağlamaya açılaraq baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, bağlamanın içərisində iki ədəd qara rəngli sellofan bükülü vardır, birinci qara rəngli sellofan bükülü açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması müəyyən olunmuşdur. İkinci qara rəngli sellofan bükülü açılıb baxıldıqda içərisində 47 ədəd üzərində “F/M 40” yazılmış narkotik vasitə metadonabənzər dərman həbləri aşkar edilmişdir. Həmin bükülülər qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı heç bir təsir-təzyiq göstərməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən X4 göstərdi ki,”Opel Astra” markalı, **- CL-*** qeydiyyat nişanlı özünə məxsus avtomobil ilə taksi fəaliyyəti göstərir. Qaradağ rayonu Ələt qəsəbə sakini Təqsirləndirilən şəxs sərnişin kimi dəfələrlə müxtəlif ünvanlara aparmış və tanışlıq münasibətləri yaranmışdır. 23 yanvar 2024-cü il tarixdə Təhmuraz ona zəng edərək əsgərlik yoldaşı ilə görüşməsi üçün onu Salyan rayonuna aparıb-gətirməsini xahiş etmişdir. Ona taksi pulu olaraq 50 manat pul verəcəyini demişdir. O da Təhmurazın təklifi ilə razılaşmışdır. 23 yanvar 2024-cü il tarixdə saat 02 radələrində Qaradağ rayonundan Salyan istiqamətində yola düşmüşlər. Təhmuraz arxa oturacaqda əyləşmiş, yuxusu gəlsə, yatacağını demişdir. Onlar Salyan rayonuna çatdıqda Təhmuraz avtomaşını Biləsuvar rayonuna sürməsini demişdir. Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində Təhmuraz ayaqyoluna getmək istədiyini bildirmiş və ona avtomaşını saxlamasını demişdir. O, avtomaşını saxlamış, Təhmuraz avtomaşından düşürək kənarlaşmış və az sonra gəlib arxa oturacaqda əyləşmiş və ona avtomaşını sürməsini demişdir. O, avtomaşını bir qədər sürdükdən sonra yol patrul polisi avtomaşını dayandırmaq işarəsi vermişdir. O, avtomaşını dayandırmışdır. Onlara narkotik vasitə aparmaqda şübhəli olduqlarını bildirib polis şöbəsinə aparmışlar. Onun üzərində və avtomaşınında narkotik vasitə aşkar olunmamışdır. Lakin Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar olunmuşdur. İstintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən hissəsində yolun kənarında üzərində «102» rəqəmi yazılmış yol nişanın yerləşdiyi ərazidə psixotrop maddə metamfetamini və metadon həblərini götürdüyü yeri göstərmişdir. Şəxsi axtarış və götürmə barədə 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı o, əynindəki şalvarın kəmərinin altr hissəsində sarı rəngli yapışqanlı lentlə sarılmış bir ədəd bağlamanı çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bağlamanı ona İran İslam Respublikasının tanımadığı vətəndaşı göndərmişdir, içərisində narkotik vasitə və psixotrop maddələr vardır, həmin narkotik vasitə və psixotrop maddələrdən taksi sürcüsü X2 məlumatı yoxdur. Bundan sonra həmin bağlama onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bağlamanın içərisində iki ədəd qara rəngli sellofan bükülü aşkar olunmuşdur. Birinci qara rəngli sellofan bükülü açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması, elektron tərəzidə çəkildikdə bülkülü ilə birlikdə çəkisinin 170,2 qram olması müəyyən olunmuşdur. İkinci qara rəngli sellofan bükülü açılıb baxıldıqda içərisində 47 (qırx yeddi) ədəd üzərində “F/M 40” yazılmış narkotik vasitə metadona bənzər dərman həbləri aşkar edilmişdir. Materialların məhkəmə ekspertizasının 23 yanvar 2024-cü il tarixli, 18/98 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd qara rəngli polietilen kəsiyində təmiz çəkisi 151,667 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bölmədə mövcud texniki avadanlıq olmadığına görə 47 (qırx yeddi) ədəd qəhvəyimtil rəngli həblərin təhqiqatı aparılmadı. Həmin ekspertizanın 14 fevral 2024-cü il tarixli, 19/66 №-li rəyində göstərilmişdir ki, təqdim edilmiş 47 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər metadon dərmanlarıdır və həblərin təsiredici maddəsinin ümumi miqdarı: -1,88 qramdır. Məhkəmə-bioloji ekspertizasının 18 oktyabr 2023-cü il tarixli, 3-16/2-7/1444 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş 1 ədəd üzəri skoçla bağlanmış sarı rəngli sellofan bağlamadakı 1 ədəd ağ rəngli sellofan torbada təmiz çəkisi 1200 qram olan, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7595 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 14 mart 2024cü il tarixli, 727 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə-tibb ekspertinin 25 yanvar 2024-cü il tarixli, 31 saylı rəyində göstərilmişdir ki, həmin tarixdə tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır Telefon danışıqları barədə məlumatlardan görünür ki, 12 aprel 2023-cü il tarixdə saat 03:43 dəqiqədə **********30 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “0,5 lazımdı düzeler” sms-i qəbul edilmişdir. 25 may 2023-cü il tarixdə saat 00:48 dəqiqədə **********51 saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “indidən kartına pul atım qoysun bir yerə gedim götürüm 1 qr” sms-i qəbul edilmişdir. 05 oktyabr 2023-cü il tarixdə saat 19:27 dəqiqədə **********18 saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Das varsa menede ver” sms-i qəbul edilmişdir. 11 oktybar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Vatsapda yazarsan mənəkolanı qoydum ora götürərsən 2/yarı” sms-i göndərilmişdir. Təqsirləndirilən şəxs məxsus “Samsung A32” markalı telefona baxış zamanı müəyyən edilmişdir ki, həmin telefonun üzərində «Bakcell» mobil operatoruna məxsus ***- ***-**-** saylı nömrəsi vardır. Telefonun «zənglər», «mesajlar», şəkillər, vatsap və instagram proqramlarına baxış keçirilmişdir. Telefonun “WhatsApp Business” proqramına baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə İran İslam Respublikası operatoruna məxsus olan kontaklarında “Baba 2” adı ilə qeydiyyata alınmış +**********63 mobil nömrə ilə vhatsap sosial şəbəkəsi vasitəsi ilə həmin nömrənin “WhatsApp” hesabına 15 oktyabr 2023-cü il tarixdə mesaj yazaraq narkotik vasitə və psixotrop maddələr istəməsini, 17 oktyabr 2023-cü il tarixdə yenidən mesajlaşaraq narkotik vasitə istəməsi, İran İslam Respublikasının vətəndaşının isə narkotik vasitənin gizlədildiyi yerin şəklini və məkanını göndərməsi müəyyən edilmişdir. Kontaklarda “niko Kiya” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəsinin sahibi tərəfindən “WhatsApp Business” proqramında 19 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs mesajlar yazaraq narkotik vasitə marixuana istəməsi, Təqsirləndirilən şəxs narkotik vasitəni vermək üçün həmin şəxsi yaşadığı yerin yaxınlığına çağırması müəyyən edilmişdir. Bundan başqa zəng tarixçəsində “niko Kiya” adı ilə qeyd edilmiş şəxslə çoxsaylı telefon danışıqlarının aparılması müəyyən edilmişdir. Bundan başqa telefonun kontakında “vasqa iş hebib” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəsinin sahibi tərəfindən “WhatsApp Business” proqramında 12 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs mesajların yazaraq narkotik vasitə marixuana istəməsi, Təqsirləndirilən şəxs narkotik vasitəni pul qarşılığında həmin mobil nömrənin sahibinə satması müəyyən edilmişdir. Bundan başqa zəng tarixçəsində “vasqa iş hebib” adı ilə qeyd edilmiş şəxslə çoxsaylı telefon danışıqlarının aparılması müəyyən edilmişdir. Bundan başqa telefonun kontakında “Ataş Qlavni” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəsinin sahibi tərəfindən “WhatsApp Business” proqramında Təqsirləndirilən şəxs mesajların yazaraq narkotik vasitə heroin istəməsi, Təqsirləndirilən şəxs narkotik vasitəni pul qarşılığında həmin mobil nömrənin sahibinə satması müəyyən edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin şəxsə özünə məxsus 4169 7388 2703 7106 nömrəli "xxxx" ASC-yə aid plastik kart hesabının şəkilini göndərməsi müəyyən olunmuş, habelə “Ataş Qlavni” adı ilə qeyd edilmiş şəxslə çoxsaylı telefon danışıqlarının aparılması aşkar edilmişdir. Habelə, mobil telefonun qalereyasına keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, 07 oktyabr 2023-cü il tarixli şəkildə narkotik vasitə heroinə bənzər maddənin kağız parçasının içərisində olması, 15 oktyabr 2023-cü il tarixli şəkildə psixotrop maddə metamfetaminə bənzər maddənin elektron tərəzinin üzərində olması, 16 oktyabr 2023-cü il tarixli şəkildə narkotik vasitə heroinəbənzər maddənin elektron tərəzinin üzərində olması müəyyən edilmişdir. Bundan başqa, “Samsung A32” markalı mobil telefonda olan “İnsagram” mobil tətbiqinə daxil olduqda həmin tətbidə “günahkar_bende75” adı ilə qeydiyyatdan keçmiş profilin “mesajlar” bölməsində “pati.kola.25”, “patikola.nomra1.iran01” və pati_kola_25” adlı səhifələrin adminləri ilə mesajlaşmasını, həmin şəxslərlə əlaqə saxlamaq üçün ““WhatsApp” nömrələrini alması, həmin şəxslərə narkotik vasitələrin birlikdə satışı ilə məşğul olmalarını təklif etməsi müəyyən olunmuşdur. İşdə olan sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmuşdur. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək təkrarən külli miqdarda narkotik narkotik vasitələri və psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs 17 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri 28 May metrostansiyasının yaxınlığından yalnız 0,5 kq narkotik vasitə qurudulmuş marixuananı götürmək üçün getməsi, faktiki olaraq həmin maddəni götürməmədiyi, yəni əldə etməmədiyi halda polis işçiləri tərəfindən saxlanılması, 23 yanvar 2024-cü il tarixdə isə Biləsuvar rayonu ərazisinə cəmi 100 qram çəkidə psixotrop maddə metamfetamini götürmək üçün getməsi, həmin maddənin miqdarının polis işçiləri tərəfindən artırılması, polis işçiləri tərəfindən təzyiqlərə məruz qalması barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Vətən müharibəsinin iştirakçısı olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış telefon danışıqları barədə iki ədəd, istintaq hərəkətlərinin videoçəkilişi barədə iki ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalı, Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan 1199,9 qram narkotik vasitə qurudulmuş marixuana, 151,567 qram psixotrop maddə metamfetamin və 42 ədəd metadon həbləri məhv edilməli, bir ədəd «Samsung A32» markalı mobil telefon Təqsirləndirilən şəxs ailəsinə verilməlidir. Ekspertiza xərci 163 (bir yüz altmış üç) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış telefon danışıqları barədə iki ədəd, istintaq hərəkətlərinin videoçəkilişi barədə iki ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın, Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan 1199,9 qram narkotik vasitə qurudulmuş marixuana, 151,567 qram psixotrop maddə metamfetamin və 42 ədəd metadon həbləri məhv edilsin, bir ədəd «Samsung A32» markalı mobil telefon Təqsirləndirilən şəxs ailəsinə verilsin. Ekspertiza xərci 163 (bir yüz altmış üç) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlikedən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar