Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-504/2025 15.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1968-ci ildə Bərdə rayonu Qaradəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, bina 29, mənzil 35-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Sübhi Salayev küçəsi 52/46-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məsəlləsinin (bundan sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın əldə edilməsi, saxlanması, daşınması və satışını həyata keçirmək barədə qeyriləri ilə qabaqcadan danaşıb razılaşmaqla əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, ona 25 iyun 2025-ci il tarixdə cinayətkar qrupun üzvü tərəfindən 7090 qram narkotik vasitə qurudulmuş marixuananın Biləsuvar rayonu ərazisində Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun 45-ci kilometrliyində yerləşən “Azəsurun Noldinq”-in yaxınlığında yerləşən avtobus dayanacağının yaxınlığında gizlədilməsi barədə məlumat verildikdən sonra ona ödənilməli olan 5000-6000 manat pul müqabilində narkotik vasitəni götürməklə Bakı şəhərinə aparmaq üçün özünə məxsus “Renault Dacia” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillə 25 iyun 2025-ci il tarixdə Bakı şəhərindən İmişli rayonu istiqamətində yola düşmüş, onun mobil telefonuna “WhatsApp” proqramı ilə göndərilmiş məkan üzrə hərəkət etməklə 26 iyun 2025-ci il tarixdə gecə saat 01 radələrində narkotik vasitənin gizlədildiyi yerə çatmış və içərisinə narkotik vasitə olan bir ədəd qara rəngli idman çantasını ümumi cinayətkar niyyətlə götüb avtomobilin yük yenrinə qoymuş və avtomobildə saxlayıb daşıyarkən bu barədə məlumat əldə etməklə əməliyyat-axtarış tədbirləri həyata keçirən polis əməkdaşları tərəfindən Biləsuvar-Bəhərəmtəpə avtomobil yolunun Arazbarı kəndindən keçən hissəsində avtomobil saxladılmış, avtomobilə keçirilən baxış zamanı yük yerində gizlətdiyi idman çantasının içərisindən üzərləri yapışqanlı lentlə sarınmış 6 ədəd bükümlərdə 995 qram, 1020 qram, 1480 qram, 1640 qram, 940 qram və 1050 qram çəkilərdə olmaqla ümumi təmiz çəkisi 7090 qram olan külli miqdarda çətənə bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biri ilə eyni olan narkotik vasitə qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmyərək göstərdi ki, özünə məxsus “Renault Dacia” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi kimi fəaliyyət göstərmiş, ona verilən ünvanlara meyvə-tərəvəz və sumkaları aparmışdır. Ona 25 iyun 2025-ci il tarixdə özünü iranlı Rza kimi təqdim edən şəxs zəng edərək, 150 manat pul müqabilində sumka aparmalı olduğunu demişdir. O da razılaşmışdır. O, sumakanı götürmək üçün həmin gün özünə məxsus avtomaşınla İmişli rayonuna getmişdir. İmişli rayonunda çayxanada təxminən üç saat gözləmiş, amma həmin şəxs gəlməmiş və ona «WhatsApp» proqrammı ilə məkan atmış, həmin məkan üzrə getməklə sumkanı qoyulduğu yerdən götürməli olduğunu demişdir. O, avtomobili idarə etməklə məkan üzrə getmiş və 26 iyun 2025-ci ildə gecə saatlarında sumkanın qoyulduğu yerə çatmışdır. O, sumkanı avtomobilin yolunun qırağında dayanacağın yanından götürərək avtomaşının yük yerinə qoyduqdan sonra Bakı şəhərinə yola düşmüşdür. Sumkanı Bakı şəhərinə aparmalı olmuşdur. O, avtomaşını sürməklə bir qədər getdikdən sonra yolda yol patrul xidməti ona avtomaşını saxlamaq əmri vermişdir. O, avtomaşını yolun kənarında saxlamışdır. Bu zaman polis işçiləri ona yaxınlaşmışlar. Sumkanın içərisinə baxış keçirildikdə sumkanın içindən narkotik vasitə aşkar olunmuşdur. O, sumkanın içərisində narkotik vasitə olmasını bilməmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, özünü Rza kimi təqdim edən şəxs ona İran İslam Respublikası operatoruna aid +**********98 telefon nömərsinin «WhatsApp» proqrammı ilə mesaj yazarıq ona rayonlardan narkotik vasitəni götürüb Bakı şəhərinə aparmağı təklif etmişdir. 25 iyun 2025-ci il tarixdə yenə massaj yazaraq İmsişli rayonu ərazisindən içərisində narkotik vasitələr olan bağlamanı götürüb Bakı şəhərinə aparıb bir yerdə qoymasını demiş və bu işin müqabilində ona 5-6 min manat pul veriləcəyini vəd etmişdir. Ona görə də 25 iyun 2025-ci il tarixdə idarə etdiyi “Renault Dacia” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərindən İmişli rayonuna yola düşmüş, İmişlidə çayxanalardan birində oturub gözləməklə çay içmiş, sonra Rza adlı şəxs ona narkotik vasitələrin qoyüulduğu yerin «konumunu» atmışdır. O, «konum» üzrə hərəkət etməklə 26 iyun 2025ci il tarixdə gecə saat 01 radələrində Biləsuvar-Bəhramtəpə avtomobil yolunun kənarında «Azərsun Holdinq»in yaxınlığında yerləşən dayanacaqdan 5-6 metr kənarda gizlədilmiş qara rəngli idman çantasını götürərək avtomaşının yük yerinə qoymuşdur. Bundan sonra Biləsuar-Bəhramtəpə avtomobil yolu ilə Bakı şəhəri istiqamətində qayıtmışdır. Təxminən 300-400 metr getdikdən sonra yol polis onu saxlatmışdır. Avtomaşına baxış keçirilərkən yük yerindən idman çantası götürülmüş, çanta açıldıqda içərisində altı ədəd bükümlərdə narkotik vasitələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsi ilə yanaşı məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Biləsuvar Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifsində işləyir. 25 iyun 2025-ci il tarixdə ona Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələri əldə edəcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat-axtarış dəbirləri həyata keçirməklə Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Dacia” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomaşını 26 iyun 2025-ci il tarixdə gecə saat 01:02 radələrində Biləsuvar-Bəhramtəpə avtomobil yolununun Arazbarı kəndi ərazisindən keçən hissəsində “Azərsun Holdinq” şirkəti istiqamətindən Biləsuvar istiqamətində hərəkətdə olduğu zaman saxlamışlar. Təqsirləndirilən şəxs avtomaşında narkotik vasitə daşımaqda şübhəli olmasına görə saxladığını bildirmişlər. Təqsirləndirilən şəxs avtomaşının yük yerində narkotik vastə olduğunu, narkotik vasitəni Biləsuvar- Bəhramtəpə avtomobili yolunun kənarından avtobus dayanacağının yaxınlığından götürdüyünü, ona verilməli olan 5000-6000 manat pul müqabilində Bakı şəhərinə aparmalı olduğunu bildirmişdir. Avtomaşının yük yerinə baxış keçirilərkən qşara rəngli idman çantası aşkar edilmişdir. Çanta açıldıqda içərisində üzərləri yapışqanlı lentlə sarınmış altı ədəd bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə aşkar olunmuş və götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilən polis əməkdaşı Şahid2 da Şahid1la yeni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və avtomaşına baxış keçirilməsi barədə 26 iyun 2025-ci il tarixli protokolan və həmin vaxt aparılmış videoçəkilişdən görünür ki, Biləsuvar Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 01:02 radələrində idarə etdiyi “Renault Dacia” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar-Bəhramtəpə avtomobil yolu ilə hərəkətdə olduğu zaman Arazbari kəndi ərazisində saxlanılmış, avtomobilə baxış keçirilərkən yük yerindən bir ədəd idman çantasında üzərləri yapışqanlı lentlə sarınmış altı ədəd bağlamalarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Materialların məhkəmə ekspertizasının 26 iyun 2025-ci il tarili, 19/266 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından götürülmüş altı ədəd bükümlərdə ayrı-ayrılıqda 995 qram, 1020 qram, 1480 qram, 1640 qram, 940 qram, 1015 qram-ümumilikdə 7090 qram çəkidə bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (xaşxaş) bitkisindən hazırlanmış narkotik vasitə qurudulmuş marixanadır. Tədqiqatdan sonra narkotik vasitənin qalıq çəkisi 7089,4 qram olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərində olan telefona baxış keçiririlərkən telefonun kontaktlar bölməsində İran İslam Respublikası operatoruna məxsus +**********03 telefon nömrəsi “Rza” kimi qeydiyyata alınmışdır. 25-26 iyun 2025-ci il tarixlərdə “Rza” adlı abunəçi ilə Təqsirləndirilən şəxs arasında “WhatsApp” proqramı ilə danışıqlar aparılmış və sms-lər göndərilmişdir. Lakin sms-lər pozulmuşlar. İşdə olan 01 iyul 2025-ci il tarixli məhkəmə-tibb ekspertinin rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə olunarkən onun bədəni üzərində xəsarətlər aşkar olunmamışdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəsitəliyindlən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik yoxdur. İşdə olan xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2010, xx.xx.2012-ci ildə doğulmuş uşaqları vardır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət tərkibinin və cinayət hadisəsinin olması, təqsirliliyi kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi-yəni 26 iyun 2025-ci il tarixdə Biləsuvar rayonu ərazisinə taksi sürücüsü olaraq sumka götürüb 150 manat pul müqabilində Bakı şəhərinə aparmaq üçün gəlməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə onun ibtidai istitntaqda verdiyi ifadəsini işin faktiki halları ilə uyğunluq təşkil etməklə obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Rövşən iQuliyevin əməli CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cəzasını CMnin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 26 iyun 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan 7089,4 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, əməliyyat tədbirlərinin videoçəkilişi barədə bir ədəd CD disk cinayət işində saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus «Honor X7b» markalı mobil telefon onun ailəsinə verilməlidir. Ekspertiza xərci 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan 7089,4 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs məxsus «Honor X7b» markalı mobil telefon onun ailəsinə verilsin. İş materiallarına əlavə olunmuş əməliyyat-axtarış tədbirlərinin videoçəkilişi barədə bir ədəd CD disk cinayət işində saxlanılsın. Ekspertiza xərci 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-504/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-504/2025
15.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver