Məhkəmə qərarları › İş №1(099)-506/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-506/2022

26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-506/2022 26.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2,, müdafiəçilər-Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi2 oğlu və Müdafiəçi1, təqsirləndirilən şəxslərin qanuni nümayəndələri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 iştirakları ilə, xx xxxxxx 2005-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, işsiz, Neftçala rayonunun Şirvanlı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxxx 2005-ci il tarixdə Neftçala rayonunun Şirvanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, işsiz, Neftçala rayonunun Şirvanlı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin noyabr ayının əvvəlində Zərərçəkmiş şəxs1 ilə Neftçala rayonunun Şirvanlı kəndində küçədə söhbət edərkən Zərərçəkmiş şəxs1 nənəsi Zərərçəkmiş şəxs2 evində sonuncuya məxsus 5000 manat məbləğində pulunun olmasını bilərək həmin məbləğdə pulu vahid niyyətlə hədə-qorxu ilə ələ keçirmək barədə razılığa gəlib 5 manat məbləğində pul verməsini tələb etmişlər, Zərərçəkmiş şəxs1 pulunun olmadığını bildirdikdə Təqsirləndirilən şəxs1 əli ilə onun sinəsindən itələyərək Təqsirləndirilən şəxs2 əmisi Şahid3 məxsus işlək olmayan bərbərxananın divarına tərəf itələyərək fiziki ağrı yetirməklə zor tətbiq edib həmin məbləğdə pul verməsini tələb etmiş, Amin Mikayılovun kürək nahiyəsinin divara dəyməsi nəticəsində bərbərxananın divarından kərpiclər yerə düşmüş, ona pul vermədiyi təqdirdə həmin tikilinin onun tərəfindən qəsdən sökülməsi ilə bağlı haqqında rüsvayedici məlumatlar yayma hədəsilə ondan vahid niyyətlə 5 manat məbləğində pul tələb etmişlər, həmin gün Zərərçəkmiş şəxs1, nənəsi Zərərçəkmiş şəxs2 evin şkafındakı dolabda saxladığı 5000 manat məbləğindəki pulun üzərindən götürüb verdiyi 5 manat məbləğində pulunu Neftçala rayonunun Şirvanlı kəndində küçədə alıb ələ keçirmişlər, 2020-ci ilin noyabr ayının əvvəlində Şahid3 məxsus bərbərxana binasının Zərərçəkmiş şəxs1 tərəfindən qəsdən söküldüyünü bildirib, 10 manat məbləğində pul verməyəcəyi halda Şahid3 deyəcəyi ilə bağlı haqqında rüsvayedici məlumatlar yayma hədəsilə Neftçala rayonunun Şirvanlı kəndində küçədə ondan 10 manat məbləğində pulunu, 2020-ci ilin dekabr ayının əvvəlindən başlayaraq isə Zərərçəkmiş şəxs1 evdən oğurluq edib onlara pul verməsi barədə valideynlərinə məlumat verəcəyini bildirməklə haqqında rüsvayedici məlumatlar yayma hədəsilə Neftçala rayonunun Şirvanlı kəndində küçədə ondan 150 manat, 2020-ci ilin dekabr ayında 100 manat, həmin ayın sonunda 200 manat, 2021-ci ilin yanvar ayının əvvəlində 200 manat, həmin ayın sonunda 100 manat, 2021-ci ilin fevral ayının əvvəlində 150 manat, həmin ayda 200 manat, sonra yenə həmin ayda 200 manat, həmin ayın sonunda 100 manat, 2021-ci ilin mart ayının ortalarında 3 dəfə, hər dəfə 200 manat məbləğində pul olmaqla cəmi 600 manat, həmin ayın sonunda sonunda 150 manat, 2021-ci ilin aprel ayının əvvəlində 100 manat, həmin ayın sonunda 200 manat, 2021-ci ilin may ayının ortalarında 150 manat, həmin ayın sonunda 200 manat, 2021-ci ilin iyun ayının əvvəlində 100 manat, həmin ayda 150 manat, 2021-ci ilin iyul ayının əvvəlində 40 manat, həmin ayın ortalarında 50 manat, həmin ayın sonunda 200 manat, 2021-ci ilin avqust ayının əvvəlində 200 manat, həmin ayın ortalarında 150 manat, həmin ayın sonunda 50 manat, 2021-ci ilin sentyabr ayının əvvəlində 100 manat, həmin ayın ortalarında 100 manat, həmin ayın sonunda 150 manat, 2021-ci ilin oktyabr ayının əvvəlində 100 manat, həmin ayda 200 manat, həmin ayın sonunda 100 manat, 2021-ci ilin noyabr ayının ortalarında 50 manat, 2021-ci ilin dekabr ayının əvvəlində 100 manat, sonuncu dəfə 23 yanvar 2022-ci il tarixdə saat 17 radələrində evdən oğurluq edib onlara pul verməsi barədə valideynlərinə məlumat verəcəyini bildirməklə haqqında rüsvayedici məlumatlar yayma hədəsilə həmin yerdə 30 manat məbləğində, ümumilikdə vahid niyyətlə 4685 manat məbləğində pulunu haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə və zor tətbiq etməklə, hədə-qorxu ilə tələb edib almışdılar. Məhkəmə təqsirləndirilən şəxslər cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək bildirmişdir ki, ona verilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Şirvanlı kəndində ailəsi ilə birlikdə yaşayır. Özü Neftçala rayonu Şirvanlı kənd İbrahim Babayev adına orta məktəbin 10-cu sinifində oxuyur. Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir və Zərərçəkmiş şəxs1lə münasibətləri yaxşı olmuşdur. 2020-ci ilin təxminən noyabr ayında kənddə olan işləməyən köhnə bərbərxanada Zərərçəkmiş şəxs1lə söhbət edərkən Amin təpiklə vuraraq bərbərxananın daşını uçurmuşdur. Sonra oradan çıxıb evə getmişlər. Bir neçə gün sonra həmkəndlisi və dostu Təqsirləndirilən şəxs2 əmisinə məxsus bərbər xananın daşının Amin tərəfindən təpiklə vurularaq uçulduğunu öyrəndikdən sonra Aminlə küçədə rastlaşıb Amini yanlarına çağıraraq daşı uçurmağı ilə bağlı Amindən 10 manat alaraq xərcləmişlər. Sonradan 2021-ci yanvar ayından Zərərçəkmiş şəxs1lə kənddə görüşərək Amindən 20-30 manat sonradan isə ona pul vermək istəmədiyini görüb Aminə valideynlərinə ona pul verdiyi barədə hədə-qorxu gələrək 2022-ci ilin yanvar ayının sonuna kimi 40-50 və 100 manat pul almışdır. Sonuncu dəfə isə Amindən 23 yanvar 2022-ci il tarixdə saat təxminən 17 radələrində 30 manat pul almışdır. Ümumilikdə Zərərçəkmiş şəxs1 hədə-qorxu gəlmə yolu ilə Amindən aldığı 1000 manata yaxın pulu ələ keçirərək xərcləmişdir. Lakin 5000 manat ələ keçirməmişdir. Hazırda dəyşmiş ziyanı tam ödəmişlər. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Şirvanlı kəndində ailəsi ilə birlikdə yaşayır. Neftçala rayon Xıllı peşə məktəbinin 10cu sinif şagirdidir. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1la həmkəndli olaraq münasibətləri yaxşı olmuşdur. 2020-ci ilin təxminən noyabr ayında kənddə olan işləməyən köhnə bərbərxananın qarşı tərəfinin mişar daşlarını uçduğunu görüb həmin daşların kim tərəfindən sökülməsi ilə maraqlandıqda Nihad ona həmin daşların Amin tərəfindən təpiklə vurularaq söküldüyünü bildirmişdir. Çünki, həmin bərbərxanada əmisi bir müddət bərbər kimi işləmişdir. Buna görə də köhnə bərbərxananın əmisinə məxsus olduğunu fikirləşmişdir. Təxminən 4 gün sonra Nihad onu Aminin evinə göndərərək bərbərxananı sökməsi ilə bağlı onlara xərclik pul verməsini istəmişdir. O da Aminlə küçədə görüşərək bərbərxananı sökməsi ilə əlaqədar pul tələb etmişdir. Həmin vaxt Amin evdən pul götürərək ona miqdarı dəqiq yadında olmayan pul vermişdir. Amindən aldığı pulu Nihadla müxtəlif şeylərə xərcləmişlər. Bundan sonra Amindən mütəmadi olaraq yolu ilə 3 dəfə 10, 15 və 20 manat olmaqla pul almışdır. Lakin, bu günə qədər Amindən aldığı pulların miqdarını bilmir. Amindən aldığı pulların hamısını Nihadla xərcləmişlər. Nihad isə Amindən hədə-qorxu yolu ilə özü ayrı pul alaraq xərcləmişdir. Həmin pullardan ona pul verməmişdir. X11 bu günə kimi nə qədər pul aldığını bilmir və bu barədə ona bir söz deməmişdir. Hazırda dəyşmiş ziyanı tam ödəmişlər. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun oğludur. 26 yanvar 2022-ci il tarixdə anası Sabirə ondan evdə yığıb saxladığı 5000 manat pulun yerində olmadığını bildirmişdir. Aminin narahat olmasından söhbət etmişlər. Amin bildirmişdir ki, həmin 5000 manat pulu götürərək həmkəndliləri Nihad və Sadiqə vermişdir. Belə ki, həmin şəxslər müxtəlif vaxtlarda Aminə hədə qorxu gəlmişlər. Amin də qorxusundan onlardan və nənəsindən gizlin olaraq pulu hissə-hissə aparıb həmin şəxslərə vermişdir. Bundan sonra onlar Neftçala rayon Polis şöbəsinə müraciət etmişlər. Həmçinin Amin mobil teleofunundakı Nihad və Sadiqə məxsus səs yazılarını onlara göstərmişdir. O, da araşdırma gedən vaxtı həmin səs yazılarını diskə köçürdərək istintaqa təqdim etmişdir. İstintaq zamanı onlara vurulmuş ziyan tam olaraq ödənilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Şirvanlı kəndində qeydiyyatda olmaqla orada yaşayır. Zərərçəkmiş şəxs1 onun qardaşı oğludur. Təxminən 2022-ci ilin yanvar ayının sonlarında qardaşı İkram ona mobil telefonla zəng edərək anası Sabirəyə məxsus 5000 manat pulun evdə olmadığını bildirmişdir. O, dərhal qardaşıgilə getmişdir. Aminin hərəkətlərindən və qorxaraq gəzməyindən şübhələnmişdir. Bu barədə anasına və qardaşına danışmışdır. Onlar Amini çağırıb söhbət etmişlər. Bu vaxt Amin hər şeyi onlara danışmışdır. Amin bildirmişdir ki, həmin 5000 manat pulu götürərək həmkəndliləri Nihad və Sadiqə vermişdir. Belə ki, həmin şəxslər müxtəlif vaxtlarda Aminə hədə qorxu gəlmişlər. Amin də qorxusundan valideynlərindən və nənəsindən gizlin olaraq pulu hissə-hissə aparıb həmin şəxslərə vermişdir. Bundan sonra onlar Neftçala RPŞ-nə ərizə ilə müraciət etmişlər. Həmçinin Amin mobil teleofunundakı Nihad və Sadiqə məxsus səs yazılarını onlara göstərmişdir. İkram da araşdırma gedən vaxtı həmin səs yazılarını diskə köçürdərək istintaqa təqdim etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Şirvanlı kəndində qeydiyyatda olmaqla orada yaşayır. Kəndlərində ona məxsus, hazırda isə istifadə etmədiyi bərbərxana var. Həmin bərbrəxana təxminən 10 ildir ki, fəaliyyət göstərmir. Bərbərxanın bir müddət əvvəl dağıldığını görmüşdür. Bundan sonra o, təxminən 2-3 il əvvəl kənddə eşitmişdir ki, Zərərçəkmiş şəxs1 həmin bərbərxananı dağıtmışdır. Həmin vaxt ona təxminən 1000 manat məbləğində ziyan dəymişdir. Buna baxmayaraq həmkəndlisi olduğu və həmçinin Aminin atası ilə münasibəti olduğu üçün o, bu barədə heç bir dövlət orqanına müraciət etməmişdir. 2022-ci ilin yanvar ayında o, eşitmişdir ki, Aminin bərbərxananı uçrumasını həmkəndlisi Ayazın oğlu Nihad bilərək ondan pul almışdır. Həmçinin Amin onun qardaşı oğlu Sadiqin də bu məqsədlə ondan pul almasını iddia edir. Onun isə bu barədə əvvəldən heç bir məlumatı olmamışdır. Məhkəmədə elan və tədqiq olunmuş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 onun nəvəsidir. Onun evdə təsərrüfatdan əldə etdiyi gəlirdən yığdığı 5000 manat pul olmuşdur. Həmin pulu o, evindəki otaqların birində şkafın dolabında saxlamışdır. 26 yanvar 2022-ci il tarixdə pula baxdıqda görmüşdür ki, yerində yoxdur. O, bu barədə dərhal oğlu İkramdan xəbər almışdır. İkramın da bu barədə məlumatı olmamışdır. Bundan sonra həmçinin bu barədə digər oğlu Niyaməddinə də danışmışlar. Niyaməddin onlara gəlmişdir. Bundan sonra Niyaməddin Aminin qorxaraq gəzməyindən və hərəkətlərindən şübhələndiyini onlara bildirmişdir. Onlar oturub Aminlə söhbət etmişlər. Bu vaxt Amin hər şeyi onlara danışmışdır. Amin bildirmişdir ki, həmin 5000 manat pulu götürərək həmkəndliləri Nihad və Sadiqə vermişdir. Belə ki, həmin şəxslər müxtəlif vaxtlarda Aminə hədə qorxu gəlmişlər. Amin də qorxusundan ondan və valideynlərindən gizlin olaraq pulu hissə-hissə aparıb həmin şəxslərə vermişdir. Bundan sonra onlar polisə müraciət etmişlər. Məhkəmədə elan və tədqiq olunmuş Zərərçəkmiş şəxs1 istinteq vaxtı verdiyi ifadəsindən görünür ki, Neftçala rayonu, Şirvanlı kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun həmkəndliləridir. Nihadla və Sadiqlə əvvəllər aralarında hər hansı ədavətləri və ya qərəzli münasibətləri olmamışdır. Həmişə münasibətləri normal olmuşdur. 2020-ci ilin təxminən noyabr ayında kənddə olan işləməyən köhnə bərbərxanada Nihad və Sadiq ilə söhbət edərkən onlara bildirmişdir ki, evdə nənəsi Zərərçəkmiş şəxs2 təxminən 4-5 min manat pulu var. Həmin gün Nihad ondan 5 manat pul istəmiş, o, Nihada demişdir ki, pulu yoxdur, pul nənəmindir. Həmin vaxt Nihad əsəbləşərək onu əlləri ilə sinəsindən itələmiş, bu zaman kürək nahiyəsi arxada olan mişar daşına dəyərək mişar daşları uçularaq sökülmüşdür. O, xəsarət almasa da, bədənində ağrı hiss etmişdir. Bundan sonra Nihad ona hədə qorxu gələrək pul vermədiyi təqdirdə həmin tikilini onun qəsdən sökərək daşı aşırdığını deyəcəyini bildirmişdir. O, qorxmuş və fikirləşmişdir ki, valideynləri və bərbərxananın sahibi onu döyüb danlayar. Həmin gün evdən nənəsindən və valideynlərindən icazəsiz evdə olan şkafın dolabına qoyulmuş nənəsi Sabirəyə məxsus pulun üzərindən 5 manat pul götürüb Nihada vermişdir ki, bunu heç kimə deməsin. Həmin bərbərxana Şirvanlı kənd sakini Təqsirləndirilən şəxs2 əmisi Şahid3 məxsus olduğu üçün bir neçə gün sonra Sadiq də ona yaxınlaşaraq əmisinin bərbərxanasını onun sökdüyümü bildirərək əmisinə deməməyi müqabilində ondan 10 manat pul istəmişdir. Həmin vaxt evə gedərək yenə icazəsiz nənəsinə məxsus pulun üzərindən 10 manat pul götürüb Sadiqə vermişdir. X9 mütamadi olaraq müxtəlif vaxtlarda ondan 2020-ci ilin dekabr ayından, 2022ci ilin yanvar ayının sonuna kimi ona bərbərxananın daşını aşırmağıyla deyil, valideyinlərimədə evdən oğurluq edib pul götürməyi ilə bağlı deyəcəkləri ilə hədə-qorxu gələrək hissə-hissə ondan ən azı 5 manat, ən çoxu isə 200 manat pul almışlar. Sonuncu dəfə Nihada xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində 30 manat pul vermişdir. Çünki Nihadla, Sadiq onu hədələyərək ondan aldıqları pulu aralarında bölürmüşlər. Nihad və Sadiq ondan pul tələb edərkən onların səslərini mobil telefonuna yazmışdır ki, nə vaxtsa evdən pulu icazəsiz götürməyi üzə çıxsa nənəsinə və valideyinlərinə səs yazılarını təqdim etsin ki, o, pul oğurlamamış, qorxduğu üçün pulları icazəsiz götürüb Nihad və Sadiqə vermişdir. Həmin səs yazılarını valideynlərinə və əmisi Niyaməddinə vermişdir. xx.xx.2022ci il tarixdə onun evdən onlardan xəbərsiz pul götürdüyünü aşkarlamışlar. O, məcbur olub baş verənləri danışmışdır. Çünki Nihadla, Sadiq həmin illər ərzində ümumilikdə ondan hədə-qorxu yolu ilə 5000 manata yaxın pul almışlar. Əvvəl Nihad 2020-ci ilin noyabr ayının əvvəlində məndən 5 manat almış, bir neçə gün sonra yenə 2020-ci ilin noyabr ayının əvvəlində Sadiqlə bir yerdə ondan 10 manat almışlar. Bundan sonra da Nihadla Sadiq mütəmadi ondan pul istəyib onu qorxutmuşlar ki, evdən pul götürməyini valideynlərinə deməsinlər. O, Nihadla Sadiqə bir yerdə 2020-ci ilin dekabr ayının əvvəlində 150 manat, yenə 2020-ci ilin dekabr ayının əvvəlində 100 manat, 2020-ci ilin dekabr ayının ortalarında 200 manat, 2020-ci ilin dekabr ayının sonlarında 200 manat, 2021-ci ilin yanvar ayının əvvəlində 200 manat, 2021-ci ilin yanvar ayının sonlarında 100 manat, 2021-ci ilin fevral ayının əvvəlində 150 manat, 2021-ci ilin fevral ayının əvvəlində 200 manat, 2021-ci ilin fevral ayının ortalarında 200 manat, 2021-ci ilin fevral ayının sonlarında 100 manat, 2021-ci ilin mart ayının ortalarında Novruz bayramı ərəfələrində 3 dəfə ardıcıl 200 manat, 2021-ci ilin mart ayının sonlarında 150 manat, 2021-ci ilin aprel ayının əvvəlində 100 manat, 2021-ci ilin aprel ayının sonlarında 200 manat, 2021-ci ilin may ayının ortalarında 150 manat, 2021ci ilin may ayının sonlarında 200 manat, 2021-ci ilin iyun ayının əvvəlində 100 manat, bir neçə gün sonra 2021-ci ilin iyun ayının əvvəlində 150 manat, 2021-ci ilin iyul ayının əvvəlində 40 manat, 2021-ci ilin iyul ayının ortalarında 50 manat, 2021-ci ilin iyul ayının sonlarında 200 manat, 2021-ci ilin avqust ayının əvvəlində 200 manat, yenə 2021-ci ilin avqust ayının əvvəlində 150 manat, 2021-ci ilin avqust ayının sonlarında 50 manat, 2021-ci ilin sentyabr ayının əvvəlində 100 manat, 2021-ci ilin sentyabr ayının ortalarında 100 manat, 2021-ci ilin sentyabr ayının sonlarında 150 manat, 2021-ci ilin oktyabr ayının əvvəlində 100 manat, xx.xx.2021-ci il tarixdə Sadiqin ad günü vaxtı 200 manat, təxminən 3 gün sonra 2021-ci ilin oktyabr ayının sonlarında 100 manat, 2021-ci ilin noyabr ayının ortalarında 50 manat, 2021-ci ilin dekabr ayının əvvəlində Nihadın ad günü vaxtı 100 manat pul vermişdir. Bunların hamısında Nihad və Sadiq bir yerdə olmuşlar. Sonuncu dəfə isə tək Nihada xx.xx.2022-ci il tarixdə 30 manat pul vermişdir. Bütün pulları Neftçala rayonu, Şirvanlı kəndi ərazisində Nihad və Sadiqə vermişdir. Həmin pullar nənəsi Sabirəyə məxsus olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 05 aprel 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 diskdəki səs yazılarında söyüşlər söyərək “sənə saat 3-ə qədər vaxt verirəm”, “olmasa evinizə gələcəm”, “saat 4-də orda olmasan 200-300-lə də qurtara bilmərsən”, “gözləməyə vaxtım yoxdu”, “saat 5-də 35 gəlib götürürəm” kimi sözlərin işlədildiyi səs yazılarının özünə məxsus olduğunu və həmin səs yazılarını öz mobil telefonundan vvatsapp proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 mobil telefonuna göndərdiyini təsdiq etmişdir. İş materiallarında olan 30 aprel 2022-ci il tarixli «üzləşdirmə haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 digər tanışı Nihadla bir yerdə hədə qorxu gələrək 2020-ci ilin noyabr ayından 2022-ci ilin yanvar ayına kimi müxtəlif məbləğlərdə olmaqla ondan ümumilikdə 5000 manata yaxın pul aldıqlarını bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmişdir. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 və X5 barələrində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və X5 əvvələr məhkum olunmamışlar. İş materiallarında olan 14 iyun 2022-ci il tarixli Neftçala rayon X4 hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xəstəxananın narkoloji və əsəb-ruhi xəstəliklə dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan Neftçala rayon, Yenikənd kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədə qeyd olunur ki, Zeynalov X7 rayonu, Şirvanlı kəndində yaşayır, ailə üzvləri atası və qardaşından ibarətdir, yaşadığı müddət ərzində özünü tərbiyəli, işgüzar, ictimai işlərdə fəal iştirak edən gənc olmuş, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmammış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Neftçala rayon, Yenikənd kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədə qeyd olunur ki, Təqsirləndirilən şəxs2 Neftçala rayonu, Şirvanlı kəndində yaşayır, ailə üzvləri atası, anası və bacısından ibarətdir, yaşadığı müddət ərzində özünü tərbiyəli, işgüzar, ictimai işlərdə fəal iştirak edən gənc olmuş, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmammış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim olunmuş Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş 25 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyan tam olaraq ödənilmişdir, onlarla barışmış, onlara qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və X1 əməli Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.3-cü maddələri ilə düzgün tövsif edilərək ittiham edilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 və X3 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X1 cinayəti yetkinlik yaşına çatmayan vaxtı törətmələri, zərərçəkmiş şəxslərlə barışıq əldə etmələri, zərərçəkmiş şəxslərin onlara qarşı şikayət və tələbinin olmadığını, gənc olmalarını, əvvəllər məhkum olunmamalarını, əməllərini səmimi etiraf etmələrini və peşiman olmalarını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını Azərbaycan Respublikası CM-nin 59.1.2, 59.1.8, 59.1.12 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 və X1 Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cinayəti yetkinlik yaşına çatmayan vaxtı törətmələrini, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, sonuncunun onlar qarşı şikayət və tələbinin olmadığını, əvvəllər məhkum olunmamalarını, əməllərini səmimi etiraf etməsini və peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alıb qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar kimi qiymətləndirib hesab edir ki, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələblərinə riayət edilməklə, o cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsiplərinin işığında təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla həmin cəza şərti olaraq tətbiq edilməklə sınaq müddəti müəyyən olunmalı və sınaq müddəti ərzində üzərlərinə vəzifələr qoyulmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan dəyişdirilməməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 5 (beş) il azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri dəyişdirilməsin, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə minib icraya yönəldiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 sınaq müddəti ərzində üzərində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və təhsilini davam etdirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək Neftçala Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 5 (beş) il azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 1 il sınaq müddəti müəyyən olunsun. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri dəyişdirilməsin, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə minib icraya yönəldiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 sınaq müddəti ərzində üzərində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və təhsilini davam etdirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək Neftçala Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar